» » Masallı Dövlət Regional Kolleci

Masallı Dövlət Regional Kolleci - 13-may, 2020, 10:21

#

              Masallı Dövlət Regional Kolleci Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 iyun 2014-cü il tarixli 198 nömrəli qərarı və Azərbaycan Respublikası Təhsil nazirinin 976 nömrəli əmri ilə yaradılmışdır. Müvafiq əmrə uyğun olaraq yeni tədris binası tikilənədək və profillərə uyğun yardımçı sahələr yaradılanadək kollec müvəqqəti ünvanda yerləşdirilmiş, ötən altı tədris ili ərzində kollecdə tədris prosesinin, laborator və praktiki məşğələlərin, ixtisas təcrübələrinin normal səviyyəsini təmin etmək məqsədi ilə müvafiq işlər görülmüş, auditoriyalar, fənn kabinetləri, laboratoriyalar tədrisə hazır vəziyyətə salınmış, müvafiq ixtisaslara uyğun, elmi biliyi, pedaqoji səriştəsi nəzərə alınmaqla tədris heyəti formalaşdırılmış və xidməti heyətin tam formalaşdırılmasına nail olunmuşdur.
          Masallı Dövlət Regional Kollecinin Nizamnaməsi, müvəqqəti əsasnaməsi, kollecin daxili intizam qaydaları hazırlanmış və mövcud qaydada təsdiq olunmuşdur.
          Masallı Dövlət Regional Kollecinin əyani şöbəsində ümumi orta təhsil bazasından  “Aqronomluq”,”Turizm və onun təşkili”,“Turist və sanatoriya-kurort komplekslərində tibbi xidmətin təşkili”, “Yer quruluşu və torpaq müfəttişliyi”, “Məktəbəqədər təlim və tərbiyə “ixtisasları üzrə 351 ( üç yüz əlli bir ) tələbə,tam orta təhsil bazasından   “Aqronomluq”,“Baytarlıq“, ”Meşə və meşə-park təsərrüfatı” ixtisasları üzrə  153 (yüz əlli üç) tələbə, qiyabi şöbədə tam orta təhsil bazasından “Aqronomluq” ixtisasında 11 (on bir) tələbə təhsil alır.
         Masallı Dövlət Regional Kollecinin ümumi orta təhsil bazasından 174 (yüz yetmiş dörd) tələbə dövlət hesabına, 166 (yüz altmış altı ) tələbə ödənişli əsaslarla təhsil alır. Tam orta təhsil bazasından 91 (doxsan bir) tələbə dövlət hesabına, 84 (səksən dörd) tələbə ödənişli əsaslarla təhsil alır.
         Masallı Dövlət Regional Kollecinin 2019-2020-ci tədris ili tam orta təhsil bazasının IV kursunda  “Baytarlıq“ ixtisası üzrə 20 (iyirmi) tələbə ,”Meşə və meşə-park təsərrüfatı” üzrə 22 (iyirmi iki) tələbə, “Aqronomluq” ixtisası üzrə 14 (on dörd) tələbə,ümumi orta təhsil bazasının III kursunda ”Turizm və onun təşkili” ixtisası üzrə 25 (iyirmi beş)  tələbə, “Məktəbəqədər təlim və tərbiyə“ ixtisası üzrə 25 (iyirmi beş) tələbə, “Turist və sanatoriya-kurort komplekslərində tibbi xidmətin təşkili”  ixtisası  üzrə 23 (iyirmi üç) tələbə  təhsil alır.
Masallı Dövlət Regional Kollecində təhsil alan oğlanların sayı 238(iki yüz otuz səkkiz),qızların sayı 277 (iki yüz yetmiş yeddi)dir
2014-cü il avqust ayından  kollecin direktoru Vidadi Baxşəli oğlu Nəzərovdur. 
 
Direktor müavinləri:                            Ağayev Namik
                                                   Hüseynova Dilarə
   
 
 шаблоны для dle 11.2