» » Mamalıq ginikologiyası və heyvanların çoxalma biotexnikası -Baytarlıq

Mamalıq ginikologiyası və heyvanların çoxalma biotexnikası - 21-may, 2020, 11:31

#

 
                                                                  
Fənn: Mamalıq ginikologiyası və heyvanların çoxalma biotexnikası  (müəllim: Səmədov Mütəllim)
Mövzu 1 
Baytarlıq mamalığına giriş
Bu fənn bir biri ilə əlaqədar olan üç bölmədən ibarətdir.1.baytarlıq mamalığı,2.baytarlıq ginikologiyası,3.kənd təsərrüfatı heyvanlarının  süni mayalandırılması.
1.Baytarlıq mamalığı-  sözügedən əmələ gəlib mənası döğmaq demekdir.Bu bölmədə dişi və erkək heyvanların cinsiyyət üzvlərinin anatomiya və fiziologiyasından,döllənmədən,boğazlığlın fiziologiyasından,doğum və doğumdan sonrakı dövrün normal gedişi və xəstəliklərindən süd vəzilərinin quruluşu,fəaliyyəti və onların xəstəliklərindən,yəni doğulmuş körpələrin xəstəliklərindən bəhs edilir.
2.Baytarlıq ginikologiyası-iki yunan sözündən :dune-qadın və loqos  elm əmələ gəlmişdir.baytarlıq elminin bu bölməsi dişi cinsiyyət üzvlərinin müayinəsi qaydalarını və onların xəstəliklərinin,heyvanların qısırlığını və onların mübarizə tədbirlərini öyrədir.
3.Kənd təsərrüfatı heyvanlarının süni mayalandırılması-Bu bölmə spermanın alınması,qiymətləndirilməsi,saxlanması,bir yerdə başqa yeerə göndərilməsi və onun dişi cinsiyyət yoluna yeridilməsi qaydaları haqqında məlumat verir,habele süni mayalanma stansiyalarının və məntəqələrinin təşkilini və orada işin gedişini öyrədir.Bu fənnin inkişafı qədim dövrlərdən başlayır.Beleki,o dövrlərdə malabaxanlar heyvan çətin  doğduqda,son düşmədikdə ,yelin xəstələndikdə müəyyən yardım göstərmişlər.
Mövzu 2
Cinsiyyət üzvlərinin quruluşu.
Dişi heyvanlarda  cinsiyyət üzvlərinin vəzifəsi erkek cinsiyyət hüceyrəsini-spermatozidləri qəbul etmək,yumurta hüceyrəsi hazırlamaq və onu spermatozoidlə mayalamaq,dölün inkişafı üçün şərait yaratmaq və balanı balalıqdan kənar etməkdir.Dişi cinsiyyət üzvləri iki hissəyə bölünür:1.Xarici cxinsiyyət üzvləri-genetaliya externa.t ;2.Daxili cinsiyyət üzvləri-genetaliya interna.t.Xarici cinsiyyət üzvlərinə- xarici cinsiyyət dodaqları ,cinsiyyət yarığı dilçik və balalıq yolunun dəhliz hissəsi daxildir.
Daxili cinsiyyət üzvlərinə-balalıq yolu,balalıq,yumurtalıq boruları(yolları)və yumurtalıqlar daxildir.
Mövzu 3
İnəklərdə cinsiyyət üzvlərinin quruluşu
İnəklərdə Cinsiyyət sistemi daxili və xarici cinsiyyət üzvlərindən ibarətdir.Xarici cinsiyyət üzvlərinin vəzifəsi daxili cinsiyyət üzvlərini xarici təsirlərdən qorumaqdır.Daxili cinsiyyət üzvləri isə çoxalmada iştirak edir.Yumurtalıqlar-Ovariya oophoron çut ,oval şəkilli olub uzunluğu 2-5sm,eni isə 1-2sm-ə,çəkisi 15-20qrama yaxındır.Sağ yumurtalıq sol yumurtalığa nisbətən böyük və ağır olur.Yumurtalıqlar yumurta hüceyrəsi və dişi cinsiyyət hormonları (follikulin)hazırlayır .Yumurtalıq iki hissədən ibarətdir.Xarici və daxili.
Xarici hissə-daxilində yetişən yumurta hüceyrəsi olan çoxlu follikullar yerləşir.
Daxili hissə-burada çoxlu qan,limfa damarları və sinir lifləri vardır.Yumurtalıqlar ,onların üzərindəki yetişmiş follikullar və sarı cisim rektal müayinə zamanı aydın hiss edilir.Yumrtalıq yolları-yurmurtalıq ilə balalıq buynuzu arasında yerləşir.Balalıq-uteruz hysteruz.ruşeymin balalıq divarına yapışıb inkişaf etməsinə ,bala formasına düşməsinə və onun orqanizmdən kənar olunmasına xidmət edir.1.Balalıq buynuzları,2.balalığın gövdəsi,3.balalıq boynu
Balalıq buynuzları-Müayinə  zamanı balalıq buynuzları arasında xüsusi şırım hiss edilir.Balalığın gövdəsi-corpus uteri 2-3sm uzunluğunda yumuşaq və qısadır.Balalığın boynu-cervicis  uteri 12sm uzunluğunda olub,bərk və silindir şəklindədir.Balalıq boynunun selikli qışası üzərində eninə doğru bir neçə qat vardır.Balalıq gövdəsinin və buynuzlarının selikli qışası üzərində xüsusi birləşdirici toxumadan əmələ gələn çıxıntılar vardır ki,bunlar balalıq karunkullar adlanır.Bu karunkullar 4cərgədə yerləşərək 80-120-yə qədər olur.karunkullar yumru ,14-18mm uzunluğunda,24-10mm enində və 2-5mm hündürlüyükdə olur.Balalığın yolu-vaginae colpus enli ,qalın divarlı olub,vagina devlizi ilə balalığı birləşdirir,onun uzunluğu 22-236sm-dir.Vagina cütləşmə orqanı hesab edilir.Balalıq yolu dəhlizi-vestibulun vagina cinsiyyət yarığından vaginayadək enli,qalın divarlı yol olub ,selik,əzələ seroz qişalardan əmələ  gəlir.Cinsiyyət yarığı vulvae adlanır.Cinsiyyət dodaqları-labia vulvae cinsiyyət yarığı vasitəsi ilə 2hissəyə bölünür.Cinsiyyət yarığı anus dəliyindən bir neçə sm aşağada yerləşir.
Mövzu 4.
Dişi cinsiyyət sisteminin fiziologiyası,cinsiyyət dəyişkənliyi.
Kənd təsərrüfatı heyvanlarınıbn balaları inkişaf edərək,müəyyən yaşa çatdıqdan sonra cinsiyyət fəaliyyətinə başlanılır.Təcrübədə cinsiyyət yetişkənliyi heyvanda ilk cinsiyyət oyanmasının əmələ gəlməsi hesab edilir.Mədəni cinslərdə cinsiyyət yetişkənliyi,yerli cinslərə nisbətən daha tez başlayır.Heyvanda cinsiyyət yetişkənliyinin başlanmasına baxmayaraq ,hələ orqanizm tam inkişaf etmiş olmur.Ona görə də bu dövür cütləşmə və dölün inkişafı üçün əlverişli hesab edilir.Elmin tədqiqat işləri və praktiki müşayidələr göstərir ki,heyvanda vaxtından gec cütləşməyə buraxmaq faydalı deil.Belə ki,heyvanlarda cinsiyyət fəaliyyəti zəifləyir,bala alma vaxtı gecikir.
Mövzu 5.
Cinsiyyət tsikli
Heyvanda  cinsiyyət yetişkənliyindən sonra cinsiyyət sistemi fəaliyyətə başlayır.Alimlərin fikrincə bir çərəaxıtma dövründən digər çərəaxıtma dövürünədək cinsiyyət sistemində gedən dəyişikliklərin cəminə cinsiyyət tsikli deyilir.Tsikli-yunan sözü kiklos olub ,dairə,zəncir mənasını verir.Xipp və Unterberkerə görə cinsiyyət tsikli dörd dövürdən ibarətdir.
1.Çərəaxıtmadan qabaqkı dövr-Proestrus
2.Çərəaxıtma dövrü-Oestrus
3.Çərəaxıtmadan sonrakı dövür-Meteostrsos
4.Sakitlik dövrü-Apoestrus,dioestrus
Oyanma dövrü-Dişi heyvanda bu dövr  cinsiyyət proseslərinin ən aydın nəzərə çarpan və şiddətli dövrü hesab edilir.Balalıq boynunun xarici dəliyi bir qədər açılır.Balalığın selikli  qişasındakı vəzilərin şirə ifrazı artır.Dişi heyvan erkəyi yaxına buraxmır və cütləşməyə meyil göstərir. Dişi cinsiyyət sistemində spermatozoidin aktiv hərəkəti və yumurta hüceyrəsinin döllənməsi üçün tam şərait yaranır.
Tormozlanma dövrü-bu dövr heyvanda  oyanma zamanı əmələ gəlmiş nişanələrin tədricən sönməsi və xüsusilə cinsiyyət üzvlərindəki dəyişikliklərin itməsi ilə səciyyələnir.Cinsiyyət üzvlərindəki qızartı şişkinlik tədricən itir,baalıq boynunun xarici dəliyi bağlanır.Yumurtalıq üzərindəki patlamış Qraaf qovuqcuqu yerində sarı cisim əmələ gəlir.Dişi heyvan erkək heyvanı yaxın buraxmır və onda cütləşməyə meyil olmur.
Muvazinət dövrü-Bu dövrdə heyvanda oyanma nişanələri-çərəaxıtma,hövrəkəlmə olmur,ancaq cinsiyyət üzvlərində oyanma dövrü üçün hazırlıq gedir,sarı cisim tədricən sorulmağa başlayır,yəni follikullar inkişaf edir.Cinsiyyət sisteminin fəaliyyətində iştirak edən hormonlar iki qrupa bölünür.
Honadotrop-hormonları hipofiz vəzi ifraz edir.Hipofiz vəzinin ön paycığı stimuasiya edici və lyuteiləşdirici hormon olan prolaktin ifraz edir.Follikul stimuledici hormon yumurtalıqların və follikulların yetişməsini habelə inkişafını tezləşdirir.Lyutelləşdirici hormon ovulasiya baş verməsi və sarı cismin ifraz edilməsinə səbəb olur.Prolaktin yelinin fəaliyyətinin tənzimində iştirak edir.Bundan başqa prolaktik boğazlıq daş verdikdə sarı cismin sorulmasının qarşısını alır.Follukilin hormon follikullara əmələ gəlir.Bu hormon dişi orqanizmdə meydana çıxdıqda çərəaxmasına qanda miqdarı artdıqda isə hövrəkəlməyə səbəb olur.Prokestoron sarı cismin hormonudur.Bu hormonun ziqotanın qidalanması və balalıqda inkişafı üçün şərait yaradır.Prokestoron balalığın yığılmasının dayandırır,follikulları inkişaf etməyə qoymur və boğazlığın davamı üçün şərait yaradır.Relyaksin sarı cismin hormonu olmaqla,doğum aktı üçün çox əhəmiyyətli olan çanaq bağlarının boşalmasına səbəb olur.Bir sıra pataloji proseslərə və əlverişli şərait olmadıqda hormonların əmələ gəlməsi prosesi pozula bilir ki,nəticədə cinsiyyət tsikli  yararsız olur,heyvan qısır qalır.Prokestron-hormonuna əvəllər korporin duteohormon lyuteoesteron da deyilir.Bu hormon Qraaf qovuqcuğu partladıqdan sonra onun yerində əmələ gələn sarı cisim tərəfindən hazırlanır.Və boğazlıq dövründə cinsiyyət üzvlərində gedən proeslərin tənzimində aktiv iştirak edir.İnəklər-Döllənmə gedmirsə,cinsiyyət tsikli orta hesabla  hər 21gündən bir təkrar olunur.Cinsiyyət tsikli 18-22 gün davam edir(orta hesabla 21 gün).Oyanma dövrü 1-8 gün ,tormozlanma dövrü 5-7 gün müvazinət dövrü isə 6-14 gün davam edir.Kərəaxıtma 6-36 saat,hövrəgəlmə dövrü isə 3-36 saat(əksərən 12-17 saat ,orta hesabla 13 saat )davam edir.Qoyunlar-cinsiyyət tsikli il boyu təkrar olunur.K.Ə.Rzayeva görə respublikamızda qoyunlarda cinsiyyət tsikli orta hesabla 16-18 gün davam edir.
Mövzu 6
Cinsiyyət oyanması,çərəaxıtma,hövrəgəlmə və ovulyasiya
Dişi heyvanların cinsiyyət fəaliyyətində cinsiyyət yetişkənliyindən sonra 4 fizioloji proses  fəal iştirak edərək,heyvanın döllənməsi,bala verməsi və ya qısırlığında əsas yer tutur.Bu proseslər aşağadakılardan ibarətdir:
1.Cinsiyyət oyanması
2.Çərəaxıtma
3.Hövrəgəlmə
4.Ovulyasiya
Cinsiyyət oyanması-dişi heyvanın kərəaxıtma,hövrəgəlmə və ovulyasiya ilə əlaqədar olaraq ümumi vəziyyətində gedən dəyişikliklərin cəminə cinsiyyət oyanması deyilir.Cinsiyyət oyanması dövründə olan heyvan digər heyvaın üzərinə sıçrayır,cütləşməyə meyil göstərir,ancaq erkəyi cütləşmə üçün yaxına buraxmır.
Çərəaxıtma-cinsiyyət oyanması zamanı dişi heyvanın cinsiyyəti üzvlərində gedən dəyişikliklərin cəminə və cinsiyyət yolunda< <çərə>>(selik) ifrazına çərəaxıtma deyilir.Bu dövürdə cinsiyyət üzvləri qızarır,şişir,selikli qişa üzərində olan vəzilərin şirə ifraz etmə qabliyyəti yüksəlir,balalıq boynunun xarici dəliyi (orificium uteri externum)nisbətən geniş açılır,yumurtalıqlar üzərindəki follikullardan bir neçəsi yetişir.Çərəaxıtma dövrü heyvanların növündən asılı olaraq müxtəlifdir.Beləki,inəklərdə 17-20 saat ,camışlarda 1-2 gün,qoyunlarda əksərən 24 saata ,donuzlarda 6-48 saat,madyanlarda 5-7 gün (2-10 gün),itlərdə 8-14 gün davam edir.
Hövrəgəlmə-(Labido Sexuollis )- dişidə erkəyə qarşı müsbət,cütləşmə reaksiyanın olmasına deyilir.Hövrəgəlmə dövründə dişi heyvan cütləşməyə meyil edir,cütləşmə üçün xüsusi duruş vəziyyəti alır,tez-tez siyir.Təcrübədə hövrəgəlmə dövrünü təyin etmək üçün sınaqcı erkəklərdən istifadə edirlər.Qoyunlarda hövrəgəlmə və çərəaxıtma dövrünü onların nişanələri və vaginal müayinə məlumatlarına əsasən təyin etmək olur.Bu məqsədlə qarınaltı nahiyəsinə döşlük bağlanmış sınaq üçün ayrılan qoçlardan istifadə olunur.Hər yüz baş doğar qoyuna 1-2 baş belə qoş olmalıdır.
Ovulyasiya-mürəkkəb fizioloji proses  olub,Qraaf qovucuğundan yetişmuiş yumurta hüceyrəsinin azad olunmasına deyilir.Follikulanın inkişafını 4 fazaya bölürlər.
1.Ovulyasiyadan əvvəlki
2.Ovulyasiya
3.Ovulyasiyadan sonrakı-sarı cismin inkişafı
4.Müvazinət-sarı cismin sorulması və yəni follikulanın inkişafının başlanması.
Ümumiyyətlə ,ovulyasiya kənd təsərrüfatı heyvanlarında hövrəgəlmə və çərəaxıtmanın sonuna yaxın baş verir.
Mövzu 7
Erkən heyvanların cinsiyyət üzvlərinin quruluşu.
Erkək heyvanda cinsiyyət üzvlərinin fəaliyyəti mühüm yer tutur.Cinsiyyət yetişkənliyindən sonra,bu sistem erkək cinsiyyət hüceyrələrinin spermatozoidlərini,spermanın zərdab hissəsinin,erkək cinsiyyət hormonu hazırlamaq və cinsi əlaqədə olmaq vəzifələrini ifa edir.Erkək cinsiyyət üzvləri hələ bala ana bətnində olarkən əmələ gəlir.
Erkək cinsiyyət üzvləri-toxumluqlar,toxumluq artımları onları çıxaran yollarfı(toxum boruları),əlavə cinsiyyət vəziləri,xarici cinsiyyət üzvü və pulugdən ibarətdir.
Cinsiyyət vəziləri-toxumluqlar –xayalar (testes,dydymis,orchiss)mürəkkəb borulu vəzilər olub yumru və ya ovalşəkillidirlər.Bala hələ ana bətnində olduqda toxumluqlar qarın boşluğunda,böyrəklərin yanında yerləşirlər.Bala doğulana yaxın isə xaya torbasına (Serotuma )düşürlər.Erkək cinsiyyət üzvlərində eyni adla vena damarları və zəngin linfa sistemi vardır.Erkək cinsiyyət üzvləri toxumluq (plexus pudentus ),oma(plexus sacralis),qarınaltı(plexus hipocostricus ) gələflərindən gələn sinir şaxələri və xarici toxumluq sinirli lifi (nervus pudentus)ilə innervasiya olur.
Mövzu 8
Spermeogeniz
Erkəklərdə cinsiyyət yetişkənli ilə əlaqədar olaraq mürəkkəb bir fizioloji proses başlayır,bu proses cinsiyyət hüceyrələrinin əmələ gəlməsi və yetişməsi9ndən ibarətdir ki,bu da spermeogeniz (əvvələr spermatogeniz)adlanır.Hazırda spermiogenez prosesini 4 dövrə bölürlər.
1.Bölünmə
2..İnkişaf
3.Yetişmə
4.Spermatozoidlərin formaya düşməsi.
Kənd təsərrüfatı heyvanlarında orta hesabla spermatozoidlər 50-80mikron uzunluğunda olub,4 hissədən (baş,boyun,gövdə və quyruq)ibarətdir.Spermeogeniz heyvanın yaşı,sağlamlığı,iqlim ,yemlənməsi,saxlanması,istifadə qaydası və norması ilə sıx əlaqədardır.Spermeogeniz prosesində zülali maddələrin ,vitaminlərin (xüsusilə vitaminE)və mikroelementlərin rolu olduqca böyükdür.
Spermeogeniz iqlim şəraiti ilə də çox sıx əlaqədardır,belə ki,həddindən artıq isti ,günəşli günlərdə spermatazoidlərin əmələ gəlməsi zəifləyir,yayda spermeogeniz digər fəsillərə nisbətən zəif olur.
Mövzu 9
Cinsi əlaqə
Erkək cinsiyyət üzvlərindən hazırlanmış spermanın heyvan tərəfindən penislə dişi cinsiyyət yoluna  keçirilməsinə cinsi əlaqə-cütləşmə deyilir.Erkək heyvanda şərtsiz cinsi reflekslərin cəmi cinsi istinkt adlanır.Kənd təsərrüfatı heyvanlarında cinsi əlaqə 4 ardıcıl reflekslərdən ibarətdir.
1.Ereksiya refleksi.Cinsiyyət oyanması zamanı penisin tədricən qanla dolaraq bərkiməsinə cinsi əlaqə <<coitus>>üçün hazırlanmasına deyilir.Ereksiya zamanı penisdə qan təzyiqi yüksəlir.Bəzən öyrədilmiş buğa və qoçda vərdiş nəticəsində heyvan sperma almağa gətirildikdə ereksiya refleksi şərti refleks kimi başlaya bilir.
2.Qucaqlama refleksi.Erkəyin dişi üzərinə sıçrayaraq qalxması və onun ön ətrafları ilə sıx tutması qucaqlama refleksi adlanır.
3.Cütləşmə refleksi.Erkək heyvanın penisinin dişi heyvanın balalıq yoluna daxil edilərək,orada fəal hərəkət etdirilməsi cütləşmə refleksi adlanır.
4.Eyakulyasiya refleksi.Bu refleks bütün cinsiyyət reflekslərinin sonu olub cinsiyyət oyanması zamanı cinsiyyət üzvlərindəki bir qrup əzələlərin yığılması zamanı spermanın kənar edilməsidir.Eyakulyasiya refleksi aşağadakı ardıcıllıqla davam edən 3 dövürdən ibarətdir:
1.Uretral və Kuper vəziləri sekresiyasının ifrazı.Bu dövürdə spermatozoidlərin hərəkət yolu sidik qalığından təmizlənir və yol  hazırlanır.
2.Toxumluq artımı-epidimisdən sekresiya ilə birlikdə spermatozoidlərin  kənar edilməsi və bu qarışıq mayeni prostat vəzisini şirəsi ilə duruldulması.
3.Sidik-cinsiyyət yolunun tam hazırlanması və qalmış spermatozoidlərin kənar edilməsi.Eyakulyasiya refleksinin başlanması və gedişi,mərkəzi sinir sistemi,xarici mühit və xusisilə süni mayalama üsulunda süni vaginanın hazırlanması ilə sıx əlaqədardır.Cinsi əlaqə gövşəyən heyvanlarda 10-15 saniyə davam etdiyi halda ,donuzda 10-15dəq,atlarda 1-8dəqiqə davam edir.
Mövzu 10.
Döllənmə prosesi
 
 
 
Dişi heyvanlarda cinsiyyət üzvlərinin anatomiya və fiziologiyası
                            MÜHAZIRƏNIN PLANI
K/t. Heyvanlarında cinsiyyət üzvlərinin anatomiyası və fiziologiyası
Ayrı-ayrı heyvanlarda yumurtalıqların quruluşu
Ayrı-ayrı heyvanlarda balalıq buynuzlarının quruluşu
Heyvanlarda cinsiyyət yetişkənliyi
Cinsiyyət tsikli
Monoestrik heyvanlar
Poliestrik heyvanlar
Tamyararlı və natamam cinsiyyət tsikli
 
                                                   GIRIŞ
Respublikamızın heyvandarlıq təsərrüfatlarında ət, süd, yun, yumurta istehsalının artırılmasında baytar həkimlərinin öhdəsinə mühüm vəzifələr düşür. Belə ki, heyvanların sağlamlığının artırılmasında onların rolu böyükdür. Ona görə də baytar işçiləri elmi biliklərə və qabaqcılların iş təcrübəsinə yiyələnməlidirlər. Baytar həkimlər baytarlıq mamalığı, qinekologiya, və kənd təsərrüfatı heyvanlarının süni mayalandırma fənni dərsindən öyrənməlidirlər. Bu fənn hazırda baytarlıq işçilərinin mühüm bir sahəsi olub, heyvanların çoxalmasında, cinsi fəaliyyətində, cinsiyyət üzvlərinin, süd vəzilərinin xəstəliklərindən bəhs edir. Bu fənn bir-biri ilə sıx əlaqədar olan üç bölmədən ibarətdir: 1) baytarlıq mamalığı; 2) baytarlıq qnekologiyası; 3) kənd təsərrüfatı heyvanlarının süni mayalandırılması.
Baytarlıq mamalığı-aleoneher sözündən əmələ gəlib mənası doğmaq deməkdir. Bu bölmədə diri və erkək heyvanların cinsiyyət üzvlərinin anatomiyası və fiziologiyasından, doğum və doğumdan sonrakı dövrün normal gedişi və xəstəliklərindən, süd vəzilərinin quruluş, fəaliyyəti və onların xəstəliklərindən, yeni doğulmuş körpələrin xəstəliklərindən bəhs edir.
Baytarlıq qnekologiyası-iki yunan sözündən: gino-qadın və loqos-elm əmələ gəlmişdir. Baytarlıq elminin bu bölməsi dişi cinsiyyət üzvlərinin müayinəsi qaydaları və onların xəstəliklərini, heyvanların qısırlığını və onlarla mübarizə tədbirlərini öyrədir.
Kənd təsərrüfatı heyvanlarının süni mayalandırılması-bu bölmə spermanın alınması, qiymətləndirilməsi, saxlanması, bir yerdən başqa yerə göndərilməsi və onun dişi cinsiyyət yoluna yeridilməsi qaydalarından məlumat verir.
Heyvanların çoxalmasının öyrənilməsi mühüm tədqiqat işləri XIX əsrin ortalarında başlayaraq aparılır. Bu sahədə Rus alimləri N.F. Mişkin, A.Y. Tarasayeviç, A.P. Studensov; Azərbaycan alimləri A.A.Ağabəyli, R.A. Rzayev, M. Sərdov; F.M. Qasımov, H.H. Hüseynov, Ə.Q. Əhmədov və başqalarının böyük xidmətləri olmuşdur.
Baytarlıq mamalığı, ginekologiyası və kənd təsərrüfatı heyvanlarının süni mayalandırılması sürətlə inkişaf edərək baytarlığın ən mühüm sahələrindən birinə çevrilmişdir. Bu fənn anatomiya, fiziologiya, zoogigiyena, mikrobiologiya, cərrahiyyə və farmakologiya, terapiya fənləri ilə sıx əlaqədardır.
Dişi heyvanlarda cinsiyyət üzvlərinin
Anatomiya və fiziologiyası
Cinsiyyət üzvlərinin qurluşu-ORQANA QENITALIA FEMINA
Dişi heyvanlarda cinsiyyət üzvlərinin vəzifəsi erkək cinsiyyət hüceyrəsini- spermatozoidləri qəbul etmək, yumurta hüceyrəsi hazırlamaq və onu spermatozoidlə mayalamaq, dölün inkişafı üçün şərait yaratmaq və balanı balalıqdan kənar etməkdir. Dişi cinsiyyət üzvləri hələ bala anna bətnində olduqda əmələ gəlir və formaya düşür, bala doğulduqdan sonra tədricən inkişaf edir. Dişi cinsiyyət üzvləri iki hissəyə bölünür: 1. xarici cinsiyyət üzvləri-genitalia exterma. t, 2. Daxili cinsiyyət üzvləri genitalia interna xarici cinsiyyət üzvlərinə-xarici cinsiyyət dodaqları, cinsiyyət yarığı, dilcik və balalıq yolunun dəhliz hissəsi daxildir.
Daxili cinsiyyət üzvlərinə-balalıq yolu, balalıq, yumurtalıq boruları (yolları) və yumurtalıqlar daxildir. Kənd təsərrüfatı heyvanlarının növündən asılı olaraq, dişi cinsiyyət üzvlərinin qurluşu müxtəlif xüsusiyyətlərə malik olduğundan hər bir heyvan növündə onun ayrıca öyrənilməsi vacibdir.
Inəklərdə cinsiyyət üzvlərinin qurluşu.
Inəklərdə cinsiyyət sistemi daxili və xarici cinsiyyət üzvlərindən ibarətdir. (şəkil). Xarici cinsiyyət üzvlərinin vəzifəsi daxili cinsiyyət üzvlərini xarici təsirlərdən qorumaqdır. Daxili cinsiyyət üzvləri isə çoxalmada iştirak edir və onun hər bir sahəsinin xüsusi vəzifəsi vardır.
Yumurtalıqlar- Ovaria oophoron cüt, oval şəkilli olub, uzunluğu 2-5 sm, eni isə 1-2 sm-ə, çəkisi 15-20 qrama yaxındır. Yumurtalıq balalıq buynuzları yaxınlığında çanaq boşluğunda yerləşərək, mütəhərikdir. Sağ yumurtalıq sol yumurtalığa nisbətən böyükdür və ağır olur.
Prof. A.Y.Taraseviç bunu sağ yumurtalığın fəaliyyətə nisbətən tez başlanması və daha çox fəaliyyətdə olması ilə izah edir.
Yumurtalıqlar dişi orqanizmdə mühüm cinsiyyət üzvü olub, bütün orqanizm ilə sıx əlaqədardır. Yumurtalıqlar yumurta hüceyrəsi və dişi cinsiyyət hormonları (follikulin, progesteron) hazırlayır. Yumurtalıq iki hissədən ibarətdir: xarici və daxili.
Xarici hissə-daxilində yetişən yumurta hüceyrəsi olan çoxlu follikullar yerləşir.
Daxili hissə-burada çoxlu qan, limfa damarları və sinir lifləri vardır.
Yumurtalıqların follikulyar sahəsində yerləşən ən kiçik follikullar ilk və ya primordial follukullar adlanır. Bu follukulların bir qismi inkişaf edib böyüyür, divarı nazilir, daxilindəki mayenin miqdarı artır. Belə yetişmiş follikullar Qraf qovuqcuğu adlanır. Yetişmiş Qraf qovuqcuğu orta hesabla 1,4 sm-dir. Yetişmiş qovuqcuq partladıqda, oradan yumurta hüceyrəsi azad olur, onun yerində yumurtalıq üzərində Sarı cisim-sopus sutenm əmələ gəlir. Bu da daxili sekresiya vəzisi kimi fəaliyyətdə olub, progesteron hormonu hasil edir. Yumurtalıqlarda yerləşən follikulların bir qismi isə inkişaf etmir, get-gedə kiçilir. Belə hadisə follikulların atreziyası adlanır.
Yumurtalıqlar onların üzərindəki yetişmiş follikullar və Sarı cisim rektal müayinə zamanı aydın hiss edilir.
Inəklərdə yumurta hüceyrəsinin diametri 0,13-0,14 mm olub, üç hissədən-gilafdan, protoplazmadan və nüvədən ibarətdir.
Yumurtalıq yolları- oviductus, tuba foliopil, tubanterza, salpınx. Yumurtalıq yolları yumurtalıq ilə balalıq buynuzu arasında yerləşir. Ensiz, uzun ləru olub, bir ucu balalıq buynuzuna, digər ucu isə qarın boşluğuna tərəf uzanır. Bu hissə qıfvari şəkil alaraq azad olmuş yumurta hüceyrəsini qəbul edir. Yumurta yolları üç təbəqədən (selik, əzələ və seroz) təşkil olur. Daxili selikli qişa slindrik titrək epiteli toxumasından ibarətdir. Bu toxuma yumurta hüceyrəsinin və rüşeymin balalığa doğru hərəkətinə kömək edir. Yumurtalıq yolları hər iki cinsin hüceyrəsini qəbul edir, döllənmə üçün şərait yaradır və rüşeymi balalığa itələyir. Yumurtalıq yollarının uzunluğu 25-30 sm olur. Yumurtalıq yolları normal halda düz bağırsaqdan müayinə zamanı çətin tapılır, ancaq yumurtalıq yollarında iltihab prosesi dedikdə və müxtəlif şişlər əmələ gəldikdə onlar qalınlaşır və həcmcə böyüyür, luna görə də onlar asan müayinə olunur.
Balalıq uterus husterus. Rüşeymin balalıq divarına yapışıb inkişaf etməsinə, bala formasına düşməsinə və onun orqanizmdən kənar olunmasına xidmət edir. Balalıq 2 buynuzlu və haçaladır. Balalıq üç hissədən ibarətdir: balalıq buynuzları, balalığın gövdəsi və balalıq boynu.
Balalıq buynuzları- cornuauteri nisbətən bərk olur, onların yumurtalıq yollarına birləşən hissəsinin diametri get-gedə kiçilir. Müayinə zamanı balalıq buynuzları arasında xüsusi şırım hiss edilir.
Balalığın gövdəsi- corpus uteri-2-3 sm uzunluqda yumşaq və qısadır.
Balalıq boynu- cervitis uteri 12 sm uzunluqda olub, bərk və silind şəklindədir. Balalıq boynunun daxili deşiyi (orificium uteri internum) balalığın gövdəsinə, xarici deşiyi isə (orificium uteri externum) balalığın yoluna açılır. Balalıq boynunun balalıq yoluna açılan hissəsi-portio vagina lis uteri adlanır. Bu isə çox doğmuş inəklərdə çiçəklənmiş kələmi xatırladır. Balalığın bütün hissələri selik-endometrik, əzələ miyomitsit və seroz perimetrit təbəqələrdən təşkil olunur. Balalıq gövdəsinin və buynuzlarının selikli qişası üzərində xüsusi birləşdirici toxumadan əmələ gələn sıxıntılar vardır ki, bunlar balalıq karunkulları adlanır. Bu karunkullar 4 cərgədə yerləşərək 80-120-yə qədər olur. Karunkullar yumru, 14-18 mm uzunluğunda, 10-24 mm enində olur. Bunlar boğazlıq dövründə 10-15 dəfə böyüyür və Balanı balalıqla əhatə edən damarlı təbəqə üzərindəki sıxıntılarla (kateledonlarla) sıx birləşərək, balanın ana bətnində qanla təchiz edilməsində və qidalandırılmasında yaxından iştirak edir. Balalıq çanaq boşluğunda, sidik kisəsinin üzərində, düz bağırsağın altında yerləşir və düz bağırsaqdan asan müayinə edilir.
Balalıq yolu. Vaginal colpas, enli, qalın divarlı boru olub, vagina dəhlizi ilə balalığı birləşdirir. Vagina selik, əzələ və seroz təbəqələrdən təşkil olunur, onun uzunluğu 22-23 sm-dir. Vagina ilə onun dəhlizi arasında aydın nəzərə çarpan sərhəd olur; buranın aşağı divarında isə sidikburaxıcı kanalın deşiyi yerləşir. Vagina cütləşmə orqanı hesab edilir.
Balalıq yolu dəhlizi - vestibulum vaginal, cinsiyyət yarığından vaginayadək enli, qalındivarlı yol olub, selik, seroz və əzələ təbəqəsindən ibarətdir. Burada selik təbəqə üzərində, kiçik və böyük selik vəzlərinin axarları vardır. Ona görədə vagina dəhlizi həmişə selikli olur. Aşağı divarla iki mağarlı cisimdən əmələ gələn dilcik-elitor yerləşir ki, onun uzunluğu bəzən 12 sm-dir. Cinsiyyət yarığı vulva adlanır.
Cinsiyyət dodaqları.- labla vulval-cinsiyyət yarığı vasitəsilə 2 hissəyə bölünür, tər və Piy vəziləri ilə zəngindir dərisi. Cinsiyyət yarığı anus dəliyindən bir neçə santimetr aşağıda yerləşir.
Camışlarda cinsiyyət üzvlərinin qurluşu.
Camışlarda cinsiyyət üzvlərinin qurluşu inəklirinkinə bənzəyir. Lakin bunlarda balalıq böyük və qalındır, yumurtalıqlar inəklərə nisbətən iri və dəyirmidir. S. A. Xəlilov 5-7 aylıq camış balalarında (balaqlarda) yumurtalıqlar 5-8 q olduğunu göstərir. Camışlarda yumurtalıq 11-12 aylıqda əsli fəaliyyətə başlayır. Camışlarda Qraf qovuqcuqları inəklərə nisbətən iri olur. Cinsiyyət dodaqları yumşaq, üzərindəki qırşıqların sayı çox, tüklər isə xırda olur.
Camışlarda cinsiyyət üzvlərin inəklərin cinsiyyət üzvlərinə nisbətən gec fəaliyyətə başlayır və uzun müddət fəaliyyətdə olur.

Inəklərdə cinsiyyət üzvlərinin quruluşu
Qoyunlarda cinsiyyət üzvlərinin quruluşu
Qoyunlarda cinsiyyət üzvlərinin qurluşu inəklərdə olduğu kimidir. Lakin balalıq yolu, balalıq, yumurtalıq boruları və yumurtalıqlar nisbətə kiçikdir.
Balalığın gövdəsi 1-2 sm, balalıq buynuzları 16-18 sm, balalıq boynu 7-10 sm uzunluğunda olur. Balalığın selikli qişası üzərindəki karukullar ovalşəkilli olub, onların sayı 88-96-ya çatır.
Boğaz olmayan qoyunla balalıq 50-100 q, boğazlıq dövrünün axırında isə 900-1200 q olur. Yumurtalıq borularının uzunluğu 15-16 sm, eni isə 1,1 m-dir. N. M. Xilkeviç göstərir ki, qoyunlarda balalığın orta venası olmur. Qan ön və arxa balalıq venaları vasitəsi ilə hərəkət edir.
Qoyunlarda cinsiyyət üzvlərinin quruluşu
Donuzlarda cinsiyyət üzvlərin qurluşu.
Donuzlarda cinsiyyət üzvlərin qurluşu digər heyvanlardan seçilir. Bu isə onların çox bala verməsi ilə əlaqədardır. Yumurtalıqlar xarici səti girintili çıxıntılıdır. Uzunluğu 1-11 sm. onların üzərində çoxlu follikula və Sarı cismi var. Balalıq buynuzları 1-2 sm-dir. Yumurtalıq yolları 12-23 sm, balalığın boynu 8-21 sm, balalıq yolu 10-12 sm, vagina dəhlizinin uzunluğu 5-15 sm. dilcik uzun və nazikdir.
Madyanlarda cinsiyyət üzvlərin qurluşu.
Madyanlarda yumurtalıqlar oval və ya lobya formasındadır. Uzunluğu 2-15 sm-dir. Balalıq buynuzlarının uzunluğu 14-30 sm. balalıq boynu 4-8 sm. vagina 16-24 sm. cinsiyyət dodaqları çox zərifdir.
Dəvələrdə cinsiyyət üzvlərinin qurluşu
Yumurtalıqlar dairəvi olub 1-1,5 sm. Balalıq buynuzları 12-14 sm. Balalığın gövdəsi 5-6 sm. vaginanın uzunluğu 24-25 sm.
Donuzlarda cinsiyyət üzvlərinin quruluşu
Ətyeyən heyvanlarda dişi cinsiyyət üzvlərin qurluşu
Ətyeyən heyvanların cinsiyyət üzvlərinin xarakterik cəhətlərindən biri də vagina dəhlizinin yan tərəfində yaxşı inkişaf etmiş mağarlı cismin yerləşməsidir. Yumurtalıqlar 1-2 sm uzunluğundadır. Cinsiyyət üzvlərin qurluşu heyvanların cinsindən aslı olaraq dəyişir.
Dişi cinsiyyət üzvlərinin qanla təchizi
Dişi cinsiyyət üzvləri əsas hissəsi, yəni yumurtalıqlar, yumurtalıq boruları və balalıq 3-cüt arteriya qan damarları vasitəsi ilə qanla təchiz edilir.
Dişi cinsiyyət üzvlərinin innervasiyası
Madyan, inək, donuz, it simpatik və parsimpatik sinir şaxələri ilə innervasiya olunur.
Madyanlarda cinsiyyət üzvlərinin quruluşu
 
 
Dişi cinsiyyət sisteminin fiziologiyası
Cinsiyyətyetişgənliyi-pubertas.
K/t heyvanlarının balaları inqkişaf edərək müəyyən yaşa çatdıqdan sonra cinsiyyət fəaliyyətinə başlayırlar. Bu yaşa isə cinsiyyət yetişgənliyi dövrü deyilir. Dişi heyvanlarda ilk hövrəgəlmə, erkəkdə cütləşməyə meyil. Cinsiyyət yetişgənliyi heyvanların növü, cinsi, yemləmə, saxlanma və əqlinlə əlaqədardır. Isti yerlərdə tez soyuq yerdə gec başlayır. Heyvanlarda cinsiyyət yetişgənliyinin başlanmasına baxmayaraq, hələ orqanizmi tam inkişaf etmiş olmur. Ona görə belə heyvanları cütləşməyə buraxılmır.
Onlarda orqanizmin sonrakı dövrü zəifləyir. Doğulan balalar zəif olur, süd məhsuldarlığı aşağı olur. Heyvan tez qocalır və s.
Göstərilən vaxtda heyvanları cütləşməyə buraxmaq lazımdır. Gec buraxmaq isə faydalı deyil.
Heyvanlarda cinsiyyət yetişgənliyi, cütləşməyə ilk dəfə buraxılma vaxtı, cinsi fəaliyyət müddəti.
Heyvanın növüCinsiyyət yetiş-
gənliyinin dövrü
Ilk dəfə cütləşməyə buraxılma vaxtıCinsi fəaliyyətin davam etmə müddəti
Inək8-12 aylıqda15-22 aylıqda15-20 il
Camış12-15 - -20-30 aylıqda16-22 il
Qoyun6-8 - -1,2 aylıqda6-8 il
Keçi6-8 - -9-12 aylıqda6-10 il
Madyan
Donuz
12-18 - -
5-8 - -
3-4 yaşda
9-12 aylıqda
20-25 il
9-12 il
Dəvə2-5 yaşda4-7 yaş25-30 il
It6-8 aylıqda10-12 aylıqda6-10 il
Cinsiyyət tsikli
Ceyvanlarda cinsiyyət yetişkənliyindən sonra cinsiyyət sistemi fəaliyyətə başlayır. Cinsiyyət sistemində gedən proseslərin mahiyyətini hələ XIX əsrin axırlarında öyrənməyə başlamışlar. Ilk dəfə Xipp və Unterberger cinsiyyət sistemində gedən dəyişiklikləri elmi cəhətdən əsaslandırmağa çalışmışlar. Bu alimlərin fikrincə bir xərəaxıtma dövründən digər cərəaxıtma dövrünədək cinsiyyət sistemində gedən dəyişikliklərin cəminə cinsiyyət tsikli deyilir.
Tsikl-yunan sözü kıklos (latın dilində isə tsıklyus deyilir) olub, dairə, zəncir mənası verir. Bunların fikrinə görə cinsiyyət tsıkli 4-dövrdən ibarətdir:
1.Cərəaxıtmadan qabaqkı dövr - Mroestrus
2.Cərəaxıtma dövrü – Oestrus
3.Cərəaxıtmadan sonrakı dövr- Meteostrus
4.Sakitlik dövr- Anoestrus, dıoestrus.
Prof. A.P. Studentsov Y.P. Pavlov təliminə əsaslanaraq cinsiyyət sistemində gedən dəyişiklikləri 3-əsas dövrə bölür. 1-oyanma dövr; 2- tormozlanma dövr; 3- müvazimət dövrü. A.P. Studensova görə bir cinsiyyət oyanması ilə digər cinsiyyət oyanması arasında gedən fizioloji dəyişikliklərin cəminə cinsiyyət tsıkili deyilir.
Oyanma dövrü – Dişi heyvanda bu dövr cinsiyyət proseslərinin ən aydın nəzərə çarpan və şiddətli dövr hesab edilir. Belə ki, bu dövrdə dişi cinsiyyət üzvləri qızarır, balalıq boynu açılır, yumurtalıqlar üzərindəki follukullar böyüyərək, Qraf qovuqcuqları halına düşür və tam yetişir. Dişi heyvan erkəyi yaxına buraxır və cütləşməyə meyl göstərir. Dişi cinsiyyət sistemində spermatozoidlərin aktiv hərəkəti və yumurta hüceyrəsinin bölünməsi üçün tam şərait yaranır.
Tormozlanma dövrü. Bu dövrdə heyvanda oyanma dövrün sönməsilə səciyyələnir. Cinsiyyət üzvlərində qızartı və şişginlik tədricən itir balalıq böyüməsinin xarici dəliyi bağlanır. Yumurtalıq üzərindəki partlamış qraf qovucuğu yerində sarı cismi əmələ gəlir. Dişi heyvan erkəyi yaxına buraxmır.
Müvazinət dövrü. Cərəaxıtma, hövrəgəlmə olmur. Ancaq cinsiyyət üzvlərində yeni oyanma dövrü üçün hazırlıq gedir, Sarı cismi tədricən sorulmağa başlayır.
Cinsiyyət tsıklı gedişinə görə 2 qrupa bölünür.
Tamyararlı cinsiyyət tsıklı belə halda cinsiyyət oyanması zamanı ərəaxıtma, hövürəgəlmə və ovulyasiya normal gedir.
Natamam cinsiyyət tsıklı belə halda heyvanda cinsiyyət tsıklının müəyyən dövrü olmur.
Cinsiyyət tsıklında cərəaxıtma olmursa, belə tsıkıl anestral cinsiyyət tsıklı adlanır. Cinsiyyət tsıklın də hövürəgəlmə olmadıqda alıbıd, ovulyasiya olmadıqda anovulyator, ümumi oyanma nişanələri olmadıqda areaktin cinsiyyət tsıkli adlanır. Cinsiyyət tsıklinə görə heyvanlar 2 qrupa bölünürlər 1) Monosestrik heyvanlar. Belə heyvanlarda bütün il ərzində cinsiyyət tsıkli bir dəfə baş verir. Bu qruppa it, pişik və vəşi heyvanlar daxildir. Bu heyvanlarda cinsiyyət tsıkli yaz və ya payız fəslinə düşür.
Poliesterik heyvanlar. Belə heyvanlarda cinsiyyət tsıklı müəyyən vaxtda 1 ilə qədər təkrar olunur. Bu qruppa- inək, donuz, at edilir. Camış, qoyun, keçi və dəvələr il ərzində ardıcıl olaraq cinsiyyət tsıkli bir neçə dəfə nəzərə çarpır.
Cinsiyyət sisteminin fəaliyyətində iştirak edən hormonlar 2 qrupa bölünür.
Honadotrop hormonları Hipofiz vəzi ifraz edir. Hipofiz vəzinin ö paycığı follikul stimuasiyaedici və lyutenləşdirici hormon olan proliktin ifraz edir.
Prolaktm – yelmin fəaliyyətinin tənzimində iştirak edir. Bundan başqa, prolaktik boğazlıq baş verdikdə, sarı cismin sorulmasının qarşısını alır.
Hipofiz vəzinin arza paycığının ifraz etdiyi hormonlardan cinsiyyət tsıkli üçün əhəmiyyətli olan pıtutrini, onun fraksiyaları- oksitotsin və vazopressini göstərmək olar. Bu hormonlar balalığı təqəllüsünü artırır.
Honodal (ovarial) hormonlar yumurtalıqların əsas hormonlardır. Bunlara follikulin, protesterin, və ralyaksin hormonları aiddir.
Follikulin hormon follıkullarda əmələ gəlir. Bu hormon dişi orqanizmdə meydana çıxdıqda cərəaxmasına, qanda miqdarı artdıqda isə hövrəgəlməyə səbəb olur.
Prokesteron. Sarı cismin hormonudur. Heyvan boğaz olduqda Sarı cismin sorulmasının qarşısını alır və boğazlıq üçün şərait yaradır.
Relyoksin. Sarı cismin hormonu olmaqla, doğum aktı üçün çox əhəmiyyətli olan çanaq bağlarının boşalmasına səbəb olur.
Dişi heyvanların cinsiyyət tsıklinə xarici şəraitin 3 əsas amili təsir edir. 1) yemləmə; 2) işığın; 3) erkək heyvanın təsiri.
Heyvan yaşa dolduqca cinsiyyət tsıkli zəifləyir və nəhayət tam kəsilir. Buna klimaks dövür adlanır. Klimaks dövrü inəkdə 15-20 yaşda, camışda 17-22 yaşda, davarda 8-9 yaşda, madyanda 20-25 yaşda, itlərdə 8-10 yaşda başlayır. Inəklərdə döllənmə getmirsə, cinsiyyət tsıkli orta hesabla 21 gündən bir təkrar olur. Oyanma dövrü 1-8 gün tormozlanma dövrü 5-7 gün, müvazimət dövrü isə 6-14 gün davam edir.
Cərəaxıtma 6-33 saat, hövrəgəlmə dövrü 3-36 saat
Camışlarda doğumdan sonra 18-65 gündən sonra başlayır. Əksər camışlar doğandan 45-50 gün sonra hövrə gəlir. Camışlarda hövrəgəlmə çox şiddətli keçir. Hövrəgəlmə dövrü 5-40 saat əksərən 18-22 saat davam edir. Cütləşmə dövrü mövsümü xarakter daşıyır. Dağ rayonlarda iyun-iyul; aran rayonlarda isə mart-sentyabr aylarında olur.
Qoyunlarda Cinsiyyət tsıkli il boyu təkrar olur.
Onlar mövsümü xarakter daşıyır. Cinsiyyət tsıkli 16-18 gün davam edir. Hövrəgəlmə orta hesabla 38-6 saat davam edir.
Keçilər. Qoyunlarda olduğu kimidir.
Donuzlar. Cinsiyyət tsıkli 20-21 gün davam edir.
Hövrəgəlmə 24-48 saat (8 günədək də davam edə bilir)
Madyanda. Cərəaxıtma orta hesabla 5-7 gün
Hövrəgəlmə 2-12 gün davam edir.
Eşşəklərdə. Hövrəgəlmə 2-5 gün davam edir.
Dəvələrdə. Cinsiyyət tsıkli 9-50 gündən bir təkrar olunur. Bunlarda hövrəgəlmə çox şiddətli olur.
Itlərdə. Cinsiyyət tsıkli 3-6 ay davam edə bilir.
Oyanma dövrü ildə 1-2 dəfə.
Inəklərdə hövrəgəlməni düzgün təyin etmək üçün sınaqçı buğalardan istifadə edilir. Sınaqçı məqsədlə kazektomiya edilmiş buğalar seçilir, döllüyə yararsız, lcəld və cinsiyyət fəal buğa, onun hər iki toxum borusundan 3-4 sm kəsilir. Belə erkək 10-15 gündən sonra sınaqçı məqsədlə istifadə edilir.
Şipilov, Bəşirov, cərrahi yolla buğada xarici cinsiyyət üzvünün adi hərəkət və yerləşmə yerini dəyişərək, qarınaltı nahiyədə yeni sahə düzəldirlər və belə buğalar sınaqçı məqsəd kimi, onlarda sperma almaq üçündə istifadə edilməsini məsləhət görürlər.
Sınaqçı məqsədlə qoçların qarınaltına xalat bağlayırlar, bundan başqa kraska da istifadə edirlər, çənəaltına xüsusi rəngli nişanə asılır və belə qoç hövrəgəlmiş, qoyunun üzərinə tullanarkən onun arxa hissəsində xüsusi iz-nişanə buraxır. Belə nişanələnmiş qoyunlar seçilir, cins qoçlarla mayalanır. Hər 100 baş boğaz qoyuna 1-2 baş belə qoçlar olmalıdır.
Donuzlarda. Hövrəgəlmə və cərəaxıtma onların əlamətlərinə görə təyin edilir.
Madyanlarda. Hövrəgəlməni və cərəaxıtmanı təyin etmək üçün onlara ayrılmış sınaqçı məqsədlə ayrılmış ayqırlardan istifadə edirlər.
 
 
                   MÜHAZIRƏNIN MÖVZUSU: 
ERKƏK HEYVANLARDA CINSIYYƏT ÜZVLƏRININ ANATOMIYA VƏ FIZIOLOGIYASI 
MÜHAZIRƏNIN PLANI
  1. Erkək heyvanlarda cinsiyyət üzvlərinin anatomiyası və fiziologiyasının vəzifələri
  2. Cinsiyyət vəzilərinin quruluşu və vəzifələri
  3. Xaya torbasının vəzifələri
  4. Cinsi əlaqə haqqında anlayış
  5. K/t heyvanlarında reflekslər
  6. Erkəklərdə cinsiyyət yetişkənliyi
  7. Cütləşmə üsulları
 
Erkək heyvanlarda cinsiyyət üzvlərinin anatomiya və fiziologiyası
Erkək heyvanda cinsiyyət üzvlərinin fəaliyyəti müsbət yer tutur. Erkək cinsiyyət üzvləri-toxumluqlar, toxumluq artımları, onları çıxaran yollar (toxum boruları), əlavə cinsiyyət vəziləri, xarici cinsiyyət üzvü və pülükdən ibarətdir.
Cinsiyyət vəziləri- toxumluqlar-xayalar (testis, dydumıs, orchıs) mürəkkəb borulu vəzilər olub, yumru və ya oval şəkillidirlər. Bala hələ anna bətnində olduqda toxumluqlar qarın boşlüğünda, böyrəklərin yanında yerləşirlər, bala doğulana yaxın isə xaya torbasına (serotuma) düşürlər. Toxumluqların quruluşu olduqca mürəkkəbdir. Onlar xaricdən xüsusi şəklə düşmüş xaya torbası-dərisi (cutisseroti ilə örtülür ki, bunun da üzərində çoxlu miqdarda Piy və tər vəziləri, zərif tüklər vardır. Xaya torbası toxumluqları xarici təsirdən qoruyur və toxumluqlardakı daxili temperaturu tənzim edir. Xaya torbası dərinin üzərində çoxlu qırışıqlar əmələ gəlir. Bunlar iqlim şəraitindən asılı olaraq açılıb-bükülə bilirlər. Belə ki, isti havada torba açılır və genişlənir, soyuq havada isə bükülür və darılır. Nəticədə xaya torbası daxilində hərarət ümumi bədən temperaturunda 3-4 aşağı, yəni 34-36 olur ki, bu da toxumluqlarda spermatozoidlərin əmələ gəlməsi üçün yaradılan şəraitdir. Xaya torbasının dərisi xüsusi tikiş (Lima raphal) vasitəsilə 2 hissəyə bölünür. Xaya torbası ilə toxumluqların parenximası arasında bir sıra təbəqələr vardır. Xaya torbası dərisi altında elastiki əzələ təbəqəsi (tumirca dartos) yerləşir. Bu qısa qarın divarını əzələ və ya fassiyasinin madədi olub, fərq ilə möhkəm birləşir. Elastiki əzələ qişası xüsusi arakəsmə vasitəsi ilə xaya torbasına və sol hissəyə bölür. Elastiki əzələ təbəqəsi altında xaya fassiyası (Kuper fassiyası) yerləşir və hər toxumluğu ayrılıqda örtür. Bu qişa buğa və donuzlarda daha yaxşı inkişaf etmiş və qalın olur. Bundan sonra toxumluqlar ümumi yataq pərdəsi- itunika baginlis communislə örtülür. Toxumluqlar bu qişanın daxilində olduqca mütəhərrikdir. Ümumi yataq pərdəsinin altında xüsusi yataq pərdəsi-tınıca vaginalis prorla yerləşir ki, bu da qarın pərdəsinin daxili vərəqənin davamıdır. Toxumluqların üzəri ağlı qısa (tunica albuginal) ilə örtülür. Toxumluğun paycıqları qıvrım kanalcıqlardan tubulis semini ferus contortus təşkil olunur.
Bir neçə qıvrım kanalcıqlar birləşərək düz kanalcıqlar keçir, bunlar da bir-birləri ilə yarışaraq toxumluğun torunu Rete tes-tis əmələ gətirirlər, sonra gövdə və quyruq hissələrini əmələ gətirirlər. Toxumluq artımı daxilindəki qıvrım kanalcıqlar düzəldilərsə, onun uzunluğu 25-50 metratar. Toxumluğun artımı orqanizmdə spermatozoidlərin bioloji anları hesab edilir, belə ki, toxumluqlarda hazır olmuş spermatozoidlər toxumluğun artımında tam yetişir və ən azı 7 gün burada xüsusi lipopotend pərdə ilə örtülmüş halda qalırlar. Hər iki toxum borusu sidik kisəsi boynu nahiyəsində birləşir (distus eyaculatorius), daha doğrusu, sidik kanalına qarışaraq və cinsiyyət üzvünə keçir, onun aşağı divarı ilə hərəkət edərək, açıq ucu vasitəsilə xariclə əlaqələnir. Toxum borusu 3 növ əlavə cinsiyyət vəziləri (prostat, Kuper və toxum qovuqcuqları) açılır. Bu vəzilərin şirəsi toxum borusunu isladır, təmizləyir, spermatozoidlərin fəallığını və hərəkətini asanlaşdırır. Erkək cinsiyyət üzvləri xarici cinsiyyət üzvü penis (penis) ilə qurtarır. Penis kök (Radix) gövdə (corpus) və (Apex) hissələrə bölünür. Buğalarda və qoçlarda penisin başcığı yaxşı görünür. Gövdəsində s-kari əyrilik əmələ gəlir, penisin ümumi uzunluğu isə 1-metrədək olur. Itlərin penisində nazik sümük lövhəsi vardır. Penis puluklə örtülür. Cinsiyyət oyanması zamanı penis pulukdən çıxır və onun həcmi dəfələrlə böyüyür.
Toxumluqlar qan damarının zənginliyi cəhətcə orqanizmdə beyindən sonra ikinci orqandır. Toxumluqlar daxili toxumluq arteriyası (art.pudenta interna), onların təbəqələri isə xarici toxumluq arteriyası (art.spermatus exxerina) ilə qanla təchiz edilir. Əlavə cinsiyyət vəziləri daxili cinsiyyət arteriyası (art. spermatces interna) vasitəsi ilə penis isə daxili cinsiyyət arteriyası və xarici toxumluq arteriyası ilə qanla təchiz edilir. Ayqırlarda göstərilən arteriyasından əlavə bağlayıcı arteriya (art.altratora) iştirak edir.
Erkək cinsiyyət üzvlərində eyni adlı vena damarları və zəngin limfa sistemi vardır. Erkək cinsiyyət üzvləri toxumluq (plexus pudentus), oma (plexus sacralis), qarınaltı (plexus hipocostricus) kələflərindən gələn sinir şaxələri və xarici toxumluq sinirli ilə innervasiya olunur.
Erkək cinsiyyət üzvlərinin sinirləri mərkəzi sinir sistemi ilə əlaqədə olub, xarici və daxili təsirlərə olduqca həssasdır.
Erkək cinsiyyət üzvlərinin fiziologiyası
Erkək heyvanlar müəyyən yaşa çatdıqdan sonra cinsiyyət yetişgənliyi başlayır. Ilk olaraq cütləşməyə meyil edir. Erkəklərdə cinsiyyət yetişgənliyi ilə əlaqədar olaraq mürəkkəb bir fizioloji proses başlayır. Bu proses cinsiyyət hüceyrələrin əmələ gəlməsi və yetişməsindən ibarətdir ki, bu da spermiogenis adlanır. Spermatozoidlər toxumluqlar da qıvrım kanalcıqların daxilində əmələ gəlir. Qıvrım kanalcıqların daxili cəthi bir neçə cərgə epitel hüceyrələrlə ilə örtülüdür. Bu hüceyrələrdən birinci növbədə spermatogenilər əmələ gəlir. Spermatogonirlər daha da inkişaf edərək, 1-cərgə spermasitlərə çevrilirlər, bunların hər biri 2-hüceyrəyə bölünərək 11 cərgə spermasitləri əmələ gətirirlər. 11 cərgə spermasitlər yenidən ikiyə bölünərək spermatitlər əmələ gətirirlər. Sonrakı inkişaf nəticəsində spermatozoidlərin müəssindən spermatozoidlərin başcısı, protoplasmasında isə gövdə və quyruğu əmələ gəlir. Bu qayda ilə hazırlanmış spermatozoidlər toxumluqların qıvrım kanalına, sonra xaya artımına doğru hərəkət edirlər. Orada tam yetişir (7-60 gün qalır) onların üzərləri xüsusi lipoprotsid pərdə ilə örtülür, spermoiogeniz prosesini 4-dövrə bölünür. 1) bölünmə; 2) inkişaf; 3) yetişmə; 4) spermatozoidlərin formaya düşməsi. K/t. heyvanlarında orta hesabla spermatozoidlər 50-80 mikron uzunluqda olub, 4-hissədən (baş, boyun, gövdə və quyruq) ibarətdir.
Spermaogeniz heyvanı yemlənmə, saxlanma və iqlim şəraiti ilə sıx əlaqədardır. Belə ki, həddindən artıq isti, spermotozidlərin əmələ gəlməsi zəif olur. Spermioginiz orqanizmdə neyro-humoral sistemi ilə əlaqədardır. Spermiogenez prosesində zülali maddələrin rolu olduqca böyükdür. (xüsusilə vitamin E).
Cinsi əlaqə-coitus.
Erkək cinsiyyət üzvlərində hazırlanmış spermanın heyvan tərəfindən penis ilə dişi cinsiyyət yoluna keçirilməsinə cinsi əlaqə-cütləşmə deyilir. Cütləşmə mürəkkəb fizioloji proses olub, bir sıra şərtsiz və şərti reflekslərin cəmi hesab edilir. Cinsi əlaqə cinsi instinkti nəticəsi olub, mərkəzi sinir sistemi və endokrin sistemi vasitəsi ilə tənzim edilir və xarici şəraitlə sıx əlaqədardır.
Kənd təsərrüfatları heyvanlarda cinsi əlaqə 4-ardıcıl refleksdən ibarətdir ki, bunların hər biri ayrılıqda mühüm rol oynayır. Bu reflekslər aşağıdakılardan ibarətdir.
1) Ereksiya refleksi. Bu refleks erkək orqanizmində ən mürəkkəb fizioloji proseslərdən biri olub, cinsiyyət oyanması zamanı penisin tədricən qanla dolaraq bərkiməsinə və cinsi əlaqə «coitus» üçün hazırlanmasına deyilir.
Belə refleks orqanizmin ümumi fəaliyyəti və sinir sistemi ilə olduqca sıx əlaqədardır. Orqanizmin ümumi xəstəlikləri, aclıq, bir tərəfli yemləmə, saxlanma şəraiti pis olduqda səs-küy cütləşmə yerinin dəyişdirilməsi.
Erkək cinsiyyət üzvlərin xəstəlikləri (fimoz, parafimoz, oxrik və s). Sperma aldıqda süni vaginani düzgün hazırlamadıqda və s. ereksiya refleksini pozur.
Qucaqlama refleksi. Erkəyin dişi üzərinə sıçrayaraq qalxması və onu ön ətrafları ilə sıx tutması qucaqlama refleksii adlanır. Bu refleks ayqır və qabanda nisbətən qüvvətli olur. Arxa ətrafların və çanaq nahiyyəsinin müxtəlif xəstəlikləri bu refleks pozulur.
Cütləşmə refleksi. Erkək heyvanın penisinin dişi heyvan balalıq yoluna daxil edilərək, orada fəal hərəkət etdirilməsinə deyilir. Bu refleks dişi heyvanda hövrəgəlmənin qızğın vaxtında daha şiddətli olur.
Eyakulyasiya refleksi. Bu refleks bütün cinsiyyət reflekslərinin sonu olub, cinsiyyət oyanması zamanı cinsiyyət üzvlərindəki bir qrup əzələlərin yığılması zamanı spermanın kənar edilməsidir.
Ümumiyyətlə, cinsi əlaqənin davamı və geisi heyvanların növü ilə sıx əlaqədardır. Belə ki, cinsi əlaqə gövşəyən heyvanlarda 10-15 saniyə davam etdiyi halda donuzlarda 10-15 dəqiqə, atlarda 1-8 dəqiqə davam edir.
Erkək heyvanlarda cinsiyyət yetişgənliyi, cütləşməyə ilk dəfə buraxılma müddəti.
Heyvanın növüCinsiyyət yetişgənliyiIlk dəfə cütləşməyə
buraxılma vaxtı
Buğa6-9 ay16-18 ayda
Qoç 6-8 ay15-18 ayda
Təkə 7-8 ay15-20 yaşda
Qaban 5-6 ay10-11 ayda
Ayqır 12-15 ay3-4 yaşda
Nər 2,5-3 yaş3-5 yaşda
It 6-8 ay12-14 ayda
Əgər vaxtında tez buraxıldıqda, törədicilər inkişafdan qalır, tez qocalır, sperma az verir və təsərrüfatdan çıxarılır.
Cütləşmə üsulları ikidir. Təli cütləşmə və süni mayalandırma K/t heyvanlarının süni mayalandırılması daha qabaqcıl üsul olub, təbii cütləşdirməyə nisbətən bir sıra üstünlüklərə malikdir. Odur ki, hazırda təbii cütləşmə üsullarında da istifadə olunur.
Bir çox təbii cütləşmə üsulları vardır.
Sərbəst (azad) cütləşmə üsulu.
Hazırda bu üsuldan az istifadı olunur. Bu üsulda erkək heyvan dişi heyvanla bir yerdə (sürüdə) saxlanılır. Hövürə gələn heyvan olduqda onunla cütləşir. Bu üsulun bir sıra nöqsanları vardır. Belə ki, bu üsulda cütləşmə apardıqda, erkəklərdən səmərəli istifadə edilmir, seleksiya işləri çətinləşir və bir sıra yoluxucu xəstəliklər (bruselyoz, yoluxucu vaginit, trixomonoz, vibrioz və s.) cinsi əlaqə ilə asanlıqla yayılır. Bu üsulda istifadə etdikdə, erkəklər əvvəlcədə yoxlanılmalıdır və sürüdə bütün baytarlıq tədbirləri aparılmalıdır.
Əl üsulu ilə cütləşdirmə.
Bu ən yaxşı təbii cütləşdirilmə üsulu hesab edilir. Belə ki, bu üsuldan istifadə ediləcək döllük erkəklər dişilərdən ayrı saxlanılır. Dişi heyvan hövürəgəldikdə cütləşmə məntəqəsinə gətirilir, erkək onun yanına buraxılır. Bu üsulda seleksiya üzvləri pozulmur, dişi heyvanlar əvvəlcədə hansı törədici ilə cütləşdirilməsi müəyyənləşdirilir, törədicidən səmərəli istifadə olunur. Bu üsulda cütləşmədən qabaq dişi cinsiyyət üzvləri təmizlənir ki, dişi cinsiyyət yoluna mikroblar düşə bilər. Xəstəlik baş verər, döllənmə getməz heyvan qısır qalar.
Əllə cütləşdirmədə bir ildə erkəkdən istifadə edilmə norması bir ayqır üçün 40-60 baş inək; buğa 2 yaşdan yuxarı 60-90 baş inək; Qoç 1-1,2 yaşda 20-30 ana qoyun; yaşlı qoç 30-50 baş qoyun; Qaban 10-25 baş. erkəkləri istifadə etdikdə baytar həkimlər onları diqqətlə yoxlamalıdır.
Erkək uzun müddət istifadə edərkən yaxşı yemləndirilməlidir ki, keyfiyyətli sperma verə bilsin; törədicidən normadan artıq istifadə etdikdə spermanın keyfiyyəti pisləşir. Elə etmək lazımdır ki, erkəkdən eyni fasilə ilə və eyni vaxtda cütləşməyə buraxılsın əl üsulu süni mayalanma aparmadıqda aparılır.
Ilxı üsulu ilə cütləşdirmə.
Atçılıq təsərrüfatlarında bu üsuldan geniş istifadə edilər. 25-madyandan 1-ayqırdan ibarət ilxılar təşkil olunur. Ayqırı ilxıya buraxmadan əvvəl ətraflı kliniki müayinə edib onun nalını çıxarmaq lazımdır ki, madyanları vurub zədələməsin. Bu üsul sərbəst cütləşmə üsulunun bir növüdür.
Siniflərlə cütləşdirmə üsulu.
Bu üsuldan qoyunçuluq təsərrüfatlarında istifadə edilir. Bu üsulda qoyunların sinifləri nəzərə alınaraq xüsusi sürülər təşkil edilir və bu siniflərə uyğun olaraq münasib qoçlar seçilib, həmin sürülərə buraxılır. Belə ki, I-II və III siniflərə ayrılmış qoyunlardan ayrı-ayrı sürülər təşkil edilir və həmin sürülərə döllük qoçlar buraxılır. Süni mayalanma tətbiq olunmayan kiçik qoyunçuluq təsərrüfatlarında mələzləşdirmə işlərini yaxşılaşdırmaq üçün bu üsuldan istifadə edilir.
Hərəmə cütləşdirmə üsulu.
Həvəsdə olan qoyunlardan bir sürü təşkil edərək, həmin sürüyə qoçlar qatırlar, bu qoçlar həvəsdə olan qoyunları sürərək mayalayır, hazırda süni mayalanma olan yerdə bu üsuldan az istifadə olunur. Lakin süni mayalanmadan istifadə etmədikdə 100 baş qoyuna 1-2 baş qoç qatılır. Onlar həvəsdə olan qoyunları tapır mayalayır. Yeni cins qoyunçuluq təsərrüfatlarında sınaqçı qoçlardan istifadə edirlər. Həvəsə gələn qoyunları sınaqçı qoçlar seçir və onu cins qoçlarla təbii ya da süni mayalandırırlar.
Toxumluqların həcmi və çəkisi
Buğalarda uzunluğu 12-14 sm; çəkisi 250-350 qr.
Qoç və keçi uzunluğu 10-12 sm; çəkisi 200-300 qr
Atlarda uzunluğu 10-12 sm; çəkisi 200-250 qr.
Donuzda uzunu 11-12 sm; çəkisi 400-500 qr.
  MÜHAZIRƏNIN MÖVZUSU: 
Süni mayalanmanın əhəmiyyəti, iqtisadi səmərəsi və spermanın alınma üsulları. 
                       MÜHAZIRƏNIN PLANI
1.Süni mayalanmanın əhəmiyyət və mahiyyəti
2.Süni mayalanmanın iqtisadi səmərəliliyi
3. Spermanın alınma üsulları
4.Müxtəlif heyvanlardan spermanın alınması
5.Süni vagina vasitəsi ilə spermanın alınması.
6.Alınmış spermanın xarici görünüşünə görə qiymətləndirilməsi.
 
Süni mayalanmanı əhəmiyyət spermanı alınma üsulları, döllük erkəklərin istifadəsi.
Süni mayalanma üsulunda törədicilərdən daha səmərəli istifadə edilir. Belə ki, bir buğadan bir dəfəlik sperma ilə orta hesabla 18 inəyi mayalamaq olur. Təbii cütləşmədə bir buğaya 35-40 baş, əl ilə cütləşmədə isə 80-120 baş inək, süni mayalamada isə bir ildə 2-3 min baş inək, daha yaxşı təşkil etdikdə isə 4-7 min baş inəyi mayalamaq olur.
Qoçdan alınmış bir dəfəlik sperma ilə 20 baş qoyunu mayalamaq olur.
Süni mayalama üsulu ilə yeni cinslərin yaradılması və mələzləşdirmə işləri qısa müddətdə başa çatdırılır. Süni mayalama üsulu təsərrüfatlarda tədbiq etdikdə qısırlıq, azalır və balaalma faizi çoxalır. Təbii cütləşmə zamanı 20-25, əl üsulu ilə 50-60 madyan bir ayqıra, süni mayalanmada isə 300-500 madyan bir ayqır ayrılır. Donuzlar üçün süni mayalamada 200-250 baş donuza bir Qaban ayrılır. Erkəklərdən süni yolla sperma aldıqda elə bir üsul seçmək lazımdır ki, o sadə olsun, törədicidən spermanın hansı itkisiz alınsın; spermanın miqdarı (həcmi) və keyfiyyəti dəyişməsin və s.
Törədicilərdən sperma almaq üçün bir çox üsullar vardır.
Balalıq yolundan (vaginadan) spermanın toplanması.
Törədici təbii yolla cütləşdirildikdən sonra şpris, xüsusi qaşıq və vagina güzgüsü ilə vaginadan sperma götürülür. Bu üsulun mənfi cəhəti çox olduğu üçün hazırda istifadə olunmur. Çünki sperma topladıqda seliklə qarsır, keyfiyyəti pisləşir. Bu üsula yalnız qaban və ayqırdan istifadə olunmur.
Spermanın süngər vasitəsi ilə alınması.
I.I. Ivanov tərəfində hazırlanmış süngər parçası dezinfeksiya edilib təmizləndikdən sonra həvəsdə olan heyvanın vaginasına ötürülür. Törədici heyvanlar cütləşdikdən sonra süngər çıxarılır sperma təmiz bir qaba sıxılır. Bununda mənfi cəhəti ondan ibarətdir ki, süngər törədicinin penisini zədələyir və süngəri sıxarkən spermatozoidlər tələf olur.
 
Spermanın massaj vasitəsi ilə alınması.
Yaxşı cinsli və keyfiyyətli törədici bir sıra cəstəliklərə tutulduqda və ya başqa səbəblərdən dişi heyvan üzərinə atıla bilmədikdə dişi heyvan yanına gətirilir. Əl dezinfeksiya olunur, sonra düz bağırsaqdan toxumçıxarıcı kanalın ampulvaza hissəsini tapmalı və bir neçə dəqiqəyə massaj etməli. Bu üsula uzun müddət sperma almaq məsləhət görülmür. Çünki bu vaxt massaj nəticəsində düz bağırsaq iltihaba tutular.
Cərrahi üsulla spermanın alınması.
Sidik-cinsiyyət kanalınınəyriliyi və oturaq sümüyü qabarlararası nahiyədə cərrahi yolla kəsik fustula qoyurlar.
Belə törədici təbii cütləşdirildikdə onun sperması həmin fustuladan kənar olur. Bunu toplayıb süni mayalamada istifadə edirlər. Bu üsul 1923-cü ildə prof. L.S.Sapojnikov tərəfindən təklif edilmişdir. Bunu buğalarda I.V.Qlumakov istifadə edilmişdir.
Buğa və kələdən süni vagina vasitəsi ilə sperma alınması.
Buğa və kələlərdə istifadə olunun süni vaginanın uzunluğu 50 sm, diametri 8 sm rezin silindirdən ibarətdir. Kamera silindrə geydirilib bərkidildikdən sonra dezinfeksiya edilir. Hava üfürülür, içərisinə 50-550 olan 300-400 ml su tökülür, toxum qəbulediciyə 30-350 olan 100 ml su tökülür, sonra momtarla möhkəm bağlayıb, süni vaginaya geydirilir. Süni vaginanın qurtaracağına 3-5 sm qalana qədər vazlenlə yağlanır, vaginanı hər iki başlığında möhkəm rezin tutucu ilə süni vaginaya bərkidilir.
Spermanı alan vaxt süni vaginada temperatur 40-42olmalıdır. Törədici süni vaginaya sperma buraxan kimi süni vagina çevrilir və kran açılır ki, onun divarlarında olan sperma qəbulediciyə axsın. Bundan sonra qəbuledici süni vaginadan çıxarılır ağızı örtülür. Həmin törədici ikinci dəfə sperma aldıqda (birinci dəfə sperma alarkən süni vagina çirkli olduğuna görə) qabaqcadan hazırlanmış ikinci vaginadan istifadə edilir.
Toxum alan kimi süni vagina 2-3%-li soda məhlulu ilə yuyulub, qaynar su ilə yaxalanmalıdır. Vazelin süni vaginanın divarını xarab edir. Ona görə Paseçnikov aşağıdakı resepdən istifadə etməyi məsləhət görür. Qraxmal 60 qr, qliserin 10 q, destil su 100 q; kraxmal 6 q; qliserin-10 q; süd-100 ml.
Rp: Kraxmal 6 q; qliserin 10 q; limon turşusunun Na duz-3 q; disdəl 100 ml bu reseptlə kanalını yuduqda təmiz yuyulur.
Törədicilərdən sperma yemləmə və suvarmadan 2-3 saat sonra, həmişə eyni vaxtda alınmalıdır. Sperma almazdan əvvəl törədici 15-20 dəqiqə gəzdirilməlidir. Törədici dişi heyvanın üzərinə atıldıqda, texnik yaxına gəlir, sağ əlində süni vaginanı lazımi vəziyyətdə tutur, solə li ilə ehtiyatla pulukdən tutaraq penisi vaginaya tərəf yönəldir, vagina 350-450-lik bucaq altında tutmaq lazımdır. Törədicinin birdən penisi bərk irəli itələməsi spermanın verilməsini göstərir, sonra törədici heyvanın üzərindən düşür.
Vagina yuxarıya tutulur ki, sperma toxum qəbulediciyə tökülsün, sonra toxum qəbuledici çıxarılır. Sperma müayinə üçün laboratoriyaya göndərilir.
Qoçlardan süni vagina vasitəsi ilə spermanın alınması.
Qoçlardan sperma almaq üçün istifadə olunan süni vagina uzunlugu 20 sm diametri 5,5 sm olan efonit silindirdən ibarətdir. 1943-cü ildə buraxılmış süni vaginanın silindrində hava və su yeritmək üçün bir gözcük qoyulmuşdur. Qoçlar toxum qəbuledici dezinfeksiya etdikdən sonra içərisinə 50 ml, 30-350s temperaturda su tökülür və sonra vaginaya geydirilir. Qoçların süni vaginasına 150-190 ml temperaturu 50-550s olan su tökülür. Həvəsdə olan qoyun dəzgaha salınır və qoç onun yanına buraxılır. Toxum alan şəxs qoçun sağ tərəfində dayanır, qoç qoyuna atıldıqda o, sağ əli ilə süni vaginanı qoyunun çanaq nahiyəsində 35-450-lik bucaq altında maili vəziyyətdə tutur, sol əli pülük nahiyyəsini tutaraq penisi vaginaya yönəldir, qoçun penisi irəli bərk itələməsi spermanın xaric olmasını göstərir, sonra vagina tez aşağı tərəfə çevirmək lazımdır ki, vaginanın divarlarına tökülmüş sperma qəbuledicinin içərisinə axsın. Sonra qəbuledicidəki sperma tökülür müayinə üçün labaratoriyaya göndərilir.
Ayqırlardan süni vagina vasitəsi ilə sperma alınması.
1952-ci ildə atçılıq institunda alminumdan hazırlanmış süni vagina geniş yayılmışdır. Ayqırın süni vaginasının bir tərəfi daralmış (boğulmuş) şəkildə olur. Həmin nahiyəyə rezindən və ya plastmasdan hazırlanmış toxum qəbuledicisi geydirilir. Silindrin ortasında gözcük qoyulmuşdur. O xüsusi qayka ilə bağlanır. Süni vaginanın temperaturu 50-600 olan 1,5-2,5 l su tökülür və sonra stiril vazelinlə yağlanır.
Qabanlardan süni vagina vasitəsilə sperma alınması.
Qabandan sperma almaqdan ötəri buğa üçün olan süni vaginada istifadə etmək olar. Lakin bu cür vagina 5 sm qısaldılmalıdır. Burada toxum qəbuledici əvəzinə 500-800 ml tutumu olan şüşə və ya plastmass bankadan istifadə edilir. Qabanlardan yalnız müqəvva üstündə sperma alınır. Burada cinsiyyət aktı 4-8-15 bəzən 20-30 dəqiqə uzanır. Qabandan sperma almaq istədikdə əvvəlcə onu momijə gəlməyi öyrətməli. Momejdə mütləq donuz iyi olmalıdır. Momejdə bir neçə dəfə təbii olaraq donuzla cütləşməlidir. Süni vaginaya 300-400 ml su tökülür, onun temperaturu 40-420 olmalıdır. A. V. Kvasnitski qaban üçün müqavə düzəldib. Uzunluğu 150 sm diametri 30-35 sm, hündürlüyü isə 45 sm-dir.
Döllük erkəklərdən uzun müddət istifadə etmək yaxşı keyfiyyətli sperma almaq üçün onlardan səmərəli istifadə edilməlidir. Erkəkdən tez-tez sperma aldıqda o xəstələnə bilir, spermanın keyfiyyəti pisləşir və heyvan vaxtından əvvəl qocalır.
Döllük erkəklərdən sperma almaq üçün öküz, ə ya da müqəvvədan istifadə olunur. Buğalar 15-20 aylıqda, kələlər isə 20-30 aylığında süni mayalanmada istifadə edilə bilər. Cavan buğa və kələdən hər 7-10 gündə 1-2 dəfə, yaşlı buğa və kələdən hər 3 gündən bir iki dəfə (dalbadal) sperma alınmalıdır. Fasilə 5-10 dəqiqə olur. Belə etdikdə spermanın keyfiyyəti yaxşılaşır, törədici həvəslə sperma verir və alınmış spermanı daha çox durultmaq olur.
Bilmək lazımdır ki,yemləmədən 2-3 saat və suvarmadan bir saat sonra, səhər tezdən spermanın alınması məsləhətdir. Törədicidən sperma alan kimi su vermək olmaz (tərlidir) törədicidən sperma almazdan əvvəl 15-20 dəqiqə gəzdirmək lazımdır.
Qoçdan sperma almaq lazım gəldikdə cütləşmə kompaniyasına 1-1,5 ay qalmış hazırlıq görülməlidir. Cütləşmə kompaniyası başlandıqda hər bir yaşlı qoçdan bir qayda olaraq gündə 3-4 dəfə sperma almaq olar. Sperma dalbadal iki dəfə 10-15 dəqiqə ara verərək almaq yaxşıdır. Qoçdan 4 dəfə sperma aldıqdan sonra yenə də sperma almaq istədikdə, ona azı 3-saat istirahət verilməlidir.
Ayqırlardan gündə bir dəfə sperma alırlar. Spermaya ehtiyac çox olduqda ayğıra 6-7 saat istirahət verdikdən sonra bir gündə iki dəfə sperma almaq olar.
Yaşlı erkək donuzlardan 3 gündən bir sperma almaq lazımdır. Anna donuzlar kütləvi həvəsə gəldikdə yaşlı erkək donuzlardan iki gündən bir, bəzən hər gün, sperma almaq olar. Ancaq onlara vaxtaşırı istirahət verməklə yemləmə şəraitini yaxşılaşdırmaq lazımdır.
Döllük erkəklərin cinsiyyət fəaliyyətinin eyni səviyyədə saxlamaq üçün onların yem payında lazımi qədər vitaminlər, mineral duzlar, mikroelementlər, zülallar və heyvan yemləri verilməlidir.
Törədicilərin sağlamlığını qorumaq üçün onlardan təmiz sperma almaq məqsədilə dəriləri həmişə təmiz saxlanmalıdır.
Alınmış spermanın əvvəlcə xarici görünüşünə görə qiymətləndirirlər. Bu vaxt onun rəngi, iyi və həcmi öyrənilir.
Spermanın rəngi. Normal sperma ağ-sarımtıl rəngdə olur. Onun qırmızı və göy rəngdə olması cinsiyyət kanalını zədələnməsi, yaşıl rəngdə olması isə orada iltihabın baş verdiyini göstərir. Əlavə vəzilərdə, xüsusilə qovuqvari vəzidə iltihabı proses olduqda spermada köpük olur. Normal halda qoçun sperması ağ, buğanınkı ağ bəzən Sarı, ayqır və qabanınki isə boz-ağımtıl rəngdə olur.
Spermanın iyi. Normal spermanın iyi olmur. Ancaq buğa və kələnin spermasında bəzən təzə süd iyi hiss edilir, qoçunku isə azca tər-piy iyi verir. Spermaya sidik qatışdıqda ondan ammonyak iyi də gəlir. Cinsiyyət üzvlərində bəzən patoloji proses olduqda spermada üfunətli Iy hiss edilir.
Spermanın həcmi. Qoçun 1-2 ml, maksium 4 ml, buğada 4-5 ml, maksimum-15 ml. qabanda 200-400 ml, maksimum-1000 ml. ayqırda 50-100 ml, maksimum 600 ml. qoçun 1 ml spermasıda 2-3 milyard spermatozid vardır. Buğada 1 ml spermada 1-2 milyard spematozoid vardır. Qabanda 1 ml. 0,1-0,2 milyard spermatozoid vardır. Ayqırda 1 ml qatı spermasında0,25 milyard spermatozoid vardır.
Spermatozoidlərin qatılığının müəyyən edilməsi.
Sperma alındıqdan sonra bir damla götürüb Mikroskop altında 200, 280 və 400 dəfə böyütdükdə asanlıqla görmək olur. Mikroskopla müayinədə spermatozoidlərin hərəkəti və sıxlığı öyrənilir. Mikroskopun görmə səthində spermatozoidlərin sayından asılı olaraq onun qatılığı 3-cür olur; sıx, orta və seyrək. Sıx spermaya mikroskop altında baxdıqda spermatozoidlərin hərəkətini ayrılıqda çətin seçmək olur. Qatı sperma şərti olaraq «Q» hərfi ilə işarə edilir. Buğanın qatı spermasının bir millilitrində bir milyarddan artıq spermatozoid olur. Sıxlığı orta olan spermada spermatozoidlərin arasındakı boşluq görünür. Bu boşluq sahəsi bir spermatozoidin boyu qədər olur və spermatozoidin hərəkəti asanlıqla seçilir. Sıxlığı orta olan sperma şərti olaraq «O» hərfi ilə işarə olunur. Belə buğa spermasının hər bir millilitrində 200 milyondan bir milyarda qədər spermatozoid olur. Seyrək sperma «S» hərfi ilə işarə edilir. Bunların arasındakı boşluq asan seçilir. Seyrək spermada spermatozoidlərin miqdarı 200 milyondan az olur. Spermada spermatozoidlər yoxdursa belə sperma azospermiya adlanır. Şərti olaraq «A» hərfi ilə işarə olunur. Süni mayalanmada qoçların qatı spermasında istifadə olunur.
Spermatozoidlərin fəallığının təyini.
Erkək heyvanlarda spermatozoidlərinin fəallığı onların irəliyə doğru etdikləri hərəkətlərinə görə təyin edilir. Spermatozoidlərin hərəkəti 3-cürə olur; 1) düz xətt üzrə irəliyə doğru; 2) titrək; 3) dairəvi hərəkət. Spermatozoidlərin fəallığı (hərəkəti) 10-ball sistemi ilə qiymətləndirilir.
Mikroskop altında görünən spermatozoidlərin hamısı irəliyə hərəkət edərsə, belə spermanın fəallığı 10 ball (100%) hesab edilir. 10-ədəd spermatozoiddən 9-u irəliyə hərəkət edərsə 9-ball, 8-i hərəkət edərsə 8-ball, 7-si hərəkət edərsə 7-ball hesab edilir. Buradan belə nəticəyə gəlmək olur ki, spermatozoidlərin 100-ədədindən yalnız 10 ədədi irəliyə doğru hərəkət edirsə, belə spermaya 1 ball qiymət verilir. Qatı spermada (1 ml-də 1 milyarddan çox olduqda) fəal spermatozoidlər hərəkət edərək hərəkətsiz spermatozoidləri də hərəkətə gətirə bilər. Ona görədə belə spermatozoidləri hərəkətinə görə qiymət vermək üçün sınaq şüşəsinin üstünə bir damla sperma ilə bir damla 2,8%-li limon turşusu məhlullarını töküb müayinə edilir və spermatozoidlərin fəallığı yoxlanılır.
Süni mayalamada təzə alınmış qatı sperma ilə mayalandırılır. Burada düz xətt üzrə edən spermatozoidlərin sayı çoxdur. Onlar düz xətt üzrə hərəkət (irəliyə) edərək yumurtalıq borularını ampulavari genişliyinə düşərək yumurta hüceyrəsi ilə görüşür və mayalanma gedir.
Titrək sperma yerində titirəyərək hərəkət etmir. Belə spermatozoidlərlə mayalama üçün yaramır, onlar hərəkət etmir. Bəzən elə törədicilər olur ki, onlar sperma verir, ancaq onların spermasıda düz xəttli spermatozoidlər olmur. Onlarda dairəvi və titrək olur. Belə törədiciləri təsərrüfatda çıxdaş edilməlidir. Belə törədicilər mütləq baytar həkimləri tərəfindən yoxlanılmalıdır. Təbii cütləşmə zamanı dişi heyvan hövürə gələndə onunla cütləşdikdən sonra bir ay müddətində yenə heyvan hörə gələrsə deməli belə törədicilərin sperması yararsızdır.
Buğa və kələlərdən sperma götürmək üçün süni vaginalar
MÜHAZIRƏNIN MÖVZUSU: 
Spermanın fizioloji-kimyəvi, biokimyəvi xüsusiyyətləri və döllük erkəklərin yemləndirilməsi və saxlanması 
MÜHAZIRƏNIN PLANI
1.Spermanın kimyəvi tərkibi
2.Əlavə vəzlərin buraxdığı mayenin miqdarı
3.Spermotozoidlərin hərəkəti
4.Spermanın tipləri
5.Spermotozoidlərin tənəffüsünun intensivliyi
6.Törədicilərin yemləndirilməsi, saxlanması.
Spermanın fizioloji-kimyəvi və biokimyəvi xüsusiyyətləri.
Cinsiyyət üzvləri vasitəsi ilə törədicinin cinsiyyət aktı zamanı ifraz etdiyi məhsulla (mayeyə) sperma deyilir. Bu maye əsas iki hissədən (elementdən) ibarətdir.
Toxumluqların məhsulu olan spermatozoiddən;
Əlavə vəzilərin buraxdığı şirələrdən (sekresiyadan
Törədicinin cinsiyyət aktı zamanı buraxdığı bir dəfəlik spermaya eyakulyat deyilir. Spermatozoidlər spermanın əsas hissəsi sayılır, ancaq onun ətraf mayesinin də əhəmiyyəti az deyil. Həmin maye qida maddələri ilə zəngindir. Tərkibində olan duzlar spermatozoidlər üçün izotonik mühit yaratdığından, spermada turşuluğun çoxalmasının qarşısını alır. Bunlardan başqa, spermanın maye hissəsi spermatozoidləri qorumaqdan qoruyur. Spermanı balalığa yeridən heyvanlarda eyakyeyatda serum çox, spermatozoidlərin miqdarı isə az olur (ayqırda, erkək donuzda) eyakulyatı balalıq yoluna buraxan heyvanlarda isə sperma qatı olduğundan spermotozoidlərin miqdarı çox olur (qoçda, buğada) spermanın serumun və orada spermatozoidlərin bir birinə olan nisbəti heyvanın növündən, yaşından, yemləmə və saxlanma şəraitindən aslı olaraq dəyişə bilir.
Spermanın xüsusi çəkisi və yapışqanlığı.
Spermanın xüsusi çəkisi və yapışqanlığı əsas etibarı ilə onun qatılığından asılıdır. Spermatozoidlərin xüsusi çəkisi 1,280-1,334, orqanizmin başqa toxumalankından çox olur. Buğanın 1 ml spermasında 1 milyard spermatozoid olduqda onun yapışqanlığı 3,5-4,2 milyard və ondan çox olduqda 7-11-ə qədər olur.
Spermanın kimyəvi tərkibi.
Sperma erkək heyvanı orqanizmdə mürəkkəb tərkibə malik olan bir mayedir. Onun tərkibinin 90-98%-ni su, qalan 2-1-%-ni quru maddə təşkil edir. Quru maddənin 60%-i isə zülallardan ibarətdir. Spermatozoidlərin başı öz kimyəvi tərkibinə görə nəzərə çarparaq dərəcədə gövdə və quyruq hissəsindən fərqlənir. Spermatozoidlərin başılarının əsasını nukleopotendlər təşkil edir. Bundan başqa, tərkibində az miqdarda sadə zülallar mineral duzlar və lipoidlər tapılır. Quyruq hissəsi sadə zülallar və lipoidlərdən təşkil olunur.
Spermanın 1%-ni kül təşkil edir. Bunun isə tərkibində xlor, fosfor, kirəc, maqnezium, kalium, natrium, dəmir, sink, yod və s. elementlər vardır. Sadə elementlərdən başqa spermada mürəkkəb birləşmələrdə var. Bunlardan laktosidogen, fosfogen, xolesterin, xolin, limon turşusu və s.
Spermada başqa elementlərdə var. Qıalironidoza, feneloza, peroksidoza, katalaza, trıpsin, antitrepsin, amilozi, lipoza. Buğa və qoçun spermatozoidlərində 200-1000 mq fruktoza tapılmışdır. N.p. Serqin qoçun toxumunda 14 mq% buğanınkında isə 13,9 mq% qlikogen tapmışdır. Spermatozoidlərin kimyəvi tərkibi heyvanın yemlənməsi ilə sıx əlaqədardır.
Yem rasionun dəyişməsi yalnız 15-30 gündən sonra spermatozoidlərin kimyəvi tərkibinə təsir göstərir.
Spermada gedən biokimyəvi proseslər.
Orqanizmdən kənarda spermatozoidlər daha sürətlə hərəkət etdiklərindən müəyyən miqdar enerjiyə ehtiyacları vardır. Spermanın enerji ilə təmin edilməsi üç biokimyəvi proses ilə əlaqədardır (tənəffüs, qlikoliz və adenozintri-fosfatın parçalanması). Tənəffüs və qlükoliz zamanı spermatozoidlər enerjini qida maddələrindən alırlar.
Adenozin-trifosfatın parçalanması isə köməkçi rolu oynayır. Spermatozoidlərin tənəffüsü birinci dəfə 1911-ci ildə I.I.Ivanov tərəfindən öyrənilmişdir. Spermatozoidlər həm oksigenli, həm də oksigensiz mühitdə yaşaya bilirlər. V.K.Milokonova görə spermatozoidlər oksigensiz mühitdə daha uzun müddət yaşayırlar
Spermatozoidlərin hərəkəti.
Spermatozoidlər balalıqda hərəkət edərək yumurta hüceyrəsini tapır və onu mayalayır. K/t. heyvanlarının spermatozoidləri onun alınma və saxlanma şəraitindən asılı olaraq müxtəlif sürətlə hərəkət edirlər. Buğanın spermatozoidi dəqiqədə 4,02 mm, Qoçun 4,6 mm, ayqırınkı 5-22 mm, itinki isə 2,58 m sürətlə hərəkət edirlər. Spermatozoidlərin hərəkət etməsi onların boyuncuğu ilə gövdəsinin birləşdiyi yerdə olan kinetik mərkəzdən yaranır. Spermatozoidlərin quyruqlarının bükülməsi ilə başlayır. Düz xətlə irəliyə doğru hərəkət edən spermatozoidlərin quyruğu tədricən açılan kimi 2-3 dəfə bükülür və bu zamani lana bənzər qıvrılmış şəkildə qısalır. Quyruq həmişə bir tərəfə büküldüyündən spermatozoidlərin hərəkəti dairəvi olmalıdır.
Buna görədə normal spermatozoidlər düz xətlə irəliyə doğru hərəkət edə bilirlər. Spermatozoidlər mayenin əksinə hərəkət etmə (reotaksis) deyilir.
Prof. Maxovka göstərir ki, spermatozoidlər bir adlı elektrik yükünə malikdirlər. Ona görə onlar bir-birinə nə yapışır, nə də toqquşurlar. Spermatozoidlərin elektrik yükünü zəiflətdikdə onlar aqqlütmləşirlər, yəni başları bir-birinə yapışır. Elektrik yükü daha çox azaldıqda, onların gövdələri də bir-birinə yapışır.
Spermanın tipləri. Sperma k/t heyvanlarının cütləşmə orqanlarının xüsusiyyətindən, anatomik quruluşundan və əlavə vəzilərin fəaliyyətindən, həmçinin cütləşmə aktının gedişindən asılı olaraq iki tipə bölünür. Həmin tiplər tərkiblərinə və onlarda maddələr mübadiləsinin formasına görə fərqlənirlər. Ayqırın,qabanın, Itin sperması bir tipə, buğa, qoç və dovşanın sperması isə digər tipə aiddir.
Ayqırın, qabanın, dəvənin, Itin cinsiyyət üzvlərində olan əlavə vəzilər çoxlu şirə ifraz etdiyində, onların spermasının zərdab hissəsi çox olur. Bunlarda spermatozoidlərin qatılığı az olur. Bunların sperması qələvi reaksiyada olmaqla bərabər, mühitlərində şəkər və xüsusilə fruktoza az tapılır. Buğa, qoç və dovşan sperması qatı olur, reaksiyası isə turş olduğu üçün həm qlükoliz, həm də tənəffüs baş verir. Bunlarda əlavə cinsiyyət üzvlərinin şirəsi az olduğu üçün spermatozoidlər uzun müddət yaşayaraq, enerji üçün lazım olan qidanı əldə edə bilirlər.
Orqanizmdən kənarda xarici mühitin spermaya təsiri.
Orqanizmdən kənarda sperma enerjisi qurtarana qədər hərəkət edir, sonra onlar mət olurlar.
Işığın təsiri. Əvvəllər belə bir fikir irəli sürmüşlər ki, guya işığın bütün növləri spermatozoidlərə mənfi təsir göstərir spermatozoidlərə yalnız günəşin düz şüaları, xüsusilə ultra-bənövşəyi şüalar mənfi təsir göstərir. Ultra-bənövşəyi şüaların təsirindən spermatozoidlər 20-40 dəqiqə ərzində tələf olur. Adı işıq spermatozoidlərə mənfi təsir göstərmir. Spermanın xüsusiyyətinə görə onunla işləyərkən işıqlı otaqlardan istifadə edilməlidir. Lakin spermanı günəşin düz şüalarından qorumaq üçün pəncərələrə nazik pərdə çəkilməlidir.
Temperaturun təsiri. Orqanizmdən kənarda spermatozoidlər müxtəlif temperatur təsirindlə qala bilər. 1908-ci ildə I.I.ivanov, 1931-ci ildə V.K. Milakanov və başqaları spermatozoidlərin soyuq şəraitdə daha uzun müddət yaşamasını isbat etdilər. Spermanın keyfiyyətini itirmədən 00-də bir neçə gün saxlamaq mümkündür.
Temperatur artdıqca spermatozoidlərin hərəkəti sürətlənir, 41-420s-dən artıq olduqda isə onlar tələf olur. Spermanı 00-də saxlamaq üçün onu tədricən soyutmaq lazımdır. Törədicidən sperma alarkən, onu qiymətləndirərkən, habelə sperma ilə işləyərkən soyuq mühit yaranır və spermaya toxunan şeylər soyuq olarsa onda sperma soyuqlaya bilər. Ona görə sperma ilə iş aparılan otaqda temperatur 18-200s olmalıdır. Sperman birdən-birə 6-100s soyutduqda spermatozoidlər kristallaşır, nəticədə onların protoplazması dağılır və tələf olur.
I.V.Smirnov maye halına salınmış qazlar vasitəsi ilə spermanı 780,-1830 – 1890 və 1960-yə qədər soyutmaqla bir neçə il saxlaya bilmişdir. Spermanı lazımi qayda da dondurduqda uzun müddət qala bilir.
Məlumdur ki, spermatozoidlər xaya artımında təbii anabioz halında olur və buna görə də orada 1-3 aya qədər yaşaya bilir. Əlavə vəzilərin şirəsi ilə sperma qatışdıqda onların mühiti neytrallaşır və buna görədə aktivləşərək anabioz halından çıxırlar.
Sperma dondurulduqda və ya soyudulduqda spermatozoidlərdə maddələr mübadiləsi zəifləyir və o uzun müddət yaşama qabiliyyətini saxlayır.
Spermada osmotik təzyiq. Balıq və qurbağa öz spermasını suya buraxır. Burada asanlıqla kürü ilə görüşür və onları mayalayırlar. Su onların kürüsünə və spermasına mənfi təsir göstərmir. Çünki su ilə spermanı osmotik təzyiqləri uyğun gəlir. Ancaq məməlilərin spermasını suya saldıqda, onlar şişir və quyruqları qıvrılaraq tələf olurlar. Çünki suyun osmotik təzyiqi məməlilərin sperması üçün uyğun gəlmir. Sperma elə məhlulla əlaqədar ola bilər ki, o, məhlulun osmotik təzyiqi spermatozoidlərin təzyiqinə bərabər olsun. Osmotik təzyiqinə bərabər olan məhlullar, izotonik məhlul adlanır. Osmotik təzyiqi spermatozoidin daxili osmotik təzyiqindən çox olan məhlullar hipertonik məhlul adlanır.
Belə məhlulda spermatozoidlər büzüşür, quyruqlar qıvrılır və tələf olur. Osmotik təzyiqi spermatozoidin daxili osmotik təzyiqindən az olan məhlul hipotonik məhlul adlanır. Belə məhlulda spermatozoidlərin quyruqları şişir və onlar tələf olur. Buğa və qoçun spermasını orqanizmdən kənarda saxladıqda onların osmotik təzyiqi bir qədər dəyişir, ayqır və qabanınkı isə dəyişmir. Bu da onların qatılığından və orada gedən maddələr mübadiləsinin intensivliyindən irəli gəlir.
Ayrı-ayrı məhlulların və ya spermanın zərdab hissəsinin osmotik təzyiqini öyrənmək üçün onların «depressiyasının» (donma dərəcəsini) həcmini ölçmək lazımdır. 1,85 depressiya 22,4 atmosfer osmotik təzyiqə bərabərdir. Spermanın donma dərəcəsi təqribən 0,60 olduğundan osmotik təzyiqi də orta hesabla 7-atmosferə bərabər olur. 1%-li natrium-xlorid məhlul (fizioloji məhlul) sperma üçün ən yaxşı izotonik məhluludur.
Spermaya kimyəvi maddələrin təsiri.
Sperma bütün kimyəvi maddələrin təsirinə və iyinə həddən artıq həssasdır. Onlardan az da olsa spermaya toxunduqda spermatozoidlər tələf olur. Əldə və yaxud qab-qacaqda az da olsa sabun iri olarsa, spermaya toxunduqda onlar tələf olurlar.
Sınaq şüşəsi, örtücü şüşə və ya başqa şüşə qablarda az da olsa mərgümüş, dəmir, miss, gümüş, habelə başqa metallar və duzların birləşmələri olarsa spermatozoidlər tələf olur. Spermaya kalium-hipermanqomat, lizol, kreolin, sirkə turşusu zəhərli təsir göstərir.
Mikroorqanizmlərin spermaya təsiri.
Adətən xaya artımlarında toxum çıxarıcı kanallarda sperma steril olur. Lakin törədicidən alarkən o mikroorqanizmlərlə müəyyən dərəcədə yoluxur.
F.M.Qasımov göstərir ki, spermanı alarkən mikroorqanizmlər spermaya havadan, süni vaginalin, heyvanın dərisindən və cinsiyyət üzvünün kanallarından (püluknohiyəsindən) düşür. Spermada mikroorqanizmlər üçün yaxşı şərait olduqda onlar tez çoxalır. Soluxmuş spermada stafelokokklar, kokklara, bağırsaq çöplərinə daha çox təsadüf edilir. Törədicidə tirixomonoz, vibrioz, brusellöz və başqa xəstəliklər olduqda həmin xəstəliklərin amilləri də spermada tapılır.
Süni mayalanmada istifadə olunan buğanın spermasının 1 ml-də 1000-22000000-ə qədər mikroorqanizm ola bilir. Yoluxmuş spermanı 1-ml-də mikroorqanizmlərin miqdarı 170 milyondan da artıqdır. Qoca heyvanlarda mikroorqanizmlərin miqdarı cavanlara nisbətən çox olur. Spermaya düşmüş mikroorqanizmlər çoxaldıqda, onun tərkibini və xüsusiyyətini dəyişir, belə ki, spermatozoidlərin mayalanma qabiliyyətini aşağı salır.
Mikroorqanizmlər spermatozoidlərin müxtəlif sahələrinə yapışıb inkişaf edərək onların hərəkətinə də mane olurlar. Spermanın mikroorqanizmlərlə yoluxmasını azaltdıqda, onun mayalanma və yaşama qabiliyyəti artır. Buna görə də spermanın alınmasında, saxlanmasında, habelə işlədilməsində baytar-sanitar qaydalarına düzgün əməl edilməlidir.
Döllük erkəklərdən uzun müddət istifadə etmək, yaxşı keyfiyyətli sperma almaq üçün onlardan səmərəli istifadə edilməlidir. Erkəklərdən tez-tez sperma aldıqda o xəstələnə bilər, spermanın keyfiyyəti pisləşir və heyvan vaxtından əvvəl qocalır.
Döllük erkəklərdən sperma almaq üçün öküz, buğa və ya da mexaniki müqəvvadan istifadə olunur. Buğalar 15-20 aylığında, kələlər isə 20-30 aylığında süni mayalanmada istifadə olunur. Cavan buğa və kələlər hər 7-10 gündə 1-2 dəfə, yaşlı kələ və buğadan isə 3 gündə 1-2 dəfə sperma alınır. Törədicidən dalbadal iki dəfə sperma aldıqda fasilə 5-10 dəqiqə olmalıdır. Ikinci dəfə alınan sperma birincidən yaxşı olur. Yemlənmədən 2-3 saat və suvarmadan bir saat sonra, səhər tezdən spermanın alınması məsləhətdir. Çoxlu yem qəbul etmiş törədici ağır olur, yuxulayır və ona görə cinsiyyət oyanması ləngiyir, inəyin üstünə atıldıqda bağırsağı dolaşa bilər. Törədicidən sperma alan kimi ona su vermək olmaz, soyuqlayar. Sperma almazdan əvvəl törədicini 15-20 dəqiqə gəzdirmək lazımdır. Elə etmək lazımdır ki, bir buğadan sperma aldıqda o biri buğa onu görməsin.
Qoçdan sperma almaq lazım gəldikdə cütləşmə kompaniyasına 1-1,5 ay qalmış hazırlıq görülməlidir.
Törədicilərin yem payının 25-50%-i yaşıl yem, 5-10%-i heyvani yem, 5-15%-i müvəqqəti və 40-60%-i dənli yem olmalıdır.
Cütləşmə mövsümündə törədicilərin yem payı daha çox olmalıdır.
Müxtəlif kənd təsərrüfatı heyvanlarının spermotozoidlərinin tənəffüs intensivliyi
Heyvanın növü1 milyon spermanın 1 saatda 200 temperaturda sərf etdiyi oksigen (mm3)
Buğa
Qoç
Ayqır
Qaban
3,4
8,4
7,2
4,3

 
MÜHAZIRƏNIN MÖVZUSU: 
Spermanın duruldulması, saxlanması və göndərilməsi 
 
MÜHAZIRƏNIN PLANI
 
1.Spermanın duruldulmasının əhəmiyyəti
2.Spermanın duruldulmasında sintetik mühitin hazırlanması
3.Spermaya əlavə vəzilərin ifrazatının mənfi təsiri.
4.Buğa spermasının duruldulmasında istifadə olunan sintetik mühit.
5.Kələ spermasının duruldulmasında istifadə olunan sintetik mühit
6.Qoç, ayqır, qaban və başqa heyvanların spermasının duruldulmasında istifadə olunan sintetik mühit
7.Spermanın xüsusi maye azotda -79; -1960-də saxlanmasının müddəti.
Spermanın durudulması, saxlanması və göndərilməsi
 Spermanı orqanizmdən kənarda uzun müddət saxlamaq və həcmini artırmaq məqsədilə durultmaq lazımdır.
Spermanı uzun müddət saxlamaq mümkün olduqda yaxşı törədicidən uzaq məsafələrdə də istifadə etmək olur. Bu malqaranın cinsinin yaxşılaşdırılması işini tezləşdirir.
Spermanı aldıqdan sonra istifadə olununa qədər müxtəlif təsirlərə məruz qalır. O, təsirlərdən əsas etibarı ilə aşağıdakıları göstərmək olar:
Əlavə vəzilərin ifrazatının mənfi təsiri (xüsusilə at və donuzlarda); 2) Süd turşusunun toplanması və maddələr mübadiləsi məhsullarının təsiri (spermatozoidlərin zəhərlənməsi); 3) qida ehtiyatının qurtarması; 4) spermatozoidlərin elektrik yüklərinin itməsi nəticəsində onların asslitinləşməsi və şişməsi; 5) temperaturun birdən-birə dəyişməsi; 6) spermaya düşmüş mikroorqanizmlərinin mənfi təsiri.
Spermanı uzun müddət saxlamaq və xarici təsirlərdən qorumaq üçün onu mütləq durultmaq lazımdır.
Spermanın durudulması
Sperma saxlamaq istədikdə elə bir durulducudan istifadə etmək lazımdır ki, orada spermatozoidlər vaxtından əvvəl, qocalaraq parçalanıb tələf olmasıdır. Digər tərəfdən durulducunun osmotik mühit yaransın. Spermanı durultmaq üçün təbii məhlullar (xörək duzu, qan, qanın zərdabı, süd, bal, pomidor şirəsi, kakao və s.) Durulducu hazırlayarkən ya distil sudan istifadə olunur. Durulducular nə çox turş, nə də ki, qələvi mühitə malik olmalıdır. Durulducuya qlikoza qatılır ki,spermatozoidlər üçün enerji mənbəi olmaqdan başqa onların örtüyünü normal saxlayır, elektrik yüklərini qoruyur və aqqlütinləşmənin qarsını alır.
Uc əvəzli limon turşusunun natrium duzu spermada əmələ gələn süd turşusunu neytrallaşdırır, limon turşusu spermatozoidlərin şişməsinin qarşısını alır. Bundan başqa o, spermatozoidlərin tənəffüs prosesində, cinsiyyət üzvlərini antilellərin təsirindən qorumaqda iştirak edir. Toyuq yumurtasının sarısı da qatılar. Onun tərkibində 7% təzə oksidləşmiş lesitin vardır.
Bu lesitin spermatozoidləri istidən və soyuqdan qoruyur. Digər tərəfdən lesitinin bir hissəsi spermatozoidlərin tənəffüsüdə iştirak edir ki, bu da onlarda yaşama qabiliyyətini artırır.
Spermanı dondurub saxlamaq istədikdə durulducuya qliserin qatmaq lazımdır ki, spermatozoidlər kristallaşmasın su qatılır o da həcmini artırır. Bundan başqa durulducuya antibiotik qatılır ki, orada olan mikroorqanizmlər çoxalmasın.
Durulducu məhlul hazırladıqda aseptika, antiseptika qaydalarına riayət etmək lazımdır ki, mümkün qədər steril olsun.
Buğa spermasının duruldulması.
Hazırda süni mayalamada buğa spermasının duruldulması və saxlanması üçün süni sintetik mühitdən istifadə olunur:
Buğa spermasının qısa müddətdə 2-50-də saxlanması üçün durulducular:
Qlikoza – sitrat yumurta sarısı durulducusu. Susuz tibb qlikozası – 3 q.
Ucəvəzli limon turşusunun natrium duzu- 1,4q
Toyuq yumurta sarısı – 20 ml
Spermason-3-75-90 min vahid.
Distillə edilmiş su-100 ml.
Süd yumurta sırası durulducusu.
Təzə süd – 100 ml.
Toyuq yumurta sarısı – 20 ml.
Distillə edildmiş su – 100 ml.
Tibb qlikozası 3-q.
Limon turşusunun natrium duzu – 1,4 q.
Süddə hazırlanmış durulducu.
Təzə süd – 100 ml
Yumurta sarısı – 20 ml.
Pensillin – 100 min vahid.
Streptomisin – 100 min vahid.
Ağ streptosid – 375 q.
Buğa spermasının duruldub, doldurub qranula forması üçün bu durulducudan istifadə olunur.
Laktoza – 11,5 q.
Toyuq yumurtası sarısı – 20 ml.
Qliserin – 5 ml.
Spermason – 3-50 min vahid.
Distillə edilmiş su – 100 ml.
Buğa spermasını dondurub salomkada (samoncıqda) saxlandıqda laktoza fruktoza-raffinoza- qliserin- yumurta sarısı durulducudan istifadə olunur.
Laktoza – 80,5 q.
Fruktoza – 12 q
Vəzəvəzli raffinoza – 19,5 q
Maqnii sulfat – 0,1 q
Qliserin – 50 ml.
Spermason – 3 -500-700 min vahid.
Yumurta sarısı – 200 ml.
Distillə edilmiş su – 100 ml
Kələnin spermasının duruldulması.
Durulducu iki reseptdə hazırlanır:
Birinci kələ sperması keyfiyyətli olduqda, ikinci isə kələ toxumu nisbətən seyrək olduqda
1-ci resept
Distillə edilmiş su – 100 ml.
Qlikoza – 3,2 q
Limon turşusunun natrium duzu – 1,11 q.
Yumurta sarısı – 43 ml.
2-ci resept.
Distillə edilmiş su – 100 ml.
Qlikoza – 4 q.
Limon turşusunun natrium duzu – 65q.
Yumurta sarısı – 65 ml.
Qoç spermasının duruldulması.
Qoçların spermasını 2-50s-də 24 saat müddətində saxladıqda aşağıdakı durulducudan istifadə olunur.
Distil su – 100 ml.
Tibb slikozası – 0,8 q.
Ucəvəzli limon turşusunun natrium duzu – 2,8 q.
Yumurta sarısı – 20 ml.
Spermason – 3 – 25 – 30 min vahid.
Qoçların spermasının 2-3 saat müddətində duruldub istifadə etmək üçün qlikoza- fosfat durulducusu.
Distil su – 100 ml.
Ikiəvəzli natri fosfat – 2,08 q.
Birəvəzli kali fosfat – 0,08 q.
Tibb qlikozası – 3,2 q.
Ayqır spermasının duruldulması.
MəhlullarQlikoza yumurta sarısıLaktoza yumurta sarısıSüd-yumurta sarısı
Distil su -100 ml
Süd ml
Laktoza q
Tibb qlikozası
Toyüq yumurta sarısı
Spermason-3mm vahid
100 ml
 -
 -
 7
 0,8
 30
100 ml
 -
 11
 -
 0,8
 30
 -
 -
 -
 -
 20
 30
Təzə alınmış spermanı durulduqdan sonra 2-50 s-də 48 saat müddətində madyanları mayalamaq olar.
Qabanların spermasının 16-200 s-də duruldulması və saxlanılması.
Qlikoza – jelato –sitrat – sulfat durulducusu
Tibb qlikozası – 40 q.
Trilon b (jelaton – 3) – 2,6 q.
Ucəvəzli limon turşusunun duzu – 3,8 q.
Təmiz ammoniy sulfat – 1,8 q.
Çay sodası – 0,5 q.
Spermason – 3 250-300 mm vahid.
Durulducu törədicidən sperma alınmamışdan qabaq hazırlanmalıdır. Bunun hazırlayıb qurtarması ilə istifadə olunması arasında 1-2 saatdan artıq vaxt keçməməlidir.
Təmiz kimyəvi kollaya menzurka ilə ölçülüb lazım olan miqdarda distillə edilmiş su tökülür. (350) sonra onun üstə resept əsasında dəqiq çəkilmiş qlikoza, limon turşusunun natrium duzu və başqa lazım olan maddələr tökülür. Sonra steril çubuqla bütün komponentlər həll edələnə qədər qarışdırılır.
Sonra yumurtanı isti su ilə yuyub təmiz dəsmalla silməli sonra isə spirt hopdurulmuş tanponla dezinfeksiya etməli. Yumurtanın sarısı ilə ağını ayırmaq lazımdır.
Yumurta sarısı ehtiyatla durulducunun üzərinə qoyub iki barmaqla basılmalıdır ki, onun sarısı axsın.
Bir yumurtanın sarısı 10-20 ml-dir.
Spermanı duruldan zaman durulducunun və ona toxunan bütün əşyaların temperaturu 30-350 s olmalıdır. Spermanı dondurub uzun müddət saxlamaq lazım gəldikdə yalnız yaxşı keyfiyyətli spermadan istifadə edilməlidir.
Bu zaman duruldulmuş spermanı 5-10 dəqiqə laboratoriya stolun üstündə lakterosid lampa ilə temperaturu 18-200s-yə saxlayıb yaxmaq lazımdır. 1 ml-də 800 mm-dən 1,5 mlyarda qədər olarsa onda onu 1:1 nisbətində durultmaq lazımdır.
Spermatozoidlərin fəallığı 8 baldan artıq olduqda onu- 1:3-ə nisbətində durultmaq olar.
Spermatozoidlərin miqdarı 1 ml-2 milyar olarsa onda onu 1:5-nisbətinədə və hətta artıq olaraq durultmaq olar.
Spermanı xüsusi maye azotda, quru buzda – 79; - 1960-də saxlamaq olur. Spermanı dondurub uzun müddət saxlamaq lazım gəldikdə yalnız yaxşı keyfiyyətli spermadan istifadə edilməlidir.
Spermanın saxlanması
Durultmadan qabaq, qaban və ayğırın sperması bir saat, buğa kələ və qoçun sperması isə 3-saat qədər saxlamaq olar.
Göstərilən müddət keçdikdən sonra bu spermadan istifadə etmək olmaz. Ancaq buğa, kələ və qoçun duruldulmamış spermasını tədricən soyudaraq (00-dən 1-30s-ə qədər) 12 saat müddətində saxlamaq olar.
Durudulmamış qaban və ayğır spermasını uzun müddət saxlamaq olmur. Çünki əlavə cinsiyyət vəzilərinin şirəsi onlarda çox olur.
Buğa spermasını saxlamaq və göndərmək üçün tutumu 2-3 və 6 litr olan pepoplast termosdan istifadə edilir. Durudulmuş spermanı 00-də temperaturada 2 gün saxlamaq olar.
Spermanı sürətlə soyudulması nəinki duruldulmamış, hətta duruldulmuş spermaya da pis təsir göstərir. Ona görə duruldulmuş spermanı 1-2 saat ərzində soyutmaq lazımdır. Spermanı soyudub saxlamaq üçün ən əvvəl duruldub flakona, ampulaya və ya probkaya töküb termosa qoymalı. Duruldulmuş sperma hər tərəfdən düzla əhatə olmalıdır. Flakona su dolmasının qarşısını almaq üçün onları rezin, yaxud polietilen torbada saxlamaq lazımdır. Flakonlar 50-60 dəqiqə otaq temperaturunda saxlandıqdan sonra qutu ilə birlikdə termosa qoyulur. Hər tərəfdən buzla örtülür.

MÜHAZIRƏNIN MÖVZUSU: 
Spermanın yeridilmə texnikası 
MÜHAZIRƏNIN PLANI
1.Həvəsəgəlmənin düzgün təyini zamanı spermanın yeridilməsi
2.Mayalanma üsulları.
3.Inək və camışlara spermanın rektoservikal üsulla yeridilməsi.
4.Inək və camışlara spermanın monoservikal yeridilməsi texnikası.
5.Qoyunlara spermanın yeridilmə texnikası
6.Inək və camışlara spermanın rekto-servikal və monoservikal üsulla yeridilməsinin fərqi.
Heyvanlara spermanın yeridilmə texnikası.
Təbii cütləşmənin növlərini nəzərə alaraq aşağıdakı spermanın yeridilmə üsulları təklif edilmişdir.
  1. Vaginal-spermaya və ya balalıq boyuncuğunun ətrafına yeridilir.
  2. Snrvikal- sperma bilavasitə balalıq boyuncuğu borusuna yeridilir.
  3. Balalığa – sperma bilavasitə balalığa yeridilir.
Yumurtalıq borusuna- sperma yumurtalıq borusuna yeridilir.
Balalıq boşluğuna-yumurtalıq yolunun qıfvari genişliyi sahəsinə (qarın-boşluğuna) iynə vurmaqla sperma yeridilir.
Inək, camış və qoyunlarda təbii cütləşmə zamanı törədici spermanı vaginaya yeridir. Ancaq onları süni mayalandırdıqda, sperma balalıq boyuncuğuna yeridilir. Atı və donuzu mayalayarkən sperma bilavasitə balalığa yeridilir. Qarın boşluğuna yeridilməsi təsərrüfatda özünə yer tapmamışdır. Quşları süni mayaladıqda, sperma yumurtalıq borusuna yeridilir. Süni mayalanma zamanı yeridilən spermanın dozası müəyyənləşdirmək lazımdır. Təbii cütləşmə zamanı buğa, kələ cocbik neçə milyard sperma buraxır. Bu spermanın çoxu vaginada qalır, ancaq təxminən 7-100 milyon spermatozoid gedib balalıq boynuna çatır. Süni mayalanmada isə sperma bilavasitə balalıq boyuncuğuna yeridilir, onun üçün çoxlu sperma yeridilməyə ehtiyac qalmır. Inək, camış və qoyunları süni mayalandıqda orta hesabla 70 milyon spermatozoid yeridilməlidir. Aparılan təcürbələr göstərir ki, spermanı 1:50-yə nisbətində duruldub 10-15 mln spermatozoid yeritməklə də yaxşı döllənmə faizi əldə etmək olur. Mayalama yeridilən spermanın həcmi 30 ml, donuza isə 100 ml olmalıdır.
Inək və camışlara spermanın yeridilməsi.
Heyvanın həvəsdə olmasının əlamətlərini bütün ferma işçiləri bilməlidirlər. Inək həvəsə gələn kimi mayalamaq lazımdır. Inək düyələri 18-20 aylıqda, camış düyələri isə 22-24 aylıqda həvəsə gəldikdə cütləşməyə buraxmaq olar.
Heyvan doğandan 30 gün sonra həvəsə gəlməlidir. Heyvan bu müddətdə həvəsə gəlməsi onun yemləmə, saxlanma şəraitin pis olması və ya cinsiyyət üzvlərində xəstəliklərin olmasıdır. Inək və camış bir neçə dəfə eyni törədicinin sperması ilə mayalandıqda boğaz olmursa, onu başqa buğanın sperması ilə mayalamaq lazımdır.
Heyvanı sağımdan qabaq mayalamaq lazımdır. Sağım zamanı reflektor olaraq hipofizdən Qana oksitoksin keçir. Ona görə 5-dəqiqəyə qədər balalığın qısalması sürətlənir. Nəticədə balalıq boyuncuğuna yeridilmiş sperma tez bir müddətdə balalığa keçir və döllənmə faizi artır. Heyvan şiddətli həvəsdə olduqda süd vermir və ya sağım zamanı narahat olur. Belə olduqda sağımı 1,5-2 saat ləngitməli, heyvanı mayalamalı, sonra isə təcili sağılmalı. Mayalandıqdan sonra heyvanı həmin günü naxıra buraxmırlar. Mayalanmış inək, camış 2 aydan sonra rektal müayinə edib boğaz olub-olmaması yoxlanır.
Inəyi duruldulmamış sperma ilə mayaladıqda ona 0,3-0,5 ml, camışa isə 0,2-0,4 ml spermatozoid yeridilir.
Duruldulmuş sperma ilə inəklərə 0,5 ml. dondurulmuş sperma hər heyvana 1-1,5 mlə qədər yeridilir.
Inək və camışlar spermanın yeridilməsi əsas 3-iyuldan istifadə edilir. Vagina güzgüsü, şpris-kateterlə, rekto-servikal və monoservikal üsullardır.
Inək və camışlara spermanın vagina güzgüsü və şpris kateter vasitəsi
Ilə yeridilməsi
Vagina güzgüsü təmiz , steril və bədən temperaturunda olmalıdır. Vagina, suda qaynatmaqla və 70%-li spirtə salmaqla dezinfeksiya etmək olar. Vagina güzgüsü soyuq olarsa, heyvan gücənir, heyvan narahat olur və nəticədə yeridilmiş sperma geri qayıdır.
Şpris kateteri və vagina güzgüsünü 160-1800s temperaturu olan quruducu şkafda 15-20 dəqiqə saxlamaqla da sterilləşdirmək olar.
Şpris kateteri 70%-li spirtlə dezinfeksiya etmək üçün 4-ədəd ağızı kip örtülən banka götürülür 1-3-4 №-li bankalara təzə hazırlanmış 1%-li NaCe məhlulu 2№-li bankada isə 70%-li spirt tökülür əvvəlcə şprisin xarici tərəfini 960 spirtlə silib sonra, azı 3-dəfə şprisə 70%-li spirt çəkib (2№-li bankadan), yenədə həmin spirt olan bankaya qaytarıb tökməli. Şprisdə spirtin qalığını təmizləmək üçün 3-4 №-li bankadan şprisə 1%-li Na Ce məhlulundan 5-l dəfə çəkərək atmaq lazımdır. Bu məqsədlə vagina güzgüsünü 1№-li Na cl məhlulu ilə isladılıb, vaginaya yeridirlər. Hər dəfə vagina güzgüsü işlədiddikdən sonra yuyulub, dezinfeksiya edilməlidir. Iş qurtardıqdan sonra şpris-kateter spermanı qalığından təmizləmək məqsədilə isti suda yuyub, 1№-li bankadakı 1№-li Nasl məhlulu ilə yaxalayıb ona 70%-li dezinfeksiya edilməli. Inək və camış düyələrinə də eyni qaydada sperma yeridilir.
Inək və camışlara spermanın rektaservikal üsulla yeridilməsi.
Bu üsul ilə heyvan mayaladıqda vagina balalıq boyuncuğu fiksasiya edilir, o biri əllə sperma ilə dolu sintetik pipetka balalıq boyuncuğuna yeridilir və içərisində olan spermanı onun arxa tərəfindəki qovuqcuğa baxmaqla balalıq boyuna ötürülür.
Bu üsulun başqa üsullardan üstünlüyü bunlardır:
Balalığın vəziyyəti öyrənilir.
Heyvanın boğaz və qısır olması müəyyənləşdirilir.
Balalığın motor funksiyası açır və ona görə də spermatozoidlər yumurtalıq yoluna daha tez çatır.
Spermanı balalıq boyuncuğunun daha dərinliyinə yeritmək mümkün olur və ona görə də sperma geri qayıda bilmir.
Balalıq yolu zədələnmir,qıcıqlanmır və infeksiya ilə yoluxma qorxusu azalır.
Bu üsulla heyvanı mayalamaq çox ucuz başa gəlir.
Rekto-servikal üsulla inək və camışları mayaladıqda mayalanma faizi 10-12% çoxalır.
Hövürə gələn inək və camışları mayalamadan qabaq cinsiyyət dodaqlar ilıq su ilə yuyulub, pambıqla silib təmizləmək lazımdır. Sonra steril şüşə və yapolisterol pipetka ilə spermanı yeridilməlidir. Polisterol pipetkanın uzunluğu 40-45 sm-dir. Bunula mayaladıqdan sonra bir dəfəlik olduğuna görə pipetka atılır.
Pipetka balalıq boyuncuğuna 6-8 sm uzunluğunda yeridilir. Bəzən pipetkanın əvəzinə şpris kateter ilə işlədilə bilər.
Monoservikal üsullu ilə inək və camışları spermanın yeridilməsi.
Spermanı bu üsulla steril bir dəfəlik polietilen əlcəyin, ampulanın, polisterol kateterin köməyi ilə əllə balalıq boyuncuğuna yeridirlər. Spermanı yeritməzdən əvvəl xarici cinsiyyət üzvləri təmizlənir, sonra ampula kəsilir, kəsilmiş nahiyyəsinə kateter, yaxud pipetka yeridilir. Polietilen əlcək geyib onu ilıq fizioloji məhlulla islatdıqdan sonra əli balalıq yoluna yeritmək lazımdır. Bundan sonra balalıq boyuncuğu tapılıb 1-1,5 dəqiqə ehtiyatla massaj edilməlidir ki, onun motor funksiyası artsın. Sonra əli bir qədər geri çəkib, o biri əldə hazırlanmış ampulanı baş və şəhadət barmağının arasına alaraq ampulanın kateterini balalıq boyuncuğuna 1,5-2 sm dərinliyinə yeridilir. Tədriclə balalıq boyuncuğunu massaj etməklə kateter tamamilə (7 sm) boyuncuğa yeridilir. Bundan sonra ampulanı 2-3 sm yuxarı qaldıraraq boyuncuq açıldıqda ampulanı sıxırlar. Ampulanı sıxılmış vəziyyətdə çıxarmaq lazımdır ki, boyuncuğa tökülmüş sperma yenidən onun içərisinə sorulmasın. Ampulanı boyuncuqdan çıxarıb vaginada saxlayaraq, balalığın boyuncuğunu 2-3 dəqiqə yavaş-yavaş massaj edib eztiyatla kateteri çıxarmalı.
Spermanın qoyunlara yeridilməsi
Qoyunlarda həvəs kütləvi şəkildə keçdiyi üçün onların cütləşmə kompaniyasına 1,5-2 ay qalmır. Bir sıra hazırlıq işləri yerinə yetirlməlidir. C.Ə.Rzayevə görə elə etmək lazımdır ki, süni mayalanma kompaniyası qısa müddətdə (30-40 gündə) başa çatsın. Bu məqsədlə cütləşmə kompaniyasına 1,5-2 ay qalmış quzuları analarından ayırmalı, sağılan qoyunların isə sağımını dayandırmalı. Arıq qoyunları ayırıb yaxşı otlaq sahəsində otarmalı, onlara axşamlar əlavə yem verməli. Belə ki, arıq qoyunlar cütləşmə kompaniyası başlana qədər köklük dərəcəsində olmalıdır. Sürüdə xəstə qoyunlar olduqda, onlardan ayrı sürü təşkil etməli, cütləşmə kompaniyasına qədər onlar müalicə olunmalı və profilaktiki tədbirlər aparılmalıdır. Mayalanma yerinə yaxın olan otlaq sahəsi qorunub saxlanmalıdır. Həvəsdə olan qoyunları səhər tezdən aşağıda göstərilən qaydada seçirlər. Yataqda 100-200 m2-lik xal-xal düzəldib, ora 150-200 baş ona qoyun salırlar. Sonra ora 2-3 baş döşlüklü sınaqçı qoçlar buraxırlar. Birinci qrupda həvəsdə olan qoyunlar seçilib qurtardıqdan sonra həmin qrup xalxaldan çıxarıb, ikinci qruppu ora salırlar. Həvəsdə olan qoyunların hamısı seçilənə qədər bu iş təkrar edilir.
Həvəsdə olan qoyunlar seçilərkənq sınaqçı qoçlar vaxtaşırı dəyişilməlidir.
Anna qoyun sınaqçı qoçdan qaçmazsa və qoç tullandıqda sakit durarsa, onun həvəsdə olduğu müəyyən edilir. Xal-xalda qoyunlar bir yerə toplanmalıdır ki, həvəsdə olan qoyunu tapmaq olsun. Sınaqçı qoçların cinsiyyət fəaliyyətinin zəifləməsi üçün azı 5-gündən bir onlardan süni vagina ilə sperma alınsa daha yaxşı olar.
Süni mayalanma otlaq şəraitində aparıldıqda səyyar mayalanma məntəqələri düzəldilir.
Qoyunların qısır qalmasının qarşısını almaq üçün həvəsdə olan qoyunlar gündə iki dəfə seçilir (səhər və axşam). Qoyunları mayalamaq üçün spermanı durultduqda manejin temperaturu müsbət 18-250s-ə qədər olmalıdır. Qoyun mayalanan otaqda süni mayalanma dəzgahı elə qoyulmalıdır ki, arxası pəncərəyə tərəf olsun ki, işıqlı olsun.
Qoyun mayalanan zaman, mayalamada işlədilən alətlər dezinfeksiya edilməlidir. Qoyunların süni mayalanmasını tezləşdirmək üçün, bir neçə vagina güzgüsündən və mikroşprisdən istifadə edilməlidir. Qoyuna sperma yeritmək istədikdə köməkçi onu dəzgaha salır, başını təsbit edir və quyruğunu qaldırır. Bundan sonra pambıqla qaynadılomış su ilə və 1%-li Nacl və ya 1-2%-li Nacl məhlul hopdurulmuş pambıqla cinsiyyət dodaqlarını dezinfeksiya edirlər. Şpris kateteri güzgünün arası ilə aparıb balalıq boyuncuğuna 2-3 sm dərinliyində yeridərək spermanı oraya ötürməlidir.
Duruldulmamış (təzə alınmış) sperma ilə qoyunu mayalamaq lazım gəldikdə o, Q-8 qiymətdə olmalıdır.
Belə spermanı hər qoyuna 0,05-0,1-ml yeridilir. Durudulmuş spermanın isə fəallığı 6-baldan aşağı olmamalıdır və hər qoyuna 0,1-0,2 ml yeridilməlidir. Hər 3-4 qoyun mayalandıqdan sonra şprisdəki spermadan bir damla götürüb mikroskopla müayinə etməklə onun fəallığı yoxlanılmalıdır. Qoyunları süni mayaladıqda mikroşprisdən başqa A.N.Lıxoçovun təklif etdiyi yarımavtomat şprisdən də istifadə edirlər. Bu şprisin dəstəyində bölüşdürücü yerləşdirilmişdir. Şprisi hər dəfə dəstəyindəki çaxmağı basıb buraxdıqda 0,05 ml sperma buraxır. Yeridilən spermanın miqdarını artırmaq istədikdə yarımavtomat şprisin çaxmağını bir neçə dəfə basmaq lazımdır.
Sürüdə anna qoyunların sayı 600-800 başdan çox olduqda mayalanmış qoyunlardan ayrıca sürülər təşkil edilər, 12 gündən sonra mayalanmış sürülərə qoç buraxılaraq onları yoxlayırlar, mayalanmanın nəticəsi. Beləliklə mayalanmamış qoyun aşkar edildikdə onları yenidən mayalayırlar.
Süni mayalanma işi qurtardıqdan sonra, yarımavtomat şpris və şpris kateterinin bütün hissələri sökülüb, yuyular və dezinfeksiya edilir.
Spermanın rekto-servikal yeridilməsi qaydaları
Monoservikal üsulla spermanın yeridilməsi
Qoyunların süni mayalandırılması üçün katetrlər

MÜHAZIRƏNIN MÖVZUSU
Döllənmə (myalanmaprosesi və rüşeymin (transplantasiyası) köçürülməsi 
MÜHAZIRƏNIN PLANI
1.Döllənmə nədir.
2.Neçə cür döllənmə vardır.
3.Döllənmə hrada gedir.
4.Yumurta hüceyrəsi döllənmə qabiliyyəti neçə saat saxlayır.
5.Kənd təsərrüfatı heyvanlarında mayalanmadan neçə saat sonar spermatozoid yumurtalıq borusuna çatır.
6.Donor heyvanın seçilməsi.
7.Resipient heyvanın seçilməsi.
8.Rüşeymin çıxarılması və yeridilməsi.
Döllənmə (mayalanma) prosesi.
Yumurta hüceyrəsi ilə spermatozoidin görüşüb , bioloji qovuşması nəticəsində hir iki cinsi hüceyrədən yeni fərqli rüşeymin (ziqotanın) əmələ gəlməsi döllənmə prosesi adlanır. Döllənmə k/t heyvanlarında dişi heyvanın daxilində, yumurtalıq yollarında getdiyinə görə daxili döllənmə hesab edilir. Lakin k/t heyvanlarından fərqli olaraq balıqlar və qurbağalarda döllənmə orqanizmdən kənarda (suda) gedir. Odur ki, bu növ mayalanma xarici döllənmə hesab edilir.
Döllənmə olduqca mürəkkəb bir prosesdir. Bu proses yumurta hüceyrəsi və spermatozoidin tam yararlı olması ilə, spermatozoidin və yumurta hüceyrəsinin hərəkəti ilə, dişi cinsiyyət yolundakı şəraitlə sıx əlaqədardır. Bu şərtlərin təsirindən döllənmə faizi artıb və ya azala bilər. K/t heyvanlarında döllənmə prosesi üçün əlverişli şərait dişi cinsiyyət yolunda cərəaxıtma və hövrəgəlmə baş verdikdə olur. Odur ki, dişi heyvanlarda süni mayalanma və təbii cütləşmə bu dövürdə aparılmalıdır. Bu dövrün sonunda ovulyasiya gedir, yumurta hüceyrəsi azad olaraq əksərən yumurtalıq yolunun qıfşəkilli hissəsinə düşür və yumurtalıq yolunun ampulvari genişliyinə qədər hərəkət edərək, orada spermatozoidlə görüşür. Yumurta hüceyrəsi yumurtalıq borusunda 12 saatadək mayalanma qabiliyyətini saxlaya bilir. Bu müddət keçdikdən sonra yumurta hüceyrəsi köhnəlir, onun döllənmə qabiliyyəti itir, döllənmə prosesi baş vermir və nəticədə belə dişi heyvanda bir cinsiyyət tsıkli nəticəsiz və səmərəsiz keçir.
Elmi-tədqiqatlara müəyyən edilmişdir ki, spermatozoidlər dişi cinsiyyət yolunda yumurtalıq borularına doğru irəliyə düz xətt üzrə hərəkət edirlər. Cinsiyyət yolunda spermatozoidlərin sürətlə fəal hərəkət etməsinə, balalıq əzələsinin yığılıb-açılması (təqəllüsü) yardım edir. Spermatozoidlərin dişi cinsiyyət yolunda cərəaxıtma dövürdə kənar olan mayanın əksinə doğru hərəkət etməsi xassəsi peotaksis adlanır.
Spermatozoidlərin yumurtalıq borusunun ampulşəkilli hissəsinə çatması, spermanın yeridilməsi və heyvan növü ilə sıx əlaqədardır. Madyanlarda mayalanmada 30-60 dəqiqə sonra spermatozoidldər yumurtalıq borusuna çatır, itlərdə 25 saniyə, buğanı spermatozoidi cinsi əlaqədən 3-14 saat, Qoyunlarda 30-60 dəqiqə sonra çatır. Orta hesabla spermatozoidlər bir dəqiqədə öz uzunluğundan 600-700 dəfə yol gedir. Yumurta hüceyrəsinin döllənməsi üçün cinsiyyət yoluna 100-minlərlə spermatozoid yeridilməsinə baxmayaraq, yumurtalıq yoluna onların hamısı yox, müəyyən hissəsi çatır, döllənmədə bir qismi iştirak edir.
Spematozoidlər dişi cinsiyyət yolunda döllənmə qibiliyyətini orta hesabla 36-48 saat saxalya bilir. Bu müddətdən sonra onlar döllənmə qabiliyyətini itirir. Spermatozoidlər üçün ən əlverişli şərait balalıq boynunda (30 saatadək) ən az isə balalıq yolunda (3-6 saat). Balalıq yolunda iltihabı proses olanda (45-dəqiqə) döllənmə qabiliyyətini itirir. Yüzlərlə spermatozolidlər hərəkət edərək yumurtalıq borusunda yumurta hüceyrəsinin xarici təbəqəsinin deşirlər və özlərindən trepsin termenti ifraz edilir. Bu fermentin təsiri nəticəsində yumurta hüceyrəsinin divarını deşib oraya daxil olurlar. Spermatozoidlərin yumurta hüceyrəsinin divarının deşməsi xassəsinə tiqmotaksis deyilir. Akad. V.K. Milovanova görə yumurta hüceyrəsi protoplazması, orada isə nüvənin yaxınlığına onlarla spermatozoid daxil olur, ancaq yumurta hüceyrəsinin nüvəsi ilə spermatozoidlərin biri qarışır, qalanları isə həll olur və qida maddələrə kimi istifadə olunur.
Prof. I.I. Sokolovskaya və başqaları döllənmə prosesini 3-əsas mərhələdən ibarət olmasını göstərirlər.
Spermatozoidlərin yumurta hüceyrələrinin divarlarındakı follikulyar hüceyrələr qatını pozaraq yumurta hüceyrəsinin şəffaf təbəqəsinə çatması.
Spermatozoidlərin yumurta hüceyrəsinin şəffaf təbəqəsinin tamlığını pozaraq nisbətən daxilə hərəkət etməsi.
Spermatozoidlərin yumurta hüceyrəsi protoplazmasına daxil olaraq nüvəyə yaxınlaşıb onunla tam qarışması. Sonuncu mərhələdən sonra yeni orqanizmin başlanğıcı qoyulur və döllənmə prosesi bitmiş hesab edilir.
 Akademik V.K.Milovonov isə döllənmə prosesini 4 mərhələdən ibarət olmasını qeyd edir. Onun fikrincə 3-mərhələ sərbəst olaraq 2-mərhələdən, yəni spermatozoidin yumurta hüceyrəsi cisminə daxil olmasından (3-mərhələdə) və hər iki hüceyrənin bir-birinə qarışaraq, nüvələrinin birləşməsindən ibarətdir.
Bəzən yumurta hüceyrəsinin protoplazmasında nüvəyə yaxın 2 və çox spermatozoid daxil olur, belə hadisə polispermiya adlanır. Belə hal heyvanlarda normal fizioloji hadisədir, çünki hər iki cinsi hüceyrələrin nüvələri bir-birinə qarışır. Nadir hallarda yumurta hüceyrəsinin nüvəsi, bir neçə spermatozoidin nüvəsinə qarışır. Belə hallar patoloji polispermiya adlanır. Patoloji polispermiya baş verdikdə rüşeymin inkişafı pozularaq müxtəlif eybəcərliklərə səbəb olur.
Cərəaxıtma və hövrəgəlmə dövrü nisbətən uzun müddət davam edən heyvanlarda ovulyasiya zamanı azad olmuş bir neçə yumurta hüceyrəsi müxtəlif erkəklərin spermatozoidləri ilə görüşə bilirlər. Belə hadisə supertekundasiya adlanır. Donuzlarda, itlərdə, pişiklərdə boş ona görə müxtəlif balalar (rəngli) olur.
Döllənmə prosesinin sxemi

Rüşeymin (transplantasiyası) köçürülməsi.
Rüşeymin transplantasiyası dedikdə donar-heyvanların cinsiyyət üzvlərində rüşeymin resipient-heyvanların cinsiyyət üzvlərinə köçürülməsi deməkdir. Bu zaman resipiyentlərin orqanizmində rüşeymin və daha sonra dölün inkişafı müşayət olunan normal boğazlıq baş verir.
Rüşeymin transplantasiyası üzrə tədqiqnatların aparılmasına XIX-əsrin sonlarında başlanmışdır. Xipp (1891) o da dovşanlarında rüşeymin inkişafının xüsusiyyətlərini və ona oraqnizminin onun inkişafına təsirini öyrənməklə rüşeymin transplantasiyası üsulundan istifadə etmişdir. 1949-1939-cu illərdə A.V. Kvasnitski dünyada ilk dəfə olaraq donuzlarda yumurta hüceyrələrinin və ziqotaların transplantasiyası üsulu ilə heyvanlardan bala almağa müvəffəq olmuşdur. A.I. Lapirin isə qoyunlarda rüşeymin köçürülməsinə nail olmuşdur. Sonralar rüşeymin transplantasiyası atlarda, keçilərdə, inəklərdə həyata keçirilmişdir.
Bu sahədə elmi nailiyyətlər tədricən təsərrüfat şəraitində də öz tətbiqini tapmağa başlanmışdır. Belə ki, əgər 1974-cü ildə bir donor heyvandan rüşeymin köçürülməsi nəticəsində resipiyentlərdə boğazlıq 1,6 təşkil edirsə, bundan 6-7 il sonra hər donora artıq dörd boğazlıq düşürdü. Daha sonra dünyanın bir çox ölkələrində rüşeymin köçürülməsi uğurla istehsalata tədbiq olunmağa başlandı. ABŞ və Kanadada yalnız 1979-cu ildə rüşeymin transplantasiyası yolu ilə 30.000 baş buzov alınmışdır.
Hazırda rüşeymin köçürülməsi üzrə elmi nailiyyətlər uğurla istehsalata tətbiq edilir, qaramalda bu sahədə əldə edilmiş təcrübə digər kənd təsərrüfatı heyvanları ilə damazlıq işində də istifadə olunur.
Rüşeymin transplantasiyası kənd təsərrüfatı heyvanlarının yetişdirilməsinin intensivləşdirilməsi üsullarından biridir. Bu üsul bir rekordçu inəkdən ildə 30-50 baş bala almağa və bunlar da qiymətli heyvanlardan alınan yeni nəslin baş sayının artırılmasına imkan yaradır.
Inəyin balalığının hər bir balalıq buynuzuna bir rüşeym köçürmək yolu ilə heyvanlarda iki buzovun alınmasına nail olmaq mümkündür və yaxud, inəkdə mayalanma yalnız bir balalıq buynuzunda gedibsə, boğaz olmamış ikinci buynuzuna əlavə olaraq rüşeym köçürməklə heyvandan iki bala almaq olar.
Digər tərəfdən, rüşeymin transplantasiyası yolu ilə müxtəlif xəstəliklərə qarşı immuniteti olan yerli cinsli inəklərdən damazlıq baxımından dəyərli heyvanları almaq mümkündür. Heyvandarlıqda növlərarası hibridləşdirmə sahəsində də rüşeymin transplantasiyası üsulundan istifadə etmək olar. Məsələn bu üsuldan istifadə etməklə, keçi rüşeymini qoyuna köçürdükdə tam normal keçi balası almaq mümkün olmuşdur və əksinə, keçilərə qoyun rüşeymini transplantasiya etməklə, sağlam, normal quzular alınmışdır.
Lakin nəzərə almaq lazımdır ki, təsərrüfat şəraitində rüşeymin transplantasiyasının üstünlüklərinə nail olmaq üçün təsərrüfatda gündəlik olaraq aqrozoobaytarlıq və təşkilatı tədbirlərin həyata keçirilməsində dəqiq və ciddi riayət olunmalıdır.
Rüşeymin transplantasiyası üzrə iş aşağıdakı qayda üzrə həyata keçirilir:
donor və resipient heyvanın seçilməsi;
donor heyvanlarda superovulyasiyanın törədilməsi və onların mayalandırılması.
donor heyvandan rüşeymin alınması.
rüşeymlərin qiymətləndirilməsi, yetişdirilməsi və saxlanılması.
resipintlərin cinsiyyət tsıklının donorun cinsiyyət tsıklı ilə sinxronlaşdırılması.
rüşeymin morula və ya blastula mərhələsində olduğu zaman onun resipientə köçürülməsi.
Donorun seçilməsi
Donor yüksək damazlıq və məhsuldarlıq keyfiyyətinə malik heyvan olmalıdır. Bu heyvanda hormonol yolla poliovulayasiya törətdikdən sonra onu yüksək məhsuldar törədicinin sperması ilə mayalandırılır, bir neçə rüşeym alırlar. Donor kimi yalnız elə heyvanlar seçilir ki, bunlar çoxsaylı ovulyasiya qabiliyyətinə malik olmaqla, uzun müddət ərzində transplantasiya üçün yaralı rüşeymlər verə bilsinlər. Bu məqsədlə doğum zamanı və doğumdan sonrakı dövrdə heç bir patologiya ilə üzləşmiş 4-5 yaşında olan sağlam süd vəziləri yaxşı inkişaf etmiş inəklərdən istifadə edirlər.
Rüşeymin çıxarılması.
Rüşeymlərin qeyri-cərrahi üsulla çıxarılması zamanı heyvanlar dəzgahda təslit edib, düz bağırsağı möhtəviyyatdan azad edilir və diqqətlə rektal müayinə aparılır. Sonra isə balalıq boyuncuğu boşluğuna 50-60 ml həcmli 500 ml. düllikko fosfat-bufer duz məhlulu yeridilir və balalıq düz bağırsaqdan nəzarət olunur və sonra balalıq buynuzları yuyulduqdan sonra balalıqdan rüşeym çıxarılır. Resipent heyvana yeridilir resipent heyvanlar seçilir bu məqsədlə canlı kütləsi 350-380 kq arasında olan 16-18 aylıq düyələrdən və yaşı 7-ildən yuxarı olmayan inəklər istifadə edilir.
Seçilmiş resipiyentlər sağlam, maddələr mübadiləsində qüsurları olmayan heyvanlar olmalıdır. Hər donor heyvana 6-8 baş resipiyent tutulur, resipiyent heyvanlarda əvvəlcədən hormonal preperatların təsiri ilə hövürə gətirilir. Sonra rüşeym ilə mayalandırılır 1-2 aydan sonra rektal yolla boğazlığı təyin olunur.


MÜHAZIRƏNIN MÖVZUSU: 
Boğazlığın fiziologiyası və balaətrafı pərdələr 
 
MÜHAZIRƏNIN PLANI
1.Fizioloji boğazlıq nədir.
2.Patoloji boğazlıq nədir.
3.Əlavə boğazlıq nədir.
4.Balaətrafı pərdələr neçə ədəd olur.
5. Balaətrafı pərdələrin rolu
Boğazlığın fiziologiyası.
Kənd təsərrüfatı heyvanlarında boğazlıq heyvanın mürəkkəb fizioloji halı olub, döllənmədən sonra başlayaraq, tam yetişmiş balanın balalıqdan kənar edilməsinə qədər davam edir. Heyvanın boğazlığın başlanğıcını onun cütləşmə və ya mayalanma günündən hesab edilir. Buna baxmayaraq 3-5 gün fərq edə bilir. Heyvanlarda boğazlıq prosesi normal və tatoloji hallarda ola bilir.
1.Fizioloji boğazlıq. Belə halda boğazlığın gedişində pozğunluq olmur, bala və anna orqanizmi bu dövrü normal keçirir, bala anna bətnində düzgün və tam yetişir.
2. Patoloji boğazlıq. Belə halda boğazlığın normal davamı pozulur, ana və ya bala orqanizmində müəyyən pozğunluqlar baş verir.
3. Əlavə boğazlıq (superfetatsio). Əksərən bir qayda olaraq heyvanda boğazlıq dövründə cərəaxıtma, hövrəgəlmə və ovilyasiya olmur. Ancaq nadir hallarda sinir və endokrin sistemi pozğunluqları nəticəsində boğaz heyvanda hövrəgəlmə halı olur. Boğaz olduğu halda ikinci dəfə əlavə boğaz olur. Hər iki bala normal doğulur, balanın biri vaxtında ikincisi isə vaxtından əvvəl doğulur. Belə hadisə Orenburq vilayətində bir, birinci doğumdan 28-gün çonra ikinci dəfə normal bala doğmuşdur.
Rüşeymin inkişafı.
Kənd təsərrüfatı heyvanlarında rüşeym döllənmədən sonra yumurtalıq borusundan hərəkət edərək 3-5 günə qədər balalıq boşluğuna düşür və balalığın gövdəsində selikli qişaya bəndlənir. Rüşeymin bəndlənməsi üçün əlverişli şəraitə düşür. Rüşeymin balalıqda inkişaf vaxtını əksər alimlər 2-dövrə döl (embrional) və bala (fetal) dövrünə bölürlər.
Q.U.Solsvern, N.L. Van-Demark və s. isə 3-dövrə-rüşeym (ziqota) döl və bala dövrünə bölürlər. Ziqota dövrü inəklərdə 12-günədək davam edir. Bu dövürdə ziqota öz əvvəlki şəkilini saxlayır. Ziqota ilk dövrlərdə inkişaf edərək, morula və blastula şəkillərinə daha sonra embrion halına keçir. Ziqota öz daxilindəki maddələr, yumurtalıq borusundakı şirə və balalıq «südü» (balalıq vəzilərinin şirəsi) hesabına qidalanır.
Döllənmədən 7-8 gün sonra ziqota kisəşəkilli olur və onun xarici şəffaf tələqəsi pozulmağa başlayır. Beləliklə, ziqota dövrü embrion dövrünə keçir. Bu dövürdə balaətrafı pərdələr (daha doğrusu plasenta) əmələ gəlir, dölün mühüm üzvlərinin bünövrəsi qoyulur. Onların bəzisi-ürək, qara ciyər, böyrəklər fəaliyyətə başlayırlar. Ümumiyyətlə, bala anna bətnində olduqda onun orqanlarının fəaliyyəti ikinci dərəcəli rol oynayır.
Embrional dövrdə cinsiyyət orqanlarının da bünövrəsi qoyulur. Embrional dövrdə balaətrafı pərdələrin rolu böyükdür.
Balaətrafı pərdələr. Bu pərdələr balalıqda dölü əhatə edərək, onun qidalanmasında, mühafizə edilməsində və sağlam doğulmasında mühüm rol oynayırlar. Balaətrafı pərdələr 3-ədəd olur; 1) Sulu pərdə-aminon; 2) Sidikli pərdə-allontois; 3) damarlı təbəqə-xorion.
Sulu pərdə-amion. Ziqotanın xarici hüceyrələrindən əmələ gəlir və ön daxili pərdə olub, ebirionu hər tərəfdən əhatə edir və göbək, nahiyəsində köbəyin keçilməsi üçün xüsusi dəlik (sahə) yaradır. Bu təbəqə şəffaf olduğunda bala aydın görünür. Bu təbəqənin üzərində zərif qan damarları və darı böyüklükdə ləkələr (düyünlər) vardır. Sulu təbəqə daxilində balaətrafı mayelər (ampiotik maye) toplanır, bu mayenin miqdarı boğazlığın əvvəlində az, boğazlığın orta dövründə çox olur, sonra tədricən azalır. Bu mayenin tərkibində zülal, mutsin şəkər, yağlar, silik cövhəri, hormonlar vardır. Balaətrafı mayelər Balanı mexaniki təsirlərdən qoruyur, doğan zamanı cinsiyyət yolunu isladır, bala asan doğulur.
Professor N.A. Fleqmatov inəklərdə balaətrafı mayelərin fiziki-kimyəvi xassələrini ətraflı öyrənərək balalığın atoniyası və ciftin ləngiməsində müalicə və profilaktiki məqsədlə işlədilməsini məsləhət görür.
Sidikli pərdə-allantois. Bu Sulu vədamarlı pərdələr arasında yerləşir, dölün ilk bağırsaq hüceyrələrindən əmələ gəlir. Bu pərdənin daxilində sidikli (allantois) maye olur. Bu maye əvvəl açıq rəngli, sonralar isə sarımtıl olur, miqdarı isə boğazlığın müttədi ilə əlaqədar olaraq dəyişir. Madyanlarda boğazlığın lırıncı 3-ayında 400-800 ml. boğazlığın 6-7 ci aylarında 3-6 litr, boğazlığın sonunda isə 7-15 litr, inəklərdə isə boğazlığın axırında 4-8 litr olur.
Damarlı pərdə-xorion. Bu xarici pərdə olub, Balanı hər tərəfdən örtür. Bu pərdənin üzərində çoxlu qan damarları vardır. Inəklərdə bu pərdə iki buynuzlu kisə şəklində olur. Lakin bala yerləşən kisə digərinə nisbətən böyük və yaxşı inkişaf etmişdir. Damarlı pərdələr üzərindəki çıxıntılar-kateledonlar balalıq selikli qişasındakı çıxıntılar karinkullarla əlaqələnir. Belə kateledonların sayı 80-100-dək olur.
Qoyunlarda (keçilərdə) damarlı pərdənin qurluşu inəklərinkinə bənzəyir, ancaq kateledonların sayı 88-120-dək ola bilir. Donuzlarda damarlı pərdə Sulu və sidikli pərdələri örtür, onun üzərində xüsusi çıxıntılar xovlar vardır. Madyanlarda da donuzlarda olduğu kimidir. Damarlı təbəqənin üzərindəki çıxıntılar bala cifti (plasentası) placenta feotus ananın balalıq selikli qişası üzərindəki çıxıntıları isə anna cifti-placenta matera adlanır. Anadan qida maddələri, oksigen və karbon qazları balaya anna plasentası vasitəsi ilə keçir. Qida maddələri və qazların anna və bala arasında mübadiləsi diffiziya və osmos qanununa əsaslanır.
Kənd təsərrüfatı heyvanlarında cift qidalanmada mühüm rol oynamaqla bioloji baryer vəzifəsini görür. Mikroorqanizmləri, parazitləri ana orqanizmindən balaya keçməsinin qarşısını alır. Bundan başqa xının, fosfor, efir, xloroformu bitominlər və s. balaya asanlıqla keçir. Boğazlıq dövründə cifti bir sıra hormonlar hazırlayır. Bala anna bətnində olan dövürdə onun qan dövranı böyük orqanizmin qan dövranından fərqlənir. Boğazlıq dövründə anna bətnindəki Balanı qan dövranındakı vəziyyət bunlardır.
Bala ürəyinin qulaqcıqları arasında oval dəliyin (foramen ovallar) olmasıdır. Bu qanın sağ qulaqcıqdan sol qulaqcığa və əksinə keçməsininə həmçinin arteriya qanın vena qanı ilə qarışaraq sol mədəciyə daxil olmasına səbə olurn. Bala doğulan dəqiqədə bu dəlik bağlanır. Əgər dəlik bağlanmırsa, bala boğularaq (asfikasiya) tələf olur.
Xüsusi axarlarla (Bozall, Arantı axarları aorta ilə ağ ciyər arteriya qan damarı, habelə qara ciyər, vena dammarı ilə göbək vena qan damarları əlaqələnir. Bala doğulduqdan sonra bu axarların dammar fəaliyyəti itir, onlar bağ şəklini alırlar.
Bala anna bətnində olarkən onun Qanı həmişqə oksigenlə zəngin olur.
Balanın qan dövranı boğazlıq dövründə qapalı olur və ananın qan dövranı ilə bilavasitə əlaqələnmir. Boğazlıq dövründlə balanın inkişafı ananın sağlamlığı, yemləmə və saxlanması ilə olduqca sıx əlaqədardır.
 
Balaətrafı pərdələrin sxemi 
  
  
 Boğazlıq dövründə anada gedən dəyişikliklər.
 Boğazlıq dövründə anna bətnində inkişaf edən balanın qidalanması və inkişafı orqanizmində bir sıra görkəmli dəyişikliklərə səbəb olur. Boğazlıq dövründə bütün orqan və sistemlər səfərbərliyə alınır, onların fəaliyyəti artır.
 Balalıqda olan reseptorlar (mexano, termo, xemo, osmo baro) qıcıqları qəbul edərək mərkəzi sinir sisteminə yetirir, ananı sinir sistemi bu impulslara qarşı olduqca həssas olur. Ürək-damar sisteminin fəaliyyəti yüksəlir, ürək əzələ lifləri nisbətən böyüyür. Bəzən ürəkdə fizioloji hepertrofiya əmələ gəlir. Heyvanda qanın ümumi miqdarı artır, hemoqlobinin (kb) faizi yüksəlir qanın laxtalanma qabiliyyəti artır, eritrositlərin çökmə reaksiyası tezləşir. Orqanizmdə Ca və P çox sərf olduğundan, qanda onların miqdarı azalır.
 Boğazlığın müddəti artdıqca tənəffüsün miqdarı artır, heyvan tez-tez tənəffüs edir ki, bu da oksigenin artıq istifadəsi ilə əlaqədardır. Böyrəklərin fəaliyyəti yüksəlir və s. heyvanın iştahı artır, gümrah olur, kökəlir. Boğazlığın axırında bala inkişaf etdiyindən heyvan arıqlayır. Boğazlıq dövründə yemdə mineral maddələrin çatışmamazlığı anada osteomaliyasiya, ballada isə raxit baş verir. Boğazlıq dövründə ən şiddətli dəyişikliklər cinsiyyət sistemində gedir. Balalığın həcmi genişlənir, balalıq buynuzları uzanır, balalıqdakı karunkullar 15-20 dəfəyədək böyüyür. Boğazlıq dövründə yumurtalıq üzərində Sarı cism əmələ gəlir. Boğazlıqla əlaqədar olaraq, süd vəzilərində də şiddətli dəyişikliklər gedir, süd vəzilərində aeveolalar inkişaf edir.
 Yelin tədricən böyüyür, dərisi qısalır, doğumun axırına yaxın ağız südü əmələ gəlir və s. Boğazlıq dövründə anna orqanizminin endokrin sistemində mühüm dəyişikliklər gedir, xüsusilə hipofiz vəzi və yumurtalıqlar hormon ifraz edir. Madyanlarda boğazlığın 40-90 günündə qanda propan hormonun miqdarı artır. Onlardan qan alaraq Bm2 (boğaz madyan zərdabı) hazırlayırlar ki, buna da heyvandarlıqda tədbiq etdikdə qısırlığın qarşısı alınır və bala alma faizini yüksəldir.
 MÜHAZIRƏNIN MÖVZUSU: 
 Kənd təsərrüfatı heyvanlarında boğazlığın müddəti və təyini
 MÜHAZIRƏNIN PLANI
 1.Kənd təsərrüfatı heyvanlarında boğazlığın müddəti.
 2. Kənd təsərrüfatı heyvanlarında boğazlığın təyini neçə qrupa bölünür.
 3.İnəklərdə boğazlığın təyini kim tərəfindən aparılıb.
 4.Boğazlığın laborator üsulla yoxlanılması.
 5. Xarici müayinə neçə aylıqda aparılır.
 6. Qoyun, keçilərdə və donuzlarda necə təyin olunur.
 K/t heyvanlarında boğazlığın müddəti.
 Boğazlığın başlanması gününü təyin etmək mümkün olmur. Odur ki, təcrübədə boğazlığın başlanğıcını mayalama və ya cütləşmə günündən hesab edirlər. Boğazlığın davamı heyvanın növündən, cinsindən, yemləmə və saxlanma şəraitindən, doğulan balanın cinsiyyətindən asılıdır. Təcrübələr gösətərir ki, yaxşı yemləmə və bəsləmə şəraitində boğazlıq müddəti 7-10-gün azalır, əkizlik zamanı boğazlıq dövrü bir neçə gün qısalır. Erkək bala 1-3 gün gec doğulur. Ilk dəfə doğan heyvanda boğazlığın müddəti uzun olur.
 
Heyvanın növüBoğazlığın müddəti aylarlaBoğazlığın müddəti günlərləInək
Camış
Qoyun
Keçi
Donuz
Madyan
Eşşək
Dəvə
It
Pişik
Ada dovşanı
Çöl dovşanı
Tülkü
Nutru
Pələng
Şir
Ayı
Fil9
10,5
5
5
4
11
12,5
12
2
2
1
2
2 aya yaxın
4,5
5
4
6,5
22385 (248-311)
307 (300-315)
150 (140-160)
150 (140-160)
114 (110-118)
340 (357-410)
380 (355-395)
365 (335-395)
62 (59-35)
53 (55-69)
1 aydan az 23 (22-24)
2 aya yaxın (51-52)
51 (49-55)
130 (128-137)
154
110
200
660 (550-670)  V.K. Kedrov tərəfindən təcrübə üçün əlverişli kənd təsərrüfatı heyvanlarında boğazlığın təqvimi tərtib edilmişdir.
 Kənd təsərrüfatı heyvanlarında boğağazlığın təyini.
 Heyvandarlıqda boğazlığın təyini mühüm zoobaytarlıq tədbiridir. Boğazlığı vaxtında və düzgün təyin etməklə qısırlıq faizini azaltma, yaxşı təşkil etdikdə balasalmanın qarşısı alınır. Boğazlığı düzgün təyin etdikdə təsərrüfatlarda bala alma faizi yüksək olur, qısırlıq ləğv edilir. k/t heyvanlarında boğazlığı təyin etmək 2-qrupa bölünür 1) Klinik müayinə; 2) labarotoriya müayinə üsulları.
 Boğazlığın klinik üsulla təyini.
 k/t heyvanlarında klinik üsullarla təyini. N.T. Mişkin; A.I. Tarasayeivç; N.A. Fleqmatov; A.P. Studesov, və s. tərəfindən ətraflı öyrənilmişdir.
 Klinik müayinəyə başlamazdan əvvəl müayinə ediləcək heyvan haqqında müəyyən məlumat toplanmalıdır. Bu vaxtı heyvanın yaşı, nə vaxtı doğması, sonun düşməsi. Heyvan boğaz olduqda hövrəgəlmə cərəaxıtma olmur, heyvanın iştahı yaxşı olur. Kökəlir südü azalır və tədricən kəsilir.
 Beləliklə boğazlığın klinik üsulla təyini dedikdə xarici və daxili müayinələr nəzərdə tutulur. Daxili müayinə vaginal və rektal müayinələrdən ibarətdir.
 Inəklərdə boğazlığın təyini.
 Inəklərdə boğazlığın təyini prof. N.F. Mışkin və prof. A.P. Studentsov tərəfindən ətraflı öyrənilmişdir. Müayinəyə başlamazdan əvvəl boğazlığına dair anamnez məlumatı toplamaq lazımdır. Sonra heyvanı möhkəm təsbit edərək cxarici müayinə aparılır.
 Xarici müayinə. Inəklərdə balalığı və Balanı sağ qarın divarında müayinə etmək lazımdır. Xarici müayinə boğazlığın 5-6-cı oynağında qabırğalara doğru gedən xəyali xətt istiqamətində aparılır. Bu xətt heyvanın onurğa sütuna paralel olmalıdır. Əgər heyvan boğazdırsa palpasiya zamanı ələ bərk cismi dəyməlidir ki, onun bala olması güman edilir. Palpasiya səhər tezdən heyvanın ac vaxtında aparılır. Əgər heyvan boğaz olarsa ələ yapancı cismi dəyir.
 Vaginal müayinə. Vaginal müayinəyə başlamazdan əvvəl heyvanın xarici cinsiyyət üzvləri isti su, sabunla yuyulub təmizlənməlidir. Boğazlıq zamanı vaginanın selik qişası quru, qansız olur. Inək boğaz olmadıqda vagina selik qişası açıq kül rəngində, parlaq olur, balalıq boynunun xarici dəliyində selikli tıxarı olur. Odur ki, vaginal müayinədə az istifadə edilir.
 Rektal müayinə.
 Bu üsulla heyvanın boğazlığını və qısırlığını düzgün təyin etmək olur. Heyvan dəzgaha salınır və möhkəm təsbit edilir. Müayinəçi dırnaqlarını tutur, xalat, xüsusi çiyinlik və rezin çəkmə geyir, sağ əlini kürək oynağınadək çirməyələrək yuyur, 2-3 qat sabun sürtür. Əlin üzərində zədə, kiçik yara və s. varsa ona yod sürtülür.
 Kütləvi müayinə etdikdə isti Sudan istifadə edilir. Rektal müayinəni səhər tezdən aparılmalıdır. Ona görə ki, düz bağırsaqda nəcis kütləsi az olur. Əl düz bağırsağa daxil edilir, balalığın boynunu tapdıqdan sonra əli bir qədər irəliyə aparıb, balalıq buynuzunu və onların arasında isə qısa şırımı hiss etmək olur, orta barmağı isə buynuzlararası şırımın üzərinə qoyaraq ehtiyatla onları müayinə edərək balanın olub-olmadığını bilirik. Inək boğaz olmadıqda, cinsiyyət üzvləri aşağıdakı halda olur: balalığın boynu, gövdəsi, buynuzları və yumurtalıqlar çanaq boşluğunda olur, balalıq buynuzları eyni həcimdə olur. Onların arasındakı şırım aydın bilinir.
 Inəklərin boğazlığını düzgün təyin etmək üçün həkimə daha çox təcrübə və vardiş lazımdır.
 Boğazlığın 1-ci ayında. 
  balalıq boynu çanaq boşluğunda yerləşir. Buynuzlar arasındakı şırım aydın hiss olunur. Bala yerləşən buynuzun diametri 3-4 sm və onun daxilində 100 ml bala ətraflı maye olur.
 Boğazlığın 2-ci ayında.
 Bala yerləşən balalıq buynuzu digərinə nisbətən 2-dəfə böyüyür. Onun diametri 7-8 sm-ə çatır, bala ətrafı mayenin miqdarı 300 ml-ə yaxın olur.
  
 Boğazlığın 3-cü ayında.
 Balalıq buynuzu 4-5 dəfə böyüyür. Uzunsov (12-14 sm) kisə şəklinə düşür, bala verməyən balalıq buynuzu böyüyür. Balalığa 1-1,5 litr bala ətrafı maye toplanır.
 Boğazlığın 4-cü ayında.
 Balalıq tamamilə qarın boşluğuna düşür. Balalıqda 3-4 litr maye toplanır, bala yerləşən balalıq buynuzunun diametri 20-22 sm olur.
 Boğazlığın 5-ci ayında.
 Boğazlıq nişanələri əsasən 4-aylıqda olduğu kimidir. Balalığın orta arteriyasının vıbrasiyası aydın hiss olunur. Balanı müayinə etmək mümkün olur.
 Boğazlığın 6-cı ayında.
 Balalıq və balalıq boynu qarın boşluğunda yerləşir. Bala irəlidə və dərində yerləşdiyi üçün müayinə edilir.
 Boğazlığın 7-ci ayında.
 Bala aydın hiss olunur.
 Boğazlığın 8-ci ayında.
 Bal çox böyümüş olduğundan onu yaxşı hiss etmək olur.
 Balalığın 9-cu ayında.
 Balalığın boynu və balanın hissələri çanaq boşluğunda yerləşir. Aydın müayinə etmək olur.
 Camışlarda boğazlığın təyini.
 Camışlarda vaginal müayinə aparılmır. Yalnız rektal müayinə vasitəsi ilə boğazlığı düzgün təyin etmək olur. Camışlarda balalıq boynu daha böyük və nisbətən qalındır.
 Balalığın ümumi həcmi böyükdür, yumurtalıqlar isə inəklərərinkinə nisbətən kiçik olur.
    Madyanlarda boğazlığın təyini.
 Madyanlarda boğazlığın təyini prof. Taraseviç, Flegmatov və Jivotkov tərəfindən ətraflı öyrənilmiş və geniş təcrübədən keçirilmişdir. Madyanlarda boğazlığın təyin etmək üçün xarici və daxili müayinə üsullarından istifadə edilir.
 Xarici müayinə. Bu müayinə boğazlığın 6-7-ci aylarında baxmaq, əlləmək və dinləmək vasitəsi ilə aparılır. Madyanda boğazlıq halında sol qarın divarı, nisbətən böyüyür, həcmin nahiyyə diqqətlə baxdıqda qarın divarının titrəməsi hiss olunur. Müayinə əsasən sol tərəfdən aparılır.
 Daxili müayinə üsulları. Inəklərdə olduğu kimi madyanlarda da vaginal və rektal müayinə üsullarından istifadə olunur.
 Vaginal müayinə.
 Inəklərdə oluğu kimi aparılırVagina güzgüsü ,balalıq yoluna daxil edilir və balalıq boynunun vəziyyətinə və vaginanın selikli qişasının üzərindəki seliyin keyfiyyətinə diqqət yetirilir. Vagina selik qişası quru, qansız olub, tərləmiş 1 şüşəyə bənzəyir, güzgünü çıxırdıqda onun üzərinə yapışqanvari və bozumtul selik görünür. Madyan boğaz olmadıqda bu dəyişikliklər olmur. Vaginanın selikli qişasındakı selik parlaq olub, sap kimi uzanır.
 Rektal müayinə.
 Inəklərdə olduğu kimidir. Ancaq madyan daha möhkəm təsbit etmək lazımdır. Muayinəni günorta və ya axşama yaxın aparmaq lazımdır, bu zaman düz bağırsaqda nəcis kütləsi az olur.
 Madyan boğaz olmadıqda rektal müayinə zamanı cinsiyyət üzvlərinin aşağıdakı halda hiss edilməlidir. Yumurtalıqların hər ikisi və balalıq buynuzları eyni böyüklükdə və ölçüdə olurlar, balalığın gövdəsi yastı və hamar olub,çanaqdan azca irəlidə yerləşir. Madyan boğaz olduqda inəklərdə olduğu kimi balanı asanlıqla müayinə etmək olur.
    
 Eşşəklərdə boğazlığın təyini.
 Eşşəklərdə boğazlığın təyini N.A.Flegmatov və B.Q.Çiradze tərəfindən öyrənilmişdir. Onların tədqiqatlarına görə yalnız rektal müayinədən istifadə etmək lazımdır.
 Rektal müayinə qaydası madyanlarda olduğu kimi kimidir.
 Qoyun və keçilərdə boğazlığın təyini.
 Davarlarda boğazlığın təyini üçün yalnız xarici müayinə üsullarından istifadə olunur. Xarici müayinə ilə boğazlığın 3-4 aylığında məlumat toplamaq olar. Bu dövrdə sağ qarın divarın aşağı hissəsi get-gedə qabarır. Bu nahiyədən iki əllə sağ və sol qarın divarına əlləri bir-birinə doğru qarının içərisinə yaxınlaşdırmaq vasitəsilə palpasiya aparılır. Qoyun və ya keçi boğaz olduqda palpasiya zamanı əl bərk cismə (balaya) dəyməlidir.
 Prof. A.P.Studentsov sol əli dizlə əvəz etməyi məsləhət görür. Bu üsulda müayinəçi bir dizini yerə söykəyib, digər dizini heyvanın qarın altına keçirir və aşağı qarın divarını yuxarıya qaldırır. Sağ əli ilə sağ qarın divarının qabarmış nahiyyəsində palpasiya yolu ilə balan və balalığı müayinə edir.
 Qoyunlarda boğazlığın əvvəlində sınaqçı qoçlardan da istifadə etmək olar. Boğaz qoyun sınaqçı qoçu yaxına buraxmır və ondan aralanır.
 Qoyun və keçilərdə boğazlığın son aylarında cinsiyyət üzvləri şişir və yelin qızarır.
 Donuzlarda boğazlığın təyini
 Donuzlarda boğazlığı təyin etmək üçün yalnız xarici müayinə üsullarından istifadə edilir. Boğazlığın ikinci dövründə balanı palpasiya etmək olar. Donuzu yanı üstə yıxıb yan qarın divarından (axırıncı 2-məməciklər arasında) palpasiya etmək lazımdır. Boğazlığın son ayında xarici cinsiyyət üzvləri şişir, qızarır, yelin paycıqları şişir və qarın böyümüş görünür. Donuzlarda boğazlığın əvvəlində sınaqçı erkək donuzlardan da istifadə edilir. Sınaqçı erkəyi dişi donuz yaxına buraxmırsa, donuz boğaz hesab edilir.
  Boğazlığın laboratoriya üsulları ilə təyini
 Aparılmış işlərin nəticəsindən müəyyən edilir ki, boğazlıq dövründə heyvan orqanizmində, xüsusi ilə maddələr mübadliləsi və endokrin sistemində bir sıra kəskin dəyişikliklər gedir və qanda, sidikdə, süddə onların müəyyən üzləri qalır. Bu üzvləri aşkar etməklə boğazlığı təyin etmək olur. Boğazlığın təyini üçün qanın, sidiyin, südün müayinəsindən istifadə edilir. Bu müayinələrdə əsas məqsəd qanda və sidikdə hormonların olmasını aşkar etmək olur. Südün fiziki kimyəvi xassəsinin dəyişməsi aşkar edilir, laboratoriya üsulu ilə boğazlığı düzgün təyin etmək olmadığından bu üsuldan az istifadə olunur.
 MÜHAZIRƏNIN MÖVZUSU: 
 Doğum prosesi, balanın balalıqda doğumqabağı yerləşməsi. 
 MÜHAZIRƏNIN PLANI
 1.Doğumun başlanması.
 2. Doğum haqqında nəzəriyyələr.
 3.Balanın balalıqda doğum qabağı
 4.Çanağın quruluşu
 5. Doğumun yaxınlaşmasını göstərən əlamətlər.
 6. Doğumun gedişi
 7.Doğum şöbələrinin təşkili.
 Doğum prosesi – (puerperia)
 Normal fizioloji proses olub, yaşamaq qabiliyyətinə qadir olan tam yetişmiş balans, bala ətrafı mayelər və pərdələrin balalıqdan kənar edilməsinə doğum prosesi deyilir.
 Kənd təsərrüfatı heyvanlarında doğumun başlanması və gedişi bütün anna orqanizmi xüsusilə neyro-humoral sistemlə olduqca əlaqədardır. Doğum prosesində qarın boşluğunun daxili təzyiqi, balalıq əzələlərinin yığılıb-açılması və doğulan bala fəal iştirak edir. Doğumun başlanması və gedişi bir sıra alimlərin diqqətini cəlb etmişdir.
 Müxtəlif nəzəriyyələr vardır:
 Balalıq divarının qıcıqlandırılması və ya təzyiq nəzəriyyəsi.
 Bu nəzəriyyəni irəli sürənlər belə güman edirlər ki, bala inkişaf etdikcə boğazlığın sonunda balaətrafı mayelərin miqdarı azalır, bala hərəkət etdikdə balalıq divarındakı sinir uclarına təzyiq edir, onları qıcıqlandırır. Bu təsirlər nəticəsində balalıq əzələləri yığılır, boğazlıq və nəhayət balanı balalıqdan kənar edir.
 Balalıq əzələlərinin hiperemiya və hipertrofiya nəzəriyyəsi.
 Belə güman edirlər ki, boğazlığın sonunda balalıq əzələləri qanla həddən artıq təchiz edilir, nəticədə əzələ lifləri qızarır (hiperemiya əmələ gəlir) və şişir (hipertrofiya baş verir). Balalıq əzələləri artıq böyüyə bilmir, yığılma və boşalma başlayır və bunun da nəticəsində bala kənar olur.
 «Yabancı cisim» nəzəriyyəsi.
 Bala boğazlığın sonunda öz inkişafını bitirir, anna bətnindən ayrılır və orqanizm üçün «yabancı cisim» olduğundan balalıqdan kənar olur.
 Zəhərlənmə (toksikoz) nəzəriyyəsi.
 Boğazlığın sonunda qida və oksigen çatışmamazlığı nəticəsində bala orqanizmində xüsusi zəhər (anafilaktik zəhər) əmələ gəlir, bu balalıq əzələlərinə təsir edir, onları qıcıqlandırır və bala kənar olur.
  Balalıq «mərkəzinin» oyanması nəzəriyyəsi.
 Doğumun başlanmasını uzunsov beyində yerləşən balalıq mərkəzinin oyanması ilə izah edirlər. Guya bala tam yetişdikdə spesifik kimyəvi maddə buraxır ki, bu da balalıq mərkəzinə təsir edir, onu oyadır bala balalıqdan kənar olur.
 Hormonal nəzəriyyə
 Doğumun başlanmasını bir sıra hormonların (ptitrim, Sarı cismin hormonu, oksitosin və s.) balalıqda təsiri ilə izah edirlər.
 Doğum kənd təsərrüfatı heyvanlarında əksərən axşam və ya gecə başlayır ki, bu da beyin qabığının bu vaxt bir çox təsirlərdən azad olmasıdır.
 Balanı balalıqda doğumqabağı yerləşməsi.
 Normal və çətin doğumları bilmək üçün bir sıra anlayışlar təklif edilmişdir: 1). Vəziyyət; 2). Mövqe; 3). Söykənmə; 4). Balanın hissələrinin balalıqda yerləşməsi.
 Balanın onurğasının ananın onurğasına olan nisbətinə vəziyyət deyilir. Balanın onurğası (fəqərə sütunu) ananın onurğasına paralel olursa, bu düzünə və ya düz vəziyyət adlanır.
 Doğumdan qabaq balalıqın vəziyyəti
 Normal doğum zamanı bala düzünə vəziyətdə doğulur. Balanın onurğası ananın onurğasına perpendikulyar olarsa eninə vəziyyət və balanın onurğası ilə anna onurğası arasında iti bucaq əmələ gələrsə, çəpinə vəziyyət adlanır. Hər iki vəziyyətdə doğumun gedişi pozulur, doğum çətinləşir və təcili mamalıq yardımı tələb edilir.
 Doğum zamanı balalıqın vəziyyəti
  Balanın belinin ananın qarın divarına olan nisbətinə mövqe deyilir. Balanın belinin ananın yuxarı qarın divarına yuxarı mövqe, aşağı qarın divarına aşağı mövqe, yan qarın divarına, yan mövqe deyilir. Normal doğum bala yuxarı mövqeydə olmalıdır.
 Balanın başının və çanağının ananın çanağına olan vəziyyətinə söykəniş deyilir. Balanın başı ananın çanağının çıxışına yönələrsə baş söykəniş, balanın çanağı ananın çanağı çıxışına yönələrsə, çanaq söykəniş adlanır. Əksərən bala baş söykəniş halında doğulur.
 Balanın ətrafları, başı və quyruğunun öz bədəninə olan nisbətinə hissələr yerləşməsi deyilir.
  
  
 Çanağın qurluşu.
 Doğum prosesinin gedişi, onun asan və çətin keçməsi doğum yolu ilə sıx əlaqədardır. Doğum-sümük-bağ əsası və yumşaq hissədən-balalıq boynu, balalıq yolu və cinsiyyət şırımından ibarətdir. Kənd təsərrüfatı heyvanlarında çana qiki adsız sümüyün birləşməsindən əmələ gəlir, bu sümükdən qalça, qasıq və oturaq sümüklərdən təşkil olunur. Doğumla çanağın bir sıra sahə və xətləri olduqca sıx əlaqədardır. 1). Çanağın qırışı; 2). Çanağın boşluğu; 3). Çanağın çıxışı; 4). Çanağın şaquli diametri. Çanaq yuxarda Oma və quyruq fəqərələri ilə həmsərhəddir.
 Dişi heyvanlarda çanağın qurluşu, erkəklərə nisbətən fərqlənir.
 Çanağın ölçülməsi nelvimetirya, adlanır. Pelvimetriyadan təbabətdə geniş istifadə edilir və əvvəlcədən doğumun necə keçəcəyi müəyyən edilir.
 Inəklərdə doğum zamanı çanaq eninə genişlənir ona görədə inəklərdə doğum çətin olur.
 Doğumun yaxınlaşdığını göstərən əlamətlər.
 Heyvanlarda boğazlığın son ayında, xüsusilə doğuma bir neçə gün qalmış aydın nəzərə çarpan bir sıra dəyişikliklər əmələ gəlir ki, bunlarda doğumun yaxınlaşdığını göstərir.
 1). Adı çanağın «doğum çanağı» halına keçməsi, doğuma 2-3 gün qalmış çanaq bağları yumşalır, uzanır və s.
 2). Xarici cinsiyyət dodaqlarının şişməsi, böyüməsi və onun dərisi üzərində qırışıqların itməsi.
 3). Süd vəzilərinin tədricən böyüməsi, qızarması və doğuma 2-3 gün qalmış, ağız südünün əmələ gəlməsi. Bəzən pis yemləməm nəticəsində ilkinə doğar düyələrdə ağız südü əmələ gəlmir.
 Doğuma 12-50 saat qalmış ümumi bədən temperaturu 0,4-1,20 aşağı enir.
 Doğumun gedişi.
 Doğum prosesində bütün orqanizmi iştirak edir. Doğumun gedişi ananın ümumi gücü, yaşı, balanın erkək və ya dişi, tək və ya əkiz olması və ananın yemləmə və saxlama şəraiti ilə əlaqədardır. Doğum aktını 3-əsas dövrə bölürlər:
 1). Hazırlıq dövrü və ya balalıq boynunun açılması;
 2). Balanın kənar edilməsi;
 3). Ciftin kənar edilməsi. Hər dövrün özünə münasib gücənmələri, yəni hazırlıq və ya açıcı gücənmələr, qovucu və cift gücənmələri vardır.
 Hazırlıq dövrü.
 Bu zaman anna heyvan, cüsusilə onun doğum, yolu balanın kənar olması üçün hazırlanır. Doğum yolunda sürüşgənlik yaranır, gücənmələr qısa onların arasındakı dincəlmə müddəti uzun (20-30 dəqiqəyədək) olur. Gücənmələrin təsiri nəticəsində balaətrafı kisə yırtılır və balaətrafı mayelərin əksər hissəsi kənar olur. Bu dövrdə anada narahatlıq başlayır, ancaq çox şiddətli olmur. Bununla da heyvanda hazırlıq dövrü bitir və balanın kənar edilməsi dövrü başlayır.
 Balanın kənar olması dövrü.
 Bu dövrdəki qovucu gücənmələr balanın kənar olmasına xidmət edirlər. Onlar qüvvətli, aralarındakı dincəlmə müddətləri isə olduqca qısa (1-3-saniyə) olur. Bu zaman heyvanda narahatlıq yatır-xalxır, belini əyir, qarına baxır, inildəyir, şiddətli sancı olur. Bala əvvəl vaginaya, sonra isə xaricə kənar edilir.
 Ciftin kənar edilməsi dövrü.
 Bu dövrün gücənmələri bala kənar edildikdən sonra başlayır və qısa olur. Bu dövrün gücənmələri ciftin kənar olmasına xidmət edir. Bala kənar olduqdan sonra balalıq boşluğu kiçilir, bundan sonrakı gücənmələr nəticəsində cift kənar edilir. Ciftin kənar edilməsi ilə heyvanda doğum prosesi bitmiş olur.
 Aparılan bir çox müşahidələr göstərir ki,normal doğum zamanı bala əksərən düzünə vəziyyətdə, yuxarı mövqedə baş söykənişində kənar olur.
 Kənd təsərrüfatı heyvanlarında doğum prosesinin xüsusiyyətləri.
 Kənd təsərrüfatı heyvanlarında doğumun gedişinin bir sıra xüsusiyyətləri vardır.
 Inəklərdə çanağın qurluşu.
 Balanın başının böyük olması, doğum zamanı çətin olur. Çətin doğumlar ən çox inəklərdə olur. Çanaq uzuna genişlənir. Balalıq boynunun açılması və ya hazırlıq dövrü 6-12-saat davam edir. Balanın kənar edilməsi 3-saat bəzən 6-saat davam edir. Ciftin ayrılması 6-12 saat çəkir.
 Camışlarda doğum inəklərə nisbətən asan keçir.
 Qoyunlarda çanağın qurluşu.
 Hazırlıq dövrü 3-300-saatadək, əksərən 4-5 saat davam edir. Əkizlik zamanı ikinci bala 15-45-dəqiqəyədək asanlıqla kənar edilir.
 Keçilərdə hazırlıq dövrü. 4-8 saat, balanın kənar edilməsi 4-saat, ciftin ayrılması isə 2-saat davam edir.
 Donuzlarda çanağın qurluşu və balanın yerləşməsi.
 Hazırlıq dövrü əksərən 3-4 saat, balaların kənar edilməsi isə 2-6 saat davam edir. Bəzən donuzlar balalarını bərk tullayırlar və yeyirlər. Odur ki, doğum prosesinin gedişində nəzarət etmək, heyvanın yanında su saxlamaq və ananı vaxtında sulamaq lazımdır.
 Madyanlarda Hazırlıq dövrü bir neçə saatdan 1-2 günədək davam edir. Bu dövrdə madyan nisbətən narahat olur. Balanın kənar olması dövrü 5-30 dəqiqə davam edir.
 Itlərdə. Hazırlıq dövrü orta hesabla 6-saat (3-10 saat) davam edir. Balaların kənar edilməsi onların sayından asılı olaraq 1-8 saatda olur. Cift bala ilə birlikdə kənar olur.
 Dovşanlarda. Doğum 5-dəqiqədən 1 saatadək davam edir. Nadir halda 2-gün davam edə bilir. Belə halda balaların bir qismi birinci gün, digər qismi isə 2-ci gün kənar olur.
 Doğum zamanı anna və balaya qulluq.
 Heyvanların əksəriyyətində doğum gecə və ya səhərə yaxın olur. Doğumun keçməsi nəzarət altına alınmalıdır. Doğum normal keçərsə heç bir əməliyyat aparılmamalıdır. Doğum zamanı anna çox enerji itirdiyindən bədənin müqaviməti azalır və doğum yoluna infeksiyanın düşməsi üçün şərait yaranır. Bala kənar edildikdən 1-2 saat sonra heyvana ilıq su, arpa unundan hazırlanmış horra (bir dəfə duz qatmaq) verilməldidir. Sonra döşəməni təmizləmək, arxa hissəsini ilıq su ilə yumaq yaxşı ot, kəpək vermək lazımdır.
 Balanın yuxarı tənəffus yollarının selik və balaətrafı mayedən təmizləmək.
 Yeni doğulmuş balanın ağızı, burunu təmiz dəsmalla silməli zəif və tənginəfəs olan balaya başı aşağı tutularaq dərhal ayaq üstə qoyulmalıdır. Lazım gələrsə süni tənəffüs vermək dərisinə bir qədər su çiləməyi məsləhət görürlər.
 Balanın dərisinin qurudulması.
 Bala doğulduqdan sonra soyuqdəymənin qarşısını almaq üçün onun dərisini qurutmaq lazımdır. Bir çox alimlərin fikrinə görə Balanı anası daha yaxşı qurudur. Anna Balanı yalayanda balaətrafı maye qəbul edir, ciftin ayrılmasına kömək edir. Balaətrafı mayelərin tərkibində balalıq əzələsi tonusunu artıran pituitrinə bənzər maddələrinin olmasından irəli gəlir.
 Köbəyin bağlanması və təmizlənməsi.
 Bala doğulduqdan sonra köbək nahiyyəsini yoxlamaq, təmizləmək və köbəyin qalığını ipək sapla bağlayaraq 1-1,5 sm aşağıdan onu kəsməyi məsləhət görürlər. Istifadə olunacaq sap, yod, lizol, kreolin və s. məhlullarla dezinfeksiya edilməlidir. Xüsusilə qulunların köbəyinin təmizlənməsinə, kəsilməsinə və dezinfeksiya edilməsinə xüsusi fikir vermək lazımdır. Onların köbək nahiyəsi daha tez mikroorqanizmlər bədənə asanlıqla keçirlər. Bunun nəticəsində qulun xəstələnir, bəzən tələf olur. Yeni doğulmuş balalarda köbəyin qalığı 7-8 gündə düşür, yeri isə epiteli toxuma ilə örtülür.
 Balaya ağız südünün (molozivo) verilməsi və ya balanın mayalandırılması.
 Bala doğulduqdan 45-60 dəqiqə sonra onun ayağa qalxmasına və ananı əmməsinə kömək etmək lazımdır, ona ağız südü kifayət qədər verilməlidir. Ağız südün tərkibində yeni doğulmuş balaya lazım olan bütün qida maddələri və immun cisimcikləri vardır və mədə bağırsaq fəaliyyətini nizamlayan bağırsaqlardan nəcisi (mikoniyanın) təmizlənməsinə yardım edir. Inəklərdə doğumdan 6-saat sonra ağız südünün tərkibində 9,34% zülal, 132% yağ və 4,4-dək şəkər olur.
 Buzov və balaqlar ağız südü ən azı gündə 5 dəfə verilməlidir. Yeni doğulmuş balalara birinci 10 gündə yaxşı qulluq etdikdə, onlar xəstəliklərə qarşı davamlı, sağlam və gümrah olurlar.
 Doğum şöbəsinin təşkili.
 Doğar heyvanların saxlanma şəraitini yaxşılaşdırmaq üçün xüsusi layihə üzrə tikilmiş doğum şöbələri olmalıdır. Doğum şöbələrində anna və balalar arasında yolxucu xəstəliklərin qarşısını almaq və tələfatın azalması işinə kömək edir. Doğum şöbələri isti, təmiz, işıqlı olmalı, döşəməsi isə sürüşgən olmamalıdır. Burada mamalıq alətləri, dərmanlar, isti su, sabun və s. doğuma ən azı 10-gün boğaz heyvanı doğum şöbəsinə keçirilməlidir. Bəzi təsərrüfatlarda tövlənin bir tərəfində düzəltmək də olar. Heyvanı doğum şöbəsinə keçirməmişdən əvvəl onu müayinədən keçirməli və ətraflı yoxlanmalıdır. Doğum şöbəsində bütün sutqa ərzində daimi növbətçi olmalıdır ki, boğaz heyvana nəzarət etsin.
 MÜHAZIRƏNIN MÖVZUSU: 
 Boğazlıq dövrünün xəstəlikləri 
 MÜHAZIRƏNIN PLANI
 1.Balasalmalar təsnifatı
 2. İdiopatik və simptomatik nə vaxt baş verir.
 3.Tam və natamam abort nədir
 4.Alimentar abortu əmələ gətirən səbəblər
 5. Vaginanın düşməsi nə vaxt baş verir.
 6. bortdan sonrakı ağırlaşmalara qarşı aparılan tədbirlər.
 Boğazlıq dövrün xəstəlikləri.
 Boğazlıq dövrü orqanizmin yüksək fəaliyyət dövrüdür. Əksərən sağlam anna yaxşı yemləmə və saxlama şəraitində olduqda, boğazlıq dövrü normal keçir, yalnız fizioloji dəyişikliklər baş verir, anna xəstəliyə tutulmur və bala sağlam doğulur. Ancaq anna orqanizminin müxtəlif xəstəlikləri (ürək dammar, qara ciyər, böyrək xəstəlikləri maddələr mübadiləsinin pozğunluqları və s.) olduqda heyvanın yemləmə və saxlanma şəraiti pis olduqda, müxtəlif yolxucu və yolxucu olmayan xəstəliklər baş verdikdə boğazlığın normal gedişi pozulur və boğazlıqla əlaqədar olan bir sıra xəstəliklər baş verir. Boğazlıq dövrün xəstəlikləri bunlardır:
 1). Balasalmalar; 2). Boğaz heyvanın şişməsi; 3). Boğaz heyvanın götrüm (yatağa) düşməsi; 4). Vaginanın düşməsi; 5). Balalığın burulması; 6). Balalıqdan qan axıntısı; 7). Vaxtından əvvəl gücənmələr və s.
 Balasalmalar (abortus).
 Müxtəlif təsirlər nəticəsində boğazlığın pozulmasına abort və ya balasalma deyilir. Balasalma zamanı, balanın bəzən də anna heyvanın tələf olması, həmçinin bala salmış heyvanda məhsuldarlığın az olması və s.
 Abortların onların səbəbləri və gedişinə görə təsnifatını A.P.Studentov vermişdir. Müəllif abortları 3-əsas qrupa bölür:
 1). Yoluxmayan abortlar; 2). Yolxucu abortlar; 3). Invazion abortlar;
 Bu qrupların hər birisini öz növbəsində yenə 2-yerə bölür.
 Idropotik, yəni sərbəst əmələ gələn abortlar; 2. Simptomatik abortlar; yəni müxtəlif səbəblərin nəticəsində əmələ gələn abortlar.
 Tam abort- Abortsuz completus- tək doğar heyvanlarda Balanı balaətrafı kənar edilməsinə tam abort deyilir.
 Natamam abort- Abortsuz in somrletus-çox bala verən heyvanlarda balanın birini salır, o birisi tam inkişafda abortun bu növünə natamam abort deyilir.
    Professor A.P.Studentova görə abortların təsnifatı.
 
Yoluxmayan abortlarYolxucu abortlarInvazion (pazitar) abortlarIdiopatik abort bala və balaətrafı pərdələrin anadan- gəlmə anomaliyası və patologiyası simptomatik abort.
a) Anada balalığın, ürəyin, ağ ciyərin, böyrəklərin, qara ciyərin xəstəlikləri nəticəsin-də anna ilə balanın əlaqəsi-nin pozulması;
b) elimentar abort;
v) tramatik abort;
q) adəti abort;
f) süni abort.Idropatik abort
(bruselloz, paratif)
Simptomatik abort
(vərəm, infeksion anemiya və s. yoluxucu xəstəliklər)Idopatik abort
(trixomonoz, vibrioz)
simptomatik abort
(hemosporidozlar,
helmintozlar və s.)  Dölün balalıqda sorulması. Buna gizli abort- abortsuz latentus da deyilir. Bu abort forması tam və natamam olur. Döl hələ bala formasına düşməmiş limfa və qan damarları vasitəsi ilə anna orqanizminə sorulur. Belə hallar ən çox inəklərdə, madyanlardı, donuzlarda baş verir.
 Balanı balalıqda qruması- mumificatio fetus.
 Abortun bu formasına inəklərdə, davarlarda az hallarda donuz və madyanlarda rast gəlmək olur. Balalıq boğazı qapalı olduğundan bala tələf olduqdan sonra kənar edilmir, tədricən balanın toxumasının mayeləri sorulur, bala quruyur və bükülərək eybəcər formaya düşür.
 Balanın mumifikasiyası
 Balanın mumifikasiyası zamanı anada boğazlığın inkişafı dayanır, doğumun nişanələri təsadüf edilmir. Yumurtalıqların birisi üzərində Sarı cism ləngiyir və cinsiyyət tsıklı pozulur.
 Balanın balalıqda həll olması- Maceratio fetus.
 Balalının balalıqda fermentativ prosesi nəticəsində yumşalaraq həll olması balanın maserasiyası adlanır. Abortun bu formasına kənd təsərrüfatı heyvanlarının əksəriyyətində təsadüf edilir. Muserasiyası zamanı balalıq boyunu açıq olur. Belə halda balalığa müxtəlif mikroorqanizmlər daxil olaraq mascrasiya şərait yaradır. Balalıqdan maye axır sümükləri qalır, bəzən xırda sümüklərdə xaric olur.
 Balalıqda həll olmuş balanın sümükləri
 
Balanın balalıqda çürüməsi- putescentia fetus.
 Belə balaya emfizematoz bala da deyilir. Abortun bu növünə inəklərdə çox təsadüf edilir. Bu zaman balalıq boynu açıq olur, balalığa çürüdücü mikroorqanizmlər düşərək, ballada gedən fermentatif həll olmada iştirak etməsidir. Bəzən bala həddinin artıq böyük olduqda, balalıq burulduqda bu zaman heyvan doğa bilmir, bala içəridə qalaraq çürüyür.
 Tələf olmamış «yarımçıq» balanın salınması.
 Bəzən mütəxəssislər abortun bu növünü vaxtından əvvəl doğum hesab edilir. Belə abortlar zamanı balanın dərisi tüklə tam örtülmüş olursa, onu yaxşı bəsləməklə yaratmaq və böyütmək olar.
 Tələf olmuş balanın kənar olması.
 Abortun bu növünə təsərrüfatlarda daha çox təsadüf edilir. Müxtəlif səbəblərdən tələf olmuş 3-günədək balalıqdan kənar olur (nadir halda 2-3 həftə qala bilir). Abortun bu növündə bəzən anada ağız südü əmələ gəlir, ancaq südü qaytardıqda çürüyür. Belə abort zamanı heyvanı nəzarət altında saxlamaq lazımdır.
 Alimentar abortlar-abortsuz alimentarlus.
 Heyvandarlıq təsərrüfatlarda abortun bu növünə çox təsadüf edilir. Bununda əsas səbəbi boğazlıq dövründə heyvanın yemlənmə, saxlanma şəraiti pis təşkil edilməsi, yemdə mikroelementlərin,vitaminləri, mineral maddələrin olmaması.
 Keyfiyyətsiz yemlər, çürümüş yem, yanmış jımıx və s. olduqda alimentar abort baş verir.
 Travamatik abortlar- abortus traumaticus.
 Müxtəlif təsirlər: mexaniki, vurma heyvanın yıxılması və s. təsirlər olduqda boğazlıq pozulur, bala tələf olur və balalıqdan kənar edilir. Belə abortlar travmatik abort adlanır.
 Travmatiki abortlar əksərən boğazlığın axırıncı aylarında olur. Travmatiki abortlar əksərən boğazlığın axırıncı aylarında olur. Mexaniki təsirdən 12 saat, nadir hallarda isə 2-3 gün sonra bala salma əmələ gəlir. Əgər heyvanın orqanizmi möhkəm olduqda bala salma olmur.
 Adəti abort- Abortus halitualis.
 Bu abort idiopatik və simptomatik abortun xüsusi bir növü hesab edilir. Belə abort ən çox inək və madyanda təsadüf olur. Adəti abortun xüsusiyyəti ondan ibarətdir ki, balasalma hər dəfə boğazlığın eyni dövründə baş verir. Bu abortların başlıca səbəbi sinir və endokrin sisteminin pozğunluğu, yaxın qohumarası cütləşdirmə və s. nəticəsində baş verir.
 Boğaz heyvanın şişməsi- Hydrops qravidarum.
 Bu xəstəlik zamanı boğaz heyvanlarda dəri və dəri altı toxumaya Sulu mayenin (transultatin) toplanmasından ibarətdir. Xəstəlik ən çox inək və madyanlarda baş verir.
 Etiologiyası- xəstəliyin səbəbi, boğaz heyvanların az gəzdirilməsi, qidalığı az olan qaba yemlərin verilməsi və anna heyvanda ürək, qara ciyər və böyrək xəstəliklərinin olmasıdır.
 Klinik nişanələri.
 Boğaz heyvanda qarınaltı nahiyə, bəzən arxa ətrafları və bud nahiyəsi şişir. Belə şiş nahiyələri ağrısız olur, ələ basdıqda gec düzələn çökəklik əmələ gəlir.
 Müalicəsi. Xəstə heyvana Sulu və şirəli yemlərin verilməsi azaldılmalıdır. Şişmiş nahiyələri massaj etmək və heyvanı çox gəzdirmək məsləhət görülür.
 Boğaz heyvanın «götrüm və ya yatıq düşməsi» (proplegia qravidarum).
 Müxtəlif səbəblər nəticəsində boğaz heyvanlarda çanaq və arxa ətrafların əzələ və bağ aparatının tonusunun aşağı düşməsindən heyvanın yatdıqda qalxa bilməməsi götrüm və ya yatıqdüşmə adlanır. Belə hal xəstəlik nişanəsi hesab edilir və doğuma bir neçə gün və ya həftə qalmış baş verir.
 Etiologiyası- xəstəlik arıqlıq, yemdə kalsiumun və fosforun çatışmaması, qocalıq, əkizlik, zəhərlənmə, soyuqlama, nəmişlik yerdə saxlama və s. Belə hala əksərən qış mövsümündə olur.
 Klinik nişanələri. Heyvanda bədən temperaturu, nəbzi, tənəffüs normal olur. Heç bir patoloji nişanə nəzərə çarpır. Xəstəlik tədricən və qəflətən baş verir, heyvan yatıb qalxa bilmir. Yatdığı yerdən başqa yerə sürünür ayağa qalxa bilmir.
 Müalicəsi. Xəstə heyvan tez-tez bir yanı üstdən digərinə çevrilməlidir. Yaxşı olar ki, asıcı apparat vasitəsi ilə ayaq üstə qaldırıb saxlansın. Çanaq və bud nahiyəsini massaj etməli əzələ arasına 2-3 yerdə 0,5-1 ml veratrının spirtdə məhlulu (0,5%-li) yeridilməlidir. Veratrin məhlulun yeridilməsi 1-2 gündən bir təkrar edilməlidir.
 B.S.Krıllov yelinin hər paycığına 250 ml yeni sağılmış südün yeridilməsi yaxşı nəticə verir. Xəstəlik uzun müddət çəkərsə abort edilməlidir.
 Vaginanın düşməsi (prolapsus vaginal).
 Balalıq yolunun kənara çıxması tam və natamam ola bilir. Bu vaginanın düşməsi adlanır. Vaginanın yerini dəyişərək cinsiyyət şırımından kənara çıxması tam, cinsiyyət şırımından çıxmayaraq qırışıqlar əmələ gətirərək qabarıq formasında alması, natamam düşmə adlanır. Xəstiəlik boğazlığa yaxın vaxtı daha çox baş verir.
 Etiologiyası. Xəstəlik ən çox arıqlıq, qocalıq, boğazlıq dövründə az gəzdirmə, heyvanın arxa hissəsinin ön hissəsinə nisbətən uzun müddət aşağı vəziyyətdə saxlanması və s.
 Klinik nişanələri.
 Vaginanın düşməsi ən çox heyvan yatdıqda şiş kənara çıxır, durduqda isə öz yerinə qayıdır. Ən çox boğazlıq dövründə baş verir, cinsiyyət dodaqları şişir, qısalır,vaginadan bəzən qan axır. Bəzən vagina ilə birlikdə sidik kisəsidə çıxır.
 Müalicəsi. Bu zaman heyvanı arxa tərəfini hündür saxlamaq, vaginanın tam düşməsi zamanı onu dezinfeksiya edici məhlullarla 2-3%-li 2 ay; 2-3%-li tanin; 1%-li kalium permanqanat məhlulları ilə yuyub yerinə salmaq lazımdır tikişdə qoyulur, sonra balıq yağı, bitki yağlarıda sürtmək olar.
 Vaxtından əvvəl gücənmələr.
 Ən çox madyanlarda və digər heyvanlarda da baş verir.
 Etiologiyası – boğazlıq dövründə heyvanı düzgün yemləmə və saxlanma qaydasının pozulması, soyuq su içirdilməsi, xarici temperaturun kəskin dəyişməsi və s.
 Klinik nişanələri – belə hala madyanlarda əksərən boğazlığın ikinci dövründə inəklərdə isə doğuma 3-4 həftə qalmış rast gəlmək olur. Heyvan da ümumi narahatlıq, yüngül bəzən sancılar qüvvəli olur. Bəzən gücənmələr inəklərdə 3-gün davam edə bilir və sonra dayanır. Doğum normal keçir.
 Müalicəsi. Heyvan yumşaq döşəməli, qaranlıq binaya keçirilməlidir. Bel və oma nahiyəsinə isti (qaynar) ot buğu verilir. Inəyə 700-800 ml. 400-li spirt, madyana 15-20 ml xloralindrat (yalnız abızdan) 0,3-0,5 ml morfii dəri altına və s.
 Balalığın burulması- torsio uteri.
 Balalığın fırlanması onun burulması hesab edilir. Xəstəlik çox boğaz inəklərdə, az hallarda isə qoyunlar, keçilərdə olur.
 Etiologiyası. – Boğaz heyvanların bərk qaçması, yıxılması, qarın divarına müxtəlif mexaniki təsirlər və s. ilə baş verir. Boğaz heyvanların, dərə, təpə, meşəli yerlərdə sürətlə hərəkət etməsi balalığın burulmasına səbəb olur.
 Klinik nişanələri.
 Balalıq sağa və sola təqribən 430-900 burula bilər. Balalıqla birlikdə enli bağlarda da burulduğundan, şiddətli narahatlıq və ağrı baş verir. Balalığın burulması doğuma çox qaldıqda baş verir.
 Müalicəsi. – Burulma şiddətli olmadıqda, balalıq boğazı isə açıq olduqda, balalığa 2-4-litr sabunlu isti su və ya düyü həlimi yeridərək, əli balalığa daxil edib onu düzəltmək mümkündür.
 Belə mumkün olmadıqda və ümumiyyətlə, daha yaxşısı heyvanı bir neçə dəfə öz oxu ətrafında balalıq burulan tərəfə fırlamaqdır. Balalığın düzəlməsinə nəzarət etmək əl vagina və ya düz bağırsaqda olmalıdır.
 Abortlar zamanı baytarlıq tədbirləri.
 Aborotlar heyvanların çoxalmasına mənfi təsir edir. Heyvandarlıq məhsuldarlıq məhsulları azalır, heyvanlar arasında qısırlıq halları çoxalır. Ona görə baytar həkimləri bala salmaların nəzarət etməli və səbəblərini öyrənməli yarısını almalıdırlar. Odur ki, əvvəl abortun xarakterini, yəni yolxucu invazion və ya yolxucu olmasını aydınlaşdırmalıdır. Bu məqsədlə bala salmış heyvan dərhal ayrılmalı onun yeri təmizlənməli dezinfeksiya edilməli, heyvanın bədən temperaturu ölçülməli balaətrafı pərdələr dəqiq yoxlanmalı infeksiya qarşı laboratoriya göndərilməli, yemlər ətraflı müayinə edilməli. Bala salmış heyvanlar 3-7 gün baytar həkimlərin nəzəri altında olmalıdır. Balasalmış heyvanların yemlənmə, saxlanma şəraiti yaxşı olmalı, tövlə tez-tez təmizlənməli və s.
 Abortdan sonrakı ağırlaşmalar.
 Bala salmış heyvanın orqanizmi zəifləyir, xəstəliklərə qarşı az davamlı olur. Doğum yolunda mikroorqanizmlər üçün əlverişli şərait yaranır. Bala salmış heyvanda ciftin ləngiməsi, balalığın atoniyası və iltihabı, sepsis əmələ gələ bilər. Bu ağırlaşmalar baytar həkimlərin tərəfindən vaxtında müayinə aparılmalı və düzgün müalicə aparılmalıdır. Belə olmadıqda heyvanlar tələf olur və ya qısır qalır.
 MÜHAZIRƏNIN MÖVZUSU: 
 Doğum prosesinin pozulması 
 MÜHAZIRƏNIN PLANI
 1.Doğum sancılarının baş verməsi.
 2.Gücənmələrin zəif və güclü olması.
 3.Doğum yolunun nə vaxt baş verir.
 4.Cinsiyyət dodaqlarının cırılması.
 5. Vaginanın və paçaarası nahiyənin cırılmasının əmələ gəlməsi.
 Doğum prosesinin pozulmaları-patologiya puerperia.
 Ana heyvanların boğazlıq dövründə baş verən xəstəlikləri habelə onların yemləmə və saxlanma şəraitinin pis olması doğum prosesinin gedişini pozur. Belə ki, doğumun davamı uzanır, çətinləşir və mamalıq yardımı tələb olunur. Bəzi xəstəliklər heyvanın çətin doğmasına səbəb olur.
 Doğum sancılarının və balalıq gücənmələrinin zəifliyi- Hupodunamia uter.
 Boğaz heyvanda sancı və gücənmələrin zəifliyi, bəzi xəstəliklər, arıqlıq, qocalıq və az gəzdirilmə nəticəsində baş verir. Balalıq əzələsinin az müddətdə və zəif yığılıb qısalması sancıların pozulmasına, qarın divarı əzələsinin lazımi qədər təqəllüs etməməsi gücənmələrin zəif olmasına səbəb olur.
 Sancı və gücənmələrin zəifliyi müxtəlifdir. Belə ki, zəif və ya qısa müddətli olurlar. Sancı və gücənmələrin zəifliyi iki cür ola bilir.
 1)Gücənmələrin ilk dəfədən güclü başlayıb, sonra zəifləməsi. 2)Cücənmələrin doğumun başlanğıcında zəif başlanması.
 Ana heyvan uzun müddət doğa bilmədikdə gücənmələr zəifləyir. Bala həddindən artıq böyük olduqda, əkizlik zamanı, doğum yolu kifayət qədər açılmadıqda gücxənmələr əvvəl qüvvəli başlayır, sonra tədricən zəifləyərək, bəzən tamamilə kəsilir. Zəif gücənmələr zamanı doğumun bütün nişanələri nəzərə çarpır, ancaq doğum prosesi uzun müddət davam edir və bala kənar edilə bilmir. Mamalıq yardımı vaxtında göstərilmirsə, bala tələf olur, həll olma və ya çürümə prosesinə uğrayır, anada ağırlaşma baş verir, hətta tələfata səbəb olur.
 Proqnozu- Mamalıq yardımı göstərən baytar həkimi ehtiyatlı olmalıdır. Çünki bala ölər, son ləngiyə bilər.
 Müalicəsi. –Inəklərin, atların və camışların balalığına düz bağırsaqdan və ya vacinadan massaj etməklə, reflektor olaraq doğum aktını gücləndirmək olar. Balalığa furasilin 1:5000, kalium-permanganat 1:1000-2000 yeritdikdə onun tonusu yüksəlir və nəticədə gücənmələr qüvvətlənir. Xəstə inək və camışlara yardım etmək üçün onların venasına 250-300 ml 40%-li qlükoza yeritmək.
 Gücənmələrin həddindən artıq qüvvətli olması Huperdunamia uteri.
 Gücənmənin həddən artıq qüvvətli olduğu vaxt balalıq və qarın əzələsi artıq dərəcədə təqəllüs edir, nəticədə gücənmələr daha da güclü olur. Gücənmələr arası fasilə azalır. Həddindən artıq gücənmənin qüvvətli olmasının başlıca səbəbi boğaz heyvanların yemlənmə və bəslənmə şəraitinin pozulması, balanın balalıqda düzgün yerləşməməsi və zəif gücənmələr zamanı tətbiq edilən dərman maddələrin normadan artıq işlədilməsidir. Balaətrafı maye vaxtından əvvəl axdıqda gücənmələrin güclü olması üçün şərait yaranır. Bala kənar edildikdən sonra da qüvvətli gücənmələr davam etdikdə balalığın düşməsinə də təsadüf edilir.
 Diaqnoz-gücənmələrin və doğum aktının gedişinə əsasən qoyulur.
 Mamalıq yardımı.
 Xəstə heyvanı 10-15-dəqiqə gəzdirib arxı hissəsini ön hissəsinə nisbətən hündür yerə bağladıqda heyvan sakitləşhir. Gücənmələri zəiflətmək üçün inəklərə 800-1000; camışlara 1000-1200 ml 40%-li spirt içirirlər.
 Gücənmələri zəiflətmək məqsədilə epidural anasteriyadan istifadə edilir. Bu məqsədlə oma fəqərəsi ilə birinci quyruq fəqərəsi arasına 15-20 ml 1%-li novakain məhlulu yeridilir.
 Doğum yolunun quruluğu-pastus siccus.
 Bu halda doğum prosesi yavaş gedir və uzun müddət davam edir, heyvan doğa bilmir, nəticədə bala balalıqda tələf olur. Doğumun bu pozğunluğuna balaətrafı maye az olduqda və ya onlar vaxtından əvvəl kənar olduqda rast gəlmək olur. Balalıq yoluna əl salmaqla onun quru olmağı müəyyənləşdirilir.
 Mamalıq yardımı.
 Balalıq yoluna bitki yağı və ya vazelinlə yağlayıb, balalığa düyü həlimi və ya sabunlu su yeridilməli. Bundan sonra gücənmələr zamanı Balanı ehtiyatla çəkib çıxarmaq lazımdır.
 Balalığın cırılması – Ruptura uter.
 Balalığın cırılması hallarına çox təsadüf edilir. Balalıq tamamilə, bəzən isə 1-2 qatı cırılır. Balalığın həddən artıq gücənmələri və onun düzgün yerləşməməsi nəticəsində cırılmasına öz-özünə cırılma deyilir. Balanın düzgün yerləşməməsi zamanı onu çəkdikdə, mamalıq alətlərindən düzgün istifadə etmədikdə, çanax sümüklərində çatışmamazlıqlar olduqda, balalıq boyuncuğu tamamilə açılmadıqda balalıq cırıla bilir.
 Kliniki əlamətləri.
 Balalıq çoxlu və tamamilə cırıldıqda gücənmələr birdən-birə dayanır və bala bəzən qarın boşluğuna düşür. Belə halda balalığa məhlul yeritdikdə o geri axmır. Bəzən bu vəziyyətdə cinsiyyət üzvündən qan axır. Qan əksərən qarın boşluğuna axır və nəticədə anna tələf olur.
 Proqnozu – Balalığın tamamilə cırılması çox qorxuludur.
 Mamalıq yavrdımı. – Bala doğulmamış balalıq cırıldıqda Balanı tezliklə çıxarmaq lazımdır.
 Balalığın qısalmasını artırmaq məqsədilə dərialtına pituitrin preqnantol yeridilir. Balalığın alt tərəfi cırıldıqda müalicənin əhəmiyyəti yoxdur. Qan axdıqda 10%-li kalsium-xlorid məhlulu 100-300 ml vena daxilinə vurulur.
 Cinsiyyət dodaqlarının, vaginanın və paçaarası nahiyənin cırılması-
 Ruptura vulval vaginaece perinei.
 Cinsiyyət dodaqlarının, vaginanı və paçaarası nahiyənin cırılması bütün heyvanlarda təsadüf edilir. Ilkinə doğan düyələrdə və vaxtından tez cütləşməyə buraxılan heyvanlarda daha çox təsadüf edilir.
 Həddən artıq iri və tərs gəlmiş balanın kobud surətdə çəkib çıxardıqda, habelə mamalıq yardımı göstərərkən alətlərdən kobud istifadə etdikdə və s. baş verir.
 Klinik nişanələri və diaqnozu.
 Xarici tərəfdən baxdıqda cinsiyyət dodaqlarının cırılması müəyyən edilir. Deşik yara baş verdikdə heyvanın vəziyyəti ağırlaşır, belini əymiş şəkildə yatır, çalışır ki, quyruğu cinsiyyət yoluna dəyməsin. Cinsiyyət dodaqları bərk şişir. Balalıq yolunun alt divarı deşildikdə sidik kisəsi oradan çıxır. Onun üst divarı isə tamamilə cırıldıqda ora bağırsaq və piylik düşə bilir. Paçaarası tam və tam olmayaraq cırıla bilir. Birinci cırılma paçaarasından anusa qədər olub. Cinsiyyət dodaqlarının arasınə əhatə edir. Ikincidə isə cinsiyyət dodaqları arası cırılmaqdan başqa düz bağırsağın sfinktoru, hətta özü də bir qədər cırılır. Nəticədə düz bağırsaqla vagina aravsı açılır.
 Cinsiyyət dodaqlarına tikiş salınması
 Vagina və cinsiyyət dodaqları az da olsa, zədələndikdə sepsis, qorxusu baş verir. Balalıqda bala çox qaldıqda və ya çürümüş bala çıxarıldıqda bu qorxu daha da çoxalır. Paçaarası sahə cırıldıqda o nəcis ilə çirkləndikdə çətin sağılır. Vagina cırıldıqda peritonit baş verir.
 Mamalıq yardımı.
 Cinsiyyət dodaqları, vagina və paçaarası cırıldıqda tezliklə cifti çıxarmalı, kiçik həcmli yaralara 10%-li yod qliserinlə bərabər həcmdə qarışdırıb çəkməli. Dərin yaraları zəif dezinfeksiyaedici məhlulların biri ilə yumalı, yaranın üstünə isə penisillin məlhəmi streptosid, yaxud sintomitsin məlhəmi çəkməli. Qan axıntısı çox olduqda yaraya 3%-li zəy məhlul hopdurulmuş tampon qoyulur. Aralıq cırıldıqda yara nahiyəsi dezinfeksiya edilir, yaranın kənarı təmizlənir, sonra isə ora tikiş qoyulur. Müalicə heyvana elə yem vermək lazımdır ki, nəcisi quru olması.
 Bundan başqa bəzən çətin doğum zamanı çanağın əzilməsi hallarda olur. Belə halda heyvana istirahət vermək lazımdır. Yaxşı həzmə gedən vermək, 2-3 gündən sonra onu ehtiyatla qaldırıb az-az gəzdirmək lazımdır.
 MÜHAZIRƏNIN MÖVZUSU: 
 Doğum prosesinin pozulması və mamalıq yardımının əsasları 
 MÜHAZIRƏNIN PLANI
 1.Doğum zamanı mamalıqyardımı.
 2.Mamalıq yardımının əsasları
 3.Mamalıq yardımı alətləri
 4.Balanı doğramaq üçün istifadə edilən alətlər.
 5.Mamalıq yardımının əsas prinsipləri.
 6.Balanın balalıqda düzgün yerləşməsi zamanı mamalıq yardımı.
 7.Doğum yoluna eyni vaxta iki balanı gəlməsi.
 8.Fetotomiya nə vaxt aparılır.
 Doğum prosesinin pozulması və mamalıq yardımının əsasları.
 Mamalıq yardımı göstərməzdən əvvəl yardım edən şəxs münasib məlumat toplamalıdır. Bu zaman baytar həkimi heyvan sahibindən xəstə heyvanın əvvəllər necə doğması, onun xəstəliyə tutulub-tutulmamasını, heyvanın yemlənməsini, saxlanılmasını, oğum aktının başlındığı vaxtı balaətrafı mayenin axıb-axmamasını və s. öyrənməlidir.
 Bundan sonra heyvanın ümumi vəziyyəti müayinə edilir. Sonra baytar həkimi mamalıq yardımı göstərir. Seçilmiş yer isti və təmiz olmalı, mamalıq yardımı göstərmək üçün münasib yer düzəltdikdən sonra heyvanı əməliyyata hazırlamaq lazımdır.
 Mamalıq yardımı göstərən şəxs aşağıdakı formada paltar geyməlidir: brezent şalvar, rezin çəkmə, xalat, öşlük və s. əlin üzərində çatlamış yer, kiçik yara olarsa ora yod sürtmək kallodiumla örtməli, dırnaqları kəsməli, əli dezinfeksya etmək üçün spirt-tanının (100:3) və yod benzin-parafin (1:750:250 nisbətində) qarışığından 3-5 dəqiqə ələ çəkməli, sonra isti su ilə yumalı, sonra isə ona spirt sürtüb qaynamış vazelin və ya lanolin çəkməli. Yardım göstərən şəxsdən başqa 2-3 nəfər köməkçi də əlini təmizləməli, dezinfeksiyaedici məhlullarla yaxalamalı. Mamalıq yardımı göstərərkən heyvanın vurmasından qorunmaq lazımdır.
  
 Mamalıq yardımı alətləri.
 Çətin doğan heyvana yardım etmək üçün bir sıra mamalıq alətlərindən istifadə edilir. Bu alətlərdən nə qədər az istifadə edilməsi yaxşıdır.
 Balanın balalığa itələnməsinə xidmət edən alətlər:
 Hyunterin mamalıq əsası.
 Hyunterin mamalıq əsası metaldan hazırlanır, uzunluğu 1 m, diametri 1-1,5 sm olur. Bir tərəfi haçalanmış şəkildəki balanın çiyin, döş və ya quyruğundan itələnsin.
 Bekkerin əsası. Bu da balanı tutub itələmək üçündür.
 Yardımçı alətlər. Bunlardan ən yaxşısı Atanasyevin ilgək keçiricidir.
 Balanı kənar edilməsində istifadə olunan alətlər.
 Bu qrupa mamalıq kəndirləri göz çəngəlləri və mamalıq kəlbətinləri daxil edilir. Çətin doğumlar zamanı təcrübədə ən çox mamalıq kəndirləri və göz çəngəllərindən istifaə edilir. Mamalıq kəndəiri 2-3 m.uzunluqda 0,5-11,7 sm qalınlıqda, yumşaq və möhkəmdir.
 Şəkil 1.
 Mamalıq çəngəlləri. Balanı peysərinə, çənəsinə, əksərən isə göz çuxuruna salınır.
 Şəkil 2. Çəngəllər.
 Balanı doğramaq üçün istifadə edilən alətlər.
 Balanın balalıqda doğranıb çıxarılması əməliyyatına fetotomiya əksərən iri heyvanlara, bəzən xırda heyvanlarda da aparılır. Balanı doğrayarkən aseptika və antiseptika qaydalarına ciddi riayət edilməlidir.
 Şəkil. Mamalıq bıçaqları.
 Bu məqsədlə alətlər 1-2%-li soda məhluluna qaynadılmalı və dezinfeksiyaedici məhlullarda saxlanmalıdır. Fetotomiya apardıqda müxtəlif bıçaqlardan, mişarlar, kəsicilər, isgənələrdən istifadə olunur.
 Fetotomlar. Balanı doğrayıb çıxarmaq üçün fetotomdan istifadə olunur. Avrutus və Besxlebnovun fetotomundan istifadə olunur. Bu fetotom kəsici məftildən, metal başlıqdan, iki rezin borudan, iki ədəd dəstəkdən və bir ədəd məftildən geydirmək üçün sünbədən ibarətdir.
 Mamalıq yardımının əsas prinsipləri.
 Çətin və ağır doğumlarda mamalıq yardımının əsas məqsədi ana və bala hər ikisinin salamat qurtarmaq və doğum yolunu zədələməməkdir.
 Mamalıq yardımı göstərilən zamanı aşağıdakı qaydalara riayət edilməlidir.
 Heyvan doğarkən onun çanağının anatomik qurluşunu bilmək.
 Doğum yolu quru olduqda oranı islatmaq. Bu məqsədlə balalığa 35-400s temperaturda 2-4 litr sabunlu su yeridilməlidir.
 Çətin doğum zamanı təcili mamalıq yardımı aparmalıdır. Təcili mamalıq yardımı apardıqda bala asan doğulur, gecikdirdikdə isə doğum yolu şişir.
 Çətin doğan heyvan müayinə edərək balanı balalıqda yerləşməsini yoxlamalı.
 Balanı 1-4 nəfər qəər adam çəkməlidir. Tərs gəlmiş balanı düzəltməmiş çəkmək olmaz.
 Bala balalıqdan düxgün yerləşmədikdə göstərilən mamalıq yardımı.
 Çətin doğum ən çox inək və camışlarda olur. Prof. A.P. Studentsov çətin doğumları aşağıdakı kimi təsnifata bölmüşdür.
 Balanın həddən artıq iri olması.
 Çanağın dar olması
 Bala hissələrinin pozğunluqları.
 A. Balanın baş söykənişində gəlməsi.
 1. Balanın yana bükülməsi.
 2. Balanın aşağı bükülməsi.
 3. Balanın yuxarıya – geriyə tərəf bükülməsi.
 4. Boyunun burulması.
 5. Qabaq ətrafların bilək oynağından bükülməsi.
 6. Ətrafların dirsək oynağından bükülməsi.
 7. Ətrafların çiyin oynağından çanağa söykənməsi.
 8. Ön ətrafların balanın peysəri üzərində çarpazlaşması.
 B. Balanın çanaq söykənişinə gəlməsi.
 1. Ətrafların bud oynağından bükülməsi.
 2. Ətrafların çapma oynağından bükülməsi.
 3. Balanın quyruğunun burulması və bükülməsi.
 IV. Düzgün olmayan vəziyyətlər.
 Balanın balalıqda eninə yerləşməsi. Bu zaman balanın ya qarın, yaxu da beli çanaq boşluğuna söykənişi.
 Balanın çəpinə gəlməsi. Bu halda balanın beli və qarın çanaq boşluğuna söykənmiş olur.
 V. Düzgün olmayan mövqelər.
 1. Balanın aşağı mövqedə gəlməsi. Bala baş vəziyyətində və yaxu çanaq vəziyyətində aşağı mövqedə gələ bilər.
 2. Balanın yan mövqedə gəlməsi. Bala çanaq və baş vəziyyətdə yanı üstə gələ bilər.
 Doğum yoluna eyni vaxta iki balanın gəlməsi.
 Çox bala verən heyvanlara bu hadisəyə təsadüf edilir. Tək bala verən heyvanlarda (inək, camış, at, xırda heyvanlar) əkizlik olduqda doğum aktı pozula bilər. Əkiz bala doğan heyvanlara əksərən balanın biri çanaq, digəri isə baş vəziyyətində gəlir. Normal doğumda ikinci bala birincidən 1-2 saat sonra doğulur. Ancaq doğum yoluna eyni vaxtda iki bala gəldikdə doğum bir sutkaya kimi ləngiyir.
 Birinci bala doğulduqda oma balasına çox soyuq yanaşır. Ikinci bala doğulana yaxın sancı və gücənmələr başlayır ikinci balanın olması hiss olunur.
 Mamalıq yardımı.
 Hər iki bala doğum yoluna gəldikdə onların ətraflarını müəyyənləşdirməli və hansı ətrafın olduğunu öyrənməli. Ona görə ilgəklərə nişan qoymalı, yaxud da ayrı-ayrı kəndirlərdən istifadə etməli.
 Əvvəlcə üst tərəfdə yerləşən balanı çıxarmalı, altda yerləşən balanı bir qədər balalığa itələməli sonra isə ona yardım göstərilməlidir.
 Fetotomiya.
 Balalıqdan balanın doğrayıb çıxarılması əməliyyatına fetotomiya deyilir. Fetotomiya mürəkkəb mamalıq əməliyyatıdır. Bu əməliyyatı təcrübəli baytar həkimi aparmalıdır. Fetotomiya əməliyyatının çətinliyinin əsas səbəbi ondadır ki, əməliyyat zamanı göz nəzarət olmur. Bu əməliyyat balalıqda bala ölü olduqda, heyvan doğa bilmədikdə, tərs gəlmiş balanı düzəldə bilmədikdə tətbiq edilir.
 Fetotomiyaya başlamazdan qabaq balanın doğum yoluna yaxın hissələri fiksasiya edilməlidir.
 Diri balanı doğrayıb çıxarmaq lazım gəldikdə balanı öldürmək məqsədilə əvvəlcə ya göbək çiyəsini qırmalı, yaxud da örtülü bıçaqla boyun damarlarını kəsməli. Alətləri 1-2%-li soda məhlulunda qaynadıb sonra dezinfeksiyaedici məhlullarda saxlamalı. Alətlər seçilir və əvvəlcədən işin planı barədə düşünülür və heyvanı xarici cinsiyyət üzvləri və dodaqları, quyruğu isti su sabunla yuyulur, dezinfeksiya edilir. Mama və onun köməkçisi, əlləri dezinfeksiya edir, xalat, çəkmə və döşlük geyməlidir.
 MÜHAZIRƏNIN MÖVZUSU: 
 Doğumdan sonrakı infeksiya 
 MÜHAZIRƏNIN PLANI
 1.Doğumdan sonar baş verən infeksiya.
 2.Kəskin endometritlərin boş verməsi.
 3.Doğumdan sonar baş verən septisemiya, pimiya halları.
 4.Doğumdan sonrakı eklampisiya baş verməsi.
 5.Doğum parezinin əmələ gəlmə səbəbləri.
 Doğumdan sonrakı infeksiya-infectio puerpralis.
 Heyvan doğduqdan sonra ilk günlərdə rezistentliyi aşağı düşür. Ona görə streptokokklar, stafilokokklar, bağırsaq çöpləri və başqa mikroorqanizmlər özlərinə əlverişli şərait tapırlar və nəticədə doğumdan sonra infeksiya baş verir. Yeni doğmuş heyvanın balalığında infeksiyanın inkişafı üçün əlverişli şərait vardır. Belə ki, cinsiyyət üzvlərində həmişə mikroorqanizmlər olur. Belə bir halda doğan heyvanın hamısı xəstələnmir. Heyvan arıq olduqda, doğum yolu zədələndikdə, yardım göstərdikdə balalığa infeksiya daxil olduqda heyvan xəstələnir.
 Cinsiyyət üzvlərində mikroorqanizmlər irinli proses törədir və nəticədə intoksikasiya baş verir.
 Mikroorqanizmlər əlverişli şərait tapdıqda, daha sürətlə çoxalır, qanla yayılaraq bütün orqanları yoluxdurur,yəni metastaz verir. Nəticədə yara ciyərdə, dalaqda, böyrəklərdə, ağ ciyərdə degenerativ proses baş verir. Sinir sistemi və maddələr mübadiləsi pozulur.
 Orqanizmin rezistenliyi möhkəm olduqda mikroorqanizmlər qana daxil olduqda onlar məhv olur.
 Ümumiyyətlə, demək olar ki, doğumdan sonra baş verən xəstəliyin gedişi bir tərəfdən mikroorqanizmləri virulintliyindən, digər tərəfdən isə heyvan orqanizminin möhkəmliyindən asılıdır.
 Doğumdan sonra baş verən vulvit, vestibulit və vaginitlər. Vulvitis vestibulitis et vaginitis puerperalis.
 Cinsiyyət dodaqlarının iltihabı vulvit, vagina dəhlizinin iltahabı vestibulit, vaginanın iltihabı isə vaginit (kolpit) adlanır. Bu xəstəlik əksərən doğum zamanı həmin hissələrin zədələnməsi və onun infeksiya ilə yoluxması nəticəsində başa verir.
 Klinik nişanələri. Xəstə heyvan özünü pis hiss edir. Belini donqar tutaraq, tez-tez sidik ifraz edir. Bu vaxt inildəmə müşahidə edilir, xarici cinsiyyət üzvləri şişir, bərk ağrılı olur. Bəzən ağrı o qədər olur ki, xəstə nahiyəyə əl vurduqda heyvan çökür və hətta yıxılır. Cinsiyyət yolundan axan eksudat xəstənin quyruğunun ətraflarına yapışaraq qərtmək bağlayır.
 Müalicəsi. Birinci növbədə xəstənin xarici cinsiyyət üzvlərini zəif dezinfeksiyaedici məhlullarla yumalı (3%-li bor turşusu, 1:500-ə xinozol və ya 1-2%-li zəy məhlulu və s.) sonra cinsiyyət üzvünün kənarlarını, quyruğunu təmiz yuyub bint bağlayıb yana çəkmək lazımdır ki, quyruq cinsiyyət üzvünə dəyib onu qıcıqlandırmasın.
 Xəstə nahiyəni elə yumaq lazımdır ki, balalığı və onun boyuncuğunu yoluxdurmasın.
 Bundan sonra xəstə nahiyəyə yodoform, kseroform və ya ixtiol məlhəm çəkilməlidir. Toz halında olan dərmanlar bir o qədər yaxşı nəticə vermir, çünki onlar tezliklə, sidiklə yuyulurlar.
 Vaginanın doğumdan sonra baş verən difterik iltihabı- vagintis necrotica
 Bu xəstəlik zamanı vaginanın selikli qişası və onun daha aşağı hissələri iltihaba tutularaq, fibrinlə zəngin oksidat əmələ gəlir.
 Xəstəliyin kliniki nişanələri və onun gedişi.
 Vaginanın selik qatına fibrinlə qatışıq eksudat hopur və ora iltihaba uğrayır. Vaginadan tünd qırmızı rəngli pis iyli maddə axır. Bundan başqa, cinsiyyət dodaqları şişir, xəstə özünü pis hiss edir, bədən temperaturu 40-410s-lə qalxır, tənəffüsü tezləşir, yemdən qalır.
 Müalicəsi. Vaginanı yumaq olmaz, çünki zədələnmiş toxumalar daha çox dağılar, proses qonşu nahiyələrə keçə bilər.
 Yara nahiyəsinə yandırıcı və dezinfeksiyaedici məlhəmlər çəkilməlidir. (Argenti, nitrici 0,2; Balsperuv-4,0; vazelin 40,0 M.D.S. Xeroformic-5,0; Bals. Peruv-3,0-5,0; ol Ricini-100,0 M.Q.S.). Bundan başqa ixtiol, penisillin, streptosid, kseroform, yodoform, mentol məlhəmləri çəkmək.
 
Kəskin endometritlər. Endometritis Acuta.
 Balalığın selik qatının iltihabı endometrit adlanır. Xəstəlik nəticəsində balalığın selikli qişasında morfoloji dəyişikliklər gedir, balalığın funksiyası pozulur, nəticədə heyvan qısır qalır. Bu bütün heyvanlarda təsadüf edilir, ancaq inəklərdə daha çox olur.
 Kəskin kataral və irinli-kataral endometritlər- Endometritis catarrihalis et catarrhalis purulenta akuta.
 Balalığın selikli qişasının kəskin kataral endometriti zamanı balalığa kataral eksudat toplanır.
 Etiologiyası.Kəskin kataral və irinli-kataral endometritlər əksərən mamalıq yardımı göstərərkən balalığa infeksiya daxil olması, balalığın atoniyası və sonun ləngiməsi nəticəsində baş verir. Çox hallarda endometritlər brusellöz, vibrioz, trixomonoz kimi infeksion və invazion xəstəliklərin nəticəsində əmələ gəlir. Bundan başqa doğumdan sonra heyvanı ümumi rezistenliyinin aşağı duşməsi, onun yem payında A, E, D, B vitaminlərin, habelə mikroelementlər çatmadıqda və bir tərəfli yemləmə xəstəliyin baş verməsi üçün əlverişli şərait yaradır.
 Xəstəliyin klinik nişanələri və onun gedişi.
 Xəstəliyin başlanğıcında heyvanın ümumi vəziyyətində bir o qədər dəyişiklik getmir. Bəzən temperaturu bir qəər artır, südü azalır, irinli kataral endometritdə, seliklə qarışıq irinli eksudat kənar olur. Belə axıntı xəstənin cinsiyyət dodaqlarına, quyruğuna, arxa ətrafına yapışaraq qartmaq əmələ gətirir.
 Diaqnozu. Kliniki nişanələrinə əsaslanır.
 Proqnozu. Inək və camışlarda adətən yaxşıdır, 2-3 həftədən sonra sağalır. Heyvanı vaxtında və düzgün müalicə etmədikdə xəstəlik uzun çəkir, xroniki hala keçir. Atlarda endometrin çox ağır keçir. Belə ki, 2-3-gün ərzində sepsis baş verir və at tələf olur. Bu madyanlarda leykositor baryer funksiyasının inəklərə nisbətən gec əmələ gəlməsi ilə izah edilir.
  
Şəkil Balalığın yuyulması üçün istifadə edilən alətlər. 
 Müalicəsi. Birinci növbədə balalığı ekzedatdan təmizləyib, heyvanın yemləmə və bəsləmə şəraitini yaxşılaşdırmaq lazımdır. Balalığı hər gün, bəzən 2-3-gündən bir esmar kurujkası ilə və ya başqa üsullarla yumaq lazımdır.
 Balalığı yumaq üçün 3-10%-li xörək duzu məhlulu, 3-4%-li ixtiol məhlulu, 1:1000-1-2000-ə nisbətində kalium-permanqanat, 1:5000-ə nisbətində furasilin; 1-2%-li bikazbonat sodası və ya bor turşusu, 0,25-1%-li və ya tanin məhlulundan istifadə etmək lazımdır. Balalığı yumaq üçün 2-3-litr, əgər ora Irin yığılarsa 5-10 litr məhlul işlədilir.
 Balalığı tez-tez yuduqda onun atoniyası baş verər və yumurtalıq yolu yoluxar. Antibiotik, sulfanilamid, norsulfazol istifaə edilir.
 Inəklərə- pitutrin 3-10 ml, follikulin 3-10 ml, sinistrol 2-3 ml, prozerin 0,5%-li 1-3 ml karboxolin 0,1%-1-3 ml, oksitozin 15b.B. və s.işlədilir.
 Doğumdan sonrakı kəskin fibrimozlu endometrit. Endometritis fibrinoza puerperalis acuta.
 Fibrinozlu endometritdə balalığın selikli qişası iltihaba tutulur və onun daxilinə fibrinlə zəngin eksudat yığılır. Buna ən çox inəklərdə təsadüf edilir.
 Etiologiyası.
 Xəstəliyin əmələ gəlməsinə əsas səbəb balalığa infeksiya düşməsidir.
 Kliniki əlamətləri. Cinsiyyət aparatında tünd Sarı rəngli seliklə qarışıq kütlə axır.
  Diaqnozu. Kliniki əlamətlərinə görə qoyulur.
 Müalicəsi. Xəstəliyin yüngül formasında balalığı doymuş cörək duzu məhlulu və ya 2-3%-li bikiorbanat sodası ilə yumaq lazımdır.
 Doğumdan sonrakı nektoriki metrit- Metritis pulrperalis necrotica.
 Bu çox ağır keçən xəstəlikdir. Xəstəlik zamanı balalığın selikli əzələ və hətta bəzən seroz qat da nekrozlaşaraq parçalanır.
 Etiologiyası. Balalıq divarı bərk zədələndikdə, anna heyvan orqanizmi zəif olduqda və ora vurilentli mikroblar düzdükdə bu xəstəlik baş verir. Bu zaman balalığın əzələ və seroz qatı pozulur. Nəticədə nekrozlaşma əmələ gəlir.
 Xəstəliyin kliniki əlamətləri və onun gedişi.
 Balalıqdan fibrin kütləsi ilə qarışıq, qırmızı rəngli eksudat axır. Xəstənin temperaturu yüksəlir. Balalığın palpasiyası zamanı fluktasiya verir və s.
 Diaqnozu. Kliniki nişanələrinə, rektal müayinəyə əsasən qoyulur.
 Proqnozu. Əksərən nekrotiki metrit ağırlaşma verir. Nəticədə balalıq deşilir, pernitonit, sepsis, pilmiya baş verir. Xəstə təxminən 9-10 gündə ürək zəifləməsindən ölür.
 Müalicəsi. Balalığı yumaq massaj etmək olmaz. Balalıqdan iksudatı çəkmək (sormaq) lazımdır.
 Doğumdan sonrakı septisemiya- sepsis puerperalis.
 Doğumdan sonra baş verən septisemiya çox ağır keçən ümumi orqanizmin çatışmamazlığıdır.
 Etiologiyası. Xəstəlik əksərən tatoloji doğumlardan və metritlərdən sonra baş verir. Inək, camış, keçi və itlərdə bu xəstəliyə daha çox təsadüf edilir. Xəstəliyin törədicisi hemolizedici streptokokkal, stafilokokklar, bağırsaq çöpləri və pievmokokklardır.
   Xəstəliyin kliniki əlamətləri və onun gedişi.
 Xəstənin temperaturu (40-410s), əksər hallarda heyvan ölənə yaxın onun temperaturu normal olur. O, tamamilə yemdən qalır, südü azalalır. Ağzının və burunun selikli qişası quru olur. Inəklər, camışlar, qoyunlar xəstəliyə tutulduqda həmişə yatır, xaricə təsirə cavab vermir. Inək və qoyunda xəstəlik tək-tək hallarda kəskin formada baş verir, xəstəlik yarımkəskin formada 2-3 gün davam edir və tələf olur.
 Keçilərdə-balalıqda nekroz baş verdiyi üçün xəstə tez tələf olur. Donuz, it və pişiklərdə xəstəlik kəskin formada getdiyindən bir neçə saat (6-7) ərzində tələf olur.
 Müalicəsi.Balalığın yığılıb açılmasını artıran preparatlardan istifadə edilir, qitutirin 5-10 ml. xırda heyvana 1-2 ml. vena daxilinə 10-40% qlükoza 50-100 ml şəkər məhlulu 300-500q içirmək və s; 10%-li 400-500m kalsiumxlorid vurulur.
 Doğumdan sonrakı piemiya-pyalmia puerperalis.
 Bu xəstəlik zamanı mikroorqanizmlər qana keçir, orada çoxalmır, ancaq damarlarda tromboz əmələ gətirir və orqanizmin müəyyən sahələrində irinli abseslər gedir.
 Piemiya zamanı yerli proses əmələ gələrək ayrı-ay1rı orqan və toxumalarda metastatik abseslər baş verir.
 Etiologiyası. Piemiyanı əsasən stafilokoklar törədir.
 Xəstəliyin kliniki əhəmiyyətləri və onun gedişi.
 Xəstəliyin kliniki əlamətləri birdən-birə baş verir və proses gedən nahiyədən aslı olur. Balalıqda irinləmə-çürümə prosesi getməklə onun anatomiyasına səbəb olur. Xəstəliyin 6-8 günündə çapma, diz, çanaq-bud oynaqlarında habelə ağ və qara ciyərdə, yelində və başqa orqanlarda metastatik abseslər baş verir. Oynaqlar şişir və bərk ağrılı olur, heyvan çətin yatıb-qalxır.
 Mədə-bağırsaq sisteminin fəaliyyəti pozulur.
 Diaqnozu- Doğumdan sonra balalıqda patoloji prosesin olmasına və bu zaman metastazlar təsadüf edilməsinə əsasən qoyulur.
 Müalicəsi- oynaqlarda ilthabı prosesi olduqda qızdırıcı spirt kompresi qoyulub, xəstə nahiyəyə kalium-yod məlhəmi sürtürlər (təmiz yod 1q, kalium-yod 10 q, vazelin 100q). Oynaqlardakı absesləri deşib piltə qoymaq olar. Ağ ciyərdə abses olduqda heyvanın döş qəfəsini isti bağlayıb orqanizmi möhkəmləndirən dərman verilir.
 Septikopilmiya (septicapyalmia)
 Bu orqanizmin ümumi xəstəliyidir və çox ağır keçir. Yerli prosesdə ağırlaşıb, orqanizmidə sepsis və piemiya məxsus əlamətlər birlikdə baş verir.
 Müalicəsi. Septikopilmiya xəstəliyinin süalicəsi doğumdan sonra baş verən sepsis və pilmiya xəstəliyinin müalicəsi kimidir.
 Doğumdan sonrakı ekvampsiya- Eclampsiya puerperalis.
 Eklampsiya doğumdan sonra baş verən ən çox kəskin keçən sinir sistemi xəstəliyidir. Bu xəstəlik kənd təsərrüfatı heyvanlarının hamsında olur. Itlərdə və donuzlarda başqa heyvanlara nisbətən daha çox təsadüf edilir. Xəstəlik zamanı heyvan huşunu itirir.
 Etiologiyası. Xəstəliyin baş vermə səbəbi yaxşı öyrənilməmişdir. Güman edirlər ki, ana plasentasına və loxiyada olan zülallar parçalanır, əmələ gələn maddələr anaflaksiya və ya antointoksikasiya səbəb olur. Nəticədə beyində anemiya və ya hiperemiya baş verir və xəstəlik başlayır.
 Xəstəliyin kliniki əlamətləri və onun gedişi.
 Heyvan narahat olur, gövdəsinin və boynunun əzələləri titrəyir, göz almacıqları batır, huşunu itirərək yıxılır. Bundan başqa, heyvan bir neçə dəqiqə yatır, sonra birdən-birə durur, o ətrafa baxır, özündəngetmə 5-30 dəqiqə davam edir, bir neçə saat və bir gündən sonra özündəngetmə təkrar olur.
 Müalicəsi. Heyvan sakit və qaranlıq yerdə saxlanmalı və onun altına çoxlu saman səpilməlidir ki, yıxılıb yaralanması.
 Doğum parezi- paresis pnerperalis.
 Bu xəstəlik ən çox inəklərdə, az hallarda başqa heyvanlarda baş verir. Xəstəlik çox kəskin keçir, yarımiflic hala düşür.
 Etiologiyası. Xəstəliyin səbəbi aydın deyilir. Onun əmələ gəlməsi bir çox nəzəriyələr irəli sürülür. Beyinin qanla dolması, beyinin şişməsi, qanda şəkərin azalması, orqanizmdə kalsiumun çatışmaması və s.
 Xəstəlik ən çox süd məhsulunun artdığı dövrdə (6-8 yaşda) baş verir, uzun müddət zülalı yemlə verdikdə və s.
 Xəstəliyin kliniki əlamətləri və onun gedişi.
 Bu xəstəlik adətən doğumdan (10-70 saat) sonra baş verir. Ağır və yüngül formada olur. Heyvan yarı iflic hala düşür. Nəcis ifrazı pozulur, düz bağırsaqda nəcis kütləsi bərkiyir, heyvan ağızı yarımiflic olur, sidik kisəsi sidiklə dolu olur. Xəstəliyin başlanğıcında temperaturu normal olur. Sonra temperatur düşür (350s) olur. Ağır formada heyvan, s vari boynunu əyir saxlayır.
 Proqnozu. Vaxtında müalicə apardıqda 90-94% sağalır. Xəstə müalicə edilmədikdə tinpaniya nəticəsində 12-24 saat ərzində tələf olur.
 Daqnozu əlamətlərinə görə qoyulur.
 Müalicəsi. Xəstəni müalicə etmək üçün ən səmərəli üsul əmcəklərə hava yeridilməsidir. Yelinə hava yeritmək üçün əsasən Evers aparatından istifadə edilir. Əmcəklərdəki südü sğmalı və onların ucunu 70% spirtlə silməli sonra əmcəklərə hava vurduqdan sonra əmcəkləri tənziflə bağlamalı. Hava yeritdikdən sonra 45-60 dəqiqə sonra onda əmələ gələn əlamətlər itir, ayağa durur, balasını axtarır. Əgər 6-8 saatadək heyvan sağalmırsa, ona əvvəlcə 1 littr su, bir saat sonra 3l daha sonra isə nə qədər içsə su vermək olar. Çoxsüdlü inəklərdə doğuma 5-7 gün qalmış və doğumun 1-2-ci günü «D» vitaminin verilməsi məsləhət görülür. Xəstəliyin əmələ gəlməsinin qarşısını almaq məqsədilə heyvanın doğmasına 2 həftə qalmış yem payından qüvvəli yemləri çıxarmaq, boğazlıq dövründə lazımi qədər gəzdirmək. A. P. Studentsov yeni doğmuş heyvana ilıq duzlu su verilməsini məsləhət görür.
  
Şəkil Camışda doğum parezinin ağır forması. 
 MÜHAZIRƏNIN MÖVZUSU: 
 MÜHAZIRƏNIN PLANI
 1.Yeni doğulmuş körpələrin xəstəlikləri.
 2.Göyərmə və ağarma.
 3. Yeni doğulmuş balada ilk nəcisin ləngiməsi.
 4.Göbəyin iltihabının müalicəsi.
 5.Göbəyin yırtığı.
 6.Yeni doğulmuş balaya qulluq.
 7.Yeni doğulmuş balada anus dəliyinin olmaması.
 8.Yeni doğulmuş balaya ağız südünün verilməsi.
 Yeni doğulmuş balaların fizioloji xüsusiyyətləri və onların xəstəlikləri.
 Bala doğulan gündən köbəyinin düşməsinədək olan dövrdə yeni doğulan adlanır. Gündəlik təcrübələr göstərir ki, yeni doğulmuş balalar müxtəlif səbəblərdən asılı olaraq ən çox doğulduğu 5-10 gün ərzində tələf olur. Bu dövrdə yeni dlğulmuş balalar xarici təsirlərə qarşı müqavimət göstərə bilmir. Belə ki, yeni doğulmuş körpənin orqanizmində xarici təsirlərə qarşı müqavimət quvvəsi zəif olur. Bala böyüdükcə müqavimət qüvvəsi tədricən inkişaf edir. Xarici təsirlərə ancaq sağlam doğulmuş balalar uyğunlaşa bilir və sürətlə inkişaf edir. Balanın sağlam doğulması ata-ananın düzgün seçilməsindən, həmçinin boğazlıq dövründə saxlanması və yemləndirilməsindən çox asılıdır.boğaz heyvan aldığı yemi özü və balası üçün sərf edir, həmdə doğandan sonra süd vermək üçün ehtiyat toprlayır. Boğazlıq və çətin doğum zamanı anna orqanizmində ümumi xəstəlik və nöqsanlar olduqda, yeni doğulmuş balalar zəif doğulur və onlarda bir sıra xəstəliklər təsadüf edilir.
 Ballada tənəffüs pozğunluqları-Asphyxia neonatorum.
 Təzə doğulmuş balalarda tənəffüs pozğunluqları çox baş verir (ən çox buzovlarda). Təzə doğulan bala balalıqda və ya çətin doğumlar zamanı boğula bilər.
 Etiologiya. Belə halın başlıca səbəbi bala balalıqda olarkən tənəffüs yollarına balaətrafı mayenin dolması, köbəyin vaxtından əvvəl qopması, dolaşması və ya əzilməsi, ananın çoxlu qan itirməsi, zəhərlənməsi anna ilə əlaqəsi kəsilməsi və s.
 Kliniki nişanələri. Yeni doğulmuş heyvana asfiksiya kliniki əlamətlərinə görə iki şəkildə olur: 1-göyərmə; 2- ağarma.
 Göyərmə formada tənəffüs pozğunluğu baş verdikdə balanın görünən selikli qişaları göy rəng alır, tənəffüs zəifləyir xırıltılı olur, nəbiz zəifləyir, öskürür, ağzına selik yığılır və s. belə hal xəstəliyin yüngül forması adlanır. Xəstəliyin ağır formasında ballada heç bir həyat nişanəsi olmur, zəif ürək tonları eşidilir.
 Müalicəsi. Dərhal balanın ağız-burun yollarının selik və balaətrafı maye qalığından təmizləmək, ona süni tənəffüs vermək və dərisini qurutmaq lazımdır. Buzovun asfikasiyası müşahidə edildikdə onu arxası üstə elə fiksasiya etməliyik ki, başı bir qədər aşağıda dursun. Bu zaman balaya soyuq su içirmək və ya naşatır spirt iylətmək və s yardım göstərmək olar.
 Yeni doğulan balada ilk nəcisin bayıra çıxmaması, ləngiməsi. (qəbizlik).
 Boğazlığın ikinci yarısında embrionun bağırsağında ilk nəcis (mekoniya) deyilən kütlə toplanır. Bala sağlam doğulduqda, vaxtında ağız südü əmmədikdə həmin nəcis bayıra çıxmır.
 Etiologiyası. Yeni doğulmuş bala lazımi qədər və keyfiyyətli ağız südü əmmədikdə, ilk nəcis quru olduqda, bağırsaqların atoniyası zamanı və bala zəif olduqda ilk nəcisin bayra çıxması ləngiyir.
 Kliniki əlamətləri. Belə balalar tez-tez qarınlarına baxır, yatır-qalxır, belini donqar tutur, ayaqlarını yerə vurur, anasını əmmir, get-gedə zəifləyir və zəhərlənmə (inkoksisemiya) nəticəsində tələf olur.
 Diaqnozu. Düz bağırsaqan nəcis kütləsinin toplanması barmaqla müayinə olunduqda asan hiss edilir.
 Müalicəsi. Düz bağırsağa 0,5 litr sabunlu su yeridərək barmaqla bərk nəcisi oradan çıxarmalı. Bunu 2-3 saatdan sonra təkrar etmək olar. Daxilə ağız südü, gənəgərçək yağı (50q) və Qlanber duzu (50,0-75 q) verdikdən sonra bağırsaqların peristaltikasını artırmaq üçün qarnını massaj etməli. Balanın qarnına isti qızdırıcı yaxşı nəticə verir.
 Göbəkdən qan axması- Ompnalorrnaçia.
 Göbəkdən qan axmasına bütün heyvanların balalarında müşahidə edilir, ancaq qulunlarda daha çox təsadüf edilir. Çünki qulun boğulduqda ciyənin qan dammarı burularaq qarın boşluğuna dartılır.
 Etiologiyası. Adətən buzov doğularkən, onun ağırlığı nəticəsində göbək ciyəsi dartılaraq qırılır və həmin nahiyənin dammar və toxumaları sürətlə qısalır. Təzə doğulmuş balalarda ən çox venoz qan axıntısı təsadüf edilir, damcı-damcı olur. Tək-tək hallarda isə arterial qan axıntısı olur bu sürətlə axır. Göbək ciyəsini iti bıçaqla kəsdikdə də qan axıntısı olur.
 Müalicəsi. Ilk növbədə qan axmasının səbəbini aradan qaldırmalı. Bala çoxlu qan itirmişsə, venasına fizioloji məhlul və ya anasının qanına yeritməli. Balanın tənəffüsü pozulmuşsa, onu tənzim etməli. Tənəffüs normaya düşdükdə qan axıntısı da dayanır, yenə də qan axarsa, onu steril ipək sapla bağlamaq lazımdır.
 Göbəyin iltihabı-ompnalitis.
 Göbəyin iltihabına yeni doğulmuş balaların hamsında təsadüf edilir. Qan axma qulunlarda tələfata səbəb olur.
 Etiologiyası- Normal halda yeni doğulmuş balanın göbək ciyəsi quru nekroza uğrayır və 10-14 gündən sonra quruyub düşür. Yerləri çirkli olduqda buzovlar biri-birinin göbəyini əmdikdə göbək nahiyəsinə mikroorqanizmlər düşərək onun iltihabına səbəb olur.
 Kliniki əlamətləri.Göbəyin damarları iltihaba tutulduqda xəstəlik bir neçə gündən sonra başlayır. Göbək nahiyəsi bərk ağrılı olur, belini əyri tutur, yemdən imtina edir.
 Müalicəsi. Göbəyin damarları iltihaba tutulduqda dezinfeksiya edib kamfora və ya xloraminlə kompress qoyulur. Abses deşildikdən sonra yara nahiyəsini dezinfeksiya edib, onun kənarlarına yod çəkməli və ora komfara hopdurulmuş tanpon qoymalı. Qanqrenoz iltihab baş verdikdə, iltihab nahiyəsini karbol turşusu və ya argentium-nitrat ilə yandırmaq lazımdır.
 Yara nahiyəsinə ağ streptosid səpmək də pis olmaz.
  Uraxusu fistulası- uracnus patens- (göbəyin yırtığı)
 Bala doğulduqdan sonra göbəyin inkişaf etməsinə baxmayaraq göbəkdən sidik axarı qapanmır. Bu xəstəlik upaxusun fistulası adlanır. Bu xəstəlik tək-tək hallarda qurunlarda təsadüf edilir. Başqa heyvanlarda isə çox nadir hallarda müşahidə olur.
 Etiologiyası. Normal göbək ciyəsi qırıldıqdan sonra burularaq qarın boşluğuna dartılıb, sidik axarını qapayır. Uraxus qaldıqda sidik kisəsindən qələm sidik göbək ciyəsini isladır.
  
  
 Xəstəliyin kliniki əlamətləri və gedişi.
 Balanın göbək nahiyəsindən damla-damla sidik axır. Beləliklə, bayıra çıxan sidik göbək nahiyəsini yaş saxlayır, nəticədə sidiklə qıcıqlanan dəridə ilk növbədə dermatit, daha sonra isə göbək nahiyəsində fleqmona baş verir.
 Müalicəsi.
 Göbək nahiyəsini təmizləyib dezinfeksiya etdikdən sonra göbək ciyəsinin qalığını bağlamaq lazımdır.
 Göbək nahiyəsini argentum-nitrat ilə yandırmaq ora ixtiol naftalan nefti streptosid və s. məlhəmləri sürtmək yaxşı nəticə verir.
 Anadangəlmə anus dəliyinin və düz bağırsaq çıxarının olmaması-ATRESIA ANO; ETRESTI
 Anadangəlmə anus dəliyinin və düz bağırsağın çıxarının olmaması bütün heyvanlarda rast gəlinir, ancaq çoşkalarda daha çox olur. Anus dəliyi olmadıqda onun yeri dəri ilə örtülür. Düz bağırsağın çıxarı olmadıqda isə onun çıxarı bütöv olur. Anus dəliyi olmadıqda o nahiyəyə nəcis toplanır, ona görə həmin nahiyə qabarıq şəkil olur. Düz bağırsağın çıxarının bağlı olmasını əllə hiss etmək olur.
 Müalicəsi. Ancaq cərrahi yolla aparılır. Cərrahi əməliyyat nə qədər tez aparılarsa, heyvan sağalması üçün bir o qədə yaxşıdır. Anus dəliyi xaçvari kəsilir, sonra həmin kəsiyin kənarları qayçı ilə götürülür. Sonra düz bağırsağın qurtaracağının selikli qişasının dəriyə tikirlər. Əgər düz bağırsağın qurtaracağı bağlı olarsa o zaman bağlı anus dəliyini xasvari kəsirlər. Bundan sonra düz bağırsağın uc hissəsini ətraf toxumalardan ayıraraq anus dəliyinə yaxınlaşdırıb onun dərisinə bir neçə tikiş qoymaqla tikirlər.
 Daha sonra isə düz bağırsağın bağlı hissəsini kəsib nəcisdən təmizləyirlər.
 Düz bağırsağın bağlı ucu çanaq boşluğunun lap dərinliyində yerləşdikdə və onu anusa doğru çəkmək mümkün olmadıqda, paçaarası nahiyədən çıxarıb dəriyə tikmək olar.
 MÜHAZIRƏNIN MÖVZUSU: 
 Kənd təsərrüfatı heyvanlarında süd vəzilərinin anatomiyası 
 MÜHAZIRƏNIN PLANI
 1.İnəklərdə süd vəzilərinin quruluşu.
 2.Camışlarda yelinin quruluşu.
 3.Qoyun və keçilərdə yelinin quruluşu.
 4.Madyan və donuzlarda yelinin quruluşu.
 5.İnək və camışlarda paycıqların inkişafı.
 6.Qoyun, keçı, madyanda paycıqların inkişafı.
 7.Donuzlarda paycıqların inkişafı.
 Süd vəzilərinin Anatomiyası, Fiziologiyası və xəstəlikləri
 Kənd təsərrüfatı heyvanlarında süd vəzilərinin quruluşu.
 Inəklərdə. Süd vəziləri qlandula lacfifera, uver, qlandura, mammaria mürəkkəb vəzili orqan olub, aşağı qarın divarında arxa ətraflara nisbətən yaxın vəziyyətdə yerləşir. Süd vəziləri öz mənşələrinə görə dəri vəzilərinə aiddir. Bu da öz bioloji qanuna uyğun olaraq yalnız işi heyvanlarda inkişaf edir. Bala hələ balalıqda ikən onun orqanizmində süd vəzilərinin bünövrəsi qoyulur, (nadir halda süd vəziləri erkəklərdə də inkişaf edə bilir, belə hal ginekomastiya adlanır). Inəklərdə də camışlarda yelinin qurluşu digər heyvanlara nisbətən daha geniş öyrənilmişdir. Bu işdə N.F. Baqdanov, A.P. Yelseyev; S.A. Xəlilov; A.Ə. Ağabəyili və başqaları süd vəzilər iki yarım hissədən və 4-paycıqdan ibarətdir. Süd vəziləri sitroma və parenxima hissələrindən təşkil olunub onun stroma hissəsi birləşdirici toxumadan əmələ gəlir, süd alveolları və çıxarıcı kanalları əhatə edir.
 Yelinin parenxima hissəsi isə süd alveolları, süd axarları və süd sisteriasıdan barətdir. Xaricdən süd vəziləri dəri ilə örtülür. Dərinin üzərində Piy və tər vəziləri, zərif tüklər vardır.
 Yelinin dərisi altında Piy toxuması yerləşir, sonra səthi və dərin fassiya yerləşir ki, bunlar da yelinin asıcı bağına keçir və yelin qarının alt divarına bağlanır. Yelin ara birləşdirici toxuma vasitəs ilə ( interstisial toxuma) 4 sərbəst paycığa bölünür. Bir paycığın dicər paycıqla əlaqəsi olmur və sərbəst süd alveolları, süd kanalları və süd sisterması vardır. Alveolla vəzili hissə olub, diametrləri 0,1-0,4 mm-dir. Süd alveollarda əmələ gəlir və süd kanallarına (borularına) keçir. Süd kanalları və ya borularının divarı daxilində slindirik epiteli toxuması xaricdən isə saya əzələ toxuması ilə əhatə olunmuşdur ki, bu da südün alveollardan süd kanallarına keçirməsində fəal iştirak edir 8-12 süd kanalı süd sisterinası açılır. Süd alveolların süd kanallarının və süd sisternasının divararı qan damarları və sinir lifləri ilə zəngindir.
 Süd sisternası əmcək kanalına keçir. Əmcəklər (papillal uveris) əksərən slindirik, az halda isə konusvarı olurlar. Onların uzunluğu heyvanın cinsindən asılı olaraq orta hesabla 5-8 sm (2-16 səm-dək) olur. Əmcək kanalının selikli qişası yastı epitel ilə örtülüdür. Xarici dərisində isə piy, tər vəziləri və tüklər yoxdur, ancaq dəri yelinin dərisinə nisbətən daha möhkəmdir. Əmcək kanalının uzunluğu 0,5-1,4 sm-dir. Onun əzələ təbəqəsi yaxşı inkişaf edib, xüsusi sfink tor əmələ gətirir. Inəklərdə yelin əsasən 4- paycıqdan ibarətdir.
 Nadir hallarda 5-6-cı paycıqlarda da təsadüf edilir ki, bunlarda süd olmur. Paycıqların inkişafına görə yelini 3-qrupa bölürlər.
 yelinin bütün paycıqları həcm və fəaliyyətinə bərabər inkişaf etməsi
 arxa paycıqları ön paycıqlardan 1,5-2 dəfə yaxşı inkişaf etməsi və həcmlərinin böyük olması.
 III bir ön paycığının bir arxa paycığının yaxşı inkişaf etməsi. Orqanizmdə yerləşmə vəziyyətinə görə yelin 3-vəziyyətdə olur:
 1) yelinin bud və ya qılçaarası vəziyyətdə yerləşməsi,
 2) yelinin qarınaltına yaxın vəziyyətdə olması belə yelin çox yaxşıdır;
 3) yelinin salaq vəziyyətdə olması belə yelin qoca və arıq heyvanda olur.
 Yelin formasına görə 3-növdə: 1) ksavari; 2) yaımkürə; 3) kvadrat-şəkilli, kasavari və kvadratşəkilli yelin daha yaxşı olur. Yelinin çəkisi, yerli cinslərdə 1-5 kq, məhsuldar cinslərdə isə 20 kq-dək ola bilir.
 Yelin qan və limfa damarları, habelə sinir telləri ilə zəngindir. Yelində limfa sistemi də zəngindir.
 Şəkil. İnək yelininin quruluşu.
 Yelinin əmcəklərdə sinir ucları daha çoxdur ki,bunlar da balanın əmməsi və sağım zamanı qıcıqları qəbul edir və mərkəzə keçirir.
 Camışlarda yelinin qurluşu. Camışlarda yelinin qurluşunu A.Ə.Ağabəyli; A.S. Xəlilov tərəfindən ətraflı öyrənilmişdir. Camışlarda yelinin qurluşundakı xüsusiyyətlərindən biri yağ toxumasının çoxluğudur ki, bu da onlarda südün daha çox yağlı olması ilə əlaqədardır. Alvolların diametri inəklərinkinə nisbətən kiçikdir. A. S. Xəlilova görə camışlarda süd vəzilərinin bünövrəsi bala hələ anna bətnində 2 aylıqda olduqda qoyulur. Süd vəziləri 3-yaşadək inkişaf edir ki, bunlarda boğazlığın 5-6 aylığında aydın nəzərə çarpır. Camışlarda yelin alveollarının inəklərinkinə nisbətən kiçik olmasına baxmayaraq süddə yağ kürrəcikləri inəklərinkindən 2 dəfə böyükdür. Camışlarda da yelin 4- paycıqdan və 2 yarım hissədən ibarətdir. Yelinin forması fincanşəkilli olur.
 Əmcəklər əksərən uzun, yoğun, konus, silindr və oval formalıdır. Qabq əmcəklər əksərən bir-birinə yaxın olur. Süd venası və «süd quyusu» zəif seçilir. Yelinin çəkisi orta hesabla 0,95-2,8 kq-dır.
 Keçilərdə yelinin qurluşu. Süd vəziləri 2-paycıqdan ibaətdir, konus formalıdır. Hər paycığın öz əmcəyi vardır. Süd sisterinasına 6-12 böyük və kiçik süd kanalları açılır. Keçilərdən ildə 1500-2000 l süd sağılır.
 Qoyunlarda yelinin qurluşu. Bunlarda süd vəziləri keçilərin süd vəzilərinə bənzəyir. 2-paycıqdan ibarət olur. Yalnız forması, kiçikliyi və dərisinin nisbətən nazik olması ilə fərqlənir.
 Madyanda yelinin qurluşu. Süd vəziləri 2-paycıqdan ibarətdir. Bu paycıqlar zərif və tüksüz dəri ilə örtülüdür. Bunların sağılmadığı dövrdə (qrutma dövründə) çox kiçik olur və aşağı qarın divarına yapışırlar. Əmcəyin kök hissəsində 2-3 konus şəkili süd sisterni olur. Əmcək kanalının ucunda əksərən 2, bəzən 3-əmcək dəliyi vardır. Əmcəklərin uzunluğu 3-5 sm-dir.
 Donuzlarda yelinin qurluşu. Bunlarda süd vəziləri 8-20 vəzili süd paycıqlarından ibarətdir. Onlar qarnın ağ xəttinin yollarından, göz sümüyü nahiyəsinədək yerləşirlər. Hər süd paycığında 2-3 süd sisternası vardır ki, bunlarda 2-3 əmcək kanalı ilə birləşir. Süd vəziləri fəaliyyətdə olmadıqda, bunlar qarın divarına sıx birləşir. Əksərən fəaliyyətdə olan paycıqların miqdarı doğulmuş balaların sayına müvafiq olur və bala hamsı paycığı əmməyə başlayırsa, axıradək oradan da süd əmir. Süd əmilməsi bir dəqiqədən artıq davam etmir. Çox südlü donuzlar gündə 4-5 litr süd verirlər. Əmcəklər. Silikdrik, az halda isə konus şəklində olurlar. Süd vəzilərinin innervasiyasında qabırğalararası sinirlər və bel sinirlərinin şaxələri də iştirak edirlər.
 MÜHAZIRƏNIN MÖVZUSU: 
 Süd vəzisinin fiziologiyası 
 MÜHAZIRƏNIN PLANI
 1.Südün əmələ gəlməsi.
 2.Ağız südünün əmələ gəlməsi.
 3.Əmcək kanalının qapalı olması
 4.Süd ifrazının ləngiməsi.
 5.Aqalaktiya və hipoqalaktiya nədir?
 6.Anadan gəlmə əmcək kanalının olmaması.
 Süd vəzisinin fiziologiyası.
 Kənd təsərrüfatı heyvanlarında süd vəzilərinin fiziologiyasının öyrənilməsində Q.I. Aşimov; V.I. Nikitin; I.A. Barisnikov; M.H.Əliyev və başqalarının xidmətləri olmuşdur.
 Süd vəzilərinin fiziologiyası dedikdə südün əmələ gəlməsi və onun ifrazı nəzərdə tutulur. Südün əmələ gəlməsi və ifrazı bir-biri ilə sıx əlaqədar olan proseslərdir ki, bunlarda birlikdə laktasiya adlanır. Laktasiyanın davam etmə müddəti heyvanın növü, yemlənmə saxlanılması ilə sıx əlaqədardır. Südün əmələ gəlməsi və ifrazı bir sıra nəzəriyyə vardır. Bir sıra mütəxəssislər belə güman edirlər ki, süd qanın sadəcə olaraq çevirilməsidir. Əlbəttə bununla razılaşmaq mümkün deyil, lakin südün əmələ gəlməsində qan fəal iştirak edir, qanla yelinə sıra plastik materiallar gətirilir. B.N.Nikitin göstərir ki, 1 litr süd əmələ gəlməsi üçün 540 litr qan lazımdır. Q.I.Aşimova görə isə sutkada 15-kq süd verən bir inəyin yelinindən həmin müddətdə 6 ton qan keçir. Beləliklə südlə Qanı müqayisə etdikdə görürük ki, südün tərkibində kazein adlı zülal olduğu halda qanda yoxdur, şəkər isə qanda qlükoza, süd isə laktoza şəklindədir. Bunlardan başqa, süddə şəkər 30, yağlar 9, kalsium 13, fosfor 10, kalium 5, natrium 7 dəfə çoxdur. Zülallar isə süddə 2 dəfə az olur. Qanla südün arasında olan bu fərqlər aydın göstərir ki, süd vəziləri mürəkkəb bir biokiməyəvi laboratoriya rolu oynayırlar. Alveollar oraya gələn qanın bir hissəsini öz fəaliyyətlərinə, digər hissəsini isə südün əmələ gəlməsinə sərf edirlər. Südün əmələ gəlməsi (həmçinin ifrazı) neyro-humoral sistem tərəfindən tənzim edilir. Südün əmələ gəlməsində bütün orqanizm iştirak edir. Süd yelində arası kəsilmədən yaranır, sağılan südün əsas hissəsi sağılma dövrləri arasınakı fasilədə əmələ gəlir. Süd alveollarının hamısı eyni vaxtda fəaliyyətdə olmur, onların br qismi fəaliyyətdə olur, digər qismi isə dincəlir. Südün əmələ gəlməsi doğuma bir neçə gün qalmış başlayır. Ilk dövrdə əmələ gələn süd ağız südü adlanır. Fiziki kimyəvi xassələri və tərkibinə görə ağız südü adi süddən çox fərqlənir. Ağız südü sarı rəngdə olub, nisbətən qatıdır, duzlu tam verir və qaynadıldıqda laxtalanır. Ağız südündə zülal maddələr adi südə nisbətən çox olur, bu zülallar qandakına daha yaxındırlar və yüksək qidalıdır. Ağız süddə vitaminlər, mineral maddələr hormonlar çoxdur. Odur ki, bala ağız südü vasitəsi ilə təqribən anna bətnində aldığı bütün qida maddələrini alır. Ağız südü işlətmə təsirinədə malikdir ki, bu da yeni doğulmuş ballada ilk nəcisin təmizlənməsinə yardım edir.
 Ağız südü laktasiyanın ilk günündə dəyişməyə başlayır və inəkdə 5-8 gündən sonra adi süd halına düşür. Əmələ gəlmiş südün kənar edilməsində sinir sistemi olduqca fəal iştirak edir. Buna görədə saya əzələlər bütün yelini gərginləşdirir ki, bunların da nəticəsində alveollarda, süd axarları və süd axarları və süd sistemində olan süd kənar edilir.
 Bütün yelin alveolları, süd kanalları və süd sisternasında olan südün miqdarı yelinin tutumu adlanır.
 Heyvanda süd vəzilərinin fəaliyyəti həzm aparatının fəaliyyəti ilə olduqca sıx əlaqədardır. Professor Aşimov yelinin xüsusilə mədə önlükləri fəaliyyəti ilə sıx əlaqədə olduğunu qeyd edir. Süd vəzilərinin fəaliyyəti cinsiyyət üzvlərinin vəziyyəti və fəaliyyəti ilə sıx əlaqədardır.
 Q.İ.Azimova görə heyvanların növündən asılı olaraq südün tərkibi orta hesabla (faizlə) aşağıdakı kimidir:
 Cədvəl
 İnəyin ağız südünün və südünün tərkibi (orta hesabla, faizlə)
 
Məhsulun növüsuyağzülallaktozaMineral duzlarI günün molozivosu75.425.415.083.311.20Adi süd87.53.83.34.70.7  Südün əmələ gəlməsi onun ifrazı ilə olduqca sıх əlaqədardır. Əmələ gəlmiş südün kənar edilməsində sinir sistemi olduqca fəal iştirak edir. Elmi təcrübələr nəticəsində aydınlaşdırılmışdır ki, heyvanı balası əmən zaman və ya sağım zamanı əmcəklərdə olan sinir ucları (reseptorlar) meхaniki təsir nəticəsində oyanırlar, bu oyanma mərkəzi sinir sisteminə çatdırılır, oradan isə əmcəklərin saya əzələlərinə cavab gətirilir. Nəticədə əmcəklərdəki kiçik vena damarları (kapillyarlar) dolaraq, gərginləşir. Buna görə də saya əzələlər bütün yelini gərginləşdirir ki, bunların da nəticəsində alveollarda, süd aхarları və süd sisternində olan süd kənar edilir. Yelində əmələ gəlmiş südün hamısı sağım zamanı bayıra çıхmır, az bir hissəsi süd yollarında qalır və sonrakı sağım zamanı çıхır. Odur ki, sağımın növündən asılı olaraq, eyni inəkdə südün miqdarı və tərkibi dəyişə bilər.
 Cədvəl
 Müxtəlif heyvanlarda südün tərkibi (orta hesabla)
 
Heyvanların növüyağzülallaktozaQuru qalıqKülInək
Camış
Keçi
Qoyun
Madyan
Donuz
It3.8
7.5
4.1
6.7
2.0
5.6
8.53.5
4.3
3.5
5.8
2.0
7.1
7.54.8
5.2
4.6
4.6
6.7
3.1
3.712.8
17.8
13.1
17.9
11.0
16.9
20.70.7
0.8
0.9
0.8
0.3
1.1
1.2  Bütün yelin alveolları, süd kanalları və süd sisternasında olan südün miqdarı yelinin tutumu adlanır. Lakin təcrübədə inəyin, çamışın, qoyunun, keçinin, ayrı-ayrılıqda bir dəfə yaхşı sağdıqdan sonra alınan südün ümumi miqdarı yelinin tutumu hesab edilir.
 Heyvanda süd vəzilərinin fəaliyyəti həzm aparatının fəaliyyəti ilə olduqca sıх əlaqədardır. Prof.Azimov yelinin хüsusilə mədə önlükləri fəaliyyəti ilə sıх əlaqədə olduğunu qeyd edir.
 Süd vəzilərinin fəaliyyəti cinsiyyət üzvlərinin vəziyyəti və fəaliyyəti ilə də sıх əlaqədardır. Süd vəziləri ilkinə doğan düyələrdə boğazlığın II dövründən inkişaf edir və böyüyür. Bu həmin dövrdə yumurtalıqlar və cift tərəfindən ha-zırlanan follikulosteron hazırlanması və onun alveollar və süd yollarına təsirindən irəli gəlir. Sarı cismin hormonu südün hazırlanmasına yardım edir. hipofiz vəzidə hazırlanan prolaktik isə südün əmələ gəlməsində fəal iştirak edir.
 Təcrübədə qısır heyvanda südün azalması, cinsiyyət üzvləri хəstəlikləri zamanı yelinin хəstələnməsi hallarına çoх təsadüf edilir ki, bunlar da hər iki orqanın sıх əlaqədə olmasını göstərir. Süd vəzilərinin fəaliyyəti sinir sisteminin vəziyyəti ilə sıх əlaqədardır. Südün əmələ gəlməsi və ifrazı sinir-sistemi tərəfindən tənzim edilir.
 I.P.Pavlov hələ 50 il bundan əvvəl qeyd edirdi: «Şübhə yoхdur ki, süd vəzisinin fəaliyyətinə mərkəzi sinir sisteminin təsiri vardır və bunu laboratoriya yolu ilə sübut etmək olar. I.P.Pavlovun laboratoriyasında L.N.Voskresenski hələ 1916-cı ildə süd vəzilərinin sinir sistemi ilə əlaqəsini öyrənməyə başlamışdır və belə bir nəticəyə gəlmişdir ki, südün ifrazı yelin və əmcəklərin dərisindəki, sinir uclarının qıcıqlandırılması ilə sıх əlaqədardır. Son illər I.P.Qraçev, I.A.Barışnikov və b. bir sıra təcrübələrlə südün əmələ gəlməsi və ifrazında sinir sisteminin rolunu daha aydın öyrənmiшlər. Alınmış yeni məlumatlara görə südün ifrazı reflektor bir hadisədir. Bu refleks inəklərdə 5-7 dəqiqə, keçidə 4-5 dəqiqə və donuzlarda bir dəqiqəyə yaхın davam edir. Bu refleksin tənzimində beyin qabığı, hipotalamus (oksitosin və vazopresin hormonları vasitəsi ilə), hipofizin hormonları və neyrosekreti fəal iştirak edirlər. Ilk qıcıq isə sağım, masaj və əmmə zamanı yelin və əmcək dərisindəki reseptordan başlayır. Bu qıcıqlar zamanı hipofizin arхa paycığından qana oksitosin keçir. həmin oksitosin qanla yelinə gələrək alveollar və süd aхarlarının əzələlərini təqəllüs etdirir. Bunun nəticəsində isə süd, alveollar və kiçik süd aхarlarından süd yollarına və süd hövzəsinə aхır ki, bu da əmmə və sağım zamanı əmcəklərdən bayıra çıхır. Oksitosin qana keçdikdən 40-50 saniyə sonra təsir etməyə başlayır. Sağım düzgün aparılmadıqda, onun vaхtı dəyişdiril-dikdə, sağıçılar tez-tez dəyişildikdə, sağım zamanı səs-küy və s. olduqda mərkəzi sinir sistemində tormozlanma getdiyindən heyvan orqanizmində süd əmələ gəlmir, pozulur və onun ifrazı dayanır. Odur ki, sağım işinin təşkilində süd vəzilərinin normal fiziologiyası əsas götürülməlidir.
 Əmcək kanalının daralması.
 Müxtəlif yaramalar və iltihab proseslər nəticəsində əmcək kanalının selik qişası qalınlaşır. Süd əmcəkdən az nazik şəkildə bayıra çıxır.
 Əmcək kanalını genişləndirmək üçün A.A. Osetrov tərəfindən təklif edilmiş millərdən istifadə edilir. Bu millərin uzunluğu 25-4,2 sm-dir. Diametri 1mm-5mm-ə qədər olur. Bu millər əmcəyə yeridilərək 2-3 dəqiqə, sonra iri millər yeridilir. 20-30 dəqiqə saxlanmalıdır, hər 3-5 gündən bir təkrar edilir heyvan sağalana qədər.
 Əmcək kanalının qapalı olması. Ilkinə doğan düyələrdə anadangəlmə olaraq əmcək kanalını qapalı olmasına rast gəlinir. Xaçvari kəsərək yara sağalanadəək əmcək kanalına qısa süd katateri salıb, orada saxlamaq lazımdlır.
 Yelinin sulu şişi. Oedama uveris
 Yelini qan kapilyarlarının və limfa sisteminin pozğunluğu zamanı şişə bilər. Yelinin şişməsinə doğuma bir neçə gün qalmış və doğumdan sonra ilk günlərdə, xüsusilə boğazlıq dövründə heyvan az gəzdirildikdə çox təsadüf edilir. Boğazlıq dövründə ürək, böyrək xəstəlikləri və toksikoz zamanında yelin şişə bilər. Bəzən yelin elə şişir ki, döş qəfəsinidə əhatə edir. Yelin massaj edilir, vena daxilinə 100%-li kalsium-xlorid məhlulu yeridilir.
 Süd ifrazının ləngiməsi. Heyvanla qaba rəftar, sağım yerinin və vaxtının dəyişməsi yelini övkələmək, sağım zamanı heyvana yem vermək lazımdır.
 Yelinin və əmcək dərisinin çatlamaları.Heyvan saxlanan binanın döşəməsi, yelini yaş və çirkli saxladıqda və s.
 Dəridəki çatlamalar qartmaqla örtülür,bəzən qartmağın altına irin toplanır. Dərinin çatlamış hissələrini dezinfeksiyaedici məhlullarla yumaq, sonra isə yara sahəsinə penisillin, streptamisin, naftalan məlhəmləri sürtmək və s.
 Yelin dərisi xəstəlikləri-yelinin yanması
 Yelin dərisinin yanması günəş şüaları təsir etdikdə, güclü işıq düşdükdə və elektriklə müalicə etdikdə baş verir.
 Yelin dərisi qızarır, ağırlı olur,bəzən şişir, süd azalır. Yelinin dərisini yumşaltmaq məqsədilə ora yağ, xama, vazelin, naftalan nefti və s. sürtmək.
 Yelinin fuzunkulyozu.
 Yelinin dərisindəki tər, Piy vəzilərinn və tük sobanacaqlarının irinli iltihabı fuzunkloyoz və ya yelinin çibanı adlanır.
 Yelini çirkli saxladıqda streptokokklar və stafilokokkor yelin dərsinə düşərək ayrı-ayrı furunkular əmələ gətirir. Çibanlar əmələ gətirir, əsas müalicəni çibanlar yetişdikdən sonra kəsib yara kimi müalicə edirlər.
 Çiban olan sahəyə ixtiol, ixtiol-qliserin sürtmək.
 Yelinin yaramaları- vilnus uveris.
 Yelin yaralanmalarına ən çox salaq yelinli keçi, inəkdə təsadüf edilir.
 Heyvan meşəçilik yerlərdə otardıqda və bundan başqa məftil, daş, ucu iti ağac və s. cinslər dəydikdə baş verir.
 Yelində ən çox yaralar təsadüf edilir, dərin yara olduqda oraya mikroplar düşür irin əmələ gətirir. Belə yaralar dezinfeksiyaedici məhlullarla yuyulur sonra ixtiol, vazelin, naftalan nefti sürtülür. Başqa mal olan dərman maddələridə sürtmək olar.
 MÜHAZIRƏNIN MÖVZUSU: 
 Mastitlər 
 MÜHAZIRƏNIN PLANI
 1.Yelinin iltihabı.
 2.İ.F.Miskinə görə mastitin təsnifatı.
 3.A.P.Studentsova görə mastitin təsnifatı.
 4.Mastitlərin müalicə profilaktikası.
 5.Digər heyvanlarda mastit.
 Mastitlər.
 Yelinin iltihabı mastit adlanır. Statistika məlumatına görə yelinin iltihabı, istər bizim respublikamızda, istər xarici ölkələrdə heyvandarlığa ən böyük iqtisadi ziyan vuran ən geniş yayılmış xəstəliklərdəndir.
 Mastit zamanı süd məhsuldarlığı azalır, bəzən heyvanlarda süd tam kəsilir. Mastitlərin öyrənilməs bir sıra alimlərin diqqət mərkəzində olmuşdur. I.F.Mişkin, A.P.Studentsov, B.A.Akatov, Q.V. Ziveryeva; C.Ə.Rzayev və s. N.F.Mişkin tərəfindən 1925-ci ildə təklif edilmişdir.
 
Dəri mastiti- bu formada iltihaba dəri və dərialtı toxuma tutulur.Interstisula mastit- belə halda iltihab prosesi yelində arabirləşdirici toxumada gedir.Parenximatoz mastit- belə formada iltihab yelinin parenximası, yəni süd alveolları və süd yolları iltihaba uğrayır ki, nəticədə südün əmələ gəlməsi pozulur və südün tərkibi şiddətli dəyişir. Bu təsnifat 1950-ci ilə kimi öyrənilmişdir sonra A.P.Studensov mastitlərin yeni təsnifatını vermişdir: Serozlu mastit. / a-sisterna və süd yollarının kataral iltihabıKataral mastit. / b-alveolların kataral iltihabıFibrinozlu mastit. / a-irinli-kataral mastit.Irinli mastit. /b-yelinin absesi, v-yelinin fliqmonasıHemoroji mastit. /a-yelinin dabağıSpesifik mastit. /b-yelinin aktinomikozu, v-yelinin vərəmiMastitlərin ağırlaş- /a-yelinin indurasiyası Maları (nəticələri) /b-yelinin qanqrenası
 Mastitlərin gedişinə görə 1) kəskin; 2) xroniki; 3) subklinik.
 Serozlu mastit. Mastitis seroza.
 Yelinin ltihabını bu formasında dərialtı və paycıqlararası toxumaya çoxlu serozlu eksudat toplanır.
 Etiologiyası.- xəstəlik əksərən doğumdan sonra ilk günlərdə yelinin şişməsi, sonun ləngiməsi, balalığın iltihabı, zəhərlənmələr. Maşınla sağımın düzgün təşkil edilməməsi. Belə hallarda streptokokklar, bağırsaq bakteriyaları, yelinə süd yolu və ya qanla (laktogen və hemotogen yolla) düşür və iltihab baş verir.
 Xəstəliyin klinik nişanələri və patogenezi.
 Yelin damarlarının məsamələri genişləndiyindən serozlu eksudat dərialtı və arabirləşdirici toxumaya sorulur, orada onun miqdarı get-gedə artığınnan alveollara süd axarlarına təsir edir, nəticədə südün əmələ gəlməsi azalır. Xəstə heyvanda temperatura yüksəlir. Iltihaba tutulmuş paycıq qızarır şiddətli ağrı hiss edilir və s.
 Müalicəsi. Sulu və şirəli yemlərin verilməsi məhdudlaşdırılır. Gündə 3-4 dəfə sağmaq, yelini gündə 2-3 dəfə aşağıdan yuxarı 10-15 dəqiqə massaj etmək serozlu eksudatın sorulmasına yardım edir. 3-4 gün, gündə 3- dəfə daxilə 2-6 q ağ streptosid vermək və ya venaya 10%-li norsulfazol yeritmək ( gündə bir dəfə 100-150 m) 2-3 gün antibiotiklər tətbiq etmək (əzələ arası, penisillin, bisillin, streptomisin və s. Yelin dərisinə ixtiol, kamfora, naftalan nefti və s.
 N.N. Nikitin, A.Q. Obixova, A.M. Kirillov yelin dərisinə 60-65sqızdırılmış parafin çəkilməsini məsləhət görürlər.
 Şəkil 1.
 1-1,5 sm qalınlığında çəkilməli və 30-40 dəqiqə saxlanmalıdır. I. L. Yakımcuk isə yelin dərisinə 60-65sistilikdə 1-1,5 sm qalınlığında ozokerit gündə bir dəfə 1,5-5 saat saxlamaq. Vena dixilinə 150 ml 40%-li qlükoza, 100-150 ml 10%-li kalsium xlorid və ya kalsium-qlükonat vurmaq və s.
 I.I.Maqda yelin blokadası üçün 1-IV bel sinirlərinin paravbretal keyləşdirməsi üçün 10 sm uzunluğunda 1mm qalınlığında iynədən istifadə edərək 10 ml 3%-li yeridilməsini məsləhət görür.
 B.A. Baskirov yelinin blokadası üçün belinin 3-4-cü fəqərələrin köndələn çıxıntılarından keçən xətt arasına iynə vurur. Infeksiya üçün 10-12 sm uzunluğunda iynə və 0,9%-li xörək duzu məhlulundan hazırlanmış 3%-li novakain məhlulu lazımdır, 20-25 ml novakain məhlulu yeridilir.
 Prof. D.D. Loqvinov yelin sinirlərnin qısa blokadasından istifadə edilməsini məsləhət görür. Bu üsulda yelinaltı sahədən, yəni xarici cinsiyyət siniri və qan damarlarının sıxlığı nahiyəyə (xarici qasıq halqası nahiyəsinə) 150-200 ml 0,5%-li novakain məhlulu yeridilir.
 Infeksiya nöqtəsi yelinin dibinə yaxın, yelinin orta xəttindən 1-3 sm iltihaba tutulmuş paycığa doğru yeridilir. Bunlan başqa prof. D.D. Loqvinov novakain-antibiotik blokadasından da istifadə etməyi məsləhət görür. Sonra başqa preparatlardan Mastison-A; mastisid; Mastisan E 5 ml əmcək kanalı vasitəsi ilə 12 saatdan bir; Mastiliks 10 ml əmcək kanalına 12-saatdan bir yeritmək.
             Şəkil 2.                                                                                 Şəkil 3.
 Kataral mastit- Mastitis catharalis.
 Mastitin bu forması 2-halda ola bilir; 1- Alveolların selikli qişası epiteləpinin iltihabı, yəni alveolların kataral iltihabı. 2 – Süd axarları və süd sisternasının kataral iltihabı.
 Etiologiyası. Xəstəliyin başlıca səbəbi əksərən süd yolu ilə mikroorqanizmlərinin süd sisternası, süd yolları ilə alveollarına düşməsi ilə nəticələnir.
 Iltihabı proses yelinin dərisinə məməcik kanalınada düşə bilir.
 Xəstəliyin kliniki nişanələri və onun patogenezi.
 Xəstəlik doğumdan sonra ilk günlərdə (əksərən 2-3-cü həftədə baş verir), bəzən qurutma dövründə də baş verir. Süd sisternası və süd yollarının kataral iltihabı əksərən bir paycıqda təsadüf edilir. Paycıq şişir, qızarır, süddə çöküntü (kazein) görünür, süd durulaşır və göyumtul-sarımtul rəngdə olur.
 Müalicəsi. Xəstə paycığı eksudatdan təmizləmək üçün gündüz 3-5 saatdan, gecə isə 6-8 saatdan bir sağmaq lazımdır. Yelini massaj etmək, isti vermək, ixtiol kanfora, naftalan nefti sürtmək lazımdır.
 Xəstə paycığa 1:5000-ə nisbətində furasilin; 1:1000-ə rivanol yeritmək antibiotiklərdən istifadə olunur və s.
 Fibrinozlu mastit- Mastitis fibrinoza.
 Mastitin bu forması fibrin kütləsinin qandan süzülərək yelin toxuması, alveollar və süd yollarının selikli qişasına hopması ilə xarakterizə olunur.
 Etiologiyası. Xəstəlik əksərən serozlu və kataral mastitlərdən sonra, irinli endometritlər, irinli perikardit, balalığın burulması və s. sonra əmələ gəlir.
 Xəstəliyin klinik nişanələri və onun patogenezi.
 Iltihabı proses yelinin 1 və ya 2- paycığının, nadir hallarda isə bütün yelini əhatə edir. Belə halda yelin toxuması şiddətli bərkiyir, böyüyür ki, ba da qan dövranı və limfa damarlarına təsir edir.
 Həmin nahiyədə maddələr mübadiləsi pozulur, nekroz və irinli proses baş verir.
 Heyvanda ümumi zəiflik, xəstə paycıq şişir, qızarır, isti və ağırlı olur. Bəzən yelində qanqrena baş verir.
 Müalicəsi. Xəstə heyvana istirahət verilir. Su və şirəli yemlərin verilməsi məhdudlaşdırılır. Heyvanı ehtiyatla, yalnız gündüzlər sağmaq (gecə istirahət vermək) lazımdır. Digər müalicə serozlu mastitdə olduğu kimidir.
 Irinli mastit. Mastitis puzulenta
 Yelinli mastit 3 formada keçir.
 Yelinin irinli-kataral iltihabı- Mastitis catarrahalis purulenta.
 Yelini absesi- Abseessus uveris.
 Yelinin fleqmonası- phleqmona uveris.
 Mastitin bu növündə hər formanın özünə məxsus xüsusiyyətləri vardır.
 Yelinin irinli kataral iltihabı- mastitis catarrhalis purulenta.
 Irinli mastitin bu forması süd yollarında və anollarda və iltihab prosesi və eksudatda irin kütləsi olması ilə xarakterlənir.
 Etiologiyası. Mikroorqanizmlərin (ən çox treptokkallar, strafilokakklar, bağırsaq çubuğu və s.) yelinə düşərək təsir etməsi hesab edilir. Heyvan zoo-gigiyenik şəraitin pis olması, sağıcının çirkli əllə sağması, sonun ləngiməsi və s.
 Xəstəliyin kliniki nişanələri və onun potogenezi.
 Xəstəlik iti və xroniki gedişli olur. Xəstəlik 1 paycıqdan bəzən hər iki paycığı əhatə edir. Xəstə heyvanda zəiflik temperaturun qalxması 40-40,50 nəbiz, tənəffüs tezləşir xəstə paycığı sağdıqda, pambıqvai çöküntü, irin və qan olur.
 Müalicəsi. Kataral mastitdə olduğu kimidir. Antibiotiklər, mastikur, mastisan bitsilin və digər preparatlar yaxşı nəticə verir, yelini tez-tez sağmaq, massaj etmək olmaz.
 Yelinin absesi- Absecessus uveris. Bu xəstəlik süd vəzilərində müxtəlif həcmli irinli ocaqların əmələ gəlməsi ilə xarakterizə olunur.
 Etiologiyası.
 Yelində zədələnmələr, hematomalar, yaranmalar zamanı ora patogen mikroorqanizmlərin düşməsi yelində abseslərin əmələ gəlməsinə səbəb olur.
 Xəstəliyin kliniki nişanələri və onun patogenezi.
 Yelində bir böyük və ya çoxlu kiçik abseslər ola bilir. Ancxaq kiçik abseslər sonralar birləşərək yenidən böyük abseslər əmələ gətirirlər. Absesləən xəstə paycığı əhatə edir.
 Heyvanda ümumi zəiflik, iştaha azlığı temperaturun yüksək olması. Xəstə paycıq şişir, süd azalır və ya tam kəsili.
 Müalicəsi. Heyvana istirahət vermək sulu şirəli yemləri məhtutlaşdırmaq. Massaj etmək olmaz absesləri kəsib yara kimi müalicə etmək yod-qleserin və ya kanfara sürtmək yelinin daxilinə antibiotiklər vurmaq, vena daxilinə 10%-li norsulfazol məhlulundan gündə 1 dəfə yeritmək lazımdır.
 Yelinin fleqmonası- phleqmona uveris.
 Yelinin dərialtı və arabirləşdirici toxumasının diffuz irinli iltihabı yelinin fleqionası adlanır.
 Etiologiyası. Yeni doğmuş heyvanın yelinin yaralanmaları zamanı, yaraya qüvvətli təsiredən mikroorqanizmlərin düşməsi nəticəsində baş verir.
 Xəstəliyin kliniki nişanələri və onun patogenezi.
 Xəstə paycıq və yelinin yarsı şiddətli şişir, dərisi qızarır, çox ağrılı olur. Sağdıqda boz rəngli maye axır. Ürək-damar fəaliyyəti zəifləyir və heyvan axsayır.
 Müalicəsi. Heyvanı tez-tez sağmaq lazımdır ki, orada oln irin təmizlənsin. Digər müalicəsi absesdə olduğu kimidir.
 Hemorroji Mastit – Mastitis homorrohagica
 Mastitin bu forması yelinin toxuması alveollar və süd yollarına qan sağılması ilə xarakterlənir.
 Etiologiyası. Əksərən doğumdan sonra ilk günlərdə serozlu və kataral mastitlər nəticəsində baş verir.
 Xəstəliyin klinik nişanələri və onun patogenezi
 Xəstəlik əksərən yelində qan dövranının pozulması və dammar divarlarının genişlənməsi ilə başlayır. Xəstlik olduqca kəskin keçir, heyvanda ümumi zəiflik temperaturu 410s-dək yüksəlir, yelinin bütün paycıqları şişir, süd qanlı olur. Limfa düyünləri böyüyür.
 Müalicəsi. Heyvana şirəli yemlər verilmir, massaj etmək olmaz. 2-3 gün vena daxilinə 100-150 ml kalsium-xlorid və ya kasisum-qlikonat vurmaq, Antibiotiklərdən istifadə etmək. Xəstə paycıqların əmcəklərə 50-80 ml furasilin məhlulu yeridilməsi məsləhətdir.
 Mastitlərin ağırlaşmaları.
 Mastitlər vaxtında və düzgün müalicə edilmədikdə, bunlar heyvanın tələfatına və ya yelinin tamam sıradan çıxmasına səbəb olur.
 Yelinin qanqrenası
 Etiologiyası. Mastitlərin ağırlaşmaları və ya yelinin yaralanmaları zamanı oraya anaerob infeksiyanın düşməsi hesab edilir. Yelində qanqrenalı proses tez inkişaf edir. Yelinin dərisində göyumtul rəngli düyünlər əmələ gəlir, bunlar deşilərək yara olur. Heyvanda sepsis başlayır.
 Müalicəsi. Xəstə heyvanı dərhal ayırmalı vena daxilinə 10%-li kalsium-xlorid 100-150 ml 5-10 q irotropm əlavə etmək. Antibiotiklərdən istifadə etmək və s.
 Yelinin indurasiyası.
 Mastitlər nəticəsində yelin parenximası birləşdirici toxuma ilə əvəz olmur. Bunun səbəbi heyvanı vaxtı-vaxtında sağmamaq, maşınla heyvanın düzgün sağılmaması və s. yelin böyümüş görünür, ancaq süd gəlmir buna ət yelin deyilir. Belə heyvanlar müalicə olunmur, çıxdaş edilir.
 Mastitlərin profilaktikası.
 Mastitlərlə mübarizədə heyvanların yemlənmə, saxlanma şəraitini yaxşılaşdırmaq. Heyvan binaları işıqlı, quru, geniş və təmiz olmalıdır. Doğuma 10 gün qalmış doğum şöbələrinə keçirmə daha əlverişlidir.
 Doğuma 45-60 gün qalmış sağımı dayandırmaq. Bu müddətdə heyvanın yem payından şirəli yemləri çıxarmaq. Heyvanların düzgün sağılmasını təşkil etmək, sağıcıları tez-tez dəyişmək olmaz. Heyvanı sağarkən yelini isti su ilə yumaq, massaj etmək, xəstə heyvanları sağlam heyvanlardan ayırmaq. Dabaq, aktinominoz, vərəm xəstəliklərinə qarşı mübarizə aparmaq.
 Xəstə heyvanların südünü uşaqlara vermək olmaz, mədə-bağırsaq pozğunluğu əmələ gətirir. Təsərrüfata gətirilən heyvanları ətraflı kliniki müayinədən keçirmək və s.
 
     PreparatlarƏzələ daxilinə           vurduqda
       saatlaYelinin əmcək kanalıva vurduqda
                saatlaPensillin                         12                         48Streptomisin                         48                         120Eritromisin               məlum deyil                          24Tetrasiklin                          12                         120Oksitetrasiklin                          12                          24Metosillin                          12                          48Neomisin                          12                         174Monomisin                          24                          60Komamisin                          24                 məlum deyilBisillin-3                          36                 məlum deyilMastileks                     vurulmur                          96Mastisid                     vurulmur                          96Difurol-A                     vurulmur                          72Mastisom-A                     vurulmur                         120Mastisom-E                     vurulmur                          96Mastisom-E                     vurulmur                          72Penersin-A                     vurulmur                          36Mastivalin                     vurulmur                          72 MÜHAZIRƏNIN MÖVZUSU: 
 Başqa heyvanlarda mastit 
 MÜHAZIRƏNIN PLANI
 1.Mastit heyvanlarda nə vaxt olur
 2.Camışlarda mastit necə olur.
 3.Madyanlara mastit nə vaxt baş verir
 4.Qoyun keçi və donuzlarda mastititn müalicəsi
 5.Mastitin müalicə və profilaktikası.
  Başqa heyvanlarda mastitlər.
 Camışlarda mastit- camışların mastiti inəklərinkinə nisbətən az öyrənilmişdir. Bu mastitin öyrənilməsi lə ilk dəfə Ə.H. Hüseynov məşğul olmuşdur. Camışlarda mastit fiziki, kimyəvi, yanma və bioloji təsirlərdən əmələ gəlir. Xəstəlik doğumdan sonrakı ilk günlərdə çox baş verir. Camışlarda subklinik mastitlər baş verir. Mastitlər zamanı yelin şişir, şiddətli ağrılar verir, dərisi qızarır və hərarətli olur.
 Müalicəsi. 1000000-200000 penisillin və streptomisini həll edib xəstə paycığa gündə 1 dəfə 50 ml yeritmək yaxşı nəticə verir. Ə.H.Hüseynov camışlarda irinli-kataral mastitin başlanğıc formasında sağlam paycıqdan alınmış süddən xəstə paycığa gündə 2 dəfə 100-150 ml yeridib, dərisinə isə təmiz naftalan nefti sürtdükdə xəstəliyin 5-6 günündə sağaldığını qeyd edir.
 Xəstə paycığa kamfora, ixtiol, ozokerit, parafin və müalicə palçıqları sürtmək yaxşı nəticə verir.
 Madyanlarda mastit-Madyanlarda süd vəzilərinin iltihabına nisbətən az təsadüf edilir. Bunun səbəbi süd vəzilərinin yerdən daha uzaq yerləşməsi, laktasiya dövrünün az olması və balasını əmizdirməsidir.
 Etiologiyası. Mexaniki təsirlər, soyuqlama, süd durğunluğu və infeksiya nəticəsində strepokokklar, diplokokklar, manqa və vərəm amilləri iştirak edə bilirlər.
 Mastit kataral və irinli-kataral formada, kəskin və xroniki hallarda keçə bilir. Tutulmuş paycıq şişir xamırvari və bərk olur, süd duru və pambıqvari çöküntü olur. Irinli mastitdə heyvanda ümumi hərarət, düşkünlük baş verir. Südə irin qarışır, bəzən apseslər baş verir və s.
 Müalicəsi. Şiddətli ağrı olduqda atın balasını ayrıb, onun yelinin sağlam olan hissəsindən sağıb vermək xəstə paycığın dərisinə kamfora, ixtiol, streptamisin məlhəmləri çəkməli və əmcəyə gündə 2-3 dəfə nazik süd kateteri vasitəsilə 100.000-200000 B penisillin və ya streptomisin məhlulu 0,5-1%,25-30 novakain həll edib yeridilir. Əzələarasına antibiotiklər vurmaq yelini isti bağlamaq, yetirmiş absesləri yarıb, yara kimi müalicə etmək. 0,5% novakain məhlulu yelinin dibinə yeritmək və s.
 Qoyunlarda mastit-Qoyunlarda mastitin öyrənilməsində V.A. Nikitinin xidmətləri olmuşdur. Qoyunlarda mastit ən çox doğumdan sonra ilk günlərdə, qoyun saxlanan bina və döşənək çirkli olduqda , yelin təmiz olmadıqda, yelin zədələndikdə, balalığın iltihabı, sonun ləngiməsi hallarında baş verir. Qoyunlarda daha çox infeksion mastit olur. Qoyunlarda mastit bir paycıqda, bəzən hər iki paycıqda olur. Yelin qızarır, ağrılı olur, südün miqdarı azalır, durulaşır və tərkibində pambıqvari çöküntü olur, qan irin görünür.
 Müalicəsi.Yelin paycıq dərisinə naftalan nefti, ixtiol, müalicə paycıq sürtmək, yelinin daxilinə antibiotiklər yeritmək lazımdır. M.I.Həsənov qoyunların mastiti zamanı bel sinirlərini blokadasından istifadə edilməsini məsləhət görür. Palipasiya vasitəsi ilə fəqərələrin tin çıxıntısını tapdıqdan sonra onun kaudal kənarından 0,5-1,0 sm sol və ya sağda iynə vurlacaq yer müəyyənləşdirilir və 3%-li novakain məhlulundan 4-5 ml yeridilir. Keyləşmə 4-7 dəqiqədən sonra başlayır. 19-60 dəqiqə davam edir. Bunlar da patogenetik müalicə üsulu hesab edilir.
 Müalicə dövründə sulu və şirəli yemlər məhtutlaşdırılır və s.
 Donuzlarda mastit.
 Etiologiyası. Donuzlarda mastitin baş verməsinin səbəbi infeksiyanın süd vəzilərinə düşməsidir. Infeksiya dəri çatlayanda və yaralananda hemotogen və haloktogen yolla süd vəzilərinə düşür.
 Kliniki nişanələri və gedişi. Ən çox serozlu və serozlu-kataral mastitə təsadüf edilir. Proses gedən paycıqlar qızarır, bərkiyir, ağrılı olur. Sağdıqda duru, tərkibində pambıqvari çöküntü olan süd irinli olur və süd vəzilərində irinli ocaqlar əmələ gəlir.
 Donuzlarda kəskin mastitlər zamanı süd vəzilərindəki dəyişikliklərlə bərabər, orqanizmdə ümumi pozğunluqlarda olur. Belə ki, donuz zəif olur, yemir temperatur yüksəlir və s. baş verir.
 Müalicəsi. Gündə 2-3 dəfə əzələ daxilinə 200000-500000 B penisillin və ya streptomisin yeritmək, qısa novakain blokadasından istifadə etmək olar. Bu məqsədlə 0,25-0,5% novakain məhlulundan 30-50 ml paycığın dibnə yeridilir. 24 saatdan sonra novakain yeridilməsi təkrar edilir. Prosesə tutulmuş paycıqların dərisinə kamfora, ixtiol məlhəmləri sürtmək, yelinə isti qoymaq, yelinin daxilinə isə urotropin, salol yeritmək və s.
 Mastitlərin profilaktikası.
 Mastitlərlə mübarizə tədbirləri, heyvanların yemlənməsi, saxlanması şəraitini yaxşılaşdırmaq. Heyvan binaları işıqlı, quru, geniş və təmiz olmalıdır. Onun yatdığı döşəmə və dərisi tez-tez təmizlənməlidir. Doğuma 10 gün qalmış inəklər, camışlar doğum şöbələrinə keçirilməlidir.
 Doğuma 45-60 gün qalmış inək və camışlarda sağımı dayandırmaq. Bu işi 6-7 gündə təşkil edilməlidir. Bu müddətdə heyvanı yem payından şirəli və sulu yemləri azaltmaq və s.
 Inək və camışların düzgün sağılmasını təşkil etmək. Sağımdan əvvəl isti su ilə yumalı və yelin silinməlidir. Sağıcıları seçərkən diqqətli olmalı, sağıcını tez-tez dəyişmək olmaz.
 Mastitlər həzm apparatı xəstəlikləri, sonun ləngiməsi və balalıq xəstəlikləri ilə sıx əlaqədar olduğu üçün belə xəstələri vaxtında müalicə edilməldir.
 Dabaq, aktinomikoz, vərəm xəstliklərinə qarşı mübarizə tədbirlərini gücləndlirmək. Yelinin xəstə olan heyvanları sağlam heyvanlardan ayırmaq.
 Təsərrüfata gətirilən, həmçinin təsərrüfatdan çıxarılan bütün heyvanlar kliniki müayinədən keçirilməlidir.
   MÜHAZIRƏNIN MÖVZUSU: 
 Baytarlıq ginekologiyası və qısırlığın təsnifatı
 MÜHAZIRƏNIN PLANI
 1.Dişi heyvanların müayinəsi.
 2.Erkək  heyvanların müayinəsi.
 3.Qısırlıq və onu göstərən səbəblər.
 4.Dölsüzlük nədir nə vaxt baş verir.
 5.Qısırlığın təsnifatı.
 6.Süni qısırlıq necə qrupa bölünür.  
 Baytarlıq ginekologiyası.
 Gme-yunanca qadın, loqos-isə elm deməkdir.
 Hələ qədim dövrlərdə ginekologiya bütün qadın xəstəlikləri ilə məşğul olurdu. Lakin təbabət elmi inkişaf etdikcə ginekologiya yalnız qadında cinsiyyət üzvlərinin xəstəliklərinin öyrənilməsi ilə məşğul olmağa başlayır. Baytarlıq ginekologiyası isə dişi kənd təsərrüfatı heyvanlarında cinsiyyət üzvləri xəstəliklərinin əmələ gəlməsi səbəblərindən, onların gedişindən və müalicəsindən habelə bu xəstəliklərin əvvəlcədən almaq üsullarından bəhs edən elm səhəsidir. Əksərən dişi cinsiyyət üzvlərin xəstəlikləri heyvanların qısırlığı və onun əmələ gəlmə səbəblərini öyrədir.
 Dişi heyvanlarda ginekoloji müayinə qaydası.
 Cütləşməyə buraxmazdan və süni mayalanmağa aparmazdan əvvəl bütün dişi heyvanları çoxalmağa yararlı olub-olmaması yoxlanılmalıdır. Heyvanın qısırlığı müəyyən edildikdən sonra o ətraflı müayinədən keçirilməlidir. Dişi heyvanların müayinəsi aşağıdakı kimi aparılır.
 Qısır heyvanın qeydə alınması və anamnez məlumatların toplanması.
 Heyvanın yaşı, cinsi, növü, nişanəsi, adı qeydə alınır, sonra isə heyvana qulluq edən şəxsdən naxırçıdan və ya heyvan sahibindən, geniş anamnez məlumatı toplanır. Heyvan nə vaxt doğub, doğumdan sonra son ləngiyibmi, doğum zamanı balalıqda xəstəliklər baş verib yoxsa yox məlumat topladıqdan sonra hər bir qısır heyvanı fərdi kliniki müayinədən keçirmək lazımdır.
 Heyvanın fərdi kliniki müayinəsi. Fərdi klinik müayinə 2 müayinədən ibarətdir: 1)Heyvanın ümumi müayinəsi; 2)Cinsiyyət üzvlərinin ətraflı müayinəsi. Heyvan möhkəm tsbit edilir, sonra müayinə aparılır. Heyvanın duruş, vəziyyətinə, köklük dərəcəsinə, nəbiz və temperaturun dəyişməsinə fikir verilir. Müayinə zamanı heyvanın qısır qalma səbəbi müəyyənləşdirilir.
 Vaginal müayinə aparılır. Vagina güzgüsü ilə balalıq boyununa və vaginaya baxılır, orada səpgilərin olub- olmaması balalıq boynunun açıq olması və ya bağlı olması və s. yoxlanılır.
 Rektal müayinə. Bu müayinə üsulu iri heyvanlarda aparılır. Əli düz bağırsaqdan salıb balalıq, balalıq buynuzları, yumurtalıqlar ətraflı müayinə edilir. Onların xəstə olub-olmaması yoxlanılır və müəyyən nəticəyə gəlinir ki, heyvan nə səbəbdən qısır qalır.
 Qısırlığın səbəbləri.
 Qısırlıq və dölsüzlük biri-birindən fərqlənir. Dölsüzlük bala vermir, el arasında belə heyvana ərəmik deyilir. Qısırlıq isə müəyyən səbəblərdən heyvan qısır qalır. Məs.yemləmə, saxlanma şəraitinin pis olması bu səbəbləri aradan qaldırdıqda heyvan bala verir.
 Prof. A.P.Studentsova görə qısırlığın təsni fatı:
 Anadangəlmə qısırlıq.
 Alimentar qısırlıq.
 Klimatik qısırlıq.
 Ekspluatosion (istismar) qısırlıq.
 Simptomatik qısırlıq.
 Qocalıqla əlaqədar olan qısırlıq.
 Süni qısırlıq.
 Anadangəlmə qısırlıq.
 Dölləmə prosesindən sonra anna bətnindəki yumurta hüceyrəsində, spermatozoid və ya ilk rüşeym hüceyrəsində maddələr pozğunluğu nəticəsində balanın döl dövründəki (embrion) inkişafında bir sıra nöqsanlar baş verir ki, bu səbəbdən də belə balalarda cinsiyyət fəaliyyəti pozulur və balavermə qabiliyyəti itir. Dişi heyvanlarda belə qüsurlarda infantilizmə trinartinizmə və hermafroditizmə təsadüf edilir. Odur ki, cütləşmə və ya süni mayalanma kompaniyasından ən azı bir ay əvvəl inək, camış və madyanın cinsiyyət üzvlərinin vəziyyətini yoxlamaq, onlarda lazımdır.
 Infantilzm. Belə dişi heyvanda orqanizmin yetişgənliyinə baxmayaraq, cinsiyyə üzvləri inkişaf etmir və fəaliyyətdə olmur. Heyvan cütləşmə yaşa çatır, ancaq hövürəgəlmə, cərəaxıtma olmur. Ginekoloji müayinə zamanı balalıq, yumurtalıqlar və vaginanın kiçik olması müşahidə olunur. Bəzi alimlər infanlitizmin səbəbi, daxili sekresiya vəzilərin (hipofiz, qalxanvari vəzi və s.) pozğunluqlarında görür. Belə heyvanlarda cinsiyyət fəaliyyətini nizama salmaq məqsədilə qravo hormonlardan və boğaz madyan zərdabından istifadə edilir. Belə heyvanlar otlaqda erkək heyvanlarla bir yerdə saxlamaq tövsiyə edirlər.
 Frinartinizm.
 Belə halda ən çox ekiz doğulmuş dişi buzovda rast gəlinir. Bunun səbəbini anna bətnində erkək balanın cinsiyyət hormonunun dişi balaya təsiri ilə izah edilir. Belə heyvanlarda cinsiyyət üzvlərinin bəzisi yaımçıq inkişaf edir, əksinə dilcik isə həddindən artıq böyük olub, erkək cinsiyyət üzvünü xatırladır. Belə heyvanlar bala vermir, ətliyə verilir.
 Hermofrofitizm. Bir heyvanda həm dişi, həm də erkək cinsiyyət üzvlərinin olmasıdır. Belə hala keçi və donuzlarda təsadüf edilir, digər heyvanlarda az təsadüf edilir. Belə heyvanlar ətliyə kəsilir.
 Alimentar qısırldıq.
 Latınca alimentar-qida sözündən götürülmüşdür. Verilən yemin kəmiyyət və keyfiyyətcə çatışmaması nəticəsində baş verir.
 Arıqlıq nəticəsində baş verən qısılıq. Belə heyvanda cinsiyyət tsikli tamamilə dövür etmir, hövrəgəlmə olmur, ovulyasiya, cərəaxıtma baş vermir. Rektal müayinə zamanı yumurtalıqların bərkiməsi və kiçilməsi hiss olunur. Heyvan arıqdır ona görə hövürə gəlmir.
 Piylənmə nəticəsində baş verən qısırlıq.
 Çoxlu və uzun müddət birtğərəfli yemləmə, həddən artıq zülal, şəkər və yağla zəngin olan yem verdikdə az gəzdirdikdə yumurtalıqların xüsusi toxumaları Piy toxumaları ilə əvəz olduqda yumurtalıqların funksiyası zəifləyir. Həddindən artıq piylənmiş heyvanda yumurtalıqlar tədricən kiçilir. Yem payında vitaminlər və mikroelementlər çatışmadıqda da qısırlıq baş verir.
 Alimentar qısırlığa qarşı müalicə və profilaktiki tədbirlərdən, təsərrüfatda möhkəm yem bazası yaratmaq və onun yaxşı saxlanmasına fikir verməli, xəstə heyvanın yem payında vitaminli və mineral mddələri artırmaq heyvanın yemlənmə, saxlanma şəraitini yaxşılaşdırmaq. Boğaz madyanın serumundan istifadə etmək və s.
 Klimatik qısırlıq.
 Heyvıan birdən-birə adət etmədiyi hava şəraitinə, məsələn, həddən artıq isti, ilıq və ya soyuq iqlimə düşdükdə qısırlıq baş verir. Mal-qara tövlələri normal qaydada olmadıqda heyvan birdən-birə şimaldan cənuba və ya əksinə köçürüldükdə qısırlıq baş verir.
 Köçürdükdən sonra hava şəraitinin birdən-birə dəyişmsi və s. havalarda qısırlıq baş verir.
 Müalicə və profilaktikası.
 Bu məqsədlə bir yerdən başqa yerə köçürülmüş heyvana dət etdiyi şəraiti yaratmalı, onlar üçün yaxşı tövlə şəraiti olmalı, yemlənmə, saxlanma şəraiti normal olmalı tövlə işıqlı, təmiz döşəməsi tez-tez təmizlənməli.
 Həddən artıq işlətmə nəticəsində qısırlıq- Ekspluatasion qısırlıq.
 Heyvanı birtərəfli və həddən artıq istismar etditkdə də qısırlıq baş verir. Madyanı ağır işlərdə işlədib uzun müddət sürüb və ya mindikdə cinsiyyə fəaliyyəti zəifləyir. Çox süd verən inəkləri istismar (çox sağdıqda) etdikdə və s.
 Klinik əlamətlər. Əlamətlər bir o qədər də nəzərə çarpmır və daimi deyil. At, inək və camışlarda reaktiv müayinə apardıqda sarı cismin ləngiməsi hiss olunur. Madyanlarda cərəaxıtma həvəs baş verirsə, ovulyasiya olmur. Bəzi alimlər göstərir ki, çoxlu süd verən inəklər 7-8 bala verdikdən sonra balalıqda atrofiya başlayır.
 Müalicəsi. Əvvəlcə heyvanı işdən azad etməli. At müvəqqəti olaraq (2-3 gündən) işdən azad olunur, sonra cinsiyyət fəaliyyəti normal hala düşənə qədər yüngül işdə istifadə edilir, balalığı massaj edilməli, hormonal preparatlardan istifadə edilməli və s.
 Prpofilaktikası. Bu məqsədlə inək, camış və madyanların yemlənməsini daha da yaxşılaşdırmaq, inəklərin doğmasına 45-60 gün qalmış sağımı dayandırmalıdır.
 
Qocalıqla əlaqədar olan qısırlıq.
 Kənd təsərrüfatı heyvanlarında müəyyən yaşadək cinsiyyət üzvləri fəaliyyətdə olurlar, sonra tədricən cinsiyyət fəaliyyəti zəifləyir, cinsiyyət tsikli pozulur. Heyvan hövürə gəlmir, balalıq, yumurtalıqlar kiçilir, belə heyvanlar yaşla əlaqədar olaraq balavaermə qabiliyyəti itir. Aşağıdakı müddətə qədər heyvanlar balavermə qabiliyyətinə malikdir.
 Inklər 15-20 yaşa kimi; camışlar 17-22; madyanlar 20-27; davarlar 8-9; donuzlar 9-12; itlər 8-10; dəvələr 25-30 yaşa kimi, yemləmə, saxlanma şəraiti yaxşı olduqda bir qədər artıq olur.
 Süni qısırlıq.
 Prof. A.P. Studensova görə süni qısırlıq 2- qruppa bölünür. 1). Süni qazanılmış qısırlıq; 2). Süni yaradılmış qısırlıq.
 Süni qazanılmış qısırlıq. Kənd təsərrüfatı heyvanlarının süni qasırlığına çox təsadüf edilir; belə ki, mal-qaraya qulluq edən şəxsləri tez-tez dəyişdirdikdə heyvandarlıq işini yaxşı bilməyən şəxslərə tapşırdıqda, bundan başqa süni mayalanma işini düzgün aparmadıqda və s.
 Təsərrüfatda ilk zootexniki hesabat işlərin düzgün təşkil etmədikdə.
 Süni mayalanma işinin pis təşkil edilməsi.
 Erkəklərin düzgün seçilməməsi, onların həddən artıq istifadə edilməsi.
 Həvəsdə olan heyvanların gec mayalandırılması.
 Anna heyvanların düzgün çıxdaş edilməməsi.
 Təsərrüfatda törədicilərin uzun müddət istifadə edilməsi və s.
 Süni yaradılmış qısırlıq.
 Təsərrüfatın istiqamətində və planlarından asılı olaraq bəzən bir qrupp heyvanlar çoxalma sırasından çıxarılır, cütləşməyə buraxılmır.
 Cinsiyyət yaşına çatmış dişi heyvanların ilk cütləşməyə və süni mayalanmaya buraxılmaması, sonra cütləşm yaşına çatmayan heyvanları ilk cütləşməyə buraxılması, belə heyvanlar tez xəstələnir, doğum ağırlaşır, sonu ləngiyir, bəzən təsərrufatdan çıxdaş edilir və s.
                         MÜHAZIRƏNIN MÖVZUSU: 
 Simptomatik qısırlıq 
  
                    MÜHAZIRƏNIN PLANI
 1.Simptomatik qısırlıq nə vaxt baş verir.
 2.Balalıq buynuzcuğu xəstəlikləri hansıdır.
 3.Balalıq xəstəlikləri.
 4.Yumurtalıq borularının xəstəlikləri
 5.Yumurtalıqların xəstəlikləri
 6.Sarı cismin ləngiməsi nə vaxt baş verir.
 7. Inmfatoniya- Nymphomama.
 Simptomtik qısırlıq.
 Dişi cinsiyyət üzvlərinin müxtəlif xəstəlikləri zamanı balavermə qabiliyyətinin itməsi simptomatik qısırlıq adlanır. Belə qısırlıqda heyvanda məhsuldarlıqda azalır. Bəzən cinsiyyət üzvlərinin şiddətli, kəskin xəstəlikləri (balalıq iltihabları, sepsis və s.) zamanı bir qism heyvanlar (arıq, zəif) tələf olur. Simptomatik qısırlıqda bala vermə qabiliyyətinin itməsini aşağıdakı kimidir.
 Dişinin cinsiyyət yolunda spermatozoidlərin əlveişsiz şəraitə düşərək tələf olması və ya hərəkət edə bilməməsi.
 Döllənməmiş yumurta hüceyrəsinin v ya ziqotanın ilk günlərdə tələf olması.
 Ziqotanın (rüşeymn) balalığa düşə bilməməsi.
 Cinsiyyət tsıklının pozulması.
 A.P.Studentsov görə göstərilən cəhətlərdən ən çox spermatozoidlərin dişi cinsiyyət yolunda tələf olmalarına təsadüf edilər.
 Xarici cinsiyyət üzvlərini xəstəlikləri cinsiyyət yarığının yaralanmaları.
 Belə hal ən çox inək, camışlarda olur, tək-tək halda başqa heyvanlarda baş verir. Heyvanlar bir-birini buynuzu ilə vurduqda cinsiyyət dodaqlarında əzilmələr, cırımlar əmələ gəlir. Qan axır, çox ağrılı olur və s.
 Müalicəsi. Yaralanmış sahə zəif dezinfeksiyaedici dərmanlarla yuyulur, çox yara olduqda tikiş qoyulur. Yaralar üçün Virneviski məlhəmi yaxşı təsir edir. (kseroform 5,0; qətran 3,0; gənəgərçək yağı 100,0 və s) gündə 2 dəfə yara nahiyəsinə sürtmək lazımdır.
 Vilvitlər, vestibulitlər və vaginitlər.
 Cinsiyyət dodaqların iltihabı vilvit adlanır, vagina dəhlizi vestibulit vaginanın iltihabı vaginit. Bu ən çox inək və camışlarda olur. Heyvan buynuzu ilə vurduqda çətin doğumlar zamanı baş verir. Bunlar iltihabı prosesinə görə serozlu, kataral, fibrinozlu, irinli, qanqrenozlu, hemoroj olur.
 Serozlu vaginit və vestibulit. Vaginitis et vestibulitis serrosa
 Serrozlu vaginit və vestibulitdə iltihab nahiyəsinə külli miqdarda serozlu eksudat toplanır.
 Müalicəsi. Serozlu vaginitdə və vistibulitdə serozlu eksudat toplandıqda həmin nahiyəyə büzüşdürücü və yandırıcı dərmanlarda qoyulması məsləhətdir. Sonra dezinfeksiyaedici məhlullarla yuyulur, məlhəmlər çəkilir və s.
 Kəskin və xroniki kataral, irinli vaginitlər və vistibulitlər.
 Vaginanın və dəhlizinin selikli qişasında bu xəstəlik əmələ gəlir. Müalicəsi eynidir yəni həmin nahiyə dezinfeksiyaedici məhlullarla yuyulur və yumşaldıcı məlhəmlər çəkilir.
 Balalıq boyuncuğu xəstəliklər.
 Balalıq boyuncuğunun iltihabı. (cervititis).
 Balalıq boyuncuğunun iltihabına çox təsadüf edilir. Bu iltihablar zamanı balalıq boyuncuğu qapanır və ya orada gedən proses zamanı əmələ gəlmiş eksudat və toksinlər spermatozoidlərə mənfi təsir göstərir və onlar tələf olur.
 Endoservisit-balalıq boyuncuğunun selikli qişasının iltihabı.
 Mioservisit- balalıq boyuncuğunun əzələ təbəqəsini iltihabı.
 Periservisit- balalıq boyuncuğunun seroz qişasının iltihabı.
 Bu xəstəliklər ən çox cütləşmə və doğumdan sonra baş verir. Eroziya və yaralar əmələ gəlir, qan axıntısı olur.
 Müalicəsi- şişlər olduqda yod, yod-qliserin qarışdırıb çəkməli və s.
 Balalığın xəstəlikləri.
 Balalıq xəstəlikləri bütün kənd təsərrüfatı heyvanlarında baş verir. Belə xəstəlik zamanı, bala vermə qabiliyyətini itirir. Balalıq iltihablar zamanı balasalmalar da baş verir. Balalıq xəstəlikləri əksərən cərəaxıtma və doğum dövründə baş verir. Bu balalığa infeksiya düşməsi və orqanizmin rezistentliyinin zəiflənməsi ilə sıx əlaqədardır.
 Balalığın atoniyası.
 Etiologiyası. Sağlam heyvanda fizioloji olaraq doğumdan sonra balalıq tədricən kiçilib boğaz olmayan balalıq həcmini alır. Boğaz olmayan balalıq ritmik olaraq yığılıb açılır. Balalığın öz tonusunun (təqəllüs etmə qabiliyyətinin) bir qədər və ya tamamilə itirməsi balalığın atoniyası adlanır. Balalığın atoniyası balalığın subinvolusiyası da adlanır. Balalığın tonusunun zəifləməsi, hipotoniya, tamamilə itməsi isə atoniya hesab edilir.
 Klinik nişanələri. Balalığın atoniyası zamanı balalığın yığılmayan hissəsində qısırların arasında loxiya dolaraq çürüyür və bunun nəticəsində orqanzmidə intoksikasiya gedir.
 Heyvan yatarkən loxiya tünd qəhvəyi rəngdə kənar olur. Heyvanın ümumi vəziyyəti bir o qədər dəyişmir, o zəifləyir iştah azalır. Balalıq boyuncuğu sızmış olur. Xəstəlik xroniki hala keçir, heyvan qısır qalır.
 Müalicəsi. Balalığı günaşırı düz bağırsaqdan 10-15 dəqiqə massaj etmək yaxşı nəticə verir. Belə müalicə azı 10 dəfə aparılmalıdır. BMZ, pituitrin, karboxolin, sinestral tədbiq etmək olar. 5-10%-li xörək duzu məhlulu ilə balalığı yumaq və s.
 Xroniki endometrik-Endometritis ehronika.
 Xroniki endometritlər əsas etibarilə kəskin endometritlərin ağırlaşması nəticəsində baş verir.
 Etiologiyası. Bu xəstəlik zamanı balalığın selikli qişasında dərin dəyişikliklər gedir. Bunun nəticəsində balalıq yumşalaraq qalınlaşır, orada birləşdirici toxumalar əmələ gəlir və həmin toxumalar üzərində eroziya təsadüf edilir. Sistalar əmələ gəlir balalığın selikli qişa atrofiyaya uğrayır.
 Klinik nişanələri.
 Heyvan qısır qalır, cinsiyyət yarığından köpüklü, bulanıq selik axır, bəzən bu axıntı qanlı olur. Rektal müayinə zamanı buynuzların vəziyyətinin pozulması və bir qədər böyüməsi hiss olunur.
 Diaqnozu. Anamnez məlumata, rektal müayinəyə əsasən qoyulur.
 Müalicəsi. Əvvəlcə heyvanın yemlənmə, saxlanma şəraitini yaxşılaşdırmaq. Balalığı 42-43 s temperaturda olan dezinfeksiyaedici məhlullarla yumaq lazımdır. Xörək duzu məhlulu və ya distilə edilmiş su ilə yuyub balalıqdan eksudat təmizlənməlidir, sonra massaj etməli.
 Xroniki irinli kataral endometrit. Xroniki kataral endometritlərdə olduğu kimidir.
 Gizli xroniki endometrit.
 Xəstəliyin inəklərdə yalnız cərəaxıtma zamanı bulanlıq, bəzən də köpüklü selik axır.
 Müalicəsi. Heyvanı yaxşı yemləməli, gəzdirməli, balalığı massaj etmək, yumaq günaşırı 3-5 ml 1%-li sinestrol 0,1%- 2-3 ml karboxolin vurulması yaxşı nəticə verir.
 Perimetrit- perimetritis.
 Balalığın seroz qişasının iltihabına perimetrit adlanır.
 Etiologiyası. Xəstəlik endometritin, salpingibin ağırlaşması, həmçinin limfa və qan damarlarında patogen mikrobların balalığın seroz qişasına daxil olması nəticəsində baş verir.
 Klinik əlamətləri. Heyvanın ümumi vəziyyəti pisləşir, temperaturu yüksəlir, sidik və nəcis buraxması çətinləşir.
 Müalicəsi. Perimetritləri antibiotiklərlə müalicə edirlər. Balalığı massaj etmək olmaz.
 Parametrit-parametritis.
 Balalığın enli bağlarının, vagina ətraflı birləşdirici toxuma və çanağın Yumşaq toxuması iltihabına parametrit adlanır.
 Miometrit-myometritis.
 Balalığın əzələ qatının iltihabı miometrit adlanır. Bu xəstəlik əksərən endometritlərin ağırlaşmasından sonra baş verir.
 Piometra-pyometra.
 Piometra xroniki endometritin növü olub, balalığa irin toplanmasına deyilir. Balalığa çürümüş eksudat toplanır, bunun nəticəsində oradan qopan toxuma hissələri balalıq boyuncuğunu bağlayır.
 
Yumurtalıq borularının iltihabı- salpinqitis.
 Kənd təsərrüfatı heyvanlarında yumurtalıqların xəstəliklərinə tez-tez təsadüf olunur. Bəzi alimlərin göstəricilərinə görə qısır inəklərdə bir yumurtalıq borusunun iltihabı 14%, hər iki borunun iltihabına isə 12% təsadüf edilir. Yumurtalıq borusunun selikli qişasında qat və qırışıqlar çox olduğundan iltihabı prosesi zamanı həmin qat və qırışıqlar birləşir və borunun qapanmasına səbəb olur.
 Heyvanın tamamilə sağlam olmasına baxmayaraq, yumurtalıq borusunun iltihabı nəticəsində o qısır qala bilir. Normal yumurtalıq boruları rektal müayinə zamanı hiss edilmir. Ancaq iltihabı zamanı rektal müayinədə hiss edilir.
 Kəskin kataral salpingit. Salpingitis catarrahalis acuta.
 Kəskin ataral salpingit xəstəliyi inəklərdə çox tək-tək hallarda isə digər heyvanlarda təsadüf edilir.
 Etiologiyası. Yumurtalıq borusunun iltihabı, yumurtalıq borusunun selikli qişasının kataral iltihabı endometritlərin ağırlaşması zamanı baş verir.
 Xəstəliyin əlamətləri. Yumurtalıq borusu şişir, ora qan sızır. Boruda olan qatlar iltihablaşır. Epiteli toxumasında degenerativ proses gedir, bunun nəticəsində də borunun bəzi yerləri birləşir, borunun selikli-serozlu maye toplanır. Axırda boruda sulu şişlər əmələ gəlir.
 Kəskin və xroniki irinli salpingit-salpingitis purulenta acuta et chronika.
 Yumurtalıq borusunun irinli iltihabı, boruda eksudativ proses inkişaf edərək buynuzlara qədər bütün sahəni əhatə etdiyi bir vaxtda əmələ gəlir. Borunun irinli iltihabı zamanı onun selikli qişasında ciddi dəyişikliklər gedir. Beləki selik qatında eroziya əmələ gəlir.
 Müalicəsi. Yumurtalıq borusuna eksudat toplandıqda yüngülcə müalicə etmək lazımdır. Birtərəfli salpingitlərdə müalicə yaxşı nəticə verir. Dəri altına pititurun vurulur və sarğı nahiyəsinə isti sarğılar qoyulur.
 Yumurtalıqların xəstəlikləri və funksional pozğunluğu.
 Yumurtalıqlar dişi cinsiyyət orqanlarının əsas üzvlərindən biridir. Onlar yumurta hüceyrəsi yetişdirməklə bərabər bir çox hormonlar hazırlayaraq, bütün orqanizmin fəaliyyətində iştirak edirlər. Bundan başqa orqanizmin bütün üzvlərinin fəaliyyəti xüsusilə endokrin və sinir sistemi yumurtalıqların işinə təsir göstərir. Bəzən başqa orqanların fəaliyyəti zəifləyir və tamamilə itə bilir. Ona görə prof. A.P.Studentsov yumurtalıqların xəstəliklərini 2-yerə bölür.
 Infeksiya nəticəsində yumurtalıqlarda baş verən xəstəliklər.
 Heyvanın pis yemlənməsi, saxlanması nəticəsində orqanizmdə gedən dəyi-şikliklərlə əlaqədar olaraq yumurtalıqlarda gedən funksional pozğunluqlar.
 Ovariit-Ovariitiss. Oophoritis.
 Ovariit kəskin və xroniki keçə bili rvə bütün kənd təsərrüfatında təsadüf edilir.
 Etiologiyası xəstəlik balalığın, yumurtalıq borusunun və başqa orqanların iltihabları zamanı yumurtalıqlara infiltrasiya toplanması nəticəsində baş verir. Bəzən xəstlik travmotik təsirlərdən və hemotogen yolla infeksiyanın daxil olması ilə də başlaya bilər.
 Klinik nişanələri. Xəstəlik irinli, hemorroji və serozlu iltihab formasında keçir. Irinli ovaritlər zamanı yumurtalıqlarda noxud, toyuq yumurtası böyüklükdə Iri abseslər təsadüf edilir.
 Diaqnozu-xəstəliyin kəskin formasında heyvanın temperaturu yüksəlir, yem yemir, cinsiüyyət tsikli dayanır və s
 Müalicəsi. Sulvamilamid və antibiotiklərdən istifadə olunur.
 Yumurtalıqların funksional zəifləməsi və atrofiyası.
 Müəyyən xəstəliklər, heyvanı pis yemlənməsi və saxlanması şəraitində onun cinsiyət fəaliyyəti müvəqqəti olaraq zəifləyir. Bu zəifləmə uzun müddət davam edərsə yumurtalıqların atrofiyaya uğraması səbəb olur.
 Etiologiyası. Çoxsüdlü inəklər adət etmədiyi hava şəraitinə düşdükdə, onu həddən artıq birtərəfli yemlədikdə, bəzi xəstəliklər baş verdikdə, yemlə vitaminlər və mineral maddələr olmadıqda yumurtalıqlarda sist və sarı cisim əmələ gəldikdə onun fəaliyyəti zəifləyi və ya atrofiyaya uğrayır, yumurtalıqlar kiçilir. Balalıq kiçilir.
 Müalicəsi. Yemlənmə, saxlanma şəraitini yaxşılaşdırmaq, düz bağırsaqdan istifadə etmək 3-5 dəqiqə, gündə 4-5 dəfə təkrar etmək. Yumurtalıqların fəaliyyətini artırmaq üçün 0,5%-li prosesin 2-3ml, və ya 0,1% karboxolin 2 ml, 5-gün sonra senestrol dəri altına yeritmək və s.
 Sarı cismin ləngiməsi-corpus luteum persistens.
 Boğaz olmayan heyvanda sarı cismin 25-30 gündən artıq qalıb geri sorulmaması sarı cismin ləngiməsi adlanır. Normal halda sarı cisim boğazlıq və cinsiyyət tsıklı zamanı əmələ gəlir. Ləngimiş sarı cismin buraxdığı progesteron hormonu follikulanın inkişafını və yetişməsini dayandırır, nəticədə heyvanın qısır qalmasına səbəb olur.
 Etiologiyası. Xəstəliyin əmələ gəlməsinin əsas səbəbi heyvanın az gəzdirilməsi,onda metrit xəstəliyin olması, birtərəfli yemlənmə, yumurtalıqların fəaliyyətinin pozulması, maddələr mübadiləsinin pozğunluğu. Çox südlü heyvanlardan düzgün istifadə etmədikdə.
 Klinik nişanələri. 
 Sarı cismin ləngiməsində heyvanlarda cərəaxıtma, həvəsə gəlmə olmur və ovulyasiya getmir. Rektal muayinə zamanı yumurtalıqlar üzərində kələ-kötür fır hiss olunur.
 Proqnozu yaxşıdır yemlənmə şəraiti yaxşı olduqda 10-15 gündən sonra heyvan sağalır.
 Müalicəsi. Sarı cisim ləngidikdə simptomatik və cərrahi metodla müalicə olunur. M.P. Tuşinovun ovariolizatı da yaxşı nəticə verir. Bu preparat dəri altına 10-15 ml, 2 gündən bir, cəmi 5- inyeksiya edilir. Cərrahi y2olla sarı cismi təcrübəli baytar həkimi apara bilir, sarı cismi qopartmaq üçün heyvanı bərk bağlamalı sonra düz bağırsaqdan əli salıb əzmək lazımdır.
    Sarı cismin ləngiməsi
  Yumurtalıqların suluqlu şişi sisti- cystes ovariorum.
 Yumurtalıqların belə xəstəlikləri butun kənd təsərrüfatı heyvanlarında təsadüf edilir. Xəstəlik yumurtalıqda partlamamış follikulalarda və ya partladıqdan sonra onların yerində baş verir. Follukulanın sistə çevirilməsi follukulyar sist adlanır. Partlamış follukulanın yerində əmələ gələn sist isə sarı cismin sisti adlanır. Sistin iriliyi 1-2 sm-dən yumruq böyüklüy qədər olur.
 Etiologiyası. Belə sistlərin əmələ gəlməsi heyvanın az gəzdirilməsi uzun müddət bağlı saxlanması, bir tərəfli yemlənmə və s. əmələ gəlməsinin əsas səbəbi balalığa infeksiyanın düşməsidir.
 Klinik nişanələri. Yumurtalıqların sisti cinsiyyət tsiklinin ardıcıllığını pozur. Heyvan özünü narahat hiss edir tez-tez ancaq az-az siyir, yumurtalıqların biri salamat olduqda, cinsiyyət fəaliyyətində bir o qədər dəyişikliklər olmur. Inəklərdə bəzən 8 kq sistə rast gəlinir.
 Müalicəsi. Heyvanın yemləmə şəraitini yaxşılaşdırmaq bir neçə dəfə düz bağırsaqdan massaj etmək. Bəzi alimlər vaginadan sisti iynə ilə deşməyi məsləhət görürlər. Bu zaman aseptika qaydalara riayət etmək mümükün olmadıqda əksərən iltihabı proseslər baş verir.
 Yumurtalıqlarda sist
 Inmfatoniya- Nymphomama.
 Bu xəstəlik zamanı cinsiyyət tsikli pozularaq heyvan uzun müddət həvəsdə olur. Xəstəlik ən çox madyanlarda tək-tək halda inək və camışlarda olur.
 Etiologiyası. Xəstəliyin baş verməsinə yumurtalıqların folikulyar tistləri, sarı cismin və daxili sekresiya vəzilərinin fəaliyyətinin pozulması (hipofiz, qalxnvari və böyrəküstü vəzilərin) və s.
 Kliniki nişanələri. Cərəaxıtma, hövrəgəlmə dövrü uzanır, arabir qısa olur, heyvan narahat olur, südü turşulaşır, tükləri parlağını itirir, yem yemir, tez-tez sidik ifraz edir.
 Müalicəsi. Balalığı və yumurtalıqları massaj etmək.
 Anafrodisiya-Anophrodisiya.
 Cinsiyyət tsiklinin zəifləməsi, tamamilə dayanması və tam olmayan cinsiyyət tsiklinin baş verməsi anofrodisiya adlanır.
 
                    MÜHAZIRƏNIN MÖVZUSU: 
 Erkəklərin müayinə edilməsi və onların qiymətləndirilməsi. 
            MÜHAZIRƏNIN PLANI
 1.Erkəkləri nə vaxt müayinə edirlər
 2.Erkəklərdən istifadə qaydaları.
 3.Erkəklərin yemləndirilməsi və saxlanması.
 4.Erkəklərdən neçə aylıqda sperma almaq olur.
 5.Törədicinin spermasını ayda neçə dəfə yoxlamaq lazımdır.
           Mühazirə mətninə müvafiq ədəbiyyatlar 
 Erkəklərin müayinə edilməsi və onların qiymətləndirilməsi.
 Əvvəlcə açıq havada ümumi müayinə aparılır. Bu məqsədlə heyvanın dərisi müayinə edilərək onun parlaqlığına, elastikliyinə, qotur olub-olmamasına fikir verməməliyik, sonra limfa düyünləri, ətraf orqanlarının əzələlərini, dırnağı yoxlamalı, həzm, tənəffüs və ürək-damar sistem idə müayinə edilməlidir.
 Bundan sonra cinsiyyət orqanları diqqətli olaraq müayinə olunur. Bu məqsədlə əvvəlcə xaya torbasının elastikliyi, tüklə örtülmə dərəcəsi, toxumluqlar, xaya artımı, toxum çıxarıcı kanallar, cinsiyyət vəziləri, sidik cinsiyyət kanalı, penis və pülük diqqətlə müayinə edilməlidir. Toxumluq və onun artımı sağlam heyvanda asanlıqla tapılaraq ələnir, normal halda olan toxumluq və onun artımının üzəri hamar olur. Asanlıqla ələ götürülür və hərəkət etdirilir.
 Toxumluqların həcmi heyvanın yaşına uyğun olmalıdır. Əksər heyvanlarda sağ tərəfdəki toxumluq sola nisbətən bir qədər iri olur. Toxum ciyəsi elastiki olub, eyni yoğunluqda uzanır, qoca heyvanlarda bir qədər bərk və yoğun olur. Ayqırda, buğa və kələlərdə xaya torbasının boğazı ilə toxum ciyəsinin birlikdə barmaqla asanlıqla tutmaq olur.
 Xaya torbasının dərisinin qalınlaşması, elastikliyinin itməsi xayaların həddən artıq iri və ya kiçik olması orada kələ-kötürlü düyünlərin olması xəstəlik əlamətidir. Penisi müayinə etmək üçün o pülükdən çıxarılır. Bu məqsədlə I.I. Voronin üsulu ilə regionar anesteziyadan da istifadə etmək olar. Penisdə səpgilər, yaralanma və başqa zədələnmələr olduqda cütləşməyəburaxılmır.
 Adətən buğanın, kələnin və qabanın penisi cinsiyyət aktı zamanı müayinə edilir.
 Toxum ciyəsinin ampulvari genişliyi və əlavə vəzilərin rektal müayinə ilə də öyrənmək olar. Erkəklər müayinə edilərkən birinci dəfə infeksiyon və invazion xəstəliklərə qarşı yoxlanılmalıdır. Ayqırlar manqo və cütləşmə xəstəliyinə buğa və kələ vərəmə, bürselloz, vibirioz trixamonoza qarşı yoxlanılmalıdır. Qoçları brusülloz və qoturluğa qarşı müayinə edilməlidir.
 
Erkəklərdən istifadə edilməsi.
 Erkəklərdən uzun müddət istifadə etmək məqsədi ilə ondan düzgün istifadə etməyi bağarmaq lazımdır. Istifadə etməzdən qabaq kliniki müayinə etməli, cütləşməyə buraxmalı, cinsiyyət aktı zamanı cinsiyyət reflekslərin meydana çıxmasını diqqətlə izləməli. Əgər törədici süni mayalanmadan istifadə ediləcəksə, ondan süni yolla sperma olmalı, spermanı makro və mikroskopik müayinə etməli. Spermanın keyfiyyəti pisdirsədə təkrar sperma alıb yoxlanmalı. Qeyd etmək lazımdır ki, cütləşmə zamanı sperma xaya artımının quyruq və ya toxum çiyəsinin qovuqvari genişliyindən kar olur. Xaya artımında spermatozoidlər 6-8 günə yetişir və 1-2 ay qala bilir.
 Təcrübədən aydın olur ki, erkəkdən lazımi qaydada istifadə etdikdə yetişmiş sperma kənar olur və onun ehtiyatı tükənmir. Törədicinin yaxşı yemlənməsi olduqda sperma yaxşı olur və həcmi artır. Törədicini uzun müddət istifadə etdikdə spermanın keyfiyyəti pisləşir. Törədicini uzun müddət istifadə etdikdə yetişmiş spermatozoidlər kənar olur, miqdarı azalır, keyfiyyəti pisləşir. Təbii cütləşmə zamanı hər bir törədiciyə orta hesabla aşağıda göstərilən anna heyvan ayrılır, hər bir ayğıra 25, buğaya 30, qabana 10-12, qoça 20-30 baş.
  Bir erkəkdən istifadə edilmə norması.
 
ErkəklərBir erkəkdən istifadə ediləcək ana heyvanın miqdarıƏl üsulu ilə cütləşməSüni mayalanmada (orta hesabla)Ayqır40-75200-300Buğa 2 yaşda40-60200-400Buğa 2 yaşdan yuxarı60-90400-800Qoç 1-1,2 yaşda20-30400-800Yaşlı qoç30-501000-1200Qaban10-25100-120  Erkək üçün cütləşmə norması müəyyənləşdirmək lazımdır. Əgər cütləşmə kompaniyası zamanı onda yuxarıda göstərilən normannı artırmaq olar.
 
Dölük erkəkləri yemlənməsi və saxlanması.
 Dölük erkəklərdən tez-tez sperma olduqda o xəstələnə bilər. Spermanın keyfiyyəti pisləşir və heyvan vaxtından əvvəl qocalır. Spermanın alınması vaxtını müəyyənləşdirmədən qabaq döllük erkəyin yaşını, cinsini, yemləndirilmə dərəcəsini, ümumi vəziyyətini və verdiyi spermanın kəmiyyətini, habelə keyfiyyətini nəzərə almaq lazımdır.
 Döllük erkəklərdən sperma almaq üçün öküz, və ya da mexaniki müqəvvadan istifadə olunur. Buğalar 15-20 ağlığında, kələlər isə 20-30 aylığında süni mayalanmada istifadə edilə bilər. Cavan buğa və kələdən hər 7-10 gündə 1-2 dəfə, yaşlı törədicidən 3 gündən bir iki dəfə (dalbadal) sperma alınmalıdır. Şişin gedişi zamanı hər törədici üçün sperma alma rejimi düzəltmək lazımdır. Törədicidən dalbadal iki dəfə sperma aldıqda fasilə 5-10 dəqiqə olmalıdır. Əksərən ikinci spermanın həcmi və keyfiyyəti birincidən yaxşı olur. Törədicilərdə ləngimə reflekslərinin baş verməsinin qarşısını almaq üçün hər 3-4 gündən bir müqəvva kimi istifadə olunan heyvanı dəyişmək lazımdır.
 Törədici manejə gətirildikdə, o uzun müddət gözləməsinə yol vermək olmaz. Çünki fəaliyyəti zəifləyir, törədici manejə gətirilən kimi onun atılmasına mane olmaq lazımdır. Belə etdikdə əlavə vəzilərin şirəsi isə sidik cinsiyyət kanalını təmizləyir. Spermanın həcmi çoxalır və mikroorqanmizmlərin miqdarı azalır. Bilmək lazımdır ki, yemləmədən 2-3 saat və suvarmadan 1 saat sonra, səhər tezdən spermanın alınması məsləhətdir. Törədicidən sperma alan kimi ona su vaermək olmaz. Ona görə ki, tərli olur, sperma almazdan əvvəl onu 15-20 dəqiqə gəzdirmək lazımdır.
 Elə etmək lazımdır ki,buğadan sperma aldıqda saxlanmalıdır ki, biri-birinin üstünə atılmasın. Ayda 1-2 dəfə törədicinin sperması mikroskopla yoxlanmalıdır ki, keyfiyyəti və kəmiyyəti müəyyənləşdirilsin. Döllük erkəklərn cinsiyyət fəaliyyətini eyni səviyyədə saxlamaq üçün onların yem payında lazım olan vitaminlər mineral duzlar, mikroelementlər, zülallar və heyvanı yemlər olmalıdır.
  MÜHAZIRƏNIN MÖVZUSU: 
 Erkəklərin impotentliyi 
 MÜHAZIRƏNIN PLANI
 1.Erkəklərdə nə vaxt impotentlik baş verir.
 2. Impotentlik nədir?
 3.Neçə cür  impotentlik olur.
 4.Alimentar impotentlik nədir və səbəbləri.
 5.Aspermiya, nekrospermiya nə vaxt olur.
 6. Törədicilərdən: buğalar, ayqırlar, qoçlar, qabanlar və s. Neçə il təsərrüfatda saxlamaq olar.
 Erkəklərin impotentliyi.
 Törədicilərdə müxtəlif səbəblərdən cinsiyyət fəaliyyətinin pozulması impotentlik adlanır. Impotentlik daimi və müvəqqəti ola bilər. Kənd təsərrüfatı heyvanlarının arasında impotentlik tez-tez olur.
 Erkəyin spermasının keyfiyyətinin pmsləşməsi nəticəsində onun mayalanma qabiliyyətinin itməsi.
 Döllənmənin qeyri-mümkün olması. Bu halda ereksiya və eyakulyasiya olmur. Cinsiyyət refleksləri əmələ gəlmir və eyakulyasiya olmur. Prof.A.P.Studentsova görə törədicilərin impotentliyi aşağıdakı kimi olur:
 1)Anadangəlmə,
 2)Qocalıqla,
 3)Süni,
 4)Simtomatik,
 5)Alimentar,
 6)Həddn artıq istifadə,
 7)Klimatik və s.
  Anadangəlmə impotentlik.
 Doğulmuş erkək balasının cinsiyyət orqanlarının inkişaf etməməsi nəticəsində döllənmə qabiliyyətinin olmaması, anadangəlmə impotentlik adlaınır. Erkək balanın cinsiyyət aparatında əsas iki nöqsana rast gəlmək olar. Bunlardan biri infantilizm, yəni toxumluqların tam inkişaf etməməsi və cinsiyyət yaşına çatmasına baxmayaraq cinsiyyət fəaliyyətində olmaması, digəri isə kriptorxizm (hər iki və ya bir toxumluğun xaya torbasına düşməməsi) hesab edilir. Təcrübədə birtərəfli kriptorxizmə çox təsadüf edilir.
 Qocalıqla əlaqədar impotentlik.
 Qocalıqla əlaqədar olaraq erkəklərdə cinsiyyət fəaliyyəti tədricən zəifləyir, spermanın keyfiyyəti pisləşir. Xüsusilə erkəklərin yemlənməsi, saxlanması və istifadəsi düzgün təşkil edilmədikdə, qocalıqla əlaqədar olan impotentlik daha tez başlayır. Bəzən belə erkəklərdə müəyyən zaman heç bir xarici dəyişikliklər nəzərə çarpmır, yalnız spermanın ətraflı yoxlanması ilə impotentliyi təyin etmək olur. Qocalıqla əlaqədar impotentliyi təyin etmk üçün bir neçə dəfə müəyyən etmək lazımdır. Qocalıqla əlaqədar olan impotentlik adətən erkəklərdə ( buğada, kələdə, qoçda, qabanda, təkədə və köpəkdə) dişilərə nisbətən tez başlayır.
 Ayqırlarda cinsiyyət funksiyası uzun müddət öz fəaliyyətini saxlayır. Ona görə süni mayalanma belə erkəklərin çıxdaş edilməsinə xüsusi diqqət yetirmək lazımdır. Qocalıqla əlaqədar impotentlik erkəklərdə aşağıdakı kimi yaşla əlaqədar olaraq başlayır: ayqırda 15-20; buğada 12-15; qoçda 6-8; qabanda 8-10; nərlərdə (erkək dəvədə) 17-25; köpəklərdə (it) 2-6; dovşanlarda isə 1-5 yaşında və s.
 Alimentar impotentlik.
 Erkək heyvanların yemləndirilməs sahəsində çoxlu elmi-tədqiqat işləri aparılmışdır. Bu tədqiqatların nəticəsi göstərir ki, yaxşı yemləmə spermanın əmələ gəlməsinə, xaric olunmasına və əlavə cinsiyyət vəzilərinin sekresiyapsının artmasına böyük təsir göstərir.
 Ümumittifaq Heyvandarlıq Insitutu törədicilərin yem payını tərtib etmişdir. Yem payının 25-50%- i yaşıl yem, 5-10%-i heyvani yem, 5-15%-i meyvəköklü yem və 40-60%-i dənli yem olmalıdır. Dişi heyvanların yem payında yaşıl yem çox olmalı, erkəklərin yemində isə dənli yemlər çox olmalıdır. Cütləşmə dövründə erkəklərin yemini bir qədər də artırmaq lazımdır, çünki çox enerji sərf edirlər. Bundan başqa erkəklərin yemində zülallar, mineral duzlar, A,E- vitaminləri olmadıqda, spermanın keyfiyyəti pisləşir, cinsiyy1ət vəzilərinin fəaliyyəti və spermanogenezi pozulur, aspermiya, aspermatizm, teratospermiya hallarına gətirib çıxarır.
 Həddən artıq istismar nəticəsində əmələ gələn impotentlik (ekspenatision impotentlik)
 Bu impotentliyi prof. A.P.Studentsov iki qruppa bölür: 1). Impotentliyin ağır işlə əlaqədar olması; 2). Impotentliyin (erkək) həddən artıq cütləşməsi ilə əlaqədar olması.
 Erkəkdən istifadə edərkən uçot düzgün aparılmadıqda, ondan həddən artıq istifadə olunur ki, bu da anna heyvanların qısır qalmasına səbəb olur. Törədicidən zootexniki normadan artıq istifadə olur. Bunun nəticəsində də külli miqdarda heyvan qısır qalır.
 Ayqırlara istirahət verilmədən, ağır kənd təsərrüfatı işlərində istifadə edilməsi, onların cütləşməyə çox buraxılmaması və s. nəticədə onlarda cinsiyyət fəaliyyəti zəifləyir, spermanın keyfiyyəti pisləşir, nəticədə impotentlik baş verir.
 Erkəklərə istirahət vermədən tez-tez istifadə etdikdə aspermatizm və teratospermiya, nekrospermiyaya təsadüf edilir. Spermanın keyfiyyətinin pisləşdiyi kimi də cinsiyyət refleksləri də zəifləyir.
 Cütləşmədə büğa, kələ və qoçlar ayqır və qabana nisbətən davamlıdırlar. Həddən artıq işləmə nəticəsində baş vermiş impotentliyin qarşısını almaq üçün döllük erkəklərin yemlənməsi, saxlanması və onların istifadə qaydalarına düzgün riayət edilməlidir. Döllük erkəkləri hər birinin istifadəsi, saxlanması və yemləndirilməsi üçün fəslindən aslı olaraq fərdi cədvəl tutulmalıdır. Bu cədvəldə heyvan neçə dəfə, nə qədər, hansı vaxtlar yemlənməsi, spermanın alınması vaxtı qeyd edilir və s.
 Süni impotentlik.
 Döllük erkəklərdən düzgün istifadə etmədikdə onda tədricən cinsiyyət refleksləri pozulur süni impotentlik baş verir. Törədic sperma aldıqda və ya təbii olaraq cütləşdirdikdə səs küy, anna heyvanın rəngi və başqa səbəblər qucaqlama refleksin pozulmasıda səbəb olur.
 Bəzi erkəklərdə sinir oyanmasının artması zamanı ereksiya əmələ gəlirsə də qucaqlama və cinsiyyət aktı habelə eyakulyasiya refleksləri pozula bilər.
 Erkəyin dişi ilə c\insi əlaqəsinə bir neçə dəfə mane olduqda cinsiyyət refleksləri pozula bilər.
 Onanizmə tutulmuş erkəklərdə sperma vaxtından tez knar olur. Bir çox təsərrüfatlarda müxtəlif səbəblərdən istifadə edilməyən erkəklər axtalanır ət üçün istifadə edilir.
 Müalicəsi. Ilk dəfə impotentliyi törədən səbəbi aradan qaldırmalı. Ereksiyası pozulmuş erkəyi həvəsə gələn inəyin yanına bir neçə dəfə gətirməli, ancaq cütləşməyə buraxmamalı. Həddən artıq sinir oyanması təsadüf edilən ayqırları bundan yayındırmaq üçün gəzdirməli. Lakin bəzi heyvanlara gəzdirmə pis təsir göstərir. Prof. A.P.Studentsov aspermatizmi olan ayqıra cütləşməyə 25-30 dəqiqə qalmış 20-25q natrium-bromid vermək yaxşı nəticə verir.
 Aspermiya. Heyvanda bu hal spermiogenezin pozulması nəticəsində baş verir. Spermiogenez toxumluqların və cinsiyyət orqanının başqa hissələrinin xəstələnməsindən, yemləmə, saxlama və istifadə edilmə qaydalarının və bəzən anadangəlmə (kriptoixidizm, infontilizm və s.) səbəbdən olur.
 Nekrospermiya. Toxumluqların, onun artımının, toxum çiyəsinin, əlavə vəzilərinin və sidik cinsiyyət analının xəstəlikləri zamanı baş verir.
  MÜHAZIRƏNIN MÖVZUSU: 
 Simptomatik impotentlik 
             MÜHAZIRƏNIN PLANI
 1.Simptomatik impotentlik nədir.
 2.Xayanın rolu.
 3.Xaya torbasının xəstəlikləri nə vaxt olur?
 4.Toxum ciyəsinin xəstəliyi zamanı toxumun keyfiyyətinə təsiri.
 5.Pülüyün daralması nə vaxt baş verir.
 Simptomatik impotentlik
 Erkəklərin cinsiyyət üzvlərinin bir sıra xəstəlikləri nəticəsində spermanın əmələ glməsi və ya ifraz edilməsi pozulur. Ətraflarda Oma və bel fəqərələrinin xstəldikləri zamanında, xüsusi qucaqlama və cinsiyyət aktı eyakulyasiya refleksləri pozulur. Arxa ətraflarda və başqa hissələrdə ağrı olduqda erkək cütləşməyə getmir və ya cütləşərkən ağrının təsirindən tez düşür. Eyakulyasiya zamanı itələmə nəticəsində ağrı əmələ gəlir, ona görə erkək dişinin belindən tez düşür, bu da spermanın penisdən axmasından bilinir. Qoçlarda cinsiyyət üzvlərinin xəstəlikləri prof. Tselisev tərəfindən öyrənilmişdir. Erkəklərdə simptomatik, impotentliyə səbəb olan xəstəliklər aşağıdakılardır.
 Xaya torbasının xəstlikləri.
 Xaya torbasının xəstəlikləri zamanı onun temperaturu idarə etmə funksiyası pozulur və ona görə spermiogenez zəifləyir. Spermanın keyfiyyəti pisləşir (nekrosermiya, aliqospermatizm, teratospemiya daha çox əmələ gəlir). Xaya torbası daha çox cədələndikdə spermiogenez tmamilə dayana bilər. Xaya torbası ekzamotoz, parazita rvə kəskin dermatitlər zamanı şişir, ağrılı olur. Bu xəstəlik zamanı xaya torbasının tükü tökülür və elastikliyi itir. Xroniki dermatitlər, yanma, donmalardan və başqa dəri xəstəliklərdən sonra köhnə yaralar əmələ gəlir, bunun nəticəsində də birləşdirici toxuma çoxalır və xayanın funksiyasını pozur.
 Toxumluq və onun artımının iltihabı-orchitis et epididumis.
 Bu xəstəliklər mexaniki təsirlər, infeksiya və toxumluqların ümumi yataq pərdəsi xəstəliklərin ağırlaşması nəticəsində inkişaf edir. Toxumluqların fəaliyyəti pozulur, spermanın keyfiyyəti pisləşir, proses dərinləşdikdə spermiogenez tamamilə dayanır.
 Toxumluqların bir hissəsi pozulmuşsa, əksərən spermanın keyfiyyəti bir o qədər də pozulmur. Orxit və epididimit baş verdikdə törədicilərdən istifadə edilmir.
 Toxum ciyəsinin iltihabı- Funiculitis.
 Toxum ciyəsinin iltihabı xayaların və onun ətrafının xəstəliklərindən. Yoluxma və ya hemotogen yolla infeksiyanı keçirməsi nəticəsində əmələ gəlir. Xəstəlik zamanı spermaya iltihabı eksudat qatışaraq nekrospermiyaya səbəb olur. Bəzən toxum ciyəsinin yolu tutulduğundan sperma kənar ola bilmir, aspermatizm baş verir. Palipasiya zamanı toxum ciyəsində qalınlaşma, şişmə və feuktasiya hiss olunur. Erkək heyvanın toxum ciyəsinin hər ikisi xəstələndikdə və aspermiya əmələ gəldikdə onu çıxdaş etmək lazımdır.
 Pülüyün daralması-phimosis.
 Pülükdə iltihab prosesi birləşdirici toxuma artmasına və yenidən əmələ gəlmələrə səbəb olur. Bunun nəticəsində pülük daralır. Oradan penis çıxa bilmir, xəstəlik əksərən ayqırlarda təsadüf olunur. Bəzən pülüyün selikli qişası qarışıqlarına toplanmış irinəbənzər kütlə (smega) yığılaraq penisin pülükdən çıxmasına mane olur. Bəzən qoçlarda sperma pülüyə o qədər yığılır ki, orada iltihab proses əmələ gəlir. Yay aylarında həmin yaraya qurd düşür və xəstəlik kütləvi şəkil alır. Ona görə törədiciləriqn pülüyünü vaxtaşırı zəif dezinfeksiyaedici məhlullarla yuyulmalıdır. (2%-li çay sodası və s.)
 Penisinpülükdən düşməsi və onun zədələnməsi.
 Penisin pülükdən düşməsinə-penisin başındakı yeni törəmələr, vurmalar, pülüyün iltihabları səbəb olur.
 Xəstəliyə atlarda çox, buğalarda az təsadüf olunur. Penisin qırılması ereksiya zamanı burulma nəticəsində baş verir. Bu halda penis şişir, ağrılı olur, hematoma əmələ gəlir.
 Köpəklərdə penis qırıldıqda xışıltı hiss edilir. Qırılmış nahiyə sağaldıqdan sonra penis əksərən əyri bitir və törədici cütləşə bilmir.
 MÜHAZIRƏNIN MÖVZUSU: 
 Az balavermə və çox bala vermə 
            MÜHAZIRƏNIN PLANI
 1.Az bala vermə nədir.
 2.Az bala verən heyvanlar hansılardır.
 3.Çox balavermə nədən baş verir.
 4. Çox balavermə nədir, hansı heyvanlardır.
 5.Az və şoxbalaverməyə yemləmənin təsiri.
      
  
 Az balavermə və çox balavermə
 Az balavermə bir dəfə çox bala doğan heyvanlara aiddir. Belə hala donuz-larda və qoyunlarda təsadüf edilir. Donuzlarda təsadüf edilir. Donuzlarda bir dəfədə 8-34 bala doğmaq hallarına təsadüf edilir, ədəbiyyatlarda göstərildiyi kimi «Beatrisa» adlı donuz bir doğumda 34 çoşqa «Bolzebnitsa» adlı donuz bir dəfədə 25-çoşqa doğmuşdur. Donuzlar yaxşı yemlənmə və saxlanma şəraitində bir dəfədə ən azı 8-10 çoşqa doğmalıdır. Bəzən donuzlarda bir dəfədə 3-5 bala doğmaq hallarında bir dəfədə 3-5 bala doğmaq hallarında da təsadüf edilir, belə hal az bala vermə adlanır.
 Qoyunlarda çox bala verən heyvanlardır. Keçmiş ÇÇR-də ən çox bala verən qoyun pomanov cinsli qoyunlardır.
 Finlandiyada landras qoyun cinsi bir doğumda 3-9 (orta hesabla 4,5) quzu doğur. Bizim şəraitdə 100 qoyundan 125-130 quzu alınmadıqda belə hal az balavermə hesab edilir.
 Inəklərdə də çox bala verməyə rast gəlinir. Inəklərin 2-7 buzov doğmasına təsadüf edilmişdir. 5-20%-dək əkiz bala verməyə rast gəlmək olur. Lənkəran rayonunda 2009-cu ilin yanvar ayında bir inək 4 buzov doğmuşdur. 2008-ci ildə Göyçay rayonunda bir inək 3-buzov doğmuşdur.
 Az balavermənin başlıca səbəbi heyvanların pis yemlənməsi, yemlərin keyfiyyətsiz olması, tövlə və yataqların yararsız olması, qohumarası cütləşmə, döllük erkəyin pis keyfiyyətli sperma verməsi, orqanizmdə cinsiyyət hormonlarının çatışmaması, yumurtalıqların pozulması və s. hesab edilir. Odur ki, az balavermə ilə mübarizədə göstərilən cəhətləri nəzərə almaq lazımdır. Doğum zaman alınmış çox balaları yaxşı bəsləmək və onların tələfatına yol verməmək, baytar həkimlərin və zootexniklərin mühüm vəzifələridir. Təcrübələr göstərir ki, qoyun və inək əkiz bala verdikdə, alınan balalar yaxşı bəsləndikdə normal inkişaf edirlər və gələcəkdə də onların məhsuldarlığı yüksək olur.
 K/t heyvanlarından çox bala almaq və qısırlığın qarşısını almaq üçün, dişi heyvanlarda cinsiyyət fəaliyyətinin yüksəldilməsi üçün boğaz madyan zərdabından (BM2), boğaz madyan Qanı neyrotrop preparatlarından, sintetik estrogen dərman maddələrindən və s. geniş istifadə edilməlidir. Çox bala almaq və təsərrüfatda qısırlıq faizini azaltmaq məqsədi ilə dişi cinsiyyət sistemində baş verən morfoloji və funksional pozğunluqları səbəbdn heyvan qısır qalır. Belə hallarda cinsiyyət fəaliyyəti zəifləyir, bəzən tam dayanır və cinsiyyət oyanması, cərəaxıtma, hövrəgəlmə və ovulyasiya pozula bilir. Baytar işçiləri hər bir qısır heyvanın müayinəsi zamanı cinsiyyət sisteminin fizioloji pozğunluqlarını aşkar etməli, onun səbəbini aydınlaşdırmalı və müəyyən müalicə profilaktiki tədbiri aparmalıdır.
 Dişi cinsiyyət fəaliyyətinə yemlər, onların tərkimbindəki vitaminlər və speronlar, günəş şüası, erkək heyvanın səsi, spesifik iyi və cinsi əlaqəsi də böyük təsir göstərir. Dişi cinsiyyət fəaliyyətini stimulyasiyası məqsədi ilə ən əvvəl onun pozulma səbəbini aşkar etmək və heyvanın zoogigiyenik şəraitini yaxşılaşdırmaq lazımdır. Odur ki, heyvanın yemlənməsi, yaxşılaşdırılmalı, tövlə təmizlənməli, heyvan günəşli havada çox gəzdirilməli və vaxtaşırı sınaqçı erkəklərlə görüşdürülməlidir.
 K/t. Heyvanlardan çox bala almaq üçün bir çox hormonal preparatlardan istifadə edilməsi daha məqsədə uyğundur. Onlardan follikulin, pititurin, sinistrol, poqesteron, Asetat-Megistral, Kayod, boğaz madyan zərdabı, Estrofan və s. Bunlarla bərabər heyvanların yemlənməsi, saxlanması şəraiti tam olmalıdır.
 Dişi cinsiyyət sistemini stimulyasiya etdikdə hər hansı preparatı təsdiq etmək istədikdə heyvanın fərdi kliniki müayinəsinə və fizioloji halına, preparatın seçilməsinə, dozasına, işlədilmə qaydasına və s. diqqətli olmaq lazımdır.
  
шаблоны для dle 11.2