» » EKOLOGİYA

EKOLOGİYA - 21-may, 2020, 12:19

#

Mühazirə 1.

Ekologiya fənninin predmeti,məqsəd və vəzifələri (müəllim: Fəyazbəyli Rəxşan)

Plan:

1. Ekologiya fənni nəyi öyrənir

2. Fənnin məqsəd və vəzifələri

3. Fənnin başqa elmlərlə əlaqəsi

 

Təbiətin mühafizəsi və təbii ehtiyatlardan səmərəli istifadə edilməsi bəşəriyyət qarşısında duran ən vacib problemlərdən biridir. Bu problem ətraf mühitin qorunması, təbii ehtiyatlardan düzgün və səmərəli istifadə və bərpa olunması üzrə kompleks tədbirlərin işlənib hazirlanmasını tələb edir.Həmin tədbirlər elmi cəhətdən düzgün əsəslandırılmalı, beynəlxalq aləmdə dövlət səviyyəsində həyata keçirilməlidir. Ekologiyanın tarixi kökləri çox qədim dövrlərə gedib çıxır. Canlı orqanizmlərin həyatı, onların xarici mühitdən – onu əhatə edən üzvi və qeyri-üzvi mühitdən asılı olması, heyvan və bitkilərin yayılması xarakteri haqqında məlumatlara hələ eramızdan əvvəlki dövrlərdə rast gəlinir. Hələ Aristotel (e.ə. 384-322), Böyük Pliney , R.Boykonun əsərlərində yaşayış mühitinin orqanizmlərin həyatında əhəmiyyəti və onların müəyyən yaşayış yerində məskunlaşması məsələlərinə toxunulur. Antik filosof Aristotel (384-322 e.ə) 500-dən artıq ona məlum olan heyvan növünü təsvir etmiş, onların davranışları haqqında (məs. balıqların miqrasiyası, qış yuxusu, quşların köçməsi, heyvanların qurucu fəaliyyətindən, qu quşunun parazitizmindən, mürəkkəbböcəyinin özünü mühafizə üsulundan) yazmışdır. Aristotelin şagirdi, «botanikanın atası» sayılan Teofrast Ereziyski (371- 280 e.ə) müxtəlif şəraitlərdə bitkilərin forma və xüsusiyyətlərinin torpaq və iqlimdən asılılığı haqqında məlumatlar vermişdir. Ekologiya yeni elm sahəsidir.Bu elmin ayri-ayri ideyaları hələ çox keçmişdə tətbiq olunurdu. Hələ qədim dövrlərdə ibtidai icma quruluşunda, quldarlıq quruluşunda quşların, balıqların və vəhşi heyvanların artması üçün bir növ yasaqlıq yerləri ayrılır, müəyyən vaxtlar heyvan ovları qadağan edilirdi. Rusiyada təbəti mühafizəsınə dair ilk fərmanlar XI-XII əsrlərdə verilmişdir.I Pyoturun dövründə də təbiətin mühafizəsi ümumdövlət xarakteri almışdı.Çar meşələrin qorunmasına xüsusi diqqət yetirirdi.Seyrək meşəli rayonlarda ağaclardan odun kimi istifadə olunması qadağan olnmuşdur.I Pyotr cənub rayonlarında meşələr salınması barədə fərman vermişdi.Eyni zamanda digər təbii sərvətlərin mühafizəsi,məsələn çay suyunun təmizliyi,amansızcasına balıq ovunun qadağan edilməsi, balıqların kürü tökən yerlərinin mühafizəsi, torpağın qorunması və s. haqqında bir sıra qərarlar vermişdi. Ümumiyyətlə, ekologiyanın inkişaf tarixini üç əsas mərhələyə bölmək olar. Birinci mərhələ – ekologiyanın bir elm kimi yaranma və təşəkkülü (XIX əsrin 60-cı illərinə qədər). Bu mərhələdə canlı orqanizmlərin məskunlaşdığı yerin mühiti ilə qarşılıqlı əlaqəsi haqqında məlumatlar toplanmış, ilk elmi yekunlar hazırlanmışdır. Ekoloji yanaşmanın elementlərinə rus alimlərinin – İ.İ.Lepexinin, A.F.Middendorfun, S.P.Kraşennikovun, fransız alimi L.Byuffonun, İsveç təbiətşünası K.Linneyin, alman alimi Q.Yeqer və b. əsərlərində rast gəlinir. Fransız təbiətşünası Y.Byuffona (1707-1788) görə bir növün başqasına çevrilməsinin əsas səbəbləri «İqlimin temperaturu, qidanın keyfiyyəti və əhlilləşdirmənin təsiridir». İlk evolyusiya təliminin müəllifi Lan-Batist-Lamark (1744-1829) orqanizmlərin uyğunlaşma dəyişkənliyinin, heyvan və bitkilərin evolyusiyasının ən mühüm səbəbi «xarici hadisələrin» təsiri olduğunu göstərmişdir. Həmin dövrdə L.Lamark (1744-1829) və T.Maltus (1766-1834) ilk dəfə olaraq insanların təbiətə təsirinin neqativ nəticələrinin mümkünlüyü haqqında bəşəriyyətə xəbərdarlıq edirdi. Ekoloji təfəkkürün sonrakı inkişafı XIX əsrin əvvəlində biocoğrafiyanın peyda olmasına səbəb oldu. Aleksandr Humboltun (1807) əsərləri bitki coğrafiyasında yeni ekoloji istiqamət təyin etdi. A.Humbolt elmə belə təsəvvür irəli sürdü ki, landşaftın «fizionomiyasını» bitki örtüyünün xarici görkəmi müəyyənləşdirir. İkinci mərhələ (XIX əsrin 60-cı illərindən sonrakı dövr). Bu mərhələdə ekologiya elmin müstəqil sahəsi kimi formalaşır. Mərhələnin başlanğıcı rus alimləri K.F.Rulye (1814-1858), N.A.Seversov (1827-1855) və V.V. Dokuçayevin (1846-1903) əsərləri ilə əlamətdar oldu, onlar ilk dəfə ekologiyanın bir sıra prinsiplərini və anlayışlarını əsaslandırdı, onların tədqiqat nəticələri və elmi fikirləri indiki dövrə kimi öz əhəmiyyətini itirməmişdir. Təsadüfi deyildir ki, Amerika ekoloqu Y.Odum (1975) V.V.Dokuçayevi ekologiyanın banilərindən biri saymışdır. 1859-cu ildə Ç.Darvinin «Təbii seçmə yolu ilə növün mənşəyi və ya həyat uğrunda mübarizədə yararlı cinslərin saxlanması» kitabı çıxır. Ç.Darvin göstərirdi ki, təbiətdə «yaşayış (həyat) uğrunda mübarizə» təbii seçməyə gətirib çıxarır, yəni bu mübarizə evolyusiyanın hərəkətdə olan faktorudur. 1864-cü ildə amerikalı Corc Marşın ―İnsan və təbiət‖ adlı kitabı dərc edildi.Bu kitabda insanın təbiətə təsiri nəticəsində təbiətin müvazinətinin pozulması qeyd olunurdu.1872-ci ildə dünyada ilk Yellüston milli parkı yaradıldı.Vəhşi heyvanları mühafizə cəmiyyəti quruldu. 1861-ci ildə Azərbaycanın görkəmli maarifpərvər alimi H.Zərdabi torpağın, suyun,havanın gigiyenasına aid əsər yazir, təbiətiə öz materialist münasibətini bildirir. XIX sərin sonu XX əsrin əvvəlində bütün dünyada təbiəti mühafizə hərakatı başlandı.XX əsrin birinci yarısında təbiətin mühafizəsinə dair bir sıra qərarlar qəbul edilmişdir.1911-ci ildə Rusiya,Yaponiya,Kanada və ABŞ arasında dəniz heyvanlarının mühafizəsi haqqında ilk beynəlxalq saziş imzalandı. Müstəqil bir elm kimi ekologiya 1920-ci illərin əvvəlində qəti formalaşdı. 1913- 1920-ci illərdə ekoloji elmi cəmiyyətlər təşkil olundu, ekologiyaya dair məcmuələrin əsası qoyuldu, universitetlərdə ekologiya fənni tədris olunmağa başladı. 1948-ci ildə Parisdə təbiətin mühafizəsinin beynəlxalq ittifaqı (TMBİ) yaradıldı. Üçüncü mərhələ (XX əsrin 50-ci illərindən başlayaraq bu günə qədər olan dövr). XX əsrin ikinci yarısında ətraf mühitin çirklənməsinin intensivləşməsi və insanın təbiətə təsirinin güclənməsi ilə əlaqədar ekologiya elmi xüsusi əhəmiyyət kəsb edir. Belə vəziyyətin nəticəsində ekologiya kompleks elmə çevrilərək təbii və ətraf mühitin qorunması elmini də özündə cəmləşdirdi.Və artıq ekologiya özünə coğrafiya, geologiya, kimya, fizika, sosiologiya, mədəniyyət tarixi, iqtisadiyyat bölmələrini daxil etdi. Ekológiya (yun. oykos— ev, yaşayış yеri, təsərrüfat; loqos — elm) — canlı və cansız təbiətin qarşılıqlı münasibətini öyrənən elmdir. Еkоlоgiya оrqanizmlərin bir-biri və хarici mühit amilləri ilə qarşılıqlı əlaqələrini, оnların yaşayış tərzində, inkişafında, çохalmasında həmin amillərin rоlunu, təbiətin (hava, su, tоrpaq, hеyvan və bitki aləmi, faydalı qazıntılar və s.) mühafizəsini, təbii sərvətlərdən istifadə оlunmasının qanunauyğunluqlarını, еkоsistеmləri, оnların əlaqəsini, təbiətin dialеktikasını öyrədir. Ekologiyanın əsas tədqiqat obyekti orqanizm səviyyəsindən yüksək olan canlı sistemlərdir: Populyasiya, biosenoz, biosfer. Bu elm orqanizmlərin əmələ gətirdiyi birliklərin öz aralarındakı və ətraf mühitin cansız komponentləri ilə qarşılıqlı əlaqəsini öyrənir. Ekologiya terminini elmdə ilk dəfə 1866-cı ildə alman bioloqu Ernest Hekkel "Orqanizmin ümumi morfologiyası" əsərində işlətmiş, bu anlayışı geniş yaymış və inkişaf etdirmişdir. Hekkel orqanizmi təbii sığınacaq yerində, yəni öz "evində" öyrənməyi ekologiya hesab etmişdir. Daha sonralar uzun müddət ekologiya biologiya sözünün dar mənasında işlənmişdir. Yalnız gərgin mübahisəli inkişaf yolu keçdikdən sonra müasir ekologiya formalaşmışdır. Orqanizmlərin həyat tərzini və orqanizmdən yüksək canlı sistemləri öz aralarında və ətraf mühitin cansız komponentləri ilə qarşılıqlı əlaqədə öyrənən elm ekologiya adlanır. Ernest Hekkel (1834-1919) – tanınmış alman təkamülçü-bioloqu, Darvin nəzəriyyəsinin tərəfdarı olmuşdur. Darvinin təkamül faktoru olan təbii seçim haqqında baxışlarını dərinləşdirmiş, həyatın cansız maddələrdən təbii olaraq yaranması haqqında ideya ilə çıxış etmişdir. Çoxhüceyrəli orqanizmlərin yaranması ideyasını irəli sürmüşdür. İlk dəfə fərdin inkişafında onun əcdadlarının təkamül mərhələlərinin əks olunması haqqında biogenetik qanununu da irəli sürmüşdür. Ekologiyanı ayrıca bioloji elm kimi təklif etmişdir. Ən tanınımış kitabları bunlardır: ―Antropogeniya‖ və ya ―İnsan inkişafının tarixi‖ (1874), ―Dünya sirləri‖ (1899), ―Həyatın möcüzələri‖ (1904). Hekkelə görə, ―ekologiya orqanizmlərin ətraf mühitə münasibətləri haqqında ortaq elmdir. Buna geniş anlamda mövcudluğun bütün şərtləri aiddir. Onlar qismən canlı, qismən isə cansız təbiətdəndirlər. Hər ikisi orqanizmlərin yaşaması üçün olduqca gərəklidirlər, çünki özlərinə uyğunlaşmağı məcbur edirlər‖. Hekkelə görə ekologiya canlı orqanizmlərin ―ev məişəti‖ haqqında elmdir. Onun vəzifəsi, Darvinin şərti olaraq ifadə etdiyi ―mövcudluq uğrunda mübarizənin‖ mürəkkəb münasibətlərini araşdırmaqdır. Təbiəti mühafizə məsələlirinin elmi cəhətdən əsaslandırılması üzrə alimlərdənB.N.Sukaçev,A.A.Qriqoryev, V.B.Soçev, İ.P.Gerasimov,A.M.Ryabçikov,V.A.Kovda, İ.T.Fralov və başqaları böyük işlər görmüşdür. Azərbaycan alimlərindən –H.Ə.Əliyev, M.A.Musayev, M.E.Salayev, M.A.Müseyibov, Ş.Y.Göyçaylı, Q.H.Mustafayev, M..Ə.Salmanov,X.Y.Xəlilov, Ə.A.Əsgərov və başqalarının təbiəti mühafizə sahəsində böyük xidmətləri olmuşdur. Ekologiya fənni ayrı-ayrı təbii obyektlərin konservasiyası və mühafizəsi ilə yanaşı, təbii ehtiyatlardan səmərəli istifadə,onların qorunması və təbiət qanunlarına əsaslanmaqla bərpa edilməsi üzrə tədbirlər kompleksini öyrənir. Ekoloji elmin bir sıra başlıca vəzifələri vardır. Onların arasında aşağıdakıları qeyd etmək olar: 1. Biosferaya və təbii sistemlərə insan təsiri ilə bağlı həyatın təşkilinin qanunauyğunluqlarının araşdırılması; 2. Yer və bioloji ehtiyatların ağıla uyğun istismarının elmi əsaslarının yaradılması; 3. İnsan fəaliyyətinin təsiri altında olan təbiət dəyişikliklərinin proqnozlaşdırılması; Biosferada baş verən proseslərin idarə olunması; 4. İnsanın yaşadığı mühitin qorunub saxlanması; 5. Populyasiyaların saylarının tənzimlənməsi; 6. Ziyanverən növlərlə mübarizədə insana mənfi təsir edən vasitələrin mümkün qədər az işlənməsi; 7. Yararsız hala gəlmiş təbii sistemlərin yenidən qurulması. Ekologiya elmi fizika,kimya,coğrafiya və biologiya elmlərinin bir-birinə bağlayan,sosial elmlər arasında körpü rolunu oynayan bir xarakterdir.Müasir həyatı ekoloji biliksiz təsəvvür etmək çətindir.Hazirda ekologiya elmi öyrənilir və inkişaf etdirilir.

 

                                                                

Mühazirə 2.

1).Biosenoz, biosenozun qida əlaqələri, biogeosenoz və onun əlamətləri

2). Ekoloji sistem,onun forması,quruluşu və mühafizəsi

                                                       

Plan:

1.Biosenoz və biosenozda qida əlaqələri

2.Biogeosenoz və onun əlamətləri

 

Biotop daxilində yayılmış, bütün canlılar - müxtəlif növlər və hər bir növü təşkil edən fərdlərin təbii qrupları biosenozları əmələ gətirir. Biosenoz – quru və su hövzəsinin müəyyən, nisbətən eyni (oxşar) sahəsini tutan (orada yaşayan), birbirilə və abiotik amillərlə müəyyən əlaqəsi ilə səciyyələnən bitki, heyvan və mikroorqanizmlərin məcmusudur. Bioloji dövranda iştirakına görə biosenozda əsas üç orqanizmlər qrupu ayırırlar: 1) Avtotrof orqanizmlər (produsentlər) – qeyri üzvi maddədən üzvi maddə əmələ gətirir. 2) Heterotrof orqanizmlər (konsumentlər) hazır üzvi maddələrlə qidalanan orqanizmlərdir. Bura insan və heyvanlar, həmçinin bəzi bitkilər (göbələklər, bir çox parazit və saprofit örtülü toxumlular) və mikroorqanizmlər aid edilir. 3) redusentlər, orqanizmin parçalanmış qalıqları ilə qidalanan saprofitlər aiddir. Bu orqanizmlər öz həyat fəaliyyəti prosesində ölü kütlənin və qismən biokütlənin mürəkkəb üzvi maddələrini sadə birləşmələrə (So2 , N2 , O2 , N3 , və s.) çevirir. (minerallaşdırır) Beləliklə, biosenoz və biotop bir-birinə təsir göstərən iki ayrılmaz element olub ekosistem adlanan bu və ya digər dərəcədə dayanıqlı sistem əmələ gətirir. ekosistem=biotop+biosenoz Biosenozun növ strukturu: Biosenozda bir neçə struktur ayırd edilir. Biosenozun üç strukturu vardır. Onlar aşağıdakılardır: 1. Biosenozun növ strukturu – onda yaşayan canlıların növ tərkibi və ona daxil olan bütün populyasiyaların nisbəti ilə təyin edilir. 2. Biosenozun trofik (qida) strukturu – onun əsasını bir-biri ilə kəsişən qida zəncirləri toru təşkil edir. 3. Biosenozun fəza strukturu – qanunauyğun olaraq burada yaşayan növlərin bir-birinə nisbətən yerləşməsidir (məsələn: meşədə yarus). Biosenozun bütün strukturlarının bir-biri ilə sıx əlaqəsi olur. Biosenozun strukturu onu təşkil edən komponentlərin qarşılıqlı təsiri sayəsində daim qorunur. Biosenozun növ strukturu bir sıra faktorlardan asılı olaraq növlərin müxtəlifliyi və kəmiyyətcə nisbəti ilə xarakterizə olunur. Əsas limitləşdirici faktorlar temperatur, rütubətlik və qida maddələrinin çatışmazlığı hesab olunur. Kasıb və zəngin növlü biosenozlar ayırırlar Mühitin müxtəlifliyi həm abiotik faktorlarla, həm də canlı orqanizmlərin özləri ilə yaradılır. Hər növ onunla trofik və topik cəhətdən əlaqəli digər növlərə biosenozda möhkəmlənmək üçün şərait yaradır. Başqa sözlə desək, biosenozda ekoloji sığınacaq çox olduqca, onun növ tərkibi zəngin olar. Öz növbəsində qruplaşmanın növ müxtəlifliyi artdıqca ekoloji sığınacaq da çoxalır. Bir biosenozun tərkibində eyni ölçülü qrupa aid olan növlər sayına görə kəskin seçilir. Onlardan birinə seyrək rast gəlinir, digəri isə olduqca çox olduğu üçün biosenozun xarici görkəmini təyin edir. Məsələn, yovşan yarımsəhrasında yovşan, çətiryarpaqlı fıstıq meşəsində çətiryarpaq ot növü. Sayına görə üstünlük təşkil edən dominant növ, yaxud sadəcə olaraq həmin qruplaşmanın (biosenozun) dominantı adlanır. Onların arasında elə növlər vardır ki, onlar öz həyat fəaliyyəti ilə biosenoz üçün yüksək dərəcədə mühit yaradır və onlarsız digər növlərin mövcudluğu mümkün deyildir. Bu növlər qruplaşmanın bütövlüklə mikromühitini (mikroiqlimini) müəyyənləşdirir, ona görə onların aradan götürülməsi biosenozun tam parçalanması (məhv olması) təhlükəsini yaradır. Bu növlər edifikatorlar (latınca-qurucu) adlanır. Biosenozun ərazi (məkan) strukturu- Biosenozda növlər müəyyən ərazi strukturu yaradır, bu əsasən onun bitki hissəsində – fitosenozda bitkinin yerüstü və yeraltı hissələrinin yayılması ilə müəyyən olunur. Müxtəlif boya malik olan bitkilər bir yerdə olduqda fitosenoz çox vaxt aydın yarusluq (mərtəbəlik) quruluşunu alır: assimlyasiya edən bitkinin yerüstü orqanları və yeraltı hissələri bir neçə qatda yerləşərək mühitdən müxtəlif cür istifadə edir və onu dəyişdirir. Biosenozda orqanizmlərin əlaqələri: Biosenozların yaranması və mövcudluğunun əsası orqanimzlərin eyni biotopda yerləşərək bir-birilə əlaqəsindən ibarətdir. Bu əlaqələr növlərin qruplaşmasında əsas yaşama şəraitini, qida əldə etməsini və yeni ərazilər zəbt etməsini müəyyənləşdirir. V.N.Beklemişevin təsnifatına əsasən növün biosenozda müəyyən ekoloji sığınacaq tapması əhəmiyyətinə görə bilavasitə və dolayı vasitəli əlaqələr dörd tipə bölünür: trofik, topik, forik və fabrikasiya əlaqələri. Trofik əlaqələr. Bir növün digər növun fərdinin hesabına (ya diri halda, ya ölü qalıqları, yaxud da həyat fəaliyyəti məhsulu ilə) qidalanması zamanı baş verir. İynəcənin digər həşəratı uçan halda tutması, peyin qurdu böcəyinin iri dırnaqlıların peyini ilə qidalanması, arının bitkinin nektarını toplaması onlara qida olan növlə bilavasitə trofik əlaqəyə girməsi deməkdir. Topik əlaqələr – bir növün həyat fəaliyyəti nəticəsində digər növün yaşayış şəraitinin istənilən fiziki və ya kimyəvi dəyişməsi ilə xarakterizə olunur. Bu əlaqələr olduqca müxtəlifdir. Onlar bir növün digər növ üçün mühit yaratması (məsələn, daxili parazitizmi və ya yuva kommensalizmi), substratın formalaşdırması ilə əlaqədar digər növün nümayəndələri ya bura köçür, yaxud da əksinə suyun, havanın hərəkətinin təsiri, temperaturun, ətraf sahənin işıqlanmasının dəyişməsi, ayrılma (ifrazat) məhsulları ilə mühitin doyması və s. səbəbdən köçməkdən çəkinir (imtina edir). Forik əlaqələr. Bir növün digər növün yayılmasında iştirakı deməkdir. Nəqletmə (daşıma) rolunda heyvanlar çıxış edir. Heyvanların bitki toxumlarını, sporlarını, tozcuqları bir yerdən başqa yerə aparması zooxoriy, digər daha xırda heyvanları daşıması foreziya adlanır. Fabrikasiya əlaqələri. Biosenotik əlaqənin belə tipində növ iştirak edərək öz tikintisində (fabrikasiya) ayrılma məhsulları, yaxud ölü qalıqlar, yaxud da hətta digər növün canlı fərdlərindən istifadə edir. Məs., quşlar yuvasını qurmaq üçün ağacların budaqlarından, məməlilərin tükündən, ot, yarpaq, başqa quş növünün tükü və lələyindən istifadə edirlər. Canlılar arasında olduqca müxtəlif qarşılıqlı əlaqələr mövcuddur. Onlar aşağıdakılardan ibarətdir: · Yırtıcı - şikar, parazit – sahib əlaqələri qida əlaqəsidir və partnyolardan biri üçün müsbət, digəri üçün mənfi nəticə verir. Digər heyvanlarla qidalanan heyvan yırtıcı adlanır, onlar üçün xüsusi ovlama davranışı səciyyəvidir. · Parazitlik – növlər arasında qida əlaqə forması olub, partnör orqanizm canlı sahibinin bədənində həm qidalanır həm məskunlaşır. Parazitlər öz sahibindən xeyli kiçik olur. · Mutualizm – simbioz - Təbiətdə növlərin qeniş yayılan qarşılıqlı faydalı əlaqəsi mutualizm adlanır.Qarşılıqlı faydalı birgə yaşayışın inkişaf dərəcəsi olduqca müxtəlif ola bilər. Simbiotik əlaqəni klassik misalı kimi şibyəni göstərmək olar. · Neytralizm – biotik əlaqələrin bir formasıdır iki növ bir ərazidə məskunlaşaraq bir birinə nə müsbət nə də mənfi təsir olmur. · Amensalizm – bu biotik əlaqə formasında iki qarşılıqlda təsir göstərən növlərdən birinə birgə yaşamaq mənfi nəticə göstərir, digəri isə ondan nə fayda alır nə də zərər çəkir. Belə qarşılıqlı əlaqə təsirinə əsasən bitkilərdə rast gəlinir. · Rəqabət – oxşar ekoloji tələbatı olan növlər arasında baş verən qarşılıqlı əlaqə rəqabət adlanır. Y. Oduma görə rəqabət eyni məqsədə can atan iki orqanizmilərin mənfi qarşılıqlı təsiridir Bəzi tədqiqatçılar (Y.Odum 1975) ekosistemə və biogeosenoza eyni kateqoriya kimi baxır. Digərlərinə (məs. V.N. Sukaçev 1942) görə onlar arasında oxşarlıq vardır, lakin identik (eyni) deyildir. Biogeosenoz — Yerin müəyyən hissəsində biosenozu təşkil edən bitkilərin, heyvanların, mikroorqanizmlərin, biotopun maddələr və enerji mübadiləsinin cəmi. Biotop öz biosenozu ilə birlikdə biogeosenozu təşkil edir.-Biosenozlar-canlı orqanizmlərin qrupları Biotoplar-calıların yaşayış mühiti. Bunların birgə yaşayışından biogeosenoz yaranır. Bütün biogeosenozlarekosistemdir. Bütün ekosistemlər-biogeosenoz deyil.Çünki ekosistemlər biogeosenozlardan fərqli olaraq müəyyən ölçüyə və ya sərhəddə malik deyil. Biogeosenozların xüsusiyyətləri · Biogesnozlar (V,N.Sukaçevə görə)müəyyən sərhəddə malikdir,özünəməxsus bitki örtüyü (fitosenoz)ilə səciyyələnir.Məsələn Bataqlıq biogeosenozunda bataqlıq bitkiləri,çəmən biogeosenozunda çəmən bitkiləri olur. · Biogeosenozlarda fasiləsiz maddələr dövaranı (canlı təbiətdən cansıza və əksinə) gedir.Bu prosesdə əsas enerji mənbəyi günəşdir. · Bütün biogeosenozlarda bir növ digəri ilə qidalanır.Nəticədə növlər bir birindən asılı olur və qida zənciri əmələ gətirir. · Biogeosenozlar özünütörətmə və özünütənzimləmə qabliyyətinə malikdir. · Biogeosenozların heçbiri daimi deyil,Səbəbsə ilk növbədə xarici mühitin,iqlimin, həyat şəraitinin-biotopların dəyişilməsidir.Biotopun dəyişməsinə səbəb isə papulyasiyanın uzun müddət bir yerdə yaşamasıdır.Nəticədə bu sahə bir növ üçün yaralı digəri üşün yararsız olur.Bir biogeosenozun ardıcıl olaraq dönməz proses nəticəsində digər biogeosenozla əvəz olunmasına suksessiya(lat-suksessiya nəslə ötürülmə)deyilir. Beləliklə ekosistem və biogeosenoz kateqoriyaları bitki qruplaşması səviyyəsində bir-birinə uyğun gəlir, ondan yuxarı və aşağı səviyyələrdə isə onlar prinsipcə ayrılırlar.

                                                                                

Ekoloji sistem,onun forması,quruluşu və mühafizəsi

                                                           

Plan:

 

1. Ekoloji sistemin forması

2. Ekoloji sistemi mühafizə tədbirləri

3. Aqrosenozlar

 

«Ekosistem» terminini elmə ilk dəfə 1935-ci ildə ingilis botaniki Artur Corc Tensli istifadə etmişdir.Biosferdə maddələr mübadiləsi gedən üzvi və qeyri üzvi komponentlərin istənilən məcmusu ekosistem adlanır.Tenslinin fikrincə ekosistem yer səthində əsas təbiət vahididir. O, ekosistemə biotop və biosenozun tam vahidi kimi baxır. «Ekosistem» anlayışı «biotop» anlayışından ayrılmaz surətdə bağlıdır.Biotop şəraiti yekcins olan müxtəlif ölçülü və ya həcmli coğrafi rayondur.Biotop və ya ekotop eyni relyef, iqlim, torpaq və digər abiotik amillərə malik olan su hövzəsində və ya quruda müəyyən biosenozun məskən saldığı sahədir. Aşağıdakı biotoplar ayrılır: polipedop, yəni torpaq sudibi məskəni; klimatop, yəni fitosenozun yerüstü hissəsi məskəni və hidrotop – su dibinin üst hissəsi məskəni. Bunlardan asılı olmayaraq müxtəlif mikropopulyasiyalar məskən salan mikrotoplar da ayırırlar. Biotop bəzən üzvi təbiətli (parazitlərdə) ola bilər. Ekosistemin enerjisi: Yer üzərində həyat günəş enerjisi hesabına mövcuddur. İşıq yer üzərində yeganə qida resursu olub, enerjisi karbon qazı və su ilə birləşərək fotosintez prosesini yaradır. Fotosintezdən bitkilər üzvi maddələr yaradır, onunla otyeyən və ətyeyən heyvanlar və s. qidalanır, nəticədə bitkilər canlı aləmi «qidalandırır», yəni günəş enerjisi bitki vasitəsilə sanki bütün orqanizmlərə çatdırılır. Enerji orqanizmdən orqanizmə ötürülərək qida və ya trofik zənciri yaradır.Heterotroflar enerjini qida ilə birlikdə alır.Bütün canlı orqanizmlər digərinin qida obyekti sayılır, yəni bir-birləri ilə energetik əlaqədədirlər.Hər bir qruplaşmada qida əlaqələri bir orqanizmdən digərinə enerji ötürücüsü mexanizmidir. Beləliklə, biosenozların trofik zənciri olduqca mürəkkəbdir, onlara daxil olan enerji bir orqanizmdən digərinə uzun müddət miqrasiya edə bilər: avtotroflardan, produsentlərdən heterotroflara, konsumentlərə və beləliklə, bir trofik səviyyədən digərinə dörd-altı dəfə ötürülərək trofik zənciri təşkil edir. Qida zəncirində hər bir həlqənin yeri trofik səviyyə adlanır.Birinci trofik səviyyə – produsentlər – üzvi kütlənin yaradıcıları, qalanları isə konsumentlərdir. İkinci trofik səviyyə bitkiyeyən konsumentlər; üçüncü trofik səviyyə – bitkiyeyən formalarla qidalanan ətyeyən konsumentlər; dördüncü trofik səviyyə digər ətyeyənlərlə qidalanan konsumentlər və s. Beləliklə, konsumentləri də səviyyəyə görə ayırmaq olar: birinci, ikinci, üçüncü və s. konsumentlər sırasına (ardıcıllığa) bölmək olar. Təbiidir ki, burada qida ixtisaslaşması əsas rol oynayır. Geniş qida spektrinə aid olan növlər (konsumentlər) müxtəlif trofik səviyyələrdə qida zəncirinə daxil ola bilər. İnsanın rasionuna həm bitki qidaları, həm də otyeyən və ətyeyən heyvanların əti daxil olduğu üçün müxtəlif qida zəncirlərində birinci, ikinci və üçüncü konsumentlər sırasında iştirak edir.Konsumentlərin enerji balansı aşağıdakı kimi formalaşır.Qəbul olunmuş qida adətən tam mənimsənilmir.Mənimsənilməyən hissə yenidən xarici mühitə qayıdır (ifrazat, nəcis halında) və sonradan digər qida zəncirinə cəlb olunur.Mənimsənilmə faizi qidanın tərkibindən və orqanizmin qida həzmedən fermentlərinin yığımından asılıdır.Bitkiyeyən heyvanlarda mənimsənilən qida 12...20%, ətyeyənlərdə isə 75%-ə qədər təşkil edir.Enerji sərfi hər şeydən əvvəl metabolistik prosesləri saxlamaqla əlaqədardır, buna tənəffüs sərfi deyilir, o, orqanizmin ayırdığı CO2-nin ümumi miqdarı ilə qiymətləndirilir. Enerjinin xeyli az hissəsi toxumaların əmələ gəlməsinə, bir qədəri qida maddələrinin ehtiyatına, yəni böyüməyə sərf olunur. Bununla yanaşı, enerjinin xeyli hissəsi orqanizmdə kimyəvi reaksiyalar zamanı istilik şəklində, xüsusilə aktiv əzələ işi vaxtı dağılır (səpələnir).Nəticədə metabolizmə istifadə olunan enerjinin hamısı istilik enerjisinə çevrilir və ətraf mühitdə yayılır.Beləliklə, enerjinin böyük hissəsi bir trofik səviyyədən digərinə keçərkən yüksək olur və itir.Orqanizmlərdən fotosintezedən başlanan zəncir yeyilmə (yemə) zənciri (və ya otlaq, yaxud istifadəçi zənciri), bitkilərin ölmüş (çürümüş) qalıqlarından, heyvan cəsədlərindən və peyinlərindən (ifrazat, nəcis) başlanan zəncir isə parçalanmanın detrit zənciri adlanır.Beləliklə, ekosistemə daxil olan enerji şüalarının axını iki hissəyə bölünərək iki trofik şəbəkə növünə yayılır, lakin enerji mənbəyi ümumi olub – günəş işığı sayılır. Ekosistemin bioloji məhsuldarlığı - İki məhsulvermə səviyyəsi ayrılır: birinci (ilkin) və ikinci məhsul. Vahid zaman ərzində bitkilər (produsentlər) tərəfindən yaradılan üzvi kütlə qruplaşmanın ilkin (birinci) məhsulu adlanır.Məhsul kəmiyyətcə bitkinin quru və ya yaş halında kütləsi, yaxud enerji vahidi olub ekvivalent coul ədədi ilə ifadə olunur.İlkin məhsul sanki iki səviyyəyə – ümumi və təmiz məhsula bölünür.Ümumi ilkin (birinci) məhsul vahid zaman ərzində fotosintezin müəyyən sürətində bitkilər tərəfindən yaranan üzvi maddələrin ümumi kütləsi hesab olunur (tənəffüs sərfi də bura daxildir).Bitkilərin özlərinin həyat fəaliyyətini saxlamaq üçün, yəni tənəffüsə sərf olunan məhsul kifayət qədər çox olur.Meşə bitkisi tənəffüsə ümumi məhsulun 40...70%-ni sərf edir.Plankton yosunları istifadə etdiyi ümumi enerjinin (yəni metabolizmə) yalnız 40%-ə qədərini sərf edir.Yaranan üzvi maddə kütləsinin qalanı, yəni ümumi məhsulun tənəffüsə sərf olunmayan hissəsi təmiz birinci (ilkin) məhsul adlanır, bu bitkinin artım ölçüsüdür və ondan konsument və redusentlər istifadə edir.Deməli, ilkin təmiz məhsul konsument və redusentlər üçün enerji ehtiyatıdır.Vahid zaman ərzində konsument kütləsinin artımı qruplaşmanın ikinci məhsulu adlanır.Lakin ikinci məhsul ümumi və təmiz məhsula bölünmür, belə ki, konsumentlər və redusentlər, yəni heterotroflar öz kütləsini birinci məhsulun hesabına artırır, yəni əvvəlcədən yaradılan məhsuldan istifadə edir.İkinci məhsul hər trofik səviyyə üçün ayrıca hesablanır, belə ki, o, özündən əvvəlki səviyyədən daxil olan enerjinin hesabına formalaşır.İnsan təbii sistemlərdən kifayət qədər çox məhsul götürür, buna baxmayaraq onun üçün əsas yem mənbəyi kənd təsərrüfatı hesab olunur. Aqrosistem yaradaraq insan daha çox təmiz bitki məhsulu götürməyə çalışır, lakin otyeyən heyvanları, quşları və s. yemləmək üçün bitki kütləsinin yarısı sərf edilməlidir, məhsulun çox hissəsi sənayeyə gedir və tullantılarda itirilir, yəni burada təmiz məhsulun 90%-i itir və yalnız 10%-i bilavasitə insan tərəfindən istifadə olunur. Aqrosenozlar – kənd təsərrüfatında istifadə olunan kənd təsərrüfatı məhsulları əldə etmək məqsədilə yaradılan xüsusi biosenozlardır. Bu biosenozlar müntəzəm olaraq insan tərəfindən saxlanmış bioloji qruplaşmalar olub, ekoloji baxımdan az davamlı, lakin yüksək məhsuldarlığa malik bir və ya bir neçə seçilmiş bitki və ya heyvan növləridir (çeşidlər, cinslər). İnsan kənd təsərrüfatı fəaliyyətində torpaq, su, bitki heyvan və energetik resurslardan istifadə etməklə özünü ilk növbədə qida ilə təmin edərək başqa fəaliyyətləri ilə müqayisədə təbiətə daha çox təsir göstərir.Yer əhalisinin kifayət miqdarda qida məhsulları ilə təmin olunması bir çox mürəkkəb və qarşılıqlı əlaqəli problem sayılır.Digər mühüm problem isə qidanın keyfiyyəti, onun tərkibində olan zülal, vitamin, mikroelementlər və s.-dir. Dünya kənd təsərrüfatı sisteminin idarə olunması da mühüm məsələdir.Bu elə aparılmalıdır ki, istehsal və ərzaq məhsullarının bölünməsinin ətraf mühitə zərərli təsiri minimuma endirilsin.Məlum olduğu kimi, torpaq kənd təsərrüfatı bitkilərindən məhsul almağın əsası kimi başlıca zəruri sərvət olub mövcudluğumuz ondan asılıdır. O, kənd təsərrüfatı istehsalının başlıca vasitəsi, qida məhsullarının əsas mənbəyidir. Quruda hazırda 80 min qida bitkisi növü mövcuddur, bəşəriyyət isə əsasən cəmi 30 kənd təsərrüfatı bitkisi ilə qidalanır.Buğda, düyü (çəltik), qarğıdalı, kartof əsas bitki sayılıb, daha yüksək məhsuldarlığı ilə seçiliKənd təsərrüfatının genişlənməsi yerüstü təbii ekosistemlərə böyük, çox vaxt isə faciəli təsir göstərir.Geniş ərazilərdə meşələrin məhv edilməsi, mülayim və tropik zonalarda torpaqdan səmərəli istifadə edilməməsi tarixən formalaşmış ekosistemlərin birdəfəlik dağılmasına səbəb olmuşdur.Təbii biosenozların, ekosistemlərin, landşaftların yerində aqrosferlər, aqroekosistemlər, aqrosenozlar, aqrar landşaftlar meydana gəlir. Ekosistemin mühafizəsi hazirda vacib qlobal problemlərdən biri kimi öz həllini gözləyir.Bu sahədə həyata keçirilən tədbirlər və görülən işlər texnologiyanın inkişaf səviyyəsindən, təbii ehtiyatlardan istifadə edilməsi və kompleks emalından, ölkədə bu sahəyə ayrılan vəsaitdən asılıdır.ekoloji problemlərin dunya miqyasında həlli üçün mütəmadi olaraq beynəlxalq səviyyədə konfranslar keçirilir.Lakin bu sahədə hələlik ciddi dəyişiklik azdır.İEOÖ-də bu problemlər daha kəskindir və digər ölkələr üçün də təhlükələr yaradır.Ekoloji problemlərin həll edilməsi üçün bir neçə yoldan istifadə edilir.Bu yollar 3 böyük qrupda birləşir: I qrupa müxtəlif təmizləyici qurğuların istehsalı,alternativ enerji mənbələrinə keçid,zibilin emalı və ləğv edilməsi,torpaqların rekultivasiyası və s.aiddir. II qrupa ekosistemi qoruyan, tamamilə yeni texnologiyanın işlənib hazirlanması və tətbiq edilməsi aiddir.Az tullantılı istehsal sahələrini inkişaf etdirmək, tullantıları yenidən emal etmək, dövriyyəli su təchizatı sisteminə keçmək də təbiəti qoruyur. III qrupa insanların yaşadığı təbii mühitin qorunması,onların sağlamlığının mühafizəsi üçün çirkli istehsal sahələrinin düzgün yerləşdirilməsi aiddir.

                                                                                             

 

Mühazirə 3.

1).Biosfer haqqinda təlim.

2).Biosferin tərkib hissələri (atmosfer,hidrosfer,litosfer).

3).Mühitin faktorları.

4). Populyasiya anlayışı, Populyasiyanın dinamikası

                 

Plan:

1. Biosfer haqqında təlim

2. Biosferə antropogen təsir

3. Biosferin təhlükəsizliyini təmin edən şərtlər

 

Biosfer haqqında təlimi böyük rus alimi, akademik Vladimir İvanoviç Vernadski (1863-1945) yaratmışdır.Onun fikrincə biosfer Yerin həyat yayılan xarici qabığıdır. Bura bütün canlı orqanizmlər və onların məskunlaşdığı mühit daxildir. V.İ. Vernadski təsdiq edirdi ki, Yerin canlı orqanizmləri biosferin ən güclü qüvvəsi olub onun funksiyasını maddi və enerji cəhətdən təyin edir. Onun fikrincə biosferin maddəsi mütəlif olub geoloji cəhətdən qarşılıqlı əlaqədə olan 7 hissədən (canlı maddə, biogen maddə, radioaktiv maddə, kosmik mənşəli maddə, seyrək yayılmış atomlar, atil (kosniy), biratil (biokos) ibarətdir. - Canlı maddələrə bitkilər, heyvanlar və mikroorqanizmlər daxildir. - Biogen maddələrə geoloji tarix boyu canlı orqanizmlər tərəfindən yaradılan üzvi və üzvi-mineral maddələr (daş kömür, torf, neft, əhəng, gil, mərmər və b.) daxildir. - Atil (kosnıy) maddələrə qeyri- üzvi mənşəli dağ süxurları və s. - Biokos maddələr canlı və cansız (atil) maddələrin sintezindən yaranır. V.İ. Vernadski yazır ki, bu maddələr biosferdə canlı orqanizmlərlə və atil proseslərlə eyni vaxtda yaranıb bir-birinin dinamik tarazlıq sistemini təşkil edir. Orqanizmlər biokos maddələrdə mühüm rol oynayır. Planetin biokos maddələrinə çöküntü süxurları, aşınma qabığı, bütün təbii sular, torpaq, sualtı torpaq (lil) və s. daxildir. Vernadski yazırdı ki, Yerin geoloji tarixində hər bir orqanizmin ayrılıqlı iştirakı cüzidir, lakin yerdə canlılar hədsiz dərəcədə çoxdur və onlar yüksək çoxalma potensialına malik olub yaşama mühiti ilə aktiv qarşılıqlı əlaqədədir, son nəticədə birgə (müştərək) xüsusi qlobal miqyasda inkişaf faktoru olub yerin üst qabığını dəyişdirir. - Canlı orqanizmlər hədsiz müxtəlifdir, hər yerdə geniş yayılmışdır, bir çox nəsillərdə təkrar yenidən təzələnir və təbiətin digər komponentləri ilə müqayisədə seçmə biokimyəvi fəaliyyətə və müstəsna yüksək kimyəvi aktivliyə malikdir. Planetdəki bütün orqanizmlərin məcmusunu Vernadski canlı maddə adlandırır. Bu canlı maddələr özünün tənəffüsü, qidalanması, metobolizmi, ölümü (məhv olması) və özünün parçalanması, daim öz maddəsindən istifadə etməsi, başlıcası isə yüz milyon illərlə fasiləsiz olaraq nəsillərini dəyişməsi, özünün doğulması, çoxalması, biosferdən başqa digər yerdə mövcud olmayan müdhiş planetar hadisələrdən birini törədir. Biosfer, Yerin canlı maddələrin təsiri yayıldığı mühiti əhatə edir. Biosferə ozon səthinə kimi atmosferin bir hissəsi (20-25 km), litosferin üst hissəsi, əsasən aşınma gedən qabığı (orta hesabla 2-3 km) və bütün hidrosfer (okeanın dibindən 1-2 km aşağı) daxildir. Biosferin ümumi qalınlığı 40 km-ə çata bilər. Biofer anlayışının mərkəzi həyatdır, həyatın yayıldığı mühitdir, canlı maddədir. Bu canlı maddəyə atmosferin qaz tərkibi, suların, torpağın tərkibi və s. daxildir. Təbiətdə maddələrin dövranı Təbiətdə əsas iki maddələr dövranı mövcuddur – böyük (geoloji) və kiçik (biogeokimyəvi) dövran. Təbiətdə maddələrin böyük (geoloji) dövranı. Bu dövran Günəş enerjisi ilə Yerin dərinlik enenjisinin qarşılıqlı təsirilə baş verir və biosferdə Yerin daha dərin qatlarında maddələrin paylanması ilə yerinə yetirilir. Maqmatik süxurların aşınması hesabına əmələ gələn çökmə süxurlar yer qabığının hərəkətdə olan zonasında (hərəkət zonasında) yenidən yüksək temperatur və təzyiq zonasına yüklənir (daxil olur). Onlar orada əriyərək maqmanı – maqmatik süxurların yeni mənbəyini əmələ gətirir. Bu süxurlar yerin səthinə çıxdıqda aşınma proseslərinin təsirilə onlar təzədən çöküntü süxurlara transformasiya olunur. Maddələr mübadiləsinin simvolu dairə deyil, spiraldır. Bu yeni mübadilə tsiklinin köhnə tsikli olduğu kimi təkrarlanmadığı, onun yenilik gətirdiyini göstərir və vaxtı gəldikdə böyük dəyişikliyə səbəb olur. Quru ilə okean arasında atmosfer vasitəsilə suyun dövranı da böyük dövran adlanır. Biosferdə maddələrin kiçik (biogeokimyəvi) dövranı Böyük dövrandan fərqli olaraq yalnız biosfer daxilində tamamlanır. Bu dövranın mahiyyəti fotosintez prosesində qeyri-üzvi maddədən canlı maddənin yaranması və parçalanma zamanı üzvi maddələrin yenidən qeyri üzvi birləşmələrə çevrilməsindən ibarətdir. Biogeokimyəvi dövran biosferin həyatı üçün əsas sayılır və o, həyatın yaradıcısıdır. Canlı maddə dəyişərək, yaranaraq (doğularaq) və ölərək (məhv olaraq) planetimizdə həyatı saxlayır, biogeokimyəvi maddələr dövranını təmin edir. Bir sıra ekosistemlərdə maddə və enerjinin ötürülməsi əsasən trofik zəncir vasitəsilə yerinə yetirilir. Belə dövran adətən bioloji dövran adlanır. Tsiklin mahiyyəti aşağıdakı kimidir: orqanizmlər tərəfindən udulan kimyəvi elementlər axırda onu tərk edərək abiotik mühitə gedir, sonra bir müddətdən sonra yenidən canlı orqanizmə düşür və s. Bioloji ehtiyatlar: İnsanların istifadə edə biləcəyi bitki və canlı aləmə bioloji ehtiyat adlanır.Bitki ehtiyatlarına oduncaq tədaruk etmək üçün meşələr,biçənək və otlaqlar,göbələk və yosunlar və eyni zamanda qida və dərman məqsədilə istifadə olunan ağac və kollar daxildir.Canlı orqanizmlərə isə xəz və ov üçün nəzərdə tutulan heyvanlar, elecə də balıq və quşlar daxildir.Bioloji ehtiyatlar tükənən, lakin bərpa olunan ehtiyatlardır.Onlar ən qədim zamanlardan insanların istifadəsindədir.əhalinin sayının artması adambaşına düşən bioloji ehtiyatların təmin olunmasında problemlərin yaranmasına gətirib çıxarır.Lakin bioehtiyatların miqdarını artırmaq və onları bərpa etmək mümükündür. Ölkələrin meşə ehtiyatları –onların meşə sahələrinə və oduncaq tədarükünə görə xarakterizə edilir.Meşə sahələri, habelə meşə bitkiləri ilə örtülü olmayan meşə və qeyri-meşə sahələri dövlətin meşə fondunu yaradır.Dünya meşələrinin ümumi sahəsi 4.1 mlrd. ha –dır,yəni yer səthinin təxminən 31%-ni meşə örtür.Dünyada adambaşına 0,6 ha meşə sahəsi düşür.Adambaşına düşən meşə ehtiyatı Qviana (144 ha), Surinam (36 ha), Qabon (36 ha), Konqo (20 ha), Braziliya və s. ölkələrdə daha böyükdür. Dünya meşələri 2 böyük qurşaq əmələ gətirir: şimla və cənub. Şimal meşə qurşağı mülayim,qismən də subtropik iqlim qurşağında yerləşir.Dünya meşə sahəsinin təxminən yarısı burada yerləşir.Bu qurşağın meşələrinin 67%-ni iynəyarpaqlı ağaclar təşkil edir.Növ tərkibinin azlığı, oduncağın gec bərpa olunması xarakterikdir. Cənub meşə qurşağı rütübətli ekvatorial, subekvatorial və tropik iqlim qurşaqlarını əhatə edir.Burada enliyarpaqlı ağac növləri üstünlük təşkil edir. Bütün canlıların ekoloji mühitinin əsasını təbiətdə, daha doğrusu biosferdə baş verən proseslər təşkil edir.Biosferin formalaşması və varlığı isə bütün kosmik aləmin , kainatın hərəkəti və dinamikliyi ilə əlaqədardır.təbiətlə cəmiyyətin qarşılıqlı əlaqəsinin inkişafında təbii şəraitlə yanaşı antropogen , yəni insanın fəaliyyəti ilə yaranmış sosial mühit də xüsusi əhəmiyyət kəsb edir.Hər iki proses həyatın ekoloji şəraitini formalaşdırır.Təbii şərait tədricən , sosial mühit isə sürətlə dəyişərək təbii prosesləri qabaqlayır, bəzən də ona qarşı durur.Təbiətin qanunları ilə hər zaman uzlaşdırılmayan insan fəaliyyəti təbiətə qarşı çevrilir.Dünyanın ən qədim şəhərlərinin maddi mədəniyyət abidələrinin yerində səhralıqların yaranması deyilənlərə əyani sübutdür. Təbiətin qanunlarını dərk etmək təbiətdə baş verə biləcək bir çok dəyişiklikləri qabaqcadan müəyyənləşdirmək üçün kompleks tədbirlər hazirlamağa ikman verir.Təbii sərvətlərdən səmərəl,planauyğun istifadə və mühafizə cəmiyyətin başlıca vəzifələrindən biridir.

 

Plan:

1. Atmosferin  qaz tərkibi

2. Atmosferi çirkləndirən mənbələr

3.Atmosferin mühafizəsi

 

Atmosfer - Yeri əhatə edən hava təbəqəsi.Onun qalınlığı 3000 km olub, Yer kürəsi ilə birlikdə fırlanır. Atmosfer eyni zamanda Yerin qaz təbəqəsidir və tərkibi müxtəlifdir. Atmosfer iki əsas qazdan, 78% azot, 21% oksigen ibarətdir (karbon cəmi 0.03%-dir). Azot yunanca "azos" sözündən olub, "cansız, həyata kömək etməyən" mənasında işlənməsinə baxmayaraq o, canlılar üçün mühüm qazlardan biri sayılır. Azotun dövranını müxtəlif canlı orqanizmlər yaradır. Oksigen atmosferdə daha fəal element olduğu üçün canlıların tənəffüsündə, yanmada və s. iştirak edir. Onun rəngi, iyi və dadı yoxdur. Arxey və Proterezoy eralarında bitki örtüyü seyrək olduğundan havada oksigen çox az olmuşdur. Karbon qazı yaşıl bitkilərdə üzvi maddələrin əmələ gəlməsində iştirak edir. Bu qaz atmosferə vulkanların püskürməsi, yanğınlar və canlıların tənəffüsü nəticəsində daxil olur. Sənaye müəssisələri çox olan ərazilərdə okean və meşədəki ərazilərə nisbətən karbon qazı daha çox olur. Atmosferin havasının ən çox dəyişən vacib hissəsi su buxarı və tozlardır. Su buxarı karbon qazı ilə müqayisədə daha çox isidici rol oynayır. Atmosferdəki toz hissəcikləri günəşdən gələn istini zəiflətsə də bulud, duman və yağıntıların əmələ gəlməsi üçün vacibdir. Toz hissəcikləri atmosferin aşağı qatlarında Yer mənşəli (yanma məhsulları, vulkan tozu, bitki toxumu, bitki tozcuğu və s.), üst qatda isə kosmik mənşəlidir. Quruluşu:Atmosfer 5 qatdan ibarətdir: 1. Troposfer — atmosferin alt qatı olub, orta qalınlığı 11 km 2. Stratosfer. 3. Mezosfer. 4. Termosfer. 5. Ekzosfer. Atmosferin çirklənməsi 2 yolla — təbii (vulkan püskürməsi, meşə yanğınları) və insanın təsərrüfat fəaliyyəti nəticəsində baş verir. Ozon qatının deşilməsi, "istixana effekti" (havada karbon qazının çoxalması hesabına temperaturun artması), turşulu yağışlar ( havada kükürd qazının çoxalması nəticəsində) atmosferin qlobal çirklənməsi nəticəsində yaranan problemlərdir. Bu problemləri aradan qaldırmaq üçün — sənaye müəssisələrində təmizləyici qurğularından istifadə etmək, tullantısız texnologiyaya keçmək, atmosferə karbon və s. zərərli qazların atılmasının qarşısını almaq lazımdır. Atmosferin çirklənməsi sənaye, nəqliyyat və başqa istehsal sahələrinin fəaliyyəti nəticəsində baş verir. Ətraf mühitin çirklənməsi — antropogen fəaliyyət prosesində atmosferə müxtəlif maddələr və birləşmələrin atılması nəticəsində onun xüsusiyyətlərinin zərərli istiqamətdə dəyişməsidir. Təbii mühitin çirklənməsinin əsas mənbəyi istehsal və cəmiyyətin həyat fəaliyyəti prosesində əmələ gələn külli miqdarda tullantıların atılmasıdır. Smoq (ingliscə smoke-tüstü, foq-duman) — havanın Yer səthinə yaxın hissəsinin tüstü və his qarışığı olan qatı duman ilə çirklənməsidir. İri şəhərlərdə və sənaye rayonlarında kimya, metallurgiya müəssisələrindən, avtomobillərdən daxil olur. Smoq sakit havada və ya az küləkli vəziyyətdə yaşayış məntəqələrində uzun müddət qala bilir. Smoq çox vaxt tüstü ilə duman qarışığından yaranır. Bu halda su buxarının kondesasiyası tüstünün havada asılı vəziyyətdə olan bərk hissəciklərin ətrafında gedir (Buna London tipli smoq deyilir). Bəzən günəş şüalarının təsiri ilə qaz tullantılarında kimyəvi reaksiya zamanı əmələ gələn qazlardan ibarət davamlı göy tüstü müşahidə olunur, duman olmur (buna Los-Anceles tipli smoq deyilir). Alçaq temperaturda istilik-qızdırma sisteminin su buxarı ilə məişət qaz tullantıları birləşərək buzdan smoq əmələ gətirir. Smoq insan orqanizminə mənfi təsir göstərir, nəfəs orqanlarında xroniki xəstəliklərin yaranmasına, gözlərin xəstələnməsinə, bir çox hallarda çox saylı insan ölümünə səbəb olur, bitkilərə ziyan vurur. Turşulu yağış atmosferin kükürd və azot turşuları ilə çirklənərək yağıntı (yağış, duman, qar) halında düşməsidir. Belə ki, turşulu yağışlar istilik-enerji komplekslərindən, avtomobil nəqliyyatından, həmçinin kimya və metallurgiya zavodları tərəfindən atmosferə kükürd və azot oksidlərinin atılması nəticəsində əmələ gəlir. Turş yağışların tərkibini müəyyənləşdirdikdə onun turşuluğunu (pH) təyin edən hidrogen kationunun miqdarına əsas diqqət yetirilir. Təmiz su üçün pH=7-dir, bu neytral reaksiyaya uyğun gəlir. pH 7-dən aşağı olan məhlul turş, yuxarı olduqda qələvi hesab edilir. Turşuluq-qələviliyin hüdudu 0-14 arasını əhatə edir. Həmçinin, turşuluğu pH 5,6-dan aşağı olan yağıntıların «Turş yağışlar» adlandırılması qəbul edilmişdir. Turş yağışların təxminən üçdə ikisi kükürd-2-oksid tərəfindən törədilir, qalan üçdə birinə isə azot oksidi səbəb olur. Bu oksidlər parnik effektinə səbəb olur və şəhər «smoqunun» (fotokimyəvi dumanın) tərkibinə daxil olur. Müxtəlif ölkələrin sənayesi tərəfindən hər il atmosferə 120 mln. tondan artıq kükürd 2 oksid atılır, bu, atmosferin nəmliyi ilə reaksiyaya girərək sulfat turşusuna çevrilir. Bu birləşmələr atmosferə düşərkən küləklər vasitəsilə mənbəyindən min kilometrlərlə uzaqlara aparılıb orada yağış, qar və duman şəklində Yerə düşə bilər. Belə yağışlar göl və çayları «ölü» su hövzələrinə çevirərək, praktiki olaraq oradakı bütün canlılara-balıqdan tutmuş bütün mikroorqanizmlərə, bitki örtüyünə, meşələrə ziyan yetirir. Turş yağışların əsas yayıldığı vilayətlər sənaye rayonları sayılır. Şimali Amerika, Yaponiya, Koreya, Çin, Rusiyanın sənaye şəhərlərində də bu yağışlara tez-tez rast gəlinir. İndiyə qədər məlum olan ən turş yağış Kanadada (pH=2,4) və ABŞ-ın Los Anceles şəhərində (pH=2,3) qeydə alınmışdır. Başqa sözlə desək, bu cür yağışlarda tündlüyünə görə turşuluq mətbəx sirkəsi, yaxud limon şirəsi turşuluğuna bərabər olur. Turş yağışlar qlobal iqlim istiləşməsi və ozon qatının nazilməsi kimi dünya miqyaslı problem yaratmasa da, onun çirkləndirici təsiri ölkənin hüdudlarından çox-çox kənarlara çıxır. Turş yağışlar və meşə Turş yağışlar meşə, bağ, parklara böyük ziyan yetirir. Turş mühitə malik olan meşə torpağı və bataqlıqlara düşən turş yağışlar turşuluq dərəcəsini bir qədər də yüksəldir və canlı aləmi pozur. Qeyd edək ki, iynəyarpaqlı ağac cinsləri turş yağışlara daha çox həssasdır. Bu səbəbdən dünyanın müxtəlif regionlarında 31 mln. ha meşə məhv olur. Belə ki, Almaniyanın ərazisində turşulu yağışların təsirindən küknar meşələrinin demək olar ki, üçdə biri zədələnmişdir. Kanadada 300 yaşlı balzam küknarı ağacları turşulu yağışların təsirindən məhv olmuşdur. Avropanın şimalında turşulu yağışların təsirindən meşələrin 50%-i ziyan çəkmişdir. Turş yağışların təsirindən torpaqda alüminiumun hərəkəti sürətlənir, bu isə bitkini qidalandıran xırda köklər üçün zəhərli sayılır və onların 50%-ə qədəri məhv olur, ağacların yarpaqları və iynələri quruyub tökülür, cavan tumurcuqlar şüşə kimi kövrək olub qırılır. Ağaclar xəstəlik və zərərvericilərin təsirinə qarşı davamsız olur. Turş yağışlar nəticəsində meşələr deqradasiyaya uğradıqda və ya quruduqda oradakı vəhşi heyvanlar da didərgin düşür və ya məhv olurlar. Meşə ekosistemi dağıldıqda eroziya prosesi baş verir, su hövzələri zibillənir, su ehtiyatı tükənir. Ən azı onu da gözləmək olar ki, məhv olmuş ağaclar asidofil növlərlə (yəni turşuluq sevən) əvəz oluna bilər. Belə növlərin tərkibi məhdud olub, əksəriyyəti–mamırlar, qıjılar və digər alçaqboylu bitkilərdən ibarətdir, belə sahələr iqtisadi baxımdan, hətta mal-qara otarılması üçün də az qiymətli hesab olunur. Ozon dəliyi Yer üzərində həyat minillərlə, atmosferdə olan mühafizə qatı sayəsində qərar tutmuşdur. Ozondan ibarət olan bu qat Yeri günəşin zərərli ultrabənövşəyi şüalanmasından mühafizə edir. Lakin antropogen və texnogen təsirlər altında 20 ildən artıq bir müddətdə ozon qatının aramsız nazikləşməsi qlobal miqyasda təhlükə mənbəyinə çevrilmişdir. Ozon tərkibində üç ədəd oksigen atomu olan qazdır. Ozon – yunan sözü olub, mənası ―kəskin iy‖ deməkdir. Ozon insan və digər canlıların yaşaması üçün müstəsna əhəmiyyətə malikdir, çünki o, atmosferin temperaturunun lay-lay olmasını müəyyən edir və eyni zamanda intensiv ultrabənövşəyi şüalanmadan qoruyur. Onun əsas kütləsi stratosferdə, yerdən 15-25 km məsafədə yerləşir. Ozon stabil qaz deyil və xüsusilə hidrogen, azot və xlora malik təbii komponentlərə qarşı çox həssasdır ki, bunlar da onun dağılmasına səbəb olur. Atmosferdə ozon qatının yeyilməsinin əsas səbəbkarı xlorftor karbohidrogenlər hesab olunur. Tədqiqatlar göstərir ki, hər payız vaxtı planetin cənub yarımkürəsində Antarktida üzərindəki ozon qatında ölçüləri Afrika qitəsinin sahəsinə bərabər ―deşik‖ əmələ gəlir. Ən geniş ―deşiklər‖ son illər müşahidə olunur. Nazikləşmə ən çox 15-30 km hündürlüklərdə baş verir ki, burada ozonun konsentrasiyası yüksək olur. Ultrabənövşəyi şüalanmadan mühafizə qatının nazikləşməsi bütün canlı orqanizmlər üçün məhvedici ola bilər. Vəziyyətin ciddiliyi onunla dərinləşir ki, ozon qatının bir faiz nazikləşməsi, bizə təsir edən ultrabənövşəyi şüalanmanın iki faiz artmasına səbəb olur. Ozon qatının yeyilərək nazikləşməsinin və nəhayət dağılmasının ən əsas səbəbkarı XFK – freonlardır. Ozon problemi – qlobal problemdir. O, kəskin istiləşmə, quraqlıq, biosferə təsir, iqlimin dəyişilməsi kimi təhlükəli təzahürlərin əmələ gəlməsi ilə müşayiət olunur. Bunun nəticəsidir ki, son əsrdə Yer kürəsində orta illik temperatur 0,3-0,60 S artmışdır. İstehsalın intensivləşdirilməsi, əsasən sənaye və nəqliyyatın inkişafı atmosferin çirklənməsinə səbəb olduğundan iri sənaye şəhərlərində atmosferin mühafizəsi üzrə bir sıra tədbirlər həyata keçirilir. Bu tədbirlər əsasən 3 qrupa bölünür: atmosferə buraxılan maddələrin (çirkləndiricilərin) ümumi miqdarının azaldılması və zərərsizləşdirilməsi tədbirləri; çirkləndiricilərin neytrallaşdırılması və zərərsizləşdirilməsi tədbirləri; çirkləndirici maddələrin təbii şəraitlə əlaqədar qanunauyğun yerləşdirilməsi vasitəsilə zərərli nəticələrin aradan qaldırılması tədbirləri.

                                                                   

Plan:

1. Hidrosferi çirkləndirən mənbələr

2. Hidrosferin mühafizəsi

 

Hidrosfer -Yerin su örtüyü olub planetin bütün su obyektlərinin (okeanlar, dənizlər, çaylar, göllər, bataqlıqlar, buzlaqlar, qar örtüyü, yeraltı sular) məcmusudur.Hidrosferin tərkibinə həmçinin atmosferdəki su, torpaq suyu və canlı orqanizmlərdə olan sular daxildir. Təbiətdə su 3 faza vəziyyətində mövcuddur: maye, bərk (buz, qar) və qaz (buxar). Qurunun suları.Bura çaylarda, göllərdə, bataqlıqlarda, buzlaqlarda, qar örtüyündə toplanan sular daxildir. Qurudakı suyun əsas kütləsi -Antarktida, Qrenlandiya, qütb adaları və dağlarda olan su- ümumi su ehtiyatının 1,86%-ni, şirin suyun isə 70,3%-ni təşkil edərək yüksək əks etdirmə qabiliyyəti ilə (albedo) Yer üzərində atmosferin qlobal istilik balansının formalaşmasına böyük təsir göstərir. Yeraltı sular- Bura Yer qabığının müxtəlif dərinliklərində yerləşən şirin, duzlu və geotermal (temperaturu 300 -dən yüksək) sular aiddir.Yeraltı şirin suların həcmi göl, çay, bataqlıq və s.-nin şirin sularından təxminən 100 dəfə artıqdır.yeraltı suların ümumi həcmi hidrosferin 1,68%-ni təşkil edir, onların təxminən yarısı şirin sulardır. Quru sularının çirklənməsi və insan sağlamlığı -Şirin (içməli) sular Yer üzərində olduqca qeyri-bərabər paylanmışdır.Belə ki, dünyanın 70% əhalisi yaşayan Avropa və Asiyada dünya çay sularının yalnız 39%-i cəmləşir.Təbii çay suları mürəkkəb maye olub adətən tərkibində çoxlu kimyəvi maddələr olur.Çay sularında həll olan maddələrin qatılığı 1 q/l-dən artıq olmur.Təbii çay suları adətən istifadəçilər üçün kifayət qədər yararlı keyfiyyətdə olub təmizlənməsi o qədər də təbəb olunmur.Lakin müasir texnologiya, kənd təsərrüfatı və tikintinin təsirilə çayların və göllərin suları sənaye və məişət tullantıları ilə çirklənməyə məruz qalır. Yalnız sənaye hər il çaylara 160 km3 təmizlənməmiş və ya kifayət dərəcədə təmizlənməmiş sular axıdır. Onlar 4 min km3 -dan çox, yəni ümumi çay axınlarının 10%-ə qədərini çirkləndirir.Sənaye cəhətdən inkişaf etmiş ölkələrdə bu rəqəm 30%-ə çatır. Nəticədə Avropanın, Şimali Amerikanın və digər kontinentlərin əksəriyyət çayları məcralarında əhalini yararlı su ilə təchiz edən şirin su deyil, şəhərlərin, sənaye müəssisələrinin, heyvandarlıq fermalarının və s. qarışdırdıqları sular axır, yəni çaylarda təmiz su əvəzinə tərkibində zərərli kimyəvi maddələr və bakteriyalar olan su axır. Vaxtilə dolu təmiz sulu çaylar və göllər hər yerdə dayazlaşır, bu sularda göy-yaşıl yosunlar inkişaf edir və su içmək üçün, həm də balıqlar və digər canlı orqanizmlər üçün yararsız hala düşür. Şirin sularda çirkləndiricilərin sayı 2500-ə çatır. Beynəlxalq Səhiyyə Təşkilatının məlumatına görə bütün xəstəliklərin 80%-i əhalinin çirkli su qəbul etməsinin nəticəsidir. Planetin 2,5 mlrd. sakininin dizenteriya, hepatit, diarey və digər xəstəliklərə tutulmsı məhz çirkli sulardan istifadə ilə bağlıdır. Xəstəliklərin baş verməsi və yayılması suyun çirklənməsi xarakterindən və dərəcəsindən asılıdır. İnkişaf etməkdə olan ölkələrdə içməli suyun tərkibindəki patogenlərin və çirkləndiricilərin təsiri nəticəsində hər il 25 mln. insan ölür. İshal (diareya) xəstəliyindən hər il 5 yaşa qədər olan 3 mln. uşaq ölür. 1990-cı ilə dünyada 1 milyarddan artıq adam təmiz içməli su ilə və 1,7 milyard adam kanalizasiya ilə təmin olunmayıb. Dünya okeanı. Dünya okeanının ümumi sahəsi qurunun sahəsindən 2,5 dəfə artıqdır. Qurunun əsas sahəsi Şimal yarımkürəsində, suyun əsas sahəsi isə Cənub yarımkürəsindədir.Okean və dənizlər Yerin ümumi sahəsinin 71%-ni tutur, qurudakı su obyektləri (buzlaqlar, göllər, su anbarları, bataqlıqlar və b.) birlikdə Yerin su ilə örtülmə dərəcəsini təşkil edir. Dünya okeanı hidrosferin həcminin 96,4%-i qədərdir. Dünya Okean və dənizlərin- çirklənməsində karbohidrogenlər, xam neft, neft məhsulları, həmçinin xlortərkibli karbohidrogenlər (məsələn, pestisidlər), toksiki metallar və radioaktiv maddələrdir.Okean və dənizlər ətraf mühitin qorunub saxlanmasında həlledici rol oynayır, Yerin iqliminə təsir göstərir və onun ekoloji sisteminin balansını təmin edir. Dünya okeanını kirləndirən mənbələr üç qrupa ayrılır : Dəniz – hərbi gəmilər, müxtəlif təyinatlı gəmilər və dəniz mühitində istismar edilən digər qurğular, boru kəmərləri, dəniz dibi və təkinin təbii resurslarının kəşfiyyatı və çıxarılması. Yerüstü– çaylar, göllər və digər su sistemləri, çirkləndirici maddələr -qrunt sularından, həmçinin müxtəlif sahil obyektlərindən axıdılan çirkab və qızdırılmış sulardan, basdırılmış radioaktiv tullantılardan və digər xüsusi zərərli maddələrdən daxil olması.Atmosfer - zərərli qazşəkilli tullantılar buraxan müxtəlif sənaye müəssisələri, nəqliyyat vasitələri və digər obyektlərdir.Sahil zonadan dənizə çirkab sularının axıdılması ciddi problem sayılır.Əsas çirkləndiricilər patogen mikroorqanizmlər, üzvi maddələr, biogen elementlərin birləşmələri, sintetik üzvi maddələr, ağır metallar, neft məhsulları, çayların çirkli asılı gətirmələri hesab olunur.Kirlənmənin əsas nəticələrindən yoluxucu xəstəliklər, sahil sularının evtrofikasiyası, oksigen çatışmazlığı, müxtəlif kimyəvi maddələrin insana və təbiətə toksiki təsirini göstərmək olar.Çay suları vasitəsilə okeana daxil olan patogen mikroorqanizmlər sahil zonası şəraitində asan adaptasiya olunaraq orada yaşayır.Bu mikroorqanizmlər dəniz məhsullarında toplanaraq insanların kütləvi xəstəliyə tutulmasına səbəb olur.Dənizləri, xüsusən sahilyanı zonanı çirkab təmizləyən qurğuların və gəmilərin təsərrüfat – məişət çirkabları da çirkləndirir.Gəmiçiliyin inkişafı ilə əlaqədar olaraq onların miqdarı da artır.Dünya okeanı fiziki çirklənməyə də (radioaktiv və istilik çirklənməsinə) məruz qalır.Radioaktiv məhsullar okeana nüvə silahlarının sınaqdan keçirildiyi, həcminin xüsusi kanteynerlərdə radioaktiv tullantıların atılması və onların zədələnməsi zamanı baş verərək suda olduqca geniş əraziləri əhatə edir.Okeanın istilik çirklənməsi də təhlükəlidir.Elektrik stansiyaları və digər mənbələrdən atılan isti sular sahilyanı ekosistemlərin ekoloji tarazlığını ciddi surətdə pozur.Okeanın ən zərərli kimyəvi çirkləndiriciləri neft və neft məhsulları hesab olunur. BMT-nin məlumatına görə hər il dəniz və okeanlara 6 … 10 milyon ton neft daxil olur. Sular ən çox tankerlər və sualtı qazma işləri zamanı neftin sızması nəticəsində çirklənir.Dünya okeanının antropogen çirklənməsinin təxminən yarısı gəmiçiliyin payına düşür.Dəniz və okeanların neftlə çirklənməsi balıqçılıq, turizm və digər fəaliyyət sahələrinə böyük iqtisadi ziyan yetirir.Yalnız 1 ton neft dənizin 12 km2 sahəsini örtür. Suyun səthində neft pərdəsi (təbəqəsi) bütün fizikikimyəvi prosesləri dəyişir: suyun səthinin temperaturu yüksəlir, qaz mübadiləsi pisləşir, balıqlar köçür və ya məhv olur. Suyun dibinə çökən neft uzun müddət bütün canlılara ziyan verir.Beynəlxalq Konvensiyalar dəniz mühitinin çirklənməsinin qarşısını almaqda müəyyən rol oynadı.1973-cü ildə Londonda dənizin çirklənməsinin qarşısını almaq üzrə Beynəlxalq Konfrans çağırıldı.Konfrans gəmilərin suyu çirkləndirməsinin qarşısını almaq üzrə Beynəlxalq Konvensiya qəbul etdi.1973-cü ilin konvensiyası dənizin yalnız neftlə deyil, həm də digər zərərli maye maddələrlə, həmçinin tullantılarla (çirkab suları, gəmilərin zibili və s.) çirklənməsinin qarşısını almaq üzrə tədbirlər nəzərdə tutur.Konvensiyaya əsasən hər bir gəminin sertifikatı – vəsiqəsi olmalıdır.Bu vəsiqədə gəmilərin gövdəsi, mexanizmləri və başqa təchizatının saz vəziyyətdə olması və dənizi çirkləndirmədiyi göstərilir.Sahil – təmizləyici qurğular gəmilərdən düşən işlənmiş suları çirkabdan yalnız təmizləmir, həm də min tonlarla nefti regenerasiya (bərpa) edir. Xəzər dənizinin ekoloji vəziyyəti :Xəzər dənizi Yer kürəsinin ən böyük gölu olub, geniş materik depressiyasında yerləşmiş qapalı su tutarıdır. Tanınmış su mikrobioloqu – ekoloq M.Ə.Salmanovun (1999) Azərbaycanın çaylarının və Xəzər dənizinin çirklənməsi və ekoloji durumu üzrə uzun illər boyu apardığı tədqiqatlara əsaslanaraq qeyd edir ki, planetimizdə Xəzər dənizi qədər amansız ekoloji depressiyaya məruz qalan başqa sututar tapmaq çətindir. Hələ 1940-50-60-cı illərdə Xəzər dənizində aparılan 10 minlərlə məxfi seysmik partlayışlar , Cənubi Xəzərin açıq hissəsində və başqa sahələrdə xüsusi hərbi poliqonlarda sınaqdan keçirilən raketlər Xəzər dənizinin altını üstünə çevirmiş, xoşbəxtlikdən o, bugünkü günə kimi «salamat» qalmışdır. Xəzər dənizinin ekoloji vəziyyətinin dəyişməsində dənizin səviyyəsinin tərəddüdü və çirklənməsi əsas rol oynayır.Qlobal miqyasda isə Xəzərin dəyişməsi dənizin və onun hövzəsinin çirklənməsinin artması nəticəsində baş vermişdir.Xəzərin çirklənməsində başlıca yeri neft və neft məhsulları, sonrakı yeri isə kimyəvi çirklənmə tutur.Hazırda Xəzərə tökülən çaylar (Volqa, Kür, Ural, Terek) dənizi üzvi maddələrlə, biogen elementlərlə də zənginləşdirir.Qiymətli balıq növlərinin kütləvi qırılması isə adi hadisəyə çevrilmişdir Hazırda demək olar ki, Xəzərin bütün akvatoriyası və ora axan bütün çaylar neftlə çirklənməyə məruz qalmışdır. 1950-60-cı illərdə neftlə çirklənmə yalnız dəniz neft yataqları akvatoriyası və neft emalı müəssisələrinin çirkab suları tökülən zonaya xas idisə, 1980-ci illərdə belə çirklənmə dənizin hər yerində yayılmışdır.Neft məhsulları ilə çirklənmənin səciyyəvi əlamətləri mənbəyinin çoxluğu, ətraf mühitin demək olar ki, bütün komponentlərini çirkləndirməsi, böyük akvatoriyada səpələnməsi, dib çöküntülərində toplanması və s.- dir. Neftin həll olan və ağır komponentləri – fraksiyaları su kütləsində digər toksikantları, o cümlədən toksik metalları adsorbsiya edir, onların miqrasiyasına səbəb olur. Onlar suyun keyfiyyətini pisləşdirir, oksigen rejiminə mənfi təsir göstərir, suyun üst qatlarının atmosferlə balanslaşdırılmış əlaqəsini pozur və s. yayılmışdır.

 

Plan:    

1. Torpağı çirkləndirən mənbələr

2. Torpağın mühafizəsi

 

Torpaq- yerin bitki bitən qatıdır.Torpağın bütün digər deqradasiya növlərinə nisbətən ən zərərlisi torpaq eroziyasıdır. O, həqiqi mənada torpağı fəaliyyətsiz edir: torpağı münbitliyi olan üst humus horizontundan məhrum edir. Eroziya prosesinin əmələ gəlməsinin və inkişafının əsas səbəbi kənd təsərrüfatı hesab olunur.İnsanın təsərrüfat fəaliyyəti ilə əlaqədar olaraq yamacların kənd təsərrüfatı bitkiləri altında istifadə olunması, otlaq və örüşlərin intensiv otarılması, meşələrin məhv edilməsi, torpağın yamac boyu şumlanması eroziya prosesinin güclənməsinə səbəb olur.Eroziya prosesi dedikdə torpağın üst münbit qatının yağış və qar suları vasitəsilə yuyulub aparılması, həmçinin külək tərəfindən sovrulub dağılması başa düşülür.Deməli, torpaq eroziyasının əsas iki tipi ayrılır – su və külək eroziyası.Su eroziyası da öz növbəsində səthi və xətti (yarğan) eroziyasına bölünür.Yamaclarda səthi eroziya prosesinin inkişafı nəticəsində torpağın münbitliyi aşağı düşür, kənd təsərrüfatı bitkilərinin məhsuldarlığı azalır.Məhsulun keyfiyyəti aşağı düşür. Eroziya prosesi zamanı bəzən torpağın şum qatı tamamilə yuyulub aparılır. Torpaq eroziyası zamanı torpaqda azot, fosfor və kaliumun mənimsənilən formaları, bir çox mikroelementlər (yod, mis, sink, kobalt, marqans, nikel, molibden) də azalır.Eroziya zamanı yağmurların çox hissəsi yamaclardan axıb getdiyindən, həm də eroziyaya uğramış torpaqların fiziki xassələri pisləşdiyindən, torpaq səthindən buxarlanmaya və transpirasiyaya çox su sərf olunur.Eroziya prosesi intensiv getdikdə şırımlar, yarğanlar əmələ gələrək kənd təsərrüfatı sahələrini əlverişsiz hala salır, torpağa qulluq işləri çətinləşir.Meşələrin yox edilməsi və əkin sahələrinin artırılması ilə əlaqədar eroziyanın intensivliyi də artmaqda davam edir.Eroziya prosesinin ən çox inkişafı kifayət qədər yağmurlar düşən mülayim qurşaqda müşahidə olunur.Burada əkinçilik dövrünün başlanğıcına nisbətən torpaq eroziyası 33 dəfə artmışdır.Eroziya prosesi nəticəsində bəşəriyyət min illərlə yaranan neçə santimetrlərlə münbit torpaq qatını qısa bir müddət ərzində itirir.Azərbaycanda eroziya prosesinin əmələ gəlməsinə və inkiaşfına təbii-tarixi amillərdən – relyef, iqlim, ərazinin geoloji-geomorfoloji quruluşu, torpaqəmələgətirən süxurların kimyəvi tərkibi, torpaq-bitki örtüyü də ciddi təsir göstərir.Eroziya prosesinin əmələ gəlməsi yağıntılarla sıx əlaqədardır.Belə ki, torpağı dağıdıb özü ilə aparan suyun miqdarı düşən yağıntıların miqdarı və formasından asılıdır. Respublikanın dağlıq hissəsində müşahidə edilən leysan yağışlarının intensivliyi, ümumiyyətlə, çox (dəqiqədə 10 mm-dən artıq) olur və bunun da nəticəsində sel hadisələri baş verir. Azərbaycanda şiddətli leysanlar Lənkəran zonasında və Böyük Qafqazın cənub yamacında müşahidə edilir. Azərbaycanın elmi-tədqiqat institutları və layihə təşkilatlarının məlumatlarına əsasən respublika ərazisinin 36,4%-i müxtəlif dərəcədə eroziya prosesinə məruz qalıb. Dağlıq şəraitində yamaclarda əsasən su eroziyası daha geniş yayılıb.Burada eroziya prosesinin güclü getməsinin əsas səbəbləri dik yamaclarda meşələrin qırılması və eroziyaya qarşı aqrotexniki tədbirləri həyata keçirmədən yamacların şumlanması, dağ-çəmən zonasında isə çim qatının dağıdılmasıdır.Belə sahələrdə yağmur suları torpağa hopa bilmədiyindən səthi su axımı əmələ gətirir və torpağı yuyub aparır, bir çox hallarda isə qobu və yarğanların əmələ gəlməsinə səbəb olur.Böyük Qafqaz dağlarının şərq qurtaracağında axan çayların hövzələrində meşələrin yaxşı mühafizə olunmaması ilə əlaqədar olaraq eroziya prosesi daha intensiv gedir. Məsələn, Şamaxı rayonunda Qozluçay hövzəsində dağlar alçaq olub alp və subalp çəmənləri olmadığından hər il qoyun fermaları və qaramal meşə zonasında yerləşdirilir. Mal-qara burada otla birlikdə meşəaltı kolları və meşənin gələcək nəsli sayılan cavan ağacları və cücərtiləri tələf edir.Bununla da meşənin şərq sərhədində onun son qalıqları get-gedə sıradan çıxır.Bunun nəticəsində torpaq qatı dağılır, yarğanlar əmələ gəlir, çox yerdə sürüşmələr baş verir.Katex, Mazım və Balakən çaylarının hövzələrinin çox hissəsi Zaqatala dövlət qoruğunda yerləşdiyi üçün orada meşələr və subalp, alp çəmənləri yaxşı mühafizə olunur. Buna görə də bu ərazidə eroziya prosesi zəif gedir, sel hadisələri az olur. Bu çayların su rejimi normal olur, suları isə həmişə şəffaf axır.Respublikamızın torpaq örtüyünə külək eroziyası da böyük ziyan vurur.Bu növ eroziya prosesi əsasən Abşeron yarımadasında, Qobustanda, Xaçmaz-Dəvəçi, Giləzi-Qaradağ-Ələt dəniz sahillərində, Ceyrançöl, Muğan və Mil çöllərində geniş yayılıb. Bu ərazilərdə külək eroziyası təsərrüfat sahələrinə hər il külli miqdarda zərər yetirir. Nəticədə torpaq qatı qida maddələrindən məhrum olub münbitliyini itirir, məhsuldarlığı dəfələrlə aşağı düşür və ya tamamilə istifadədən çıxır. İri müəssisələr ətrafında da torpaqlar çox çirklənir..Son illər plastik qablardan çox istifadə olunması da torpaqların çirklənməsinə səbəb olur.Plastik tullantılar heç vaxt çürümür və daim torpaqda qalır.Torpağın əsas xüsusiyyəti onun münbitliyi olub, bitkiləri su, qida maddələri və hava ilə təmin edir.Torpaqları qorumaq və onun münbitliyini yüksəltmək hər bir vətəndaşın, xüsusilə kənd təsərrüfatı işçilərinin vəzifəsidir.Torpaq mürəkkəb orqanizm kimi daimi inkişaf edir və dəyişir.Bunda daimi yaranma və dağılma prosesi gedir. Hesablamalar göstərir ki, 2-3 sm qalınlığında torpağın əmələ gəlməsi üçün əlverişli şəraitdə 200-1000 il vaxt lazımdır. Lakin külək, su min illər ərzində əmələ gəlmiş torpağı 20-30 il ərzində məhv edir. Torpağın əsas muhafizə problemləri eroziya, şorlaşma, cirklənmə, bərkiməyə qarşı mubarizə ilə bağlıdır.Mexaniki tərkibcə yüngül olan torpaqları eroziyaya qarşı tədbirlər görülmədən becərmək olmaz.Eroziya nəticəsində kənd təsərrüfat bitkilərinin məhsuldarlığı 20-40% aşağı düşür.Eroziya bitkilərin qidalandığı sahəni məhv etməklə bitkilərə, heyvanlara mənfi təsir göstərərək yaranmış bioloji tarazlığı pozur.Yüksək aqrotexniki tədbirlərdən istifadə etməklə eroziyanın zərərli təsirini minimuma endirmək olar.Meşə qoruyucu zolaqlar salmaq, torpağı çevirmədən şumlamaq, selə qarşı qoruyucular qurmaq, heyvanların otarılmasını nizamlamaq eroziyaya qarşı mübarizə tədbirləridir. Yamacda ot əkinlərindən istifadə edilməsi də eroziyanın qarşısını nisbətən alır. Növbəli əkinlərdən və gübrələrdən istifadə etmək torpaqların qorunmasında mühüm rol oynayır.Növbəli əkinlərdə birillik və çoxillik otların əkilməsi torpağın yağış damlalarının təsirindən qoruyur və sel axınının qarşısını alır.Gübrələrin tətbiqi bitkilərin kök və yerüstü hissəsinin inkişafına təsir etməklə güclü bitki örtüyünün yaranmasına səbəb olur.Bu da torpağı su və külək eroziyasından qoruyur.Eroziyaya qarşı mübarizə kompleksində meşə meliorasiyası mühüm rol oynayır.Yamacların yuyulmasının qarşısını almaq və sel sularını saxlamaq üçün hidrotexniki qurğular tikilir.Eroziyaya qarşı mübarizə qısa müddətli kampaniya deyildir.Onu daima, ardıcıl və planauyğun aparmaq lazımdır.Eroziya prosesi, onun xarakteri və davam etməsi insanların həyat fəaliyyəti ilə əlaqədardır. . Torpağın şorlaşması da onun keyfiyyətinə pis təsir göstərir.Şorlaşma suvarmadan düzgün istifadə etmədikdə qrunt sularının səviyyəsinin qalxması nəticəsində baş verir.Bu zaman kapilyarlarla qrunt suları yuxarı qalxır və buxarlanaraq duzlar torpaqda qalır.Şorlaşmanın qarşısını almaq üçün düzgün suvarma normasına riayət edilməli, drenaj sistemi vasitəsilə torpaqlar yuyulmalı, qrunt suları drenajlarla kənar edilməli, suvarma sistemi təmiz saxlanılması, suvarma zamanı mütərəqqi üsullardan istifadə olunmalıdır.Şorlaşma məhsuldarlığı kəskin surətdə aşağı salır. Şorlaşma 0,5-0,7% təşkil etdikdə pambığın məhsuldarlığı 40-50% aşağı düşür. Torpağın meliorasiyasının əhəmiyyəti böyükdür.İnsanların sənaye sahəsində fəaliyyəti təbiətin mühafizəsinin tələbləri ilə əlaqələndirilmədikdə, ətraf mühitin, o cümlədən də torpaqların çirklənməsinə səbəb olur. Torpağın mühafizəsinin kompleks tədbirləri aşağıdakılardır: torpaqların hesaba alınması, onun səmərəli və düzgün istifadə edilməsi üzərində nəzarətin olması, mövcud meşə zolaqlarının salınması, torpağın çirklənmələrdən (tullantılar və zərərli kimyəvi maddələr) qorunması, heyvanların otarılmasının düzgün təşkil edilməsi, eroziyaya qarşı mübarizə tədbirlərinin təşkili, xüsusi maşınların tətbiqi, suvarmanın düzgün təşkili, qum hücumunun qarşısının alınması, suların tərkibinə nəzarət edilməsi, sanitariya-gigiyena mühafizə tədbirlərinin yerinə yetirilməsi, tikinti və yol işlərində, kimyəvi maddələrin tətbiqində mövcud tövsiyələrin gözlənilməsi, alaq otları ilə mübarizə və s. Gübrələrin, kimyəvi maddələrin işlədilməsi və saxlanılmasına da fikir verilməli, torpağın sanitariya-texniki mühafizə tədbirləri yerinə yetirilməlidir. Torpağı çirklənmədən qorumaq qanunu, təşkilatı və sanitariya-texniki tədbirlərin yerinə yetirilmə sistemi torpağın sanitariya mühafizəsi adlanır.Torpağı mühafizə etmək üçün vaxtaşırı onun çirklənmə vəziyyəti sanitariya-epidemioloji stansiyalar tərəfindən yoxlanılmalıdır.Bu zaman ərazidə torpağın fiziki, bioloji, kimyəvi göstəriciləri nəzərə alınmalıdır. Torpağın rekultivasiyası : Sənaye tərəfindən pozulmuş ərazilərdə nisbətən qısa bir vaxtda insan təlabatını təmin edən yeni məhsuldar və davamlı təbii ərazi kompleksləri yaratmaq üçün insanın aktiv və məqsədyönlü iş görməsi lazım gəlir. Sənayenin neqativ nəticələrini aradan qaldırmaq üçün hazırda sənaye inkişaf etmiş ölkələrdə torpağın rekultivasiyası kimi aktual problem irəli sürülür.Pozulmuş torpaqların, ərazilərin bərpası prosesi rekultivasiya adlanır. Ərazinin (torpağın) rekultivasiyasının məqsədi müxtəlif işlərin (mühəndis, dağ-texniki, meliorasiya, kənd təsərrüfatı, meşəçilik və b.) kompleksi kimi müəyyən vaxt ərzində yerinə yetirilərək sənaye tərəfindən pozulmuş torpaqların məhsuldarlığını bərpa etmək və onları müxtəlif istifadə növlərinə qaytarmaq, yəni onların yerində daha məhsuldar və səmərəli təşkil olunmuş mədəni-antropogen landşaftların elementlərini yaratmaq, son nəticədə texnogen landşaftları optimallaşdıraraq ətraf mühit şəraitini yaxşılaşdırmaqdan ibarətdir. Dünya ölkələrinin əksəriyyətində texnogen landşaftların sonrakı istifadə məqsədindən asılı olaraq aşağıdakı əsas rekultivasiya istiqamətləri məlumdur: 1) Kənd təsərrüfatı istiqaməti: pozulmuş ərazidə əkin (səpin), aparmaq, bağ salmaq, çəmən və otlaq kimi istifadə etmək; 2) Meşə təsərrüfatı istiqaməti: a) məqsədyönlü meşəliklər (torpaqqoruyucu, su tənzimləyici) salmaq; b) istismar əhəmiyyətli meşəlik salmaq. 3) Yaşıllaşdırma və səhiyyə-gigiyena istiqaməti:– istirahət zonası yaratmaq, park yaşıllığı salmaq və s. 4) Müxtəlif təyinatlı su hövzələri yaratmaq (sutənzimləyici hovuzlar, su anbarı, idman hovuzu, balıq və ov yetişdirmək üçün göl və s.). 5) Pozulmuş ərazidə yaşayış və digər tikililər yaratmaq. Yuxarıda göstərilən istiqamətlər bir-birilə sıxı əlaqədədir və pozulmuş landşaftların kompleks optimallaşdırılması prosesində eyni vaxtda həyata keçirilir. Səhralaşma: Səhralaşma dedikdə Yerin bioloji potensialının azalması və ya məhv edilməsi, antropogen fəaliyyət və iqlimin dəyişməsi nəticəsində yerüstü ekosistemlərin tükənməsi nəzərdə tutulur. BMT ekspertləri səhralaşma prosesini və onun yayılmasını ekoloji situasiyanın pisləşməsi kimi qiymətləndirir, qeyd edilir ki, bu proses nəticəsində yarımquraq ərazilərin məhsuldarlığı səhra səviyyəsinə kimi enir. Bununla əlaqədar təbii landşaftlar aridləşir, kənd təsərrüfatı üçün yararlığı azalır və ya çevrilir. Səhralaşmanın iki formasını ayırırlar: səhralaşmış sahələrin arealının genişlənməsi (dezertifikasiya) və olduğu yerdə səhralaşma prosesinin dərinləşməsi. Hazırda səhralaşmanın arealı çox sürətlə genişlənir: bir dəqiqə ərzində 20 ha münbit torpaq sahəsi səhraya çevrilir, il ərzində bu rəqəm 6 mln hektara çatır Amerika alimi Q.Dreqni üç faktorun (bitki örtüyünün tərkibinin dəyişməsi, torpağın eroziyası və şoranlaşması) indiqatorluğu əsasında 4 səhralaşma dərəcəsi ayırır. - Zəif səhralaşma – bitki örtüyünün və torpağın zəif pozulması. Məhsuldarlığın 10%-dən az aşağı düşməsilə ifadə olunur. - Orta dərəcədə səhralaşma - mal- qaranın otarılması üçün qeyri-əlverişli şərait yaranır, torpağın eroziyası inkişaf edir, məhsuldarlıq 10-50% aşağı düşür. - Yüksək dərəcə səhralaşma (güclü səhralaşma) – yem bitkiləri az qiymətli ot növləri və kollarla əvəz olunur, eroziya nəticəsində torpağın münbit qatı dağılır, məhsuldarlıq 50%-dən çox aşağı düşür. Səhralaşmanın bu mərhələsində pozulmuş ərazinin bərpası yavaş gedir, yüksək kapital qoyuluşu tələb olunur. - Çox yüksək dərəcə səhralaşma (çox güclü) – bərpa olunmaz proses olub torpağın bərpası mümkün deyil. Səhralaşmanın ən əsas səbəbi fasiləsiz olaraq meşə sahələrinin azalması nəticəsində kontinental su dövriyyəsi intensivliyinin aşağı düşməsi sayılır.Səhralaşma prosesinə hədsiz mal-qara otarılması da böyük təsir göstərir.Bu zaman əvvəlcə tədricən otlağın vəziyyəti pisləşir və məhsuldarlığı aşağı düşür.Torpaqdan düzgün istifadə edilmədikdə (nəzarətsiz) də arid iqlimli rayonlarda səhralaşma prosesi baş verir.Bu rayonlarda səhralaşma əsasən suvarma ilə əlaqədardır.Dünyada suvarılan torpaqların 30%-ə qədəri şoranlaşmaya və şorakətləşməyə məruz qalmışdır.Quraqlıq səhralaşma prosesində daha mühüm rol oynayır.Rio-de-Janeyroda (1992) keçirilən Beynəlxalq konfransda gündəliyə «21-ci əsrdə səhralaşmaya və quraqlığa qarşı mübarizə» məsələsi salınaraq bütün bəşəriyyətin mühüm məsələsi müəyyən edildi.Konfransın yekun sənədində qeyd edildi ki, səhralaşmaya qarşı əsas üsullardan biri suyu saxlamağa və torpağın keyfiyyətini yüksəltməyə qadir olan ağac və bitki örtüyü yaratmaqdan ibarət olmalıdır. Səhralaşmaya qarşı hökümət aşağıdakıları etməlidir: 1) Torpaqdan səmərəli istifadə haqqında milli plan qəbul etməli; 2) Quraqlığa davamlı tez böyüyən yerli və digər ağac cinslərindən istifadə edərək meşə əkini proqramının həyata keçirilməsini tezləşdirmək; 3) Oduncaqdan yanacaq kimi istifadə olunmasını məhdudlaşdırmaq; Problem üzrə monitorinq proqramını gücləndirmək.

                                                                                        

Plan:

1. Abiotik faktorların orqanizmə təsiri

2. Biotik faktorların orqanizmə təsiri

3. Edofik faktorların orqanizmə təsiri

4. Populyasiya anlayışı, Populyasiyanın dinamikası

 

Yaşayış mühiti canlı orqanizmləri əhatə edən təbiətin bir hissəsi olub onlarla bilavasitə qarşılıqlı əlaqədədir.Mühitin tərkib hisssələri və xassələri çox müxtəlif və dəyişkəndir.Hər bir canlı ,daim mürəkkəb və dəyişkən həyatına uyğunlaşır və onun dəyişkənliyinə uyğun olaraq həyat tərzini nizamlayır. Planetimizdə canlılar, onalara xas olan şərait ilə bir-birindən fərqlənən orqanizmlər 4 əsas yaşayış mühitini mənimsəmişlər.İlk dəfə həyat su mühitində baş vermiş və yayılmışdır.Sonralar canlı orqanizmlər yer səthi-hava mühitinə yiyələnərək torpaq əmələ gətirmiş və orada məskən salmışlar.Dördüncü spesifik həyat mühiti isə canlı orqanizmlərin özü olmuşdur.Onların hər biri özündə məskunlaşan parazit və simbiontlar üçün tam həyat mühiti hesab olunur. Orqanizmlərin mühitə uyğunlaşması adaptasiya adlanır. Adaptasiya qabiliyyəti həyatın əsas xassələrindən biridir, belə ki, həyatın mövcudluğunun mümkünlüyünü, orqanizmlərin çoxalıb artmasını təmin edir. Adaptasiya növlərin təkamülü gedişində baş verir və dəyişir. Mühitin orqanizmlərə təsir göstərən ayrı-ayrı xassələri və ya elementləri ekoloji faktorlar adlanır. Mühit faktorları olduqca müxtəlifdir. Onlar canlı qruplaşmalar üçün vacib və ya əksinə, zərərli ola bilər.Ekoloji faktorlar üç əsas qrupa bölünür: abiotik, biotik və antropogen. Abiotik faktorlar bütün qeyri-üzvi mühit faktorların məcmusunu təşkil edib, bitki və heyvanların həyatına və yayılmasına təsir göstərir. Onlar fiziki, kimyəvi və edafik faktorlara bölünür. Fiziki faktorların mənbəyi fiziki vəziyyət və ya hadisə (mexaniki, dalğalı və s.) sayılır. Məsələn, temperatur, əgər o, çox yüksəkdirsə, yanma (yanıq), çox aşağı olduqda isə donma (donuşluq) baş verir. Temperaturun təsirinə digər faktorlar da təsir göstərə bilər, məsələn, suda-axın, quruda isə külək, rütubətlilik və s. Kimyəvi faktorlar - mühitin kimyəvi tərkibi ilə əlaqədar təsir göstərir. Məsələn, suyun duzluluğu çox olarsa, su hövzəsində həyat olmaya bilər (Ölü dəniz), bununla belə saf suda dəniz orqanizmlərinin əksəriyyəti yaşaya bilmir. Quruda və suda heyvanların həyatı kifayət qədər oksigenin miqdarından asılıdır. Edafik və ya torpaq faktorları – torpaqda yaşayan orqanizmlərə təsir göstərən torpağın və dağ süxurlarının kimyəvi, fiziki və mexaniki xassələrinin məcmusudur. Torpağın kimyəvi komponentlərinin, temperaturunun, rütubətliliyinin, strukturunun, humusun miqdarının və s.-in, bitkinin böyümə və inkişafına təsiri böyükdür. Umumiyyətlə Edafik faktorlar bitkilərin böyümə və inkişafı şəraiti sayılır. Onlar kimyəvi və fiziki faktorlara bölünür. Kimyəvi faktorlara – torpağın reaksiyası, duz rejimi, udma qabiliyyəti, torpağın elementar kimyəvi tərkibi və udulmuş kationların tərkibi; fiziki faktorlara torpağın su və hava rejimləri, torpağın sıxlığı və qalınlığı, strukturu və s. aiddir;bundan başqa bioloji faktorlar da ayırırlar, bura torpaqda məskunlaşan bitki və heyvan orqanizmləri daxildir. Torpaq litosferin əksər süxurları kimi adi bərk cisim olmayıb bərk hissəcikləri hava və su ilə əhatələnən mürəkkəb üçfazalı sistemdir. Onun boşluqları qaz qarışıqları və su məhsulları ilə dolduğu üçün orada bir çox mikro və makroorqanizmlərin həyatı üçün əlverişli olan müxtəlif şərait yaranmışdır. Lakin orqanizmlərə yalnız abiotik faktorlar təsir göstərmir. Orqanizmlər qruplaşmalar əmələ gətirir. Burada onlar qida resursları, ərazi uğrunda mübarizə edir, yəni bir-birlərilə rəqabət mübarizəsinə girir. Bu zaman növdaxili, həm də xüsusilə növarası səviyyələrdə yırtıcılıq, parazitlik və digər mürrəkəb qarşılıqlı əlaqələr yaranır. Bu isə canlı aləmin faktorları və ya biotik faktorlar hesab olunur. Biotik faktorlar canlı orqanizmlərin bir-birinə təsir formasıdır. Hər bir orqanizm daim bilavasitə və dolayısı ilə digər canlının təsirinə məruz qalır, özünün və digər növlərin nümayəndələri ilə (bitki, heyvan, mikroorqanizm) əlaqəyə girir, onlardan asılı olur və onlara təsir göstərir. Orqanizmlərin qarşılıqlı əlaqələri biosenozların və populyasiyaların mövcudluğunun əsası hesab olunur. Y.P.Xrustalyev və Q.Q.Matişeva (1996) görə biotik faktorlar bir orqanizmlərin həyat fəaliyyətinin digər orqanizmlərin həyat fəaliyyətinə təsirlərinin məcmusu olmaqla bərabər, həm də cansız mühit məkanına təsiridir. Cansız mühitə təsir dedikdə, orqanizmlərin özlərinin müəyyən dərəcədə mövcud olduğu şəraitə təsir qabiliyyəti başa düşülür. Məsələn, meşədə bitki örtüyünün təsiri altında xüsusi mikroiqlim və ya mikromühit yaranır, bura açıq sahəyə nisbətən özünəməxsus temperatur- rütubətlilik rejiminə malikdir: qışda burada havanın temperaturu bir neçə dərəcə isti, yayda isə sərin və rütubətli olur. Ağacın koğuşunda, yuvalarda, mağaralarda da xüsusi mikromühit yaranır. Növarası əlaqələr olduqca müxtəlifdir. İki yanaşı yaşayan ayrı-ayrı növlər birbirinə heç bir təsir göstərməyə də bilər, yaxud bir-birinə əlverişli (müsbət) və ya əlverişsiz (mənfi) təsir göstərir. Mümkün kombinasiya tipləri qarşılıqlı əlaqələrin müxtəlif növlərini əks etdirir: - neytralizm – hər iki növ müstəqildir (sərbəstdir) və bir-birinə heç bir təsir göstərmir; - rəqabət – növlərdən hər biri digər növə əlverişsiz (mənfi, pis) təsir göstərir; - mutalizm – növlər bir-birindən ayrıldıqda yaşaya (mövcud ola) bilməz; - protokooperasiya (həmrəylik) – hər iki növ qruplaşma əmələ gətirir, qruplaşma onlar üçün faydalı olsa da, onlar ayrıldıqda da yaşaya (mövcud ola) bilər; - kommensalizm – növün biri kommensal olub, bir yerdə yaşadığı başqa növdən fayda alır, digər növ isə sahib olub, heç bir fayda götürmür (qarşılıqlı dözüm); - amensalizm – növün biri amensal olub digər növ onun böyümə və çoxalmasına təzyiq göstərir; - parazitlik – parazit növ öz sahibinin böyümə və çoxalmasını ləngidir və hətta onu məhv edə bilər; - yırtıcılıq – yırtıcı növ öz «qurbanına» (şikarına) hücum edir və onunla qidalanır. Növarası əlaqələr biotik qruplaşmaların (biosenozların) mövcudluğu əsasında yaranır. Antropogen faktorlar. İnsan cəmiyyətinin fəaliyyət forması olub, orqanizmlərin həyatına birbaşa təsir göstərir və ya dolayısı ilə yaşayış mühitinə bilavasitə təsir göstərir. Bəşəriyyətin tarixi gedişində ilk əvvəl ovçuluğun inkişafı, sonralar isə kənd təsərrüfatı, sənaye, nəqliyyat planetimizin təbiətini güclü dəyişmişdir. Ekologiyada və genetikada populyasiya müəyyən ərazidə yerləşən, bir-biri ilə və başqaları ilə qarşılıqlı əlaqə şəraitində uzun müddət sayını tənzim edə bilən hər hansı növün fərdlər qrupudur. Populyasiya növün quruluş vahidi, təkamül vahidi və yaşama forması sayılır. Başqa sözlə populyasiya bir növün müəyyən yaşama yeri olan və təbii qruplaşmanın (birliyin) hissəsi kimi fəaliyyət göstərən istənilən orqanizmlər qrupudur, yaxud populyasiya vəhdət halında fəaliyyət göstərən ekosistemin komponentidir. «Populyasiya» termini ekologiyaya demoqrafiyadan keçmişdir, mənası da xalq, əhali deməkdir. (lat. populus). Populyasiya qrup halında birləşmə olduğu üçün mühitə uyğunlaşma qabiliyyəti ayrı-ayrı fərdlərə nisbətən daha geniş olub bir sıra spesifik xassələrə malikdir. Bunlar aşağıdakılardan ibarətdir: 1) Populyasiyanın sayı – onun tutduğu ərazi vahidində yayılmış həmin növdən olan fərdlərin sayı ilə ifadə olunur. Say dinamikasının tipləri- Populyasiyanın sayının qanunauyğun dəyişməsi xarakteri bütövlükdə növün bioloji xüsusiyyətlərindən, fiziologiyasından və təbii ekosistemdəki yerindən asılıdır. Naumov üç fundamental dinamika tipini ayırır: Stabil tip – populyasiyanın kiçik amplitudu və sayının dəyişməsi dövrünün uzunluğu ilə səciyyələnir. Labil dinamika tipi – populyasiyanın sayının qanunauyğun, 5-11 il və çox dövrlərlə dəyişməsi və böyük amplituda ilə fərqlənir. Efemer tipli dinamika. Dərin depressiyalı, kəskin qeyri-sabit saylı olub, «kütləvi artma» partlayışı ilə seçilir və hərdən populyasiyanın sayı yüz dəfələrlə çoxalır. Minimum və maksimum arası artım pillələri olduqca tez (bəzən bir mövsüm ərzində); sayın azalması (enməsi) da olduqca tez baş verir, belə halda o, «populyasiyanın iflası» adlanır. 2) Populyasiyanın sıxlığı çox vacib göstərici olub onun məkan vahidinə düşən miqdarıdır. Populyasiyaları növ daxilində ərazi qruplaşması kimi ayırmaq və təsnifatını vermək üçün ekoloqlar müxtəlif prinsiplərə əsaslanır. N.P.Naumova (1967) görə növün ən böyük ərazi qruplaşması yarımnöv və ya coğrafi irqlər hesab olunur. Yarımnöv sistemi və onun tutduğu ərazinin böyüklüyü növün bioloji xüsusiyyətlərindən asılıdır. Yarımnövün arealları hərəkətedən formalarda olduqca böyük ola bilər. Aşağı dərəcə (ranq) populyasiyalar üçün müxtəlif adlar işlənir. Bunlardan ekoloji biotopik, yerli, lokal, elementar və b. populyasiyaları göstərmək olar. Belə populyasiyalar müvəqqəti və qeyri-stabil ola bilər. 3)Populyasiyanın strukturu sabit deyildir. Orqanizmlərin böyümə və inkişafı, yenisinin dağılması, müxtəlif səbəblərdən ölümü (məhv olma), ətraf mühitin dəyişməsi, düşmənlərinin sayının artma və ya azalması – bütün bunlar populyasiya daxilində müxtəlif nisbətlərin dəyişməsinə səbəb olur.4)Populyasiyaların dinamikası- Populyasiyanın sayının ümumi dəyişməsi, dinamikası dörd hadisənin hesabına yaranır: doğum, ölüm, köçmə, köçürülmə. Doğum :Populyasiyada vahid zaman ərzində orqanizmin yeni fərdlərinin həyata gəlməsi hadisəsi, yə’ni doğum əmələ gəlir. Yeni fərdlərin əmələ gəlməsi yumurtadan çıxma, toxumla cücərmə və bölünmə yolu ilə ola bilər. Ölüm – vahid zaman ərzində populyasiyada ölən fərdlərin sayını göstərir.Ölüm də populyasiyada bir çox səbəbdən fərdlərin genetik və fizioloji mükəmməlliyindən (yararlığından), əlverişsiz fiziki mühit şəraitinin və yırtıcı, parazit, xəstəliklərin təsirindən asılıdır.Yerləşmə (yerini dəyişmə), yerdəyişmə -Populyasiyadan fərdlərin köçməsi və ya onun yerinin gəlmələrlə (yadlarla) dolması növün mühüm bioloji xüsusiyyətlərindən biri – onun yerdəyişmə qabiliyyətinə əsaslanır.Bu prosesə populyasiyanın dispersiyası deyilir.Müxtəlif heyvan və həşəratların yerdəyişməsi həyat tsiklinin müəyyən dövründə baş verir.Bitkilər toxum və sporlar vasitəsilə yayılır (yer dəyişir).Yerdəyişən fərdlərin həmin növ olmayan yeni əraziyə daxil olaraq oranı zəbt etməsi və yeni populyasiyalar əmələ gətirməsi invaziya adlanır.

 

 

 

 

Mühazirə 4.

1). Ətraf mühitin çirklənməsi

2).Atmosferin qlobal çirklənməsinin nəticələri.İstixana effekti

          

 

1).Ətraf mühitin çirklənməsi

Plan:

1).Çirklənmə haqqinda qisa bilgi.

2).Çirklənmə obyektləri.

3).Çirkləndirmənin mənbələri

 

 

Dar anlamda çirklənmə - hər hansı mühitə gətirilən yeni və ona xass olmayan fiziki, kimyavi və bioloji ünsürlərin gətirilməsi ya da o ünsürlərinin miqdarının mühitdə artmasıdır.Çirklənmənin birbaşa obyektləri  bioloji toplumun yaşadığı  hava, su və toppaqdır. Çirklənmənin dolayı obektləri çirklənmə qurbanlarıdır. Bunlar bitkilər, heyvanlar, mikroorqanizmlərdir.Çirklənmənin mənşəyi çox çeşidli ola bilər. Onların arasında təkcə sənaye müəssisələri və istilik-enerji kompleksləri deyil, həmdə məişətin, heyvandarlığın, nəqliyyatın tullantıları, eləcə də ekosistemlərə insanın gətirdiyi gəmirici və ziyanvericilərə qarşı istifadə edilən maddələrdir. Ekoloji baxımdan çirklənmə təkcə hava, torpaq və suya onlara yad olan maddələrin tullantıların atılması demək deyil. Istənilən durumda çirklənmə bütün ekosistemə ziyan vurur. Bundan başqa, bir çeşid maddələrin həddən artıq çoxalası ekoloji faktorlarının dəyişməsi deməkdir, çünki ziyanlı maddələr əslində o qəbildəndirlər. Mühitin çirklənməsi çətin çoxyönlü prosesdir. İstehsalatın tullantıları  öncə olmadıqları yerlərdə ortalığa çıxırlar. Onların çoxusu kimyavi baxımdan aktiv olur və canlıların bədənlərində olan molekullarla reaksiyalara girirlər, ya da havada oksidləşirlər (turşuyurlar). Belə olanda onlar canlılar üçün zəhərə çevrilirlər.

Çirklənmənin nəticələri heç də hər zaman özlərini birbaşa göstərmir. Onların açıq görsənən görsəntilərinə kizli gedən proses gətirib çıxardır. Buna görə indi alimlər çirklənmənin dərəcəsinin nə olduğunu ən başlanqıc mərhələlərdə axtarırlar.

Bununla belə, çirklənmə təkcə zərərli maddələrin ətraf mühitə tullanması deyildir. Örnək üçün, soyuducu sistemlərin sularını təbii hövzələrə buraxanda, orada təbii temperatur rejimi dəyişir.. Bu da temperatur çirklənməsidir. Səsin və işıqlanma dərəcəsinin aşması da çirklənmə sayılır.

 

Çirkləndiricilərin çeşidləri--Çirkləndiricilər – minlərlə kimyavi və  zəhərləndirici maddələr, özəlliklə də metallar və oksidlər, eləcə də aerozollardır. Bu kimi maddələr tullantı mənbələrinin fərqli olmasına baxmayaraq, tərkiblərinə və təsirlərinə görə eyni ola bilərlər. Belə ki, karbohidrogenlər havaya qaz-neft sənayesinintullantısı kimi də, yanacağın yandırılmasının məhsulu kimi də çıxır.

Ətraf mühitə atılmış, ya da öz adi miqdarını aşan hər bir fiziki varlıq, kimyavi maddə və canlı (daha çox mikroorqanizmlər) çirkləndirici ola bilər.

Bioloji proseslərlə dağılan və dağılmayan antropogen çirkləndiricilər vardır. Birincilər təbii maddələr dövriyəsinə girib ortalıqdan çıxarılır ya da başqa bioloji maddələrdə həll olurlar. İkincilər isə təbii olaraq həll olunmur. Buna görə orqanizmlərə düşüb həzm olunurlar.

 

Ətraf mühitin çirklənməsinin təbii və antropogen növləri.

Ətraf mühitin çirklənməsinin təbii (vulkannın püskürməsi, sellərin axması kimi hansısa təbii olaylar sonu yaranmış) və antropogen (insan fəaliyyətinin sonu ortalığa çıxmış) növləri vardır.

Antropogen növü isə öz növbəsində aşağıdakı növlərə bölünür:

- bioloji - təbii ya da insan fəaliyyəti sonu yaranan;

- mexaniki – fiziki və kimyavi fəsadlara gətirib çıxartmayan yalnız mexaniki cəhətdən ətraf mühiti çirklədən ünsürlərlə yaranan;

- kimyavi – mühitin təbii kimyavi özəlliklərini dəyişən maddələrin təsiri ilə yaranan.

 

 

 

Ətraf mühitin fiziki və mikrobioloji çirklənməsi

Fiziki çirklənmənin aşağıdakı növləri vardır:

1.    Termal – temperaturun artması sonu yaranan. Buna səbəb müəssisələrin bacalarla havaya püskürdüyü isti buxar, buraxdıöı isti sular kimi amillər olur.

2.    İşıq – süni işıq mənbələrinin təsiri altında bitki və heyvanların yaşamında mənfi dəyişmələrə gətirib çıxardan təbii işıqlandırılmasının pozulması sonu yaranır;

3.    Səs – təbii səs səviyyəni aşan və canlılar üçün səs-küyə çevirilən, zaman-zaman təkrarlanan proseslərin sonu yaranır;

4.    Elektromaqnit – mühitin elektromaqnit şüalanma fonunun dəyişməsi sonu yaranır. Buna örnək təbiətə elektrik naqillərindən, radio və televiziya ötürücülərindən, bəzi sənaye qurğularından dəyən ziyandır. Bu da zərif bioloji strukturlarda dəyişmələrə, qlobal və yerli səviyyədə geofizik anomaliyalara gətirib çıxardır.

5.    Radioaktiv - ətraf mühitdə radioaktiv maddələrin təbii səviyyəsinin aşması sonu yaranır

6.    Mikrobioloji – insan fəaliyyətinin nəticəsində çoxlu sayda surətlə artan mikrobların yaranması və surətlə artması sonu yaranır.

 

Torpaqların çirklənməsi--Antropogen təsiri altında torpaqlarda kimyavi maddələrin miqdarının o yer üçün normal həddinin aşması ilə müşaiyət olunan torpaqların çirklənib sıradan çıxmasıdır.

Çeşidli maddələrlə çirklənmənin başlıca göstəricisi bu maddələrin ətraf mühitdəki canlılara mənfi təsiridir. Çünki ayrı ayrı canlıların kimyavi təsirə dayanıqlılığa bir-birindən fərqlənir. Təbii mühitlə müqayisədə, insanı bürüyən mühitdə, onun fəaliyyətinin sonu olaraq, çeşidli kimyavi maddələrin miqdarı görsənən qədər çoxdur. Bu təhlükə hətta bu maddələrə yüksək dayanıqlı canlılar üçün də təhlükəli ola bilər. Torpaqların çirklənməsi ekosistemin və yerin tükənməsinin ən təhlükəli növüdür.

 

Suların çirklənməsi--Suların çirklənməsi çeşidli çirkləndiricilərin dənizlərə, çaylara, göllərə, yeraltı sulara düşməsidir. Bu da ziyanlı maddələrin sulara düşməsinin qarşısını alan qurğuların olmaması ya yararsız olması və bu yöndə başqa tətbirlərin görülməməsi üzündən baş verir. Çox vaxt suların çirklənməsi gözə görsənməyərək qalmaqda olur, çünki çirkləndiricilər suda həll olunmuşolurlar. Ancaq burada istisnalar da vardır: örnək kimi köpüklənən vasitələri, sular özərində üzən neft ləkələrini, şirkli axınları göstərmək olar. Bir neçə təbii çirkləndiricilər vardır. Onlardan biri yerdə olan alyuminiumdur.. Kimyavi reaksiyaların sonu o suların tərkibinə girərək onları çirkləndirir.Başqa təbii çirkləndirici magniumdur. O da balıqlara ziyan yetirir.

Ancaq təbii çirkləndiricilərin həcmi, insanın iatehsal etdiyi çirkləndiricilərlə müqayisədə çox azdır. Hər il su hövzələrinə minlərlə çirkləndirici maddələr axıdılır. Onların təsirinin nə ilə sonuclanacağı çox vaxt bilinmir. Bu maddələrin çoxu yeni kimyavi maddələrdir. Sularda insan fəaliyyəti sonu ağır metallar  (kalsium, kadmium, civə, qurquşun, xrom kimi), pestisidlər, nitratlar, fosfatlar, neft məhsulları axıdılır. Hər il 12 million ton ntftin sulara axıdılması bilinməkdədir. Atom elektrik stansiyalardan sulara radioaktiv maddılır də düşməkdədir.

Təmizlənməmiş suların hövzələrə axıdılması sonu suyun mikobioloji çirklənməsi baş verir. Beynalxalq Səhiyyə Nazirliyinin göstəricilərinə görə dünyada  xəstəliklərin 80%-i elə suların aşağı keyfiyyətindən və antisanitar durumundan baş verir. Kəndlərdə isə suyun keyfiyyəti problemi daha kəskindir. Dünyanın kənd əhalisinin 90%-i içmək və çimmək üçün təmizlənməmiş sulardan istifadə edirlər.

 

Havanın çirklənməsi

Havanın çirklənməsi çeşidli qazların, buxarların və bərk hissəciklərin havaya keçməsinin nəticəsində yer atmosferinin hər bir istənilməz dəyişməsidir. Bu da təbii proseslər ya da insanın fəaliyyətinin sonu ola bilər. Çirkləndiricilərin 10%-ə yaxını atmosferə külün, toz halında olan turşüların, zəhərli qazların çıxması ilə müşaiyət edilən vulkanın püskürməsi kimi təbii fəlakətlərə sonu çıxır. Atmosferə həm də dəniz sularından və çürüyən bitkilərdən ayrəlan küküdr də çıxmaqdadır. Meşə yanğınları sınu da atmosferə  böyük miqdarda tüstü və toz girir. Havada olan mikroorqanizmlər  (viruslar, bakteriyalar, göbələklər) insanlarda xəstəliklərə yoluxmasına və allergiyanın çeşidli formalarının yayılmasına gətirib çıxardır.Yerdə qalan 90% çirkləndiricilər insan fəaliyyətinin sonu atmosferə yol açırlar. Bunlar elektrostansiyalarda və avtomobillərdə yandırılar yanacaqların tüstüləri, tozların çıxması ilə sonuclanan istehsal gücləri kimi vasitələrdir.Atmosferə çıxan çirkləndirici maddələr mənbəyindən ayrılıb uzaq məsafələrə yayılırlar. Sonra, yağışla, qarla və dolu ilə qarışaraq yenidənbərk hissəciklər, damcılar ya da kimyavi maddələr formasında yenidən yer üzünə yağırlar. Bu da insan sağlamlığına, eləcə də başqa canlılara mənfi təsir edir.

 

Kosmosun çirklənməsi--Kosmik zibil kosmosda olan nə vaxtsa işlədilən və indi heç nəyə yararlı olmayan, ancaq kosmik gəmilər üçün təhlükə törədən bütün sünü obyektlərlə onların fraqmentləridir. Bəzi durumlarda tərkibində daha təhlükəli maddələr (radioaktiv, toksik) olan kosmik zibil yer kürəsi üçün də təhlükəli ola bilər. Çünki onlar orbitlərindən yayınıb yer atmosferinə girib yaşayış məntəqələrinə tökülə bilərlər.

Kosmik zibillər problemi ilk kosmik gəmilərin və peyklərin orbitə şıxarılmasından sonra gündəmə gəldi. Bu barədə BMT-də özəl məruzələr də dinlənildi. Orada qeyd edildi ki kosmosun zibillənməsi hansısa bir ölkə üçün deyil bütün yür kürəsi üçün təhlükəlidir. 2009-cu ilin hesabatlarına görə Yer ətrafında 300000-ə yaxın zibil hissələr dolanır. Belə getsə, yerin yaxınlığında olan fəza tamam zibillənib, gələcəkdə kosmik üçuşlara, peyklərin buraxılmasına ciddi maneələr törədəcək.

 

Ətraf mühitin çirklənməsi nəticələri--Çirklənmə sonrası ayrı-ayrı ekosistemlər, eləcə də biosferanın dağılması prosesləri baş verir. Bunun sonunda münbit torpaqlar tükənir, ekosistemlərin və biosferanın məsuldarlığı enir.Çirklənmələr insanın fiziki və mənəvi dürümüna mənfi təsir edir. Havada, torpaqda və sularda olan ziyanlı kimyavi maddələr insan sağlamlığı üçün təhlükəyə çevirilir. Onlar həm də immuniteti zəyiflədir.Çirklənmə sonrası havaların istiləşməsi qarların və buzların əriməsinə gətirib çıxardır. Bu da dənizlərin səviyyəsinin qaxması, qurunun su basğınına məruz qalması təhlükəsini yaradır.Eyni zamanda mülayim iqlimli yerlərdə tropik xəstəliklər yayılır. Çünki istiləşmə nəticəsində tropik bakteriyalar o iqlimlərə dözümlü olub yayılırlar.Çirklənmənin nəticəsində heyvan və bitki növləri məhv olur. Buzların əriməsi sonu quzeydə, quraqlıqlar sonu isə güneydə heyvan və bitki növləri yer üzündən silinib gedir. Balıqların bir çox növləri suların çirklənməsi üzündən ölür. Çox böyük surətlə gedən inkişaf sonrası bir çox canlılar buda dözümluluk göstərə bilmədiyindən məhv olur. Bununla da bütün yer kürəsində həyatın axarı dəyişir.Çirkləmə sonrası olaylarda əhalinin göçü (miqrasiyası) baş verir. Bu da texnogen fəlakətlər, dənizlərin qurulara irəliləməsi, temperaturun qalxması və bunun sonrası quraqlığların düşməsi nədəni ilə olur. Belə olanda da dünyanın bir bölgələrində əhali surətlə artır, başqaları isə boşalır.. Bu da çeşidli qarşıdurmaları, cinayətlərin artmasına və aclığa gətirib çıxardır.

 

 

 

 

 

2).Atmosferin qlobal çirklənməsinin nəticələri.

Plan:

1). İstixana effekti

2). İstixana effekti səbəbi ilə iqlimin dəyişməsinin nəticələri.

3). İstixana effektinin qarşısının alınması yolları

 

İstixana effekti qazların qızması nəticəsində yaranan istilik enerjisinin araçılığı ilə planetimizin qızmasıdır. Bu qazlar da əsasən su buxarı və karbondur.

Elə istixana effektinə görə yerdə həyatı təmin etmək və inkişaf etdirmək baxımından yararlı temperaturun saxlanması mümkün olur. Bu olmasaydı, yerin temperaturu indikindən çox aşağı ola bilərdi. Bununla belə, istixana effekti sonrası, yerə infraqırmızı şüaların düşməsi azalır, bu da yerin həddindən çox qızmasına gətirib çıxardır.

2007-ci ildə 130 ölkənin mindən artıq alimini birləşdirən İqlimin Dəyişməsi üzrə Ekspertlərin Hökümətlərarası Qrupu (İDEHQ) öz hesabatını təqdim etmişdir.  Orada keçmişdəki və bu günkü iqlim dəyişmələri, bunun insana və təbiətə təsiri, eləcə də bu dəyişmələrin qarşısının alınması imkanları göstərilmişdir.

Çap olunmuş materiallara görə, 1906-2005-ci il arası yer temperaturu 0,74 dərəcə artmışdır. Ən yaxın 20 il ərzində hər onillikdə temperatur orta hesabla 0,2 dərəcəyə qədər artacaq. 21-ci yüzilliyin sonuna qədər isə 1,8 dərəcədən 4,6 dərəcəyə qədər arta bilər. Bilginlərin dediklərinə görə, iqlimin dəyişməsi daha çox insan fəaliyyəti nədəni ilə baş verir. Bu da karbon köklü yanacaqların işlənməsi, sənayi istehsalı, meşələrin qırılması kimi olaylardır.

 

İstixana effekti səbəbi ilə iqlimin dəyişməsinin nəticələri

1. Çöküntülərin intensivliyinin və tezliyinin dəyişməsi.
Ümumiyyətlə planetimizdə iqlim daha da nəm olacaq. Ancaq çöküntülərin miqdarı yer üzərində bərabər paylanmayacaq. Bu gün yağmurların çox olar bölgələrdə çöküntülər daha da çox, az olanlarda isə daha az olacaq. Nəmliyin az olan bölgələrdə quraqlıq sürəci daha da çox olacaq.

2. Dənizlərin səviyyəsinin artması. ХХ-ci yüzillik boyu dəniz səviyyəsi 0,1-0,2 м artmışdır. Bilginlərin dediyinə görə, XXI yüzillik boyu dəniz səviyyəsinin artımı 1m qədər yüksələcək. Belə olarsa kiçik adalara və dənizkənarı bölgələrə daha çox ziyan dəyəcək. Hollandiya, Böyük Britaniya kimi ölkələr, eləcə də Karib  və Okeaniya adaları su altında batma təhlükəsi ilə üzləşəcəklər. Bundan başqa, dənizkənarı yerlərin aşılanması prosesləsi güclənəcək.

3. Ekosostemlər və bioçeşidlilik üçün təhlükə. 30-40% canlıların ölməsi proqnozları vardır. Çünki onların ətraf mühitin şəraitinin dəyişməsi o gədər sürətli olacaq ki, canlılar bu dəyişikliklərə uyğunlaşa bilməyəcəklər.

Hava istiliyi 1 dərəcə qalxsa, meşələrə ziyan dəyə bilər. Onlar isə karbon qazını udub, oksigeni istehsal edirlər. Meşələrin qırılması karbonun artması, ekologiyanın pisləşməsi deməkdir.

4. Buzların əriməsi. Bu amil qlobal dəyişiklərin göstəricisidir. Peyklərdən alınan bilgilərə görə, buzlar 1960-cı illərdın bəri ərimiş və  onların 10% azalması gözlənilir. 1950-ci illərdən başlayaraq bizim günümüzə qədər Şimal qütbə yaxın olan yerlərdə dəniz buzu 10-15%, qalınlığı isə 40% azalmışdır.

Bilginlərin dediyinə görə, Qimalay dağlarının buzlarının əriməsi ildə 10-15 m çatmışdır. Belə olsa buzların 2/3 hissəsi 2060-cı il üçün əriyəcək. 2100-cü il üçün isə bütün dünya buzları əriyəcək. Buzların tezliklə əriuməsi bəşəriyyət üçün bir sıra problemlər yaradır. Dağlara yaxın bölgələrdə daha da təhlükəli qar uçğunları, çaylarda isə suların azalması baş verə bilər, bunun sonrasıda da şirin su ehtiyatları tükənər.

5. Kənd təsərüfatı. Bu sahəyə də ziyan dəyə bilər. Çünki temperaturun qalxması quraqlıqlar gətirər. Ən böyük zərbə isə yoxsul ölkələrə dəyəcək və belə olarsa aclığa gətirib çıxardacaq.

6. Suyun istifadəsi və təchizatı. İqlimin dəyişməsi içməli suların azalmasına gətirə bilər. Belə olarsa, quraqlıq yerlərdə yağmurlar daha da azalacaq, dağlarda buzların əriməsi sonu çaylar quruyacaq. Suyun çatışmaması təkcə insan sağlamlığına və tələbatına deyil, həm də dünyada gərginliyə gətirə bilər, su uğrunda savaşlar qızışa bilər.

7. İnsan sağlamlığı. İqlimin dəyişməsi insan sağlamlığına da təsir edə bilər. Bu da aztəminatlı əhali üçün daha da aktualdır. Belə ki,yeyəcəklərin sayı azaldlqca aclığın düşməsi sonu çoxlu xəstəliklər yayıla bilər. Bundan başqa, anormal isti ürək, yoluxucu və başqa xəstəliklərin yayılma surətini artıra bilər.

Temperatirin artması yoluxucu xəstəliklərin mənbəyi olan çeşidli canlıların (ornək üçün, malyariyanı yayan ağcaqənətlərin) coğrafi yaşayış yerlərinin dəyişməsinə və o xəstəliklərin başqa bölgələrdə yayınlasına gətirib çıxarda bilər. Orada yaşayan insanların isə bu xəstəliklərə qarşı immunitetləri zəyif olduğuna görə, ölümlərin sayı arta bilər.


İstixana effektinin qarşısının alınması yolları

 

Ekoloqların dediklərinə görə, gələcək üçün proqnozlaşdırılar iqlim dəyişməsinin qarşısını almaq olmayacaq. Ancaq bu olayı nisbətən yüngülləşdirmək, temperatur artımını nisbətən azaltmaq olar. Bunun üçün aşağıdakı tədbirləri görmək gərəklidir:

1. Karbon yanacaqlarının (kömür, neft, qaz) istifasini azaltmaq;

2. Enerjinin qənaətlə işlənməsi və onun səmərəliliyinin artırılmasını təmin etmək;

3. Karbohidrigensiz və bərpaedilən enerjiyə keçmək;

4. Ekoloji baxımdan təmiz texnologiyaları işlətmək;

5. Meşələrin sayını artırmaq, çünki onlar karbon qazını mənimsəyir və atmosferdə onun miqdarını azaldır.

 

 

 

 

Mühazirə 5.

                                     

Yerin təbii resursları – insanın həyat faktoru kimi

 

Plan:

1). İstehsalat resurslari

2). Tükənən təbii resurslar

3). Tükənməyən  təbii resurslar           

 

Resurs dedikdə öz ehtiyacını və arzularını təmin etmək üçün insanın təbii mühitdən əldə etdikləri hər bir şey nəzərdə tutulur. İnsanın tələbatını maddi mənəvi tələbata bölmək olar. Təbii resurslardan istifadə etdikdə o, müəyyən qədər insanın mənəvi tələbatını da ödəyir. Məsələn, estetik («təbiətin gözəlləyi»), rekreasiya və s. Lakin onun əsas təyinatı, məqsədi – insanın maddi tələbatını ödəməkdir, yəni maddinemətlər yaratmaqdır.Beləliklə, təbii resurs dedikdə, o, təbii obyektlər və hadisələr olub, insan onlardan maddi nemət kimi istifadə edir. Bu isə bəşəriyyətin mövcudluğunu saxlamaqla yanaşı, həm də tədricən həyatın keyfiyyətinin yüksəlməsini təmin edir.İnsan tərəfindən istifadə edilən təbii resurslar olduqca müxtəlif olub, onların təyinatı, mənşəyi, istifadə üsulları müxtəlifdir. Bu isə onları müəyyən istiqamətdə sistemləşdirməyi tələb edir. Təbii resursları təsnifatlaşdırmaq üzrə bir neçə yanaşmalar mövcuddur. Onlar aşağıdakılardır.
Mənşəyinə görə təbii resurslar bioloji, mineral energetik resurslara bölünür.
Bioloji resurslar – bura biosferin bütün canlı mühitəmələgətirən komponentləri (produsentlər, konsumentlər və redusentlər və onlarla bağlı genetik resurslar) daxildir (Peymers, 1990). Onlar insanların maddi 116 və mənəvi nemətlərinin mənbəyi sayılır. Bura mədəni bitkilər, ev heyvanları, mənzərəli landşaftlar,mikroorqanizmlər, bitki resursları, heyvanat aləmi resursları və s. aiddir. Genetik resurslar xüsusi əhəmiyyət
kəsb edir.
Mineral resurslar – Bura litosferi təşkil edən istifadə üçün yararlı bütün maddələr daxildir. Onlar təsərrüfatda mineral xammal, yaxud yanacaq kimi istifadə olunur. Mineral xammal filiz halında olub ondan metal alınır və qeyri filiz halında olub, ondan qeyri metal komponentlər (fosfor və b.) əldə edilir, yaxud da tikinti materialı kimi istifadə olunur. Mineral ehtiyatlar yanacaq kimi (daş kömür, neft, qaz. qaynar şistlər, torf, oduncaq, atom enerjisi) istifadə edilməklə yanaşı, buxar və elektrik əldə etmək üçün mühərriklərdə enerji mənbəyi rolunu oynayırsa, onlar yanacaq-energetik resurslar adlanır.
Energetik resurslar. Günəş və kosmos, atom-energetikası, yanacaq- energetikası, termal və digər enerji mənbələrinin məcmusu energetik resurslar adlanır.

İSTEHSALAT RESURSLARI

İstehsalatda istifadə olunmasına görə təbii resursları aşağıdakı təsnifata ayırırlar:
- Torpaq fondu. Hər hansı bir ölkə, rayon, yaxud bütün dünya ərazilərindəki torpaqlar öz təyinatına görə aşağıdakı qruplara daxil olur: kənd təsərrüfatı, yaşayış məntəqələri, qeyri kənd təsərrüfatı təyinatlı (sənaye, nəqliyyat, dağ-mədən və b.). Dünyanın torpaq fondu – 13,4 milyard hektar təşkil edir. Kənd təsərrüfatı istehsalı resurslarına aid olan təbii elementlər kənd təsərrüfatı məhsulu əldə etməkdə iştirak edir: a) aqroiqlim resursları – mədəni bitkilərin böyümə və inkişafına lazım olan istilik və rütubətlik; b) torpaq resursları.
- Bitki örtüyü fondu – Qurunun torpaq fondunun bir hissəsi olub bura meşə fondu və otlaqlar daxildir. Bu ərazilərdə kənd təsərrüfatı istehsalı və xüsusi mühafizə olunan obyektlər (qoruq və b.) təşkil olunur və bunlar bioloji resursların bir hissəsi sayılır.
- Su resursları - Təsərrüfatda müxtəlif məqsədlər üçün istifadə edilən yeraltı və yerüstü suların məcmusu (əsas mənbəyi çay suları hesab edilən şirin su resursları xüsusi əhəmiyyət kəsb edir).
- Hidroenerji resursları – Çay suları və okeanın qabarma – çəkilmə fəaliyyəti və b.

- Fauna resursları – Ekoloji tarazlığı pozmadan insan tərəfindən istifadə olunan su, meşə və başqa yerlərdə məskunlaşan heyvanlar.
- Faydalı qazıntılar (filiz, qeyri-filiz, yanacaq-energetik) – Təsərrüfatda istifadə oluna bilən Yer qabığında mineralların təbii toplanması. Toplanan faydalı qazıntılar, onların yataqlarını əmələ gətirir, onların ehtiyatı sənaye əhəmiyyəti daşımalıdır.
İnsan tərəfindən istifadə edilmə vaxtına görə təbii resurslar real potensial resurslara bölünür. Realresurslara hazırda insanların istehsalat prosesində istifadə etdiyi resurslar aiddir. Bunlara misal olaraq ilk növbədə istifadə olunan torpaqlar, müxtəlif bitkilər, ov balıqları, istehsal olunan neft, daş kömür, qaz, elektrik enerjisi və s. daxildir. Məlum olduğu kimi, insanlar özünün ilk inkişaf dövründə torpaq, bitki və heyvanat
aləmindən primitiv istifadə etmiş, sonralar isə insan texnika ilə silahlanaraq heyvan, quş, balıq, ovlamış, meşələri qırmış, torpağı becərmiş, daha sonra neft, daş kömür, qaz istehsal etmiş, yaxın zamanlarda isə atom enerjisindən istifadə etməyə başlamışdır.
Potensial təbii resurslar isə müəyyən səbəblərdən insan tərəfindən (əsasən texniki səbəbdən) ya istifadə edilmir, yaxud da kifayət dərəcədə istifadə olunmur. Bura Günəş enerjisi şüaları, dəniz qabarma – çəkilmələri, külək və b. aiddir. Bura insan tərəfindən mənimsənilə bilməyən planetləri, məsələn, Ay planetini
də aid etmək olar.
Təbii resurslar elementar və ya sadə kompleks mürəkkəb resurslara ayrılır. Elementar resurslar tərkibinə görə yekcins (oksigen, hidrogen, dəmir, külək enerjisi və s.), kompleks resurslar isə bir neçə elementdən təşkil olunur, məs. atmosfer havası, torpaq, su, filiz, daş kömür və b. Məlum olduğu kimi, insan öz təsərrüfat fəaliyyətində təbii resurslara təsir göstərir. Bu səbəbdən onların çoxun azalır və son nəticədə tamamilə tükənə bilər. Odur ki, təbii resursların uçotu aparıldıqda və onlar təsərrüfat üçün əldə edildikdə onların ehtiyatının tükənməsi anlayışından istifadə olunur. Buna görə təbii resursların belə təsnifatı ekoloji təsnifat da adlanır.
Bütün təbii resurslar tükənmə dərəcəsinə görə iki qrupa bölünür: tükənən tükənməyən (şəkil
8.2).                                             

 

Tükənən təbii resurslar


Tükənən təbii resurslar. Yer qabığında və ya landşaft mühitində əmələ gəlir, lakin onların həcmi və yaranma sürəti zamanın geoloji şkalası ilə ölçülür. Bununla belə, insan tərəfindən onların istifadəsinin həcmi təbii bərpası sürətini olduqca keçir. Bunun nəticəsində bu təbii resursların tükənməsi qaçılmazdır. Tükənən resursların qrupuna müxtəlif sürətlə və müxtəlif həcmlə əmələ gələn resurslar daxildir. Bu baxımdan, tükənən resurslar bərpa oluna bilməyən, bərpa olunan nisbətən bərpa oluna bilən  növlərə ayrılır.
.

BƏRPA OLUNMASINA GÖRƏ TƏBII RESURSLARIN TƏSNIFATI
Bərpa oluna bilməyən resurslara
demək olar ki, bütün mineral və qismən torpaq resursları aiddir.Faydalı qazıntılar yer qabığının dərinliklərində daim filizyaranma prosesləri nəticəsində əmələ gəlir. Lakin bu resursların əmələ gəlməsinə olduqca uzun dövr (on və yüz milyon illər) tələb olunur. Odur ki, onların təsərrüfat baxımından hesablanması praktiki olaraq qeyri mümkündür. Bununla əlaqədar olaraq bütün mineral
resurslar tükənən, eyni zamanda bərpa olunmayan resurslar hesab olunur. Torpaq resursları təbii halında insan cəmiyyəti fəaliyyətinin maddi bazisi sayılır. Ərazinin
mənimsənilmə mümkünlüyünə və təsərrüfat fəaliyyətinə relyef şəraiti əhəmiyyətli dərəcədə təsir göstərir. Karxana üçün və ya iri sənaye və mülki tikinti zamanı süni surətdə relyefin dəyişilməsilə pozulmuş ərazi
(torpaq) bir daha təbii halında bərpa oluna blməz.
Bərpa olunan resurslarabitki örtüyü və heyvanat aləmi daxildir. Hər iki resurs az bir zaman ərzində (bir-iki insan nəsli dövründə) bərpa oluna bilir.
Nisbi bərpa olunan və ya məhdud bərpa olunan resurslara olduqca defisit sayılan aşağıdakı təbii sərvətlər aiddir: a) məhsuldar əkinə yararlı torpaqlar olduqca az sahə tutur. Müxtəlif məlumatlara əsasən quruda cəmi 1,5-2,5 milyard ha təşkil edir. Birinci münbitlik sinfinə aid olan ən məhsuldar torpaqlar 400 mln. ha sahə tutur (E.P.Romanova və b., 1993). Məhsuldar torpaqlar çox tədriclə əmələ gəlir: məsələn,
qaratorpaq tipinin 1 mm humus horizontunun əmələ gəlməsinə təxminən 100 il vaxt lazımdır. Bununla belə, torpaqdan səmərəsiz istifadə edilməsi ilə əlaqədar güclü eroziya prosesi nəticəsində yalnız bir il ərzində torpağın ən qiymətli üst şum qatının bir neçə santimetr dağılmasına səbəb olur. Son 50 il ərzində əksər dövlətlərin ərazisində torpağın dağılması prosesi olduqca intensiv gedir. Bu torpaqların bərpa olunmasına 1000 illərlə vaxt tələb olunur. Bu, torpaq resurslarını «nisbi bərpa olunan» resurslar qrupuna aid etməyə əsas verir.
Hazırda sənaye əhəmiyyətli yetişmiş yaşlı meşələr intensiv istismar edilir. Bu hal ən çox tropik meşələrdə müşahidə olunur. Bir çox inkişaf etməkdə olan ölkələrdə (Nigeriya, Kosta-Rike, Filippin, Tailand, İndoneziya, Vyetnam və Rusiyada) yetişmiş yaşlı meşələrin sahəsinin azalması çox sürətlə gedir. Belə meşələrin bərpasına azı bir-iki əsr vaxt tələb olunur və onların olduğu kimi təbii halında bərpa olunması qeyrimümkündür.
Bitki örtüyünün intensiv antropogen təzyiq nəticəsində deqradasiyaya uğraması və məhv edilməsi onların bərpa olunmayan resurs qrupuna keçməsinə səbəb ola bilər. Bioloji növ (bitki, yaxud heyvan) nə qədər mövcuddursa, o, planetin bərpa olunan hissəsi sayılır. Növün yoxa çıxması ilə o, əbədi olaraq Yer üzərindən silinmiş olur.

 

Tükənməyən

Tükənməyən  təbii resurslara okeanın su resursları, iqlim resursları, yer təkinin enerjisi, dəniz qabarması və dalğaları daxildir. Planetar miqyasda su resursları praktiki olaraq tükənməyən resurs hesab edilməsi faktı məlumdur.
Lakin Yer səthində su istifadəsi sistemində şirin su ehtiyatı qeyri-bərabər paylanmışdır. Arid və subarid rayonlarda geniş ərazilərdə suyun çatışmazlığı xüsusilə müşahidə olunur. Sudan qeyri-səmərəli istifadə olunması nəticəsində regionlar səviyyəsində və lokal səviyyədə su ehtiyatının faciəli azalması baş verir. Məlum olduğu kimi, Yerin hidrosferinin su obyektlərində suyun ümumi həcmi 1390 mln. km3-a
yaxındır. Lakin onun 96,4%-i Dünya okeanının duzlu suları və yalnız 2,6%-i (36 mln. km3) şirin suların payına düşür. Duzlu dəniz suyunun şirinləşdirilməsi texnologiyası artıq məlumdur. Odur ki, Dünya okeanı, duzlu göllər və duzlu yeraltı sular gələcəkdə potensial su resursları kimi istifadə oluna bilər. Bərpa olunan şirin suyun illik miqdarı o qədər də böyük olmayıb müxtəlif məlumatlara görə 41 …. 45 min km3 təşkil edir. Dünya
təsərrüfatına öz ehtiyacını ödəmək üçün 4,5 min km3-ə yaxın su tələb olunur. Bu isə bərpa olunan su resursunun təxminən 10%-i qədərdir. Deməli, təbiətdən, su resurslarından səmərəli istifadə etmək şəraitində,bu su resursları tükənməz resurs kimi qiymətləndirilə bilər. Lakin bu prinsiplər pozulduqda ekoloji vəziyyət olduqca kəskinləşə bilər və hətta planetar miqyasda təmiz şirin su defisiti yarana bilər. Hələ ki, təbii mühit
müxtəlif məqsədlər üçün öz ehtiyaclarını ödəmək üçün hər il bəşəriyyətə 10 dəfə çox su «bəxş» edir.
İqlim resursları dedikdə, konkret ərazi və regionun malik olduğu istilik və rütubət ehtiyatı başa düşülür .Mövsüm və ərazi üzrə istilik, xüsusilə rütubətlik qeyri-bərabər paylanmışdır. Havanın temperaturu -900C-dən +800C arasında tərəddüd edir, hərçənd Yer üçün orta temperatur təxminən +150C təşkil edir.
Quru, bütövlükdə atmosfer rütubətliyi ilə də pis təmin olunmayıb: onun səthinə hər il orta hesabla 119 min km3 yağıntı düşür. Lakin bəzi rayonlara ildə 12000 mm-dən artıq yağıntı düşdüyü halda, elə geniş ərazilər də vardır ki, ora 50 … 100 mm-dən də az yağıntı düşür. Ətraf mühitdə su və havanın miqdarı praktiki olaraq azalmır, lakin insan fəaliyyəti nəticəsində onlar keyfiyyətcə pisləşə və istifadəsi məhdudlaşa bilər. Məsələn, suyun miqdarı azalmasa da, içməli suyun miqdarı azalır. Bu təbii resurslar yalnız müasir texnika və texnologiyanın köməyi ilə (suyun, tozun, qazın təmizlənməsi,
həmçinin səhiyyə-gigiyena işləri) tükənməz qala bilər.

 

 

 

 

Mühazirə 6.

 

Biomüxtəliflik.

Azərbaycanda bioloji müxtəliflik.

Meşələr, Milli Parklar.

Bitki örtüyü.

 

Plan:

1. Biomüxtəliflik

2. Azərbaycanda bioloji müxtəliflik

3.Bioloji müxtəlifliyin  qorunub saxlanılması

4. Meşələr

5. Milli Parklar

6. Bitki örtüyü

 

Biomüxtəliflik                          

«Biomüxtəliflik» anlayışı 1972-ci idən etibarən, BMT-nin ətraf mühit üzrə Stokholm konfransından sonra elmi aləmdə geniş şəkildə istifadə edilir.Biomüxtəliflik (bioloji müxtəliflik)-bütün təzahürlərində (gendən biosferə qədər)həyatın müxtəlifliyidir. Daha dar çərçivədə, biomüxtəliflik dedikdə,həyatın təşkilinin üç səviyyəsində müxtəliflik başa düşülür: genetik  müxtəliflik (genlərin və onların variantlarının müxtəlifliyi ),ekosistemlərdə növlərin müxtəlifliyi və nəhayət,ekosistemlərin özlərinin müxtəlifliyi.Başqa sözlə,biomüxtəlifliyin üç əsas növü mövcuddur:

-növdaxili müxtəlifliyi əks etdirən və fərdlərin dəyişkənliyi ilə şərtləndirilən genetik müxtəliflik;

-canlı orqanizmlərin(bitki,heyvan,göbələk və mikroorqanizmlər) müxtəlifliyini əks etdirən növ müxtəlifliyi(müəyyən qiymətləndirmələrə görə ümumilikdə 50mln.növ olmasına baxmayaraq,hazırda 1,7mln.növün təsviri verilmişdir);

-ekosistem tipləri arasındakı fərqləri,məskunlaşma mühitlərinin və ekoloji proseslərin müxtəlifliyini əhatə edən ekosistem müxtəlifliyi(ekosistemlərin təkcə struktur və funksional müxtəlifliyi deyil,eyni zamanda mikrobiogeosenozdan biosferə qədər  miqyasına görə də müxtəlifliyi qeyd olunur).Bəzən,ərazi quruluşunun xüsusiyyətlərini və cəmiyyətin yerli,regional və milli mədəniyyətinin təsirini əks etdirən landşaft müxtəlifliyini də bir kateqoriya kimi ayırırlar.Biomüxtəlifliyin öyrənilməsi,istifadəsi və saxlanılması məsələlərinə əksər ölkələrin «Bioloji müxtəliflik haqqında Konvensiya»-nı (BMT-nin ətraf mühit və inkişafa dair konfransı,Rio de Janeyro,1992) imzalamasından sonra böyük diqqət ayrılmağa başlamışdırBiomüxtəliflik təbiətqoruyucu diskursda açar rolunu oynayan bir anlayışdır. 1992-ci il Rio de Janeyroda (Braziliya) BMT-nin ətraf mühit və inkişaf  üzrə Konfransı çərçivəsində dünya liderlərinin  ən irimiqyaslı görüşü keçirilmişdir.Bu sammitdə atmosferə istixana qazlarının ixracının azaldılmasına yönəldilmiş iqlim dəyişikliklər.Konvensiya,bioloji və landşaft müxtəlifliyinin saxlanması və dayanıqlı istifadəsi sahəsində ilk qlobal razılaşma olan  biomüxtəliflik haqqında Konvensiya  kimi bir sıra tarixi sənədlər imzalandı.«Biomüxtəliflik haqqında Konvensiya» Rio de Janeyro konfransında 150 ölkə tərəfindən imzalandı və hazırda bu Konvensiyanı 175 ölkə tərəfindən ratifikasiya edilmişdir.Konvensiyanın üç əsas məqsədi vardır:

-biomüxtəlifliyin saxlanması;

-biomxtəliflyin komponentlərinin dayanıqlı istifadəsi;

-genetik resurslardan kommersiya və digər məqsədlərlə istifadəsindən əldə olunan faydanın bərabər və ədalətli əsaslarla paylanması.Bu sammitdə biomüxtəliflik « Yerüstü,dəniz və digər su ekosistemləri və onların tərkib hissəsi olduqları ekoloji komplekslərin inter aliasınınnın (lat. «digərləri arasında»)  daxil olduğu bütün mənbələrdən olan canlı orqanizmlərinmüxtəlivliyidir: buraya növ daxilində müxtəliflik,növlərin müxtəlifliyi və ekosistemlərin müxtəlifliyi daxildir.» kimi müəyyənləşdirilmişdir. Biomüxtəliflik özlüyündə genetik, növ, birlik (biosenoz) və ekosistem müxtəliflikləri kimi bir neçə anlayışı birləşdirir.Bu tərif qanun nöqreyi-nəzərindən rəsmi tərif  kimi qəbul olunmüş və BMt-nin biomüxtəliflik məslələri üzrə konvensiyasına daxil edilmişdir.BMT-nin bu konvensiyası Andorra,Bruney ,Vatikan,Somali və ABŞ istisna olmaqla dünyanın bütün ölkələri tərəfindən qəbul olunmuşdur. BMT  Beynəlxalq Biomüxtəliflik Günü müəyyənləşdirmişdir.Biomüxtəlifliyin qorunub saxlanmasının zəruriliyini bu zərurətin hansı nöqteyi-nəzərdən qiymətləndirilməsindən asılı olaraq  hər hansı bir obyektiv üsulla müəyyənləşdirmək  olduqca çətindir.Lakin,bütün bunlara baxmayaraq,biomüxtəlifliyin saxlanmasını zəruri edən üç əsas səbəb mövcuddur:  Utilitarnöqteyi-nəzərdən, biomüxtəliflik elementləri artıq bu gün insan üçün real faydaya malik və ya gələcəkdə faydalı olacaq resursdur.Biomüxtəliflik həm iqtisadi,həm də elmi (məsələn,yeni dərman pereparatlarının və ya müalicə üsullarının axtarımında) fayda verir.Biomüxtəlifliyin qorunub-saxlanmasının xeyrinə edilən seçim etik seçimdir.Bəşəriyyət bütövlükdə planetin ekoloji sisteminin bir hissəsi olduğu üçün (mahiyyətcə biz hamımız ondan asılıyıq) biosferi qorumalıdır. Təbiət bütün dünyanın  rəssamları, şairləri və musiqiçiləri tərəfindən tərənnüm edilmişdir və ediləcəkdir.Çünki,təbiət insan üçün əbədi və əvəzolunmaz dəyərdir.Biomüxtəlifliyin bütün tipləri öz aralarında qarşılıqlı əlaqədədir:genomüxtəliflik növ müxtəlifliyini təmin edir;ekosistem və landşaft müxtəlifliyi yeni növlərin yaranması üçün şərait yaradır;Növ müxtəlifliyinin yüksəlməsi Biosferin canlı orqanizmlərinin ümumi genetik potensialını artırır və s. Hər bir növ biomüxtəlifliyə öz töhfəsini verir nöqteyi-nəzərindən yanaşsaq, demək olar ki,faydasız və zərərli növ mövcud deyil.Yer səthində növlər qeyri-bərabər  yayılmışdır.Təbii məskunlaşma mühitində  biomüxtəliflik tropik zonalarda maksimaldır və en dairəsinin artması ilə azalır.Ən zəngin biomüxtəlifliyə malik ekosistemlər  planet səthinin 7%-ə qədərini tutan və bütün növlərin 90%-indən artığını özündə cəmləyən  yağışlı tropik meşələrdədir.

    Yerin geoloji tarixi ərzində biosferdə növlərin yaranması və yox olması prosesi daim baş vermişdir.Belə ki,bütün növlərin  mövcudluğunun  sonu vardır.Növlərin məhv olması yeni növlərin meydana gəlməsi ilə kompensasiya olunmuş və nəticədə biosferdə növlərin ümumi sayı artmışdır.Növlərin məhv olması insanın müdaxiləsi olmadan da baş verən təbii prosesidir.Hal- hazırda,antropogen amillərin təsirindən eliminasiya ( nəsli kəsilmə,məhv edilmə) hesabına biomüxtəlifliyin ixtisarı baş vrir.Son yüzillikdə insan fəaliyyəti nəticəsində növlərin məhvolma sürəti təbii sürətdən çox-çox (bəzi qiymətləndirmələrə görə 40000 dəfə) yüksəkdir.Planetin nadir genofondunun dönməz və kompensasiya olunmayan dağılması prosesi gedir.

    İnsan fəaliyyəti nəticəsində növlərin eliminasiyası iki istiqamətdə baş verə bilər:

-birbaşa -qırmaq (ov,təsərrüfat);

-dolayı (məskunlaşma mühitinin dağıdılması,trofik əlaqələrin pozulması).Həddindən artıq ovlamanövlərin sayının azalmasının birbaşa səbəbi olsa da,məskunlaşma mühitinin dəyişməsinin dolayı səbəblərindən (məsələn,çayların kimyəvi çirklənməsi,meşələrin qırılması və s.)daha az təsirə malikdir.

Yəqin ki,Qlobal biomüxtəliflik strtegiyasında iştirak edən hər bir insan və təşkilat üçün aşağıda qeyd olunan 10 prinsipi dərk etmək olduqca vacibdir:

1.Bütün canlı varlıqlar unikaldır və bəşəriyyət üçün vacibdir.

2.Biomüxtəlifliyin saxlanması həm lokal və milli,həm də qlobal ümumbəşəri miqyasda resursların qorunması üçün zəruri və faydalıdır.

3.Biomüxtəlifliyin qorunub-saxlanması üçün zəruri olan məsrəflər və bu fəaliyyətin vediyi və ya gələcəkdə verəcəyi gəlir və qazanc müxtəlif millətlər arasında və eləcə də ayrı-ayrı ölkələr daxilindəki insanlar arasında daha bərabər  bölünməlidir.

4.Bəşəriyyətin dayanıqlı inkişafına nail olmaq üçün aparılan irimiqyaslı fəaliyyətin tərkib hissəsi kimi,biomüxtəlifliyin qorunub-saxlanması bütün dünyada iqtisadiyyatın struturuna və inkişaf ına yanaşmada fundamental dəyişikliklər tələb edir.

5.Dövlətlərin biomüxtəlifliyin qorunub-saxlanmasına çəkilən xərclərin həqiqətən səmərəli olmasını təmin edən siyasət və reformaları (qanunvericilikdə,təbiəti mühafizə fəaliyyətinin strukturunda və s.).

6. Müxtəlif səviyyələrdə biomüxtəlifliyin saxlanması sahəsində prioritetlər fərqlənir.Belə ki,yerli və lokal proritetlər ümummilli və ya qlobal prioritetlərlə üst-üstə düşməyə də bilər.Lakin,yerli prioritetlər qlobal prioritetlərdən heç də az əhəmiyyət daşımır.Bütün bəşəriyyət çərçivəsində biomüxtəlifliyin saxlanması üzrə işlər yalnız  növlərlə xüsusilə zəngin bəzi ekosistemlərin (məsələn,tropik meşələr ) mühafizəsi ilə məhdudlaşdırıla bilməz.

7.Perspektivdə biomüxtəlifliyin saxlanmsaı yalnız o zaman dayanıqlı proses ola bilər ki, cəmiyyətin narahatlığı və bu istiqamətdə fəaliyyətin zəruriliyinə inamı daim artacaqdır. Əsaslandırılmış seçim etmək və uyğun qərarlar qəbul edilməsi üçün siyasətçi və məmurların  bu sahədə zəruri məlumatlara malik olması olduqca vacibdir.

8.Biomüxtəlifliyin saxlanması üzrə fəaliyyət və sosial prioritetlər bərabər dərəcədə planlaşdırılmalı və həyata keçirilməlidir.Yəni,bu fəaliyyətin mərkəzində təkcə qorunan təbiət əraziləri (qoruqlar,yasaqlar,bu və ya digər nadir növün məskunlaşdığı yer və s.) deyil,həm də insanların yaşadığı və işlədiyi yerlər də olmalıdır.

9.Mədəni müxtəliflik təbiət müxtəlifliyi ilə sıx bağlıdır.Bəşəriyyətin təbiətin müxtəlifliyi,onun əhəmiyyəti və istifadəsi haqqında təsəvvürləri xalqların mədəniyyət müxtəlifliyinə əsaslanır və əksinə,biomüxtəlifliyin saxlanması üzrə fəaliyyət əksar hallarda mədəni inteqrasiyanı gücləndirir.

10.İctimaiyyətin iştirakının artırılması,əsas insan hüquqlarına hörmət,insanların məlumat və təhsil əldə etməsinin asanlaşdırılması,siyasətçilərin,nazirlik və idarələrin cəmiyyət qarşısında hesabatlılığının gücləndirilməsi biomüxtəlifliyin qorunub-saxlanması sahəsində müvəffəqiyyətli fəaliyyətin zəruri şərtləridir.

 

Biomüxtılifliyin saxlanması sahəsində əsas vəzifələr

1.İqtisadi: ölkənin makroiqtisadi göstəricilərinə biomüxtəlifliyin daxil edilməsi; biomüxtəliflikdən gələn potensial gəlirlər,o cümlədən,birbaşa (təbabət,seleksiya üçün xammal və material və s.) və dolayı (ekoturizm) gəlirlər; pozulmuş biomüxtəlifliyin bərpasına çəkilən xərclər.

2.İdarəetmə:dövlət və kommersiya təşkilatlarını,ordu və donanmanı,qeyri-hökumət təşkilatlarını,yerli əhalini və bütün ictimaiyyəti birgə fəaliyyətə cəlb etməklə əməkdaşlığın yaradılması.

3.Hüquqi:bütün uyğun qanunvericilik normalarına biomüxtəlifliklə bağlı termin və anlayışların daxil edilməsi,biomüxtəlifliyin saxlanmasını dəstəkləyən hüquqi bazanın yaradılması.

4.Elmi:qərarların qəbulu qaydalarının formalaşdırılması,biomüxtəliflik indiqatorlarının axtarışı,monitorinqlərin təşkili.

    20dekabr 2006-cı ildə BMT-nin Baş Assambleyası özünün 61/203 saylı qətnaməsi ilə 2010-cu ili Beynəlxalq biomüxtəliflik ili elan etmişdir. Baş Assambleya 19dekabr 2008-ci ildə 63/219 saylı qətnaməsi ilə bütün üzv dövlətləri 2010-cu ildə biomüxtəlifliyin itirilməsi tempini maksimum azaltmağa,özlərinin  uyğun strategiya və proqramlarında bu problemə lazımi diqqət ayırmağa çağırmışdır.Assambleya bütün üzv dövlətlərə Beynəlxalq Biomüxtəliflik ilini keçirmık üçün yerli xalqların və icmaların daxil olduğu milli komitələrin yaradılmasını tövsiyə etmiş,həmçinin də bütün beynəlxalq təşkilatlara bu hadisəni qeyd etməyi təklif etmişdir.Beynəlxalq Biomüxtəliflik ilini dəstəkləmək məqsədilə Assambleya 2010-cu ildə özünün altmış beşinci sessiyası zamanı dövlət,hökumət və nümayəndə heyətlərinin rəhbərlərinin iştirakı ilə yüksək səviyyədə birgünlük iclas keçirmisdir.

 

                                                 Biomüxtəlifliyin idarə olunması

    Nəzərə alsaq ki,bir çox hallarda təbiətdən istifadə edənlərə təsir mexanizmi yoxdur,onda biomüxtəlifliyin idarə olunmasının da asan vəzifə olmadığını dərk etmək olar.Bəzi hallarda təbiətdən istifadəçilərə beynəlxalq razılaşmalar və müqavilələr yolu ilə təsir etmək mümkündür.Lakin,əksər hallarda bu razılaşma və müqavilələrə əməl olunmasına nəzarəti həyata keçirmək üçün məhdud resurslar ayrılır.Hökumət idarələri,biznes qurumlar ,qeyri-hökumət təşkilatları və yerli əhali əsas təbiət istifadə ediciləridir.Müəyyən bir dəyişiklik,məsələn iqlim dəyişməsi biomüxtəlifliyin saxlanması üçün əvvəlcədən məlum olmayan nəticələrə səbəb olur ki,bu da biomüxtəlifliyin idarə olunmasını mürəkkəbləşdirən amil rolunu oynayır. Lakin,bütüb bu çətinliklərə baxmayaraq,idarəetmə prosesini formalaşdırmağa və strukturlaşdırmağa kömək edən addımı və ya mərhələni müəyyənləşdirmək olar.Bu mərhələlər aşağıdakılardır:

-problemin müəyyənləşdirilməsi;

-planlaşdırma;

-biomüxtəlifliyin monitorinqi;

-audit.

Biomüxtəlifliyin idarə olunmasının daha dəqiq məqsədləri aşağıdakılardır:

-biomüxtəlifliyinsaxlanması üçün bütün qüvvələri planlaşdırmaq və kordinasiya etmək;

- in situ və ex situ saxlama strategiyalarından istifadə etməklə ekosistem,növ və gen müxtəlifliyini qorumaq və bərpa etmək;

- mövcud idarəetmə sistemləri (məsələn,meşəçilik,balıqçılıq,əkinçilik, heyvandarlıq və s. kimi) çərçivəsində biomüxtəliflikdən dayanıqlı istifadə etmək;

-müxtəlif sosial və iqtisadi alətlərdən istifadə etməklə biomüxtəlifliyin saxlanmasından əldə olunan gəliri ədalətli bölmək;

-biomüxtəlifliyin saxlanması və dayanıqlı istifadəsi üçün hüquqi əsası yaratmaq;

-bioregional miqyasda təbiətqoruyucu tədbirlərin sosial-iqtisadi inkişaf plan və sxemlərinə insanların və təşkilatların inteqrasiyasına imkan yaratmaq.

 

                                 İdarəetmə konsepsiyaları və planları

    İdarəçilik siyasətinin gözlənilən nəticələri istifadə olunan idarəetmə konsepsiyası ilə sıx bağlıdır.Müxtəlif nəticələr verən iki konsepsiyanı ayırmaq olar:

-ekosistemlərlə idarəetmə konsepsiyası;

-növlərlə idarəetmə konsepsiyası.

    Xüsusi planların işlənməsi də biomüxtəlifliyin idarə olunmasının tərkib hissəsi ola bilər:

-növlərlə idarəetmə planı;

-növlərin təsnifatı və onların reintroduksiyası;

-ərazi və iqtisadi inkişaf planına inteqrasiya.

    Monitorinq biomüxtəlifliyin saxlanması üçün həyata keçirilən tədbirlərin səmərəliliyinin ölçülməsi və  həm təbii,həm də  antropogen bioloji tendensiyaların aşkarlanması üçün effektiv bir alətdir.Müəyyən zaman kəsiyi üçün hesablanmış monitorinq proqramında müxtəlif yanaşma tərzləri tətbiq oluna bilər.Məsələn,alimlərin fikrinə görə bu və ya digər ekosistemin vəziyyətinin yaxşı indiqatoru olan bir neçə əsas (açar) növlər qrupuna (məsələn,balıqlar və ya kəpənəklər) fokslanmışpanbiotik taksonomik inventarlaşdırma (ABTİ);müəyyən ərazidə məskunlaşmış bütün növlərin təsvirinə əsaslanmış (orientirovannaya) biomüxtəlifliyin pantaksonomik  inventarlaşdırılması (ATBİ);ərazinin bioloji sərvətləri haqqında operativ məlumatlar verən seçilmiş növlərin siyahısına əsaslanan biomüxtəlifliyin vəziyyətinin cəld (tez) qiymətləndirilməsi (RBA).

    Qeyd olunanlar monitorinq proqramlarına dair bir neçə nümunə idi.İşdə real istifadə olunacaq yanaşma tərzi monitorinq proqramının məqsədi və əldə olan potensial resurslarla müəyyənləşdirilməlidir.

    Biomüxtəlifliyin yerli,regional,milli və qlobal səviyyədə monitorinqi sistemli ekoloji infrastruktur,iqtisadi dəstək və insan resursları tələb edir.Bundan başqa,biomüxtəliflik Konvensiyasının iştirakçı ölkələri təbii sərvətlərin saxlanması və dayanıqlı istifadəsi məqsədilə biomüxtəlifliyin öyrənilməsini və monitorinqini həyata keçirməlidirlər.Lakin,bu günə qədər hətta iqtisadi cəhətdən ən inkişaf etmiş, ən zəngin ölkələr belə bu vəzifənin çətinliyi və adekvat monitorinq proqramlarının yoxluğu səbəbindən öz ərazilərinin biotu haqqında tam təsəvvürə malik deyillər.

 

                                           Niyə növlər məhv olur?

Kütləvi informasiya vasitələrindən hər güm «Yerdə hər gün bir heyvan növü və hər həftə bir bitki növü məhv olur» kimi kədərli statistikaya rəast gəlirik.Bəs,bu niyə baş verir? Yəqin ki,hər birimiz  bilirik ki,insanın intensiv təsərrüfat fəaliyyəti,ətraf mühitin çirklənməsi,meşələrin qırılması,bataqlıqların qurudulması və s. planetimizin canlı aləminə heç də yaxşı təsir göstərmir.Lakin,növlər bütün zamanlarda və hətta insanın təbiətə təsirinin əhəmiyyətli dərəsədə olmadığı dövrlərdə belə, məhv olmuşlar. Daşlaşmış bitki və heyvan qalıqlarının tədqiqi növlərin  daha irimiqyaslı yox olmalarının mənzərəsini daha aydın təsəvvür etməyə imkan verir.Dünyada bir çox alimlərinin bu sahədə apardıqları tədqiqatlarla tanış olduqda,istər istəməz  bir sıra suallar ortaya çıxır:Bəlkə növlərin qırılmasının əsas günahkarı insan deyil? Bəlkə, insanlar yalnız bu prosesi sürətləndirir? Nəyə görə «mükəmməl və uyğunlaşmış» növlər birdən-birə öz mövqelərini başqalarına təslim edir? 1859-cu ildə ingilis alimi Ç.Darvinin  təkcə həmin dövrün deyil,həm də sonrakı nəsillərin dünya görüşünü  alt-üst edən«Təbii seçmə yolu ilə növlərin mənşəyi» adlı kitabı işıq üzü gördü.Darvinin davamçıları kitabın müvəffəqiyyətini belə izah edirdilər ki, «Darvin bütün canlı aləmin müxtəlifliklərinin necə yaranmasının ən inandırıcı izahını verdi».Lakin,hələ o dövr tənqidçilərində Darvinin ssenarisinin doğruluğuna şübhə yaradan suallar meydana çıxırdı.Əsas problem ondan ibarət idi ki,elmə bir növün digər növə çevrilməsi faktı məlum deyildi və belə faktı Darvin də  təqdim etmirdi.Darvinizmin tənqidçilərindən biri,Paris elmlər akademiyasının Daimi katibi P.Flurans (1864) qeyd edirdi: «Darvin növlərin mənşəyi haqqında kitab yazıb,ancaq bu kitabda məhz növlərin mənşəyi yoxdur» (V.İ.Nazarov,2005) Bir növün digər növə çevrilməsi faktı ilə heç kəs rastlaşmasa da,əks proses,yəni növlərin məhv olması daim göz önündə baş vermişdir.Ona görə də,növlərin yox olması heç kəsdə şübhə doğurmur. Ona görə də,ilk növbədə məhz bu fenomeni izah etmək lazımdır.Hansı səbəbdən son dərəcə mükəmməl quruluşalu və təkmil funksiyalı növlər birdən-birə yox olmağa başlayır və ya onların sayı kəskin azalır?

Bu suala bir çox alimlər cavab tapmağa çalışsa da,heç kim qənaətbəxş cavab tapmamışdır.Lakin,Darvinin nəzəriyyəsi təkcə növlərin mənşəyini deyil,eyni zamanda onların məhv olmasını da izah edirdi.Darvinin təbirincə,bu iki təzahür qarşılıqlı əlaqəlidir və bu proseslər bir-birini doğurur.Məhvolma barədə Darvin yazırdı:»Təbii seçmə nəzəriyyəsi o qənaətə əsaslanır ki,hər bir yeni növ rəqabətə girdiyi  növ üzərindəki müəyyən üstünlükləri sayəsində yaranır və saxlanılır; bundan da,daha əlverişsiz formanın qaçılmaz məhvi labüddür. Adətən oxşar formalar arasında rəqabət daha kəskin olur.Ona görə də,hər hansı növün yaxşılaşdırılmış nəsil əcdad növün məhvinə səbəb olur....Lakin,elə hallar da olur ki,hər-hansı bir qrupa aid olan yeni növ başqa  bir qrupa aid olan növün yerini tutur və bununla da onun məhvini şərtləndirir.Əgər,belə müvəffəqiyyətli gəlmədən çoxlu yaxın formalar ayrılarsa,onda digər çoxlu formalar öz yerlərini onlara verməıidirlər.Biz heç bir vəcləı məhvolma faktlarına təəccüblənməməliyik....Üzvi aləm tarixində əvəzsiz rol oynamış növün və ya növlər qrupunun məhv olması təxminən təbii seçmə prinsipinin qaçılmaz nəticəsidir »( Ç.Darvin,1991).O dövrdə belə izah böyük canlanma ilə qəbul olundu və əksər alimlər tərəfindən dəstəkləndi. Hətta,bu gün də Darvinin bəzi davamçıları növlərin məhvini məhz,rəqabətli sıxışdırılma ilə izah edirlər.Lakin,tənqidçilər dərhal diqqət yetirdilər ki,bu nəzəriyyə həqiqətən növlərin məhv olduğu müxtəlif  tarixi dövrlərdəki şəraitilə heç cür uzlaşmır.N.Y.Danilevskiy özünün «Darvinizm:Tənqidi tədqiqat» adlı əsərində Steller dəniz inəklərinin (Hydrodamalis gigas)yox olması misalını nəzərdən keçirir.Bu heyvan ilk dəfə VIII əsrdə Q.Steller tərəfindən Komandor adalarına (Kamçatka) ekspedisiya zamanı aşkarlanmış və təsvir olunmuşdur. Məlumdur ki, bu növ 1768-ci ildə Yer üzündən tamamilə silinmişdir.Bu zaman dəniz inəkləri özlərindən sonra heç bir növ müxtəlifliyi qoyub getməmişdir. Lakin,Darvinin  məntiqinə görə dəniz inəklərinin yerində onları sıxışdıran yeni növ qalmalı idi.Dəniz inəklərinin əvəzinə zəngin dəniz «оtlaqları» heç bir növ tərəfindən tutulmadı və bu günə qədər də tutulmayıb.Bəs ,onda dəniz inəklərinin yox olmasında təbii seçmə hansı rolu oynayıb?Bu suala cavab tapa bilməyən darvinizm tərəfdarları dəniz inəklərinin məhvində insanların günahkar olması hipotezini irəli sürdülər.Dəniz inəkləri heç vaxt ovçuluq obyekti olmadığı üçün Danilevskiy bu hipotezi əsassız  adlandırmışdır.Əgər,onları ovlamışlarsada,bu çox az miqdarda olmuşdur. Danilevskinin sözlərinin doğruluğunu müasir alimlər də təsdiq edirlər. Y.V.Çaykovski yazır: «Dəniz inəklərinin avropalı dənizçilər tərəfindən məhv edilməsi haqqında ədəbiyyatlarda tüğyan edən fikirlər şübhəlidir,çünki omlar orada az olublar və ümumilikdə kim nəqədər öldürüb məlum deyil.Ən real variant odur ki,Steller tərəfindən təsvir olunduğu vaxt dəniz inəkləri arıq yox olmaqda idilər,komandor sürüsü isə onların son populyasiyası idi»(Y.V.Çaykovski,2006).Təxminən bu vaxtlarda elə həmin Steller tərəfindən aşkarlanmış digər dəniz məməlisi olan dəniz meymunları da zoocoğrafi məkandan yox oldu.Dəniz meymunlarının yox olmasının səbəbləri dəqiq məlum deyil.Lakin,bir məsələ dəqiqdir ki,bu halda məhvolma insanın azacıq da olsa iştirakı olmadan baş vermişdir.Dəniz məməlilərinin yox olması halları ilə bərabər,Danilevski Hind və Sakit okeanın müxtəlif adalarından (Seyşel,Madaqaskar,Yeni Zellandiya və s.)yaxın keçmişdə bir neçə tısbağa və 20-dən çox quş növünün yox olması misallarına da toxunur.Bu növlərin yox olmasına baxmayaraq hansısa yeni növü onların yeni nəsli hesab etmək olmaz.Bu növlərin digər  qrupun növləri tərəfindən sıxışdırılmasını mülahizə etmək doğru olmazdı.Çünki, bu növlərin ekoloji taxçası heç bir dəyişmiş və ya yaxşılaşmış növlər (nəsillər) tərəfindən müəyyən vaxta qədər də tutulmamışdır.Bütün bu qeyd olunanlar onu göstərirki,növlərin yox olması ilə onların mənşəyi arasında heç bir əlaqə yoxdur.Bu proseslərin hər ikisi bir-birinə münasibətdə sərbəstdir və bir-birini şərtləndirmir.Hər iki təzahürün sərbəst olması yekun nəticədə Darvinə görə mahiyyəti  məhvolma (mövcudluq uğurunda mübarizədə məğlubiyyət) yaxşılaşmış nəslin doğulması ilə  şətlənir fikrindən ibarət olan təbii seçmənin olmadığını göstərir.Müəyyən mənada Darvini də başa düşmək olar:əgər.növlərin yox olmasının səbəbi dəqiq məlum deyilsə,hər bir alimin öz hipotezini irəli sürmək haqqı var.Lakin,Darvinin təklif etdiyi izahın bitərəf (qərəzsiz) və o dövrdə növlərin yox olması haqqında olan məlumatlardan doğan məntiq də adlandırmaq olmaz.Bu fikirlər təkcə yuxarıda qeyd etdiyimiz hallara aid deyil.1849-cu ildə K.Rulye (Рулье К. Ф. Избранные биологические произведения. М.-Л., 1954),sonra isə, S.Usov  zubrlar (vəhşi buğalar) üzərində apardıqları müşahidələrin nəticələrini nəşr etdirdilər.Həmin  nəşrlərdə bu heyvanlar «yox olmağa meyilli» kimi səciyyələndirilmişdir ( Чайковский Ю. В. Наука о развитии жизни. Опыт теории эволюции. М.: Т-во научн. изданий КМК, 2006. 712 с.).A.Brem də zubrları «yox olmağa məhkum» növ kimi səciyyələndirmişdir(Брэм А. Э. Жизнь животных: В 3 т. Т. 1: Млекопитающие. М.: Терра, 1992. 524 с.). Buna səbəb nədir? Bunu ilk növbədə bu heyvanların özlərinin davranışı ilə izah etmək olar:zubrlar 2-3 ildə bir dəfə doğurlar.Çünki, kürsək vaxtı yaşlı erkəklər özləri nəsil artırmaya yararsız olsalar da cavan erkəkləri dişilərin yanından qovurlar.Əgər,zubrları təbii seçmə yaratmışdırsa,onda Darvin məntiqinə görə onlar ən uyğunlaşmış,ən dözümlü və məhsuldar növ olmalı idilər.Ancaq,bu heyvanlar,hətta onları qoruqlarda mühafizə etdikdə belə,yox olmağa cəhd etməzdilər.Digər tərəfdən isə,əgər zubrlar bu dərəcədə uyğunlaşmamış canlılardırsa,bəs nə üçün onların yox olma prosesi bizim əsrə təsadüf etmişdir?Keçən əsrlərdə,mövcudluq uğurunda mübarizənin çətin dövrlərində necə sağ qalmışlar? Qeyd olunan müəlliflər özləri isə zubrların yox olması fenomenini belə izah etmişdilər: «Ayrıca bir neyvan fərdi qısa müddət yaşadığı kimi,bütöv heyvan növünün (cinsinin) də yerdə həyatının başlanğıcı və sonu nvar»(iqtibas.Y.V.Çaykovski).Bu hipotezanın isbatı olmasa da,rəqibin sıxışdırılmasından daha məntiqli görünür. Həm də,«Növlərin mənşəyi» nəşr olunmamışdan qabaq  da.bu hipotez kifayət qədər populyar idi.Bu hipotezin hələ 1814-cü ildə italiyalı paleontoloq D.Brokki (1772-1823) tərəfindən söylənilməsinə baxmayaraq,bu barədə Darvin bir kəlmə də yazmamışdır.Müasir dövrdə də,növlərin yox olması,məhv olması səbəbləri keçən əsrlərdə olduğu kimi,yenə də tapmaca olaraq qalmaqdadır.Növlərin yox olmasının yalnız bir qismini insan fəaliyyəti (ətraf mühitin çirklənməsi,biotopların məhvi və s.)ilə əlaqələndirmək olar.Əksər növlərin yox olmasının səbəbləri isə naməlum olaraq qalır.Növlərin məhv olması məsələsində ən etibarlı mənbə olan paleontoloji məlumatlar da Darvinin köhnə formanın yenisi ilə əvəzlənməsi prinsipini təsdiq etmir.Həm Darvinin müasirləri olan,həm də bizim dövrün paleontoloqları yekdilliklə bu fikirdədirlər ki, «böyük məhvolma hansısa digər qrupdan olan növün sayının və müxtəlifliyinin eyni zamanda yüksəlməsi ilə müşayət olunmamışdır»(iqtibas.N.N.İordanski).Rus alimi D.Sobolev zəngin palejntoloji materialları təhlil edərək belə bir nəticəyə gəlmişdir ki,yox olmuş növlərin əksəriyyəti onların yerini tutmuş növlər tərəfindən sıxışdırıla bilməzdi,çünki onlar yeni növlər üçün rəqib və hətta onlar üçün yararlı yem də deyildilər Fərz etmək olar ki,növlərin məhv olmasının səbəbi ətraf mühit şəraitinin dəyişməsidir.Lakin,rus zooloqu İ.Y.Popovun fikrincə, «əgər,təkamülü ardıcıl olaraq təbii seçmə nəzəriyyəsi ilə izah etsək,onda,növ üçün hətta əlverişsiz şərait yaransa belə,o bu şəraitə uyğunlaşmalı və mövcudluğunu davam etdirməli idi...Lakin,ən maraqlısı odur ki,əgər biz məhv olmuş və saxlanmış orqanizmləri onların uyğunlaşma dərəcəsinə görə qiymətləndirsək,etiraf etmək lazımdır ki,məhz yaxşı uyğunlaşanlar məhv olmuş,az uyğunlaşanlar isə saxlanmışdır.Mezozoyda ammonitlərin məhvi və nautilidlərin saxlanması faktı bunun bariz nümunəsidir.Öz quruluşuna,həyat tərzinə və artıb-törəmə üsuluna görə ammonitlər daha uyğunlaşan hesab olunsa da,məhz onlar məhv oldular.».Məhv olmuş və saxlanmış balıqıarı  müqaisə etməklə də bu nəticəyə gəlmək olar.J.B.Lamark da məhv olmanın təkamül nəzəriyyəsi ilə uyuşmadığını qəbul edirdi. O,hesab edirdi ki,əgər qazıntılar zamanı tapılan heyvanlar hazırda yaşayan heyvanlardan kəskin fərqlənirsə,deməli onlar məhv olmayıb,digərlərinə çeviriliblər.Lamarka görə,həqiqi məhvolma praktiki olaraq günahı insanın vicdanında olan çox nadir təzahürdür.Məhvolmaya münasibətdə Lamarkın və Darvinin təlimləri mahiyyətcə bir o qədər də fərqlənmirlər.Lakin,belə görünür ki,hər iki təkamülçü həqiqətdən çox uzaqdırlar.Aydındır ki,bu cür izah hər kəsi qane edə bilməz.Ona görə də,bu gün belə izaha yalnız orta və ali məktəb dərsliklərində rast gəlmək olar.Müasir dövrdə növlərin məhv olmasına dair  darvinist olmayan iki nəzəriyyə daha populyardır: 

1.« Katastrofik» məhv olma.

2.Növlərin «qocalması»

    Belə bir fikir mövcuddur ki,növlərin məhv olması qlobal qəzalar nəticəsində baş vermişdir.Belə qəzalarin səbəbləri kimi,nəhəng meteoritlərin düşməsi,güclü vulkanik fəallıq,qlobal yanğınlar,zəlzələlər,Yer orbitinin dəyişməsini və s. göstərilir.Məhv olmuş orqanizmlər içərisində ən çox marağa səbəb olanı dinozavrlar olduğu üçün,əksər « katastrofik» hipotezlər məhz bu heyvanlara şamil edilir.Qeyd etmək lazımdır ki,həyatın kreasion (kreasionnoy) inkişaf modelinin hökmranlıq etdiyi dövrlərdə əksər növlərin məhvi məhz qəzalarla izah olunurdu (bu qəzalardan ən böyüyü qədim mətnlərdə rast gəlinən « Dünya subasması»-dır). 

Katostrofizm nəzəriyyəsinin qürubu 1830-cu ildə ingilis alimi Ç.Layelin uniformizm ideyalarının elmdə möhkəmlənməsi ilə başladı.Bu nəzəriyyəyə görə,Yerin bütün tarixi ərzində bütün həyati və geoloji proseslər bu gün olduğu kimi(yəni,heç bir qəzasız) baş vermişdir.Bəs, onda alimləri əvvəllər təkzib edilmiş qəza ideyalarına yenidən müraciət etməyə vadar edən nədir? Qəribə də olsa,bunun əsas səbəbkarı yenə də paleontologiyadır.Qazıntılar zamanı mütəxəssislər tez-tez təsadüfən saxlanmış ayrıca orqanizm qalıqları ilə deyil,daşlaşmış orqanizmlərin bütöv qəbirstanlıqları ilə rastlaşırdılar.Qobi səhrasında qazıntılardan sonra Q.Martinson(Мартинсон Г. Загадки пустыни Гоби. Л.: Наука, 1980.) yazırdı: «Sıx qumdaşı plitələrində toplanmış balıq qalıqlarının nəhəng yığını bizi heyrətə gətirdi. Bir layda ayıdöşəyi və digər bitkilərin izlərinə,digərində isə ,molyuskaların çanaqları,xərçəngkimilərin,balıqların, çoxsaylı həşəratların skletlərinin qalıqlarına,tısbağa qınlarına rast gəlinirdi.Bəzi yerlərdə bu tısbağa qınları elə sıx yığılmışdı ki,daş körpünü xatırladırdı.Dəfələrlə dinozavr sümüklərinə rast gəlinirdi.İstər-istəməz belə bir sual yaranır:Bu heyvanların belə kütləvi qırığınına səbəb nədir? Monqolustan Xalq Respublikasının Elmlər Akademiyasının Ulan-Batordakı geologiya institutunun paleontoloji laboratoriyasında döyüş zamanı biri-birinə ilişmiş iki dinozavrın skleti saxlanılır.Çox da böyük olmayan yırtıcı dinozavr buynuzlu dinozavrı öz ağuşunda tutaraq onunla birlikdə sututarın lilli dibində basdırılmışdır.Bu cür eksponat yalnız o halda yarana bilərdi ki,ölüm onları qəflətən yaxalasın.Əgər,onlar hələ sağikən sututara düşsəydilər,onda bu skletlər bir-birindən aralanardılar.»Belə təsvirləri saysız-hasabsız göstərmək olar. Bütün bunlardan başqa,yerdə böyük sahələr tutan elə daşlaşmalar və çöküntülər kəşf edildi ki,onlar yalnız sürətli geoloji proseslər nəticəsində yarana bilərdi.Alimlər  geoloji layları daha dərindən tədqiq etdikcə, bu layların sürətli yaranışı bir daha sübüt olundu:Layel nəzəriyyəsinə görə,yaranmasına milyon illər tələb olunan bu laylaraylar,həftələr və hətta günlər ərzində də yarana bilər.Geoloji layların sürətlə yaranmasının sübutu üçün ən həlledici dəlil əh həhəng qəzalar və onların nəticələri üzərində aparılan müşahidələr oldu.1982-ci ildə baş vermiş zəlzələ və Sant-Helenz (ABŞ,Vaşinqton) vulkanının püskürməsi nəticəsində təkcə bir gün ərzində 8m qalınlığında və qədim çöküntü süxurlarından heç nə ilə fərqlənməyən geniş süxur layı yaranmışdır(Чащихин У. Вопросы хронологии. М.: МДЦО, 2001. 112 с). Lakin,müasir katastrofizm (nekatastrofizm) qədim katastrofizmdən köklü şəkildə fərqlənir və növlərin kütləvi- seçmə məhvini izah etməyə qadir deyil. Çünki,məhvolmaya  ekoloji qruplar deyil,sistematik qruplar (məsələn,bütün dinozavrlar-uçan,suda və quruda yaşayan-məhv olur) məruz qalır.İ.Y.Popov yazır: «Heç bir qəza yüksək taksonomik səviyyənin müəyyən qruplarına aid olan orqanizmlərin seçmə məhvini izah edə bilməz:qəzadan sonra məhv olan və sağ qalanlar meteoritlərə,kometlərə,vulkanlara və s.müqavimət göstərmək baxımından bir-birlərindən fərqlənmirlər».Qeyd etmək lazımdır ki, катастрофизм yalnız keçmiş geoloji dövrlərdə növlərin kütləvi məhv olması faktlarını izah edir. Ancaq.bu nəzəriyyə qəzalararası dövrlərdə və indiki zamanda növlərin məhvinin səbəbini izah edə bilmir.Ona görə də,bir sıra təkamülşü alimləri,xüsusilə də ortogenez tərəfdarlarını  D.Brokkinin  unudulmuş «növlərin qocalması» nəzəriyyəsi cəlb etdi.Darvinə qədərki dövrdə brokkizm də katastrofizm qədər populyar idi.Bu nəzəriyyənin də mənbəyi kreasionizmdən başlayır: bir sıra bibliya mətnlərində dünyanın bütün canlılarının tədricən deqradasiyası qanunu birmənalı olaraq göstərilmişdir. A.Hayet (1895),Ş.Derper (1907),F.Le Dantek (1910),D.Sobolev (1924),A.Dekyuji (1941),J.Salet və L.Lafont (1943) kimi alimlərin işləri sayəsində XX əsrin birinci yarısında brokkizmn ikinci dəfə populyarlıq qazandı.Sonuncu müəlliflər tərəfindən «Canlı aləmin qocalması»(Dekyuji,1941), «Reqressiv təkamül» (Salet ,Lafont) və s. kimi səciyyəvi  adllarla kitablar seriyası buraxıldı.Bu kitablarda insanların dönüklüyündən sonra bütün canlı aləmin ümümi tənəzzülü və deqradasiyası təsvir olunurdu.Dekyuji hətta ,qocalma əlamətləri olan və yaxın vaxtlarda məhv olacağını fərz etdiyi  növlərin siyahısını da vermişdi.Onun fikrincə,yalnız insan bu prosesə müqavimət göstərə bilər(Popov,2008;Nazarov,2005).Nəticədə mikrobioloq A.Lvov,genetik və seleksiyaçı Heribert-Nilsson,zooloq A.Vandel və s. kimi görkəmli alimlər də bu fikirləri dəstəklədilər.Darvinixm tərəfdarları brokkizmi kəskin tənqid edərək,onu təbiətşünaslıqda yolverilməz fantasmaqoriya adlandırırdılar.Sovet darvinisti L.Ş.Davitaşvili yazırdı: «Filogenetik budaqların (qolların) növlərin (qrupların) yaranması ilə başlayan və ölümü ilə qurtaran həyat tsikli keçməsi antielmi mülahizə kimi rədd edilməlidir».Bu da başa düşüləndir:brokkizm həm təbii seçmə nəzəriyyəsinə ziddir,hən də hansısa «мifik»,necə yaranması və kim tərəfindən istiqamətləndirilməsi məlum olmayan «isriqamətlənmiş inkişaf qanunu »ilə izah olunurdu.Müasir brokkistlər isə yeni,qeyri-mifik bir izah tapmışlar.Məsələn,zooloq İ.Y.Popov növlərin qocalması mexanizmini belə izah edir:törəmə prosesində hər bir orqanizm öz surətini (eynini) yaratmağa cəhd etsə də ,DNT-nin surətinin yaradılması prosesində baş verən səhvlər nəticəsində uzun müddət mütləq  dəqiq surət törəmir və ona görə də nəsilərin əvəzlənməsi  zamanı ətraf mühitə yaxşı uyğunlaşmış növlər belə hökmən dəyişir.Hansısa zaman kəsiyində bu dəyişikliklər qeyri-rasional olur və növü məhvə aparır.Belə izah ilk baxışda məqbul görünsə də,brokkizmin doğruluğuna tam inandıra bilmir.A.V.Yablokov və A.Q.Yusufov yazdığı kimi, bəzi növlərin sürətli məhvi faktı kimi, çoxsaylı  «canlı qazıntıların» mövcudluğu da belə finalşı konsepsiyanı əksinədir. «Canlı qazıntılar»  hazırda yaşayan (və ya yaxın keçmişdə yox olmuş) qrypların geoxronoloji sütunun ən qədim qatlarında tapılmış və faktiki olaraq dəyışməz förmada qalan nümayəndələridir.Mövcudluğu yüz milyon illər hesab edilən çoxlu sayda göbələklər,molyuskalar,yosunlar və sadə bakteriyalar heç bir dəyişikliyə uğramamışlar.Bu fakt isə,növlərin ümumi qocalma nəzəriyyəsini təkzib etmək üçün ciddi arqumentdir. Növlər nə üçün yox olmur?Yerdə 100mln. ildən artıq müddətdə mövcud olan növlərdə heç bir dəyişikliyin olmamasını necə izh etməli?Nə üçün təkamülün gedişatında bəzi növləri dəyişməyə (və ya məhv olmağa)məcbur edən təbii seçmə digər növləri toxunulmaz saxlayır.Darvinizmdə bu problemlər sovet zooloqu İ.Şmalhauzen tərəfindən təklif olunmuş «sabitləşdirici seçmə» nəzəriyyəsi ilə həll olunur.Bu nəzəriyyəyə görə,dəyişməyən ətraf mühit şəraitində təbii seçmə genetik dəyişkənliyə əks təsir göstərərək,bu şəraitin yaratdığı normalardan hər-hansı sapmaları (kənara çıxmaları) aradan qaldırır(İ.Şmalhauzen,1982).Belə seçmə zamanı üzun müddət dəyişməz qala bilir.Əgər,sabitləşdirici seçmənin özü ilə bağlı problemlər olmasaydı,bu nəzəriyyə ilə asanlıqla razılaşmaq olardı. «Sabitləşdirici seçmə» özünü çox qəribə «aparır».Məsələn,bu gün yerdə dörd ayağı üzərində hərəkət edən 3000-dən artıq kərtənkələ növü məskunlaşmışdır.Dörd ayağın nəsillər boyu saxlanması sabitləşdirici seçmə ilə izah oluhur.Lakin nədənsə,mövcudluq səraitləri dəyişməz qalmasına baxmayaraq ,ballıcalar (oxabənzər,ayaqsız kərtənkələlər) ayaqlarını itirmişdir.Digər kərtənkələlər kimi,bu kərtənkələlər də yerüstü həyat tərzi keçirirlər(Q.N.Sidorov,2003).Bəs,onda nə üçün,sabitləşdirici seçmə bir halda aşağı ətrafları saxlamış,digər halda isə, «öz vəzifəsinin» öhdəsindən gəlməmişdir?Belə halbəzi həşaratların qanadlarını itirməsinə də aiddir.Necə olmuşdur ki, qanad kimi aktiv işləyən bir orqan lazımsız olmuşdur? Sovet entomoloqu A.Lyubişev qeyd edir ki,qanadlı həşaratlarda qənədlərin reduksiya olunması geniş yayılmış bir təzahürdür və belə reduksiyaların əksəriyyətinin səbəbi məlum deyil (iqtibas. Y.V.Çaykovski,2006).Belə bir fərziyyə mövcuddur ki,tufanların tuğyan etdiyi okean adalarında qanadların olmaması həşaratlar üçün faydalıdır.Əgər,bu belədirsə,tufan zonalarında yaşamayan və qanadlı həşaratlarla sülh şəraitində yanaşı yaşayan həşaratların qanadlarının itirilməsi necə baş vermişdir?Bu günə qədər,sabitləşdirici seçmə heç nə ilə və heç kim tərəfindən sübut olunmamışdır.   

    Növlərin «ölümü» ilə məşğul olan alimlər bununla paralel və birbaşa bağlı olan bir təzahürə-fərdin (individuumun) ölümünə də diqqət yetirmişdilər.Məlumdur ki,Yerdə doğulan hər bir orqanizm gec-tez ölür.Uzun zamanlar hesab edirdilər ki,ölüm orqanizmin aşınması (tükənməsi) səbəbindən baş verir:gücün azalması, fiziki və psixi deqradasiya,xəstəliklər,genetik pozuntu və s. Bu gün məlumdur ki, fərdin ölümü genetik olaraq əvvəlcədən proqramlaşdırılmış  və «fenoptoz» (ayrı-ayrı hüceyrələrin proqramlaşdırılmış ölümü olan «apoptoz»-a  anoloji olaraq)  adlandırılan bir prosesdir.Həyatın orta uzunluğu növün dəqiq əlamətidir (A.İ.Potapenko,1999). «Genetik materialın kodunda orqanizmin yaşını müəyyənləşdirən təlimat vardır ki,daha əlverişli şəraitdə belə,orqanizm bu yaşdan artıq yaşaya bilməz»(The New Encyclopedia Britannica, 1989).Oranizmin ölümü qocalma-məhsuldarlığın,hərəkətliliyin,yaddaşın zəifləməsi ilə səciyyələndirilən özünütənzimləmə və özünüsaxlam qabiliyyətinin itirilməsi-kimi təzahürlə müşayət olunur.Mahiyyətcə qocalma elə fenoptozu reallaşdırır.

    Qocalmanın sürətinə və xarakterinə görə bütün növləri dörd qrupa bölmək olar:tez qocalan,tədricən qocalan,cüzi qocalan və «əks,mənfi» qpcalan.Növləri bu kateqoriyalara bölmək üçün dəqiq qanunauyğunluq aşkarlanmamışdır. Tez qocalanlara bəzi balıq növlərini aid etmək olar.İnsan da daxil olmaqla,bütün məməlilər tədricən qocalır.Cüzi qocalan növlərə bəzi balıq,quş,tısbağa,bitki və s. növlər aid edilir.Bu kateqoriyadan olan canlılar qəflətən,sanki tam sağlam vəziyyətdə olarkən ölürlər.Əgər,yaşın artması ilə funksional əksilmə baş vermirsə və nəsilvermə qabiliyyəti artırsa,belə təzahür «əks» qocalma adlandırılır. «Əks» qocalma dəniz qastropodlarında (qarınayaqlı molyuskalar-umbonium və litorin),amerika arısı və s.-də müçahidə olunmuşdur.Müxtəlif növlərin qocalma əlamətlərinin oxşarlığı və vaxtından əvvəl qocalma sindromlarının (Xatçinson-Hilford və Verner xəstəlikləri) mövcudluğu qocalmanın genetik determinasiya olunmuş bir proses olduğunu söyləməyə əsas verir. Xatçinson-Hilford sindromu zamanı 6 yaşlı uşaq yaşlı insan kimi görünür(onlarda saçlar tam tökülür,boy artımı dayanır,qocalıq qrışları əmələ gəlir)və 10-13 yaşlarında ölürlər. Verner sindromu zamanı isə qocalma cinsi yetkinlik dövründə başlayır.28 yaşlı adam60 ilə bərabər bioloji yaşa malik olur və 30...40 yaşında ölür(A.A.Moskalyov,2008).

    Ölüm «proqramı» təbiətdə necə yaranmışdır və nə üçün lazımdır?

    Məlumdur ki,həyat prosesində fərdin DNT-si müxtəlif amillərin təsirinə məruz qalır ki,bu da zədələnmələrin (mutasiyaların)yaranmasına səbəb olur.Fərd nə qədər uzunömürlü olarsa, o daha çox mutasiyalar toplana bilər ki,bu mutasiyaların da artıb-törəmə prosesində yeni nəslə ötürülməsi riski yaradır. Qocalma ilə reallaşan vaxtında ölüm-fenoptoz bu nöqsanı aradan qaldırmağa kömək edir.Lakin,qocalma və ölüm proqramının meydana çıxma mexanizmi dəqiq məlum deyil və belə bir mexanizmi təsəvvür etmək də çox çətindir.Təsəvvür etmək olar ki,fərd nə qədər qocadırsa,onun verdiyi nəsil də bir o qədər zəif olacaqdır.Ancaq, XX əsrin 60-cı illərində bir sıra növlər üzərində aparılmış müşahidələr göstərdi ki,özunömürlü qoca valideynlərdən alınan nəslin ömrü cavan valideynlərdən alınan nəslin ömründən uzun olur.Son elmi məlumatlar da göstərir ki,fərdin həyat tsiklinin sonlarında verdiyi nəsil digərlərindən 30% uzun yaşayır(A.A.Moskalyov,2008). 

    Ölümdə yaxşı nə var? Doğurdanmı,ömrün uzunluğunun məhdudiyyəti populyasiyaya və bütövlükdə növə fayda gətirir?

      V.P.Skulaçyev tərəfindən təklif  olunmuş,biologiyanın samuray qanununa görə,populyasiyaya zərərli olmaqdansa,ölmək yaxşıdır.Lakin,ölüm proqramlarını bu qanunla izah etmək olarmı? Məsələn,sakit okean qızılbalığının-qorbuşanın-kürü tökmədən sonra ölməsi.Məlumdur ki,Sakit okean sularında yaşayaraq piy toplayan qorbuşa çaylara can ataraq burada kürü tökür və bir neçə həftədən sonra ölür.Uzun müddət belə hesab edirdilər ki,qorbuşanın ölümünə səbəb uzun məsafə üzərək gücünü tükətməsi ilə bağlıdır.Təkamülşü ədəbiyyatlarda nəsil artırmaq üçün kürütökmə yerinə üzərək həyatını qurban verən qorbuşadan heyranlıqla bəhs edirdilər.Ancaq,hələ o vaxtlar məlum idi ki,bir çox hallarda baliqlar topladıqları piyin yarısını belə sərf etməməsinə baxmayaraq ölürlər.Sonralar məlum oldu ki, qorbuşaların kütləvi ölümü böyrəküstü vəzlərdəki hormonların siqnal rolu oynadığı sürətli qocalmanın (bütün əlamətlər üzrə) nəticəsidir.Əgər,böyrəküstü vəzlər kənarlaşdırılarsa,baliqlar yaşamağa davam edər.Bu kəşvdən sonra,qorbuşaların ölümünün bioloji məğzi barədə fikirlər dəyişdi.Əvəzində belə bir izah təklif olundu:ölü balıqlar üzvi maddələrlə zəngin olmayan şimal çayları üçün gübrə rolunu oynayaraq şömçəquyruqları (yeni əmələ gələn xırda balıqları) qida ilə təmin edirlər.Bu hipotez də əvvəlkilər kimi,yalandan başqa bir şey deyildi.

    Birincisi,qorbuşa təkcə şimal çaylarında deyil,həmçinin də üzvi maddələrlə zəngin cənub çaylarında(Koreya,Hokkoydo,Kaliforniya) da kürü tökür ki,barada da ölü balıqların yaratdığı izafi üzvi maddələr suyun keyfiyyətinə və hətta qruntun təmizliyinə həssas olan xırda balıqlara zərər vura bilər.

    İkincisi,balıqlar kürü tökdüyü yerdə axının sürəti 1m/san.-dən artıq olur.Bu cür axında cəsədlər həmin andaca su ilə üzü aşağı axır və kimin üçün qidaya çevriləcəyi də məlum deyil.Xırda balıqlar isə «evlərini» yalnız 80...120 gündən sonra tərk edərək dənizə köçürlər.

    Üçüncüsü,tezliklə özünü dənizə atan xırda qorbuşanın mədəsində aparılmış tədqiqatlar müəyyən etmişdir ki,bu balığlar şirin suda demək olar ki.qidalanmırlar və yalnız öd kisəsindəki ehtiyatla kifayətlənirlər.

    Bu nöqteyi-nəzərdən atlantik qızılbalığı somğa fərqlənir.Bu növ daha soyuq çaylarda kürü tökür və xırda balıqlar şirin sularda fəal sürətdə onurğasızlarla qidalanaraq burada bir ildən də artıq müddətdə qalırlar.Lakin,atlantika qızılbalığı kürü tökdükdən sonra ölməyə proqramlaşdırılmamışdır.Buna görə də ,onlar həyatında 5-6 dəfə nəsil artıra bilirlər(D.Faşuk,2007,İ.Y.Popov,2008).Tamamilə bunların əksi olan davranışa malik qızılbalıqıar da var.Arktika qızılbalığı kürü tökdükdən sonra  kürü tökdüyü yerdə çox ləngiyir və qida çatışmadıqda öz balaların hücum edərək onları yeyir.

    Qorbuşa samuray davranışının yeganə nümunəsi deyil.Meksika aqavası on il yaşadıqdan sonra generativ budaqlar buraxır və tezliklə toxumlar yetişən kimi ölür.

Bu cavan pöhrələr kəsilib atıldıqda aqava bir ildən sonra yenidən uzanmağa (böyüməyə)  başlayır.Bu  prosesi hər il davam etdirməklə aqavanın ömrünü 100 ildən də artıq uzatmaq olar.Destruktiv dəyişikliklərin anoloji ləngimələrini birillik bitkilərdə də  (yabanı lalədə,çin astrası və s.) qönçələri qırmaqla  yaratmaq olar. Cütləşmənin qarşısını almaqla bəzi.kəpənək növlərinin (Fumea crassiorella)də qocalmasını və ölümünü ləngitmək olar (A.B.Koqan,1977).

    Ölüm növə hansı faydanı verir?

    Adətən,hesab edirlər ki.populyasiyanın sıxlığı nə qədər çox olarsa.fərdlər arasında qida və fəza-məkan uğurunda rəqabət də bir o qədər kəskin olar.Təbii seçmə nəzəriyyəsinə görə,belə şəraitdə daha yaxşı uyğunlaşmış və daha güclü fərdlər üstünlük qazanır və bütövlükdə sıxlığın artması ilə ölümlərin sayı artmalıdır ki,bir sıra hallarda da bu müşahidə olunur.Lakin,bu həmişə belə olmur.Məsələn, Leucaniya separata kəpənəyini yumurtadan çıxdıqdan sonra təcrid olunmuş şəraitdə saxladıqda 5 gündən artıq yaşamır.Onları qrup halında saxladıqda maksimal ömürləri 28 günə çatır ki,bu da əvvəlkindən 5 dəfə artıqdır (V.L.Voeykov,2002).Deməli,ölüm təkamül nöqtüyi-nəzərindən izah oluna bilməyən və  çox da sadə olmayan bir təzahürdür.

     Ölüm nədir?

    Orqanizmlərin qocalması və ölümünü aydınlaşdırmaq üçün ilk öncə,ölüm təzahürünün özü-özlüyündə nə olduğunu və onu şərtləndirən əlamətləri tapmaq lazımdır.Bu gün əksəriyyətin qəbul etdiyi versiya ondan ibarətdir ki, istənilən dağılmalar kimi,ölüm də A.Eynşteynin fizikanın əsas qanunu adlandırdığı termodinamikanın II qanunu ilə bağlıdır.Başqa sözlə,materiya üçün «ölü» vəziyyəti «həyat» vəziyyətindən daha sərfəlidir və ona görə də həmişə,materiya onun üçün ənənəvi olan termodinamik tarazlığa cəhd edəcəkdir.Nəzərə almaq lazımdır ki,bu qanun ətraf mühitlə  maddə və enerji mübadiləsi olmayan,təcrid olunmuş sistemlər üçün formalaşdırılmışdır.Bu isə o deməkdir ki,əgər,sınaq borusunda zülal məhlulu götürərək,onu bütün təsirlərdən maksimum təcrid etsək,onda termodinamikanın II-qanununa əsasən zülal nə qədər dayanıqlı olsa da, parçalanmalıdır.Bizim Yer açıq sistem olduğu üçün sınaq borusu işıqlı yerə qoyulmalıdır.Aydındır ki,bu halda da,zülal parçalanacaqdır.Ancaq,bu zaman zülal yüz və min dəfələrlə sürətli parçalanmaya məruz qalır.Canlı sistemlərdə də  belədir:kənar təsirlərdən təcrid olunsa belə,hüceyrə zülalı (fermentlər) gec-tez parçalanır.Bu səbəbdən də,hüceyrələrdə DNT (RNT) matrisalarında daim yeni zülalların biosintezi və köhnələrin məhvi prosesi baş verir.Biosintez sistemi zədələndikdə nasazlığı tezliklə aradan qaldıran reperasiya mexanizmi fəaliyyətə başlayır .Bundan başqa,hüceyrələr daim bölünür və əgər,onların hansındasa aradan qaldırılması mümkün olmayan zədələnmə yaranarsa,orqanizm «xəstə» hüceyrəni məhv etməli (apoptoz və ya nekroz yolu ilə) və yeni,sağlam hüceyrələrlə əvəzləməlidir.Əgər,bütün hüceyrələr eyni vaxtda zədələnib.tez də yeniləri ilə əvəzlənsəydi,canlı orqanizm (hər halda ,çoxhüceyrəlilər) ölümsüz olardı.Lakin,bu baş vermir.Orqanizmlərdə bioloji saatlar mövcuddur ki,bu saatlarda nəinki,bərpa prosesləri dayanır (orqanizm zədələnmələri bərpa etməkdən imtina edir).hətta mahiyyətcə əks prosesi-qocalmanı işə salır.Əgər,bioloji saatlar öz rejimindən saparsa,orqanizm açıq-aşkar qocalmağa başlayır. Qocalma və ölüm  termodinamikanın II qanununun ali səviyyədə - canlı sistemlər səviyyəsində reallaşması kimi baxıldıqda daha anlaşılan olur.Bu qanuna görə,canlı və cansız materiya arasında fərq ondan ibarətdir ki,cansız materiya daxili səbəblərdən özü-özünə dağılır,canlı materiya isə müəyyən proqramların vasitəsilə dağılır.Çox böyük ehtimalla söyləmək olar ki,ölüm (qocalma) proqramı təkcə fərd səviyyəsində deyil,həm də növlər,əcdadlar səviyyəsində təsir göstərir.Rusiya herontoloqları A.Akifyev və A.Potapenko hesab edirlər ki,hər bir nov müəyyən nəsil sayına proqramlaşdırılmışdır (A.P.Akifyev,1997).Növün həyatı haqqında məlumatlar cinsi hüceyrələr vasitəsilə saxlanıla,ötürülüə və realla bilər. Eksperimentlərlə sübut olunmuşdur ki,somatik (bədən) hüceyrələrdə keçmiş və gələcək həyat kəsikləri haqqında «yaddaş» saxlanılır.Növün həyatı hansı zaman kəsiyinə hesablandığını biz bilmirik.Lakin bu vaxt keçdikdə növ sürətlə «qocalmağa» başlayır və tezliklə məhv olur.Bizim dünyanın reallığı belədir: təbiətdə istər canlı,istərsə də cansız hər şey dağılır və məhv olur.Bu onun təkamülünün əsas istiqamətidir. 

    Məlumdur ki,Aristotelin dövründən bu günə qədər təbiətdə yeni növün (hibrid genli növ müxtəlifliyi istisna olmaqla)yaranmasına dair heç bir dəqiq  məlumat yoxdur,məhvolma halları isə kifayət qədərdir. (V.İ.Nazarov,2007,T.Yunker,2007).

Təəssüf ki,antik dövrlərdə növlərin hansı sayda və necə məhv olmaları barədə biz bilmirik.Ancaq,tarixdən qabaqkı dövrlərdə növlərin məhv olması barədə paleontolojo məlumatlara əsasən mühakimə yürütmək olar.Nəzərə almaq lazımdır ki,canlı məxluqatın qalıqları tapılmış geoloji laylar növlərin doğulması,yaranması haqqında deyil, yalnız məhv olması haqqında xəbər verir(nədənsə,təkamülçülər bunu unudurlar).Heç bir obyektiv səbəb olmadan növlərin məhvi canlı aləmin ümumi deqradasiyasını göstərir ki,bunu da yalnış kreatsizm mövqeyindən izah etmək olar. Bu isə,hazırdafərdlərin və növlərin qocalması proqramlarının mövcudluğu sualını aydınlaşdıra biləcək həyatın yeganə inlişaf  modelidir.Yalnız bu nəzəriyyə aydınlaşdıra bilər:nə üçün növlərdən bəziləri sürətlə qocalır, ancaq, digərləri faktiki olaraq heç qocalmırlar;bəziləri çox uzunömürlü,digərləri isə qısaömürlü olurlar.Həqiqətən də,əgər növlərin genində məhvolmanın kodlaşmış daxili mənbəyinin reallığını sübut etmək bizə müyəssər olarsa,onda növün yaranmasını целопологания ideyasından kənarda heç cür izah etmək mümkün olmayacaq.Məhz,bu nöqteyi-nəzərdənAkifyev yazırdı:«Səthi biliklər bizi dindən ayırır,əsaslı biliklər isə bizi yenidən ona qaytarır» A.P.Akifyev,1997).

    Bütün qeyd olunanlardan belə qənaətə gəlmək olar ki,biz istəsək də,bəşəriyyət termodinamikanın II qanununu ləğv edə bilmədiyi kimi,növlərin məhv olmasını da dayandıra bilməz.Lakin,bu insanların bu proseslərə təsir edə bilməməsi anlama gəlmir. Digər genetik determinasiya olunmuş əlamətlər kimi,qocalmaya da xarici amillər böyük təsir göstərir.Deməli,şüurlu məxluq olan insan bu prosesi ya sürətləndirə,ya da,ləngidə bilər.Ona görə də,etiraf etməliyik ki,növlərin taleyi bizdən də çox asılıdır və onları gələcək nəsillər üçün qoruyub saxlamaq insanın borcudur.

    Mövzunu  belə bir rezyume ilə sonuclamaq olar: Biomüxtəliflik-birmənalı müəyyənləşdirilməsi çətin olan bir konsepsiyadır.Adətən,bu anlayışdan bizim canlı ətrafımıza və təbii resurslardan dayanıqlı istifadəyə diqqət zərurəti kontekstində istifadə olunur.

 

 

                                               Azərbaycanda bioloji müxtəliflik

Biomüxtəliflik - yer üzərində bütün canlıların - mikroorqanizm, bitki və heyvanların müxtəlifliyi deməkdir.

Azərbaycan Respublikası Qafqaz regionunda ən zəngin təbii sərvətlərə malik ölkədir. Azərbaycan Respublikasının ərazisində 9 iqlim zonası üzrə 4500 növə kimi ali bitkilər qeydə alınmışdır ki, bu da Qafqazın növ tərkibinin 64%-ni, keçmiş ittifaqın bütün florasının 24%-ni təşkil edir. Respublikada rast gələn 600 növ endemik bitkilərdən 168-i Azərbaycan, 432 növü isə Qafqaz florasına aiddir.

Azərbaycan Respublikasının "Qırmızı kitabı"na 140 nadir və nəsli kəsilmək təhlükəsi olan bitki növü daxil edilmişdir.Respublika ərazisində faunanın 18 min növü qeydə alınmışdır. Müasir Azərbaycan faunası məməlilərin 97 növünü, quşların 357, balıqların 100-ə yaxın, amfibiya və reptiliyaların 67 növ və yarımnövü, həşaratların 15 minə yaxın növünü əhatə edir.Azərbaycan Respublikasının "Qırmızı kitabı"na məməlilərin 14 (ceyran, bəbir, bezoar keçisi, dağ qoyunu və s.), quşların 36 (turac, dovdaq, ütəlği, bəzgək, ərsindimdik və s.), balıqların 5 (ilanbalığı, qızılxallı, poru və s.) amfibiya və reptiliyaların 13 (adi triton, Suriya sarımsaqiyli qurbağa, eskulap ilanı), həşaratların 40 növ və yarımnövləri (Talış kökyeyəni, Apollon, Xrizip, Talış brameyası və s.) daxil edilmişdir. Bioloji növ müxtəlifliyinin əsas səbəbi regionun geoloji tarixi və müxtəlif iqlim şəraitinin olmasıdır.Təbiətin qorunması Bütün dünyada vəhşi təbiətin qorunması və öyrənilməsində xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişaf etdirilməsi ekosistemin qorunub saxlanılmasında mühüm rol oynayır. Məhz, xüsusi mühafizə olunan təbiət ərazilərinin fəaliyyəti nəticəsində nadir və nəsli kəsilməkdə oldan fauna və flora növlərinin qorunub saxlanılmasına imkan yaranmışdır

 

                        Bioloji müxtəlifliyin  qorunub saxlanılması

                                                                                                            

    1992-ci ildə Rio-de Janeyro şəhərində təqdim olunmuş «Biomüxtəlifliyin qorunması» Konvesiyasını Azərbaycan Respublikası imzaladıqdan sonra bu konvensiyanın tələblərini həyata keçirmək üçün bir sıra tədbirlər həyata keçirilmişdir.  Belə ki, 1995-ci ildən Azərbaycan «Pan-Avropa bioloji landşaft müxtəlifliyinin qorunması» strategiyasının daimi iştirakçısı olmuşdur. Respublikada  bu strategiyanın ayrı-ayrı bölmələrinə dair, o cümlədən xüsusi mühafizə olunan ərazilərin inkişafı, nadir və nəsli kəsilmək üzrə olan flora və fauna növlərinin qorunması, su-bataqlıq ərazilərinin bərpası, dağ ekosistemlərinin inkişafı istiqamətində fəaliyyət proqramları hazırlanmışdır. Azərbaycan Respublikası BMT-nin «Biomüxtəlifliyin qorunması» Konvensiyasını 2000-ci ildə ratifikasiya etmişdir. Konvensiyadan irəli gələn öhdəliklərin yerinə yetirilməsi üçün respublika prezidentinin sərəncamı ilə 2001-ci ildə bioloji müxtəlifliyin genetik ehtiyatları üzrə dövlət komissiyası yaradılmışdır. Hazırlanmış milli proqram və layihələr 2001-ci ildə Qlobal Ekoloji Fond və BMT  İnkişaf Proqramının dəstəyi  ilə «Biomüxtəlifliyin qorunması» üzrə milli məruzə  və fəaliyyət planında göstərilərək Azərbaycan hökuməti tərəfindən qəbul olunub təsdiq edilmişdir.Respublikamız 2001-ci ildə Avropa Şurasına qəbul olunmaq ərəfəsində təbii mühitin qorunması istiqamətində fəaliyyətini gücləndirmək işini fəallaşdıraraq bir neçə beynəlxalq konvensiyalara da qoşulmuşdur. Bunlar sərhədlərarası çayların, su hövzələrinin və beynəlxalq göllərin qorunması, Avropanın canlı təbiətinin və təbii mühitinin qorunması haqqında, əsasən su quşlarının yaşama yerləri kimi beynəlxalq əhəmiyyəti olan sulu-bataqlıq yerləri haqqında, mədəni və təbii irsi abidələrin mühafizəsi üzrə konvensiyalardan ibarətdir. İki su-bataqlıq ərazisi – Ağgöl və Qızılağac gölləri Ramsar Konvensiyası   çərçivəsində   siyahıya   salınmışdır.Azərbaycan Respublikası Qafqaz ölkələri və bütövlükdə Avropa üzrə ən zəngin biomüxtəlifliyə malik olan ölkələrdən biridir. Azərbaycanda bir çox bitki və heyvan növləri endemikdir və bu ölkədən başqa dünyanın heç bir yerində mövcud deyil. Bu zəngin bioloji müxtəliflik bir çox təsirlər nəticəsində təhlükə altındadır. Tərtib olunmuş Qırmızı Kitaba görə, Azərbaycan Respublikasında yüzlərlə bitki və heyvan növləri təhlükə altındadır və müxtəlif qorunma statusuna malikdir. Azərbaycanda biomüxtəlifliyin qorunması həm milli və regional, həm də qlobal əhəmiyyətə malikdir.Respublikamızda davamlı inkişafın təmin olunması baxımından bioloji müxtəlifliyin qorunması üçün aşağıdakı strateji tədbirlərin həyata keçirilməsi  məqsədəmüvafiqdir:

- Biomüxtəlifliyin qorunmasına yönəldilmiş bütün ekoloji proseslərə, beynəlxalq konvensiyalara, digər ölkələrarası və regional müqavilələrə qoşulmaq;

- Bioloji müxtəlifliyin əhəmiyyətli komponentlərinin müəyyənləşdirilməsi və onların qorunması üçün əlavə tədbirlərin hazırlanması və həyata keçirilməsi;

- Biomüxtəlifliyin vəziyyətinin monitorinqi üçün ölkələrin flora və faunasının Qırmızı və Yaşıl Kitiablarının tərtibi və yeniləşdirilməsi;

- Xüsusi mühafizə olunan ərazilərdə müxtəlif qorunma statusuna malik olan bitki və heyvanlar aləminin bərpası üçün müvafiq şəraitin yaradılması;

- Nadir və kökü kəsilməkdə olan bitki və heyvan növlərinin genefondunun qorunmasının təmin edilməsi və onların xüsusi qorunan təbii ərazilərdə, botanika bağlarında, zooloji parklarda saxlanılması üçün şəraitin yaradılması;

- Biomüxtəliflik üçün təhlükənin və bu təhlükə nəticəsində ilk növbədə təsir altına düşə bilən təbii bitki və heyvan növlərinin proqnozlaşdırılması;

- Biomüxtəlifliyin qorunması məqsədilə  yeni milli parkların yaradılması.

Səhralaşmaya qarşı mübarizə. Azərbaycan Respublikası BMT-nin Səhralaşmaya qarşı mübarizə Konvensiyasını 1998-ci ildə ratifikasiya etmişdir. Səhralaşma ilə mübarizəyə dair milli fəaliyyət planının hazırlanması layihəsi üzərində işlər başlanmışdır. Layihənin yekunu kimi səhralaşmaya qarşı milli fəaliyyət planı hazırlanacaqdır ki, bu da özündə konkret tədbirlər sistemini birləşdirəcəkdir.

 Bu konvensiyanın tələblərinin həyata keçirilməsinin respublikamız üçün böyük əhəmiyyəti vardır. Belə ki, qlobal iqlim dəyişmələri nəticəsində baş vermiş istiləşmə, meşələrin qanunsuz qırılması, torpaqların deqradasiyası, su mənbələrinin azalması quraqlığa gətirib çıxarır ki, bu da səhralaşma prosesinin sürətlənməsinə səbəb olur. Bütün  bu səbəblərə  görə  səhralaşmaya qarşı mübarizə üzrə milli səviyyədə aşağıdakı strateji vəzifələrin yerinə yetirilməsi  məqsədəmüvafiqdir:

- Səhralaşma prosesinin təsirinə məruz qalmış torpaqların inventarlaşdırılması;

- Səhralaşmaya qarşı mübarizə üzrə milli fəaliyyət planının hazırlanması və həyata keçirilməsi;

- Səhralaşmaya qarşı mübarizə işlərinin effektivliyinin yüksəldilməsi məqsədilə proqnozlaşdırma və əhalinin məlumatlandırılması sisteminin yaradılması;

- Qlobal ekoloji problemlərin qarşılıqlı mənfi təsirinin qiymətləndirilməsi və müvafiq əks tədbirlərin həyata keçirilməsi;

- Meşəsiz ərazilərdə meşə zolaqları və yaşıllıqların yaradılması.

 Yuxarıda göstərilən strateji tədbirlərin həyata keçirilməsi  mövcüd ekoloji problemlərin həll edilməsi  və respublikamızın  davamlı inkişaf yoluna  keçməsində mühüm mərhələ  olacaqdır.

 

                                         Heyvanlar aləmi

Azərbaycan özünəməxsus fauna kompleksi olan bir neçə zoocoğrafi əyalətlərin qovşağında yerləşir. Qonşu ərazilərdən - İrandan, Orta Asiyadan, Aralıq dənizi ölkələrindən olan bəzi heyvan növləri buradakı şəraitə uyğunlaşmış, respublikanın faunasını zənginləşdirmişdir.

Azərbaycan Respublikası ərazisində təbii şəraitin müxtəlifliyi ilə əlaqədar onun heyvanlar aləmi də çox rəngarəngdir.Respublika ərazisndə 97 növ məməli, 357 növ quş, 67 növ amfibii və reptili, 1 növ dəyirmiağız, 97 növ balıq, 15 mindən çox onurğasız heyvan növü məlumdur.Düzənlik sahələrin faunası külli miqdarda məməlilər, sürünənlər, suda-quruda yaşayanlar və çoxsaylı oturaq və köçəri quşlarla təmsil olunub.Burada məməlilərdən ceyrana, çöl donuzuna, canavara, tülküyə, porsuğa, qamışlıq pişiyinə, dovşana və s., sürünənlərdən - bataqlıq, Xəzər və Aralıq dənizi tısbağalarına, zolaqlı kəltənkələyə, adi və su koramalına, gürzəyə və s., suda-quruda yaşayanlardan - müxtəlif növ qurbağalara, quşlardan - qırqovula, kəkliyə, turaca, qartala, müxtəlif növ ördək və qazlara, harayçı və fısıldayan qu quşlarına, qaşqaldağa, sultan toyuğuna, vağlara, qarabatdaqlara, qıvrımlələk qutana və s. həşaratların bir çox növlərinə rast gəlinir.Orta və yüksək dağlıq hissədə düzənlikdə rast gəlinən heyvanlardan başqa bu ərazilər üçün xarakterik sayılan Şərqi Qafqaz təkəsi, Qafqaz maralı, Qafqaz köpgəri, Avropa cüyürü, Qafqaz qonur ayısı, quşlardan toğlugötürən, berkut, Qafqaz şahini, Qafqaz tetrası, Qafqaz uları və s. fauna nümunələri məskunlaşmışdır.Azərbaycan Respublikasının "Qırmızı kitabı"na 108 heyvan növü, o cümlədən 14 növ məməli, 36 növ quş, 13 növ amfibi və reptililər, 5 növ balıq və 40 növ həşərat daxil edilib.

 

Respublkanın heyvanlar aləmi haqqında ümumi məlumat

Heyvanlar aləmi müəyyən ərazi və ya akvatoriyada bir neçə heyvan növünün uzun müddət ərzində yaranmış və formalaşmış toplusudur. Azərbaycanın heyvanlar aləminin zənginliyi barədə ilk məlumata şərq səyyahlarının yazılarında rast gəlmək olar. Memarlıq abidələri, qədim qaya və daşlar üzərindəki müxtəlif heyvan təsvirləri dövrümüzə qədər gəlib çatmışdır. XVII əsrdən etibarən təbiətşünas səyahətçilərin Azərbaycan ərazisinə səfərləri ilə bağlı heyvanlar aləmi haqqında ilk bilgi əldə edilir.Fauna anlayışından fərqli olaraq heyvanlar aləmi dedikdə onların növ tərkibi ilə yanaşı fərdlərin sayı da nəzərə alınır. Azərbaycan Respublikası ərazisində təbii şəraitin müxtəlifliyi ilə əlaqədar onun heyvanlar aləmi də çox rəngarəngdir. Respublika ərazisində 97 növ məməli, 357 növ quş, 67 növ amfibi və reptili, 1 növ dəyirmiağız, 97 növ balıq, 15 mindən çox onurğasız heyvan növü məlumdur.Heyvan növlərinin respublika ərazisində yayılma arealı müxtəlifdir. Bəzi heyvanlar yalnız çox məhdud (göl, dağın bir hissəsi), digərləri isə respublikanın bütün ərazisində yayılmışdır. Məs., sərçəkimilər dəstəsinə daxil olan quşlara respublikanın bütün ərazisində rast gəlmək olar.Azərbaycan Respublikasının "Qırmızı kitab"ına 108 növ heyvanın adı daxil edilmişdir. Onlardan 14 növü məməli, 36 növü quş, 13 növü sürünən və suda-quruda yaşayan, 5 növü balıq, 40 növü həşəratdır.Azərbaycan Respublikasında nadir və nəsli kəsilməkdə olan fauna və flora növlərinin qorunub saxlanılması məqsədi ilə qoruq və yasaqlıqlar yaradılır.Berkut məhdud sahədə, əsasən, yüksək dağlarda yaşayan quşlardandır. Qafqaz tetrası Kiçik və Böyük Qafqazın subalp zonasında, yaşılbaş ördək Xəzərin sahilində, respublikanın su tutarlarında qeyd edilir. Qaya keçisi və Cənubi Qafqaz muflonu hazırda Naxçıvan MR-da, ceyran ancaq Şirvan qoruğunda, Bəndovan və Korçayda rast gəlir. Dağıstan turu Böyük Qafqazın cənub ətəyində, Balakən, Qəbələ, Zaqatala və İsmayıllı rayonları ərazisində qalmışdır.Respublikanın şirin sularında və Xəzərdə 30 növ balıq ovlanır. Bu balıqların çoxu Kür çayında, Kürün ətrafındakı göl və axmazlarda, həmçinin Mingəçevir su anbarıda tutulur. Ovlanan balıqların əksəri keçici və yarımkeçicidir (dənizdə böyüyür, kürüləmək üçün çaylara keçir). Keçici balıqların ən qiymətlisi qızılbalıq, nərə, uzunburun və bölgədir. Xəşəm, şamıyı, poru ilanbalığı da belə balıqlardandır. Nərəkimilərin əti və qara kürüsü çox qiymətli hesab olunur.Bunlardan başqa, Azərbaycan Respublikasının sularında böyük sənaye əhəmiyyəti olan çapaq, çəki, sıf, naxa, külmə, ziyad (kütüm) və s. yarımkeçici balıqlar var. Xəzərdə çoxlu siyənək, kilkə və kefal ovlanır. 1959-cu ildən sonra Kür çayında müxtəlif hidrotexniki qurğular tikilməsi, Kür çayı axarının nizama salınması, Xəzər dənizi suyunun çirklənməsi və s. səbəblərdən sənaye əhəmiyyətli balıqların sayı xeyli azalmışdır. Balıq ehtiyatını bərpa etmək və artırmaq məqsədi ilə respublikada geniş miqyasda meliorasiya və balıq yetişdirmək üçün 3 zavod (Kürağzı, Əlibayramlı və Kür təcrübə nərəyetişdirmə zavodları) istifadəyə verilmşdir. Respublikanın balıqyetişdirmə təsərrüfatlarında və zavodlarında hazırda ildə 20 mln.-dək nərə balığı, 600 min qızılbalıq və 800 mln-dan çox çapaq, çəki külmə və sıf körpəsi yetişdirilir. Bunlardan əlavə, 1980-ci ildən Kiçik Qızılağac təsərrüfatında fəaliyyət göstərən inkubatorda ildə 50 min ziyad balığı yetişdirilib dənizə buraxılır. 2000-ci ildə Xıllıda yeni, müasir 20 mln. nərəkimi körpəsi yetişdirməyə qadir olan zavod istifadəyə verilmişdir.

 

          Azərbaycanda nadir və nəsli kəsilmək təhlükəsində olan bitki və heyvan növləri

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ətraf mühitin mühafizəsi, ölkənin ekoloji problemlərinin həllinə yönəlmiş fəaliyyətində bioloji müxtəlifliyin qorunub saxlanılması, nadir bitki və heyvan növlərinin genofondunun mühafizəsi və öyrənilməsi xüsusi yer tutur və prioritet verilən istiqamətlərdən hesab olunur.

Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Prezidentinin 2006–cı il 24 mart tarixli 1368 nömrəli Sərəncamı ilə "Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunması və davamlı istifadəsinə dair Milli Strategiya və Fəaliyyət Planı"nda nəzərdə tutulan öhdəliklər, xüsusən nadir heyvan və bitki növlərinin mühafizəsinin təşkili, bioloji müxtəlifliyin qorunması və xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişaf etdirilməsi, prioritet ekosistemlərin müəyyən edilməsi istiqamətində zəruri təşkilati işlər aparılır.

Azərbaycanın təbiəti çox maraqlı və rəngarəngdir. Ölkə ərazisinin yarıdan çoxunu quru landşaftlar (yarımsəhralar, dağətəyi və dağlıq çöllər) əhatə edir. Ölkəmizin təbii və coğrafi şəraitinin unikallığı burada flora və faunanın növ müxtəlifliyinin rəngarəngliyinə şərait yaratmışdır. Yer üzərində mövcud olan 11 iqlim tipinin 9–na Azərbaycanda təsadüf edilir. Bu amil, ölkəmizdə zəngin biomüxtəlifliyin formalaşmasında mühüm rol oynayır. Azərbaycan Respublikası ərazisində demək olar ki, bitki örtüyünün bütün tiplərinə – qədim meşə borealı, səhra, kserofit, bozqır, Qafqaz və adventiv bitki örtüyünə rast gəlinir.Azərbaycanda təxminən 4500 ali bitki növü yayılmışdır ki, bu da Qafqazın zəngin bitki aləminin növ tərkibinin 64%–ni təşkil edir. Bunlardan 240–ı endemik və relikt növlərdir. Azərbaycan Respublikasının "Qırmızı Kitab"na 140 nadir və nəsli kəsilməkdə olan bitki növü daxil edilmişdir.Azərbaycanın yabanı dendroflorasında 460–a yaxın ağac və kol növünə təsadüf olunur ki, bu da Respublika florasındakı bitki növlərinin 11%–ni təşkil edir. Onların 70–i endem növü olub Respublikamızdan kənarda bitmir.Azərbaycanda üçüncü dövrə aid olan relikt ağac və kol bitkilərinə rast gəlinir. Bunlardan Eldar şamı, Dəmirağac, Ipək akasiyası, Xəzər lələyi və s. yayılmışdır.Nadir və nəsli kəsilmək təhlükəsi altında olan bir çox ağac və kol növləri Azərbaycanın "Qırmızı Kitab"na daxil edilmişdir. Bunlara Ipək akasiyası, Xəzər lələyi, Budaqlı danaya, Dəmirağac, Qırmaqvari şam, Aptek dəfnəgilası, Hirkan ənciri, Qanadmeyvə yalanqoz, adi şabalıd, Rade tozağacı, Sarı rododendron, Qafqaz rododendronu və s. aiddir.Hazırda, Milli Elmlər Akademiyasının müvafiq İnstitutları ilə birgə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən "Qırmızı Kitab"ın II nəşrinə daxil olacaq növlərin sayı müəyyən olunmuşdur. Beləliklə, "Qırmızı Kitab"ın II nəşrinə 450 bitki növünün daxil edilməsi nəzərdə tutulmuşdur. Bu məqsədlə, Azərbaycan Respublikasının "Qırmızı Kitab"nın II nəşrinin təşkili istiqamətində tədbirlər davam etdirilərək, Redaksiya Heyəti yaradılmış və nəşrlə əlaqədar Tədbirlər Planı hazırlanmışdır.

Azərbaycan Respublikasının "Qırmızı Kitab"na daxil edilmiş bitki növlərindən təbii formada yalnız Respublikamızda təsadüf edilən Eldar şamı (Pinus eldarica) Elləroyuğunda özünəməxsus arid meşə landşaftı yaratmışdır. Eldar şamı ağaclarının yaşı 100–120 il, hündürlüyü 2–6 m, diametri 10–28 sm, boniteti V, sıxlığı 0,32–dir. Meşələr üçün qeyri–adi hesab edilən şəraitdə bitib inkişaf edən Eldar şamı quraq və az münbit torpaqlı ərazilərin yaşıllaşdırılması üçün misilsiz, əvəzsiz ağac növüdür.Dəmirağac (Parrotia persica) çox nadir növdür. Əsasən, Lənkəran Astara, və Masallı rayonlarında qaya yarğanlarında, dəniz səviyyəsindən 500 metr yüksəklikdə yayılmışdır.Azərbaycan Respublikasının ekoloji baxımdan dayanıqlı sosial–iqtisadi inkişafa dair Milli Proqramında bioloji müxtəlifliyin qorunması, nadir və nəsli kəsilmək təhlükəsi olan bitki növlərinin genofondunun qorunmasının təmin edilməsi və onları xüsusi mühafizə olunan ərazilərdə, nəbatət bağlarında saxlanılması üçün şəraitin yaradılması istiqamətində işlər aparılır.Nadir heyvan və bitki növlərinin qeydiyyatının aparılması və ölkə təbiətində onların dinamikasının izlənilməsində "Qırmızı Kitab" özünəməxsus əhəmiyyətli rol oynayır. Mövcud "Qırmızı Kitab"da Azərbaycan faunasından məməlilərin 14 növü (99 növdən), quşların 36 növü (360 növ və yarımnövdən), balıqların 5 növü (123 növ və yarımnövdən), amfibi və reptililərin 13 növü (63 növ və yarımnövdən) əksini tapmışdır. Hazırda, Milli Elmlər Akademiyasının müvafiq institutları ilə birgə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən "Qırmızı Kitab"ın II nəşrinə daxil olacaq növlərin sayı müəyyən olunmuşdur, beləliklə, "Qırmızı Kitab"ın II nəşrinə 170 heyvan növünün daxil edilməsi nəzərdə tutulmuşdur.

Azərbaycanın və bütün Qafqazın faunasına xas olan endemik növlər çoxdur (onlar arasında ixtiofauna 40 %, sürünənlər 13 % və məməlilər 15 %ni təşkil edir).

Azərbaycan Respublikasının "Qırmızı Kitab"na daxil edilmiş məməlilərdən Bəbir, Ceyran, Safsar, Zolaqlı kaftar və Vaşaqın nəsli kəsilmək üzrədir və bu növlərin qorunması zərurəti yaranmışdır.

Bunlardan Bəbir Azərbaycanda son dərəcə nadir yarımnövlərdən biridir. Bəbirin keçmiş arealı (XIX əsrin sonu, XX əsrin başlanğıcı) Böyük və Kiçik Qafqazın, Alazan çayı vadisinin, Talış və Araz çayının orta hissəsini (Naxçıvan MR) əhatə edirdi. XX əsrin 50–60–cı illərinə yaxın Azərbaycanda Bəbirin arealı sürətlə kiçilməyə başladı. Hal–hazırda Bəbirə (10–15 fərd) əsasən Naxçıvan MR–də və Talış meşələrində rast gəlmək mümkündür.

Ceyranın (Gazella subqutturoza) Azərbaycanda nəsli kəsilmək üzrədir. Bu növ XIX əsrin ortalarında səhralarda, düzənliklərdə geniş yayılmış növ hesab edilirdi. Daha çox Qarabağ və Muğan düzlərində təsadüf edilirdi. Bizim əsrin 50–ci illərində Ceyranın arealı və sayı faciəli surətdə azalmışdır. Hazırda, əsas yayıldığı ərazilər Şirvan və Abşeron Milli Parkı, Bəndovan və Korçay Dövlət Təbiət Yasaqlıqları (8000–dən çox) hesab olunur.    

 

Qırmızı kitab

    Qırmızı kitab — məhvolma təhlükəsi altında olan heyvan, bitki və göbələk növləri haqqında məlumat toplanan kitabdır.Qırmızı kitab vəzifəsindən asılı olaraq beynəlxalq, milli və regional olur.Beynəlxalq Qırmızı  kitaba dünyada nadir və nəsli kəsilmək qorxusu yaranmış bitki və heyvan növləri daxil edilir. Həmin növlər təbiətin qorunması üçün ictimai əsaslarla yığılan Beynəlxalq fond (vəsait) hesabına öyrənilir. Milli Qırmızı kitablar konkret dövlətin ərazisindəki fauna və floranı qorumağa xidmət edir. Məsələn, Azərbaycanın Qırmızı kitabı, Rusiyanın Qırmızı kitabı və s. Ərazisi geniş və təbii kompleksləri müxtəlif olan ölkələrdə milli Qırmızı kitabdan əlavə regional Qırmızı kitablar da tərtib edilir.Beynəlxalq Qırmızı kitaba daxil edilmiş bitki və ya heyvan növü hansı ölkənin fauna və florasına daxildirsə, həmin ölkənin milli Qırmızı kitabına mütləq daxil edilməlidir. Məsələn, ceyran və doydaq Beynəlxalq və Azərbaycan Qırmızı kitabına daxil edilmişdir. Qırqovul və qaranaz Azərbaycanda az, başqa ölkələrin təbiətində çox olduğundan Azərbaycannın milli Qırmızı kitabına daxil edilməklə məhdudlanır. Nadir və nəslinin kəsilmək təhlükəsi olan növlərin çoxunu bir neçə ölkənin Qırmızı kitablarına daxil etmək lazım olur.Qırmızı kitabda hər bir növün statusu, əhəmiyyəti, qısaca təsviri, yayılması, yaşama yeri, sayı və onun dinamikası, bioloji xüsusiyyətləri, süni şəraitdə çoxaldılması, ehtiyatını bərpa etmək üçün həyata keçirilmiş və keçirilməsi vacib olan tədbirlər göstərilir. Beləliklə, Qırmızı kitabın məzmunu adi kitablardan kəskin fərqlənir.Beynəlxalq Qırmızı kitaba daxil edilmiş bitki və heyvanlar üzərində Beynəlxalq ictimai təşkilatların rəhbərliyi altında monitorinq təşkil edilir və onun nəticələrinə uyğun tədbirlər həyata keçirilir. Milli Qırmızı kitaba daxil edilən bioloji növlər konkret dövlət tərəfindən nəzarət altına alınır və onların populyasiyasının optimal sıxlığını bərpa etmək üçün tədbirlər həyata keçirilir.1948-ci ildə Beybəlxalq Təbiəti Mühafizə İttifaqı (BTMİ) dünyanın əksər ölkələrinin təbiəti mühafizə ilə məşğul olan dövlət, ictimai və elmi təşkilatlarını birləşdirərək bu işlərə rəhbərliyi öz üzərinə götürdü.BTMİ-nin ilk qərarlarından biri 1949-cu ildə nadir növlər üzrə Komissiya (ing.Species Survival Commission) yaratmaq oldu.Komissiyanın əsas vəzifələrinə nəsli kəsilməkdə olan nadir bitki və heyvan növlərinin vəziyyətinin öyrənilməsi,beynəlxalq və millətlərarası konvensiya və müqavilələrin layihələrini işləyib hazırlamaq,belə növlərin kodastrının tərtibi və onların mühafizəsi üzrə uyğun tövsiyələrin hazırlanması daxil idi.Komissiya öz işinə sıfırdan başladı.Nadir növlərin mühafizəsinə yanaşma tərzinin ümumi prinsiplərini işləmək,yox olmaq təhlükəsi və ya qırılmaq təhlükəsi olan növləri müəyyənləşdirmək,onların təsnifatlaşdırılması sistemini hazırlamaq,əsas limitləyici amilləri aşkarlamaq üçün belə növlərin biologiyası haqqında məlumatlar toplamaq lazım gəlirdi.Bu işlərin başlanğıcında hətta «nadir növ» anlayışı belə,mövcud deyildi.Komissiya ilk əvvəl qarşısına bu və ya digər səbəblərdən dünyada nəsli kəsilmək təhlükəsinə məruz qalan heyvanların izahlı siyahısını(kodastrını) tərtib etmək vəzifəsini qoymuşdu.Daha cəlbedici və böyük əhəmiyyətə malik olmasını,qırmızı rəngin təhlükə siqnalının simvolu olmasını nəzərə alaraq, Kommissiyanın sədri Ser Piter Skott siyahının Qırmızı kitab adlandırılmasını təklif etdi. BTMİ-nın Qırmızı kitabının ilk nəşri 1963-cü ildə işıq üzü gördü.Bu kiçik tirajlı «pilot» nəşri idi.Kitabın iki cildinə 211 növ və yarımnövdən olan məməlilər, 312 növ və yarımnövdən olan quşlarhaqqında məlumatlar daxil edilmişdi.Kitab siyahı üzrə görkəmli dövlət xadimlərinə və alimlərə göndərilmişdi.Yeni məlumatlar toplandıqca adresatlara planlaşdırıldığı kimi,köhnə səhifələri dəyişmək üçün əlavə səhifələr göndərilirdi.

     Kitabın ikinci nəşrinin üç cildi 1966-1971-ci illərdə çıxdı.Artıq,ikinci nəşr kitab formatında (21,0 x 14,5 sm) buraxılmışdı.Lakin,birinci nəşr kimi,o da,istənilən səhifənin yenisi ilə əvəzlənməsini təmin etmək üçün qalın aşırma təqvim şəklində idi.Kitab,yenə də kütləvi satış üçün nəzərdə tutulmamışdı və siyahı üzrə təbiətqoruyucu idarələrə,təşkilatlara və alimlərə göndərilirdi.Birinci nəşrdən keçən müddət ərzində əlavə məlumatlar toplandığı üçün BTMİ-nin Qırmızı kitabının ikinci nəşrinə  daxil edilmiş növlərin sayı əhəmiyyətli dərəcədə artmışdı.Kitabın ikiinci cildinə 236 növ (292 yarımnöv) məməli,ikinci cildinə 287 növ (341 yarımnöv) quş və üçüncü cildinə 119 növ və yarımnöv reptili,34 növ və yarımnöv amfibiya haqqında məlumatlar daxil edilmişdi.Tədricən, BTMİ-nin Qırmızı kitabı təkmilləşdirildi və məlumatlarla zənginləşdi.

Kitabın 1972-ci ildə buraxılmış üçüncu nəşrinə 528 növ və yarımnöv məməli, 619 növ, quş və 153 növ və yarımnöv reptili və amfibiya haqqında məlumatlar daxil edilmişdi.Kitabda sərlövhələri (fəsillər) də dəyişdirilmişdi.Birinci fəsil növün statusunun səciyyəsinə və müasir vəziyyətinə,sonrakı fəsillər növün yayılma coğrafiysına,populyasiya quruluşuna və sayına,məskunlaşma yerinin səciyyəsinə,növün mühafizəsi üzrə həyata keçitilən və təklif olunan tədbirlərə,heyvanxanalarda saxlanılan heyvanların səciyyəsinə,məlumat mənbələrinə (ədəbiyyatlara) həsr olunmuşdur.Kitab satışa çıxarıldığı üçün onun tirajı da kəskin artırıldı.Qırmızı kitabın 1978-1980-ci illərdə buraxılmış dördüncü nəşrinə 226 növ və 79yarımnöv məməli, 181 növ və77 yarımnöv quş, və 153 növ və 21yarımnöv reptili ,35 növ və 5 yarımnöv amfibiya,168növ və 25 yarımnöv balıq haqqında məlumatlar daxil edilmişdi.Bunların içərisində bərpa olunmuş 7 növ və yarımnöv məməli,4 növ quş və 2 növ reptili vardı.Qırmızı kitabın dördüncü nəşrinə daxil edilmiş növlərin sayının ixtisar olunması təkcə müvəffəqiyyətli mühafizənin hesabına deyil,eyni zamanda son zamanlar toplanmış daha dəqiq məlumatlar hesabına olmuşdur.1996-cı ildə Beynəlxalq Qırmızı Kitabın yeni variantı nəşr olunda.20 ildən artıq bir müddətdə növlərin və yarımnövlərin statusu onların yoxolma təhlükəsinin dərəcəsindən asılı olaraq ümumi (qlobal)şkala üzrə qiymətləndirilmişdir.Sonuncu kitabda isə,müxtəlif  taksonların statusunun daha obyektiv və elmi əsaslandırılmış qiymətləndirilməsinə cəhd edilmişdi.Növlərin və yarımnövlərin həssaslıq dərəcəsi haqqında qərarın qəbul edilməsi onların genetik müxtəlifliyi, ekosistemlərin (məskunlaşma yerlərinin) saxlanması,sayı və arealının kəmiyyətinin müəyyənləşdirilməsinə  əsaslanır. Qeyd olunan parametrlərin müqaisəli qiymətləndirilməsi üçün beş kəmiyyət meyarından(A-E) istifadə olunmuşdur. Növün həssaslıq dərəcəsini səciyyələndirmək üçün səkkiz kateqoriya təklif olunmuşdur:

EX – Extinct (Nəsli kəsilmiş)-bu kateqoriyaya heç bir canlı nümayəndəsinin qalmamasına şübhə olmayan növlər daxil edilmişdir. Bu kateqoriyaya 1500-cü ildən sonra nəsli kəsilmiş növlərin adı salınmışdır.

EW – Extinct in the Wild (Vəhşi təbiətdə mövcud olmayan)-bu kateqoriyaya nümayəndələri yalnız nevole saxlanılan və ya populyasiyası tarixi arealından kənarda saxlanmış növlər aid edilir.

CR – Critically Endangered (Nəsli kəsilmə həddinə çatanlar)-bu kateqoriyaya nəsli kəsilmə riski ekstremal olan və yaxın gələcəkdə yox ola biləcək növlər aid edilir.

EN – Endangered (Nəsli kəsilməkdə olanlar)-əvvəlki kateqoriyaya aid edilməyən,lakin,yüksək nəsli kəsilmə təhlükəsinə məruz qalan və yaxın gələcəkdə yox ola biləcək növlər aid edilir

VU – Vulnerable (Həssas növlər)-əvvəlki iki kateqoriyaya aid edilməyən,lakin nəsli kəsilmə təhlükəsi olan növlər aid edilir.

LR-Lower Risk (Nəsli kəsilmə riski az olanlar)- «nəsli kəsilmə təhlükəsi olan» kateqoriyaların heç birinə aid edilməyən növlər və yarımnövlər bu kateqoriyaya aid edilir.Bu kateqoriya üç subkareqoriyaya bölünür:

LR Conservation Dependent (cd) (mühafizə altında olanlar)-bu subkateqoriyaya, mövcudluğu canlıların özlərinün və ya məskunlaşma yerlərinin mühafizə tədbirlərindən asılı olan taksonlar aid edilir. Mühafizə tədbirlərinin dayandırılarsa, bu növlər beş ildən sonra nəsli kəsilmə təhlükəsi olan kateqoriyalardan birinə aid ediləcəkdir.

LR – Near Threatened(nt) (Nəsli kəsilmə təhlükəsinə yaxın olanlar)- mühafizə altında olanlara aid edilməyən,lakin meyarlardan biri üzrə həssas növlərə yaxın olan növlər aid edilir.

LR – Least Concern(lc) (Az qayğı tələb edənlər)-«mühafizə altında olan»  və «nəsli kəsilmə təhlükəsinə yaxın olanlar»-a aid edilməyən taksonlar bu subkateqoriyaya aid edilir.

DD – Data Deficient (Haqqında kifayət qədər məlumat olmayanlar)-hər-hansı bir kateqoriyaya aid edilməsi üçün haqqında kifayət qədər məlumat olmayan taksonlar aid edilir.

NE – Not Evaluated (Qiymətləndirilməmişlər)-yeni təsnifatı aparılmamış taksonlar aid edilir.

2007-ci ildə qəbul olunmuş bu təsnifata əsasən16 308 nəsli kəsilmə təhlükəli növ qeyd edilmişdir.

    Nəsli kəsilməkdə olan növlər-sayının az olması və ya hansısa ətraf  mühit amilinin təsiri ilə yox olmaq təhlükəsinə məruz qalan bioloji növlərdir.

    Qırmızı kitabdakı məlumatlar dinamik xarakter daşıyır. Qırmızı kitab əhali üçün informasiya mənbəyi olmaqla yanaşı həm də dövlət sənədidir. Bu kitaba daxil edilmiş bitki və heyvanları qanunsuz ovlayanlar və tələf edənlər müvafiq icra hakimiyyəti tərəfindən cəzalandırılır.Qırmızı kitabdan başqa yüzlərlə bioloji növlərin ovlanması və ticarəti ölkələrarası və beynəlxalq müqavilələrə əsasən, məhdud və ya tamam qadağan edilmişdir. Bu müqavilələrin bir çoxuna Azərbaycan Respubilkası da qoşulmuşdur.

    Beynəlxalq Qırmızı kitaba daxil edilmiş bitki və heyvanlar üzərində Beynəlxalq ictimai təşkilatların rəhbərliyi altında monitorinq təşkil edilir və onun nəticələrinə uyğun tədbirlər həyata keçirilir. Milli Qırmızı kitaba daxil edilən bioloji növlər konkret dövlət tərəfindən nəzarət altına alınır və onların populyasiyasının optimal sıxlığını bərpa etmək üçün tədbirlər həyata keçirilir.Dünyanın əksər ölkələrində bu növlərin müdafiəsini təmin edən qanunlar var.Məsələn,bu heyvanların ovlanmasının qadağan edilməsi,torpaqların mənimsənilməsinin məhdudlaşdırılması,qoruq və yasaqların yaradılması və s. Faktiki olaraq,nəsli kəsilmək təhlükəsinə məruz qalan növlərin çox az bir qismi hüquqi müdafiə ilə təmin olunur.Nəsli kəsilən növlərin çoxu ictimaiyyət tərəfindən heç bir qayğı görmədən məhv olur.Son 150 il ərzində nəsli kəsilən növlərin sayının artması narahatlıq üçün əsas verir.Növlərin nəslinin kəsilməsinin cari sürəti Yer tarixində əvvəlki dövrlərdə olan kütləvi məhvolmalardan 10...100 dəfə artıqdır. Əgər,nəsil kəsilmənin bu tempi saxlanılarsa və ya sürətlənərsə,onda yaxın onilliklərdə nəsli kəsilmiş növlərin sayı milyonlarla ola bilər.

    Növlərin nəslinin kəsilməsi barədə narahatçılığa dörd əsas səbəb var:

-bioloji varlıq kimi növlərin yox olması;

-ekosistemlərin destabilizasiyası;

-digər növlərə təhlükə yaranması;

-əvəzolunmaz genetik materialın itirilməsi.

    Növlərin nəslinin kəsilməsi həm təbii zənginliklərin azalması kimi,həm də,təbii ətraf mühiti qoruyub saxlamağın insanların  borcu olduğuna inananlar üçün mənəvi problem kimi çox vacib bir amildlr.

    Qida zəncirinin  hər-hansı  bir həlqəsi ekosistemdən yox olduqda destabilizasiya daha aşkar görünür.Əksər hallarda bir novün nəsli kəsildikdə digər bir növün populyasiyasının sayının dəyişməsi baş verir.Ola bilər ki,ekosistemin dəyişməsi nəzərəçarpan və dönməz olsun.Dördüncü səbəb,bəşəriyyət üçün daha həssas və ən vacib məsələdir.Hər bir növ müxtəlifliyi öz DNT-sində nadir genetik material daşıyır və onlarda olan genetik təlimata uyğun olaraq unikal kimyəvi birləşmələr istehsal edir.Məsələn,mərkəzi Çin vadilərində artemizinin maddəsinin yeganə mənbəyi olan şirin qamış bitir. Artemizinin isə,malyariya (qızdırma) xəstəliyinin müalicəsində 100% səmərəlidir (Jonietz,2006).Əgər,bu bitki məhv olarsa,onda malyariya xəstəliyinə nəzarət də zəifləyər.Növlərin nəslinin kəsilməsi ilə hələ kəşv olunmamış bir çox birləşmələr də yox ola bilər. Növlərin mühafizə statusu,həmin növün gələcəkdə öz mövcudluğunu davam etdirməsinin dürüst indiqatorudur.Növə mühafizə statusu verilərkən çoxsaylı amillər nəzərə alınır:növün mövcud nümayəndələrinin sayı və bu sayın dəyişmə (azalma və ya artma) tendensiyası,artıb-törəmənin müvəffəqiyyət dərəcəsi, ekosistemlərdə həmin növün fərdlərinin nörmal sayı ,harada yaçaması,məlum təhlükəli amillər,növün nəslini davam etdirməsinə şərait yaradan amillər və s.Nəsli kəsilməkdə olan növlər haqqında qanunların bəziləri də mübahisəlidir. Mübahisə doğuran məsələlər isə bunlardır:Növün «Nəsli kəsilmə həddinə çatanlar» siyahısına salınması üçün tətbiq olunan qiymətləndirmə meyarları;əgər növün populyasiyası bərpa olunmuşdursa,onun «Nəsli kəsilmə həddinə çatanlar» siyahısından çıxarılması üçün tətbiq olunan qiymətləndirmə meyarları;yeni torpaqların mənimsənilməsinə hökumət səviyyəsində məhdudiyyətin qoyulmasına ehtiyac olub-olmaması; torpağın fərdi mülkiyyətçilərinə kompensasiyanın ödənilməsi lazımdırmı;mühafizə haqqında qanunlara mənqiqə uyğun istisnaların edilməsi. Bəzən,elə hallar  olur ki,Qırmızı kitaba adı düşən növ kolleksionerlərin və brakonyerlərin ən arzuolunan obyektinə çevrilirlər.Növ Qırmızı kitaba salınarkən yaranan digər effekt ondan ibarətdir ki,öz torpaqlarının qiymətdən düşməsini görən torpaq mülkiyyətçisi bu heyvanları sakitcə qırmaqla onlardan qurtulmağa üsrünlük verir,ya da onların məskunlaşma mühitini dağıtmaqla öz torpaqlarında problemdən azad olur. Qədim dövrlərdə növlərin nəslinin kəsilməsi təbii proseslərin nəticəsi ola bilərdi. Lakin,müasir  dövrdə növlərin nəslinin kəsilməsi tamamilə fərqlidir. Keçmişdə baş vermiş halları göy cisimləri ilə toqquşma,yüksək vulkanik fəallıq, tektonik layların hərəkəti,iqlim dəyişmələri və s. kimi fiziki səbəblərlədən baş verə bilərdi. Növlərin nəslinin kəsilməsinin cari dövrü insanlarla bağlıdır.

 

Azərbaycan Respublikasının «Qırmızı Kitab»ı

Azərbaycan Respublikasının «Qırmızı Kitab»ı nadir və nəsli kəsilmək təhlükəsi olan vəhşi heyvan və yabanı bitki növlərinin vəziyyəti haqqında rəsmi dövlət sənədidir. O, Respublikanın bütün ərazisində, o cümlədən Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan sektorunda heyvan və bitki növlərinin vəziyyəti, yayılması və mühafizəsi tədbirləri haqqında məlumatları özündə əks etdirir. Mövcud «Qırmızı Kitab» 6 hissədən ibarətdir və özündə nadir və nəsli kəsilmək təhlükəsi olan 14 məməli növü, 36 quş növü, 5 balıq növü, 13 amfibi və reptili növü, 40 həşərat növü və 140 bitki növü haqda məlumatı əks etdirir.Respublika "Qırmızı Kitab”ına fauna və flora növləri 2 kateqoriya üzrə daxil edilmişdir: yoxa çıxmaq təhlükəsi olan və nadir növlər. Birinci kateqoriyaya bir sıra mənfi amillərin təsiri nəticəsində (tələf olması və yaşadığı yerlərin dağıdılması) sayı və arealı əhəmiyyətli dərəcədə azalan və böhran səviyyəsinə çatan növlər daxildir. Sayı azalmağa doğru meyl edən və kiçik sahələrdə rast gəlinənən növlər isə nadir növlərə aiddir. Az öyrənilmiş, təbiətdə sayı və ehtiyatları haqqında lazımı məlumat olmayan, onların mühafizəsinin təşkili işində müəyyən çətinliklər törədən heyvan və bitki növləri də nadir növlər hesab olunur. Qanunvericiliyə əsasən Azərbaycan Respublikasının “Qırmızı Kitabı”nın hər 10 ildən bir çap olunması nəzərdə tutulmuşdur. “Qırmızı Kitab”ın I nəşri 1989-cu ildə həyata keçirilmiş, və bu kitabın yeni II nəşrinin aparılması zərurəti yaranmışdır.Azərbaycan Respublikası Prezidentinin 24 mart 2006-cı il 1368 №-li Sərəncamı ilə “Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunması və davamlı istifadəsinə dair Milli Strategiya və Fəaliyyət Planı” təsdiq edilmiş, onun 1.1.3-cü bəndində 2009-cu ildə “Qırmızı Kitab”ın II nəşri nəzərdə tutulmuşdur. Bu məqsədlə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2006-cı il 12 aprel tarixli 189/Ü nömrəli əmri ilə elmi təşkilatların nümayəndələrinin iştirakı ilə Redaksiya Heyəti yaradılmışdır. Hazırda Milli Elmlər Akademiyasının müvafiq institutları ilə birgə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən “Qırmızı Kitab”ın II nəşrinin hazırlanması istiqamətində müvaviq tədbirlər həyata keçirilir. Alimlər öyrənmişlər ki, 1600-cü ildən bəri 150-dən çox vəhşi heyvanların və quşların nəsli tamamilə kəsilmişdir. Respublikamızın “Qırmızı kitab”ının tərtib olunması üçün 1977-ci ildə qərar verilmişdir. Kitab 1989-cu ildə nəşr olunmuşdur. Bitki və heyvanların “Qırmızı kitab”a düşməsi onların sayının azalmasının qarşısını xeyli almışdır. Respublikamızın “Təbiət gözəli” olan ceyranların sayı indi artaraq 8 min başa çatmışdır. Adı “Qırmızı kitab”a düşən bir çox bitki və heyvanlar isə ciddi surətdə qorunur. Dünyada 20 minə kimi bitki növünün yığılması qadağan olunmuşdur. 600 heyvan növünün qırılmaq təhlükəsi var.

Qırmızı kitaba düşmüş bitkilər

Hirkan şümşadı                       Dəmirağac                   Şabalıdyarpaq palıd

Hirkan ənciri                           Hirkan armudu            Xəzər lələyi

İkək akasiyası                         Qafqaz xurması            Ürəkyarpaqlı qızılağac

Budaqlı danaya                       Hirkan bigəvəri            Eldar şamı

Qafqaz rododendron               Çoban sarmaşığı           Laqodex acıçiçəyi

Təmiz kladoxeta                     Qaraçöhrə                     Şərg çinarı

Qafqaz xədicəgülü                  Məxməri gərməşov       Naxçıvan gəvəni

Araz palıdı                              Xəzər zəfəranı               Su zanbağı

Qafqaz dəmirağacı

Qırmızı kitaba düşmüş heyvanlar

Talış qırqovulu                       Hirkan arıquşu               Qara leylək

Qıvrımlələk qutan                  Mərmər cürə                   Ağquyruq Dəniz qartalı

Məzar qartalı                          Berkut                             Laçın

Turac                                      Forel balığı                     Təkə

Köpgər (qaranaca)                  Muflon                            Qafqaz tetrası

Qafqaz uları                          Bəbir                                 Çöl qartalı

Ardıc ağıriyli                        Şahin                                 Toğlugötürən

Çəhrayı qutan                       Bəzgək                               Dovdaq

Sultan toyuğu                       Ərsindimdik                      Qızılqaz

Qırmızıdöş qaz                     Fısıldayan qu                     Kiçik qu

Ceyran                                  Çökəkburun cüllüt             Ağquyruq çökəkburun

Çöl haçaquyruq cüllütü        Turan pələngi                     Göl pişiyi

Ön Asiya bəbiri                    Zaqafqaziya dağ qoyunu    Zaqafqaziya bezoar keçisi

Zaqafqaziya qonur ayısı       Zolaqlı kaftar                      Vaşaq

Manul pişiyi                         Adi uzunqanad                    Cənub nalburnu

Enliqulaq bükükdodaq         Sarıqlı safsar                       Suriya sarımsaq qurbağası

Adi triton                              Daraqlı triton                      Adi (boz) quru qurbağası

Kiçik Asiya gürzəsi              Eskilon ilan                        Zaqafqaziya təlxəsi

Aralıq dənizi tısbağası          Xarabalıq kələzi                 Qızılı mabuya

Zolaqlı çılpaqgöz                 Ox-ilan                                Zaqafqaziya takır girdəbaşı

Ağ durna                              Baloban                               Toğlugötürən

Şahin                                    Cek                                      Çay qaraquşu

İlanyeyən                             Xəzər uları                           Tetraçalan

Türküstan tüviki                  Qaraqarın bağrıqara             Ağboğaz bülbül

Səhra qar quşu                     Dağ keçisi                             İncədimdik kronşnep

 

 

                        Azərbaycan RespublikasınınDövlət qoruqları

                                                  

Dövlət Təbiət Qoruqları - səciyyəvi və nadir təbiət komplekslərini və obyektlərini təbii vəziyyətdə qoruyub saxlamaq, təbiət proseslərinin və hadisələrinin gedişini öyrənmək məqsədi ilə yaradılan təbiəti mühafizə və elmi tədqiqat idarələri statusuna malik ərazilərdir. Dövlət Təbiət qoruqlarının torpaqlarından, habelə onun hüdudlarında olan sulardan, bitki və heyvanlar aləmindən təsərrüfat məqsədləri üçün istifadə edilməsi qadağandır.

Göy-Göl dövlət təbiət qoruğu - 1925-ci ildə Azərbaycanda yaranan ilk qoruqlardan biridir. Qoruq statusu bir neçə dəfə ləğv edilmiş və 1965-ci ildə yenidən yaradılmışdır. Qoruğun yaranmasında əsas məqsəd Kiçik Qafqaz silsiləsinin şimal ətəklərinin subalp qurşaqlarında təbiət komplekslərinin qorunub saxlanılmasıdır. Ümumi sahəsi 6739 hektar olan qoruğun əsas hissəsi meşə örtüklü ərazidir. Qoruğun heyvanlar aləmi müxtəlif heyvan və quş növləri ilə zəngindir. Heyvanlardan - nəcib Qafqaz maralı, qonurayı, cüyür, vaşaq, quşlardan toğlugötürən, qara quzğun, dağ kəkliyi, Xəzər iları və s. göstərmək olar. Su hövzələrində forel balığı vardır. 420-dən artıq bitki növləri vardır, onlardan 20-si endemikdir.

Qızılağac dövlət təbiət qoruğu - 1929-cu ildə Xəzər dənizi (gölü) sahilinin cənub-qərbində 88,4 min hektar ərazidə köçəri, su, bataqlıq və çöl quşlarının qışlaması, artırılması və qorunması məqsədilə yaradılmışdır. Qoruq YUNESKO-nun "Əsasən su quşlarının yaşama yerləri kimi beynəlxalq əhəmiyyətli olan Sulu-bataqlıq yerlər haqqında" Ramsar Konvensiyasın Siyahısına daxil edilmişdir. Respublikanın "Qırmızı kitabı"na düşən quşların əksər növləri qoruqda və sərhəd ərazildərdə müşahidə olunur. Burada 248 növ quşlara rast gəlmək olar. Qoruqda çöl donuzu, canavar, qamış pişiyi, porsuq, su samuru, tülkü və s. məməlilər məskunlaşmışdır. Qoruğun su hövzəsində 54 növ balıq vardır

Zaqatala dövlət təbiət qoruğu - Qoruq Baş Qafqaz sıra dağlarının cənub ətəklərinin orta hissəsində Zaqatala və Balakən rayonlarının ərazisində 1929-cu ildə 25,2 hektar ərazidə yaradılmışdır. Qoruğun ərazisi dəfələrlə dəyişmiş və hazırda 23,8 min hektardır. Qoruğun yaranmasının əsas məqsədi Böyük Qafqazın cənub yamaclarının subalp bitkilərinin, alp və nival qurşaqlarının təbiət komplekslərinin qorunmasıdır. Qoruqda qədim növlərdən rododendron, fıstıq, dəfnəgilas, Qafqaz qaragiləsi, məxməri ağcaqayın, ayı döşəyi və s. vardır. Qoruğun faunası çox zəngindir. Burada Dağıstan dağ kəli, qararaça, maral, cüyür, çöl donuzu, ayı, porsuq, tülkü, meşəpişiyi, vaşaq, sincab, gəlincik və s. məskunlaşmışdır. Zaqatala dövlət təbiət qoruğunun ərazisinin genişləndirilərək biosfer dövlət təbiət qoruğunun yaradılması günün ən ümdə məsələlərindən biridir.

    Türyançay dövlət təbiət qoruğu - Bozdağın arid meşə landşaft komplekslərinin qorunması və bərpası, dağ ətəkləri, eroziya mənbələrinin məhdudlaşdırılması məqsədilə 1958-ci ildə 12,63 min hektar ərazidə Türyançay dövlət təbiət qoruğu yaradılmışdır. 2003-ci ilin yanvar ayında qoruğun ərazisi genişləndirilərək 22,5 hektara çatdırılmışdır. Qoruqda 3 növ ardıc (iyli, qırmızı, çoxmeyvəli), Gürcüstan palıdı, adi göyüş, nar və başqa ağac cinsləri vardır. Qoruqda 24 məməli,112 quş, 20 sürünən və 3 suda-quruda yaşayan növlər məskunlaşmışdır.

Pirqulu dövlət təbiət qoruğu - Qoruq 1968-ci ildə 1521 hektar ərazidə tirik dağ-meşə landşaftlarını, xüsusilə müxtəlif növ bitki örtüyünü, torpağın münbit qatını qorumaq, meşə örtüklü sahələri artırmaq, astroiqlimə mənfi təsir göstərən havanın tozlanması kimi hadisələrin qarşısını almaq məqsədilə yaradılmışdır. Qoruğun florası 60 növdən artıqdır. Məməlilərdən boz ayı, canavar, meşə pişiyi, vaşaq, gəlinci, çöl donuzu, cüyürə və s. rast gəlmək olar. Qoruğun ərazisi 2003-ci ildə 2753 hektar genişləndirilərək 4274 hektara çatdırılmışdır.

Şirvan dövlət təbiət qoruğu - 1969-cu ildə Bəndovan dövlət təbiət yasaqlığının bir hissəsində 17745 hektar ərazidə ceyranların, su quşlarının qorunması və artırılması məqsədilə yaradılmışdır. 1982-ci ildə qoruğun ərazisi genişləndirilərək 25,8 min hektara çatdırılmışdır. Ərazinin 3.5 hektarını su hövzəsi təşkil edir. Qoruğun ornitoloji faunası çox zəngindir. Su-bataqlıq ərazilərdə nadir və qiymətli köçəri quşlar qışlayır və yuvalayır. 2003-ci ildə qoruğun əsas hissəsi Şirvan Milli Parkının ərazisinə verilmiş, hal-hazırda qoruğun ümumi sahəsi 6232 hektardır. Azərbaycan Respublikası Prezidentinin sərancamı ilə 2003-cü ilin 5 iyul tarixində Şirvan Milli Parkı yaradılarkən Şirvan dövlət təbiət qoruğunun ərazisi 6232 hektar qalmışdır.

Qarayazı dövlət təbiət qoruğu - Kür sahili tuqay meşələrinin qorunması və bərpası məqsədilə 1978-ci ildə 4855 hektar ərazidə yaradılmışdır. Əsas qorunan obyekti Kür çayının orta axarı boyunca yerləşən nadir və tükənməkdə olan tuqay ekoloji sistemidir. Tuqay meşələrində əsas ağac növlərindən ağyarpaq qovaq, palıd, qızılağac və ağ akasiya üstünlük təşkil edir. Dırnaqlı heyvanlardan çöl donuzu və nəcib maral, quşlardan isə qırqovul, qaratoyuq, göyərçin və s.rast gəlmək olar. 2003-cü il 2 iyun tarixində Qarayazı dövlət təbiət qoruğunun ərazisi 4803 hektar genişləndirilərək 9658 hektara çatdırılmışdır.

Bəsitçay dövlət təbiət qoruğu - Nadir Şərq çinarının qorunub saxlanılması məqsədilə 1974-cü ildə 107 hektar ərazidə yaradılmışdır. Qoruq Zəngilan rayonunda Kiçik Qafqazın cənub-şərq hissəsinin Bəsitçay ətrafı boyunca ərazini əhatə edir. Çinarlıq qoruq ərazisinin 93,5%-ni təşkil edir. Çinar ağaclarının orta yaşı 170 ildir. Lakin, əsl nəhəng-yaşı 1200-1500 il, hündürlüyü 50 m və diametri 4 m-ə qədər olan ağaclara da rast gəlmək olar. Bəsitçay dövlət təbiət qoruğu işğal altındadır və qoruq rejimi məhv edilmişdir.

İsmayıllı dövlət təbiət qoruğu - Qoruq Böyük Qafqazın cənub yamacının şərq hissəsindəki təbiət komplekslərinin qorunub saxlanılması məqsədilə 1981-ci ildə 5778 hektar ərazidə yaradılmışdır. 2003-cü ilin iyun ayında qoruğun ərazisi 10,96 min hektar genişləndirilərək ümumi ərazisi 16,7 min hektara çatdırılmışdır. Meşəlik əmələ gətirən ağac növləri əsasən fıstıq, vələs və palıd, qismən də ağcaqayın, göyüş, cökə və s. ağaclardan ibarətdir. Onlardan üçüncü dövrə aid şabalıdyarpaq palıd və qaraçöhrə Azərbaycanın "Qırmızı kitabı"na daxil edilmişdir. Qoruq ərazisində 170-ə yaxın onurğalı heyvan növü yaşayır. Burada 13 dəstəyə aid 104 quş növünə rast gəlmək olar. Məməlilərdən boz ayı, meşə pişiyi, vaşaq, Qafqaz nəcib maralı, cüyür, qararaça, Dağıstan turu və s. heyvanlar yaşayır.

Qaragöl dövlət təbiət qoruğu - Qoruq 1987-ci ildə buzlaqlardan əmələ gəlmiş dağ gölünün nadir ekoloji sisteminin və su hövzəsi ətrafı təbiət kompleksinin qorunub saxlanılması məqsədilə 240 hektar ərazidə yaradılmışdır. Göl əsasən qar, yağış və qismən də bulaq suları hesabına qidalanır. Qoruğun florasında 278 ailəyə, 68 cinsə və 100-dən artıq növə aid bitkilər təmsil edilmişdir. 1967-ci ildə gölə forel balığı buraxılmışdır. Qaragöl dövlət təbiət qoruğu işgal altındadır və qoruq rejimi məhv edilmişdir.

İlisu dövlət təbiət qoruğu - Qoruq 1987-ci ildə 9,3 min hektar ərazidə Böyük Qafqazın cənub yamaclarının təbii kompleksini, nadir və nəsli kəsilmək təhlükəsində olan fauna və floranı qorumaq və artırmaq, meşələrin əvvəlki vəziyyətini bərpa etmək, torpaqların eroziya və sel hadisələrinin qarşısını almaq məqsədilə yaradılmışdır. Qoruqda 500 növ bitki vardır ki, onlardan 60-a yaxını endemik növlərdir. Burada maral, cüyür, dağ kəli, çöl donuzu, dələ, qarapaça və s. heyvanlar məskunlaşmışdır. 2003-cü ilin mart ayında İlisu dövlət təbiət qoruğunun ərazisi 17381,6 hektara çatdırılmışdır.

Şahbuz dövlət təbiət qoruğu - 2003-ci ilin 16 iyun tarixində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun inzibati ərazisinin 3139 hektar sahəsində yaradılmışdır. Batabat ərazisində əsasən dağ çəmən landşaftı inkişaf etmişdir. Ərazinin florasının əsasını dərman bitkiləri, palıd ağacları və s. faunasını - quşlardan Avropa tüvüyü, kəklik, enliquyruq bülbül, məməlilərdən qonur ayı, porsuq, vaşaq və s. təşkil edir.

Eldar Şamı dövlət təbiət qoruğu - Azərbaycan Respubliukası Prezidentinin 2004-cü il 16 dekabr tarixli Sərəncamı ilə Samux rayonunun inzibati ərazisinin 1686 hektarında yaradılmışdır. Qoruğun yaradılmasında əsas məqsəd nadir və endemik növ olan Eldar şamının və ardıc ağaclarının qorunub saxlanılmasıdır. Eldar Şamı ərazisi (392 ha) 1967-ci ildən Göy-göl dövlət təbiət qoruğunun filialı kimi fəaliyyət göstərmişdir.

 

 

Meşələr

Azərbaycan Respublikası ərazisinin ümumi sahəsi 86,6 milyon hektardır. Azərbaycan meşələrinin ümumi sahəsi isə 1213,7 min hektardır. Hər adam başına təqribən 0,12 ha meşə sahəsi düşür ki, bu da ümumdünya miqyasında götürülən müvafiq orta rəqəmdən 4 dəfə (0,48 ha) azdır.

Azərbaycan meşələri əhəmiyyətinə görə I qrupa aid edilir və bu meşələr Respublikanın müxtəlif bölgələrində müxtəlif tərzdə yayılmışdır. Bu bölgələrə xas olan xüsusiyyətlərdən biri müxtəlif təbii sərvətləri - mineral xam malı, suyun, enerjinin, torpaqların yerləşməsidir. Onların arasında meşə sərvətləri heç bir digər təbii sərvətlərə xas olmayan çoxsahəli funksiyaları yerinə yetirir. Meşələr yeganə təbiət kompleksi hesab olunur ki, onlar su, hava və torpaq kimi biosferanın çox vacib olan komponentlərinin sabitləşdirilməsinə şərait yaradır.Respublika meşələrinin əksər sahələri (85%) Böyük Qafqazda, Kiçik Qafqazda və Talış dağ bölgəsində yerləşir.Meşələrin çox hissəsi qiymətli ağac cinslərindən ibarətdir (palıd, fıstıq, vələs, cökə, ağcaqayın və s.). Respublikanın meşələrinin müxtəlifliyi, onun yayılması iqlim, torpaq, müxtəlif hündürlük qurşaqlarından və digər şəraitdən asılıdır.Ekologiya və Təbii Sərvətlər Nazirliyi meşə siyasətini Meşələrin İnkişafı Departamenti vasitəsi ilə həyata keçirir.Departament dövlət meşə fondunun ərazisində meşələrin qorunub mühafizə olunmasını, meşəbərpa və meşəsalma işlərinin, əkin-materialının yetişdirilməsini, meşə ağac və kol cinslərinin toxumlarının tədarükünü, meşə fondunun dövlət uçotunun və meşə kadastrının aparılmasını, meşələrə xidmət işlərinin və digər meşə təsərrüfatı tədbirlərinin həyata keçirilməsini, meşədən əlavə istifadə və yardımçı kənd təsərrüfatı sahələrinin məqsədyönlü və səmərəli aparılmasını təmin edir. Meşə təsərrüfatı tədbirlərinin, meşələrin torpaq qoruyucu, su saxlayıcı, mühit təmizləyəci, sanitar gigiyenik və digər faydalı funksiyaların yüksəldilməsi istiqamətində aparılmasını təmin edir, ətraf mühit üçün xüsusi əhəmiyyət kəsb edən elmi mədəni və rekreasiya əhəmiyyətli təbiət komplekslərinin və obyektlərinin, bioloji müxtəlifliyin, eləcə də meşə fondunda yayılmış fauna növlərinin qorunması, meşə toxumçuluğu işlərinin aparılması zamanı genofondun saxlanması, artırılması istiqamətində tədbirlər həyata keçirir.Meşələrin İnkişafı Departamentinin tabeliyində 34 Regional Meşə Mühafizəsi və Bərpası Müəssisəsi, 3 Meşə Salma Müəssisəsi, 3 Regional Meşə Tingliyi Müəssisələri (Zərərvericilər və Xəstəliklərə qarşı Mübarizə Mərkəzi və Elmi Tədqiqat Meşəçilik İnstitutu) fəaliyyət göstərir.Nazirliyin yarandığı vaxtdan, 2001-ci ilin mayından başlayaraq Respublikanın bütün ərazilərində meşəbərpa, meşəsalma, əkin materialı yetişdirmə, toxum tədarükü və digər tədbirlərin həcmi xeyli genişləndirilmişdir.Azərbaycan xalqının ümummilli lideri H.Ə.Əliyevin 26 dekabr 2001-ci il tarixli fərmanı ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə tapşırılmışdır ki, dövlət və yerli özünüidarəetmə orqanlarını və elmi təşkilatları cəlb etməklə ölkədə meşələrin bərpa edilməsinə və artırılmasına dair,Milli Proqram hazırlayıb baxılmaq üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinə təqdim etsin.Bununla yanaşı eyni zamanda tapşırılmışdır ki, ardıcıl olaraq ekoloji cəhətcə dayanıqlı, sosial-iqtisadi inkişafa və heyvandarlığın və əkinçiliyin inkişafı ilə əlaqədar olaraq yay-qış otlaqlarının və biçənəklərin səmərəli istifadə olunması, torpaqların dağ yamaclarında, dərə və yarğanlarda çay məjralarında eroziyaya uğramasının, dağətəyi və düzən rayonlarda şoranlaşmanın qarşısının alınmasına dair Milli Proqramlar hazırlayıb aidiyyatı üzrə təqdim etsin.Prezident fərmanının icrası ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Meşələrin bərpa edilməsinə və artırılmasına dair" hazırladığı Milli Proqramın layihəsi müvafiq düzəliş və əlavələrlə 18 fevral 2003-cü il tarixdə 1152 saylı Prezident Sərəncamı ilə təsdiq edilmişdir.Bu proqrama əsasən ölkəmizin bütün regionlarında (2003-2008-ci illərdə) 69700 ha sahədə meşələr bərpa olunmalı və yeni meşəliklər salınmalıdır.Ekologiya və Təbii Sərvətlər Nazirliyi yarandığı vaxtdan, 2001-ci ilin mayından başlayaraq ardıcıl, düzgün ekoloji siyasət apararaq Respublikada meşələrin bərpa edilməsi və yeni meşə massivlərinin yaradılması, şəhərətrafı qəsəbələrin, şosse və magistral yollarının ətrafının yaşıllaşdırılması və arid zonalarda qoruyucu meşə massivlərinin yaradılması sahəsində irimiqyaslı işlərə başlamışdır. Bununla əlaqədar Respublikanın arid zonalarında meşə və yaşıllıqların salınması ən çətin olduğu şəraitlərdə 3 meşəsalma və 4 regional meşə tingliyi müəssisələri yaradılmışdır.(Naxçıvan, Abşeron, Quba və Kür).Yeni yaradılmış Meşə Salma Müəssisələrinin və Respublikanın digər bölgələrində fəaliyyət göstərən Meşə Mühafizəsi və Bərpası Müəssisələrinin gücü ilə 2002-ci ildə 7753 ha, Milli Proqramın icrasına uyğun olaraq 2003-cü ildə isə 8721 ha sahədə meşəbərpa işləri aparılmış və yeni meşəliklər salınmışdır. Bu göstəricilər 2000-2001-ci ildə yerinə yetirilən meşəbərpa və meşəsalma işlərinin həcmindən, müvafiq olaraq 1,6-1,9 dəfə çoxdur.

Müxtəlif çeşiddə əkin materiallarının yetişdirilməsi sahəsində də məqsədyönlü işlər görülmüşdür.Belə ki, 2002-ci ildə qiymətli ağac və kol cinslərindən 12 milyon ədəd, 2003-cü ildə 32 milyon ədəd əkin materialı yetişdirilmişdir. Bu 2000-2001-ci ildə yetişdirilən əkin materiallarının həcmindən müvafiq olaraq 2-5 dəfə çox olmuşdur.Meşəbərpa və meşəsalma işlərinin həcmi 2004-cü ildə artırılaraq 9000 hektara, əkin materiallarının yetişdirilməsi isə 35 milyon ədədə çatdırılması proqnozlaşdırılmışdır. Vaxtında aparılan təşkilati tədbirlərin nəticəsində 35 milyona qarşı 40 milyon əkin materialı yetişdirilmiş, 3700 ha sahədə yeni meşə salınmış 5403 ha sahədə təbii bərpaya kömək tədbirləri aparılmışdır.

2005-ji ilin yekun hesabatlarına görə ötən hesabat ilində 9500 hektarmeşəbərpa tədbirlərinə qarşı 9737 hektar sahədəmeşəbərpa tədbirləri aparılmışdır. Bundan 3860 hektarı yeni meşələrin salınmasıdır. Qalan 5877 hektarı təbii bərpaya kömək tədbirləridir. 35 mln. ədədə qarşı 38 mln. ədəd əkin materialı yetişdirilmişdir. Bu göstərijilər 2000-2001-ji ilin göstərijilərindən meşəbərpa tədbirləri üzrə 2-2,5 dəfə, əkin materiallarının yetişdirilməsi üzrə isə 6-10 dəfə çoxdur.«Meşələrin bərpa edilməsinə və artırılmasına dair Milli Proqram»ın tələblərinə uyğun olaraq 2006-jı ildə meşəbərpa tədbirlərinin plan-proqnozlərı artırılaraq 10 min hektara çatdırılmışdır. Hal-hazırda bu istiqamətdə işlər davam etdirilir.Göstərilənlərlə yanaşı meşə təsərrüfatı sistemində bir sıra problemlər hələ də mövcuddur.Belə ki, alternativ yanacaq növlərinin çatışmazlığı meşələrdə özbaşına qırıntının artmasına, qanunsuz mal-qara otarılması isə təbii bərpa prosesinin pozulmasına səbəb olur. Maddi texniki təminatın və maliyyə vəsaitinin çatışmazlığı, əmək haqqının aşağı olması aparılan bu cür meşə təsərrüfatı tədbirlərinə öz mənfi təsirini göstərir.

 

                                                             Milli Parklar

Azərbaycan Qafqaz və Kiçik Asiya, Qara dəniz və Xəzər dənizi regionunda qədim mədəniyyətə, Avropada ən zəngin bioloji müxtəlifliyə malik olan ölkələrdən biri olaraq fövqaladə əhəmiyyətli təbii irsə malikdir.

Bioloji müxtəlifliyin qorunub saxlanılmasında xüsusi mühafizə olunan ərazilərin rolu əvəzedilməzdir. Məhz, xüsusi mühafizə olunan təbiət ərazilərinin fəaliyyəti nəticəsində nadir və nəsli kəsilməkdə olan flora və fauna növlərinin qorunub saxlanılmasına imkan yaranmışdır.Hazırda respublikamızın ərazisində 6 Milli Park, 13 Dövlət Təbiət Qoruğu, 21 Dövlət Təbiət Yasaqlığı fəaliyyət göstərir.Milli Parklar - xüsusi ekoloji, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbiət komplekslərinin yerləşdiyi və təbiəti mühafizə, maarifçilik, elmi, mədəni və digər məqsədlər üçün istifadə olunan təbiəti mühafizə və elmi tədqiqat idarələri statusuna malik olan ərazilərdir.Akademik Həsən Əliyev adına

Ordubad Milli Parkı - 2003-cü ilin 16 iyun tarixində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun inzibati ərazisinin 12131 hektarında yaradılmışdır. Ərazisinin çox hissəsi dağlıqdır. Ordubad Milli Parkı zəngin bioloji müxtəlifliyə malikdir. Burada Azərbaycanın "Qırmızı kitabı"na daxil edilmiş 58(35 onurğalı və 23 həşərat) heyvan və 39 bitki növü vardır. Milli Parkın ərazisində nadir və nəsli kəsilmək təhlükəsi qarşısında olan fauna növlərindən Asiya bəbirini,dağ qoyunu-muflonu, bezoar keçini, Avropa tüvüyünü, ağ quyruq dəniz qartalını, berkutu, bəzgəyi göstərmək olar.

Şirvan Milli Parkı - Azərbaycan Respublikası Prezidentinin sərancamı ilə 2003-cü ilin 5 iyul tarixində Qaradağ, Salyan, Neftçala rayonlarının inzibati ərazisinin 54374 hektarında yaradılmışdır. Yarımsəhra landşafta malikdir. Ərazinin 4000 hektarını su hövzəsi təşkil edir. Qoruğun ornitoloji faunası çox zəngindir. Su-bataqlıq ərazilərdə nadir və qiymətli köçəri quşlar qışlayır və yuvalayır (turac, bəzgək, dovdaq, qu quşları və s.). Məməlilərdən seyran faunanın əsasını təşkil edir.

Ağ-göl Milli Parkı - 2003-cü ilin 05 iyul tarixində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Ağcabədi və Beyləqan rayonlarının inzibati ərazilərində Ağ-göl dövlət təbiət qoruğu və Ağ-göl dövlət təbiət yasaqlığının bazasında 17924 hektar ərazidə yaradılmışdır. Ağ-göl Kür-Araz ovalığının Mil düzənliyində yerləşir, yarımsəhra landşafta malikdir, respublika ərazisində quşların ən vacib qışlama və yuvalama yeri olduğu üçün "ornitoloji sahə" də adlandırıla bilər. Buranın ornitoloji faunası çox zəngindir. 140-dan çox quş növlərinə rast gəlmək olar, onlardan 89 növü bilavasitə yuva salan quşlardır. (Sultan toyuğu, ərsindimdik, qu quşları, fitçi və mərmər cürələr, bəzgək və s.) Ağ-gölün əsas mühafizə obyektləri köçəri, su ətrafı və su quşlarının kütləvi yuva salma və qışlama yerləri olan su-bataqlıq ekoloji sistemləridir. Ağ-göl YUNESKO-nun "Əsasən su quşlarının yaşama yerləri kimi beynəlxalq əhəmiyyətli olan Sulu-bataqlıq yerləri haqqında" Konvensiyasının Siyahısına daxil edilmişdir.

Hirkan Milli Parkı - 2004-cü ilin fevral ayında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Lənkəran və Astara rayonlarının inzibati ərazisində 21435 hektar sahədə yaradılmışdır. Burada üçüncü dövrün qədim relikt və endemik bitki növləri qorunur. Azərbaycanda yayılan 435 ağac və kol növünün 150-si Hirkan meşələrindədir. Meşələrdə Azərbaycanın "Qırmızı kitabı"na düşmüş Hirkan şümşadı, dəmirağacı, şabalıdyarpaq palıd, Hirkan ənciri, Hirkan armudu, Xəzər lələyi, İpək akasiya, Qafqaz xurması, Hirkan bigəvəri, qızılağac və s., heyvan növlərindən bəbir, Talış qırqovulu, Hirkan arıquşu, qara leylək, berkut və sairə vardır.Hirkan meşələrinin YUNESKO-nun Təbii və Mədəni İrs Siyahısına daxil edilməsi üçün elmi cəhətdən əsaslandırılmış sənədlər tərtib olunaraq, YUNESKO-nun Katibliyinə təqdim edilmişdir.

Altıağac Milli Parkı - 2004-cü ilin 31 avqust tarixində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Xızı və Siyəzən rayonlarının inzibati ərazisinin 11035 hektarında yaradılmışdır. Milli Parkın ərazisinin 90,5%-ni enliyarpaq meşələr təşkil edir. Əsas ağac növləri palıd, Qafqaz vələsi, Şərq fıstığı, adi görüş, ağcaqayın və s. təşkil edir. Ərazidə cüyür, ayı, qaban, vaşaq, yenot, tülkü, dovşan, dələ, canavar və s. heyvanlar məskunlaşmışdır.

Abşeron Milli Parkı  Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 08 fevral tarixli 622 nömrəli Sərəncamı ilə Abşeron Dövlət Təbiət Yasaqlığının bazasında Bakı şəhərinin Əzizbəyov rayonunun inzibati ərazisinin 783 hektarlıq sahəsində Abşeron Milli Parkı yaradılmışdır.

Abşeron Dövlət Təbiət Yasaqlığı 1969-cu ilin iyul ayında ərazidə məskunlaşmış ceyranın, Xəzər suitisinin və su quşların qorunub saxlanılması məqsədilə yaradılmiışdır. Ərazidə yarımsəhra və quru bozqırların mülayim-isti iqlim tipi hakimdir. Burada bitki örtüyünün növ tərkibi və fitokütləsi xeyli azdır, bitkilər ərazinin su və duzluluq rejiminə uyğun olaraq dəyişir. Dəniz sahili qum bitkiləri (42,6 %), cığlıqamışlı və paz otlu çəmənliklər (13,2%), birillik şoran otları (5,2 %) və s. yayılmışdır. Efemerlər də erkən yazda nisbətən yaxşı inkişaf edir. Buranın quru ərazisində heyvanlardan ceyran, çaqqal, tülkü, porsuq, dovşan, Xəzərin sularında suiti və müxtəlif balıqlar, quşlardan gümüşü qağayı, fısıldayan qu quşu, boz və qırmızıbaş qara, ağgöz qara ördəklər, böyük ağ vağ, qumluq cüllütü, qaşqaldaq, bataqlıq belibağlısı, dəniz bozçası və s. köçəri quşlar məskən salmışlar.

Abşeron Milli Parkının yaradılması həmin ərazidə nadir təbiət komplekslərinin və obyektlərinin, xüsusən pərayaqlı heyvanların yeganə nümayəndəsi olan Xəzər suitisinin daha çox yayıldığı arealda, ceyranların, həmçinin su bataqlıq quşlarının qorunub saxlanılmasına və bərpasına imkan yaradacaqdır. Abşeron Milli Parkının yaradılması eyni zamanda təbii ehtiyatlardan səmərəli istifadə edilməsi, ətraf mühitə diqqət və qayğının artırılması, yeni ekoloji şüurun formalaşması sahəsində aparılan məqsədyönlü tədbirlərin ardıcıl nümunəsidir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişaf etdirilməsi, ekoloji şəbəkənin yaradılması istiqamətində həyata keçirdiyi məqsədyönlü tədbirlər nəticəsində hazırda ölkəmizdə 6 Milli Park, 13 dövlət təbiət qoruğu və 19 dövlət təbiət yasaqlığı fəaliyyət göstərir.

 

 

  Bitki örtüyü

Azərbaycan Respublikasının ərazisi zəngin floraya malikdir. Nisbətən böyük olmayan ərazidə dünyada rast gəlinən bütün bitki tiplərinin demək olar ki, hamısı respublikamızda yayılmışdır. Azərbaycanda bitən təxminən 4500 növ ali, sporlu çiçəkli bitkilər 125 dəstə 920 cinsdə birləşir. Növlərin ümumi sayına görə Azərbaycanın florası Qafqazın başqa respublikalarına nisbətən xeyli zəngindir. Respublikada rast gələn bitki növləri Qafqazda bitən bitki növlərinin ümumi miqdarının 66%-ini təşkil edir. Qafqaz və başqa regionlarda geniş yayılmış bitki növləri ilə yanaşı Azərbaycanın florasında kifayət sayda yalnız Azərbaycan və onun nisbətən kiçik rayonları üçün xarakterik olan 240-a yaxın endemik bitki növləri də vardır.

Bitki örtüyünün yayılmasını regionun fiziki-coğrafi cəhətdən formalaşması, müasir torpaq iqlim şəraiti, şaquli zonalıq və bir sıra digər amillər də şərtləndirir. Belə ki, respublikanın ovalıq hissəsində 200 metrlik yüksəkliklərə kimi səhra və yarımsəhra bitki tipləri və su bataqlıq bitkiləri inkişaf etmişdir. Səhra tipli bitki qruplaşmalarına əsas etibarilə Xəzər sahilində, cənub-şərqi Şirvanda, Mil, Muğan və Şirvan düzlərində rast gəlinir. Torpağın duzluluğundan asılı olaraq burada qarasoran, şahsevdi, ətli, şoran, qışotu bitkiləri yayılmışdır. Yarımsəhra bitki örtüyü Şirvan, Səlyan, Muğan, Mil və Qarabağ çöllərində və eləcə də Ceyrançöl, Qobustan və Arazboyu düzənliklərdə geniş sahə tutur. Kür-Araz, Qobustan və Ceyrançöldə zonal formasiya olaraq yovşan yarımsəhrası sahə etibarilə üstünlük təşkil edir. Başqa formasiyalardan qarağan (Kür-Araz) və dəngiz (Qobustan, Naxçıvan) formasiyaları daha səciyyəvidir Yarımsəhralarda çox sayılan digər bitkilər: soğanaqlı qırtıcı, yapon tonqalotu, bərk quramat, şərq bozağı, çilingburnu, taxıl otları və bir sıra şoranlıq (çərən, şahsevdi, sarıbaş, qışotu və s.) otlarıdır. Bu sahələr üçün unikal olan tuqay meşələridir. Əsasən, Kür, Araz və Qabırrı çayları vadilərində yayılan meşələrin əsas ağacları palıd, ağcaqayın, göyrüş, söyüd və s. ibarətdir.Böyük Qafqaz və Kiçik Qafqaz dağətəyi düzənliklərində 200 m-dən 600-700 m, bəzən 1200 metrədək olan hündürlükdə əsasən bir və çoxillik kserofit bitkilər və kollar yayılmışdır. Daha yüksəkdə yuxarı sərhədi 1800-2200 metrlə məhdudlaşan sahələr meşələrdən ibarətdir.

Azərbaycan Respublikası ərazisinin ümumi sahəsi 86,6 milyon hektardır. Azərbaycan meşələrinin ümumi sahəsi isə 1213,7 min hektardır. Bundan meşə ilə örtülü sahə 989,5 min hektar təşkil etməklə, ümumi ərazinin 11,4% qədərədir. Hər adam başına təqribən 0,12 ha meşə sahəsi düşür ki, bu da ümumdünya miqyasında götürülən müvafiq orta rəqəmdən 4 dəfə (0,48 ha) azdır.Azərbaycanda meşələr sahəcə az olsalar da növ zənginliyi ilə məşhurdur. Burada 435 növ ağac və kol bitir, onlardan da 70-i endemik növlərə aiddir. Bütün respublika ərazisi üçün enliyarpaqlı meşələr səciyyəvidir. Bu tip meşələr Böyük və Kiçik Qafqazın, Talış dağlarının alçaq və orta dağlıq hissələrində geniş yayılmışdır. Xüsusilə onlar 600-1600 m mütləq yüksəkliklərdə çox yerdə vahid qurşaq yaradır. Qalan sahələrdə talalar, dar zolaqlar şəklində saxlanılır.Meşələr əsas üç ağac növlərindən - fıstıq, vələs və palıddan ibarətdir. Onlar bütün meşə örtüyünün 86,2 faizini təşkil edir. Bunlardan başqa ağcaqayın, qarağac, cökə, qızılağac, qovaq, yalanyarpaq, söyüd və s. enliyarpaqlı ağaclar bitir. İynəyarpaqlı meşələr respublika meşələrinin 1,7 faizini təşkil edir. Azərbaycanda təbii halda inkişaf edən 107 ağac növündən 7-si iynəyarpaqlı ağaclardır. Onlara Avropa qaracökəsi, Eldar şamı, qarmaqvari şam, çoxmeyvəli, ağır iyli qırmızı və uzungövdəli ardıc ağacları daxildir.Azərbaycan Respublikası bir çox nadir və kol növlərinin Vətəni sayılır. Qaracökə üçüncü dövrün relikt bitkisi kimi meşələrin nadir incisidir. Bu ağac Böyük Qafqazın Cənub (Qəbələ rayonu), cənub-şərq (Pirqulu, Şamaxı rayonu) hissəsində yayılmışdır. Gecböyüyən, lakin uzunömürlü qaracökə heç vaxt geniş sahələri əhatə etməyib. Eldar şamının vətəni Azərbayjandır, yayılma arealı isə Jeyrançöl ön dağlığının Eldar oyuğu sahəsidir. Talış dağlarında bitən üçüncü dövrün relikt və nadir ağaclarından dəmirağac, Lənkəran akasiyası, şabalıdyarpaq palıd, azat, Qafqaz xurması, şümşad, yalanqoz, Hirkan ənciri, Hirkan ağcaqayını və s. təbiətin nadir inciləridir.

 

 

 

 

Mühazirə 7.

 

1).İnsan əhalisinin problemləri və təbii mühitin keyfiyyəti.

2).Ekologiya və insan sağlamlığı

 

 

Plan:

1. İnsan əhalisinin problemləri və təbii mühitin keyfiyyəti

2.Ətraf mühitin  keyfiyyəti ilə bağlı olan başlıca anlayışlar

3.Monitorinq haqqında ümumi bilgilər

4.Ekoloji normalaşdırma

 

İnsanların artan tələbatları ilə biosferanın onları ödəmək üçün məhdud imkanları arasında ziddiyətlər vardır. İnsanın yaşayış mühitinin korlanması və təbiətin özünü bərpa etmə özəlliyinin itirməsinin səbəblərindən biri insanların sayının çoxalmasıdır. Belə ki, eramızın başlanqıcında yerdə 200 mln., 1000-ci ildə 272 mln. 17-ci yüzillikdə 500 mln., 1850-ci ildə 1,3 mlrd, 1980 ildə 5,2 mlrd. 20-ci yüzilliyin 70 ili ərzində dünya əhalisi 2, 2 dəfə artmışdır. Dünyanın bütün bölgələrində son illlər boyu əhalinin sayının kəskin olaraq artması müşahidə edilmişdir. Ancaq ən böyük artım Asiya, Afrika Latın Amerika, Hindisnan və Çində baş vermişdir.

Əhalinin getdikcə artan sayı bir çox inkişafa döğru gerən ölkələr qarşısında onların yeməklə təmin edilməsi problemini ortalığa çıxardır. Belə ki, hər il dünyada 2 mln. Insan aclıqdan ölür. Bundan başqa, əhalinin kəskin artması həmdə su ehtiyatlarının azalmasına, təmiz havanın çatışmamazlığına, torpaqların münbitliyinin azalmasına gətirib çıxardlır. Dünyanın bir çox ölkələrində artıq bu gün içməli suyun çatışmamazlığı, ətraf mühitin çirklənməsi problemləri özlərini göstərməkdədir.Daha bir problem artan əhalinin istilik və elektrik enerjisi ilə təmin edilməsindədir. Daş kümür, neft kimi enerji mənbələri sonludur və bəlli vaxtdan sonra onların ehtiyatları tükənəcək. Buna görə də alternativ enerji mənbələri işə salınmalıdır. Bunlar günəş süalarının, küləyin, sünü olaraq istehsal edilən maddılırin enerjisi ola bilər. Ancaq daha da güclü mənbələr atom və hidrogen enerjisidir.

Ətraf mühitin  keyfiyyəti ilə bağlı olan başlıca anlayışlar

                                              

Təbiət mühitinin keyfiyyəti – təbii şəraitin insan və başqa canlıların tələbatlarına uyğunluq dərəcəsidir.

Mühitin normal durumu – mühitin ekoloji baxımdan balanslaşmış təbii durumudur. Onun göstəricisi ekoloji müvazinətdir.

Mühitin anomal durumu – normal təbii göstəricilərdən ayrılan ekoloji durumdur. Ekoloji cəhətdən balanslanmamış sistem insana mənfi tərir edib, onun tələbatlarını ödəməyə bilər.

Böhran durumu ya da ekoloji böhran – normal durumun göstəricilərinin yol verilən həddə gərər çatmasıdır. Bu həddin aşması baş versə, ekoloji sistemin dayanıqlıqlığının uçması və onun dağılması baş verir. Bu da ətraf mühitin həddən çox çirklənməsi kimi hallarda olur.

Mühitin dağılması – onun insan yaşayışı üçün yararsız olmasıdır. Bu da nüvə elektrik stansiyalarında baş verən qəzalar kimi fəlakət sonu ola bilər.

Bütün bunlara görə, ətraf mühitə nəzarət orqanlarının yaradılması, bunun üçün bəlli üsulların tətbiq edilməsi xüsusi əhəmiyyət kəsb edir.

 

Monitorinq haqqında ümumi bilgilər

Monitorinq – ətraf mühitin durumunun sistemli baxışı və təhlilidir Monitorinq zamanı, ilk olaraq onun çirklənmə dərəcəsinin, eləcə də biosferaya bu çirklənmələrin təsiri, ona edilən fəsadların dərəcəsi bəlliləşdirilir və çirklənmənin nəticəsinin nə olacağı haqqında proqnozlaşma aparılır.

Monitorinq zamanı mühitin durumu haqında məlumatların yığımı ilə zaman və məkanda baş verən şirklənmələrin səviyyəsindən bilgilər əldə olunur. Hər bir monitorinq üç pillədən ibarətdir: baxış, olan durumun dəyərləndirilməsi və ola bilən dəyişmələrin proqnozu.

Monitorinqin ən başlıca elementi təbii mühitin durumunun dəyərləndirilməsidir. Bunu edərkən göstəricilərin seçimi, ətraf mühitin obyektlərinin xarakteristikaları və onların dəyişmələri böyük əhəmiyyət kəsb edir. Mühitin durumunu dəyərləndirmək və ola biləcək dəyişikliklərin proqnozunu vermək üçün biosferanın biotik və abiotik sahələrinə baxışların keçirilməsi olmalıdır. Coğrafi baxışların çevrəsi çox genişdir: mikromiqyasda edilən bu, ya da başqa təsirə reaksiyadan tutmuş,  qlobal reaksiyalara, atmosferin çirklənməsi haqqında bilgilərə, mühitin meteroloji və hidroloji xarakteristikalara, bir mühitdən başqa mühitə keçirilən  maddələrin miqdarına qədər.

Havaya tullantıların həddi (HTH) bəlli vaxt ərzində havaya tullanan zərərli maddələrin hədd miqdarıdır. Onu aşanda təbiatdə istənilməyən dəyişikliklər baş verir və insan sağlamlığına zərər vurulur. Havanın zəhərlənməsi zəhərli maddələrin cəm sayı ilə bəlliləşdirilir. Sulara tullantıların axıdılma həddi (STAH) də bu kimi tərif edilir. Hər ikisi kq/sut ölçüsü ilə ölçülür.

Mühitə təsirlərin dəyərləndirilməsi (MTD) ya da ekoloji ekspertiza – layihələrin bəlli tələblərlə ekoloji cəhətdən əsaslandırılması və obyektlərin (sənaye ya da kənd təsərüfatı) ekoloji baxımdan təhlükəsiz olmasıdır. Buna da ölkə qurumları baxmalıdırlar.

Ekoloji ekspertiza– nəzərdə tutulan təsərrüfat və başqa növ işlərin ekoloji tələbatlara uyğunluğunun qurulmasıdır.

Ətraf mühit obyektinin assimilyasiya həcmi – zaman vahidi ərzində yığılıb, həzm və transformasiya oluna bilən, ya da ekosistemdən təbii özünütəmizləmə prosesləri sonu çıxarıla bilən çirkləndirici maddələrin maksimal miqdarıdır. Ekosistemin assimilyasiya həcmi sistemin parametrlərinin  yolverilən dəyişmələri içində antropogen təsirini təbii dəyişmə fonunda təyin edir.

 

Monitorinqin çeşidləri

Bioloji monitorinqin başlıca məsələsi toplumların molekulyar, hüceyrəvi, orqanizmi, populyasion səviyyələrdə biosferanın antropogen təsirə reaksiyasının bəlliləşdirilməsidir. Bioloji monitorinqdə başlıca yer çeşidli populyasiyalarda ola bilən irsi dəyişmələrin müşahidələrinə, tezliklə təsirlər altına düşən orqanizmlərə (məsələn, şibyələrə) baxışların keçirilməsinə verilir.

Monitorinqlərin üç çeşidi vardır: sanitar-toksikoloji, ekoloji və biosfer.

Sanitar-toksikoloji monitoring zamanı aşağıdakı işlər görülür: - ətraf mühitin durumuna baxış, təbiət obyektlərinin zərərli maddələrlə cirklənmə dərəcəsinin təyin edilməsi, bu maddələrin insana, heyvanlara, bitkilərə təsiri, ətraf mühitdə patogen mikrobların, tozun açkarlanması, su obyektlərinin keyfiyyəti, onların neft məhsulları və başqa zərərli maddələrlə çirklənməsinin dərəcəsi, atmosferdə azotun kükürdün, karbonun, ağır metalların miqdarlarının bilinməsi.

Ekoloji monitorinq zamanı aşağıdakı işlər görülür: ekosistemlərdə, təbiətin komplekslərində dəyişmələrin qeydə alınması, onların məhsuldarlıq imkanlarını bilinməsi; təbii ehtiyatların, suyun, yerin, bitkilərin dinamikasının təyin edilməsi. Ekoloji monitorinqin vəzifəsi ekosistemlərdə antropogen xarakterli dəyişiklikləri ortalığa çıxartmaqdır.

Biosfer monitorinq – təbiətdə qlobal dəyişmələrin, o cümlədən, padiasiya dərəcəsinin, atmosferdə CO2, O3 olmasının, onun tozlanma d\r\c\sinin, istilik dövriyyəsinin, okeanla yeri bürüyən hava arasında qaz mübadiləbinin, quşların, heyvanların və həşəratın miqrasiyalarının, planetimizdə hava durumunun dəyişmələrinin müşahidələridir.

Günümüzdə daha çox inkişaf edən sanitar-toksikoloji monitoringdir. Hər bir maddənin ekotoksikoloji göstəricsi, onun ekoloji cəhətdən ən çox yol verilən konsentrasiyası ətraf mühitdə çirkləndirici maddənin hədd konsentrasiyasıdır. O həddə qədər zərərli maddələr uzun müddət ərzində insana və onun soyuna təsir etsə belə, onda mənfi dəyişikliklərə gətirib çıxartmır. Fəsadlar o həddi aşandan sonra üzə çıxır.

 

Ekoloji normalaşdırma

Ekoloji normalaşma ekologiyaya antropogen təsirlərin azaldılmasını təmin edir və insanın təbiətlə ahənginə yönəlmişdir. Ümumiyyətlə burada aşağıdakı işlər görülür:

-          Antropogen təsirinin nəticələrinin hesabını aparmaq

-          Biosferanın “böhranlı” halqalarının və təsir amillərinin axtarılması

-          Təbii ekosistemlərə təsiri nəzərə alaraq, onlara nüfuz etmənin yollarının axtarılması.

Yolverilən ekoloji yükün təyinində əsas meyyar ekosistemin çeşidliliyinin, stabilliyinin məsuldarlığının aşağı enməməsidir. Antropogen təsirlərinin normalaşdırılmasında prioritet faktorlar  və təsir effektləri əhəmiyyət kəsb edir.

Biosferanın adaptasiya imkanlarının dəyərləndirilməsində ekosistemin dayanıqlı olması anlayışına, onun ekoloji ehtiyatına arxalanmaq gərəkdir. Ekoloji ehtiyat mühitin əsas xüsusyyətlərinin pozulmaması şərti ilə biosferdən çıxarıla bilən bərpa olunan təbii ehtiyatların mümkün olah hissəsini təyin edir. Ekosistemə mümkün olan yükün həddinin təyini monitorinqin əsas vəzifəsidir. Bunu edərkən, təbii mühitin keyfiyyətinin tənzimlənməsi və idarə olunması ekoloji prognozlaşmalara dayanır və burada onlara uyğun riyazi modellərin qurulması tələb olunur. Riyazi modellər qurulanda öyrənilən təbii prosesləri üç yerə bölürlər:

- seçilən zamanın miqyasına uyğun olanlar

- seçilən zamanın miqyası ilə dinamik müvazinətdə olanlar (ntz gedən proseslər)

- seçilən zamanın miqyasında dəyişənlər (ləng kedən proseslər)

 

 

2).Ekologiya və insan sağlamlığı

 

 

Plan:

1. Ekologiya və insan sağlamliği

2. İrsi xəstəliklər

3. Siqaret çəkmənin ziyanı

                                               

 

    Sağlamlığın tərifi çeşidli zamanlarda fərqli anlaşılmışdır. Günümüzdə aşağıdakı əsas sağlamlıq konsepsiyaları vardır:

·Keçmişdən bu günə kimi ən yayılan tərif – sadəcə xəstəliklərin olmaması idi. Bu kimi sağlamlığın tərifi eramızın ilk çağlarında verilmiş, ortaçağlar və çağdaş həkimlər də bunu qəbul etmişdirlər;

·Bioloji baxımdan yanaşılsa, sağlamlıq orqanismin həyatı tənzimləmə sistemlərinin dayanıqlığıdır (qomeostatik müvazinət). Buna görə də sağlamlıq anlayışının anlamı bir orqanizmin dar çərçivəsindən çeşidli orqanizm və hətta ekosistemlərə qədər genişlənir;

·Beynalxalq Səhiyyə təşkilatının tərifinə görə, sağlamlıq – hər bir kəsin  hərtərəfli yaxşı durumudur. Bu da normal fiziki, mənəvi və ictimai durumdur.

Sağlamlığın ən başlıca göstəricilərindən biri və insanın normal durumunun göstəricisi çəmiyyətdə işləmək üçün yararlı olmaqdır. Bəzi insan patologiyalarını (normal durumdan çıxma) araşdıranda, onların yaranması birdən birə deyil, yorğunluğun, boşalmamış stresslərin yığımı sonu baş verməsi faktı ortalığa çıxır. Bu da təbabətdə “xəstəliköncəsi” adlanır. Xəstəliklərin təsnifatına gəlincə isə, onları bir necə başlıca bölüklərə bölmək olar:

İrsi xəstəliklər. Bu xəstəliklərin birinci qrupu irsi xəstəliklərdir. Onlar mutasiyaya (genlərin hansısa təsir altında dəyişməsidir) uğramış genlərin daşıyıcılarında olur. Sadəcə bunun üçün bu kimi bir qenin olması yetərlidir. Genlərin (irsiyyətin struktur və funksional vahididir) ya da xromosomların (hüceyrələrin nüvələrinin tərkibində olur, genlərin daşıyıcısıdır, hüceyrə və orqanizmlərin irsiyyət özəlliklərini təyin edir) mutasiyası sonu yaranan xəstəliklərin örnəyi kimi Daun sindromu göstərilə bilər. Bu irsi xəstəlik xromosom yığımının pozulması sonu yaranır. Daha bir örnək fenilketonuriyadır. Bu da uşaqda ağıl çatışmamazlığına gətirən maddələr mübadiləsinin pozulmasıdır. Qemofeliya (qanın laxtalanmaması xəstəliyi) da bu kimi örnəklərdən biridir.Çox vaxt mədə yararına, ürək-damar xəstəliklərinə, şəkər diabetinə, çeşidli allergiyalara meyllər elə irsiyyətlə soydan soya keçir.Bir çox durumlarda irsi xəstəliklərin yaranması insanın çevrəsində olan mühitlə bağlı olur. Özəlliklə də mutasiyalar ozləri-özlərindən deyil, həmdə mühitin amilləri səbəbi ilə yarana bilər. Buna da mutagen amillər deyilir, bunların da ən başlıcasıradiasiyadır.Mutagen amillərin daha bir törədicisi də ətraf mühitə düşən zərərli kimyavi maddələrdir. Bəzi virus xəstəlikləri də mutagen təsirli olur, ayrı-ayrı adamların irsiyyətinə təsir edir.

Ekopatologiyalar. Bu da ətraf mütitlə bağlı amillərdən irəli gəlir. Bu da ilk olaraq çox ya da az yeməklə bağlı həyat tərzinin xəstəlikləridir. Az yeyəndə orqanizmə vitaminlərin, mikroelementlərin, zülalların qatılması da azalır və bu da ağır xəstəliklərə gətirib çıxardır. Çox yeyəndə isə, ürək-damar xəstəliklərinə, xərçəngə, diabetə gətirib çıxardan ağır patalogiyalar yaranır. Deməli hər bir kəsin yemək norması olmalıdır.

Daha bir patologiyalara gətirən amil rafinə edilmiş (şüni təmizlənmiş) yemək çeşidləridir. Bunları da iqtisadi baxımdan güclü olan ölkələrin böyük şəhərlərində yaşayanlar yeyir. Bunun kimi heyvan piyi, qənd, konservlər, kolbasalar sosislər, hisləmmiş və duzlanmış yeyəcəkləri də tez-tez yemək olmaz, imkan varsa onlardan çəkinmək gərəkdir. Bütün bunlar da mədə-bağırsaq sistemində və ümümiyyətlə bütün orqanizmində xəstəliklərə gətirən patologiyalar yaradırlar.İnsanın yaşayış mühiti stresslərin də yaranmasına gətirib çıxardır. Stress orqanizmin, onun sabitliyini pozan təsirə qarşı fiziki ya da psixoloji reaksiyası və sinir sistemin buna uyğun olan durumudur. Ekoloji problemlərlə bağlı daha çox fiziki və kimyavi stresslər olur.

Fiziki stress işığlandırma, səs, titrəmə (vibrasiya) sistemlərinin pozulmasından, eləcə də elektromaqnit şüalarının güçündən irəli gəlir. Bunların normadan artıq olması daha çox şəhərlərdə ya da müəssisələrdə müşahidə edilir. Burada insanın təbii adapyasiya həddini aşan şərait yaranır.

Kimyavi stresslərin törədiciləri çox olur. Son illər boyu biosferamıza yad olan 7000-dən çox zərərli maddələr aşkar olunub. Bunlara ksenobiotiklər deyilir. Təbiət bunları həll edib yox edə bilmir, çünki bunlar ona yad ünsürlərdir. İnsan orqanizminin də bunlara qarşı qoruyucu gücləri yoxdur.

Çağdaş dünyada, fiziki və kimyavi stresslərdən başqa, böyük şəhərlərə xas olan çoxlu insan kütlələrinin olması təsir edir. Bu stressə çətin olan sosial yaşamın çoxlu psixoloji amilləri gətirib çıxardır. Eyni zamanda bu kimi stresslər təkcə real yaşamda deyil, həmdə virtual məkanda baş verir. TV-lərdən, İnternetdən, radiolardan alınan çeşidli və çox sayda informasiyalar, onların tərkibi və xarakteri stresslərə səbəb olur.

Stress anlayışı təbabətə və fiziologiyada 20-ci yüzilliyin 30-cu illərində gətirilmişdir. Ona o zaman "adaptasiya stressi” deyilmişdir, çünki onun sayəsində orqanizmlər dəyişən şəyaitə uyğunlaşmaq zorunda qalırdılar. İnsanlar və heyvan orqanizmləri kəskin dəyişən şəraitə cavab olaraq bütün güclərini bu durumlardan çıxmaq üçün səfərbər edirlər. Eyni zamanda streslər populyasiyaların artmasında da təsirli amillərdən biridir.

Bir neçə stress mərhələləri vardır:

- Birincisi həyəcan və səfərbərlikdir. O zaman sinir sistemi xarici mühitdən hansısa siqnallar alır, sinir mərkəzləri isə, onları dəyərləndirir, sonra qana və limfaya ötürür. Bundan sonra mürəkkəb reaksiyalar gedir və əsasən böyrəküstü vəzilərdə “stress qormonları” yaranmağa başlarır.

- İkincisi orqanizmin “stress qormonlarının” basqısı altında işə saldığı müqavimət güçüdür. Belə olanda bədənin bütün sistemləri yüksək yüklə işləməyə başlayırlar.

Üçüncüsünün isə çeşidləri çox ola bilər. Əgər orqanizm bu basqının altından çıxa bilib və daha yüksək səviyyələrə yüksələ bilibsə, bu kompensasiya (eustress) mərhələsi adlanır. Eustresslər təkrar olunursa, onlar orqanizmin daha da çox adaptasiyasına təkan verirlər. Bədən stressin öhdəsindən gələ bilibsə, onda yeni, daha yüksək səviyəyə addım atır.

Əgər keçirilən stress organizmin gücdən düşməsinə, xəstəliyə və ölümə gətitirib çıxardırsa, onda buna üzücü stress (distress) deyilir. Stressin nə ilə sonuclanması təkcə onun gücü və basqısından asılı deyil, orqanizmin onun qarşısında dura bilməsi özəlliyindən də asılıdır. Nə qədər orqanizm sağlam və adaptasiyaya açıqdırsa, onun sistemləri müvazinətdədirsə, bir o qədər də  onun stressə güç gəlməsi ehtimalı artır.

Təbiətkökənli (endemik) xəstəliklər. Bunlar da ətraf mühitin yararsızlığı ilə bağlıdır. Onlar insanların hansısa xəstəliyə yoluxma təhlükəsi (örnək üçün ensefaliti doguran zəli) olan bir yerdə yaşamasından irəli gəlir.Başqa səbəb insanların yer kürəsinin özəl geokimyavi ya da geofiziki özəllikləri olan yerlərdə yaşamasıdır.Bu kimi yerlərdə olan vulkanların aktivliyi, tektonik (yeraltı) proseslər, təbii iqlimin sərtliyi, günəş şüalarında radiasiyanın yüksək olması, küləklərin bə çöküntülərin aktivliyi kimi olaylar insan sağlamlığına təsir edir. Bunlar bitkilərə, torpaqlara və heyvanlara da təsir edir.

Bu kimi yerlərin örnəyi İç Monqolustan (Çində) eləcə də Çinin bəzi başqa bölgələridir. Burada ftor, xlor, arsenikum, karbo-hidrogenlərin həddi normadan yüksəkdir. Buna görə də burada dioreya (ishal), qarın xərçəngi kimi xəstəliklərin sayı çoxdur.Dünyanın bir çox yerlərində yod çatışmamazlığı vardır. Orada yaşayanlarda qalxanvarı vəsinin xəstəlikləri çox yayğın olur. Havada selen kimi maddənin çoxluğu zəhərlənmə və ağciyər xərçəngi kimi xəstəliklərə gətirib çıxardır.Yerin geopatogen deyilən sahələri vardır. Burada elektromaqnit şüaların aktivliyi, qravitasiyanın (yerin özünə çəkimi) həddən artiq olması və başqa bunlar kimi fiziki gərginliklər baş verir. Belə yerlərdə geopatogen stresslər olur. Bu da pulsun tezləşməsi, qan təzyiqinin artması, yuxusuzluq, dəhşətlərin yaşanması, erkən ölum kimi olaylarda özünü göstərir. Bütün bunlar litosferanın çatlar olan yerlərində daha çox özünü göstərir. Oradan yer üzünə radon maddəsi çıxır və bütün bu patologiyaların başlanqıcında durur. Seysmik baxımdan təhlükəli olan yerlərdə, özəlliklə zəlzələlər öncəsində, yerin fiziki gərginliyi artır. Bu da insan və heyvanlarda biokimyavi dəyişikliklərə gətirir. Belə yerlərdə insanlarda depressiyalar, ürək çatışmamazlıqları halları çoxalır.Günəşin aktivliyi də biosferdə gedən proseslərə təsir edən önəmli faktorlardan biridir. O çeşidli xəstəlikləri də törədən bir amildir. Buna görə günəşdə gedən prosesləri öyrənib proqnozlaşmaları tətbiq etmək tibbə və ekoloji elmə çox gərəklidir.

 

Siqaret çəkmənin ziyanı

Tütünün kanserogen olduğunu bilməyən yoxdur. Siqaret müxtəlif ürək və ağciyər xəstəliklərinə yol açır, damarda tıxac əmələ gətirib iflicə səbəb ola bilir.Siqaret çəkildiyi andan orqanizmə təsir etməyə başlayır. Nəbz yüksəlir, nəfəs alıb-vermə prosesi sürətlənir, qan dövranı zəifləyir. Siqaretin tərkibində təxminən 3700 zəhərli maddə vardır. Bunların böyük bir miqdarı kanserogen maddələrdir. Ən zərərli hesab edilən karbon monoksid (CO), hidrogen siyanid (HCn) və ammonyakdır (NH4). Bu zəhərli kimyəvi maddələr bir nəfəs siqaretlə qan dövranına qarışır. Bunun nəticəsində yanğı hissi, döş qəfəsində ağrı, bronxial astmaya aid əlamətlər başlayır. Orqanizmin müqaviməti zəif olduğu üçün tez-tez qrip və soyuqdəymə halları baş verir.

Dünyada hər on üç saniyədə bir insan siqaretin səbəb olduğu xəstəlikdən həyatını itirir. Bu ölümlərin əsas səbəbi ağciyər xərçəngidir, ikinci əhəmiyyətli səbəb ürək xəstəlikləri və xərçəngin digər növləridir.

İnsan orqanizmində elə bir üzv və orqan yoxdur ki, siqaretdə olan kimyəvi maddələrdən zərər görməsin. Siqaret çəkən adamın orqanizmində nə kimi dəyişikliklər olduğuna nəzər yetirək:Siqaret çəkən insanın ağız xərçənginin əmələgəlmə riski çox yüksəkdir. Bundan başqa, tütün dumanı diş əti xəstəliklərinə yol açır, diş çürüməsinə və nəfəsdən pis qoxu gəlməsinə səbəb olur. Beyinə gedən oksigen azalır, nəticədə beyin damarlarının daralması baş verir. Bu vəziyyət insanı iflicə qədər aparıb çıxara bilər. Nəfəs borusundan və bronxlardan keçən tüstü (duman) ağciyərlərə enir. Siqaret dumanındakı hidrogen sianid bronxların divarını yandırır və xroniki öskürək yaradır. Bronxlar zəiflədikcə bu nahiyədə xeyli xəstəlik ortaya çıxır. Siqaret çəkənlər çəkməyənlərə nisbətən on qat daha çox ağciyər xərçəngi olma riski daşıyırlar. Siqaretin ürəyə verdiyi ziyan tək kəlmə ilə məhvedicidir. Nikotin qan təzyiqini yüksəldir və qanın daha sürətlə laxtalanmasına səbəb olur. Siqaretdə olan karbon monoksidin qandakı oksigeni yox etməsi ilə damarlarda xolesterol yığılır və bu da miokard infarktı riskini artırır. Bundan başqa, qan dövranında pozğunluqlar olduğu üçün iflic, barmaqlarda gücsüzlük və qanqrena siqaret çəkənlərdə tez-tez rast gəlinən xəstəliklərdir.     

Siqaretin həzm sisteminə çox pis təsir etdiyi sübut olunmuşdur. Belə ki, siqaret qəbulu ilə bağlı mədədə xlorid turşusu ifrazı artır, mədə yanmaları və xora başlayır. Siqaret çəkənlərdə pankreatit xərçəngi tez-tez müşahidə edilir ki, bu da çox vaxt ölümlə nəticələnir. Siqaretin tərkibində olan kanserogen maddələrin müəyyən miqdarı sidiklə orqanizmdən ifraz olunur, ancaq bədəndə qalan maddələr isə sidik kisəsi xərçənginə yol açır. Siqaret çəkmə nəticəsində əmələ gələn yüksək qan təzyiqi isə böyrəklərə böyük ziyan vurur. Siqaretdə olan karbon monoksid insanı keyləşdirir, həzm prosesini çətinləsdirir, dişləri saraldır, mədə yarasına səbəb olur, dodaq, dil və yemək borusu xərçənglərinə səbəb olur. Damar divarlarının elastikliyinin azalmasına səbəb olur.Ağciyər və qırtlaq xərçənginin əmələ gəlməsinin 90%-nin səbəbi siqaretdir. Ürək xəstəliklərinin, xüsusilə də ürək əzələsi infarktının əmələ gəlməsinə zəmin yaradır. Siqaret çəkənlər arasında çəkməyənlərlə müqayisədə həm infarkt, həm də infarktdan ölüm hadisələri 10 dəfə daha çoxdur. Damarlarda kirəclənmə (ateroskleroz) bas verdiyi üçün hafizə zəifləyir. Əhvali-ruhiyyə pozulur, yuxusuzluq əmələ gəlir. Dəridə qırışıqlar yaranır.Siqaretin sağlamlığa vurduğu ziyan statistik araşdırmalarla sübut edilmişdir. Bu araşdırmalara görə, siqaret çəkən kişilərin 40 %-i hələ təqaüd yaşına çatmadan həyatını itirir. Siqaret çəkən qadınlarda isə uşaqlıq xərçəngi riski çoxalmaqdadır, hamilə qadınların siqaret çəkməsi isə şikəst və ölü doğumla nəticələnir.Siqaretin psixoloji təsirləri. Nikotin - güclü bir qıcıqlandırıcıdır.

Nikotin kokain və ya amfitemin qədər güclü və onlara bənzər bir qıcıqlandırıcıdır. İnsana davamlı olaraq siqaret çəkmə istəyi verib asılılıq vəziyyəti yaradır.Nikotin siqaret çəkən insanı qıcıqlandırır, ürəkdöyünməyə, yüksək təzyiqə,  tənəffüsün sürətlənməsinə səbəb olur. Ancaq bu təsirlər 20 dəqiqə sonra itir və siqaret çəkən adam yeni bir siqaret çəkmək istəyir.Siqaret çəkənlər arasında çəkməyənlərlə müqayisədə həm infarkt, həm də infarktdan ölüm hadisələri 10 dəfədən də çox müşahidə edilir.Əgər 100-120 mq miqdarında nikotin hər hansı bir adamın damarına vurularsa, bu zaman ürək bir dəqiqə müddətində 15 dəfə çox döyünər, hətta belə hallar ölümlə nəticələnə bilər. Burada məsələnin maraqlı cəhəti həmin həcmdə (100-120 mq) maddənin cəmi 2 qutu siqaretin tərkibində olmasıdır.Göründüyü kimi, nikotin sakitləşdirici bir vasitə deyil, əksinə orqanizmi yoran və ziyan verən bir maddədir. Siqaretin ziyanları barədə bir çox misallar çəkmək olar. Ürəyə və başqa orqanizmə gətirdiyi fəsadlar sonsuzdur. Belə ziyanlar insanın ömrünü qısaldır və infarkt, xərçəng, sonsuzluq kimi xəstəliklərin yaranmasına səbəb olur.

 

Passiv tütün çəkmənin ziyanı

Tütün çəkənlərlə bir arada galanda, onların tutulduqları bütün xəstəliklərə tutulmaq olar. Belələr, özlərindən asılı olmayaraq, havada olan ziyanlı tüstünü udurlar. Araşdırlamar bir saatın içində hər kəsin siqaretin yarısını çəkdiyi qədər tüstü udduğunu göstərir. 8 saat tütün tüstüsü dolu otaqda oturan hər 5 saatda bir siqaret çəkən kimidir. Hətta bəzi araşdırmalara görə, passiv siqaret çəkənin ciyərlərinə siqaret çəkəndən daha çox ziyanlı maddələr düşür. Bunlar karbon oksidi, nikotin, aldegidlər, akroleinlər, qatranlar və başqa maddələrdir. Bunlar passiv çəkənin qanına, sidiyinə və sinir sisteminə təsir edir.

Haha da pis sonuc karbon oksidinin havadan sovurulmasından sonra olur. O ciyərlərdən qana qana düşərək hemoqlobinlə birləşir və oksigenin hüceyrələrə gedişini çətinləşdirir. Bu qarışıq karboksigemoqlabin adlanır. Onun konsentrasiyası bədəndə 16%-20-zə yüksəlsə, ciddi ürək-damar xəstəlikləri baş verə bilər.

Otağın tüstülənməsindən asılı olaraq, orada olanlar gündə 1-10 siqaret çəkmiş kimidirlər. İş yerlərində siqaret çəkməyənlərin arasındakı aparılan sorğulara görə, soruşulanın siqaret çəkənlərlə bir otaqda olanların 50%, iş bacarıqları gözəçarpacaq qədər itirmiş, 36% özlərini pis hiss etdikləri üçün iş yerlərini tərk etmişdirlər.Passiv çəkənlər arasındakı başqa soruşulanların 48% gözlərinin və 35% burunun selikli qişasının qıcığlanmasını, 30% öskürəyə tutulmalarını və boğazlarının qurumasını, 5% keçmişdə keçirdikləri ağciyər xəstəliklinin əlamətlərinin üzə çıxdığını, 3% ürək-damar xəstəliklərinin daha da ağırlaşmasını, 10% allergiyaya tutulduqlarını bildirmişdirlər.siqaret tüstüsü passiv siqaret çəkənlər üçün də aktiv siqaret çəkənlər kimi zərərlidir. Mövzu uşaqlar olduğu zaman vəziyyət daha vacib hal alir. Onlarin orqanizmi daha zəifdir və hələ inkişaf dövründə olduqlari üçün oksigenə, təmiz havaya olan ehtiyaclari böyüklərdən daha çoxdur. Mümkündürsə, uşaqlarin yaninda siqaret çəkməyin. Onlari öz əllərinizlə zəhərləməyin.

 

Qəlyan çəkmənin ziyanı

Aparilmiş təcrübələr göstərir ki, qəlyanin sağlamliq üçün ziyansiz olduğu yanliş fikirdir. Bundan əvvəl, sübut olunmuşdu ki, qəlyan ağ ciyərlərin xərçənginə səbəb ola bilər.  Bundan başqa, qəlyan çəkən qadinlarin uşaqlari az çəki ilə doğulurlar.Alkoqollu içkilər kimi gün ərzində qəlyandan həddindən artiq istifadə etmək sərxoşluğa, bihuş olmaya gətrib çixara bilər. Şərqdə qəlyandan istifadə siqaret çəkməkdən daha az zərərli hesab olunsa da, tibbi tədqiqatlar əslində bunun belə olmadiğini sübut edib. Alimlərin qənaətinə görə, bir saat qəlyandan istifadə etmək 100 ədəd siqaretin çəkilməsinə bərabərdir. Araşdirmalara görə, siqaret kimi qəlyanin çəkilməsi də ağciyərlərin, ürək-damar sisteminin xəstələnməsinə və həmçinin qorxulu xərçəng xəstəliyinin yaranmasina səbəb ola bilər. Ümumdünya səhiyyə təşkilatinin tədqiqatlarina görə, qəlyan tüstüsündə də siqaret tüstüsündə olan qədər karbon qazi, qatran və ağir metallar var. Hətta qəlyan tüstüsündəki zərərli maddələrin miqdarinin siqaret tüstüsündəki ilə müqayisədə çox olduğu bildirilir. Həkimlər xəbərdarliq edirlər ki, siqaret aludəçiləri kimi qəlyan çəkənlər də hepatit və vərəm xəstəliklərinə mübtəla olmaq təhlükəsi ilə də qarşilaşirlar. Bu səbəbdən, həkimlər qəlyan çəkməkdən ayrila bilməyənləri və bu ziyanli vərdişin həvəskarlarini heç olmasa birdəfəlik müştüklərdən istifadə etməyə çağirirlar.

 

 

Mühazirə 8.

1). Elmi-texniki tərəqqi və qlobal ekoloji problemlər.Demoqrafik  partlayış.

 

                                          

Plan:

1). Elmi-texniki tərəqqi və qlobal ekoloji problemlər.

2).Demoqrafik  partlayış

3).Əkin sahələrinin azalması və aclıq

4).Energetik böhran” problemi

                                  

Elmi-texniki tərəqqi və qlobal ekoloji problemlər

                                                

   XX əsrin ikinci yarısından başlayaraq  bəşəriyyət qarşısında bir sıra ekoloji problemlər baş qaldırmışdır ki,bunlar da istər Afrikada,Avropada və ya Amerikada,şəhərdə və ya kənddə yaşamasından asılı olmayaraq hamımıza toxunan çətinliklərdir.Bu çətinliklərdən qaçmaq isə heç kəsə müəssər deyil.Bu problemləri həll etmək üçün bütün insanlarln öz intellektual və mənəvi qüvvəsini səfərbər etməsi vacibdir.Bütün insanlığın gələcəyi məhz bundan asılıdır.

    Planetimiz öz tarrixinin tamamilə yeni bir mərhələsinə qədəm qoymuşdur.Yalnız kollektiv zəka,şüur və iradə ortaya qoymaqla qəza və təhlükələri dəf edərək sivilizasiyanın gələcək inkişafına yol açmaq olar.

    Şətinliklərdən,bədbəxtliklərdən,fəlakətlərdən və mümkün qəzalardan danışmaqda məqsədimiz insanlarda dəhşət  hissi yaratmaq deyil,tamamilə əksinə,müasir elmin və insan zəkasının imkanlarını Sizlərə göstərməkdir.

    İnsan qarşısına çıxan  təhlükədən qaçmaq üçün onun barəsində əvvəlcədən xəbərdar olmalıdır ki,çıxış yolu axtarsın.Məhz əvvəlcədən;məhz “vaxt amili” burada həlledici rol oynayır.Nə qədər tez  ağıllı fəaliyyət üsulu taparıqsa,bir o qədər də az insan öz gələcəyi üçün narahatlıq keçirər.İstərsə başa düşməzlikdən,dərk etmədən,istərsə də digər səbəblərdən yeni yollar axtarışında ləngimələr bütün insanlar üçün həqiqi“faciəyə”səbəb ola bilər.Ona görə də,istərdik ki,insanlarda zəkanın gücünə inamla bərabər,eyni zamanda da gələcəyimiz naminə həyacan hissi də olsun.

    Hər zaman yadda saxlamaq lazımdır ki,imkanlar hələ reallıq demək deyil.Ümumi məqsədini dərk etmək,ümumilik hissinə yiyələnmək,düşüncə tərzini dəyişmək və Yer planetində insanların həyatının yeni mənəvi əsaslarını yaratmaq üçün insanlıq çox çətin və uzun bir yol keçməlidir.Bütün bunlar isə yalnız və yalnız fərziyyə deyil,elə bir reallıqdır ki,ona məhəl qoymamaq olduqca təhlükəlidir.Bu reallıq qarşısında bütün millətlərarası,dövlətlərarası ziddiyyətlər,lokal maraqlar və şəxsi məqsədlər geri çəkilməlidir.Belə düşüncə tərzi isə yalnız alimlərdə və dövlət xadimlərində deyil,eyni zamanda planetdə yaşayan milyardlarla insanlarda formalaşmalıdır.Yalnız,bu halda insanlar və planetimiz yeni inkişaf yoluna qədəm qoya bilər.

    Elmi-txniki inqilab termini artıq uzun illərdir ki,leksikonumuza daxil olmuşdur.   Lakin,bir çox hallarda bu söz birləşməsinin hansı ağır yükü daşıdığına əhəmiyyət belə vermirik.Son illərdə,daha doğrusu,ikinci Dünya müharibəsinin başa çatmasından keçən az bir müddət ərzində elm və texnika planetimizin həyatında elə təəccüblü dəyişikliklər etmişdir ki,(nüvə enerjisinin əldə edilməsi,kosmosa şıxış,kompüter texnikası və s.) onlardan hər biri sivilizasiya tarixində bütöv bir mərhələ təşkil edə bilərdi.

     Adətən,biz sakit bir inkişaf rejimindən digər sakit inkişaf rejiminə sıçrayışla keşidi inqilab adlandırırıq.Lakin,başlanmış hər bir inqilab müəyyən zaman kəsiyindən sonar başa çatır.Elm,texnika,texnologiya və məhsuldar qüvvələr sferasında isə fərqli bir vəziyyət yaranmışdır.Sivilizasiyamızın texnoloji əsaslarında baş verən sürətli inkişaf 60 ildən artıq bir dövrdür ki,səngimək bilmir

və ETİ termini də bu inkişaf sürətini tam əks etdirmir.Ona görə də,məişətimizə elmi-texniki tərəqqi(ETT) termini daxil olmuşdur.Müasir sivilizasiyanın gücü günbəgün artmaqdadır.Artıq,biz öz həyatımızı elm və texnikanın bəxş etdiyi möcüzələrsiz təsəvvür edə bilmirik.Demək olar ki,insan heç vaxt indiki qədər maddi-mənəvi sərvətlər,xidmətlər və rahatlıqlarla təmin olunmamışdır.Doğrudur, bu sərvətlərin qeyri-bərabər paylanması,milyonlarla evsizlərin və acların olması faktını da danmaq olmaz.”Roma”klubunun sifarişi ilə yerinə yetirilmiş elmi işlərdən birində qeyd olunur ki,adam başına maksimum istehlak XX əsrin 60-cı illərinin sonu,70-ci illərinin əvvəlində olmuşdur.Bundan sonrakı illərdə adam başına düşən maddi sərvətlərdə azalma olmuşdur.Lakin, bu faktın kifayət dədər dəqiq analizi yoxdur.

    Lakin,nəzərə almaq lazımdır ki,sivilizasiyanın nəhəng gücü insanların firavan  həyatını təmin etməklə bərabər,həm də bütün insanlıq üçün ölüm təhlükəsi mənbəyi rolunu oynayır.İnsanlar bunu ilk dəfə Naqasaki və Xirosimadakı nüvə partlayışlarından sonra dərk etməyə başladılar.Gözlənilmədən dərk edildi ki,bir “düyməyə” basmaqla bir adam bütün canlı məxluqatı Yer üzündən silə bilər.Tədricən insanlar təsəvvür etməyə başladılar ki,onlarla təbiət arasında elə bir “qadağa zonası,sərhəddi” var ki,onu aşmaq olmaz.Ancaq,nüvə müharibəsi müasir sivilizasiyanın insanlığı fəlakət qarşısında qoya biləcək gücünün yeganə təzahürü deyil.İnsanları narahat edən digər elə fəlakətlər də mövcuddur ki,planetimizdə həyat şəraitini dəyişməklə sivilizasiyamızın gələcək mövcudluğunu imkansız edə bilər.Məsələn,demoqrafik “partlayış”,əkin sahələrinin azalması və aclıq,energetik böhran,”istixana effekti”,turş  yağışlar,ozon qatının pozulması və                                         

 

1.1.Demoqrafik “partlayış”

İnsan tarixinin çox böyük dövrü ərzində Yer kürəsi əhalisinin sayının artımı bir o dədər də əhəmiyyətli dərəcədə hiss olunmamışdır.Bu artım XIX əsrdə yavaş-yavaş hiss olunmağa başlamış və XX əsrin ikinci yarısında daha kəskin təzahür etməyə başlamışdır.10000 il bundan öncə(neolit inqilabının başlanğıcında) planetimizdə cəmi 10mln.insan yaşamışdır.İlk dəfə öz sayını ikiqat artırmaq üçün insanlara 2500 il vaxt lazım gəlmişdir.Sonrakı ikiqat artım -2000 ilə,üçüncü-1500 ilə,dördüncü-1000 ilə başa çatmışdır.Sonuncudan əvvəlki,yəni səkkizinci ikiqat artım üçün 100 il ( 1850-ci ildə 1.25mlrd.; 1950-ci ildə 2,5 mlrd. adam) kifayət etmişdir.Bu sistemdə Dünya əhalisinin doqquzuncu ikiqat artımı isə 1987-ci ildə başa çatmışdır və buna cəmi 37 il lazım olmuşdur.Deməli,Dünya  əhalisinin sayının 3mlrd.-a çatmasına 1 mln. Il (1960-cı ildə) tələb olunmuşdursa,bu sayı ikiqat artırmaq üçün,yəni,6 mlrd.-a  çatmaq üçün 30 il vaxt kifayət etmişdir.Dünya əhalisinin sayı hər gün 250 min,hər həftə 1mln.750min,hər ay 7,5mln. və il ərzində 90mln. nəfər artır.Hazırda,Dünya əhalisinin sayı 6mlrd. nəfəri ötmüşdür.Bu isə demoqrafik “partlayış” haqqında danışmağa əsas verir.Yer kürəsi əhalisinin demoqrafik hədd hesab edilən 6mlrd.-ı keçməsi hətta peşəkar demoqraflar üçün təsəvvüredilməz olmuşdur.Belə ki,XX əsrin ortalarında əhalinin sayının artımı haqqında verilən proqnozlardan heç biri dəqiq olmamışdır.Yəni əhalinin sayının real artımı verilən bütün proqnozlardan yüksək olmuşdur.Bu faktın sübutu kimi,aşağıdakı əyrilərə nəzər salmaq kifayətdir (Şək.1.1.)

3

6

5

4

1900   1910    1920    1930     1940   1950   1960   1970    1980  1990   2000   İl

7654321

Şək.1.1.Yer kürəsi əhalisinin artım dinamikası(proqnozlar)

1-Dünya əhalisinin real artımı;2-Ş.Rişenin

1893-cü il

.Notesteynin sayının 1945-proqnozu;3- R.Pirlin 1939-cu il proqno­zu;                                                                                                                                                                                                    

                   4-Uci il proqnozu;5-BMT-nin                                                                                                                                                                                         

1951-ci il proqnozu;6-BMT-nin 1966-cı il proqnozu:

 

2

1

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


   Bir vaxtlar,Ş.Furye hesab edirdi ki,5mlrd. insan yer kürəsinin ekoloji tutumunun son həddidir.Lakin,son yüzillikdə insanın sayı beş dəfə artmaqla bərabər,məhsuldar qüvvələrin energetik potensialı 1000 dəfə,biosferə olan antropogen yüklənmələrin səviyyəsi isə 10 dəfələrlə artmışdır. Bu fikirlər “Roma” klubunun yaradıcısı A.Peççiyə aiddir.

    Məşhur amerika mütəxəssisi C.Forresterin fikrinə görə isə: “İnsanlığın qızıl əsri arxada qalmışdır.İnsanlığın qarşısında yalnız iki yol qalmışdır-ya rifahımızın

son­rakı yüksəlişi ümidindən vaz keçməli,ya da bizi ekoloji fəlakət gözləyir.”

    İlk dəfə olaraq D.Medouzun “Artımın həddi” adlı məşhur əsərində əsaslı şəkildə

göstərilmişdir ki,inkişafın hazırki ənənəsi davam edərsə,artıq XXI əsrdə Yer kürəsinin ekoloji tutumu tükənəcəkdir.

    BMT-nin verdiyi məlumata əsasən əhali artımının əsas hissəsi inkişaf etməkdə olan dövlətlərin payına düşür.Yer kürəsində əhalinin sıxlığa görə paylanması qeyri-bərabərdir ki, bunun da əsas səbəbi əhalinin şəhərlərdə toplanmasıdır.İnkişaf etməkdə olan ölkələrdə əhalinin sayının sürətli artımı ekoloji və sosial problemləri daha da kəskinləşdirmişdir.Bu ölkələrin əhalisi planet əhalisinin 75%-ə qədərini təşkil etməsinə baxmayaraq,ümumdünya məhsullarının üçdən birini istehlak edir və bir nəfərə düşən istehlak payları arasındakı fərq artmaqda davam edir.

    Populyar amerika nəşrlərindən biri belə bir hesablama aparmışdır:Əgər Yerin bütün əhalisinin ölçülərini 100 nəfər əhalisi olan bir kənd qədər”sıxışdırıb” və insanlığın bütün mövcud nisbətlərini əvvəlki kimi saxlamaq mümkün olsa idi,belə bir mənzərə alınardı:

-bu kəndə 57 asiyalı, 21 avropalı,8 afrikalı və 14 nəfər Şimali,Mərkəzi və Cənubi Amerikanın nümayəndəsi yaşayardı;

-100 nəfərdən 70 nəfəri “rənglilər” olardı;

-bütün sərvətlərin 50%-i 6 nəfər ABŞ vətəndaşlarının əlində toplanardı;

-80 nəfər yaşayış üçün yararsız mənzillərdə yerləşərdi;

-50 nəfər yarıac olardı;

-70 nəfər tamamilə savadsız olardı;

-yalnız bir nəfərin universitet təhsili olardı.

    İqtisadi cəhətdən inkişaf etmiş ölkələrdə əhali artımının aşağı olmasını qlobal miqyasda müsbət hal hesab etmək olar.Lakin bu da arzuolunmaz nəticələrə səbəb ola bilər.Bu ölkələrdə tədricən cəmiyyətin yaş sturukturu dəyişir.Uşaqların və gəclərin sayı azalır,yaşlıların sayı isə artır.Təqaüdçülərin sayının hədsiz artması iqtisadiyyat üçün böyük yükə çevrilir.Yaxın keçmişə dədər gənc nəslin sayı yaşlı nəslin sayından çox olurdu.Gənclər qocaların qayğısına qalırdılar və təqaüdçülərin saxlanması  üçün ağırlıq tam olaraq sosial-təminat sisteminin üzərinə düçmürdü.

    Əhalinin qocalması daha bir problem də doğurur.Yaşlı nəsildə dinamikanın az olması gənc nəsillə ictimai-mədəni məsələlərdə də fikir ayrılığına gətirib çıxarır və nəticədə cəmiyyət daha konservativ olur.

Növlərin fərdlərinin sayının artım sürətinin həndəsi silsilə üzrə baş verməsi haqqında Maltus nəzəriyyəsini biloji bir növ kimi insana da şamil etmək olar.Bu nöqteyi-nəzərdən “maltusçuluq” ciddi bir elmi təlimdir.Lakin, bu nəzəriyyənin Maltus tərəfindən antihumanist traktovkası mənfi münasibət doğurur.Maltus qeyd edir ki, “....biz  ardıcıl olaraq təbiətin ölüm törədən təsirlərinə yardım göstərməliyik.Kasıblar arasında təmizliyə rəayət olunmasını deyil,bunun əksini təbliğ etməliyik.Taun epidemiyasının təkrarına şərait yaratmalıyıq.Ölümcül xəstələrin müalicəsi üçün dərman yaradanları məhkum etməliyik.......və s.”

    Müasir cəmiyyətdə doğumları məhdudlaşdırmaq üçün Maltusun antihumanist təkliflərini deyil,tam humanist,sivil vasitələr və tədbirlər həyata keçirmək mümkündür.Bunun üçün əhali arasında maarifləndirmə işlərini həyata keçirmək,ailə planlaşdırma mərkəzləri yaratmaq və s.vacibdir.

    Əgər, insan özü öz artımını dayandırmasa,nizamlamasa,onda,bunu təbiət qəti və kəskin şəkildə edəcəkdir.Çünki,demoqrafik “partlayış” problemi öz növbəsində aclıq,enerji böhranı və s. kimi qlobal ekoloji problemlərin yaranmasına və inkişafına şərait yaradır.

 

ÖLKƏ

ƏHALİNİN SAYI (1994-cü il)

MİLYON NƏFƏRLƏ

DÜNYA ƏHALİSİNİN SAYINDA PAYI,%-LƏ

Çin

1209

21,5

Hindistan

919

16,3

ABŞ

261

4,6

İndoneziya

195

3,5

Braziliya

159

2,8

Rusiya

147

2,6

Pakistan

137                                      

2,4

Yaponiya

125

2,2

Banqladeş

118

2,1

Nigeriya

108

1,9

Cəmi

3378

59,9

 

                          1.2.Əkin sahələrinin azalması və aclıq

    İnsanlıq qarşısında yaranan ən kəskin problemlərdən biri aclıqdır.İnsanlar üçün əsas qida mənbəyi kənd təsərrüfatıdır.Əkinçiliyin əsas istehsal qüvvəsi isə məhsuldar torpaqlardır.Dünyada ümumi əkin sahəsi 1mlrd.356mln.hektardır.Bütün insanları tam qida ilə təmin etmək üçün isə 6mlrd.600mln.ha yüksək məhsuldar əkin sahəsi tələb olunur.

    İnsanın bütün tarixi ərzində əhalinin artımı “oykum”-enin genişlənməsi,yəni,

yeni-yeni ərazilərin məskunlaşması ilə müşahidə olunmuşdur.Bu zaman kənd təsərrüfatı üçün daha əlverişli və münbit torpaqlar mənimsənilmişdir.

    Müasir dövrdə, oykumen demək olar ki,son həddə çatmışdır.Ehtiyatda yalnız ekstremal təbii şəraitə  malik ərazilər qalmışdır.İnsan daim artan təlabatını torpağın  hesabına təmin etmişdirş.Lakin,bir publisistin yazdığı kimi,”torpaqdan hər şeyi sıxıb çıxartmaq” çağırışı cinayətdir. Minlərlə insan nəslini qidalandıran və bundan sonra da milyonları qidalandıracaq yerdən hər şeyi necə sıxıb çıxarmaq olar.Hamısını çıxarmaq gələcək nəsillərə heç nə saxlamamaq deməkdir.Bu isə “Bizdən sonra Dünyanı lap su bassın” fəlsəfəsinə bənzəyir.

    Dünyada əkinə yararlı torpaqların 50%-ə qədəri aşınmaya məruz qalır.Böyük torpaq sahələrini yarğanlar “yeyir”,münbit qatlar yuyulur və sovrulur.Kənd təsərrüfatına yararlı torpaqların böyük hissəsini şəhərlər zəbt edir,tikintilərin,

yolların ,sənaye obyektlərinin altında qalır.Beləliklə,əkinə yararlı torpaqların sahəsinin mütləq azalması baş verir.

    İnsanın tarixi ərzində 2mlrd.ha-ra qədər məhsuldar torpaqlar itirilmişdir ki, bu da hazırda əkin və otlaqların tutduğu sahədən çoxdur.

    Kənd təsərrüfatına yararlı torpaqlara səhralaşma prosesi də böyük  zərbə vurur. Bu proses ən şox quraqlıq iqlimə malik landşaftları təhlükə altına salır:bitki örtüyü məhv olur,yüksək sürətlə torpağın defolyasiyası və erroxiyası prosesi gedir.Son nəticədə torpaqlar özünün resurs-ekoloji potensialını tamamilə itirir.Antropogen səhraların sahəsi 10mln km2  və ya bütün qurunun 6,7%-ni əhatə edir.Səhralaşma prosesi ildə 6,7 mln.ha. sürətlə gedir.Hazırda 30mln.km2sahə (qurunun 19%-i)səhralaşma təhlükəsi altındadır.Kənd təsərrüfatına yararlı torpaqlarin sahəsinin mütləq azalması ilə bərabər,əhali artımı ilə bağlı nisbi azalması da baş verir.

    Əgər əvvəllər bir nəfərə düşən əkin sahəsini müəyyən etmək üçün ümumi əkin sahəsini 5mlrd.-a bölürdüksə,hazırda 6,6mlrd.-a bölürük.Əhalinin artımını nəzərə alsaq əlavə olaraq ildə ən azı 50mln.ha. əkin sahəsi tələb olunur.Hesab edilir ki,

əgər,1ha.sahədən bir adama 1t taxıl yığılarsa,aclıq problemi olmaz.Planetin 6mlrd-dan artıq olan əhalisinə 6mlrd.t-dan da artıq taxıl tələb olunduğu halda,hazırda Dünyada bir ildə cəmi 1,5mlrd.ton taxıl istehsal olunur.Bunun bir səbəbi də bu gün adam başına cəmi 0,28ha.əkin sahəsi düşməsi və onun da məhsuldarlığının aşağı olmasıdır.Bütün bunlarn isə “artıq Yer özünün bütün əhalisini qida ilə tam təmin etmək iqtidarında deyil” fikrini söyləməyə əsas verir.

    Piramida qanununa uyğun olaraq insan trofik zəncirin yuxarı mərtəbələrini tutmaqla bütövlükdə biosferin yaratdığı biokütlədən az biokütlə yarada bilər.M.Y.Vinoqradov (1994) hesab edir ki,adambaşına 250t/il canlı maddə düşərsə biosferin tarazlığını qoruyub saxlamaq olar.Biosferin ümumi məhsuldarlığı isə (quruda və okeanlarda)5x1023t  təşkil edir.Sadə bölmə əməliyyatı aparmaqla,

görmək olar ki, biosferin müvazinətini pozmadan Yerdə 3...4mlrd.insan normal təminatla mövcud ola bilər.Təsadüfi deyil ki, məhz əhalinin sayı bu həddi aşdıqdan sonra qlobal ekoloji problemlər təzahür etməyə başlamış və  hər il əhalinin sürətlə artması nəticəsində bu problemlərin kəskinliyi də artır.

  1974-cü ildə Romada keçirilən Ümumdünya ərzaq konfransında 10il ərzində aclığa son qoymaq vəd olunmuş və “yaşıl inqilab” başlanmışdır.O zaman əsasən kənd təsərrüfatının intensivləşdirilmısinə (yüksək məhsuldar bitki növlərinin və heyvan cinslərinin seleksiyası),kənd təsərrüfatının kimyalaşdırılması,yeni texnika və texnologiyaların tətbiqinə ümid edilirdi. Lakin düz 10 ldən sonra ,1984-cü ildə ərzaq böhranı baş verdi. Bu ilk növbədə tropik Afrikada kəskin quraqlıqların baş verməsi ilə bağlı idi.“Yaşıl inqilab “boğuldu və Yer kürəsində acların sayı əvvəki illərdən daha çoxdur .Bu artım bu gün də davam edir.

    Müasir dünya xəritəsində ekvatordan hər iki tərəfə, Saxaradan cənuba , demək olar bütün Afrikanı ,cənub-şərqi Asiyanı,Karib hövzəsi və cənubi Amerika ölkələrini aclıq bürümüşdür. Dünyada hər il 1 mlrd. insan yarıac və ya aclıq həddində yaşayır.BMT-nin ərzaq və kənd təsərrüfatı təşkilatı FAO-nun məlumatına görə qidasının kaloriliyi böhran həddindən,yəni 1400-1600kal./gün-dən az olan 650-700mln.insan vardır.Xatırlatmaq yerinə düşər ki,Osvinsim həbs düşərgəsi məhbuslarının qidasının kaloriliyi 1700kal/gün idi.

 

                                 1.3. “Energetik böhran” problemi

 

    Müasir dövrün ən kəskin qlobal ekoloji problemlərindən biri də “energetik böhran” problemidir.

    Əksər hallarda “energetik böhran” dedikdə,çoxları bunu enerjinin çatışmazlığı kimi başa düşür.Əslində isə “enerji böhranı” insanlar tərəfindən həddindən artıq enerji istehlak olunması nəticəsində biosferin enerji (istilik) balansının pozulmasıdır.

    Hazırda insanlığın enerji təlabatı 1013kVt təşkil edir.Bu təlabatın ödənilməsi isə əsasən bərpa olunmayan  yanacaq ehtiyatlarının (daş kömür,neft,qaz və s.)istifadəsinə əsaslanır.İnsanlar tərəfindən bərpa olunan enerjidən (Günəş,külək,

geotermal,qabarma-çəkilmə,çayların hidrogücü və s.) istifadəsinin həcmi isə bundan  dəfələrlə  azdır (V.Q.Qarşkov,1990 ).   

    Bütün dünyada istehlak olunan enerjinin 95%-ə qədəri üzvi yanacaqların payına düşür.Ona görə də insanların energetik problemləri  birbaşa Yerin yanacaq-enerji potensialından asılıdır.

    Üzvi yanacaq ehtiyatlarının böyük olmasına və enerji-qoruyucu texnologiyaların tətbiqinə baxmayaraq  bu ehtiyatlar gec-tez tükənəcəkdir.Hələ 1986-cı ildə energetiklərin Beynəlxalq konqresində qeyd olunmuşdur ki, Dünyanın daş kömür ehtiyatları 430 ilə , neft-35 ilə və təbii qaz ehtiyatları 50 ilə çatacaqdır. Bundan daha artıq sürətlə baş verir. Məsələn, 1951-ci ildən 1980-ci ilə qədər olan dövrdə Dünya əhalisinin sayı 1,4 dəfə artmasına rəğmən, daş kömür hasilatının 2,8 dəfə neft hasilatının 16 dəfə və elektirik enerjisi istehsalının13,1 dəfə artırılması tələb olunmuşdur. Lakin,V.Q.Qorşkovun fikrincə,yaxınlaşan energetik böhran enerji çatışmazlığından deyil,biosferin energetikasına artan antropogen müdaxilə nəticəsində onun dayanıqlığına təhlükə yaranmasındadır.Yerin istilik balansı,onun səthinə düşən Günəş şüalanması və kosmik fəzada  infraqırmızı şüalanma şəklində istiliyin əks  olunaraq səpələnməsinin tarazlığı ilə müəyyən olunur.

    Günəşdən Yerə daxil olan şüalanma enerjisi 8,4Coul*sm2/dəq. təşkil edir.Bütün Yer səthi  üçün bu kəmiyyət 6,7x1018Coul/dəq. səviyyəsindədir.Bu isə,il ərzində Yerdə yandırılan bütün daş kömürün enerjisindən çoxdur.Daxil olan dısa dalğalı şüa enerjisinin 35%-i Yer səthindən əks olunur,65%-i atmosfer,hidrosfer,torpaq və bitkilər tərəfindən udularaq uzun dalğalı şəklə trasformasiya olunur və əsas hissəsi istilik kimi kosmik fəzaya qayıdır.Hesablamalara görə,Yer  kürəsi Günəşdən ildə 63,8x1016kVt*saat enerji alır.Yerin təkcə quru hissəsinə düşən enerji Dünya enerji istehlakının səviyyəsindən 15-20min dəfə çozdur.

    Bitkilərin Günəşin şüalanma enerjisindən istifadə edərək yaratdıqları ilkin məhsulun gücü 1x1014Vt/il-ə bərabərdir.Təbii ekosistemlərdə ilkin məhsul əsasən heterotorf orqanizmlər tərəfindən parçalanır (üzvi qalıqların bir hissəsi çöküntü süxurlarında basdırılır) ki, bu da biosferin dayanıqlı fəaliyyəti üçün zəruri olan

biotik dövranı qapayır.Yerin quru hissəsinin ekosistemlərinin məhsuldarlığının 90%-ə qədəri redusentlər (bakteriyalar,göbələk-saprofaqlar) tərəfindən,10%-ə qədəri soxulcanlar,molyuskalar və buğumayaqlılar tərəfindən istehlak olunur.Bitki məhsuldarlığının yalnız 1%-ə qədəri insanlar da daxil olmaqla,onurğalı heyvanlar tərəfindən istehlak olunur (Uitteker,1980).Məhz, bu nisbətdə ekosistemlər (biosfer) dayanıqlıdır.

    V.Q.Qorşkovun hesablamalarına görə müasir biosferdə insanlar və heyvanlar tərəfindən yaradılan kanala 1,6x1013Vt/il enerji,yəni bitkilərin bütün ilkin məhsuldarlığının 25%-ə qədərindən artıq enerji daxil olur.İnsan tərəfindən istehlak olunan enerjinin 25 dəfə artıq olması yalnız Günəş enerjisinin hesabına deyil,əsasən əlavə enerji ehtiyatlarının hesabına baş verir.Əslində,bu əlavə enerji ehtiyatlarının da mənbəyi Günəşin şüalanma enerjisidir.Yalnız atom enerjisinin mənbəyi günəş şüalanması deyil.

    Qeyd olunduğu kimiGünəşdən Yer səthinə düşən istilik enerjisinin 99,9%-indən artıq hissəsi yenidən kosmosa qayıdır.Yalnız,bu enerjinin cüzi bir hissəsi üzvi qalıqlar şəklində çöküntü süxurlarında basdırılır.Məhz,bu üzvi qalıqlar yerin təkində milyon illər ərzində üzvi yanacaqlara (neft,qaz,kömür,torf və s.)çevrilir.Məsələn,Şimal yarımkürəsindəki yataqlarda daş kömür 300...350mln.il öncə yaranıb.Hazırda məlum olan neft yataqlarındakı layların yaşı 140mln.ildən çox deyil.Ona görə də K.A.Timiryazev qeyd edirdi ki,yanacağın yandırılması zamanı onlardan ayrılan (azad olan) kimyəvi enerji “Günəş konservlər”-idir.Onlar nə vaxtsa üədim bitkilər tərəfindən fotosintez prosesində Günəş şüalanmasının işıq enerjisinin bərpa olunmuş karbon və hidrogenin kimyəvi enerjisinə konservləşmişdir.

    Lakin,bu gün insanlar yerin dərin qatlarında yüz milyonlarla illər ərzində toplanmış bu enerji ehtiyatlarını milyard tonlarla çıxararaq istehlak edir.Məsələn,hesablamalara görə,1970....1990-cı illər (30il) ərzində Dünyada 450mlrd.barrel neft,90mlrd.t. daş kömür və 11trln.m3 qaz yandırılıb.Nəzərə alaq ki,1kq şərti üzvi yanacnğın yanması zamanı 29,3MCoul ayrılır,onda,bu müddətdə ətraf mühitə ixrac olunan əlavə enerjinin miqdarını təsəvvür etmək olar.Qeyd olunanlardan isə belə qənaətə gəlmək olar ki,bu gün kosmik fəzaya tələb olunandan daha artıq enerji əks olunur.Bu da Yerin istilik balansının pozulmasına və biosferin dayanıqlığının pozulmasına səbəb olur.

     Bu cür pozuntulara biosferin nə qədər davam gətirəcəyini söyləmək olduqca çətindir.Odur ki,bütün dünya alim və mütəxəssisləri vəziyyətdən çıxış yolu axtarırlar və müxtəlif həll yolları təklif edirlər.Məsələn,bir çox alimlər hesab edirlər ki,təbii-təsərrüfat sistemlərində biotik dövranın qapanmasını təmin etmək və antropogen istehlakı saxlamaq üçün insanlar 1015Vt gücündə təbii ekosistemlərin analoqunu yaratmalıdırlar.Lakin,elmi-texniki tərəqqinin müasir

səviyyəsi bunu tam həyata keçirməyə imkan vermir.Digər mülahizələrə görə,ən ağıllı variant”gözləmə” mövqeyi tutmaqdır.Yəni,belə hesab edielər ki,üzvi yanacq ehtiyatları tam tükəndikdən sonra vəziyyət sabitləşəcəkdir.Ancaq,həmin vaxta qədər biosferin buna tab gətirəcəyini əminliklə söyləmək olmaz.

    Alimlər arasında belə bir deyim mövcuddur:”Təbiəti yalnız onun öz qanunlarına tabe olmaqla ram etmək olar”.Məhz bu mülahizədən çıxış edərək belə bir təklif irəli sürmək olar: biosferin dayanıqlığını və Yerin istilik balansını qorumaq üçün mümkün qədər yerin təkindən çıxarılan üzvi yanacaqların istifadəsini minimuma endirmək,Günəşin şüalanma enerjisini birbaşa digər enerji növlərinə trasformasiya edən çevricilərdən istifadə etmək və yerin təkindən çıxarılan üzvi yanacaqlara ekvivalent miqdarda üzvi qalıqların  çöküntü süxurlarında basdırılması texnologiyasını hazırlayaraq tətbiq etmək.Nəzərə almaq lazımdır ki,hazırki miqyasda artıq enerjinin istifadəsi qeyri-məhdud enerji mənbələri  olsa belə, biosferin daynıqlığını dağıdacaqdır. 

 

                   1.4.Qlobal istiləşmə və onun mümükün ssenariləri

    Yer səthinin temperatur rejiminə bir neçə mənbə təsir göstərir ki, bunlardan da ən güclüsü Günəş şüalanmasıdır.Günəşdən Yerə infraqırmızı şüalanma şəklində düşən işıq və istilik selinin intensivliyi sabit olmaqla 1,95kal/sm2xdəq. təşkil edir.

İkinci mənbə isə,planetin daxili istiliyidir ki, onun da mənşəyi Günəşdir.Bu enerjini Yer Günəş sistemində yaranarkən almış və planetin nüvə hissəsində parçalanma reaksiyası nəticəsində yaranmaqdadır.

    Planetin bütün enerji itkiləri isə Dünya fəzasına şüalanan  istilikdən ibarətdir.Digər bütün enerji növləri də - işıq,ultrabənövşəyi və rentgen şüalanması enerjisi,kosmik hissəciklərin gətirdiyi enerji və s. –istilik formasına çevrilir və yenidən infraqırmızı şüalanma kimi əks olunur.Məhz,bu nisbətdə Yerin qlobal temperaturu nisbi sabitliyini saxlayır.Lakin,XX əsrin ikinci yarısından başlayaraq energetikanın,sənayenin,nəqliyyatın və s.güclü inkişafı və Dünya əhalisinin sürətli artımı nəticəsində bu balansa antropogen təsirlər də sürətlə artmağa başlamışdir.Bu isə öz növbəsində atmosferin yerüstü qatlarında temperaturun yüksəlməsinə və orta planetar temperaturun artmasına,yəni, qlobal istiləşməyə rəvac verir.

    Hələ, 1962-ci ildə rus klimotoloqu N.İ.Budıko belə bir fərziyə irəli sürmüşdür ki, insanlar tərəfindən müxtəlif yanacaqların külli miqdarda yandırılması nəticəsində atmosferdə karbon qazının miqdarının artması qaçılmazdır.Karbon qazı isə Yer səthindən və dərinlik istiliyinin kosmosa əks olunmasını ləngidir ki,bu da şüşə ilə örtülmüş istixanada müşahidə etdiyimiz effektə səbəb olur.Bu effekt nəticəsində isə atmosferin yerüstü qatının orta temperaturu tədricən yüksəlir.

    N.İ.Budıkonun nəticələri amerikalı metereoloqları maraqlandırmış və onlar XX əsrin 60-cı illərindən sonunda apardıqları müşahidə,tədqiqat və hesablamalarla Yer atmosferində” istixana effekti”-nin mövcudluğunu təsdiqləmişlər.         

SU SƏTHİNİN QIZMASI                                             YER SƏTHİNİN QIZMASI

 

 

 

 

 

 

STRATOSFER (40km)

TROPOSFER (15km)

İSTİXANA” EFFEKTİNİN MEXANİZMİ

YERƏ ŞATAN  ŞÜALANMANIN TƏRKİBİ: 10% UB, 45% İQ , 45%  GÖRÜNƏN İŞIQ

CO2

CO2

CO2

CO2

CO2

CO2

CO2

CO2

Hidrosfer

Litosfer

Şək.....İstixana effektinin yaranmasının sxemi

    Mütəxəssislərin rəyinə görə XX əsrin son onilliyinin üç (1990,1995, 1997-ci illər)ili son 600 ildə ən isti illər olmuşdur.Bütövlükdə XXəsr isə son 1200 ildə ən isti əsr olmuş-dur.Bunun əsas səbəbi isə məhz,XX əsrin sonlarında atmosferdə karbon qazının miqdarının kəskin (1,12 də-fə) artmasıdır.Əgər, bu tendensiya dəyişməzsə, atmosferdə karbon qa­zının miqdarı 2020-ci ilə ikiqat arta-caqdır.Bu isə üzvi yanacaqların is-tehla­kının sürətlə artması ilə bağlı­dır.

    Hesablamalara görə,sənaye,nəq-liyyat,İES və qızdırıcı sistemlər tərəfindən ildə 7mlrd. tondan artıq karbon qazı və ya 2mlrd.tondan artıq karbon ixrac olunur.Statistik məlumatlara görə üçüncü dünya  ölkələrində orta hesabla adambaşına ildə 0,5t,inkişaf etmiş ölkələrdə isə bundan 10 dəfədən artıq karbon qazı atmosferə ixrac olunur.ABŞ atmosferə ildə 1mlrd.200mln.t karbon qazı ixrac edir ki,bu da Dünya göstərricisinin 20%-ni təşkil edir.Bu isə , çəki etibarilə təbii mənbələr tərəfindən atmosferə ixrac olunan və bitkilər tərəfindən fotosintez prosesində “bağlanılan” karbonun  2%-ə qədərini təşkil edir.Lakin,bu əlavə 2% karbon əhəmiyyətli dərəcədə təsir göstərir və planetin bitkiləri tərəfindən “bağlanıla” bilmir.Məlumdur ki, normal şəraitdə karbon qazının qatılığı artdıqda bitkilərin fəallığı artır və avtomatik olaraq CO2-nin qatılığı başlanğıc tarazlıq vəziyyətinə gətirilir.Lakin,bu gün fotosintez prosesinin məhsuldarlığı ilə  atmosferdə karbon qazının qatılığı arasındakı tarazlıq pozulmuşdur.Bu isə qlobal istiləşmənin əsas səbəblərindən biridir.Belə ki,istixana effekti yaradan digər qazların da(qazşəkilli karbohidrogenlərin),xüsusilə də metanın atmosferdə miqdarının aartmasına baxmayaraq qlobal istiləşmənin təhlükəli inkişafı 80% karbon qazı ilə bağlıdır.Atmosferdə karbon qazının miqdarının artmasının digər səbəbi isə bataqlıqların qurudulmasıdır.Bataqlıqların su orqanizmləri karbonu dövrandan çıxararaq bərpa olunmuş şəkildə üzvi maddəyə daxil olmuş karbonu müxtəlif  növlü bataqlıqlarda  “basdırmaqla” havada karbonun miqdarının azalmasını təmin edir.Bataqlıqların qurudulması,torpaq və sututarlatın turşuluğunun yüksəlməsi nəticəsində karbonun parçalanması,müxtəlif antropogen çirkləndiricilərlə fotosintezin “boğulması” və s. karbon qazının atmosferə daxil olması ilə onun əlaqələndirilməsi arasındakı tarazlığı pozan səbəblərdən bəziləridir.

Şək.1.2.Hadley tsiklinin sxem

N                             0                              S

Məsələn,Qərbi Sibirin bataqlıqları torf şəklində 180mln.t karbon qazını tutub saxlayır.                                                                                                                                       Beynəlxalq ekspertlərin fikrincə,bu tendensiya saxlanılarsa,yaxın onilliklərdə planetdə temperatur 1...30S yüksələ bilər ki, bu da Dünya okeanının səviyyəsinin 0,3...1,0m-ə qədər artmasına səbəb olacaqdır.Lakin,bu proqnozu dəqiq hesab etmək olmaz.Çünki,bu zaman təsir göstərəcək bütün proses və təzahürləri nəzərə almaq mümkün deyil.Hələ ki, yeni istilik balansı şəraitində okean və atmosfer axınları sisteminin,qütb buzlaqlarının əriməsi nəticəsində  albedonun dəyişməsinin,planetin bulud örtüyünün artmasının və s.proseslərin dəqiq müəyyən olunma üsulları mövcud deyil.Məhz ona görə də,burada “proqnoz” terminindən daha çox mümkün ola biləcək ”ssenarilər” ifadəsini işlətmək daha məqsədəuyğundur.Bu zaman təbii olaraq hər birimizi belə bir sual düşündürür :Qlabal istiləşmə bizə nə vəd edir və hansı ssenarilər mümkündür ?   Hələ,XVIII əsrdə ingilis alimi Hadley tərəfindən kəşf olunmuş və Hadley tsikli adlandırılmış bir effekt mövcuddur.Bu effektə görə, ekvatorial zonada qızmış havayuxarı qalxır və qütb zonalarına yayılır.Qütb zonasında hava soyuyaraq yenidən yer səthinə yaxınlaşaraq ekvatora doğru hərəkət edir və yenidən qızaraq yuxarı qalxır s. (Şək.1.2.).                    

Şək.1.3.Qlobal istiləşmə zamanı atmosfer                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                     sirkulyasiyasının sxemi

 

N                             0                              S

  Doğrudur,bu  atmosfer sirkulyasiyası­nın sadə sxemidir.Çünki,atmosferdə    çoxlu sayda digər burulğan təzahürləri də mövcuddur.Lakin,bu sadə Hadley tsiklləri atmosferdəki əsas enerji axınlarını təsvir etməklə bərabər,həm də bütün atmosfer və okean sirkulyasiyalarının hərəkətverici mühərriki olan istilik maşınının vacib elementidir.

    Bir sıra mütəxəssislərin qeyd  etdiyi kimi,fərz edək ki,ekvatorla qütblər arasın­dakı temperatur fərqi yox olur və ekvatorda da digər yerlərdə olduğu kimi so­yuq olur.Bu zaman Hadley tsiklinin əvəzinə yeni tsikl (Şək.1.3.) meydana çıxır.                       Bu sxem­də, hava kütləsi şimalda yuxarı qalxır,cənuba doğru hərəkət edir,cənub qütbündə Yer səthinə enir və yenidən şimala doğru hərəkət edir.

    BMT-nin iqlqm dəyişiklikləri üzrə 1500 mütəxəssisi tərəfindən hazırlanmış məru­zəsində qeyd olunur ki,2100-cu ildə Yer kürəsində temperatur 40S yüksələcək­dir.Bu zaman atmosfe və okean sirkulyasiyalarının qeyd olunan tsikllərinin pozulması nəticəsində baş verə biləcək ssenariləri belə şərh etmək olar:

-Afrika və Asiyada məhsuldarlıq aşağı düşəcək,Avropada subasma təhlükəsi artacaq,Avstraliya və Yeni Zelandiyada quraqlıq olacaq;

-ABŞ-nın şərq sahilyanı əraziləri dağıdıcı tufanlara,sahil əraziləri isə erroziyaya məruz qalacaq;

-Arktikanın buz örtüyü 15% azalacaq;

-Antarktida sahillərində buz örtüyü 7...9% geri cəkiləcək;

-Cənubi Amerika,Afrika,Çin və Tibet dağlarının tropik buz örtüyü əriyəcək;

-Okeanlarda suyun səviyyəsi 1m yüksələcək,ABŞ-nın Atlantik sahillərinin böyük ərazisi,Çinin bir hissəsi,Maldiv,Seyşel,Marşal adalarının bir hissəsi və Kuk adası tamamilə su altında qalacaq;

-Qış isti keçəcək,yayda istilər daha kəskinləşəcək;

-Bitki örtüyünün üçdə bir hissəsi məhv olacaq və s.

- Hesablamalara görə,XXI əsrin sonunda Yerdə eramızdan 50 əsr əvvəlki temperatur rejimi bərqərar olacaqdır.Lakin,burada əsas təhlükə orta temperaturun və Dünya okeanının səviyyəsinin dəyişməsində deyil,bu dəyişmənin sürətinin yüksək olmasındadır.Bu da insanların yeni şəraitə uyğunlaşmasını mümkünsüz edir.

                                              

 

 

 

 

 

                                   Ozon qatının pozulması

    Ozon oksigenin üçatomlu forması olub,atmosferin yuxarı qatlarında Günəşin qısadalğalı ultrabənövşəyi (UB) süalanmasının təsiri altında yaranır.Yer atmosfe-rində sərbəst oksigen əmələ gəldikdən sonra atmosferin yuxarı qatlarında ozon sin­tez olunmağa başlamışdır.Kvantının kəmiyyəti ikiatomlu molekuldakı rabitəni qır-mağa kifayət edən enerji mənbəyinin təsirindən oksigen ozona çevrilmə qabiliyyə-tinə malikdir.Bir-birindən ayrılmış belə oksigen atomları olduqca fəaldır və əsas his­səsi yenidən ikiatomlu molekula,az bir hissəsi isə üçatomlu ozon molekuluna çevrilir.Oksigen molekulları kimi ozon molekulları da elektriki neytraldır,yəni elek­trik yükü daşımır.Ona görə də,Yerin maqnit sahəsi ozonun atmosferdə paylan­masına  təsir göstərmir.Atmosferin kosmik və Günəş şüalarının təsiri altında müx­təlif qazların ionlarının (aeroionların) yarandığı yuxarı qatı ionosfer adlanır ki,bu da praktiki olaraq ozon qatı ilə üst-üstə düşür.

    Böyük yüksəkliklərdə hava ktləsinin yerdəyişmə sürəti 100m/san.-yə çatdığı üçün maqnit sahəsində hərəkət edən ionlar qarışa bilər.Doğrudur,bu qarışma axında hərəkətdəki qarışma ilə müqaisədə əhəmiyyətsizdir.Yerin maqnit sahə xətlərinin qapandığı qütb zonalarında  ionosferin qarışması (pozulması) bizim üçün daha əhəmiyyətlidir.Qütb zonalarında atmosferin yuxarı qatlarında ionlaşmış oksigen də daxil olmaqla ionların sayı nisbətən azdır.Lakin,qütb zonalarında ozonun miqdarının az olmasının əsas səbəbi günəş şüalanmasının intensivliyinin aşağı olmasıdır.Özü-özlüyündə ozon qatının ekranlaşdırıcı rolu qütb zonalarında bir o qədər də əhəmiyyətli deyil.Çünki,üfüq üzərində Günəşin aşağı vəziyyəti səthin intensiv UB-şüalanmasını mümkünsüz edir.Lakin,ozon qatındakı qütb ”dəliklərinin” sahəsi atmosferdə ozonun ümumi qatılığının dəyişməsinin etibarlı göstəricisidir.

    Ozonun atmosferdə miqdarı bir-sıra təbii səbəblərdən dəyişir.Dövri dəyişmələr günəş fəallığı tsiklləri ilə bağlıdır.Vulkanik qazların bir çox komponentləri ozonu dağıda bildiyi üçün vulkanik fəallığın artması da ozonun qatılığının azalmasına səbəb olur.Stratosferdə hava axınlarının sürətinin həddindən artıq olması ozon­da­ğıdıcı maddələri sürətlə böyük sahələrə səpələyir.Bu zaman təkcə ozondağıdıcılar deyil,eyni zamanda ozonun da böyük sahədə paylanması nəticəsində ozonun qatılı­ğı­nın pozulması da geniş sahələrdə baş verir.Lokal (kiçik) “dəliklər”  (məsələn, kos­mik raket buraxılmasından yaranan lokal “dəlik”) isə nisbətən qısa zaman kəsiyində qapanır.Ancaq,qütb zonalarında hava kütləsi az hərəkətli olduğu üçün, burada ozonun yox olması kompensasiya olunmur və qütb “ozon dəlikləri” olduqca daya­nıqlıdır.Məhz,cənub qütbü üzərində “ozon dəliyinin” sahəsinin artması planetin ozon ekranının arzuolunmaz vəziyyətdə olmasına sübut kimi xidmət etmiş­dir.1985-ci ildə bir qrup ingilis alimi tərəfindən qütb ozon “dəlik”-lərinin vəziy­yətinin uzunillik müşahidələrinin nəticəsini dərc etdikdən və onların böyümə tendensiyasını nümayiş etdirdikdən sonra bir çox inkişaf etmiş ölkələrdə bu problemin həlli yollarının axtarışı gücləndirildi.Bu müşahidələr nəticəsində aydınlaşdırılmışdır ki,hətta tropik rayonlar üzərində belə,”ozon dəlikləri” yaranır ki,bunlar da bəzən bir neçə saat ərzində qapanır.O da,müəyyənləşdirilmişdir ki,1980-ci ildən bu yana atmosferdə ozonun miqdarı aşağı düşür və bu düşmə sürəti təbii dəyişmə sürətindən dəfələrlə böyükdür(Şəkil.......).

+5%         

-5%

1970               1975                1980                1985               1990               1995

Normal     səviyyə

Ozonun          miqdarının     dəyişməsi

Şək.......İllər üzrə atmosferdə ozonun miqdarının dəyişməsi

 

 

 


    Ozonun özü-özünə parçalanması və onun müxtəlif atmosfer qarışıqları ilə qarşı­lıqlı təsir zamanı dağılması daim baş verir.Nəticədə ozonun sintezi ilə parçalanma­sı arasında dinamiki tarazlıq yaranır və dövri olaraq onun  qatılığı orta səviyyədən 0,5...1% meyllənir.

    Qeyd olunduğu kimi,ozonun miqdarının təbii dəyişməsi Günəş fəallığının dəyiş­məsi və vulkan püskürmələri zamanı vulkanik qazların ixrac olunması ilə bağlı­dır.La­kin,son onilliklər ərzində ozonun miqdarının 5%-ə qədər azalması sənaye və nəqliyyat tərəfindən atmosferin çirklənməsi ilə bağlıdır.Bu prosesə bir qədər də 1981-ci ildə baş verən El-Çiçon vulkanının püskürməsi də təsir göstərmişdir.La­kin,o vaxtdan da ozonun miqdarının azalması daim davam edir.Bu müddət ərzində atmosferdə xlorun miqdarı 6 dəfə artmış və 1985-ci ildə 6min tona çatmışdır ki,bu xlorun da hamısı antropogen mənşəli olmuşdur.Ozonun dağılmasına təsir göstərən digər mənbə isə azot oksidləridir ki,onun da miqdarı artmaqda davam edir.

    Xlor ozonun parçalanmasının ən təhlükəli katalizatorudur.O,ozonla fəal surətdə birləşməklə xlorun monooksidini yaradır və oksigen ayrılır.Öz növbəsində,xlor monooksidi özünə ikinci oksigen atomunu birləşdirir ki,bu zaman xlor azad olu­naraq növbəti ozon molekulu ilə reaksiyaya girir.Bir xlor molekulu atmosferin yu­xa­rı qatlarında orta mövcudluq müddətində 100min ozon molekulunu parçalamaq qabiliyyətinə malikdir.Xlorla müqaisədə fəallığına görə ikinci ozondağıdıcı azot oksidləridir ki,onlar da bir o qədər də təhlükəli deyil.Belə ki,azot oksidinin bir mo­le­­kulu orta hesabla 10 ozon molekulunu dağıda bilər.Lakin,azot oksidlərinin təhlü­kəliliyi ondan ibarətdir ki,onun miqdari havada xlora nisbətən qat-qat çoxdur.Ozo­nu digər maddələr-karbon oksidləri,hidrogen,kükürd oksidləri-də dağıda bilər.La­kin,bu maddələr ozonu 1:1 nisbətində bağlaya bilər və xlor və azot oksidləri ilə müqaisədə təsirsiz sayıla bilər.

    Xlor atmosferə müxtəlif  yollarla düşür.Xlorun bir hissəsi bu maddənin üzvi sin­tez proseslərində geniş istifadə olunduğu kimya sənayesində baş verən sızmalar və qəzalar zamanı itirilir.Lakin,atmosferə daha çox xlor daxil edən mənbə freonlar­dır(ftor və xlorun karbonla birləşməsi).Milyonlarla məişət və sənaye soyuducula­rında freonlar soyuducu agent kimi geniş istifadə edilir və müxtəlif nasazlıqlar zamanı böyük miqdarda freonlar atmosferə ixrac olunur.Ozon qatına qədər qalxan freonlar UB-şüalanmanın təsirindən asanlıqla xloru özündən ayırır ki,bu xlor da ozonun parçalanmasında katalizator rolunu oynayır.

    Məişətdə dezodorant,boya,insektisid və s.-lə dolu baloncuqlar geniş istifadə olu­nur və bunlarda da tozlandırıcı (püskürdücü) rolunu freonlar oynayır ki,bu da freon­ların atmosferə düşməsinin əlavə mənbəyidir.İstifdə zamanı baloncuqlardan püskürdülən maddə lazım olan yerə (məsələn,rənglənən səthə) düşür,freon isə havada buxarlanır.

    Ozon qatı (ozonosfer) bütün yer kürəsini əhatə etməklə,10km-dən 50km-ə qədər yüksəklikdə cəmlənmişdir.Ozonun maksimal qatılığı isə 20...25km yüksəklikdə­dir.Bu  yüksəklikdə kəskin UB-şüalanmanın təsiri ilə ozonun sintezi prosesi daha intensiv baş verir ki,bütünozon burada yaranır.Bununla müqaisədə ildırım boşal­ma­­­la­rı və Yer səthində digər elektrik təzahürləri nəticəsində yaranan ozonun miq­darı çox cüzidir.Ozonun sinrezi planetin gündüz üzündə (işıqlı  tərəfində) baş verir.

    Günəş süalanmalarının tərkibində qısadalğalı UB-şüalar gücünə görə əhəmiyyət-li hissəni təşkil edir.Atmosferdə ozon meydana gələnə qədər Yer səthi daim qısa­dal­ğalı UB-şüalanmanın təsiri altında olmuşdur.Bu şüalanma suyun dərinliklərinə nüfuz etmir.Lakin, quruda həyatın yaranması ozon ekranı kifayət qədər güclü ol­duq­dan sonra baş vermişdir.Bu 400 mln.il bundan öncə olmuşdur.Məhz,bu dövr-dən atmosferdə oksigenin qatılığı və uyğun olaraq ozon qatının gücü heç vaxt sabit olmamışdır.Yer qabığının təkamülü qeyri-müntəzəm getmiş,vulkanik fəallığın art­dığı dövrlərdə maqma ilə püskürülən bərpa olunmuş süxurlar havada oksidləşərək oksigeni qismən “bağlamışdır”.Vulkanik qazların tərkibində hətta kiçik miqdardakı xlor fəal surətdə ozonu dağırmaqla,atmosferdə onun qatılığının azalmasına şərait ya­­ratmışdır.Yəqin ki,bu şəraitlərdə Yer güclü UB-şüalanmaya məruz qalmışdır ki,bu da bir tərəfdən yerüstü bitki və heyvan növlərinin bir qisminin məhvinə,digər tərəfdən isə təkamül proseslərini intensivləşdirməklə mutasiyaların tezliyini yük­səltmişdir.

    Beləliklə,fərz etmək olar ki,yerüstü həyat formalarının təkamül proseslərinin qeyri-müntəzəmliyində digər amillər kimi,ozon qatının gücünün dəyişməsi də əsaslı rol oynamışdır.

    Adi oksigendən fərqli olaraq,ozon dayanıqlı deyil və o,asanlıqla oksigenə çevri­lir.Ozon oksigendən daha güclü oksidləşdirici olduğu üçün bakteriyaları məhv et­mə­yə,bitkilərin böyüməsinivə inkişafını dayandırmağa qabildir.Atmosferin yerüstü qatlarında ozonun qatılığı həddindən artıq az olduğu üçün onun bu xassəsi canlı sis­­temlərin vəziyyətinə praktik olaraq heç bir təsir etmir.Lakin,ozonun daha bir vacib xassəsi də var ki,o da bu qazı quruda bütün həyat üçün zəruri edir.Bu xassə ozonun qısadalğalı UB_şüalanmanı udmasıdır.Kəskin UB-şüalanma kvantları bəzi kimyəvi rabitələri qıra biləcək enerjiyə malik olduğu üçün onları ionlaşdırıcı şüa-lan­malara aid edirlər.Bu növdən olan digər şüalanmalar (rentgen və qamma şüalan­ma)kimi,o da,canlı orqanizmlərin hüceyrələrində çoxsaylı pozuntulara səbəb olur.

    İlk dəfə ozon qatının aşınması geniş ictimaiyyətin diqqətini 1985-ci ildə,Antark-tida üzərində ozonun qatılığının azalmasının(50%-ə qədər) və “ozon dəliyi” adlan­dı­rılan fəzanın müşahidə olunmasından sonra cəlb etmişdir.O,vaxtdan bu günə qə-dər aparılan ölçmələr nəticəsində praktiki olaraq bütün planetdə ozon qatının azal-ması faktı təsdiqlənmişdir.Məsələn,son 10il ərzində Rusiyada ozon qatı qışda 4...6%,yay vaxtı isə 3% azalmışdır.

    Hazırda,ozon qatının azalması qlobal ekoloji təhlükəsizliyə ciddi təhlükə kimi qəbul olunmuşdur.Ozon qatının qatılığının azalması atmosferin Yerdəki canlıları kəskin ultrabənövşəyi (UB) şüalanmadan müdafiə qabiliyyətini zəiflədir.UB-şüa­lanma canlı orqanizmlərin “ən zəif yeri”-dir.Bu şüaların hətta bir fotonunun ener­jisi əksər üzvi molekullarda kimyəvi rabitəni dağıtmağa kifayətdir.Təsadüfi deyil ki,ozonun qatılığının az olduğu ərazilərdə çoxsaylı günəş yanıqları və insanların dəri xərçəngi ilə xəstələnmələri artır. Bir sıra alimlərin fikrincə,ozon qatının aşın­masının bu sürəti saxlanılarsa 2030-cu ilə qədər təkcə Rusiyada əlavə olaraq 6mln.insan dəri xərçəngi ilə xəstələnəcəkdir.Dəri xərçəngindən başqa,göz (kata­rak­ta və s.) və immun sisteminin dağılması xəstəlikləri də artacaqdır.

    Müəyyən olunmuşdur ki,güclü UB-şüalanmanın təsiri altında bitkilər fotosintez qabiliyyətini tədricən itirir,planktonun həyat fəaliyyətinin pozulması su ekosistem­lə­­rinin biotunun qida zəncirinin qırılmasına gətirib çıxarır.                                                                          

   Hələ ki,elm ozon qatının dağılmasına səbəb olan prosesləri tam izah edə bilməmişdir.Fərz olunur ki,ozon qatının dağılmasının mənşəyi həm təbii,həm də antropogen ola bilər.Belə hesab edirlər ki,ozon qatının dağılması əsasən atmosfer-də xlor-ftor birləşmələrinin (freonların) qatılığının artması ilə bağlıdır.Freonlar həm sə­­naye istehsalatında,həm də məişətdə (soyuducu aqreqatlar,həlledicilər,aero-zol­lar və s.) geniş istifadə olunur.Atmosferə qalxan freonlar ozon molekullarına məhvedici təsir göstərərək xlor oksidlərinin ayrilması ilə parçalanır.”Qrinpis” bey­nəlxalq ekoloji təşkilatının məlumatına görə freonların əsas istehlakçıları ABŞ

(30,85%), Yaponiya (12,42%),Böyük Britaniya (8,62%) və Rusiyadır (8,0%).

ABŞ-ı ozon qatında 7mln.km2 dəlik yaratmışdır.Yaponiyanın yaratdığı ozon dəli-yinin sahəsi 3mln.km2-dır ki,bu da Yaponiyanın özünün sahəsindən 7 dəfə böyük­dür.Son zamanlar ABŞ-da və bir sıra Qərb ölkələrində freonsuz soyuducu aqreqat­ların istehsalına başlanmışdır.

    Monreal konfransının (1990) Londonda (1991) və Kopenhagen (1992) yenidən baxılmış protokoluna əsasən XX əsrin sonuna qədər atmosferə freonların ixracını 50% azaltmaq nəzərdə tutulmuşdu.Lakin,bu protokolda nəzərdə tutulanlar bütün ölkələr tərəfindən yerinə yetirilsə belə,insanları UB-şüalanmadan mühafizə prob-leminin həll olunması zəruridir.Çünki,freonlar atmosferdə100ildən artıq saxlanıla bilir.

    Bir çox alimlər isə “ozon dəlikləri”-nin təbii mənşəli ilduğunu israr edir.Onların bir qismi bunu ozonosferin təbii dəyişkənliyi və Günəşin dövri aktivliyi ilə,digər-ləri isə bu prosesləri Yerin riftogenezi və deqazasiyası ilə əlaqələndirir.

 

 

 

 

 

 


                          

шаблоны для dle 11.2