» » Gənclərin çağırışaqədərki hazırlığı

Gənclərin çağırışaqədərki hazırlığı - 21-may, 2020, 20:34

#

Fənn: «Gənclərin çağırışaqədərki hazırlığı»
                         Müəllim:Sarxanlı Rahim
GİRİŞ:
«Gənclərin çağırışaqədərki hazırlığı» fənninin
əhəmiyyəti

          Azərbaycan Respublikası Silahlı Qüvvələri suveren dövlətin ən mühüm atributu, bu orduda xidmət etmək, Vətənin keşiyində durmaq, onun istiqlaliyyətini, ərazi bütövlüyünü qorumaq hər bir vətəndaşın müqəddəs borcu, Konstitusiya vəzifəsidir.
         Doğma yurdumuz Azərbaycan tarix boyu çox müharibələr görmüşdür. Bu torpağın övladları Makedoniyalı İsgəndər, ərəb xəlifələri, Çingiz xanın, Teymurləngin, Bizans və rus çarlarının istilaçı qoşunları ilə üz-üzə gəlmiş, ölüm-dirim savaşlarında Azərbaycanın varlığını saxlamışlar.  
         Budur, ana yurdumuz yenə qanlı bir müharibəyə məruz qalmışdır. Erməni millətçiləri dünya erməni lobbisinin, bir çox kapitalist dövlətlərindəki, xüsusən də imperiya xülyalarından əl çəkməmiş havadarlarının təhriki ilə, siyasi, hərbi, maddi-texniki köməyi ilə torpaqlarımızın 20%-ni  zəbt edib, Ermənistana birləşdirmək niyyətinə düşmüşlər. Yüz minlərlə insan öz doğma yurdlarından qaçqın, didərgin düşmüşdür. Naxələf qonşumuz təkcə Qarabağın yuxarı hissəsi deyil, digər torpaqlarımızıda başqa qüvvələrin köməyilə işğal etmişlər.
        Azərbaycan Respublikası Silahlı Qüvvələri çətin dövrdə təşkilatlanmaya başlamışdır. Müharibəyə cəlb edilmiş xalqımızın  silahlı qüvvələrininin yaradılması bir sıra çətinliklərlə bağlı olsada,  xalqımızın iradəli və mətinlikləri sayəsində artıq bu sahədə addımlar atılmışdır. İqtisadi çətinliklərə baxmayaraq, xalq son tikəsini ordu ilə bölüşüb, onun maddi-texniki təchizatını təkmilləşdirilməsinə çalışırdılar. Ancaq xalqın suverenliyinin qorunmasına təminat verə biləcək ordu təkcə maddi-texniki təchizatı güclü ola bilməz.
       Silahlı Qüvvələrin şəxsi heyəti yüksək hərbi hazırlıq səviyəsinə, döyüş qabiliyyətinə, humanitar-psixoloji kefiyyətlərinə, nizam-intizamına malik olmalıdır. Buna görə də hərbi xidmətə gələn hər bir vətəndaş bilməlidir ki, ona Vətənin, xalqının taleyini qorumaq kimi şərəfli tapşırıq verilmişdir. Hər bir vətəndaş ona tapşırılmış vəzifəsinin vacibliyini, bu müqəddəs vəzifəsini yerinə yetirilməsinə möhkəm əqidə, inam və Vətənə  sevgi hisslərini aşılamaq üçün təhsil müəssisələrində «Gənclərin çağırışaqədərkihazırlığı» fənninin keçirilməsi xüsusi əhəmiyyət daşıyır. Atəşkəsin  olduğu  dövrdə  torpaqla- rımızın  azad  edilməsi  üçün  hazırlıq  təlimləri  bütün  dövlət  və  müstəqil  təşkilatlarla  yanaşı,  təhsil  müəssisələrinin (ümumtəhsil tam orta məktəblər, orta-ixtisas təhsili müəssisələr, texniki peşə liseylər, gimnaziya və texniki-peşə məktəblər)   də qarşısında  duran  əsas,  vacib  vəzifələrdən  biridir.  Böyüməkdə  olan  gənc  nəslə  hərtərəfli  biliklərin    verilməsilə  yanaşı,  təhsil  alan  yeniyetmə  və  gənclərin  fiziki  tərbiyəsinə, ilkin hərbi bilik və bacarıqlarına nail olmaq, intellektual səviyyəsinə, düşünmə və tez qərar vermə bacarığına  xüsusi  diqqətin  yetirilməsi  mühüm  məqsəd  və  vəzifə  kimi  qarşıya  qoyulmuşdur.
       «Gənclərin  çağırışaqədərki  hazırlığı» fənni gənclərin  Silahlı  Qüvvələrdə  xidmətə  çağırış  qabağı   hazırlığının  tərkib  hissəsidir. Azərbaycan  Respublikasının müdafiəsi  üçün  orduya  çağırılan  hər  bir  gənc   «Gənclərin  çağırışaqədərki  hazırlığı» fənninin  gedişi  prosesində Azərbaycan  Respubli- kasının  Konstitutsiyasının tələblərini, Silahlı  Qüvvələrinin  vəzifələrini  və  əhəmiyyətini, Hərbi Andı,  hərbi  qulluğun  hər  bir  vətəndaşın  müqəddəs  borcu  olduğunu  dərk  etməli, Silahlı Qüvvələrin  nizamnamələrindən irəli gələn vəzifələri, əsgərlərin hərbi hissələrdə yerləşmə və həyat tərzi ilə tanış olur, atıcı silahlar və texnikalar haqqında gənc əsgər səviyyəsində bilik və bacarığa yiyələnirlər. Müasir qırğın silahlarından mühafizə olunma qaydalarını, baş verə biləcək  təbii  fəlakətlərin  nəticələrinin  aradan  qarldırılması  və  xüsusi  qabaqlayıcı  tədbirlər;  fərdi  və  kollektiv  mühafizə  vasitələ- rindən  istifadə  qaydaları;   sığınacaqlardan  istifadə  qaydaları  və  onların hazırlanmasını öyrənməklə yanaşı, mülki müdafiə- nin əsaslarını  mənimsəyirlər.
 1.AZƏRBAYCAN RESPUBLİKASI SİLAHLI QÜVVƏLƏRİNİN YARANMA TARİXİ
Plan
1.Hərb tariximiz
2. XX əsrin I yarısında Azərbaycan Demokratik Respublikasının yaranması və ordu quruculuğu
3. Azərbaycan II Dünya Müharibəsi dövründə.
4. Azərbaycan Respublikasının müstəqillik yolu
Hərb tariximiz.Azərbaycan hərb sənətinin tarixi çox qədimdir. Azərbaycan xalqı dünyanın ən qədim xalqlarından biridir. Xalqımızın minilliklər ərzində yaratdığı dövlətçilik, idarəçilik ənənələri, mədəniyyət bəşər tarixinə  layiqli töhfəsini vermişdir. Hələ ən qədim dövrlərdə Azərbaycan ərazisində formalaşmış imperiyalar: Manna, Midiya, Atropatena və Albaniya qonşu dövlətlər arasında böyük nüfuza malik olmuş,  torpaqları geniş əraziləri əhatə etmişdir.
Albaniya dövlətini idarə edən Mehranilər sülaləsinin nümayəndəsi Cavanşir həm də sərkərdəlik bacarığı ilə seçilirdi. 816-837-ci illər arasında məşhur sərkərdəmizBabək ərəb işğalçılarının 6 ordusunu darmadağın etmişdi. Bu qələbələr bir sərkərdə kimi məhz onun həyata keçirdiyi strategiya nəticəsində əldə olunmuşdu.
      Orta əsrlərdə yaranan və sürətlə inkişaf edən Atabəylər, Şirvanşahlar,  Qaraqoyunlu   və  Ağqoyunlu   dövlətləri Azərbaycanın dövlətçilik ənənələrini davam etdirmişlər. Şəmsəddin Eldəniz, onun oğlu Məhəmməd Cahan Pəhlə- van, Qara Yusif, Uzun Həsən kimi hökmdar və sərkərdələrimiz də qələbə çaldıqları döyüşləri həyata keçirdikləri xüsusi taktikalar vasitəsilə əldə etmişdilər.  
     XVI əsr Azərbaycan tarixində  Səfəvi dövləti kimi möhtəşəm, qüdrətli bir dövlət  yaranmışdır. Bu dövlətin əsasını I İsmayıl 1501-ci ilin iyul ayında Təbrizdə özünü şah elan etməklə qoymuşdur. Səfəvilər dövlətinin banisi Şah İsmayıl Xətai 14 il ərzində az qüvvə ilə 14 vilayəti özünə tabe etməyə nail olmuşdu. Səfəvi dövlətinin  «qızılbaşlar» adlanan, türk tayfalardan ibarət olan özünə məxsus ordu quruculuğu qaydaları vardır. Səfəvilər dövlətində mərkəzləşdirilmiş nizami ordu yox idi. Həmin yığma qoşunların döyüşçüləri tayfa başçıları tərəfindən saxlanır və təchiz olunurdular. Hər tayfanın döyüşçüləri sədaqətli qohumluq əlaqələri əsasında birləşdiklərinə görə, rəhbər şəxs kimi özlərinin əmirinə tabe olurdular. Şah ordunun komandanı hesab olunurdu.Feodal yığma qoşunlarından əlavə, sayı 4500 nəfərə çatan «qorçuların qvardiya dəstəsi» şahın yanında əlahiddə xidmətdə olurdu. Yay, nizə, qılınc, xəncər, döyüş baltaları və qalxanla silahlanmış qorçular tayfa süvari qoşununu təşkil edirdilər. Şahın yanında həmçinin, yasavulbaşının başçılıq etdiyi, eyni vəzifələri yerinə yetirən 700 nəfərlik «yasavul dəstəsi» də xidmət edirdi. Qızılbaş ordusu qalxan, qılınc, odlu silahlarla (muşketlər, əl qumbaraları və toplar) silahlanmışdır (şəkil 1).
Şəkil 1. Qızılbaş döyüşçüsü (solda), Qorçu qvardiyasının əsgəri (ortada) və Yasavul dəstəsinin əsgəri (sağda)

Qədim və mürəkkəb, keşməkeşli tarixə malik  Azərbaycan xal-
qı əsrlər, minilliklər boyu öz azadlığı və dövlətçiliyi uğrunda mübarizə aparmışdır.
Zəngin təbii sərvətləri, əlverişli və strateji coğrafi-siyasi mövqeyinə görə Azərbaycan dəfələrlə yadelli qəsbkarların hərbi təcavüzünə məruz qalmışdır. Azərbaycan xalqının vətənin müdafiəsi uğrunda hərbi qəhrəmanlığının qədim və zəngin tarixi vardır. Bu kimi mərd sərkərdə və dövlət başçılarının şanlı ömür və fəaliyyət yolu xalqın vətən sevgisini, azadlıq və dövlətçilik hissini daha da gücləndirmiş, onu həyatın ən vacib məqsədinə çevirmişdir. Onların yaratdığı dəyərli ənənələr yüzilliklər boyu, o cümlədən ötən əsr ərzində uğurla davam etdirilmişdir.
XVIII əsrin II yarısında Azərbaycanda vahid dövlətin olmaması Gülüstan (12 oktyabr 1813-cü il) və Türkmənçay (10 fevral 1828-ci il) müqavilələri ilə Azərbaycanın Rusiya və İran imperiyaları arasında bölüşdürülməsinə gətirib çıxartmışdır. Azərbaycan xanlıqlarının ləğvi, onların ixtiyarında olan torpaqların Rusiya tərəfindən işğalından sonra vəziyyət dəyişdi. Çar imperiyası azərbaycanlı gəncləri orduya aparmır, bunun əvəzində onlardan vergi almaqla kifayətlənirdi. Belə bir siyasətin nəticəsində azərbaycanlı gənclərin böyük əksəriyyəti silahla davranmağı bacarmırdı.
       XX əsrin I yarısında Azərbaycan Demokratik Respublikasının yaranması və ordu quruculuğu.Rusiyada baş verən burja inqilabından sonra 1918-ci il 28 mayında M.Ə.Rəsulzadənin rəhbərliyi altında müstəqil Azərbaycan hökümətinin yaranması ilə bir vaxtda  Milli Ordu quruculuğu da işinə başladı. 1918-ci il iyunun 26-sı ölkəmizin tarixinə Azərbaycan Demokratik Respublikası Silahlı Qüvvələrinin yaranma günü kimi yazıldı. Cəmi 23 ay ömür sürməsinə baxmayaraq, Cümhuriyyət dövründə müstəqil dövlətin bütün atributları, o cümlədən milli ordu formalaşdırıldı. Həm ermənilərin, həm də bolşeviklərin işğalçılıq siyasətinə qarşı mübarizə aparmalı olan Azərbaycan Xalq Cümhuriyyəti hökuməti 1918-ci il iyunun 19-da gərgin vəziyyəti nəzərə alaraq bütün Azərbaycan ərazisində hərbi vəziyyət elan etdi (şəkil 2).
Şəkil 2. Azərbaycan Xalq Cümhuriyyətinin əsgər və zabitləri
(1918-ci il)

İyunun 26-da diviziya statusunda hərbi korpusun yaradılması barədə qərar qəbul olundu və Azərbaycanda milli ordunun təməli qoyuldu. 1918-1920-ci illərdə görkəmli generallarımız Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski və digər peşəkar hərbçilərimizin rəhbərliyi ilə Azərbaycanda yüksək döyüş qabiliyyətli, hərbi hazırlığa və intizama malik milli ordu hissələri formalaşdırıldı. Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər  Şurasının 1918-ci il 26 iyun tarixli qərarı ilə Çar Rusiyası dövründə  «Vəhşi Diviziya» adlanan tatar süvari alayının əsgərlərindən formalaşmış və general–leytenant Əliağa Şıxlinski rəhbərlik etdiyi Müsəlman korpusunun əsasında «Əlahiddə Azərbaycan korpusu» yaradıldı. Avqustun 1-də isə AXC - nin Hərbi Nazirliyi təsis edildi.1918-ci ilin dekabrın 25-də keçmiş çar Rusiya ordusunun tam artilleriya generalı Səməd bəy Mehmandarov hərbi nazir, dekabrın 29-da  isə general-leytenant  Əliağa  Şıxlinski  hərbi  nazir  müavini  təyin  olundular  (şəkil 3).
















Şəkil 3. Tam Artilleriya Generalı Səməd bəy Mehmandarov (1855 – 1931, solda) və Artilleriya general-leytenantı Əliağa Şıxlinski
 (1865 – 1943, sağda)

Qısa müddət ərzində Milli Ordu Osmanlı dövlətinin Qafqaz İslam Ordusu ilə birlikdə Bakını və ətraf qəzaları erməni-bolşevik işğalından xilas etdi. Bu hərbi birləşmələr Muğanda və Əsgəranda milli hökumətə qarşı baş vermiş qiyamları yatırmaqda yüksək şücaətlik göstərdi, Qazaxda Azərbaycan sərhədini pozmuş erməni nizami ordu hissələrini darmadağın etdi. O zaman Azərbaycan ordusunun Hüseynxan Naxçıvanski, İbrahim ağa Usubov, Həmid Qaytabaşı, Kazım Qacar, Cavad bəy Şıxlinski, Həbib bəy Səlimov, Suleyman bəy Sulkeviç kimi istedadlı generalları var idi (şəkil 4).
1                                        2                                 3
4                                       5                                      6
Şəkil 4.  Azərbaycan Xalq  Cümhuriyyətinin generalları
1. Hüseynxan  Naxçıvanski;  2. İbrahim ağa Usubov;  3. Həmid Qaytabaşı;  4. Cavad bəy Şıxlinski;  5. Həbib bəy Səlimov;
6. Suleyman bəy Sulkeviç

1920-ci ilin yazında erməni-bolşevik birləşmələrin səyi nəticəsində Azərbaycan işğal olundu. Bolşevik Rusiyası aprelin 28-də yerli kommunistlərin köməyilə Bakı şəhərini zəbt etdi. Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra xalqımızın 50.000 nəfərlik say-seçmə övladı güllələndi. Lakin xalqın mübarizə ruhu, azadlıq eşqi sovet hakimiyyətinin möhkəmləndiyi vaxtlarda belə ölmədi. Repressiya olunan, sürgünə göndərilən vətən övladları öz həyatları bahasına müstəqillik ruhunu əzmkar şəklində yaşatdılar.
Azərbaycan II Dünya Müharibəsi dövründə. Azadlıq  uğrunda  mübarizədə hünər göstərməyə həmişə hazır olan xalqımız öz döyüş bacarığını XX əsrin ən dəhşətli hadisəsi olan II Dünya müharibəsində də sübut etdi.
1939-1945-ci illərdə İkinci Dünya müharibəsinin gedişi, nəticələri həqiqəti bir daha təsdiqlədi. Azərbaycan xalqı öz zəngin hərbi-tarixi ənənələrinə sadiq qalaraq bu müharibədə də əsl şücaət göstərdi. Həmin dövrdə Azərbaycan diviziyaları Qafqazdan Berlinədək şanlı döyüş yolu keçdi.
      İkinci Dünya müharibəsində Novqorod yaxınlığında (1941-ci ilin 11 dekabrında) misilsiz şücaət göstərmiş və Sovet İttifaqı Qəhrəmanının fərqlənmə nişanı «Qızıl Ulduz» medalına layiq görülmüş, ilk azərbaycanlı İsrafil Məmmədov, bu şərəfli ada iki dəfə layiq görülmüş ilk azərbaycanlı tank qoşunlarının general–mayoru Həzi Aslanov, Mehdi Hüseynzadə (ölümündən sonra 1957-ci ildə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür), Leninqrad səmasının müdafiəçisi Hüseynbala Əliyev, Tuapse şəhərini müdafiəsində qəhramanlıq göstərmiş matros Qafur Məmmədov, Fransa Müqavimət Hərəkatın görkəmli nümayəndələrindən biri, partizan, Fransanın Milli Qəhramanı, baş leytenant Əhmədiyyə Cəbrayılov və başqa qəhrəman övladları şücaət və mərdlik göstərmişdirlər. Onların qəhrəmanlığı sayəsində Azərbaycanın şanlı hərb tarixi ənənələri  XX əsrdə də uğurla davam etdirildi və 130 nəfər azərbaycanlı «Sovet İttifaqı Qəhrəmanı» kimi yüksək ada layiq görüldü (şəkil 5).
1    23
4                                    5                                 6

Şəkil 5. II Dünya müharibəsində iştirak etmiş azərbaycanlı qəhrəmanlar
1.Həzi Aslanov;  2.İsrafil Məmmədov; 3.Mehdi Hüseynzadə; 4.Hüseynbala Əliyev; 5.Qafur Məmmədov; 6.Əhmədiyyə Cəbrayılov.

Müharibədən sonrakı dövrdən 1969-cu ilədək Azərbaycanda hərbi kadr hazırlığına İttifaq rəhbərliyi yenə də qısqanc münasibət bəsləyirdi. Heydər Əliyev azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərinə, eləcə də SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul olunmasına da nail olmuşdu. Beləliklə, Heydər Əliyev Azərbaycanın müstəqillik əldə etməsindən 20 il öncə milli hərbi kadr hazırlığı üçün zəruri bazanın təşkilini həyata keçirdi. Həqiqətən də bu hərbi məktəb sonra milli ordu quruculuğunun əsas dayağına çevrildi.
Heydər Əliyev 1971-ci ildə böyük səylər nəticəsində Azərbaycanda hərbi kadrlar hazırlayan məktəbin–görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi liseyin yaradılmasına nail oldu. O dövrdə Azərbaycan hər il təxminən 60 min gənci ordu sıralarına göndərirdi. Lakin onların böyük əksəriyyəti inşaat batalyonlarına düşürdü. Hərbi hissələrdə azərbaycanlı zabitləri barmaqla saymaq olardı. Odur ki, Bakıda belə bir hərbi məktəbin açılmasının böyük əhəmiyyəti var idi. Bakıda hərbi lisey və paytaxt küçələrindən biri Cəmşid Naxçıvanskinin adını daşıyır, onun vətəni Naxçıvanda xatirə muzeyi fəaliyyət göstərir.
Azərbaycan Respublikasının müstəqillik yolu. 1918-ci il mayın 28-də yüksələn üçrəngli milli bayrağımız 1991-ci ilin 18 oktyabrında qəbul olunmuş istiqlal bəyəmnaməsindən  sonra  yenidən dalğalandı.
     «Müstəqillik haqqında Bəyəmnamə» qəbul edildikdən sonra ölkəmizin sərhədlərini, suverenliyini və müstəqilliyini qorumaq üçün güclü milli ordunun yaradılması qarşıda mühüm vəzifə kimi dayanırdı. Əslində, ordu quruculuğu işinə artıq başlanmışdı.
     1991-ci il oktyabrın 9-da «Azərbaycan Silahlı Qüvvələri haqqında» qanun qəbul edilmişdi. Çünki elə həmin ilin sentyabrında seperatçı-terrorçu qüvvələr tərəfindən yaradılmış «Dağlıq Qarabağ Respublikası» adlanan oyuncaq rejim, Respublikanın Dağlıq Qarabağ vilayətindəki müsəlman əhalisi üçün ciddi təhlükə mənbəyinə çevrilmişdir. Çox keçmədən seperatçı – terrorçu qüvvələr tərəfindən Azərbaycan torpaqları işğal olundu, azərbaycanlılara qanlı divan tutuldu, yerli əhali öz doğma torpağından zorla qovularaq, qaçqın və məcburi köçkünə salındı. Ermənistan Silahlı Qüvvələri Azərbaycana elan edilməmiş müharibə nəticəsində 13.110 km2-lik aşağıdakı ərazilərimizi işğal etmişlər (şəkil 6).
Şəkil 6. İşğal olunmuş ərazilər

1988-1993-cü illərdə ərazisi 4388 km² olan Dağlıq Qarabağla yanaşı, Laçın rayonu (18.05.1992-ci il), Kəlbəcər rayonu (02.04.1993-cü il), Ağdam rayonu (23.07.1993-cü il), Fizuli və Cəbrayıl rayonu (23.08.1993-cü il), Qubadlı rayonu (31.08.1993-cü il) və Zəngilan rayonu (30.10.1993-cü il) daxil olmaqla yüzlərlə azərbaycanlının döyüşlərdə şəhid, əlil olması və itgin düşməsi ilə nəticələndi.
Bu gün uşaqdan-böyüyədək hamı Qarabağ uğrunda şəhid olmuş igidləri, Azərbaycan Milli Qəhramanları - məsləki uğrunda can verən polkovnik-leytenant Şirin Mirzəyevi, insanların xilası naminə həyatından keçən Xocalı aeroportunun  rəisi Əlif Hacıyevi, hünərinə görə dastan qoşulan tabor komandiri  Asif Məhərrəmovuvə yüzlərlə başqalarını qürurla yad edirlər (şəkil 7)              
Şəkil 7. Azərbaycan Respublikasının Milli Qəhramanları
1. Şirin Mirzəyev (solda); 2. Əlif Hacıyev (ortada);
3. Asif Məhərrəmov (sağda).

Dövrün bütün çətinliklərinə və məhrumiyyətlərinə baxmayaraq, Azərbaycan xalqı ordu quruculuğunu davam etdirir. Azərbaycan Respublikasının memarı, ulu öndər Heydər Əliyev tərəfindən aparılan uğurlu siyasət nəticəsində ölkədə milli ordunun  NATO standartlarına uyğun ilk möhkəm strukturları, bünövrəsi qurulmağa başlandı, Hərbi Hava  və  Hərbi Dəniz Qüvvələrinin təməli qoyuldu. Orduda vahid komandanlıq bərpa olundu (şəkil 8).
Ordu quruculuğunda həmişəki kimi qardaş Türkiyənin böyük yardımları oldu. Azərbaycan Respublikası NATO-nun  «Sülh naminə tərəfdaşlıq» proqramına qoşuldu. Bu gün Azərbaycan sürətlə inkişaf edir. Onun ən son model silah-sursat, hərbi texnika ilə təchiz olunmuş ordusu var. Fərəhləndirici haldır ki, bu silah–sursatlar başqa ölkələrdə deyil, məhz Vətənimizdə istehsal olunur. Ölkəmiz müdafiə sənayesini daim inkişaf etdirir. Bu sahədə keçirilən beynəlxalq sərgilərdə iştirak edir, uğurlar qazanır. Bu uğurlar bizi böyük qələbəyə səsləyir.  
Şəkil 8. Ulu öndər Heydər Əliyev ön cəbhədə
(1994-cü il,  Xocavənd rayonu)

      İşğal olnmuş torpaqlarımızın azadlığı uğrunda daim çalışan, «Sülh istəyirsən, hər zaman müharibəyə hazır ol!» devizini öz həyat tərzinə çevirən, bunu sözdə deyil, əməldə sübut etməyə çalışan gənclərimizdə vardır.
     7 noyabr 2010-cu ildə Azərbaycan xalqı öz qəhraman övladlarını – Mübariz və Fəridi son mənzilinə yola saldı. Şəhid hərbiçilərin ailələrinə başsağlığı verən, Silahlı Qüvvələrin Ali Baş Komandanı öz çıxışında demişdir: «Bu gün Azərbaycan ordusunda Mübariz və Fərid kimi minlərlə fədakarlı, şücaətli, mərd döyüşçüləri var. Azərbaycan heç vaxt öz ərazi bütövlyünün pozulması ilə heç vaxt barışmayacaq».
İbrahimov Mübariz Ağakərim oğlu 7 fevral 1988-ci ildə Biləsuvar rayonun Əliabad kəndində anadan olub. 2009-cu ilin avqustundan Azərbaycan Milli Ordusunda gizir kimi çalışmağa başlamışdır (şəkil 9).
19 iyun 2010-cu ildə saat 23:30 radələrində təkbaşına minalanmış sahəni keçərək, erməni birləşmələrinin yerləşdiyi səngərdə düşmənin zabit və əsgərlərinə qəfil hücum etmişdir.  Düşmənin yerləşdiyi səngərdə silah və      Şəkil 9. Azərbaycanın
sursatını ələ keçirən igid döyüşçümüz           Milli Qəhramanı
5 saat onlarla təkbaşına döyüşmüş və Mübariz İbrahimov
düşmənə ağır itki vermişdir. Səhər saatlarında qeyri bərabər döyüşdə qəhramancasına həlak olmuşdur.
     Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev «Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanmasında müstəsna xidmətinə və göstərdiyi rəşadətə görə» gizir Mübariz Ağakərim oğlu İbrahimova «Azərbaycanın Milli Qəhramanı» (ölümündən sonra) adına layiq görülmüşdür.
Ordumuzun möhkəmlənməsini vacib sayan və hər vasitə ilə onun qayğısına qalan ölkə Prezidenti  İlham Əliyev bütün yüksək səviyəli görüşlərdə bəyan edir ki, Qarabağ problemini
sülh yolu ilə həll etməyin tərəfdarıyıq. O, keçirdiyi görüşlərdə demişdir: «....Azərbaycan heç vaxt bu vəziyyətlə, torpaqlarının işğal altında qalması ilə barışmayacaqdır. Hamı bilməlidir ki, müharibənin yenidən başlanmasını və bu məsələnin sülh yolu ilə həllini istəməyimizə  baxmayaraq, bizim səbrimiz də tükənməz deyildir.  Azərbaycan öz doğma torpaqlarını, nəyin bahasına olursa – olsun, azad edəcəkdir».
       Bu gün Milli Ordumuz ölkəmizin sərhədlərini hər hansı düşmən basqınından qorumağa, müharibə yolu ilə işğal olunmuş torpaqlarımızı azad etməyə qadirdir.
       Azadlıq bayrağımız bir daha enməyəcəkdir. Müstəqilliyimizi qorumaq üçün dövlətimiz və xalqımız vahid yumruq kimi birləşməlidir. Unutmamalıyıq ki, köhnə havadarlarına arxalanan erməni qəsbkarlarının torpaqlarımıza təcavüzü azadlığımıza, müstəqilliyimizə edilən təcavüz deməkdir.  Xalqımızın azadlığı, istiqlalı yolunda şəhid olanların ruhu, ulularımızın uyuduğu  məzarlar bizləri qısaca, torpaqlarımızı azad etməyə səsləyir.
22 il müvəqqəti atəşkəs bağlanmasına baxmayaraq, Ermənistan ordusu daima cəbhə boyu yaşayış məntəqələrimizi atəşə tutmuşdur. Bunun nəticəsi kimi, 2–5 aprel 2016-cı il tarixlərində, cəbhə boyu mövqelərimiz və yaşayış məntəqələrimiz düşmən tərəfindən intensiv atəşə məruz qalmışdır. Mülki əhali arasında ölən və yaralananlar olmuşdur.Bu təxribatın qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə Silahlı Qüvvələrimizin komandanlığı tərəfindən Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətində cavab tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmiş,qısa müddətdə həyata keçirilən sürətli əks-həmlə zamanı erməni birləşmələrinin uzun illərdən bəri mühəndis-istehkam baxımından möhkəmləndirdiyi müdafiə xətti cəbhənin bəzi istiqamətlərində yarılıb, strateji əhəmiyyətə malik bir neçə yüksəklik və yaşayış məntəqələri düşməndən tam azad olunmuşdur.Goranboy rayonunun Gülüstan kəndi,Tər-Tər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, eləcə də Seysulan və Qazaxlar yaşayışməntəqələri, Madagiz kəndi istiqamətindəki strateji yollardüşmən qüvvələrindən tam təmizlənmişdir.Horadiz şəhərinin düşmən təhlükəsindən qorunması məqsədilə Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli «Lələ təpə» (şəkil 10) adlandırılan yüksəklik və Cocuq-Mərcanlı kəndi də bölmələrimizin nəzarətinə keçmişdir. Azərbaycan ordusu 2000 hektarlıq ərazini düşmən tapdağından azad etmişdir.
Şəkil 10.  02-05 aprel 2016-cı il tarıxlərində erməni işğalçılarından geri alınan, Azərbaycan üçün strateji əhəmiyyət daşıyan
“Lələ - İlahi” yüksəkliyi.

Döyüşlərdə ermənilərə məxsus tank, artilleriya qurğusu və möhkəmləndirilmiş mühəndis qurğuları məhv edilmiş,  o cümlədən yüzdən çox hərbi qulluqçusu ölmüş və yaralanmışdır.Düşmənlə döyüşlərdə Silahlı Qüvvələrimizin hərbi qulluqçuları polkovnik Vüqar Yusifov, polkovnik-leytenant Murad Mirzəyev və «Murov Qartalı» təxəllüslü Raquf Orucov, səma şahinlərimiz mayor Təbriz Musazadə və onun heyət üzvləri, gizir Pəncəli Teymurov, çavuş Təbriz Əsgərov və başqaları yüksək iradə, əzmkarlıq, igidlik  və qəhrəmanlıq göstərmişdir.  
Murad Telman oğlu Mirzəyev 31 mart 1976-cı ildə Sabirabad rayonunun Muğan Gəncəli kəndində anadan olub (şəkil 11). Hələ uşaq yaşlarından hərbiçi olmağa can atan Murad ailə üzvlərinin razılığı ilə sənədlərini Cəmşid Naxçıvanski adına Hərbi Liseyə vermiş, 1991-1994-cü illərdə təhsilini Türkiyədə davam etdirib və 1998-ci illərdə Türkiyə ali hərbi məktəbini bitirmişdir.
Murad Mirzəyev ABŞ, Rumuniya və İordaniyada keçirilən müxtəlif təlimlərdə fəal iştirak edib.   ABŞ-da
Şəkil 11. Azərbaycanın      renger kursunu bitirb, «N» saylı hərbi
Milli Qəhramanı            hissədə xüsusi təyinatlı qüvvələrdə za-
Murad Mirzəyevbiti kimi xidmətə başlayır.  
     2016-cı il Aprel döyüşlərində komandir olduğu qruplabirlikdə Talış kəndi ətrafındakı yüksəklikləri düşməndən azad etmiş və qeyri bərabər döyüşdə qəhrəmancasına həlak olmuşdur.
    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev «Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanmasında müstəsna xidmətinə və göstərdiyi rəşadətə görə» polkovnik-leytenant Murad Telman oğlu Mirzəyevə «Azərbaycanın Milli Qəhramanı» (ölümündən sonra) adına layiq görülmüşdür.
     20-27 may 2018-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun 26 il işğalda olan Günnüt kəndi və onun ətrafında olan  Ağbulaq, Qızılqaya, Qaraqaya kimi strateji yüksəkliklər, ümumiyyətlə 11.000 hektarlıq ərazi düşmən tapdağından azad edilmişdir (şəkil 12).
Şəkil 12. 27 illik işğaldan sonra azad olunan ərazilər, Naxçıvan MR, Günnüt əməliyyatı (20-27 may 2018-ci il)

Unutmayaq ki, 1920-ci ildə Azərbaycan Demokratik Cümhuriyyətinin ərazisi 114.000 km2-ə yaxın, sərhədlərinin uzunluğu isə 3504 km-dən çox idi. Sovet hakimiyyəti illərində 28.000 km2-ə yaxın ərazi Azərbaycandan zorla alınaraq qonşu  respublikalara verilib.  Müstəqilliyini bərpa edən Azərbaycan Respublikasının ərazisi 86.600  km2-dir. Bu ərazilərin 20%-dən çoxu ermənilər tərəfindən işğal olunmuşdur.
     Unutmamalıyıq ki, işğal olunmuş torpaqlarımızı düşmən tapdağından azad etmək, müstəqilliyimizi qorumaq vəzifəsi bizim öhdəmizə düşür. Bu şərəfli işi yerinə yetirmək biz nəsillərin borcudur.

Tapşırıqlar və suallar:
1.Səfəvi dövlətinin əsasını hansı türk tayfalar təşkil edirdi? 2.Gülüstan və Türkmənçay sülh müqavilələri haqqında nə bilirsiniz? 3.Azərbaycan Xalq Cümhuriyyəti nə vaxt elan olunub? 4. «Əlahiddə Azərbaycan korpusu» necə yaradıldı? 5.AXC-nin dövründə hansı azərbaycan generallarını tanıyırsınız? 6. AXC nə vaxt süqut etdi? 7. II Dünya müharibəsində iştirak etmiş hansı azərbaycanlı qəhramanları tanıyırsınız? 8. Azərbaycan Respublikasının işğal olunmuş ərazilərini sayın. 9. Azərbaycanın hansı Milli Qəhramanlarını tanıyırsınız? 10. Aprel və Günnüt müharibələri haqqında müzakirələr edin.

§ 2.  AZƏRBAYCAN  RESPUBLİKASININ DÖVLƏT ATRİBUTLARI.
Plan
Azərbaycan Respublikasının Dövlət Bayrağı.
Azərbaycan Respublikasının Dövlət Himni
Azərbaycan Respublikasının Dövlət Gerbi

Azərbaycan Respublikasının Dövlət Bayrağı. Azərbaycan Respublikasının bayrağı, gerbi, himni və digər atributları Azərbaycan dövlətinin müstəqilliyini təcəssüm etdirən müqəddəs rəmzlərdir.
Keçmişdə xalqımızın maddi, mənəvi və bədii mədəniyyətinin zənginliyini, rəngarəngliyini ifadə edən heraldika və rəmzlər sistemi mövcud olmuşdur. Məsələn, folklor və ədəbiyyatda, arxeoloji, etnoqrafik, dekorativ və təsviri sənət abidələrində at, maral, qurd, şir, əjdaha, qartal, simurq, tovuz və s. bu kimi heyvan və quşların, sərv, palıd, nar, lalə, nərgiz, qızılgül və s. kimi ağac və çiçəklərin təsvirləri, həndəsi və nəbati naxışlarda həkk olunmuş obrazları simvolik məna kəsb etmiş, milli təfəkkürü, xalqın bədii zövqünü, estetik və əxlaqi təsəvvürlərini əks etdirən rəmzi mahiyyət daşımışdır.
Təsadüfi deyildir ki, Azərbaycan xalqının qəhrəmanlıq tarixi, azadlıq və istiqlaliyyət naminə mübarizəsi, milli dövlətçilik meylləri, gözəllik anlayışları qədim mifoloji təsəvvürlərdə, folklor qaynaqlarında, feodalizm dövrü dövlət qurumlarının bayraq, nişan, emblem və digər rəmzlərində ifadə olunmuşdur.
Tarixi mənbələr, maddi mədəniyyət və incəsənət abidələri sübut edir ki, keçmişdə Azərbaycan ərazisində yerləşən dövlətlərin müxtəlif rəmzləri, həndəsi və nəbati ornamentlərdən, quş və heyvan təsvirlərindən ibarət nişan və emblemləri, ərəb hərfləri ilə yazılmış xəttatlıq nişanələri – «tuğra»larıolmuşdur. Məsələn, görkəmli dövlət xadimi, sərkərdə və istedadlı şair Şah İsmayıl Xətainin yaratdığı qüdrətli Azərbaycan Səfəvilər dövlətinin 12 qırmızı zolaqlı baş geyimi rəsmi fərqlənmə nişanı kimi qəbul olunmuşdur. Bununla yanaşı, «Qırmızı taclı, qızılbaş şahı»nın özünəməxsus gerbi də olmuş – «Simurq quşu ilə əjdahanın döyüşünü» təsvir edən «tuğra»sı dövlətin rəsmi rəmzi, bir növ emblemi mahiyyətini daşımışdır.
XIX əsrdə Azərbaycanda Rusiya imperiyasının hökmranlığı zamanı Bakı, Gəncə, Şamaxı, Quba, Dərbənd, İrəvan və digər Azərbaycan şəhərlərinin gerbləri təsdiq olunmuş və bunlar maddi mədəniyyət abidələrində, rəsmi sənədlərdə müəyyən iz qoymuşlar.
Bakıda İçərişəhərin qala divarlarında, Şamaxı darvazası üzərində daş lövhədə həkk olunmuş buğa kəlləsi ilə qoşa şirlərin təsviri də Şirvanşahlar dövlətinin qüdrətinə işarə edən monumental emblemdir.
Dövlət bayrağı dövlətin rəsmi fərqləndirici əlamətidir və onun təsviri, adətən konstitusiyada qanunvericilik yolu ilə təsbit edilir. O, bir tərəfi ağac dəstəklə bərkidilmiş, adətən müəyyən emblemli qumaş parçadan ibarət olur. Dövlət bayrağı məxsus olduğu dövlətin suverenliyinin rəmzidir
Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra dövlət rəmzlərinin–bayraq, gerb və himnin hazırlanması istiqamətində konkret tədbirlər həyata keçirilib.Üçrəngli dövlət bayrağımız ilk dəfə 1918-ci il noyabr ayının 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə qəbul edilib. 1920-ci il aprelin 28-də Xalq Cümhuriyyəti süqut etdikdən sonra Azər- baycanda bu bayraqdan imtina edilib.
Üçrəngli bayraq ikinci dəfə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarı ilə bərpa edilmiş və Muxtar Respublikanın dövlət bayrağı kimi qəbul edilib (şəkil 13) və üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırmışdı.






Şəkil 13. Azərbaycan Respublikasının
Dövlət Bayrağı

1991-ci il fevral ayının 5-də Azərbaycan SSR Ali Soveti Naxçıvan Muxtar Respublikası Ali Məclisinin vəsatətinə baxmış və üçrəngli bayrağın Azərbaycanın Dövlət Bayrağı kimi qəbul edilməsi haqqında qərar qəbul edilmişdir.
Azərbaycan Respublikasının dövlət bayrağı bərabər enli üç üfüqi zolaqdan ibarətdir. Yuxarı zolaq mavi, orta zolaq qırmızı, aşağı zolaq yaşıl rəngdədir.
Mavi rəng-Azərbaycan xalqının türk mənşəli olmasını; Qırmızı rəng-müasir cəmiyyət qurmaq, demokratiyanı inkişaf etdirmək istəyini; Yaşıl rəng-islam sivilizasiyasına mənsub- luğunu; Qırmızı zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara ilə səkkizguşəli ulduz isə qədim inamlara görə Ay və Günəşin simvolunu ifadə edir.
Dövlət Bayrağın ifadəsi:  «Türk soylu, islam imanlı Azərbaycan çağdaş demokratiya dövründə səadətini və xöşbəxtliyini tapar!»
Azərbaycan Respublikasının Dövlət Himni. Azərbaycanın dövlət gerbinin  və milli himninin hazırlanması haqqında Azərbaycan Xalq Cümhuriyyəti hökuməti 1920-ci il yanvarın 30-da müsabiqə elan etmiş və müsabiqədən keçəcək gerb nümunəsinin və himnin həmin ilin mayın 28-də qəbul ediləcəyi haqqında qərar çıxarıb. Bu məqsədlə Xalq Maarif Nazirliyi tərəfindən müsabiqə elan edilib. Lakin 1920-ci il aprelin 28-də Xalq Cümhuriyyətinin süqutu Azərbaycanın milli himnini və gerbini qəbul etməyə imkan verməyib.
1992-ci il mayın 27-də Milli Məclis «Azərbaycan Respublikasının Dövlət Himni haqqında» qanun qəbul etdi. Qanuna əsasən, 1919-cu ildə bəstəkar Üzeyir Hacıbəyov və şair Əhməd Cavad tərəfindən tərtib edilmiş «Azərbaycan marşı» Azərbaycan Respublikasının Dövlət Himni kimi təsdiq edildi.
Azərbaycan Respublikasının Dövlət Gerbi. Azərbaycan Respublikasının Dövlət Gerbi-Azərbaycan dövlətinin müstəqilliyi rəmzidir. Dövlət gerbi palıd budaqlarından və sünbüllərdən ibarət qövsün üzərində yerləşən şərq qalxanının təsvirindən ibarətdir. Qalxanın üstündə Azərbaycan Respublikasının Dövlət bayrağının rəngləri fonunda səkkizguşəli ulduz, ulduzun mərkəzində alov təsviri vardır.
Dövlət Gerbinin rəmzləri: «Alov – Odlar yurdu Azərbaycan;  Ulduz – Əbədiyyat rəmzi olan günəş; Üç zolaqlı rəng – Milli bayrağımızın rəngləri; Qalxan – Azərbaycan şərq dövləti kimi özünü müdafiə qüdərinə malikdir;  Palıd budağı – Hərbi qüdrətimiz;  Sünbül – Vətənimizin bolluğu; Ağ rəngli günəş – Azərbaycan dövlətinin sülh sevərliyini» ifadə edir (şəkil 14).
Dövlət Gerbimizin ifadəsi: «Azərbaycan xalqı özünə və bütün dünya xalqlarına əmin–amanlıq, xöşbəxtlik və səadətlik arzulayır. Müharibə istəmirik, lakin hər cür təcavüzə hazırıq!»
Azərbaycan Sovet Sosialist Respublikası 1922-ci ildə SSRİ-nin tərkibinə daxil olduqdan sonra dövlət atributlarının bir qismindən məhrum Şəkil 14. Azərbaycan
olsa da, müəyyən dövrdən sonra döv-         Respublikasının
lət bayrağına, dövlət gerbinə və dövlət Dövlət Gerbi
himninə malik olub. 1991-ci ildə Azərbaycan yenidən dövlət müstəqilliyinə qovuşduqdan sonra dövlət rəmzləri ilə yanaşı digər atributlar da bir-birinin ardınca bərpa edilib.  
      Prezident İlham Əliyev 2007-ci il noyabrın 17-də Bakıda Dövlət Bayrağı Meydanının yaradılması barədə, 2009-cu il noyabrın 17-də isə Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında sərəncamlar imzalayıb. 2010-cu il sentyabrın 1-də Bakıda Dövlət Bayrağı Meydanının təntənəli açılış mərasimi olub.  
Hər il noyabr ayının 9-u ölkəmizdə Dövlət Bayrağı Günü dövlət bayramı kimi qeyd olunur. Bayraq dirəyinin hündürlüyü 162 m, bayrağın eni 35 m, uzunluğu 70 m və 2450 m2 sahəni əhatə edir. Bu monumental kompleksin əhəmiyyətini artıran mühüm amil onun özündə dövlət rəmzlərini birləşdirən məkana çevrilməsidir. Hündürlüyü 5 metr olan muzey səkkizguşəli ulduzu simvolizə edir və ətrafında Azərbaycan Respublikasının xəritəsi, Azərbaycan Respublikasının dövlətçilik rəmzləri-himnin sözləri və gerb yerləşdirilmişdir.                  

Tapşırıqlar və suallar:

1.Azərbaycan Respublikasının Dövlət Atributlarını sadalayın. 2.Üçrəngli dövlət bayrağımız nə vaxt qəbul edilib? 3.Üçrəngli dövlət bayrağımız hansı zolaqlı rənglərə ayrılır? 4.Dövlət Bayrağının rəmzlərinin mənalarını deyin. 5.Azərbaycan Respublikasının Dövlət Himni haqqında nə bilirsiniz? 6.Azərbaycan dövlətinin müstəqillik rəmzi hansı atributumuzdur? 7. Dövlət Gerbinin rəmzlərinin mənaları deyin. 8.Hər il noyabrın 9-u Azərbaycan Respublikası hansı bayramı qeyd edir?


§ 3.AZƏRBAYCAN RESPUBLİKASI SİLAHLI QÜVVƏLƏRİ VƏ BAŞQASİLAHLI BİRLƏŞMƏLƏRİ
       Plan
Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin qoşun növləri.
Quru qoşunları
Hava hücumundan müdafiə qoşunları
Hərbi Dəniz qüvvələri
       Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin qoşun növləri. Azərbaycan Respublikası Silahlı Qüvvələri – dövlətin suverenliyinin, ərazi bütövlüyünün, onun toxunulmaz- lığının və mənafeyinin silahlı müdafiəsi, dövlətə qarşı silahlı hücumun  qarşısının alınması, təcavüz olarsa, onun dəf edilməsi üçün yaradılmış hərbi - dövlət təşkilatıdır.
Dövlətin silahlı təşkilatı–dövlətin özünün dövlət qurulu- şunu qorumaq, xarici və daxili təhlükəsizliyini təmin etmək, təcavüzün qarşısını almaq, ictimai təşkilatlar və dövlət strukturlarını, təhdid edən daxili qiyamları yatızdırmaq, dövlətin suverenliyinə, sosial-siyasi quruluşuna və  ərazi bütövlüyünə qəsd cəhdlərinə qarşı çıxmaq və asayişi qorumaq  məqsədilə  yaratdığı  silahlı  strukturudur. Bu təşkilat Silahlı Qüvvələri, Daxili və Sərhəd qoşunlarını, Dövlət Təhlükəsizlik Xidmətini, Milli Qvardiyanı və  Mülki müdafiə qoşunlarını özündə birləşdirir.  Silahlı  Qüvvələr  təşkilati  cəhətdən  aşağıdakı hissələrə ayrılır:
Silahlı Qüvvələrin növlərinə;
Qoşun növlərinə;
Xüsusi qoşunlarına;
Arxa xidməti;
Silahlı Qüvvələrin təşkili-mərkəzi idarəetmə orqanlarından, o cümlədən Baş Qərargahdan, birlik və ayrı birləşmələrdən, hərbi hissə və müəssisələrdən,  yerli hərbi idarəetmə orqanlarından, hərbi təhsil məktəblərindən ibarətdir. Azərbaycan Respublikası Silahlı Qüvvələrin  3  qoşun növü vardır:
Quru qoşunları
Hava hücumundan müdafiə və Hərbi Hava Qüvvələri
Hərbi Dəniz Qüvvələri
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin rəhbərliyi,  Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı kimi Azərbaycan Respublikasının Prezidenti həyata keçirir. Hərb dövründə Silahlı Qüvvələrə operativ  yaxud təşkilati cəhətdən Milli Qvardiya, Mülki Müdafiə qoşunları, Daxili qoşunlar, Dövlət Sərhəd Xidməti, Dövlət Təhlükəsizlik Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, xalq könüllüləri, hərbi-idman və müdafiə cəmiyyətləri qoşula bilər.
Quru qoşunları.Quru qoşunları–döyüş heyətinə görə Azərbaycan Ordusunun ən çox saylı və hərtərəfli qoşun növüdür. Onlar böyük atəş və zərbə gücünə, yüksək manevr və müstəqilliyə malikdirlər. Quru qoşunları dövlətin maraqlarını qorumaq üçün mühüm vəzifələri yerinə yetirir. Azərbaycanlı sərkərdələr, zabitlər və əsgərlər ən çox quru qoşunlarının tərkibində müharibə meydanlarında cəsurlaşmış, bərkimiş, döyüş təcrübəsi əldə etmişlər.
Quru qoşunları- düşməni quruda dəf və darmadağın etmək tapşırıqlarını yerinə yetirməkdən ötrü nəzərdə tutulmuşdur. Quru qoşunları digər növ silahlı qüvvələrlə birgə, ya da müstəqil şəkildə möhkəm müdafiə olunmağa və qəti əks–hücuma keçməyə qadirdir. Quru qoşunlarının əsas zərbə qüvvəsi tanklar  və zirehli maşınlar təşkil edir (şəkil 15-16).













Şəkil 15.  Azərbaycan Respublikası Silahlı Qüvvələrinin arsenalında mövcud olan zirehli texnika,ZTR – 82A

Müasir tanklar ən yeni silahlarla silahlanmış döyüş maşınlarıdır. Tanklar uzaq məsafələrə çox sürətli yürüş etmək, düşmənin müdafiə xəttini yararaq yüksək templə hücum etmək imkanlarına malikdir. Tankların möhkəm, davamlı zirehi, güclü dizel mühərrikləri, müasir idarəetmə cihazları və uzaq məsafələrə atəş açma silahları vardır. Tanklar su maneələrini dəf etmək, su altında hərəkət etmək, qətiyətli hücuma keçmək kimi imkanlara malikdir.
Quru qoşunlarının əsasını motoatıcı, artilleriya, xüsusi  qoşunlar  və Silahlı Qüvvələrin Arxa xidmətinin hissə və idarələri təşkil edir.Motoatıcı qoşunlar təchizatına və sayına görə quru qoşunlarının  ən güclüsü hesab olunur.  

Şəkil 16.  Azərbaycan Respublikası Silahlı Qüvvələrinin arsenalında mövcud olan zirehli texnika, T-90S

Motoatıcı qoşunlar-quruda müstəqil və ya başqa qoşun növləri ilə birgə tam miqyaslı döyüş əməliyyatlarının keçirilməsi qabiliyyətinə malikdir. Motoatıcı qoşunlar düşmənin yerüstü və hava hədəflərini tərkibində olan kiçik və böyük çaplı silahlardan, tanklardan və müxtəlif məqsədli zirehli maşınlardan, zenit-raket vasitələrindən istifadə etmək qabiliyyətinə malikdir.  
Artilleriya  qoşunları- operativ  taktiki və taktiki raket kompleksləri, reaktiv yaylım atəşi sistemləri, özüyeriyən  və daşınan artilleriya sistemləri, minaatan və tank əleyhinə idarəedilən raket kompleksləri  ilə təchiz olunmuşdur. Artilleriya düşmənin istənilən hədəfini dəqiq məhv edə bilir (şəkil 17).  Artilleriyanın gücündən tam istifadə etmək döyüş hazırlığı, bölmələrarası əlaqə, dəqiqlik və yüksək intizam olmalıdır.                                

300 mm-lik «SMERÇ» Reaktiv yaylım atəş sistemi










«Toçka - U» Taktiki raket kompleksi














122 mm-lik D–30
 daşınan top








152 mm-lik haubitsa-top «DANA»











Özüyeriyən
122 mm-lik Artilleriya qurğusu «Akasiya»






120 mm-lik «SƏFİYAR» minaatanı









75 mm-lik «Spike»tipli Tank əleyhinə raket kompleksi








220 mm-lik
Ağır odsaçan
«TOS-1A»









300 mm-lik «POLONEZ» Reaktiv yaylım atəş sistemi








160 mm-lik
«Lynx EXTRA» Reaktiv yaylım atəş sistemi





Şəkil 18. Azərbaycan Respublikası Silahlı Qüvvələrin arsenalında olan Artilleriya silahları

Artilleriya düşmənin atəş vasitələrini, döyüş texnikasını, canlı qüvvəni, müdafiə qurğularını və s. obyektləri (hədəfləri) məhv etmək və dağıtmaq, həmçinin döyüş zamanı ümumqoşun hissə və birləşmələrini atəşlə qorumaq və müşayiət etmək üçündür.
Artilleriyadan danışarkən Azərbaycanın artilleriya tarixində özünəməxsus xidmətləri olan görkəmli hərbi xadim, «Artilleriyanın allahı» sayılan Əliağa Şıxlinskinin hərbi nailiyyətlərindən danışmaq təqdirəlayiqdir. Ə.Şıxlinskinin artilleriya nəzəriyyəsinin inkişafında böyük xidmətləri olmuşdur. O, topçuluq elminin inkişafında hərbi xadim kimi böyük nailiyyətlər qazanmışdır. Onun 1910-cu ildə Luqa şəhərində hərbi dərsliklərə salınmış «Şıxlinski üçbucağı», «Şıxlinski formulu», kəşf və ixtiraları ona şan-şöhrət gətirmiş, bir Azərbaycan oğlunun adının ən yüksək dairələrdə fəxrlə çəkilməsinə səbəb olmuşdur. «Şıxlinski üçbucağı» nəinki Rusiyada, Fransa, Avstriya, İsveçrə, Norveç, hətta indiki dövrün  ordularında da tətbiq olunur. Ə.Şıxlınski Artilleriya tarixində ilk dəfə toplarda gözlə görünməyən hədəfə atəş açmaq texnikasını işləyib hazırlamış və onların təkmilləşdirilməsi işinə bir sıra yeniliklər gətirmişdir.
Hava hücumundan müdafiə qoşunları.Hava hücumundan müdafiə qoşunları-düşmənin hava hücumunu dəf etmək, əhalini, dövlətin  inzibati–siyasi və iqtisadi mərkəzlərini, Silahlı Qüvvələr qruplaşmalarını və digər əhəmiyyətli mərkəzləri müdafiə etmək, Quru qoşunları və Hərbi–dəniz qüvvələrini havadan himayə etmək, hava ilə daşınmanı həyata keçirmək, müəyyən olunmuş əraziyə desant qoşunları çıxartmaq, hava kəşfiyyatı aparmaq, rabitəni, idarəetməni təmin etmək üçün nəzərdə tutulmuşdur.
       Hava hücumundan müdafiə qoşunları və Hərbi hava qüvvələrin əsasını zenit raket və radiotexnika qoşunları, hərbi-hava qüvvələri, xüsusi qoşunlar, Silahlı Qüvvələrin Arxa xidmətinin hissə və idarələri təşkil edir.
Zenit raket qoşunları- hava hücumundan müdafiə qoşunlarının zərbə qüvvəsidir. O daimi atəş gücünə və istənilən hava şəraitində tətbiq olunma imkanına malik olub,  düşmənin hava qüvvələrini məhv edə bilir.
Radiotexniki   qoşunlar- müasir radiolokasiya  stansiyaları ilə təchiz olunmuşdur. Günün və ilin istənilən vaxtında radiotexniki qoşunlar düşmənin hava hücumu vasitələrini uzaq məsafələrdən və bütün hündürlüklərdən təyin edərək onların koordinatlarını Zenit – raket   və  Hava hücumundan müdafiə qoşunlarına verə bilir (şəkil 19).





ZRK S-300 «FAVORİT»











9K35
«STRELA-10»







«BUK-M2E»
zenit – raket  kompleksi












RLS 96L6–1 kompleksi






Şəkil 19. Azərbaycan Respublikası Silahlı Qüvvələrin arsenalında olan Hava hücumundan müdafiə qoşunlarının texnikaları

Hərbi hava qüvvələri. Azərbaycanın ilk hərbi pilotu Fərrux ağa Qayıbov olub. O, Birinci Dünya Müharibəsində almanlara qarşı keçirilən hava əməliyyatlarında  fəal iştirak edib və indiki Belarus ərazisində gedən döyüşlərdən birində həlak olub.
Azərbaycanın ikinci müstəqilliyi dövründə  1992-ci ilin aprelin 8-də isə baş leytenant Vaqif Qurbanovkeçmiş sovet ordusunun Sitalçay aerodromundan, «Su-25» döyüş təyyarəsini qaçıraraq Azərbaycan ordusuna gətirmişdir (şəkil 20).

Şəkil 20. I Dünya müharibəsinin ilk azərbaycanlı pilotu Fərrux ağa Qayıbov (solda) və  1992-ci illə Sovet ordusundan «SU-25» tipli döyüş təyyarəsini qaçıran ilk azərbaycanlı pilotumuz baş leytenant Vaqif Qurbanov (sağda)

     Bununla da Azərbaycan Hərbi hava qüvvələri ilk qırıcı təyyarəni arsenalına qəbul etmişdir.
Hərbi hava qüvvələri- düşmənin aviasiya birləşmələrini məhv etmək, Quru qoşunlarına və Hərbi dəniz qüvvələrinə aviasiyadan kömək etmək, desant qoşunlarını daşımaq, hava kəşfiyyatı aparmaqdan ibarətdir.  Hərbi hava qüvvələri cəbhə aviasiyasından,  hərbi nəqliyyat aviasiyasından   və pilotsuz  uçan aparatlardan ibarətdir.  
Cəbhə aviasiyasıbombardmançı, çoxməqsədli, qırıcı kəşfiyyat, hücum və hava dəstək təyyarələrindən, hücum təlim təyyarəsindən və  hərbi yük təyyarələrindən ibarətdir (səkil 21).



SU-24 Bombardımançı   təyyarə








SU–25
Çoxməqsədli hücum
təyyarəsi










MİQ–25 Qırıcı kəşfiyyat  təyyarəsi            










MİQ-29
Çoxməqsədli qırıcı təyyarə






L–39 «Albatros»
Hücum təlim təyyarəsi          











M-346
Hücum təlim təyyarəsi








İL-76 TD-90
Hərbiyük təyyarəsi








Şəkil 21. Azərbaycan Respublikası Silahlı Qüvvələrin arsenalında olan Hərbi Hava Qüvvələrinin döyüş və təlim təyyarələri

Hərbi nəqliyyat aviasiyasızərbə, desant–nəqliyyat və müxtəlif məqsədli helikopterlərdən  ibarətdir.Helikopterlər bölmələrin və kiçik qrupların tərkibində fəaliyyət göstərir. Onlar üçuşun istiqamətini, hündürlüyü və sürəti ilə manevr edə bilir. Helikopterlər yerin relyefindən istifadə etməklə çox alçaqdan uçaraq qəfildən hədəfə yaxınlaşır, maili və kəskin surətdə şığıyaraq həmlə edir və zərbə endirib dərhal hədəfdən uzaqlaşır (şəkil 22).

Mİ-24
SuperHind Mk II
Zərbə Helikopteri










Mİ–35
Hind Mk II
Zərbə Helikopteri








Mİ–17 Çoxməqsədli  Helikopter






Mİ-8
Kəşfiyyat və zərbə
Helikopteri










«Bell 06»  Çoxməqsədli
Helikopter





Şəkil 22. Azərbaycan Respublikası Silahlı Qüvvələrin arsenalında olan Hərbi Hava Qüvvələrinin helikopterləri

Pilotsuz uçan aparatlarzaman, məsafəvə hündürlüyə görə siniflərə bölünür. Pilotsuz uçan aparatlar (PUA) koordinatları və yer kürəsinin sürətini müəyyən etmək üçün müasir peyk naviqasiya qəbuledicilərilə, elektro–optik kameralarla təchiz olunub, istənilən hava şəraitində kəşfiyyat aparmağı, müxtəlif hədəfləri izləməyə və düşmənə zərbə endirməyə qadirdir (şəkil 23).













Çoxməqsədli Taktiki Kəşfiyyat tipli PUA «HERMES 900»



Zərbə tipli  PUA
«HAROP»                                    









Kəşfiyyat tipli PUA
«ORBİTER-2M»





Şəkil 23. Azərbaycan Respublikası Silahlı Qüvvələrin arsenalında olan Hərbi Hava Qüvvələrinin pilotsuz uçan aparatları

  Hərbi Dəniz qüvvələri. Hərbi Dəniz qüvvələri düşmənin mühüm yerüstü obyektlərini bazalarını, dənizdə yerləşən qüvvələrini, dəniz kommunikasiyalarını məhv etməkdən ibarətdir. Hərbi dəniz gəmilərinin  yüksək manevrliyi, geniş hərəkət dairəsi düşmənin suda və quruda yerləşən obyekt və hərbi texnikasına zərbə vurmaq imkanlarını artırır. Hərbi Dəniz qüvvələri suüstü və sualtı qüvvələrdən, Azərbaycan dəniz piyadalarından, sualtı hücum və sualtı müdafiə xüsusi təyinatlı dəstələrdən, xüsusi qoşunlardan və  Arxa xidmətin hissə və idarələrindən ibarətdir (şəkil 24).
Gözətçidöyüş gəmisi

Qayıqəleyhinə artilleriya gəmisi
Sahil mühafizə qayığı
Gözətçi-patrul döyüş qayığı

Şəkil 24. Azərbaycan Respublikası Silahlı Qüvvələrin arsenalında olan Hərbi Dəniz Qüvvələrinin hərbi gəmi və qayıqları

Xüsusi qoşunlar. Silahlı Qüvvələrin döyüş və gündəlik fəaliyyətini təmin etməkdən ötrü xüsusi tapşırıqları yerinə yetirmək üçün nəzərdə tutulmuşdur. Onlar Silahlı Qüvvələrin hər bir növündə vardır və tərkibinə kəşfiyyat, radiotexnik, topoqrafik, radiasiya, kimyəvi və bakterioloji müdafiə, rabitə, təmir, tibb və başqa bölmələr daxildir.
Azərbaycan Dəniz Piyadaları. Azərbaycan Hərbi Dəniz Qüvvələrinin tərkibində fəaliyyət göstərən hərbi birlikdir. Əsasən təcrübəli, peşəkar hərbçilərdən ibarət olan qurum Azərbaycanın Xəzər Dənizi tərəfindən həmsərhədinin pozulmağının qarşısını almaq üçün fəaliyyət göstərir (şəkil 25).
Şəkil 25. Azərbaycan Dəniz Piyadaları

Silahlı Qüvvələrin Arxa xidməti. Bütün qoşun növlərini maddi vəsaitlərlə təmin etmək, ehtiyatları qoruyub saxlamaq, arxa təminatı ilə bağlı bütün digər tapşırıqları yerinə yetirmək üçün nəzərdə tutulmuşdur. Silahlı Qüvvələrin Arxa xidmətinə ehtiyat material vasitələri, baza və anbarları daxildir.
Silahlı Qüvvələrdən başqa, Azərbaycan Respublikasında qanunla nəzərdə tutulan digər qoşun formaları da vardır: Mülki müdafiə qoşunları, Daxili  qoşunlar, Azərbaycan Sülhməramlı Qüvvələri, Dövlət Sərhəd  Xidməti, Dövlət Təhlükəsizlik Xidməti,  Xüsusi Dövlət Mühafizə Xidməti  və  Milli Qvardiya.
Daxili qoşunlar. Daxili İşlər Nazirliyinə həvalə edilmiş dövlət obyektlərinin qorunması, xüsusi əhəmiyyət kəsb edən dövlət obyektlərini, körpüləri və digər xidməti döyüş tapşırıqlarını yerinə yetirmək, şəxsin, cəmiyyətin və dövlətin mənafeyinin, vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının cinayətkar qəsdlərdən qorunması, mühüm dövlət obyektlərinin, kommunikasiya qurğularının mühafizəsinin həyata keçirilməsi, ictimai asayişin mühafizəsi, kütləvi tədbirlər keçirilərkən ictimai təhlükəsizliyin təmin olunması, kütləvi iğtişaşların qarşısının alınması, habelə qanunvericiliklə müəyyən edilmiş digər vəzifələri yerinə yetirilməsi üzrə nəzərdə tutulmuş silahlı birləşmə növüdür (şəkil 26).
Şəkil 26. Daxili qoşunlar
Mülki Müdafiə qoşunları. Sülh və hərb dövründə fəlakət zonalarında qəza xilasetmə və digər təxirəsalınmaz işləri yerinə yetirmək, kütləvi qırğın silahlarından və düşmənin digər hücum vasitələrindən əhalini və xalq təsərrüfatını müdafiə etmək, ümumdövlət müdafiə tədbirlərində nəzərdə tutulan tapşırıqları yerinə yetirmək üçün nəzərdə tutulmuşdur və Fövqəladə Hallar Nazirliyinə tabe olan qoşun növüdür.
DövlətSərhəd Xidməti. Azərbaycan Respublikası Dövlət sərhədlərinin qorunması və toxunulmazlığını təmin etmək, xarici dövlətlərin qoşun qruplarını və bandalarının Azərbaycan Respublikasının ərazisinə soxulmasının qarşısını almaq, sərhədyanı əhalini, ictimai və siyasi əmlakı cinayətkar qəsdlərdən qorumaq, dövlət sərhədini qadağan olunmuş yerlərdən və qanunsuz vasitələrlə keçməyə yol verməmək, sərhəd rejimi qaydalarının yerinə yetirilməsinə nəzarət etmək  üzrə nəzərdə tutulmuş silahlı birləşmə növüdür (şəkil 27).  
Şəkil 27. Dövlət Sərhəd Xidmətinin əsgərləri vəzifələrini
yerinə yetirərkən

Dövlət Təhlükəsizlik Xidməti. Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 14 dekabr 2015-ci il tarixli 706 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyinin əsasında yaradılmışdır.
Dövlət Təhlükəsizliyi XidmətiAzərbaycan Respublikasının təhlükəsizliyini təmin etmək, ölkəmizdə və qonşu ölkələrdən gələn hücumların, təxribatların qarşısını almaq, kəşfiyyat və ölkə daxilində əks kəşfiyyatla məşğul olmaq, Dövlət sirrinin yayılmasının qarşısını almaq, terrorçuluğa qarşı mübarizə aparmaq üçün nəzərdə tutulmuş   silahlı birləşmədir.
      Xüsusi Dövlət Mühafizə Xidməti.Azərbaycan Respublikası Prezidentinə tabe olan xüsusi hərbi hissədir. Xüsusi Dövlət Mühafizə Xidməti- Azərbaycan Respublikası Prezidentinin, digər dövlət mühafizəsi obyektlərinin, həmçinin Azərbaycan Respublikasında olduqları vaxt xarici ölkələrin dövlət və hökümət başçılarının təhlükəsizliyinin təmin edilməsi, Azərbaycan Respublikası Prezidentinin İcra Apara- tının, Milli Məclisin, Nazirlər Kabinetinin, Konstitusiya Məh- kəməsinin, Xarici İşlər Nazirliyinin və Mərkəzi Seçki Komissiyasının obyektlərinin mühafizəsinin təşkil və təmin edilməsi məqsədilə nəzərdə tutulmuş silahlı birləşmədir.
Milli Qvardiya. XV əsrdə Fransada, İngiltərədə, İsveçdə, Prussiyada, XVII əsrdə Yaponiyada, XIX əsrdə isə bir çox digər dövlətlərdə qvardiyalar yaradılmışdı. Rusiyada ilk qvardiyanı 1687-ci ildə I Pyotr yaratmışdır. Orta əsrlərdəŞərqdə də muzdlulardan və qullardan ibarət keşikçi dəstələrinin seçmə hissəsi olan qvardiyalar təşkil edilirdi.
Milli Qvardiya isə ilk dəfə Fransa İnqilabı dövründə Parisdə yaradılmışdır. Azərbaycanda dövlət səviyyəsində mühafizə xidmətinin qurulması işinə isə ilk dəfə 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti dövründə başlanmışdır.
SSRİ dağıldıqdan sonra öz müstəqilliyini əldə etmiş Azərbaycanda siyasi, iqtisadi, qanunvericilik sistemlərindəolduğu kimi, inzibati orqanlarda da yenidənqurma işləri aparılaraq yeni şəraitə uyğun optimal idarəçilik formalarıaxtarılmağa başladı. Mühafizə sisteminin əhəmiyyəti getdikcə daha da artdı, onun strukturu təkmillləşdi, tərkibi genişləndi.
25dekabr 1991-ci ildə Milli Qvardiya yaradıldı (şəkil 28).
Şəkil 28. Azərbaycanın Milli Qvardiyası

Milli Qvardiyahökümət idarələrini, prezidentin təhlükə- sizliyini və fəxri qonaqları qarşılamaq üçün nəzərdə tutulan silahlı birləşmə növüdür və Azərbaycan Respublikasının Prezidentinə tabedir.

Tapşırıqlar və suallar:
1.Dövlətin silahlı təşkilatı dedikdə nə başa düşürsünüz? 2.Azərbaycan Respublikasının Silahlı Qüvvələri hansı vəzifələri icra edir? 3.Silahlı Qüvvələrin hansı növlərini tanıyırsınız? 4.Quru qoşunların tərkibinə hansı qoşun növləri daxildir? 5.Hava hücumundan müdafiə və Hərbi hava qüvvələri hansı vəzifələri icra edir? 6.Azərbaycanın ilk hərbi pilotu kim olub? 7.Hərbi Dəniz Qüvvələri hansı qoşun növlərinə ayrılır? 8.Silahlı Qüvvələrdən başqa hansı qoşun növlərini tanıyırsınız?
§ 4.AZƏRBAYCAN RESPUBLİKASININ  
HƏRBİ ATRİBUTLARI
Plan
Hərbi atributların tarixi
Döyüş bayrağı

Hərbi atributların tarixi. Tarixi mənbələr keçmişdə Azərbaycan ərazisində mövcud olmuş dövlətlərin müxtəlif rəmzləri, quş və heyvan təsvirlərindən ibarət olan nişan və emblemləri, üzərində ərəb hərfləri ilə yazılmış döyüş bayraqları olub. Belə atributlar Azərbaycanda müstəqil və yarımmüstəqil kiçik dövlət qurumları sayılan xanlıqlar dövründə də geniş yayılıb.
XVI-XVIII əsrlərdə döyüş bayraqları gözəl şərq parçalarından tikilmiş, müxtəlif ornament və yazılarla bəzədilmişdir; üçkünc, dördkünc, beşkünc və düzbucaqlı formalardan hazırlanırdı. Üstlərindəki ornamentlər qurama yaxud tikmə üsulu ilə salınmış, təbii boyalarla çəkilmişdir.   Döyüş bayraqlara müxtəlif rəngli ipək, eləcə də qızılı və gümüşü saplardan zər saçaqlar salınmışdır. Bayraq ağacları silindrik formada yüngül ağac gövdələrindən düzəldilmiş, boyanmış, onların başlarına fiqurlu metal ucluqlar taxılmış, qızılı, gümüşü və başqa rəngli ipək saplardan toxunmuş qotazlar bağlanardı. Belə bayraqlar Gəncə, Bakı, Quba, Şəki, Qarabağ və İrəvan xanlıqlarına mənsub idi.
Döyüş Bayrağı– hər bir əsgər üçün  şərəf, şücaət, rəşadət, igidlik və şöhrət simvoludur. «Döyüş Bayrağı haqqında»  əsasnamə dövlətin ali qanunvericilik orqanı – Milli Məclis tərəfindən təsdiq olunur. Hər bir silahlı təşkilatın, güc strukturunun, hərbi hissə və bölmələrin qanunla müəyyən edilmiş nümunəvi Döyüş Bayrağı olmalıdır.  
Döyüş Bayrağı– Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hər bir hərbi qulluqçusuna Vətəninə sədaqətlə xidmət etmək, öz qanını və canını belə əsirgəmədən onu mərdlik və bacarıqla müdafiə etmək, doğma torpağın hər qarışını düşməndən qorumaq borcunu xatırlatmaq üçündür. Hərbi hissənin bütün şəxsi heyəti Döyüş Bayrağını fədakarlıq və mərdliklə qorumalı və onun düşmən tərəfindən ələ keçirilməsinə yol verməməlidir (şəkil 29-30).



Azərbaycan Respublikası Silahlı Qüvvələri
Ali Baş Komandanının
Döyüş Bayrağı








Azərbaycan Respublikasının Quru Qoşunlarının
Döyüş Bayrağı














Azərbaycan Respublikasının
Hərbi – Dəniz Qüvvələrinin
Döyüş Bayrağı








Azərbaycan Respublikasının Hərbi – Dəniz Qüvvələrinin  Döyüş Bayrağı




Şəkil 29. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin
 qoşun növlərinin döyüş bayraqları

Döyüş Bayrağı itirildikdə hərbi hissənin komandiri və bu rüsvayçılığa bilavasitə müqəssir olan hərbi qulluqçular məhkəməyə verilməli, hərbi hissə isə ləğv edilməlidir.
Döyüş bayrağı sülh dövründə qorovul tərəfindən müvafiq xüsusi yerdə, hərbi hissənin qərargahında saxlanılır, kənara çıxarıldıqda isə bayraq tağımı tərəfindən mühafizə olunur.  Hərbi hissə təltif olunduqda bütün orden  və medallar bayrağa sancılır.


Fövqəladə Hallar Nazirliyi
Mülki Müdafiə Qoşunlarının Döyüş Bayrağı





Azərbaycan Respublikası Daxili Qoşunları hərbi hissələrinin Döyüş Bayrağı





Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının Döyüş Bayrağı




Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin
Döyüş Bayrağı









Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinin Döyüş Bayrağı






Şəkil 30. Azərbaycan Respublikasının başqa  silahlı birləşmələrinin döyüş bayraqları

Ən ağır döyüşlərə belə hərbi hissə Döyüş Bayrağının altından keçib  gedirlər.  Hər bir hərbi qulluqçu döyüş bayrağına ehtiram göstərməli və onu göz bəbəyi ilə qorumalıdır. Döyüş Bayrağı altında əsgər Hərbi And qəbul edir.
Hərbi And. Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağırılan hər bir vətəndaş Hərbi And qəbul edir. Öz yoldaşlarının sırası və komandirlər qarşısında Döyüş Bayrağı altında əlini silaha dayayaraq, gənc əsgər Vətənə, öz xalqına sədaqətli olacağı barədə təntənəli surətdə and içir:
«Mən Azərbaycan Respublikasının vətəndaşı, Azərbaycan Silahlı Qüvvələri sıralarına daxil olarkən, Vətənim Azərbaycana və onun xalqına sadiq olacağıma and içirəm.
Təntənəli surətdə and içirəm!
Azərbaycan Respublikasının mənafeyini, onun suverenliyini, ərazi bütövlüyünü və müstəqilliyini şərəflə qoruyacaq, bundan ötrü qanımı və canımı əsirgəməyəcəyəm.
   Səmimi, cəsur, intizamlı olacaq, hərbi sirri verməyəcək, hərbi nizamnamələrin tələblərini yerinə yetirəcək, komandirlərin və rəislərin əmrlərinə sözsüz tabe olacağam.
   Hərb işini vicdanla öyrənəcək, əcdadların hərbi ənənələrini şərəflə davam və inkişaf etdirəcək, hər an əldə silah Vətənin müdafiəsinə qalxmağa hazır olacağam.
   Andımı pozsam, Azərbaycan Respublikası qanunlarının tam ciddiyyəti ilə məsuliyyət daşımağa hazıram».
   Hərbi And böyük dövlət əhəmiyyətli sənəddir. O, Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilmişdir və qanun qüvvəsinə malikdir.

Tapşırıqlar və suallar:

1.Hərbi Atribut nədir? 2.Döyüş Bayrağı haqqında nə bilirsiniz? 3.Döyüş bayrağı haqqında əsasnamə hansı qurum tərəfindən təsdiq olunur? 4.Döyüş Bayrağı sülh və müharibə dövrlərdə harada saxlanılmalıdır? 5.Döyüş Bayrağı itirildikdə nə baş verir? 6.Döyüş Bayrağı altında əsgərlər nə vəd edirlər? 7.Hərbi Andın mətnini öyrənin.




§ 5.AZƏRBAYCAN RESPUBLİKASININ KONSTİTUSİYASINDA VƏ DİGƏR QANUNVERİCİLİK AKTLARINDA HƏRBİ XİDMƏTƏ DAİR MÜDDƏALAR
Plan
Hərbi vəzifə haqqında anlayış
Hərbi qeydiyyatın təşkili və onun əhəmiyyəti
Çağırışqabağı hazırlıq. Hərbi xidmətə çağırış. Həqiqi hərbi xidmət keçmə

Müdafiə dedikdə, ölkəmizin silahlı basqından müdafiyə hazırlığının təmin edilməsi üzrə siyasi, iqtisadi, hərbi, hüquqi və digər tədbirlər sistemi, eləcədə Azərbaycan Respublikasının əhalisinin, ərazisinin və müstəqilliyinin bilavasitə mühafizə edilməsi nəzərdə tutulur.
       Müdafiə təhlükəsizliyin bir amili və dövlətin ən vacib funksiyalarından biridir. Ölkəmizin müdafiəsi beynəlxalq hüquqlara, Azərbaycan Respublikasının Konstitusiyasına, qüvvədə olan qanunvericiliyinə və hərbi doktrinasına uyğun surətdə təşkil edilir və həyata keçirilir.
       Azərbaycan Respublikasının Ümummilli lideri Heyder Əliyev Əlirza oğlu bilavasitə rəhbərliyi ilə yaradılmış və 1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə qəbul edilmiş müstəqil Azərbaycan Respublikası ilk Əsas Qanununun – Konstitusiyasının 9-cu maddəsindəgöstərilir:
         I. Azərbaycan Respublikası öz təhlükəsizliyini və müdafiəsini təmin etmək məqsədilə Silahlı   Qüvvələr və başqa silahlı birləşmələr yaradır.
         II. Azərbaycan Respublikası başqa dövlətlərin müstəqilliyinə qəsd vasitəsi kimi və beynəlxalq   münaqişələrin həlli üsulu kimi müharibəni rədd edir.
        III. Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Ali  Baş Komandanıdır.
       Azərbaycan Respublikası ölkəsinin təhlükəsizliyini özünün sərəncamında olan bütün vasitələrdən cəm halında istifadə etməklə və bu zaman siyasi diplomatik və digər dinc vasitələrə üstünlük verməklə təmin edir. Bununla əlaqədar, Azərbaycan Respublikası Silahlı Qüvvələrə və digər silahlı birləşmələrə malik olmaqla, onları aşağıdakı məqsədlər üçün tətbiq etməyi vacib sayır:
        - Azərbaycan Respublikasına qarşı təcavüz edilən hallarda, onun müstəqilliyinin, ərazi bütövlüyünün və digər vacib həyat maraqlarının müdafiəsində;
        - Azərbaycan Respublikasının dövlət sərhədlərində, müqavilə öhdəliklərinə uyğun olaraq digər dövlətin sərhədlərində və ya Azərbaycan Respublikasının ərazisində onun vacib həyati mənafelərinə təhlükə törədən silahlı münaqişələrin, hər hansı qanuna zidd silahlı zorakılığın qarşısının alınmasında.
Konstitusiyanın müddəalarına uyğun olaraq qəbul edilmiş «Azərbaycan Respublikası Silahlı Qüvvələri haqqında», «Müdafiə haqqında», «Hərbi xidmətə çağırışın əsasları haqqında», «Hərbi xidmət haqqında» Azərbaycan Respub- likasının qanunları və digər normativ rəhbər sənədlərlə vətəndaşların hərbi xidmətə hazırlanması, çağırışı, qeydiyyata götürülməsi və hərbi xidmət keçməsi məsələləri müəyyən edir.
Azərbaycan Respublikası Konstitusiyasının 74-cü maddə- sindədeyilir:
Vətənə sədaqət müqəddəsdir.
Azərbaycan Respublikası Konstitusiyasının 76-ci maddə- sində deyilir:
Vətəni müdafiə hər bir vətəndaşın borcudur. Qanunla müəyyən edilmiş qaydada vətəndaşlar hərbi xidmət keçirlər.
Hərbi vəzifə haqqında anlayış.Azərbaycan Respublikasının Konstitusiyasına və «Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında» Konstitusiya aktına uyğun olaraq Azərbaycan Respublikasının müdafiəsi və hərbi xidmət Azərbaycan Respublikası vətəndaşının müqəddəs borcudur. Azərbaycan Respublikasının «Müdafiə haqqında» qanununda dövlət qurumu olub, Azərbaycan Respublikasının suverenliyinin, müstəqilliyinin, ərazi bütövlüyünün və bölünməzliyinin silahlı müdafiəsi üçün təsis olunur və vətəndaşların hərbi vəzifələri müəyyən edilir. Vətəndaşların hərbi vəzifələri Azərbaycan Respublikasının «Silahlı Qüvvələr haqqında» və «Hərbi xidmət haqqında»qanunlarında müəyyən edilmişdir. Hərbi vəzifə bunları nəzərdə tutur:
 hərbi vəzifələrin və çağırışçıların hərbi qeydiyyata alınması;
gənclərin hərbi xidmətə hazırlığı;
hərbi xidmətə çağırış;
ehtiyatda olmaq;
ehtiyatda olmaqla hərbi toplanışa çağırış və qulluq etmək.
     Azərbaycan Respublikasının müəyyən qanun və normativ hüquqi aktları ilə səfərbərlik və hərbi vəziyyət vaxtında hərbi vəzifələr müəyyənləşdirilir.
Səfərbərlik- Silahlı Qüvvələrdə, dövlətin iqtisadiyyatının dövlət ərazisində, ya da ayrı-ayrı yerlərdə hərbi vəziyyət elan edir və hərbi fəaliyyət haqqında əmr verir.
Hərbi vəziyyət- müstəsna hallarda yüksək dövlət orqanının qərarına əsasən ölkədə yaxud ayrı-ayrı yerlərdə müəyyən edilən müvəqqəti xüsusi hüquqi dövlət idarəetmə rejimidir. Bu zaman hərbi orqanların səlahiyyətləri genişləndirilir, vətəndaşlara bir sıra əlavə vəzifələr həvalə olunur və məhdudlaşma müəyyən edilir.
Hərbi dövr- dövlətin müharibə vəziyyətində olması deməkdir. Dövlətin bütün həyatı fəaliyyəti sahəsində və dövlətlərarası əlaqələrdə əhəmiyyətli dəyişikliklərlə, hərbi vəziyyət dövrü qanunlarının həyata keçirilməsi ilə səciyyələndirilir.
    Azərbaycan Respublikasının «Müdafiə haqqında»qanununa əsasən Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı hesab olunur. Azərbaycan Respublikasına qarşı təcavüz və ya silahlı münaqişə törənərsə, həmçinin belə bir təhlükə ehtimalı olarsa, o, ümumi, yaxud qismən səfərbərlik haqqında qərar qəbul edir, dövlətin ərazisində, ya da ayrı-ayrı yerlərdə hərbi vəziyyət elan edir və hərbi fəaliyyət haqqında əmr verir.
Hərbi qeydiyyatın təşkili və onun əhəmiyyəti.  Hərbi qeydiyyat vətəndaşların hərbi vəzifələrinin əsas hissəsidir. Çağırış yaşına çatmış bütün oğlanlar yaşadıqları yerlərdə hərbi qeydiyyata alınmalıdır. Hərbi qeydiyyat Silahlı Qüvvələri şəxsi heyətlə təmin etməkdə dövlətin ehtiyyatlarını müəyyən edir.
«Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respub- likası Qanunun 6-cı maddəsindəvətəndaşların ilkin hərbi qeydiyyata alınmasından bəhs edir. Beləki, kişi cinsli vətəndaşlar 16 yaşının tamam olduğu il yanvar-mart ayları ərzində, daimi və ya müvəqqəti yaşayış yeri üzrə rayon, şəhər çağırış məntəqələrində qeydiyyata alınırlar. Burada onlar hərbi xidmətə yararlığı müəyyən etmək məqsədilə tibb komissiyasının mütəxəssis həkimləri tərəfindən hökmən hərtərəfli tibbi müayinədən keçirlər.
İlkin hərbi qeydiyyata alınarkən vətəndaşlar mütəxəssis həkimlər - cərrah, terapevt, nevropatoloq, psixiatr, göz həkimi, qulaq-burun-boğaz həkimi, diş həkimi, zərurət olduqda isə müalicə idarələrindən göndərilən başqa ixtisaslı həkimlər tərəfindən hökmən tibbi müayinədən keçirlər.
Tibb komissiyası müayinəni bu iş üçün ayrılmış xüsusi otaqlarda aparır. Tibbi müayinənin nəticələrinə uyğun olaraq çağırış komissiyası hərbi həkim ekspertizasiyasının rəyini çağırışçıya elan edir:
hərbi xidmətə yararlılıq haqqında;
səhhətə görə hərbi xidmətə müvəqqəti  yararsız hesab edilməklə çağırışa bir il müddətində möhlət verilməsi haqqında;
dinc dövrdə hərbi xidmətə yararsızlıq, müharibə dövründə məhdud yararlılıq və ehtiyata daxiledilmə haqqında;
hərbi qeydiyyatdan çıxarılmaqla hərbi xidmətə yararsızlıq haqqında.
   Hərbi qeydiyyatın təmin edilməsində vətəndaşların vəzifələri:
Yaşadıqları yerlərdə çağırış məntəqələrində hərbi qeydiyyata durmaq;
Silahlı Qüvvələrdə hərbi xidmətdən ehtiyata buraxılandan sonra iki həftə müddətində çağırış məntəqələrində hərbi qeydiyyata durmaq;
Çağırış məntəqələrində ailə vəziyyətindəki dəyişikliklər, təhsili, iş yeri və yaxud vəzifəsi, yaşadığı yer haqqında iki həftə müddətində məlumat vermək;
Çağırış məntəqələrinin çağırışı ilə təyin edilmiş vaxtda müəyyən edilmiş yerə gəlmək;
yeni yaşayış yerinə (3 aydan çox) köçərkən və ölkədən xaricdə (6 aydan çox müddətdə) olarsa, iki həftə müddətində yeni yaşayış yerində hərbi qeydiyyata durmaq.
Hərbi bilet və çağırış məntəqəsinə təhkim edilmək haqqında vəsiqə ehtiyatlı saxlanmalı, həmin sənədlər təsadüfən itirilmiş olarsa, iki həftə müddətində çağırış məntəqəsinə xəbər  verilməlidir ki, həmin sənədlərin yenidən verilməsi haqqında qərar qəbul edilsin;
Hərbi xidmətə çağırışçı 3 ay müddətindən çox yaşadığı yerdən gedərsə, çağırış vaxtı şəxsən çağırış məntəqəsinə xəbər verməlidir.
Çağırışqabağı hazırlıq. Hərbi xidmətə çağırış. Həqiqi hərbi xidmət keçmə. Vətəndaşlar müddətli hərbi xidmətə Azərbaycan Respublikası Prezidentinin fərmanı əsasında çağırılır.
Vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılması haqqında müvafiq icra hakimiyyəti orqanının normativ - hüquqi aktı elan olunduqdan sonra qanunvericilikdə müəyyən olunmuş müddət ərzində qanunla müəyyən olunmuş müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququna malik olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməyən çağırışçılar Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə gəlməlidirlər.
18 yaşına çatmış və daha yuxarı yaşlı çağırışçıların çağırış məntəqəsini dəyişdirməsinə yalnız təsdiqedici sənədlər təqdim edilərkən yol verilir, bu şərtlə ki, çağırışçı:
      - Müdiriyyət tərəfindən başqa yerə, işə keçirilmiş olsun;
     - Ailənin tərkibində dəyişiklik, yaxud mənzil alması ilə əlaqədar yeni yaşayış yerinə köçmüş olsun;
      - Tədris müəssisəsinə qəbul edilmiş olsun, təhsil almağa getmiş, yaxud tədris müəssisəsini bitirmiş olsun və təyinatı üzrə işə göndərilsin.
     Müəyyən edilmiş müddətdə çağırış məntəqələrinə gəlməməyin üzürlü səbəbləri aşağıdakılar sayılır:
Tibbi müayinəyə görə çağırışçının xəstəliyinin, onu çağırış məntəqəsinə şəxsən gəlmək imkanından məhrum etməsi;
Kortəbii xarakterli maneə, bu zaman şəxsin gəlməyinin qeyri mümkün olması çağırışçının yaçayış yeri üzrə yerli icra hakimiyyəti orqanı və ya daxili işlər orqanı tərəfindən təstiq edilməlidir.
   Aşağıdakılar müddətli hərbi xidmətə çağırılmırlar:
Çağırışdan azad edilənlər;
İslah əmək müəssisələrində azadlıqdan məhrumetmə maddəsilə cəza çəkən və ağır cinayətlər üstündə məmkun olunmuş vətəndaşlar;
Barəsində təhqiqat və ya istintaq aparılan, yaxud cinayət işinə məhkəmə tərəfindən baxılan vətəndaşlar.
       Müddətli hərbi xidmətə çağırışa möhlət aşağıdakılara şamil olunur:
Ailə vəziyyətinə görə;
Sağlamlıq vəziyyətinə görə;
Təhsilini davam etdirmək üçün;
Deputatlıq fəaliyyətinə görə.
Əmək qabiliyyətini itirmiş və köməyə ehtiyacı olan ailə üzvlərinə, birgə və ya ayrı yaşamalarından asılı olmayaraq himayəçilik edən çağırışçılara
    Tibbi müayinə zamanı hərbi xidmətə müvəqqəti yararsız sayılmış şəxslərə səhhətə görə çağırışdan azad edilir. Səhhətə görə çağırışdan möhlət hər dəfə 1 il müddətinə 3 dəfə verilə bilər. Müalicədən sonra çağırışçı hərbi xidmətə yararlı sayıldıqda hərbi xidmətə çağırılır, yararsız sayıldıqda isə ehtiyata keçirilir.
     Hərbi qeydiyyatda olan, çağırışdan azad edilmək və möhlət almaq hüququna malik olmayan 18 yaşından 35 yaşınadək kişilər müddətli həqiqi hərbi xidmətə çağırılırlar.    
Müddətli həqiqi hərbi xidmət 1 ildə 4 dəfə Azərbaycan Respublikasının Prezidentinin Fərmanı əsasında – yanvar, aprel, iyul və oktyabr aylarının 1-dən 20-dək keçirilir. Fərman elan edilən gündən hər bir çağırışçı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə getməlidir. Dinc dövrdə həqiqi hərbi xidmətin müddətləri təqvim hesabı ilə belədir:
Müddətli həqiqi hərbi xidmət qulluqçuları üçün, ali təhsilli olanlar - 1 il;
Hərbi dəniz qüvvələrinin gəmilərində, döyüş təminatı üzrə sahil hissələrində və Sərhəd Qoşunları dəniz hissələrinin matrosları və çavuşları üçün - 2 il, ali təhsili olanlar üçün - 1 il 6 ay;    
Qalan bütün əsgərlər və çavuşlar üçün - 1 il 6 ay.
     Vətəndaşların həqiqi hərbi xidmət vəzifələrinin yerinə yetirilməsi dedikdə aşağıdakılar nəzərdə tutulur:
Hərbi əməliyyatlarda, təlimlərdə və gəmilərin yürüşlərində iştirak etmək;
Komandirin verdiyi əmri, sərəncamı və tapşırığını yerinə yetirmək;
Hərbi nizamnamələrə müvafiq müəyyən olunmuş xidməti vəzifələri icra etmək;
İş günü cədvəli üzrə müəyyən olunmuş və ya xidməti zərurətin tələb etdiyi müddət ərzində hərbi hissənin ərazisində qalmaq;
Vətəndaşların həyatını, səhhətini, şərəfini, ləyaqətini qorumaq;
Qanun və qaydaların təmin edilməsində hüquq mühafizə orqanlarına kömək etmək;
Cəmiyyətin və dövlətin mənafelərinə uyğun olduğu qanunlarla müəyyən edilən digər işləri yerinə yetirmək.
Dinc dövrdə həqiqi hərbi xidmətdə olmağın son yaş həddi, müddətli həqiqi hərbi xidmət qulluqçuları üçün 28 yaşdır. Aşağıdakı günlər hərbi xidmətin başlanğıcı sayılır:
Çağırışçılar üçün hərbi hissəyə göndərilməkdən ötrü hərbi komissarlığa gəldikləri gün;
Hərbi vəzifəlilər və qadınlar üçün hərbi komissarlığın verdiyi sərəncamda göstərilmiş xidmət yerinə yola düşdükləri gün;
Ali və orta ixtisas məktəbini bitirdikdən sonra bilavasitə hərbi xidmətə çağırılan ehtiyatda olan zabitlər üçün hərbi komissarlığın göstərdiyi qəbul edilmə günü;
Çağırışçılar, hərbi vəzifəlilər və qadınlar üçün hərbi məktəbə qəbul olunduqları gün.
     Müharibə dövründə səfərbərlik elan edildikdə və sonrakı çağırışlar zamanı 18 yaşından son yaş həddinədək vəzifəlilər və çağırışçılar, habelə hərbi qeydiyyatda olmayan 18 yaşından 45 yaşadək qadınlar həqiqi hərbi xidmətə çağırıla bilər.

Tapşırıqlar və suallar:
1.Azərbaycan Respublikası Konstitusiyasının 9-cu, 74-cü və 76-cı maddələri haqqında nə bilirsiniz? 2.Azərbaycan Respublikasının Konstitusiyasına uyğun Milli Məclis tərəfindən qəbul edilmiş qanunlar hansılardır? 3.Hərbi vəzifə haqqında bildiklərinizi izah edin. 4.«Hərbi vəzifə və hərbi xidmət haqqında» qanunun 6-cı maddəsində nə göstərilib? 7.Hərbi həkim ekspertizasiyası çağırışçıya nə elan edir? 8..Hansı vətəndaşlar həqiqi hərbi xidmətə buraxılmırlar? 9.Müddətli hərbi xidmətə çağırışa möhlət hansı vətəndaşlara tətbiq edilir? 10. Həqiqi hərbi xidmətin təqvim hesabını deyin. 11. Hərbi xidmətin başlanğıc günü necə sayılır?



§ 6.HƏRBİ QULLUQÇULARIN VƏZİFƏLƏRİ VƏ RÜTBƏLƏRİ
Plan
Hərbi qulluqçuların ümumi vəzifələri
Əsgərin vəzifələri
Hərbi rütbələr
Hərbi qulluqçuların geyim formaları
Hərbi qulluqçuların ümumi vəzifələri
. Azərbaycan Respublikası  Silahlı   Qüvvələrinin   hərbi   qulluqçusu   öz Vətəninin – Azərbaycan Respublikasının müdafiəçisidir.    Hərbi qulluqçu öz Vətəninin müdafiəsi üçün şəxsi məsuliyyət daşıyır. O, Azərbaycan dövlətinin mənafeyini qorumalı, onun nüfuzunun və qüdrətinin möhkəmlənməsinə səy göstərməli, hərbi andı yerinə yetirməli, intizamlı, vicdanlı, cəsarətli olmalı, hərbi borcunu yerinə yetirərkən bütün qüvvəsini və lazım gəldikdə canını əsirgəməməli, komandirlərə sözsüz tabe olmalı, onları döyüşdə müdafiə etməli, öz hərbi hissəsinin Döyüş Bayrağını göz bəbəyi kimi qorumağa borcludur.
      Hərbi qulluqçu Azərbaycan Respublikası vətəndaşının yüksək adını ləyaqətlə daşımalı, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, xidmət etdiyi hərbi hissənin şərəfini və döyüş şöhrətini, öz hərbi rütbəsini ciddi surətdə qorumalıdır.
      Döyüş meydanını özbaşına tərk etmiş və ya silah işlətməkdən boyun qaçırmış, müharibə aparma vasitələrini düşmənə vermiş və ya düşmən üçün qoyub getmiş,  batmaqda olan hərbi gəmini tərk etmiş, könüllü olaraq əsir düşmüş hərbi qulluqçu hərbi cinayətkardır.
      Düşmən tərəfinə keçmək, casusluq, dövlət sirrini və ya hərbi sirri xarici dövlətə vermək, Azərbaycan Respublikasına qarşı düşmənçilik fəaliyyəti aparmaqda xarici dövlətə kömək etmək – Vətənə xəyanətdir!!!Vətənə xəyanət etmək ən ağır cinayət sayılır.
Əsgərin vəzifələri. Sıravi rütbəsində olan hərbi qulluqçular əsgər adlanır və manqa komandirinə tabedir. Əsgər sülh və müharibə dövründə ona tapşırılan vəzifələrinvə tapşırıqların vaxtında və dəqiq yerinə yetirilməsinə, həmçinin öz silahının, eləcə də ona tapşırılan döyüş texnikası və digər texnikanın  vəziyyətinə cavabdehdir:  
     Əsgər borcludur:
Azərbaycan Respublikası SQ – nin əsgəri borcunu dərindən dərk etsin, Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına ciddi əməl etsin, hərbi  andı yerinə yetirsin;
Sayıq olsun, Azərbaycanın mənafeyni vicdanla və inamla qorusun, bu işdə öz qüvvəsini, lazım gələrsə həyatını əsirgəməsin;
Hərbi işi vicdanla öyrənsin komandirin öyrətdiklərini səylə yadında saxlasın, öz vəzifəsini dəqiq yerinə yetirsin, hərbi nizamnamələri vicdanla yerinə yetirsin;
İgid və intizamlı olsun, nəlayiq hərəkətlər etməsin və yoldaşlarını da belə hərəkətlərdən çəkindirsin;
Hərbi və dövlət sirrini ciddi qorusun;
Komandirə hörmət etsin, hərbi nəzakət, davranış və əsgəri salamvermə qaydalarına ciddi əməl etsin. Diviziya komandiri də daxil olmaqla bütün rəislərin vəzifələrini, hərbi rütbələrini bilsin;
Silahını, döyüş texnikasını saz, təmiz və döyüşə hazır vəziyyətdə saxlasın.  Silahla, döyüş texnikası və digər texnika ilə işləyəndə və başqa hallarda təhlükəsizlik tədbirlərinə, həmçinin yanğın əleyhinə tədbirlərə ciddi əməl etsin
Dövlət əmlakını qorusun, geyimini və ayaqqabısını səliqə ilə geyinsin, onları vaxtında təmir etsin, hər gün təmizləsin və göstərilmiş yerdə saxlasın;
Həmişə hərbi formada olsun və səliqəli geyinsin. Şəxsi və ictimai gigiyena qaydalarına riayət etsin;
Hissənin yerləşdiyi ərazidən kənara çıxmaq zərurəti olduqda manqa komandirindən icazə alsın və qayıtdıqdan sonra ona xəbər versin;
Hissədən kənarda olduqda özünü şərəf və ləyaqətlə aparsın, ictimai qaydaları pozmasın və əhaliyə qarşı nəlayiq hərəkətlər etməsin.
     Döyüş hazırlığı işində müvəffəqiyyət qazanan əsgərə baş əsgər, matrosa isə baş matros rütbəsi verilə bilər.
Hərbi rütbələr.Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi rütbələr hərbi qulluqçulara və eləcədə ehtiyatda olan hərbi mükəlləfiyyətli hərbi xidmət keçməyin müvafiq qaydalarına uyğun olaraq, onların qulluq vəzifələrinə, hərbi və xüsusi hazırlığına, qulluq illərinə, qoşun növlərində qulluğuna və Vətən qarşısında xidmətlərinə görə verilir.
    Azərbaycan Respublikası Silahlı Qüvvələrindəki hərbi rütbələr 1-ci cədvəldə (şəkil 31-32) verilmişdir.

Cədvəl 1

AZƏRBAYCAN RESPUBLİKASI SİLAHLI QÜVVƏLƏRİ HƏRBİ RÜTBƏLƏRİNİN SİYAHISI
Hərbi qulluqçuların və hərbi vəzifəlilərin tərkibi
Quru qoşunlar, HHM və HHQ
Hərbi Dəniz Qüvvələri

Əsgərlər və matroslar
Əsgər (kursant)
Baş əsgər
Matros (kursant)
Baş matros

Cavuşlar
Kiçik çavuş
Çavuş
Baş çavuş
Kiçik çavuş
Çavuş
Baş çavuş

Gizirlər və miçmanlar
Kiçik gizir
Gizir
Baş gizir
Kiçik miçman
Miçman
Baş miçman

Kiçik zabit heyəti
Kiçik leytenant
Leytenant
Baş leytenant
Kapitan
Kiçik leytenant
Leytenant
Baş leytenant
Kapitan-leytenant

Baş zabit heyəti
Mayor
Polkovnik-leytenant
Polkovnik
3-cü dərəcəli kapitan
2-ci dərəcəli kapitan
1-ci dərəcəli kapitan

Ali zabit heyəti
General-mayor
General-leytenant
General-polkovnik
Ordu generalı
Kontr-admiral
Vitse-admiral
Admiral

Silahlı Qüvvələri qoşun növlərinin müddətli və müddətdən artıq həqiqi hərbi xidmət qulluqçularının hərbi rütbələri
Baş əsgər     Kiçik çavuş     Çavuş       Baş çavuş


Silahlı Qüvvələri qoşun növlərinin gizirlərin və
miçmanlarının  hərbi rütbələri

Kiçik gizir     Gizir     Baş Gizir

Şəkil 31. Silahlı Qüvvələrinin çavuş, gizir və miçmanlarının
hərbi rütbələri

Hər bir hərbi qulluqçuya və hərbi vəzifəliyə onun qulluq etdiyi vəzifədən, hərb və ya xüsusi hazırlığından, hərbi xidmət müddətindən, ehtiyatda olduğu vəziyyətindən, qoşun növünə və ya xidmətinə mənsubiyyətindən və xidmətlərindən asılı olaraq müvafiq hərbi rütbələr verilə bilər .


Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə mənsubiyyətinə görə zabitlərin tikilmə paqonları

Kiçik leytenant       Leytenant    Baş leytenant     Kapitan
Mayor         Polkovnik-leytenant    Polkovnik
General-mayor   General-leytenant    General-polkovnik   Ordu generalı

Şəkil 32. Zabit heyətinin hərbi rütbələri
Hərbi qulluqçuların fərqlənmə nişanları.Hərbi qulluqçuların geyindiyi formasının müəyyən olunmuş yerində fərqlənmə nişanları yerləşdirilir. Hərbi nişanlar hərbi qulluqçunun hansı qoşun növündə qulluq  etdiyini bildirir.  Bunlar  paqonlar, yaxalıqlar, döş və qol nişanları, baş geyimində kokardalar, kantlar və qaytanlardır.
Azərbaycan Respublikası Silahlı Qüvvələrinə məxsus fərqlənmə nişanları Azərbaycan Respublikası Milli Məclis tərəfindən 1 yanvar 1993-cü ildən qəbul edilmişdir.
Hərbi qulluqçuların geyim formaları.Hərbi qulluqçular, hərbi vəzifəlilər toplanışlarda hərbi rütbə və qoşun növü üzrə fərqləndirmə nişanları olan hərbi geyim forması geyinirlər.  Hərbi geyim formasını, hərbi qulluqçuların fərqlənmə nişanlarını Azərbaycan Respublikasının Milli Məclisi, onların geyinilməsi və sancılması qaydasını isə  Azərbaycan Respublikasının Prezidenti təsdiq edir (şəkil 33).
Hüququ olmayan vətəndaşların hərbi qulluqçuların hərbi geyim formasını, fərqlənmə nişanları ilə geyinməsi qanunla qadağandır və cəzalandırılır.


Şəkil 33. Hərbi qulluqçuların hərbi geyim formaları

Hərbi geyim forması mərasim, gündəlik, səhra geyim formalarına və xüsusi geyimlərə, onlardan hər biri isə öz növbəsində yay və qış geyimlərinə bölünür. Mərasim geyim forması xüsusilə təntənəli hallarda, istirahər və bayram günlərində, habelə xidmətdən kənar vaxtda geyinmək üçün nəzərdə tutulmuşdur.
        Səhra geyim forması döyüş şəraitində, sutkalıq növbə və naryadlarda (qərargahlarda, idarələrdə, müəssisələrdə), təlimlərdə, manevrlərdə, döyüş növbələrində və təlim mərkəzlərindəki məşğələlərdə geyinmək üçün nəzərdə tutulmuşdur.
    Gündəlik geyim forması isə qalan bütün hallarda geyinilir.

Tapşırıqlar və suallar:
1.Hərbi qulluqçunun ümumi vəzifələrini sadalayın. 2.Əsgərin borcu nədən ibarətdir? 3. Hərbi rütbələr kim tərəfindən verilir? 4. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi rütbələrini öyrənin. 5.Hərbi geyim forması və fərqləndirmə nişanları kim tərəfindən təsdiq edilir? 6.Hərbi geyim formaları hansılardır?



§ 7. SIRA VƏ ONUN ELEMENTLƏRİ. SİLAHSIZ SIRA HƏRƏKƏTLƏRİ.
Plan
1.Sıra və onun elementləri
2.Komandirin düzülüşqabağı vəzifələri
3. Əsgərin sırada vəzifələri
4. Sıra duruşu və komandaların icra edilməsi (əməli).
Sıra və onun elementləri. Sıra təlimi hərbi qulluqçuların təlim və tərbiyə işi üzrə fənlərdən biridir. Sıra təliminə aşağıdakılar aiddir:
tək sıra təlimi;
silahla və silahsız təlim üsullarının icrası;
bölmələrin  piyada sıralarında və maşınlarla hərəkəti;
bölmələrin sıra nümayişi və sıra baxışının keçirilməsi.
Sıra- hərbi qulluqçuların bölmə və hərbi hissələrin birgə fəaliyyəti üçün Nizamnamə ilə müəyyən edilmiş düzülüşdür. Sıranın aşağıdakı elementləri var:
Cinah – sıranın kənarlarına deyilir. Sırada sağ və sol cinahlar olur. Sıra döndükdə cinahlar dəyişmir.
Ön - sıranın baxdığı tərəfdir.
Sıranın arxa tərəfi– ön tərəfin əks tərəfinə deyilir.
İnterval (ara)– üfüqi xətt boyu hərbi qulluqçular və bölmələr arasında olan məsafədir.
Məsafə-hərbi qulluqçularla bölmələr arasında dərinliyə qədər olan məsafəyə deyilir.
Sıranın eni– cinahlar arasındakı məsafəyə deyilir.
Sıranın dərinliyi– birinci cərgə ilə axırıncı cərgə arasında olan məsafə deyilir.
Açıq və yürüş sıraları– açıq sıra, bu zaman bölmələr bir cərgə, yaxud iki cərgə sıralarda bir xətt üzrə yaxud
Nizamnamədə göstərilən və komandirin əmri ilə müəyyən edilən ara sıralamaqla kolonlar xəttində düzülür.
Cərgə- Əsgərlər bir–birinin yanında bir düz xətt üzrə düzülməsidir.  
Maşın xətti– bir düz xətt üzrə bir–birinin yanında maşınların düzülməsidir.
Açıq sıralar– yoxlamalar, baxışlar, rəsmi keçidlərdə və başqa lazım olan hallarda lazım olur.  
İkicərgəli sıra– bir cərgənin hərbi qulluqçuları o biri cərgədəkilərin arxasınca dururlar.
Sıxlaşmış sıra– hərbi qulluqcular sıranın buraxdığı tərəfdə bir – birinin dirsəyindən bir addım məsafədə və ya komandirin göstərdiyi kimi yerləşirlər.
Yürüş sırası– bir bölmə sıraya düzülür, bir neçə bölmə  Nizamnamə və ya komandirlərin əmrləri ilə müəyyən edilmiş məsafələri saxlamaqla bir–birinin arxasında kolonlara düzülür.
Kolon – Nizamnamə və ya komandirlərin əmri ilə hərbi qulluqçuların bir-birinin arxasında,bir–bir,  iki–iki, üç–üç və yaxud daha çox düzülüşə deyilir.
Yönəldici–yürüş sırasında birinci duran hərbi qulluqçuya deyilir.      
Tamamlayıcı–kolonun arxasında duran hərbi qulluqçuya deyilir.
Sıraya rəhbərlik komanda və ya əmrlə yerinə yetirilir. «Bölmə-dayan!» komandasında «Bölmə» xəbərdarlıq, «dayan!» isə icraedici komandadır. Xəbərdarlıq komandası verilidikdən sonra hərbi qulluqcular «FARAGAT» vəziyyə- tində durur, hərəkətə sol ayağı ilə başlayırlar. Bölməni saxlamaq üçün komanda verilir. Komandalar səslə, fitlə, fənərlə və bayraqla verilir.
Bayraqlar uzunluğu 40 smolan düzbucaqlı parçadan ibarət, ağ və qırmızı rəngli olur. Sıraya düzülməzdən əvvəl əsgər öz silahını, ona tapşırılmış döyüş texnikasını, fərdi mühafizə vasitələrini,qazma alətlərini, döyüş sursatını, paltarını səliqəli geyinməli, yoldaşlarında olan çatışmazlıqlarına kömək etməlidir.
Komandirin düzülüşqabağı vəzifələri. Hərbi qulluqçuların düzülüşdən qabaq vəzifələri aşağıdakı kimidir:
düzülüşün yerini, vaxtını, qaydasını, geyim formasını və ləvazimatını, eləcə də hansı silahı, döyüş və digər texnikanı  götürmək lazım olduğunu göstərsin;
hərbi geyimin səliqəli geyinildiyini, ləvazimatın mövcudluğunu, eləcə də saçın səliqəli qırxılmasını yoxlasın;
sırada sıra nizamını saxlasın, bölmələrin komandaları və siqnalları düzgün yerinə yetirmələrini və hərbi qulluqçuların sırada vəzifələrini yerinə yetirmələrini tələb etsin;
piyada sıralarda durduğu yerdə komanda verərkən «FARAĞAT» vəziyyətini alsın.
Əsgərin sırada vəzifələri. Əsgərin sırada vəzifələri:
Saçını səliqəli qırxdırmış olsun;
Öz silahının, ona tapşırılan döyüş və digər texnikanın, döyüş sursatının, fərdi mühafizə vasitələrinin, qazma alətlərinin, hərbi geyim və ləvazimatın sazlığını yoxlasın;
Hərbi geyimi səliqəli və düzgün, ləvazimatını düzgün taxıb gəzdirsin, yoldaşında gördüyü nöqsanları düzəltməyə kömək etsin;
Sırada öz yerini bilsin, onu tez və təlaşsız tutmağı bacarsın, yeriş vaxtı düzlənməni, təyin edilmiş intervalı saxlasın, sıradan icazəsiz çıxmasın;
Sırada icazəsiz danışmasın və tam sakitliyə riayət etsin, öz komandirlərinin əmr və sərəncamlarına diqqətli olsun, düzgün icra etsin;
Müşahidəçi olanda sərəncamları, komandaları təhrifsiz, bərkdən və aydın ötürsün.
Sıra duruşu və komandaların icra edilməsi (əməli). Sıra duruşu sıra təliminin əsas elementlərindəndir. Sıra duruşuna «DÜZLƏN» və «FARAĞAT» komandaları ilə icra edilir (şəkil 34).
Şəkil 34. Sıra duruşu
Əmr verilərkən, məlumat verərkən, bir–birinə müraciət edərkən, Dövlət Himni çalınarkən  və əsgərə salam verərkən sıra duruşuna keçirlər.  Sıra duruşunu qəbul etmək üçün hərbi qulluqçu düz, sərbəst durmalı, dabanlarını bir yerdə, pəncələrini ön xətt üzrə bir pəncə  önündə aralı qoymalı, qıçlarını dizdən düz saxlamalı, gərgin olmalı, döşünü azca qaldırmalı, bütövlükdə bədənini bir azca qabağa verməli, qarnını yığmalı, çiyinlərini sallamamalı, qollarını elə sallamalıdır ki, ovuc içəriyə  çevrilisin, barmaqlar açıq şəkildə ombaya toxunmalı, hərəkət etməyə tam hazır olmalıdır.
«AZAD» komandasında (şəkil 35) hərbi qulluqçu sağ ayaq yerində qalmalı, sol ayağını çiyinlər qədər sola bərk vurmalı, əllər sərbəst halda olmalı, durduğu yeri tərk etməməli, danışmamalı və diqqət azaltmağa ixtiyarı yoxdur.













Şəkil 35. «Azad» və ya «Mərasim azad»

    «DÜZLƏN» komandasında hamı başını sağa döndərir, hər kəs özündən sonrakı 4-cü yoldaşının sinəsini görə bilsin.«FARAĞAT» komandasında bütün hərbi qulluqçular dərhal başlarını düz tuturlar.Bu komandada heç kəs danışmır, sadəcə hamı irəli baxır.«Baş geyimini ÇIXART!» komandasında (şəkil 36), hərbi qulluçu sağ əllə baş geyimini çıxardıb, sol əlində saxlayır.
Şəkil 36. «Baş geyimini – ÇIXART!» komandası

    «Üst–başını DÜZƏLT!» komandasında sıradan yerini tərk etmədən silahı, paltarı, ləvazimatı düzəltmək olar. Sıradan çıxmaq, hərbi qulluqçu yalnız komandirinin əmrinə görə çıxa bilər.
«OLMADI» komandasında hərbi qulluqçu əvvəlki, yəni sonuncu komandaya uyğun hərəkət edir.
Yerində dönmələr (əməli). Yerində dönmələr «Sağa-DÖN!», «Yarımsağa-DÖN!», «Sola-DÖN!», «Yarımsola-DÖN!» və «Geriyə-DÖN!» komandaları ilə yerinə yetirilir. Geriyə (1/2 çevrə qədər), sola (1/4 çevrə qədər), yarımsola (1/8 çevrə qədər) dönmə sol qola tərəf daban və sağ pəncə üstündə; sağa, yarımsağa, sağ qola tərəf, sağ daban və sol pəncə üstündə yerinə yetirilir.
    Dönmələr iki sayda yerinə yetirilir: bir sayı ilə bədənin düzgün vəziyyətini saxlayaraq ayaqları dizdən bükmədən dönməli, bədənin ağırlığını qarşıdakı ayağın üstünə keçirməli, iki sayı ilə o biri ayağı ən qısa yolla qabaqdakı ayağın yanına qoymalı.
    Yeriş addımı (əməli). Yeriş addımla və ya yüyürərək komandası ilə icra edilir. Addımla yerişin normal sürəti dəqiqədə 110-120 addım, addımın ölçüsü 70-80 sm olmalıdır.
Yüyürərək yerişin normal sürəti dəqiqədə 165-180 addım, addımın ölçüsü 85-90 sm olmalıdır.Addımlar iki cür olur: sıra və səfər addımları.
Sıra addımı, bölmələr təntənəli marşla keçdikdə, yerişdə əsgəri salam verdikdə, hərbi qulluqçular rəisə yaxınlaşdıqda və ondan ayrılanda, sıradan çıxdıqda və sıraya qayıtdıqda, habelə sıra təlimlərində tətbiq edilir.  
Sıra addımı ilə (şəkil 37, a) yeriyərkən pəncəsi qabağa dartılmış ayağı yerdən 15-20 sm qaldırmalı və onu yerə pəncə-daban üstünə möhkəm qoymalı, eyni zamanda o biri ayağı yerdən aralamalı.
Şəkil 37. a) Sıra addımı (solda); b) Səfər addımı (sağda)
Barmaqlar yarımbükülmüş vəziyyətdə, ovuclar yerə baxaraq qolların şalvarın yan tikişinə paralel olmaqla irəli, çiyin bərabərliyində geriyə yellənir.
     Səfər addımı ilə yeriyərkən «FARAĞAT» komandası ilə sıra addımlarına keçilir.Sıra addımları ilə yeriyərkən «AZAD» komandası ilə səfər addımlarına keçilir (şəkil 37, b).
Yerində addımlamanı göstərmək üçün «Yerində, addımla -  MARŞ!» komandası verilir (şəkil 38). Həmin komanda zamanı hərbi qulluqçu ayaqları qaldırmalı və göstərilmiş qaydadaendirməli, bu zaman ayaqları yerdən 15-20 sm qaldırmalı və pəncələrin qabaq hissəsindən başlayaraq pəncə-daban üstə tamamilə yerə qoymalı, qolların hərəkəti davam etməlidir. Sol ayağın yerə qoyulması ilə verilən «DÜZÜNƏ–GET!»komandası ilə sağ ayaqla yerində bir addım da atıb, sol ayaqla tam addımla yeriməyə başlamalı.
Yerişi durdurmaq üçün «Əsgər- DUR!» komandası verilir. Sağ və ya sol   ayağın
yerəqoyulması ilə bir vaxtda  verilən buŞəkil 38. Yerində
komanda ilə bir addım da atıb, o biri ayağı           addımlama
əvvəlkiayağın yanına qoyaraq «FARAĞAT» vəziyyəti almaq lazımdır.

Tapşırıqlar və suallar:
1.Sıra nədir? 2.Sıranın elementlərini sayın. 3.Sıra və cərgənin fərqi nədir? 4.Komandirin düzülüş qabağı vəzifələrini sadalayın. 5.Əsgərin sırada vəzifələri haqqında bildiklərinizi sadalayın. 6.Sıra duruşu və komandaları əməli şəkildə icra edin. 7.Sıra təliminin əsas elementlərindən olan sıra duruşu, hərbi qulluqçular tərəfindən nə vaxt  icra olunur? 8.Yerində dönmələri əməli surətdə icra edin
8.MOTOATICI MANQANIN TƏŞKİLİ VƏ DÖYÜŞ İMKANLARI
Plan
Motoatıcı manqanın təşkili
ZTR-li manqanın təşkili və silahları.
Motoatıcı manqanın döyüş imkanları.
Motoatıcı manqanın təşkili.  Motoatıcı manqa - ən aşağı taktiki bölmədir. O təşkilatca motoatıcı tağımın tərkibində olur. Motoatıcı manqa piyadanın döyüş maşını (PDM) və ya zirehli transportyor (ZTR) ilə silahlandırıla  bilər.  
PDM-li manqanın təşkili və silahları.PDM-li manqanın heyəti manqa komandirindən, tuşlayıcı operatorlardan, sürücü  mexanikdən, pulemyotçudan, qumbaraatan atıcıdan, qumbara- atan atıcının köməkçisindən, baş atıcıdan və atıcıdan ibarətdir.
Motoatıcı manqa piyadanın döyüş maşını,  Kalaşnikov tipli əl plemyotunu, tank əleyhinə əl qumbaraatanı, Kalaşnikov avtomatları, snayper tüfəngi, qəlpələnən əl qumbaraları, tank əleyhinə kumulyativ əl qumbarası  ilə təmin olunur.
Piyadanın döyüş maşınıtırtıllı, zirehli texnikadır.Manqanı uzaq məsafələrə daşımaq, manqanı düşmən hücumları zamanı mühafizə etmək, manqanın fəaliyyətini çevikləşdirmək və düşmənlə  döyüş aparması üçündür (şəkil 39).
Şəkil 39. Piyadanın döyüş maşını (PDM-2)
Heyəti 3 nəfərdir. Əlavə olaraq 7 nəfər desant götürmə qabiliyyətinə malikdir. Kütləsi 14 tondur. Güllə və qəlpə əleyhinə zirehə malikdir. Onun üzərində 100 mm–lik tank əleyhinə idarə edilən raket kompleksi, 30 mm–lik kiçikçaplı avtomatlaşdırılmış top və 7,62 mm–lik Kalaşnikov tipli pulemyot quraşdırılmışdır. Maşın şosse yolda 65 km/saat, torpaq yolda 40–50 km/saat  və su hövzələrində isə 7 km/saatla hərəkət edə bilir. Bu maşın yüksək hərəkət sürətinə malikdir və qalın qar örtüyü  olan yerlərdən asanlıqla keçə bilir. Maşın atomdan mühafizə sistemi və gecəgörmə cihazları ilə təchiz edilmişdir.  
ZTR-li manqanın təşkili və silahları. Zirehli transportyorlu manqanın heyəti manqa komandirindən, pulemyotçudan, qumbaraatan atıcıdan,  qumbaraatan atıcının köməkçisindən, snayperçidən, baş atıcıdan, 2 nəfər atıcıdan və sürücüdən  ibarətdir.
    Manqa  zirehli transportyor, kalaşnikov tipli pulemyotla, tank əleyhinə əl qumbaraatanı, kalaşnikov tipli avtomatlarla, «Draqunov» tipli snayper tüfəngi, qəlpələnən əl qumbaraları, tank əleyhinə kumulyativ əl qumbarası ilə silahlandırılır.
Zirehli transportyor ZTR–82Atəkərli döyüş maşınıdır (şəkil 40), əsasən manqanı döyüş meydanına çatdırmaq və döyüş zamanı bölməyə atəş yardımı göstərmək üçündür. Heyəti 10 nəfərdir. Qəlpə və mina əleyhinə zirehə malikdir.  Kütləsi 14,5 tondur. Zirehli transportyor 30 mm–lik kiçikçaplı avtomat- laşdırılmış topla və 7,62 mm–lik Kalaşnikovpulemyotu ilə təchiz olunub.
    Zirehli transportyor ZTR–82A şosse yolda 80 km/saatla  hərəkət edir. Su hövzələrində  isə 9 km/saatla üzə bilir. Maşın relyefe uyğun olaraq maneələrdən, dərin xəndəklərdən rahatlıqla keçə bilir.
Maşın gecəgörmə cihazları, lazer və hədəfi dəqiq vurma nişangahları, atom bombasından mühafizə sistemləri və düşmənin nişangahından qorunmaq üçün tüstüləyici bombalarla da təchiz olunub.
Şəkil 40. Zirehli transportyor ZTR – 82A

Motoatıcı manqanın döyüş imkanları.Motoatıcı manqanın döyüş imkanı-bölmələrin və hissələrin müəyyən edilmiş müddətdə və konkret şəraitdə müəyyən tapşırıqlarını yerinə yetirmək imkanlarını xarakterizə edən kəmiyyət və keyfiyyət göstəriciləridir. Döyüş imkanları şəxsi heyətin  soyadından, onun döyüş hazırlığının səviyyəsindən  və mənəvi psixoloji əhvalından, hansı silah və texnikanın olmasından, onların vəziyyətindən, bölmənin idarəetmə bacarığından, bölmə və hissələrin təşkilati quruluşundan, onların maddi vəsaitlə təchizatından asılı olur.
Manqanın döyüş imkanları onun atəşaçma və manevretmə imkanları ilə xarakterizə olunur. Manqa döyüş mövqeyində müxtəlif silahlardan istifadə edərək düşmənin tanklar və zirehli maşınlarına, alçaqdan uçan təyyarələrinə və helikopterlərinə qarşı mübarizə aparmaq, onun atəş vasitələrini və canlı qüvvəsi məhv edə bilər.  
Manqa hücumda düşmənin 1-2 tankını, zirehli transportyorunu və bir qrup əsgərini,  müdafiədə isə düşmənin 2-3 tankını, 1-2 zirehli transportyorunu və ya piyadanın döyüş maşınını, 12-15 əsgərini məhv etməyə qadirdir.
       Manqa hücumda və ya müdafiədə adətən motoatıcı tağımın tərkibində fəaliyyət göstərir, kəşfiyyatda və mühafizədə isə müstəqil olaraq fəaliyyət göstərə bilər.  Döyüş tapşırıqlarından, ərazinin xüsusiyyətlərindən və digər şəraitdən asılı olaraq, manqanın piyadanın döyüş maşını ilə (zirehli transportyorla), piyada halda, xizəkdə, bəzən isə tankla desant kimi fəaliyyət göstərməsi mümkündür.

Tapşırıqlar və suallar:
1.Ən aşağı taktiki bölmə hansıdır? 2.Motoatıcı manqa hansı bölmənin tərkibində fəaliyyət göstərir?3.Motoatıcı manqaya hansı texnikalar verilə bilər? 4. PDM-li (ZTR-li) manqanın döyüş imkanlarını xarakterizə edin. 5.PDM (ZTR) haqqında bildikləriniz üzrə təqdimat hazırlayın. 6.Manqa hücumda və müdafiədə düşmənin neçə əsgər və texnikasını məhv etmək qabiliyyətinə malikdir? 7.Döyüş fəaliyyətindən asılı olaraq manqa necə fəaliyyət göstərə bilər.





§ 9.MÜASİR ÜMUMQOŞUN DÖYÜŞÜ. MOTOATICI MANQANIN YÜRÜŞ VƏ DÖYÜŞ NİZAMI
Plan
Taktiki fəaliyyətin forması
Döyüşün fəaliyyətləri
Motoatıcı manqanın yürüş və döyüş nizamı
Döyüş tapşırıqlarının müvəffəqiyyətlə yerinə yetirilməsini təmin edən şərtlər
Taktiki fəaliyyətin forması. Müharibə aparan tərəflərin bölmə və hissələrinin mütəşəkkil silahlı toqquşmasına – döyüş deyilir. Düşməni müəyyən sahədə qısa müddət ərzində məhv etmək məqsədilə aparılır. Döyüşün atəş, zərbə və manevr formaları var.
Zərbə– düşmənin qoşun qruplaşmalarına, yerüstü, hava və dəniz obyektlərinə qoşunlarla və əldə olan bütün vasitələrlə eyni zamanda təsir göstərmək yolu ilə zərər vurulmasıdır.
Atəş– müxtəlif növ silahlardan düşmənə zərər vurulmasıdır. O, düşməni məhv etmə, susdurma, taqətdən salma və ya onun obyektlərini dağıtma tapşırığı ilə aparılır, ümumqoşun döyüşündə düşmənin məhv edilməsinin əsas üsuludur.
Manevr– taktiki fəaliyyətlərə hazırlıq vaxtı və onun gedi- şində qoşunların, bölmələrin mütəşəkkil şəkildə yeni həddə və ya rayona hərəkəti və ya yerdəyişməsi, zərbə və atəşin köçürül- məsi və ya yenidən istiqamətləndirilməsinə deyilir
Döyüş ona cəlb edilən güc və vasitələrdən asılı olaraq ümumqoşun döyüşü, hava hücumundan müdafiə döyüşü, hava döyüşü və dəniz döyüşü ola bilər.
Ümumqoşun döyüşü- Quru Qoşunlarının birləşmə, hissə və bölmələrinin taktiki fəaliyyətinin əsas forması kimi, bölmələrin bir sıra birgə əməliyyatların (desant, desant-əleyhinə) əsasını təşkil edir və Quru Qoşunlarının müxtəlif qoşun növləri və xüsusi qoşunlarının, Hərbi Hava Qüvvələrinin, Hərbi Dəniz Qüvvələrinin birləşmə, hissə və bölmələrinin birgə səyi ilə aparılır.
Müasir ümumqoşun döyüşü- yüksək gərginliyi, döyüş fəaliyyətlərinin dinamikliyi və iti sürətliliyi, yerüstü və hava xarakterli olması, eyni vaxtda güclü atəş təsirinə məruz qal- ması, döyüş tapşırıqlarının yerinə yetirilməsi zamanı müxtəlif döyüş üsulların tətbiq edilməsi, mürəkkəb taktiki vəziyyət və döyüş fəaliyyətinin bir növündən digərinə sürətli keçilməsi ilə səciyyələnir.
Ümumqoşun döyüşündə iştirak edən bölmələrdən kəşfiyyatın fasiləsiz aparılması, silah və hərbi texnikanın, mühafizə və maskalanma vasitələrinin bacarıqlı tətbiqi, yüksək hərəkətlilik və mütəşəkkillik, bütün fiziki və mənəvi gücün tam gərginliyi, yenilməz qələbə əzmi, möhkəm intizam və birlik tələb olunur.
Döyüşün fəaliyyətləri. Döyüş fəaliyyətinin əsas növləri- hücum və müdafiə hesab olunur.
Hücumdöyüşün əsas növüdür. Hücumun mahiyyəti düşmənə zərbə endirməkdən, qətiyyətli həmlədən, düşmənin yerləşdiyi sahənin içərilərinə sürətlə hərəkət etməkdən, onun canlı qüvvələrini məhv etmək və əsir götürməkdən, silahlarını və hərbi texnikasını ələ keçirməkdən, tutduğu ərazisini almaqdan ibarətdir.
Həmlədüşməni məhv etmək üçün atəşin ən yüksək gərginliyi ilə bölmələrin, hissələrin döyüş nizamında sürətlə irəli hərəkəti, hücumun ən həlledici mərhələsidir.
Müdafiəməcburi və qabaqcadan düşünülən döyüş növüdür. Bu qüvvədə üstünlüyə malik düşmənin hücumunu dəf etmək, müəyyən istiqamətləri, rayonları, obyektləri əldə saxlamaq, ikinci dərəcəli istiqamətlərdə qüvvə və vasitələrlə qənaət etmək, əsas istiqamətdə düşmən üzərində üstünlük qazanmaq üçün tətbiq olunur.
Müdafiənin mahiyyəti düşmən hərəkətdə olarkən, çıxış mövqeyi tutarkən, həmlə edərkən və tutulmuş rayonu, obyektləri, mövqeləri qoruyub saxlamaq uğrunda döyüşün gedişi zamanı ona zərbə endirməkdən ibarətdir.


Taktiki işarələr
Manqa hücumda və ya müdafiədə motoatıcı tağımın tərkibində fəaliyyət göstərir, kəşfiyyatda və mühafizədə isə müstəqil olaraq fəaliyyət göstərir.
Motoatıcı manqanın yürüş və döyüş nizamı. Motoatıcı manqa yerinə yetirdiyi tapşırıqdan, düşmənin hərəkətlərindən və ərazidən asılı olaraq yürüş və döyüş nizamında ola bilər.
Yürüş nizamı. Bu piyada halda fəaliyyət zamanı yürüş üçün manqanın kolon sırasına düzülməsidir. Yürüş nizamı manqanın yüksək hərəkət sürətini, döyüş nizamına tez düzülməsini və şəxsi heyətin qüvvələrinin saxlanılmasını təmin etməlidir. Manqanın yürüş nizamı bircərgəli və ya ikicərgəli kolonda ola bilər.
Piyadanın döyüş maşınında (zirehli transportyorda)  fəaliyyət göstərən manqa tağım kolonunda hərəkət edir və burada maşınlar bir-birinin ardınca müəyyən edilmiş məsafədə düzülür. Manqalar yürüş nizamında 50-70 metr məsafədə olmalıdır.
Döyüş nizamı. Döyüş aparmaq üçün manqanın düzülüb yerləşməsinə döyüş nizamı deyilir. Piyada halda keçərkən manqanın döyüş nizamı həmlə sırası zəncirindən və piyadanın döyüş maşınından ibarət olur. Zəncirdə əsgərlər arasında ara məsafə 6 - 8 metr (8-12 addım) olur (şəkil 41).
Şəkil 41.  Motoatıcı manqanın  həmlə zənciri sırasında
doyüş düzülüşü
Əgər zəncirdə 7 nəfər hücuma keçirsə, onda döyüşçülər arasındakı məsafə manqanın hücum cəbhəsinin eni 50 metrədək olacaqdır. Zəncir adətən tankların ardınca, öz artilleriya mər- milərinin partlayışlarından şəxsi heyyətin təhlükəsizliyi aşa- ğıdakı kimidir:
tanklar üçün  200 m;
zirehli maşınlar üçün 300 m;
piyadalar üçün 400 m.
Motoatıcı manqa müdafiə olunanda 60-80 m-dək enində mövqə düzəldir, ön xətdə və cinahda düşmənin hücumunu dəf edir.  Manqanın müdafiə  xəttində əsgərlər arası məsafə 8 – 10 metr (12 – 15 addım) olmalıdır (şəkil 42).  
Şəkil 42 Motoatıcı manqanın müdafiədə döyüş düzülüşü
Piyadanın döyüş maşını ərazinin relyefindən istifadə etməklə cinahda,  zəncirin arxasında, bəzən isə zəncirdə irəliləyir və manqaya atəş yardımı göstərir. Piyadanın döyüş maşınında yerləşən motoatıcı manqa, maşınlar arası məsafədə 100 m-dək olmaqla tağımın döyüş xəttində hücuma keçir. Piyadanın döyüş maşını atəş mövqeyini manqanın mövqeyinin ortasında, cinahda və ya ondan 50 m-dək arxada yerləşdirməlidir.
Döyüş tapşırıqlarının müvəffəqiyyətlə yerinə yetirilməsini təmin edən şərtlər. Döyüş tapşırıqlarının müvəffəqiyyətlə yerinə yetirilməsini təmin edən şərtlər bunlardır:
daimi yüksək döyüş hazırlığı,
düşmənin vaxtında aşkar olunması və atəşlə məhv edilməsi,
əməliyyatın aktivliyi, sürəti, qətiyyəti və düşmən üçün gözlənilməzliyi;
atəşin hərəkətlə bacarıqlı surətdə əlaqələndirilməsi və manevr işlədilməsi,
döyüş zamanı daim və dəqiq birgə fəaliyyət göstərilməsi,
gecə bacarıqla hərəkət etmək,
döyüşün təminatı və idarəetmə məharəti.
Daimi yüksək döyüş hazırlığı-şəxsi heyətin öz vəzifələrini düzgün dərk etməsi, mükəmməl öyrədilməsi, yüksək psixoloji- mənəvi vəziyyəti, möhkəm hərbi intizam və sayıqlığı, eləcə də lazım olan hər şeylə təmin olunmasına nail olunur.
Düşmənin vaxtında aşkar edilməsi-fasiləsiz surətdə müşahidə aparılan şəraitdə mümkündür. Düşməni atəşlə məhv etməyə daha yaxşı nail olmaq üçün hədəfləri vaxtında aşkar etmək, silahı onun döyüş xassələrinə müvafiq tətbiq etmək, qəflətən və dəqiq atəş açmaq lazımdır. Əməliyyatların aktivliyi, sürəti, qətiyyəti və gözlənilməzliyinə düşməni hərtərəfli öyrənmək, düşmənə endirilən zərbənin və açılan atəşin nəticələrindən dərhal istifadə etmək, maneələri və çətin keçən yerləri bacarıqla dəf etmək üçün şərait yaradır.
Arasıkəsilməz və dəqiq qarşılıqlı fəaliyyət-döyüş tapşırığını daha müvəffəqiyyətlə yerinə yetirmək üçün onların fəaliyyətinin tapşırıq, mövqe və hərəkət vaxt üzrə öz aralarında və qonşularla razılaşdırılmasından ibarətdir.
Atəş mövqeyi– atəş açmaq üçün atəş vasitəsinin yerləşdiyi və ya yerləşməsi üçün hazırlanmış yer sahəsinə deyilir.

Tapşırıqlar və suallar:
1.Döyüş nədir? 2.Döyüşün hansı növlərini tanıyırsınız? 3.Müasir döyüş dedikdə nə başa düşürsünüz? 4. Hücum və müdafiə haqqında haqqlnda bildiklərinizi izah edin. 5.Manqanın yürüş nizamı neçə cərgədən ibarət ola bilər? 6. Döyüş nizamı nədir? 7.Hücum zamanı əsgərlər arası məsafə nə qədər olmalıdır? 8.Müdafiə zamanı əsgərlər arası məsafə nə qədər olmalıdır? 9.Öz artilleriya mərmilərimizin təhlükəsizlik məsafəsi nə qədər olmalıdır? 10.Atəş mövqeyi dedikdə nə başa düşürsünüz?





§ 10.BÖLMƏLƏRİN DÖYÜŞ TƏMİNATI
Plan
1.Döyüş təminatı
2.Kəşfiyyat
3. Kütləvi qırğın silahlarından mühafizə
Döyüş təminatı. Döyüş təminatı- bölmələri və hissələri yüksək döyüş hazırlığı vəziyyətində saxlamağa, mütəşəkkil və vaxtında döyüşə başlamaq və döyüş tapşırıqlarını müvəffəqiyyətlə yerinə yetirmək üçün əlverişli şərait yaratmağa, habelə düşmənin qəflətən hücumunun qarşısını almağa və ya qabaqcadan xəbər verməyə, onun zərbələrinin təsirini azaltmağa yönəldilmiş tədbirlər sistemidir. Döyüş təminatının aşağıdakı növləri var:
Kəşfiyyat;
Kütləvi qırğın silahlarından mühafizə;
Maskalanma;  
Mühəndis təminatı;  
Kimyəvi təminat;
Mühafizə.
Kəşfiyyat.Kəşfiyyataaşağıdakı tələblər verilir: məqsədə- uyğunluq, fasiləsizlik, tapşırığın vaxtında yerinə yetirilməsi, gizlilik, məlumatların dəqiqliyi, kəşfiyat aparılan hədəflərin və obyektlərin dəqiq koordinatlarının təyin edilməsi. Kəşfiyat aparmanın üsulları aşağıdakı kimi yerinə yetirilir:
Müşahidə etmək;
Dinləmək, qulaqasma;
Pusquya salmaq;
Döyüşlə kəşfiyyat aparmaq;
Əhalinin sorğu-suala tutulması;
Yerli əşyaların gözdən keçirilməsi;
Düşmən tərəfindən ələ keçmiş sənədlərin öyrənilməsi.
Kütləvi qırğın silahlarından mühafizə. Kütləvi qırğın silahlarından mühafizə- nüvə,kimyəvi və bakterioloji silah- ların zədələyici təsirini maksimum zəiflətmək, bölmələrin şəxsi heyətinin döyüş qabiliyyətini saxlamaq, onların qarşısına qoyulmuş döyüş vəzifələrini müvəffəqiyyətlə yerinə yetirilməsini təmin etmək məqsədilə təşkil edilir.
    Maskalanma. Maskalanma- öz bölmələrinin dəqiq yerini və vəziyyətini düşməndən gizlətmək, bölmələrin döyüş qabiliyyətini saxlamaq və onların qəfildən fəaliyyətini təmin etmək məqsədilə həyata keçirilir.
Mühəndis təminatı. Mühəndis təminatı- bölmələrin döyüş vəzifələrini müvəffəqiyyətlə yerinə yetirilməsinə şərait yaratmaq, şəxsi heyəti və hərbi texnikanı bütün zədələyici vasitələrdən mühafizə etmək məqsədilə təşkil olunur və yerinə yetirilir.
Kimyəvi təminat. Kimyəvi təminat- bölmələrin döyüş tapşırıqlarını radioaktiv, kimyəvi, bakterioloji zəhərlənmə şəraitində yerinə yetirilməsinə lazımi imkanlar yaratmaq, habelə özlərinin fəaliyyətini tüstü və aerozollar vasitəsilə maskalamaq məqsədilə təşkil edilir.
Mühafizə.Mühafizə - düşmən kəşfiyyatçılarının bölmələrə soxulmasına yol verməmək, düşmənin qəfildən basqının qarşısını almaq və öz bölmələrinin döyüşə mütəşəkkil girməsindən ötrü lazımi vaxt qazanmaq məqsədilə təşkil edilir.

Tapşırıqlar və suallar:
1.Döyüş təminatı nədir və hansı növləri var? 2.Kəşfiyyata verilən tələblər hansılardır? 3.Kəşfiyyat aparmanın üsullarını sayın. 4.Düşmənin tətbiq etdiyi kütləvi qırğın silahlarından niyə mühafizə olunmaq vacibdir? 5.Bölmələrin maskalanması nə üçün döyüşdə vacib element sayılır? 6.Mühəndis təminatı nə üçün təşkil olunur? 7.Mühafizə nədir?




§ 11. KALAŞNİKOV TİPLİ AVTOMATLARIN QURULUŞU VƏ DÖYÜŞ XASSƏLƏRİ.
PATRONUN QURULUŞU
Plan
Atıcılıq hazırlığının mahiyyəti
Silahların tarixi və növləri
Kalaşnikov tipli avtomatların təyinatı və döyüş xassələri
Avtomatın quruluşu
Atıcılıq hazırlığının mahiyyəti. Güllə atıcılığı və onun tədrisi metodikası kursu Atəş hazırlığı və Hərbi hazırlıq fənnləri ilə sıx əlaqəli surətdə tələbələrin nəzəri, əməli və metodiki hazırlığını nəzərdə tutur. Bütün dərslərdə tələbələrə silahdan inamla istifadə etmək vərdişi aşılanır, atıcılıq hazırlığının hərbi-tətbiqi mahiyyəti göstərilir, müəyyən edilmiş təhlükəsizlik qaydalarına əməl etmək öyrədilir. Bütün qrup dərslərində və əməli dərslərdə vaxtın müəyyən hissəsini atəş açmağın texnikasının öyrənilməsinə və silahın hazırlanmasına sərf edərək tələbələrə əməli və metodiki vərdişlər aşılanır.
Silahların tarixi, növləri.İlk dəfə odlu silah XIV əsrdə Çində ixtira olundu. Daha sonra bu odlu silahlar Yaxın Şərqə, Avropaya və Afrikaya yayıldı. Hətta silahda istifadə olunan barıtı da çinlilər ixtira edib. Bu isə IX əsrdə ixtira olunub. Silahlar 2 yerə bölünür: soyuq silahlar və odlu silahlar.
Soyuq silahlarabıçaq, şüşə parçası, kəsici alətlər, sağlamlığa zərər verə biləcək bütün bərk əşyalar aiddirlər.
Mərmisi barıtın yanması ilə əmələ gələn təzyiq nəticəsində istiqamətlənmiş hərəkət edən və hədəfi məhv etmək qabiliyyətinə malik olan silahlara isə odlu silahlardeyilir. Odlu silahlara tapança, avtomat, tüfəng, pulemyot, raket, top mərmisi və s. daxildir.
Dünyada ilk dəfə, 1913–1916-cı illərdə rus silah ustası, Vladimir Qriqoryeviç Fyodorov tərəfindən 7,62 və 6,5 mm-lik avtomatlaşdırılmış tüfəng nümunələri hazırlanmışdır. Avtomatlaşdırılmış tüfənglərin hazırlanmasında rus silah ustaları V.A.Deqtyaryov və Q.S.Şpaginin böyük rolu olmuşdur.
II Dünya müharbəsi illərində Q.S.Şpagin  7,62 mm-lik  PPŞ–41 tipli sovet tapança–pulemyot (şəkil 43) nümunəsi hazırladı.
II Dünya müharibəsindən sonra, 1947-ci  ildə Mixayıl Timo- feyeviç Kalaşnikov  AK-47 tipli avtomat, 1960–1970-ci  illərdə isə  7,62 mm-lik AKM  və  5,45 mm-lik AK–74 avtomat nümunələri hazırlanmışdır.


Şəkil 43. 7,62 mm-lik
PPŞ-41 tipli sovet
tapança-pulemyot





Bu silahlar 1974-cü ildən SSRİ Silahlı Qüvvələrinə qəbul edilmişdir (şəkil 44). Avtomat quruluşca sadə olmaqla bərabər yüksək döyüş və istismar kefiyyətlərinə malikdir.Bu avtomat- ların əsasında çox yaxşı döyüş xüsusiyyətlərinə malik Kalaşnikov əl pulemyot nümunələridə hazırlanmışdır.
Dünyada ən effektli silah kimi tanınır.Dünyanın 70%-i  AKM və ya AK-74 tipli avtomatla silahlanıb. Silah istehsalına görə Rusiya dünyada I və II yerləri bölüşdürür.


5.45 mm-likKakaşnikov tipli avtomat, AK-74





7,62 mm-lik Modernləşdirilmiş Kalaşnikov tipli avtomat, AKM




5,45 mm-lik qundağı qatlanmış Kalaşnikov tipli avtomat,
AKS-74


5,45 mm-lik qundağı və lüləsi qısaldılmış Kalaşnikov tipli avtomat, AKS-74U


Şəkil 44.  Kalaşnikov tipli avtomatların ümumi görünüşü

Kalaşnikov tipli avtomatların təyinatı və döyüş xassələri.Kalaşnikov avtomatı - fərdi silahdır, düşmənin canlı qüvvəsini məhv etmək üçündür (cədvəl 2). Əlbəyaxa döyüşdə avtomatla süngü–bıçaq taxılır. Avtomatdan 2 cür atəş açmaq olar:  avtomatik  və tək – tək atəş.
Cədvəl 2
S/s
Atıcı silahların döyüş xassələri
Atıcı silahlar



AK
AKS
AKSU
AKM
EM

1
Çapı, mm
5.45
5.45
5.45
7.62
5.56

2
Nişangah məsafəsi, m
1000
1000
500
1000
1000

3
Yer hədəfinə məsafə
500
500
500
500
500

4
Hava hədəfinə məsafə
800
800
-
400
700

5
Döş hədəfinə məsafə
440
420
-
350
425

6
Qaçan hədəfə məsafə
625
615
350
525
610

7
Atəş tempi, dəq/at
650
600
700
600
660

8
Atəşin sürəti
fasiləsiz

9
Növbələrlə atəş
150
100
100
100
150

10
Tək – tək atəş
40
40
40
40
50

11
Tam çəkisi, kq
3.6
3.6
3.0
3.8
3.8

12
Süngü–bıçağın çəkisi
490
370
370
370
370

13
Darağın tutumu, ədəd
30
30
30
30
30,40

14
Güllənin uçuş məsaf.,
3150
3000
-
3000
3150

15
Güllənin təsir etmə məsafə,m
1350
1500
1100
1500
1400

16
Yivlərin sayı
4
4
4
4
4

17
Güllənin sürəti, m/san
900
800
735
715
860


Avtomatın quruluşu.Avtomatın quruluşu aşağıdakı kimidir (şəkil 45): lülə, lülə qutusu, nişangah tərtibatı və qundaq; lülə qutusunun qapağı; süngü-bıçaq; qaytarıcı mexanizmi; çaxmaq çərcivəsi qaz porşeni ilə birlikdə; qaz borusu; çaxmaq; lülə yatağı; daraq; buraxıcı–zərbə mexanizmi.
Avtomatın hissə və  mexanizmlərinin təyinatı, iş prinsipi.Avtomatı döyüşdə bacarıqla işlətmək, atış zamanı yaranan ləngimə və nasazlıqları tez aradan qaldırmaq üçün onun hissə və mexanizmlərinin işini bilmək lazımdır.
Lülə güllənin uçuşunu istiqamətləndirmək, gülləyə başlanğıc sürəti vermək və güllənin fırlanmasına kömək edir.Çapı yivlər arasında qarşı–qarşıya yerləşən iki sahə arasındakı məsafəyə deyilir. Lülə qutusuavtomatın hissə və mexanizmini birləş- dirmək, lülə kanalının çaxmaqla bağlanmasını təmin etmək, çaxmağı kilidləmək üçündür.Lülə qutusunun qapağılülə qutu- sunda yerləşən hissə və mexanizmini çirklənmədən qoruyur. Nişangah müxtəlif məsafələrdəki hədəflərə atəş açarkən avtomatı tuşlamaq üçündür.  
Şəkil 45.  Kalaşnikov avtomatının əsas hissələri.
1-lülə, lülə qutusu, nişangah mexanizmi və qundaqla birlikdə; 2-lülə qutusunun qapağı; 3-süngü bıçaq; 4-qaytarıcı mexanizm; 5-çaxmaq çərçivəsi və qaz porşeni ilə birlikdə; 6-qaz borucuğu; 7-çaxmaq; 8-lülə yatağı; 9-daraq; 10-buraxıcı mexanizm.

Arpacıq  hər hansı hədəfə nişan almaq üçün istifadə olunur. Çaxmaq çərçivəsivə qaz porşeni çax- mağı və buraxıcı–zərbə mexanizmini hərəkətə gətirmək üçündür.Çaxmaq patronu xəzinəyə ötürmək, lülə kanalını bağlamaq, kapsulu vurub atəş açmaq, gilizi çıxarıb tullamaq üçündür. Xəzinəlülənin arxa hissəsi hamar formalı olduğuna deyilir.Qaytarıcı mexanizmçaxmağı çaxmaq çərçivəsi ilə birlikdə irəliyə qaytarmaq üçündür. Qaz borucuğulülə üstlüyü ilə qaz porşeninin hərəkətini yönəltmək və atəş vaxtı əli yanmaqdan qorumaq üçündür. Buraxıcı-zərbə mexanizmiavtomatik və tək–tək atəş açmaq, atəşi dayandırmaq, çaxmaq bağlanmış vəziyyətdə ikən atəş açılmasının qarşısını almaq və avtomatı qoruyucuya qoymaq üçündür. Tətik etibarlı atəş açmaq üçün- dür. Daraq patronların yerləşməsi və onların lülə qutusuna verilməsi üçündür. Süngü-bıçaqavtomatla həmləyə keçməz- dən əvvəl birləşdirilir, düşməni əlbəyaxa döyüşdə məhv etmək üçündür, eləcə də, adi bıçaq, mişar, metal kəsmək, kəlbətin və çəkic kimi istifadə etmək olar.
Patronun quruluşu və növləri.Döyüş patronu güllədən, gilizdən, barıt atımından  və kapsuldan ibarətdir (şəkil 46). Gülləqılafdan, polad və ya qurğuşun özəkdən ibarət olur. Gilizpatronun bütün hissələrini birləşdirmək, barıt atımını kənar təsirlərdən qorumaq və barıt qazının çaxmaq tərəfə yönəlmə-
sinin qarşısınıalmaq üçündür.
Giliz gövdədən, ağız və dib hissələrdən ibarətdir.Barıt atımıgülləyə hərəkət qüvvəsi vermək
üçündür. O, proksilin barıtdanŞəkil 46.  Adi patronuntəsviriibarətdir.
Kapsulbarıt atımını alışdırmaq üçündür.Güllənin növləri aşağıdakılardır:
Adi güllələrdüşmənin açıqdadeşə biləcək maneələr arxasındayerləşən canlı qüvvəni məhv etmək üçündür.
İzburaxan güllələrdüşmənin canlı qüvvəsini məhv etmək, eləcə də atəşi dəqiqləşdirmək və hədəfi göstərmək üçündür.
Zirehdələn yandırıcı güllələrdüşmənin maye yanacaq anbarlarını alışdırmaq və yüngül zirehli örtüklər arxasındakı canlı qüvvələri 300 metrədək məsafələrdə məhv etmək üçündür.

Tapşırıqlar və suallar:
1.Güllə atıcılığı hansı məsələləri əhatə edir? 2.Silahların tarixi haqqında təqdimat hazırlayın. 3.Silahların hansı növləri var? 4.Kalaşnikov tipli avtomatın təyinatı və döyüş xassələrini öyrənin. 5.Kalaşnikov tipli avtomatın hissələ- rini sadalayın.6.Patronun quruluşunu sadalayın. 7.Güllənin növləri haqqında nə bilirsiniz? 8.Adi güllə ilə zirehdələn yandırıcı güllələr arasındakı fərqi izah edin.


§12. AVTOMATIN TƏMİZLƏNMƏSİ, YAĞLANMASI VƏ SAXLANILMASI. AVTOMATIN NATAMAM SÖKÜLMƏSİ VƏ YIĞILMASI
Plan
Avtomatın təmizlənməsi, yağlanması və saxlanılması
Avtomatın natamam sökülməsi və yığılması
Silah və patronla davranarkən təhlükəsizlik qaydalarına riayət edilməsi qaydaları
Avtomatın təmizlənməsi, yağlanması və saxlanılması. Avtomatı həmişə təmiz,saz halda,hər an döyüşə hazır vəziy- yətdə saxlamaq lazımdır. Avtomatı təmizləyərkən onun ləvazi- matından və ağac çubuqlarından istifadə edilir. Avtomatın ləvazimat əşyaları (şəkil 47) onu təmizləmək, yağlamaq, avto- matı sökmək və yığmaq üçündür. O, aşağdakılardan ibarətdir:
Sünbəavtomatın lülə kanalını kanal və boşluqları təmizləmək, yağlamaq üçündür. Silgəclülə kanalını, avtomatın digər hissələrini təmizləmək və yağlamaq. Fırçalülə kanalını lülə təmizləyən xüsusi məhlullar (RÇS, RJ) təmizləyərkən tətbiq edilir. Vintaçan, toxmaq və sancaq – avtomatı sökərkən və yığarkən işlədilir. Vintaçanın ucundakı kəsik avtomatın arpacığını bər- kitmək və açmaq üçün,yan tərəfindəki kəsik isə silgəci sün- bəyə bərkitmək üçün tətbiq edilir.Sancaq buraxıcı zərbə mexanizmi yığarkən tətbiq edilir. Penalsilgəci, fırçanı, toxmaq, vintaçan və toxmağı yığıb saxlamaq üçündür.  Penalın yanlarındakı deşik-avtomatın lüləsini silərkən sünbəni keçirmək, oval formalı deşik-vintaçanı keçirtmək, düzbucaqlı deşik–avtomatı söküb–yığarkən qaz borucuğunun bağlayıcısını döndərmək üçündür.
Şəkil 47.  Ehtiyat avadanlıqlar ləvazimatları
1. sünbə; 2. silgəc;  3. fırça;   4. vintaçan;  5. toxmaq;  6. sancaq;   7. penal;  8. penalın qapağı;   9. yağ qabı.

Penal qapağının yanındakı deşiklər–toxmağı taxmaq üçündür. Yağ qabıyağı saxlamaq üçündür, onu daraqlar çantasının cibində saxlayırlar.
Silahların təmizlənməsi manqa komandirinin rəhbərliyi altında yeinə yetirilir.
Avtomat aşağıdakı hallarda təmizlənir:
atışa hazırlanma zamanı;
atışdan sonra;
çöldəki məşğələlərdən sonra;
döyüş əməliyyatları vaxtı;
uzun müddət davam edən təlimlər zamanı;
döyüş səngiyən hallarda;
təlimdə fasillələr vaxtı və hava şəraiti pis olduğu halda.
Əsgər avtomatdan istifadə etməyibsə, onu həftədə 1 dəfədən gec olmayaraq təmizləyirlər.
Avtomatın hissə və mexanizimlərini təmizləyib yağlamaq üçün aşağıdakı məhlullar və materiallar lazımdır:
duru silah yağı;
adi silah yağı (RJ, qışda donmayan, yayda əriməyən);  
lülə təmizləyən məhlul (RÇS);
KV-22 kağızı (yağlı kalka) və kəpitkə lifi (ancaq lülə kanalını təmizləmək üçün).
Avtomatın hissə və mexanizmlərinn aşağıdakı qaydada təmizləyirlər:
təmiz əsgi parçası üzərində və ya faner stollarda yerləş- dirirlər.
silahı təmizləmək üçün avtomatı 450 bucaq altında (daraq çıxarılıb) göyə atəş vəziyyətində tuturlar.
qoruyucunu açıb çaxmaq çərçivəsini çəkib atəşvəziyyə- tinə gətirir.
atəş açırıq, sonra avtomatın hissə və mexanizmlərini ardıcıllıqla sökürük.
lülə kanalını təmizləmək üçün sünbəni penalın yan deşik- lərindən salıb, ucluğuna silgəci bərkidib silirik.
sünbəni lülə kanalından çıxarıb kəpitkə lifini taxırıq və bir neçə dəfə təkrar edirik. Əgər lülə kanalında yanıq izləri, pas, çirk aşkar edilərsə lülə kanalının təmizlənməsi (duru yağın köməyilə) davam etdirilir.
lülə kanalını yağla təmizlədikdən sonra, quru əski ilə təmizləyirik.
sonra avtomatın ağız hissəsindən xəzinə hissəsinə baxmaq üçün işığa yönəldirik ki, lülənin kənarında pas, çirk qalmasın(lülənin içi parıldamalıdır).
qaz kamerasını, qaz borucuğu, kampensatoru silah yağı ilə təmizləyib qurulayırıq.
lülə qutusunu, çaxmaq çərcivəsi, çaxmaq və qaz porşenini təmizləyirik.
Avtomatı təmizlədikdən sonra rəhbərə məlumat veririk. Avto- matı aşağıdakı qaydada yağlayırlar:
lülə kanalını, xəzinəni silgəc vasitəsi ilə;
avtomatın qalan bütün metal hissələrinin səthinə yağ
hopdurulmuş əsgi vasitəsilə nazik yağ qatı çəkirlər, lakin ağac hissələr yağlanmır (artıq yağ hissə və mexanizmin çirklənməsinə səbəb olur, atəş vaxtı əngəl törədir).  
Avtomatın natamam sökülməsi və yığılması. Avtomatın sökülməsi masa üzərində və ya təmiz döşənək üzərində yerinə yetirilir. Hissə və mexanizmlərin sökülməsi ardıcıllığı üzrə yerləşdirilir. Bu zaman ehtiyatlı olmaq, hissələri bir-birindən aralı söküb yığmaq zamanı güc, zərbə tətbiq etmək olmaz.  Avtomat tam və ya natamam sökülə bilər.  
Avtomatın tam sökülməsi aşağıdakı hallarda ola bilər: çox çirklənən hallarada; yağışın altında olarkən; qumlu və qarlı yerlərdə qalarkən; təmir vaxtı və başqa növ yağla yağlanarkən. Avtomatın natamam sökülməsi aşağıdakı kimidir (şəkil 48) :
sol əllə avtomatı qundağın boynundan və ya lülə yatağından, sağ əllə isə daraqdan tutub baş barmaqla darağın rəzəsini basmaq, darağın aşağı hissəsini bir qədər irəli verməklə onu avtomatdan ayırmaq və xəzinədə patron olmadığını yoxlamaq (1);
ehtiyat avadanlıqlar ləvazimat qutusunu (penalı) avtoma- tın qundaq yuvasından çıxartmaq (2);
sünbəni və kompensatoru lülədən ayırmaq (3);
lülə qutusunun qapağını (solda, 4) və daha sonra qaytarıcı mexanizmi avtomatdan ayırmaq (5);
çaxmaq çərçivəsinin çaxmaqla birlikdə çıxartmaq (6);
çaxmağın çaxmaq çərçivəsindən ayırmaq (7);
qaz borucuğunun lülə üstlüyü ilə birlikdə çıxartmaq (8).
     Avtomatı yığarkən onun bütün mexanizmlərini ardıcıllıqla yığmaq lazımdır.  











1.Darağı avtomatdan ayırmaq;












2.Penalı avtomatın qundaq yuvasından çıxartmaq
















3.Sünbənin (solda) və kompensatorun (sağda) lülədən ayırılması

4.Lülə qutusunun qapağının ayırılması












5. Qaytarıcı mexanizminin çıxarılması qaydası





6. Çaxmaq çərçivəsinin çaxmaqla birlikdə çıxarılması







7. Çaxmağın çaxmaq çərçivəsindən ayrılması qaydası









8. Qaz borusununlülə üstlüyü ilə birlikdə ayrılması qaydası



Şəkil 48. Avtomatın natamam sökülməsi qaydası

Silah və patronla davranarkən təhlükəsizlik qaydalarına riayət edilməsi qaydaları.Avtomat boşaldılmış halda pirami- dada saxlanılır. Avtomat divardan və pəncərədən 1,5 m kənarda saxlanılır. Otağın temperaturu+180C olmalıdır. Otaqda nəmişlik 70% çox olmamalıdır. Məşğələ zamanı təhlükəsizlik tədbirləri aşağıdakılardır:
atış üsulları və qaydaları öyrədilən məşğələlər;
atış keçirərkən təhlükəsizliyi təmin edən işləri düzgün təşkil etmək;
tirdə müəyyən edilmiş qaydaları bilmək;
atış meydanında qaydaları dəqiq yerinə yetirmək.
     Avtomatın və patronların quruluşunu öyrənərkən yerinə yetirilən təhlükəsizlik qaydalarına bu məşğələlər zamanı da ciddi riayət olunmalıdır. Darağa patron doldurulması–darağa patron doldurmaq üçün onu ağzı yuxarı və qabarıq tərəfi sola olmaqla sol əldə saxlamaq, patronları isə onların güllələri çeçələ barmağı tərəfə olmaqla sağ əldə elə tutmaq lazımdır ki, gilizlərinn dibi baş və şəhadət barmaqlarından bir qədər yuxarıda dayansın.
     Avtomatı atəşdən sonra aşağıdakı qaydada baxış keçirilir:
darağı avtomatdan ayırmaq;
avtomatı qoruyucudan ayırmaq, çaxmaq çərçivəsini geriyə çəkmək, patronun xəzinədən çıxıb–çıxmadığını nəzərdən keçirmək;
avtomatdan tətiyi çəkmək, qoruyucuya qoymaq;
patronları daraqdan çıxartmaq;
darağı avtomata birləşdirmək.
      Boşaldılandan sonra avtomata baxış keçirilir, bu məqsədlə «Silahı - baxışa»komandası verilir. Bu komanda ilə uzanmış vəziyyətdə olarkən darağı çıxartmaq və onu ağzı özünüzə tərəf avtomatın yanına qoymalı, avtomatı qoruyucudan azad etməli, çaxmaq çərcivəsini geriyə çəkməli, avtomatı sola döndürməli. Komandir xəzinəni və darağı nəzərdən keçirdikdən sonra, çaxmaq çərcivəsini irəliyə vermək, tətiyi çəkmək, avtomatı qoruyucuya qoymaq, darağı avtomata birləşdirmək və avtomatı «Qayışa»vəziyyətdə saxlamaq lazımdır.

Tapşırıqlar və suallar:
1.Avtomatı təmizləmək üçün hansı vasitələrdən və ləvazi- matlardan istifadə olunur? 2.Ehtiyat avadanlıqlar ləvazi-matının (penalın) əşyalarının adlarını sadalayın. 3.Avtomatı hansı hallarda təmizləyirlər? 4.Avtomatın hissə və mexanimlərini hansı hallarda təmizləyirlər? 5.Avtomatı hansı hallarda sökmək olar? 6.Avtomatın natamam sökülməsi qaydasını öyrənin. 7.Silah və patronla davranarkən təhlükəsiz qaydaları ilə tanış olun. 8.Avtomat boşaldıqdan sonra hansı komanda verilir?








§13. FÖVQƏLADƏ HALLAR VƏ ONLARIN TƏSNİFATI
Plan
Fövqəladə hallar və onların təsnifatı
Fövqəladə hallar
Təbii fəlakətlərin qısa xarakteristikası
Fövqəladə hallar və onların təsnifatı. Atom elektrik stansi- yalarında, dəmir yollarında, güclü təsirli zəhərli maddələr istehsal edən müəssisələrdə baş verən qəzalar, böyük maddi itkilər, insan təlafatı ilə nəticələnən təbii fəlakətlərə fövqəladə hallardeyilir. Fövqəladə halların 2 növü var:
Sülh dövründə yaranan fövqəladə hallar.
Hərb dövründə yaranan fövqəladə hallar.  
Sülh dövründə fövqəladə hallar.Sülh dövrünə xas olan fövqəladə hallara aşağıdakılar aiddir:
     1. Texnogen xarakterli fövqəladə hallar;
     2. Təbii xarakterli fövqəladə hallar;
     3. Ekoloji xarakterli fövqəladə hallar;
     4. Sosial-siyasi xarakterli fövqəladə hallar.
Texnogen xarakterli fövqəladə hallar. Texnogen obyektdə böyük həcmli qəzalardır ki, nəticədə çoxlu sayda insan tələfatına və hətta ekoloji dəyişikliklərə səbəb ola bilər.
Texnogen xarakterli fövqəladə hallar– qəflətən baş verən və insanların məhv olması ilə nəticələnən geniş miqyaslı güclü qəzaya deyilir. Qəza dedikdə müəyyən şərtlər daxilində insanın həyat fəaliyyətinə zərər vura bilən hadisə və proseslər nəzərdə tutulur (şəkil 49). Güclü fəlakətlərin nəticələrinə aşağıdakılar səbəb ola bilər:
fəlakətlərin xarakterindən;
miqyasından;
nəqliyyat vasitələrinin növündən;
ətraf mühütin zərərli qazlarla çirklənməsindən;
əraziyə neft məhsullarının və güclü təsirli zəhərli maddələrin axıb yayılmasından.

Şəkil 49. Neft buruqlarında texnogen xarakterli qəza

Texnogen xarakterli fövqəladə halları aşağıdakı kimi təsnifləşdirmək olar:
     1. İstehsalatda baş verən qəzalar
     2. Sənaye müəssisələrində baş verən partlayışlar;
     3. Enerji sistemlərində və texnoloji şəbəkələrdə qəzalar;
     3.  Nəqliyyatda baş verən qəzalar;
     4. Radiaktiv maddələrin ətrafa sızması;
     5.  Yanğınlar.
İstehsalat qəzaları–sənayenin, elmi-texniki tərəqqinin inki- şafı, nəhəng enerji və yüksək sürətlərdən istifadə edilməsi şəraitində baş verir.İstehsalat qəzaları aşağıdakı hallarda baş verə bilər:
xarici təbii amillərin təsirindən;
təbii fəlakətlərin təsirindən;
layihə-istehsalat qüsurlarının vaxtında aradan qaldırılmasından;
qurğuların istismar qaydalarına riayət olunmamasından;
istehsalatda texnoloji prosesin pozulmasından.
Sənaye müəssisələrində partlayışlar – qurğuların dağılması, deformasiya uğraması, yanğınlar, enerji sisteminin sıradan çıxması, texnoloji boru kəmərlərindən və zərərli maddələrin ətrafa sızması ilə müşayiət olunur.  İstehsalat  qəzaları zamanı hər hansı partlayışın zərbə dalğası böyük insan tələfatına və qurğu hissələrinin dağılmasına səbəb olur (şəkil 50).
Şəkil 50. Sənaye müəssisələrində baş verən partlayışlar

Enerji sistemlərində qəzalar – tufan, partlayış, yanğın qurğunun dağılması nəticəsində, eləcədə sistemin özündəki zədələnmələr zamanı  baş verə bilər.    
Nəqliyyat baş verən qəzalar–hava, dəmir yolu, su, avto- mobil, boru kəməri kimi  nəqliyyat növlərində  təhlükələr sayəsində baş verə bilən qəzalardır (şəkil 51).
Şəkil 51. Dəmiryol qatarlarının toqquşması zamanı baş verən qəzalar

      Avtomobillərin, dəmiryol qatarlarının toqquşmasından, yanğın və partlayışlardan  yaranan qəzalardan əlavə,  yerüstü nəqliyyat  kommunikasiyalarında, təbii fəlakətlər zamanı və yolların nasazlığı nəticəsində  də  qəzalar olur (şəkil 52).
Radiaktiv maddələrin ətrafa sızması–Atom elektrik stansiya- larında, atom gəmilərində, mühəndis tədqiqatları mərkəzlərində istehsalat qəzaları nəticəsində baş verir. Radiaktiv maddələrin sızması, uran mədənlərindən havanı zəhərləyən radon qazının, nüvə yanacağının və reaktorda yaranan radiaktiv maddələrin eləcə də, radiaktiv tullantılar saxlanılan müəssisələrdən və anbarlardan radio-nuklidlərin ətrafa sızması xüsusən qorxuludur.
Şəkil 52. Aviasiya qəzaları

Yanğınlar – insanların nəzarəti altından çıxmış odun kortəbii yayılmasından ibarətdir. Yanğınların yayılmasına görə: qismən yanğınlar 20%-ə qədər; tam yanğın 90%-ə qədər. Yanğın zamanı meşə ağacları məhv edir, torpağın, suyun digər faydalı xüsusiyyətləri zəiflədir, qiymətli fauna zərər çəkir.
Təbii xarakterli fövqəladə hallar.Fövqəladə xarakter daşıyan, bina və qurğuların zədələnməsinə, insan tələfatına və ya tələfat təhlükəsi yaranmasına səbəb olan müxtəlif kortəbii hadisələrə təbii hadisələrdeyilir. Zəlzələ, daşqın, qar uçqunları, sellər, sürüşmə və fırtına təbii fəlakətdir. Təbii xarakterli fövqəladə hallar aşağıdakılardır:
     1.Geofiziki fövqəladə hallar (zəlzələ, vulkan püskürməsi, meteoritin düşməsi);
     2. Geoloji fövqəladə hallar (uçqunlar, sürüşmələr, sellər, qar uçqunu, torpağın çökməsi, toz çovğunları);
     3. Meteoroloji və aqrometeoroloji fövqəladə hallar (fırtına, qasırğa, tufan, quraqlıq);
     4. Hidroloji fövqəladə hallar  (siklon, qabarma, sunami);
     5. Təbii yanğınlar  (meşə, çöl, zəmi yanğınları);
     6. İnfeksion xəstəliklər (vəba, donuz qripi, quş qripi, qarın  yatalağı, vərəm, mədə-bağırsağın iltibatı, dabaq);
Təbii fəlakətlərin qısa xarakteristikası. Fövqəladə xarakter daşıyan, bina və qurğuların zədələnməsinə, insan tələfatına və ya tələfat təhlükəsi yaranmasına səbəb olan müxtəlif kortəbii hadisələrə təbii fəlakətdeyilir.
Zəlzələ, daşqın, qar uçqunları, sellər, sürüşmə və fırtına təbii fəlakətdir. Respublikamızın ərazisində tez-tez baş verən təbii fəlakətlərin qısa xarakteristikası aşağıdakı kimidir:
Qasırğa və burağanlaratmosferdə baş verən siklon hadi- sələri nəticəsində yaranır. Belə hallarda qısa müddət ərzində çoxlu yağıntı düşür, küləyin sürəti kəskin artır, bu isə daşqınlara, binaların dağılıb-tökülməsinə, adamların zədələnməsinə, ölümünə səbəb olur (şəkil 53).
Fəlakət törədici güclü küləklərsürəti saniyədə 29 m-dən artıq olan respublikanın müxtəlif rayonlarında, demək olar ki, hər il qeyd olunur.
Qar uçqunlarıdağlıq zonalarda baş verir. Bu adətən yazda qar əriməyə başlayarkən enişlər boyu uçqun halında hərəkət edən qar yığınlarından ibarətdir (şəkil 54)

Şəkil 53. Təbii fəlakət növü,  Qasırğa və burulğan

Şəkil 54. Təbii fəlakət növü, Qar uçqunu

      Qar uçqunları və marxallar nəqliyyatın, rabitənin işini pozur, yaxud təmamilə dayandırır, insanların normal həyat fəaliyyətini iflic edir, istehsala maneçilik törədir, əhalinin ərzaq malları ilə, tibb ləvazimatları ilə təchizatını çətinləşdirir.
Subasma və daşqınlarsu hövzələrində suyun səviyyəsinin kəskin yüksəlməsi nəticəsində baş verən təbii fəlakətdir. Subasma və daşqınların əsas səbəbləri qarın sürətlə əriməsindən və uzunmüddətli leysan yağışlarından, çay yataqlarında tıxac yaranmasından, qəzalar nəticəsində  hidrotexniki qurğuların bəndinin dağılmasından ibarətdir ki, bu da ərazilərin bir qisminin su altında qalmasıdır (şəkil 55).
Şəkil 55. Təbii fəlakət növü, Daşqın

Sellər dağlardan sürətlə axıb gələn və qarşısındakı hər şeyi dağıdıb məhv edən çınqıl-palçıq qarışığından ibarət olur.  Sel dağlarda qarın əriməsi və uzun sürən leysan yağışları  nəticəsində çoxlu miqdarda su toplanarkən baş verir.
Su dağların döşündən sürətlə axaraq özü ilə daş-torpağı yuyub aparır, bütün bunlar suya qarışaraq daşlı-palçıqlı sel əmələ gətirir (şəkil 56)
Şəkil 56. Təbii fəlakət növü, Sel.

Zəlzələyerin təkindəki potensial enerjinin qəflətən meydana çıxması, zərbə dalğası və qüvvətli təkanlar–seysmik dalğa şəklində ərazinin bütün istiqamətlərinə yayılmasından ibarətdir. Zəlzələ yeraltı təkanlar şəklində olur. Güclü zəlzələ nəticəsində şəhərlər, kəndlər yerlə yeksan olur, binalar dağılır, adamlar müxtəlif xəsarətlər alır (şəkil 57).
Ekoloji xarakterli fövqəladə hallar.Ekoloji xarakterli fövqəladə hallardan törəyən fəlakətlər:
     -  Zəhərli maddələrin ətrafa yayılması, yanğınlar;
     - Həyat təminatının pozulması, qurğuların dağılması;
     - Torpağın, hava mühitinin, hidrosferin, biosferin vəziyyəti- nin dəyişməsi.

Şəkil 57. Təbii fəlakət növü, Zəlzələ

Sosial - siyasi xarakterli fövqəladə hallar. Sosial – siyasi  xarakterli fövqəladə hallardan törəyən fəlakətlər:
Millətlərarası münaqişələr;
Aclıq, İşsizlik, alkoqolizm;
Həyat fəaliyyətinin pozulması;
Qaçaqmalçılıq, narkobiznes;
Lokal və geniş müharibələr;
Genişmiqyaslı narkomaniya;
Narkotik maddələrin istifadə edilməsi (yüksək dozalı həblər, iynələr);
Zərərli bitkilərin yetişdirilməsi (yabanı xaş - xaş).
Hərb dövründə fövqəladə hallar.Hərb dövrünə xas olan fövqəladə hallara aşağıdakılar aiddir:
     -  Nüvə silahının işlədilməsi;
     -  Kimyəvi silahın işlədilməsi;
     -  Bakterioloji (bioloji) silahın işlədilməsi;
     -  Adi qırğın vasitələrinin işlədilməsi.

Tapşırıqlar və suallar:
1.Fövqəladə hallar hansı növlərə ayrılır? 2.Sülh dövründə fövqəladə hallar hansılardır? 3.Hərb dövründə fövqəladə hallar hansılardır? 4. Respublikamız üçün səciyəvi olan təhlükəli fövqəladə hallar hansılardır?5.Təbii fəlakətləri sadalayın. 6.Qaırğa və burağan haqqında bildiklərinizi izah edin. 7.Qar uçqunları nə zaman baş verir? 8.Texnogen xarakterli fövqəladə halları sadalayın.9.Nəqliyyat qəzaları haqqında nə bilirsiniz? 10.Ekoloji xarakterli fövqəladə hallar hansıdır? 11.Sosial-siaysi xarakterli fövqəladə hallara hansılardır?


§ 14.MÜASİR QIRĞIN SİLAHLARININ NÖVLƏRİ VƏ ONLARIN ZƏDƏLƏYİCİ AMİLLƏRİ
Plan
Nüvə silahı və onun zədələyici amilləri
Adi qırğın vasitələri və onların xüsusiyyətləri
Nüvə silahı və onun zədələyici amilləri.Nüvə silahı digər kütləvi qırğın silahlarına görə güclü zədələyici xassəyə malikdir. Nüvə silahının partlayış gücü trotil ekvivalenti ilə xarakterizə olunur.  Trotil ekvivalenti partlayış enerjisi bu nüvə sursatının partlaması nəticəsində alınan enerjiyə bərabər adi partladıcı maddənin tonla miqdarına deyilir.  
Nüvə partlayışının zədələyici amilləri aşağıdakılardır:
zərbə dalğası;
işıq şüalanması;
nüfuzedici radiasiya;
yerin radioaktiv zəhərlənməsi;
elektromaqnit impulsu (şəkil 58).
Nüvə partlayışı enerjinin 50%-i zərbə dalğasına, 35%-i işıq    şüalanmasına, 4%-i nüfuzedici radiasiyaya, 10%-i radioaktiv zəhərlənməyə, 1%-i elektromaqnit impulsuna ayrılır.
Zərbə dalğası–partlayış mərkəzindən hər tərəfə sürətlə yayılan çox güclü sıxılmış hava,torpaq və su qatından ibarətdir. Zərbə dalğasını izafi təzyiqlə ölçülür (vahidi 1Nyuton/m)
Şəkil 58. Nüvə silahının partlama anı

İşıq şüalanması–partlayış zamanı meydana çıxan od kürəsinin saçdığı gözə görünən ultrabənövşəyi və infraqırmızı güclü şüalanmaya deyilir. İşıq şüalanması qeyri şəffaf material- dan  (divar, taxta, bina) keçə bilmir, qatı duman, yağış və qar onun təsirini azaldır.    
Nüfuzedici radiasiya – partlayış yerindən ətrafa yayılan, gözə görünməyən qamma şüaları və neytronlar selindən ibarətdir. Radiasiya cəmi 10-25 saniyə təsir edir və şüa xəstəliyi yaradır. Radiasiya müxtəlif sıx və qalın  materiallarda təsirini azaldır. Neytron seli, suda, parafində, betonda daha çox zəifləyir.      
Radioaktiv zəhərlənmə (çirklənmə) – partlayış zamanı radioaktiv maddə odlu kürənin tərkibində olur, odlu kürə buxara və tüstüyə bürünür, hündürə qalxır,  bir neçəsaniyədən sonra topa buluda çevrilir. İri radiaktiv toz partlayış  rayonunda yerə çökür. Radiaktiv zəhərlənmə aşağıdakılardan ibarətdir:
partlayışın növündən;
partlayışın gücündən;
partlayışdan sonra keçən müddətdən;
partlayış mərkəzinə qədər olan məsafədən;
meteoroloji şəraitindən;
yerin relyefindən.
Zəhərlənmə 4 zonaya ayrılır (şəkil 59):  
Şəkil 59.  Radiaktiv zəhərlənmənin zonaları
Çox təhlükəli; 2. Təhlükəli; 3. Güclü; 4. Mülayim

Elektromaqnit impuls–partlayış anında ətrafa külli miqdarda qamma – kvantlar və neytronlar yayılır. Yerüstü nüvə partlayışı zamanı zəhərlənmə ocağında bu sahənin partlayış məhsulları ilə çirklənməsi nəticəsində mürəkkəb radiasiya vəziyyəti yarana bilər. Radiaktiv buludun hərəkəti istiqamətindəki partlayışdan bir saat sonra bir neçə min Rentgen-saat ola bilər.
Elektromaqnit impulsu radioelektron cihazlara və elektrotexniki avadanlıqlara (kabel və rabitə sistemi xətlərinə, idarəedilən cihazlara, elektrik təchizatına və digər qəbuledicilərə) məhvedici təsir göstərir. Bu cihazlarla işləyən insanların təhlükəsizliyi üçün tədbir görülməyibsə, elektromaqnit impulsu yüksək gərginliyi ilə insanları zədələyə bilər. Elektromaqnit impulsundan mühafizə vasitəsi kimi qoruyucu avtomat tərtibatlarından istifadə edilir.
Adi qırğın vasitələri və onların xüsusiyyətləri.Vakuum, diyircəkli, fuqas və qəlpələnən bombalar və s. düşmənin adizədələyici vasitələrindəndir. Bir sıra dövlətlər silahların yeni növ və sistemlərini yaratmaqla yanaşı, köhnə nüvələrinin də təkmilləşdirilməsinə, zədələyici təsirlərinin artırılmasına xüsusi diqqət yetirirlər.
Vakuum və ya həcmli partlayış bombasıadi silahın yeni növüdür.  ABŞ bu silahı ilk dəfə 1969–cu ildə Vyetnamda sınaqdan keçirmişdir. Quruluşça bu silah bir kasetdə birləşdirilən silindir formalı maye qabından və partlayıcı tərtibatlardan ibarətdir. Qabın hərəsinə 33,6 kq maye etilen oksidi doldurulur. Silah təyyarədən atılarkən partlayış nəticəsində maye ətrafa çilənir, diametri 15, hündürlüyü 3 m olan qaz–hava buludu əmələ gətirir, bulud dərhal yenidən partlayır.
Diyircəkli bombaqəlpələnən aviasiya bombalarının bir növüdür. Adamları zədələmək üçün tətbiq olunur. Bu silah içərisi 5-6 mm ölçülü metal və ya plastik kütlə diyircəklər, iynələr və s. doldurulub bir-birinə birləşdirici çənbərlə bənd edilən iki yarımkürədən və partlayıcı tərtibatdan ibarətdir. Belə bombalar təyyarədən kasetdə atılır, hər kasetdə 96-640 bombacıqlar olur. Partlayarkən ətrafa 160-250 min m2 sahədə olan adamları zədələyir.
Fuqas bombasıaviasiya bombalarının binaları, dəmiryol qovşaqlarını, enerji qurğularını dağıtmaq,canlı qüvvələri, texnikanı məhv etmək üçün işlədilən növüdür. Əsas hissələri metal gövdədən, partlayıcı maddə atımından, partlayıcı tərtibatdan və stabilizatordan ibarətdir. Kalibri (ağırlığı) 50 kq dan 10 tonadək olur. Dağıdıcı təsiri kalibrindən asılı olur.
Yandırıcı silahadamları, yaşayış məntəqələrini, sənaye obyektlərini, nəqliyyat vasitələrini, meşə və əkinləri məhv etmək üçün işlədilir.  Silah kimi işlədilən yandırıcı maddələr tərkibinə görə aşağıdakı qruplara ayrılır:
Napalmneft məhsullarına (benzin, dizel yağı və s.) xüsusi qatılaşdırıcı maddələr qarışdırmaqla hazırlanır. Tez alışan, qonur-qara rəngli qatı maddələr, düşdüyü yerə yapışaraq 8000-12000C temperaturda 5-10 dəqiqə yanır.  Napalmanın yanması nəticəsində alınan temperaturu 12000-16000C -ə qədər artırmaq üçün ona metal maqnezium və ya alüminium tozu əlavə edilir. Belə qatışıq pirogel adlanır. Pirogel2-5 dəqiqə parlaq alovla yanır, nazik metal təbəqələrini yandırıb deşir və uzunmüddətli yanğın ocağı törədir.
Termitaliminium və dəmir oksidlərinin mexaniki qarışığından ibarətdir. Termit havasız da yana bilər, düşdüyü yerdə 30000 C temperatur yaradır. Polad, dəmir və digər metal təbəqələrini yandırıb deşir.
Ağ fosforhavada öz-özünə alışan muma bənzər zəhərli maddədir. Yanarkən zəhərləyici ağ tüstü əmələ gətirir.
Radiotezlik silahızərbə təsiri elektromaqnit şüalanmalarının ifrat yüksək tezliklərə və ya son dərəcədə aşağı tezliklərə əsaslanan vasitələrə radiotezlik silah deyilir. Radiotezlik silah insanın ruhi aləminə də təsir edə bilər.
Geofiziki silahyerin atmosferində, hidrosferasında və litosfe- rasında gedən proseslərin fiziki xassələrinin süni surətdə dəyişdirilməsi yolu ilə cansız təbiətin dağıdıcı qüvvələrdən hərbi məqsədlərlə istifadə etməyi imkan verən müxtəlif vasitələrə deyilir.

Tapşırıqlar və suallar:
1.Nüvə silahı nədir? 2. Nüvə silahının hansı zədələyici amilləri var?  3.Trotil ekvivalenti nədir? 4.Zərbə dalğası nədir? 5.İşıq süalanması və nüfüzedici radiasiya haqqında nə bilirsiniz?.6.Radioaktiv zəhərlənmə nədir? 7.Zəhərlənmə neçə zonaya ayrılır və hansılarıdr? 8.Elektromaqnit impuls nədir?





§ 15.KİMYƏVİ VƏ BİOLOJİ SİLAHLARIN
TƏYİNATI VƏ TƏSNİFATI
Plan
Zəhərli maddələrin təsnifatı
Bioloji silah haqqında ümumi anlayış
Kimyəvi silah nədir? Kimyəvi silahkütləvi qırğın silah- larından biri olub, zəhərləyici maddələr və onları tətbiq etmək üçün istifadə olunan vasitələrə deyilir.
Zəhərli maddələrin təsnifatı. Zəhərli maddələr 5 təsnifata bölünür:
Sinir iflicedici zəhərli maddələr;
Ümumzəhərləyici təsirli zəhərli maddələr;
Dəridə yaraçıxaran zəhərləyici maddələr;
Qıcıqlandırıcı zəhərləyici maddələr;
Gözyaşardıcı zəhərləyici maddələr.
Sinir iflicedici zəhərli maddələrfosforlu üzvi maddələrdir. Buraya zarin,  zoman və V qazı aiddir.
Zarin və  zoman rəngsiz, sarımtıl, iyli mayedir. Suda zəif həll olunur, havada tez buxar törədir, yay vaxtı sahəni zarin 8 saata, zoman isə 24 saata zəhərləyir.
V qazısuda zəif, yanacaq, sürtgü materiallarda yaxşı həll olunan rəngsiz mayedir. Rezin, texniki məmulatlarda, lak–boyaq örtüklərə yaxşı hopur. Yavaş buxarlandığına görə ərazidə uzun müddət qala bilər.
Ümumzəhərləyici təsirli zəhərli maddələr–tənəffüs üzvlərindən keçib orqanizmin ən vacib sistemlərinə təsir göstərən kimyəvi birləşmədir. Zəhərli maddələrə xlorsian aiddir.
Xlorsiankəskin iyli, sudan ağır, rəngsiz mayedir. Suda məhdud miqdarda 7%, üzvi həlledicilərdə (spirt, efir) yaxşı həll olunur, davamsız zəhərli maddədir, qıcıqlandırıcı təsirə malikdir, bədənin dəri örtüyünü zədələyə bilir, güclü toxumaları zədələyir. 130 C-də qaynayır, -70C-də bərkiyir. 200C-də buxarlarının maksimal konsentrasiyası 3300 mq/l-dir. Xlorsian sianid turşusundan 2-4 dəfə az zəhərlidir. Qıcıqlandırıcı təsirə malikdir.
Dəridə yaraçıxaran zəhərləyici maddələrelə zəhərli birləşmələrdir ki, onlar hətta ən cüzi miqdarda bədənin dəri örtüyünü zədələyə bilir.
Kimyəvi təmiz ipritzəif iyli, şəffaf, yağlı, rəngsiz mayedir. Üzvi həlledicilərdə yaxşı, suda zəif həll olunur. Ərzaq məhsullarına, boyaq örtüklərinə, rezin məmulatlarına asanlıqla hopur, ərazi uzun müddət yayda 7 sutka, qışda bir neçə dəfə zəhərli qalır. Xlorlu əhəng, xloraminlər, sulfindlər ipriti zərərsizləşdirə bilir. Bədənin səthinə düşən iprit damcıları 7 dəqiqəyə dərinin alt qatına keçir. 20–30 dəqiqədən sonra heç bir ağrı törətmədən orqanizmə sorulur. İprit mədə-bağırsaq sisteminə, gözlərə, dəriyə və tənəffüs yollarına,  ağciyər toxumalarına təsir edir.
Difosgenqaynama temperaturu 1280C olan mayedir, yavaş buxarlanır. Havadan 7 dəfə ağırdır. Yayda 1 saata, meşəlik yerlərdə bir neçə saata zəifləyir, suda pis həll olunur, xlorid turşusu və karbon qazı yaradır. Difosgen su quyuların zəhərləmir.
Qıcıqlandırıcı zəhərli maddələrəSİES və adamsit aid edilir.Adamsityaşımtıl rəngli bərk maddədir, suda həll olmur, qızdırılarkən və asetonda yaxşı həll olur. Suda parçalanmır, havada 20 dəqiqə qalarkən ölümcül zəhərlənmə baş verir.
SİESsuda pis həll olan rəngsiz maddədir. Spirtdə, asetonda, benzolda yaxşı həll olunur. Ümumi zəhərliyi zəifdir, qıcıqlandırıcı təsirə malikdir, aerozol şəklində tətbiq olunur. Asqırtıya, öskürməyə, gözlərdən çoxlu  yaş axmasına, tənəffüsün çətinləşməsinə səbəb ola bilər.
Gözyaşardıcı zəhərli maddələrgözlərin, burunun selikli qişasını qıcıqlandırır, bəbəklərin spazması ilə nəticələnir.
Xlorasetofenonbənövşə və ya meşəgilası iyi verən bərk kristal maddədir. Üzvi həlledicilərdə, suda qaynadılarkən dağılmır. +200C–də buxarlanır, havada 5,3 dəfə ağırdır. Yayda təsirini bir neçə gün saxlayır.
LSDrəngsiz, bərk kristal maddədir, suda zəif, üzvi həlledicilərdə zəif həll olunur. Orqanizmə tənəffüs yolları mədə - bağırsaq sisteminə təsir edir.
Bizetsuda həll olmayan, ağ kristal tozdur. Tənəffüs və mədə-bağırsaq yolu ilə  orqanizmə keçir.
Bioloji silah haqqında ümumi anlayış. Bioloji silah kütləvi qırğın silahlarından biri olub, bakterial vasitələrə və onları tətbiq etmək üçün işlədilən döyüş sursatına, cihaz və tərtibatlara deyilir. Bakterioloji silahın əsasını xəstəliktörədən mikroblar və onlardan alınan zəhər-toksinlər təşkil edilir.  Xəstəliktörədən mikroblar və toksinlər müəyyən müddət xarici mühitdə və ya yoluxmuş həşaratlarda, gənələrdə, gəmiricilərdə qala bilər.
     Düşmən aşağıdakı qaydada bioloji silah işlədə bilər: təyyarə bombaları; top güllələri; raketlər; içərisinə maye, yaxud quru halda mikrob və zəhər qatışığı (reseptur) doldurulmuş xüsusi konteynerlər; zəhərlənmiş daşıyıcılar (həşaratlar, gənələr, gəmiricilər).
     Bioloji silahı zədələyə biləcək vasitələr aşağıdakılardır: şəhərlər və başqa yaşayış məntəqələri; dəmiryol qovşuqları;
limanlar; su təchizatı mənbələri; kənd təsərrüfatı bitkiləri; əkin sahələri.
     Bioloji silahın zədələyici təsiri aşağıdakılardan ibarətdir: duman və ya tüstüşəkilli aerozol buludu; xəstəliktörədicidən; ərazinin relyefindən; meteoroloji şəraitdən.
      Bioloji silahın tətbiqi nəticəsində bioloji zədələnmə ocağı yaradır. Bioloji zədələnmə ocağıbioloji silahın tətbiqi nəticəsində insan, heyvan və bitki təlafatı olan əraziyə deyilir. Bakterioloji hərbi sursat partladıqda boğuq səs eşidilir, ətrafa iri qəlpələr yayılaraq, torpaq və bitki üzərinə damcılar və toz şəkilli maddələr çökür. Düşmən bakterioloji silah tətbiq etdiyi rayonlarda insanlar arasında epidemiya, həmçinin mal-qaranın qırılması halları baş verir. Bunların qarşısını almaq üçün observasiya və karantin təyin edilir.
Observasiyaepidemiya ocağında yoluxucu xəstəliklərin yayılmasının qarşısını almaq məqsədilə həyata keçirilən təcridetmə-məhdudlaşdırma və müalicə-profilaktika tədbirləri sisteminə deyilir.
Karantinbakterial yoluxma ocağını təcrid etmək, xəstəlik- lərin yayılmasının qarşısını almaq və yoluxmanı aradan qaldırmaq məqsədilə yerinə yetirən epidemiya əleyhinə rejimi prafilaktika tədbiri sisteminə deyilir.

Tapşırıqlar və suallar:
1.Kimyəvi silah nədir? 2.Kimyəvi silahın hansı zədələyici amilləri var? 3.Ümumzəhərləyici və Dəridə yara çıxaran zəhərli maddələri müqayisə edin. 4.Gpz yaşardıcı zəhərli maddələr hansılardır? 5. Bioloji silah nədir və necə tətbiq olunur? 6.Bioloji zədələnmə ocağı nədir? 7. Observasiya və karantinin fərqini izah edin.



16.  SAĞLAM HƏYAT TƏRZİ VƏ ONUN MAHİYYƏTİ
Plan
1.Sağlam həyat tərzi
2.Sağlamlıın prinsipləri

Əgər bir insan həyatı, yaşamağı sevirsə, onda təbii ki, özünə qarşı da bu hissləri keçirməlidir. Bunun üçün isə ilk növbədə insan gərək öz sağlamlığının qaydına qalmalıdır ki, yaşasın, yaşadıqca da sevib-sevilsin.
Sağlam həyat tərzihər bir insanın öz sağlamlığını yaxşı- laşdırmağa, xəstəliklərin profilaktikasina və keyfiyyətli həyat qurmağa yönəlmiş yaşam formasıdır. Sağlam həyat tərzinin köməyilə insan öz ömrünü təkcə kəmiyyət baxımından deyil, həm də keyfiyyətcə yüksəldir və öz sosial funksiyalarını hərtərəfli, mükkəməl yerinə yetirir.
Sağlam həyat tərzinə təsir edən digər faktorlara cəmiyyət strukturlarının mürəkkəbləşməsini, ekoloji, psixi, siyasi və hərbi (müharibə) amilləri də aid etmək olar. Hansilar ki, insan orqanizminə çox mənfi təsir göstərir.
Sağlam həyat tərzi əməyin, ailənin, məişətin, asudə vaxtın və ictimai fəaliyyətin səmərəli (rasional) təşkilini özündə əks etdirir. Sağlam həyat tərzinin əsasını təşkil edən komponentlər var ki, onlar fərdin ətraf mühitə və dəyişmiş mənəvi, ruhi durumuna adaptasiyasının fizioloji mexanizmlırini təşkil edir.Sağlam həyat tərzinin əsas komponenetləri aşagıdakılardır:
Mütəmadi fiziki işlər və idman;
Rassional qidalanma;
Yuxu rejimi;
Şəxsi gigiyena;
Orqanizmin möhkəmləndirilməsi;
Zərərli vərdişlərdən imtina (siqaret, spirtli içkilər, nar- kotiklərdən istifadə və s.)
Sağlamlığın əsas şərtlərindən biri olan idman insanları həm formada saxlayır, həm də bədəndə olan bəzi artıq piy piqmentlərini əridir. Piy piqmentləri insanlar üçün ən böyük problemdir, əsasən də sağlamlıq üçün olduqca təhlükəlidir.
   Sağlamlığın digər komponenetlərdən biri də, insanın düzgün qidalanmasıqdır. Bir insanın normal qidalanma formulu gündə 5 dəfədir. Təbii ki,  doyunca yemək yox, az-az yemək daha məqsədə uyğundur. Bir anda normadan çox qida qəbul etdikdə, insanın orqanizmi həzm etməkdə çətinlik çəkir. Elə buna görə də piy piqmentləri çoxalmağa başlayır.Gün ərzində 2-3 litr maye qəbul edilməlidir. Yeməkdən yarım saat əvvəl su içmək lazımdır, yemək əsnasında və qidalanmadan dərhal sonra su içilməməlidir.
   Sağlamlığın prinsiplərindən biri də düzgün yuxu rejimi qurmaqdır. Düzgün yuxu rejimi isə 1 gün ərzində 4-5 saatı təşkil edir. İnsan yuxlayanda beynin bəzi aktiv olan toxumaları məhv olur. Oyananda isə bu toxumalar özünü bərpa edir. Məhz bu toxumalar 4-5 saat ərzində yenidən bərpa olunur. Əgər bir insan 10-12 saat yatırsa həmin bu toxumalar özünü bərpa edə bilmir, nəticədə insanda halsızlıq, yaddaş zəifliyi və unutqanlıq meydana gəlir.
    Ona görə də, əziz şagirdlər, abituriyentlər, tələbələr özünüzə yuxu saatı az olan bir rejimə alışdırın. Yuxu inanın  sağlamlığı üçün olduqca vacibdir.
Gigiyena qaydalarına əməl etməmək, orqanizmdə böyük fəsadlar törədə bilər. Məsələn, əgər əlimizi sabunla yumadan yeməyə otursaq, əlimizdə olan milyonlarla, bəlkə də milyardlarla mikroblar yemək vasitəsilə, orqanizmə daxil olur və böyük fəsadlar törədir.  Buna görə də əlləri ən azı 3 dəfə sabunla yumaq lazımdır. Elementar gigiyenik qaydalara əməl etmək, vaxtlı-vaxtında tibbi müayinələrdən keçmək sağlam həyat tərzinin bir parçasıdır.
İndi isə sağlamlıq üçün zərərli olan şeylər barədə söhbət açaq. Bunlar təbii ki, siqaret çəkmək və içki içməkdir. Bir siqaret insanın ömründən 4 dəqiqə məhv edir. Bu alimlərin araşdırmalarının nəticəsində meydana çıxıb. İndi siz təsəvvür edin ki, siqaret çəkən insan ömrünün neçə ilini tüstüyə qurban verib. Siqaret qəbul edən insanların nəfəs borularında, ağ ciyərlərində və ürəyində olduqca ciddi olan xəstəliklər törədir. Bu ağır olan xəstəliklər törənir.
İnsan nəyə görə bilə-bilə özünü məhv edir? İçki içən insanların isə mədəsində deşiklər, bağırsaqlarda isə sallanma- lara səbəb olur. Siqaret çəkmək təkcə onu  qəbul edən insana yox, həmçinin də onun əhatəsində olan insanlara da mənfi təsir edir. Buna görə də, yaşamaq üçün belə vərdişlərdən uzaqlaş- maq lazımdır.
İnsan həyata bir dəfə gəlir. Buna görə də çalışaq ki, bu həyatı mənalı və sağlam başa vuraq. Həyatı sevirsənsə sağlamlığını da sevməlisən. Axı həyat gözəldir və yaşamağa dəyər. İnsan bir məqsədlə dünyaya gəlir. Çalışaq ki, məqsədimizi bilib, ona əməl edək. Daha belə pis vərdişlərə yiyələnib, sağlamlığımıza ziyan verməyək.

Tapşırıqlar və suallar:
1.Sağlam həyat tərzi nədir? 2.Sağlam həyat tərzinin komponentləri hansılardır? 3.Bir insanın normal qidalanması neçə dəfə olmalıdır? 4.Düzgün yuxunun təşkili haqqında nə bilirsiniz? 5.Gün ərzində neçə litr su içmək lazımdır? 6.Zərərli vərdişlərə misal gətirin. 7.Siqaret insan ömrünün neçə dəqiqəsini məhv edir? 8.Əlləri gün ərzində neçə dəfə yumaq lazımdır?






§ 17.  SARĞILAR. QANAXMALAR VƏ ZƏDƏLƏNMƏLƏR
Plan
Sarğı materialı və ondan istifadə etmək qaydaları
Sarğıların növləri, onların qoyulması qaydası
Aseptika və antiseptika haqqında anlayış
Fərdi sarğı paketi təyinatı və əhəmiyyəti
Sarğı materialı və ondan istifadə etmək qaydaları. Yaranın üstünü örtmək üçün işlədilən parça materiallara sarğı materialı deyilir. Sarğı materialı aşağıdakı kimi olmalıdır: hidroskopik (nəmçəkən), yaradakı qanı və irini hopdurmalı, tez qorumaq və asanlıqla sterilləşmək xassələrinə malik olmalıdır.
Əsas sarğı materialları tənzifdən, ağ pambıqdan, ağac pambıqdan, ləçəkdən (üçbucaq formalı pambıq parçadan) ibarətdir. Tənzifdən istifadə etməklə tabel sarğı vasitələri hazırlanır. Bunlar fərdi sarğı paketləri, müxtəlif ölçülü steril və qeyri steril bintlər, tənzif kürəciklər, tamponlar, yastıqçalar və tənzif dolaqlardır.
Sarğıların növləri, onların qoyulması qaydası. Yaraların yoluxmasının və ağırlaşmasının qarşısını almaq üçün görülən ilk profilaktik tədbir onlara mümkün qədər tez aseptik sarğı qoymaqdır. Bütün yaralara steril (mikrobsuz, təmiz) sarğı qoyulur. Sarğı yaranın üstünü sarıyıb-örtən sarğı materialından ibarətdir. Yaranın sarınması prosesinə sarğı qoymaq deyilir. Sarğı yaraya mikrob düşməsinin qarşısını alır, qanaxmanın dayanmasına kömək edir, ağrıları azaldır. Sarğı yaraya toxunan daxili hissədən və yaranın üstündə saxlanılan xarici hissədən ibarətdir. Sarğılar yumşaq (tənzif, parça, sintetik material sarğılar), bərkiyən (gips, nişasta sarğılar), sərt (müxtəlif materiallardan hazırlanmış şin sarğılar), sıxıcı sarğılar, yapışqan sarğılar, bint sarğılar, ləçək sarğılar və sapandvari sarğı növlərinə ayrılır.
Aseptika və antiseptika haqqında anlayış. Yaraların mikrobla çirklənmədən qorunmasında və yoluxub ağırlaşmasının qarşısının alınmasında aseptika və antiseptika çox vacib əhəmiyyətə malikdir.
Aseptikacərrahiyə əməliyyatları, sarğı qoyma zamanı, yaralının və ya xəstənin yarasına, toxumalarına, orqanizminə infeksiya törədicilərinin düşməsinin qarşısını almağa yönəldilən tədbirlərə deyilir. Mikroblardan tamamilə təmizlənmiş materiallara, alətlərə, sarğı vasitələrinə steril əşyalar deyilir. Mikrobların məhv edilməsi prosesi sterilizasiya adlanır.
Antiseptikayaradakı, toxumadakı mikrobların məhv edilməsinə yönəldilmiş müalicə profilaktika tədbirləridir. Mikroblara məhvedici təsir göstərən çoxlu kimyəvi maddələr və dərmanlar, bioloji preparatlara antiseptik maddələr deyilir. Bunlara yod cövhəri, tibbi spirt, xloramin, revanol və kalium-permanqanat məhlulları aiddir.
Fərdi sarğı paketi təyinatı və əhəmiyyəti. Fərdi sarğı paketi–ölçüləri 32x17,5 sm olan iki pambıq tənzif yastıqçadan və eni 10 sm, uzunluğu 7 m olan bintdən ibarətdir. Yastıqçaların biri bintin ucuna tikilmişdir, digəri isə bint boyu sərbəst hərəkət edə bilir.
Yastıqçalar və bint sterildir, mumlu kağıza bükülmüşdür. Paketin xarici örtüyü rezinli parçadan hazırlanmışdır. Sarğı materialının bu cür ikiqat örtüyü onun steril saxlanmasını təmin edir. Paketə sancaq da qoyulmuşdur. Örtüyün üstündə paketdən istifadə qaydası göstərilmişdir (şəkil 60).İkiyastıqçalı paketlərdən əlavə, tərpənməz biryastıqçalı paketlər də vardır.
Steril və qeyri–steril bintlərsarınmış halda olan tənzif zolaqdan ibarətdir. Bintin sarınmış hissəsinə bintin yumağı, sərbəst ucuna isə bintin ucu deyilir. Steril bintlər perqament kağıza hermetik sürətdə bükülü olur.
Steril salfetlərbir neçə qat qatlanmış və hərəsində 20 ədəd olmaqla mumlu kağıza hermetik bükülmüş dördkünc tənzif parçalardan ibarətdir. Böyük salfetlərin ölçüləri 70x68sm, kiçik salfetlərin isə 68x35sm – dir.
Kiçik steril sarğıeni 14 sm, uzunluğu isə 7 m olan bintdən və onun ucuna tikilmiş 56x29 sm ölçülü bir pambıq – tənzif yastıqçadan ibarətdir.
Böyük steril sarğının isə 65x45 sm ölçülü yastıqçası olur ki, ona bərkidici altı qatdan tikilmişdir. Sarğıdan geniş yaralar və yanıqlar zamanı istifadə edilir.

Şəkil 60. Fərdi sarğı paketi

Steril pambıq25 və 50 qramlıq, qeyri-steril pambıq isə 50 və 250 qramlıq bağlamalarda buraxılır və yaraya sıxıcı sarğı qoyarkən işlədilir. Kompres pambığı şin salarkən yumşaq altlıq və kompres üçün işlədilir. Adi pambığı liqninlə əvəz etmək olar.Bir sıra təcili hallarda,xüsusi tibb yapışqanından və ya leykoplastrdan istifadə etməklə də sarğı qoyulur.
Yaraların təsnifatı.Yaradəri səthinin, selikli qişaların, bəzən isə dərin toxumaların, bütövlüyünün pozulması ilə baş verən zədələnməyə deyilir. Güllə yarası, kəsilmə yarası, çapılma yarası, deşilmə yarası, əzilmə yarası, dişləmə yarası və cərrahiyyə yarası yaraların növləridir.
Güllə yarasıgiriş və çıxış yara deşikləri olan, dəlib-keçən yara, güllə və qəlpənintoxumalardailişib qaldığı qapalı yara, güllə toxunan yaralarıdır. Toxunan yara zamanı güllə və ya qəlpə bədənə toxunub keçərək dəri səthini, yaxud yumşaq toxumaları zədələyir, lakin yarada ilişib qalmır.
Kəsilmə yarasıkənarları hamar olur, yarıq nəzərə çarpır, güclü qan axır, yara çirklənməyə az məruz qalır.
Çapılma yarasıdərinin parçalanması, vətərlərin, əzələ və damarların zədələnməsi güclü çirklənməyə məruz qalır. Çapılma yaraların dərinliyi eyni olmur, yaranın kənarlarındakı yumşaq toxumalar əzilir və bir-birinə qarışır.
Deşilmə yarasıdəri örtüyü əhəmiyyətsiz dərəcədə zədələnir, lakin belə yaralar daxili orqanların mümkün zədələnmələri ilə əlaqədar təhlükə törədir. Bu cür yaralanma zamanı xarici qanaxma zəif olan halda belə, damarların zədələnməsi nəticəsində həyat üçün qorxulu daxili qanaxma baş verir.
Əzilmə yarası kənarları qeyri-hamar, qanla dolu olması ilə səciyyələnir, yoluxmaya daha çox məruz qalır.
Dişləmə yarasıheyvanın və adamın tüpürcəyi ilə yoluxmuş olur və çətin sağalır.
Cərrahiyyə yarası cərrahiyyə əməliyyatları aparılarkən dəri örtüyünün təmamilə pozulmasıdır.
Qanaxmanın növləri və xüsusiyyətləri. Damar zədələndikdə qanaxma baş verir. Qanaxmazədələnmiş qan damarından qanın kənara çıxmasına deyilir. İnsanın qan damarlarında bədən qanının ¾ hissəsi dövr edir. ¼ hissəsi bəzi orqanlarda (dalaqda, qara ciyərdə, ağciyər və dəridə) ehtiyat halında saxlanılır. Qanın miqdarı azaldıqca qan təzyiqi düşür, baş beynin, ürəyin və digər orqanların qanla təchizatı pozulur. Qanaxma zamanı 2- 2,5 litr qan itirildikdə ölümlə nəticələnir. Qanaxma 2 yerə bölünür:Daxili və xarici qanaxma (daxili qanaxma: parenhimatoz; xarici qanaxma: arterial, venoz və kapilyaraiddir).
Arterial qanaxmaürəkdən ətraflara qan aparan arteriya damarlarının zədələnməsilə baş verir. Bu, qanaxmanın qorxulu növüdür, qanın əlamətləri al-qırmızı rəngdə, nəbz tezliyi ilə axmasıdır. Arterial qanaxmalar venoz qanaxmalara nisbətən az təsadüf edilir,çünki bədən səthinə gələn arteriyalar çox azdır. Arterial qanaxma həyat üçün qorxuludur. Arteriyalar zədələndikdə qan fəvvarə kimi xaricə çıxır. Qanın arterial damardan axması onun al - qırmızı olması ilə müəyyən olunur (şəkil 61).
Şəkil 61. Arterial qanaxma

Venoz qanaxmaarterial qanaxmadan fərqli olaraq qan yaradan fasiləsiz surətdə, lakin şırnaq yaratmadan axır, rəngi tünd qırmızı olur (şəkil 62).
Şəkil 62. Venoz qanaxma

Bu cür qanaxmalar ən çox venaların zədələnməsi zamanı baş verir. Bu qanaxma həyat üçün təhlükəlidir.
Kapilyar qanaxmadərinin, dərialtı toxumaların və əzələlərin nazik damarları zədələnərək baş verir. Bu qanaxma cüzi zədələnmələrdən baş verə bilər. Qan kapilyarlarda yavaş, surətlə və aşağı təzyiqlə axdığına görə bu cür qanaxmanı saxlamaq asandır (şəkil 63).
Parenhimatoz qanaxma daxili orqanlar qaraciyər, dalaq, ağciyər, böyrək zədələndikdə baş verir. Bu qanaxma kapilyar qanaxmadan daha təhlükəlidir. İnsanın sifətinə baxmaqla daxili qanaxmanı təyin etmək mümkündür.
Şəkil 63. Kapilyar qanaxma

Daxili qanaxmanın əlamətləri aşağıdakılardır: dəri örtüklərinin həddindən artıq avazıması;soyuq tər; üşütmə; səthi və zəif tənəffüs; bəzi hallarda ağrı (ağrı olmaya da bilər); bəzi hallarda qan qarışığı ilə qusma (mədə qanaxması zamanı); bəzi hallarda qanlı öskürək (ağciyər qanaxmaları zamanı) və s.
Zədələnmələr.Qapalı zədələnmələrdəri səthinin bütövlüyü pozulmadan bədənin dərialtı toxumalarının və daxili orqanların əzilməsindən, beyin sarsıntısından, orqanizmin ümumi kontuziyasından, oynaq baş ağrılarının sərpməsindən, çıxıqlardan və s. ibarətdir.Əzilməzamanı bədənin səthindəki toxumalar və daxili orqanlar zədələnə bilər.
Bədənin səthindəki yumşaq toxumalar əzilərkən ağrı, şiş, qançırolma halları baş verir. Bunlar əzilmənin əsas əlamətləridir. Belə hallarda sıxıcı vasitələrdən sarğı qoyulur, buzlardan istifadə edilir, əzilmiş yeri rahat vəziyyətdə saxlayırlar. Döş qəfəsinin və qarın nahiyəsinin güclü əzilməsi zamanı daxili orqanlar: ağciyər, dalaq, böyrəklər və qaraciyər zədələnə bilər. Belə zədələnmələr zamanı daxili qanaxmalar baş verə bilər. Əzilmə zamanı buz qoymaq və belə adamları dərhal tibb müəssisələrinə çatdırmaq lazımdır. Baş güclü zərbəyə məruz qaldıqda beynin zədələnməsi mümkündür.
Beyin əzilərkən baş ağrıları, ürək bulanması, qusma halları, huşunu itirmə halları baş verir.
Beyin əzilməsi və sarsıntısı zamanı ilk yardım zədələnmiş adamın tam rahatlığını təmin etməkdən, başa soyuducu buz qoymaqdan ibarətdir. Hərhansıbirşəxsinbütün bədəni çox güclüzərbəyə məruz qaldıqda ümumikontuziya baş verə bilər ki, bu zaman həminşəxs adətən, huşunu itirir, baş gicəllənməsi, nitqin, eşitmə və görmə qabiliyyətinin pozulması, yaddaşın zəiflənməsi və ya tamamilə itirilməsi halları baş verir. Belə adamları dərhal və ehtiyatla tibb müəssisələrinə çatdırmaq lazımdır.
Sərpmə və çıxıqlar. Yıxıldıqda, düzgün tullanmadıqda, ağırlıq qaldırıldıqda oynaq bağlarında sərpmə baş verir. Bu zaman zədələnmiş oynaqlarda ağrılar, şişlər əmələ gəlir, oynağın hərəkəti məhdudlaşır. Belə olduqda ilk tibbi yardım məqsədilə oynağa sıxıcı bint sarğı və buz qoymaqla, zədələnmiş oynağın rahatlığını təmin edirlər.Oynaq sümüklərinuclarının oynaq boşluğunda yerdəyişməsi zamanı çıxıq (şəkil 64)baş verir. Bu zaman, oynaq kisəsinin bütövlüyü pozulur, oynaq bağları qırılır, hərəkət çətinləşir.Çıxıqlar zamanı ilk tibbi yardım göstərmək yalnız həkimin iştirakı ilə olmalıdır. Çıxıq baş verdikdə insana ağrıkəsici dərman vermək məsləhət görülür.
Sınıqların növləri və əlamətləri. Kəskin hərəkət edərkən, zərbə nəticəsində, hündür yerdən yıxılarkən, müxtəlifqəzalar nəticəsində, zəlzələ zamanı bədənin sümükləri sına bilər.
Sınıqlar qapalı və ya açıq olur. Qapalı sınıq halında dəri örtüyünün bütövlüyü pozulmur, açıq sınıq zamanı isə sınıq yerində yara olur. Açıq sınıqlar daha qorxuludur.Sınıqlar zamanı sınmış sümük hissələri öz yerini dəyişən və dəyişməyən növlərə ayrılır.
Şəkil 64.Sərpmə zamanı buz qoyulması (solda)və çıxıq (sağda)

Sümüklər yalnız iki hissəyə parçalandıqda belə sınığa tək sınıq deyirlər. Sümüklər bir neçə hissəyə parçalandıqda isə onlar mürəkkəb sınıq adlanır. Qəzalar, fəlakətlər, zəlzələ zamanı adamların bir neçə sümüyündə mürəkkəb sınıqlar baş verə bilər. Yanıqlar və radiasiya zədələnmələri ilə birlikdə törəyən sınıqlar daha ağır olur. Güllə və ya mərmi qəlpəsinin təsirindən yaranan sınığagüllə sınığı deyilir. Belə sınıqlar sümüklərin iri və ya xırda hissələrə parçalanması, sınıq yerinin ətrafındakı yumşaq toxumaların bir-birinə qarışması və ya ətrafların bir hissəsinin kəsilməsi ilə xarakterizə olunur.
Sınıqların əsas əlamətləri ağrıdan, şişkinlikdən və sınıq yerində normal hərəkətin pozulmasından ibarətdir. Bu zaman ətrafların normal fəaliyyəti pozulur. Açıq sınıq hallarında yaradan sümük qırıqları görünə bilər. Ətrafların sümükləri sınarkən qol və qıç gödəlir və onlar sınıq yerində əyilir. Qabırğalar sınarkən tənəffüs çətinləşir və sınıq yerini əllə müayinə edərkən qabırğa qırıqlarının xışıltısı eşidilir. Çanaq və onurğa sümüklərinin sınması çox vaxt sidik ifrazının və aşağı ətraflardakı hərəkətin pozulması ilə müşayiət edilir. Kəllədaxili sümüklər sınarkən, adətən, qulaq deşiklərindən qan axır. Çox ağır sınıqlar zamanı şok halı baş verir. Arterial qanaxma olan açıq sınıqlar vaxtı şok, xüsusən, tez inkişaf edir.
Travma şoku.Şokun səbəbi– orqanizmin bir dəfə və ya təkrarən ağır zədələnməsi ola bilər. Çox qan itirildikdə, qış vaxtı isə yaralanmadan sonra soyuqdəymə hallarında şok, xüsusən, tez baş verir. Əlamətlərin meydana çıxması müddətindən asılı olaraq şok birinci dəfə və təkrar baş verə bilər. İlkin şok zədələnmə halında və ya bundan dərhal sonra baş verir. Təkrar şok isə yaralıya yardım göstəriləndən sonra onu ehtiyatsız apardıqda və ya sınıq yeri pis immobilizasiya edildikdə baş verə bilər. Travma şokunun iki mərhələsi olur: həyacanlanma vətormozlanma mərhələləri.
Həyəcanlanma yaralanma baş verən kimi dərhal güclü ağrıya qarşı orqanizmin reaksiyası kimi meydana çıxır. Bu zaman yaralı çox narahat ola bilər, ağrıdan qıvrılır, qışqırır, köməyə çağırır. Tormozlanma zamanı isə insan süstləşir, köməyə çağırmır, huşu olduğu halda hər şeyə biganə olur, bədəni soyuyur, sifəti avazıyır, nəbzizəifləyir, tənəffüsü zəif hiss olunur. Ağırlıqdan asılı olaraq, travma şoku 4 dərəcəyə ayrılır: yüngül, orta ağırlıqlı, ağır və çox ağır.
Şokun qarşısını almaq üçün görülən əsas tədbir zədələnmə nəticəsində törəyən ağrıları kəsmək və ya azaltmaq, qanaxmanı dayandırmaq, yaralının soyuqlanmasınayol verməmək, ilk tibbi yardım tədbirini çox ehtiyatla icra etmək və yaralını apararkən ehtiyatlı olmaqdan ibarətdir.

Tapşırıqlar və suallar:
1.Sarğılar nədir və hansı növlərini tanıyırsınız? 2.Əsas sarğı materialları hansılardır? 3.Yaranın sarınması prosesi necə adlanır? 4.Yara nədir və hansı növləri var? 5.Dişləmə yarası ilə əzilmə yarasının fərqizi izah edin. 6.Qanaxmaların hansı növləri var? 7.Qanaxmanın xüsu- siyyətlərini izah edin.8.Fərdi sarğı paketi nədir? 9. Hansı zədələnmələri tanıyırsınız?





§ 18.  MÜXTƏLİF NÖV XƏSARƏTLƏR ZAMANI İLK TİBBİ YARDIM
Plan
1.Donvurma
2.İlk tibbi yardım
3.Suda boğulma
Donvurma. Güclü soyuqdan orqanizm toxumalarının zədələnməsinədonvurma deyilir. Ayaqlar və əllər donvurmaya daha tez məruz qalır. 00-dən yuxarı olan temperaturda, xüsusən, tez–tezdəyişən mülayim havada donvurma baş verə bilər. Yaş və dar ayaqqabı, soyuq havada, qarda, yağışda uzun müddət hərəkətsiz qalmaq, habelə fiziki və psixoloji yorğunluq, orqanizmin zəifləməsi, qan itirmə və əvvəllər baş vermiş donma halları da tez donvurmaya səbəb olur. Donvurma zamanı toxumalar dərhal zədələnmir. Əvvəlcə soyuğun təsirindən dəri avazıyır və həssaslığını itirir. Zədələnmənin həqiqi dərinliyini və sahəsini ancaq soyuğun təsiri kəsiləndən sonra, bəzən isə bir neçə gündən sonra təyin etmək mümkün olur. Toxumaların zədələnməsinin dərinliyindən asılı olaraq donvurma 4 dərəcəyə ayrılır: yüngül, orta ağırlıqlı, ağır və çox ağır dərəcələri olur.
İlk tibbi yardım. İlk tibbi yardım göstərərkən zədələnmiş şəxsi isti binada yerləşdirirlir, əgər buna imkan yoxdursa, onu çöldə soyuqdan mühafizə edirlər. Yaş paltar və ayaqqabıları imkan daxilində quruları ilə əvəz edirlər. Əgər hələ toxumalarda dəyişiklik baş verməyibsə, donvurmuş sahələrə spirt, ətir çəkir və pambıq tamponla və ya təmiz quru əllə donmuş yeri dərisi qızaranadək ehtiyatla sürtürlər. Zərər çəkmiş adamı isindirmək üçün tədbir görürlər; ona isti çay, qəhvə içirdirlər. Əgər imkan varsa, güclü soyuq vurmuş adamı isti su vannasına salırlar.
Suda boğulma. Tənəffüs yolları maye ilə, adətən, su ilə tutularkənsuda boğulma baş verir. Adam suda boğularkən onun bronxlarına, ağciyərinə su dolur, nəfəsi kəsilir, kəskin oksigen çatışmazlığı baş verir və ürəyin fəaliyyəti dayanır. Boğulan adamı sudan mümkün qədər tez çıxarmaq lazımdır.
Suda boğulma – suyun tənəffüs yollarına daxil olması nəticəsində baş verən mexaniki asfiksiyanın bir növüdür.
Suda boğulma zamanı orqanizmdə baş verən dəyişikliklər, başqa sözlə suyun altında ölüm müddəti, bir sıra amillərdən asılıdır: suyun xarakterindən (şirin su, duzlu su, hovuzlarda olan şirin xlorlu su); suyun temperaturundan (buzlu, soyuq, isti); suyun tərkibində qarışıqların (lil, cəng, lehmə və s.) olub-olmamasından; suda boğulma anında zərərçəkənin orqanizminin vəziyyətindən – yorğunluq, oyanıqlıq, alkoqol sərxoşluq.
Şirin suda boğulmalar. Şirin suda duzların miqdarı qanla müqayisədə qat-qat az olduğuna görə ağciyərlərə dolan şirin su tez bir zamanda qana sorulur. Bu da qanın durulaşmasına, həcminin artmasına və eritrositlərin parçalanmasına səbəb olur. Bəzən ağciyərlərin şişməsi də müşahidə olunur. Ürək mədəciklərinin yığılma funksiyasının pozulması nəticəsində qan dövranının fəaliyyəti dayanır.
Dəniz suyunda boğulmalar. Dəniz suyunda həll olunmuş maddələrin konsentrasiyası qana nisbətən çox olduğuna görə dəniz suyu ağciyərlərə daxil olan zaman qanın maye hissəsi zülallarla birgə qan damarlarından daxil olur. Bu qanın qatılaşmasına, onun tərkibindəki kalium, natrium, kalsium, maqnezium və xlor ionlarının konsentrasiyasının artmasına gətirib çıxarır. Damarlara yığılan maye onların genişlənməsinə, hətta cırılmasına səbəb olur. Bir qayda olaraq dəniz suyunda boğulmalar zamanı ağciyərlərin şişməsi inkişaf edir. Damarlarda az miqdarda qalan hava tənəffüs hərəkətləri zamanı mayenin çalxalanması və davamlı zülal köpüyünün əmələ gəlməsinə səbəb olur. Qaz mübadiləsi kəskin pozulur, ürəyin fəaliyyəti dayanır.
İlk tibbi yardım. İlk tibbi yardım göstərərkən belə adamı belinə qədər soyundurur, ağız və burnunu lildən, selikdən təmizləyir, hündür başaltının (mütəkkənin) və ya dizin üstünə qarnı üstə yerləşdirirlir, sonra sinəsini basmaqla ağciyərlərdən və mədədən suyu kənar edirlər. Bundan sonra süni tənəffüs verməyə və ürəyi xaricdən masaj etməyə başlayırlar (şəkil 65).
Şəkil 65. Zərərçəkənə süni nəfəs verilməsi qaydası

Bu zaman ən səmərəli üsul «ağızdan - ağıza» süni tənəffüs verməkdir ki, belə süni tənəffüs zədəli şəxsin nəfəsi bərpa olunanadək davam etdirirlir. Əgər nəfəs bərpa olunmursa və zədələnmiş şəxs özünə gəlmirsə, süni tənəffüs və ürəyin xaricdən masaj edilməsi ancaq ölümün obyektiv əlamətləri meydana çıxarkən dayandırılır. Bu əlamətlər gözlərin bərəlməsi, işığa qarşı reaksiyanın olmaması, uzun müddət ürək döyüntüsünün olmaması, meyit ləkələrinin aşkara çıxmasıdır.
Nəfəs və ürəyin fəaliyyəti bərpa olunduqda isə zədə alan adamı qızdırmaq, ona isti çayiçirtmək və tibb müəssisəsinə çatdırmaq lazımdır.
Günvurma. Orqanizmin həddən artıq qızması zamanı adamlarda ağır xəstəlik- günvurma və ya istilikvurma baş verə bilər. Bu xəstəliklərin əsas əlamətləri bədənin hərarətinin 400–410C–dək yüksəlməsi, nəbzin dəqiqədə 150–170 və tənəffüsün dəqiqədə 30 dəfəyədək tezləşməsi, sifətin kəskin surətdə qızarması, bəzən isə avazıması, çox güclü tərləmə, yeriyərkən adamın səndələməsi, başın gicəllənməsi, baş ağrılarıdır.
İlk tibbi yardım. İlk tibbi yardım göstərərkən adamı kölgəli yerdə uzadır, paltarın yaxasını və bədəni sıxan digər yerlərini açıb boşaldır, başa və sinəyə yaş dəsmal qoyur, su içirdirlər. Adam huşunu itirdikdə gicgahlarına naşatır spirti sürtür, nəfəsi kəsildikdə süni tənəffüs verir, ürəyin fəaliyyəti dayandıqda ürəyi xaricdən masaj edirlər.
Zəhərli həşərat dişləyərkən ilk yardım.Zəhərli ilanlaradamı vurduqda onun zəhəri yara yerindən orqanizmə keçir. Bir sıra zəhərli ilanların (gürzə, zınqrovlu ilan, kobra və s.) zəhəri insan üçün olduqca daha qorxuludur və vaxtında yardım göstərilməsə ölümlə nəticələnə bilər. İlan vuran zaman ilk tibbi yardım göstərərkən dərhal ilanın dişlədiyi yerdən yuxarıda rezin turna ilə bərk bağlayırlar. Sonra yara yerinə qansoran banka ya da kürə qoymaqla (əgər sağlam adamın ağzı və dodaqlarının selikli qişaları sağlamdırsa) zəhəri sormaqla çıxartmaq olar.
İlan vurmuş yeri 1%-lik kalium-permanqanat məhlulu ilə yuyur, buraya soyuq şey qoyulur. Dərhal yaxındakı tibb məntəqələrindən birinə çatdırılır. Ən təsirli profilaktika ilan zəhəri əleyhinə serum vurmaqdır.
Zəhərli hörümçəklər – dişləyərkən onlar neyrotoksik, yəni sinir sistemini zəhərləyən təsirli zəhər buraxır ki, belə zəhər tənəffüs mərkəzini iflic edir və qıc olmağa səbəb olur (əqrəb, qara qurd). Bu zaman adama vaxtında yardım göstərilməsə, o məhv ola bilər. Böyənin sancması nisbətən az təhlükəlidir, bu çox ağrı törətsə də ölümə səbəb olmur. İlk yardım göstərərkən bədəndən həşəratın neştərini çıxarmaq və oraya buz qoymaq lazımdır.
Zəhərli bitkilərlə zəhərlənərkən ilk yardım.Orqanizmə zəhərlərin təsiri nəticəsində əmələ gələn patoloji vəziyyətə zəhərlənmə deyilir.Zəhərlənməyə pis keyfiyyətli ərzaq və zəhərli bitkilər, məişətdə və istehsalatda tətbiq edilən müxtəlif kimyəvi maddələr, dərman preparatları və s. səbəb ola bilər. Zəhərlər orqanizmin müəyyən yerinə və ya bütün orqanizmə təsir edə bilər. Bu, zəhərin xassəsindən və orqanizmə düşmə yolundan asılıdır. Zəhərli bitkilərin təsiri bitkinin yetişməsindən, tərkibində zəhərli maddələrin toplanmasından, miqdarından, növündən və kimyəvi birləşmələrindən və s. asılıdır. İki cürə zəhərli bitkilər vardır: həmişə zəhərli və müvəqqqəti zəhərli. Bitkilərin zəhərliдшyinin səbəbi onların tərkibində alkoloidlərin, saponinin, laktonların, albuminin, efir yağlarının, boya maddələrinin, azotsuz maddələrin olmasıdır.
Zəhərli bitkilərin zəhərli təsiri onların istifadə edilmə vaxtından və toxumlarından asılıdır. Zəhərli bitkiləri üçqrupa bölmək lazımdır:
• Təzə, yaşıl və qurumuş halda zəhərli bitkilər (novruzgülü, asırqalı, bənkotu, dəli bəngi);
• Ancaq yaşıl və təzə halda zəhərli bitkilər(qaymaqçiçəyi, əsbə, dəmrovotu, sunərgizi, bədyan);
• Toxumları zəhərli bitkilər (qurumuş halda gövdələrivəyarpaqları zəhərsizdir).
Zəhərli göbələklərin qırmızı milçəkqıran, solğun murdarçavə zəhərli bitkilərin yeyilməsi zəhərlənməyə, bir sıra hallarda ölümə səbəb olur. Belə hallarda ilk tibbi yardım göstərərkən zəhərlənmiş adamın mədəsini yuyur, işlətmə dərmanı verir, hansı göbələkdən və ya bitkidən zəhərləndiyi müəyyən edildikdən sonra zərərçəkəni tibb müəssisəsinə aparırlar.

Tapşırıqlar və suallar:
1. Donvurmanın mahiyyəti nədən ibarətdir? 2.Donvurmanın neçə dərəcəsi var? 3.Donvurma zamanı ilk tibbi yardım necə göstərilir? 4.Suda boğulma nə zaman baş verir? 5.Suda boğulma zamanı ilk tibbi yardım necə göstərilir? 6.Günvurmanın əlamətlərini sadalayın.7.Hansı zəhərli həşaratları tanıyırsınız? 8.Zəhərlənmə nədir? 9.Zəhərli bitkiləri neçə qrupa bölmək olar? 10. Hansı zəhərli bitkiləri tanıyırsınız?










GƏNCLƏRİN ÇAĞIRIŞAQƏDƏRKİ HAZIRLIĞI
DƏRS VƏSAİTİ


II HİSSƏ

1.  VƏTƏNPƏRVƏRLİK ANLAYIŞI. AZƏRBAYCAN RESPUBLİKASININ FƏXRİ MÜKAFATLARI
Plan
Vətənpərvərlik anlayışı
Azərbaycan Respublikasının fəxri mükafatları
Azərbaycanın Milli Qəhrəmanının xüsusi fərqlənmə nişanı
Vətənpərvərlik anlayışı. Hazırki dövrdə Azərbaycan Respublikası SQ-də tərbiyəvi işə mənəvi psixoloji təminata ümumi rəhbərliyi komandirlər həyata keçirirlər. Vətənpərvərlik hissi qədim tarixə malikdir. Əsası sinifsiz cəmiyyətdə, mağara adamları tərəfindən qoyulmuşdur.
Vətəndaşlıq, vətən borcu şagirdlərdə kiçik yaşlarından, ailədən başlayır. Hərbi qulluqçunun mənəvi-psixoloji hazırlığı xalqın tarixi irsinə və dünyəvi dəyərlərə söykənməlidir.
Mənəvi-psixoloji hazırlıq şəxsi heyətin dəyanəti, yəni onun döyüş tapşırığını yerinə yetirmək, gərgin və təhlükəli şəraitdə fədakarlıq göstərmək, vətənpərvərlik əqidəsinə sadiq, təmkinli, dözümlü olmaq qabiliyyətinin formalaşması nəzərdə tutur. Vətən sevgisi, vətənpərvərlik hər kəsin borcudur. Hərbi qulluqçu Vətənin silahlı müdafiəçisidir. Hərbi qulluqçulara hər an Azərbaycan Respublikasının silahlı müdafiəsinə hazır olmaq, lazım gəldikdə respublikamızı müdafiə etmək həvalə olunmuşdur. Hərbi qulluqçu vətənpərvər insandır. O, vətəni, doğma torpağını sevir.
Vətənpərvər Vətənin şüurlu səviyyədə sevən, hər an müdafiəsinə qalxan, Vətən naminə istənilən çətinliklərə dözməyə və fədakarlığa hazır olan insandır.
Vətənpərvərlik – Vətən müdafiəsinin ən başlıca kefiyyətidir, bu kefiyyətə malik olmayan hallarda o, sadəcə bir muzdluya çevrilə bilər. Vətənpərvər Hərbi Anda sadiq qalmaqla Vətəninə, xalqına fədakarlıqla xidmət edər, qanını, hətta canını əsirgəmədən Azərbaycan Respublikasının müdafiəsində öz borcunu rəşadətlə, bütün çətinliklərə dözərək yerinə yetirə bilər. Namuslu, vicdanlı, ləyaqətli olmaq hərbi qulluqçunun əsas kefiyyətlərindəndir.
Azərbaycan Respublikasının fəxri mükafatları.Azərbaycanın ilk ordeni Respublikada sovet hakimiyyəti qu- rulduqdan sonra Azərbaycan İnqilab Komitəsinin sərəncamı ilə təsis edilən,  Azərbaycan SSR-in «Qırmızı Bayraq» ilk ordeni olmuşdur. İkinci orden Azərbaycan SSR «Qırmızı Əmək Bayrağı» ordeni idi(şəkil 1).  Hər iki ordenlə təltif olunma 1930-cu illərin ortalarından ləğv edilmişdir.

Şəkil 1. Azərbaycan SSR «Qırmızı Bayraq» ordeni (solda) və Azərbaycan SSR «Qırmızı Əmək Bayrağı» ordeni (sağda)

Azərbaycan Respublikası müstəqilliyini elan etdikdən sonra, Azərbaycan Respublikasının Mili Məclisinin 10 noyabr 1992-ci il tarixində  «Azərbaycan  Respublikasınınorden və medallarının təsis edilməsi haqqında»qanun qüvvəyə minmişdir.
Azərbaycanın Milli Qəhrəmanının xüsusi fərqlənmə nişanı. 25 mart 1992-ci ildə «Azərbaycanın Milli Qəhrəmanı» fəxri adı təsis edilmişdir. Bu Respublikamızın ən yüksək fərqlənmə dərəcəsidir. Fəxri adın xüsusi fərqlənmə nişanı «Qızıl Ulduz» medalıdır (şəkil 2). Azərbaycan Respublikasının müstəqilliyi və tərəqqisi naminə xalq qarşısında müstəsna xidmətlərə və rəşadətə görə verilir. «Qızıl Ulduz» medalı döşün sol tərəfinə, digər  orden və medallardan yuxarı taxılır.
Şəkil 2. «Qızıl Ulduz» medalı
Ordenlər. «Heydər Əliyev» ordeni. Azərbaycan xalqının ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında müstəsna tarixi xidmətlərini nəzərə alaraq və onun xatirəsini əbədiləşdirmək məqsədilə «Heydər Əliyev» ordeni təsis edilmişdir (şəkil 3). «Heydər Əliyev» ordeni Azərbaycan Respublikası vətəndaşlarına aşağıdakı hallarda verilir:
Şəkil 3.  «Heydər Əliyev»  ordeni
Azərbaycanın tərəqqisinə, əzəmətinin və şöhrətinin artmasına töhfə verən müstəsna xidmətlərinə  görə;
Vətənin müdafiəsində, Azərbaycanın dövlət mənafelərinin qorunmasında göstərilmiş mərdlik və şücaətə görə;
Azərbaycan Respublikasının Prezidentinə onun statusuna görə.
«İstiqlal» ordeni. Azərbaycan Respublikasının «İstiqlal» ordeni (şəkil 4)  vətəndaşlara aşağıdakılara görə verilir:    
Azərbaycan Respublikasında milli – azadlıq hərəkatında müstəsna xidmətlərinə görə;
Azərbaycan dövləti və xalqı qarşısında xüsusi böyük xidmətlərinə görə;
Azərbaycan Respublikasının milli dövlət quruculuğu işlərində xüsusi xidmətlərinə görə.
Şəkil 4.   «İstiqlal»  ordeni

«Şah İsmayıl» ordeni.  Azərbaycan Respublikasının ali hərbi ordenidir. «Şah İsmayıl» ordeni  Azərbaycan Respub- likası Silahlı Qüvvələrinin ali zabitləri, hərbi hissələrin və birləşmələrin komandirləri təltif edilirlər.
     «Şah İsmayıl» ordeni (şəkil 5)  aşağıdakı xidmətlərə görə verilir:
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin təşkilində və möhkəmləndirilməsində xüsusi xidmətlərinə görə;
Azərbaycan Respublikasının ərazi bütövlüyünün və təhlükəsizliyinin təmin edilməsində xüsusi xidmətlərinə görə;
görkəmli sərkərdəlik  fəaliyyətinə görə;
Respublika fövqəladə halların nəticələrinin  aradan qaldırılmasında xüsusi xidmətlərinə görə.
Şəkil 5. «Şah İsmayıl»  ordeni

«Azərbaycan Bayrağı» ordeni. «Azərbaycan Bayrağı» ordeni (şəkil 6) Azərbaycan Respublikasının  vətəndaşlarına, əcnəbi vətəndaşlara və vətəndaşılığı olmayan şəxslərə aşağıdakılara görə verilir:  
Azərbaycan Respublikasında milli–azadlıq hərəkatında və ictimai–siyasi fəaliyyətdə xüsusi xidmətlərinə görə;
Hərb elminin və hərbi texnikanın inkişafında xüsusi xidmətlərinə görə;
Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün  qorunub saxlanmasında xüsusi xidmətləri- nə görə;
Şəkil 6. «Azərbaycan Bayrağı» ordeni

Respublikada əmin - amanlığın təmin edilməsində, asayışin qorunmasında və hərbi xidmətdə xüsusi xidmətlərinə görə;
Dövlət sərhədinin mühafizəsinin təmin edilməsində xüsusi xidmətlərinə görə.
«Şöhrət» ordeni.Azərbaycan Respublikasının «Şöhrət» ordeni (şəkil 7) Azərbaycan Respublikasının vətəndaşlarına, əcnəbi vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə aşağıdakılara görə verilir:
İqtisadi, elmi-texniki, sosial-mədəni inkişafda xüsusi xidmətlərinə görə;  
Sülhün və xalqlar arasında dostluğun möhkəm- ləndirilməsin də və əməkdaşlığın inkişafında xüsusi xidmətlərinə görə;
Sənaye, nəqliyyat, rabitə, tikinti sahələrində və xalq təsərrüfatının digər sahələrində görkəmli əmək nəticə- lərinə görə;  
Elm, təhsil və səhiyyə sahəsində xüsusi xidmətlərinə görə.
Şəkil 7.  «Şöhrət»  ordeni

«Şərəf» ordeni.Azərbaycan Respublikasının «Şərəf» ordeni (şəkil 8) Azərbaycan Respublikasının vətəndaşlarına, əcnə- bilərə və vətəndaşlığı olmayan şəxslərə aşağıdakılara görə verilir:  
Azərbaycan Respublikasının dövləti və xalqı qarşısında böyük xidmətlərinə görə;
Azərbaycan Respublikasının milli dövlət quruculuğuişlə-rində xüsusi xidmətlərinə görə;
İqtisadi, elmi-texniki, sosial-mədəni inkişafda müstəsna xidmətlərinə görə;
Elm, mədəniyyət, ədəbiyyat, incəsənət, təhsil və səhiyyə sahələrində böyük xidmətlərinə görə.
Şəkil 8.  «Şərəf» ordeni

«Dostluq»  ordeni.Azərbaycan Respublikasının «Dostluq» ordeni (şəkil 9) Azərbaycan Respublikasının vətəndaşlarına, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə aşağıdakılara görə verilir:
Şəkil 9.  «Dostluq»  ordeni
Azərbaycan Respublikası ilə xarici ölkələr arasında dostluq, iqtisadi və mədəni əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə;
Xalqlar arasında dostluğun möhkəmləndirilməsi işində görkəmli xidmətlərinə görə;  
Dünyada, regionda və müxtəlif ölkələrdə sülhün və əmin-amanlığın bərqərar olmasında, sivilizasiyalar arasında konstruktiv münasibətlərin yaradılmasında və mədəniy- yətlər arası dialoqun qurulmasında görkəmli xidmətlərinə görə.
«Vətənə xidmətə görə» ordeni.Azərbaycan Respub- likasının üç dərəcədə «Vətənə xidmətə görə» ordeni (şəkil 10) aşağıdakılara görə verilir:  
Azərbaycan Respublikasına sadiqliyə görə, vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirməyə görə;
Dövlət qulluğunda səmərəli fəaliyyətə, yüksək peşəkarlığa və xüsusi nailiyyətlərə görə;
Milli dövlət quruculuğu işlərində xüsusi xidmətlərə görə.
Şəkil 10.  «Vətənə xidmətə görə» ordeni, 1-ci (solda), 2-ci (ortada)  və 3-cü (sağda) dərəcələri
«Vətənə xidmətə görə» ordeninin yüksək dərəcəsi birinci dərəcə sayılır. «Vətənə xidmətə görə» ordeninin hər üç dərəcəsi ardıcıllıqla verilir.
Medallar. «Vətən uğrunda» medalı.Azərbaycan Respub- likasının «Vətən uğrunda» medalı aşağıdakılara görə verilir:
Azərbaycan Respublikası ərazi bütövlüyünün təmin edilməsində iştirak etdiyinə  görə;
Dövlətin milli təhlükəsizliyinin təmin edilməsində fəaliyyətinə görə;  
Dövlət quruluşunun müdafiəsində iştirakına görə.
«İgidliyə görə» medalı. Azərbaycan Respublikasının «İgidliyə görə» medalı aşağıdakılara görə verilir:
Müharibədə döyüş zamanı göstərdiyi igidliyə görə;  
Döyüş əməliyyatlarına uğurlu rəhbərlik etdiyinə və şəxsi mərdlik göstərdiyinə görə;  
Həyatı təhlükə altında hərbi borcu yerinə yetirərkən igidlik göstərdiyinə görə;  
Xüsusi tapşırığı yerinə yetirərkən casarət göstərdiyinə görə;
Həyatı təhlükə qorxusu altında olduğu halda insan həyatı xilas etdiyinə görə.
«Tərəqqi» medalı. Azərbaycan Respublikasının «Tərəqqi» medalı (şəkil 11) Azərbaycan Respublikasının vətəndaşlarına, əcnəbi vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə aşağıda- kılara görə verilir:  
Sənaye və kənd təsərrüfatı sahəsində qazandıqları uğurlara görə;  
Böyük əhəmiyyətli ixtiralara və səmərələşdirici təkliflərin verilməsinə görə;  
Elm, mədəniyyət, ədəbiyyat, incəsənət, xalq təhsili və səhiyyə sahələrində xidmətlərinə görə;  
Xalq təsərrüfatı obyektlərinin inşasında, yenidən qurulmasında görkəmli xidmətlərinə görə;  
Bədən tərbiyəsi və idmanın inkişafında səmərəli fəaliyyətinə görə.
Şəkil 11. «Vətən uğrunda» medalı(solda), «İgidliyə görə» medalı (ortada), «Tərəqqi» medalı (sağda)

«Hərbi xidmətlərə görə» medalı.Azərbaycan Respub- likasının «Hərbi xidmətlərə görə» medalı Azərbaycan Respub- likasının hərbi qulluqçularına aşağıdakılara görə verilir:  
Öz xidmət vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə;  
Dövlət sərhədlərinin qorunmasında xidmətlərinə görə.
«Hərbi xidmətdə fərqləndiyinə görə» medalı. «Hərbi xid- mətdə fərqlənməyə görə» medalı ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları aşağıdakılara görə təltif edilirlər:  
Döyüş hazırlığındakı əla göstəricilərə görə;  
Təlimlərdə, döyüş xidməti və döyüş növbəsində xüsusi fərqlənməyə görə;  
Şücaət, fədakarlıq və hərbi xidmət keçdiyi dövrdə göstərdiyi digər xidmətlərə görə.
      «Hərbi xidmətdə fərqlənməyə görə» medalının üç dərəcəsi vardır:
«Hərbi xidmətdə fərqlənməyə görə» 1-ci dərəcəli medal;
«Hərbi xidmətdə fərqlənməyə görə» 2-ci dərəcəli medal;
«Hərbi xidmətdə fərqlənməyə görə» 3-cü dərəcəli medal.
«Sərhəddə fərqlənməyə görə» medalı.«Sərhəddə fərqlən- məyə görə» medalı ilə Azərbaycan Respublikası Sərhəd qoşunlarının hərbi qulluqçuları və başqa şəxslər aşağıdakılara görə təltif edilirlər (şəkil 12):
Şəkil 12. «Hərbi xidmətlərə görə» medalı (solda), «Hərbi xidmətdə fərqləndiyinə görə» 1-ci, 2-ci və 3-cü dərəcəli medalları (ortada),«Sərhəddə fərqləndiyinə görə» medalı (sağda)

Azərbaycan Respublikasının dövlət sərhədini pozanların tutulub saxlanması ilə əlaqədar döyüş əməliyyatlarında göstərilən rəşadətə görə;
Dövlət sərhədinin toxunulmazlığını qoruyarkən rəşadətə görə;
Dövlət sərhədinin mühafizəsində göstərilən yüksək sayıqlığa və təşəbbüskarlığa görə;
Sərhəd mühafizə xidmətində yüksək təşkilatçılıq bacarığı və dövlət sərhədinin möhkəmləndirilməsində nümunəvi işə görə;
Dövlət sərhədinin mühafizəsində sərhəd qoşunlarına fəal köməyə görə.
«Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə» medalı. «Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə» medalı ilə Azərbaycan Respublikası ilə hərbi əməkdaşlığın möhkəm- ləndirilməsində göstərdikləri xidmətlərə görə Azərbaycan Respublikasının və xarici ölkələrin hərbi qulluqçuları və digər şəxslər təltif edilirlər.
«Azərbaycan Respublikası Silahlı Qüvvələrin Veteranı» medalı. «Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı» medalı ilə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrin sıralarında (SSRİ Silahlı Qüvvələri və digər silahlı birləşmələrində xidmət müddəti də nəzərə alınmaqla) 25 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçular  təltif  edilirlər.
    «Qüsursuz xidmətlərə görə» medalı. «Qüsursuz xidmətlərə görə» medalı ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrində qüsursuz həqiqi hərbi xidmət keçən, hər il iyun ayının 26-na qədər 10, 15 və 20 təqvim ili tamam olmuş hərbi qulluqçular  təltif edilir (şəkil 13). «Qüsursuz xidmətlərə görə» medalının üç dərəcəsi vardır:
«Qüsursuz xidmətlərə görə» 1-ci dərəcəli medal   Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə;
«Qüsursuz xidmətlərə görə» 2-ci dərəcəli medal - Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə;
«Qüsursuz xidmətlərə görə» 3-cü dərəcəli medal - Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə.
Şəkil 13. «Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə» medalı (solda), «Azərbaycan Respublikası Silahlı Qüvvələrin Veteranı» medalı (ortada), «Qüsursuz xidmətlərə görə» 1-ci, 2-ci və 3-cü dərəcəli medalları (solda)

«Azərbaycan Respublikası Silahlı Qüvvələrin 10 illiyi (1991-2001)» yubiley medalı.«Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001)» yubiley medalı ilə 2002-ci il iyun ayının 26-na qədər Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçən və döyüş hazırlığında uğurlar qazanmış zabit, gizir və miçmanlar, habelə Silahlı Qüvvələrdən ehtiyata yaxud istefaya buraxılmış Azərbaycan Respublikası Silahlı Qüvvələrinin qurulmasında və onun möhkəmlənməsində fəal iştirak edən  zabitlər təltif edilirlər (şəkil 14).

Şəkil 14. «Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi» yubiley medalı (solda), «Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi» yubiley medalı (ortada), «Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi» yubiley medalı (sağda)
«Azərbaycan Respublikası Silahlı Qüvvələrin 90 illiyi (1918-2008)» yubiley medalı. «Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)» Azərbaycan Respublikasının yubiley medalı ilə 2008-ci il iyunun 26-dək Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçən və döyüş hazırlığında uğurlar qazanmış zabitlər, gizirlər, miçmanlar və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları, habelə Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən ehtiyata, yaxud istefaya buraxılmış, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin qurulmasında və möhkəm- ləndirilməsində fəal iştirak edən zabitlər təltif edilirlər.
«Azərbaycan Respublikası Silahlı Qüvvələrin 95 illiyi (1918-2013)» yubiley medalı. «Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)» Azərbaycan Res- publikasının yubiley medalı ilə 2013-cü il iyunun 26-dək Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçən və döyüş hazırlığında uğurlarqazanmış zabitlər,gizirlər, miçmanlar və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları, habelə Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata və ya istefaya buraxılmış, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin qurulmasında və möhkəm- ləndirilməsində fəal iştirak edən zabitlər təltif edilirlər.

Tapşırıqlar və suallar:
1.Vətənpərvərlik anlayışı nədir? 2.Vətənpərvər kimə deyi- lir? 3.Azərbaycan Respublikası öx müstəqilliyini elan etdikdən sonra Milli Məclis 10 noyabr 1992-ci ildə hansı qanunu qəbul etdi? 4.Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra, Azərbaycan İnqilab Komitəsi hansı ordeni təsis etdi? 5. 25 mart 1992-ci ildə hansı fəxri ad təsis edilib? 6.Hansı ordenləri tanıyırsınız? 7. «Heydər Əliyev» ordeni hansı xidmətlərə görə verilir? 8.Hansı medalları tanıyırsınız.





§ 2 HƏRBİ QULLUQÇULARIN İMTİYAZLARI VƏ MƏSULİYYƏTİ. «VƏTƏNƏ XƏYANƏT» ANLAYIŞI
Plan
Hərbi qulluqçuların imtiyazları
Hərbi qulluqçuların hərbi nəzakət və davranış qaydaları.
Hərbi qulluqçuların məsuliyyəti
Əmr və sərəncamların verilməsi qaydaları və onların icrası
Hərbi qulluqçuların imtiyazları.Azərbaycan Respublika- sının vətəndaşı olan hərbi qulluqçu Azərbaycan Respublika- sının Konstitusiyasına uyğun olaraq Azərbaycan Respub- likasının dövlət orqanlarına seçmək və seçilmək, ümumxalq müzakirələrdə və səsvermələrdə iştirak etmək hüququna malikdir.
Özlərinin xidmət fəaliyyətində hərbi qulluqçular Azərbaycan Respublikasının Konstitusiyasının tələblərini rəhbər tutaraq siyasi partiyanın üzvü ola bilməzlər.
Dövlət və hərbi sirri açmamaq şərtilə hərbi qulluqçuların söz və mətbuat azadlığına, əqidə azadlığını  sərbəst şəkildə ifadə etmə hüququ vardır.
Hərbi qulluqçuların dini əqidə azadlığına təminat verilir, lakin xidməti borclarından azad etmir. Hərbi qulluqçuların elmi, texniki, bədii və başqa azadlığına, yaradıcılığına təminat verilir, bir şərtlə ki, onların hərbi xidmət vəzifələrinə mane olmasın.
Hərbi xidmətdən buraxıldıqdan sonra onların işə düzəlməsinə təminat verilir. Hərbi qulluqçuların pul təminatı onların tutduğu vəzifənin maaşından, verilmiş hərbi rütbənin və əlavə qulluğun müddətindən asılı olan maaşın faizindən asılıdır.
Hərbi qulluqçular əlavə olaraq Nazirlər Kabinetinin müəyyən etdiyi ərzaq və əşya normalarına görədə pul kompensasiyaları alma hüququna malikdir.
Hərbi qulluçuların ailə üzvləri dəmiryol, dəniz, avtomobil və hava nəqliyyatından güzəştli hüquqa malikdirlər. Hərbi qulluq- çuların istirahət hüququ həftədə 41 saatdan çox olmayan xidmət vaxtının müəyyən edilməsi, həftənin istirahət, bayram, illik məzuniyyət və başqa ödənişli məzuniyyət  verilməsi yolu ilə təmin edilir.
      Hərbi qulluqçu il ərzində 45 gün məzuniyyətə gedə bilər. Hərbi qulluqçu ailəsi və özünün yaşaması üçün mənzil alma hüququna malikdir.
Hərbi qulluçular mülki tədris müəssisələrində axşam və ya qiyabi təhsil alma hüququna malikdir. Hərbi qulluçular və onların ailələri hər növ tibbi müayinə alma hüququna malikdirlər.
Hərbi qulluqçuların hərbi nəzakət və davranış qaydaları. Hərbi qulluqçular öz aralarında bir-biri ilə münasibətdə nəzakətli və təmkinli olmalıdırlar. Hərbi qulluqçular xidmət məsəllələrində bir-birinə «Siz» deyə müraciət etməlidirlər. Bir-birinə şəxsən müraciət etdikdə hərbi rütbənin adı çəkilir, qoşun növü və tutduğu vəzifə deyilmir.
Rəislər və yüksək rütbəli komandirlər tabeliyində olanlara müraciət etdikdə onların rütbəsini və familiyasını deyirlər. Məsələn, «Sıravi əsgər Həsənov», «Yoldaş sıravi əsgər», «Yoldaş mayor» və s. Gizir, miçman, çavuş rütbəsi olmayan, hərbi təhsil məktəblərinin və həmçinin tədris hissələrinin kursantlarına «kursant Əliyev», «Yoldaş kursant» deyə mü- raciət edirlər.
Tabelikdə olanlar və kiçik rütbəlilər öz böyüklərinə və rəsilərinə müraciət etdikdə onların hərbi rütbəsini deyir və hərbi rütbənin qabağına «yoldaş» sözü, qvardiya hissələrində isə «yoldaş qvardiya»sözləri əlavə olunur. Məsələn, «yoldaş qvar- diya leytenantı», «yoldaş baş əsgər» və s.
Hərbi qulluqçular həmişə yüksək mədənilik, təvazökarlıq, təmkinlilik nümunəsi göstərməli, ictimai yerlərdə və küçədə özlərini layiqli aparmalıdırlar. Hərbi qulluqçu ictimai yerlərdə və həmçinin tramvayda, trolleybusda, avtobusda, metroda, şəhərətrafı qatarlarda və s. yerlərdə içəri daxil olan rəisə və yaxud böyüyə salam verməli, əgər boş yer yoxdursa öz yerini ona təklif etməlidir. Hərbi qulluqçular mülki əhaliyə qarşı nəzakətli olmalı, vətəndaşların şərəf və ləyaqətlərinin qorun- masına, ictimai qayda-qanunun saxlanmasına yardım etməli, həmçinin bədbəxt hadisə, yanğın və təbii fəlakət vaxtı əhaliyə kömək göstərməlidirlər.
Hərbi qulluqçulara əllərini cibində saxlamaq, həmçinin rəisin, yaxud böyük rütbəli komandirin icazəsi olmadan onların yanında oturmaq və yaxud papiros çəkmək qadağandır. Hərbi qulluqçular küçədə və yaxud icazə verilməyən yerlərdə papiros çəkməkdən özlərini saxlamalıdırlar.Komandirlərə (rəislər) və özündən böyüklərə müraciət. Tabeliyində olan və kiçik rütbəli qulluqçular komandirlərə və rütbəcə özlərindən böyüklərə müraciət edərək hərbi rütbədən əvvəl «yoldaş» kəlməsini işlədirlər və sonra hərbi qulluqçunun rütbəsini deyirlər. Məsələn: «yoldaş çavuş, icazə verin Sizə müraciət edim».
Böyük rütbəli komandirlərin iştirak etdiyi yerlərdə hərbi qulluqçu lazım olan adama müraciət etmək üçün böyük rütbəli hərbi qulluqçudan sonra istədiyi hərbi qulluqçuya müraciət edə bilər. Məsələn: «yoldaş baş çavuş, icazə verin sıravi əsgər Həsənova, müraciət edim».
Komandirlər qulluq zamanı özlərindən kiçik rütbəli hərbi qulluqçulara müraciət edərkən onların rütbəsini və familiyasını və yaxud da ancaq rütbələrini deyirlər. Məsələn «sıravi əsgər Əhmədov və yaxud yoldaş əsgər».
Hərbi qulluqçuların məsuliyyəti. Hərbi qulluqçular hüquq pozuntuları törətdiyi halda Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq surətdə məsuliyyət daşıyırlar. Hərbi rütbəsindən və xidməti vəziyyətindən asılı olmayaraq hərbi qulluqçular qanun qarşısında bərabərdirlər. Hərbi qulluqçular yol hərəkəti qanunlarını, ov, balıqçılıq və balıq ehtiyatlarının mühafizəsi qaydalarını, gömrükxana qaydalarını pozmağa və qaçaqmalçılığa görə ümumi əsaslarla inzibati məsuliyyət daşıyırlar. Müəyyən edilmiş hərbi xidmət qaydasına qarşı cinayət törədilməsinə görə onlar Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə, hərbi cina- yətlərə görə cinayət məsuliyyəti daşıyırlar. Belə qanun pozun- tuları aşağıdakılardır:
xidmət müddətində  komandirə təsir göstərmək və onu müəyyən cinayətə təhrik etmək;
komandirə qarşı hədə gəlmək və qüvvə işlətmək;
hərbi qulluqçuları təhqir etmək;
hərbi qulluqdan boyun qaçırtmaq;
hərbi sirri yaymaq;
etibar edilən hərbi texnikanı, silahı, əşyaları itirmək, xarab etmək;
etibar edilən maşını düzgün idarə və istifadə etməməkqorovul və patrul xidmətini düzgün aparmamaq.
    Hərbi qulluqçular tərəfindən qanun pozuntularının dərəcəsindən asılı olaraq komandir və ya rəis hərbi qulluqçuları intizam nizamnaməsinin bəndlərinə görə cəza tədbirləri verə bilər.
Əmr və sərəncamların verilməsi qaydaları və onların icrası.Əmr –rəisin yazılı və ya şifahi verdiyi göstərişdir. Əmr verildikdə hərbi qulluçu qeyd–şərtsiz, dəqiq və vaxtında yerinə yetirməlidir. Hissə və bölmə komandiri gündəlik məsələlərin yerinə yetirilməsi üçün bütün göstərişlərini sərəncam şəklində verir. Əmr və sərəncamlar bir qayda olaraq  tabelik üzrə verilir.
    Hərbi qulluqçuya əmr verildikdə o, «Oldu» cavabını verərək əmri yerinə yetirməlidir. Zəruri hallarda əmri düzgün başa düşmədikdə və əmin olmaq məqsədilə əmrin qısa şəkildə təkrar olunmasını tələb edə bilər. Əmr yerinə yetirildikdən sonra hərbi qulluqçu bu barədə əmri vermiş rəisə və özünün bilavasitə rəisinə məlumat verməlidir.
Vətənə xəyanət anlayışı. Vətənə xəyanət  Azərbaycan xalqı qarşısında ən ağır cinayətdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsində göstərilir ki:
«Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunul- mazlığı, dövlət təhlükəsizliyi və ya müdafiə qabiliyyəti zərərinə olaraq, Azərbaycan Respublikasının vətəndaşı tərəfindən  düşmən tərəfinə keçmə, casusluq, dövlət sirrini xarici dövlətə vermə, Azərbaycan Respublikasına qarşı düşmənçilik fəaliyyəti aparmaqda xarici dövlətə, təşkilata və ya onların nümayəndələrinə kömək etməklə 10 ildən on 15 ilədək müddətə azadlıqdan məhrumetmə və ya ömürlük azadlıqdan məhrum- etmə ilə cəzalandırılır (Az.Resp.CM.274-cü maddə)»
    Vətən–bir millətin illər uzunu yaşadığı, adətinin, ənənəsinin, varlığının, şüurunun, birliyinin torpağı ilə birləşdiyi məkandır. Elə bir məkan ki, ana qucağı kimi isti, ata qoynu kimi əmin və etibarlıdır. Vətən sadəcə müəyyən sərhədləri olan coğrafi bir məkan deyildir.
Vətən xüsusi sevgi və hörmətə layiq müqəddəs torpaqdır. Biz vətənin suyunu içir, çörəyini yeyir, havasını uduruq. Evimiz, kəndimiz,  obamız bu torpaqlardadır. Baba və dədələrimiz bu torpaqlarda uyuyur, ata-anamız bu torpaqlarda addımlayırlar.
Vətən müqəddəsdir. Ata-babalarımız bu torpaqlarda yaşamış, onu becərmiş, qorumuş, onun uğrunda vuruşmuşlar. Onlar bu torpaqlar uğrunda canlarından keçib, şəhidlik rütbəsinə yüksəlmişlər. Vətəni və vətəndaşı sevmək böyük bir əxlaqi keyfiyyətdir. Dinimizin əmri, Uca Rəbbimizin razı qaldığı əməldir. Rəvayətlərdən birində «Vətəni sevmək Allaha imandandır» buyurulmuş, vətən sevgisinin əhəmiyyəti ön plana çəkilmişdir. Qəlbində Allaha imanı olan hər bir kəsin xalqına və vətəninə də sevgisi olacaqdır. Bir hədisdə vətənini qorumağın əhəmiyyətini bildirən Həzrəti Peyğəmbərimiz (s.ə.s) belə buyurmuşdur: «Sərhəd boyunca Vətəni qoruyan gözləri cəhənnəm atəşi yandırmayacaqdır, Allahın razılığı üçün Vətən sərhədlərini qoruyanlara isə daim savab yazılacaqdır».





Tapşırıqlar və suallar:
1.Hərbi qulluqçuların hansı imtiyazları var? 2.Hərbi qulluqçular siyasi partiyanın üzvü ola bilərlər? 3. Hərbi qulluqçuların ailə üzvləri hansı imtiyazlara sahibdirlər? 4.Hərbi qulluqçular həftədə neçə saat istirahət etmə hüququna malikdirlər? 5. İl ərzində hərbi qulluqçu neçə gün məzuniyyətdən istifadə edə bilər? 6.Hərbi qulluqçular bir-birinə necə müraciət etməlidirlər? 7. «Vətənə xəyanət» anlayışını izah edin.




§ 3  HƏRBİ QULLUQÇULARIN HƏVƏSLƏNDİRİLMƏSİ VƏ CƏZALANDIRILMASI
Plan
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam Nizamnaməsi
Hərbi intizam
Əsgər, matros və çavuşların həvəsləndirilməsi
Əsgər, matros və çavuşların cəzalandırılması
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam Nizamnaməsi. Azərbaycan Respublikasının 23 sentyabr 1994-cü il tarixli 885 saylı qanunu ilə təsdiq edilmişdir. Bu nizamnamə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi intizamını müəyyənləşdirir, onların vəzifə və hüquqlarını tənzimləyir.
 Azərbaycan Respublikası Silahlı Qüvvələrindəki hərbi intizam cəza və məcburiyyət prinsiplərinə deyil, hərbi qulluqçuların yüksək şüurluluğuna, vətənpərvərlik borclarını dərindən dərk etmələrinə, xalqımızın beynəlminəlçilik prinsiplərinə sadiq olmalarına və Vətənə sonsuz məhəbbət bəsləmələrinə əsaslanır.
Hərbi intizam. Hərbi intizam  bütün hərbi qulluqçuların Azərbaycan Respublikasının qanunlarında və hərbi nizamnamələrində müəyyən olunmuş qaydalara ciddi riayət etməsi deməkdir.  Hərbi intizam hər bir hərbi qulluqçunu:
Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına ciddi riayət etməyə, Hərbi Andın və hərbi nizamnamələrin tələblərini dəqiq yerinə yetirməyə, komandirlərin əmr və sərəncamlarına sözsüz tabe olmağa;    
Hərbi xidmətin bütün çətinlik və məhrumiyyətlərinə mətinliklə tab gətirməyə, hərbi borcunu yerinə yetirərkən öz qanını və hətda həyatını belə əsirgəməməyə;
Hərbi və dövlət sirlərini möhkəm saxlamağa;
Namuslu və doğruçu olmağa, hərbi işi vicdanla öyrənməyə, ona tapşırılan silahı, döyüş texnikasına, hərbi əmlakı və xalq əmlakını hər vasitə ilə qorumalı;
Komandirlərə və böyüklərə hörmət etməli və əsgəri nəzakət və salamvermə qaydalarına əməl etməyi.
Komandirin əmri tabelikdə olanlar üçün qanundur. Əmr sözsüz, dəqiq və vaxtında yerinə yetirilməlidir.
Əgər tabelikdə olan tabe olmaqdan açıq-aşkar imtina edirsə, yaxud müqavimət göstərirsə, komandir tabeçiliyində olanı məsuliyyətə cəlb etməlidir. Bu zaman silahdan ancaq döyüş şəraitində istifadə edə bilər.
Sülh dövründə isə silah yalnız müstəsna hallarda şərait təcili tədbirlər görməyi tələb etdikdə, yəni tabe olmayanın hərəkətləri Vətənə xəyanətə, döyüş tapşırığının yerinə yetirilməsinə yönəldikdə və ya komandirin, digər hərbi qulluqçuların, ya da mülki vətəndaşların həyatına real təhlükə yarandıqda işlədilə bilər.
Şərait imkan verirsə, komandir silah işlətməkdən əvvəl tabe olmayana xəbərdarlıq etməlidir. Komandirin silah işlətməsi haqqında dərhal komanda üzrə məlumat verməlidir.
Qayda-qanun və intizam bərpası üçün tədbir görməyən komandir bunun üçün məsuliyyət daşımalıdır.
Əsgər, matros və çavuşların həvəsləndirilməsi. Həvəslən- dirmələr hərbi qulluqçuların tərbiyə edilməsi və hərbi intizamın möhkəmləndirilməsi üçün mühüm vasitədir. Komandir ona verilən hüquqlardan istifadə edərək, tabeliyindəkiləri həvəsləndirə bilər. Əsgərlər, matroslar və çavuşlar üçün aşağıdakı həvəsləndirmələr tətbiq edilir:
Təşəkkür elan etmək;
Əvvəl verilmiş intizam cəzasını ləğv etmək;
Növbədənkənar hissənin yerləşdiyi yerdən (gəmidən) kənara buraxmaq;
Fəxri fərmanla, qiymətli hədiyyə ilə mükafatlandırmaq;
Hərbi qulluqçunu Döyüş Bayrağı yanında foto şəklini çəkmək;
Baş əsgər hərbi rütbəsi vermək;
Hərbi qulluqçunun yaşadığı yerə xidmət borcunu nümunəvi yerinə yetirdiyinə görə ailəsinə təşəkkür məktubu göndərmək;
Müddətdən artıq xidmət edən çavuşları ştat üzrə vəzifəyə təyin etmək;
Əlaçı döş nişanı ilə təltif etmək;
Əsgərlərin, çavuşların adlarını Fəxri kitaba yazmaq;
Əsgərlərə, matroslara, çavuşlara vaxtı nəzərə almadan 10 sutkayadək qısa müddətli məzuniyyətə buraxmaq.
Əsgər, matros və çavuşların cəzalandırılması. Hərbi qul- luqçular törətdikləri cinayətlər üçün qüvvədə olan qanunvericiliyə müvafiq cinayət məsuliyyəti daşımalıdırlar. Törətdiyi cinayət üçün intizam cəzası almış hərbi qulluqçu cinayət məsuliyyətindən azad edilmir. Əsgərlərə və matroslara  verilən intizam cəzaları aşağıdakılardır:
Məzəmmət;
Töhmət;
Şiddətli töhmət;
Hissənin yerləşdiyi yerdən kənara, yaxud gəmidən sahilə növbəti buraxılmadan məhrumetmə;
Növbədənkənar xidmət naryadına təyin etmə (5 xidməti naryadına qədər);
Hauptvaxtda saxlanılmaqla 10 sutkayadək həbs;
Əlaçı döş nişanından məhrumetmə;
Baş əsgər(baş matros) hərbi rütbəsindən məhrumetmə cəzaları verilə bilər.
   Müddətli xidmət çavuşlarına verilən intizam cəzaları aşağıdakılardır:
Məzəmmət;
Töhmət;
Şiddətli töhmət;
Hissənin yerləşdiyi yerdən kənara, yaxud gəmidən sahilə növbəti buraxılmadan məhrumetmə;
Hauptvaxtda saxlanılmaqla 10 sutkayadək həbs;
Əlaçı döş nişanından məhrumetmə;
Hərbi rütbəsini bir pillə aşağı salma;
Hərbi rütbəsini bir pillə aşağı salmaqla yanaşı aşağı vəzifəyə keçirmə;
Çavuş hərbi rütbəsindən məhrumetmə
Çavuş hərbi rütbəsindən məhrumetməklə yanaşı aşağı vəzifəyə keçirmə cəzaları verilə bilər.
    Hərbi hissənin komandirləri onların tabeliklərində olan əsgərlər, matroslar və çavuşlar barədə Nizamnamənin müəyyən etdiyi intizam cəzaları tədbirlərindən tam həcmdə istifadə etmək hüququna malikdirlər.

Tapşırıqlar və suallar:
1.İntizam Nizamnaməsi nə vaxt təsdiq edilib? 2.Hərbi intizam nədir? 3.Əsgər və çavuşlara hansı həvəslən- dirmələr tətbiq edilir? 4.Əsgər və çavuşlara hansı cəzalar tətbiq edilir? 5.Müddətli xidmət çavuşlarına verilən cəzaları sadalayın. 6.Komandir hansı şəraitdə tabeliyində olan əsgərə qarşı silah  işlədə bilər?




§ 4  BÖLÜYÜN SUTKALIQ NÖVBƏTÇİLİYİ
Plan
Bölük növbətçisi
Bölüyün gün növbətçisi
Bölük növbətçisi. Bölük növbətçisiçavuşlardan və müstəsna hallarda daha hazırlıqlı əsgərlərdən təyin olunur.
O, bölükdə daxili qayda–qanuna əməl olunmasına və günün nizam qaydalarına dəqiq yerinə yetirilməsinə, silahların, döyüş sursatı saxlanan yeşiklərin, bölük əmlakının, əsgərlərin və çavuşların şəxsi əşyalarının qorunub saxlanmasına və gün növbətçilərinin düzgün xidmət etmələrinə cavabdehdir.
Bölük növbətçisi alay növbətçisinə və onun köməkçisinə, bölükdə daxili xidmət qaydasında isə bölük komandirinə və bölük baş çavuşuna tabedir. Ona bölüyün gün növbətçiləri tabedirlər.
Yeni bölük növbətçisi dəyişməzdən əvvəl bölüyün təyin olunmuş sutkalıq naryadının heyətini yoxlayır, onu nəzərdən keçirir və bölüyün baş çavuşuna təqdim edir.
Bölük baş çavuşu sutkalıq naryada təlimat verdikdən, baxdıqdan və onu yoxladıqdan sonra yeni növbətçi köhnə növbətçidən bölükdəki şəxsi heyətin sayı  və harada olamları haqqında məlumat alır və sutkalıq naryadı dəyişməyə aparır.Bölük növbətçisinin vəzifələri:
Bölükdə günün nizam qaydalarının dəqiq yerinə yetirilməsinə diqqət yetirmək bölüyün harada olduğunu, onun şəxsi heyətinin, növbədə olanlarının, xəstələrinin, həmçinin mövcud olan və sərf edilən silahların dəqiq sayını bilmək;
Silahların ancaq bölük komandirinin və ya bölük baş çavuşunun sərəncamı,tapançaları isə əsgərlərə və çavuşlara ancaq bölük komandirinin icazəsi ilə, bu barədə bölüyün silahlarının və döyüş sursatının verilməsi kitabında müvafiq qeydlər etməklə vermək;
Silahları qəbul edərkən onların nömrələrini və komplektliyini yoxlamaq;
Silah saxlama otağının açarını həmişə özündə saxlamaq və heç kimə verməmək;
Hər hansı hadisə baş verdikdə təcili tədbirlər görmək və bu barədə dərhal alay növbətçisinə, bölük komandirinə və ya onun müavininə, onlar olmadıqda isə bölük baş çavuşuna məlumat vermək;
Bölükdə yanğınsöndürmə vasitələrinin olmasına və onların sazlığına, yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsinə diqqət yetirmək;
Yanğın baş verdikdə yanğınsöndürmə komandası çağırmaq, yanğının söndürülməsindən ötrü tədbirlər görmək, dərhal alay növbətçisinə və bölük komandirinə məlumat vermək, həmçinin təhlükə baş verə biləcək otaqlardan şəxsi heyətin, silahların və əmlakın çıxarılması üçün tədbir görmək;
Bölüyün bütün şəxsi heyətini «Qalx» komandası ilə yuxudan oyatmaq.
Bölüyün gün növbətçisi.Bölüyün gün növbətçisiəsgərlər- dən təyin olunur. O, mühafizəsində olan silahların, tapançalar olan şkafların, döyüş sursatı olan yeşiklərin, bölüyün əmlakının, əsgərlərin və çavuşların əşyalarının qorunub saxlanmasına cavabdehdir.
Bölüyün gün növbətçisi bölük növbətçisinə tabedir. Bölüyün növbəti gün növbətçisi kazarmanın daxilində giriş qapısının yanında silahlar saxlanan otağa yaxın yerdə dayanır.  Bölüyün gün növbətçisinin vəzifəsidir:
Bölük növbətçisinin icazəsi olmadan bölüyün binasından heç yerə getməmək, silah saxlama otağına daim nəzarət etmək;
Bölük komandiri ,ondan yüksək vəzifəli birbaşa rəislər və alay növbətçisi bölüyə gəldikdə «Farağat» komandası vermək;
Bölüyün başqa zabitləri bölüyə gəldikdə «Bölük bövbətçisi çıxışa»  komandası verməli;
Bölükdə baş vermiş bütün hadisələr, yanğın təhlükəsizliyi qaydalarının pozulması və gördüyü nasazlıqlar haqqında bölük növbətçisinə dərhal məlumat vermək;
Otaqlarda təmizliyə və qayda-qanuna diqqət yetirmək, hərbi qulluqçuların buna riayət etmələrini onlardan tələb etmək;
Hərbi qulluqçuların soyuq havada, xüsusilə gecələr geyinməmiş binadan çıxmasına icazə verməmək;
Növbətçi işıqlandırma qaydalaına riayət etmək;
Hərbi qulluqçuların yalnız müəyyən olunmuş otaqlarda və ya yerlərdə popiros çəkmələrinə, ayaqqabı və paltar təmizləmələrinə diqqət yetirmək;
Səhər yuxudan durma vaxtı və həmçinin gecələr həyəcan siqnalı, toplanış hallarında və ya yanğın olduqda şəxsi heyəti yuxudan oyatmaq;
Bölük növbətçisinin icazəsi olmadan kənar şəxsləri binaya buraxmamaq, həmçinin kazarmadan silahların, əmlakın və əşyaların çıxarılmasına icazə verməmək.
Bölüyün gün növbətçisinin yeri.Bölük yaşayış məntə- qəsində yerləşdirildikdə gün növbətçilərindən biri, həmişə küçədə bölük komandirinin müəyyən etdiyi yerdə olmalı və bölük növbətçisinin harada olmasını bilməlidir.
Gün növbətçisinin duracağı yerdə pis havadan qorunmaqdan ötrü talvar düzəldilir. Gün növbətçisi hərbi qulluqçuların ictimai asayişə, geyim forması qaydalarına riayət etmələrinə nəzarət edir və gördüyü bütün pozuntular haqqında bölük növbətçisinə məlumat verir.

Tapşırıqlar və suallar:
1.Bölük növbətçisi kimlərdən hazırlanır? 2. Bölük növbətçisinin vəzifələrini öyrənin. 3.Şəxsi heyəti yuxudan oyatmaq üçün hansı komanda verilir? 4. Bölük növbətçisi kimə tabedir? 5.Bölüyün gün növbətçisi kimlərdən təyin edilir? 6.Bölüyün gün növbətçisi kimə tabedir? 7.Bölüyün gün növbətçilərinin vəzifələrini sadalayın. 8. Bölük növ- bətçisi və ondan birbaşa rəislər bölüyə gəldikdə hansı komanda verilir?



§ 5. SAATDARIN VƏZİFƏLƏRİ VƏ FƏALİYYƏTİ
Plan
Qarovul xidmətinin təşkili
Post və onun təchizatı
Saatdarın atəş açma hüququ
Postun təhvil-təslimi zamanı  qarovulun vəzifələri
Qarovul xidmətinin təşkili. Hərbi və dövlət obyektlərinin etibarlı və möhkəm mühafizəsi üçün qaravul təyin edilir. Qarovul xidmətini yerinə yetirmək döyüş vəzifəsini yerinə yetirmək deməkdir və qaravulun şəxsi heyətinin, Qarnizon və Qarovul Xidməti Nizamnaməsinin bütün müddəalarına dəqiq əməl etmək yüksək sayıqlıq, cəsarət, təşəbbüskarlıq tələb edir. Qarovul xidmətini yerinə yetirmək  saatdarlar təyin edilir.
Döyüş bayraqlarının, hərbi və dövlət obyektlərinin, həm- çinin əsgəri dustaqxanada  və intizam taborunda  saxlanan şəxslərin  qorunması və mühafizəsindən ötrü döyüş taprışığını yerinə yetirmək üçün təyin edilmiş silahlı bölmə qarovul adlanır.
Post və onun təchizatı. Qarovul tərkibində qaravul rəisi, postların və növbələrin görə qaravul nəfərləri, dəyişdirici, lazımi hallarda qaravul rəisinin köməkçisi   və  nəqliyyat vasi- tələrinin sürücüləri təyin edilirlər.
Saatdarona tapşırılmış  postu qorumaq və müdafiə etmək üçün döyüş tapşırığını yerinə yetirən silahlı qaravul nəfəridir.
Postsaatdara qorumaq və müdafiə etmək üçün tapşırılmış obyektlər və həmçinin saatdarın vəzifəsini icra  etdiyi yer və yaxud sahədir.
Saatdarın vəzifəsi və toxunulmazlığı. Saatdar toxunulmaz şəxsdir. Saatdarın toxunulmazlığı aşağıdakı kimidir:
Hüququnun və şəxsi ləyaqətinin qanunla xüsusi qorunması;
Ancaq müəyyən şəxslərə qaravul rəisinə, qaravul rəisinin köməkçisinə və dəyişdiriciyə;
Vəzifəsi ilə müəyyən olunmuş tələblərin bütün şəxslər tərəfindən sözsüz yerinə yetirməkdən;
Bu nizamnamədə göstərilən hallarda və qaydada ona silah işlətmək hüququ verilməsi.
Saatdarqarovul rəisinə, onun köməkçisinə və öz dəyiş- diricisinə tabedir.Saatdarın vəzifə borcları:
Öz postunu sayıq mühafizə və mətanətli müdafiə etmək;
Ayıq xidmət etmək, fikrini yayındırmaq, silahını əlindən buraxmamaq və onu tabe olduğu şəxslər də daxil olmaqla heç kimə verməmək;
Təyin olunmuş marşurutla hərəkət edərək postun yaxınlığındakı girişləri və hasarları nəzərdən keçirmək, həmçinin siqnal vasitələrinin sazlığını yoxlamaq;
Həyatı təhlükədə olsa belə dəyişilməyincə və postdan çıxarılmayınca onu tərk etməmək;
Postda tapşırığı yerinə yetirərkən silahı doldurulmuş və həmişə atışa hazır olmaq posta, postlar tabelində göstərilən və işarə qoyulmuş yerdən yaxın məsafəyə qaravul rəisindən, qaravul rəisinin köməkçisindən, özünün dəyişdiricisindən və onların müşayiət etdikləri şəxslərdən başqa heç kəsi buraxmamaq;
Qarovulun nəqliyyat vasitələrinin marşurutunu, hərəkət cədvəlini, həmçinin onların fərqlənmə nişanlarını və siqnallarını bilmək;
Postdakı yanğınsöndürmə vasitələrdən istifadə etməyi bacarmaq.
   Saatdara yatmaq, oturmaq, nəyə isə söykənmək, yazmaq, kitab oxumaq, mahnı oxumaq, yemək, içmək, papiros çəkmək, təbii ehtiyaclarını dəf etmək, kimdənsə nəsə almaq yada nəsə vermək, zərurət olmadıqda patronu yuvasına yeritmək qadağandır.
Saatdar ancaq qaravul rəisinə, onun köməkçisinə və öz dəyiş- diricisinin və onu yoxlamağa gəlmiş şəxslərin suallarına cavab verməlidir.
Saatdarın atəş açma hüququ. Saatdar özünə və ya mühafizə etdiyi obyektə aşkar basqın olduğu hallarda aşağıdakı qaydada silah işlətmək hüququna malikdir:
Xəbərdarlıq edib, xəbərdarlıq atəşi açıb, atəş açmaq;
Xəbərdarlıq edib, xəbərdarlıq atəşi açmayıb, atəş açmaq;
Xəbərdarlıq etməyib, xəbərdarlıq atəşi açmayıb, atəş açamaq.
Saatdar qoruduğu obyekti yada qadağan olunmuş ərazini mühafizə edərkən, posta təklükə hiss etdiyi zaman, posta yaxinlaşan şəxsə xəbərdarlıq edib, xəbərdarlıq atəşi açıb, gələn şəxsi postun ərazisindən uzaqlaşdırır.
Pis görmə şəraitində (duman, çiskin, sis) postlar tabeliyində göstərilən məsafədən posta və ya qadağan olunmuş əraziyə yaxınlaşanı görmək mümkün deyilsə, o zaman saatdar xəbər- darlıq edib, xəbərdarlıq atəşi açmadan atəş açmaq kimi hüquqa malikdir.
Saatdar özünə və ya mühafizə etdiyi obyektə aşkar basqın olduğu hallarda xəbərdarlıq etmədən, xəbərdarlıq atəşi açmayıb, silah işlətməlidir.
Postun təhvil-təslimi zamanı  qarovulun vəzifələri. Postun təhvil-təslimi zamanı hər hansı nasazlıq aşkar edildikdə və yaxud möhürlərin izləri ilə, postlar siyahısında göstərilən və həmçinin qorunan döyüş texnikasının miqdarı ilə uyğun gəlmədikdə dəyişdirici postun təhvilini dayandırır və qarovul rəisini çağırır, postları yeni qarovul qəbul etdiyi zaman belə hallar baş verdikdə köhnə və yeni qarovul rəisləri çağırılırlar.
    Postun təhvil-təslimi qurtardıqdan sonra saatdar və postu qəbul etmiş qarovul nəfəri qorunan obyektin əks tərəfinə üzvlərini tutaraq dayanırlar və növbə ilə məlumat verirlər. Məlumat  və dəyişdirici  tərəfdən göstəriş aldıqdan sonra saatdar silahını götürür və postda vəzifəsini yerinə yetirməyə başlayır.

Tapşırıqlar və suallar:
1.Qarovul xidməti necə təşkil edilir? 2.Qarovulun təyina- tını deyin. 3.Saatdar kimdir? 4.Postun təyinatı deyin. 5.Saatdarın toxunulmazlığını öyrənin. 6.Saatdarın vəzifə borcları hansılardır? 7.Saatdara nə qadağandır? 8.Saatdar kimə tabedir? 9. Saatdar hansı hallarda atəş açma hüququna malikdir? 10.Postun təhvil-təslimi necə təşkil olunur?




§ 6 SIRADAN ÇIXMA VƏ RƏİSƏ YAXINLAŞMA
Plan
Silahsız hərbi salamın verilməsi qaydası (əməli).
Sıradan çıxma və rəisə yaxınlaşma (əməli).
Silahsız hərbi salamın verilməsi qaydası (əməli). Salamı dəqiq və gümrah, sıra duruşu və yerişi qaydalarını düzgün yerinə yetirməklə verməli (şəkil 15). Sıradankənar duruş vəziyyətində baş geyimsiz salam vermək üçün rəis 5-6 addım- lığa çatanda ona tərəf dönməli, «Farağat» komandası ilə durmalı, onun üzünə baxaraq başını dalınca çevirməli.

Şəkil 15. Hərbi qulluqçunun yerində (solda) və hərəkətdə (sağda) salamvermə

Əgər baş geyimi geyilibsə bundan başqa, sağ əli baş geyiminə elə yapışdırmalı ki, barmaqlar bir yerdə olsun,  ovuc düz, orta barmaq baş geyiminin aşağı ucuna–günlüyün yanına toxunsun, qol çiyin xətti və səviyyəsində olsun. Başı rəisə tərəf döndər- dikdə əlin vəziyyəti dəyişməz qalır. Rəis salam verəni ötüb keçəndən sonra başı düzəltməkdə eyni vaxtda əli aşağı salmalı.        
Sıradankənar yeriyərkən baş geyimsiz salam vermək üçün rəisə 5-6 addım qalmış eyni vaxtda əllərin hərəkətini saxlayıb sıra addımına keçməklə, başını ona tərəf döndərməli, yerişi davam etdirərək onun üzünə baxmalı.
Rəisi ötəndə başı düzəltməli və əllərlə hərəkəti davam etdirməli. Baş geyimi geyilməyibsə, sıra addımına keçməklə eyni vaxtda başı döndərməli, əli baş geyiminə yapışdırmalı, sol əli budun yanında hərəkətsiz saxlamalı. Rəisi ötəndə sol ayağı yerə qoymaqla başı düzəltməli və sağ əli aşağı salmalı. Yeriyən rəisi ötüb keçdikdə salamı ötmənin birinci addımı ilə verməli. İkinci addımla başı düzəltməli və sağ əli aşağı salmalı.  
Sıradan çıxma və rəisə yaxınlaşma (əməli). Hərbi qulluq- çunun sıradan çıxması üçün komanda verilir, məsələn, «Sıravi Əhmədov.Sıradan filan qədər addım – Çıx!»,yaxud «Sıravi Yusifov - Yanıma».
Hərbi qulluqçu öz soyadını eşidib, «Mən» sıradan çıxmaq haqqında komandaya isə  «Oldu» cavabı verir (şəkil 16).
Şəkil 16. Rəisə yaxınlaşma və məruzə etmə

Birinci komandada hərbi qulluqçu sıra addımları ilə birinci cərgədən sayaraq göstərilən addımlar qədər sıradan çıxır, dayanır və üzü sıraya dönür. İkinci komandada hərbi qulluqçu birinci cərgədən bir-iki addım düzünə çıxıb, gedə-gedə rəisə tərəf dönür, kəsməsinə sıra addımları ilə, yaxud yüyürərək rəisə yanaşır və gəldiyi haqqında xəbər verir. Hərbi qulluqçu ikinci cərgədən çıxırsa, o, sol əlini yavaşca qarşısında duran hərbi qulluqçunun çiyninə qoyur, qarşıdaduran bir addım çıxıb, sıradan çıxan hərbi qulluqçunu buraxır, sonra öz yerini tutur.
Hərbi qulluqçunun sıraya qayıtması üçün komanda verilir:  «Sıravi Yusifov. Sıraya-Dur!».
«Sıravi Yusifov» komandası ilə üzü sıraya dayanmış hərbi qulluqçu rəisə tərəf dönür. «Mən» cavabı verir; «Sıraya-Dur!» komandası ilə əgər silahsızdırsa, yaxud silah arxa vəziyyətin- dədirsə, sağ əlini baş geyiminə yapışdırıb, «Oldu!» cavabı verir, geriyə dönür, birinci addımda əlini aşağı salır, sıra addımları ilə yeriyərək kəsməsinə sıradan öz yerini tutur.

Tapşırıqlar və suallar:
1.Sıradan kənarda, yerində və hərəkətdə hərbi salamın verilməsini göstərin. 2. Sıradan çıxmağı və sıraya qayıtmağı icra edin. 3. Sırada və sıradan kənar rəisə yaxınlaşmanı icra edin. 4. Rəisin salamına hərbi qulluqçular necə cavab verirlər? 5. Rəisə neçə addım çatmamış sıra addımına keçilir?







 7. MOTOATICI TAQIMIN QURULUŞU VƏ DÖYÜŞ İMKANLARI
Plan
Motoatıcı tağımın müdafiədə döyüş düzülüşü
Motoatıcı tağımın hücumda döyüş düzülüşü
Əziz tələbələr, keçən payız semestrində «Motoatıcı manqanın təşkili və döyüş imkanları» mövzusu ilə tanış olmu- sunuz. Dərslərin gedişindəən kiçik bölmə olan manqanın quruluşunu və döyüş imkanını öyrəndiniz. Bu semetr isə manqadan bir pillə yuxarı bölmə olan taqımın quruluşunu öyrənəcəyik.
Motoatıcı taqım idarəetmə və atəşlə himayə qrupundan və üç motoatıcı manqadan ibarətdir. Motoatıcı manqanın quruluşunu keçən payız semestrində öyrəndiyimiz üçün bu dərsimizdə idarəetmə və atəşlə dəstək qrupunun quruluşunu öyrənsək, artıq taqımı da öyrənmiş olacağıq.
İdarəetmə və atəşlə dəstək qrupunun tərkibinə taqım koman- diri, taqım komandirinin müavini, snayperçi-atıcı, bilavasitə taqım komandirinə tabe olan atəş vasitələri və əmrə verilmiş bölmələr daxildir.
Bu qrup düşmənin canlı qüvvəsini,yüngül zirehli və zirehsiz texnikalarını məhv edir, həmçinin başqa döyüş tapşırıqlarınıyerinə yetirir.
Motoatıcı taqım döyüş tapşırığını yerinə yetirən zaman bölüyün tərkibində, kəşfiyyatda, səfərdə, döyüş və keşik mühafzəsində isə müstəqil fəaliyyət göstərə bilər.
     Motoatıcı taqımın döyüş düzülüşünə motoatıcı manqalar və onların tərkibində olan piyadanın döyüş maşınları (zirehli transportyor) daxildir. Yerinə yetirilicək tapşırıqdan, ərazidən və digər şərtlərdən asılı olaraq motoatıcı taqımın döyüş düzülüşünə döyüş maşınları (tank), keçidaçma(partlama) və ələ keçirmə qruplarıda verilə bilər.
     Motoatıcı taqım piyada olaraq, qışda xizəklərdə, piyadanın döyüş maşınında, zirehli döyüş maşınlarında, avtomobillərdə və ya tanklar üzərində desant kimi fəaliyyət göstərir.
Motoatıcı tağımın müdafiədə döyüş düzülüşü.Motoatıcı taqıma dayaq məntəqəsi, atəş zolağı, əlavə atəş sektoru, bir-iki cəmləşmiş atəş sahəsi təyin olunur. Motoatıcı taqımın dayaq məntəqəsi cəbhə boyu300 mvə dərinliyiisə200 mqədər ola bilər. Motoatıcı taqımın müdafiəsinin düzülüşünə daxildir:
Taqımın döyüş düzülüşü;
Dayaq məntəqəsi;
Atəş sistemi.
Müdafiənin düzülüşü düşmənin həmləsinin dəf olunmasını, canlı qüvvəsinin və tanklarının ön xəttin qarşısında, cinahlarda və müdafiənin dərinliyində məhv edilməsini təmin etməlidir. Motoatıcı taqımın müdafiədə döyüş düzülüşünə motoatıcı manqalar, idarəetmə və atəşlə himayə qrupu daxildir. Bundan başqa taqımda döyüş maşınları qrupu yaradıla bilər (şəkil 17).
Şəkil 17. Motoatıcı taqımın müdafiədə döyüş düzülüşü

Motoatıcı tağımın hücumda döyüş düzülüşü.Motoatıcı taqım bölüyün tərkibində hücuma keçə bilər, taborun  ehtiyatını təşkil edə bilər, döyüş kəşfiyyatı dozorunda fəaliyyət göstərə bilər.Bundan əlavə motoatıcı taqım hava desantında fəaliyyət göstərə bilər, həmçinin həmlə qrupunun əsasını təşkil edə bilər.
Şəraitdən və yerinə yetirilən tapşırıqdan asılı olaraq motoatıcı taqıma qumbaraatan, tank əleyhinə bölmələr və digər atəş vasitələri, müstəqil tapşırıq yerinə yetirən zaman isə mühəndis bölmələri verilə bilər.
    Motoatıcı taqımın döyüş düzülüşü adətən motoatıcı manqalardan, idarəetmə və atəşlə himayə qrupundan ibarət olur. Bundan əlavə taqımda döyüş maşınları qrupu yaradıla bilər (şəkil 18).












Şəkil 18. Motoatıcı taqımın hücumda döyüş düzülüşü

Yerinə yetirilən tapşırıqdan asılı olaraq, motoatıcı taqım düz xətlə, geri (irəli) bucaqla və ya tinli (sağa və ya sola) düzülüşdə hücuma keçir. Manqalar arasında cəbhə üzrə və dərinliyə interval 50 m qədər ola bilər. Taqım 300 m-ə qədər cəbhədə hücuma keçir.

Tapşırıqlar və suallar:
1.Motoatıcı taqımın tərkibini sadalayın. 2.Motoatıcı taqım tapşırıq yerinə yetirərkən onun tərkibinə hansı bölmələr verilə bilər? 3.Motoatıcı manqanın döyüş düzülüşünə hansı qruplar daxildir? 4.Motoatıcı taqım şəraitdən asılı olaraq necə fəaliyyət göstərə bilər? 5.Motoatıcı taqımın müdafiədə yerləşdiyi dayaq məntəqsəinin ölçüləri nə qədərdir? 6.Tapşırıqdan asılı olaraq, motoatıcı taqım hücumda necə fəaliyyət göstərir? 7.Taqım cəbhədə neçə metrə qədər hücuma keçir?


§ 8. MÜHƏNDİS MANEƏLƏRİNİN TƏYİNATI, QURULUŞU, DÖYÜŞ XASSƏLƏRİ VƏ İŞ PRİNSİPİ
Plan
1.Tank əleyhinə minalar
2.Piyada əleyhinə minalar
Müasir döyüşdə müasir mühəndis maneələri bölmələrin döyüş əməliyyatlarının təmin edilməsində vacib rol oynayır. Bunlar yerdə, suda və ya havada düşmənə zədə yetirmək, onun hərəkətini zəiflətmək, ləngitmək və manevrliyini çətinləş- dirmək məqsədilə düzəldirlər. Düşmənə təsirinin xarakterinə görə mühəndis maneələrinin minapartlayıcı, partlamayan və kombinə edilmiş növləri olur. Minapartlayıcı maneələr mühəndis maneələrinin əsas növü sayılır. Minapartlayıcı maneələr qurmaq üçün minalar tətbiq edilir. Təyinatına görə minalartank əleyhinə mina   və piyada əleyhinə  mina növ- lərinə ayrılır.
Tank əleyhinə minalar. Tank əleyhinə minalar– tankları və digər döyüş texnikasını məhv etmək üçün tətbiq edilir.Tank əleyhinə mina 1924-cü ildə rus hərbi mühəndisi Dimitiri  Mixayloviç Karbışov tərəfindən yaradılmışdır.
Ümumi quruluşu. Mina gövdədən (metal, ağac və ya plastik kütlədən), partlayıcı maddədən, atımdan, partlayıcıdan, ara detanatorundan ibarətdir (şəkil 19). Tank əleyhinə minaların döyüş xassələri 4-cü cədvəldə verilmişdir.
Şəkil 19. Tank əleyhinə mina TM-57
1-gövdə; 2-lövhə; 3-partladıcı (döyüş vəziyyətində); 4-qapaq;
5-partladıcı maddə; 6-minanın altı; 7-mərkəzi ara detanatoru; 8-yan ara detanatoru; 9-alışdırıcının yuvası.

Cədvəl 4
Mina
Ümumi kütləsi, kq
Atımın kütləsi, kq
Diametri, mm
Hündürlüyü,
mm
İşə düşməsinə lazım olan güc, kqq

Tank əleyhinə minalar

TM-57
TM-62
9
9,5-10
6,5
7
320
320
110
330
200-500
250-600

Piyada əleyhinə minalar

PMD-6
PMN
POMZ 2M
0,49
0,55
1,8
0,2
0,2
0,075
190x90
110
60
50
53
107
6-28
8-23
0,5-1,3


İş prinsipi:Texnikanın təkəri minanın üstünə çıxır,onun qabağı əzilir,partladıcı detanatora dirənərək aşağı basılır,zərbə mexanizminin vurucu mili yayın təzyiqi altında alışdırıcını deşir və minanı partladır.
Piyada əleyhinə minalar.Piyada əleyhinə minalar- düşmənin canlı qüvvəsini məhv etmək üçün tətbiq edilir.Onlar fuqaslı və qəlpələnən növləri olur.
Ümumi quruluşu. Mina gövdədən, partlayıcı maddədən, atımdan və qoruyucu mexanizmli partladıcıdan ibarətdir. Qoruyucu mexanizm minaları düzərkən təhlükəsizliyi təmin etmək üçündür. Piyada əleyhinə minaların döyüş xassələri 4-cü cədvəldə verilmişdir (şəkil 20).
Şəkil 20. Piyada əleyhinə mina PMD-6M
a-ümumi görünüşü; b-kəsimi; 1-qapaq; 2-partladıcı; 3-metal element; 4-rezin qalpaq; 5-kəsici; 6-qoruyucu çüy; 7-T şəkilli döyüş çüyü;
 8-vurucu mil; 9-yay; 10-partladıcının gövdəsi; 11-alışdırcı;
12-qapaq; 13-minanaın gövdəsi;14-partlayıcı maddənin atımı;
15-basdırılmış mina

İş prinsipi. Minanın müvəqqəti metal mili qırılandan 2,5 dəqiqə sonra döyüş vəziyyətinə keçir.Minanın ayaqlayarkən onun qabağı aşağı oturur,mil partladıcıdan çıxır,vurucu mil azad olub,yayın təzyiqi altında alışdırıcını deşir və mina partlayır.
Minanın düzülməsi. Tank əleyhinə minaları 5-8 sm,piyada əleyhinə minaları isə 1-2 sm qalınlığındakı torpaq qatı altında düzülür. Piyada əleyhinə minanı çıxartmaq qadağandır. Onlar partlayıcı maddə atımları vasitəsilə partladılmalı və ya digər üsullar məhv edilməlidir.
   Yerin müəyyən sahəsinə minalar düzməklə minalanmış sahə yaradırlar. Minalanmış sahənin tank əleyhinə, piyada əleyhinə və qarışıq minalanmış sahələri olur.
Minanı göstərən əlamətlər bunlardır: onların üzərindəki təpəcik; onların qoyandan sonra yığışdırılmamış torpaq qalıqları; qışda tapdanmış qar; mina və partladıcıların unudulub qalmış qablaşdırma materialları; təkər və ayaq izləri; göstərici nişanlar və çəpərlər.
Tank əleyhinə minaları əllə xüsusi avadanlıqlı mina düzən mexanizm və helikopterlər vasitəsilə, piyada əleyhinə minaları isə əllə düzülür.

Tapşırıqlar və suallar:
1.Tank və piyada əleyhinə minaların döyüş xassələrini sadalayın. 2.Tank əleyhinə minaların təyinatını,ümumi quruluşunu və iş prinsipini izah edin. 3.Tank əleyhinə minalar hansı vasitələrlə düzülür? 4.Piyada əleyhinə minananı zərərsizləşdirmək niyə qadağandır? 5.Minanı göstərən əlamətlər hansılardır? 6.Tank əleyhinə mina kim tərəfindən yaradılıb?





§ 9. ZİREHLİ DÖYÜŞ TEXNİKALARI VƏ ONLARLA MÜBARİZƏ ÜSULLARI
Plan
1.İlk tank
2. Tankların təyinatı və döyüş xassələri
3. Zirehli maşınların təyinatı və döyüş xassələri
İlk tank.İlk tank Böyük Britaniyada Birinci dünya müha- ribəsində yaranıb. İlk tanklar avtomobil motorları ilə təchiz edilrdi. Onun adı «Mark IV» olub. Bu tank 8 km/saat sürətlə hərəkət edib. Hər kilometrə 5 litr yanacaq işlədib. Onun çəkisi 3 ton olub. Onun 4 lüləsi olmuşdur. Beləliklə hər tərəfə atəş açan tank çox gücə malik olub (şəkil 21).













Şəkil 21. İlk tank «Mark IV»

Düşmənin tankları və zirehli maşınlarına qarşı, eləcədə onun nüvə hücumu vasitələri ilə mübarizə aparmaq ümumqoşun döyüşündə ən vacib vəzifələrdən biridir. Bu mübarizədə daha böyük müvəffəqiyyətə nail olmaq üçün döyüşçülər düşmən tanklarını və zirehli maşınlarının güclü və zəif cəhətlərini, xüsusəndə ən zəif yerlərini bilməlidir. Onlar həm motopiyada bölmələrlə, həm də müstəqil surətdə döyüş apara bilər.
Tankların təyinatı və döyüş xassələri. Tankları etibarlı zirehə, yüksək manevr qabiliyyətinə malikdir. Tankdakı silahlar bir müstəvidə yerləşmişdir. Tanklara yanğınsöndürmə vasitələri və suyun altında sürmək üçün avadanlıq var. Bəzi tanklarda kumulyativ mərmilərdən mühafizəni təmin edən sipər var (Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin arsenalında  T-90S, T-72  «Aslan» və T-55 tankları var).
Müasir tankların heyəti 3 nəfər, orta müharibə tankların heyəti isə 4 nəfərdən ibarətdir.
   Tankın mərmiləri aşağdakılardır:zirehdərən mərmi, kumulyativ mərmi,qəlpəli mərmi və qəlpəli – fuqas mərmi.
Kumulyativ mərmi – partlayışın təsirinin müəyyən istiqa- mətdə gücləndirilməsi partlayıcı maddə atımından zədələnəcək
obyekt – tərəfə yönəlmiş kumulyativ oyuq düzəldilməsi ilə əldə edilir (20000-30000C temperaturda istilik nəticəsində oyuq yaradır).
Zirehdələn mərmi– düşmənin tank və zirehli maşınlarını məhv və fəaliyyətini zəiflətmək məqsədilə istifadə edilir.
Qəlpəli mərmi - açıq və örtülü sahələrdə düşmən ordularının piyada və maşınlarını məhv etmək üçün istifadə edilir.
Qəlpəli fuqas mərmi - düşmənin səngərdə, taxtadan düzəl- dilmiş blindajlar, sığınacaqlarda canlı qüvvəni və yüngül zirehli  texnikanı məhv etmək məqsədi ilə istifadə edilir.      
Tankın zəif yerləri bunlardır: hərəkət hissələri (tırtıl, aparıcı və yönəldici təkərlər), gövdənin arxa və yan tərəfləri  (bortlar),  qüllə, atəşaçma və müşahidə cihazları, top və pulemyotların lülələri.
       T-90S tipli tanklar T-72 tanklarını əvəz etmək üçün istehsal olunmuşdur (şəkil 22). T-90S döyüş  tankının döyüş xassələri:  830 mm zirehə malikdir. Heyəti 3 nəfərdən (tank komandiri, tuşlayıcı – operator və mexanik – sürücü) ibarətdir. Şosse yolda sürəti 65 km/saatdır. Tankın çəkisi 46,5 tondur.125 mm-lik «Refleks-M» tipli yivsiz topla, hava hücumundan müdafiə və Kalaşnikov tipli pulemyotlarla təchiz olunmuşdur. İnfraqırmızı və lazer şüalarının pozucu sistemlərinə malikdir.
Şəkil 22.   Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin arsenalında olan T– 90S tankı

Zirehli maşınların təyinatı və döyüş xassələri. Zirehli maşınlar təkərli texnikadır. Zirehli maşınlar təyinatına görə bir neçə növü var: ağır zirehli maşınlar, yüngül zirehli maşınlar və müxtəlif məqsədli zirehli maşınlar.
Ağır zirehli maşınlar – motoatıcı bölmələrin tərkibində tankların atəşini himayə edərək, daşıdığı desantları, heyətləri istənilən məntəqəyə çatdırmaq, motoatıcı manqanı qorumaq və mühafizə etmək, müxtəlif maneələri dəf edən texnikalardır (şəkil 23).Belə texnikalar (ZTR–82A, «Marauder», «Matador»)4x4 və ya 8x8 təkər formuluna malikdirlər və ağır döyüş modulları ilə silahlanırlar.




«Marauder»  tipli
ağır zirehli maşın











«Matador» tipli
ağır zirehli maşın








Şəkil 23. Azərbaycan Respublikası Müdafiə Sənayesi tərəfindən Silahlı Qüvvələr üçün istehsal olunan ağır zirehli maşınlar





Yüngül zirehli maşınlar – motoatıcı bölmələrin tərkibində kəşfiyyat, rabitə, gözətçi, və keşikçəkmə funksiyalarını yerinə yetirirlər. Belə maşınlardan «Qum pişiyi» 4x4 təkər formuluna malikdir (şəkil 24). Bu maşın yüngül döyüş modulu ilə 12,7 mm-lik pulemyotla və ya 75 mm-lik «Spike LR» tipli  tank əleyhinə idarəedilən komplekslə silahlanır.  Bu maşına uzaq məsafədən nəzarət və izləmə imkanına malik elektro-optik sistemlərlə təchiz edilmişdir.«Qum pişiyi» tipli yüngül zirehli maşınlar mina partlayışlarına da davamlıdır. İstənilən hava şəraitində optik və lazer məsafə ölçənlərin köməyi ilə hədəfin koordinatlarını təyin edə bilir. Maşının sürəti 100 km/saatdır.
Şəkil 24.  Azərbaycan Respublikası Silahlı Qüvvələrinin arsenalında olan «Qum pişiyi» yüngül zirehli maşın

Müxtəlif məqsədli zirehli maşınlar – motoatıcı bölmələrin tərkibində tibbi, mühafizə və başqa köməkçi funksiyasını yerinə yetirir (şəkil 25).















Şəkil 25. «Gürzə-2»müxtəlif məqsədli zirehli maşın
(Azərbaycan MSN tərəfindən hazırlanır)

Tank və zirehli maşınlarla mübarizə aparma üsulları.Tanklarla və zirehli maşınlarla mübarizənin müvəffəqiyyəti şəxsi heyətinin mənəvi–döyüş keyfiyyətlərindən  onların döyüşdə iştirak edən bütün qüvvə  və vasitələrlə birgə fəaliyyət göstərməsindən, yerin, havanın xarakterindən,  günün və ilin vaxtından xeyli asılı olur.  
Müasir döyüşdə tanklar və zirehli maşınlarla qarşı mübarizə əsasən tank əleyhinə top, tank əleyhinə raket kompleksləri, tank əleyhinə qumbaraatanlara və  tankəleyhinə piyadanın döyüş maşınlarına həvalə olunur. Tank əleyhinə bu vasitələrin döyüş imkanları, hər şeydən əvvəl, onların xassələri ilə, yəni zirehdəlmə qabiliyyəti, atəş məsafəsi, atəşin sərrastlığı və atəşin tezliyi (sürəti) ilə müəyyən olunur.  
Tanklara və zirehli maşınlara açılan atəş aşağıdakı məsafələrdən səmərəli ola bilər:
Tank əleyhinə toplardan 1500 metr;
Tank əleyhinə raket komplekslərindən 1000-1500 metr;
Tank əleyhinə qumbaraatanlardan 100-300 metr;
Piyadanın döyüş maşınından 1300 metr;
Tank səngərə irəliləyən zaman döyüşçü 25–30 m məsafəyə yaxınlaşmasını gözləyir və ölü məsafədən istifadə etməklə tank əleyhinə qumbaranı tanka atır.
Tank əleyhinə qumbaranı ayaqüstə, dizüstə dayanmaqla, yerə  uzanmış vəziyyətdə atmaq olar.
Tank əleyhinə qumbaranın prinsipi-zərbəli, partlama müddəti dəyən anda, qumbaranın çəkisi 1070 qr, orta atma məsafəsi 15-20 m.
Tank əleyhinə qumbaranı ayaqüstə, dizüstə dayanmaqla və yerə uzanmış halda atmaq olar. Lakin partlayan qumbaranın zərbə dalğasından və qəlpələrindən qorunmaq məqsədilə qumbaranı hökmən sığınma yerinin arxasından atmaq lazımdır.

Tapşırıqlar və suallar:
1.İlk tank haqqında təqdimat hazırlayın. 2.Nə üçün tankların döyüşdə rolu böyükdür? 3.Tankların döyüş xassələrini öyrənin. 4.Tankların zəif nöqtələrini sadalayın.
5.Zirehli maşınlar təyinatına görə hansı qruplara ayrılır? 6.Ağır, yüngül və çoxməqsədli zirehli maşınlar haqqında təqdimat hazırlayın. 7.Tank və zirehli maşınlarla necə mübarizə aparmaq olar? 8.Tank əleyhinə qumbaranı hansı vəziyyətlərdə atmaq olar?




§ 10. KALAŞNİKOV TİPLİ PULEMYOTLARIN TƏYİNATI, QURULUŞU VƏ DÖYÜŞ XASSƏLƏRİ
Plan
1.İlk pulemyot
2. Kalaşnikov  əl  pulemyotunun təyinatı və  döyüş xassəsi
3. Pulemyotun quruluşu
   İlk pulemyot. İlk pulemyotu Amerika vətəndaşı, britaniyalı əsilli, silah ustası Hayram Stivens Maksim 1883-cü ildə hazırlamışdır. Təzə silahın üstünlükləri 1899–1902-ci illərdə baş vermiş İngilis–Prussiya müharibəsindəki hərbi əməliyyatlarda özünü göstərdi.Kifayət qədər iri, ağır qundaqlı, hündür taxta təkərlər üstündə olmasına baxmayaraq pulemyotun nümunəsi XIX əsrin axırında rus ordusunun silahlı qüvvələrinə daxil edildi. «Maksim» pulemyotu (şəkil 26) I və II Dünya müharibələrinin şanlı iştirakçısına çevrildi.
Şəkil 26.  «Maksim» dəzgahlı pulemyotu, 1910-1930-cu illər

XX əsrin axırlarında Mixayıl Kalaşnikov Sovet ordusu üçün yeni və yeganə müasir tipli 7,62 mm-lik Kalaşnikov pulemyotu  və 5,45 mm-lik Kalaşnikov əl pulemyotu  hazırladı. Bu pulemyotlar əvvəlkinə baxaraq, atəş gücü artırılmış, istənilən hava şəraitində istimarı çox etibarlıdır, döyüş xassələrinin keyfiyyətləri digər ölkələrə nisbətən tutuşdurduqda, döyüş şəraitlərində mükəmməl silah olduğunu göstərmişdir.
Kalaşnikov  əl  pulemyotunun təyinatı və  döyüş xassəsi.Kalaşnikov əl pulemyotu düşmənin canlı qüvvələrini məhv etmək və atəş vasitələrini zədələmək üçündür. Pulemyotun lüləsi avtomatdakına nisbətən uzundur. Nəticədə düzünə atəş məsafəsi və hədəfə təsirli atəşin uzaqlığı artır (şəkil 27). Pulemyotların döyüş xassələri 5-ci cədvəldə göstərilmişdir.


 5,45 mm-lik  Kalaşnikov əl pulemyotu







7,62 mm-lik  Kalaşnikov pulemyotu




Şəkil 27. Kalaşnikov tipli pulemyotlar

cədvəl №5
Sıra sayı
Atıcı silahların döyüş xassələri
Atıcı silahlar



KP-74
KƏP-74
HP-7.62
(AzResp)

1
Çapı, mm
7,62
5,45
7,62

2
Nişangah məsafəsi, m
1000
1000
1500

3
Yer hədəfinə məsafə, m
600
800
800

4
Hava hədəfinə məsafə, m
500
500
500

5
Döş hədəfinə məsafə, m
365
460
400

6
Qaçan hədəfə məsafə, m
540
640
650

7
Atəş tempi, dəq/at
600
600
700

8
Atəşin sürəti
fasiləsiz

9
Növbələrlə atəş
150
150
200

10
Tək – tək atəş
50
50
50

11
Tam çəkisi, kq
5.6
5.46
9.0

12
Darağın tutumu, ədəd
40,75
40,75
100,200

13
Güllənin uçuş məsaf., m
3000
3150
3800

14
Güllənin təsir etmə məs,m
1300
1450
1600

15
Yivlərin sayı
4
4
4

16
Güllənin sürəti, m/san
745
800
825


Pulemyotun quruluşu. Kalaşnikov əl pulemyotunun  quruluşu aşağıdakı kimidir:
lülə, lülə qutusu, nişangah tərtibatı və qundaqla birlikdə;
lülə qutusunun qapağı;
qaytarıcı mexanizm;                            
çaxmaq çərçivəsi qaz porşeni ilə birlikdə;
çaxmaq;
qaz borusu, lülə üstlüyü ilə birlikdə;  
lülə yatağı;  
buraxıcı-zərbə mexanizmi  və  daraq.

Tapşırıqlar və suallar:
1.İlk pulemyot haqqında nə bilirsiniz? 2.II dünya mühari- bəsindən sonra rus silah ustası hansı silah nümunələri hazırlamışdır? 3.Kalaşnikov əl pulemyotunun təyinatı və döyüş xassələrini sadalayın. 4.Pulemyotun quruluşunu öyrənin. 5.Pulemyotun sökülüb-yığılmasını ardıcıllıqla göstərin.






§ 11. ƏL QUMBARALARIN TƏYİNATI, QURULUŞU, DÖYÜŞ XASSƏLƏRİ VƏ ATILMASI QAYDASI
Plan
Qəlpələnən əl qumbaraları təyinatı və döyüş xassələri
RQD–5 əl qumbarasının təyinatı və quruluşu
F-1 əl qumbarasının təyinatı və quruluşu
Qəlpələnən əl qumbaraları təyinatı və döyüş xassələri.  Əl qumbaraları müasir döyüşdə düşməni məhv etmək üçün etibarlı vasitələrdir. Əl qumbaraların 2 növü var: Hücum və müdafiə məqsədli əl qumbaraları (cədvəl  6).
cədvəl №6
S/s
Qumbaraların döyüş xassələri
Hücum məqsədli əl qumbaraları
Müdafiə məqsədli əl qumbalarları



RQD-5
RQ-42
F-1
RQO

1
Qumbaranın xarakteri
Qəlpəli

2
Qumbaranın partlama zamanı, san
3.2 – 4.2
3 – 4
3.2 -4.2

3
Öldürmə radiusu, m
25
200
17

4
Qumbaranın çəkisi, qr
310
420
600
530

5
Qəlpələrin sayı, ədəd
200
300
1000
700

6
Qumbaranın növü
Hücum
Müdafiə

7
Qumbaranın atma məsa- fəsi, m
50
40
45
40

8
Yeşikdə qumbaraların sayı ədəd
20
25
20
20

9
Yeşiklə qumbaraların çəki- si, kq
14
16
20
13


RQD–5 əl qumbarasının təyinatı və quruluşu. RQD–5 əl qumbarasının quruluşu: gövdədən, partladıcıdan  və  alışdırı- cıdan ibarətdir.
Gövdəpartladıcı atımın və alışdırıcı borucuğunun yerləş- dirilməsi üçündür. Gövdə yuxarı və aşağı hissələrdən ibarətdir, onlarında xarici örtüyü və içliyi vardır. Bunlar qumbara partlayarkən qəlpələr yaranması üçündür.

Partladıcı atım – qumbaranın gövdəsinə doldurulur və onu qəlpələrə parçalanmaq üçündür (şəkil 28).











Şəkil 28. RQD-5 əl qumbarası

UZRQM alışdırıcısı.Qumbaranın «UZRQM» alışdırıcısı   (moderinləşdirilmiş vahid əl qumbarası alışdırıcısı) - partladıcı  atımı partlatmaq üçündür (şəkil 29).














Şəkil





29. UZRQM alışdırıcısının quruluşu
O, vurucu mexanizmdən və  alışdırıcının özündən ibarətdir. Alışdırıcılar həmişə döyüş vəziyyətində olur. Onları sökmək və vurucu mexanizmin işini yoxlamaq qəti qadağandır. Vurucu mexanizm alışdırıcının alovlandırıcı pistonunu alovlan-dırmaq üçündür.Alışdırıcının özü qumbaranın partladıcı atımını partlatmaq üçündür.    
F-1 əl qumbarasının təyinatı və quruluşu. F-1 qəlpələnən əl qumbarası, əsasən müdafiə döyüşlərində tətbiq edilir. F-1 əl qumbarasını ancaq səngərdən, tankdan, PDM-dən və ZTR-dən atırlar. F-1 əl qumbarasının (şəkil 30) quruluşu  çuqun gövdədən, partladıcı atımdan və alışdırıcıdan ibarətdir.
Şəkil 30. F - 1 Əl qumbarasının təsviri

Qumbara partlayan zaman gövdə adətən şırımlar üzrə qəlpələnir. Qumbaraları atmazdan əvvəl borucuqdan tıxacı burub çıxartmaq, onun yerinə alışdırıcını qoyub sıxmaq lazımdır. Alışdırıcının vurucu mexanizminin hissələri belə vəziyyətdə olur: vurucu mil döyüş ayağına çəkilmişdir, buraxıcı qolun çəngəli yuxarı vəziyyətdə saxlanılır, buraxıcı qolun özü isə qoruyucu çüyün vasitəsilə vurucu mexanizmin borucuğuna birləşir. Qoruyucu çüyün ucları kənarlara qatlanmışdır, çüyün alışdırıcıda  möhkəm saxlayır. F-1 qumbarasında da partladıcı atımın və alışdırıcının quruluşu RQD-5 tipli qumbarasında olduğu kimidir.
Əl qumbaralarının atılması qaydası. Qumbaranın atılması 2 mərhələdən ibarətdir:
Qumbaranın doldurulması;
Hazır vəziyyətdə tutulması.
Qumbaranı  müxtəlif vəziyyətdə atmaq olar:  ayaq üstə, diz üstə və uzanaraq.
Qumbaranı atmaq üçün elə yer seçirlər ki, onu maneəsiz  tullamaq mümkün olsun, yəni qumbaranın uçuş yolu qarşısında ağac budaqları, hündür ot, məftillər və digər maneələr olmasın. Qumbaranı «Qumbara ilə-Atəş!» komandası verilərkən, döyüşdə isə həmçinin müstəqil olaraq atırlar.
Qumbaraları qumbara çantasında gəzdirirlər. Alışdırıcılar çantanın ayrıca gözündə, kağıza və əsgiyə bükülmüş halda yerləşdirilir. Qumbaranın gövdəsində pas, əzik və çat olmamalıdır. Alıçdırıcı təmiz, əziksiz olmalıdır. Qumbaraları gəzdirərkən onları təkandan, zərbədən, pasdan, çirk və rütubətdən qorumaq lazımdır.

Tapşırıqlar və suallar:
1.Əl qumbaraları haqqında nə bilirsiniz? 2.Əl qumba- ralarının neçə növü var və hansılardır? 3.Hücum və müdafiə tipli əl qumbaralarına misal göstərin. 4.Hücum tipli əl qumbarasının döyüş xassələrini sadalayın. 5.Müdafiə tipli əl qumbarasının təyinatı və döyüş xassələri haqqında nə bilirsiniz? 6.Qumbaraları hansı vəziyyətdə atmaq olar? 7. Qumbaranı hansı komanda ilə düşmən üzərinə atırlar?





§ 12. KİÇİKÇAPLI VƏ PNEVMATİK TÜFƏNGLƏRİN TƏYİNATI VƏ DÖYÜŞ XASSƏLƏRİ.  
Plan
5,6 mm-lik “TOZ-8” tipli kiçikçaplı tüfəngin təyinatı və döyüş xassəsi.
Kiçikçaplı tügəngin təmizlənməsi qaydası
Tüfənglərdən istifadə edərkən təhlükəsizlik qaydalarına riayət olunması qaydaları
5,6 mm-lik “TOZ-8” tipli kiçikçaplı tüfəngin təyinatı və döyüş xassəsi. Tula silah zavodunun buraxdığı «TOZ-8» markalı kiçikçaplı tüfəng ilk atış qaydalarını öyrətmək və atıcıları məşq etdirmək üçündür.
Tüfəngin  döyüş xassələri: çapı - 5,6 mm; kütləsi - 3,12 kq; güllənin başlanğıc sürəti - 310 m/san; atəş tezliyi  10-12 atəş/dəq; nişangah məsafəsi 250 m; güllənin uçuş məsafəsi   1200-1600 m; güllənin zədələyici məsafəsi  - 800 m
Kiçikçaplı tüfəngin quruluşu.Kiçikçaplı tüfəngin əsas hissələri və mexanizmləri bunlardır (şəkil 31):
Şəkil 31. 5,6 mm-lik TOZ-8 kiçikçaplı tüfəng
1. arpacıq;  2. lülə; 3. açıq nişangah tərtibatı; 4. içlik lülə qutusu ilə birlikdə; 5. arxa qapaq; 6. qundağın boynu; 7. yataq;
8. qundaq; 9. aşağı halqa; 10. tətik bəndi; 11. tətik; 12. çaxmaq; 13. çaxmaq çərçivəsi; 14. yuxarı halqa və 15. lülə altlığı.

Kiçikçaplı tügəngin təmizlənməsi qaydası. Kiçikçaplı tüfəngi də avtomatdakı qaydada təmizləyirlər, yağlayırlar. Lakin yadda saxlamaq lazımdır ki, kiçikçaplı tüfəngi ağızdan təmizləmək qadağandır, çünki belə halda sünbə lülənin ağız hissəsində yivlərin tinlərini pozur, bu isə tüfəngdən atəşin sıxlığına mənfi təsir göstərir. Lülə kanalını təmizləmək üçün arxa qapağı çıxartmaq, çaxmağı lülə qutusundan çıxartmaq, silgəcin fırlanan hissəsinə 4-5 sm uzunliğunda kəpitkə lifi sarımaq, onu duru silah yağında islatmaq və sünbəni xəzinə tərəfdən lülə kanalına yeritmək lazımdır.
4,5 mm-lik pnevmatik tüfəngin təyinatı və döyüş xassəsi.  4,5 mm-lik pnevmatik  tüfəng  (tapança )  atış  qaydalarını  öyrətmək  və  atıcıları  məşq  etdirmək  üçündür (şəkil 32).  
Şəkil 32.  4,5 mm-lik İJ-22 tipli pnevmatik tüfəng

     4,5 mm-lik pnevmatik  tüfəngin  (tapança)  döyüş  xassələri  aşağıdakı cədvəldə göstərilmişdir ( cədvəl №7).
Cədvəl № 7
s/s

Döyüş  xassələrİ
sİlahlar



Tüfəng
İJ-22
tapança
İJ-53M

1
Çapı (mm)
4.5 mm
4.5 mm

2
Yivlərin sayı (ədəd)
2 ədəd
2 ədəd

3
Nişangah məsafəsi (m)
100 m
50 m

4
Güllənin  ən  uzaq  məsafəsi (m)
150-200 m
45-50 m

5
Güllənin zədələyici  təsir  məsafəsi (m)
10-30 m
10-15 m

6
Kütləsi (kq)
2.3 kq
1.2 kq

7
Uzunluğu (mm)
1109
407

8
Eni (mm)
116
175

9
Hündürlüyü (mm)
60
60

8
Lülənin  uzunluğu (mm)
400 mm
215 mm

9
Tətiyin  sıxılması (N/kqxq)
10-18
8-15


4,5 mm-lik Pnevmatik tüfəngin (tapança) quruluşu. Lülə – gülləyə fırlanma hərəkəti, uçuş istiqaməti və başlanğıc sürəti vermək üçün tətbiq edilir.Nişangah tərtibatı – hədəflərə atəş açarkən tuşlamaq üçündür. Arpacıq–gözlə görəbilən hədəfləri və səpələnmiş güllələrə nəzarət etmək üçündür.Tətik– atəş açmaq üçündür.Yaylı mexanizm – çaxmağı irəliyə qaytarmaq üçündür.Qundaq və ya tapança dəstəyi – rahat atəş açmaq üçündür.Çaxmaq – lülə kanalını bağlamaq, patronu vurub atəş açmaq üçündür.
Tüfənglərdən istifadə edərkən təhlükəsizlik qaydalarına riayət olunması qaydaları.Tüfəngdən istifadə edərkən təhlükəsizlik qaydalarına ciddi riayət olunmalıdır:
   - Məşğələyə başlamazdan əvvəl tüfəngin doldurulmuş olmadığını yoxlamaq lazımdır
-Tüfəngi boşaldarkən ehtiyatlı olmaq, hərəkətlərin ardıcıllığını gözləmək lazımdır;
-Tüfəngi doldurulub-doldurulmadığından asılı olmayaraq, onu insanlara tərəf yönəltmək qəti qadağandır;
-Məşğələ qurtarandan sonra tüfəngi silah otağına qoymaq lazımdır.
Kiçikçaplı və pnevmatik tüfənglərdən praktiki atış qaydaları. Kiçikçaplı və pnevmatik tüfənglərdən atəş açmaq üçün ilk növbədə müxtəlif vəziyyətlərdə atış üsullarını mənimsəməkdir. Atış üsulları və qaydaları öyrədilən məşğə- lələrdə, eləcə də atış keçirilərkən təhlükəsizliyi təmin etmək üçün tələb olunan əsas şərtlər düzgün təşkil edilməli, tirlərdə müəyyən edilmiş qaydaları bilmək və dəqiq yerinə yetirməkdən və tələbələrin silahla nizamlı davranışından ibarətdir. Atıcı silahlarından ən rahat atəş üsulu – uzanaraq atəş açmaqdır.
Uzanaraq atışa hazır vəziyyət.Atıcının atışa düzgün hazır vəziyyət tutması atış zamanı kiçikçaplı (pnevmatik) tüfəngin sabitliyini təmin etməklə atəşin dəqiqliyinə təsir göstərir. Atıcının bədəninin rahat və təbii vəziyyəti əzələlərin gərginliyini azaldır və atışa düzgün hazırlığın əsas şərtidir (şəkil 33).
Uzanaraq atışa hazır vəziyyət atəş üçün rahat vəziyyətdir. Bədənin gövdəsi nişanalma xəttinə nisbətən 50 – 200 dərəcə bucaq təşkil etməlidir (şəkil 33, a). Belə vəziyyətdə atıcının gövdəsi və dirsəkləri yerə dirənib (şəkil 33, b) tüfəngin sabit dayanmasını təmin edir.
Atışa hazırlıq atış üçün uzanaraq vəziyyət almaq və doldurmaqdır.
Kiçikçaplı tüfəngin doldurulması qaydası.Kiçikçaplı tüfəng sağ əllə doldurulur. Çaxmağı açır, geriyə çəkir, patronu baş və şəhadət barmaqlarla tutub gülləni xəzinəyə yeridir, baş barmaqla patronu irəliyə-gilizin kənarları lülə arxasının kəsiminə dirənənədək basır və çaxmağı bağlayırlar.




Şəkil 33.  Uzanaraq atəş açma qaydası
a) atıcının üstdən görünüşü;
b) atıcının öndən görünüşü;
c) atıcının yandan görünüşü



Tapşırıqlar və suallar:
1.«TOZ-8» tipli tüfəngdən hansı məqsədlər üçün istifadə olunur? 2.Kiçikçaplı tüfəngin quruluşu haqqında danışın. 3.Kiçikçaplı tüfəngin döyüş xassələri haqqında nə bilirsiniz? 4.Pnevmatik tüfəndən nə üçün istifadə olunur? 5.Pnevmatik tüfəngin quruluşu haqqında danışın. 6.Tüfənglərdən atəş açarkən hansı təhlükəsizlik qaydalarına əməl edilməlidir? 7.Tüfəngləri necə təmizləmək olar?



§ 13. ƏRAZİDƏ XƏRİTƏSİZ YERİN SƏMTİNİN TƏYİN EDİLMƏ ÜSULLARI
Plan
Hərbi Topoqrafiya elmi nəyi öyrədir?
Xəritəsiz  yerin  səmtinin  təyin  edilməsi
Topoqrafik xəritələr
      Hərbi Topoqrafiya elmi nəyi öyrədir?Döyüş əməliy- yatlarının qələbə ilə başa çatdırılmasında hərbi topoqrafiyanın rolu əvəzedilməzdir. Hər hansı döyüş tapşırığının yerinə yetirilməsindən əvvəl yer şəraitinin öyrənilməsi vacibdir. Yer şəraitinin kəşfiyyatı zamanı lazım olan ölçmə işlərinin üsullarını, qrafiki döyüş sənədlərinin hazırlanmasını bilmək lazımdır. Bu üsul və qaydalar aşağıdakılardır: gözəyarı planaalma, xəritədən müəyyən yerlərin koordinantlarını təyin etmək, aeroşəkil, plan və xəritələrdən istifadə qaydaları və s.
      Döyüş tapşırıqlarının müvəffəqiyyətlə yerinə yetirilməsi yer şəraitini amillərinin tədqiqi və tətbiqindən əsaslı şəklidə asılıdır. Buna  döyüş yerinin taktiki əlamətləri deyilir. Döyüş ərazisinin taktiki əlamətlərini nəzərə almaqla döyüş texnikasının yerləşdirilməsi müvəffəqiyyətin  əsasıdır. Döyüş zamanı yer şəraitinin düzgün qiymətləndirilməsi mühüm əhəmiyyət kəsb edir. Bütün bunları hərbi topoqrafiya əsaslı şəkildə öyrədir. Hərbi topoqrafiyanın əsas təyinatı aşağıdakılardır:
döyüş əməliyyatlarının uğurlu keçirilməsi;
 yer şəraitinin kəşfiyyatı;
 ölçmə işlərinin aparılması, dayanma nöqtəsinin təyin olunmasının üsul və qaydalarının təmin edilməsi.
Hərbi topoqrafiya yer şəraitinin öyrənilməsi məqsədilə topoqrafik materialların oxunmasını və döyüş şəraitində həmin materiallardan istifadə qaydalarını öyrədir. Bunlar aşağıdakılardır:
xəritə, plan və aeroşəkillərlə nabələd ərazilərdə səmtlənmə və hərəkət;
xəritələr vasitəsilə və ya bilavasitə yerdə məntəqələr, cisimlər arasındakı məsafələrin təyin olunması;
qrafik döyüş sənədlərinin hazırlanmsında kiçik sahələrin sadə üsullarla gözəyarı planaalınması;
gözəyarı planaalınmanın üsul və qaydaları.
Döyüş tapşırıqlarını yerinə yetirilərkən yer şəraitinin öyrənilməsi məqsədilə topoqrafik sənədlərdən, materiallardan istifadəni və döyüş yerinin taktiki xassələrinin təyin olunmasını bacarmaq, döyüş vaxtı onlardan məharətlər istifadə qaydalarını bilmək, döyüşün uğurla nəticələnməsinə təminat verir.
Xəritəsiz  yerin  səmtinin  təyin  edilməsi. Naməlum sahədə hərəkət edən adam azmamaq üçün üfiqin əsas (şimal, cənub, şərq, qərb) və aralıq (şimal-şərq, cənub-şərq, cənub-qərb, şimal-qərb) cəhətlərinə görə hərəkət istiqamətinə bölünür. Üfüqin cəhətləri qısaca olaraq sözlərin baş hərfləri ilə işarə edilir. Məhəldə cəhət təyin etmək,üfiqin cəhətlərini, təyin etmək deməkdir. Üfüqin cəhətləri 4 üsulla təyin edilir.
Günəşin vəziyyətinə görə üfüqin səmtinin təyin etmək  üçün günəşin çıxıb – batmasını müşahidə etmək lazımdır. Günəş şərqdən çıxır, qərbdə batır. Əslində günəş çıxmır və batmır, bu günəşin bizə görünən hərəkətidir. Əslində günəşin çıxdığı və batdığı yerlər il müddətində dəyişir. Yalnız payız və yazda gecə - gündüz bərabər olan günlər günəş şərqdən çıxır, qərbdə batır.Günəş şərqdən saat 0700 – da, cənubda 1300 – da, qərbdə isə 1900 – da yerləşir.
Kompasa görə üfüqin səmtini təyin etmək – üçün istənilən vaxt və hava şəraitindən asılı olmayaraq mümkündür (şəkil 34).
Şəkil 34. Kompas vasitəsilə üfiqin səmtinin təyin edilməsi

      Kompas iynə üzərində yerləşdirilmiş maqnit polad əqrəbdir. Qalan hissələr qutu və şkaladan ibarətdir. Əqrəbin şimalı qara rənglə göstərilir. Kompasın iynəsi mərkəzdə yerləşdirilib, Şkalanın üzərində üfiqin cəhətləri və saat əqrəbi istiqamətində 00 – 3600- dək  bölgülər vardır.  Yerin maqnit qütbü ilə coğrafi qütbü bir – birinə uyğun gəlmir. Kompasın əqrəbi maqnit qütbünə tuşlayır. Coğrafi meridianın şimal istiqaməti , maqnit əqrəbi ilə şimal ucu arasında bucaq yaranır. Əqrəbin şimal ucu maqnit meridianından şərqə əyildikdə bucaq şərq əyilməsi («+»), qərbə əyildikdə bucaq qərb əyilməsi («-») adlanır. Maqnit meyli bucağı topoqrafik xəritələrdə verilir.
Göy cisimlərinə görə üfüqin səmtini təyin etmək - üçün qütb ulduzunu tapmaq lazımdır (şəkil 35). Bu ulduz şimal qütbün üzərində olur. Qütb ulduzu çömçəyə oxşayan, 7 parlaq ulduzdan ibarətdir, bu da Böyük Ayı bürcü adlanır.
Şəkil 35. Qütb ulduzuna görə üfüqin səmtinin təyin edilməsi

Ayı bürcündən 5 dəfə düz xətt boyunca uzaltsaq qütb ulduzunu, Kiçik Ayı bürcünün quyruğunu tapacağıq. Bununla da qütb ulduzunu təyin etməklə şimalı təyin edəcəyik.
     Ayın sağ tərəfi ¼ - i görünərsə, 0100 – da qərbdə, 1900 –da cənubda yerləşir.
     Ayın sol tərəfi ¼ - i görünərsə, gecə saat 0100 – da şərqdə, 0700  - da cənubda yerləşir.
     Tam Ay görünərsə, 0100 - da cənubda, 0700 - da qərbdə, 1900 - da şərqdə yerləşir.
Yerli əlamətlərə görə üfüqin səmtini təyin etmək - üçün  aşağıdakı yerli əlamətlərə görə təyin etmək olar (şəkil 36):
      -  Mamırlar və şibyələr şimal tərəfdə yaxşı inkişaf edir;
      -  Tək dayanan ağacın qol–budağı cənub tərəfdə qalın olur;
      - Qarışqa yuvaları ağacların, kolların cənub tərəfindən yerləşir.
Şəkil 36.  Yerli əlamətlərə görə üfüqin səmtinin təyin edilməsi

Topoqrafik xəritələr. Topoqrafiya yunan dilindən götürülüb, mənası «topos» – yer,«qrapho» – yazıram deməkdir.
Topoqrafiya – geodeziyanın, yerin forma və ölçüsünü öyrənən, yer səthinin böyük sahələrini ölçüb kiçik miqyasda planının çəkilməsinə deyilir.Topoqrafiyatopoqrafik xəritələrdə əks etdirmək məqsədilə məhəllin planalma  üsullarını işləyib hazırlayan elm sahəsidir. Topoqrafik xəritələr miqyasına görə 3 yerə bölünür:
Miqyası 1:25.000; 1:50.000; 1:100.00 və 1:200.000 xəritələrə böyük miqyaslı topoqrafik xəritələr deyilir.
Miqyası 1:200.000-dən 1:1.000.000-dək olan xəri- tələrə orta miqyaslı topoqrafik xəritələr deyilir.
Miqyası 1:1.000.000-dan kiçik olanlara kiçik miqyaslı topoqrafik xəritələr deyilir.
Topoqrafik xəritələr– plan ilə coğrafiya xəritəsi arasında keçid rolunu oynayır. O, planın şərti işarələrindən istifadə edir və adi xəritələrdə olduğu kimi dərəcə toruna malik olur (şəkil 37).İri miqyaslı topoqrafik xəritənin hər bir vərəqi Yer səthinin nisbətənkiçik, əslində müstəviyə yaxın hissəsini təsvir etdiyindən burada təhriflər çox cüzi olur. Buna görə də bu xəritələrdən kiçik ərazilərin öyrənilməsində geniş istifadə olunur.
Şəkil 37. Topoqrafik xəritə nümunəsi

Topoqrafik xəritələrin əhəmiyyəti.Topoqrafik hazırlıq qoşunların döyüş hazırlığının əsasını təşkil edib taktika və döyüş hazırlığı ilə sıx əlaqədədir. Əgər taktika döyüşün aparılma qaydalarını öyrədirsə, hərbi topoqrafiya yer şəraitinin kəşfiyyatını, taktiki xassələrini, onların qoşun fəaliyyətinə  təsirinin öyrənilməsi üçün qayda və üsullarını, topoqrafik xəritələrdə işləməyi, xəritə vasitəsilə yer səthi üzərində olan ölçüləri, bir məntəqədən başqa məntəqəyə çatmaq və nəhayət döyüş tapşırığını səmərəli yerinə yetirilməsini, ərazidə yerləşdiyi yerin coğrafi və düzbucaqlı koordinatlarının çıxarılmasını öyrədir. Belə sıx əlaqə atəş hazırlığı və hərbi topoqrafiya arasında da mövcuddur.  
     Atəş hazırlığı silahın döyüş xassələrini, hazırlanması, aparılması və idarə olunmasını öyrədirsə, hərbi topoqrafiya yerin topoqrafik elementlərinin xarakterini təyin olunmasını, onların döyüşün hazırlanması və idarə olunmasını təsirini; xəritənin köməyi ilə və ya xəritəsiz, bilavasitə döyüş zonasında mövqelərin seçilməsini, atəşin aparılması üçün məlumat yığımında plan, xəritə, aeroşəkillərdən istifadə qaydalarını və s. öyrədir. Beləliklə, hərbi topoqrafiya mükəmməl döyüşün müvəffəqiyyətlə nəticələnməsini təmin etməklə yanaşı, xəritələrdən səmərəli istifadə etmə bacarığını, bilik və vərdişləri əməli yerinə yetirməyə imkan yaradır.    

Tapşırıqlar və suallar:
Hərbi topoqrafiya elmi nəyi öyrədir? 2.Yerin taktiki əlamətləri dedikdə nə başa düşürsünüz? 3.Hərbi topoq- rafiyanın əsas təyinatları hansılarıdr? 4.Üfüqin neçə cəhəti var və hansılardır? 5.Üfüqin cəhətlərini hansı üsulla təyin etmək olar? 6. Topoqrafiyanın təyinatı deyin.  7.Topoqrafik  xəritələrin neçə növü var? 8.Nə üçün topoqrafik xəritələrin öyrənilməsi əhəmiyyət kəsb edir?





§ 14. AZİMUT İSTİQAMƏTİNDƏ HƏRƏKƏT ÜSULLARI
Plan
Azimut istiqamətində  hərəkət (əməli).
Topoqrafik və taktiki səmtləşmə
Azimut istiqamətində  hərəkət (əməli).Azimut – meridianın şimal ucundan saat əqrəbi istiqamətində verilmiş xəttədək olan bucağa deyilir. Azimut 00-3600 arasında dəyişir. Azimutu kompasla, transportirlə ölçürlər. Azimutla hərəkət etmək  üçün hərəkət istiqaməti  boyunca hər bir  məntəqənin maqnit azimutunu və onlar arasındakı məsafənin cüt addım hesabı ilə  sayını bilmək lazımdır (orta boylu adamın 2 addımı 1,5 m bərabər götürülür). Bu məlumatlar hərəkət istiqamətinin sxem və diaqramlarını çəkməklə tağım və manqa komandirinə yaxından kömək edir.
Bir məntəqədən o biri məntəqəyə keçmək üçün məsafəni cüt addımla hesablamaq və istiqaməti oriyentirə tərəf saxlamaqla hərəkət etmək lazımdır. Kompasın köməyilə verilən azimuta görə çıxışı və döngə məntəqələrinin hərəkət istiqamətləri tapılır (şəkil 38).
Şəkil 38. Azimut istiqamətində hərəkət

Hərəkət  istiqaməti  oriyentirsiz açıq sahədə hərəkətin əsas xətti üzrə müəyyən edilir. Kompas vasitəsilə çıxış nöqtəsindən növbəti nöqtəyə qədər hərəkət istiqaməti təyin edilir. Bu istiqamətlə hərəkət etdikdə bir-birindən aralı hərəkət boyu yerdə hər hansı işarə qoyulur və sonra nəzarət etməklə hərəkət davam etdirilir, çalışmaq lazımdır ki, nəzərdə tutulan nöqtəyə hərəkət istiqaməti düz xətt boyunca olsun. Gedilən yolun düzgünlüyü  kompas, xəritə və səma cisimləri vasitəsilə daim nəzarətdə saxlanılır və yoxlanılır. Əgər həmin istiqamətlə geriyə qayıtmaq lazım gəldikdə, onda əvvəlki sxemdən istifadə etməklə yanaşı, düz istiqamətli azimutu əks istiqamətli azimuta gətirmək lazımdır. Gecə vaxtı məntəqələrarası istiqaməti təyin etmək üçün yerli əşya, uzaqdan gələn işıq və parlaq ulduzlardan istifadə etmək lazımdır. Əgər belə şərait yoxdursa, onda kompasın əqrəbini sərbəst buraxmaqla kompası səmtlənmiş şəkildə həmişə qarşıda tutmaq lazımdır. Bu vaxt hərəkət istiqaməti kompasın çərtik və nişangahından keçən düz xətt  boyunca olmalıdır.  Yerin maqnit qütbü ilə coğrafi qütbü bir-birinə uyğun gəlmir. Kompasın əqrəbi maqnit qütbünə tuşlayır. Coğrafi meridianın şimal istiqaməti ilə maqnit əqrəbi ilə şimal ucu arasında bucaq yaranır.
    Yer cisimlərinə istiqamət–maqnit azimutu, kompas vasitəsilə təyin olunur. Bunun üçün aşağıdakı kimi  hərəkət etmək lazımdır: müşahidə olunan obyektlə üz-üzə  durub, kompası səmtləmək, bunun üçün kompası üfüqi vəziyyətə gətirib, əqrəbin əyləcini buraxıb, sonra onu əqrəb özünün şimal ucu ilə sıfır şkalasının bərabərliyində durana kimi döndərmək lazımdır. Kompasın səmtlənməsini pozmadan, onun qapağını müşahidə olunan obyekt çərtik-nişangahda görünənəcən fırlamaq lazımdır; bu zaman çərtik nişangah isə müşahidə olunan obyektə yönəlməlidir.
    Kompasla işləmək üçün kompası 10 sm gözdən aşağı sol əllə saxlamaq və qolu dirsəkdən böyürə tərəf möhkəm sıxmaq lazımdır.
Topoqrafik və taktiki səmtləşmə.Topoqrafik  səmtlənməyə dayanma nöqtəsinin cəhətlərə,  relyefə və yer cisimlərinin elementlərinə əsasən təyin olunması aiddir (şəkil 39).
Şəkil 39. Topoqrafik səmtləşmə

      Taktiki səmtləşməyə döyüş şəraitində özünün və düşmənin yerləşdiyi qüvvələrə əsasən dayanma nöqtəsinin təyin olunmasını, düşmənin və özünün qoşunlarının planlarının və s. taktiki əlamətləri aiddir.

Tapşırıqlar və suallar:
1.Azimut nədir? 2.Orta boylu insanın addımı nə qədərdir? 3.Bir məntəqədən başqa məntəqəyə getmək üçün hansı cihazdan istifadə edilir? 4.Kompasla işləmə prinsipini danışın. Məhəldə (şərti qəbul edilmiş ərazidə) kompasdan əməli surətdə istifadə edərək marşurut sxemini tərtib edin. 4.Topoqrafik səmtləşmə nədir? 5.Kompasla işləyərkən neçə metr gözdən aralı tutmaq lazımdır?


§ 15. MÜLKİ MÜDAFİƏNİN XƏBƏRDARLIQ SİQNALLARI VƏ MÜHAFİZƏ QURĞULARI
Plan
Mülki müdafiənin xəbərdarlıq siqnalları
Mülki müdafiənin mühafizə qurğuları, təyinatı və növləri
Mülki müdafiənin xəbərdarlıq siqnalları. Təhlükə haqqında xəbərlə birlikdə əhalinin davranış qaydaları barədə qısa və aydın məsləhətlər,göstərişlər də verilir. Təbii fəlakətlərin, habelə qəzaların növündən və bu zaman yaranan konkret vəziyyətdən asılı olaraq «Hamının diqqətinə» siqnalından sonra Mülki müdafiə qərargahı tərəfindən elan edilən məlumatların və göstərişlərin məzmunu müxtəlif ola bilər. Müharibə dövründə vəziyyət dəyişir. Düşmən hücumu barədə xəbəri əhaliyə hakimiyyət orqanları verir. Aşağıdakı kimi siqnallar mövcuddur:«Hava həyəcanı», «Hava həyəcanı sovuşdu», «Radiasiya təhlükəsi», «Kimya həyəcanı».
Hava həyəcanızamanı bütün tədris müəssələrində məşğələlər dayandırılır, hamı mühafizə qurğularına gedir. İctimai yerlərə, daldanacaqlarda, yeraltı keçidlərdə, tunellərdən istifadə etmək lazımdır. Kəndlərdə mal–qara tövlələrdə saxlamalı, ailələr daldanacağa getməli, əgər sürülər çöldədirsə, yarğanlardan,mağaralardan istifadə etməli.
Hava həyəcanı sovuşdusiqnalından sonra daldanacaqları tərk etməli və hər kəs öz işini təşkil etməlidir.
Kimya həyəcanısiqnalı kimya və bakteroloji zəhərlənmə təhlükəsi olduqda verilir. Əhalinin qorunması üçün sanitar dəstələri, mülki müdafiənin qoşunları, polislər və yerli təşkilatlar əvvəlcədən təşkil edilmiş daldanacaqlara təhkim edirlər. Ailənin rahatlığını təmin etmək üçün əvvəlcədən hər cür şərait qurulur.  Əgər təhlükə sovuşduqda  radio və ya televizorla əhaliyə çatdırılır.
Radiasiya təhlükəsisiqnalı ərazidə radiaktiv zəhərlənmə aşkar və ya belə zəhərlənmə 1 saat ərzində gözlənildikdə verilir. Adamlar dərhal respirator, radiaktiv tozdan qoruyan parça və ya pambıqlı tənzif sarğı, əgər bunlar yoxdursa, əleyhiqaz taxılır. Sonrakı davranış qaydaları əhaliyə radio və ya televizorla çatdırılır.
Mülki müdafiənin mühafizə qurğuları, təyinatı və növləri.Mühafizə qurğularıəhalini nüvə, kimyəvi və bakteroloji silahlardan, habelə nüvə partlayışları zamanı və adi qırğın vasitələri işlədilərkən yarana biləcək əlavə zədələyici amillərdən qorumaq üçün nəzərdə tutulan xüsusi mühəndis tikililərdir.  Mühafizə qurğuları aşağıdakı növlərə ayrılır: sığınacaqlar, radiasiya əleyhinə daldalanacaqlar və sadə daldalanacaqlar.
Sığınacaqadamları müharibə dövründə kütləvi qırğın silahlarının zədələyici amillərinin təsirindən mühafizə etmək üçün nəzərdə tutulan mühafizə qurğusuna deyilir (şəkil 40). Sığınacaqlar aşağıdakı yerli obyektlərdən istifadə oluna bilər: evlərinin zirzəmiləri; yeraltı keçidlər; lağımlar; metro stansiyaları; dağ – mədən yerləri; mağaralar.
Şəkil 40. Sığınacağın planı
1.Qoruyucu qapılar; 2. Tambur dəhlizlər; 3. Sanitariya – məişət otaqları; 4. İnsanlar yerləşən ümumi otaqlar; 5. Qəza çıxış yolu; 6. Süzücü -  ventelyasiya kamerası; 7. Ərzaq məhsulları anbarı;
8. Tibb otağı

     Sığınacaqlar 2 hissədən ibarət olur:  Əsas sığınacaqlar və  köməkçi sığınacaqlar. Əsas sığınacaqlarda aşağıdakılar tikilir: otaqlar və tibb otaqları;  idarəetmə məntəqələri
     Köməkçi sığınacaqlarda aşağıdakılar tikilir: süzücü ventilyasiya sistemi; ehtiyyat elektirik sistemi; ərzaq ehtiyyatı üçün otaq; su ehtiyyatı otağı; sanitar qovşağı və giriş dəhlizi.
Sadə daldalanacaqlaradamların işıq şüalanmasından mühafizəsini təmin edir, nüvə partlayışı zamanı ionlaşdırıcı şüalanmanın və zərbə dalğasının təsirini zəiflətmək üçün nəzərdə tutulan mühafizə qurğusuna deyilir (şəkil 41).
Şəkil 41. Sadə daldalanacaqların hazırlanması

Nüvə partlayışı zamanı qorunmaq üçün üstü açıq xəndək zərbə dalğasının təsirini 1,5–2 dəfə, şüalanma dərəcəsini  2-3 dəfə zəiflədir. Üstü örtülmüş torpaq qatı 60-70 sm-ə çatdırılmış xəndək isə nüfuzedici radiasiya və radiaktiv şüalanmanın 200-300 dəfə zəiflədə bilər. Daldanacaqların tikintisinə əhalinin özü cəlb olunur. Daldanacaqlar 10-15 nəfərlik, ən çoxu 50 nəfərlik  olur. Daldanacaqlar bir–birindən 10 m aralı olmalıdır.

Tapşırıqlar və suallar:
1.Mülki müdafinin hansı xəbərdarlıq siqnallarını tanıyır-sınız?2.«Hava həyacanı» siqnalı zamanı əhalinin davranışı haqqında danışın. 3.Mühafizə qurğuları haqqında nə bilirsiniz? 4.Sığınacaqlardan nə üçün istifadə edirlər? 5.Siğinacaqlarin quruluşu haqqında danışın. 6.Sadə daldanacaqlardan nə üçün istifadə edilir?





§ 16. FƏRDİ MÜHAFİZƏ VASİTƏLƏRİNİN TƏYİNATI VƏ İSTİFADƏ ETMƏ QAYDASI
Plan
Fərdi mühafizə vasitələri
Dərinin mühafizə vasitələri
Fərdi mühafizə vasitələri. Fərdi mühafizə vasitələri aşağıdakılardan ibarətdir:tənəffüs üzvlərinin mühafizə vasitələri;dəri səthinin qorunması və  tibbi mühafizə.
Əleyhqazlarinsanın tənəffüs üzvlərini və gözlərini havadakı zəhərləyici maddələrin, radiaktiv maddələrin təsirindən mühafizə etmək üçün yüksək qoruyucu vasitələrə deyilir.  Əleyhqazın süzücü  və  təcridedici növləri var.
Süzücü əleyhqazlar aşağıdakılardan ibarətdir: ümumqoşun əleyhqazlar;mülki əleyhqazlar və uşaq əleyhqazları (şəkil 42).
Təsiredici oksigen cihazıadamın tənəffüs üzvlərini ətrafdakı havadan tamamilə təcrid edir, nəfəs almaq üçün bərpaedici patronlardan alınan, yaxud oksigen balonundan verilən oksigendən istifadə olunur (şəkil 43 )
Respiratornəfəs orqanlarını tozdan və zərərli qazlardan qoruyan cihazdır.
 PMK - 2                b) QP- 7V                  c) PDF- 2D

Şəkil 42.  Süzücü əleyhqazlar
a)Ümumqoşun əleyhqazları; b) mülki əleyhqazlar;
c) uşaq əleyhqazları

Şəkil 43.  Təcridedici oksigen cihazı İP-4M

Sənaye respiratorlarınəfəs orqanlarını havada zərərli maddələr yol verilən yüksək konsentrasiyadan ancaq 10 -15 dəfədən artıq olmadığı hallarda mühafizə edilən cihazdır. Respiratorun çəkisi 50–60 qramdır. Opoliten kisədə saxlanılır (şəkil 44).
Şəkil 44. R – 2 tipli respiratoru

    Tənəffüs üzvlərini qorumaq üçün tozdan qoruyan parça maska (PTM-1) və pambıqlı tənzif sarğıdan (PTS) istifadə olunur. Tozdan qoruyan parça maska PTM – 1 iki və ya dörd qat parçadan hazırlanır, onun göz yerləri olur ki, şəffaf materialdan, plyonkadan şüşə löhvəciklər salınır (şəkil 45).
Şəkil 45. Tozdan qoruyan parça maska, PTM – 1
1. Parça maska; 2. Plyonka gözlük; 3. Bərkidici parça; 4. Yuxarı hissənin rezini; 5. Köndələn rezin; 6. Kipləşdirmək üçün bağlar

Pambıqlı tənzif parça PTS- 80x40 sm olan tənzif parçadan hazırlanır (şəkil 46).
Şəkil 46. Pambıqlı tənzif parça, PTS

Onun orta hissəsinə 20x15 sm  ölçüdə, qalınlığı 2 sm olan pambıq qatı döşəyir, tənzifin kənarını uzununa pambıq  qatı üstünə qatlayır. Pambıq tənzif sarğı ağzı və burnu əhatə edir. Belə sarğılar 1 dəfə istifadə olunur.
Dərinin mühafizə vasitələri.Dərinin mühafizə vasitələri bədənin açıq sahələrini, paltar və ya ayaqqabıları onların səthinə zəhərli maddə damcıları, yoluxucu xəstəlik törədiciləri, radiaktiv toz düşməsindən, həmçinin qismən də işıq şüalan- masının təsirindən mühafizə etmək üçün nəzərdə tutulmuşdur.
Bunlar tabel vasitələrinə ümumqoşun mühafizə komplektinə, yüngül mühafizə kostyumu L-1 (şəkil 47) və əlaltı vasitələrə (məişət paltarının ünsürləri) ayrılır.
Mühafizə prinsipinə görə tabel vasitələrinin süzücü (hava keçirən) və təcridedici (hava keçirməyən) növləri olur.  Süzücü materialdan tikilən mühafizə paltarları adi parçadan tikilib xüsusi kimyəvi məhlul hopdurulmuş geyimdən ibarətdir. Özünün sanitariya–gigiyenik xassələrinə görə belə paltarlar hər gün geyinmək üçün yararlıdır.

Şəkil 47. Ümumqoşun mühafizə komplekti (solda) və Yüngül mühafizə kostyumu L – 1 (sağda)

a) ÜMK –nın ümumi görünüşü: 1.Ümumqoşun mühafizə plaşı;
2. Mühafizə corabları; 3. Mühafizə əlcəkləri (solda).
b) Yüngül mühafizə kostyumu: 1.Papaqlı gödəkçə; 2. Şlemaltlığı; 3. Mühafizəli corablı şalvar; 4. İkibarmaqlı əlcək; 5. Əleyhqaz üçün çanta (sağda).

Tapşırıqlar və suallar:
1.Fərdi mühafizə vasitələri hansılardır? 2.Əleyhqazların neçə növü var? 3.Əleyhqazla respiratorun fərqini izah edin. 4.Sənaye respiratorunun təyinatı deyin. 5.Tənəffüs üzvlərini tozdan qoruyan maska nə üçün istifadə olunur? 6.Pambıqlı tənzif parça necə hazırlanır? 7.Dərinin mühafizə edən vasitələr hansılardır?









17. SƏMƏRƏLİ QİDALANMA VƏ ZƏRƏRLİ VƏRDİŞLƏR. ONLARIN SAĞLAMLIĞA TƏSİRİ
Plan
Səmərəli qidalanma
Zərərli vərdişlər
Spirtli içkilərin zərərləri
Sağlam həyat tərzidigər insanların sağlamlığına zərər vurmadan öz sağlamlığının saxlanmasına və möhkəmlənməsinə yönəldilmiş tədbirlərin məcmusudur.
Səmərəli qidalanma. Hər bir insan bilməlidir ki, sağlamlığı qorumaq və möhkəmləndirmək üçün düzğün və səmərəli qidalanmanın çox böyük əhəmiyyəti vardır. Başqa sözlə desək, insanın taleyi onun düzğün qidalanmasından asılıdır. Ona görə də elə qidalar qəbul etməliyik ki, onlar aclığımızı dəf etməklə yanaşı, xəstələnməyimizin də qarşısım alsın və onunmüalicəsinə də kömək etsin. Adamların nəyi, nə qədər, nə vaxtı və hətta necə yemək lazım olduğunu bilməsi çox vacib məsələdir.
Bəzən insan hər hansı xəstəliyə tutulandan sonra öz yeməklərinə fikir verməyə məcbur olur ki, bu da adətən çox gec olur. Çünki düzğün qidalanmamaq orqanizmi demək olar ki sıradan çıxarmış olur, ciddi müalicəyə ehtiyac yaradır. Bu deyim çox doğrudur ki, sağlamlığın qədrini onu itirəndən sonra bilirik.
Xəstəliyin əsas səbəblərindən bəri orqanizmə lazım olan maddələrin çatışmamazlığı, qəbul olunan qidalarda orqanizmin ayrı-ayrı üzvülərinin ehtiyac və tələb etdiyi qədər maddələrin olmamasıdır. Qidada zəruri elementlərin, birinci növbədə vitaminlərin çatışmaması ayrı-ayrı orqanların normal inkişafının zəifləməsinə, maddələr mübadiləsinin də pozulmasına səbəb olur, xəstəliklərin baş verməsinə zəmin yaradır.
Deməli, xəstəliklərin baş verməsinin qarşısını almaq üçün bədən onun tələb etdiyi qədər istər bitki, istərsə də heyvan mənşəli qidalar qəbul etməlidir. Yeknəsək qidalanma da orqanizmi yorub zəiflədir. Qidaların növlərini həftədə 1-2 dəfə dəyişmək məsləhət bilinir. Bir sözlə insanın sağlamlığı, onun dözümlülüyü və çox yaşaması qəbul etdiyi qida paymdən asılıdır. Qida payında ortimal miqdarda qi-
dalı maddələr, yəni lazımı kimyəvi tərkib də olmalıdır. Meyvələrdən, tərəvəzlərdən, göy-göyərtilərdən müntəzəm və bol- bol istifadə olunmalıdır.
Qidalanma, xüsusilə düzğün qidalanmaq insan üçün birinci dərəcəli zərurət olub, orqanizmin normal inkişafı və həyat fəaliyyəti üçün vacib şərtdir. Kifayət qədər yemədikdə orqanizm taqətdən düşür, xəstəliklərə düçar olur. Çox yemək də xəstşliklərə və ölümə səbəb ola bilər. Deməli yeməkdə ifrata varmaq olmaz, orta həddi, normanı gözləmək, səmərəli qida qəbul etmək lazımdır.Səmərəli qidalanma isə o deməkdir ki:
-  Qəbul olunan yeməklər fizioloji normaya uyğun olsun;
-  Qəbul olunan qidalar müxtəlif və keyfiyyət tərkibi zəngin olsun;
-  Qidalanma rejiminə düzğun əməl olunsun - vaxtlı- vaxtmda yemək, pəhrizi gözləmək;
-  Tərkibində ən az zərərli maddələr olan (yaxşı olar ki, heç olmasın) yeyinti məhsulları qəbul olunsun.
İnsanın əmək fəaliyyətinin qorunub saxlanılmasında düzğün qidalanma ən vacib şərtdir. Qəbul olunan qidaların miqdarı və keyfiyyəti insanın yaş dərəcəsinə, iş rejiminə, hava-iqlim şəraitinə müvafiq olmalıdır. Sağlam olmağını istəyən hər bir kəs yeməyinin qədərini bilməli, qannqululuq etməməlidir. Butun hallarda az yemək çox yeməkdən yaxşıdır. Qədərincə yemək vərdişinə yiyələnmək lazımdır.
Zərərli vərdişlər. Sağlamlığın səviyyəsi- insanın sağlamlı- ğının miqdar göstəricisidir.
 Bu, 1 km yolu piyada zorla gedən adamla, marafon məsafəni qət edən adamın fərqində özünü göstərir. Bu, düzgün qidalanan, fiziki cəhətdən aktiv istirahət etməyi bacaran, siqaret çəkməyən, spirtli içki və narkotik istifadə etməyən adamla, əlinə düşəni yeyən, az hərəkət edən, sutkada 3 saat yatan, gündə 2 qutu siqaret çəkən adamın fərqindədir.
Narkotik maddələrdən, spirtli içkilərdən, tütün məmulatlarından, toksiki (zəhərli) maddələrdən asılılıq zərərli vərdişlər kimi xarakterizə olunur.
Spirtli içkilərin zərərləri.Spirt ağciyərlərə mənfi təsir edərək onun oksigenlə daimi təminatını pozur. Spirtin ağciyər üzrə mənfi təsiri isə qaraciyərin yağlanması, iltihab baş vermə riski və sonda sirozun baş verməsidir. Spirtli içkiyə vərdiş edən insanlarda ürək döyüntüləri yüksək templidir. Bu yüksək temp ürək təzyiqinin yüksəlməsinə səbəb olur.Göstərilən bu qədər ziyanın qarşısında isə alimlər son zamanlar spirtli içkilərin bəzi xeyirlərini araşdırmağa başlayıblar. Belə ki, alimlər spirtin bəzi ürək xəstəliklərinin yaranma riskinin aşağı salmasına inanırlar (şəkil 48).
Şəkil 48. Spirtli içkiyə vərdiş etmiş insan

Narkotik vasitələrin zərərləri.Ən böyük zərəri beyin və məzrkəzi sinir sisteminə göstərir. İnsan get-gedə normal dav- ranışlardan uzaqlaşır. Hafizənin itməsi, nitq pozulması, yuxu- suzluq, zəkanın azalması, səs və işıq hallüsinasiyaları tez-tez rast gəlinir.Qusma, davamlı qarın ağrısı, gecə korluğu, çox işıqdan narahat olma, zamanla görmə sinirlərinin zərər görməsi nəticəsində qalıcı korluq, nəfəs darlığı, öskürmə, tənəffüs yolu iflici və s. bu kimi halları büruzə verir və sonralar heç bir işə yaramayan bir insan halına gəlir (şəkil 49).










Şəkil 49.Narkotik vasitə qəbul etmiş insanın vəziyyəti

Siqaretin zərərləri.Öskürdür və bəlğəm əmələ gəti- rir. Xroniki bronxitlə və emfiezemyaya səbəb olur. Qırtlaq və ağciyər siqaret çəkənlər arasında daha çox müşahidə edilir. Ağciyər və qırtlaq xərçəngi hadisələrinin əmələ gəlməsinin 90 faizinin səbəbi siqaretdir.
Qol və qıç damarlarında tıxanmalar əmələ gətirir, qanqren olur, əl və ayaqların kəsilməsinə, şikəstliyə səbəb olur.
Beyni qidalandıran damarlarda da elastikliyin azalmasına səbəb olur. İflic olma hadisələri meydana gəlir (şəkil 50).
 













Şəkil 50. Siqaretin verdiyi zərərlər

Ürək xəstəliklərinin, xüsusilə də ürək əzələsi infarktlarının əmələ gəlməsinə zəmin yaradır. Siqaret çəkənlər arasında çəkməyənlərlə müqayisədə həm infarkt, həm də infarktan ölüm hadisələri 10 dəfədən də çox müşahidə edilir.  

Tapşırıqlar və suallar:
1.Sağlam həyat tərzi nə deməkdir? 2.Səmərəli qidalanma haqqında nə bilirsiniz? 3.Səmərəli qidalanma hansı formaları var? 4.Sağlamlığın səviyyəsi nədir? 5.Hansı zərərli vərdişləri tanıyırsınız? 6.Siqaretin və narkotik maddələrin qəbulu zamanı zərərləri haqqında təqdimat keçirin. 7.Spirtli içkilərin zərərləri haqqında danışın.





§ 18. YOLUXUCU XƏSTƏLİKLƏR HAQQINDA ANLAYIŞ
Plan
Yolxucu xəstəliklər haqqında anlayış
Həşaratlar

Yolxucu xəstəliklər haqqında anlayış. Yoluxucu xəstəliklər haqqında ilk dəfə yazılı məlumat «Bibliyada» verilmişdir. Belə ki, Hicrət kitabında misirlilərə Allah tərəfindən göndərilmiş «Cəza» adı ilə külli miqdarda at, eşşək, dəvə, qaramal, davarın tələf olması qeyd edilirdi.
    Bizim eradan 1295 il əvvəl itlərdə, quşlarda, qaramalda, vəhşi heyvanlarda və insanlarda epidemiyanın baş verməsi haqqında məlumatlar vardır. 810-cu ildən 1316-cı ilə kimi olan dövrdə Fransada, Almaniyada, İtaliyada və İngiltərədə 20-yə qədər epizootiya (yəni xəstəlik) baş vermişdir (qaramal, at və insanlar arasında).
İnfeksion xəstəlikləri patogen mikroblar törədir. Bunlar bakteriyalar, göbələklər, süzülən viruslardır. İnfeksion xəstəlikləri patogen mikroblar törədir.
Mikroblar heyvan orqanizminə həzm aparatı ilə, tənəffüs aparatı ilə, dəri ilə, selikli qişa ilə və cinsiyyət yolu vasitəsilə daxil olurlar. İnfeksion xəstəliklər gedişinə görə: ildırımvari, itivə xronikiformalara  bölünür.
Orqanizmin infeksiyaya qarşı davamlılığı aşağıdakı amillərdən asılıdır: Heyvanın yaşı, sinir sistemi, cinsi, cinsiyyəti; Yemləmə, yorulma; Mineral maddələr, iqlim şəraiti; Torpaq, zoogigiyeniki amillər.
İnfeksiyanın keçirilməsi canlı keçiricilər vasitəsilə ola bilər. Bunlardan həşəratlar, gəmiricilər, xəstəliyə həssas olmayan heyvan və insan aid ola bilər.
Həşəratlar.Bunlar yer üzərində çoxdur. Epizootik xəstəlik- lərin keçirilməsində həşəratın olduqca böyük rol oynaması gündən-günə aydınlaşdırılır. Hazırda böyük epizootoloji əhə- miyyətə malik olan həşəratlar bunlardır:
Mal çibini. Çox geniş yayılmış milçəkdir. Bunlar çaylarda, gölməçələrdə, bataqlıqlarda və meşələrdə geniş yayılmışdır. Mal çibinləri heyvanların qanı ilə qidalanır. Mal çibinlərinin kütləvi uçması hava xüsusiyyətləri ilə əlaqədardır. Bunlar üçün əlverişli fəsil şimalda iyun, iyul; şərqdə iyun, iyul və avqust aylarıdır. Mal çibini heyvandarlığa böyük zərər verir. Atların, eşşəklərin, qatırların, qaramalın dərisi üzərində tükün az olması mal çibinləri üçün əlverişli şəraitdir. Bu heyvanlar arasında yoluxan xəstəliklərin bir heyvandan digər heyvana keçiril- məsində mal çibini fəal rol oynayır. Aparılan eksperimentlər qarayara, emfizematoz karbunkul, pasterellyoz,  infeksion  ane- miya  və bir çox başqa yoluxucu xəstəliklərin mal çibini tərə- findən keçirilməsini təsdiq etmişdir.
Payız milçəyi. Bu milçək heyvan düşərgələrində yaşamaqla yumurtalarını heyvanların peyininə, çürümüş otlara buraxır və burada inkişaf edirlər. İnkişaf etmiş payız milçəyi heyvanı bərk sancır, atlara, eşşəklərə, qatırlara, qaramala, donuzlara və itlərə hücum edir. Qarayara, tulyaremiya, infeksion və invazion xəstəliklərin keçirilməsində böyük rol oynayırlar.
Ev milçəyi.Təbiətdə geniş yayılmışdır. Bu milçək yumur- tasını heyvan və insan peyininə, çürümüş yem qalıqlarına, heyvan yemlərinə buraxmaqla yay mövsümü ərzində 1080-1440 ədədə kimi bala verir. Bunlar o biri milçəklər kimin heyvanları sancmır və qanını sormur. Bu milçəklər xəstəlik törədicilərini heyvanın selikli qişalarına, dərisinə oturması və diri yaxud ölmüş vəziyyətdə heyvanın həzm aparatına düşməsi yolu ilə keçirirlər. Milçəklər vasitəsilə qarayara, vərəm, dabaq, taun, brusellyoz xəstəliklərini ev milçəkləri tərəfindən keçi- rilməsi eksperiment və müşahidələrlə sübut edilmişdir.
Ağcaqanad.Bunun növü çoxdur, insanlarda bir növü malyariya xəstəliyini yoluxdurur. Heyvanlarda ensefalomielit xəstəliyini, qarayaranı və infeksion anemiyanı ağcaqanadlar vasitəsilə keçirilir .
Heyvan bitləri. Qaramal, davar, at, eşşək, qatır, donuz, dov-
şan və vəhşi heyvanların dəri səthində yerləşməklə onların qanı ilə qidalanır. Bitlər xortumunu heyvanın dərisinə sancmaqla əvvəlcə buraya öz ağız suyunu buraxıb, qanın laxtalanma qabiliyyətini pozur, sonra isə heyvanın qanını sormağa başlayır. Sonradan isə onlara leptospiroz, pasterellyoz və septik xəstliklərin törədicilərini keçirirlər.
Gənələr. Heyvanlarda parazit həyat keçirirlər. Bunların bir qismi heyvanda bilavasitə dəri xəstəliklərini əmələ gətirir, digər qismi isə bir çox parazitar və infeksion xəstəlikləri bir heyvandan başqa heyvana keçirir. Gənələr infeksion xəstəliklərdən pasterellyoz, infeksion anemiya, leptospiroz, brusellyoz, quşlarda  spiroxitoz xəstəliklərinin törədicisini keçirirlər. Gənələr dəridən qan soraraq xəstəliyin törədicisini həmin yerdən orqanizmə keçirirlər.
Gəmiricilər. Bunlar xalq təsərrüfatına çoxlu ziyan vururlar. Gəmiricilər heyvanların və insanların infeksion xəstəliklərə tutulmasına, bu xəstəliklərin baş verməsinə, yayılmasına, epizootoloji halların əmələ gəlməsinə səbəb olurlar. İnfeksion xəstəliklərdən ölmüş gəmiricilər (siçan, siçovul və s.) xəstəlik mənbəyi olmaqla infeksiyanı xarici mühitə yayırlar. Gəmiricilər listerioz, leptospiroz, brusellyoz,  cavanlarda paratif, botulizm və s. xəstəliklərini keçirib yayırlar.

Tapşırıqlar və suallar:
1.Youxucu xəstəliklər haqqında ilk dəfə hansı müqəddəs kitabda yazılmışdır? 2.İnfeksion xətəlikləri törədən həşəratlar haqqında nə bilirsiniz? 3.Mikroblar haqqında təqdimat hazırlayın. 4.Ağcaqanad hansı xəstəliyin daşıyıcısıdır? 5.Gəmiricilər hansı sahədə ziyan vururlar?







шаблоны для dle 11.2