» » Musiqi fənni üzrə mühazirə

Musiqi fənni üzrə mühazirə - 21-may, 2020, 20:36

#

                            MUSİQİ VƏ ONUN METODİKASI FƏNNİ ÜZRƏ II YARIMİL  ÜZRƏ 
                                                                      MÜHAZİRƏ
            Azərbaycan musiqi mədəniyyətinin inkişafında Uzeyir Hacıbəyovun rolu.
Üzeyir Hacıbəyov Azərbaycan musiqi mədəniyyəti tarixində yeni istiqamət və milli bəstəkarlıq məktəbinin özülünü qoymuşdur. Azərbaycan musiqisi tarixində ilk opera, ilk musiqili komediya və bir sıra digər janrlarda, ilk nümunələrin yaradıcısı kimi tanınmış dahi bəstəkar ilk azərbacanlı folklorçu-bəstəkar və Azərbaycan musiqisinin dərinliklərini və istiqamətlərini araşdırıb üzə çıxarmış və əsaslandırmış ilk azərbaycanlı musiqişünas-alimdir. Üzeyir Hacıbəyov həm də ədəbi-bədii dəyərini itirməmiş yazıları ilə tanınan publisist, felyetonçu və librettoçu-dramaturqdur. Üzeyir Hacıbəyov görkəmli yenilikçi, müəllim-ustad və Azərbaycanda böyük musiqiçi-ictimaiyyətçı kimi, Şərqdə ilk musiqili teatrın və ilk Konservatoriyanın yaradıcısı kimi Azərbaycan xalqının tarixində və mədəniyyətində dərin iz qoymuşdur.
Üzeyir Hacıbəyov Azərbaycan musiqisini dərindən araşdırmış və onun, zəngin və çoxşaxəli olduğunu elmi məqalələrində göstərmişdir. Digər tərəfdən Azərbaycan musiqisinə mənfi təsir edə biləcək istiqamətlərdən və bacarıqsız harmonizasiya üsullarından istifadə etməməyi məsləhət görürdü.
Hacıbəyov 1921-ci ildə Bakıda Azərbaycanlı tələbələr üçün ilk musiqi məktəbini – Azərbaycan Dövlət Türk Musiqi Məktəbini (sonralar texnikum) təşkil etmişdir. 1926-cı ildən Azərbaycan Dövlət Konservatoriyasında fəaliyyət göstərən Hacıbəyov burada nəzəriyyə, harmoniya, Azərbaycan musiqisinin əsasları fənlərindən dərs demiş, konservatoriya yanında ilk çoxsəsli Azərbaycan xor kollektivi yaratmışdır.
O, 1927-ci ildə Müslüm Maqomayevlə birgə ilk "Azərbaycan türk el nəğmələri" məcmuəsini nəşr etdirmişdir. Hacıbəyov 1931-ci ildə Azərbaycan Radio Komitəsi yanında ilk notlu xalq çalğı alətləri orkestri təşkil etmişdir.
Üzeyir bəy Hacıbəyovun anadan olmasının 100 illik yubileyi böyük təntənə ilə keçirilmişdir. YUNESKO-nun görkəmli şəxsiyyətlərin ildönümü və 1985-ci ilin mühüm hadisələri təqviminə əsasən Hacıbəyovun yubileyi beynəlxalq miqyasda da qeyd edilmişdir.
2010-cu ildə Azərbaycanda və dünyada Üzeyir Hacıbəyovun anadan olmasının 125 illik yubileyi təntənə ilə qeyd edildi. Bakıda 18-28 sentyabr ərəfəsində "Üzeyir Hacıbəyli – 125" Beynəlxalq Musiqi festivalı keçirildi.
Dahi Azərbaycan bəstəkarı, peşəkar musiqisizin banisi Üzeyir Hacıbəyovun adını daşıyan quru yük gəmisi 1977-ci ildə Rusiyanın Rıbinsk şəhərindəki Volodarski adına gəmiqayırma zavodunda inşa edilib.
Ümummilli lider Heydər Əliyevin sərəncamı ilə hər il 18 sentyabr Üzeyir musiqi günü kimi qeyd olunmağa başlandı. Bəzi hallarda mətbuat səhifələrində, ekran və efirdə bu tarixi "Milli musiqi günü" kimi qeyd edirlər. Amma sərəncama əsasən əsl adı belədir: "Üzeyir musiqi günü".
Üzeyir Hacibəyov istisna qabiliyyəti, görünməmiş fədakarlığı, gözəl təhsili, erudisiyası, vətənpərvərliyi, fəal ictimai- siyasi fəaliyyəti sayəsində xalqımızın ehtiram bəslədiyi ən görkəmli yaradıcı simalardan birinə çevrilib.O, dünya korifeylərinin ön sırasında Azərbaycanı ləyaqətlə təmsil edir.
— Heydər Əliyev
Azərbaycan opera sənətinin inkişafı, öz qüdrətli istedadını xalqa sərf etmiş Üzeyir Hacıbəyovun adı ilə qırılmaz tellərlə bağlıdır.Üzeyir Hacıbəyov bütün yaxın Şərq aləmində ilk opera olan "Leyli və Məcnun", eləcə də ən yaxşı operalarından biri olan, Azərbaycan mədəniyyətinin gözəl incilərindən sayılan "Koroğlu"nun müəllifidir. Gözəl bəstəkarımızın yaradıcılıq yolu heç bir zaman dinclik bilməyən, daim musiqi yaradıcılığının yüksəkliklərinə can atan,öz sənətkarlığını yorulmadan cilalandırmağa çalışan böyük bir istedadın inkişafını əks etdirən parlaq bir nümunədir.
                           Müslüm Maqomayev-bəstəkarların həyat və yaradıcılıqları
Əslən Qax rayonunun İlisu kəndindəndir. Atası Məhəmməd Abdul oğlu gənc yaşlarında İlisu kəndində dəmirçilik etmiş və sonralar Vladiqafqaz şəhərinə köçmüşdür. Çeçen qızı ilə evlənərək burada yaşamışdır.] Əbdülmüslüm Məhəmməd oğlu Maqomayev 1885-ci ildə Qroznı şəhərində anadan olmuşdur.
Ailədə musiqiyə olan maraq Maqomayevin bir bəstəkar kimi formalaşmasında böyük rol oynamışdır. Əbdülmüslümün ilk musiqi müəllimi onun böyük qardaşı Məhəmməd idi. Sonralar Qroznı şəhər məktəbində təhsil alarkən, Müslüm məktəb orkestrinin başçısı olub və həmçinin rəqs dərsləri tədris edirdi.] Rəsmdə uğur qazanmaq üçün məktəbin rəhbərliyi gəncin Sankt-Peterburqdakı incəsənət məktəbinə göndərilməsini təklif etdi, lakin ailənin maliyyə durumu buna imkan vermədi. Gələcək bəstəkar, 1900-cü ildə Qroznı şəhər məktəbin məzunu oldu.
1899-cu ildə Qori müəllimlər seminariyasına daxil olur. Elə buradan da onun Üzeyir Hacıbəyov ilə dostluğu başlayır. Seminariyada təhsil aldığı müddətdə Müslüm Maqomayev skripka və qaboyda əla çalırdı. Seminariyada çox zaman tələbələrin iştirakı ilə simfonik və nəfəsli orkestrin konsertləri keçirilirdi. Simfonik orkestrin baş ifaçısı olan M.Maqomayev dəfələrlə bu konsertlərdə dirijoru əvəz edərdi.[10] Tələbəlik illərində o, Qafqazyanı xalq yaradıcılığı ilə maraqlanır,[11] Azərbaycan xalq musiqisini öyrənərək xalq mahnılarını nota köçürülüb xor üçün tərtib etmişdir. 1900-cü ildə Parisdə keçirilmiş Dünya Sərgisində onun yığdığı əsərləri təqdim edildi. Burada o, öz ilk musiqi əsərləri yazmışdı: "Xəyallar" valsı, "Seminarçı" mazurkası və s.
Maqomayev 1904-cü ildə seminariyanı uğurla bitirdiyinə görə skripka və pul mükafatı  alır. Seminariyanı bitirdikdən sonra təyinatı üzrə Şimali Qafqaza işə göndərilir. 1905-ci ildən etibarən o, Lənkəranda müəllimlik etməklə məşğul olur. Lənkəranda müəllimlik etməklə yanaşı nəfəsli alətlər orkestri, xor, eləcə də balalayka çalanlar ansamblı təşkil edir. Abdül-Müslimin Lənkəranda fəaliyyəti bu şəhərdə mədəniyyətin inkişafına mühüm töhfə vermişdir və Lənkəran teatr qrupunun çıxışları "Bakı" qəzetinin "Müsəlman Həyatı" məqaləsində qeyd olundu.
1911-ci ildə Maqomayev Bakı şəhərinə köçdü və burada şəhər kollecində işə başladı. Burada müəllimlikdən əlavə, həmçinin yerli işçilərin savadlılığına öyrəddiyi axşam kurslarını təsis etdi.
Əbdulmüslim Maqomayev Bakıda tədris edərkən Üzeyir Hacıbəyovun rəhbərliyi altında olan Müsəlman opera truppası ilə əməkdaşlıq etməyə başladı. Müsəlman opera truppasının yaratdığı Azərbaycan musiqili teatrının orkestrində, Maqomayev skripkada çalmağa başladı. Hacıbəyovun "Leyli və Məcnun", "Əsli və Kərəm", "Şeyx Sənan" operalarına, eləcə də, "O, olmasın, bu olsun", "Arşın mal alan", musiqili komediyalarına dirijorluq edir. Müslüm Maqomayevin Azərbaycan milli teatrının inkişafı, eləcə də, müəllimlik sahəsindəki pedagojı fəaliyyəti onu Üzeyir Hacıbəyovla daha da yaxınlaşdırır.
Müslüm Maqomayev teatrın rəhbəri və baş dirijoru olmaqla yanaşı, həmçinin bəstəkarlıq sahəsində də fəaliyyət göstərirdi. 1913-cü ildə Magomayev "Sevgi" və "Şah İsmayıl" operalarını yazmağa başladı. O, 1916-cı ildə özünün ilk səhnə əsəri olan "Şah İsmayıl" operasını bitirdi. Xalq əfsanəsinə əsaslanan bu operada bəstəkar milli folklor nümunələrindən bacarıqla istifadə edilmişdir. Operanın ilk nəşrində çoxsaylı dialoq epizodları var idi, musiqi isə improvizasiya və muğam prinsiplərinə əsaslanırdı. 1916-cı ildə tamamlanan operanı bəstəkar bir neçə dəfə redaktə etmişdir. Opera üzərində bəstəkar çox işləmişdir. Hər dəfə improvizasiya üsulundan uzaqlaşaraq xorlar, ariyalar, rəqslər əlavə edilir ki, bu da onun bir daha klassik opera formasına uyğunlaşmasına imkan yaradırdı. Operanı redaktə edərkən Azərbaycan xalq musiqisinin toplayıb ilk dəfə nota salmışdır. Əsərin premyerası 1916-cı ilə nəzərdə tutulsa da, lakin planlaşdırılmış tarixdən qısa bir müddət əvvəl Tağıyevin Dram Teatrın binası yandı."Şah İsmayıl" operasının ilk tamaşası 20 mart 1919-cu ildə keçirildi.
1920-ci ildə Maqomayev Azərbaycan SSR Təhsil İşçilər Birliyinin sədri seçilir. O, 1921-ci ildə Maqomayev Azərbaycan Xalq Təhsili Komissarlığının incəsənət şöbəsinin müdiri vəzifəsinə təyin edilir. Sonra Azərbaycan Dram Teatrının bədii rəhbəri, Azərbaycan Dövlət Opera və Balet Teatrının baş dirijoru vəzifəsində çalışıb. 1929-cu ildə Maqomayev Azərbaycan Radio Komitəsində musiqi şöbəsinin rəhbəri vəzifəsində işləyir və bu vəzifədə 1931-ci ilə qədər qalır.
Müslüm Maqomayev 1927-ci ildə Üzeyir Hacıbəyov və Zülfüqar Hacıbəyov ilə birlikdə bir sıra Azərbaycan xalq mahnılarını nota salaraq işləmişdir. 1927-ci ildə Maqomayevin redaktəsi ilə "Talış xalq mahnıları"nın ilk məcmuəsi (Üzeyir Hacıbəyov tərəfindən yazılmış və işlənmişdir) nəşr olunmuşdur. O, 1920-1930-cu illərdə "Azərbaycan incəsənəti", "Raport veririk" kinofilmlərinə, Cəlil Məmmədquluzadənin "Ölülər", Cəfər Cabbarlının "1905-ci ildə" dram tamaşalarına və digər əsərlərə musiqi bəstələmişdir. Bəstəkar, həmçinin, simfonik orkestr üçün "Azərbaycan çöllərində", "Ceyran", "Turacı", "Şüştər dəramədi", "Çeçen rəqsi", və s. yazmışdır. O, vokal musiqisi sahəsində də öz fəaliyyətini davam etdirirdi. "Bahar", "Tarla", "Bizim kənd" mahnıları milli koloriti ilə diqqəti cəlb edir. 1932-ci ildə Koroğlu dastanı hekayəsinə əsasən opera yazmağa başlamışdı, lakin Hacıbəyovun eyni mövzuda əsər yazdığını öyrənmiş və dostunun daha yaxşı bir opera yazacağını düşünərək, layihələri məhv etmişdir.
Müslüm Maqomayev yaradıcılığının ən yüksək zirvəsini onun "Nərgiz" operası təşkil edir. Bəstəkar opera üzərində 1932-1935-ci illərdə işləmişdir. "Nərgiz" operası Azərbaycan musiqisinin inkişafı tarixində mühüm yer tutur. Maqomayev hesab edirdi ki, improvizasiya üsulundan uzaqlaşmaq operanın melodik quruluşunda milli musiqi nümunələrinə müraciət etmək və operada çoxsəsli xora üstünlük vermək lazımdır. "Nərgiz" operasının tamamlanması ilə əlaqədar olaraq bəstəkar "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adına layiq görülmüşdür.
Müslüm Maqomayev uzun sürən xəstəlikdən sonra 1937-ci il, iyulun 28-də Nalçikdə vəfat edib. Bakıda Fəxri xiyabanda dəfn olunub.
                      Musiqi səsləri haqqında  ümumi anlayış. Səs düzümü və oktavalar.
Musiqi — səsli bədii obrazlara gerçəklikdə əks etdirən insanın psixikasına fəal təsir edən incəsənətin növlərindən biridir.
Qədim yunanlar musiqini tanrıların töhfəsi kimi qiymətləndirir, ona insanların qəlbini fəth edən ecazkar qüvvə kimi yanaşırdılar. Yunan rəvayətlərinin birində Orfey oxuduğu gözəl nəğmələrlə tanrıları və adamları heyran edir, təbiətin kor qüvvələrini ram edirdi. Ümumi musiqi terminləri italyan dilindən götürülmüşdür.Buna intervaları nümunə göstərmək olar. Musiqidə 7 not var do, re‚ mi, fa, sol, lya, si.
Not savadının kimin düşündüyü, notların nə üçün məhz Do-Re-Mi-Fa-Sol-Lya-Si adlandırıldığı və ümumiyyətlə bu hərflərin nəyi ifadə etdiyi barədə heç düşünmüsünüzmü? Bu gün biz notların mənşəyi barədə informasiyanı sizinlə bölüşəcək və onların adlarının sirrini açacağıq. 
Not savadının müəllifi Orta Əsrlər dövrünün ən iri musiqi nəzəriyyəçilərindən və müəllimlərindən biri, təxminən XI əsrdə yaşamış  rahib Qvido d`Arettsodur (Qvido Aretinski). O dövrdə bütün gözəl yeniliklərin çoxu kimi, not savadı da Florensiyada, daha doğrusu onun yaxınlığında yerləşən Arettso şəhərciyində (Toskana) yaranıb. 
Qvido müxtəlif məbədlər nəzdində musiqi və kilsə xorunun nəğmə   müəllimi olub, İtaliyanı qarış-qarış gəzib, Romada Papa XIX İoann ilə görüşüb və not savadı üzərində üzərində çalışıb.   
Dini nəğmələr oxuyan xor üçün tanış olmayan melodiyaların öyrənilməsinin daha asan üsulunu axtaran Qvido bir gün solmizasiya sistemini –hər bir pillə üçün təyin edilmiş şərti hecaların köməyi ilə melodiyaların oxunması üsulunu icad edir. O, zəmanəmizə qədər qorunub saxlanılmış həmin sistemdə Vəftizçi Yəhya peyğəmbər (İoann Krestitel) üçün “ut Queant Iaxis” duasının akrostixi əsasında səs sırası pillələrinin hecalardan ibarət adlarını müəyyən edib. 
Birinci notdan başqa qalan bütün notların adları sait səslə bitir, onları oxumaq rahatdır. “Ut” hecası qapalıdır və onu digər hecalar kimi oxumaq mümkün deyil. Buna görə də oktavanın birinci notunun adı  “ut” XVI əsrdə “do” ilə əvəzlənib (çox güman, latın dilində Dominus (Allah) sözünün birinci hecası ilə). 
 
Not adlarının müasir interpretasiyası aşağıdakı şəkildədir:
Do – Dominus – Allah;
Re – rerum – materiya;
Mi – miraculum – möcüzə;
Fa – familias planetarium – yeddi planet, yəni Günəş sistemi;
Sol – Solis – Günəş;
La – Lactea via – Kəhkəşan;
Si – siderae – səma 
Qvidonun nüfuzu sayəsində Qərbi Avropa ölkələrində latın əlifbasının ilk yeddi hərfinin (ABCDEFG) istifadə olunduğu latın hərf notasiyası təsdiq edilir. Bu günədək öz aktuallığını itirməyən həmin sistem sonralar bütün dünya tərəfindən qəbul olunur. 
Not savadının yazı hissəsində də Qvidonun böyük xidmətləri var. Qvido xorun çıxışı zamanı notları göstərmək üçün sol əlindən istifadə edirmiş. O,  barmaq oynaqlarını əyərək hansı notu nə zaman götürmək lazım gəldiyni  göstərirmiş. 
Sonralar Qvido səsləri notlarla işarələməyə (nota latın dilindən tərcümədə işarə deməkdir) başlayır. O, dörd paralel xətdən ibarət sətirdə notlar deyilən ştrixlənmiş kiçik kvadratlar yerləşdirir. Hazırda beş paralel xətdən ibarət not sətrindən istifadə olunur, notlar isə kvadrat deyil, dairə şəklindədir, amma Qvidonun tətbiq etdiyi prinsip dəyişməz qalıb.
 
                       Qara Qarayevin həyat və yaradıcılığı
Qara Qarayev 1918-ci il fevralın 5-də Bakı şəhərində məşhur həkim, təbabət professoru Əbülfəz Qarayev və Sona xanım Axundova-Qarayevin ailəsində anadan olmuşdur. Qara Qarayevin atası — əməkdar elm xadimi, Azərbaycanda ən öncül uşaq həkimi və Azərbaycan Demokratik Respublikası qurulanadək diaqnost, daha sonralar isə, nəzəriyyəçi kimi də böyük ad-san qazanmış, anası Sona xanım isə "Müqəddəs Nina" məktəbinin Bakı bölməsini bitirmişdi. O həm də fortepiano ifaçılığı təhsili almışdı.
 
1925-ci ildə Qara Qarayev konservatoriya yanında musiqi məktəbində oxuduğu zaman pianoçu və pedaqoq Vladimir Mixayloviç Kozlov ilə tanış olmuşdu. Qara Qarayev V. M. Kozlovun Azərbaycandan çox-çox uzaqlarda tanınmasını yüksək qiymətləndirirdi. Bu haqda o belə demişdi:
 
 
1926-cı ildə Qara Qarayev Azərbaycan Dövlət Konservatoriyası yanında musiqi məktəbinə qəbul edilmişdir. 1930-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının nəzdində fəaliyyət göstərən Bakı musiqi fəhlə fakültəsinin fortepiano sinfinə (professor Qeorqi Şaroyevin sinfi) daxil olmuşdur. 1935-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq fakültəsində professor Leopold Rudolfun sinfində oxumuşdur.
Təhsil müddətində professor Üzeyir Hacıbəyovdan Azərbaycan xalq musiqisinin əsasları üzrə dərs almışdır. Üzeyir Hacıbəyovun sinfində Qara Qarayev "Azərbaycan xalq musiqisinin əsasları" fənnini keçirdi. Hacıbəyov ilk andan Qara Qarayevin gələcəkli istedadını aşkarlaya bilmişdi.  
 
"          O, əgər belə desək, mənim milli ruhum uğrunda çarpışırdı."
Qarayev muəllimi Üzeyir Hacıbəyova bəslədiyi sonsuz minnətdarlığını ömrünün sonunadək qoruyub saxlamışdı. Üzeyir Hacıbəyovun yaradıcılığında və Azərbaycanda ilk violino, violonçel və fortepiano triosunda həyata keçirilən aşıq üslubu Qara Qarayevi 1965-ci ildə həmin əsərin "Aşıqsayağı" simfonik transkripsiyasını yaratmağa ilhamlandırmışdı.
 
1937-ci ildə Azərbaycan Bəstəkarlar İttifaqına üzv qəbul edilmişdir. 1938-ci ildə Moskva Dövlət Konservatoriyasının tələbəsi olmuşdur.
 
 
                                  Yaradıcılıq fəaliyyəti
1938-ci ildə ilk böyük əsərini xor, simfonik orkestr və rəqs ansamblı üçün Rəsul Rzanın sözlərinə "Könül mahnısı" kantatasını bəstələmişdir. Həmin ildə Moskvada keçirilən Azərbaycan incəsənəti ongünlüyünün iştirakçısı olmuşdur.
 
1941-ci ildə M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının bədii rəhbəri vəzifəsində işləmişdir. 1943-cü ildə birinci simfoniyanı yazmışdır.[9] 1944-cü ildə Azərbaycan Bəstəkarlar İttifaqının idarə heyəti sədrinin müavini olmuşdur. 1946-ci ildə P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasında Dmitri Şostakoviçin bəstəkarlıq sinfini bitirmişdir.[9][14] Şostakoviçlə Qarayevin ömürlük dostluğu həm zövq, həm yaradıcılıq durumu, həm də həyata baxışları baxımından yaxınlıqlarının sonucu kimi açıqlanırdı.[7][15] Bütün bunlar Qara Qarayevin tələbəlik illərindəki yaradıcılığında həm kəmiyyət, həm də keyfiyyət göstəriləri ilə özünü aşkarlayırdı.[7][16][17]
 
1946-ci ildə ildə Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq sinfində müəllim işləmişdir.[9] 1946-ci ildə SSRİ Bəstəkarlar İttifaqı İdarə Heyətinin katibi seçilmişdir.[18] 1948-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının dosenti olmuşdur.[9] Həmin ildə Ümumittifaq Sovet Bəstəkarlatının I qurultayının nümayəndəsi olmuşdur.[19] 1949-cu ildə Üzeyir Hacıbəyov adına İncəsənət İnstitutunun musiqi bölməsinin rəhbəri seçilmişdir.[9]
 
Qara Qarayev 1950-ci ildən 1953-cü ilə qədər Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının rektoru vəzifəsində çalışmışdır.[9] 1952-ci ildə Sülh uğrunda Müdafiə Komitəsinin üzvü seçilmişdir[9]. Həmin ildə Sovet mədəniyyət və incəsənəti nümayəndə heyətinin tərkibində Alban Xalq Respublikasında olmuşdur.[9] 1953-cü ildə Azərbaycan Bəstəkarlar İttifaqı İdarə Heyətinin sədri seçilmişdir.[9] Həmin ildə Ümumittifaq Sülh həmrəyliyi tərəfdarlarının IV konferensiyasının nümayəndəsi seçilmişdir və Leninqrad Dövlət Kiçik (“Malıy”) opera teatrında "Yeddi gözəl" baletinin ilk tamaşası qoyulmuşdur.[9] O, 1954-cü ildən 1982-ci ilə qədər SSRİ Lenin və Dövlət mükafatları komitəsinin üzvü olmuşdur.[20] 1955-ci ildən 1976-cı ilə qədər IV-IX çağırış SSRİ Ali Sovetlərinin deputatı olmuşdur.[9] 1956-cı ildən 1973-cü ilə qədər Azərbaycan Bəstəkarlar İttifaqının birinci katibi işləmişdir.[9] 1956-cı ildə Azərbaycan Bəstəkarlarının I qurultayına nümayəndə seçilmişdir.[9] 1957-ci ildə SSRİ kinematoqraf işçilər ittifaqının üzvü seçilmişdir.[9] Həmin ildə "Don Kixot" filminə musiqi bəstələmişdir.[9] 1958-ci ildə V çağırış SSRİ Ali Sovetlərinin deputatı olmuşdur.[9] 1959-cu ildə Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir. Həmin ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq kafedrasının professoru olmuşdur.[9] Moskvada Azərbaycan incəsənət dekadasının iştirakçısı olmuşdur. Çexoslovakiyada "Yeddi gözəl" baletinin premyerasında iştirak etmişdir.[21]
 
 
1967-ci ildə Qara Qarayev bəstəkar Aqşin Əlizadə ilə
1960-cı ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü seçilmişdir.[9] Həmin ildə Azərbaycan Kommunist Partiyasının XXIV qurultayının nümayəndəsi olmuşdur.[9] 1961-ci ildə Cənubi Afrika yazıçısı Piter Abrahamsın eyniadlı əsəri əsasında yazdığı "İldırımlı yollarla" baletindən İkinci süitanın ifası ilə bağlı Los-Ancelesdə I beynəlxalq çağdaş musiqi festivalının iştirakçısı olmuşdur.[22] Həmin ildə Leninqrad Kiçik Opera Teatrının qastrolları zamanı Qahirədə "Yeddi gözəl" baletinin tamaşaya qoyulması ilə bağlı Misirdə səfərdə olmuşdur.[9] O, həm də Azərbaycan Kommunist Partiyasının XXV qurultayının və SSRİ KP XXII qurultayını nümayəndəsi olmuşdur.[9] 1962-ci ildə SSRİ Ali Sovetinə deputat seçilmişdir (VI çağırış).[9] Azərbaycan Bəstəkarlarının İkinci Qurultayının nümayəndəsi olmuşdur.[9] SSRİ Bəstəkarlar İttifaqının katibi seçilmişdir.[9] P.İ.Çaykovski adına skripkaçıların İkinci Beynəlxalq müsabiqəsinin juri üzvü olmuşdur.[9] Sovet mədəniyyət və incəsənət nümayəndə heyətinin tərkibində Amerika və Afrika ölkələrində olmuşdur.[9] 1963-cü ildə "Yeddi gözəl" baleti Birləşmiş Ərəb Əmirliklərində və CAR-da səhnəyə qoyulmuşdur.[9] Həmin ildə Leninqrad Kiçik Opera Teatrının qastrolları zamanı Qahirədə "Yeddi gözəl" baletinin tamaşaya qoyulması ilə bağlı Misir Ərəb Respublikasında səfərdə olmuşdur; Azərbaycan Kommunist Partiyasının XXVI qurultayının nümayəndəsi olmuşdur.[9] 1964-cü ildə SSRİ Böyük teatrının qastrolları zamanı "İldırımlı yollarla" baletinin tamaşaya qoyulması ilə bağlı "Varşava payızı" çağdaş musiqi festivalında iştirak etmişdir.[9] 1965-ci ildə Kamera orkestri üçün məşhur 3-cü Simfoniyanı bitirmişdir.[9] Aprelin 21-i Moskvada, iyunun 2-i Bakıda Üçüncü simfoniyanın ilk ifası baş tutmuşdur.[9]
 
1966-cı ildə SSRİ Ali Sovetinin deputatı (VII Çağırış) seçilmişdir.[9] Həmin ildə Bakıda "Klassik süita"nın ilk ifası olmuşdur.[9] O, həm də Dirijorların İkinci Ümumittifaq müsabiqəsində münsiflər heyətinin sədri olmuşdur və Sovet mədəniyyət və incəsənət ustaları arasında İspaniyaya səfər etmişdir.[9] 1967-ci il aprelin 21—də Qorki (indiki Nijni Novqorod) şəhərində, aprelin 28-i Moskvada Violino ilə simfonik orkestr üçün Konsertin ilk ifaları olmuşdur.[9] Həmin ildə Monrealda keçirilən Beynəlxalq sərgidə Azərbaycan nümayəndə heyətinin tərkibində olmuşdur; Moskvada keçirilən Azərbaycan mədəniyyət və incəsənət həftəsində iştirak etmişdir.[9] 1969-cu ildə "Yeddi gözəl" baletinin və "Leyli və Məcnun" simfonik poemasının musiqisinə balet tamaşasının göstərilməsi ilə bağlı Parisdə keçirilən ümumdünya rəqs festivalına, sovet mədəniyyət və incəssənət ustaları arasında Yaponiyaya səfər etmişdir və III Simfoniyası Yaponiyada səslənmişdir.[9]
 
1971-ci ildə Moskvada açılan Beynəlxalq Musiqi Konqresinin yekun konsertində III Simfoniya böyük uğur qazanmışdır.[9] "Qoyya" filmininə yazdığı musiqi ilə bağlı çəkiliş bölüyü ilə Almaniya Demokratik Respublikasında səfərdə olmuşdur.[9] 1972-ci ildə "Varşava payızı" çağdaş musiqi festivalında və bəstəkarlar ittifaqları katibliklərinin toplantılarında keçirilən balet artistlərinin İkincı beynəlxalq musabiqəsində münsiflər heyətinin üzvü olmuşdur.[9] 1973-cü ildə "İldırımlı yollarla" baleti Odessa Opera və Balet Teatrında səhnəyə qoyulmuşdur.[9] Həmin ildə P.İ.Çaykovski adına V beynəlxalq musiqi musabiqəsinin münsiflər heyətinin üzvü, modal musiqi məsələləri ilə bağlı Türkiyədə keçirilən beynəlxalq konqresdə iştirak etmişdir.[9] 1975-ci ildə Leninqradda yaradıcılıq gecəsi konserti keçirilmişdir.[9]
 
1976-cı ildə III Simfoniya Praqa şəhərində uğurla səsləndirilmişdir.[9] Həmin ildə "Gənc bəstəkarların yetişdirilməsi" simpoziumunun işində iştirak etmiş, sovet və italyan bəstəkarlarının ikitərəfli iştirakı ilə bağlı İtaliyanın Pezaro şəhərinə səfər etmişdir.[23] 1978-ci ildə 60 illiyi münasibətilə Moskvada müəllif konserti təşkil edilmişdir.[9] Həmin ildə ümumdünya müəllif hüquqları agentliyi konqresinin iştirakçısı kimi Parisdə səfərdə olmuş, Moskva operetta teatrında "Çılğın qaskoniyalı" müziklinin ilk tamaşası qoyulmuşdur.
 
Qara Qarayev XX əsri "molto accelerando e crescendo" (azərb. hərəkəti sürətləndirib səslənməni gücləndirmək‎) musiqi termini ilə izah etmişdir.[4] Qarayev müxtəlif illərdə, müxtəlif məqalə və çıxışlarında Azərbaycan musiqi mədəniyyətində Şərq və Qərbin sintezi, vəhdəti haqqında danışırdı.[4][24] O, bu sintezi Şərq və Qərbin mücərrəd toqquşmasında deyil, onların milli mədəniyyətinin yaradıcı təcrübəsinin qarşılıqlı əlaqəsində, beynəlmiləl yaxınlığında görürdü.[4][25] Bu barədə başqırd yazıçısı R.Həkimova verdiyi müsahibədə Qarayev Qərbin və Şərqin lap əvvəldən onun təhsilində, yaradıcılığında vəhdətdə olduğunu qeyd edirdi:
 
"          Axı mən oxumağa Bakıda Hacıbəyovda başlamışam, Moskvada Şostakoviçdə isə təhsilimi bitirmişəm. Ona görə Qərb və Şərq lap əvvəldən məndə bir vəhdət təşkil etmişlər. Mən sanki iki ananın oğluyam.    "
Qara Qarayevin yaradıcılığında vətən mövzusu bir sıra əsərlərin özəyini təşkil etmişdir.[4][26] İkinci simfoniya, Cövdət Hacıyevlə yazdığı “Vətən” operası, “Ürək mahnısı” kantatası, “Bizim partiya” , “Səadət mahnısı”, “Azərbaycan” süitası belə əsərlərdəndir.
 
Qara Qarayev bəstəkar olmaqla bərabər, həm də zəngin dünya görüşünə, ensiklopedik biliyə, fəlsəfi ümumiləşdirmələrə, geniş erudisiyaya, iti zəkaya malik alim, mütəfəkkir idi.[4][29] O, dünya musiqi elminin son nailiyyətlərini böyük dəqiqliklə öyrənmiş, mənimsəmiş, dünya musiqisinin, eləcə də ədəbiyyatının, rəssamlığının, teatrının gözəl bilicisi olmuşdur.[4][30] Alimin sırf musiqi elminə, nəzəriyyəsinə, estetikaya aid xüsusi tədqiqatı olmasa da, onun zəngin elmi-publisistik irsi, qırx il ərzində yazdığı çoxlu məqalələri, resenziyaları, məruzə və çıxışları, müsahibələri, incəsənətin bir sıra vacib problemləri — xəlqilik, millilik, beynəlmiləlçilik, ənənə, novatorluq, musiqidə faciə və s. haqqında fikirləri, düşüncələri, görüşləri, elmi müddəaları, ona böyük mütəfəkkir alim kimi Azərbaycan musiqi elmində möhkəm və şərəfli yer tutmasına haqq qazandırıb.[4][31]шаблоны для dle 11.2