» » Üzvi kimya

Üzvi kimya - 21-may, 2020, 20:41

#

1.Alkanlar. Tsikloalkanlar
           
Üzvi kimyanın ən böyük siniflərindən biri karbohidrogenlərdir. Bu sinif yalnız karbon və hidrogendən ibarətdir. Məs: C6H5-CH3, CH4 və s. Karbohidrogenlər Alifatik (açıq zəncirli) və Tsiklik (qapalı zəncirli) olmaqla 2 yerə bölünür. Açıq zəncirli karbohidrogenlər doymuş (alkanlar) və doymamış (alkenlər, alkadienlər,alkinlər) olurlar. Qapalı zəncirli karbohidrogenlər isə alitsiklik (tsikloalkanlar) və aromatik (arenlər) olmaqla iki cür olurlar. Üzvi kimyada karbonun valentliyi sabit IV-dür.                                                                                                                            CnH2n+2 (n1) ümumi formuluna malik doymuş karbohidrogenlər alkanlar (parafinlər) adlanır. Nümayəndələri : CH4-metan, C2H6-etan, C3H8-propan, C4H10-butan, C5H12-pentan, C6H14-heksan, C7H16-heptan, C8H18-oktan, C9H20-nonan və s. Alkandan bir hidrogen atomu qopardıqda alkil radikalı (CnH2n+1) əmələ gəlir ki, onları da adlandırarkən “an” şəkilçisi “il” şəkilçisi ilə əvəz olunur. CH3-  metil, C2H5-  etil, C3H7-  propil və s. Bəzi radikalların adı qurluşuna görə fərqli deyilir,   Məs :      CH3-CH-  izopropil
 CH3-CH2-CH-  ikili butil, CH3-CH-CH2-izobutil, CH3-CH2-CH2-CH2-birli butil.       CH3
                  CH3                                           CH3
 CH2- radikalı metilen adlanır.Karbon atomuna birbaşa bir karbon birləşərsə -birli, iki karbon birləşərsə ikili, üç karbon birləşərsə üçlü, dörd karbon birləşərsə həmin karbon dördlü karbon adlanır. Və yaxud metandan (CH4-dən) bir hidrogen qopduqda (CH3-) birli, ikisi qopduqda (CH2-) ikili, üçü qopduqda (CH-) üçlü, dördü qopduqda (C)- dördlü olur. Məs:
         CH3                       CH3
CH3-CH-CH-CH2-C-CH3 birləşməsində 6 ədəd birli (CH3), 1 ədəd ikili (CH2), 2 ədəd üçlü (CH), 1 ədəd
                CH3            CH3         dördlü (C) karbon atomu var. Alkanların ilk dörd nümayəndəsinin (metan, etan, propan, butan) adı tarixidir. Beşincidən başlayaraq yunan saylarından istifadə olunur. Alkanları səmərəli üsulla adlandırdıqda onlara metanın törəməsi kimi baxılır. Ən çox şaxələnmiş karbon atomuna metan kimi baxırıq, qalan radikalları kiçikdən böyüyə doğru adlandırırıq, eyni radikallar olduqda di,tri, tetra və s. kimi yunan saylarından istifadə edirik və sonda “metan” sözünü deyirik. Beynəlxalq üsulla adlandırarkən əvvəlcə ən uzun zəncir seçilir, radikalın yaxın olduğu tərəfdən zəncir nömrələnir. Əvvəlcə kiçik sonra isə böyük radikalların birləşdiyi karbonun nömrəsi, daha sonra radikalın adı deyilir. Sonda uzun zəncirə uyğun gələn alkanın adı deyilir.
                 CH3                                                                                                                                          CH3                      
CH3-CH2- C- CH-CH3                                                           CH3-CH2- C- CH-CH3      
                CH3 CH3                                                                                                                              CH3 CH3              
Səmərəli üsulla adı-dimetiletilizopropilmetan              Beynəlxalq üsulla adı-2,3,3- trimetilpentan      
Alkanları sənayedə neftin distilləsindən alırlar. Həmçinin C + 2H2 CH4 .Alkanları laboratoriyada Vürs üsulu ilə alırlar. Bu zaman alkanların mono halogenli törəməsinə natriumla təsir edirlər. Vürs reaksiyası zamanı zəncirin iki dəfə uzanması baş verir. Halogenin çıxdığı yerdən radikalı simmetrik köçürdürük. Məs: 2CH3-Cl + 2Na  CH3-CH3 + 2NaCl  
2CH3-CH2-CH-Cl + 2Na  CH3-CH2-CH- CH-CH2-CH3 + 2NaCl
                   CH3                                     CH3 CH3                                                                                                                                           2-xlorbutan                                    3,4-dimetilheksan                                                                                                Vürs reaksiyası zamanı zəncirin uzunluğu və karbonun oksidləşmə dərəcəsi dəyişir. Alkanlardan yalnız metanı vürs üsulu ilə almaq olmaz.Metanın alınma üsullarından biri: Al4C3 + 12H2O  4Al(OH)3 + 3CH4   Alkanlar suda pis həll olan maddələrdir. CH4-dən C4H10-daxil olmaqla qaz halındadır. Molyar kütlə artdıqca (C-ların sayı artdıqca) ərimə və qaynama temperaturu artır. Eyni sayda karbonu olan alkanlardan şaxələnməsi çox olan daha aşağı temperaturda qaynayır. Məs: qaynama temperaturlarının müqayisəsi:
I.CH3-CH2-CH3    II.CH3-CH2-CH2-CH3     III.CH3-CH-CH3                                 I > II > III
    propan                            butan                                 CH3       2-metilpropan
Alkanlar əvəzetmə reaksiyalarına daxil olurlar. Bu reaksiyalar zəncirvari mexanizm üzrə gedir. Reaksiyaya daxil olan halogenin mol sayı qədər hidrogen atomu əvəz olunur. Məs: CH4 + 2Cl2  CH2Cl2 + 2HCl  ;  CH4 + 4Cl2  CCl4 + 4HCl   Alkanlar doymuş karbohidro-genlər olduğundan birləşmə reaksiyasına daxil olmurlar. Məs: C2H6 + H2 getmir. C3H8+HClgetmir. Alkanlarda atomlar arasında yalnız  (siqma) rabitəsi var. Açıq zəncirli birləşmələrdə C-C siqma rabitəsi götürülən karbonun sayından bir ədəd az (qapalı zəncirli birləşmələrdə karbonun sayı qədərdir) , C-H siqma rabitəsi isə bütün birləşmələrdə hidrogenin sayı qədər olur (n-1+2n+2=3n+1). Məs: C4H10-da 13 rabitəsi var və ya siqma rabitəsi atomlarından sayından bir ədəd az olur. Alkanlarda C atomları sp3 hibridləşmə vəziyyətindədir, rabitə bucağı 1090-dir. Alkanlarda  (pi) rabitəsi olmadığından bromlu suyu və kalium permanqanatı (KMnO4)  rəngsizləşdirmir və polimerləşmə reaksiyasına daxil olmur. Alkanlar quruluş izomerliyi əmələ gətirirlər. (Qeyd: izomerlik tərkib və nisbi molekul kütləsinin eyni, quruluş və xassələrin fərqli olmasıdır). Alkalardan izomerlik homoloji sıranın dördüncü nümayəndəsindən (C4H10-butan) başlayır. (Qeyd: eyni sinifə daxil olan maddələr bir-birinin homoloqudur, məs-propan və pentan. Bir-birindən CH2 qrupu qədər fərqlənən maddələr isə homoloji sıra əmələ gətirir, məs-C2H6 və C3H8). Quruluş izomer-liyində yalnız karbon zəncirinin quruluşu (zəncirin uzunluğu) dəyişir.Quruluş İzomerliyinə aid nümunə:
CH3-CH2-CH3 :propan                                  CH3-CH2-CH2-CH3   : butan                                     bu maddələr bir-
CH3-CH2                :propan                                                   CH3-CH-CH3                   : 2-metilpropan              birinin quruluş
         CH3                                                                                                   CH3                                                                                           izomeridir.
eyni maddə                                                    müxtəlif maddə
Məs: 2,2,3-trimetil butan (tri metildə 3C+butanda 4C =7C) ilə 2,3 dimetil pentan (di metildə 2C + pentanda 5C =7C) bir-birinin izomeridir.İzomerləşmənin katalizatoru AlCl3-dür.Alkanlar parçalanma reaksiyasında daxil olur: 2CH4  C2H4 + 2H2  ;  CH4 C + 2H2  ;   2CH4  C2H2 + 3H2  Alkanlar yanma reaksiyasına daxil olur,  bu zaman CO2 və H2O əmələ gəlir.                                                    CnH2n+2 +  O2  nCO2 + (n+1)H2O  ; CH4 + 2O2  CO2 + 2H2O  Metanın xlorlu törəmələrindən tetraxlormetandan (CCl4) kimyəvi təmizləmələrdə ləkələrin aparılması üçün istifadə olunur. Əvvəllər CCl4-dən yanğının söndürülməsində istifadə olunurdu, ancaq bu zaman zəhərli maddə olan fosgen (I dünya müharibəsində kimyəvi silah kimi isfitadə olunub) əmələ gəldiyindən bu istifadə məhdudlaş-dırılmışdır.Xlormetan (CH3Cl) qazı əvvəllər soyuducu qurğularda istifadə edilirdi, lakin onunda zəhərli və yanıcı olması bu istifadəni məhdudlaşdırdı.Hazırda soyuducu qurğularda freonlardan (alkanların-əsasəndə metan və etanın halogenli törəmələridi, məs-CF3Cl və s) istifadə olunur.Ozon təbəqəsinin deşil-məsinin əsas səbəblərindən biridə freonların atmosferə daxil olmasıdır.
Tsikloalkanlar-ümumi formulu CnH2n (n3) olub, tsiklik (qapalı) qurluşlu karbohidrogenlərdir.İlk dəfə Bakı neftində tapılmışdır. Nümayəndələri:
           

tsiklopropan             tsiklobutan               tsiklopentan          tsikloheksan                                                           Tsikloalkanları adlandırarkən əgər bir radikal varsa nömrələnmə aparılmır, iki və daha çox radikal olduqda isə nömrələnmə ele istiqamətdə getməlidirki, həmin radikalların birləşdiyi radikalların karbon atomlarının cəmi ən kiçik ədəd olsun.Məs:
         CH-CH3                                                               CH3
 CH2               CH2  metiltsiklopropan                             CH3  1,2-dimetiltsikloheksan                          
Tsikloalkanlarda bütün rabitələr təkqat rabitədir deyə, onlarda həmçinin adi şəraitdə bromlu suyu və KMnO4 məhlulunu rəngsizləşdirmir. Siqma rabitə sayı n (C-C siqması) + 2n (C-H siqması)=3n dir.Mr=12n (C atomunun) + 2n (H atomunun)=14n Hibridləşmə forması sp3-dür. Adi şəraitdə tsiklo-propan və tsiklobutan qaz, tsiklopentan və tsikloheksan isə mayedir.Tsikloalkanlarda molyar kütlə artdıqca qaynama temperaturu artır, suda həll olmurlar və insan orqanizminə zərərli təsir göstərir-lər.Tsiklopropandan tibdə narkoz kimi istifadə olunmuşdur. Tsikloalkanları almaq üçün alkanların di-halogenli törəmələrinə (halogen atomları arasında ən azı üç karbon məsafəsi olmalıdır) sink və ya natrium ilə təsir etməklə alınır. Məs :
CH2-CH2-CH2-CH2 + Zn CH2                 CH2   və ya
Cl                      Cl                 CH2          CH2
Sənayedə isə neftdən alırlar.Tsikloalkanlardan tsiklopropan və tsiklobutan birləşmə, beş və altı bucaqlı nümayəndələri isə əvəzetmə reaksiyasına daxil olur.Birləşmə zamanı tsikl açılır, əvəzetmə zamanı isə olduğu kimi qalır.
          CH2                                            CH2                                                                          CH2
  CH2         CH2   + Cl2  CH2             CH-Cl + HCl                                               + Cl2  CH2-CH2-CH2
   CH2        CH2                CH2        CH2                                                            CH2          CH2                        Cl             Cl
Alkenlərlə siniflərarası izomerdirlər. Məs: metiltsiklobutan (metildə 1C+butanda 4C =5C) ilə penten-1 ( pentendə 5C var) bir-birinin siniflərarası izomeridir. Yanma məhsulları CO2 və H2O-dur.
                                                         2.Alkenlər. Alkadienlər
CnH2n ,(n2) ümumi formuluna malik açıq zəncirli karbohidrogenlərdir.Molekullarında 1 ədəd ikiqat rabitəsi var.Eyni sayda karbon atomu olan alkanın sonuna “ilen” şəkilçisi artırmaqla tarixi adları düzəlir. Məs: C2H4-etilen(CH2=CH2) , C3H6-propilen (CH2=CH-CH3) və s. Beynəlxalq üsulla adlandırarkən ikiqat rabitənin daxil olduğu ən uzun zəncir seçilir, ikiqat rabitənin yaxın olduğu tərəfdən zəncir nömrələnir, uzun zəncirə uyğun gələn alkanın adına “en” şəkilçisi əlavə olunu və sonda ikiqat rabitənin başlandığı karbonun nömrəsi qeyd edilir. Məs: CH3-CH=CH-CH2-CH3 penten-2 ; CH3-CH=C-CH3   2-metilbuten-2
 Səmərəli üsulla adlandırarkən alkenlərə etilenin törəməsi kimi baxılır və              CH3                                                  ikiqat rabitənin hər iki tərəfində radikal varsa (eyni və ya fərqli) əvvəlcə simmetrik sözü deyilir.Radikallar kiçikdən böyüyə doğru oxunur.Məs: CH3-CH=CH-CH2-CH3  simmetrik metiletiletilen.İkiqat rabitəli kar-bonların yalnız bir tərəfində radikal olduqda qeyri-simmetrik sözü deyilir.Məs: CH2=CH-CH3 qeyri-sim-metrik metiletilen. Sudan yüngül, suda pis həll olan maddələrdir.C4H8-də daxil olmaqla qaz halında-dır.Alkenlər tərkibindəki  rabitəsinin sayəsində Br-lu suyu və KMnO4 məhlulunu rəngsizləşdirir .Alkan-ların monohalogenli törəmələrinə qələvinin spirtdə məhlulu ilə təsir etməklə alırlar. Məs:
CH3-CH-CH2-CH3 + KOH(spirt)  CH3-CH=CH-CH3 + KCl + H2O
         Cl                                                  buten-2                                                                                                 Həmçinin halogen atomları qonşu olan alkanların dihalogenli törəmələrinə Zn ilə təsir etməklə alınır.Məs:
CH2-CH-CH3 + ZnCH2=CH-CH3 + ZnCl2    Alkenlər  rabitənin sayəsində 1 mol maddə birləşdirir və
 Cl        Cl                                                             bu zaman birləşmə ikiqat rabitəli karbon atomlarında gedir. Hidrogen halogenidlərin (HCl, HBr və s.) birləşməsi isə Markovnikov qaydası üzrə gedir. Bu qaydaya əsasən hidrogen atomu hidrogeni çox olana, halogen atomu isə hidrogeni az olana birləşir. Məs: CH2=CH-CH3 + Cl2 CH2-CH-CH3    ;    CH2=CH-CH3 + HClCH3-CH-CH3
                                     Cl     Cl                                                                Cl                                                Markovnikov qaydası ikiqat rabitəsi zəncirin kənarında olan alkenlərə tətbiq edilir və birləşmə zamanı  (pi) rabitəsi qırılır.Alkenlərdə siniflərarası, quruluş, vəziyyət və fəza (sis-trans) izomerliyi mövcuddur. Quruluş izomerliyi zamanı ikiqat rabitə olduğu kimi qalır, yalnız zəncirin quruluşu dəyişir.Vəziyyət izo-merliyi zamanı isə zəcirin quruluşu olduğu kimi qalır, ikiqat rabitənin yeri dəyişir. Hər iki izomerlik butendən başlayır. Sis-trans izomerliyi ikiqat rabitəli maddələr üçün xarakterikdir, bu izomerlik isə ikiqat rabitəli karbonlara fərqli radikallar (və ya atomlar) birləşdikdə yaranır. Məs:                     H  H                                                  CH2=CH-CH2-CH3              CH2=CH-CH2-CH3                    CH3-CH=CH-CH3                 CH3-C=C-CH3            a)
CH2=C-CH3                                        CH3-CH=CH-CH3                      CH2=CH-CH2-CH3                H-C=C-CH2-CH3         b)
        CH3                                                                                                                                                                                            H   HQuruluş izomerliyi              Vəziyyət izomerliyi                Sis-trans izomerliyi (a-da yaranır, b-də isə yox)
Alkenlər  rabitənin sayəsində polimerləşmə (çox sayda kiçik molekulların bir-birilə birləşib makro-molekul əmələ gətirməsidir.Polimerləşmə reaksiyası zamanı karbon atomlarına birləşən hidrogen atom-larının sayı olduğu kimi qalır, sadəcə (pi) rabitəsi qırılır. Məs: Propilenin polimerləməsinə baxaq: CH2=CH-CH3    -CH2-CH-                                    monomerdə CH və CH3 radikalı olduğundan propilen-
     Monomer                     CH3     n    polimer               in (-CH2-CH2-CH2-) polimerləşmə sxemi yanlışdır.     rabitəsi qırıldığından əmələ gələn məhsul bromlu suyu rəngsizlədirmir. “an” şəkilçisi ilə bitənlər və “poli” şəkilçisi ilə başlayanlar (kauçuklar istisnadır, Məs: polibutadien kauçuku) bromlu suyu rəngsiz-ləşdirmir.
Alkadienlər-CnH2n-2 (n3) formuluna malik, karbon atomları arasında iki ikiqat rabitəsi olan, açıq zəncirli doymamış karbohidrogenlərdir.Beynəlxalq üsulla adlandırarkən ikiqat rabitənin hər ikisinin daxil olduğu ən uzun zəncir seçilir və sonda ikiqat rabitənin başlandığı karbonların nömrəsi göstərilir.Məs: (Qeyd: CH2=CH- vinil radikalıdır)CH2=CH-CH=CH2 butadien-1,3(divinil) İkiqat rabitənin vəziyyətinə görə alkadienlər kumulə olunmuş  (ikiqat rabitə qonşu karbonlarda olduqda), konyuqə olunmuş (ikiqat rabitələr bir təkqat rabitə ilə ayrılır) və izolə olunmuş (ikiqat rabitələr iki və daha çox təkqat rabitə ilə ayrılır) olurlar.Adi şəraitdə divinil qaz, izopren isə mayedir.Alkadienləri alkanlardan 2 mol hidrogen qoparmaqla almaq olar: CH3-CH2-CH2-CH3  CH2=CH-CH=CH2 + 2H2  və ya C4H10  C4H6 + 2H2                                   Divinili həmçinin etil spirtindən də almaq olar (Lebedev üsulu) : 2C2H5OHCH2=CH-CH=CH2 + 2H2O + H2        Alkadienlər-də iki ədəd  rabitəsi olduğundan maksiumum iki mol maddə birləşdirir. Halogen və hidrogen halogenidlərin birləşməsi temperaturdan asılı olaraq ikicür gedir.1,2 vəziyyətində birləşmədə   rabitə axıra, 1,4 də isə ortaya keçir.Məs:  C5H8(alkadien)+H2C5H10(alken)+H2C5H12(alkan)                                                                                                                 (t  CH2=CH-CH=CH2 + Cl2 CH2Cl-CHCl-CH=CH2 + Cl2CH2Cl-CHCl-CHCl-CH2Cl  (t CH2=CH-CH=CH+Cl2 CH2Cl-CH=CH-CH2Cl + Cl2CH2Cl-CHCl-CHCl-CH2Cl Alkadienlər  rabitəsinin sayəsində adi şəraitdə bromlu suyu və KMnO4 məhlulunu rəngsizləşdirirlər, po-limerləşirlər.Onların polimerləşməsindən kauçuklar alınır.Təbii kauçukun monomeri izoprendir.Kauçuku kükürdlə birgə polimerləşdikdə isə rezin alınır.Alkadienlər siniflərarası, vəziyyət, quruluş və fəza (sis-trans) izomerliyi əmələ gətirirlər. Alkinlərlə siniflərarası izomerdirlər. Məs: CH2=C=CH2 (alkadiendir C3H4) və CHC-CH3 (alkindir C3H4).Vəziyyət izomerliyi ikiqat rabitənin yerini dəyişməklə yaranır. Məs: CH2=C=CH-CH3 (butadien-1,2) və CH2=CH-CH=CH2 (butadien-1,3).Quruluş və fəza izomerliyi penta-dien-1,3 dən başlayır.Alkadienlərdə Mr=14n-2,  (siqma)=3n-3. Alkenlər və alkadienlər əvəzetmə reak-siyasına daxil olmur. CH2=C-CH=CH2  2-metilbutadien-1,3 ; CH2=C-CH=CH2   2-xlorbutadien-1,3                                                        
                                            CH3     (izopren)                                      Cl   (xlorpren)                                            divinil və xlorprendə sp3 vəziyyətində olan karbon atomu yoxdur.
                                               3.Alkinlər.Aromatik karbohidrogenlər
CnH2n-2 (n2) ümumi formuluna malik olub, tərkibində bir ədəd üçqat rabitəsi olan doymamış karbo-hidrogenlərdir.Asetilenin (C2H2-nin) adı tarixidir.Beynəlxalq üsulla adlandırarkən eyni sayda karbon atomu olan alkanın “an” şəkilçisi “in” şəkilçisi ilə əvəz edilir və sonda üçqat rabitənin başlandığı karbonun nömrəsi göstərilir. Məs: CH3-CCH (propin), HCC-CH2-CH3 (butin-1), CH3-CH-CC-CH3 (4-metilpentin-2)  səmərəli üsulla adlandırarkən asetilenin törəməsi kimi baxılır.                CH3                         Məs: CH3-CC-CH2-CH3 metiletilasetilen.Alkinlərdən C4H6-da daxil olmaqla qaz halındadır.Molyar kütləsi artdıqca sıxlıqları, ərimə və qaynama temperaturları artır.Sənayedə asetilen aşağıdakı reaksiyalarla  alınır: 2CH4  C2H2+3H2 ;  CaC2 + 2H2OCa(OH)2+C2H2   Labaratoriyada isə halogen atomları qonşu karbonlarda olan dihalogenli alkanlara qələvinin spirtdə məhlulu ilə təsir etməklə alınır. Məs:      CH3-CH-CH2 + 2KOH(spirt)CH3-CCH + 2KCl + 2H2O  Alkin molekulunda 2 rabitəsi olduğundan
         Cl   Cl         maksimum 2 mol maddə birləşdirir.Məs: HCCH+H2C2H4 ;  CHCH+2H2C2H6                                         HCCH + HClCH2=CH-Cl (vinilxlorid) Üçqat rabitəsi zəncirin kənarında olan alkinlər əvəzetmə reaksiyasına daxil olur.Məs: 2HCC-CH3+2Na2Na-CC-CH3+H2   üçqat rabitəsi ortada olanlar daxil olmur: CH3-CC-CH3+NaX getmir. Alkinlərdən yalnız asetilenin hidratlaşmasından (su birləşdirmə) aldehid,digər aldehidlərdən isə keton əmələ gəlir.Bu reaksiyalar Kuçerov reaksiyası adlanır.Məs:                                    CHCH + H2OCH3-COH                                   CH3-CCH+H2OCH3-C-CH3                                                 asetilen(etin)         etanal(sirkə aldehidi)                   propin                              O   propanon(keton)      Alkinlər  rabitəsinin sayəsində bromlu suyu və KMnO4 məhlulunu adi şəraitdə rəngsizləşdirir, həmçinin polimerləşirlər.Məs: asetilenin polimerləşməsi onun dimerləşməsi və trimerləşməsidir. Dimerləşmə: 2HCCHCH2=CH-CCH (vinilasetilen-C4H4)  Trimerləşməsi: 3HCCHC6H6 (benzol). Alkinlər fəza (sis-trans) izomerliyi əmələ gətirmirlər.Vəziyyət izomerliyi 3 qat rabitənin yerini dəyişməsinə görə (məs: butin-1 və butin-2), quruluş izomerliyi isə zəncirin qurluşuna görə yaranır (butin-1 və 2-metilpro-pin).Asetilendən metalların kəsilməsində və qaynaq edilməsində istifadə olunur.
Aromatik Karbohidrogenlər-CnH2n-6 (n6) molekulunda bir və ya bir neçə benzol halqası olan tsiklik qurluşlu karbohidrogenlərdir.Benzolda (C6H6)  rabitəsi yoxdur, onda bütün rabitələrin uzunluğu eynidir, təxmi-nən 0,140 nm-dir.Benzol rəngsiz,sudan yüngül və suda həll olmayan, zəhərli mayedir. Benzolda bütün karbon atomları eyni sp2 hibridləşmə (18 hibrid orbitalı var) halında-dır.Benzolda 12 rabitəsi var (6 ədəd C-C, 6 ədəd C-H).Benzol bromlu suyu və KMnO4 məhlulunu rəngsizləşdirmir, polimerləşmir. Toluol (metil benzol) C6H5-CH3 benzolun homoloqudur.Bir karbon atomu sp3 hibridləşmə formasındadır.Toluol Br-la reaksiyaya daxil olur və bu zaman əvəzetmə 2,4,6 –cı karbonlarda gedir. Benzoldan fərqli olaraq toluol oksidləşir, onun oksidləşməsindən benzoy turşusu əmələ gəlir..Birləşmə reaksiyası:  C6H6 + Cl2 C6H6Cl6 (heksaxlor tsikloheksan) ; C6H6 + 3H2C6H12 (tsikloheksan).   Əvəzetmə rekasiyası: C6H6 + Cl2 C6H5Cl + HCl ;   C6H6 + 6Cl2 C6Cl6 + 6HCl. Benzolun bəzi homoloqlarının tarixi adları daha geniş istifadə olunur.Məsələn:

Para ksilolun oksidləşməsindən tereftal turşusu əmələ gəlir.                                                                              
Stirol (və ya Vinilbenzol) ümumi formulu C8H8-dir.Stirol aromatik birləşmədir, ancaq benzolun homoloqu deyil, onun ümumi formulu CnH2n-8 –dir. Stirolda bütün karbon atomları sp2 hibridləşmə halındadır və  rabitəsinin sayəsində polimerləşir (polimerləşməsindən polistirol alınır), bromlu suyu rəngsizləşdirir.Stirol suda həll olmur və zəhərlidir.                                                                                   Neft-Təbiətdə karbohidrogenlərin ən mühüm təbii mənbələri: 1.Təbii qaz-əsas tərkib hissəsi 80-97% i metandır (CH4). 2.Səmt qazları-neftlə birlikdə çıxan qazlardır. 3.Daş kömür-bərk halda üzvi mənşəli faydalı qazıntıdır. 4.Neft-tünd qəhvəyi rəngli,sudan yüngül və suda həll olmayan (eynicinsli qarışıqdır) yanıcı mayedir. Neftin iki cür emalı var.İlkin emalı fiziki proses-fraksiyalı distillədir.Bu üsulla neftdən 5 əsas məhsul alınır: benzinliqroinkerosinqazoylmazut. Benzindən mazuta doğru getdikcə qaynama temperaturu artır, sıxlıq artır.Ilkin emalda cəmi 20% benzin alınır.Benzinin çıxımını artırmaq üçün neftin ikinci emalını aparırlar.Bu zaman kerosin,qazoyl kimi irimolekullu karbohidrogenləri parçalamaqla benzin alınır, deməli ikinci emal krekinqdir (parçalanmadır).Krekinqin 2 növü var-termiki və katalitik. Termiki nisbətən yüksək temperaturda, katalitik nisbətən aşağı temperaturda, alimusilikat katalizatorunun iştirakı ilə aparılır.İlkin emalın aparıldığı qurğu Rektifikasiya kalonudur.Neftin ilkin emalından sonra qalan qalıq mazutdur.Mazutun vakuumda distilləsindən sonra qalan qalıq sürtkü və solyar yağları,vazelin və parafin alınır.Vazelin-maye və bərk, parafin-bərk karbohidrogenlərin qarışığıdır.Mazutun distilləsin-dən sonra qalan qalıq qudron adlanır. Alkilləşmənin kralı Yusif Məmmədəliyevdir.
                                                       4. Spirtlər.Fenollar.
Molekullarında doymuş karbohidrogen radikalı ilə birləmiş bir və ya bir neçə hidroksil (OH) qrupu olan üzvi maddələrə doymuş spirtlər.OH qruplarının sayına görə spirtlər bir atomlu (CH3OH), ikiatomlu (CH2OH-CH2OH) və üç atomlu (CH2OH-CHOH-CH2OH) olur.OH-ın birləşdiyi karbona bir karbon atomu birləşərsə birli, iki karbon atomu birləşərsə ikili, üçü birləşərsə üçlü spirt adlanır.Məs:                                     CH3-CH-CH3   biratomlu ikili spirt. Biratomlu spirtlər-CnH2n+1OH (və ya CnH2n+2O) ümumi formuluna                                                                                                                                                                  
         OH        malikdir (ndən başlayır), ikiatomlu spirtlər -CnH2n(OH)2 (və ya CnH2n+2O2)  ümumi formuluna malikdir (n2 dən başlayır), üçatomlu spirtlər-CnH2n-1(OH)3 (və ya CnH2n+2O3) ümumi formuluna malikdir (n3-dən başlayır).Spirtləri beynəlxalq üsulla adlandırarkən müvafiq alkanın adının sonuna əgər bir OH qrupu varsa “ol” şəkilçisi, iki OH varsa “diol” və üç OH varsa “triol” şəkilçisi artırı-lır.Biratomlu spirtlərin ilk nüma-yəndəsi CH3OH  metanol (tarixi adı oduncaq spirti), ikiatomlu spirtlərdə CH2OH-CH2OH etandiol-1,2 (tarixi adı etilenqlikol);  üçatomlu spirtlərin ilk nümayəndəsi isə CH2OH-CHOH-CH2OH propantriol-1,2,3 (tarixi adı qliserin) dür.Etil spirtinin tarixi adı isə çaxır spirtidir.Bir-atomlu spirtlərə karbinolun (metanolun) törəməsi kimi baxılır.Məs: CH3-CHOH-CH2-CH3 metiletilkarbi-nol.Doymuş biratomlu spirtlərin qaz halında nümayəndəsi yoxdur.1-11 də daxil olmaqla maye, 12-cidən etibarən isə bərk haldadırlar.Spirtlərdə hidrogen rabitəsi olduğundan spirtlərin qaynama temperaturu eyni sayda karbon atomu olan karbohidrogenlərdən yüksəkdir və maye halda olanları suda yaxşı həll olurlar.1-2-3 atomlu istiqamətində suda həll olma qabiliyyəti artır.Biratomlu spirtlərdən metanol, ikiatomlulardan isə etilenqlikol zəhərlidir.Etilenqlikol və qliserin rəngsiz, şirin dadlı, şərbətə bənzər maddələrdir.Etanolu sənayedə qlükozanın parçalanmasından alırlar: C6H12O6  2C2H5OH + 2CO2. Labaratoriyada alkanların halogenli törəmələrinə qələvinin suda məhlulu ilə təsir etməklə alırlar.Bu zaman dihalogenli törəmədən ikiatomlu, trihalogeli törəmədən üçatomlu spirt alınır.Məs:                                                                         CH3-CH-CH3+NaOH(suda)CH3-CH-CH3         CH2-CH2+NaOH(suda)CH2-CH2
         Cl                                        OH                 Cl     Cl                         OH   OH
Biratomlu spirtlərin t1400C temperaturda dehidratlaşmasından alken, t1400C temperaturda dehidratlaşmasından isə sadə efirlər əmələ gəlir.Məs: C2H5OHC2H4 + H2O                                  2C2H5OHC2H5-O-C2H5  sadə efirlər biratomlu spirtlərlə siniflərarası izomerdirlər (formulları CnH2n+2O), normal şəraitdə uçucu mayedirlər və suda pis həll olurlar.Sadə efirləri adlandırarkən -O- qrupunun ətrafındakı radikallar eynidirsə simmetrik, müxtəlifdirsə qeyri-simmetrik deyilir.Məs:                            CH3-O-C2H5 qeyri-simmetrik metiletil efiri, C2H5-O-C2H5 simmetrik dietil efiri. Spirtlər Na ilə əvəzetmə reaksiyasına daxil olur.Bu zaman biratomlu spirtdən 0.5 mol H2, ikiatomlu spirt-dən 1 mol H2, üçatomlu spirtdən 1.5 mol H2 ayırır.Biratomlu spirtdən fərqli olaraq çoxatomlu spirtlər NaOH ilə reaksiyaya daxil olur.Biratomlu spirtlər CuO ilə oksidləşir.Bu zaman birli spirtlərin oksidləş-məsindən aldehid, ikili spirtlərin oksidləşməsindən isə keton əmələ gəlir. Ancaq çox atomlu spirtlər Cu(OH)2 ilə oksidləşərək parlaq göy rəngli məhlul əmələ gətirir. Molekulunda benzol halqası ilə birləşmiş bir və ya bir neçə OH qrupu olan üzvi maddələrə fenollar deyilir.Fenolu kumolun oksidləşməsinən alırlar.Fenol xarakterik iyli,rəngsiz bərk maddədir.  Fenol zəhərli-dir,dəridə gec sağalan yaralar əmələ gətirir,soyuq suda az, isti suda isə yaxşı həll olur.Molekulunda hidrogen rabitəsi olduğundan yüksək temperaturda qayna-yır.Fenol turşu xassəsi göstə-rir və onun suda məhlulu karbol turşusu adlanır.Fenol zəif turşu olduğundan istənilən turşu onu duzların-dan çıxarır: C6H5ONa+H2CO3C6H5OH+Na2CO3 Fenol adi şəraitdə bromlu suyu rəngsizləşdirir, formal-dehidlə polikondensləşmə reaksiyasına daxil olur.Fenol 3 mol nitrat turşusu ilə reaksiyaya daxil olaraq pikrin turşusu (2,4,6 trinitrofenol) əmələ gətirir.Fenol dəmir (III) xloridlə bənövşəyi rəng əmələ gətirir.
                                    5.Aldehidlər.Ketonlar.Karbon turşuları.
Molekulunda karbohidrogen radikalı ilə birləşmiş funksional və ya- COH qrupu olan maddələrə aldehidlər deyilir.Ümumi formulu CnH2n+1COH və ya CnH2nO-dur. Aldehidlərdə n0-dan başlayır.Bəzi nümayəndələrinin tarixi adları: 1.HCOH-qarışqa aldehidi və ya formaldehid .2.CH3COH-sirkə aldehidi və ya asetaldehid. 3.CH3CH2COH propion aldehidi. 4.CH3-CH2-CH2-COH yağ aldehidi. 5.CH3-(CH2)3-COH valerian aldehidi. 6.CH3-(CH2)4-COH kapron aldehidi. 7.CH3-(CH2)5-COH enant aldehidi. Səmərəli üsulla adlandırarkən sirkə aldehidinin törəməsi kimi baxırlar: CH3-CH2-COH metil sirkə aldehidi.Beynəlxalq üsulla adlandırarkən alkanın adının sonuna “al” şəkilçisi artırılır.Məs: CH3-CH2-COH propanal.Aldehidlərdən yalnız ilk nümayəndəsi yəni formaldehid qaz halındadır, onun suda məhlulu formalin adlanır.Molekullarında hidrogen rabitəsi olmadığından spirtlərdən aşağı temperaturda qaynayırlar.Sirkə aldehidi adi şəraitdə maye halda-dır, ali nümayəndələri isə bərk haldadır. Ketonlar al-dehidlərlə siniflərarası izomerdir, ümumi formulu CnH2nO-dur.Funksional qrupları karbonil adlanır  C nİlk nümayəndəsinin adı tarixidir-aseton adlanır.Ketonları beynəlxalq üsulla adlandırarkən           O sona “on” şəkilçisi artırılır.Məs: CH3-C-CH3 tarixi-aseton;beynəlxalq- propanon;səmərəli-dimetilketon.                     Ketonların qaz halında olan                 O    nümayəndəsi yoxdur.Aseton xarakterik iyli,yanıcı rəngsiz, uçu-cu mayedir, yaxşı həlledicidir.Aldehidlər birli, ketonlar isə ikili spirtlərin CuO ilə oksidləşməsindən alınır.Məs: propanol-1 dən propanal aldehidi, propanol-2 dən isə propanon alınır.Həmçinin aldehidlər hidrogen ilə reduksiya olunub birli spirtə, ketonlar isə ikili spirtə çevrilir.Yəni spirtin kütləsi aldehidin kütləsindən 2 q çoxdur.Aldehidlər ketonlardan fərqli olaraq Cu(OH)2 və Ag2O ilə  oksidləşmə reaksiyasına daxil olur, bu zaman karbon turşusu əmələ gəlir.Ag2O ilə rekasiya gümüş-güzgü reaksiyası adlanır. yekun olaraq: CH3COH+Ag2OCH3COOH+2Ag    CH3COH+H2CH3CH2OH Aldehidlərdən formaldehid həm polimerləşmə (poliformaldehid alınır), həm polikondensləşmə (fenolformaldehid qətranı alınır) reaksiyasına daxil olur.                                                                                        Karbon turşuları-Molekulunda karbohidrogen radikalı ilə birləşmiş bir və ya bir neçə karboksil (-COOH) qrupu olan üzvi maddələrə karbon turşuları deyilir.-COOH qrupunun sayı turşunun əsaslığını göstərir.Bir-əsaslı doymuş karbon turşularının ümumi formulu CnH2n+1COOH  (və ya CnH2nO2) şəklindədir.n-dan başlayır.Tarixi adları aldehidlərin tarixi adları ilə eynidir.Məs: HCOOH-qarışqa (formiat) turşusu, CH3COOH-sirkə (asetat) turşusu, C2H5COOH-propion turşusu,C3H7COOH-yağ turşusu, C15H31COOH-palmitin, C17H35COOH-stearin və s.Beynəlxalq üsulla adlandırarkən COOH qrupundakı karbon atomundan nömrələnmə başlayır.Məs-CH3COOH etan turşusu, C3H7COOH butan turşusu və s. Doymuş birəsaslı karbon turşularının qaz halında nümayəndəsi yoxdur.HCOOH-C8H17COOH  maye halda, sonrakı nümayəndələri isə bərk haldadır.İlk üzvləri suda yaxşı həll olur.Karbonların sayı artdıqca turşuluq qabiliyyəti azalır.Halogenli törəmələrin sayı artdıqca turşuluq qabiliyyəti artır.Fərqli halogen atomları olduqda turşuluğun müqayisəsi FClBrJ şəklindədir. Məs:CH3-CH2-COOHCH2Cl-CH2-COOHCH3-CHCl-COOHCH2Cl-CHCl-COOH ; CH3COOHCH2Br-COOHCH2Cl-COOHCH2F-COOH  ..Turşulardan qarışqa turşusu və onun duzları digərlərindən fərqli olaraq gümüş-güzgü reaksiyasına daxil olur.Məs: HCOOH+Ag2OCO2+H2O+2Ag HCOOH+Cu(OH)2Cu2O+CO2+H2O ;   HCOONa+Ag2ONaHCO3+2Ag  Birəsaslı karbon turşularıda digər qeyri-üzvi turşular kimi Cu,Hg,Ag,Pt,Au ilə reaksiyaya daxil olmur.Aktiv metallarla əvəzetmə reaksiyasına daxil olurlar: 2CH3COOH+Ca(CH3COO)2Ca+H2  Karbon turşuları halogenlərlə reaksiyaya daxil olan zaman əvəzolunma COOH qrupuna birləşən karbonda gedir:                                                                                    CH3-CH2-COOH+Cl2CH3-CHCl-COOH+HCl  Doymamış karbon turşularına: Akril  CH2=CH-COOH, Olein C17H33COOH, Linol C17H31COOH, C17H29COOH  Linolen turşularını göstərmək olar.Olein turşu-sunun sis-trans izomeri var.Sis forma olein(maye halda), trans forma isə elaidin (bərk halda) adlanır.İki-əsaslı karbon turşularının ilk nümayəndəsi HOOC-COOH oksalat və ya turşəng turşusu adlanır.Digərləri-HOOC-(CH2)4-COOH  adipin, tereftal HOOC-(C6H4)-COOH və s aiddir.İki əsaslı karbon turşuları bərk haldadır və ən qüvvətlisi oksalat turşusudur.
                               6.Mürəkkəb efirlər.Yağlar.Karbohidratlar.
Turşularla spirtlərin qarşılıqlı təsiri zamanı əmələ gələn maddələrdir.Ümumi formulu CnH2nO2 (n2).Funksional qrupu -COO- dur.İlk nümayəndəsi HCOOCH3 –metilformiatdır.Səmərəli üsulla adlan-dırarkən isə “efir” sözü artırılır.Məs: CH3COOC2H5 etilasetat və ya sirkə turşusunun etil efiri.Mürəkkəb efirlər ilə siniflərarası izomerdirlər.Məs: sirkə turşunun metil efiri ilə (CH3COOCH3,qısaca C3H6O2) pro-pan turşusu(C2H5COOH, qısaca C3H6O2 ) izomerdir.Nitrat turşusu ilə reaksiya məhsulunda, NO2 qrupu oksigen vasitəsilə birləşərsə mürəkkəb efirdir.Məs:CH3ONO2. Mürəkkəb efirlər suda az həll olan və sudan yüngül mayelərdir.Mürəkkəb efirləri turş və qələvi mühitdə olmaqla iki cür hidrolizi var.Turş mühitdə hidrolizi dönən, qələvi mühitdə isə dönməyəndir (çünki bu zaman turşunun duzu alınır).Məs:                                                 Turş mühitdə:    CH3COOC3H7 + HOHCH3COOH + C3H7OH                                                                            Qələvi mühitdə:CH3COOC3H7 + NaOHCH3COONa + C3H7OH                                                                       Yağlar-qliserinin və ali karbon turşularının mürəkkəb efirləridir.Bu birləşmələrin ümumi adı triqliserid-lərdir.Yağlar suda həll olmurlar.Mənşəyinə görə yağlar bitki və heyvan mənşəli olurlar, aqreqat halına görə isə bərk və maye halda olur.Doymuş turşu qalıqlarından (palmitin,stearin) ibarət olan yağlar bərk, doymamış turşulardan (olein,linol,linolen)  ibarət olan yağlar isə maye halda olur.Bitki mənşəli yağlar maye halda olur (hind qozu yağından başqa), heyvan mənşəli yağlar isə bərk halda (balıq yağından başqa) olur.Məs bərk yağın alınma reaksiyasına baxaq:
Maye yağları hidrogenləşdirdikdə bərk yağa çevrilir.Yağlar hidrolizə uğrayır.Turş mühitdə hidroliz zamanı qliserin və karbon turşuları əmələ gəlir-yəni dönən prosesdir.Qələvi mühitdə hidroliz zamanı qliserin və karbon turşularının duzu əmələ gəlir-yəni dönməyən prosesdir.
     
Ali karbon turşularının (əsasən, palmitin,stearin və olein) natrium duzları bərk, kalium duzları isə maye sabundur. Sabun cod suda pis köpüklənir, çünki sabunu təşkil edən turşu qalıqları  cod suda olan Ca2+ və Mg2+ ionları ilə çöküntü verir.Sintetik yuyucu vasitələr ali biratomlu spirtlərin sulfat turşusu ilə əmələ gətirdiyi turş mürəkkəb efirinin natrium duzlardır.  C15H31OSO2ONa  Onların cod suda əmələ gələn Ca və Mg duzları suda yaxşı həll olur.                                                                                                                  Karbohidratlar-ümumi formulları Cn(H2O)m-dir.Karbohidratlardan dezoksiriboza C5H10O4 və ramnoza C6H12O5 ümumi formula tabe olmur.Bu formula uyğun gəlsədə karbohidrat olmayanlar-formaldehid CH2O, sirkə turşusu (həmçinin metilformiat) C2H4O2, süd turşusu C3H6O3 dür.Karbohidratlar mono-saxaridlərə (qlükoza,fruktoza,riboza,dezoksiriboza), disaxaridllərə (saxaroza,maltoza,laktoza) və poli-saxaridlərə (nişasta,sellüloza,qlikogen) bölünür.Monosaxaridlər suda yaxşı həll olsada hidroliz etmir.Di-saxaridlər həm suda həll olur, həm də hidroliz edir.Polisaxaridlər isə suda həll olmasada hidroliz edir. Qlükoza-C6H12O6. Tərkibində bir aldehid və 5 OH qrupu var.Aldehid qrupu olduğu üçün gümüş-güzgü reaksiyasına daxil olaraq Qlükon turşusunu əmələ gətirir.Deməli, qlükon turşusunun kütləsi qlükozadan 16 qr çoxdur (bir oksigen atomu qədər).Qlükozanın hidrogenlə reduksiyasından isə 6 atomlu spirt olan sorbit əmələ gəlir.Deməli,sorbitin kütləsi qlükozadan 2 qr çoxdur (1 mol H2 qədər).Qlükozanın  çoxatom-lu spirt olduğunu Cu(OH)2 ilə təyin edirlər, parlaq göy rəngli məhlul əmələ gəlir.Bu iki reaksiya (həm Ag2O , həm də Cu(OH)2 ilə) qlükoza üçün keyfiyyət reaksiyasıdır.Qlükozada sırf  5 OH qrupunun olduğunu HNO3 və ya CH3COOH ilə təyin edirlər, bu zaman 5 molekul su çıxır.Qlükozanın xətti qurluş-da olduğunu HJ ilə təyin edirlər, bu zaman 2-yodheksan əmələ gəlir.Qlükozanın alınma reaksiyaları: Labaratoriyada: 6 HCOHC6H12O6 .  Sənayedə: Nişasta və ya selüllozanın hidrolizindən alınır- (C6H10O5)n + nH2OnC6H12O6   Təbiətdə isə fotosintezdən alınır: 6CO2 + 6H2OC6H12O6 + 6O2 fotosintezin getməsi üçün qlükoza və oksigen lazım deyil, çünki onlar proses nəticəsində əmələ gəlir. Qlükozanın qıcqırma reaksiyaları:  1.Spirtə qıcqırma- C6H12O62C2H5OH + 2CO2                                                      2.Yağ turşusuna qıcqırma- C6H12O6C3H7COOH + 2CO2 + 2H2                                                                             3.Süd turşusuna qıcqırma- C6H12O62C3H6O3  (CH3-CH-COOH)                                                                           yalnız süd turşusuna qıcqırdıqda qeyri-üzvi                 OH         maddə alınmır, yalnız süd turşusuna qıcqırdıqda alınan üzvi maddənin tərkibində iki funksional qrup və assimetrik karbon atomu var. Qlükozanın açıq formasında 4, qapalı formasında isə 5 assimetrik karbon atomu var. Fruktoza-qlükozanın izomeridir, formulu C6H12O6.Fruktozada 1 keton qrupu və 5 OH qrupu var.Keton qrupu olduğundan gümüş-güzgü reaksiyasına daxil olmur.Riboza-C5H10O5 formuluna malikdir, tərkibində 1 aldehid və 4 OH qrupu var.Aldehid qrupu olduğundan riboza gümüş-güzgü reaksiyasına daxil olur.Riboza hidrogen ilə reduksiya olunaraq beş atomlu spirt olan ribitə, Ag2O ilə oksidləşərək ribon turşusuna çevrilir. Ribozanın açıq formasında 3, qapalı formasında 4 assimetrik karbon atomu var. Dezoksiriboza-C5H10O4 formuluna malikdir, tərkibində 1 aldehid və 3 OH qrupu var.Deməli, dezoksiribozada gümüş-güzgü reaksiyasına daxil olur.Dezoksiribozanın açıq formasında 2, qapalı formasında isə 3 assimetrik karbon atomu var. Monosaxaridlərin qapalı (tsiklik) qurluşları-qlükoza,riboza və dezoksiribozada 1 və 2-ci karbon atomuna birləşmiş OH qrupları eyni istiqamətdə yerləşərsə , fərqli istiqamətdə yerləşərsə  qurluş yaranır.

Disaxaridlərə-saxaroza, maltoza və laktoza aiddir.Ümumi formulları-C12H22O11 dir.Hər üçünün molekul-unda 8 OH qrupu var.Saxaroza hidroliz edərək  qlükoza və  fruktoza əmələ gətirir.Maltoza hidroliz edərək iki  qlükoza əmələ gətirir.Laktoza isə hidroliz edərək,  qlükoza və  qalaktoza əmələ gətirir. Saxarozadan fərqli olaraq,maltoza və laktoza gümüş-güzgü reaksiyasına daxil olur.Saxaroza əsasən şəkər çuğunduru və şəkər qamışının tərkibində olur.Maltoza səməni şəkəri, Laktoza isə süd şəkəri adlanır. Polisaxaridlərə-nişasta, sellüloza və qlikogen aiddir.Ümumi formulları (C6H10O5)n –dir.Nişasta kartof, buğda, düyüdə və bitki köklərində toplanır.Qlikogen heyvan və insan orqanizminin ehtiyat polisaxaridi-dir.Nişasta və sellüloza təbii polimerlərdir.Nişasta  qlükoza qalıqlarından ibarətdir.Ona görədə nişastanın hidrolizindən qlükoza, qlükozanın polikondensləşməsindən isə nişasta alınır.Sellüloza  qlü-koza qalıqlarından ibarət-dir.Nişasta həm xətti, həm şaxəli qurluşa malikdir.Sellüloza isə yalnız xətti qur-luşda olur.Nişasta qida əhəmiyyətlidir, sellüloza isə yox.Nişasta suda həll olmasada üzvi həlledicilərdə həll olur, sellüloza isə heçnədə həll olmur (yalnız Şveystr reaktivində həll olur).Sellülozanın molekul küt-ləsi və polimerləşmə dərəcəsi nişastadan daha böyükdür.Hər iki polisaxaridin molekulunda 3OH qrupu var.OH-ların sayı N(OH)=  3 düsturu ilə tapılır, düsturdakı 162-sellüloza və ya nişastanın((C6H10O5)n) Mr-dir.Məsələn: Sellülozanın orta nisbi molekul kütləsi 486000-dir, molekuldakı OH qruplarının sayını tapın.Həlli: N(OH)= 3=9000. Nişasta yod ilə göy rəngli birləşmə əmələ gətirir, bu onun keyfiyyət reaksiyasıdır.Trinitrosellüloza (mürəkkəb efirdir) partlayıcı maddə kimi və tüstüsüz barıt istehsalında, triasetilsellüloza (mürəkkəb efirdir) isə asetat ipəyi və yanmayan plyonkaların alınmasında istifadə olunur.Karbohidratların hamısı bərk haldadır,elektrik cərəyanını keçirmir, hamısı çoxatomlu spirtlər-dir.Karbohidratlardan gümüş-güzgü reaksiyasına daxil olanlar-qlükoza, riboza, dezoksiriboza, maltoza və laktozadır.  
                                        7.Aminlər.Aminturşular.İrimolekullu birləşmələr.
Nitrobirləşmələr molekulunda bir və ya bir neçə nitroqrup (NO2) olan birləşmələrdir.NO2 qrupunda azot-un valentliyi IV, oksidləşmə dərəcəsi isə +3 dür və bu qrup birbaşa birləşərsə nitro birləşmə, oksigen vasitəsilə birləşərsə mürəkkəb efirdir.Məs: CH3NO2 –nitro birləşmədir (adı-nitrometan), CH3ONO2- isə mürəkkəb efirdir. Aminlər-ammonyak molekulundakı hidrogen atomlarının karbohidrogen radikalı ilə əvəz olunmasından alınan üzvi birləşmələrdir.NH3 molekulunda bir hidrogen atomu əvəz olunarsa birli (Məs-CH3NH2 metilamin), iki hidrogen əvəz olunarsa ikili (Məs: CH3-NH-C2H5 metiletilamin), üç hidrogen atomu əvəz olunarsa üçlü (Məs: (CH3)3-N trimetilamin) amin adlanır.Aminlərdə azotun valent-liyi III, oksidləşmə dərəcəsi isə -3 dür.Aminlər əsasi xassəli maddələr oldugundan onlar əsaslarla (NaOH, KOH və s.) reaksiyaya daxil olmur, ancaq turşularla reaksiyaya daxil olaraq duz əmələ gətirir.Məs: CH3NH2+HCl[CH3NH3]Cl   aminlər yandıqda CO2,H2O,N2 əmələ gətirir.Məs: 4CH3NH2 + 9O2 4CO2 + 10H2O + 2N2  İlk nümayəndələri CH3NH2, C2H5NH2 ammonyak kimi kəskin iyli, suda yaxşı həll olan qaz halında maddələrdir.Sonrakı nümayəndələri xarab olmuş balıq iyi verən mayelərdir.Aminlər lakmusu göy rəngə boyayır. Ali aminlər 12-cidən sonrakılar iysiz, bərk maddələrdir.Anilin (C6H5NH2) aromatik aminlərin ən sadə nümayəndəsidir. Anilin su ilə qarşılıqlı təsirdə olmur və lakmusun rəngini dəyişmir. Anilin rəngsiz, yağlı təhər, zəhərli mayedir.Anilin bromlu suyu rəngsizləşdirir və bromla adi şəraitdə əvəzetmə reaksiyasına daxil olur, əvəzolunma  2.4.6-cı karbonlarda gedir.Aminləri bu reaksiyalar üzrə almaq olar: 1)CH3Cl + NH3CH3NH2 + HCl    2)CH3OH + NH3CH3NH2 + H2O                                 3)CH3NO2 + 3H2CH3NH2 + 2H2O                  4)C6H5NO2 + 3(NH4)2SC6H5NH2+3S+2H2O+6NH3 bu reaksiya Zinin reaksiyasıdır.Əsaslıq xassələrinin müqayisəsi: NaOH(CH3)3N(CH3)2NHCH3NH2NH3C6H5NH2(C6H5)2NH(C6H5)3N                                 Aminturşular: Molekulunda amin (NH2) və karboksil (COOH) qrupu olan üzvi birləşmələrdir.NH2 çox olarsa əsasi, COOH çox olarsa mühit turşdur,bərabər olarsa neytraldır.Əgər NH2COOH olarsa mühit əsasidir, NH2COOH olarsa mühit turşudur, NH2=COOH olarsa mühit neytraldır. Monoamin mono-karbon turşularının ümumi formulu CnH2nNH2COOH –dır..Bəzi aminturşuların tarixi adları var:                       NH2-CH2-COOH qlisin, NH2-CH2-CH2-COOH   alanin, CH3-CH-COOH   alanin  və s.                                                     aminturşular zülalların hidrolizindən alınır. Aminturşular       NH2       həmçinin karbon turşularının ammonyakla reaksiyasından alınır: Cl-CH2-CH2-COOH + NH3NH2-CH2-CH2-COOH   aminturşular suda yaxşı həll olan ağ rəngli kristal maddələrdir və elektrik cərəyanını keçirirlər. Aminturşular  amfoter xassəli maddələrdir, yəni həm əsaslar, həm turşularla reaksiyaya daxil olub duz əmələ gətirir.Məs:                     NH2-CH2-COOH+HClCl[NH3-CH2-COOH] ;  NH2-CH2-COOH+NaOHNH2-CH2-COONa+H2O aminturşular bir-birilə reaksiyaya daxil olaraq polipeptidlər adlanan polimerlər əmələ gətirir.Peptid rabitə-si [-CO-NH-] .Bu zaman iki aminturşudan dipeptid və bir molekul su (alınan su götürülən aminturşudan bir ədəd əksik olur) əmələ gəlir.Məs-tripeptidin düsturu: 3A=X+2H2O  və ya 3A=X+36  Yəni tripeptidin (X-ilə işarə olunur) alınması üçün 3 amin turşu (A-ilə işarə olunur) birləşir bu zaman 2 molekul su (götürülən turşudan 1 ədəd əksik) alınır. Zülal molekulunun 4 qurluşu var.İlkin qurluş-peptid, ikinci qur-luş hidrogen, üçüncü qurluş disulfid,mürəkkəb efir körpücüyü hesabına, dördüncü qurluş isə polipeptid-lərin birləşməsi hesabına yaranır.Zülalların təyini: 1.Zülalda peptid rabitəsinin olduğunu CuSO4 və NaOH əlavə edirlər, qırmızı-bənövşəyi rəng əmələ gəlir. 2.Zülalda benzol halqasının olduğunu HNO3(q) ilə təyin edirlər, sarı rəng əmələ gəlir. 3.Zülalda kükürd atomu olduğunu qurğuşun (II) asetat (CH3COO)2Pb və NaOH dan istifadə edirlər, qara rəngli PbS əmələ gəlir. 4.Zülalı yandırdıqda yanmış lələk qoxusu verir. Polimerlər-tərkibində kovalent rabitə ilə birləşmiş çoxlu sayda təkrarlanan monomer halqalarından ibarət-dir.Monomer-polimeri almaq üçün götürülən kiçik molekullu birləşmələrdir.                                                           nCH2=CH2 (monomerdir)   (-CH2-CH2-)n  n-polimerləşmə dərəcəsidir.I.Mənşəyinə görə: 1.Təbii polimer-lər-nişasta, sellüloza, zülallar, təbii kauçuk. 2.Suni polimerlər-təbii polimerlərdən alınır.Məs: triasetil-sellüloza və s. 3.Sintetik polimerlər-monomerlərdən alınır.Məs: polietilen,polistirol və s.  II.Qurluşuna görə polimerlər xətti,şaxəli, torşəkilli olur. III.Alınma üsuluna görə- Polimerləşmə və Polikondensləşmə. İkiqat və üçqat rabitənin qırılması hesabına baş verən reaksiyalar polimerləşmə, funk-sional qrupu olan maddələr üçün polikondensləşmə reaksiyaları xarakterikdir. IV.Radikalın fəzada yerləşməsinə görə izotaktik (bu zaman radikallar müstəvinin eyni tərəfində yerləşir), sindiotaktik (radikallar müstəvinin hər iki tərəfində ardıcıl yerləşir) və ataktik (radikallar müstəvidə nizamsız yerləşir) olur.Polimerlərin tətbiq sahəsi : plastik kütlələr, kauçuklar və liflər.Plastik kütlələr-qızdırıldıqda formasını dəyişib, soyudulduqda aldığı formanı saxlayan maddələrdir. 2 cür olur: Termoplastik və Termoreaktiv.                  Termoplastik kütlələr qızdırılma zamanı kimyəvi çevrilməyə uğramadığına görə təkrar emal oluna bilir.               Termoplastiklərə-polietilen,polipropilen,polistirol,polivinilxlorid və s aiddir.Termoreaktivlər təkrar emal olunmur.Onlara-fenolformaldehid qətranı, teflon aiddir.Kauçuklar-yüksək elastikliyə malikdir.Təbii kauçuk heveya ağacının süd şirəsindən alınan sis izomerliyə malik olan poliizoprendir.Kauçun kükürdlə birgə vulkanlaşmasından rezin alınır.Kükürd çox götürülərsə elastikliyi olmayan bərk maddə ebonit alınar.Liflər-toxuculuq sənayesində istifadə olunur, təbii və kimyəvi olur.Təbii öz növbəsində bitki (pambıq, kətan) və heyvan (yun,ipək) mənşəli olur.Kimyəvi liflər öz növbəsində süni (asetat, viskoz) və sintetik (lavsan, neylon, enant, kapron və s.) olur.Lavsan lifi-tereftal turşusu və etilen qlikoldan alındığı üçün tərkibində efir qrupu var və poliefirlərə aiddir.Neylon lifi-heksa metilen diamin və adipin turşu-sundan alınır, enant və kapron lifi isə müvafiq karbon turşularından alınır və hər üç lifin tərkibində peptid rabitəsi olduğundan poliamidlərə aiddir. Polikondensləşmə ilə alınanlar-lavsan, neylon, kapron, enant, nişasta, zülal, fenol formaldehid qətranı, asetat ipəyi. Digərləri polimerləşmə ilə alınır.Bəzi polimerlərin formulları:
1)butadien kauçuku: nCH2=CH-CH=CH2(-CH2-CH=CH-CH2)n    5)Enant lifi:  H[-NH-(CH2)6-CO-]nOH
2)polietilen: nCH2=CH2(-CH2-CH2)                                                6)Kapron lifi: [-NH-(CH2)5-CO-]n                                                                  
                                                                7)polipropilen: nCH2=CH-CH3
                                                                   -CH2-CH-
                                                                             CH3       n
3)İzopren kauçuku: nCH2=C-CH=CH2        -CH2-C=CH-CH2-         8)butadien-stirol kauçuku:
                                           CH3                                               CH3                         n
                                                               9)Neylon lifi:                          
                                                                  [-CO-(CH2)4-CO-NH-(CH2)6-NH-]
 
4)Lavsan lifi:                                                                                        10)Xlorpren kauçuku:                                
 
           







шаблоны для dle 11.2