» » Coğrafiya fənni üzrə mühazirə. Müəllim Xanım Ağayeva

Coğrafiya fənni üzrə mühazirə. Müəllim Xanım Ağayeva - 21-may, 2020, 21:37

#

                                            Dərs planı

Fənn: Coğrafiya              
  Tarix:__________   Kurs:__________ İxtisas:__________

Standart: 1.3.2.  Kartoqrafik təsvirlər əsasında ırazinin fiziki-iqtisadi təsvirini
                              verir.
                  3.1.2.  Əhalinin tərkibinə aid sxemlər,diaqramlar hazırlayır.

Mövzu:               “Qrafik təsvirlər”
Təlim nəticələri:  İqtisadi-statistik məlumatları təsvir edən qrafik və      
                              diaqramları təhlil edir
                             Statistik məlumatlar əsasında qrafik,diaqramlar tərtib edir.

İnteqrasiya:         Riyaziyyat.3.2.1
İş üsulu:               Beyin həmləsi,klaster
İş forması:           Qruplarla iş,fərdi iş.
Resurslar:            Dərslik,Azərbaycanın fiziki və iqtisadi
                              xəritəsi,”Yarımkürələr xəritəsi”.
İnternet resursları: https://www.youtube.com › watch -

                                            Dərsin gedişi
Motivasiya: Verilmiş diaqrama əsasən hansı məlumatları söyləmək olar?

                           
Tədqiqat sualı:                Hansı məlumatları qrafik və diaqramlarla təsvir etmək olar?
Tədqiqatın aparılması:          Tələbələr 3  kiçik qrupa bölünür .
1-ci qrup:  Materikləri sahəsinə görə dairəvi diaqramda göstərin.
2-ci qrup: Okeanları sahəsinə görə dairəvi diaqramla təsvir edin.
3-cü qrup: Azərbaycanın iqtisadi rayonlarını sahəsinə görə sütunlu diaqramla təsvir edin.
Məlumatın mübadiləsi və müzakirəsi:         Hər qrupun işi müzakirə olunur
Nəticə:                     Verilmiş obyektləri   diaqramlara görə müəyyən etmək olur
Yaradıcı tətbiqetmə:        İstənilən məlumatlardan istifadı edərək,onu diaqram
                                              formasında tərtib etmək
Qiymətləndirmə:              Qrup işini aşağıdakə meyarlara əsasən aparmaq olar:
Şərhetmə               Diaqram tərtib etmə      Diaqrama əsasən məlumatları qeydetmə
      Zəif    Orta Yüksək
Diaqram haqqında məlumatları şərh etməkdə çətinlik çəkir Məlumatları şərh edə bilir və diaqram tərtib edə bilmir      Məlumatları şərh edir,və diaqram tərtib edə bilir

                                              Mühazirə-2  
             
                        Coğrafi İnformasiya Sistemləri (CİS)
Coğrafi İnformasiya Sistemləri (CİS) – məkan (coğrafi) məlumatlarının və onlarla bağlı lazımi obyektlər barədə informasiyanın toplanması, saxlanması, təhlili və qrafik vizuallaşdırması sistemidir.
CİS-in əsas istifadə sahələri:
Şəhər və regional planlaşdırılma: su təchizatı və kanalizasiya şəbəkələrində tələbatın qiymətləndirilməsi, mühəndis şəbəkələrinin layihələndirilməsi, mühəndis şəbəkələrinin vəziyyətinin monitorinqi və qəza hallarının qarşısının alınması, şəhərsalma və layihələndirmə.
İqtisadi inkişaf: CİS-proqramları konkret sahənin iqtisadiyyatına təsir edən bütün sosial, iqtisadi və topoqrafik xüsusiyyətlərin ətraflı təhlilini təmin edir.
Fövqəladə hallar və təbii fəlakətlərin aradan qaldırılması: Təbii mühitin vəziyyətinin monitorinqi və qiymətləndirilməsi, ekoloji fəlakətlərin modelləşdirilməsi və onların fəsadlarının təhlili, təbiətin mühafizəsi üzrə tədbirlərin planlaşdırılması.
Hüquq-mühafizə orqanları və güc idarələri: Xilasetmə əməliyyatları və mühafizə tədbirlərinin planlaşdırılması, fövqəladə halların modelləşdirilməsi, hərbi əməliyyatların strateji və taktiki planlaşdırılması,  çevik müdaxilə xidmətlərinin və digər güc qurumlarının naviqasiyası.
Neft-qaz sənayesi: geoloji kəşfiyyat, neft və qaz boru kəmərlərinin işinin texnoloji rejimlərinin monitorinqi, magistral boru kəmərlərinin layihələndirilməsi və s.
Yollar və avtomagistrallar, nəqliyyat: Nəqliyyat infrastrukturu və onun inkişafının idarə olunması, hərəkət vasitələri parkının idarəsi və loqistika, marşrutların optimallaşdırılması və yük axınlarının analizi.                                                 O cümlədən: təhsil, seçki xidmətləri, səhiyyə, geodeziya və infrastrukturun maddi-texniki təminatı, kənd təsərrüfatı.
COĞRAFİ İNFORMASİYA SİSTEMLƏRİNİN ƏSAS KOMPONENTLƏRİ
Məkan məlumatlarının modelləşdirilməsi üçün CİS-in aşağıdakı komponentləri vardır:                                                                                                                   1. İnsanlar      2. Verilənlər (data)     3. Proqram təminatı (software)
4. Aparat təminatı (hardware)           5. Təhlil
 
İnsanlar komponenti  CİS-də insanların rolunu aşağıdakı kateqoriyalara bölmək olar.
Xəritə istifadəçisi (map user). İstifadəçi CİS-in son istehlakçısı olmaqla, xəritədən ümumi və ya konkret məqsədlər üçün istifadə edir.
Xəritə yaradan (map builder) Yaradıcı, konkret məqsədə xidmət edəcək xəritəni yaratmaq üçün müxtəlif mənbələrdən əldə etdiyi xəritə qatlarından istifadə edir və ya məlumatlar əlavə edir.
Xəritəni nəşr edən (map publisher). Bu işlər əsasən yüksək keyfiyyətli kartoqrafiya məhsullarının yaradılmasını nəzərdə tutur.
Verilənləri (məlumatlar bazasını) yaradanlar (data builder). Buraya müxtəlif redaktor üsullarından istifadə etməklə coğrafi verilənlərin daxil edilməsi aiddir.
Verilənlər bazasının inzibatçısı (database adminstrator). İnzibatçı, CİS-in verilənlər bazasını idarə edir.
Verilənlər bazasının layihəçisi (database designer). Məntiqi model qurur və verilənlər bazasının layihəsini fiziki cəhətdən reallaşdırır.
Sistemi işə hazırlayan (developer). Bu işlə məşğul olan mütəxəssislər CİS-in proqram təminatını, istifadəçinin konkret tələbatına və məqsədinə görə uyğunlaşdırır.
Verilənlər komponenti. Praktik olaraq CİS məkan (fəza) xarakterli istənilən məlumatlar üzərində əməliyyat aparmağa qadirdirlər. Bu cür informasiyalar çox müxtəlif olurlar. Məs. aero və ya kosmik şəkillər, şəhər ərazisinin rəqəmsal xəritəsi, daşınmaz əmlakın reyestri və s.
Analiz (təhlil) komponenti. CİS sahəsində çalışan mütəxəssislər funksiyalarından, proseduralardan və qiymətləndirmədən istifadə edirlər. Misal üçün
Məkan konteksinə aid olan sahələr. Məs. ekologiya, hidrologiya, meteorologiya və s.;
Verilənlərin dəqiqliyini, keyfiyyətini təmin edən prosedur;
Poliqonal topologiya və ya xətti şəbəkədə məkan məsələlərinin həllini təmin edən alqoritmlər;
Yüksək keyfiyyətli xəritə yaratmaq üçün kartoqrafiya dizaynı prinsiplərinin təmin olunması.
Aparat təminatı komponenti öz növbəsində hissələrə bölünür:
Kompüterlər
Verilənləri saxlamaq üçün vasitələr (vinçesterlər, kompakt disklər və s.)
İnformasiyanı daxil etmək üçün avadanlıq (digitayzer, skayner, rəqəmsal kameralar və s)
İnformasiyanın çıxışı üçün avadanlıqlar (printer, plotter və s.)
Proqram təminatı. CİS proqram təminatının əsas mahiyyəti ondan ibarətdir ki, bu proqram təminatı coğrafi verilənlər bazasının idarəetmə sistemi funksiyasını yerinə yetirir. CİS-in proqram təminatının əsas funksiyaları:
1. Sadə və mürəkkəb xəritələrin yaradılması üçün infrastruktur;
2. Xəritə laylarının təsvirini təmin edən vasitələr;
3. Coğrafi obyektlərin bazadan tez tapılmasını tez təmin edən vasitələr;
4. Obyektlərin yaxınlığını, uzaqlığını, bitişik olmasını müəyyən etmək üçün operator dəsti;
5. Məkan sorğularını yerinə yetirən çoxsaylı alətlər;
6. İş axınını idarə edən sistem (workflow). Bu sistemin köməyi ilə çoxlu istifadəçi eyni zamanda coğrafi verilənlər bazası ilə işləyə bilərlər.

                                                          Mühazirə-3  
               
          Tektonik proseslər və təsərrüfat
Litosfer — dərin çatlarla bir-birindən ayrılan iri litosfer tavalarından ibarətdir. Onlar arasında konvergent və divergent sərhədlər mövcuddur. Bu sərhədlər boyunca daim tektonik proseslər gedir, müxtəlif geoloji-tektonik hadisələr baş verir.
Tektonik hərəkətlər Yer qabığının bütün inkişaf mərhələlərində müşahidə olunmuşdur. Qədimdə baş vermiş tektonik proseslər paleotektonik, Kaynozoy erasında yaranan, müasir dövrədək davam edən tektonik proseslər isə neotektonik adlanır.
Neotektonik proseslər litosfer tavalarının şaquli, eləcə də üfüqi hərəkəti ilə müşayiət olunur. Şaquli hərəkətlərə Himalay, Qafqaz, Krım, Karpat və And dağlarında rast gəlinir. Şimal dənizinin cənubunda və Meksika körfəzi sahillərində isə əksinə, enmə prosesləri baş verir.
Üfüqi hərəkətlər də şaquli hərəkətlər kimi tədricən baş verir. Litosfer tavaları üst mantiyanın səthi ilə il ərzində təqribən 6-7 sm “sürüşərək” yerini dəyişir.
Neotektonik hərəkətlər təbiətdə böyük dağıntılar törədən hadisələrə, yəni kataklizmlərə səbəb olur. Kataklizm hadisələrindən biri vulkan püskürmələridir. Vulkan hadisələri dağıdıcı və fəlakətli təbiət hadisəsi olsa da, onların müsbət tərəfləri də vardır. Vulkanlara yaxın olan ərazilərdəki torpaqların tərkibində püskürmə zamanı ətrafa səpələnən dəmir, pirit, xrom və bu kimi müxtəlif elementlərə rast gəlinir. Minerallarla zəngin olan bu torpaqlar əkinə daha yararlı hesab olunur.
Vulkanizmin aktiv olduğu ərazilərdə isti, təzyiqli və minerallarla (İslandiya Geo. ES )zəngin olan sular Yer qabığındakı çatlarla termal bulaq və ya qeyzerlər şəklində səthə çıxır. Qey- zer və termal bulaqlar isə geotermal elektrik stansiyalarının (Geo ES) iş fəaliyyətini təmin edir. Hazırda Geo ES-lər İslandiya, İtaliya, Yeni Zelandiya, ABŞ, Yaponiya, İndoneziya və digər ölkələrdə enerji ilə təminatın mühüm sahəsinə çevrilməkdədir.
Yeraltı suların müalicəvi xüsusiyyətləri ərazilərin kurort-rekreasiya əhəmiyyətini artırır. Kataklizm hadisələrindən biri də zəlzələlərdir. Baş verən güclü zəlzələlər kütləvi insan tələfatına və dağıntılara səbəb olduğundan onun qabaqcadan proqnozlaşdırılması böyük əhəmiyyət daşıyır. Müasir dövrdə yüksək səviyyəli elmi tədqiqatların aparılmasına baxmayaraq hələ də bu sahədə ciddi nailiyyətlər əldə etmək mümkün olmamışdır.
Hazırda mövcud olan bir neçə üsul (dərin qatlarda süxurlararası uğultu, elektromaqnit dalğaları və s.) yalnız zəlzələ anında və ya ondan bir neçə saniyə əvvəl məlumat almağa imkan verir. Zəlzələ prosesiTədqiqatçılar yeraltı təkanların gücündən enerji almaq və onların baş verdiyi ərazilərdə aparılan tikinti işlərində yeniliklər tətbiq etməklə bu hadisədən qorunmaq üçün müxtəlif yollar axtarırlar.
Zəlzələlərin tez-tez müşahidə olunduğu ərazilərdə tikilən bina, körpü, yol və s. obyekt və qurğuların xüsusi konstruksiyalar tələb etməsi inşaatda yeni tikinti materiallarının, memarlıqda isə zəlzələyə davamlı layihələrin yaradılmasına səbəb olmuşdur.
Dağlıq ərazilərdən xalq təsərrüfatının müxtəlif sahələri üçün normadan artıq istifadə edilməsi, ətraf mühitə laqeyid münasibət və qlobal miqyasda iqlimdə baş verən istiləşmə çay hövzələrinin səthində külli miqdarda aşınma materiallarının toplanmasına şərait yaradır.Bu da leysan yağışları zamanı çaylardan katastrofik və güclü sellərin keçməsinə səbəb olur .
 Hidroloji aspektdə sellərin öyrənilməsində məqsəd onun hidrodinamikasında baş verən qanunauyğunluqların zəif tədqiq edilməsindən ibarətdir.Bununla yanaşı hidrotexniki qurğularn layihələndirilməsində, tikintisində və su anbarların ölü həcminin müəyyən edilməsində selin tədqiqi ən aktual məsələlərdən biri hesab olunur. Selin dinamikasının ehtimal olunacaq dərəcədə nəzərə alınmaması əhaliyə, yaşayış məntəqələrinə,təsərrüfat sahələrə, təbii və antropogen landşaftlara böyük ziyan vurur.  Daşqınlarqan ən çox zərər çəkən sahələrdən biri də avtomobil yollarıdır.
  Mühazirə-4
 Meteoroloji hadisələr və iqlim xəritələrinin təhlili
Meteorologiya atmosfer və orada baş verən hadisələri öyrənir. Meteorologiya haqqında ilk təsəvvürləri eradan əvvəl 340-cı ildə yunan alimi Aristotel vermişdir. O “Meteorologika” adlı əsərində bu elm haqqında məlumat vermişdir. Bu əsər hələ də hava, iqlim, kimya astronomiya və coğrafiya üçün mənbə rolunu oynayır. Əsərdə buludlar, yağış, qar, külək, dolu, ildırım və qasırğa haqqında məlumat əhatə olunub. Həmin zamanlarda, səmadan düşən cisimlər “meteoroid” adlandırıldı. Buna görə də Meteorologiya sözü bu sözdən gəlir. “Meteoros” yunanca yüksəkdə dayanan deməkdir. Bu meteoroidlər ki, yer səthinə başqa planetlərdən gəlir. Su və ya buz şəklində düşən cisimlər isə hidrometeoroid adlanır.
“Meteorologika” əsərində Aristotel bu elmi, fəlsəfi-bədii üslubda yazmışdır. Əsərin bədii tərəfində səhvlər tapılsa da təxminən 2 min ildir bu əsərdən istifadə edilməyə davam edir. Lakin Meteorologiyanın yaranışı bu dövr olaraq yox, meteoroloji cihazların kəşfi ilə bağlıdır. 1643-cü ildə Barometr (təzyiq ölçmək üçün), 1700-cü illərin sonunda Hiqrometr (rütubətliyi ölçmək üçün) kəşf edilmişdir. Bu cihazlarla aparılan müşahidə məlumatları Fizika qanunları nəzərə alınaraq aparılmışdır.
Lakin daha mükəmməl cihazlar 19-cu əsrdə inkişaf etdirilməyə başladı. Hava müşahidələri üzərində davamlı müşahidələr 1843-cü ildə teleqrafın kəşfi ilə daha da inkişaf etdi. Bunun nəticəsi olaraq, hava axınları və qasırğaların hərəkəti müəyyən edildi və 1869-cu ildə ilk dəfə izobarlar (eyni təzyiqli nöqtələri birləşdirən əyri xətlər) tərtib edildi. 1920-ci illərdə Norveçdə ilk dəfə hava kütlələri və hava cəbhələri haqqında plan hazırlandı. 1940-cı illərdən etibarən, hava şarları (radiozond) vasitəsilə yuxarı hündürlüklərin temperaturu, təzyiqi və rütubətliyi haqqında geniş məlumat əldə etmək mümkün oldu.
Meteorologiyanın inkişafının növbəti mərhələsi 1950-ci illərdə, kompüter texnologiyası və riyazi modellerin inkişafı ilə bağlıdır. Eyni zamanda bu üsullar vasitəsilə, ABŞ-ın Nyu Cersi ştatında bir qrup alim hava proqnozu verməyə çalışmışlar. Hal-hazırda kompüterlər vasitəsilə hava müşahidələri və proqnozlar avtomatlaşdırılmışdır.
İkinci dünya müharibəsindən sonra hərbi hava vasitələri, istifadə üçün yararlı vəziyyətdə olanlardan meteoroloji ölçmələr üçün istifadə edildi. Bu təyyarələr lazımı cihaz avadanlıqları ilə təchiz olundu. 1990-cı illərin ortalarına çatdıqda bu cihazlar yerini Dopler radarı ilə dəyişdi. Bu rada vasitəsilə qasırğaların proqnozu və tətqiqatları genişləndi.
1960-cı ildə ilk hava peyki (Tiros I) səmaya buraxıldı. Beləliklə, bu peyk daha geniş və faydalı məlumat vermək qabiliyyətinə malik olurlar. Peyklər, gecə zamanı, buludların hərəkəti, su buxarının hərəkəti və s. kimi yer səthindən ölçülməsi çətin olan məlumatları mütəmadi olaraq yer səthinin məntəqələrinə ötürməyə imkan verir. Meteorologiya inkişafı nəticəsində gələcəkdə bir və ya bir neçə həftə sonranın belə hava proqnozunu vermək mümkün olacaqdır.
Meteoroloji hadisələr
Atmosferdə baş verən proseslər Yer kürəsində təhlükəli və dağıdıcı təbiət hadisələri yarada bilir. Meteoroloji xidmət idarələri leysan yağışları, güclü küləklər və s. hadisələr barədə qabaqcadan xəbər vermək imkanına malikdir. Bu isə dağıntı və tələfatların qarşısını almağa və ya azaltmağa qismən kömək edir.
Şiddətli və quru isti küləklər, burulğan, leysan yağışları, dolu, çovğun, sırsıra, toz (qum) burulğanları, şaxta, duman və s. təhlükəli hallar yarada bilən meteoroloji hadisələrdir.Atmosferdə baş verən ən təhlükəli hadisələrdən biri tayfundur (“tayfun” - çin dilində “tay” - güclü,“fun” - külək). Tayfunlar, əsasən, tropik enliklərdə (ekvatordan 6-15° şimal və cənub enliklərində) dənizlərin üzərində formalaşdığı üçün yüksək rütubətə malik olur. Bu küləklər günün ikinci yarısında su səthinin maksimum qızmasından sonra yaranır və küləyin sürəti saniyədə 30 m-ə qədər çata bilir. Güclü leysan yağışları ilə müşayiət olunan tropik tayfunlar böyük dağıntılara səbəb olur, iqtisadiyyata ziyan vurur və bəzən insan tələfatı ilə nəticələnir. Tayfunlar Cənub- şərqi Asiya üçün səciyyəvidir. ABŞ (Meksika körfəzi sahillərində), Kuba və Antil adalarında onlar qasırğa adlanır.
Güclü küləklər dünyanın müxtəlif regionlarında fərqli adlarla tanınır: Şimali Amerikada “tornado”, Filippin adalarında “baquyo”, Avstraliyada “vili-vili” və s. Onların hər birinin özünəməxsus xüsusiyyəti vardır. Onların əhatə etdiyi ərazi 200 km2-dək, bəzi hallarda isə minlərlə km2-dək olur.
Meteoroloji iqlim hadisələrindən biri də toz burulğanlarıdır. Toz burulğanı mülayim və tropik iqlim qurşaqlarının səhra və yarımsəhralarında yaranır. Tayfundan fərqli olaraq toz burulğanı zamanı havanın nisbi rütubəti 10%-dən az, temperatur isə +50° C-dən yüksək olur. Burulğan zamanı külək Yer səthindəki qum hissəciklərini havaya “uçurur”. Bu proses deflyasiya adlanır. Deflyasiya nəticəsində əkin sahələri, su mənbələri, nəqliyyat yolları, hətta yaşayış məntəqələri qumla örtülür.
Bu zaman ətrafda görmə məhdudlaşır, insanların nəfəsalması çətinləşir. Yaranan toz dumanı günəş şüalarının qarşısını alır. Sovrulan toz hissəcikləri 1000 km-lərlə kənar yerlərə çökür. Toz burulğanlarına Şimali Afrika, Cənub-Qərbi və Mərkəzi Asiyada daha çox rast gəlinir. Bəzi hallarda Azərbaycanda müşahidə olunan “palçıq yağışları” məhz Türkmənistan, Pakistan və Səudiyyə Ərəbistanının üzərində yaranan toz burulğanları ilə əlaqədardır. Toz burulğanlarının tərkibindəki toksik (zəhərli) maddələr insanların tənəffüs orqanlarında bir sıra xəstəliklər yaradır.
Toz burulğanları Şimali Afrikada səmum və xəmsin, Ərəbistan yarımadasında həbib, Cənubi Avropa ölkələrində (Fransa, İtaliya) isə sirokko adlanır.
Meteoroloji hadisələrin qarşısını tamamilə almaq mümkün olmasa da, onların təsirlərini azaltmaq olar. Bu, təsərrüfat sahələrinə dəyə biləcək ziyanın qarşısını almağa qismən imkan verir
Hava xəritələrinin təhlil olunma qaydaları
Hava xəritələrinin təhlili sinoptik meteorologiyanın əsas istifadələrindən biridir. Hava xəritələri üzərində aparılan əməliyyatlar sinoptik meteorologiyada hava proseslərinin tam təhlil edilməsinə imkan verir. Hava xəritələri üzərində aparılan təhlilləri aşağıdakı əməliyyatların həyata keçilirməsi ilə yerinə yetirilir.ilk növbədə xəritələr üzərində izobarlar keçirilir və bu izobarlar üzərində onların qiymətləri yazılır,izotendensiya əyriləri keçirilir və bu əyrilər üzərində onların qiymətləri göstərilir. İzotendensiya əyriləri dedikdə son 3 saat ərzində təzyiqin dəyişməsi göstərilir.
Siklon və antisiklonların mərkəzləri müəyyən edilir və bu mərkəzlər üzərində təzyiqin qiymətləri göstərilir.
Xəritə üzərində şərti işarələrlə rəngli karandaşlarla hava proseslərinin xüsusiyyətləri ayrı göstərilir. Məs, yağıntıların bir rənglə, duman başqa rənglə və s. işarə edilir.
Atmosferin cəbhə xətti çəkilir. Hava xəritələri üzərində atmosfer cəbhə xəttinin müəyyən edilməsi mürəkkəb və əsas əməliyyatlardan biridir. Bu səbəbdən cəbhə xətti əvvəlcə nazik qara karandaşla xəyali şəkildə müəyyən edilir. Sonradan isə onun yeri daha da dəqiqləşdirilir.
Qeyd edilən bu işarələr xəritə üzərində müxtəlif rənglərlə çəkilir. bunlarla bərabər hava xəritələri üzərində atmosfer cəbhələri də şərti işarələrlə müəyyən edilir.
İsti cəbhələr   Soyuq cəbhələr    Az hərəkətli cəbhələr
Təkrarlanan isti cəbhələr    Təkrarlanan soyuq cəbhələr
Yuxarı hündürlüklərdə baş verən yavaş hərəkətli cəbhələr
Beləliklə hava xəritələrinin tərtib olnuması zamanı aşağıdakı əməliyyatlar ardıcıllıqla istifadə edilir.
İzobarların çəkilməsi ilə siklon və antisiklon mərkəzlərinin vəziyyətləri göstərilir və buna uyğun olaraq təzyiq çökəklikləri və yallarının vəziyyəti müəyyən edilir.
Yağıntılar və başqa hava prosesləri şərti işarələri ilə göstərilir.
Təzyiq mərkəzləri onun artması azalması daxil olduqda müəyyən edilir. Bu zaman onların mərkəzlərində artma yaxud azalma müəyyən edilir.
Nazik qara karandaşla hava xəritələrinin üzərində olan məlumatlara əsaslanaraq cəbhə xətləri çəkilir. Sonradan müəyyən dəqiqləşdirmələr aparmaqla cəbhə xətti son varianda müəyyən edilib qurulur.
Cəbhə xətti boyunca yağıntı zonaları dəqiqləşdirilir.
Bu işin tamamlanması izobarların qiymətlərinin göstərilməsi ilə başa çatdırılır.
Siklon və antisiklon mərkəzlərində xüsusi hərflərlə onların xüsusiyyətləri və onların trayektoriyası müəyyən edilib göstərilir.
Xəritələr üzərində qurulmuş və yazılmş bütün məlumatlar yoxlanılır.


                                                          Mühazirə-5      
   
                   DÜNYANIN TORPAQ FONDU
Torpaq coğrafiyası— Dünya üzrə torpaqların yayılmasının qanunauyğuluğunu öyrənən elmdir. Torpaqların coğrafi yayılmasının qanunauyğunluqları yer səthində təbii şəraitin yayılması qanunauyğunluqlarına tabedir. Bu elm həm torpaqşünaslığın,həm də fiziki coğrafiyanın tərkib hissəsidir.
1      Torpaq coğrafiyasının strukturu
2      Torpaq coğrafiyasının inkişaf tarixindən
3      Torpaq coğrafiyasının ümumi qanunauyğunluqları
4      Əsas metodları
5      Həmçinin bax
6      İstinadlar
Torpaq coğrafiyasının strukturu
Torpaq coğrafiyası iki hissədən ibarətdir:
Ümumi.
Regional.
Ümumi torpaq coğrafiyası əsasən torpaqəmələ gəlmənin və torpaqların yer kürəsi üzrə yayılmasının qanunauyğunluqlarını,regional torpaq coğrafiyası isə torpaqların zonallaşmasını və kankret bölgə üzrə yayımasını öyrənir [1].
Torpaq coğrafiyasının inkişaf tarixindən
Torpaqların müxtəlifliyi və fərqli yayılması çoxdan məlum olub. Ancaq onun bir elm kimi formalaşması XIX əsrə təsadüf edir. Vasili Dokuçayev ilk dəfə Rusiya düzənliyində torpaqların enlik-zonallıq üzrə yayılmasını öyrənmiş vəmüəyyən etmişdir ki, şimaldan cənuba hərəkət etdikcə tundra torpaqları, podzol torpaqlar, boz meşə torpaqları, qara torpaqlar, şabalıdı torpaqlar və boz yarımsəhra torpaqları bir-birini ardıcıl olaraq əvəz edir. Dokuçayev aldığı nəticələri xəritəyə köçürərkən, eyni miqdara malik humus xətlərini birləşdirdikdə onların cənub-qərbdən şimal-şərqə doğru ən dolğun tərkibdə olduğunu qeyd etdi. Dokuçayev bu xəritəni "izohumuslu zolaqlar" adlandırdı və o, ilk dəfə torpaqda humusun tərkibinin coğrafi şəraitdən asılı olduğunu sübuta yetirdi [2].
Torpaqların coğrafiyasının ümumi qanunlarının müəyyən edilməsində sovet dövrünün alimləri (K.D.Qlinka, L.İ.Prasolov, İ.P.Gerasimov, V.A.Kovda, E.M.Salayev və başqaları) tərəfindən V.V.Dokuçayevin prinsipləri əsasında dünyanın torpaq xəritəsinin hazırlanmasının böyük əhəmiyyəti oldu.
Torpaq coğrafiyasının ümumi qanunauyğunluqları
üfüqi zonallıq.
şaquli zonallıq
torpaq-iqlim fatsiyaları və əyalətləri
torpaq örtüyünün müxtəlifliyi və strukturu [3].
Əsas metodları
Müqayisəli – coğrafi metod- Bu metodun əsasında torpaqların torpaqəmələgətirən amillərlə əlaqədə öyrənilməsi, yəni bir tərəfdən torpaqlarla, onların xassə və tərkibləri, digər tərəfdən torpaqlarla cəm halda torpaqəmələgətirən amillər arasında korelyativ əlaqənin aşkarlanması durur. Bu metod torpaqların kartoqrafiyasında daha geniş istifadə olunur.
Kartoqrafik metod- Müxtəlif miqyaslı torpaq xəritələrinin tərtibi.
Kənd təsərrüfatının, xüsusilə əkinçiliyin inkişafında ərazinin relyefinin meyillilik dərəcəsi, torpaqların tərkibi, humusla zənginliyi, torpaq tiplərinin müxtəlifliyi mühüm əhəmiyyətə malikdir.
Dünyanın torpaq fondu - Antarktida və Qrenlandiya istisna olmaqla Yer kürəsinin bütövlükdə quru sahəsini əhatə edir. Torpaq universal təbii resursdur. Xüsusilə humusla zəngin olan münbit torpaqlar dünyada ərzaq və yoxsulluq probleminin həllinin açarı hesab edilir. Torpaq ehtiyatları tükənən, lakin bərpa olunan ehtiyatlardır.
Torpaq fondunun strukturunda kənd təsərrüfatı təyinatlı torpaqlar, xüsusilə becərilən torpaqlar mühüm əhəmiyyətə malikdir. Bəşəriyyətin ərzaq məhsullarına olan tələbatının 90%-ə qədəri məhz bu torpaqlardan əkinçilik və heyvandarlıq istiqamətində istifadə edilməklə ödənilir
Kənd təsərrüfatı təyinatlı torpaqlar Azərbaycan ərazisinin yarıdan çoxunu təşkil edir. Relyef və iqlim şəraitinin müxtəlifliyi ölkə ərazisində zəngin torpaq örtüyünün əmələ gəlməsinə və nəticədə çoxsahəli kənd təsərrüfatının inkişafına şərait yaradır.
dünyanın bir çox ölkələrində sənayenin sürətli inkişafı, neft, daş kömür, müxtəlif faydalı qazıntıların çıxardılması, magistral yolların çəkilməsi və s. nəticəsində geniş ərazilərdə torpaqlar yararsızlaşırlar ki, "Pozulmuş torpaqlar" və ya "Sənaye səhraları" adlandırırlar. Belə sahələrin əmələ gəlməsi və bəzi mədənlərin açıq üsulla istismarı, yeraltı mədənlərdən çıxarılan süxurların yer səthində toplanması və inşaat materialları karxanalarının istismarı ilə əlaqədardır. Respublikamızda rekultivasiya edilməli sahələr 30-32 min hektara bərabərdir.
İnsanların təsərrüfat fəaliyyəti nəticəsində torpaqlar şlanq, inşaat tullantıları və s ilə xarablaşır. Belə torpaqların bərpası əsasən aşağıdakı istiqamətlərdə aparılır:
- Kənd təsərrüfatında - əkinçilik, bağ və plantasiyalar üçün;
- Sututarlar və su anbarları yaratmaqla;
- Yaşayış massivləri salmaqla;
Torpaqların rekultivasiyası
Torpaqların rekultivasiyası iki mərhələdə aparılır: Texniki və bioloji.
Torpaq ehtiyatı yaratmaq üçün rekultivasiyanın texniki mərhələsinin başlıca məqsədi ərazinin düzəldilməsi - planlaşdırma, ondan istifadə etmək üçün yararlı hala salınması, burada yol çəkilməsi, nəqliyyatın gəliş -gedişinin nizama salınması, lazım gələrsə əraziyə yeni torpaq və s. Tökülməsidir. Bir sözlə, ilkin mərhələ, texniki vasitələrlə ərazini normal hala salmaqdan ibarətdir.
Rekultivasiyanın bioloji mərhələsində ərazidə bitkilər yetişdirilir. Buna nail olmaq üçün müəyyən ardıcıllıqlarla aqrokimyəvi, aqrotexniki fitomeliorativ tədbirlər həyata keçirilməlidir. Məlumdur ki, rekultivasiya  ediləcək qrunt və ya süxur yığını təbii münbitliyə malik olur. Lakin tərkibindəki qida maddələri, fiziki-mexaniki və s. xassələri kənd təsərrüfatı bitkilərinin tələbatını təmin etmir.
Ona görə də belə ərazilərdə əvvəlcə mühitə az tələbkar bitkilər əkilməlidir. Bu bitkilərin təsiri nəticəsində münbitlik artdıqdan sonra, burada daha məhsuldar kənd təsərrüfatı əkmək olar. Rekultivasiya işlərinin səmərəliliyi qruntun mexaniki xassələrindən, tərkibində toksikoloji maddələrin olmasından asılıdır. Ona görə hər hansı konkret ərazidə rekultivasiyanın müvəffəqiyyəti spesifik amillərdən asılı olur.
Neft tullantıları, lay suları və s. ilə çirklənmiş ərazilərdə isə ilk növbədə torpaqların aerasiya şəraitinin yaxşılaşdırılması və mikrobioloji proseslərin sürətləndirilməsi tələb olunur. Mis mədənləri, kobalt, alunit filizi yataqları istismar edilən sahələrdə rekultivasiya işi süxurların turşuluğuna qarşı mübarizə ilə başlanır. Bunun üçün qrunta lazımi miqdarda əhəng verməli, əksər hallarda belə hallarda bu cür çuxurların üzəri torpaqla örtülməli, ona gübrə verilməlidir. Yalnız belə sahələrin fitomeliorasiya edilməsi mümkündür.
Yuxarıdakı bir neçə misaldan aydın olur ki, rekultivasiya çox mürəkkəb problemdir və onun həyata keçirilməsi üçün xüsusi elmi - tədqiqat işləri aparılmalı, əsaslı layihələşdirmə həyata keçirilməlidir. Ona görə də ölkəmizdə bu işlə məşğul olan xüsusi elmi - tədqiqat və layihə müəssisələri məşğul olur.
Torpaq ehtiyatlarının bərpası
Xidmətdən bildirdilər ki, ölkəmizdə torpaq ehtiyatlarının rekultivasiya yolu ilə bərpa edilməsini insanın təsərrüfat fəaliyyəti nəticəsində əldə etmək olar. Torpaqlar ümumiyyətlə əkin dövriyyəsindən ona görə çıxır ki, mədən, karxana, şlanq, inşaat tullantıları  basdırmaqla və s- ni qazmaqla pozulur. Belə torpaq ehtiyatlarının bərpası əsasən aşağıdakı istiqamətlərdə aparılır.
1. Kənd təsərrüfatında bağ və plantasiyalar üçün.
2. Meşə sahələri və yaşıllıqlar salmaqla;
3. Su anbarları yaratmaqla;
4. Yaşayış massivləri salmaqla.
Bitki, heyvanlar aləmi və insanlar, bir sözlə bütün canlılar torpaqla bilavasitə əlaqədardırlar. Yer qabığının süxurları müxtəlif minerallardan ibarətdir. Lakin onun üst hissəsi torpaq qatının üst hissəsi torpaq qatının tərkibindəki minerallardan ibarət müəyyən qədər üzvi qalıqlarda vardır. Deməli, torpaq həm mineral, həm də üzvi birləşmələrdən ibarətdir. Torpaq yer səthində litosferin mineral biosferin üzvi maddələrin təmayülü nəticəsində əmələ gəlmiş xassələrə malik olan təbii törəmədir.
Torpaq ehtiyatları və ondan istifadə olunması rekultivasiyadan sonra ona süxurların mexaniki və kimyəvi xassələri torpağa keçir. Bu isə torpağın əmələgəlmə prosesində bitkilərin, növ bitkilərin tərkibinə, onların biokimyəvi xassələrinə, məhsuldarlığına, bitki qalıqlarının cücərmə və parçalanmasına təsir edir. Kənd təsərrüfatının bütün sahələri düzgün və bir-birilə əlaqəli inkişaf etməli, onun təbii sərvətləri düzgün və səmərəli istifadə edilməlidir. Sübut olunmuşdur ki, planetin quru hissəsinin əksinə yararlı torpaq sahələrinin 10 milyarda çatdırmaq lazımdır.
Rekultivasiya olunmuş torpaqlar mexaniki, fiziki, kimyəvi və bioloji amillərin təsiri nəticəsində toplanır və ovxalanır, sonra ona humus qarışaraq münbitləşir. Torpaq və münbitlik anlayışları bir-birindən ayrılmazdır. Rekultivasiya olunmuş torpaqlarda mikroorqanizmlərin də rolu böyükdür. Beləliklə torpağın üst qatının hər qramında milyardlarla (1-5 milyard) müxtəlif bakteriyalar fəaliyyət göstərir.
A.N.Krasilnikov müəyyən etmişdir ki, hər bir hektar torpağın üst qatında yaşayan bakteriyaların ümumi kütləsi 5-7 tona çatır. Mikroblar üzvi qalıqları parçalayır, onlar müxtəlif birləşmələr şəklinə düşməsinə səbəb olur və münasib şərait yaradır. Bioloji rekultivasiyadan sonra torpağın xassələri və mühafizəsi dəyişir. Lakin insan öz fəaliyyəti ilə təbii şəraitə təsir edir, onun mexaniki tərkibinə, fiziki - kimyəvi və bioloji xassələrini pozur. Buna görə də torpağın mühafizəsi onun fiziki xassələrinin, kimyəvi, bioloji tərkibinin saxlanılmasına yönəldilməlidir. Strukturlu torpaqlarda aerasiya prosesi yaxşı gedir, nəmlik torpaqda yaxşı saxlanılır və atmosfer nəmliyi yaxşı udulur. Alınan məhsuldarlıq yüksək və keyfiyyətli olur.
Bioloji rekultivasiyada mənimsənilən torpağın udma qabiliyyəti dedikdə suda həll olunmuş müxtəlif maddələri udub özündə saxlama qabiliyyəti adlanır. Torpağın fiziki xassələrinə - torpağın məsaməliyi, su, hava və istilik rejimi aiddir. Bu xassələr torpağın məhsuldarlığını, bitkilərin inkişaf şəraitini xarakterizə edir.
Texniki rekultivasiya
Rekultivasiyanın texniki mərhələsinin başlıca məqsədi ərazinin düzəldilməsində planlaşdırma, ondan istifadə etmək üçün yararlı hala salınması, burada yol çəkilməsi, nəqliyyatın gediş-gəlişinin nizama salınması, əraziyə torpaq tökülməsi və s. Rekultivasiyanın bioloji mərhələsində ərazidə bitkilər yetişdirilir. Buna nail olmaq üçün müəyyən ardıcıllıqlarla aqrokimyəvi, aqrotexniki, fitomeliorativ tədbirlər həyata keçirilir.
Rekultivasiya işlərinin səmərəliliyi ondan ibarətdir ki, qruntun mexaniki tərkibindən, onun tərkibində toksiki maddələrin olmasından, nəmlik və su saxlama xassələrindən və  s. amillərdən asılıdır. Dünyada rekultivasiya olunan torpaqların istifadəsinin bir çox problemləri vardır. Bunlardan ən əsas torpaqların istifadəsi. Digər tərəfdən əkinçiliyin inkişafı üçün eyni sahələrin intensiv istifadəsi ilə əlaqədardır.
Mexaniki çirklənmə dedikdə torpaq səthinin müxtəlif tullantılarla - inşaat materialları, dəmir-beton və metal konstruksiya hissələri, qazıntı işləri nəticəsində çıxarılan süxurlar, məişət tullantıları və s. ilə  çirklənməsi nəzərdə tutulur. Mexaniki çirkləndiricilər uzun müddət torpaq səthində qaldıqda onların korroziyası, aşınması mikrobioloji və fiziki- kimyəvi parçalanması nəticəsində torpağın xassələri dəyişə bilər.шаблоны для dle 11.2