» » HİSTOLOGİYA

HİSTOLOGİYA - 22-may, 2020, 07:57

#

Muhazire 1. Umumi histologiya,sitologiya ve embriologiyanin esaslari.
Plan:1. Histologiyaya giris.
         2. Sitologiya ve embriologiya haqqinda anlayis.
                                Edebiyyat
1. Qasımov E.K. Histologiya atlası (azərbaycan, rus və ingilis dilində). Bakı: Oskar, 2010, 517 s.
2. Qаsımov E.K. Sitologiya. Dərslik. Bаkı: Time Print, 2013, 277.s
Orqanlar aid olduqları sistemlərdən asılı olmayaraq müxtəlif növ toxumalardan təşkil olunurlar. Ona
görə histologiyanın toxumalardan bəhs edən şöbəsini ümumi histologiya adlandırırlar. Ayrı-ayrı
toxumaların təsvirinə keçməmişdən əvvəl son Beynəlxalq Histoloji Nomenklaturaya (BHN) daxil edilmiş,
istər orqanların normal quruluşunun və onların yaş xüsusiyyətlərinin, istərsə də patoloji proseslərin şərhi
zamanı tez-tez rast gəlinən terminlərin lüğəti mənaları haqqında qısa məlumatların verilməsi məqsədəuyğundur.
Parenxima termini orqanların yalnız onlara xas olan funksiyalarının yerinə yetirilməsində iştirak
edən strukturları göstərmək üçün istifadə edilir. Məs.: beyində sinir hüceyrələri və ya neyronlar, ürəkdə
ürək əzələ hüceyrələri – kardiomiositlər, skelet əzələlərində eninəzolaqlı əzələ lifləri – ağciyərlərdə
ağciyər alveolları yerləşən törəmələr (terminal bronxiollar, tənəffüs bronxiolları, alveol axacaqları və
alveol kisəcikləri), böyrəklərdə nefronlar, mədəaltı vəzidə asinuslar və Langerhans adacıqları, dalaqda
limfoid follikullar və s.
Stroma termini ilə (yunanca stroma "yataq, döşək") ayrı-ayrı hüceyrə, toxuma və üzvlər üçün
istinad rolunu oynayan, əksərən kövşək birləşdirici toxuma elementlərindən təşkil olunmuş törəmələr
göstərilir.
Kapsul parenxima elemenləri üstünlük təşkil edən orqanları xaricdən örtən sıx birləşdirici toxuma
səfhəsinə deyilir. Kapsuldan başlayan atmalar parenximatoz orqanlarin daxilində onları paylara,
seqmentlərə və paycıqlara bölürlər.
Bazal zar – yalnız epitel toxuması ilə əlaqəli olmadığını nəzərə alaraq son BHN-da onu ümumi
terminlər sırasına daxil edilib. Son vaxtlara qədər yalnız dərsliklərdə deyil, elmi məqalələrdə də bazal zar
və bazal səfhə terminləri demək olar ki, sinonim kimi işlədilirdi. Qeyd etmək lazımdır ki, hal-hazırda
ancaq elektron mikroskopu vastəsi ilə aşkar edilən epitel, əzələ, sinir toxumaları, piy hüceyrələri və
perisitləri ətraf birləşdirici toxuma elementlərindən ayıran, açıq (şəffaf) və tünd qatlardan təşkil olunmuş
torəmələri bazal səfhə adlandırmaq qəbul olunmuşdur. Əgər yuxarıda göstərilən qatlarla yanaşı bazal
səfhə fibroretikulyar qat (lövhəcik) vasitəsi ilə qalınlaşarsa və ya iki bazal səfhə bir-biri ilə birləşərsə,
xüsusi üsullarla rəngləndikdən sonra (Şiff-yod turşusu reaksiyası –
mikroskopunda da aşkar edilə bilən strukturu - bazal zarı əmələ gətirirlər. Bazal səfhənin qatları onların
əhatə etdiyi hüceyrələrin özləri tərəfindən sintez olunduğu halda, fibroretikulyar qat (lövhəcik) birləşdirici
toxuma hüceyrələri, ələlxüsus fibroblastlar tərəfindən sintez olunurlar. Qeyd olunduğu kimi, bazal səfhə
açıq və tünd qatlardan təşkil olunmuşdur. Qatların adı onlara elektron mikroskopunda tədqiq etmək üçün
ultranazik kəsiklərin rənglənməsində istifadə olunan ağır metallarla (qurğuşun və osmium) birləşmə
qabliyyətindən asılı olaraq verilmişdir. Belə ki, açıq qatın təşkilində iştirak edən molekullar ağır
metallarla birləşmədiyindən elektron mikroskopunda şəffaf, əksinə tünd qatı təşkil edən molekullar ağır
metallarla birləşdiyindən tünd zolaq şəklində görünürlər. 40-120 nm qalınlığında olan bazal səfhə
tərkibində laminin, perlekan (heparan sulfat, proteoqlikan-2) və entaktin (nidogen-1) ilə yanaşı laminin
molekulları üçün reseptor rolunu oynayan, inteqrin ailəsinə daxil olan zülallar və distroqlikan aşkar
edilmişdir. Sonuncular hüceyrə zarlarının bazal səfhəyə söykənən hissələrində yerləşən inteqral zulallara
aid olub sitoplazmatik ucları sitoskelet elementləri, xarici ucları isə laminin vasitəsi ilə bazal səfhənin
tərkibinə daxil olan digər molekullarla birləşirlər. Beləliklə, bazal səfhə hüceyrələri ətraf birləşdirici
toxuma elementləri ilə birləşdirməklə yanaşı, qəbul olunmuş siqnalları iki istiqamətdə daşıyan molekulyar
əlaqələrin yaradılmasında iştirak edir.
Müəyyən edilmişdir ki, bazal səfhənin formalaşmasının ilk mərhələsində laminin molekullarının
Ca+2 asılı polimerizasiyası nəticəsində torşəkilli struktur əmələ gətirməklə yanaşı, onlar inteqrin və
distroqlikan molekulları ilə əlaqə yaradaraq hüceyrə zarı ilə birləşirlər. Demək olar ki, eyni zamanda üç
ədəd IV tip kollagen molekullarının bir-birinin ətrafına dolanaraq (superqıvrım) spiralşəkilli
məftiləbənzər liflər əmələ gətirirlər. Digər lifli quruluşa malik kollagen liflərindən fərqli olaraq onlar
sintez olunduqdan sonra COOH uclarının bir hissəsini itirmirlər və qıvrımları bir-birinə möhkəm
birləşdirən hər üçüncü təkrar olunan molekulun qlisin amin turşusu qalığı olmur. Nəticədə IV tip kollagen
lifləri yan-yana yox, baş-başa əlaqələr yaratmaqla yanaşı gedişi boyu 20-yə qədər dizəbənzər əyriliklər
əmələ gətirirlər. Sadalanan xüsusiyyətlər nəticədə IV tip kollagen fibrillər submikroskopik ölçüyə malik
məsamələri olan təbəqəşəkilli tor əmələ gətirir. Qeyd etmək lazımdır ki, bazal səfhənin tərkibinə daxil
olan zülalların orta hesabla 50%-ni təşkil edən IV tip kollagendən bazal səfhənin tünd hissəsinin əsas
kütləsi formalaşır.
Hüceyrə qütblülüyü termini son zamanlara qədər əsasən epitel hüceyrələrində apikal və bazolateral
səthlərini örtən plazmolemmaların tərkibində (bir-birindən sıx əlaqələr vasitəsilə ayrılmış) lipid və
zülal molekullarının müxtəlif tərkibə malik olmalarını və hərəkətli hüceyrələrin daxilində sitoskelet
elementlərinin yerləşmələrində olan müxtəliflikləri göstərmək üçün işlədilirdi. Ancaq son 20 il ərzində
molekulyar biologiya səhəsində istifadə olunan müasir metodların köməkliyi ilə müəyyən edilmişdir ki,
istər tək, istərsə də çoxhüceyrəli orqanizmlərdə hüceyrələrin tərkibinə daxil olan komponent və strukturlar
asimmetrik vəziyyətdə yerləşərək, onların polyarlığını təmin edirlər. Polyarlıq nəticəsində hüceyrələrin
normal fəaliyyətləri üçün vacib olan proseslər (siqnalların qəbulu və nəqli, zarlı strukturların dövriyyəsi,
sitoskelet elementlərinin dinamikliyi və s.) hüdüdsüz dəqiqliklə tənzimlənir.
Aplaziya (yunanca - inkar; plasis – “qəlibləmək, formalaşmaq”) termini toxuma və ya orqanların
anadangəlmə olmamasını və ya inkişaf pozulmalarını göstərmək üçün istifadə edilir. Məs.: dəri
aplaziyaları – yenidoğulmuşlarda əsasən kəllə qapağında, nadir hallarda isə bədənin digər hissələridə 0,5
sm-dən 10 sm-ə qədər ölçüdə dəri örtüyünün olmamasıdır; süd vəzisi aplaziyası – süd vəzisinin
bütövlükdə, döş məməciyinin və məməcikətrafı meydançanın bir və ya ikitərəfli anadangəlmə inkişaf
etməməsidir.
Atrofiya (yunanca atrophos sözündən götürülüb a - inkar; trephein-"qidalanma") – hüceyrə, toxuma
və ya bütöv orqanın həcmcə kiçilməsi deməkdir. Bu zaman hüceyrə səviyyəsində onların ümümi sayının
və ya tərkib hissələrinin azalması baş verir. Atrofiya prosesi inkişaf pozğunluğu nəticəsində orqanların
normal olçülərə qədər böyüməməsi, hüceyrələrin ölümü və reabsorbsiyası (sorulması), proliferasiyanın
azalması, oksigen və qida çatışmamazlığı, hormonal dəyişikliklər, orqanların sinir elementləri təchizatının
tam, ya da hissəvi pozulması və s. nəticəsində inkişaf edir. Atrofiya normal (fizioloji) və patoloji olaraq 2
qrupa bölünür. Birincilərə timusun uşaqlarda cinsi yetişkənlik dövründən sonra, badamcıqların isə yaşlı
şəxslərdə atrofiyaya məruz qalmasını gostərmək olar. Qeyd etmək lazımdır ki, orqanlar öz funksiyalarını
lazımi səviyyədə yerinə yetirə bilmədikdə də atrofiyaya uğrayırlar. Məs.: müxtəlif mənşəli ifliclər zamani
skelet əzələləri yığıla bilmədiklərindən onların ölçüləri kəskin şəkildə azalır (patoloji atrofiya).
Hiperplaziya – (yunanca hyper – hədsiz, çoxlu; plasis – "qəlibləmək, formalaşmaq") toxuma və
orqanların tərkibinə daxil olan hüceyrələrin, eləcə də hüceyrədaxili ultrastruktur orqanellərin ümümi
sayının artmasıdır. Əgər hüceyrələrin sayının artması müəyən təsirlərin nəticəsində (məs.: peşə və
idmanla əlaqədar) baş verirsə və orqanizmin ümumi tənzimləyici mexanizmlərinin nəzarətindən kənara
çıxmırsa, buna fizioloji (normal) hiperplaziya deyilir. Əksinə, sayı artmış hüceyrələr onlara məxsus
spesifik siqnallara cavab vermirsə və genetik olaraq qeyri-normal hüceyrələrin proliferasiysı ilə
nəticələnirsə (məs.: bəd xassəli şişlərin inkişafı zamanı), buna patoloji hiperplaziya deyilir.
Hipertrofiya - (yunanca hyper- “hədsiz, çoxlu”; trephein – “qidalanma”) hiperplaziyanın əksinə
olaraq struktur elementlərinin sayının deyil, onların ölçülərinin artmasına, həcmcə böyüməsinə deyilir. Bu
isə toxuma və orqanların ümumi həcm (eninə zolaqlı əzələ liflərinin qalınlaşması) və kütlələrinin artması
ilə nəticələnir. Qeyd etmək lazımdır ki, hamiləlik zamanı uşaqlığın həcminin və kütləsinin artması əsasən
saya əzələ hüceyrələrinin eyni zamanda həm saylarının çoxalması (hiperplaziya), həm də ölçülərinin
(hipertrofiya) artması hesabına baş verir.
Hipertrofiya həqiqi və yalançı olmaqla 2 qrupa bölünür. Yalançı hipertrofiya zamanı orqanların ölçü
və çəkiləri piy toxumasının, həqiqi hipertrofiya isə onların təşkilində iştirak edən hüceyrələrin hesabına
artır. Həqiqi hipertrofiyaya fiziki işlə və idmanla məşğul olan şəxslərdə əzələlərin  inkişafını misal
gostərmək olar.
Hipoplaziya – (yunanca hypo- “az”; plasis – “qəlibləmək, formalaşmaq”) aplaziyanın nisbətən
yungul formasıdir. Bu zaman anadangəlmə olaraq elementlərin saylarının nəzərərpacaq
dərəcədə azalması nəticəsində toxuma və orqanların tam inkışaf etməməsi və ya inkişaf pozğunluğu aşkar
Hipoplaziya əlamətlərinə demək olar ki, orqanizmin təşkilində iştirak edən toxuma novlərində
və orqanlarda rast gəlinir. Məs.: diş emalının, vəzisinin, yumurtalıqların, xayaların, timusun,
beyinciyin,  sinirinin, barmaqların və s. hipoplaziyaları.


Muhazire 2.Umumi Sitologiyanin esaslari.
Plan:1. Sitologiyaya giris
         2. Sitologiyanin bir elm kimi Baytarliqda rolu
                                Edebiyyat
1. Qasımov E.K. Histologiya atlası (azərbaycan, rus və ingilis dilində). Bakı: Oskar, 2010, 517 s.
Qeyd olunduğu kimi, birqatlı (təkqatlı) epitel birsıralı və çoxsıralı olur. Birqatlı birsıralı epitel hüceyrələrinin formalarına görə birqatlı yastı, kubabənzər və silindrik (prizmatik) epitelə bölünür. Birqatlı yastı epitelin tipik nümayəndəsi mezoteldir [1, s. 87, şək. 11.1]. Bu epitel seroz qişaların – plevranın, perikardın və peritonun azad səthlərini örtür və çox vaxt yastı epitel hüceyrələrindən təşkil olunur. Həmin hüceyrələr mezodermanın ventral hissəsindən inkişaf etdiyindən mezotel adlanır. Mezotel seroz qişaların səthini hamar və daima nəm saxlayır, bununla o, müvafiq orqanların rahat hərəkəti üçün yaxşı şərait yaradır və həmin orqanların ətraf törəmələrlə bitişməsinə imkan vermir. Bəzi nahiyələrdə, məsələn, qaraciyəri və dalağı örtən peritonda mezotel hüceyrələri formasını dəyişib kubabənzər şəkil ala bilər. Mezotelin digər yastı epitellərdən fərqi ondadır ki, o xarici mühitlə bilavasitə rabitəsini itirmişdir. Bunun nəticəsində mezotel hüceyrələri polyarlıq xüsusiyyətinə malik deyil. Bütöv lövhəli preparatlarda mezotel hüceyrələri poliqonal (çoxbucaqlı) şəkildə olur, gümüşlənmiş preparatlarda bunların kənarları girintili-çıxıntılı olur. Mezotel hüceyrələri bir, iki və bəzən üçnüvəli şəkildə təsadüf olunur. Sonuncular amitozun və ya bitməmiş mitozun nəticəsidir. Elektron mikroskopu ilə mezotelin azad səthində submikroskopik xovların olduğunu müəyyənedilmişdir. İltihab prosesinə uğradıqda mezotel hüceyrələri bəzən əsas zardan qopur və nəticədə həmin yerlərdə stomata adlanan dəliklər əmələ gəlir.Birqatlı kubabənzər epitel qaraciyərin, mədəaltı vəzinin kiçik axacaqlarını, ağciyərdə kiçik bronxları, habelə böyrəkdə sidik kanalcıqlarını daxildən örtür. Bunlardan böyrək epiteli mənşəcə mezodermal, qalan orqanların epiteli isə entodermal epiteldir. Bu hüceyrələrin eni və hündürlüyü, adətən eyni ölçüdə olur və nüvə sitoplazmanın mərkəzində yerləşir. Bəzən kubabənzər epitelin sərbəst səthində (məs.: kiçik bronxlarda) ehtizazlı kirpiklərə təsadüf olunur. Birqatlı silindrik və ya prizmatik epitel hüceyrələrinin hamısı bir formada olduğundan bunların nüvələri eyni səviyyədə, yəni bir sırada yerləşir. Əsas zar üzərində yerləşən bu epitel hüceyrələrinin hündürlüyü enindən çoxdur. Birqatli silindrik epitel mədənin, bağırsaqların, ödlüyün, qaraciyər və mədəaltı vəzi axacaqlarının, uşaqlıq borularının və bəzi böyrək kanalcıqlarının daxili səthini örtür. Bəzi yerlərdə (məs.: bağırsaqlarda) silindrik epiteldə, habelə qədəhəbənzər hüceyrələrə də təsadüf olunur. Qədəhəbənzər hüceyrələr birhüceyrəli vəzilərdəndir və epitelin üzərinə selik ifraz edir. Bu sekret epiteli mexaniki və kimyəvi zədələnmədən qoruyur. Sorulma prosesi güclü olan yerlərdə epitelin sərbəst səthində xüsusi sorucu haşiyəyə və ya dəriciyə təsadüf olunur. Belə epitelə birqatlı silindrik haşiyəli epitel deyilir. Uşaqlığı və ya uşaqlıq borularını örtən silindrik epitelin sərbəst səthində ehtizazlı kirpiklərə təsadüf olunur. Mədənin daxili səthini örtən silindrik epitel hüceyrələri sekretor fəaliyyətə malik olduğundan bu epitelə birqatlı silindrik vəzi (sekretor) epiteli deyilir. Beləliklə, birqatlı silindrik epiteli haşiyəli, ehtizazlı və vəzi epitelinə bölmək olar. Bu epitel də kubabənzər epitel kimi entodermadan və mezodermadan inkişaf edir. Sonunculara uşaqlıq, uşaqlıq borusu və böyrəyin yığıcı borucuqlarının epiteli aiddir. Qeyd olunan orqanların digərlərində isə (mədədə, bağırsaqlarda, ödlükdə, habelə qaraciyər və mədəaltı vəzi axacaqlarında) epitel entodermal mənşəyə malikdir. Çoxsıralı epitel birqatlı epitelin bir növüdür. Əsas zar üzərində yerləşən hüceyrələr eyni formaya və böyüklüyə malik olmadığından bunların tünd boyanan nüvələri preparatda bir neçə sıra (adətən 3 sıra) əmələ gətirir. Bu epitelin sərbəst səthində ehtizazlı kirpiklərə təsadüf olunur, ona görə belə epitelə ehtizazlı epitel də deyilir. Çoxsıralı ehtizazlı epiteldə üç tip hüceyrə ayırd etmək olar: ehtizazlı hüceyrələr, qısa ara hüceyrələr və uzun ara hüceyrələr. Ehtizazlı hüceyrələr bu epitelin başlıca hüceyrələri olub tipik formaya malikdir. Onların əsas zara təmas edən proksimal ucları dardır, distal ucları isə əksinə geniş olub 12 üzərində çoxlu (250-ə qədər) kirpiklər olur. Nüvə hüceyrələrin distal hissəsində olduğundan əsas zardan xeyli aralı yerləşir. Bu hüceyrələrin geniş distal hissələri yanlardan bir-birinə təmas edərək üzəri kirpiklərlə örtülmüş ümumi ehtizazlı səth əmələ gətirir. Qısa ara hüceyrələrin əsas zara təmas edən proksimal ucları genişdir və burada onların nüvəsi yerləşir. Beləliklə, bu hüceyrələrin nüvələri əsas zara çox yaxın olur. Qısa ara hüceyrələrin distal ucları isə epitelin sərbəst səthindən xeyli aralı ehtizazlı hüceyrələrin distal ucları arasında qurtarır. Bu hüceyrələr bazal hüceyrələr də adlandırılırlar, mitotic aktivliyə malik olub kambial hüceyrə rolunu oynayırlar. Uzun ara hüceyrələr şəkilcə çox vaxt qısa ara hüceyrələrə bənzəyir, lakin onlardan xeyli hündür olur. Bəzən bu hüceyrələr iy şəklində olur və nazik distal ucları demək olar ki, epitelin sərbəst səthinə çatır. Bu hüceyrələrin nüvəsi orta səviyyədə (ikinci sırada) yerləşir. Ehtizazlı çoxsıralı epitelə tənəffüs yollarında, cinsiyyət aparatının bəzi yerlərində təsadüf olunur. Tənəffüs yollarını örtən ehtizazlı epiteldə həmişə selik ifraz edən qədəhəbənzər hüceyrələrə də rast gəlmək olur. Bu hüceyrələr topoqrafik olaraq ehtizazlı hüceyrələr kimi yerləşir və nüvələri çox vaxt ikinci sırada olur. Çoxsıralı ehtizazlı epitelin əsas fəaliyyət göstərən hüceyrələri ehtizazlı hüceyrələrdir; qısa ara hüceyrələr isə əksinə vəzifə cəhətdən az diferensiasiya etmişdir, epitelin regenerasiyasını təmin edirlər. Tənəffüs orqanlarının birqatlı ehtizazlı epiteli rüşeymin ön bağırsaq epitelindən, cinsiyyət sisteminin eyni epiteli isə mezodermadan inkişaf edir. ÇOXQATLI EPİTEL (EPİTHELİUM MİLTİSTRATİFİCATUMÇoxqatlı epitel başlıca olaraq mühafizə vəzifəsini görür və buna müvafiq bədənin xarici təsirlərə daha çox məruz qalan yerlərində olur. Bu epitel dərinin xarici qatını təşkil edir və beləliklə, orqanizmin bütün xarici səthini örtür. Çoxqatlı epitel həmçinin ağız boşluğunun, udlağın, yemək borusunun, uşaqlıq yolunun selikli qişasının azad səthini, habelə göz almasını ön tərəfdən (buynuz qişa) örtür. Çoxqatlı epitelin xüsusi forması olan keçid epitelinə isə böyrək kasalarının, böyrək ləyəninin, sidik axarlarının, sidikliyin və qismən sidik kanalının daxili səthində təsadüf olunur. Çoxqatlı epiteli təşkil edən hüceyrələr bir neçə qatda yerləşir və bunlardan yalnız biri (ən dərin qat) əsas zarla bilavasitə rabitədə olur. Dərin qatı əmələ gətirən hüceyrələr bu epitelin daha cavan və əksinə, onun səthi qatını təşkil edən hüceyrələr isə yüksək diferensiasiyaya uğramış ən qoca hüceyrələrdir. Çoxqatlı epitel üç formada təsadüf olunur: çoxqatlı yastı buynuzlaşmayan epitel, çoxqatlı yastı buynuzlaşan epitel və keçid epiteli. Bunlardan çoxqatlı yastı epitelin hər iki növü başlıca olaraq ektodermadan inkişaf edir, lakin əlavə etmək lazımdır ki, ağız boşluğu, udlaq və yemək borusu epiteli ön bağırsaqdan inkişaf edir və sonuncunun formalaşmasında prexordal lövhənin də iştirakı vardır. Prexordal lövhə mənşə cəhətcə bir neçə rüşeym büküşləri ilə əlaqədardır və o, ön bağırsağı əmələ gətirir. Ön bağırsaqdan isə həm həzm sisteminin proksimal şöbəsi, həm də tənəffüs sistemi inkişaf edir. Çoxqatlı epitelin növlərindən biri olan keçid epiteli mezodermadan inkişaf edir. Çoxqatlı yastı buynuzlaşmayan epitel. Çoxqatlı yastı buynuzlaşmayan epitel buynuz qişanı, ağız boşluğu və yemək borusu selikli qişalarının səthi qatını əmələ gətirir. Bu epitelin səthi qatını təşkil edən hüceyrələr buynuzlaşmaya uğramır [1, s. 242, şək. 20.2]. Çoxqatlı buynuzlaşmayan epiteldə üç qat ayırd edilir: əsas (bazal) qat, tikanlı hüceyrələr qatı və səthi ya yastı hüceyrələr qatı. Əsas qat hüceyrələri silindr şəklində olub, əsas zar üzərində yerləşir. Bunların distal ucları sivriləşmişdir. Əsas qat hüceyrələri mitoz üsulu ilə bölünüb artaraq səthi qata doğru miqrasiya edir. Tikanlı qatın hüceyrələri 1-2 ədəd qısa tikanabənzər çıxıntıya malikdir. Bu qatın hüceyrələrinə əvvələr qanadlı hüceyrə_<%2_T%2_X%2lər də deyilirdi, çünki bunların proksimal hissələri əsas qat hüceyrələrinin distal ucları arasına keçir və öz formalarını dəyişərək qanada bənzəyir. Tikanlı qatın əsas qata təmas edən hüceyrələri onun sonrakı hüceyrələrinə nisbətən hündür olur. Bunların da distal ucları sivriləşdiyindən,sonra gələn qat hüceyrələri də qanadabənzər olur. Tikanlı qat hüceyrələri epitelin səthinə doğru yastılaşır.Bu qatın hüceyrələri də bölünmək qabiliyyətinə malikdir, burada mitozla yanaşı amitoza da təsadüf olunur. Əsas və tikanlı qat hüceyrələrinin bölünüb artmaq qabiliyyətini nəzərə alaraq bunlara birlikdə çoxalma (maya), ya Malpigi qatı da deyirlər. Bu qatın hesabına səthi qatın ölüb qopan hüceyrələri əvəz olunur. Tikanlı qatın hüceyrələri əsas qatda olduğu kimi hüceyrəarası körpülər vasitəsi ilə bir-birilərabitədədir. Körpülərdə qonşu hüceyrələrin sitoplazmatik çıxıntıları bir-birinə təmas etdiyi yerdədesmosomlar müşahidə olunur. Əsas və tikanlı qat hüceyrələrinin sitoplazmasında nazik sapşəkilli tonofibrilər də vardır [1, s. 265, şək. 21.1]. Səthi qatı yastı hüceyrələr təşkil edir və onlar çox vaxt çoxbucaqlı lövhəyə bənzəyir. Bu hüceyrələrin kənarları düz olur və buna görə onlar bir-birinə sıx söykənir. Bu hüceyrələrin sitoplazması xarici mühitlə bilavasitə rabitədə olduğundan dəyişikliyə uğramış, sıxlaşmışdır. Onların nüvələri və orqanelləri isə çox vaxt reduksiyaya uğrayır. Səthi qatın hüceyrələri inkişaf dövrünü bitirdikcə ölüb qopur.Çoxqatlı yastı buynuzlaşan epitel. Bu epiteli xarakterizə edən əsas xüsusiyyət onun səthi qatındabuynuzlaşma prosesinin getməsi və nəticədə həmin qat hüceyrələrinin buynuz pulcuqlarına çevrilməsidir.Çoxqatlı yastı buynuzlaşan epitel dərinin xarici təbəqəsini əmələ gətirir və epidermis adlanır [1, s. 241-244, şək.20.1-20.4]. Epidermis məməlilərdə, o cümlədən insanda ən yüksək inkişaf dərəcəsinə çatmışdır.Daima xarici mühitin mexaniki təsirlərinə məruz qalan yerlərdə (ovucda və ayaq altında) bu epitel daha mürəkkəb quruluş kəsb edir, qatlarının sayı hətta 100-ə qədər çatır. Beləliklə, bədənin müxtəlif yerlərində epidermisin qalınlığı eyni deyildir; bəzi yerlərdə o, çox nazik olur, ovucda və ayaqaltında isə ən yüksək qalınlığa çatır. Çoxqatlı yastı buynuzlaşan epitelə, çoxqatlı yastı buynuzlaşmayan epitelin daha yüksək diferensiasiya forması kimi də baxırlar. Epidermisi təşkil edən hüceyrə qatlarının sayından asılı olmayaraq morfofunksional cəhətdən burada 4 ya 5 qat ayırd edilir. 5 qatlı epidermis yalnız ovucda və ayaqaltında təsadüf olunur, bu qatlara aiddir: əsas (bazal) qat, tikanlı hüceyrələr qatı, dənəli, parlaq və buynuz qatlar. Bədənin digər yerlərində əsasən parlaq qat, bəzi yerlərdə isə dənəli qat olmur; həmin yerlərdə epidermis çox nazik olur. Burada da əsas və tikanlı qatın hüceyrələri çoxalmaq qabiliyyətinə malikdir, buna görə də bu iki qata birlikdə bəzən çoxalma (maya), ya Malpigi qatı da deyilir. Həmin qatlar quruluşca çoxqatlı buynuzlaşmayan epiteldə olduğu kimidir. Dənəli qat yastı hüceyrələrdən təşkil olunmuşdur; bu hüceyrələrin sitoplazmasında buynuzlaşma prosesinin başlanması ilə əlaqədar olaraq keratohialin dənələri müşahidə olunur. Keratohialin maddəsi fibrilyar zülallara aiddir. Parlaq qat homogen zolaq şəklində olur [1, s. 244, şək. 20.4]. və onun hüceyrələri arasında heç bir hüdud müəyyən edilmir. Lakin bu qat da yastı hüceyrələrdən təşkil olunmuş və onların sitoplazmasında keratohialindən əmələ gəlmiş xüsusi zülal maddə – eleidin olur. Buynuz qat buynuz pulcuqlarından təşkil olunmuşdur, bunlar keratin (buynuz maddə) və hava qovucuqları ilə dolu olur. Buynuz pulcuqları parlaq qatın yastı hüceyrələrinin məhv olması nəticəsində əmələ gəlir. Bu zaman həmin hüceyrələrin sitoplazma və nüvəsi dağılır və onların yerində keratin maddəsi toplanır. Epidermis 4 qatdan ibarət olan yerlərdə buynuz maddəsi (keratin) keratohialin dənələrindən əmələ gəlir. Ən səthi qatda buynuz pulcuqları daima qopub düşürlər və onların əvəzinə çoxalma qatı hesabına yeniləri əmələ gəlir. Dəri epiteli xarici təsirlərə daha çox məruz qalır, buna görə burada da xüsusi mühafizə strukturları olan hüceyrəarası körpülər, tonofibrillər və buynuz qat meydana çıxmışdır. Buynuz qat istiliyi pis keçirir. Keçid epitel (Epithelium transitorum– çoxqatlı epitelin bir növü hesab edilir. Bu epitel, divarları tez-tez gərilməyə məruz qalan orqanlar (böyrək kasacıqları və ləyəni, sidik axarları, sidik kisəsi və qismən sidik kanalı) üçün xarakterikdir. Həmin orqanların dolu və ya boş olmasından asılı olaraq keçidepiteli bir formadan digər formaya keçir. Bu epiteldə üç qat ayırd edilir: bazal zarın üzərində yerləşən oval nüvəyə malik kiçik hüceyrələrdən ibarət bazal qat, poliqonal formalı hüceyrələrdən təşkil olunmuş ara qat, iri həcmli, əksər hallarda ikinüvəli hüceyrələrdən ibarət olan örtük qat. Orqanın divarı dartıldıqda epitelin əsas qatı həm kiçik yastı tünd rəngə boyanan və bir-birindənaydın surətdə ayrılan hüceyrələrdən, həm də nisbətən böyük və açıq rəngli çoxbucaqlı və ya girdə hüceyrələrdən ibarət olur. Sonuncuların nüvələri bir qədər yuxarıda yerləşir, yastı hüceyrələrin nüvələri isə əsas zara daha yaxın olur. Örtük qat bu zaman çox böyük və girdə nüvəli azacıq yastılaşmış hüceyrələrdən ibarət olur.Orqan boş olduqda onun divarı yığılır, keçid epiteli hündürləşir, bu zaman əsas qatın hüceyrələri müxtəlif səviyyələrdə yerləşərək xarakter çoxsıralı şəkil alır, lakin həmin  mhüceyrələr əsas zarla rabitəniitirmir. Örtük qat hüceyrələri isə hündürləşib armud şəklini alır və artıq eyni səviyyədə yerləşir [1, s. 446,şək. 26.23].EPİTELİN REGENERASİYASI Epitel toxuması yüksək regenerasiya qabiliyyətinə malikdir. Belə xüsusiyyət təkamül prosesində qazanılmış və epidermisin əsas mühafizə vəzifəsi ilə bilavasitə bağlıdır. Topoqrafik vəziyyətdən asılı olaraq epitel toxuması xarici təsirlərə daha çox məruz qalır, belə ki, o, orqanizimlə xarici mühit arasında bilavasitə hüdud təşkil edir. Digər tərəfdən bu toxuma orqanizmlə mühit arasında gedən mübadilə prosesində çox mühüm rol oynayır.Qeyd etmək lazımdır ki, epitelin bütün növlərində regenerasiya eyni prinsiplə gedir. Lakin bütün hallarda regenerasiya zamanı epitel öz histotipik xüsusiyyətini saxlayır, yəni hər epitel növü yalnız özünə bənzər epitel yaradır, məs.: çoxqatlı epitel həmişə çoxqatlı, birqatlı epitel isə birqatlı epitel əmələ gətirir. Ancaq ehtizazlı epitel bu işdə xüsusiyyət təşkil edir, belə ki, regenerasiya zamanı (reparative regenerasiyada) ehtizazlı epitel əvəzində çox vaxt dəri epiteli meydana çıxır. Bu, çoxqatlı və çoxsıralı epitellərin bir-birinin yaxın formaları olduğunu bir daha sübut edir.Yeni epitel hüceyrələrinin əmələ gəlməsi başlıca olaraq mövcud epiteldə gedən mitoz bölünmənin nəticəsidir. Lakin çoxqatlı epitel ilə birqatlı epitel arasında regenerasiya prosesində bir qədər fərq müşahidə edilir. Birqatlı epiteldə onun bütün hüceyrələri bölünməyə qadirdir, halbuku, çoxqatlı epiteldə yalnız əsas və qismən tikanlı qatın hüceyrələri bölünür. Sonra gələn qatların (parlaq və buynuz qatların) bərpası isə əvəzetmə yolu ilə gedir. Epitelin fizioloji regenerasiyası onun reparativ regenerasiyasını təmin edir. Epitel zədələnən zaman onun bərpa olunması yara kənarında epitel hüceyrələrinin güclü bölünməsi vasitəsilə icra olunur. Cavan hüceyrələr əmələ gəldikcə, bunlar zədələnən nahiyələrə doğru keçərək tədricən zədə yerini nazik qatla örtür. Sonra həmin qat diferensiasiyaya uğrayır və definitiv formasını alır. Reparativ diferensiasiyaprosesində epitelin altında olan birləşdirici toxumanın böyük rolu vardır. Zədə nahiyəsində yeni epitel
qatı meydana çıxmazdan əvvəl onun əsasını təşkil edən cavan birləşdirici toxuma qatı (qranulyasiyatoxuması) əmələ gəlir. Bu toxuma qan damarları ilə çox zəngin olur.
EPİTELİN SEKRETOR FƏALİYYƏ
Hüceyrələrin mübadilə məhsullarını ifraz etmək qabiliyyətinə sekresiya deyilir. Belə hüceyrələrə isə sekretor və ya vəzi hüceyrələri, ya da qlandulositlər deyilir. Qeyd etmək lazımdır ki, orqanizmin digər hüceyrələri də öz əsas vəzifələri ilə yanaşı bu və ya digər dərəcədə ifrazat fəaliyyəti görür. Lakin vəzi hüceyrələri üçün ifrazat vəzifəsi əsas vəzifədir. Sekretor fəaliyyət icra edən vəzi hüceyrələri bəzən müstəqil olur, çox vaxt isə onlar xüsusi orqanların quruluş əsasını təşkil edir. Belə orqanlara vəzilər deyilir. Vəzilərin ifraz etdiyi məhsul başlıca olaraq iki növdür: sekret və ekskret. Sekret, vəzi hüceyrələrinin sintez yolu ilə hazırladığı mürəkkəb spesifik maddədir. Vəzilər hazırladığı sekreti çox vaxt epitel örtüyünün üzərinə ifraz edir, bəzən isə sekret bilavasitə qana və limfaya ifraz olunur. Sonuncu halda ona inkret (daxili sekret), ya hormon deyilir. Sekretin orqanizm üçün əhəmiyyəti vardır. Çoxhüceyrəli orqanizmlərdə hüceyrələrin ifraz etdiyi seliyəbənzər maddələr (musin və mukoidlər) toxumaları mexaniki və kimyəvi qıcıqlanmalardan qoruyur, zülal sekret mübadilə prosesində fəal iştirak edir. Zülal tərkibli məhsullara həzm sisteminin müxtəlif fermentləri və hormonlar aiddir. Bəzi hüceyrələrdə əmələ gələn sekret dənələrinin və onlarda olan sekret kanalcıqlarının hüceyrədaxili tor aparatla rabitədə olduğu müəyyən edilmişdir. Zülal ifraz edən hüceyrələrdə dənəli endoplazmatik tor (erqastoplazma) və mitoxondrilər güclü inkişaf edir. Ekskret katabolizm (üzvü maddələrin mübadilə zamanı parçalanması) nəticəsində meydana çıxan və hüceyrədən xaric olunmalı məhsula deyilir. Məs.:karbon qazı, süd turşusu, sidik turşusu, sidik cövhəri və s. ekskretor məhsullardır.VƏZİLƏR (GLANDULAE)Qeyd olunduğu kimi vəzilər sekretor fəaliyyətə malik epitel törəmələridir. Vəzilər başlıca olaraq iki qrupa bölünür: xarici sekresiya vəziləri, və ya ekzokrin vəzilər, daxili sekresiya vəziləri və ya endokrinvəzilər. Xarici sekresiya vəziləri elə vəzilərə deyilir ki, onlar hazırladığı sekreti epitel örtüyünün üzərinə,daha doğrusu bu vəzilər öz məhsullarını bilavasitə orqanizmin xarici səthinə, ya epidermisin üzərinə ya da borulu orqanların epitellə örtülü boşluqlarına ifraz edir. Daxili sekresiya vəziləri öz məhsullarını(hormonlarını) bilavasitə qana və limfaya ifraz edir. Hormonlar qan, ya limfa ilə orqanizmin hər yerinə yayılaraq digər orqanların ya bütöv orqanizmin funksiyalarını (məs.: böyüməni, inkişafı, maddələr mübadiləsi proseslərini və s.) tənzim edir. Bədənimizdə olan endokrin vəzilərə epifiz, hipofiz,qalxanabənzər vəzi, qalxanətrafı vəzilər, timus vəzi, böyrəküstü vəzilər, mədəaltı vəzilərin adacıqları,
habelə cinsiyyət vəzilərinin daxili sekresiya elementləri aiddir. Daxili sekresiya vəziləri öz təsirini orqanizmə mayelər (qan, limfa) vasitəsi ilə həyata keçirdiyindən bunların əmələ gətirdiyi sistemə humoral sistem (latınca humor – maye) də deyilir. Ancaq bu sistem üçün daha geniş yayılmış termin endokrin sistem terminidir. Humoral sistem orqanizmin əsas tənzimedici sistemlərindən biridir. Lakin humoral sistemin bu fəaliyyəti sinir sisteminin nəzarəti altında həyata keçirilir. Sonuncu isə orqanizmin başlıca tənzimedici sistemidir. Bununla yanaşı endokrin sistemi də sinir sisteminə müəyyən dərəcə təsir edə bilir. Beləliklə, bir-biri ilə qarşılıqlı rabitədə olan bu iki sistem orqanizmdə çox mühüm tənzimedicivə onun fəaliyyətini koordinasiya edən neyro-humoral sistemi əmələ gətirir. Endokrin vəzilər haqqındaətrafı məlumat xüsusi histologiya bəhsində verilir.EKZOKRİN VƏZİLƏR (GLANDULAE EXOCRINA)Ekzokrin və ya xarici sekresiya vəziləri orqanizmdə daha geniş yayılmışdır, bunlar bəzən müstəqil orqanlar əmələ gətirir (məs.: ağız suyu vəziləri, qaraciyər, mədəaltı vəzi və s.). Bu vəzilər öz məhsullarını xüsusi axacaqlar vasitəsi ilə müvafiq epitel örtüyü üzərinə ifraz edir və bununla da, onlar axacaqlarıolmayan endokrin vəzilərdən fərqlənir. Bədənimizdə olan ekzokrin vəzilərin çoxu isə ayrı-ayrı orqanların tərkibinə daxil olaraq quruluşca onların ayrılmaz hissəsini təşkil edir (məs.: mədə vəziləri, bağırsaqvəziləri və s.).Ekzokrin vəzilər olduqca müxtəlifdir, bunlar bir-birindən mənşəcə, quruluşca, topoqrafik cəhətdən,sekresiya mexanizminə görə və sekretin tərkibinə görə fərqlənir. Bütün bunları nəzərə alaraq ekzokrin vəzilər müxtəlif qruplara təsnif olunur. Mənşə cəhətdən entodermal, mezodermal və ektodermal vəzilər
ayırd edilir. Entodermal vəzilərə mədə və bağırsaq vəziləri, mezodermal vəzilərə-sidik-cinsiyyət sistemi vəziləri (məs.: sidik axarları vəziləri, sidik kanalı soğanağı vəziləri, xaya, yumurtalıq və s.) və ektodermalvəzilərə ağız suyu vəziləri dəri vəziləri və s. aiddir. Quruluş və topoqrafik cəhətdən vəzilərin təsnifatı mövcuddur [1, s. 96, şək. 11.13].Ekzokrin vəzilər. Ekzokrin vəzilərin əksəriyyəti ekzoepitelial vəzilərdir. İnsanda yalnız bir növendoepitelial vəziyə təsadüf olunur. Bunlar qədəhəbənzər hüceyrələrdir.
Bu hüceyrələr eyni zamanda, yeganə birhüceyrəli vəzilərdir. Qədəhəbənzər hüceyrələr çoxlu miqdarda bağırsağın, xüsusilə yoğun bağırsağın divarında [1, s. 97, şək. 11.14], habelə tənəffüs yollarının selikli qişa epitelində yerləşir [1, s. 337, şək. 24.9]. Bunlar selik ifraz edərək selikli qişanı mexaniki vəkimyəvi təsirlərdən qoruyur. Qədəhəbənzər hüceyrələrin apikal (zirvə) hissəsi daha geniş olur. Buradavəzinin sekreti toplanır. Nüvə və orqanellər hüceyrənin əsas (bazal) hissəsində yerləşir. Ümumiyyətlə,qədəhəbənzər hüceyrə armuda bənzəyir. Elektron mikroskopu ilə onun azad səthində submikroskopikxovların olduğunu müəyyən edilmişdir. İnsanın bütün digər ekzokrin vəziləri ekzoepitelial vəçoxhüceyrəli vəzilərdir. Hər bir ekzokrin çoxhüceyrəli vəzinin iki əsas hissəsi vardır: sekretor, və ya uc (son) hissəsi vəaxacaq hissəsi. Bəzi vəzilərin (məs.:mədənin xüsusi (fundal, ya mədə dibi) vəziləri) axacaqları çox qısa olur. Belə axacaq vəzinin boynu adlanır. Sekretor şöbə başlıca olaraq sekretor hüceyrələrdən təşkil olunur, bunların ifraz etdiyi məhsul sekretor şöbənin boşluğuna tökülür [1, s. 390, şək. 25.31]. Sekretor
şöbə adətən boru, və ya alveol formasında, ya da qarışıq – həm boru, həm də alveol formasında olur və bunun daxili səthi bir qat vəzi (sekretor) hüceyrələri ilə örtülür [1, s. 365, şək. 25.8]. Bəzi vəzilərin (məs.: piy vəziləri) sekretor şöbəsində vəzi hüceyrələri bir neçə qatda yerləşir. Belə vəzilər mənşə cəhətdən çoxqatlı epitelin törəməsidir. Bu qismdən olan digər vəzilərin, məsələn, ağız suyu vəzilərinin secretor şöbəsində vəzi hüceyrələrindən əlavə yığılmaq qabiliyyətinə malik olan xüsusi mioepitelial hüceyrələrə
(mioepiteliositlərə) təsadüf olunur. Bu hüceyrələr vəzi hüceyrələrinə bilavasitə təmas edir. Mioepitelial elementlər yığılaraq vəzi hüceyrələrini sıxır və onlardan məhsulun çıxarılmasına kömək edir. Mənşə cəhətcə mioepitelial hüceyrələr də epitelin törəmələridir və onların sitoplazmasında xüsusi yığılma16fibrilləri vardır. Bu hüceyrələrin yığılma qabiliyyətini nəzərə alaraq onlara mioepitelial (yunanca myos-“əzələ”) adı verilmişdir, çünki yığılma qabiliyyəti əzələ hüceyrələri üçün xasdır. Bunlardan əlavə bəzivəzilərin sekretor şöbəsində əsas vəzi hüceyrələri ilə yanaşı əlavə vəzi hüceyrələrinə (əlavəqlandulositlərə) təsadüf olunur. Bu hüceyrələr morfofunksional xüsusiyyətlərinə görə həmin vəzinin digərfunksional hüceyrələrindən fərqlənir.SEKRETOR HÜCEYRƏLƏR VƏ SEKRESİYA PROSESİSekretor və ya vəzi hüceyrələri müxtəlif formada olur: silindrik, girdə, konusabənzər, armudabənzərvə s. Bu hüceyrələr sekresiya prosesi ərzində öz formalarını dəyişərək, bir formadan digərinə keçir.Məsələn, qədəhəbənzər hüceyrələr sekretlə dolu olduqda armuda, boşaldıqda isə silindrə bənzəyir.Sekretor hüceyrələrdə nüvə böyük olur, çox vaxt nüvə qişası üzərində girinti və çıxıntılar olduğundan onun forması müəyyən şəkildə olmur. Nüvənin nüvəciyi də böyük olur. Sekresiya fazasından asılı olaraqnüvə proksimal şöbəyə doğru öz yerini dəyişir. Sitoplazmanın quruluşu vəzinin funksiyasından, yənihansı növ sekret (zülal, selik) ifraz etməsindən asılı olaraq ayrı-ayrı vəzi hüceyrələrində eyni olmur.Məsələn, zülal ifraz edən vəzi hüceyrələrində, dənəli sitoplazmatik tor yaxşı nəzərə çarpır, RNT-nin miqdarı artıq olur və s. Selikli vəzi hüceyrələrində isə dənəli sitoplazmatik tor, əksinə zəif, dənəsiz sitoplazmatik tor isə güclü inkişaf etmiş olur. Bunlardan əlavə, zülal ifraz etməyən digər secretor hüceyrələrdə sitoplazmada lipidlər və steroidlər sintez olunur. Digər orqanellərdən vəzi hüceyrələri üçün xarakter olan mitoxondrilərin çoxluğudur. Onlar, adətən, sekretin hasil olduğu yerdə toplanır. Sekresiya prosesilə bilavasitə rabitəsi olan Holci kompleksi də vəzi hüceyrələrində yaxşı inkişaf edir. Sekretor hüceyrələrdə bəzən məhsulun daşınması üçün xüsusi incə şaxəli borular sistemi olur, bunlara hüceyrədaxili sekretor kapillyarlar deyilir. Hüceyrədaxili sekretor kapillyarlara mədənin xüsusi vəzilərinin bürüyücü hüceyrələrində təsadüf olunur. Bu borucuqlar sitoplazmatik zarla əhatə olunaraqxaricdə hüceyrəarası sekretor kapillyarlara açılır. Hüceyrədaxili sekretor kapilyarlar hüceyrəninhazırladığı sekretin bayıra çıxarılmasında xüsusi rol oynayır.Vəzi hüceyrələrinin sitoplazmasında həmişə zülal dənələri, yağ damlaları, qlikogen qaymaqcıqlarıvə s. kimi əlavələrə təsadüf olunur. Onların miqdarı sekresiya fazalarından asılıdır.Vəzi hüceyrələri də bir-birinə təmas edir, lakin onların arasında incə hüceyrəarası yarıqlar qalır.Hüceyrələrin bir-birinə təmas edən yan səthlərində hər iki hüceyrənin sitolemması arasında desmosomlara və qapayıcı lövhələrə (uc atmalar) təsadüf olunur. Qapayıcı lövhələr hüceyrənin apikal hissəsini əhatə edərək, hüceyrəarası yarıqları bədənin boşluğundan ayırır.
Bəzi vəzilərin sekretor hüceyrələri arasında (məs.: ağız suyu vəzilərinin zülal ifraz edən hüceyrələrivə ya mədənin xüsusi vəzilərinin sekretor hüceyrələri arasında) xüsusi kanalcıqlar müşahidə olunur,bunlara hüceyrəarası sekretor kapillyarlar deyilir. Bu kapillyar bir tərəfdən hüceyrədaxilikapillyarlarla, digər tərəfdən isə sekretor şöbənin öz boşluğu ilə rabitədə olur. Hüceyrəarası sekretorkapillyar yanlardan sitolemma (plazmatik zarla) əhatə olunur. Bunlar sekretin axması üçündür. Vəzihüceyrələrinin əsas səthində bəzən sitolemma çoxlu miqdar büküşlər əmələ gətirir (məs.: ağız suyuvəzilərində); apikal səthdə isə adətən submikroskopik xovlar müşahidə olunur. Qeyd olunan strukturlar buhüceyrələrin polyarlığını müəyyən edir və sekresiya istiqamətinə müvafiq gəlir.Kimyəvi tərkibcə sekret dörd cür olur: zülal, selik, zülal-selik (qarışıq) və piy. Bunlara müvafiqolaraq ekzokrin vəzilər də aşağıdakı kimi təsnif olunur: zülal vəzilər, selikli vəzilər, qarışıq vəzilər və piyvəziləri. Bunların içərisində qarışıq vəzilər xüsusi yer tutur. Belə ki, həmin vəzilərdə iki növ sekretorhüceyrələr olur – zülal və selik ifraz edən hüceyrələr. Selik ifraz edən hüceyrələr mukosit, zülal sekrethasil edən hüceyrələr serositlər adlanırlar.Sekresiya mürəkkəb proses olub dörd əsas mərhələdən ibarətdir. Birinci mərhələdə sekretor hüceyrəsekret hazırlamaq üçün lazım gələn maddələri, o cümlədən suyu, qeyri-üzvi duzları, amin turşuları,monosaxaridləri və s. qandan və limfadan alır. Bu maddələr hüceyrənin əsas səthindən onun sitoplazmasına keçir.
Sekresiyanın ikinci mərhələsində sekret sintez olunur və sitoplazmada toplanır. Sekretin əmələgəlməsi üçün yaradılan ilk mürəkkəb üzvi maddələr, əvvəlcə sitoplazmatik torda sintez olunur, sonrabunlardan əmələ gələn sekret dənələri Holci kompleksində toplanır və daha sonra onlar öz yerlərindənqoparaq sekret qovuqcuqlarına çevrilir. Üçüncü mərhələdə sonuncular, vəzin apikal hissəsindən sekretorşöbənin boşluğuna ifraz olunur. Dördüncü mərhələdə sekret ifraz edən hüceyrələr öz tamlığını yenidənbərpa edir və yeni sekresiyaya hazırlaşır.Üçüncü mərhələdə baş verən sekretin ifrazı mexanizminə görə üç tip sekresiya ayırd edilir:merokrin, apokrin və holokrin sekresiyalar [1, s. 101, şək. 11.19].Merokrin tipli sekresiya məməlilər üçün daha səciyyəvi sekresiya tipidir. Belə sekresiya zamanıapokrin və holokrin tipli sekresiyalardan fərqli olaraq sekretor hüceyrə dağılmır. Sekret hüceyrənindaxilində sintez olunaraq, dənələr və ya damlalar şəklində qovuqcuqlarda toplanır və sonra sitoplazmadanxaricə çıxarılır. Sekret hüceyrədən iki yolla çıxarılır; birinci halda içərisi sekretlə dolu olan qovuqcuqsitolemmaya yaxınlaşır, onunla bitişir, sonra onların bitişən yeri dəlinir və sekret bayıra çıxır. İkinci haldasekret hüceyrənin qişasını dağıtmır və diffuz yolu ilə ondan keçir.İnsan orqanizmində vəzilərin çoxu, o cümlədən ağız suyu vəziləri, qədəhəbənzər hüceyrələr,mədəaltı vəzi, qaraciyər və s. hamısı merokrin tipli vəzilərdir. Apokrin tipli sekresiya zamanı sekretorhüceyrələrin apikal (zirvə) hissələri dağılır və sitoplazmanın bu hissəsi ayrılaraq əmələ gələn sekretintərkibinə daxil olur. Sonra hüceyrənin apikal hissəsi yenidən bərpa olunur. Beləliklə, apokrin tiplisekresiya, hüceyrələrin qismən dağılması ilə səciyyəvidir. Belə sekresiya süd və bəzi tər vəziləri üçün(apokrin) xasdır. Bu tip sekresiya makroapokrin sekresiya adlanır. Bundan əlavə mikroapokrinsekresiya da ayırd edilir. Bu zaman hüceyrənin apikal hissəsi tamamilə deyil, qismən, yənisubmikroskopik xovların zirvələri dağılır.
Holokrin tipli sekresiya zamanı sekretor hüceyrələr özləri məhv olur. Sekret dağılmış hüceyrələr vəorada sintez olunmuş maddələr hesabına əmələ gəlir. Hüceyrələrin dağılması prosesi müəyyənmərhələlərlə gedir. Sekretor hüceyrələr diferensasiya edib sekret topladıqca onların sitoplazmasıdegenerasiya edir, nüvə büzülərək dağılır və nəhayət sonuncu mərhələdə hüceyrə tamam dağılır. Qeydetmək lazımdır ki, bu vəzilərdə olan az diferensiasiya etmiş hüceyrələrin mitotik aktivliyi nəticəsində yeni\hüceyrələr yaranır və vəzin tamlığı saxlanılır. İnsanda yalnız dərinin piy vəziləri holokrin tiplisekresiyaya malikdir.Ekzokrin vəzilərin ikinci mühüm quruluş hissəsi onların axacaq hissəsidir. Sekretor şöbədən fərqliaxacaq hissə əksər hallarda sekretin əmələ gəlməsində iştirak etmir. Lakin bəzi vəzilərin axacaqlarında dasekret ifraz oluna bilər. Ağız suyu və tər vəziləri belə vəzilərdəndir. Adətən entodermal mənşəli vəzilərinaxacaq hissəsinin divarı bir qat epitel hüceyrələri ilə örtülü olur. Əgər vəzi çoxqatlı epitelin törəməsidirsə(ektodermal mənşəlidirsə) onun axacağı da, bir qayda olaraq, çoxqatlı quruluşa malik olur, yəni epitelhüceyrələri axacağın divarında bir neçə qat əmələ gətirir. Hüceyrələrin formasına gəlincə divarı birqatlıolan axacaqlarda onlar silindrik, kubabənzər və ya yastı olur.Axacaq hissə sadə və mürəkkəb vəzilərdə eyni quruluşlu deyildir. Sadə vəzilərdə onlar şaxələnmir
və bəzi vəzilərdə (məs.: mədə çıxacağı vəzilərində) onlara çoxlu sekretor şöbələr açılır, digər qrupvəzilərdə isə (məs.: tər vəziləri) bu axacaqlar yalnız bir sekretor şöbə ilə rabitədə olur.Bunlardan birincivəzilər şaxələnmiş, ikincilər isə şaxələnməmiş vəzilər adlanır. Mürəkkəb vəzilərin axacaqları ağac kimişaxələnir və hər bir şaxəyə bir neçə müxtəlif formalı sekretor şöbə açıla bilər. Ağız suyu vəziləri bu tip
vəzilərdəndir. Mürəkkəb vəzilər həmişə paycıqlı quruluşa malik olur. Hər bir paycıq axacağın şaxələrinəaçılan bir qrup sekretor şöbəni əhatə edir. Qeyd etmək lazımdır ki, mürəkkəb şaxələnmiş vəzilərdə axacaqsistemi yaxşı inkişaf edir, belə vəzilərdə paycıqdaxili vəpaycıqarası axacaqlar olur. Ektodermal mənşəlimürəkkəb şaxələnmiş vəzilərdə onların divarı uyğun olaraq paycıqdaxili axacaqlardabirqatlı, paycıqarasıaxacaqlarda isə əvvəl ikiqatlı, sonra getdikcə coxqatlı epitrllə örtülü olur.
BİRLƏŞDİRİCİ TOXUMA (TEXTUS CONJUNCTIVUS)
ÜMUMİ ANLAYIŞOrqanizmdə ən geniş yayılmış toxuma olub, onun daxili mühitinin əsasını təşkil edir. Buna görə dəbəzi müəlliflər birləşdirici toxumaları daxili mühit toxumaları adlandırırlar. Bu toxuma xarici mühitləbilavasitə rabitədə deyil və bununla da o epitel toxumasından fərqlənir. Birləşdirici toxumanın beləxüsusiyyəti onun quruluşunda bilavasitə əks olunmuşdur.Butoxuma və onun hüceyrə elementləripolyarlıq xüsusiyyətinə malik deyildir. Hüceyrələrin bütün səthi daxili mühit içərisindədir, ona görə də buhüceyrələrin hər yerində mübadilə prosesi eyni xarakter daşıyır.


Muhazire 3.Umumi Embriologiya
Plan:1.Giris.
         2.Ziqota haqqinda melumat.
         3.Embronun  emele gelmesi prosesi.
 
                                                ƏDƏBİYYAT
1. О.В.Александровская, Т.Н.Родостина, Н.А.Козлов.
Цитология, гистология, и эмбриолоэия. Москва, 1987.
2. И.Ф.Иванов, П.А.Ковалбскиий. Цитология,
гистология и эмбрология. Москва, 1976
                          ÜMUMİ EMBROLOGİYA
Embrologiya rüşeymin inkişafı haqqında elmdir. Bu elm
müxtəlif heyvanlarda yumurta hüceyrəsi mayalanmadan
doğulana kimi fərdi inkişafı öyrənir. Bu dövrdə mayalanmış
yumurta hüceyrəsi üçün yüksək səviyyədə formalaşma və
kütlənin artması xarakter olub, bir hüceyrəli orqanizm yaşlı
heyvanlara morfoloji oxşarlıq qazanır. Embriologiya
cinsiyyət hüceyrələrinin inkişafını, quruluşunu və
embriogenezin əsas mərhələlərini: mayalanma, xırdalanma,
qastrulyasiya, ox orqanlarının əsasının qoyulması,
orqanogenezi və rüşeymin müvəqqəti orqanlarının inkişafını
öyrənir.Müasir embriologiyanın nailiyyətlərindən
heyvandarlıqda, quşçuluqda, balıqların çoxaldılmasında,
baytarlıqda və təbabətdə süni mayalanmaya aid bir sıra
məsələlərin həllində, heyvanları çoxaltmaq üçün embrionun
transplantasiyasında, yumurta hüceyrəsində və embrionda
gen-mühəndisliyi əməliyyatlarının aparılmasında, boğazlığın
patologiyasının öyrənilməsində, sonsuzluğun səbəblərinin və
mamalığın bir sıra məsələlərinin öyrənilməsində geniş
istifadə olunur.Baytar həkimi təfəkkürünün formalaşmasında və
gündəlik praktiki fəaliyyətində embriologiya haqqında
məlumatlar vacibdir.Cinsiyyət hüceyrələrinin quruluşu və inkişafi Cinsiyyət hüceyrələri somatik hüceyrələr kimi
sitoplazma, organellər, nüvə və əlavələrə malikdir. Bu
hüceyrələr somatik hüceyrələrdən haploid sayda
xromosomların olmasına, assimlyasiya disimlyasiya
proseslərinin zəif olmasına və bölünməməsinə görə fərqlənir.
Erkək cinsiyyət hüceyrəsi spermatozoid, dişi cinsiyyət
hüceyrəsi isə ovosit adlanır.
Cinsiyyət hüceyrələri müxtəlif təsirlərə qarşı bədən
hüceyrələrinə nisbətən çox həssasdır. Müxtəlif şüalar və
kimyəvi maddələr cinsiyyət hüceyrələrinin fəaliyyətini
zəifləşdirir, yaxud tamamilə məhv edir.
Spermatozoidin qurluşu Sprematozoid bütün onurğalılarda qamçılı hüceyrədir, bir dəfə xaric olunan spermada milyardlarla spermatozoid olur. Hərəkətli hüceyrədir, erkəklərin toxumluqlarında əmələ gəlir. İnsanda hüceyrənin uzunluğu 70 mkm, hərəkət sürəti 30-50 mkm /saniyədir. Başçıq, doyuncuq və quyruq şöbələrindən təşkil olunmuşdur. Başçıqda sıx
nukleoproteidlərlə zəngin irsiyyət materialı daşıyan nüvə
yerləşir. Spermatozoidlərin yarısı x, yarısı y xromosomu
daşıyır. x dişi xüsusiyyətə, y isə erkək xüsusiyyətə malikdir.
Cinsiyyət xromosomları aytosomlardan ölcülərinə,
quruluşuna və heteroxromatinin çox olmasıyla fərqlənir.
Başçığın ön hissəsində Holci kompleksinin törəməsi olan
akrosoma yerləşir. Akrosomada hialorynidaza fermenti olur.
Bu ferment mayalanma zamanı xaric olaraq, yumurta
hüceyrəsinin ikincili qişasının bəndləndiyi
mukupolizaxaridləri dağıdır. Bu qişanın tamlığı pozulandan
sonra spermatozoid yumurta hüceyrəsinə daxil olaraq onu
mayalaya bilir. Başcığın üstünü daxilində fibrillər olan
plazmolemma örtür. Boyuncuqda proksimal və distal sentriollar olur. Proksimal sentriola mayalanmada iştirak edir. Distal
sentriolanın ön və arxa hissələri olur. Öndəki hissənin ox
sapı başçığın hərəkət orqanına aiddir. İkinci hissə üzükvari
olub, quyruq şöbəsinin baş və başlanğıc şöbələrinin
sərhəddində yerləşir. Quyruq şöbə başlangıc, baş və son
şöbələrə ayrılır. Quyruq şöbənin ortasında ox sapı yerləşir.
Bu tubulin zülalından əmələ gəlmiş mikroborucuqlardan
ibarətdir. Başlangıcda ox sapı ətrafında sitoplazmada
mitoxondrilər spiralvari yerləşir (bax şəkil 5).
Baş hissədə nazik sitoplazma qatı, orqanoidlər və
əlavələr yerləşir, üstü plazmalemma ilə örtülüdür. Son şöbə ox sapı və plazmolemmadan ibarətdir. Spermanın hərəkəti
xemotaksis və reotaksis yolu ilə olur. Dərin dondurma
spermanın yaşama müddətini artırır. Spermatozoidlər
cinsiyyət yolunda 24-36 saat yaşama qabiliyyətini saxlayır.
Mayalanmaq qabiliyyətini toxumluq artımının son şöbəsində
qazanır. Mənfi elektriklə yükləndiyi üçün spermatozoidlər
bir-birini itələyir, 2-3 valentli metalların və turşuların
təsirindən spermatozoidlər eyni elektrik yükü itirir, bir-birinə
yapışır, mayalamaq qabiliyyətini isə itirir. Xinin, alkoqol,
nikotin və narkotik maddələr spermanı məhv edir.
Yumurta hüceyrəsinin quruluşDaimetri 100mkm-dən bir neçə mm-ə kimidir. Sayca spermatozoidlərdən çox azdır, hərəkətsizdir, nüvəsi olur, ooplazmada ehtiyat qida maddəsi olur, nüvədə x xromosomu
olur. Ooplazmada endoplazmatik şəbəkə, Holci kompleksi,
mitoxondrilər, ribosomlar və yumurta sarısı olur. Hüceyrənin
bazal və apikal qütbləri olur. Ooplazmanın kənar qatı
kortikal qat adlanır, yumurta sarısından məhrum olub, çoxlu
mitoxondrilərə malikdir. Embrional inkşafın ilkin
mərhələsində rüşeyimə qida maddələri çatdırmaqla onun
inkşafında yumurta sarısı mühüm rol oynayır. Yumurta
hüceyrəsində 1-ci, 2-ci, 3-cü qişa olur. Birinci qişa daimidir
və oolemma adlanır, ikinci qişa folikulyar hüceyrələrin
məhsuludur. Bu qişa trofik, mühafizə funksiyalarını yerinə
yetirir, çoxlu spermatozodin yümurta hüceyrəsisinə daxil
olmasına imkan vermir. Üçüncü qişa yumurta borusu
hüceyrələrinin məhsuludur. Bu qişa mühafizə, trofik
funksiyaları yerinə yetirir, sürünənlərdə və quşlarda həmin
qişa yaxşı inkişaf etmişdir (bax şəkil 6).Yumurta hüceyrələri yumurta sarısının miqdarından aslıolaraq oliqolesital (yumurta sarısı az miqdarda), mezolesital(yumurta sarısı orta miqdarda) və polilesital (yumurta sarısıçox miqdarda) olur.

Muhazire 4.Toxumalar haqqinda anlaysi.
Plan:1. Toxumalarin histoloji qurulusi.
         2. Toxumalarin orqanizimde rolu.
         3. Toxumalarin funksiyalari.
                 Edebiyyat
1. Qasımov E.K. Histologiya atlası (azərbaycan, rus və ingilis dilində). Bakı: Oskar, 2010, 517 s.
2. Qаsımov E.K. Sitologiya. Dərslik. Bаkı: Time Print, 2013, 277 s.
3. Xüsusi histologiya /prof. E.K Qasımovun redaktəsi ilə. Bakı: Azərnəşr, 2013, 304 s.
4. Hüseynov M.B., Quliyev M.İ. Embriologiya. Bakı: Təfəkkür, 2010, 158 s
                  Toxumalar
Hialin, ya şüşəyəbənzər qığırdaq əsas qığırdaq toxuması növü olub, başlıca olaraq hüceyrəarası maddənin morfoloji və fiziki-kimyəvi xüsusiyyətlərinə görə digər qığırdaq toxumalarından fərqlənir. Adi histoloji preparatlarda hialin qığırdaq toxumasının hüceyrəarası maddəsi yarımşəffaf, tamamilə,  homogen görünür, şüşəyə bənzəyir [1, s. 128, şək.15.2] və hüceyrələr ətrafında kapsullar əmələ gətirir. Ara maddənin tək-tək hüceyrələri və izogen qrupları əhatə edən hissəsi toxumanın periferiyasında oksifil boyanır və qığırdağın mərkəzinə doğru getdikcə onların ətrafında oksifil zonadan başqa bazofil zona damüşahidə olunur. Cavan hüceyrələr ətrafında ara maddə yalnız oksifil olur. Ara maddədə bazofilliyinmeydana çıxması qığırdaq hüceyrələrinin qlikozaminqlikanları, proteoqlikanları çox ifraz etməsi ilə
əlaqədardır. Hüceyrə kapsulundan uzaqlaşdıqca bazofillik yenidən zəifləyir. Yaşa dolduqca xondrositlərin və ara maddədəki xondroitinsulfat turşularının miqdarı azalır, bunların əvəzində isə ara maddəyə, adətən,kalsium duzları çökür. Sonuncular əsasən amorf maddədə olur. Xüsusi üsulla hazırlanmış preparatlard
Lövhəli, ya zərif lifli sümük toxuması kobud lifli sümük toxumasına nisbətən daha mütəşəkkil
sümük toxumasıdır. Bu toxumanın hüceyrəarası maddəsini sümük lövhələri (lamellae osseae) təşkil edir,
bunların arasında xüsusi boşluqlarda sümük hüceyrələri yerləşir. Sümük lövhələrini bir-birinə paralel
müəyyən nizamla düzülən nazik ossein lifləri dəstələri əmələ gətirir. Ayrı-ayrı lövhələrdə ossein liflərin
istiqaməti bir-birinə çox vaxt perpendikulyar olur ki, bu da toxumanın möhkəmliyini təmin edir. Lövhəli
sümük toxumasında fibrilyar maddə osseomukoidə nisbətən çox olur, bununla da o, kobud lifli
toxumadan fərqlənir. Bu sümük toxuması daha möhkəm toxumadır. Skeletin bütün sümüklərinin sıx və
süngəri maddəsi bu toxumadan təşkil olunmuşdur.
Lövhəli sümük toxumasında olan lövhələr müxtəlif vəziyyətə, formaya və qalınlığa (4-12 mikrona)
malikdir. Bunlardan ən xarakter formalıları konsentrik (Havers) sümük lövhələridir. Borulu sümüklərdə
bu lövhələr bir-birinə geydirilərək osteon adlanan sütunlar təşkil edir. Hər sütunda adətən 5-20
silindrşəkilli konsentrik sümük lövhəsi olur. Osteonun içərisində qan damarlarına məxsus kanal (əvvəllər
bu Havers kanalı adlanırdı) olur. Osteonlar sümüyün quruluş vahididir. Bunlar borulu sümüklərin
kompakt maddəsi üçün xarakterikdir.
Borulu sümüklərin diafizində konsentrik sümük lövhələrindən əlavə xarici və daxili ümumi sümük
lövhələri və ara lövhələr müəyyən edilir. Osteonlar adətən bir-birinə təmas etmir, onların arasında
sementləyici əsas maddə vardır. Osteonların arasında habelə ara (interstisial) sümük lövhələri mövcuddur.
Diafizdə osteonlar bir qayda olaraq boylama istiqamətdə, sümüyün uzununa paralel yerləşir. Osteon
kanalları bir-biri ilə köndələn kanallar vasitəsi ilə anastomozlaşır. Hər osteon kanalından bir ya iki qan
damarı - kapillyar ya postkapillyar, vena və onları müşayət edən birləşdirici toxuma keçir. Bu damarlar
köndələn kanallar vasitəsilə bir-biri ilə və eyni zamanda sümüküstlüyü və sümük iliyi damarları ilə
anastomozlaşır.Borulu sümüklərin diafizi xaricdən və sümük iliyi boşluğu tərəfdən müvafiq ümumi sümük
lövhələri ilə örtülmüşdür. Xarici ümumi lövhələr diafiz ətrafında bütöv halqa əmələ gətirmir, belə ki,
onlar digər ümumi lövhələrlə örtülür. Bu lövhələrin arasında dəlici kanallar vardır ki, bunların vasitəsi ilə
sümüküstlüyündən qan damarları diafizin müxtəlif dərinliyinə keçir. Buna görə həmin kanallar
qidalandırıcı kanallar (əvvəllər bunlara Folkman kanalları deyirdilər) adlanır. Bu kanalların xüsusi
divarları yoxdur. Qeyd olunan kanallarla yanaşı xarici ümumi lövhələrin arasından sümüküstlüyündən
ayrılan dəlici liflər keçir.
Dəlici liflər (əvvəllər Şarpey lifləri adlanırdı) sümüküstlüyünü sümüyə möhkəm birləşdirir. Bu liflər
bəzən çox dərinə, orta osteonlar qatına keçir, lakin heç vaxt lövhələrin içərisinə keçmir. Dəlici liflər cavan
yaşlarda aydın görünür, qocalarda isə onlar kirəcləşdiyindən preparatda seçilmir. Daxili ümumi lövhələr
yalnız sıx maddənin sümük iliyi kanalını bilavasitə əhatə etdiyi yerlərdə yaxşı nəzərə çarpır. Sıx
maddənin süngəri maddəyə keçdiyi yerlərdə bu lövhələr süngəri maddənin atmalarına keçir.
Sümüyün daxilində osteonlar pərakəndə vəziyyətdə deyil, qanunauyğun vəziyyətdə yerləşir.
Bunların vəziyyəti başlıca olaraq sümüyə təsir edən amillərdən asılıdır; bunlara ağırlıq, gərilmə və dartma
qüvvələrinin təsiri vardır. Nəhayət üçüncü növ sümük toxuması paralel lifli sümük toxumasıdır; bu
toxuma kobud lifli sümük toxuması ilə lövhəli sümük toxuması arasında keçid təşkil edir və əsas
morfoloji xüsusiyyəti hüceyrəarası maddədə ossein liflərinin nizamla bir-birinə paralel yerləşməsidir.
Sümüküstlüyü (periost) və endost (periosteum et endosteum)
Bütün sümüklər xaricdən onların oynaq səthlərindən başqa sümüküstlüyü ilə örtülmüşdür.
Sümüküstlüyü lifli birləşdirici toxumadan təşkil olub iki qatdan ibarətdir: xarici adventisiya qatı ya lifli
qat (stratum fibrosum) və daxili kambial qat (stratum cambiale).Xarici qat kobud kollagen liflərdən ibarət sıx lifli birləşdirici toxumadan qurulmuşdur. Burada çoxlu
qan damarları və sinirlər vardır. Vətərlər və bağlar sümüklərə sümüküstlüyü vasitəsi ilə bağlanır və bu
zaman onların kollagen lifləri xarici qatın liflərinə keçir. Sümüküstlüyünün daxili kambial qatı isə nazik
kollagen və boylama gedən elastik liflərdən təşkil olunmuşdur. Bu qatda da kiçik qan damarlarına təsadüf
olunur; burada habelə çoxlu yastı sümükyaradan hüceyrələr (osteoblastlar) vardır. Osteoblastlar sınmış
sümüyün bərpa olunmasında fəal iştirak edir. Ona görə də bu qata bəzən osteogen qat da deyilir. Endost
borulu sümüklərdə sümük iliyi boşluğunu örtür, çox nazik və zərif birləşdirici toxuma qişasıdır. Burada
da osteogen lifləri sümük iliyinin retikulyar stromasına keçir.Sümüküstlüyünun sümük üçün böyük əhəmiyyəti vardır; bu sümüyün qidalanmasında, eninə
(appozision) böyüməsində və regenerasiyasında iştirak edir.Sümüyün inkişafi (osteohistogenesis)
Qeyd olunduğu kimi, sümük mənşə cəhətcə mezenxim hüceyrələrinə aiddir. Lakin mezenximdən
sümüyün inkişafı skeletin ayrı-ayrı yerlərində eyni deyil və müxtəlif vaxtlarda icra olunur. Bəzi yerlərdə
mezenxim bilavasitə sümük toxumasına diferensasiya edir, digər yerlərdə və həm də skeletin çox
hissəsində mezenximdən əvvəlcə qığırdaq toxuması hasil olur və sonra həmin qığırdaq əsasında sümük
inkişaf edir. Lakin sonuncu halda da sümüyün mayasını yenə mezenxim təşkil edir. Skeleti təşkil edən
bütün sümüklər mezenxim hüceyrələrinin törəməsi olan sümükyaradan hüceyrələrdən, yəni
osteoblastlardan inkişaf edir. Osteoblastlar sümük toxumasının həm hüceyrəarası maddəsini, həm də
sümük hüceyrələrini (osteositləri) yaradır.
İnkişaf gedişinə görə iki növ osteogenez müəyyən edilir: zarlı osteogenez (osteogenesis
membranacea), yəni zar sümüyün (os membranaseum) inkişafı və qığırdaq osteogenezi (osteogenesis
cartilaginea), yəni qığırdaq sümüyün (os cartilagineum) inkişafı.
Sümüyün bilavasitə mezenximdən inkişafı (düz osteogenez)
Bu növ osteogenez desmal, ya endesmal osteogenez də adlanır. Belə osteogenez zamanı sümüyün
ilk modeli zardan (membrandan) ibarət olur. Sonra bu zarın müəyyən yerində mezenxim hüceyrələri
bölünərək çoxalır, sıx yerləşir; bu yolla osteogen adacıq əmələ gəlir. Adacığın mərkəzindəki hüceyrələr
tədricən osteoblastlara diferensiasiya etməyə başlayır.

Muhazire 5.Toxumalarin novleri.                                                           Plan:1. Toxumalarin novleri.
         2.Epiteli ve birlesdirici toxumalar.
         3.Sinir toxumalari.
                 Edebiyyat
1. Qasımov E.K. Histologiya atlası (azərbaycan, rus və ingilis dilində). Bakı: Oskar, 2010, 517 s.
2. Qаsımov E.K. Sitologiya. Dərslik. Bаkı: Time Print, 2013, 277 s.
3. Xüsusi histologiya /prof. E.K Qasımovun redaktəsi ilə. Bakı: Azərnəşr, 2013, 304 s.
                  TOXUMALARI
Əzələ toxumalarına aktiv yığılma qabiliyyəinə malik olan, mənşəyinə və quruluşuna görə müxtəlif
olan toxumalar aiddir. Bu toxumalar orqanizmin bütövlükdə fəzada yerdəyişməsini və ya ayrı-ayrı
hissələrinin hərəkətini, daxili orqanlarda hərəkəti təmin edir.
Canlı orqanizmin bütün hüceyrələrinin sitoplazmasında təqəllüs mikrofilamentləri vardır. Lakin
ixtisaslaşmış əzələ sistemlərində bu filamentlər daha yaxşı inkişaf etmişdir və bu sistemlərdə aktin-miozin
kompleksi elə inkişaf səviyyəsinə çatır ki, o, mexaniki işi yaradır.
Əzələ toxumalarının ayrı-ayrı növləri bir-birindən quruluş xüsusiyyətlərinə görə fərqlənsələr də
əzələ toxuması elementlərinin xarakter ümumi morfoloji əlamətləri olur: əvvəla iyvari formaya
malikdirlər; təqəllüsü təmin edən spesifik orqanellərə - boylama yerləşmiş miofibril və miofilamentlərə
malikdirlər; mitoxondrilər təqəllüs elementlərinin yanında yerləşirlər; sitoplazmada qlikogen, lipid
əlavələri və mioqlobin olur. Miofilamentlər ya milofibrillər təqəllüsü təmin edirlər. Bu miofilamentlər
aktin və miozin fibrilyar zülallarından təşkil olunmuşlar. Fibrilyar zülalların qarşılıqlı təsiri mütləq Ca2+
ionlarının iştirakı ilə gedir ki, bu da təqəllüsə səbəb olur. Mitoxondrilər bu prosesi enerji ilə təmin edir.
Qlikogen və lipidlər enerji mənbəyi ehtiyatı rolunu oynayır. Mioqlobin zülaldır, oksigeni özünəbirləşdirir, əzələ yığılarkən qan damarları sıxıldığı üçün əzələyə O2 daxil olması kəskin azaldığı şəraitdəoksigen ehtiyatı mənbəyi rolunu oynayır.Təsnifat. Əzələ toxumaları morfofunksional və histogenetik prinsip əsasında təsnif edilir.Morfofunksional təsnifata görə iki növ əzələ toxumaları ayırd edilir:
1. Eninəzolaqlı əzələ toxumaları. Bu toxumalara skelet (somaik) və ürək əzələ toxuması aiddir.
2. Saya əzələ toxumaları. Müxtəlif orqanların divarında olan əzələ toxumaları (bronx, mədə,
bağırsaqlar, uşaqlıq, uşaqlıq boruları, sidik axarları, sidik kisəsi, damarların divarında) bu cür toxumadır.
Histogenetik olaraq əzələ toxumaları müxtəlif embrional mayalardan inkişaf edə bilirlər:
– saya əzələ toxuması – mezenximdən inkişaf edir, daxili orqanların, damarların divarında yerləşir;
– skelet əzələləri miotomlardan inkişaf edir;
– eninəzolaqlı ürək əzələ toxuması splanxnotomun visseral vərəqinin mioepikardial səhvəsindən
inkişaf edir;
– neyral mənşəli əzələlər – göz bəbəyini daraldan və genəldən əzələlər sinir borusundan inkişaf
edirlər;Bundan başqa orqanizmdə toxuma təşkil etməyən mioepitelial hüceyrələr – epidermal mənşəli
təqəllüs qabiliyyətli hüceyrələr də aşkar edilirlər ki, onlar da ektodermadan və prexordal lövhədən inkişaf
edir.SKELET ƏZƏLƏ TOXUMALARI
Histogenezi: Eninəzolaqlı skelet əzələ toxumalarının inkişaf mənbəyi somitlərin dorzomedial
hissələrinin miotom hüceyrələridir. Bu hüceyrələr miogenez istiqamətində determinasiya olunaraq
gələcək əzələ qruplarının yerləşəcəyi yerlərə miqrasiya edir, mitoz yolla bölünürlər. Proliferativ aktiv
olan bu hüceyrələr mioblastlar adlanırlar.
Mioblastların bölünməsi nəticəsində miosimplastlar əmələ gəlirlər. Əvvəlcə, bölünmüş hüceyrələr
zəncir şəklində yerləşərək, uc nahiyələrdə bir-biri ilə qarışır, simplast strukturu – miotubulu əmələ
gətirirlər. Miotubullarda – əzələ borucuqlarında nüvələr mərkəzdə, yaranan miofibrillərsə periferiyada
yerləşirlər. Qeyd etmək lazımdır ki, miotubulların bir qismi normal inkişaf gedişi zamanı apoptoz
mexanizmi ilə məhv olurlar. Miotubullarda miofibrillər diferensiasiya etməyə başladığı üçün, dənəli
endoplazmatik tor yaxşı inkişaf edir. Miofibrillər diferensiasiya etdikcə miotubullarda nüvələr
51periferiyaya sıxışdırılır. Hüceyrə mərkəzi və mikroborucuqlar itir. Dənəli endoplazmatik tor reduksiyaya
uğrayır. Belə difinitiv strukturlar miosimplast adlanır. Əzələ simplastları histogenezin ilk
mərhələlərindən motoneyronların aksonları ilə əlaqəyə girirlər. Bu isə əzələ lifinin sonrakı inkişafına və
diferensiasiyasına səbəb olur. Beləliklə, skelet əzələ toxumasının histogenezində aşağıdakı mərhələlər
müəyyən edilir:
1) mioblastik mərhələ;
2) miotubul mərhələsi;
3) miosimplastik mərhələ.
Miosimplastik mərhələ əzəzlə lifinin formalaşması ilə nəticələnir.
Mioblastların bir qismi simplastların yaranmasında iştirak etmir, sərbəst hüceyrələr şəklində əzələ
liflərinin periferik hissələrində (bazal membranla miosimplastın arasında) yerləşirlər. Bu hüceyrələr
miosatellitositləadlanırlar. Miosatellit hüceyrələr az diferensiasiya etmiş hüceyrələrdir, onlar skelet
əzələ toxumasında kambial elementlər rolunu oynayırlar.
Skelet əzələ toxumaları iradi əzələlər olmaqla orqanizmdə ən çox yayılmış toxuma növüdür.
Uşaqlarda ümumi bədən çəkisinin 25%-i, böyüklərdə 35-40%-i, qoca yaşlılarda 30% təşkil edir.
Skelet əzələ toxumasının struktur-funksional vahidi eninəzolaqlı əzələ lifidir. İnsanın skelet
əzələlərində 300 mln-dək əzələ lifi vardır. Əzələ lifi üzəri bazal membranla örtülmüş əsas strukturu
sayılan miosimplastdan və miosatellit hüceyrələrdən təşkil olunmuşdur. Miosimplastın plazmolemması və
bazal membran birlikdə sarkolemmanı təşkil edir.
Skelet əzələ lifinin quruluşu. Əzələ lifinin diametri 10-100 mkm (50 mkm - orta hesabı), uzunluğu
müxtəlifdir, 10-30 sm-ə çata bilər. Əzələ lifləri bir-birinə paralel yerləşərək dəstələr əmələ gətirirlər.
Əzələ lifinin diametri müxtəlif şərtlərdən asılı olaraq müxtəlif olur. Məs.: yerləşdiyi əzələdən (göz hərəki
əzələlərində nazik, arxanın enli əzələlərində enli), cinsin növündən, yaş xüsusiyyətindən, qidalanma
dərəcəsindən, əzələnin funksional vəziyyətindən (hipertrofiya və ya atrofiya) asılı olaraq əzələ liflərinin
diametri müxtəlifdir. Denervasiya olmuş əzələlərdə atrofiya nəticəsində əzələ lifinin diametri kiçilir.
Qeyd etdiyimiz kimi, əzələ lifinin əsasında duran struktur miosimplastdır. Miosimplastda çoxlu sayda (yüzlərlə) nüvə ola bilər. Nüvələr yastı, oval şəkildə olurlar, sarkolemmanın altında, lif boyunca
bir-birindən 5 mkm məsafədə yerləşirlər. Qırmızı əzələ liflərində nüvələrin sayı ağ liflərə nisbətən
çoxdur.
Miosimplastın sarkoplazmasında bütün ümumi orqanellər (sentrioldan başqa), bəzi xüsusi
orqanellər, həmçinin əlavələr vardır.
Əzələ lifinin təqəllüs aparatını miofibrillər təşkil edir. Onlar sarkoplazmanın mərkəzi hissəsində
boylama şəkildə yerləşərək, bir-birindən mitoxondrilərlə, sarkoplazmatik torun sisternaları ilə ayrılırlar.
Miofibrillər diametri 1-2 mkm olan saplardır, lif boyunca uzanırlar. Sarkomer – miofibrilin quruluş
vahididir. Hər bir miofibril qeyri-bərabər işığı sındırma əmsalına malik olan tünd və açıq köndələn
disklərdən təşkil olunur (anizotrop A və izotrop İ diskləri). Yoğun filamentlər tünd disklərdə (A diski)
yerləşirlər, açıq disklərdəsə nazik filamentlər nizamla yerləşirlər, açıq dsikin mərkəzində Z-xətti durur.
Miofibrilin qonşu Z-xəttlər arasında qalan hissələri sarkomer adlanır (şək.2). Beləliklə, sarkomer 1 bütöv
A diskindən və 2 yarımcıq İ diskindən təşkil olunur.
Yoğun miofilamentlər A diskini təşkil edir. Nazik filamentlər hissəvi olaraq yoğun filamentlərin
arasına keçir. A diski bircinsli deyil, belə ki, onun periferik hissəsində həm nazik, həm də yoğun
filamentlər yerləşsə də, yalnız yoğun filamentlər olan hissəsi A diskinin ortasını – H-zonanı təşkil edir. Hzonanın
məkəzindən M-xətti keçir. İ diski iki qonşu sarkomerin tərkibinə daxil olur. İ diskində yalnız
nazik filamentlər olur.Z xətti şəklində görünən telofraqma fibrilyar zülal molekullarından ibarət tordan təşkil olunmuşdur
ki, bunun da əsasında α-aktinin zülalı durur (Z xəttində desmin və vimentin zülalları da var). Aktin
filamentlərinin (nazik filamentlərin) ucları bu Z xətti zülallarına birləşir. Z-xəttlərdən aktin filamentləri
sarkomerin mərkəzinə doğru istiqamətlənirlər, ancaq mərkəzə çatmırlar. Aktin filamentləri Z-xəttlərlə
nebulin zülalları vasitəsi ilə birləşirlər. Tünd diskin ortasında miomezin zülalından ibarət tor yerləşir, bu
da M-xəttini əmələ gətirir. M-xəttinə miozin filamentləri birləşir. Miozin filamentlərinin sərbəst ucları isə
Z-xəttlərə tərəf yönəlir, aktin filamentləri arasında yerləşirlər, lakin Z-xəttinə çatmırlar (şək.2). Miozin
saplarının sərbəst ucları Z-xətti ilə titin zülal molekulları vasitəsi ilə əlaqələnirlər.
Şəkil 2. A - Sarkomerin quruluşu: 1 – Z-xətti; 2 – mezofraqma; 3 – aktin filamenti;
4 – miozin filamenti; 5 – titin fibril.B - Aktin-miozin kompleksinin boşalmış vəziyyətinin sxemi: 1 – Z-xətti;
2 – mezofraqma – meomiozin; 3 – miozin II minifilamenti
Beləliklə, sarkomerin strukturunda nazik (aktin) və yoğun (miozin) sapları – filamentlər nizamla
yerləşirlər. Yoğun saplar mezofraqma ilə birləşərək A-diskini, nazik saplar telofraqmaya birləşərək İdiskini
əmələ gətirir ki, bu da hissəvi olaraq A-diskinə daxil olur. Sarkomerdə yüzlərlə yoğun filamentlər
olur ki, hər bir yoğun filament 6 nazik filamentlə əhatə olunur, nazik filamentlər sayca üstünlük təşkil
edirlər.Miozin filamentini təşkiledən miozin molekullarında ağır və yüngül meromiozin hissələr ayırd
edilir. Ağır meromiozin 2 subfraqmentdən (S1, S2) təşkil olunmuşdur. S1-subfraqmenti miozinin qlobulyar
başcıqlarını təşkil edir, S2 isə elastik komponent olub S1-fraqmentinin hərəkətini təmin edir. Yüngül
meromiozin miozin molekulunun uc quyruq sapını əmələ gətirir (uzunluğu 100 nm). Miozin molekulunun, onun öz konformasiyasını dəyişməyə imkan verən 2 şarnir hissələri vardır. Birinci şarnir hissə ağır və yüngül meromiozinin arasında, o biri isə S1-S2 birləşməsində yerləşir (şək. 3).
Şəkil. 3. Saya əzələ hüceyrəsinin təqəllüsü sxemi (A) və miozin molekulunun quruluş sxemi (B)
Miozin molekullarının yüngül meromiozin hissələri yoğun sapların əsasını - milini təşkil edir, ağı rmeromiozin isə (şarnir hissələr hesabına) yoğun sapın üzərində yerləşir (şək. 4).
Şəkil. 4. Saya əzələ və skelet toxumasında miozin saplarının müqayisəsi (A) və miozin
filamentinin (yoğun sap) sxemi (B)
Miozin molekullarının başcıqları ATF-aza aktivliyinə malikdir.
Nazik filamentlər. Nazik filamentlər aktin zülalından və iki requlyator zülaldan – troponin və
tropomiozin zülallarından təşkil olunmuşdur. Məhz bu requlyator zülalların olması onu sitoplazmatik
mikrofilamentlərdən fərqləndirir.
Aktin molekulu diametri 4-5 nm olan qlobulyar subvahidlərdən (G-aktin) təşkil olunmuşdur. Aktin
molekulunun miozinlə birləşə bilən aktiv mərkəzləri vardır. G-aktin polimerləşərək F-aktini, yəni fibrilyar
aktini əmələ gətirir. Nazik filament spiral şəklində burulmuş iki F-aktin zəncirindən ibarətdir.
Tropomiozin – fibrilyar zülaldır, spiral şəklində yerləşmiş iki polipeptid zəncirdən ibarətdir, F-aktin
zəncirinə sarılmışdır. Troponin – qlobulyar zülaldır, 3 subvahiddən təşkil olunmuşdur: TnC – kalsium
Ca2+ ionu ilə birləşən hissə; TnT - toropomiozinə birləşən; Tnİ - miozinlə aktinin birləşməsini blokada
edən subvahidlər. Troponin 40 nm interval ilə tropomiozin molekuluna birləşmiş olur (şək. 5).
Şəkil. 5. Aktin filamenti (nazik sap)
Sarkoplazmatik tor
Skelet əzələ toxumasında hamar endoplazmatik tor sarkoplazmatik tor adlanır. Hər bir miofibril
requlyar olaraq təkrarlanan sarkoplazmatik tor elementləri ilə - anastomozlaşan membran borucuqlar və
terminal sisternlərlə əhatə olunmuşdur. Tünd və açıq disklərin sərhəddində 2 qonşu terminal sisternlər (Llateral
sisternlər) T-borucuqlarla əlaqələnərək triadalar əmələ gətirirlər. Sarkoplazmatik tor – hamar
endoplazmatik şəbəkə Ca2+ deposu rolunu oynayır. Sarkoplazmatik torun içərisində Ca2+ birləşdirici zülal
- kalsekvestrin yerləşir. Əzələ lifi təqəllüsü prosesində Ca2+-ionları kalsium kanalları vasitəsi ilə
depolardan sarkoplazmaya çıxır.

Muhazire 6. Sinir sisteminin  ORQANLARI.
Plan:1. Sinir sisteminin funksiyyalari.
        2.Embrionda sinir sisteminin inkisafi.
 
                 Edebiyyat
1. Qasımov E.K. Histologiya atlası (azərbaycan, rus və ingilis dilində). Bakı: Oskar, 2010, 517 s.
2. Qаsımov E.K. Sitologiya. Dərslik. Bаkı: Time Print, 2013, 277 s.
3. Xüsusi histologiya /prof. E.K Qasımovun redaktəsi ilə. Bakı: Azərnəşr, 2013, 304 s.
4. Hüseynov M.B., Quliyev M.İ. Embriologiya. Bakı: Təfəkkür, 2010, 158 s
                          SİNİR SİSTEMİ ORQANLARI
Morfoloji cəhətdən sinir sistemi mərkəzi və periferik
sinir sisteminə ayrılır. Mərkəzi sinir sisteminə baş və onurğa
beyin, periferik sinir sisteminə isə periferik sinir düyünləri,
sinir kötükləri və sinir qurtaracaqları aiddir. Sinir sisteminin
reflektor fəaliyyətinin morfoloji substratı refleks qövsü olub,
beynin boz maddəsində və periferik sinir düyünlərində
yerləşən neyronları zəncir kimi birləşdirir . Sinir sistemi
funksional cəhətdən somatik və vegetativ olur. Somatik sinir
sistemi bədəni, vegetativ sinir sistemi isə daxili orqanları,
damarları və vəzləri innervasiya edir. Sinir sistemi
orqanizmin bütün toxuma və orqanların bir-birlə həm də
xarici mühitlə əlaqəsini yaratmaqla orqanizmin tamlığını
təmin edir.Sinir sisteminin inkişafı
Sinir sistemi orqanları sinir borusunun qanqlioz
lövhəsindən inkişaf edir. Sinir borusunun ön hissəsindən baş
beyin, hiss üzvləri, gövdə hissəsindən və ganglioz
lövhəsindən onurğa beyin, spinal, vegetativ qanqlilər və
orqanizmin xromaffin toxuması inkişaf edir. Sinir borusunun
yan şöbələri intensiv inkişaf edərək, dorsal qanadlı və ventral
əsas lövhəyə ayrılır, sinir borusunun yan divarlarında
ependima, çəpkən qat və kənar örtük formalaşır. Ependima
onurğa beyin kanalının daxili səthini örtür, çəpkən qatdan
boz maddə, kənar örtükdən isə onurğa beynin ağ maddəsi
inkişaf edir. Çəpkən qatın ventral zonasının neyroblastları
ventral buynuz nüvələrinin hərəki neyronlarına
differensasiya olunur. Hərəki neyronların aksonları onurğa
beynindən çıxararaq, ventral kötükləri əmələ gətirir. Dorsal
sütunlarda və ara zonada assosiativ nüvələrin neyronları
formalaşır. Aksonlar ağ maddədə keçirici yollar əmələ
gətirir. Dorsal buynuzlara spinal ganglilərin hiss                         Onurğa beyin düyünləriEmbriogenez prosesində ganglioz lövhə üstü toxuma qişası ilə örtülmüş ayrı-ayrı sinir düyünlərinə ayrılır.                                                                                    Embriogenez prosesində ganglioz lövhənin hüceyrələri iki
istiqamətdə inkişaf edir. Bunların bir qismi neyroblastlara
çevrilir. Bu hüceyrələr isə biopolyar hissi neyronlara
differensasiya olunur. Bu neyronların bir dendriti və bir
neyriti olur. Adi onurğalı heyvanlarda biopolyar neyronun
çıxıntısı başlanğıcda birləşir, sonra isə T hərfi kimi dendritə
və neyritə haçalanır. Dendrit qarışıq sinirlərin tərkibində
hissi lif kimi periferiyaya, neyrit isə digər neyronların
neyritləri ilə onurğa beynin dorsal kötüyünə daxil olur.
Spinal qanqlilərin neyrositlərinin üstü bir qat qliya
hüceyrələri-sinir hüceyrələrinin satellitləri ilə örtülü olur.
Neyronların kapsulasının xarici qatı zərif lifli birləşdirici
toxumadan olub, hüceyrələrinin nüvəsi qliya hüceyrələrindən
fərqli olaraq ovalvaridir.
Onurğa beyni
Onurğa beyin onurğa kanalında yerləşir, bir-birindən
ventral orta yarıq və dorsal orta arakəsmə ilə ayrılan iki
simmetrik hissədən ibarətdir. Mərkəzdə onurğa beyin
nüvələrini əmələ gətirən multipolyar neyronlardan ibarət boz
maddə, kənarda mərkəzi sinir sisteminin müxtəlif keçirici
yollarının tərkibinə daxil olan sinir liflərindən ibarət ağ
maddə yerləşir.
Onurğa beynin boz maddəsi boz komissura ilə
əlaqələnən iki yarım hissədən ibarətdir. Hər bir yarım
hissənin dorsal və ventral buynuzları var. Onurğa beynin bel
və döş segmenlərində lateral buynuzlar yerləşir.

Muhazire 7. HİSS ÜZVLƏRi
Plan:1.Hiss uzvlerinin histoloji qurulusu.
         2.Hiss uzvlerinin orqanizimde rolu.
         3.Hiss uzvlerinin funksiyalari.
                 Edebiyyat
1. Qasımov E.K. Histologiya atlası (azərbaycan, rus və ingilis dilində). Bakı: Oskar, 2010, 517 s.
2. Qаsımov E.K. Sitologiya. Dərslik. Bаkı: Time Print, 2013, 277 s.
3. Xüsusi histologiya /prof. E.K Qasımovun redaktəsi ilə. Bakı: Azərnəşr, 2013, 304 s.
                                  HİSS ÜZVLƏRİ
Mərkəzi sinir sistemi xarici mühit və orqanizmin daxili
mühiti haqqında məlumatları qıcığı qəbul edən müxtəlif
reseptorlarla alır. Yerləşmə yerindən asılı olaraq, reseptorlar
intero və eksteroreseptorlara ayrılır. İntereseptorlar vissero,
proprio və vestibuloreseptorlara ayrılır. Visseroreseptorlar
daxili orqanlardan, proprioreseptorlar iradi hərəkət
orqanlarından (sümük, əzələ, bağ, oynaq)
vestibuloreseptorlar isə bədənin və onun ayrı-ayrı
hissələrinin fəzada vəziyyəti haqqında gələn qıcıqları qəbul
edir. Ekstroreseptorlar xarici mühitdən gələn qıcıqları qəbul
edir. Bunlara görmə, eşitmə, qoxu, dadbilmə və lamisə
reseptorları aiddir.
İ.P. Pavlov reseptoru analizator adlandırılmışdır. Hər bir
analizator üç şöbədən: periferik (qəbuledici), orta (keçirici)
və mərkəzi (baş, beyin qabığının müəyyən şöbəsi) ibarətdir.
Hiss orqanı analizatorun periferik hissəsi olub, xüsusi
reseptor elementlərə malikdir və burada xarici mühitdən
gələn siqnallar sinir impulsuna çevrilir.
Hiss orqanlarındakı reseptor hüceyrələr xüsusi hərəkətli
universal antenalara malikdir (qamçılar, mikroxovlar).
Məsələn gözün tor qişasındakı çubuqvarı hüceyrələr işığın
vahid fotonunu qəbul edir. Analizatorun periferik şöbəsində
ilkin həssas sinir hüceyrələr və ikincili həssas - sensoepitelial
hüceyrələr olur. İlkin həssas hüceyrələr dendritlərin
şəkildəyişməsi olan periferik çıxıntısı hesabına xarici
mühitin qıcığını siqnala çevirir. Mərkəzi çıxıntının köməyilə
oyanma analizatorun sonrakı hüceyrələrinə verilir. Birincili
həssas hüceyrələr gözdə və qoxu orqanında olur.
Eşitmə, dad və müvazinət orqanlarının reseptor
elementləri ikincili həssas hüceyrələrdir. Bu hüceyrələrdə
yaranan oyanmanı hissi sinir hüceyrələri xüsusi apparatla
hissi neyronların dendritlərinin uclarına ötürür, buradan da
onların yerləşdiyi xüsusi ganglilərə, sonra isə analizatorun
ara şöbəsinin sinir hüceyrələrinə ötürülür.
Görmə orqanı
Göz görmə analizatorunun periferik şöbəsidir. Göz
bilavasitə görmə sinirlə baş beyinlə birləşən göz almasından,
gözün mühafizə və köməkçi orqanlarından-qapaqlardan, göz
yaşı vəzisi, gözü hərəkət etdirən eninə zolaqlı əzələlərdən və
fassiyalardan ibarətdir.
Gözün inkişafı
Göz almasının quruluş elementləri müxtəlif embrional
mayalardan inkişaf edir. Ən əvvəl ara beyinin divarının
qabarmasından göz qovuğu yaranır. Göz qovuğunun
ektodermaya təmas yerində büllur lövhə yaranır. Göz
qovuğu billur lövhə ilə təmas yerində qabarır və iki qatlı göz
piyaləsinə çevrilir. Göz piyaləsinin kənarlarında qüzehli
qişanın və kirpikli cisimin mayası xarici qişanın qalan
hissəsindən tor qişanın piqment epitelisi, daxili hissəsindən
isə onun işığa həssas hissəsi yaranır. Göz aıması inkişaf
etdikcə büllur lövhə göz piyaləsi boşluğuna kisə kimi qabarır
epitelidən ayrılıb, billur qovuğa çevrilir. Billur qovuğun
qişaya baxan hüceyrələrindən göz qovuğunu dolduran billur
liflər yaranır. Billurun üstündəki epiteli buynuz qişanın
epitellisinə çevrilir.
Gözün xarici qişası (damarlı və sklera) merenximadan
yaranır. Miatomların hüceyrə elementlərindən göz almasının
əzələləri formalaşır.
Göz almasının quruluşu
Göz almasının divarı xarici, orta və daxili qişalardan
təşkil olunmuşdur. Göz almasında işığı sındılran törəmə
mühit-billur, şüşəvari cisim, ön və arxa kameraların mayesi
olur. Xarici qişa buynuz sklera hissələrinə ayrılır. Xarici
qişanın ön hissəsi buynuz qişasıdır. Bu hissədə ön epiteli,
bazal zar, ön sərhəd zar, buynuzun xüsusi maddəsi, arxa
sərhəd zar və arxa epiteli qatları olur. Epitelin bazal
hüceyrələri, mitotik fəaldır, buna görə də zədələnmiş buynuz
qişa tez bərpa olunur.
Ön epiteli çox qatlı buynuzlaşmayan epiteldən olub, 5-7
hüceyrə layından ibarətdir. Bu qatda taktil hissiyyatı təmin
edən çoxlu reseptor qurtaracaqları olur. Ön epiteli
konyuktivanıepitelisinə kimi davam edir və göz vəzlərinin
sekretilə isladılır.
Bazal zar homogen zülal-polisaxarid lövhədir. Ön zar
(boymen) qaramalın buynuz qişasında aydın bilinir,
içərisində nazik kollogen liflər olur.
Buynuz qişanın xüsusi maddəsi əsas kütlə olub,
birləşdirici toxuma lövhəsindən və paralel yerləşən kollogen
fibrillərin dəstəsindən ibarətdir. Lövhələrin arasında
fibroblastlar və amorf maddə olur.
Buynuz qişanın xüsusi maddəsinin skleranın birləşdirici
toxumasına keçdiyi yer limb adlanır. Limb nahiyəsində ön
sərhəd zarın kənarı yerləşir və zar buynuzdan skleraya keçir.
Arxa sərhəd zar homogen lövhə olub, tərkibində kollogen
fibrillər olur.
Buynuz qişanın arxa səthinin yastı epitelisi bir qat
hüceyrələrdən təşkil olunmuşdur. Bu epiteli qüzehli qişanın
səthinin epitelilinə keçir.
Buynuz qişa güclü lupa rolunu oynayır. Bunda qan
damarları olmur, qidalanması gözün ön kamerasından və
limbanın damarlarından olur.
Buynuz qışa zədələnəndə qan damarları daxil olur,
qişanın optik xüsusiyyəti pozulur və buynuz qişada ləkə
əmələ gəlir.
Sklera xarici qişanın şəffaf olmayan arxa və ön yan
hissəsidir. Sıx birləşdirici toxumadan olub ağ rəngdədir.
Sklera buynuz qişa ilə sərhəddə mütəkkəbvari qalınlaşma
əmələ gətirir. Həmin mütəkkənin arxasında gözün on
kamerasında mayenin axmasını təmin edən venoz kələf
yerləşir

Muhazire 8. ÜRƏ– DAMAR SİSTEMİ.
Plan:1.Damar sisteminin orqanizimde rolu.
         2.Orqanizimde ureyin rolu ve finksiyasi.
 
                 Edebiyyat
1. Qasımov E.K. Histologiya atlası (azərbaycan, rus və ingilis dilində). Bakı: Oskar, 2010, 517 s.
2. Qаsımov E.K. Sitologiya. Dərslik. Bаkı: Time Print, 2013, 277 s.
3. Xüsusi histologiya /prof. E.K Qasımovun redaktəsi ilə. Bakı: Azərnəşr, 2013, 304 s.
                      ÜRƏ– DAMAR SİSTEMİ..
Ürək-damar sisteminə ürək, qan və limfa damarları
aiddir. Bu sistem qanın və limfanın orqanizmdə hərəkətini
təmin etməklə orqan və toxumalara oksigeni qida maddələri,
bioloji fəal maddələri çatdırır və metabolizm məhsullarını
orqanizmdən xaric edir.
Ürək
Ürək orqanizmdə qanı hərəkət etdirən əsas orqandır.
Məməlilərdə ürək bir-birinə bitişik sağ, sol yarım
hissələrdən, hər bir yarım hissə isə qulaqcıq və mədəcikdən
ibarətdir. Qulaqcıqlardan mədəciklərə tərəf açılan klapanlar
olur. Ürəyin divarında daxili endokard, orta miokard və
xarici epikard qişaları olur.
Rüşeym inkişafının 3 qatlı dövründə entoderma ilə
mezodermanın seqmentlərə bölünməmiş visseral vərəqi
arasında mezenximositlərdən bədənin selomik boşluğuna
qabaran 2 müstəqil borucuq inkişaf edir. Sonra mezenxim
borucuqları vahid borucuq kimi birləşir və bunlardan
endokard qişası yaranır. Mezodermanın endokarda söykənənvisseral vərəqi miokardial lövhə adlanır. Daxili mezenximborucuğuna söykənən hissə miokard, xarici hissə isə epikardmayasına çevrilir. Ürək klapanları endokarddan inkişaf edir,
sonra bunlara miokardın və epikardın birləşdirici
Endokard. Bu qişa qulaqcıq, mədəciklərin və onların
quruluş elementlərinin (klapanlar, məməvari əzələlər) üstünüörtən fasiləsiz örtükdür. Mənşəyinə və quruluşuna görə endokard qan damarlarının divarına uyğun gəlir. Mədəcik və qulaqcıqlar nahiyəsində endokardın divarı daxili endoteli,
orta əzələ elastiki və xarici birləşdirici toxuma qatlarından
ibarətdir. Orta qat elastiki liflərlə zəngin birləşdirici
toxumadan və onun üstündə yerləşən saya əzələ
hüceyrələrindən, xarici qişa isə boş birləşdirici toxumadan
olub, miokardın endomiziyinə keçir. Bu qatda qan damarları
və bəzi sahələrində keçirici əzələnin atipik hüceyrələri olur.
Mədəciklə qulaqcıqlar arasındakı klapanlar solda iki taylı,
sağda üç taylıdır. Klapanların hər iki səthi endoteli ilə örtülü olub, orta qatı sıx birləşdirici toxuma təşkil edir. Klapanların qulaqcıq səthi hamar, mədəcik səthi isə onun divarındakı
məməvari əzələlərin vətərlərinin bəndlənməsi üçün
çıxıntılara malikdir. Bu vətərlərin telləri mədəciklər güclü
sıxılanda klapanları qulaqcıqlara tərəf açılmağa və qanı geri qayıtmağa qoymur. Mədəciklərlə aorta və ağciyər
arteriyasının mənfəzindəki klapanlar aypara klapanlar
adlanır, vətər tellərinə malik deyil, ancaq qanın hərəkəti
istiqamətində açılır
Epikard perikardın vissersal vərəqi olub, ürəyin iri
damarlarının kökündə pariyetal vərəqə keçib, perikardial
boşluq əmələ gətirir. Bu boşluqda mezoteli hüceyrələrinin
hasil etdiyi seroz maye olur. Quruluşuna görə müxtəlif
istiqamətlərdə gedən elastiki, kollogen liflərə malik
birləşdirici toxumadan ibarət zərif seroz qişa olub, üstü
mezoteli ilə örtülür.            
Ürəyin divarı aortadan klapanların yanında ayrılan tac
arteriyaları ilə qidalanır. Bu arteriya əzələ elastiki tipli
arteriyalardan olub, bir çox xırda şaxələrə ayrılır, bu xırda
şaxələr arasında anastomozlar olur. Ürək klapanlarında
damarları olmur. Hər bir miosit iki kapillyardan qida alır.
Kapillyarlardan, qanı tac venalar toplayır və bu venalar
qulaqcığa açılır.
İstirahət zamanı ürəyin ritmik və avtomatik işlənməsini
onun keçirici sistemi təmin edir. Fəaliyyət dövründə
işi daima sinir sisteminin təsiri altında olur. Ürək simpatik
azan sinirlərin şaxələri ilə innervasiya olunur. Həmin ürəyin qişalarında sinir kələfləri və intramural sinir əmələ gətirir. Ürəyə gələn postganglionar sinir liflərinin
tərkibində ulduzvarı və ön döş simpatik düyününün aksonları
olur.

Muhazire 9.Qan yaradan orqanlar.
Plan:1.Qan bir orqandir.
          2.Qanin orqanizmde funksiyalari.
           3.Qan yaradan orqanlar.
                 Edebiyyat
1. Qasımov E.K. Histologiya atlası (azərbaycan, rus və ingilis dilində). Bakı: Oskar, 2010, 517 s.
2. Qаsımov E.K. Sitologiya. Dərslik. Bаkı: Time Print, 2013, 277 s.
3. Xüsusi histologiya /prof. E.K Qasımovun redaktəsi ilə. Bakı: Azərnəşr, 2013, 304 s.
                 QAN YARADAN VƏ İMMUN MÜHAFİZƏ
                                         ORQANLARI
Qan yaradan və immun mühafizə orqanları mərkəzi və
periferik orqanlara ayrılır. Heyvanlarda mərkəzi qan yaradan
orqanlara qırmızı sümük iliyi, timus, quşlarda bunlardan
başqa fabrisiyev kisəsi də aiddir.
Periferik qan yaradan orqanlara limfa düyünləri, dalaq
həzm traktında limfoid follikullar, hemolimfatik düyünlər,
quşlarda isə bunlardan başqa dəri və ağciyərdə aiddir.
Qırmızı sümük iliyində kambiyal hüceyrələrdən eritrositlər,
qranulositlər, trombositlər, V-limfositlər və T- limfositlərin
əcdadları yaranır. Timus vəzidə bu hüceyrələr T-limfositlərə
çevrilir. Mərkəzi qan yaradan orqanlarda limfositlərin
antigendən asılı olmayan çoxalması və ixtisaslaşması prosesi
gedir. Periferik qan yaradan orqanlarda T və V limfositlərin
çoxalması, spesifik xarakter qazanması, antigenin təsiri ilə
ixtisaslaşması, effektor hüceyrələrə çevrilməsi və həyat
fəaliyyəti başa çatmış hüceyrələrin məhv olması gedir. Qan
yaradan orqanların əsasını retikulyar toxuma, timus və
fabrisiyev kisəsində isə çıxıntılı epiteli hüceyrələri təşkil
edir. Retikulositlər makrofaglarla birlikdə müxtəlif
hüceyrələrin qarşılıqlı əlaqəsi, çoxalması, yetişməsi və vaxtı
çatmış hüceyrələrin parçalanması üçün xüsusi mikromühit
yaradır. Sinusoid kapillyarların və postkapilyar venulaların
xüsusi mühiti isə hüceyrələrin miqrasiyasını, qanın və
limfanın orqanlarda zəif axıb depolaşmasını təmin edir Bu yarımmaye qatılıqda olub, onurğalı heyvanların
sümük boşluqlarında yerləşir. Qırmızı və sarı sümük iliyi
olur. Qırmızı sümük iliyi yaşlı heyvanlarda yastı
sümüklərdə, fəqərələrdə və borulu sümüklərin epifizlərində
Qırmızı sümük iliyi heyvanlarda embrionda qığırdaq skeletin formalaşdığı dövrdə əmələ gəlir. Qoyunların 7
həftəlik embrionunda ətrafların qığırdaq skeletində
diafizlərdəki boşluqlarda osteoblast, osteoklast və
retikulositlərdən ibarət sümük iliyi yaranır. Sonra
mikrosirkulyator yatağın formalaşan damarları ətrafında
mieloid toxumanın tərkibinə daxil olan hemopoetik
hüceyrələrin sürətlə yaranması başlanır Sümük iliyinin endostdan ayrılan birləşdirici toxuma
atmaları anastomozlaşaraq, onun əsasını yaradır. Atmaların
arasındakı boşluqlarda çoxlu mikrosirkulyator damarların
daxil olduğu retikulyar toxuma yerləşir. Bu toxumanın
sinusoid kapillyarları ancaq yetişmiş formalı elementləri qan
damarlarına keçirir. Retikulyar toxumanın kapillyarları
arasında polipotent gövdə hüceyrələri, blastlar,
proeritroblastlar, promonositlər, metamielositlər,
prolimfositlər, meqakarioblastlar, meqakariositlər və qanın
yetişmiş formalı elementləri olur Qırmızı sümük iliyində 10%-dən çox piy hüceyrələri
olur. Aclıq zamanı bu hüceyrələrin piy əlavəsi olduğu kimi
qalır. Qırmızı sümük iliyi borulu sümüklərin diafizində sarı
sümük iliyinə keçir. Kəskin qan itirilmələrdə,
zəhərlənmələrdə və sairə proseslərdə sarı sümük iliyi qırmızı
sümük iliyi ilə əvəz olunur Timus heyvanlarda döş boşluğunda yerləşən tək cisim
traxeyanın yanlarında yerləşən cüt boyun hissələrindən
ibarətdir. Bu vəz öz immunogen funksiyanı hüceyrəvi və
humoral immunitetin yaranmasında əsas rol oynayan T
limfositlərinin müxtəlif populyasiyalarını yaratmaqla yerinə
yetirir. Bu funksiyanı vəz periferik limfoid orqanlarda
limfositlərə distant təsir göstərən timozin hormonu ilə həyata
keçirir.

Muhazire 10.Qanin formali elemetleri.
Plan:1.Qan terkibinde olan elementler.
          2.Qanin kimyevi terkibi.
           3.Orqanizimde qanin formal elementlerin rolu.
                 Edebiyyat
1. Qasımov E.K. Histologiya atlası (azərbaycan, rus və ingilis dilində). Bakı: Oskar, 2010, 517 s.
2. Qаsımov E.K. Sitologiya. Dərslik. Bаkı: Time Print, 2013, 277 s.
3. Xüsusi histologiya /prof. E.K Qasımovun redaktəsi ilə. Bakı: Azərnəşr, 2013, 304 s.
4. Hüseynov M.B., Quliyev M.İ. Embriologiya. Bakı: Təfəkkür, 2010, 158 s
Heyvanlarda əksər limfa düyünləri
embrional inkişafın ikinci yarısında formalaşır. Limfa
düyününün mayası limfa damarı ətrafında mezenximositlərin
çoxalması ilə başlanır. Sonra mayanın kənarında damarlar
birləşir, kənar cibcik yaradır, onların divarı mezenxim
hüceyrələr ilə birləşib kapsulanı və ondan ayrılan atmaları
yaradır. Limfa damarları düyün daxilində ara cibciklər gətirir, ara cibciklər mezenximadan əmələ gələn
toxumanı periferik qatda ovalvari törəmələrə, mərkəzi
isə beyin atmalarına ayırır. Kapsula birləşdirici toxumadan olub, düyünü əhatə edir,
və qapı hissəsində qalındır.
Kapsulada elastiki, kollogen liflər və qapı hissəsində t
saya əzələ hüceyrələri olur. Kapsuladan daxilə
birləşdirici toxumadan arakəsmələr-trabekullar gedir.
Trabekullar düyünün mərkəzində anastomozlaşırlar.
Limfa düyününün periferik hissəsində tünd boyanmıs limfa düyüncükləri, qabıqətrafı-parakortikal zona, mərkəzdəbeyin
maddəsində beyin qaytanları və sinusları olur. Qabıq
zonanın çox hissəsini və beyin qaytanları V limfositlər,
parakortikal zona isə timusdan asılıdır və T limfositlər
tərəfindən tutulur. Əksər heyvanlarda limfositlərin və yaranmasında mühüm rol oynayır. Qanda olan təsirinə antitel hasil edən və ya hüceyrə immunitetində
istirak edən hüceyrələr əmələ gətirir. Gəmiricilərdə dalaq
universal qan yaradan orqan olub, limfoid, eritroid və
qranulusitar hüceyrələr əmələ gətirir. Dalaqda ömrünü çatdırmış, eritrositlər makrofaqlar tərəfindən parçalanır,
parçalanma məhsulları orqanizmdə yeni eritrositlərin
yaranmasında istifadə olunur. Dalaq eyni zamanda qan Kapsula və atmalar sıx lifli birləşdirici və saya əzələ
hüceyrələrindən təşkil olunmuşdur. Kapsulanın üstünü
qişa örtür, seroz qişanın üstünü mezoteli örtür. Kapsuladanayrılan atmalar orqanın daxilində torvarı şəbəkə yaradır.Atmalarda arteriya və vena damarları olur. Kapsula vəatmalar istinad-yığılma aparatını təşkil edir. Saya əzələ hüceyrələri yığıldıqda dalaqdan depo qanı qan damarlarınaötürülür. Birləşdirici toxumada dalağa öz ölçülərinidəyişməyə imkan verən elastiki liflər çox olur. Hər iki sfinkter açılanda sinuslardan qan ümumi qana
qovulur. Bu hadisə orqanizmin oksigenə tələbatı artanda,
“simpatik sinir sistemi oyananda, sfinkterlər boşalanda,
dalağın kapsulasındakı və atmalarındakı saya əzələ
hüceyrələri yığılanda da olur.

Muhazire 11. ENDOKRİN VƏZLƏR
Plan:1.Orqanizimde olan vezler.
         2.Endokrin vezlerin funksiyalari.
          3.Endokrin vezlerinin orqanizimde rolu.
            
                 Edebiyyat
1. Qasımov E.K. Histologiya atlası (azərbaycan, rus və ingilis dilində). Bakı: Oskar, 2010, 517 s.
2. Qаsımov E.K. Sitologiya. Dərslik. Bаkı: Time Print, 2013, 277 s.
3. Xüsusi histologiya /prof. E.K Qasımovun redaktəsi ilə. Bakı: Azərnəşr, 2013, 304 s.
4. Hüseynov M.B., Quliyev M.İ. Embriologiya. Bakı: Təfəkkür, 2010, 158 s
                            ENDOKRİN VƏZLƏR
Çıxarıcı axarları olmayan, qan damarları ilə zəngin,
bilavasitə qana keçən bioloji fəal maddələr - hormonlar hasiledən vəzlər daxili sekresiya vəzləri adlanır. Hormonlar qanlabütün orqanizmə yayılaraq, maddələr mübadiləsini, boy inkişafı, çoxalma və sairə funksiyaları sinir sistemiləqarşılıqlı əlaqədə tənzim edir. Nəticədə orqanizmdə vahid neyroendokrn sistem yaranır. Bu sistem orqanizmin daxili
mühitinin stabitliyini və onun xarici mühitilə əlaqəsini edir. Bir vəzin hormonları digər vəzin hədəf hüceyrələrinə
təsir etməklə onun funksiyasını nizamlayır. Hər bir
hədəf hüceyrədə konkret bir reseptor tərəfindən tanınılır.
Kimyəvi tərkibinə görə hormonlar xolesterinin törəmələri
olan glikoproteidlərə və steroidlərə aiddir. Hipotalamusun neyronları qəbul etdiyi qıcığa cavab olaraq
neyrohormonlar hasil edir. Bu maddələr akson boyunca
hərəkət edərək, aksovazal sinapsla qana keçərək humoral
yolla hüceyrələrin funksiyasını ya artırır, ya da zəiflədir.
Neyrohormon afferent impulsa qarşı neyrosekretor
hüceyrənin verdiyi spesifik effektor siqnalıdır.
Beləliklə, neyrosekretor neyronlar endokrin vəzlərlə
mərkəzi sinir sistemi arasında ara şöbədir. Daxili vəzləri ektodermadan və sinir sisteminin embrional
mayalarından inkişaf edir. Endokrin vəzlərin təsnifatı
Daxili sekresiya vəzlərinə hipotalamusun neyrosekretor
nüvələri, hipofiz, epifiz, qalxanabənzər,
böyrəküstü vəzlər, mədəaltı vəzin endokrin hissəsi,
yumurtalıq, toxumluq, böyrəklər, ətənə və hormon hasil edənqeyri endokrnin orqanlarda yerləşən tək-tək aiddir. Bu vəzlər neyroendoskrin sistem əmələ gətirir və sistem mərkəzi, periferik şöbələrə və diffuz endokrin
sistemə ayrılır.
Mərkəzi şöbəyə hipotalamusun neyrosekretor nüvələri,
hipofiz və epifiz aiddir. Periferik şöbəyə qalxanabənzər
böyrəküstü, paraqalxanvari vəzlər, yumurtalıq, toxumluq,
böyrəklər, ətənə və başqa orqanlardakı hormon sintez hüceyrələr aiddir. Hipotalamusun mediobazal hissəsilə a
arasındakı morfofunksional əlaqə vahid hipotalamo kompleksin hipotalamoadenohipofizar sistemi adlanır.
Hipotalamusun neyrosekretor funksiyası noradernalin,
serotonin və asetilxolinin təsirilə tənzim olunur. Bu
neyroaminlər mərkəzi sinir sisteminin hipotalamusla olmayan zonalarında sintez olunur. Hipotalamusun neyrosekretor funksiyası noradernalin,
serotonin və asetilxolinin təsirilə tənzim olunur. Bu
neyroaminlər mərkəzi sinir sisteminin hipotalamusla
olmayan zonalarında sintez olunur. Hipotalamusun
funksiyası eyni zamanda simpatik sinir sistemi və epifizin
hormonları ilə də tənzim olunur. Hipotalamus ali mərkəz olub onun yerinə yetirdiyi inteqrasiyaedici
funksiyalardan biri endokrin vəzlərin fəaliyyətini tənzim
etmək və onların mərkəzi sinir sistemi ilə əlaqəsini
yaratmaqdır. Hipofiz pazvari sümüyün beyin səthində
araxasında hipofiz çuxurunda yerləşir. Bu vəz paxlavari
formada olub, qaramalda kütləsi 4 qram, donuzda isə 0,4
qramdır. Hipofiz 2 embirional mayadan inkişaf edir. maya ilikin ağız boşluğunun damından olub, baş beyinə istiqamət alan hipofizar cipdir. Bu epiteli mayası olub,
gələcəkdə bundan adenohipofiz yaranır. İkinci maya
mədəciyini dibinin qabarması olub, beyin cibciyi adlanır,
bundan neyrohipofiz inkişaf edir.

Muhazire 12.Deri ve onun toremeleri.
Plan:1.Derinin orqanizde rolu.
          2.Derinin funksiyalari.
          3.Derinin toremeleri haqqinda melumat.
                 Edebiyyat
1. Qasımov E.K. Histologiya atlası (azərbaycan, rus və ingilis dilində). Bakı: Oskar, 2010, 517 s.
2. Qаsımov E.K. Sitologiya. Dərslik. Bаkı: Time Print, 2013, 277 s.
                          DƏRİ VƏ ONUN TÖRƏMƏLƏRİ
Dəri çox funksiyalı, mürəkkəb orqandır. Dərinin əsas
funksiyası orqanizmi xarici mühitin zərərli təsirlərindən
müdafiə etməkdir. Dəridə çoxlu miqdarda mexano, xemo və
termo reseptorlar vardır.
Dəri maddələr müadiləsində, bədən temperaturunun
nizamlanmasında, bədəndən lazımsız maddələrin xaric
olunmasında və D vitaminin sintezində iştirak edir, suda və
havada daxili mühitin sabitliyinin təmin edilməsində mühüm
rol oynayır. Dəri qan deposu funksiyası yerinə yetirir. Dəri olan qanın 10%-ni özündə saxlayır. Eyni zamanda dəri
sorma funksiyasını yerinə yetirir, yağ həlledicilərində
hazırlanmış dərmanı maddələr dərinin piy qatında əriyərək
asanlıqla bədənə sorulur.
Dərinin piy vəzləri onun səthini yağlayaraq, tükləri
qırılmaqdan və dərini qurumaqdan müdafiə edir. Dəri
bədənin bir sıra yerlərində inkişaf və diferensiasiya edərək,
forma və quruluşunu dəyişir dəri törəmələrinə çevrilir. Dəri
törəmələrinə tüklər, dırnaq, caynaq, buynuz, tər, piy və süd
vəzisi aiddir. Minoqalarda buynuzlaşmış dişlər,reptililərdə
qın və caynaqlar quşlarda lələklər və dimdik, məməlilərdə
dırnaq, caynaq dırnaq pulcuqları, tüklər, yun və buynuzlar
nəinki özünü müdafiə üçün, eyni zamanda cinsiyyət
instiktinə, yırtıcılığa və bədən temperaturunun sabit
saxlanması üçün zəruridir. Piqmentasiya, immun
mexanizmlər, mexano, xemo və termoreseptorlar da dərinin
mühafizəedici komponentləri olub, xarici mühitdən müxtəlif
informasiyaların bədənə axımını təmin edir. Orqanizmin dəri mühafizəedici elementlərdir. Müxtəlif onurğalılarda
epidermis və onun törəmələri quruluşca fərqli olsalar da
aşağıdakı ümumi xüsusiyyətlərə malikdir:
1. Ektodermadan yaranan epiteli hüceyrələri altında
mezodermadan yaranan hüceyrələr olur;
2. Fasiləsiz olaraq, differensasiya olunan hüceyrələrin
başlanğıc populyasiyaları olur;
3. Derma keratinzasiya olunan bütün toxumalara təsir
edir. Heyvanların növ xüsusiyyətlərindən asılı olaraq dəri
spesifik dəri törəmələrinə malikdir. Məsələn, məməlilərdə
dırnaq, buynuz tük örtüyü, süd vəzisi, quşlarda dimdik,pipik
və lələkləri göstərmək olar.
Dəri 2 embrional mayadan inkişaf edir. Epidermiş
rüşeymin ektodermasından, xüsusi dəri və dərialtı piy
toxuması isə mezenximadan inkişaf edir.
Dərinin histoloji quruluşu
İnkişaf etmiş heyvanın dərisi 3 qatdan: dəri üstlüyü
yaxud epidermiş, xüsusi dəri yaxud derma və dərialtı piy qatı
Epidermiş çoxqatlı, yastı buynuzlaşmış epiteldən təşkil
olunmaqla derma ilə möhkəm bitişir. Epidermisin olaraq
Yırtıcıların barmaq yumşaqlıqlarında, qaramalın burun
dodaq aynasında, donuzların xortumunda epidermis qatı
Tüksüz dəridə epidermus 5 qatdan: bazal, tikanlı, dənəli,
şəffaf və buynuz qatlardan ibarətdir.
Bazal qatın hüceyrələri bazal zar üstündə yerləşən maya
epidermositlərdən təşkil olunmuşdur. Bunların arasında təktək
çıxıntılı melanositlər olur.

Muhazire 13.Teneffus uzuvleri.
Plan:1.Yuxari teneffus uzuvleri.
         2.Teneffus uzuvlerinin histoloji qurulusi.
         3.Embrionda teneffus uzuvlerinin inkisafi.
                 Edebiyyat
1. Qasımov E.K. Histologiya atlası (azərbaycan, rus və ingilis dilində). Bakı: Oskar, 2010, 517 s.
2. Qаsımov E.K. Sitologiya. Dərslik. Bаkı: Time Print, 2013, 277 s.
3. Xüsusi histologiya /prof. E.K Qasımovun redaktəsi ilə. Bakı: Azərnəşr, 2013, 304 s.
                         Teneffus uzuvleri
Tənəffüs orqanları orqanizmin xarici tənəffüsünü, yəni
oksigenin daxil olmasını, CO2-nin orqanizmdən xarici
olmasını təmin edir. Bu orqanlar eyni zamanda bədən
temperaturunu nizamlayır, qan deposudur və endokrin
funksiyanı yerinə yetirir. Qoxu və səs əmələgətirən da tənəffüs üzvlərinə aiddir.
Bu orqanlar sistemi hava aparan yollardan və respirator
şöbədən ibarətdir. Hava aparan yollara burun boşluğu,
qırtlaq, traxeya, ağ ciyər daxili, xarici bronxlar və
Respirator şöbəyə alveolyar bronxiollar, alveolyar
keçidlər, alveolyar kisələr və alveollar aiddir. Dəhliz çoxqatlı yastı epitellə örtülüdür. Onun altındakı
xüsusi qat boş birləşdirici toxumadan əmələ gəlmişdir.
Dəhlizdə tük örtüyü ( atlarda güclü ) və vəzlər olur. qişanın ön alt hissəsi qədəhvari hüceyrələrə malik bir qatlı
çox sıralı kirpikli epiteli ilə örtülüdür. Burun boşluğunun
selikli qişasının arxa üst hissəsində qoxu orqanı yerləşir.
Selikli qişanın xüsusi qatı boş birləşdirici toxumadan
çoxlu elastik liflərə və vəzlərə malikdir. Xüsusi qatdakı
vəzlərin və qədəhvari hüceyrələrin hasil etdiyi selik hava
xaricdən daxil olan toz hissəcikləri yapışdırır. Kipriklərin
hərəkəti seliyi burun udlağa tərəf ötürür və epiteli örtüyünü
təmizləyir. Selikli qişanın xüsusi qatının dərin hissəsində kavernoz venaların sıx toru yerləşir. Bunlar qanla dolub
şişkinləşir, havanın çox daxil olmasını məhdudlaşdırır və
daxil olan havanı isidir. Selikli qişanın xüsusi qatında limfa Qoxu orqanın quruluşu
Yuxarı və qismən orta burun balıqqulaqlarının selikli
qişasında qoxu analizatorunnun periferik şöbəsi yerləşir. hissə epitelə bənzər qat olub, reseptor (neyrosekretor),
istinad və bazal hüceyrələrdən ibarətdir. Qoxu hüceyrələri
epitel qatına çatan qısa periferik çıxıntılara və mərkəzi çıxıntılara malikdir. Periferik çıxıntıların formasına görə
qoxu hüceyrələri çubuq və kolbavari olur. Çubuqvari
hüceyrəlr miqdarca çox olur. Itdə bu hüceyrələrin miqdarı
250mln-r. Bu hüceyrələr epiteli qatının üstündə qoxu
toppuzu ilə qurtarır. Çoxu toppuzunun üstündə uzunluğu mkm olan qoxu kirpikləri olur. Bu kirpiklərin miqdarı
qaramalda 17, qoyunlarda 40-50, itdə 100-150-dir. Qoxu
kiprikləri mütəhərrikidir. Hər bir qoxu kipriyinin bazal
cisimcikdən ayrılan 9 cüt periferik və 1 cüt mərkəzi
mikroborucuğu olur. Kipriyin əsasında çoxlu mikroxovlar
olur. Istinad hüceyrələr trofik funksiyanı ifadə edir.
apikal səthində 5 mkm uzunluğunda mikroxovlar olur. Qoxu epitelin üstünü üç qatlı haşiyə örtür. Birinci qat
dərin qat olub, qoxu toppuzlarından və mikroxovlardan
ibarətdir, orta qat qoxu hüceyrələrinin qoxu kipriklərinin
distal hissələrindən, səthi qat isə qoxu kiprikləri ilə təmas
edən terminal örtükdür. Bu qatın qaramalda qalınlığı Xüsusi qatda elastiki, kollogen liflər, çoxlu limfositlər və
birləşdirici toxuma hüceyrələri olur.
Xüsusi qatın səthi və orta zonasında vəzlər, kavernoz
qan damarları və limfa damarları olur. Qoxu nahiyəsinin
selikli qişasında borulu-alveolyar vəzlər olur. Bunların
sekreti selikli qişanın üsünü isladır, bu selikdə qoxu verən
maddələr həll olur və reseptor hüceyrələrin şərait yaradır. Qoyunlarda və iri buynuzlu heyvanlarda vəzləri serozlu tüpürcək vəzlərini xatırladır.
Qırtlaq. Qırtlaq hava aparan yolların bir hissəsi olub,
səsin əmələ gəlməsini təmin edir. Qırtlağın divarı selikli,
fibroz-qığırdaq və adventisiya qişalarından ibarətdir. qişa qırtlaq qapağının ön və yuxarı hissəsinin arxa başqa, qalan hissələrdə çox sıralı prizmatik epitellə
örtülüdür. Bu epitelidə qədəhvari selik hasil edən
də olur. Qırtlaq qapağının qeyd olunan hissələri və səs
bağlarının üstü çoxqatlı yastı epiteli ilə örtülüdür. Xüsusi
qatın boş birləşdirici toxuması elastiki liflərlə zəngindir.
Qırtlağın ventral divarında limfa follikulları və zülallı hasil edən borulu – alveolyar vəzlər yerləşir.
Orta qişa qığırdaq və sıx birləşdirici toxumadan təşkil
olunmuşdur. Qalxanvari, üzükvari və çalovvari hialin, qırtlaq qapağı və pazvari qığırdaqlar isə elastiki
qığırdaq toxumasından əmələ gəlmişdir. Adventisiya boş
birləşdirici toxumadandır.
Traxeyanın histoloji quruluşu
Traxeyanın divarı selikli, lifli-qığırdaq və adventisiya
qişalarından ibarətdir.
Selikli qişa bir qatlı çoxsıralı kiprikli prizmatik epitellə
örtülüdür. Bu qatda quruluşuna və funksiyasına görə
fərqlənən apikal səithində kirpiklər ol Traxeyanın selikli qişasının xüsusi qatı boş formalaşmamış birləşdirici toxumadan olub, elastiki  zəngindir, bu liflər orqanın uzununa yerləşərək, havanınkeçməsinə mane olan eninə büküşlər əmələ gətirir. Selikaltı
qat folrmalaşmamış birləşdirici toxumadan olub, selikli hasil edən vəzlərin uc şöbələrinə malikdir, bunların
axarları selikli qişanın üstünə açılır.
Lifli qığırdaq qişa sıx birləşdirici toxumadan və ardıcıl
yerləşmiş hialin üzükvari qığırdaq həlqələrindən ibarətdir.
Qığırdaq həlqələr dorsaldan açıq olub, saya əzələ hüceyrə
dəstələrilə birləşir. Adventisia boş birləşdirici.
Bronxların histoloji quruluşu
Bronxlar qurluşuna və tənəffüs aktında iştirak etməyinə
görə böyük mənfəzli (baş və çiyərxarici paycıq broxlar), mənfəzli (ağciyər parenximası), kiçik mənfəzli bronxlara bronxiolalara ayrılır. Broxiolalar 1-2 və ya çox respirator
bronxiollara ayrılır. Bunlar isə alveola keçidlərinə, alveola
keçidləri alveola kisələrinə və alveollara keçir.
Çiyər xarici bronxların quruluşu traxeyaya oxşayır.
Orta mənfəzli bronxların daxili səthi bir qatlı çoxsıroalı
kirpikli, kiçik mənfəzli broxlarda isə bir qatlı bir sıralı
kirpikli epitellə örtülüdür.
Traxeyanın divarındakı hüceyrələrlə bərabər kiçik
mənfəzli bronxlarda və bronxiolalarda sekretor (klar)
hüceyrələr, haşiyəli və kirpiksiz hüceyrələr də olur.

Muhazire 14.Hezm uzvleri.
Plan:1.Hezm uzuvlerinin histoloji ve sitoloji qohumlugu.
         2.Embrionda hezm uzuvunun inkisafi.
                 Edebiyyat
1. Qasımov E.K. Histologiya atlası (azərbaycan, rus və ingilis dilində). Bakı: Oskar, 2010, 517 s.
2. Qаsımov E.K. Sitologiya. Dərslik. Bаkı: Time Print, 2013, 277 s.
                         HƏZM ÜZVLƏRİ
Bütün heyvanlar heterotrof orqanizmlərə aiddir.
Heyvanların normal inkişafı, böyüməsi və çoxalması üçün
onlar mütləq yemlə hazır üzvi maddələri qəbul
Çünki heyvanlar qeyri-üzvi maddələrdən üzvi maddələri
sitez edə bilmir. Heyvanat aləmi aftotrof orqanizmlərin və
onların biosintetik proseslərinin hesabına yaşayır.
Orqanizmə daxil olmuş üzvi maddələrin bir qismi onun
təbiətinə uyğun yeni makromolekulların sintezinə, digər
qismi isə oksidləşərək orqanizm üçün lazım olan enerjinin
alınmasına sərf olunur. Heyvan həzm orqanları vasitəsilə
yemi qəbul edir, yem mexaniki və kimyəvi təsirlərə qalıb parçalanır. Yem mədə və bağırsaqlarda kimyəvi
hissələrinə parçalandıqdan sonra nazik bağırsaqların
divarından qana və limfaya sorulur. Yemin sorulmamış
hissəsi kal halında nazik bağırsaqdan yoğun bağırsağa
Həzm sistemi hər iki ucdan xarici mühitlə əlaqəsi olan
boruvari orqan olub, daxili səthi selikli qişa ilə ötürülür.
Həzm orqanları embrional inkişafın erkək dövründə sadə
boru şəklində olub, bədənin orta xəttində yerləşir. Bu ilk bağırsaq borusunun ön və arxa ucları qapalı olub, bir
ilə yumurta sarısı kisəsinə birləşir. Bağırsaq borusu etdikcə onun ön və arxa ucundan boru daxilinə doğru
əmələ gətirir. Bu çıxıntının ön hissəsi ağız çıxımı, arxa
hissəsi isə anus çıxımı adlanır. Bu zaman bağırsaq
borusunun ön ucu udlaq zarı ilə qapalı olur. Bu zar ilk
bağırsaq borusunu ilk ağız boşluğundan ayırır. Udlaq zarı
bağırsaq və ilk ağız boşluğu epitelindən təşkil Rüşeym inkişaf etdikcə udlaq zarı yırtılır, nəticədə həzm
kanalı ağız boşluğuna açılaraq xarici mühitlə əlaqələnir.
bağırsaq borusunun kaudal ucu kloaka ilə nəhayətlənir.
Kloaka xaricdən zarla qapanır, kloaka zarı entodermal və
ektodermal epitelidən təşkil olunmuşdur. Ilk bağırsaq
müxtəlif şöbələrə ayrılır. Həzm sistemi ön, orta və arxa
bağırsaq şöbələrinə ayrılır. Ön şöbəyə ağız boşluğu, udlaq
yem borusu aiddir. Bu şöbə yemi qəbul edib, mexaniki
işlənmədən keçirir, ağız suyu vəzilərinin şirəsi isə yemi
isladır və orta şöbəyə nəql edir.
Orta şöbəyə mədə və bağırsaqlar aiddir. Bu şöbədə
qidanın kimyəvi işlənməsi, fermentativ parçalanma
məhsullarının qana və limfaya sorulması gedir və kal
Arxa şöbə düz bağırsağın qısa anal hissəsi olub, kalın
xaric olunmasını təmin edir. Həzm borusu daxildən xaricə
doğru selikli, əzələ və seroz qişalardan təşkil olunmuşdur.
Daxili, yaxud selikli qişa. Bu qişanın selik hasil edən
epitel hüceyrələri selikli maddə hazırlayaraq selikli qişa
səthinə ifraz edir, bu da onu həmişə sürüşkən halda Selikli qişanın sürüşkənliyi yemin hərəkətini
asanlaşdırmaqla, həm də selikli qişanı sürtünmədən Selikli qişaya ifraz olunan sekresiya kimyəvi tərkib və
miqdarına görə həzm sisteminin ayrı-ayrı şöbələrində
müxtəlif olur. Selikli qişa mürəkkəb quruluşa malik
Epitel qatıSelikli qişanın bu qatı epitel toxumasından
təşkil olunmuşdur. Həzm orqanlarının müxtəlif şöbələri
funksiyasından asılı olaraq müxtəlif epiteldən təşkil
olunmuşdur. Belə ki, ağız boşluğu, yem borusu və
gövşəyənlərin mədəönlərinin daxili səthi çoxqatlı yastı
epitel ilə örtüldüyü halda, əsil mədə (şirdan) və bağırsaqlarınSelikli qişanın xüsusi qatı.
Bu qat başlıca olaraq boş birləşdirici toxumadan təşkil
olunmuşdur. Həzm sisteminin bəzi şöbələrində (məs. və nazik bağırsaqlarda) bu qatda çoxlu vəzilər olur.
Selikli qişanıəzələ qatıƏzələ qatının əsasını saya
əzələ toxuması təşkil edir. Həzm sisteminin bəzi (yem borusu, mədə və gövşəyənlərin mədə önlərində) bu yaxşı inkişaf etdiyi halda, digər şöbələrində (nazik və bağırsaqlarda) zəif inkişaf etmişdir. Əzələ qatı selikli birləşdirici toxuma əsasında yerləşir və onu tən ortadan laya bölür. Əzələ qatının hüceyrələrinin yığılması
nəticəsində selikli qişada bir sıra büküşlər əmələ gəlir.
Selikaltı qat. Bu qat boş lifli birləşdirici toxumadan
təşkil olunmuşdur. Selikli qişanın bütün qatlarını
qidalandıran əsas damar və sinir lifləri bu qatda geniş tor
Orta, yaxud əzələ qişasıOrta qışa əzələ toxumasından
təşkil olunmuşdur. Həzm sisteminin ayrı-ayrı şöbələrində qişanı təşkil edən əzələ toxuması eyni deyildir. Belə ki, boşluğu, udlaq, gövşəyən heyvanların və itin yem borusu
boyu bu qişa eninə zolaqlı əzələ toxumasından təşkil
ibarətdir. Atlarda yem borusunun əzələ qişasının 2/3 və donuzlarda mədəyə yaxın hissəyə kimi eninə zolaqlı toxumasından təşkil olunmuşdur.
Mədə və bağırsaqların əzələ qişası saya əzələ
toxumasından ibarətdir. Əzələ qişası həzm sisteminin şöbələrində iki qatdan – daxili dairəvi və xarici boylama
qatlardan ibarətdir.
Əzələ qatları arasında birləşdirici toxuma yerləşir. Bu da
qan damarları və sinirlərin keçməsini təmin edir.

Muhazire 15.Sidik-Cinsiyyet uzuvleri.
Plan:1.Sidik-Cinsiyyet uzuvleri histoloji qohumlugu
          2.Boyreklerin funksiyasi.
          3.Sidik axarlarinin embriogenetde inkisafi.
                 Edebiyyat
1. Qasımov E.K. Histologiya atlası (azərbaycan, rus və ingilis dilində). Bakı: Oskar, 2010, 517 s.
2. Qаsımov E.K. Sitologiya. Dərslik. Bаkı: Time Print, 2013, 277 s.
3. Xüsusi histologiya /prof. E.K Qasımovun redaktəsi ilə. Bakı: Azərnəşr, 2013, 304 s.
4. Hüseynov M.B., Quliyev M.İ. Embriologiya. Bakı: Təfəkkür, 2010, 158 s
                            SİDİK-CİNSİYYƏT SİSTEMİ
Sidik ayıran orqanlara böyrəklər, sidik axarları, sidik
kisəsi və sidik buraxıcı kanal aiddir. Bu orqanlar
orqanizmdən maddələr mübadiləsinin son məhsullarının
xaric olunmasını təmin edir və orqanizmdə su-duz
mübadiləsini tənzim edir. Böyrəklər qana, qan yaranmanı
tənzim edən eritropoetin və qan təzyiqini tənzim edən renin
Embrional inkişaf zamanı böyrəklər ardıcıl olaraq ön
böyrək, ilk böyrək və son böyrək formasında əmələ gəlir.
Ön böyrək mezodermanın seqment ayaqcıqlarının 8-10
kranial seqmentlərindən formalaşır. Bunlar ardıcıl olaraq birbiri
ilə birləşir, mezonefral axar əmələ gətirir.
Ilkin böyrək bədənin axırıncı seqmentlərinin seqment
ayaqcıqlarından formalaşır. Bunların dorsal qurtaracaqları
mezonefral axara açılır. İlk böyrəyin xarakter xüsusiyyəti
onun kanalcıqlarının arterial kapilyar torla sıx funksional
əlaqədə olmasıdır. Kapilyar yumaqcıqları sidik kanalcığının
divarına yapışaraq ikiqatlı kapsula əmələ gətirir. Kapsulanın
boşluğuna qanın plazmasının filtrasiya məhsulları toplanır.
Kapilyar yumaqcığı və kapsula birlikdə böyrək cisimciyi
əmələ gətirir. Heyvanın embrional inkişafı dövründə ilkin
böyrək sidik ayıran orqan kimi fəaliyyət göstərir.
Son böyrək bunlardan sonra yaranır və embrional
inkişafın 2-ci yarısında fəaliyyət göstərir. Bu böyrək rüşeym
bədənin kaudal hissəsindən mezodermin seqmentlərə
bölünməmiş sahəsindən əmələ gəlir. Bu böyrəyə inkişaf
prosesində volf axarından kanalcıqlar sistemi bitişir.
Nəticədə sidik axarları, böyrək ləyəni, böyrək qədəhləri və
sidik toplayıcı kanallar yaranır. Seqmentlərə bölünməyən
nefrogen toxumadan son böyrəyin sidik kanalcıqları sistemi
eyni zamanda böyrək cisimciklərinin kapsulasının epitel qatı
formalaşır. Böyrəklərin quruluşu
Böyrəklər üstdən birləşdirici toxumadan təşkil olunmuş
kapsula ilə əhatə olunmuşdur. Orqanın parenximası periferik
qabıq maddədən və mərkəzi beyin maddədən təşkil
olunmuşdur. Müxtəlif növ heyvanlarda böyrəklərin anatomik
quruluşu fərqlidir. Əksər məməlilərdə böyrəklər paycıqvarı
quruluşa malikdir. Paycığın qabıq və beyin maddələri
fərqlənir. Qabıq maddənin xarakter quruluş elementi böyrək
cisimciyidir. Böyrək cisimciyi kapilyar yumaqcığından,
yumaqcıq kapsulasından və qıvrım kanalcıqlardan ibarətdir.
Beyin maddəsinin tərkibi düz kanalcıqlardan ibarətdir. Qabıq
və beyin maddələr arasında sərhəd aydın bilinir. Qabıq
maddə beyin maddənin piramidaları arasından enərək böyrək
sütunları əmələ gətirir. Qabıq maddəsinə gedən düz kanallar
Böyrək parenximasının funksional quruluş vahidi
nefrondur. Böyrəklərdəki nefronların miqdarı 1-2 milyondur.
Nefronlar müxtəlif seqmentlərdən iəşkil olunmaqda birbirindən
quruluşuna, orqandakı vəziyyətinə və sidiyin
formalaşmasında iştirakına görə fərqlənirlər. Nefronun
uzunluğu 18-20, hətta 50 mm-ə qədər çatır. Insan
böyrəyindəki bütün nefronların uzunluğu 100 km-ə
Nefronun proksimal kor qurtaracağı genişlənir və xüsusi
boşluğa daxil olur. Nəticədə kapilyar yumaqcığını örtən
şarvari, ikiqatlı kapsula əmələ gəlir. Kapsula və onun əhatə
etdiyi kapilyarlar böyrək cisimciyi adlanır. Böyrək
cisimciyinin damar və sidik qütbləri olur. Damar qütbündən
böyrək cisimciyinə qan gətirici arteriyola daxil olur, çıxarıcı
arteriyola isə xaric olur. Sidik qütbü nefronun proksimal
qıvrım kanalına keçir. Bu kanal qabıq maddədə böyrək
cisimciyi yanında qıvrılır. Qıvrım kanal beyin maddəyə daxil
olan proksimal düz kanla keçir, bu kanal isə nefronun
ilgəyinin nazik kanalına keçir. Qabıq nefronlarının 80% qısa
olub tamamilə qabıq maddədə, 20% nefronlar isə beyin maddənin ətrafında yerləşir, bunlar da yukstamedulyar
nefronlar adlanır. Bu nefronların uzun nazik kanalı beyin
maddəsinə enir, nazik kanalın arxasında distal düz kanal
başlanır. Bu kanal qabıq maddəyə öz böyrək cisimciyinə
tərəf qalxır, damar qütbünü keçərək qıvrım distal kanala
keçir, bu kanal qövsvari toplayıcı kanala, ordan da sidik
toplayıcı düz kanala açılır. Sidik toplayıcı düz kanallar qabıq
maddənin beyin şüalarında və beyin maddəsində yerləşir. Bir
neçə sidik toplayıcı kanal məməcik kanalına açılır, sidik
məməcik kanalından böyrək qədəhinə, ordan ləyənə və sidik
Böyrək cisimciyində kapilyar yumaqcığın divarından
qanın plazmasından kapsula boşluğuna ilkin sidik süzülür.
Kapilyarların endoteli qatı çox nazik olur. Endotelin yastı
hüceyrələri çoxlu miqdarda diametri 70-90 nm olan
məsamələrə malikdir və bu məsamələrin əksərinin
diafraqması olmur. Hüceyrələrin nüvə hissəsi qalındır və
yumaqcığın mezangial hüceyrələri ilə təmasda olur. Axırıncı
hüceyrələr ulduzvari formada olub kapilyarların və digər
orqanların perisitlərinə uyğun gəlir. Kapsulanın daxili vərəqi
birqatlı hüceyrələrdən- podositlərdən ibarət olub, bazal zarda
yerləşir. Bazal zar isə podositlərlə kapilyarların endotel
hüceyrələri arasında olur. Podositlər yastı hüceyrələr olub,
onların bazal səthindən bir neçə ilkin çıxıntılar –
sitotrabekullar ayrılır. Sitotrabekullardan çoxlu ikincili
çıxıntılar- sitopodilər ayrılır. Podosit çıxıntılarının ümumi
uzunluğu 1-2 mkm-ə bərabərdir. Hüceyrənin sitopodiləri
qonşu hüceyrələrin sitopodiləri ilə çarpazlaşır və ilkin sidiyin
filtrasiyasını təmin edən mürəkkəb hüceyrə ara yarıqları
əmələ gətirir. Yumaqcığın kapilyar torunda hərəkət edən
qanla ilkin sidiyi toplayan kapsulanın arasında yeganə
fapsiləsiz qat bazal zardır. Bu zarın qalınlığı 0,15 mkmdir,
fibrillərin torundan və qlikoproteidlərdən ibarətdir. Zarın
daxili, xarici şəffaf, orta mikrofibrillər saxlayan tünd qatları
var.шаблоны для dle 11.2