» » TURİZM VƏ ONUN TƏŞKİLİ

TURİZM VƏ ONUN TƏŞKİLİ - 22-may, 2020, 08:06

#

   Ədəbiyyat:  
  Turizmin əsasları:  B.Ə.Bilalov     
                                    Ç.G.Gülaliyev
   Mövzu: 1.    TURİZM VƏ ONUN QISA TARİXİ     (müəllim – Şirəliyev Vüqar )
        
             Plan:  
 
             1.  Turizmin təşkili işi
             2.  Turizmin inkişafı
             3.  Turizmin müxtəlif formaları
             4.  Səyahət və turizm
         
Turizm – fəal istirahətin geniş yayılmış və ən kütləvi növüdür. Hər il minlərlə insan səyahət həvəskarları sırasına qoşulur və getdikcə turizm daha geniş yer alır.
   Turizmin təşkili işi istirahət və əyləncənin ən fəal formalarından biri olmaqla yanaşı həmdə bir çox sosial-iqtisadi, mədəni –siyasi və kulturoloji funksiyaların həyata keçirilməsində xüsusi əhəmiyyət kəsb edir. Turizm müasir dünyanın qlobal əhəmiyyətə malik olan, sosial və iqtisadi əlaqələrini tənzimləyən, müxtəlif ölkələr və xalqlar arasında qarşılıqlı münasibətlər yaradan, biznes maraqlarının əhatə dairəsini genişləndirən sahədir.
Zəngin insanlar hər zaman böyük binalar, sənət əsərləri görmək, yeni dillər öyrənmək, digər ölkələrin mədəniyyətini bilmək və fərqli mətbəxtlər dadmaq üçün səyahət etmişlər. Turist sözü 1772 –ci,  turizm sözü isə 1811 –ci ildən işlədilir.
     Turizm əsasən sosial –iqtisadi sahə kimi XIX əsrin ortalarından inkişaf etməyə başlamışdır. Bu dövrə qədər isə turizm fərdi gəzinti və səyahət xarakteri daşımış, qeydiyyatı düşmədən müxtəlif əraziləri, ölkələri gəzən adamlara  “turist” demişlər.
Hal –hazırda isə turizm bütün dünya miqyasında sosial-iqtisadi sahə kimi inkişaf etmişdir.  Qeyd etmək lazımdır ki, ədəbiyyatlarda kütləvi turizmin ilk təşkilatçısı ingilis səyyahı Tomas Kuk adlı şəxs hesab olunur.O, hələ 1841-ci ildə  Lankasterdən Dolnqboruqa qədər dəmir yolu ilə 570 –nəfərin kütləvi gəzintisini təşkil etmişdir. Bu hadisə ilə Tomas Kuk müasir turizmin əsasını qoymuşdur. O, həmçinin 1847 –ci ildə səyahət və ekskursiyalar cəmiyyəti yaratmış, bir qrup zəngin ingilis vətəndaşının Aralıq dənizində səyahətini təşkil etmişdir. XIX -əsrin sonunda Tomas Kuk tərəfindən yaradılmış bu cəmiyyət 53 ölkədə fəaliyyət göstərən və 324 şöbəsi olan möhtəşəm bir konsernə çevrilmişdir.Həmin konsernin 12 min əməkdaşı olmuşdur. Amerikanlar da ingilislərdən geridə qalmamış, turizm ilə  məşğul olan <<Amekso>>  adlı şirkət yaratmışlar.
Əksər turistlər, səfər etdiyi ölkələrin milli adət və ənənələri, xalq yaradıcılığı nümunələri ilə çox maraqlanırlar. Beynəlxalq turizm insanlar arasında nəinki mədəni, siyasi, iqtisadi əlaqələr yaradır. Turizmin inkişafı aşağdakı istiqamtlərdə  sosial- iqtisadi və texnoloji əhəmiyyət kəsb edir:
Turizmin təşkili əsasında yeni iş yerləri açılır və müəssisələr yaranır
Yerli əhalinin əlavə gəlir və qazanc əldə etmək imkanları meydana gəlir
Yerli mallara daha çox istehsal təlabatı yaranır. Yeni bazar açılır
Ölkədə turizmin inkişafının yeni infrastrukturu formalaşır. Həmçinin, bütün xidmət obyektləri, kommunal sahələr modernləşdirilir
Turizmin inkişafı ilə əlaqədar olan yeni ixtisaslar və texnologiyalar meydana gəlir
Ətraf mühitin qorunmasının əhəmiyyəti daha düzgün dərk olunur və bu istiqamətdə cəmiyyət tərəfindən əsaslı işlər görülür
Torpağa münasibət yaxşı mənada köklü şəkildə dəyişir, ona qayğı artır
Dövlət səviyyəsində səhiyyə xidməti də yeni keyfiyyət zəmnində inkişaf etdirilir və dünya standartlarına uyğunlaşdırılır. Beləliklə də, cəmiyyətin həyatında əsaslı inkişaf baş verir.
      Turistlərin sığınmaları, əylənib istirahət etməsi üçün edilən otel, motel, pansiyonlar, çimərliklər, restoran və düşərgə sahələri, əyləncə yerləri, idman və ovçuluq müəssisələri,
bunların hamısı turizm qurum və ya təşkilatlarıdır. Bu təşkilatların sayı, rahatlığı, xidmət qrupunun gülərüzlüyü, nəqliyyatın rahat olması və s. ölkəyə turist axınını artırır. Turizmi inkişaf etdirən bir başqa fakta tarixi abidələrin bolluğudur.
   Hüquqi baxımdan turizm –səyahət edənin müvəqqəti və könüllü olaraq, həmçinin qeyri ticarət və qeyri –iş səbəbindən yaşayış yerini dəyişməsi ilə əlaqədar qarşılıqlı əlaqə və xidmətlərin cəmidir. İqtisadi baxımdan turizm – ayrıca götürülmüş ölkənin təsərrüfat kompleksi çərçivəsində onun ayrı-ayrı sahələri arasında müxtəlif əlaqələrə malik nəhəng iqtisadi sistemdir ki, bu əlaqələrə də müəssisələr tərəfindən istehsal edilən mal və xidmətlər aiddir.
1993-cü ildə  BMT –nin statistika Komisiyyası, Ümumdünya Turizm Təşkilatı  (ÜTT) tərəfindən dəstəklənən və beynəlxalq təcrübədə geniş istifadə edilən “turizm” anlayışı qəbul edilmişdir.  Turizm daim yaşayış yerindən kənarda yerləşən yerlərə bir ildən artıq olmamaq şərti ilə, istirahət. işgüzar və digər məqsədlərlə səyahət edən şəxslərin fəaliyyətidir. Turizm anlayışında 3 meyar mövcuddur:  daimi yaşayış mühitindən kənara yerdəyişmə; hərəkətin müvəqqəti xarakteri; səyahətin məqsədi.
Turizm anlayışı 2 qrupa bölünür:
Dar ixtisaslaşan (sahəvi) anlayışlar- xüsusi tapşırıqların yerinə yetirilməsi üçün nəzərdə tutulan, həmçinin hüquqi tənzimlənmə, statistik uçot və sosial siyasətdə istifadə edilən.
Konseptual anlayışlar – turizmin strukturunu əks etdirən.
   Konseptual anlayışa görə turizm – daim yaşayış yerindən kənara, əmək fəaliyyəti ilə məşğulluqla deyil, mədəni, sağlamlıq, rekreasiya, zövq almaq, əyləncə və digər məqsədlərlə, həmçinin gəlir əldə etmədən səyahət etməkdir.
Klassik anlayışa görə isə  turizm – daim yaşayış yerindən başqa ölkəyə və ya öz ölkəsi daxilində digər əraziyə , asudə vaxta zövq almaq, istirahət, müalicə-sağlamlığ, dərketmə, dini, işgüzar  və digər məqsədlərlə, həmçinin gəlinən ərazidən haqqı ödənilən fəaliyyətlə məşğul olmadan insanların hərəkəti başa düşülür.
Turizmi səyahətdən fərqləndirən və aydın müəyyənləşdirən 5 əsas əlamət vardır:
müvəqqəti yerdəyişmə, destinasiyaları görmə və geri qayıtma;
destinasiya – müəyyən xidmət dəstini təqdim edən, turistin təlabatlarına cavab verən, onun gecələmə, daşınma, qida, əyləncə və s. təkliflərinin təminatını reallaşdıran ərazi;
humanitar tərkibi və istiqaməti ilə seçilən turizmin məqsədi;
asudə vaxtda turist səfərinin həyata keçirilməsi;
destinasiyalarda turistin yerli mənbədən haqqı ödənilən fəaliyyətlə məşğul olmasının qadağan edilməsi.
Turizmin 6 əsas məqsədi onun əlamətlərini müəyyən edir və turizmi səyahətdən fərqləndirir:
sağlamlaşdırma (insanın mənəvi və fiziki gücünün bərpası, həmçinin müalicəsi )fəaliyyəti;
dərketmə (təbii hadisələr, qədimi və müasir insan, ölkə və xalqların tarixi və mədəniyyəti haqqında biliklərin təkmilləşdirilməsi və möhkəmləndirilməsi ) fəaliyyəti;
idman (professional və həvəskar saviyyədə yarış və oyunlara hazırlıq və iştirakçı olmaq, idmançıları müşayiət etmək, həmçinin tamaşaçı qismində iştirak etmək) turizmi;
işgüzar (biznes səyahətləri, konfrans, konqres, seminarlarda iştirak, təcrübələrin bölüşdürülməsi, professional tədris) fəaliyyəti;
dini (zəvvarlıq, tarixi-mədəni, din və mədəniyyətlərin öyrənilməsinə əsaslanan səyahətlər) turizm fəaliyyəti.
 qonaq və nostalji (qohumları görmək, tarixi yaşayış ərazilərinə səyahət ) fəaliiyəti.
Turizmin müxtəlif funksiyaları da vardır ki, onlara aşağdakılar aiddir:
bərpaedici – şəraitin və fəaliyyət növlərinin dəyişdirilməsi yolu ilə insanın yorğunluq hislərindən azad olunması:
inkişaf etdirci  - şəxsiyyətin inkişafı üçün imkanların ( əhatə dairəsinin, yaradıcılıq və təşkilatçılıq fəaliyyətinin genişləndirilməsi) verilməsi:
əyləncə  - istirahət edənlərə əylənmək üçün imkanların (yerli ərazi, onun sakinləri ilə tanışlıq, konsert, idman və digər tədbirləri təşkil etmək, aktiv istirahət ) verilməsi;
iqtisadi  - turistin tələb və təklifləri əsasında meydana gələrək, əhalinin əmək qabiliyyətini, məşğulluq səviyyəsini və gəlirlərini təmin edir;
sosial - əhalinin həyat səviyyəsinin artımı, büdcənin paylaşdırılması və asudə vaxtın səmərəli istifadəsi.
Səyahət və turizm.  Səyahət və turizm bir birinə çox yaxın anlayışlardır.
V.A.Kvartalnov turizmin səyahətdən fərqini göstərən 5 əsas xüsusiyyəti ayırmışdır (2003)
           1.  Səyahətdən fərqli olaraq turizm – kifayət qədər qısa müddət ərzində insanların yerini dəyişməsidir.
           2.  Turizm – insanların daimi yaşayış yerindən müəyyən məqsədlərlə digər ərazi, rayon, şəhər və ölkəyə getməsidir.
           3. Asudə vaxt anlayışı – turizmin istirahət vasitəsi kimi ümumilikdə izah edilməsi ilə müəyyən edilir.
           4.  Dövlətlər tərəfindən turizm üçün qoyulan gömrük, vergi və digər rejimlərin nəzarəti altında olan turizmdə fəaliyyət növlərini dəqiq ayırmağa şərait yaradan turizmin məqsədi vacib kateqoriya hesab edilir.
           5.  Turizm  - əksər ölkələrdə iqtisadiyyatın vacib sahəsi olmaqla, yerli əhalinin məşğulluğu, otel və restoranların mütəri ilə dolması, xarici valyutanın daxil olmasını təmin edir. Turizm – yerli turizm ehtiyyatların istismarına əsaslanaraq, həmin region və ölkəyə böyük həcmdə gəlir gətirir.
  Beləliklə, turizm – dəqiq müəyyən edilmiş məqsədi ilə səyahətin xüsusi və kütləvi halı olmaqla, turistlər vasitəsilə həyata keçirilir. Turizmin təşkili və reallaşması isə turizm fəaliyyətidir. Turizm sanayesinin və müxtəlif sahələrin müəssisələri tərəfindən turizm reallaşır. Səyahət – məkan və zaman çərçivəsində insanın yerini dəyişməsi, səyahətçi isə məqsəd, istiqamət və hərəkət vasitəsindən aslı olmayaraq, qısa müddət ərzində səyahət edən şəxsdir.
 
 
 
 
 
                     Mövzu: 2.     Turizm fəaliyyəti, onun strukturu və xüsusiyyətləri
                                        (müəllim – Şirəliyev Vüqar )
             Plan:  
 
             1.  Turizm fəaliyyəti
             2.  Turizmin inkişafı baxımından turizm müəssisələrinin rolu
             3.  Turizm müəssisələrinin fəaliyyətinin əhəmiyyəti
             4.  Məsləhət xidmətlərinin alınması
 
Daimi yaşayış yerindən dərketmə maraqlarının təmini, müalicə-sağlamlıq, işgüzar və digər məqsədlərlə müvəqqəti getmənin müxtəlif formalarının təşkili ilə əlaqədar olan fəaliyyət - turizm fəaliyyətidir. Turizm fəaliyyətinin reallaşdırılmasmda əsas rol turizm müəssisələrinə məxsusdur. Turizm müəssisələri turist xidmətləri istehsalçıları ilə (otel, restoran, nəqliyyat şirkətləri və s.) istehlakçıları (turistlər) arasında vasitəçi rolunu oynayır. Uzun bir zaman və vəsait sərf etməklə turist özünü müəyyən şəraitlə tam təmin etmək istəyən vaxt turizm müəssisələrinə tələbat yaranır. Turistin özünü təmin etmək istədiyi şəraitlərə aşağıdakılar aiddir:
    -  daimi yaşayış yerindən kənarda uzunmüddətli səyahətlərdə
olmaq;
yüksək səviyyədə gedilən xüsusi maraqlı yerlərə səyahətlər;
yalnız turist firmalarının köməyi ilə məqsədlərə nail olunan səyahətlər;
     -  bir neçə nəqliyyat növünün istifadəsi ilə çoxlu sayda əraziləri görməyi əhatə edən səyahətlər.
Turizmin inkişafı baxımından turizm müəssisələrinin rolu əsasən aşağıdakı hallarda özünü büruzə verir:
-    təqdim edilən xidmətin keyfiyyətinin yüksəldilməsi və ayrı- ayrı turizm növləri üzrə fəaliyyətin genişləndirilməsi baxımından yerləşmə vasitələri, qida müəssisələri, nəqliyyat şirkətləri və turizm sənayesinin digər sahələrinə aktiv təsirində;
-    turizm baxımından yararlı olan bütün ərazilər üzrə turistlərin daha bərabər paylanması, həmçinin infrastrukturun optimal istifadəsi və mövsümlük amilinin təsirinin azaldılması məqsədilə səyahətlərin zamana görə bölüşdürülməsinin təmini ilə ayrı-ayrı region və turizm mərkəzlərinə axma təsirdə;
-  səyahətdə iştiraka əhalinin bütün təbəqələrinin cəlb edilməsində.
Turizm müəssisələrinin fəaliyyətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir:
-  səyahət edənlərin vaxtlarına qənaət edilməsi. Turizm müəssisələrinin xidmət təqdim edənlərlə daimi əlaqə və turizmə təsir edən amillər (pasport-viza və gömrük rəsmiyyətçiliyi, nəqliyyat və s.) haqqında biliklərə malik olması, səyahət üçün vacib olan şəraiti qısa zaman ərzində turistlər üçün təmin etməyə imkan verir;
-  turizm müəssisələri tərəfindən təqdim edilən nəqliyyat və yerləşmə sahəsində daha aşağı qiymətlərin qüvvədə olması ilə turistin maddi xərclərinin kifayət qədər azaldılması imkanları;
-   məsləhət xidmətlərinin alınması. İnternet vasitəsilə turizm xidmətlərinin müstəqil şəkildə alınması imkanı turizm müəssisələrinin rolunu nəinki azaldır, hətta səyahətin təşkilində əhəmiyyətini artırır. İnternet böyük həcmdə informasiyanın ötürülməsinə qadir olsa da, turistin tələbatına uyğun otel, restoran və ticarət mərkəzlərinin seçimində tövsiyə verə bilməz. İnternetdən fərqli olaraq turizm müəssisələrinin əməkdaşı bilik və təcrübəsini bölüşməklə, hara getmək və səyahət zamanı nə etmək sahəsində qərarların qəbul olunmasında turistə yüksək səviyyəli məsləhət verə bilər.
                 
                   
                Mövzu;  3       İnsan və cəmiyyət üçün turizmin əhəmiyyəti
                                        (müəllim – Şirəliyev Vüqar )
 
                 Plan:
               
                 1.  Turizmin siyasi əhəmiyyəti
             2.  Turizmin ictimai əhəmiyyəti
             3.  Turizmin bioloji əhəmiyyəti
             4.  Turizmin iqtisadi əhəmiyyəti
                                      
Turizmə bir sıra xarici amillər təsir etməklə yanaşı, turizm özü də inkişaf etdiyi ölkə və regionlarda iqtisadi, siyasi, ekoloji, sosial-mədəni şəraitə təsir etmək qabiliyyətinə malikdir. Həmçinin, bu təsirlərin müsbət və mənfi tərəfləri mövcuddur. Y.F.Volkov turizmin siyasi, tərbiyəvi, mədəni, ictimai, bioloji və iqtisadi əhəmiyyətini ayırmışdır (2003):
Turizmin siyasi əhəmiyyəti. Turizmin siyasi, xüsusilə beynəlxalq əhəmiyyəti dedikdə müxtəlif qitə və dövlətlərin sakinlərinin dünyagörüşü və fikirlərinin mübadiləsi, onların bir- birinə yaxınlaşması başa düşülür. Xalqlar arasında əlaqələrin yaranmasına şərait yaradan turizm, sülh əməkdaşlığının əsasım qoyaraq, sülhün möhkəmləndirilməsi yolları və vasitələrindən biri kimi çıxış edir. Hər hansı bir ölkə və onun vətəndaşları haqqında kitab, radio, kino, internet, televiziyadan alınan və bəzən doğru olmayan informasiyadan fərqli olaraq turizm, ölkə barəsində daha dolğun fikir bildirməyə imkan yaradır. Müvafiq olaraq ölkəyə səyahət zamanı yerli sakinlərlə turistlər arasında fikir mübadiləsi doğru olmayan informasiyanı dəyişə bilər.
Turizmin tərbiyəvi əhəmiyyəti. Turizmin tərbiyəvi əhəmiyyəti müxtəlif ölkələrin ərazisinə səyahət edərək, oradakı ictimai həyatı müşahidə edən, iqtisadiyyat və mədəniyyət sahəsində uğurlarla tanış olan səyahət iştirakçılarının dərketmə qabiliyyətlərinin artmasından ibarətdir.
Turizmin mədəni əhəmiyyəti. Turizmin mədəni əhəmiyyəti dedikdə yeni şəhərlər və onların əhalisi, tarixi, adət-ənənələri, incəsənəti, memarlığı, teatr, ədəbiyyat, kino, musiqi sahəsində uğurları ilə tanışlıqdan sonra turistin şəxsi mədəni səviyyəsinin yüksəlməsi, həmçinin xarici dillər üzrə biliklərin təkmilləşdirilməsi başa düşülür.
Turizmin ictimai əhəmiyyəti. Turizmin ictimai əhəmiyyəti dedikdə səyahət iştirakçılarının həmrəyliyi, yoldaşlıq və qarşılıqlı qonaqpərvərlik, özünü sərbəst aparmaq, məsuliyyətli, dəqiq olmaq,
istənilən vəziyyətdə özünüidarəetmə, təbiətə və yerli əhaliyə həssas və qayğı ilə münasibət başa düşülür.
Turizmin bioloji əhəmiyyəti Turizmin bioloji əhəmiyyəti əlverişli iqlim şəraitində fiziki gücün bərpasında özünü göstərir ki, bunun da nəticəsi olaraq sağlamlığın yaxşılaşması, əla əhval-ruhiyyə, əmək qabiliyyətinin yüksəlməsi və çalışmaq arzusu əmək məhsuldarlığının artımını şərtləndirir.
Turizmin iqtisadi əhəmiyyəti. Dövlət üçün turizmin iqtisadi əhəmiyyəti xüsusi önəm daşıyaraq, nəinki göstərilən xidmət rolunda, həmçinin xidmətin ayrı-ayrı elementlərinin tələbatçısı kimi çıxış edir. Turizm iqtisadi həyatın müxtəlif sahələrinə dolayı yolla təsir göstərir.
Q.A.Yakovlevə görə turizmin əsas təsir istiqaməti iqtisadiyyat olmaqla, turizm - ölkə və regionların iqtisadi inkişafında katalizator funksiyası daşıyır, daha perspektiv və güclü artım tempinə malik sahədir (2006).
Müəlliflərin əksəriyyəti turizmin 4 təsir sahəsini - iqtisadi, sosial, ekoloji və humanitar istiqamətləri ayırırlar.
Turizmin iqtisadi əhəmiyyəti turistin tələb və təklifi sahəsində özünü göstərir. Tələbat 3 qrupa bölünür: əsas, spesifik və əlavə. Əsas tələbata nəqliyyat vasitələri ilə hərəkət, yerləşmə və qida tələbatları aiddir. Spesifik tələbatda müalicə, zövq almaq, ünsiyyət, əyləncə və s. əsas götürülür. Əlavə tələbatlar xidmət və ticarət müəssisələri, mədəni və əyləncə qurumları tərəfindən təmin edilir.
Tələbat vasitəsilə turizm ölkə və ya regionun təsərrüfat fəaliyyətini stimullaşdırır. Belə ki, turizm sahəsindəki müəssisələrin gəlirləri artır, xidmət sferasının inkişafı stimullaşır, müəyyən bir regionun mal və xidmətlərinə təklif yüksəlir, nəqliyyatın yük dövriyyəsi çoxalır. Turizm yerli infrastrukturu inkişaf etdirərək, əlavə iş yerləri yaradır, ona xidmət edən sahələrə stimullaşdırıcı təsir göstərir.
Turizmin ölkə və ya regionun iqtisadiyyatına birbaşa və dolayı təsirləri də mövcuddur. Turizmin iqtisadiyyata birbaşa təsiri turistin mal və xidmətlərə sərf etdiyi məsrəflərin nəticəsi olaraq, ölkə və regionun gəlirlərini çoxaldır, vergi və turizm sənayesinin digər  müəssisələri hesabına dövlət büdcəsinin artımını təmin edir. Turizmdən gələn gəlirlər turistlərin sərf etdiyi məsrəflər nəticəsində yaranır ki, bunlara da istirahətdə xidmət paketi, yerləşmə, qida, nəqliyyat, rekreasiya, mədəni və idman növlü fəaliyyət, səhiyyə xidmətinə sərfiyyatlar aiddir. Gəldiyi ərazidə turistin xərclədiyi vəsait nəinki region, həmçinin ümumilikdə ölkə üçün böyük gəlir formalaşdırır.
Turizmin iqtisadiyyata dolayı təsiri müəyyən zaman və məkanda turistin mal və xidmətlərə sərf etdiyi məsrəfin təkrarlanması effektində özünü büruzə verir ki, bu da multiplikasiya effekti və ya multiplikator adlanır. Başqa sözlə, turistin xərclədiyi vəsait regionun iqtisadiyyatına xidmət edir, mal və xidmətlərdən alman gəlirlər hesabına işçilərin əmək haqqı ödənilir, digər ərazilərdə istehsal olunan məhsulların alınmasına sərf olunur.
Turizmin regional inkişafda əhəmiyyəti durmadan artır. Turizm müəssisələrinin müxtəlif regionlarda yaradılması iqtisadi inkişafın gücləndirilməsi və bərabərləşdirilməsinə şərait yaratmaqla, əlavə iş yerlərinin meydana gəlməsini, yerli təbii abidələr və mədəni- tarixi irs nümunələrinə diqqətin artırılmasını, onların mühafizəsini, yerli məhsul istehsalına tələbin yüksəlməsini şərtləndirir.
Ümumi iqtisadi amillər turizmə həm mənfi, həm də müsbət təsir göstərirlər. Müsbət təsir edən amillər nəticəsində turizm xidmətlərinin potensial tələbatçılarınm real gəlirləri artır, turizm təklifləri çoxalır, turist xidmətlərinin tələbatçıları arasında gəlirlər daha bərabər bölünür, valyutanın kursu stabil olur. Mənfi təsir edən amillər nəticəsində iqtisadi böhran müşahidə olunmaqla, işsizlərin sayı artır, məvaciblərin həcmi azalır, valyutanın kursunda qeyri- sabitlik hiss edilir.
Turizmin sosial əhəmiyyəti cəmiyyətin psixofızioloji ehtiyatlarının və insanların əmək qabiliyyətinin bərpasından (asudə vaxtın səmərəli istifadəsi, iş yerlərinin yaradılması və əhalinin məşğulluğunun artırılması, yerli əhalinin mədəni səviyyəsinə təsir edilməsi, müəssisələrdə çalışanlar və xüsusi mülkiyyətçilərin  gəlirlərinin təmin edilməsi, turizmin ekoloji təhlükəsizliyinə, ətraf mühitin mühafizəsinə nail olunması) ibarətdir.
İnkişaf edən turizm sənayesi əhalinin məşğulluğu problemini həll etmək imkanına malikdir. Belə ki, turizmin inkişafı işsizlik səviyyəsinin azalmasına şərait yaradır. Dünya təcrübəsi göstərir ki, turizm sənayesi digər regionlardan əlavə əmək ehtiyatlarını əraziyə cəlb edir, bu da əhalinin sayının artması ilə nəticələnir. Turizm sahəsində əmək ehtiyatları əsasən otel və restoran təsərrüfatında, nəqliyyat şirkətləri və turizm müəssisələrində (turoperator və turagentlik) cəmlənib. Turizmdə əmək fəaliyyəti və məşğulluq aydın hiss olunan xüsusiyyətlərə malikdir. Belə ki, turizmdə natamam məşğulluq, qeyri-normal iş günü, iş yerlərinin mövsümü xarakteri, istedadsız işçi qüvvəsinin xüsusi çəkisi mövcuddur. Turizm sferasında işləmək üçün yerli sakinlər, yeniyetmələr, tələbələr, evdar xanımlar cəlb olunurlar.
Əhalinin həyat səviyyəsinin yüksəlməsinə turizm birbaşa və dolayı yolla təsir edir. Birbaşa təsir nəticəsində turfirmalarm gəlirləri artır və onların işçilərinin yaşayış səviyyəsi yüksəlir. Dolayı təsir nəticəsində həm gələn turistlər, həm də yerli əhali üçün nəzərdə tutulan geniş xidmət şəbəkəsi formalaşır. Digər sahələrlə müqayisədə turizmdə iş yerlərində məvacib yüksəkdir ki, bu da tələb və təklifin çox olmasına gətirib çıxartmışdır. Qeyd edək ki, turizm əməktutumlu sahə kimi avtomatlaşdırma və mexanikləşdirmənin təsirinə məruz qalmır.
Turizmin ekoloji əhəmiyyəti dedikdə onun ekoloji şəraitə ikitərəfli təsiri başa düşülür. Turizm ətraf mühitə ziyan vuraraq, insan, eləcə də fauna və floranın təbii həyat şəraitini dəyişdirir. Turizmin ətraf mühitə mənfi təsirləri arasında nəqliyyat vasitələri ilə atmosfer havasının çirkləndirilməsi və torpaqların həddən artıq səviyyədə istifadəsi xüsusilə fərqlənir.
Turizmin ətraf mühitə müsbət təsiri kimi onun təbiətin mühafizəsində maraqlı olması çıxış edir. Təbii və mədəni-tarixi obyektlərin istismarı zamanı turizm onlara ziyan dəyməməsi üçün olduqca maraqlıdır. Qulluq olunan park və meydanlar, təbiət qoruqları yaxşı istirahətə xidmət edir və turizm müəssisələrinin reytinqinin yüksəlməsini şərtləndirir.
Turizm təbii tarazlığı əksər hallarda pozduğundan, təbii və tarixi-mədəni obyektlərin göstərişi onların saxlanılması və bərpasını tələb edir. Ona görə də yerli vergi formasında turfırmadan götürülən vəsaiti ümumilikdə səmərəli şəkildə istifadə etmək lazımdır. Belə ki, həmin vəsaitin regionun təbii obyektləri, tarixi abidələri, park və meydan komplekslərinin saxlanılması üçün istifadəsi daha məqsədəuyğundur.
Turizmin humanitar əhəmiyyəti dedikdə hərtərəfli inkişaf edən şəxsiyyətin formalaşması üçün turizmin imkanlarından istifadə başa düşülür. Turizm insanın əhatə dairəsini genişləndirir, onun intellektual səviyyəsini qaldırır, istirahəti ətraf dünyanı dərketmə, ölkə və regionun tarixini, mədəniyyətini, yerli adət-ənənələrini öyrənmək ilə birlikdə reallaşdırmağa imkan verir. Turizmin təsiri ilə cəmiyyətin humanitar inkişafının 4 istiqaməti mövcuddur: istirahətin dərketmə ilə birlikdə aparılması, sülhə nail olmaq, turizm və ekskursiyanın intellektual tərkibi, cavan nəslin tərbiyəsi.
Ölkə və regionun görməli yerlərinə baxış turistlər üçün böyük əhəmiyyət daşıyır. Belə ki, səyahətdə göstərilən obyekt və eşidilən informasiya turistin yaddaşında uzun müddət qalmaqla, müxtəlif ölkələrdə yaşayan xalqların mədəniyyəti və adət-ənənəsi ilə tanışlıq insanı mənəvi cəhətdən zənginləşdirir. Kiçik yaşdan başlayaraq uşaqlara mədəni-tarixi və adət-ənənələrə dair biliklərin verilməsi onların əhatə dairəsinin genişlənməsində, estetik zövqlərin formalaşmasında, cəmiyyət və ətraf mühitə həssas yanaşmada, yaradıcılıq qabiliyyətinin inkişafında böyük əhəmiyyət daşıyır.
                Mövzu:  4      Turizmdə işlədilən əsas termin və anlayışlar
                                          ( müəllim – Şirəliyev Vüqar )
 
             Plan:
 
             1.  Turist anlayışının müəyyən edilməsinə fərqli yanaşmalar
             2.  Turist hesab edilməyən səyahətçilərin ayrıldığı xüsusiyytlər
             3.  Turistlərin səyahətdə həyat tərzindən aslı olaraq ayrıldığı qruplar
             4.   Səyahətdə olan turistin hüquq və vəzifələri
       
Dövlətlərin müəyyən iqtisadi maraqları çərçivəsində normativ aktlarda əks olunan çoxsaylı “turist” anlayışları vardır. Məhz bu anlayışlar ətrafında mütəxəssislər 50 ildən artıqdır ki, çalışırlar. “Turist” anlayışı ilk dəfə olaraq Millətlər Liqasının Statistika Məsələləri üzrə Xüsusi Ekspertlər Komitəsi tərəfindən 1937-ci ildə irəli sürülmüşdür. Xüsusi Ekspertlər Komitəsinə görə müəyyən əraziyə əmək fəaliyyəti və məşğulluqdan kənar, müvəqqəti gələn şəxslər turist sayılırdı.
“Turist” anlayışının hərtərəfli təhlilini D.Frextlinq aparmışdır (1976). O, təhlil nəticəsində 4 əsas meyar irəli sürmüşdür: səyahətin məqsədi; nəqliyyat vasitələrinin istifadəsinin tipi; ərazidə qalmağın davamlılığı; qət edilən məsafə. Ümumi qəbul olunmuş qaydaya görə sonuncu 2 meyar əsas götürülür. Ərazidə qalmağın davamlılığı BMT-nin tərtib etdiyi anlayış olub, burada turistin getdiyi yerdə 24 saatdan çox və 12 aydan az bir müddətdə olması vacibdir. Bəzi ölkələrdə (məsələn, ABŞ) məsafə anlayışına önəm verirlər. Belə ki, ABŞ-da Turizm Ehtiyatlarının Qiymətləndirilməsinin Milli Komissiyasına görə evindən işgüzar, əyləncə, şəxsi və ya istənilən digər məqsədlərlə (iş yerinə getməyi çıxmaqla) 50 mildən çox məsafəyə uzaqlaşan turist hesab edilir.
E.Köen “turist” anlayışının geniş izahını verən 6 əsas meyar irəli sürmüşdür (1974): daimilik, könüllülük, istiqamət, məsafə, dövrlülük (periodiklik) və məqsəd. Ona görə turist - müvəqqəti səyahətçi adlanır, könüllü olaraq və zövq almaq məqsədilə səyahət edir və sonda başlanğıc nöqtəsinə qayıdır. Bu anlayış zaman və məkan sərhədlərinin olmaması kimi çatışmazlıqlara malikdir.
1963-cü ildə Romada keçirilən BMT-nin “Beynəlxalq turizm və səyahətlərə dair” konfransında “səyahətçi”, “turist” və “ekskursiyaçı” terminlərinin istifadəsi təklif edilmişdir. Konfransda “daimi yaşamayan və məbləği ödənilən professional fəaliyyətlə məşğul olmayan ölkəyə gələn, boş vaxtını müalicə, əyləncə, təhsil, istirahət, dini, idman və ya işgüzar məqsədlərlə keçirən şəxsin turist adlanması” qəbul olunmuşdur. Yaşayış mühitindən kənarda yerləşən ərazilərə 12 aydan artıq olmayan müddətdə, eləcə də məvacibi həmin yerli mənbədən ödənilən fəaliyyətlə məşğul olmamaq məqsədilə səfər edənlərə “səyahətçi” deyilir. BMT-nin konfransında
“səyahətçi” anlayışının istifadəsi statistik məqsədlər üçün tövsiyə edilmişdir. “Səyahətçi” anlayışının tərkibinə həm “turist”, həm də “ekskursiyaçı” anlayışları daxildir. Beynəlxalq təşkilatlar tərəfindən qəbul olunmuş “turist” anlayışı “ekskursiyaçı” anlayışından fərqlənir. Belə ki, turist - daimi yaşayış yerindən kənarda sutkadan artıq, ekskursiyaçı isə daimi yaşayış yerindən kənarda sutkadan az vaxt keçirir.
ÜTT-nin tövsiyələrinə görə xarici hava və dəniz gəmilərinin heyət üzvləri də turist kateqoriyasına daxildir ki, onlar da səfər edilən ölkədə yerləşmə vasitələrində bir gecədən az olmamaq şərti ilə qalırlar. Ekskursiyaçı kateqoriyasına dəniz və
kruizlərinin sərnişinləri (gəminin göyərtəsində yaşayan), xarici hava və dəniz gəmilərinin ölkəyə bir gündən artıq olmayaraq müvəqqəti gələn heyət üzvləri, həmçinin birgünlük tranzit səyahətçilər aiddir.
Turist - müvəqqəti olaraq ərazini, yaşayış məntəqəsini, ölkə və ya regionu zövq almaq və ya müalicə, işgüzar, dərketmə məqsədilə səyahət edən, vətəndaşlığından, milliyyətindən, cinsindən, dil və dinindən asılı olmayaraq həmin yerə 24 saatdan az və 12 aydan çox olmayan müddətə gələn, öz ölkəsindən və ya yaşayış mühitindən kənarda qalan və bunu fərdi və ya kollektiv yerləşmə vasitələrində ən azı bir gecələmə ilə reallaşdıran, bu zaman yerli mənbədən haqqı ödənilən fəaliyyətlə məşğul olmayan şəxslərdir.
“Turizm haqqında” Azərbaycan Respublikasının 1999-cu il 4 iyun tarixli qanunu “turist” anlayışını aşağıdakı kimi müəyyən etmişdir:
Turist - sağlamlaşdırıcı, dərketmə, tanışolma, professional, işgüzar, idman, dini və digər məqsədlərlə, haqqı ödənilən fəaliyyətlə məşğul olmamaq şərti ilə 24 saatdan 12 aya qədər müddətdə müvəqqəti olaraq ölkəyə gələn vətəndaşdır.
Turist hesab edilməyən səyahətçiləri aşağıdakı xüsusiyyətlərinə görə ayırırlar:
-   daimi yaşayış yerini dəyişən miqrantlar; müəyyən yaşama yeri olmayan köçərilər, küçə sərsəriləri (tüfeyli həyat sürənlər);
-   qaçqın və məcburi köçkünlər;
-   məvacibi müvəqqəti olaraq gəlinən ərazidən ödənilən fəaliyyətlə məşğul olmaq üçün səyahət edən şəxslər;
-   qastarbayterlər və frontalyerlər (sərhədyanı rayonların sakinləri);
-   diplomatik strukturların nümayəndələri;
-   hərbi xidmət məqsədilə səyahət edən hərbiçi və onların ailə
üzvləri;
-   qeyri-leqal miqrantlar;
-   müəyyən ölkə və regiondan vətəninə təhvil verilən
məhbuslar;
-   turist səfərlərində qatarlarda gecələyən qrup üzvləri;
-   turist səfərlərində avtobus salonlarında gecələyən qrup
üzvləri;
-   kupe və kayutlarda gecələyən gəmi və qatarların heyət
üzvləri;
-   gələn yerdə gecələyən hava gəmilərinin heyət üzvləri.
Turistlər səyahətdə aktivliyindən və həyat tərzindən asılı olaraq təsnif edilir. Turistlərin səyahətdə aktivliyindən asılı olaraq 6 qrupa bölünməsi qəbul olunmuşdur:
     1. Sakit istirahəti sevən turistlər - gündəlik stressdən azad olmaq və sakit şəraitdə dincəlmək üçün səyahət edən şəxslər olmaqla, günəş, qum və dənizə üstünlük verirlər;
     2. Zövq almaq istəyən turistlər - istirahət zamanı müxtəlif zövq axtarışı ilə məşğul olmaqla, yüksək təbəqənin yaşayışına üstünlük verirlər;
     3. Aktiv istirahət edən turistlər - ətraf mühit və təbiəti sevməklə, bədən quruluşlarına əlavə ağırlıq və güc verir, təmiz havada gəzmək və hərəkəti üstün tuturlar;
     4. İdmanla məşğulluğa üstünlük verən turistlər - aktiv istirahət edənlərdən fərqli olaraq əsas diqqəti yarışlara verir, onlar üçün idman əsas xobbi sayılır;
     5. Dərketmə və öyrənmə məqsədilə istirahət edən turistlər - özlərinin təhsil səviyyələrinin yüksəldilməsi və yeni məlumatların öyrənilməsində maraqlı olmaqla, əsasən görməli yerləri səyahət edirlər;
     6. Macəra həvəskarı olan turistlər - təhlükə, qorxu, qeyri-adi həyəcan hiss etmək arzusu ilə daima risk altında olmağa üstünlük verirlər.
Səyahətdə həyat tərzindən asılı olaraq turistlər 4 qrupa ayrılır:
     1. Zövq həvəskarı olan turistlər - istirahətin keyfiyyətinə xüsusi əhəmiyyət verərək, səyahətə özünün yaxşı tərəflərini göstərmək vasitəsi kimi yanaşırlar;
      2. Ənənəvi turistlər - zövq həvəskarlarından yüksək həyat şəraitinin arzusunda olmadıqları ilə fərqlənməklə, onlar üçün istirahət özünü tapmaq və şəxsiyyət kimi göstərmək imkanıdır;
       3. Ailəvi turistlər - ailə, dost və qohumların əhatəsində istirahət edərək, sakit şəraitə əhəmiyyət verir və münasib qiymətə olan xidmətlərdən yararlanırlar;
       4. Hərtərəfli istirahət edən turistlər - əsasən passiv qrupa aid olmaqla, istirahət zamanı eksperimentlər həyata keçirməyi üstün tutmayaraq, ümumi tərzi saxlamağa (çoxlu yatmaq, dadlı və davamlı qidalanmaq, qısa məsafələrə piyada yürüş və s.) çalışırlar.
Tədqiqatın məqsədindən asılı olaraq müxtəlif turist tipologiyası mövcuddur. Daha geniş yayılmış turist tipologiyası isə alman mütəxəssisi Q.Qana məxsusdur. Q.Qan 6 turist tipi ayırır: S, F, W-l, W-2, A, B.
      1. S turist tipi (almanca Sonne, Sand, See - günəş, qumlu çimərlik, dəniz) -turist dəniz kurortlarında passiv istirahətə, sakitlik və komfort şəraitə üstünlük verir;
      2. F turist tipi (almanca Ferme und Flirtorientierter Eriebnisur Lauber - uzaq məsafələrə səyahət) - cəmiyyət əhatəsində olmaq, zövq almaq və təəssüratların bir-birini əvəz etməsi əsas kredosu olan turist o ərazilərdə məzuniyyətini keçirir ki, orada nə isə baş verir;
      3. W-l turist tipi (almanca Wald und Wanderorientiert - meşədə gəzinti və yürüş həvəskarı) - məzuniyyətdə aktiv istirahət və piyada yürüşə önəm verən turist istirahətdə yaxşı fiziki formanın saxlanılmasına can atır, lakin idmanla professional səviyyədə məşğul olmur;
      4. W-2 turist tipi - turist həvəskar deyil, idmançı olmaqla, uzunmüddətli və böyük fiziki güc-qüvvə saxlayır, landşaft-mədəni- tarixi meyarlar ikinci əhəmiyyət daşıyır;
      5. A turist tipi (almanca Abentener - macəra) - macəra, risk, yeni təəssüratlar, gözlənilməz vəziyyətdə öz gücünü sınaqdan keçirmək və təhlükə istirahətdə turistin seçimini müəyyən edir;
      6. В turist tipi (almanca Bildung und Besichtigung - təhsil və görməli yerlərə baxış) - turistlər “ekspertlər”, “emossionallar”,
“mütəxəssislər” olmaqla, 3 qrupa bölünür və görməli yerlərə səyahət edir, təbiətə, tarixə, incəsənət və mədəniyyətə önəm verirlər.
Turistin motivlərinə aşağıdakılar aiddir:
-  yeni mədəniyyət və həyat tərzi, qida və adət-ənənə ilə tanışlıq və öyrənmək;
-  əyləncə, gecə həyatı ilə tanışlıq, yaxşı kafe və restoranları görmək imkanı əldə etmək;
-  həyatın digər obrazlarında olmaq, vəsait xərcləmək, özünü yüksək səviyyədə hiss etmək;
-  ümumi şəraiti dəyişmək, stressi atmaq, istirahət etmək;
-  teatr, tamaşa, festival və karnavalların iştirakçısı olmaq;
-  yeni və maraqlı insanlarla görüşmək;
-  ölkədə biznes üçün potensial şəraiti öyrənmək;
-  şoppinq etmək, suvenir və hədiyyə almaq;
-  dənizdə istirahət etmək, idmanla məşğul olmaq;
-  müalicə almaq;
-  dini-zəvvarlıq etmək;
-  qohum və dostlarla görüşmək.
Turistin məqsədlərinə aşağıdakılar aiddir:
-  zövq almaq və istirahət - uzunmüddətli dövr ərzində iş fəaliyyətində yaranan stressin götürülməsi, fiziki və mənəvi gücün bərpası;
-  müalicə və sağlamlıq - kurort, sanatoriya, müalicə-sağlamlıq müəssisələrinə səyahət, mineral sular, iqlim, müalicəvi palçıq və digər vasitələrlə müalicə;
-  işgüzar - konfrans, iclas, sessiya, idman tədbirlərində, konqres, ticarət yarmarkaları, sərgilərdə iştirak, leksiya oxumaq, konsert vermək, saziş imzalamaq, təhsil və elmi-tədqiqat fəaliyyəti.
Səyahətdə olan turistin aşağıdakı hüquqları vardır:
-  ölkə və ya müvəqqəti gəlinən ərazidə yerli əhalinin adət- ənənəsi, dini mərasim, müqəddəslər, təbiət və tarixi-mədəni abidələr, ətraf mühitin vəziyyəti haqqında dəqiq və lazımi informasiya almaq;
-  ölkə və ya müvəqqəti gəlinən ərazidə qəbul olunmuş məhdudlaşdırım tədbirləri nəzərə alaraq, hərəkət azadlığı və turizm ehtiyatlarına yiyələnmək;
-  şəxsi təhlükəsizliyin, istehlakçı hüququnun, əmlakın mühafizəsinin və maneəsiz təcili-tibbi yardımın göstərilməsinin təmini;
-  müqavilənin şərtlərinin yerinə yetirilməməsi və pərakəndə alqı-satqı şəraitində turoperator və turagentlik tərəfindən itkinin ödənilməsi və mənəvi zərərin kompensasiyası;
-  ölkənin hakimiyyət və yerli idarəetmə orqanları tərəfindən hüquqi və digər köməyin alınması;
-  əlaqə vasitələrini maneəsiz əldə etmək imkanı.
Səyahətdə olan turistin aşağıdakı vəzifələri vardır:
-  müvəqqəti getdiyi ölkə və ya ərazidə qanunları nəzərə alıb, yerli adət-ənənə və dini inanclara hörmət etmək;
-  ətraf təbii mühiti mühafizə etmək, təbiət və tarixi-mədəni abidələrə həssaslıqla yanaşmaq;
-  ölkə və ya müvəqqəti gedilən ərazidə gəlmə və getmə qaydalarına əməl etmək;
-  səyahət zamanı şəxsi təhlükəsizlik və əmlakın qorunması qaydalarına riayət etmək.
                 Mövzu:  5        Turizmin formaları, növləri və tiplərinin təsnifatı
                                              ( müəllim – Şirəliyev Vüqar )
 
             Plan:
 
             1.  Turizmin növ, tip,kateqoriya və formalara görə təsnifatı
             2.  Turizm növlərinin daxili meyarlara, turizm formalarının isə xarici    
                  meyarlara  görə təsnifatı
             3.  Turizm tiplərinin turistin milli mənsubiyyətinə görə müəyyən   
                  edilməsi
Müxtəlif tədqiqatçılar tərəfindən turizmin fərqli meyarlara görə   
      təsnifatı
Turizmin təsnifatı dedikdə, qəbul olunmuş meyarlar əsasında turizm fəaliyyətinin daxilən eyni tipli taksonlarının müəyyən olunmasıdır. Hal-hazırkı dövrə qədər turizmin təsnifatına vahid yanaşma yoxdur ki, bu da dünyada turizmin dinamik inkişafı, onun forma və növlərinin daima təkmilləşdirilməsi ilə əlaqədardır. Bununla bağlı olaraq turizm tədqiqatçıları turizmdə baş verən bütün dəyişiklikləri nəzərə alıb, yeni və daha müasir təsnifat üzərində çalışırlar.
Turizmin tip, kateqoriya, növ və formalara görə təsnifatı geniş yayılmışdır. Turizmin növləri müxtəlif əsaslarla turizmin təsnifatının nəticəsidir. Turizmin tipləri turistlərin milli mənsubiyyəti ilə müəyyən olunur. Müxtəlif turizm tiplərinin uyğunlaşması turizmin kateqoriyalarını formalaşdırır. Turizmin formaları təşkil olunma prinsipinə görə müəyyən olunur. Turizmin növləri daxili meyarlara, turizmin formaları isə xarici meyarlara görə təsnif edilir.
Turizmin təsnifatı tur üzrə xidmət paketinin seçimini, qiymətin formalaşmasını, səyahət təşkilatçısının fəaliyyətinin xarakterini və digər vacib amilləri müəyyən edir. Turizm növlərinə görə təsnifatın aparılması turizmin ərazi təşkili və inkişafının bir sıra problemlərini həll etməyə imkan verir, ayrı-ayrı turizm xidmətlərinə tələb və təklifi müəyyən edir və bunun əsasında aktiv turizm siyasəti aparılır. Turizmin formaları bir şəxsin və ya qrupun turizm fəaliyyətinin təşkilidir.
Qeyd edildiyi kimi turizmin tipi turistin milli mənsubiyyətinə görə müəyyən olunur. ÜTT-nin tövsiyələrinə görə daxili, getmə, gəlmə turizm tipləri ayrılır. Bu turizm tipləri ölkə hüdudlarında
turizm (gəlmə və daxili turizm tipləri), milli turizm (daxili və getmə turizm tipləri), beynəlxalq turizm (gəlmə və getmə turizm tipləri) kateqoriyalarını əmələ gətirir.
Beynəlxalq turizm - daimi yaşayış yeri olan ölkənin sərhədlərindən kənara turizm məqsədilə insanların səyahətidir. Beynəlxalq turizmdə müəyyən rəsmiyyətçilik (xarici pasport və vizanın, gömrük proseduralarının, valyuta və tibbi nəzarətin hazırlanması və sənədləşdirilməsi) mövcuddur. Daxili turizm - beynəlxalq turizmdən fərqli olaraq, dövlət sərhədlərini keçmək ilə əlaqədar olmadığından, turizm rəsmiyyətçiliyinə riayət edilməsini tələb etmir. Yəni, daxili turizm - daimi yaşayış yeri olan ölkənin sərhədləri daxilində turizm məqsədləri ilə insanların səyahətidir.
Daxili və beynəlxalq turizm arasında mövcud fərqlər olmasına baxmayaraq, hər 2 turizm forması bir-biri ilə sıx şəkildə əlaqəlidir. Daxili turizm beynəlxalq turizmin katalizatoru kimi çıxış edir. Belə ki, daxili turizm yeni ərazi və turizm ehtiyatlarının mənimsənilməsini, infrastruktur bazasının yaradılmasını, mütəxəssislərin hazırlanmasını şərtləndirməklə, inteqrasiya prosesləri və dünyada vahid turizm məkanının formalaşmasına təsir göstərir.
Kütləvi turizm - cəmiyyətin xüsusi təbəqəsi və inkişaf etməkdə olan ölkələrin turizm ehtiyatlarına istiqamətlənir. Belə ki, inkişaf etməkdə olan ölkələrdə aşağı həyat səviyyəsinə görə yerli əhali tərəfindən turizm ehtiyatlarının istifadəsi məhdudluğu ilə seçilir. Elitar turizm - imkanlı şəxslər üçün nəzərdə tutulmuşdur. Elitar turizm iştirakçıları üçün bazarda qiymətlərin səviyyəsi ciddi əhəmiyyət daşımasa da, onlar təqdim edilən mal və xidmətlərin keyfiyyətinə yüksək şərtlər qoyurlar.
L.P.Şmatko turizmi aşağıdakı meyarlara görə təsnif etmişdir
(2005):
səyahətin məqsədinə görə turizm; hərəkət növlərinə görə turizm; nəqliyyat vasitələrinin istifadəsinə görə turizm; səyahətin müddətinə görə turizm; mövsümə görə turizm;
təşkil olunma səviyyəsinə görə turizm;
səyahət iştirakçılarının demoqrafik və sosial tərkibinə görə
turizm;
turist axınlarının istiqamətinə görə turizm; ödəmənin prinsipinə görə turizm.
Səyahətin məqsədinə görə turizmin təsnifatı həlledici əhəmiyyət daşıyır. Belə ki, səyahətin məqsədi turun formalaşmasına və turizm xidmətlərinin təşkilinə böyük təsir göstərir. Səyahətin məqsədinə görə aşağıdakı turizm növləri fərqlənir:
- dərketmə və ya tarixi-mədəni turizm - təbii, tarixi-mədəni abidələr, muzey, teatr, ictimai tikililər, xalqların həyatı və adət- ənənəsi ilə tanış olmaq məqsədilə səyahət;
- işgüzar turizm - elmi konfrans və konqres, seminar, müqavilələrin bağlanması, forum, beynəlxalq danışıq və tədbirlər, hökumət başçılarının vəzifəyə keçməsi hadisəsi, mükafatlandırma, sərgi və yarmarkada iştirak etmək üçün səyahət etməklə, 3 növə - biznes-turizm, konqres-sərgi, insentiv - turizmə ayrılır;
- etnik turizm - qohumları görmək, özlərinin və valideynlərinin doğulduğu ərazilərə əcdadlarının vətəni ilə tanış olmaq məqsədilə səyahət etməklə, etnomədəni turizmi (müstəqil dövlətə və inzibati idarəetmə formasına malik olmayan azsaylı xalqların yaşadığı ərazilərə təşkil edilən səyahət) də əhatə edir;
- dini turizm - zəwarlıq, dini abidələr, məbəd və monastırları görmək, dinlərin tarixi haqqında biliklər əldə etmək məqsədilə, həmçinin müqəddəs yerlərə dini bayramlarda səyahət;
- idman turizmi - müxtəlif idman yarışlarında iştirak etmək üçün səyahət;
- rekreasiya turizmi - istirahət məqsədilə asudə vaxtda insanların fiziki və mənəvi gücünü bərpa etmək üçün səyahət;
- təhsil turizmi - bilik almaq və ya mövcud olanının yaxşılaşdırılması məqsədilə səyahət etməklə, 15 gündən 3 aya qədər davam edir və 3 istiqamətə (xarici dil öyrənmək, professional təhsil almaq, idman sahəsində biliklərə yiyələnmək) ayrılır;
ekzotik turizm - gündəlik həyatda müşahidə edilməyən qeyri- adi nə isə görmək və hiss etmək - rəngarəng iqlim komfortluğu, fərqli flora və fauna, müxtəlif xalqların mətbəxi, memarlıq nümunələri, milli xüsusiyyətləri ilə əlaqədar səyahət;
- ekoloji turizm - ətraf mühit, onun komponentlərinə həssaslıq və qayğı ilə yanaşmaq, təbiəti çirkləndirmədən və zərər vurmadan səyahət;
Hərəkət növlərinə görə turizmin təsnifatında piyada, velosiped, at belində, alpinizm, xizək, mototurizm növləri ayrılır.
Nəqliyyat vasitələrinin istifadəsinə görə turizmin təsnifatında hava (qrafik üzrə və qrafiksiz reyslər), su (sərnişin xətti və bərə, kruizlər), quru (dəmiryol, şəhərlərarası və şəhərdaxili avtobuslar, xüsusi avtomobillər, nəqliyyat vasitələrinin kirayəsi), ekzotik (kanat yolu, funikulyor, hava şarı, deltaplan) növlər ayrılır.
Səyahətin müddətinə görə turizmin təsnifatında davamlı, qısamüddətli və istirahət (həftəsonu) günlərində turizm növləri ayrılır.
Mövsümə görə turizmin təsnifatında aktiv, mövsümlərarası və birmövsümlü turizm növləri ayrılır.
Təşkil olunma səviyyəsinə görə turizmin təsnifatında fərdi turizm (bir və ya bir neçə şəxsin sərbəst səyahəti olmaqla, xidmət burada personal xarakterli və olduqca bahadır), qrup şəklində turizm (bir neçə şəxsin (6 və daha çox) birlikdə vahid marşrut və eyni şəraitdə səyahətidir) növləri ayrılır.
Səyahət iştirakçılarının demoqrafik və sosial tərkibinə görə turizmin təsnifatında turistin yaşadığı ərazi (şəhər və ya kənd sakini), cəmiyyətdə sosial durumu (uşaq, məktəbli, yeniyetmə, ailəli), yaşı (təqaüdçü, orta yaşlı, uşaqlar) önəmlidir.
Turist axınlarının istiqamətinə görə turizmin təsnifatında getmə (ölkədə daimi yaşayan şəxslərin digər ölkələrə səyahəti), gəlmə (digər ölkədə daimi yaşayan şəxslərin ölkəyə səyahəti), daxili (ölkədə daimi yaşayan şəxslərin orada səyahəti) turizm növləri ayrılır.
Ödəmənin prinsipinə görə turizmin təsnifatında kommersiya (turfırma təqdim etdiyi xidmətlər əsasında vəsait alır), sosial (dövlət tətərəfindən sosial təminat üçün ayrılan subsidiyalar vasitəsilə turist xidməti ödənilir) və insentiv-turizm (müəssisələrin öz işçiləri üçün əmək fəaliyyətlərindəki nailiyyətlərinə görə təşkil edildiyi səyahət) növləri ayrılır.
A.P.Duroviç turizm növlərinin funksional təsnifatını səyahətin məqsədinə görə müəyyən etməklə, aşağıdakı turizm növlərini ayırır (2006):
rekreasiya turizmi müalicə turizmi dərketmə turizmi işgüzar turizm dini turizm etnik turizm tranzit turizmi
Rekreasiya turizmi - ən geniş yayılmış turizm növü olmaqla, istirahət, sağlamlıq, fiziki, mənəvi, psixoloji və emosional gücün bərpası və inkişafı məqsədilə reallaşır, rəngarəng tərkibli olub, əyləncə proqramlarını (teatr, kino, festival, karnaval), maraqdan asılı olaraq məşğulluğu (ovçuluq, balıq ovu, musiqi və bədii yaradıcılıq), idman fəaliyyəti və digərlərini əhatə edir.
Müalicə turizmi - kurortlarda müxtəlif xəstəliklərin təbii vasitələrlə - iqlim, palçıq və mineral sularla, eləcə də ixtisaslaşdırılmış klinika və tibb müəssisələrində müasir avadanlıqların tətbiqi və yeni texnologiyaların istifadəsi ilə müalicəsinə əsaslanır, 2 növə - klinik və kurort turizminə ayrılır.
Tranzit turizmi - gəlmə turizmi baxımından səyahət olmaqla, 2 növə (hüquqi baxımdan ölkəyə gəlməyən hava nəqliyyatının sərnişinləri, üçüncü ölkə vasitəsilə səyahət edən şəxslər) ayrılır.
A.P.Duroviç bir sıra meyarlara görə - təşkil olunma, səyahətin davamlılığı, nəqliyyat vasitələrinin istifadəsi, turist axınlarının intensivliyi, turistlərin yaş kateqoriyası, maliyyələşmə mənbələri, həmçinin xüsusi turizm növlərini təsnif edir (2006).
Təşkil olunmaya görə turizmin təsnifatında təşkil olunmuş və təşkil olunmamış turizm (özfəaliyyət) növləri ayrılır. Təşkil olunmuş turizm - bir və ya bir neçə turistin səyahəti olmaqla, turizm müəssisələri tərəfindən əvvəlcədən hazırlanmış proqram üzrə həyata keçirilir. Turistlər əvvəlcədən razılaşdırılmış marşrut, qalma müddəti, təqdim olunan xidmət paketindən ibarət turlar əldə edirlər. Turlar adətən əvvəlcədən ödənilmə şəraitində reallaşır. Təşkil olunmamış turizm - turistin özü tərəfindən turizm müəssisəsinin iştirakı olmadan həyata keçirilir. Səyahət marşrutu, görüləsi obyektlər, gecələmənin müddəti turist tərəfindən hazırlanır və yalnız qalma və qidalanma daxil olmaqla turizm xidmətlərinə vəsait ödənilir.
Səyahətin davamlılığına görə turizmin təsnifatında qısamüddətli (istirahət günləri və ya həftəsonu) və uzunmüddətli turizm növləri ayrılır.
Nəqliyyat vasitələrinin istifadəsinə görə turizmin təsnifatında dəmiryol (qısa məsafələrə səyahətdə aztəminatlı əhali üçün qiymət baxımından münasibdir); hava (qısa zaman ərzində uzaq məsafəli ərazilərə səyahət etmək üçün istifadə edilir); su (su məkanına çıxışa malik olan ölkələrdə inkişaf edərək, 2 növə - dəniz və çay kruizlərinə bölünür); avtomobil (turistlərin yüksək hərəkətliliyi ilə seçilərək, çoxlu sayda əraziləri görmək imkanına malikdir); avtobus (hazırlanmış marşrut üzrə turist qrupunun səyahətinin təşkilində istifadə edilir); velosiped və ya motosiklet (düzən relyefli ərazilərə malik ölkələrdə inkişaf edərək, istirahət günləri və ya həftəsonunda qısa məsafələrə səyahətdə istifadə edilir).
Turist axınlarının intensivliyinə görə turizmin təsnifatında daimi və mövsümü turizm növləri ayrılır. Daimi turizm dedikdə bütün il boyu turizm regionlarına bərabər turist axını, mövsümü turizm isə müəyyən bir dövrdə turist axınları nəzərdə tutulur. Mövsümü turizmdə yüksək (qızğın), sakit və zəif (ölü) dövrlər ayrılır.
Turistlərin yaş kateqoriyasına görə turizmin təsnifatında uşaq, yeniyetmə, orta yaş dövrü və yaşlılar üçün turizm növləri ayrılır. Yaş kateqoriyasına görə turizm növlərinin hər biri özünəməxsus xidmət və təşkil olunma xüsusiyyətlərinə malikdir ki, turizm müəssisələri də bu amili nəzərə almalıdırlar. Yeniyetmələr az komfortlu yerləşmə vasitələri və nəqliyyatın istifadəsinə əsaslanan ucuz səyahətə və şən gecə istirahətinə (əyləncə mərkəzləri, diskussiya aparılan klublar, maraqlar çərçivəsində görüşlər və s.) xüsusi əhəmiyyət verirlər. Yaşlı nəsli əhatə edən turistlər nəinki komfort şərait, həmçinin xidmət personalının onlara fərdi formada qayğı ilə yanaşmasım, peşəkar tibbi yardım, restoranlarda diyetik qida, yerləşmə müəssisələrinin sakit ərazilərdə olmasını tələb edirlər. Orta yaşlı turistlər ailə ilə birlikdə səyahətə üstünlük verdiklərindən, burada oyun meydançaları, uşaq hovuzlarının olması vacibdir.
Maliyyələşmə mənbələrinə görə turizmin təsnifatında kommersiya və sosial turizm növləri ayrılır. Sosial turizm məktəbli, yeniyetmə, təqaüdçü (yaşlılar), müharibə və əmək əlilləri üçün nəzərdə tutulub.
Ekoloji, kənd, macəra, ekstremal, idman turizmi təsnifatda xüsusi turizm növləri kimi ayrılır. Ekoloji turizm - təbii zənginliklərlə tanışlıq, xüsusi qorunan ərazilərə (qoruq, milli park) səyahət, ekoloji tərbiyələndirmə və təhsilə istiqamətlənməklə, ətraf təbii mühitə minimal səviyyədə təsir göstərmək və turistləri ekoloji cəhətdən təmiz qida ilə təmin etmək onun əsas məqsədidir. Kənd turizmi - kənd yerlərinə səyahət, kənd həyat tərzinə uyğunlaşmaq, kənddə ailə təsərrüfatının idarə edilməsi ilə tanışlıq, ekoloji cəhətdən təmiz ərazilərdə istirahət və sağlamlığı əhatə edir. Macəra turizmi - ekzotik ərazilərə səyahət (vulkan, ada, şəlalə, fəlakət yerləri və s.) və ekzotik fəaliyyətlə (safari, raftinq, xəzinə axtarışı) məşğulluğu, eləcə də qeyri-adi nəqliyyat vasitələrindən (itlərin qoşqusu, fil, dəvə, hava şarı turları) istifadəni əhatə edir. İdman turizmi - səyahətdə istənilən idman növü ilə məşğulluq və idman tədbirlərində tamaşaçı qismində iştirak etmək üçün səyahəti əhatə edir. Ekstremal turizm - həm turizm müəssisələri, həm də turistlərin özləri tərəfindən təşkil edilməklə, həyat və sağlamlıq üçün ciddi risk və təhlükə ilə xarakterizə olunur. Ekstremal turizm macəra turizminin bir növü kimi götürülür.
İ.A.Ryabova, Y.V.Zabayeva, Y.L.Draçova turizmin aşağıdakı əlamətlərə görə təsnifatını aparmışlar (2010):
səyahətin məqsədinə görə turizm (istirahət və rekreasiya, müalicə, işgüzar, təhsil, dini, etnik və ya nostalji);
- təklifin tipinə görə turizm (fərdi, qrup şəklində, kompleksli xidmət, hər şey daxil olmaqla, klub istirahəti, xüsusi (VİP) diqqət); sifarişçinin tipinə görə turizm (korporativ); hərəkət vasitələrinə görə turizm (hava, dəmiryol, avtoturizm, avtobus, dəniz kruizi, çay kruizi, piyada, veloturizm);
səyahətin təşkilinə görə turizm (xüsusi (özəl), təşkil olunmuş);
səyahətçilərin yaşına görə turizm (yeniyetmə, yaşlı nəslin nümayəndələri üçün).
Kompleksli xidmət (Package tour) - qrup şəklində turlar üçün təklif edilən xidmətin əsas tipini təşkil edir. Turpaketə marşrut üzrə bələdçi-tərcüməçinin xidmətləri də daxildir ki, bu da əsasən yeniyetmə və məktəblilər, təqaüdçülər arasında daha məşhurdur.
Hər şey daxil olmaqla (All-inclusive) - bir sıra bahalı mehmanxanalar tərəfindən təqdim edilən xüsusi yerləşmə xidməti olmaqla, otel-restoran xidmət dəsti vahid qiymətə daxildir.
Xüsusi şəxslər üçün (VİP) kompleks turist xidməti - bahalı qiymətlərlə yüksək xidmət səviyyəsi olmaqla, komfort şəraitə malik xüsusi yerlərdə hava limanı, sərhəd və gömrük rəsmiyyətçiliyinin keçirilməsi, limuzin avtomobildə hərəkət, oteldə təntənəli qarşılanma, prezident nömrəsində yerləşmə, görüş və tədbirlərin təşkilini əhatə edir.
Klub istirahəti (Club Holidays) - özlərinə aid yerləşmə vasitəsi və əraziyə malik xüsusi təşkilatçı strukturlar tərəfindən təqdim olunmaqla, klub iştirakçılarının aktiv istirahəti və əyləncəsi üçün nəzərdə tutulur.
Korporativ turizm - müxtəlif şirkətlərin əməkdaşlarının şirkətin işləri ilə əlaqədar səfərləridir. Dünyada 3 nəhəng Transmilli şirkət (“American Express”, “BTİ”, “Carlson Wagonlit Travel”) vardır ki, onlar da korporativ turizm üzrə ixtisaslaşmışlar.
“Recreational vehicles” (RV) - avtomobil furqonu və ya avtomobil qoşqusu formasında “təkərlərdə ev” olmaqla, eyni vasitədə hərəkət və yerləşmənin inteqrasiyasıdır. Karavaninqlərin satışının artımı təchiz edilmiş xüsusi dayanacaqlarm kempinqlərdə olmasını tələb edir ki, bu da kempinqin elektrik, su və kanalizasiya təchizatına qoşulmasını asanlaşdırır.
A.Y.Aleksandrova turizmin təsnifatını aşağıdakı formada vermişdir (2002):
- təbii ehtiyat növlərinin istifadəsinə görə turizm (çimərlik, müalicə, ekoloji, dağ, su turizmi);
- maliyyələşmə mənbəyinə görə turizm (kommersiya, sosial turizm);
- səyahət iştirakçılarının yaş strukturuna görə turizm (yaşlılar (təqaüdçü), orta yaşlı, yeniyetmə turizmi);
- səyahət iştirakçılarının sayma görə turizm (fərdi, qrup şəklində turizm);
- səyahətin təşkil olunmasına görə turizm (təşkil olunmuş, özfəaliyyət turizm);
- turistlərin yerləşdirilməsinə görə turizm (otel tipli, qeyri-otel tipli turizm);
- nəqliyyat vasitələrinin istifadəsinə görə turizm (avtobus, hava, su, avtomobil, dəmiryol, digər nəqliyyat növlərinin istifadəsi ilə turizm);
- səyahətin uzaqlığına görə (yaxın, uzaq turizm);
- səyahətin davamlılığına görə turizm (qısamüddətli (7 günə qədər), ortamüddətli (9-12 gün), uzunmüddətli (15-30 gün) turizm);
- turist axınlarının ritmliliyinə görə turizm (mövsümü, ilboyu turizm).
Q.P.Doljenko səyahətin məqsədinə görə turizmi aşağıdakı kimi təsnif etməklə, növ və yarımnövlərə ayırır (2009): çimərlik turizmi müalicə-sağlamlıq turizmi mədəni turizm
kruiz turizmi (yarımnövlər: dəniz və çay kruizi)
dini turizm
idman-sağlamlıq turizmi (yarımnövlər: piyada, dağ, su, velosiped, avto-mototurizm, speleoturizm, xizək, at belində, qayıq sürmə)
ovçuluq turizmi balıq ovu turizmi kənd turizmi şop-turizm
Dağ turizmi - dağlıq ərazilərdə piyada marşrutu üzrə 3000- 3500 m hündürlüklü aşırımları, qayalı ərazilər, dik yamaclar, buzlaq, dağ çaylarını keçmək üçün yürüşlərdir.
Piyada turizmi - düzənlik, dağətəyi və orta dağlıq ərazilərdə marşrut üzrə yürüşlərdir.
Xizək turizmi - düzənlik, dağətəyi və orta dağlıq ərazilərdə marşrut üzrə xizəkdə yürüşlərdir.
Speleoturizm - mağaralar və yeraltı karst təbəqələrinə marşrut üzrə yürüşlərdir.
Avtoturizm - nəqliyyat vasitəsi kimi şəxsi və ya kirayə götürülmüş avtomobilin istifadəsi ilə səyahət olmaqla, tərkibinə karavaninq (yerləşmə vasitəsi kimi istifadə edilən və yataq yeri olan avtomobil furqonu) də daxildir. Velosiped turizmi - marşrutu velosipedlə keçmək üzrə yürüşlərdir.
Şop-turizm - ayrı-ayrı ölkə və regionlara müxtəlif məhsullar (əksər hallarda yerli istehsala və güzəştli qiymətlərə malik geyim, ayaqqabı, kosmetik vasitələr və s.) almaq üçün səyahətdir.
M.B.Birjakov göl turizmi (göllərdə qayıqda səyahət), Qütb turizmi (Şimal və Cənub Qütb ərazilərinə təşkil edilən səyahət) və kosmik turizm (kosmik orbitə turlar) növlərini ayırmışdır (2006).
Q.P.Doljenko müxtəlif turizm növlərini birlikdə verməklə, turizmin təsnifatında yeni istiqamətlər müəyyən etmişdir. O, turizmin növlərindən ibarət 3 blok ayırmışdır (2009): hadisə turizmi ekoloji turizm işgüzar turizm
Hadisə turizmi - müxtəlif əhəmiyyətli ictimai, həmçinin unikallığı, ekzotikliyi və təkrarolunmazlığı ilə böyük turist kütləsini özünə cəlb edən nadir təbii hadisələrlə əlaqədar turizm fəaliyyətidir. Hadisə turizmi bloku mədəni, idman, etnoqrafik, folklor, sərgi və digər istiqamətlər üzrə tədbirləri əhatə edir. Lakin, keçirilən bütün tədbirlər hadisə turizmi blokuna daxil deyildir. Belə ki, regiona hər hansı bir gəlir gətirən və onun təbii ehtiyat potensialı hesab edilən hadisələr bu turizm blokuna aiddir. Dünyada hadisə turizminin əsas istiqamətləri kimi Qış və Yay Olimpiya oyunları, kino və musiqi festivalları, karnaval və milli bayramlar, aerokosmik, avtomobil, gül sərgiləri, idman növləri üzrə tədbirlər çıxış edir.
Ekoloji turizm bloku təbiət turizmi üzrə istiqamətlənən turizm növlərini (piyada, su, velosiped, at belində, speleoturizm, kənd, dayvinq və s.) əhatə edir, lakin bu növlərin həyata keçirilməsi ekoturizm prinsiplərinə uyğun olmalıdır.
İşgüzar turizm bloku konqres (elmi konqres, konfrans və seminarlarda iştirak etmək üçün səyahət), yarmarka (sərgi və yarmarkalara səyahətlər) və insentiv-turizm (işdə yüksək göstəricilərinə görə əməkdaşların müəssisə tərəfindən səyahətə göndərilməsi) növlərini əhatə edir.
N.İ.Kabuşkin turizmin idarəetmə sistemində 7 turizm növünü ayırır (2005):
- İstirahət məqsədilə turizm. Bu növ qısamüddətli və ya daha çox davam edən istirahətə əsaslanaraq, orqanizmin fiziki və psixoloji cəhətdən bərpası məqsədini daşıyır. Həmçinin, bu qrupa təbii amillərin — torpaq, iqlim və dəniz suyunun istifadəsi ilə müalicənin aparıldığı kurort turizmi də aiddir.
- Mədəniyyətin öyrənilməsi məqsədilə turizm. Bu növ yad, özgə mədəniyyətin dərk edilməsinə əsaslanaraq, dərketmə və zəvvarlıq turizmlərinə bölünür. Dərketmə turizmi tarixi-mədəni və ya coğrafi görməli yerlərə səyahəti əhatə edir. Zəvvarlıq turizminin məqsədi xüsusi dini əhəmiyyət daşıyan yerlərə səyahətdir.
- İctimai turizm. Bu növ qohum, tanış və dostları görmək məqsədilə səyahət olmaqla, klub turizmini də əhatə edir.
İdman turizmi. Bu növ idman tədbirlərində aktiv və yarışlarda tamaşaçı qismində passiv iştirak məqsədilə səyahətdir.
- İqtisadi turizm. Bu növ işgüzar və kommersiya maraqları ilə (birja, sərgi, yarmarka və s. getmək) həyata keçirilən səyahətdir.
- Sosial turizm. Bu növ dövlət orqanları, qeyri-dövlət fondları və digər xeyriyyəçi təşkilatlar tərəfindən sosial dəstək baxımından məktəbli, tələbə, təqaüdçü, müharibə və əmək əlillərinin səyahət etmələri üçün ayrılan subsidiyalar sayəsində formalaşır.
- Konqres (siyasi) turizm. Bu növ diplomatik (konqreslərdə iştirak) və siyasi (siyasi hadisə və tədbirlərdə iştirak) turizmlərə ayrılır.
A.S.Kuskov, V.L.Qolubeva, T.N.Odinçova turizm formalarının aşağıdakı şəkildə təsnifatını vermişlər (2005):
- Turistlərin mənşəyinə görə turizm. Bu forma beynəlxalq və daxili turizmə ayrılmaqla, burada turistin “mənşəyi” dedikdə onun milliyəti və ya doğulduğu ərazi deyil, yaşayış yeri və işi nəzərdə tutulur.
- Təşkil olunmaya görə turizm. Bu forma özfəaliyyət(turistlərin özləri tərəfindən reallaşır) fərdi, kollektiv və konveyr (xidmətlər dəstinin vahid qiymətdə təqdim edilməsi) turizmlərə ayrılır.
- Səyahətin davamlılığına görə turizm. Bu forma turistin gəldiyi ərazidə keçirdiyi vaxta aid olmaqla, birgünlük və gecələmə ilə səyahətə (1-3 gecəlik, 4-7 gecəlik, 8-28 gecəlik, 29-91 gecəlik, 92- 365 gecəlik) ayrılır. Bu formaya davamlı olmayan səyahətlər - tranzit turizm (turistin getdiyi səyahət zamanı yolda dayanması), birgünlük turizm (gündüz vaxtı davam etməklə, turistin gecələməsi baş vermir) və qısamüddətli turizm (işgüzar turizm və istirahət (həftəsonu) günlərində səyahəti əhatə edir) aiddir.
- Səyahət edənlərin yaşına görə turizm. Bu forma valideynləri ilə birlikdə səyahət edən uşaqlar (15 yaşa qədər), cavan (15-24 yaş), nisbətən cavan iqtisadi aktiv əhali (25-44 yaş), orta yaşlı iqtisadi aktiv əhali (45-64 yaş), təqaüdçü (65 və daha çox yaş) turistləri əhatə edir.
Nəqliyyat vasitələrinə görə turizm. Bu forma turistin bir ərazidən digərinə yerdəyişməsi ilə əlaqədar olaraq, hava, avtobus, dəmiryol, avtomobil və dəniz nəqliyyatı ilə turizmlərə ayrılır.
- İlin fəsillərinə görə turizm. Bu forma turist xidmətlərinə tələb və təklifin il ərzində tərəddüdünü əks etdirməklə, mövsüm (səyahətlər maksimum səviyyədə olur) və mövsümarası (səyahətlərin göstəricisi aşağı enir) turizmlərə ayrılır.
                Mövzu:  6      Turizmə təsir edən amillər arasında əlaqə
                                         ( müəllim – Şirəliyev Vüqar )
 
             Plan:
 
             1.  İqtisadi və sosial amillərin turizmin inkişafına təsiri
             2.  Səyahətin seçiminə təsir göstərən amillrə
             3. Turistlərdə cəlbediciliyi yaradan əsas amillər
4. Turizmdə sahibkarlıq fəaliyyətinə təsir göstərən amillər
Dünya ölkələrində turistlər müxtəlif məqsədlərlə səyahətə çıxırlar və bu dövr dəyişdikcə, inkişaf əldə olunduqca tamamilə dəyişkənliyə məruz qalır. Xüsusən do qədim dövrlərlə müqayisə etsək insanların tələblərinin dəyişdiyini hiss edə bilərik. Bu da nəqliyyatın inkişafı ilə yanaşı insanların artıq daha qısa müddətə daha çox yer görməyi tələb etməsindən irəli gəlir. Müasir dövrün insanı xərclədiyi pulun müqabilində on yüksək səviyyədə təqdim olunan xidməti tələb edir. Hazırda turizmdə iştirak edən şəxsləri səyahətçilərdən fərqləndirən aşağıdakı səbəblər mövcuddur:
Sağlamlığı bərpa etmək - Mənəvi və fiziki cəhətdən insanların özlərini yenidən bərpa etməsi hesab olunur. Bununla bağlı insanlar bir sıra ölkələrdə yerləşən sanatoriya və kurort müəssisələrinə üz tuturlar. İlkin dövrlərdə İngiltərə, Almaniya kimi ölkələrin aristokrat sakinləri bu turizm növündə iştirak edirdi. Hətta köhnə SSRİ dövründə bu məqsədlə səyahət edənlərin də sayı kifayət qədər çox idi
2. Maariflənmək yaxud dərketmə - Maariflənmək əksər terminoloji izahatlarda dərketmə mənasını da ifadə edir. Yəni müxtəlif yerlərdə olaraq onların adət ənənəsini, tarixi inkişaf yolunu, müxtəlif abidələrini öyrənmək mühüm amil hesab olunur. Ölkələrin muzeylərini gəzərək istirahətlə deyil, yeni məlumatların əldə olunması ilə kifayətlənmək nəzərdə tutulur.
3. Təhsil almaq - Müxtəlif şəxslər öz daimi yaşayış yerlərini digər ölkələrdə yeni bilgilər əldə etmək üçün tərk edirlər. Bununla əlaqədar olaraq bir sıra ölkələr arasında tələbə mübadilələri həyata keçirilir ki, bu da xüsusi rola malikdir. Dünyanın bir sıra Universitetləri bu gün tələbə mübadiləsinin həyata keçirilməsində maraqlıdır.
4. İdman - bir sıra ölkələrdə təşkil olunan idman yarışlarının iştirakçıları öz daimi yaşayış yerlərini tərk edir. Lakin idman turizmi bununla kifayətlənmir. Çünki idmançılarla birlikdə öz ölkəsini tərk edərək bu yarışları izləmək istəyən kifayət qədər azarkeşlərin olması mümkündür. Jurnalistlər, müxtəlif iş sahibləri də bu kimi görüşlərin təşkil olunmasında maraqlıdır.
5. İşgüzar - Müxtəlif ölkələrdə işgüzar məqsədlərlə təşkil olunmuş səfərlər nəzərdə tutulur. Bunlara fərqli konfranslarda iştirakla yanaşı müəyyən müqavilələrin bağlanılması da aid edilə bilər.
6. Dini və s. - dünya ölkələrində müxtəlif dinə sitayiş edən xalqlar mövcuddur. Onlar özlərinə aid edilən dini bayramlarda yaxud adi günlərdə həmin mərkəzlərə getməyi üstün tutur və bu rituallara əhəmiyyət verirlər.
Turizmə təsir edən amillər xarici - ekzogen və daxili - endogen proses olmaq şərti ilə iki qrupa bölünürlər. Xarici amillərə aşağıdakılar aid edilir:
• Təbii-coğrafi
• Mədəni - tarixi
• İqtisadi
• Sosial
• Demoqrafik
• Siyasi
• Texnoloji
• Ekoloji
Təbii - coğrafi (dəniz, dağ, meşə, flora, fauna, iqlim və s) və mədəni tarixi (abidə, memarlıq, tarix və mədəniyyət) amilləri turistin həmin yeri seçməsinə təsir göstərən əsas amillərdəndir. Bəzən insanlar hər hansı təbiət hadisələrinə görə müəyyən ölkələrə getməyi üstün tutur. Bunlara nümunə kimi günəş və ay tutulmalarını göstərmək olar. Avropa ölkələrində bu daha çox Rumıniya ərazisində nəzərə çarpır. Lakin təbiət hadisələri bəzən ölkələrə gələn turistlərin sayına mənfi də təsir göstərmək gücünə malikdir. E3una misal olaraq Türkiyə ərazisində baş vermiş zəlzələni göstərmək mümkündür. Mədəni tarixi amillərə isə adətən insanların müəyyən tarixi abidələri daha çox görmək istəməsi əyani sübutdur. Məsələn Parisdəki Eyfel qülləsi əsas nümunələrdən biridir.
iqtisadi amillərə insanların təbii ehtiyaclarını ödəməsi və turizmdən də öz məqsədlərinə, tələblərinə görə istifadə etməsi daxildir. Ölkələrin iqtisadi cəhətdən inkişaf etməsi, milli gəlirin artması və vətəndaşların yaşayış səviyyələrinin yüksəlməsi aid edilir. Buna görə də iqtisadi cəhətdən inkişaf etmiş ölkələrin vətəndaşları dünya turizm bazarında liderlik edir. İqtisadi inkişafın əldə olunması ilə turizm bazasının və infrastrukturunun da tikilməsi, müasirləşdirilməsi həyata keçirilir. Valyuta kursunun oynaq vəziyyətdə olması, daima qalxıb - enməsi, inflyasiyanın baş verməsi hər bir ölkənin iqtisadiyyatında olan dəyişikliklərdəndir. Buna dünya ölkələrində baş verən iqtisadi böhranları göstərmək mümkündür. İspaniya, Yunanıstan kimi ölkələrdə baş verən iqtisadi böhranlar bunlara nümunədir.
Sosial amillərə əsasən hər bir dövlətin öz vətəndaşı üçün verdiyi məzuniyyət müddətləri, ildə verilən məzuniyyətlərin təkrarlanması və s. aid edilə bilər. Bu kimi insanlar potensial turist hesab olunurlar. Texnologiyanın son dövrlərdə inkişaf etməsi işçilərin öz işlərini tezliklə yekunlaşdırınası ilə nəticələnir ki, onların da asudə vaxtları çox qalır. İnsanların turizmdə iştirak etməsi nəticəsində fiziki və psixoloji cəhətdən özlərini bərpa edirlər. Xarici mütəxəssislərin əksəriyyəti bunu “intervallarla səyahət” adlandırırlar. Çünki insanlar bir dəfə uzun səyahət yerinə, il ərzində dəfələrlə qısa səyahətlərə çıxmağa üstünlük verirlər. Xüsusən yay aylarında çimərliyə, qış aylarında dağ-idman turizmini seçirlər. Qısa müddətli səyahətlərin təşkil olunması mövsümlülük probleminin də aradan qaldırılmasına yol açır. Aparılan tədqiqatlar bir daha sübut edir ki, növbəti illərdə təşkil olunacaq istirahətlər 3-4 günlə kifayətlənəcəkdir.
Sosial amillərə insanların təhsil səviyyəsinin, mədəniyyətlərinin, dünyagörüşlərinin yüksəlməsi aid edilir. Aparılan araşdırmalar göstərir ki, insanların təhsil səviyyələri yüksək olduqca onların turizmə olan maraqları da artır. Çünki təhsil səviyyəsi insanların mədəniyyətinə və onların dünyagörüşünə təsir edən əsaslı vasitədir. Nəticədə belə insanlar digər ölkələrin tarixlərini, onların həyat səviyyələrini, folklorlarını və müxtəlif xalqların incəsənətlərini öyrənməyə çalışırlar. İntellektual səviyyəsindən asılı olaraq seçimlər dəyişkən olur və passiv turizmi sevənlər “3S” (Sea - Sun - Sand, Dəniz - Günəş - Qum) prinsipindən “3L” (Lore - Landscape - Leisure, Milli adət ənənələr - Mənzərə - İstirahət) prinsipinə keçid edir.
Demoqrafik amillər də turizmə təsir göstərir və əhalinin sayı, onların müxtəlif ölkələrdə, regionlarda yerləşməsi, insanların aid edildikləri yaş qrupları (əmək qabiliyyətli, təhsil alanlar və təqaüdçülər), ailə vəziyyəti (evli, subay, övladı olanlar) və ailədəki insanların say prinsipi bura aid edilir. Tədqiqatlar da göstərir ki, əhalisi çox olan ölkələrin vətəndaşları əhalisi az olan yerlərə nisbətən turizmdə daha çox iştirak edirlər. Aktiv turizmdə iştirak edənlər əsasən 18-30 yaş arasında olan şəxslər hesab olunsa da, 30-50 yaş arası insanlar turizmdə ən çox iştirak edənlər sayılır. Tədqiqatlar sübut edir ki, subay olan insanlar daha mobil olsalar da, müasir dövrdə qadınlar kişilərə nisbətən turizmə daha çox can atırlar.
Demoqrafik amillərə urbanizasiya prosesləri də aid edilir. Şəhərdə əhalinin artması, turistlərin daha intensiv şəkildə digər ərazilərə getməsinə təsir göstərir. Ən yüksək urbanizasiya Şimali Amerika (77%) və Avropa (71%) ölkələrində nəzərə çarpır. Şəhər əhalisi kənd əhalisinə nisbətən daha çox turizmdə iştirak edirlər. Bu da bir daha sübut edir ki, böyük şəhərlərdə yaşayan əhalinin məntəqələrdə, sıx yaşamasından asılı olaraq, onların fiziki və mənəvi cəhətdən dincəlməsinə, əsəb sistemlərinin vüngülləşməsinə məhz ətraf zonalar təsir göstərir. Həmçinin şəhər mədəniyyətinin və təhsil səviyyəsinin çox olması dərketmə məqsədi ilə insanların səyahətə çıxmasına təsir göstərən amillərdəndir. İEÖ - lərdə aşağıdakı dəyişikliklər baş verir:
• Əhali qocalır (15 - 24 yaş arasında olan vətəndaşlar
azalır)
• İşləyən qadınlam sayı çoxalır (kariyera qurmaq istəyən və gec evlənən şəxslərin sayı artır, övlad dünyaya gətirmə təxirə salınır, övladsız olan ailələrin sayı çoxalır)
• Tək insanların sayı artır (böyük şəhərlərdə bu şəhər əhalisinin yarısını əhatə edir)
Demoqrafik amillər turizmin inkişafına 2 istiqamətdə təsir etmək gücünə malikdir:
• Birincisi potensial turist sayının çoxalması
• İkincisi yaşlıların və təqaüdçülərin sayının artması (hazırda 40% təşkil edir)
Siyasi amillərə müasir dövrdə dünyada və digər ölkələrdəki siyasi vəziyyət, sərhədlərin açılması, turizmə dəstək olunması üçün qonşulararası əlaqələrin formalaşması, gömrük xərclərinin azaldılması və valyuta siyasəti aid edilir. Dünya ölkələrinə səyahət etmək üçün ölkələrdəki siyasi stabiİlik vacib şərtlərdən biridir. Çünki siyasi stabilliyin olması nəinki həmin əraziyə gedən turistlərin sayma təsir göstərir, eyni zamanda ölkədə daxili turizmin inkişafına da təsirsiz ötüşmür. Müharibə vəziyyətində olan ölkələrin əksəriyyətində iqtisadi böhranın yaşanması turizmə mənfi təsir göstərən ilkin amillərdən biridir. İsrail - Fələstin, Misir, ABŞ - İraq, Rusiya - Gürcüstan, Rusiya - Ukrayna, Ermənistan - Azərbaycan hadisələri buna əyani sübutdur. Həmçinin Türkiyə, Yaxın Şərq ölkələrində baş verən terror aktları, xüsusən Ərəb ölkələrində müharibələr, qeyri- stabil siyasi vəziyyət və 11 sentyabr 2001-ci ildə ABŞ-da baş vermiş terror aktı buna misaldır. Eyni zamanda siyasi xəritənin dövrlərdən asılı olaraq dəyişməsi turist sayının artmasına da səbəb olmuşdur. XX əsrdə 80 - ci illərin sonu 90 - cı illərin əvvəlində MDB və Şərqi Avropa ölkələrinin turizm bazarına qoşulması başlandı. Xüsusən də Şərqi Avropa ölkələrindən Çexiya, Macarıstan, Polşa kimi ölkələr daha çox turist qəbulunu reallaşdırdılar. Avropa İttifaqının yaradılması və kapitalın ölkələr arasında azad şəkildə dövriyyəsi üçün tək valyutanın qəbul edilməsi, gömrük xərclərinin azaldılması, insan, məhsul, xidmət mübadiləsinin asanlaşdmlması həyata keçirildi.
Texnoloji amillər texniki və texnoloji avadanlıqların inkişafına əsaslandı və bu da turizmə təsir göstərən ilkin amillərdən oldu. Xüsusən müştəri əlaqələrinin genişləndirilməsi, müxtəlif xidmət növlərinin gələn insanlara təklif edilməsi, nəqliyyatın inkişafı nəticəsində daha sürətli və daha çoxşaxəli daşınmalara yol açır. Komfortlu şəkildə əsasən də aviasiya daşımaları vasitəsilə turistlərin daha uzaq məsfələrə tezlikdə çatdırılması insanların turizmə olan maraqlarını artırır. Araşdırma aparan şəxslərin fikrincə gələcəkdə ETT-nin əldə olunması turizmə iki formada təsir göstərə biləcək:
1. Müxtəlif nəqliyyat növlərinin sayının və keyfiyyətinin artması;
2. Turizm sənayesində kompüter texnologiyalarının inkişafı.
Müasir dövrdə kompüter texnologiyaları turizm məhsullarının çeşidləndirilməsində və yayılmasında aparıcı sahə kimi çıxış edir. İnternet isə yalnız məlumatın ötürülməsində deyil, yeni əlaqələrin yaradılması, tanıtımın həyata keçirilməsində mühüm vasitə rolunu oynayır.
Ekoloji amillər turizmə təsir göstərən əsas amillərdən hesab olunur. Çünki ətraf mühitin qeyri adiliyi həmin ərazilərə turistlərin axınını təmin edir. Turistlər əsasən rəngarəng təbiət gözəllikləri olan yerlərə üz tutur ki, bu da həmin yerlərin tezliklə məhv olması riskini artırır. Bəzən bilməyərəkdən insanlar təbii abidələrini məhv edir, heyvan və bitki aləminin inkişafına ziyan gətirirlər. Təbiətin məhv edilməsi turizm təklifinin azalmasına, mono mədəniyyət probleminin meydana gəlməsinə səbəb ola bilir. Turizmin ətraf mühitlə əlaqəsi aşağıdakılardan ibarətdir:
• Turizmin inkişafında ətraf mühit əsaslı şərtdir.
• Turizm ətraf mühitə mənfi təsir göstərir.
• Turizm ətraf mühitin qorunmasında əhəmiyyətlidir.
Səyahətin seçiminə təsir edən amillər də mövcuddur və onlar
aşağıdakılardan ibarətdir:
• Əyləncə.
• Şoppinq.
• Komfortluq.
• Qiymət.
Turistlərin səyahət zamanı onlarda cəlbediciliyin yaranmasına səbəb olan amillər də mövcuddur və bunlar aşağıdakılardan ibarətdir:
1. Təbii amillər - məhsullarda cəlbediciliyi müəyyənləşdirən ən önəmli amil hesab edilir. Coğrafi vəziyyət, təbii gözəlliklər, təmiz hava, saf su qaynaqları, ekoloji baxımdan təmiz dəniz, yay mövsümündə günəş və qış mövsümündə qar, heyvan növləri, bitki örtüyü (flora), təbii bulaqlar və şəfalı sular əsas təbii amillərdən sayılır.
2. Sosial-mədəni amillər - səyahət ediləcək cəlbedici ərazilərin müəyyənləşdirilməsində təbii amillər qədər önəm daşıyır. Sosial-mədəni amilləri yaradan dəyərlər arasında adət və ənənələr (evlənmə, toy, doğum və s.), tarixi və mədəni yerlər (muzeylər, abidələr, ibadət yerləri, tarixi şəhərlər və s.). siyasi quruluş, təhsil durumu və urbanizasiyalaşma səviyyəsi malikdir.
Bu amillər təbii amilləri dəstəkləyən bir özəllik göstərməklə birlikdə, təkbaşına bir cəlbedicilik xüsusiyyəti də göstərə bilməkdədir. Turizmin ceşidləndirilməsi kontekstində yaradılan mədəni turizmi bu cəlbedicilik elementindən təşkil edilməkdədir.
3. iqtisadi amillər - Bir turist məhsulunun tələb edilməsində və satın alınmasında iqtisadi şərtlərin uyğunluğu da önəmli bir cəlbedicilik amili təşkil etməkdədir. Turist məhsulunun qiyməti, ümumi iqtisadi vəziyyət, maddi baza imkanları və turizm sənayesinin vəziyyəti iqtisadi amillərə aid edilə bilər.
4. Psixoloji amillər - turist məhsulunu cəlbedici edən psixoloji amillər sırasında ölkələr arasındakı tarixi, mədəni və dini əlaqələr, cəmiyyətlərin adət-ənənə və davranış qaydaları, idarəçilərin ənənə və davranışları, moda, vərdiş, heyranlıq-snobizm, simpatiya ya da antipatiya duyğusu gəlməkdədir.
Hazırda mütəxəssislər turist tələbatının formalaşmasına, turizm mərkəzlərinin və turizmdə sahibkarlığın uğurlu fəaliyyətinə təsir göstərən amilləri beş qrupa ayırırlar:
1) Təbiət amilləri. Turistlərə əlçatan olan təbii sərvətlərin olması (istirahət yerlərinin coğrafi vəziyyəti, iqlim, flora, fauna, su hövzəsinə yaxınlıq, komfortluluq və cəlbedici gözəl təbiət abidələri və s.).
2) Sosial - iqtisadi amillər. İstirahət yerlərinin inkişaf
səviyyasv (dil, ölkənin iqtisadi və mədəni inkişafının səviyyəsi).
3) Turizm sənayesinin maddi bazası. Estetik qavranma və rahatlıq baxımından turistlərin tələbatının ödənilməsi üçün əsas yerüstü tikililər (mehmanxanalar, qidalanma və əyləncə müəssisələri, idman - kurort qurğuları və s.). maddi bazanın komfortluq səviyyəsi, maddi baza obyektlərinin memarlıq görünüşü onların Milli xüsusiyyətlərinə, ətraf memarlıq və təbiət mədəniyyətinə, həmçinin turizmin növlərinə (istirahət, idman, işgüzar səfərlər və s.) uyğun olması çox mühüm məsələlərdəndir.
4. istirahət yerlərinin infrasturkturu. Turizm sənayesinin tələbatının ödənilməsi üçün vacib olan yerüstü və yeraltı qurğular (kommunikasiyalar, yollar, işıqlandırma sistemi çimərliklər, avtomobil dayanacaqları, bağ-park təsərrüfatı və s.).
5. Turizm təklifi (qonaqpərvəlik resursları) - turizm mərkəzinin mədəni zənginliyi. Turizmdə qonaqpərvərlik məsələlərinə çox əhəmiyyət verilir. Turizm mərkəzində olan incəsənət, ədəbiyyat, musiqi, teatr, turizmin müvəfəqiyyətinə imkan yaradır. Turistləri maraqlandıra və cəlb edə bilən folklor bayramları, milli incəsənət qalereyaları, festivallar, həmçinin ekskursiya, dərketmə, idman, əyləncə, kurort, rekreasiya təkliflərindən qonaqpərvərlik resursları kimi istifadə oluna bilər.
Dünya turizmi çox intensiv inkişaf edir. Ona görə də turizmdə yüksək rəqabətin olması labüddür.
Sahibkarlığın inkişafı və uğurları da bütün turizm müəssisələrini riqqətə gətirir. Mütəxəssislər turizm xidmətinin rəqabət davamlığına təsir göstərən yeddi amili qeyd edirlər:
1. Keyfiyyət; 2. Etibarlılıq; 3. Təhlükəsizlik; 4. Qiymətin inandırıcı olması; 5. İstehlakçıların seqmentləşməsi; 6. Qiymətlərin mövsümü differensasiyası; 7. Endirimlərin differcnsasiya sistemi.
Keyfiyyət - turizm xidmətində əsas amillərdən biridir. Onsuz tələb və müştəri yoxdur. Keyfiyyət turizmdə kompleks xarakterli çox mürəkkəb kəmiyyətdir. Turizm məhsuluna (tura) aid olan keyfiyyət anlayışına: hər bir ayrıca xidmətin istehlak keyfiyyəti, səyahətin tipinə və növünə uyğun olan xidmətlər toplusu, xidmətin proqram və texnologiyasının optimali olması, bütün göstərilən xidmətlərin yüksək səviyyəyə uyğunluğu və s. daxil edilir.
Etibarlılıq. Real xidmətin reklamlara və yayılan məlumatlara uyğunluğu. Müştəri sifariş etdiyi və pulunu ödədiyi xidməti mütləq olacağına əmin olmalıdır. Səyahət proqramında müxtəlif səbəblərə görə dəyişikliklər baş verdiyi halda ona uyğun olan xidmət göstərilməli və ya kompensasiya qaytarılmasına zəmanət verilməlidir.
Təhlükəsizlik. Səyahətin və ya istirahətin istiqamətinin seçiminə böyük təsir göstərən mühüm amildir. Turizmdə təhlükəsizlik bir çox amillərdən asılıdır (siyasi vəziyyət ətraf mühitin vəziyyəti və s.). turizm səyahətini planlaşdırarkən turistin təhlükəsizliyi mütləq nəzərə alınmalıdır.
Turistlərin təhlükəsizliyinin qorunması üçün nəzərdə tutulan tədbirlərə, turizm mərkəzlərində baş verə biləcək təbii və texnogen qəzalar zamanı turistlərin təhlükəsizliyin təmin olunması, epidemioloji, bakterioloji və başqa tibbi təhlükələrin qarşısının alınması və müəyyən rəsmiyyətə riayət olunması; turistlərin daşınması zamanı onların təhlükəsizliyinin təşkili; turistlərin səyahət zamanı sığortalanması, həmçinin turizm təşkilatlarının məsuliyyətinin sığortalanması; xüsusi turizm polisi və sekyuriti xidmətinin yaradılması daxildir.
Yarana biləcək təhlükələr, onların qarşısının alınması qaydaları, həmçinin turistlərin təhlükəsizliyinin zəmanəti barədə onların tam məlumatlandırılması ikinci dərəcəli məsələ deyildir.
Qiymətin inandırıcı olması. Qiymət xidmətə və onun səviyyəsinə uyğun olmalıdır. Qiymətin yaranması, müəssisənin bazar siyasətinin ən mühüm tərkib hissəsidir. Çünki turizmdə təklif olunan məhsulunu seçimi əsasən qiymətə görə təyin olunur. Qiymətlərin rəqabəti, istehlakçıların qiymət məsələlərinə olan diqqətini artırır.
İstehlakçıların seqmentləşməsi. Turist xidmətləri müəyyən məqsədli turist qruplarına (gənclər, ahıl yaşlılar, imkanlı və məhdud imkanlı insanlar, uşanlı valideynlər, idmançılar və s.) istiqamətlənməli və müəyyən qrupların tələbatının ödənilməsinə yönəlməlidir.
Ayrı-ayrı qrupların tələbtaı müxtəlif olduğu üçün, turizm məhsulu da vahid şəkilə salınmış ola bilməz. Əksinə o xidmətin tərkibinə və səviyyəsinə görə fərqli və müxtəlif olmalı və konkret istehlakçı qrupuna ünvanlanmalıdır.
Qiymətlərin mövsümi differensasiyası turizmdə vacib məsələlərdəndir, çünki bu fəaliyyət sahəsi üçün tələbin artıb, azalması mövsümi xarakterlidir. Qeyri - mövsüm vaxtı istehlakçıları cəlb etmək məqsədilə və ilin müxtəlif dövrlərində turist axınının sabitləşməsi üçün mövsümi tələbata görə qiymətlərin differensasiyası olmalıdır. Yüksək mövsümdə qiymətlər arta bilər, qeyri-mövsümdə isə enə bilər. Bu da turistlər üçün əlavə cəlbedici amillərdən biridir.
Endirim differensasiya sistemi turların alınması üçün olduqca cəlbedici amildir. Uşaqlarla səyahət edən ailələr üçün nəzərdə tutulan endirimlər daha geniş yayılmışdır. Bundan əlavə turizmdə bir sıra müxtəlif kombinə edilmiş və ya differensasiyalaş- mış şəkildə tətbiq olunan endirimlər: qrup turları, əvvəlcədən bronlaşdırma, təkrar müraciət, həmçinin daimi müştərilər üçün və s. mövcuddur.
                Mövzu:  7      Turizm regionları
                                        ( müəllim – Şirəliyev Vüqar )
 
             Plan:
 
             1.  Turizm rayonlaşdırılması
             2.  Beynəlxalq turizmdə rayonları formalaşdıran amillər
             3.  İstirahət destinasiyasına ən vacib tələblər
4.  İnkişaf üzrə turizm rayonlarının növlərə bölünməsi
Müasir elmdə turizm rayonlaşması anlayışı müxtəlif müəlliflərin əsərlərində mərkəzi yerlərdən birinin tutmaqdadır. Bunların hamısını ümumiləşdirməklə turizm rayona bu cür tərifini vermək olar.
İqtisadi mühitdə təbii və mədəni-tarixi ehtiyatlardan istifadə edərək, yüksək səviyyədə turistlərin tələbatlarını ödəyən, bir-biri ilə əlaqəli turist müəssisələrinin bir ərazidə yerləşməsinə turizm rayonu deyirlər. Turizm rayonları aşağıda göstərilən xüsusi keyfiyyətlərə malikdir.
Əvvəla, turizm rayonu sosial qurumdur. Bu qurumun məhsulu insanların fiziki və psixoloji gücünün bərpası, onların istirahət və əyləncəsini təmin edən rekreasiya və turizm xidmətləridir. Bu xidmətlərin alıcıları təbii ki turistlərdir.
İkinci, turizm rayonlarına istehsaldan, mübadilədən və istehlakdan ibarət olan təkrar istehsal etmə prosesi xasdır.
Üçüncü, uzunmüddətli istirahət funksiyaları yerinə yetirən rekreasiya və turizm rayonlarının yerləşməsi resurslardan asılıdır. Beynəlxalq və ümumdövlət turizm rayonları şəhər ətrafı turizm rekreasiya rayonlarından fərqli olaraq unikal turizm rekreasiya resursları əsasında yaradılır.
Dördüncüsü, əksər turizm rayonlarının fəaliyyəti mövsümdən asılıdır. Bu həm təbiət, həm də ictimai həyatın ritmlərinə əsaslanır.
Turizm rayonları öz növbəsində turizm regionlarına birləşir. BMÜTT beş ən iri turizm regionu müəyyən etmişdir: Avropa, Amerika, Asiya-Sakit okean, Afrika və Yaxın (Orta) Şərq.
Turizm rayonlaşmasının elmi prinsiplərinin öyrənilməsi və tətbiqi yeni rekreasiya resurslarının axtarıb tapılması, yeni turizm rayonlarının xüsusiyyətləri və istiqamətləndirilməsi imkanı yaradır.
Turizm rayonlaşması mürəkkəb məsələ olsa da, beynəlxalq turizmdə rayonları formallaşdıran bir neçə amil məlumdur:
- turizm baxımından coğrafi mövqeyinin əsas xüsusiyyətləri (turizm bazarı və turistləri qəbul edən regionlara qarşı mövqeyi, siyasi baxımından dünyanın qeyri-sabit bölgələrə və "qaynar nöqtələr"ə qarşı mövqeyi, qonşu ölkələrlə münasibətləri, eləcə də həmin dövlətlərin ərazisində turistlərin kütləvi şəkildə istifadə olunan kommunikasiya obyektlərindən istifadəyə icazə verilməsi);
- təbiətin xüsusiyyətləri, iqlim şəraitin komfortluğu, rekreasiya ehtiyatlarının zənginliyi və müxtəlifliyi, onlardan istifadə imkanları;
- ərazinin təbii və mədəni-tarixi görməli yerləri ilə dolğunluğu, onların bir-bir ilə çulğalaşması və əsas turizm bölgələri və mərkəzlərə qarşı mövqeyi;
- turistlərin və potensial müştərilərin əsas hissəsini təbii və mədəni-tarixi görməli yerlərin cəlb etmə dərəcəsi;
- mövcud kommunikasiya baxımından bölgənin imkanlarının səviyyəsi;
- müəyyən bir əraziyə gəlmə-getmənin müddətində tələb olunan xərclərin müəyyənləşdirilməsi;
- səyahət etmək üçün turistlərin xərclərinin ümumi səviyyəsi;
- turizm infrastrukturunun inkişaf səviyyəsi (yaşayış obyektləri, nəqliyyat, rabitə, iaşə, ticarət vasitələri ilə ərazisinin təminatı);
- turistlərə göstərilən xidmətlərin səviyyəsi;
- turistlərə xidmət göstərən personalın peçə səviyyəsi;
- turistləri qəbul etmə üçün ərazinin tutumu;
- ərazinin siyasi vəziyyətinin sabitliyi;
- kriminogen və ekoloji vəziyyətin tarazlığı baxımından turistlər üçün təhlükəsizlik səviyyəsi;
- turizm və qonaqpərvərlik sənayesinin gələcək inkişafı üçün ümumi iqtisadi vəziyyəti, insan resursları, maddi vəsaitlər və maliyyə imkanları ilə təmin olunmasının səviyyəsi;
- ərazinin dünya turizm bazarında yeri baxımından, yəni, əraziyə gələn turist axınlarının həcmi və onların gələcəkdə formalaşması üçün imkanlar;
- əraziyə xaricdən gələn müştərilərin strukturu;
- ərazidə turizmin əsas xüsusiyyətləri (mövsümi dəyişiliklik, qalma müddəti, geniş yayılmlş turizm növləri, səfərin əsas məqsədi və s.);
- turizm problemlərinə dövlət orqanlarının və yerli turizm təşkilatlarının münasibəti;
- mövcud ərazi üçün turizmin iqtisadi rolu (turizmdən gəlir həcmi, turizm infrastrukturunun inkişafı üçün xərclər həcmi, iqtisadiyyatın digər sektorları arasında turizmin yeri və onlarla əlaqəsi, yerli əhalinin məşğulluğuna turizmin təsiri);
- mövcud ərazidə turizmin inkişaf perspektivləri.
Dünya səviyyəsində turizm rayonlaşdırılmasının məlum iyerarxiyası mövcuddur. Avropa, Afrika, Amerika və s. ən iri turizm regionu sayılır. Hər bir ölkəni ayrı-ayrı rayon hesab etmək ona görə lazımdır ki, turizm ölkənin iqtisadiyyatına təsir edir. Üstəgəl, bütün statistik məlumatlar beynəlxalq turizmdə ölkələrə bölünür.
Əgər ölkələr zəngin rekreasiya resurslarına malik olarsa turizm rayonları birləşərək turizm zonalarına əmələ gətirir. İstirahət destinasivasına ən vacib tələblər bunlardır:
1) təbii və iqlim cəlbediciliyi;
2) mədəni-tarixi ehtiyatlar;
3) otel və yerləşdirmə müəssislərinin keyfiyyət standartı, iaşə və bütün xidmətlər sahəsinin təşkili, mövcud turizm infrastrukturunun beynəlxalq standartlara uyğunluğu, ekskursiya və əyləncə proqramlarının olması;
4) operativ nəqliyyat və komunukasiyalarının mövcudluğu;
5) regionda siyasi sabitlik və şəxsi təhlükəsizliyinin təmini;
6) beynəlxalq tanıtma və ərazinin prestiji (sahənin imici).
İnkişaf üzrə turizm rayonları üç növə bölünürlər:
1) geniş kütləvi tətil, bayram və məzuniyyət günlərində istirahət üçün istifadə olunan ən dəyərli və müxtəlif turizm ehtiyatları zəngin olan ərazilər;
2) tətil, bayram və məzuniyyət üçün istifadə olunan müxtəlif ehtiyatlarla zəngin olan ərazilər;
3) regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsi üçün yerli hakimiyyət orqanları təşəbbüsü, o cümlədən, istirahət yerlərinin təşkilində mövcud tələbatdan asılı olaraq, məhdud resurslar əsasında turizm və rekreasiyanın inkişaf edə biləcəyi ərazilər.
ÜTT-ə görə, turizm regionu istirahət və sağlaınlaşdırılma təşkilinə vacib olan xüsusi tikililər və xidmətlərin geniş şəbəkəsinə malik olan ərazidir. Bir sözlə, turizm regionu eyni zamanda həm destinasiya, həm turizm məhsuludur.
İstirahət edənlərin nöqteyi-nəzərdən turizm regionu, yaşayış məkanı, mühit, təbiət və ekskursiyalardır.
Bəzi alimlər, daha dərin anlayış irəli sürürlər - “potensial- turizm rayonu”. Dünyanın müxtəlif yerlərində, ayrı-ayrı ölkələrdə potensial turist regionları yaranır. Bu regionların attraktivliyi müxtəlif amillərdən asılıdır: təbiət, tarix-mədəni, etnik və
konfessional, sosial-iqtisadi.
Turizm rayonundan fərqli olaraq turizm zonası anlayışına daxildir:
• hər biri beş min nəfərlik iki və daha çox turizm mərkəzi olan ölkə ərazisinin bir hissəsi;
• əsas iqtisadiyyat istiqamətli turizmin inkişafı olan ərazi;
• turistləri cəlb edən və turistlərə xidmət göstərən obyektlərin toplandığı ərazi.
Turizm rayonlaşdırılmasının iyerarxiyasının ən aşağı pilləsində turizm mərkəzi yerləşir. Bu, turizm resursları əsasında turist-ekskursiya xidmətləri göstərən kompleksi olan ərazidir. Bu ərazidə yerləşdirmə obyektləri, iaşə müəssisələri, idman qurğuları, ticarət, əyləncə və digər xidmət göstərən müəssisələr mövcuddur.
                Mövzu:  8      Turizm mərkəzləri və destinasiyaları
                                        ( müəllim – Şirəliyev Vüqar )
 
             Plan:
 
             1.  Turizm mərkəzi anlayışı
             2.  Turizm mərkəzlərinin funksional struktura əsasən təsnifatı
             3.  Turizm destinasiya anlayışı
4.  Turizm destinasiyasının inkişaf mərhələləri
 
“Turizm mərkəzi” anlayışına iki fərqli yanaşma vardır. On geniş yayılmış və ənənəvi yanaşma turizm mərkəzinin onun rekreasiya potensialından, yəni real resursun olub-olmamasından, yaxud bu mərkəzə ənənəvi maraqdan asılıdır. Rekreasiya potensialı ənənəvi maraqla birgə real, obyektiv potensial olmaqla turist axınlarını cəlb edir.
Digər yanaşma ondan ibarətdir ki, turist axınları resursların olub-olmamasından asılı deyil. Əsas turist axınları turizm mərkəzi haqqında məlumatın geniş yayılmasından asılıdır. Bu baxımdan Dünyanın aparıcı turoperatorlarının turizm kataloqlarına diqqət yetirmək kifayətdir. Onları vərəqləyərək turizm mərkəzinin həqiqi qiymətləndirilməsi, yəni insanların bu turizm mərkəzləri haqqında məlumat səviyyəsini görmək mümkündür.
Turizm ədəbiyyatında rekreasiya potensialından asılı olaraq turizm mərkəzlərinin geniş tipoloji təsnifatı vardır. Turizm mərkəzinin funksional struktur əsnasında təsnifatı aşağıdakı kimidir:
dənizsahili və aktiv-sağlamlıq mərkəzlər — dəniz kənarında yerləşən, təmizliyi (“mavi bayrağlarla” mövcud) və ekoloji vəziyyəti ilə seçilən; təbii ehtiyatlan (günəş, dəniz və çimərlik) ilə zəngin olan və aktiv-sağlamlıq turizm imkanlarını (sörfınq, dayvinq) özündə birləşdirir. Bunlara Mayami-Biç (ABŞ), Vaykiki (Havayi adaları), Benidorm (İspaniya), Antalya, Bodrum (Türkiyə), Kann, Nitsa (Fransa), Akapulko (Meksika), Qolden-Kost (Avstraliya) və s. aiddir;
kurort-iqlim mərkəzləri - təbii müalicəvi ehtiyyatların (mineral sular, palçiqlar və iqlim) əsasında olan ərazilər hesab olunur. Vişi, Vittel (Fransa), Visbaden, Baden-Baden (Almaniya), Bad-İşi, Bad-Qastayn (Avstriya), Spa (Belçika), Bat, Bakston (Böyük Britaniya), Abano-Terme, Salsomajorc (İtaliya), Hotsprings (ABŞ), Karlovı Varı, Marianske Lazne (Çexiya), Pamukkale (Türkiyə), Yessentuki, Kislovodsk (Russiya) kimi dünyada kurort mərkəzlərini misal göstərmək olar;
mədəni-tarixi mərkəzlər - əsasən qədim tarixi, unikal mədəni və memarlıq nümunələri ilə zəngin olan əraziləri əhatə edir. Roma (İtaliya), Afina (Yunanistan), Praqa (Çexiya), Barselona (İspaniya), Sankt-Peterburq (Russiya), Londonu (Böyük Britaniya) əsas mədəni-tarixi mərkəzlər saymaq mümkündür;
kommersiya-işgüzar mərkəzlər - işgüzar səfərlərin həyata keçirildiyi və müxtəlif yarmarka və sərgilərin təşkil olunduğu yerləri özündə birləşdirir. Əsasən, Nyu-York (ABŞ), Dubay (BƏƏ),
Cenevrə (İsveçrə), Tokio (Yaponiya), London (Böyük Britaniya), Brüssel (Belçika) kimi şəhərləri bu tip mərkəzlərdən hesab olunur;
festival-konqres folklor mərkəzləri - dünyada milli incəsənət, bayramlar, yarmarkalar, müsiqi əsasında müxtəlif formada olan karnavalların və festivalların keçirildiyi mərkəzlər hesab olunur. İspaniya ərazisində Korrida döyüşləri, Münhendə pivə bayramı sayılan Oktoberfest, Venesiyada və Braziliyada eyni adlı karnavallar, Fransada Kann kino festivalı, Azərbaycanda isə Novruz və Nar bayramını misal göstərmək olar. Eləcə də konqreslər, simpoziumlar və konfransları keçirən mərkəzləri (ABŞ, Fransa, Böyük Britaniya) qeyd etmək lazımdır;
ekoloji mərkəzlər - xüsusi mühafizə statusuna malik (milli parklar və s.) və gələn turistlərin gəzintisi əvvəlcədən müəyyən edilmiş cığırlardan təşkil olunan ərazilər. ABŞ-da yerləşmiş Yelloustoun, Qrand Kanyon kimi milli parkları, yaxud Afrikada yerləşən insanın ayağı dəyməmiş Serengeti (Kenya) qorunan ərazilərin adını çəkmək olar;
idman mərkəzləri - idman yarışları və birincilikləri. Olimpiya oyunları və UEFA çempionatları təşkil edən və azarkeşlərin və idmançıların axın etdiyi məkanlardır. London, Barselona, Paris, Afina, Sidney, Keyptaun, Pekin kimi şəhərləri idman mərkəzləri göstərmək olar;
alp mərkəzləri - birinci dərəcəli infrastruktur və uzun qış mövsümü ilə xarakterizə olunmuş - Kurşavel (Fransa), Kran- Montana (İsveçrə); alpinizm mərkəzləri - professional dağ-dırmaşma regionları - Skandinaviya dağları (İsveç, Norveç, Finlandiya), Pireney (İspaniya), Alp (Avstriya, İsveçrə, Fransa), Himalay (Nepal), Kordilyer (ABŞ). Bunlardan əlavə bura speleoturizm inkişaf edən əraziləri daxil etmək olar - Mamont mağarası (ABŞ), Pyer-Sen- Marten (Fransa);
dini mərkəzlər - dünyanın müxtəlif zəvvarlıq və ya sitayiş mərkəzlərini əhatə edir. Dünyanın məhşur dini mərkəzlərinə Qüds, Məkkə, Vatikan, Lxasa şəhərləri aiddir;
ovçuluq-balıqçılıq mərkəzləri - müəyyən heyvanların və balıqların ovlanmasına icazə verildiyi yerlər nəzərdə tutulur. Ovçuluq mərkəzlərinə daha çox meşə massivləri ilə əhatə olunmuş Şərqi Avropa ölkələrini, safari turlarının geniş inkişaf etdiyi Afrika ölkələrini nümunə göstərmək olar. Balıqçılıq mərkəzləri isə balıq ehtiyatları ilə zəngin olan Çin, Yaponiya, Norveç, Rusiya kimi ölkələri qeyd etmək olar;
ekzotik mərkəzlər - özünün unikal landşaftları, flora va fauna ilə seçilən təbii ərazilər (Viktoriya şəlaləsi. Serengeti milli parkı, Tayland), turizm obyektləri (Kemberli almaz mədəni), girilemeyen (Tibet) və özünəməxsus yaşam tərzi olan (Hindistan. Şri-Lanka) yerləri əhatə edir;
əyləncə mərkəzləri - xüsusi yaş qrupundan asılı olaraq insanların daha çox diqqətini cəlb edən yerlərdir. Gənclər arasında əyləncə mərkəzlərinə gecə həyatı ilə fərqlənən əraziləri aid etmək olar. Bunlara nümunə olaraq Milan, Madrid kimi mərkəzlərin adını qeyd etmək kifayətdir. Lakin, uşaqlar əyləncə mərkəzləri kimi daha çox attraksion (Disneylend) və s. tematik parklara üstünlük verirlər. Bu tipdə olan Kaliforniya və Paris kimi mərkəzləri misal göstərmək olar. Las-Vegas və Макао isə kazino ilə dünyada tanmır.
macəra mərkəzləri - adrenalin və risk axtaranların cəlb edən xüsusi turizm ehtiyatlarla zəngin olan ərazilər. Bura əldəyməmiş təbiəti və sərt iqlim sahələri də daxil etmək olar. Beb mərkəzlər daha çox Afrika regionunda, Yeni Zelandiyada inkişaf edib.
etnoqrafik mərkəzlər - digər mərkəzlərindən fərqlənən və özünə məxsus koloriti, adət-ənənələri ilə seçilən məkanlardır. Bu cür mərkəzlərin kifayət qədər çox olduğu Afrika, Cənub-Şərqi və Cənubi Asiya, Avstraliya və Okeaniya regionları fərqlənir.
kombinə edilmiş mərkəzlər bu cür mərkəzlərə özündə bir neçə komponenti birləşdirən mərkəzlər aid edilir. Məs., Paris iri bir turizm mərkəzi olaraq, həm mədəni-tarixi, həm kommersiya- işgüzar, həm idman, həm də əyləncə mərkəzi hesab oluna bilər. Ümumiyyətlə, ölkənin iri şəhərlərini, əsasən paytaxtı, bu cür mərkəzlərə aid etmək olar.
Turizm mərkəzlərinin tipoloji təsnifatı bir tərəfdən turistlərin rekreasiya fəaliyyətinin və insanların tələbatlarının müxtəlifliyini göstərir. Digər tərəfdən bu təsnifat hər hansı bir məkanda mədəni və təbii rekreasiya resursları ilə bağlıdır. Yəni, mədəni və təbiət obyektləri, rekreasiya resursları olmadan turizm fəaliyyətini həyata keçirmək mümkün deyil.
Deməli, nəzərə almaq lazımdır ki, rekreasiya resursları insanların istəyi ilə üst-üstə düşəndə gedilən məkanlar turizm mərkəzlərinə çevrilir. Bunu nəzərə alaraq turizm mərkəzləri üçün mümkün olan amilləri göstərmək olar: generativ, yəni tələbatla bağlı olan, reallaşma, yəni resurslarla bağlı və lokallaşma, yəni məlumatlandırmaqla bağlı. Təcrübə göstərir ki, sırf lokallaşma amilləri son on illikdə turizm mərkəzlərinin formalaşmasına maksimal təsir göstərir. Bu da yeni dünya turizm mərkəzlərinin (Cənub-Şərq Asiya, Meksika, Okeaniya, Türkiyə və s.) yaranmasını və dünya turizminin inkişafının sürətli dinamikasını izah edir.
Elmi turizm ədəbiyyatında “turizm dcstinasiyası” anlayışına rast gəlmək olar. İngilis dilinin tərcüməsində “destinasiya” yəni "məskunlaşma, təyinat yeri” 1980-ci illərin ortalarında N.Leyper tərəfindən elmi ədəbiyyata salınmışdır. Bu gün destinasiya - turistlərin diqqətini cəlb edən və onların tələbatlarım ödəyən coğrafi ərazidir. Hər hansı coğrafi ərazini destinasiyaya çevrilmək üçün bir neçə şərtləri həyata keçirmək lazımdır. Bu ərazidə məskunlaşma iaşə, əyləncə obyektləri ilə bərabər, geniş nəqliyyat sistemi, turistləri maraqlandıra bilən görməli yerlər, mənzərələr olmalıdır. Yüksək keyfiyyətli və sürətli kommunikasiya və informasiya sistemləri (məs. "Amadeus”, "Galileo”, “Worldspan”, “Sabre”) yaranmalıdır. Bu nöqtəyi nəzərdən baxaraq destinasiya turistlərin tələbatına uyğun olan, müəyyən xidmət göstərən və turistinin səfərin məqsədi olan ərazidir. Hər bir destinasiya konkret inkişaf mərhələsi keçir:
/ mərhələ - aktiv inkişaf - yəni turistlərin investisiyaların və turizmdən gəlirlərin çoxalması;
U mərhələ - inkişaf - iş yerlərinin çoxalması, ərazinin abadlaşdırılması, ekoloji vəziyyətdə və sosial-mədəni mühitdə dəyişmələr, immiqrasiyanın yüksəlməsi;
III mərhələ - inkişafın dayanması - yəni turistlərin azaltması, işsiz əhalinin çoxalması, turizm mərkəzlərinin əsas fəaliyyətin dəyişdirilməsi, turizmdən gəlirlərin azalması.
Turizm destinasiyalrının üç növünü göstərmək olar. Birinci - böyük şəhərlər. Onlar zəngin, tarixi-mədəni resurslarla və inkişaf olunmuş turist infrastruktura malikdir. İkinci növə həm yerli adət- ənənə və mədəniyyət mərkəzləri, həm də inkişaf etmiş turizm obyektləri şəbəkəsinə malikdir. Üçüncii növ - xüsusi turizm məqsədi ilə tikilmiş mərkəzlərdən (tematik park, kurortlar və s.) ibarətdir.
               Mövzu:  9      Ekskursiyalar və onların təşkili xüsusiyyətləri
                                        ( müəllim – Şirəliyev Vüqar )
 
             Plan:
 
             1.  Ekskursiyaların məzmununa görə təsnifatı
             2.  Ekskursiyalarda iştirakçıların tərkibinə görə təsnifatı
             3.  Ekskursiyanın apardığı yerə görə təsnifatı
4.  Ekskursiyanın keçirilmə formasına görə təsnifatı
Əvvəlki fəsillərdə qeyd olunduğu kimi, ekskursiya turizmin ayrılmaz bir hissəsidir. Əgər turizmin tarixini nəzərdən keçirsək görərik ki, onun yaranması məhz ekskursiyaların təşkili ilə başlayıb.
Bir elm olaraq ekskursiya işinin 100 ilə yaxın tarixinin olduğu qeyd olunur. Ölkəmizdə ekskursiyaların təşkili Sovet dövrünə təsadüf edir. İlk əvvəllər ekskursiyalar məktəblilərin təbiətşünaslıq, zoologiya, coğrafiya və s. kimi fənlər üzrə təbiətə səyahətləri şəklində təşkil olunurdu. Daha sonra isə dağlara, zirvələrə yürüşlər təşkil olunmağa başladı. İkinci dünya müharibəsindən sonra isə mədəniyyətlər arasında səyahətlər təşkil olunmağa başladı. Hazırda, ekskursiya özündə bir çox mahiyyətləri əks etdirir.
Ekskursiyanın mahiyyəti və bələdçi peşəsinin xüsusiyyətləri.
Ekskursiya - latın sözü olub “excursio” - gəzinti, səfər mənasını daşıyır. Ekskursiya - maraq doğuran bölgələrə, muzeylərə, tarixi və ya təbiət guşələrinə maarifləndirici, elmi, idman və ya istirahət məqsədi ilə tək və ya kollektiv şəkildə minik/avtobus, təyyarə, qayıq və ya piyada gəzinti vasitəsilə baxışın təşkilidir.
• Ekskursiyada obyektlərə baxış - mütləq qrup rəhbəri (bələdçi) tərəfindən aparılır.
• Ekskursiya zamanı ekskursiyaçıların (turist və ya qonaqların) və ekskursiyaçınm (qrup rəhbəri, bələdçi-gid) olması vacib şərtdir.
• Ekskursiya 45 dəqiqədən - 1 sutkaya qədər ola bilər.
• Ekskursiyalar müxtəlif dil və mövzular üzrə aparılır.
» Ekskuriya fərdi (1-7 nəfər) və kollektiv (7-30 nəfər) şəkildə aparıla bilər
Ekskursiyaların təsnifatı. Ekskursiyaların təsnifatı aşağıdakı xüsusiyyətlərə əsasən aparılır:
• Məzmuna görə;
• İştirakçıların tərkibinə görə;
• Ekskursiyanın aparıldığı yerə görə;
• Hərəkət üsuluna görə;
• Ekskursiyanın keçirilmə formasına görə.
I. Məzmuna görə ekskursiyaların bölgüsü:
• icmal ekskursiyaları (çoxplanlı olur, həm tarixi, həm də müasir materiallardan istifadə olunur, müxtəlif obyektlər nümayiş etdirilir);
• tematik ekskursiyalar - bir neçə qrupa bölünür—tarixi, istehsalat, abiətşünaslıq, incəsənət, ədəbiyyat, memarlıq-şəhərsalma.
7 İştirakçıların tərkibinə görə:
a) uşaqlar üçün;
b) ailələr üçün
c) ahıl yaşlılar üçün;
d) tələbələr və gənclər üçün;
e) orta yaş dövrü insanlar üçün;
Yerli əhali və gəlmə turistlər, kənd və ya şəhər sakinləri üçün d; nəzərdə tutula bilər.
3. Ekskursiyaların aparıldığı yerə görə:
a) şəhər daxili;
b) şəhərdən kənar;
c) sənaye obyektlərinə;
d) muzeylərə və s.
Şəhər və şəhərdən kənar ekskursiyalar icmal və tematik mövzuda ola bilər.
4. Hərəkət etmə üsuluna görə:
a) nəqliyyatla; (yerüstü, hava, su və s.)
b) piyada.
5. Ekskursiyaların keçirilmə formasına görə:
a) təlim ekskursiyası;
b) sınaq ekskursiyası;
c) “nümunəvi” ekskursiya.
Yuxarıda da qeyd edildiyi kimi, ekskursiyalar məzmununa görə icmal və tematik ekskursiyalar kimi fərqləndirilirlər. İcma' ekskursiyalara çox-planlı ekskursiyalar da deyilir, ele buradan bel; nəticəyə gəlmək olar ki, icmal ekskursiyalarda mövzu daha geniş v; müxtəlif istiqamətləri özündə birləşdirən ümumi bir məzmun, daşıyır. Tematik ekskursiyalar isə əksinə, daha dar məzmun., malikdir. İcmal ekskursiyalardan fərqli olaraq tematik ekskursiyalar tək-planlı ekskursiyalar deyilir. Burada məzmundan asılı olarar yalnız bir mövzu ətrafında danışılır. Tematik ekskursiyalara aşağıdakı kimi fərqləndirilən növləri misal göstərə bilərik:
• İncəsənət ekskursiyaları
• Memarlıq-şəhərsalma ekskursiyaları
• Tarixi ekskursiyalar
• İstehsalat ekskursiyaları
• Ədəbi ekskursiyalar
• Etnoqrafik ekskursiyalar
• Dini yerlərə ekskursiyalar
• Xüsusi təyinatı üzrə ekskursiyalar (muzeylər, parklar, teatrlar və
s.)
Ekskursiya pedaqoji fəaliyyət kimi.
Hər bir ekskursiya zamanı iştirakçılar yeni bilgilər qazanırlar. Ekskursiyanın mövzusundan və marşrutundan asılı olaraq, tarix, coğrafiya, təbiət, istehsalat, cəmiyyət və s. haqqında yeni məlumatlar əldə olunur. Beləliklə də, ekskursiyalar insanların dünyagörüşünün formalaşmasında, xüsusilə gənclərin təlim və tərbiyəsində böyük rol oynayaraq, pedaqoji prosesin tərkib hissəsinə çevrilir.
Hər bir pedaqoji prosesdə olduğu kimi, ekskursiyada da iki tərəf (öyrədən və öyrənən) var: ekskursiya bələdçisi və ekskursiya- çılar. Ekskursiya zamanı ekskursiya bələdçisinin pedaqoji bacarığı önə çəkilir-mövzunu yaxşı bilməsi və lazımi səviyyədə çatdırması, ekskursiyaçılarla münasibətin qurulması, qrupu idarə etmək bacarığı, intuisiya, pedaqoji texnika və s.
Ekskursiya bələdçisinin pedaqoji fəaliyyəti 3 mərhələdən ibarətdir:
• Ekskursiya bələdçisinin ekskursiyaya hazırlaşması;
• Ekskursiyaçıların ekskursiyaya hazırlanması və ekskursiyanın keçirilməsi;
• Ekskursiyadan sonrakı iş.
Pedaqogika” iki yunan sözündən əmələ gəlmiş (“Paydas” "uşaq”, “qoqos” “müşaiyət edən”, “tərbiyə edən”) və insanın təlimi, tərbiyəsi və təhsili haqqında elmdir. "Qədim Yunanıstanda hakim təbəqənin uşaqları ilə məşğul olan, onları təhsil ocaqlarına aparıb gətirən şəxslərə “Peydaqoqoslar” deyilirdi ki, “Pedaqogika”, "Pedaqoq” sözləri də buradan meydana gəlmişdir", (istinad) Pedaqogikada əsas anlayışlar “təlim”, “tərbiyə” və “təhsiPdir. Bu üç- anlayışı ekskursiyaya gətirə bilərik:
• Ekskursiyada Təlim dedikdə, bələdçinin rəhbərliyi altında turistlərə məlumatların çatdırılması, anlaşılmazlıqların açılması vg bir sıra fərqli xüsusiyyətlərin əyani şəkildə göstərilməsi ilə, onlara bu biliyin öyrədilməsi başa düşülür.
• Ekskursiyada Tərbiyə - turistlərə (əcnəbilərə) yerlilərlə və ya yerli turistlərə gediləcək yerlərdə yerli əhali ilə düzgün davranış formalarının öyrədilməsi və yerli xalqa mənsub digər mənəvi keyfiyyətlərin qonaqların nəzərinə çatdırılması, eləcə də təbiətə, əməyə, ölkənin qanunvericiliyinə və s. hörmətin və diqqətin artırılmasını tərbiyə etməkdir.
• Ekskursiyada “Təhsil - sistemləşdirilmiş bilik, bacarıq və təcrübənin turistlərin diqqətinə çatdırılmasıdır’’. Ümumiyyətlə, təhsil təlim və tərbiyənin nəticəsidir.
• Pedaqogikada “tərbiyə”ni müəyyən tərkib hissələrə ayırırlar ki. bu tərkib hissələrdən bəziləri ekskursiyalar zamanı da nəzərə alınır:
• Əqli təhsil və elmi dünyagörüşün formalaşdırılması.
• Əxlaq tərbiyəsi.
• Əmək tərbiyəsi.
• Estetik tərbiyə.
• Fiziki tərbiyə.
• Hüquq tərbiyəsi.
• İdeya-siyasi tərbiyə.
• Ekoloji tərbiyə.
Əqli və elmi dünyagörüşü tərbiyəsi Ekskursiya yalnız turistlər, əcnəbilər, böyüklər üçün deyil, bir çox hallarda məktəblilər, tələbələr, gənclər, yeniyetmələr, uşaqlar və s. üçün də nəzərdə tutulur. Bu zaman bələdçi onlara məlumatları onların anladığı formada, sadə dildə çatdırır. Ekskursiya pedaqoji proses olduğundan burada verilən hər bir məlumatın əqli-dünyagörüşü tərbiyəsinə bilavasitə təsiri vardır.
Böyüklər üçün də bir sıra verilən məlumatlar yenilik ola bilər və bu yolla onların da dünyagörüşünü artırmağa yardımçı ola bilər.
Ekoloji tərbiyə. "Ekologiya" yunan sözü olub, yurd (məkan) haqda təlim deməkdir. Ekoloji tərbiyə ahəngdar şəxsiyyət tərbiyəsinin mühüm tərkib hissəsidir. Heç şübhəsiz ki, ekskursiyalar müəyyən bir ərazidə həyata keçirilir (muzeylərdə, təbiətdə, bir sıra tarixi və mədəni binalarda, istehsal tikililərində və s.)
Ekoloji tərbiyənin əsasını təbiətə sevgi, onun mühafizəsi işi təşkil edir. İnsan təbiətin bir üzvüdür. Təbiət öz sərvətləri ilə insanı bəsləyir, yaşadır, fiziki və mənəvi qüvvələrini inkişaf etdirir, ona həyat verir. Lakin bəzən insan öz yaşamaq mənbəyini - təbiəti, ekoloji mühiti korlayır; udduğu havanı, içdiyi suyu, məhsulunu yediyi torpağı zəhərləyir. Bu yolla insanlıq öz-özünü məhvə aparır, özü üçün dəhşətli fəlakətlər, xəstəliklər yaradır.
Ekskursiya zamanı bələdçi ilk növbədə özü bütün ekoloji qanunauyğunluqlara uymalıdır, ətrafa zibil atmamalı və mədəniyyət abidələrində “toxunmaq olmaz’’ yazılan yerlərdə abidəyə toxunmamalıdır. Eyni zamanda, ekskursiya zamanı ekskursyaçıların "ekoloji mühafızə”ni pozmamasına diqqət etməlidir.
Ekskursiyanın təsnifatına uyğun olaraq, zaman-zaman təbiətə sevgi barədə danışmalı, lazım olduğunda ətraf mühitə zərər yetirməmək üçün bəzi yolları onların diqqətinə çatdırmalıdır. "Təbiətə sevgi” mövzusuna Təbiət ekskursiyalarında xüsusi yer verilməlidir.
Əmək tərbiyəsi. Əməyə sevgi, əməyə hörmət hər kəs üçün vacib olan anlayışdır. Ekskursiya zamanı bələdçi ekskursioyaçılara əməyin nəticələrini (memarlıq abidələri, muzeylər, incəsənət nümunələri, xalçalar və s.) haqqında elə gözəl danışmalıdır ki, ekskuısiyaçılar arasında bu peşəyə, əməyə, zəhmətə hörmət və sevgi yaransın.
K. Marks göstərirdi ki, «əmək hər şeydən əvvəl insanla təbiət arasında baş verən bir prosesdir, insanın öz fəaliyyəti sayəsində özü ilə təbiət arasındakı maddələr mübadiləsində vasitəçi olduğu, bu mübadiləni tənzim etdiyi və onu nəzarət altında saxladığı bir prosesdir.
İnsan özü təbiət maddəsinə bir təbiət qüvvəsi kimi qarşı durur. İnsan təbiət maddəsini öz yaşayışına yararlı olan bir formada mənimsəmək üçün öz bədəninə mənsub olan təbii qüvvələri: əl və ayaqlannı, başını və barmaqlarını hərəkətə gətirir. İnsan bu hərəkət vasitəsi ilə xarici təbiətə təsir etməklə və onu dəyişdirməklə bərabər öz təbiətini də dəyişdirir. O öz təbiətində mürgüləməkdə olan qüvvələri inkişaf etdirir və bu qüvvələrin fəaliyyətini öz hakimiyyətinə tabe edir».
Əmək prosesi birgə fəaliyyətdir. Əmək prosesi insanların qarşılıqlı təsir prosesidir.
Ekskursiyada əxlaq tərbiyəsi. Dilimizdə tərbiyə anlayışı ədəb, əxlaq sözü ilə də yaxın mənalarda işlənir. Ədəb sözü ərəb dilində “nəzakətli, tərbiyəli, ədəbli olmaq" mənalarını verən ^ “ədəbə” kökündən əmələ gəlmişdir.
Əxlaq liVj sözü isə ərəbcə Ai “xəlq” (mənası “yaratma, səciyyə, xarakter”) sözünün cəmi olub, insanın təbiətində olan xasiyyətləri və davranışları, eləcə də həyatı boyu qazandığı keyfiyyətləri və xasiyyətləri yaratmaq, səciyyələndirmək tərbiyə etmək deməkdir.
Əxlaq çox vacib amildir. Ekskursiya zamanı bələdçi ekskursiyaçılar üçün “əxlaq nümunəsi” olmalıdır. Öz hərəkətləri ilə əxlaqi dəyərləri qorumalı və qarşı tərəfə müsbət formada aşılamalıdır.
Eyni zamanda, bələdçi - mədəni diplomat kimi təmsil etdiyi xalqın mənəvi əxlaqi dəyərlərini ekskursiyaçılara, xüsusilə əcnəbi turistlərə düzgün formada çatdırmalıdır.
Əxlaq hər zaman mədəni səviyyənin, mədəniyyətin bir forması kimi çıxış edir, bir çox hallarda əxlaq mənəviyyatla eyniləşdirilir. Məlumdur ki, müxtəlif millətlərin, xalqların mövcudluğu, fərqli mədəni-tarixi təsirlər müxtəlif mədəniyyətləri, əxlaqi dəyərləri formalaşdırır ki, bu hər bir insanın mənəviyyatına təsirsiz ötüşmür. Hazırki “qloballaşma” dövründə qədim adət- ənənələri, uzun illər mövcud olmuş əxlaqi dəyərləri qorumaq çox çətin olur.
Bəzən ekskursiyalarda elə bir vəziyyət yaranır ki, turistlər yerli xalqın mədəni dəyərlərini dərk edə bilmirlər. Bu zaman bələdçi mövcud mədəni dəyərin formalaşmasında təsiri olan real tarixi faktlar gətirir. Bu yolla ekskursiyaçılara real vəziyyəti daha yaxşı dərk etmək üçün təsvirdən istifadə olunur.
İstənilən halda, bələdçi məlumatlar verərkən qarşısında olan ekskursiyaçıların əxlaqi dəyərlərinə hörmətlə yanaşmalı, onun şəxsi düşüncə tərzinə qarşı çıxmamalıdır.
Ekskursiyada estetik tərbiyə. "Şəxsiyyətin hərtərəfli və harmonik inkişafında, onun yüksək bəşəri tələblərə cavab verəcək bir ssviyyədə formalaşmasında tərbiyənin təkib hissəsindən biri olan estetik tərbiyə də böyük əhəmiyyət kəsb edir."
«Estetika» qədim yunan «estanomay» ("estezis") sözündən götürülüb, hərfi mənası «hisslərlə qavramaq» deməkdir.
"Estetika gözəllik haqqında elmdir. Estetik tərbiyə isə pedaqoji məfhumdur. Estetik tərbiyə isə tərbiyənin ayrılmaz tərkib hissəsindən biri olub, gənc nəsli gözəllik aləminə yaxınlaşdırır, insanlarda həqiqi gözəlliyi bütün təzahür formalarında aydın qavramaq, düzgün başa düşmək, sevmək və qiymətləndirmək bacarıqları tərbiyə edir. Estetik tərbiyə insanlarda gözəlliyə olan həssaslığı artırır, onları həyata gözəllik ünsürləri daxil etməyə təhrik edir, insanların mənəvi aləminə qüvvətli təsir göstərməklə onu daha da nəcibləşdirir. Ona görə də dahilərin bir çox əsərlərində və klassik pedaqoqların pedaqoji irslərində böyüyən nəslin, ümumiyyətlə insanların estetik tərbiyəsinə böyük əhəmiyyət verilmişdir.
Ekskursiya zamanı dünyanı dərk etmək, obyektlərə baxışdan, maraqlı tarixi və mədəni adidələrdən zövq almaq ekskursiyada estetik tərbiyəni formalaşdırır. O, insanın mədəni inkişafına birbaşa təsir göstərir. Ekskursiya zamanı insanlarda estetik tərbiyə müxtəlif yollarla formalaşır, obyektə baxışı ekskursiya rəhbəri həyala keçirir, bu zaman həmin obyektlərə ekskursiya rəhbərinin danışığı ilə izahat verilərək onlar haqqında ekskursiyaçılarda estetik dünyagörüşü və zövq formalaşır.
Ekskursiyaçılar obyekti əvvəlcə görür, sonra ona yaxından yanaşaraq diqqət edirlər, əgər ekskursiya rəhbəri obyektə baxış zamanı onu maraqlı, bitkin, tarixi dəlillərlə təqdim edirsə, bu zaman onlarda estetik zövq formalaşmış olur. İlkin baxışdan obyekt maraqla qarşılanırsa, bu zaman onlarda estetik düşüncə formalaşır, obyekt haqqında oz mülahizələri ilə düşünməyə başlayırlar. Ekskursiya rəhbəri qarşısında gördüyü obyekt haqqında həmin an təhlil verir. Təhlilin dərk edilməsi isə artıq təhlilin çatdırılmasından asılı olur. Əgər təhlil maraqlı və ətraflı verilərsə, onun dərk edilməsi də asan olar ki, bu da ekskursiyanın estetik dəyərini artırmış olur.
Ekskursiyalar zamanı istifadə olunan öyrətmə metodları. Ekskursiya zamanı bələdçi turistlərə hər hansısa bir məlumatı müxtəlif formalarda çatdıra bilər. Buna ekskursiya öyrətmə metodlan (üsulları) deyilir. Ekskursiyalar zamanı aşağıdakı öyrətmə metodlarından istifadə olunur:
• Nəqletmə.
• İzah.
• İllüstrativ/demonstrativ metod.
• İnduktiv/Deduktiv metod
Nəqletmə. Nəql yeni materialın təsvirə əsaslanaraq öyrədilməsi üsuludur. Nəql vasitəsilə yeni material sistemli və ardıcıl şəkildə təsvir edilir. Nəql müsahibə və izahla əlaqəli şəkildə də aparılır. Nəql şərhin nisbətən asan forması olub, öyrənənləri az idraki çətinliyə salır. Nəqldən ekskursiyanın müxtəlif növlərində və formalarında, eyni zamanda bütün dövrlərində (ekskursiyanın başlanğıcında, aralıqda və sonunda) istifadə edilir.
► nəqlə təlim metodu kimi bir sıra pedaqoji tələblər verilir;
» nəql elmi cəhətdən əsaslandırılmış hadisə və faktlara istinad etməlidir;
» məntiqi cəhətdən düzgün qurulmalıdır;
• irəli sürülən məsələnin doğruluğunu sübüt edən misallarla təmin edilməlidir;
» düzgün planlaşdırılmalı, aydın şərh edilməlidir; əsas məsələlər xüsusilə nəzərə çatdırılmalıdır; sadə, aydın dildə şərh olunmalıdır;
» nəql ifadəli və emosional aparılmalıdır, nəqlin səmərəlliyi öyrədənin ona diqqətli və hərtərəfli hazırlığını tələb edir.
izah. İzah təlimin ən geniş yayılmış üsuludur. Bu öyrəniləcək yeni materialı şifahi söz vasitəsilə dəlillərlə isbat etməkdir. İzah \asitəsilə öyrənənlər yeni fakt və ya hadisənin, elmi təlimatın səbəb \з nəticə əlaqələrini dərk edir, mənimsəyir. Bu zaman həm də yeni dərk olunan material əvvəl dərk olunmuşlarla əlaqələndirilir, beləliklə də yeni öyrənilən məlum biliklər sisteminə daxil edilir.
Məlumbiliklərə istinad edilərək öyrənilənin yeni cəhətləri aşkar edilir. Bu əlaqə xüsusilə müxtəlif dövrlərə aid mədəniyyət obyektlərinin nümayişində, xalq incəsənəti və adət-ənənələrindən bəhs olunarkən, eyni zamanda dövlətin, xalqın keçdiyi tarixi dövrdən məlumat verilərkən daha qabarıq nəzərə çarpır.
Müqayisəli izah vasitəsilə məlumatlar ekskursiyaçılar tərəfindən daha yaxşı dərk edilir. Belə dərk olunmuş elmi məlumatlar onların malına çevrilir.
• İzah zamanı induktiv və deduktiv metodlardan istifadə olunur.
İnduktiv yolla izah zamanı bələdçi turistləri onlara məlum olan hadisə, fakt və qanunlara istinad edərək yeni qənaət, nəticə
çıxarmağa gətirir. Bundan başqa, ekskursiya zamanı ayrıca verilmiş konkret məlumatlar ümumiləşdirilərək, ümumi bir dövrü, ümumi bir səbəbi və ya məqsədi əks etdirməsi ilə nəzərə çatdırılır.
• Deduktiv metod zamanı isə məlum həqiqətlər, elmi nəticələr ayrı- ayrı hallar və vəziyyətlərdə tətbiq edilir, tərkib hissələrinə ayrılır. Eyni zamanda, bir-birilə əlaqədar məlumatlara geniş aspektdən yanaşaraq, daha sonra konkret mövzu və ya obyekt üzərində məlumatları daha da möhkəmləndirir.
• Öyrətmə zamanı, daha doğrusu izah zamanı müxtəlif vasitələrdən də istifadə etmək olar. Yəni öyrədən öz fikirini daha aydın izah etmək üçün müxtəlif əyani vasitələrdən, illüstrativ və demonstrativ vasitələrdən istifadə edə bilər. İzah zamanı həmçinin öyrətmənin səmərəliyini təmin edən induktiv və dediktiv təlim formalarından da istifadə edilir. İnduktiv və deduktiv izah formalarından istifadə təlimin məqsədindən asılıdır. İzah üsulundan dəqiq elmlərin mənimsədilməsində daha geniş istifadə edilir. Humanitar elmlərin öyrədilməsi prosesində hadisə və faktlar arasında səbəb - nəticə əlaqələrinin üzə çıxarılması zamanı da izahdan geniş istifadə edilir.
Turistlərə çatdırılmış yeni məlumatların yaxşı dərk etdirilməsi üçün bələdçi bir pedaqoq kimi “Evristik” üsuldan istifadə edə bilər. Evristik üsula “Sokrat” (e.ə. 469-399) üsulu da deyilir. Bu üsul öyrədilmiş məlumatın sual-cavab üsulu ilə daha da möhkəmləndirilməsidir. Ekskursiya zamanı bu üsuldan istifadə, turistlərin keçirdikləri vaxt ərzində yorğunluqlarını aradan qaldırır və ekskursiyanı daha da əyləncəli edir. Bu üsulun daha maraqlı olması bələdçinin şəxsi yaradıcılıq qabiliyyətindən və artistlik məharətindən asılıdır.
Ekskursiyalarda “sualların” çox böyük əhəmiyyəti vardır. Beləki, suallar yalnız bələdçi tərəfindən deyil, bir çox hallarda elə qonaqların özləri tərəfindən verilir.
Ekskursiya zamanı turistlər tərəfindən verilən suallar iki məqsəd daşıya bilər.
• Ekskursiyaçı həqiqətən hər hansısa bir məlumatla maraqlanır və öz biliyini artırmaq istəyir
• Ekskursiyaçı özünün yaxşı bildiyi məlumatla bağlı sual verməklə bələdçinin biliyini “yoxlamış” olur.
Onu da qeyd etmək lazımdır ki, verilən sualları bələdçi bir daha bütün qrup üçün təkrar edir və sonra həmin suala öz cavabını bildirir (Əgər qonaq sayı 1 deyilsə).
Suallara cavab verərkən bələdçi mütləq mötəbər mənbələrdən istifadə etmiş olmalıdır. Heç bir zaman cavabını bilmədiyi suala “doğru olmayan, uydurma” cavab verməməlidir.
Bələdçi onun şəxsi həyatı, dini inancı, siyasi əqidəsi və s. kimi məsələlərlə bağlı suallardan eyni zamanda təmsil etdiyi dövlətin siyasətinə zidd olan “provokativ” suallardan mümkün qədər yayınmalıdır.
Pedaqoji proses zamanı Ekskursiya Rəhbəri. Ekskursiyanın “maarifləndirmə” məqsədi olduğu üçün ekskursiyalara “pedaqoji proses” deyə bilərik. Bu pedaqoji proses zamanı turistlər öyrənən, bələdçi isə öyrədən tərəfdir. Bir sözlə, bələdçi ekskursiya zamanı ölkəsinin mədəni təmsilçisi, diplomatı olduğu kimi eyni zamanda pedaqoqdur. Bir pedaqoq kimi bələdçiyə xas bir sıra qabiliyyətlər olur ki, ümumi mənada onları 3 cür qruplaşdırmaq olar:
• Şəxsi qabiliyyətlər.
• Didaktik qabiliyyətlər.
• Təşkilati-kommunikativ və konstruktiv qabiliyyətlər.
Adətən şəxsiyyətin xarakterik əlamət və keyfiyyətləri ilə bağlı olan qabliyyətlər nəzərdə tutulur. Səbrlilik və təmkinlik qabiliyyəti bələdçi-turist münasibətlərinin özəyini təşkil edir. Cnsiyyət və münasibətlər zamanı bələdçi səbr və təmkinlə davranmalı, turistlərə diqqət və səbrlə qulaq asmalı, münaqişələr zamanı təmkinlik göstərməli, özünü ələ ala bilməlidir. Bələdçilər özlərinin ünsiyyətliliyi, həyatsevərliyi ilə fərqlənməlidirlər. Bələdçi öz qonaqlarına münasibətində həmişə nikbin olmalıdır.
• Didaktik qabiliyyət. Pedaqogikada “Didaktika” təlim və təhsil haqqında elmdir. “Didaktika” yunanca “Didaktos” sözündən əmələ gəlib “öyrədən” deməkdir. Bu termin ilk dəfə V.Ratke (1571-1635) və Y.A.Komenski (1592-1670) tərəfindən işlədilmişdir. Y.A.Komenskinin “Böyük didaktika” əsərində didaktikanın əsaslarından bəhs etmişdir.
Ekskursiyada didaktika dedikdə, bələdçinin birbaşa “öyrətmə qabiliyyəti” nəzərdə tutulur. Ekskursiyada didaktika bələdçinin ekskursiya proqram materialını turistlərə çatdıra bilmək, material və ya problemi aydın və anlaşıqlı şəkildə onlara təqdim etmək, ekskursiya obyektlərinə qarşı maraq oyatmaq, turistlərlə fəal müstəqil fikir yarada bilmək qabiliyyətindən ibarətdir. Buraya konkret olaraq bələdçinin izahını, şərh edə bilmək qabiliyyətini, ekspressiv-nitq qabiliyyətini, elmi-nəzəri, metodiki qabiliyyətlərini aid etmək olar.
3. Təşkilati-kommunikativ və konstruktiv qabiliyyət
Belə pedaqoji qabliyyətlər müəllimin təşkilatçılıq funksiyası, ünsiyyət və münasibəti, ümumi pedaqoji, psixoloji hazırlığı ilə bağlıdır. Bu cür pedaqoji qabiliyyətlərə aşağıdakıları daxil etmək olar: təşkilatçılıq qabiliyyəti, kommunikativ qabiliyyət, perseptiv qabiliyyət, suqqestiv qabiliyyət, pedaqoji təxəyyül, konstruktiv qabiliyyət, pedaqoji refleksiya, akademik qabiliyyət.
• Təşkilatçılıq qabiliyyətində bələdçi kollektivi təşkil etməyi, onu möhkəmləndirməyi, istiqamətləndirməyi bacarır. Bələdçi öz işlərini planlaşdırmağı, ona nəzarət etməyi bilir, vaxtı düzgün bölüşdürür və vaxt itirmir.
• Kommunikativ qabiliyyətlər - bələdçinin ünsiyyət qabiliyyətini nəzərdə tutur. Komunikativ qabiliyyətlər turistlərlə düzgün əlaqə və münasibətdə olmasına imkan verir.
• Konstruktiv qabiliyyət bələdçinin öz fəaliyyətini planlaşdırmağı, layihələşdirə bilməsində, qarşıya çıxa biləcək problem və çətinlikləri nəticələri əvvəlcədən görə bilməsində özünü göstərir.
• Akademik qabiliyyət - bələdçinin öz üzərində müntəzəm çalışmasını, özünütəhsillə məşğul olmasını, ixtisasına və pedaqoji, psixoloji biliklərə dərindən yiyələnməsini, ümumi dünyagörüşə sahib olmasını tələb edir.
• Perseptiv qabiliyyətlər - isə turistlərin daxili aləminə nüfuz edə bilmək, qonaqların şəxsiyyətini və onun müvəqqəti psixi vəziyyətinin incəliklərinə qədər başa düşməklə bağlı olan qabiliyyətlərdir.
• EKspreessiv qabiliyyət - emosional yoluxma, aydınlıq və emosiyaların təzahürünü istiqamətləndirməx, nitqin intonasiya palitrasına, mimixaya, jestlərə uyğunluğu, plastİKaya, aktyorluğa malİK olmaq qabiliyyəti.
• Suqqestiv qabiliyyətlər (latınca «təlqin» deməkdir) bələdçinin turistlərə iradi, təlqinedici, inamverici qabiliyyətidir.
Ekskursiyada psixologiya va msntiqilik. Peşəkar bələdçi olmaq üçün müxtəlif peşə biliklərinə yiyələnməklə yanaşı, bir sıra elmi biliklərə də yiyələnmək vacib şərtdir.
Bunun əsas səbəbi, bələdçinin əsas vəzifəsi və şəxsi qabiliyyəti onun qonaqlarla münasibətində lazımi, müsbət psixi vəziyyət yarada bilməsidir. İstənilən “insan-insan" peşəsinda psixologiyanı öyrənmək labüddür. Bələdçilik peşəsinin də “insan-  insan" peşələr sisteminə daxil olduğu üçün “psixologiya" elminin öyrənilməsi çox vacibdir.
Psixologiya termini iki yunan sözündən - «psyuxe» - ruh, ruhi ahm, - «loqos» - bilik, öyrənmək, elm sözlərindən əmələ gəlmişdir, «psixika haqqında elm» deməkdir. Psixologiyanın obyekti - insan, predmeti - insan psixikası, yəni, insanm dərk edən beynidir. Bələdçi mütləq bilməlidir ki, insan “biososioloji” varlıqdır və onun maddi və mənəvi ehtiyacları vardır.
             
               
 
 
              Mövzu:  10    Turizm müəssisələri və onların əsas funksiyaları
                                        ( müəllim – Şirəliyev Vüqar )
 
             Plan:
 
             1.  Turizm müəssisələrinin tipləri
             2.  Turizm müəssisələrinin fəaliyyəti
             3.  Xarici mütəxəssislərə görə turizm müəssisələri  
4.  Turizm müəssisələrinin funksiyaları
 
Əvvəlki fəsillərdən göründüyü kimi turistlərə müvafiq xidmətlərin göstərilməsi ilə onların tələbatlarını ödəyən müxtəlif səpgili müəssisələr mövcuddur. Xarici müəlliflər (Kuskov A.S. - Rusiya, Neşkov M. - Bolqarıstan, Kudla N.E - Ukrayna) turizm müəssisələrini fəaliyyət dairəsinə görə müxtəlif qruplara və ya tiplərə bölürlər:
• Turistləri səfər mərkəzlərinə və geriyə, habelə destinasiya daxilində daşınması ilə məşğul olan nəqliyyat müəssisələri;
• Mehmanxana xidmətləri göstərən müəssisələr;
• İctimai iaşə müəssisələri;
• Turizm tədbirlərinin təşkilini, vasitəçilik və agent funksiyalarını həyata keçirən müəssisələr (turoperatorlar və
turagentlər);
• Turizm destinasiyalarında idman-sağlamlıq, rekreasiya, əyləncə xidmətləri göstərən müəssisələr.
Beləliklə, turistləri səfər məntəqəsinə və geriyə daimi yaşadığı yerə çatdırmaq vəzifəsini yerin yetirən təşkilatlar vardır ki, bunlar da nəqliyyat müəssisələridir. Səfərə çıxan turistlərin 99,99%-i nəqliyyat xidmətlərindən istifadə edir. BMÜTT-nin beynəlxalq turizm fəaliyyəti barədə hər il buraxdığı hesabatlarda nəqliyyat növünün istifadə həcmləri barədə aşağıdakı məlumat verilir: 2014-cü ildə beynəlxalq daşımaların 54%-i hava nəqliyyatı ilə, 39 %-i avtonəqliyyatla, 5%-i su nəqliyyatı ilə və 2%-i dəmir yolu nəqliyyatı yerinə yetirilib. Nəqliyyat vasitələrinin texniki cəhətdən təkmilləşdirilməsi, daha komfortlu və sürətli olması, burada göstərilən xidmətlərin sayının artması, daha təhlükəsiz olması insanların daha uzaq məsafələrə səfərə çıxmasım həvəsləndirir. Nəqliyyat vasitələri arasında hava nəqliyyatından daha çox istifadə edilməsinin səbəbi qısa müddət ərzində turistlər tərəfindən siirahətlərini daha uzaq, fərqli mədəniyyətə, təbiət ekzotikliyinə malik olan ərazilərdə keçirməyi imkan yaratmasıdır.
İllər keçdikcə yerləşdirmə obyektlərində təqdim olunan xidmət çeşidi artır. Otellər öz fəaliyyətlərini yerləşdikləri əraziyə görə, :əqdim etdikləri xidmət çeşidinə görə, turist seqmentinə görə qururlar. Belə ki, müxtəlif yönümlü toplantıların keçirilməsində ixtisaslaşmış konqres-otellər iri şəhərlərdə, nəqliyyat qovşaqları xerlərinin yaxınlığında yerləşirlər. Tarixi ərazilərdə orta əsr malikanələrində, qəsrlərdə, karvansaralarda yerləşdirmə obyektləri açılır ki, bunlar qədimliyi, köhnəliyi ilə turistləri cəlb edir.
Qidalanma obyektləri təqdim etdikləri qida çeşidini genişləndirir, həftənin müəyyən günləri xüsusi yeməklər təklif edir, siqaret çəkməyənlərə daha komfortlu şərait yaradırlar.
Turizm destinasiyalarında müştərilərin cəlb edilməsi üçün müxtəlif attraksionlar işə salınır, şou proqramlar təklif olunur.
Azərbaycan Dövlət Statistika Komitəsinin təsnifatına əsasən turizm müəssisələrinə müştərilərə turizm paketləri satan müəssisələr aid edilir.
Turizm müəssisələri öz fəaliyyət dairəsinə görə turoperator və turagentlərə bölünürlər. Turoperatorlar müxtəlif səpgili xidmətlərlə komplektləşdirilmiş turizm məhsulunu təqdim etdiyi halda, luragentlər turistlərlə xidmət təminatçıları arasında vasitəçi işini verinə yetirir. Turistlərə turpakel əsasında birbaşa xidmət göstərən müəssisələr xidmət təminatçılarıdır.
4 iyun 1999-cu il tarixdə qəbul olunmuş “Turizm haqqında” Azərbaycan Respublikasının Qanununda aşağıdakı izahlar verilmişdir:
* turoperator - turların komplektləşdinlməsi, turizm məhsulunun formalaşdırılması, hərəkətə gətirilməsi və satışı ilə məşğul olan lurizm təşkilatı;
* turagent - turoperator tərəfindən hazırlanmış turizm məhsulunun alınması, onun hərəkətə gətirilməsi və satışı üzrə vasitəçilik fəaliyyəti göstərən fiziki və ya hüquqi şəxs;
Bir çox mənbələrdə müştərilərə turlar təklif edən turoperator və turagentləri digər turizm müəssisələrindən ayırmaq məqsədilə turfıma adlandırırlar.
                Mövzu:  11    Turoperatorun iş funksiyaları
                                        ( müəllim – Şirəliyev Vüqar )
 
             Plan:
 
             1.  Turoperatorun iş funksiyaları
             2.  Turoperatorun vəzifələri
             3.  Turoperatorların ixtisaslaşmaya görə fəaliyyəti
4.  Təşəbbüskar və qəbul edən turoperatorların yerinə yetirdiyi iş
Turizm sahəsinin fəaliyyəti dövlət tərəfindən tənzimlənir. Bu sahənin inkişafı üçün bir çox ölkələrdə turizmin inkişafı üzrə dövlət proqramları qəbul edilir, turizm müəssisələrin fəaliyyətini stimullaşdırmaq məqsədilə vergi və kredit güzəştləri tətbiq edilir, müəyyən regionlarda yeni destinasiyaların inkişaf etdirilməsi məqsədilə investisiyaların qoyulmasını həvəsləndirmək üçün dövlət təminatı, müxtəlif formatlı güzəştlər tətbiq edilir.
Turizm fəaliyyətinin həyata keçirilməsi üçün bir sıra ölkələrdə dövlət orqanlarından xüsusi razılıq əldə edilməlidir (Türkiyə, Rusiya Federasiyası, Ukrayna və s.). Azərbaycanda turizm sənayesinin idarə edilməsi və nəzarət Mədəniyyət və Turizm Nazirliyi tərəfindən həyata keçirilir. Turizm fəaliyyətini həyata keçirmək istəyən hər bir hüquqi və ya fiziki şəxs nazirliyə müraciət etməlidir. Nazirliyin e-səhifəsində hüquqi və fiziki şəxslər tərəfindən turizm fəaliyyətinə xüsusi razılıq (lisenziya) alınması üçün müraciət şərtləri göstərilmişdir. Sonrakı turizm fəaliyyəti formasından asılı olmayaraq müraciət edən şəxs müvafiq sənədləri təqdim etməklə və müvafiq rüsum ödənişi etməklə 5 illik müddətinə turizm fəaliyyəti üçün lisenziyanı əldə edir.
Turoperator və onun vəzifələri: Turoperator turizm bazarının aktiv subyektlərindəndir. O, kommersiya məqsədləri ilə turizm məhsulunun planlaşdırılması, işlənib-hazırlanması, hərəkətə gətirilməsi və satışını həyata keçirir. Turoperatorun iş funksiyaları aşağıdakılardır:
1. Potensial müştərilərin turlara və turizm proqramlarına tələbatının öyrənilməsi;
2. Perspektiv xidmət proqramlarının hazırlanması və onların turistlərin tələbatına uyğunluğunu öyrənmək məqsədilə sınaqdan keçirilməsi;
3. Xidmət təminatçıları ilə müqavilələr əsasında əməkdaşlıq. Bunlara aşağıdakıları aid etmək olar:
• yerləşdirmə obyektləri ilə - turistlərin yerləşdirilməsi üçün;
• qidalanma byektləri ilə - turistlərin qida ilə təmin edilməsi üçün;
• nəqliyyat müəssisələri, ayrı nəqliyyat sahibləri ilə - turistlərə
daşınma və digər nəqliyyat xidmətlərinin göstərilməsi məqsədilə;
• ekskursiya təşkilatlan, muzeylər, sərgi salonları, idman qurğuları və digər təşkilatlarla - turistlərə müvafiq xidmətlərin təqdim edilinəsi üçün;
• video, şou, teatr rəhbərləri ilə - turistlərin bu yerləri ziyarət etməsi üçün;
• milli parkların, qoruq, ovçuluq, balıqçılıq təsərrüfatların rəhbərliyi ilə - turistlərin istirahətinin təşkili və onlara uyğun xidmətlərin göstərilməsi üçün;
• yerli bələdiyyə və icra hakimiyyəti orqanları ilə - turizm məhsulunun təbliğatı üçün.
4. Turların qiymətlərinin bazar şəraitini nəzərə almaqla müəyyən edilməsi;
5.Turist marşrutu ilə səyahət edən turistlərin reklam məmulatları, xüsusi ləvazimat və inventarla təchiz edilməsi;
6. Turistlərlə birbaşa kontaktda olan, marşrutlarda iş görən kadrların hazırlanması, seçilməsi və təyin edilməsi; xidmət proqramlarını yerinə yetirən qid-bələdçilərin, animatorların, metodistlərin və digərlərinin işini əlaqələndirmək və bunlara nəzarət etmək;
7. Turizm məhsulunun istehlakçılara çatdırılması üçün reklam- informasiya fəaliyyəti;
8. Məhsulun birbaşa və ya agentlər vasitəsilə satışını təşkil etmək;
9. Xidmətin keyfiyyətinə və məhsula uyğunluğuna nəzarət etmək;
10. Xidmət zamanı turistlərlə daimi operativ əlaqə yaratmaq, ortaya çıxan məsələləri həll etmək.
Turagent - müştəri (turist) ilə turoperator arasında vasitəçilik edən təşkilatdır və ya fiziki şəxsdir. Turagentin əsas vəzifəsi turoperatorun hazırladığı turizm məhsulunu əhali arasında yaymaq və satmaqdır. Bundan başqa turagentlər sırf vasitəçilik funksiyasını yerinə yetirərək müştərilərin istəyi ilə onlara xidmət təminatçıları - əsasən yerləşdirmə obyektləri və nəqliyyat vasitələrinin xidmətlərini təşkil edirlər.
Turizmin inkişafı turoperatorların müxtəlif formalarda ixtisaslaşmasına gətirir. Turoperatorlar fəaliyyətinə görə bir-birindər aşağıdakı kimi fərqlənirlər:
1 .Fəaliyyət növünə aörə:
- Kütləvi bazar operatoru. Bütün istiqamətlərə, bütün növ turizm xidmətləri təklif etmək.
- İxtisaslaşdırılmış operatorlar - müəyyən turizm növü, konkret coğrafi istiqamət və ya bazarın müəyyən seqmenti ilə iş görür. Məsələn,
a) yalnız sanatoriya-kurort obyektlərinə yollayış satır;
b) konkret destinasiya ilə iş görür: yalnız Türkiyə ilə, yalnız İngiltərə ilə, yalnız İranla və s., ya da ölkədaxili xidmətlər göstərir.
c) xüsusi maraq növləri üzrə (yalnız ovçuluq, balıqçılıq) və ya yalnı/ ekstremal turizm növləri üzrə (məcara, dayvinq) xidmətlər göstərir ç) əhali seqmentinə görə - yalnız gənclərə və ya təqaüdçülər.' xidmətlər göstərir
2.Fəalivvət ərazisinə görə:
Daxili turizm forması ilə məşğul olan turoperatorlar. Yəni ölkə utəndaşlarına ölkə daxilində turizm xidmətlərinin göstərilməsini təşkil edənlər;
- Getmə turoperatorlar, yəni ölkə vətəndaşlarının xarici ölkələrə göndərilməsi və həmin ölkələrdə onları turizm xidmətləri ilə təmin edilməsilə məşğul olanlar;
- Gəlmə turoperatorlar, xarici turistlərin ölkəmizdə qəbulu və onlara turizm xidmətlərinin təmin edilməsilə məşğul olanlar.
Bundan başqa turoperatorları 2 cür təsnifləşdirmək olar: təşəbbüskar turopertorlar (enterprising tour operator) və qəbul edən (reseptiv) turopertorlar (receptive tour operator).
Təşəbbüskar turopertorlar bağlanmış müqavilələrə əsasən turistləri ya xaricə və ya da ölkənin başqa regionuna göndərirlər. Turoperatorlar ÜTT normalarına uyğun olaraq turizm məhsulunu formalaşdırırlar. Yəni turistləri turpaket daxilində azı 3 xidmət növü ilə təmin etməlidirlər (nəqliyyat, yerləşdirmə və digər hər-hansı xidmət növü). Adətən təşəbbüskar turoperatorlar mürəkkəb turist marşrutu hazırlayırlar. Buraya turistlərin səyahətin başlama yerindən istirahət məntəqəsinə və geriyə çatdırılması üzrə nəqliyyat xidməti, habelə, turizm destinasiyasında yerli turoperatorların yerüstü xidmətləri daxil olur. Yerüstü xidmətlərə turistlərə turpaketə daxil olan yerləşdirmə, qidalanma, əyləncə, ekskursiya və s. xidmətlər aiddir.
Reseptiv turopertorlar yerləşdikləri ərazidə turistlərin qəbulu ilə məşğul olurlar. Bunlar xidmət təminatçıları (yerləşdirmə, qidalanma, əyləncə, nəqliyyat və s.) ilə birbaşa müqavilələr bağlayaraq qəbul edəcəkləri turistlər üçün turlar təşkil edirlər. Bu zaman reseptiv turopratorlar tərəfindən turistlərə bütün əsas və əlavə xidmətlər göstərilir.
Sayından asılı olmayaraq turist tərəfindən turizm müəssisəsindən aldığı turpaketə daxil olan xidmətlər əsas xidmətlər adlanır. Turist tərəfindən destinasiyada turpaketə daxil olmayan və yerindəcə ödəyərək sahib olduğu xidmətlər əlavə xidmətlər adlanır.
Təşəbbüskar turoperatorla reseptiv turoperator arasında uzunmüddətli əməkdaşlıq davam etdikdə, onlar arasında bağlanmı? əməkdaşlıq müqaviləsinə əsasən hər iki tərəfin bir-birinin qarşısında müəyyən məsuliyyəti durur. Əməkdaşlığın uzunmüddətli və xeyirli olması üçün tərəflərin işbirliyi yalnız konkret turist və ya turist qrupu üzrə deyil, eyni zamanda ilboyu fəaliyyət göstərdikləri ərazidə turizm sahəsində baş verən dəyişiklilər barədə də bir-birlərini məlumatlandırmalarıdır. Belə ki, qəbul edən tərəf göndərən tərəfi xidmətlərin qiymətlərinin artıb-azalması, yeni xidmətlərin olması, yeni istirahə: komplekslərinin işə düşməsi, ərazidə turizm sferasında baş verən digər yeniliklər barədə məlumatlandırdığı halda, göndərən (təşəbbüskar) tərəf həmin resepiyent təşkilatın ünvanına daha çox sayda turistləri göndərmək həvəsində olur. Beləliklə, bu halda resepiyen: tərəf təşəbbüskar turoperatorun we<?/-kompaniyasına çevrilir.
Turizmin inkişafı nəqliyyat vasitələrinin daha komfortlu v; daha sürətli olması ilə birbaşa bağlıdır, insanların səfərə çıxmasının və, xüsusilə də, daha uzaq ərazilərə səfərə çıxmasının səbəbi komfortlu nəqliyyatın və burada yüksək keyfiyyətli xidmətlə əlaqəlidir. Uzaq ərazilərdə yaranan turizm destinasiyalarına səfərə çıxmaqla buradakı fərqli xidmətlərə sahib olmaq əksər insanların istəyi daxilindədir. insanların bu istəyinin, ehtiyacının ödənilməsi turoperator larin əsas vəzifəsidir. Müştərilərə qonaqpərvərlik xidməti turizm müəssisəsininin ofisindən başlayır. Yeni bronlaşdırma proqramlarına yiyələnmələri, xidməti geçikdirmədən və müştərilərin istəyinə uyğun yerinə yetirilməsi işçilərin peşəkarlığından asılıdır. İşçilərin öz vəzifələrini bu cür yerinə yetirməsi isə rəhbərliyin müəssisədaxili işgüzar mühitinin düzgün qurulması üzərindədir.
                Mövzu:  12    Turopereytinqin formaları və təsnifatı
                                        ( müəllim – Şirəliyev Vüqar )
 
             Plan:
 
             1.  Turopereytinq
             2.  Getmə turizm 
             3.  Gəlmə turizm
4.  Turizm formalarının kateqoriyalar üzrə bölgüsü
Turopereytinq - turizm sahəsində çalışan müəssisələrin kommersiya fəaliyyətidir ki, bu zaman istehlakçıların turizm xidmətlərinə olan tələbatını ödəmək məqsədilə kompleks şəklində turizm məhsulu (tur) yaradılaraq satışa çıxarılır. Turopereytinq turoperator fəaliyyəti, turoperatorluq deməkdir.
Birləşmiş Milləttlər Təşkilatının Ümumdünya Turizm Təşkilatı (BMÜTT) (International Recommendations for Tourizm Statistics 2008 Computations Guide - məcmuəsi) turizm fəaliyyətinin gəlmə (incoming, inbound), getmə (outgoing. outbound) və daxili (inside, domestic) turizm formaları kimi təsnifatını müəyyən etmişdir. ‘Turizm haqqında” Azərbaycan Respublikasının Qanununda turizm formaları aşağıdakı kimi ayırd edilir: daxili turizm - Azərbaycan Respublikasında yaşayan vətəndaşların və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının hüdudları daxilində səyahətləri;
xarici turizm - Azərbaycan Respublikasında yaşayan vətəndaşların və vətəndaşlığı olmayan şəxslərin başqa ölkəyə səyahətləri; ıtəlmə turizm - Azərbaycan Respublikasında yaşamayan vətəndaşların və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının hüdudları daxilində səyahətləri.
Xarici turizm, yəni getmə (outgoing) turizm formasında
fəaliyyət zamanı turoperator öz ölkəsinin vətəndaşlarının və ölkəsində yaşayan, lakin vətəndaşlığı olmayan insanların xarici ölkələrə turist kimi göndərilinəsi məqsədilə turpaketlərin hazırlanması, hərəkətə gətirilməsi və satılması ilə məşğul olur.
Outgoing fəaliyətinin mürəkkəbliyi ondan ibarətdir ki. turoperator xarici ölkələr barədə ətraflı məlumata malik olmalıdır. Bu cür marşrutların hazırlanması üçün turoperator həmin xarici ölkənin xüsusiyyətlərini hərtərəfli bilməlidir: təkcə otel, transfer, ölkənin qısa tarixi deyil, həm də ölkəyə daxilolma qaydaları, yerii hakimiyyətin yürütdüyü iqtisadi siyasət, adət-ənənə, yerli kulinariyanın xüsusiyyətləri, istirahət və əyləncə yerlərinin fəaliyyət rejimi, turistlərin və onların əmlakının təhlükəsizliyi üçün tələb olunan tədbirlər və s. Bundan başqa turoperator xarici ölkələrə turistlərin göndərilməsi üçün həmin ölkələrə viza rejimi şərtləri barədə ətraflı məlumata malik olmalıdır, viza əldə edilməsi qaydalarını bilməklə turistlərə müvafiq yardımlar etməyi çalışmalıdır. Getmə turizm formasında səmərəli fəaliyyəti həyata keçirmək məqsədilə turoperator xarici ölkələrdəki xidmət təminatçıları ilə müvafiq razılaşmalara malik olmalıdır. Turoperator xarici ölkələrin yerləşdirmə və qidalanma obyektləri, əyləncə mərkəzləri və ekskursiya xidməti müəssisələri ilə əməkdaşlıq etməlidir. Bundan başqa bizim turoperator xarici turizm şirkətləri ilə əməkdaşlıq etməklə öz turistlərinə bir əldən xidməti təmin edə bilər. Belə ki, xarici turizm şirkəti turistlərimizə turpaketə daxil olan bütün xidmətlərin, yəni yerüstü xidmətlərin təmin olmasını öhdəsinə götürə bilər.
Gəlmə (incomins) turizm forması ilə fəaliyyət zamanı turoperator öz ölkəsinin ərazisində xarici turistlər üçün turların hazılanması ilə məşğul olur. Məhz gəlmə turizm turopereytinqin daha prestijli istiqaməti sayılır. Çünki bu halda ölkəyə valyuta daxil olur və xarici turistlərə daha yüksək səviyyəli xidmət tələb olunur. Bu da öz növbəsində təkcə turizm müəssisəsində deyil, eyni zamanda digər xidmət təminatçılarnda daha peşəkar işçi personalının olmasını tələb edir. Xarici turistlər ödədikləri valyuta müqabilində müvafiq xidmətin olmasını tələb edir. İşçi personalın yüksək səviyyəli peşəkar xidməti ilə bərabər müvafiq səviyyəli səliqəlilik, fiziki və sanitariu təhlükəsizliyi tələb olunur.
Gəlmə turizm işini həyata keçirmək üçün işçi personalı müvafiq peşəkarlıq səviyyəsinə və təcrübəyə malik olmalıdır. Xarici turistləri cəlb etmək məqsədilə xarici turfirmalarla müqavilələr bağlanmalıdır. Həmin xarici turfirma ölkəmizdəki turist marşrutunun yayımlanması üçün öz ölkəsində reklam kampaniyasını keçirməli və müştərilərin yığılması ilə məşğul olmalıdır. Bu işin müsbət nəticələnməsi üçün isə xarici partnyora turist marşrutu barədə, qidalanma, yerləşdirmə, kulinariya xüsusiyyətləri barədə ətraflı məlumatın verilməsi və onu müvafiq reklam materialları ilə təmin edilməsi tələb olunur.
Daxili (inside) turizm formasında ölkə vətəndaşlarına ölkəmiz daxilində turizm xidmətlərinin göstərilməsidir. Daxili turizm gəlmə turizm kimi ölkə turizm potensialının inkişafı üzərində qurulmuşdur. Bu zaman tuirstlər öz pul vəsaitlərini ölkəmiz daxilində turizm xidmətləri müqabilində sərf edirlər. Bu isə nəticədə turizm sənayesinin daha da inkişafına müsbət təsir göstərir. Bir regionun sakinlərinin ölkənin digər regionlarında istirahət etməsi eyni zamanda adət-ənənələrlə, kulinariya ilə, tarixi və mədəni obyektlərlə tanışlıq deməkdir.
Turizmin formaları əsasında kateqoriyalar ayırd edilir və bunlar özündə beynəlxalq, daxili milli turizmi birləşdirir. Milli turizmə daxili və getmə turizmi, beynəlxalq turizmə isə gəlmə və getmə turizmi aid edilir, ölkədaxili turizmə daxili və gəlmə turizm formaları aid edilir. Ölkəyə kruiz gəmilərində gələn və yerli yerləşmə müəssisələrindən gecələmək üçün istifadə etməyən xarici və ölkə vətəndaşları ekskursiyaçılara aid edilir.
                Mövzu:  13    Turoperator və turagentlərin birgə fəaliyyət istiqamətləri
                                        ( müəllim – Şirəliyev Vüqar )
 
             Plan:
 
             1.  Turoperator tərəfindən turizm məhsulunun satışı kanalları
             2.  Turagentlər və onların yerinə yetirdiyi iş
             3.  Turoperator tərəfindən turagentlərə olan zərurət
4.  Turizm müəssisələrinin birlikləri
Turoperator tərəfindən turizm məhsulunun hazırlanması ilə is bitmir. Bu məhsulun satışı da həyata keçirilməlidir. Turizm təşkilatlarının fəaliyyəti zamanı məhsulların satışı iki satış kanalı ilə həyata keçirilir: şirkətdaxili kanallar və şirkətdən kənar kanallar. Satışın daxili kanallarına turoperatorun filialları, nümayəndəlikləri aid edilir. Kənar satış kanallarına vasitəçi turoperatorlar, turagentlər (hüquqi və fiziki şəxslər) aid edilir.
Turoperator hazırladığı məhsulu yalnız öz gücünə güvənərək geniş miqyasda sata bilməz və əldə etdiyi gəlir də çəkdiyi xərcləri böyük həcmdə üstələyə bilməz. Bu səbəbdən turoperator turagentlər şəbəkəısindən istifadə etməklə turizm bazarında müəyyən mövqe tutaraq məhsulunu daha geniş həcmdə satmağa imkan əldə edir.
Turizm agentliyi - turoperator tərəfindən hazırlanan turizm məhsulunu reklam edən, istehlakçılara çatdıran hüquqi və ya fiziki şəxsdir. Turoperatorlar tərəfindən agentlərə olan zərurət bir sıra səbəblərdən əmələ gəlir:
• regionlarda turların yayımlanmasına olan zərurət - turoperatorun ölkənin bütün regionlarında öz nümayəndəliklərini, filiallarını yerləşdirmək imkanı olmur, bəzi hallarda həmin regionda turagentin imkanlarından istifadə etmək daha sərfəli olur;
• operativliyi artırmaqla daha çox müştəriyə turların çatdırılması - müştərinin istədiyi turu seçmək məqsədilə uzaq məsafəni qət edərək gəlib məhz turoperatordan turu almaq zərurəti aradan qalxır. Məs., məşhur tura tələbat çox olduqda turoperatorun ofis şəraiti bütün müştərilərə xidmət etməyə imkansız olur. Belə halda müştəri eyni qiymətə bu turu həmin şəhərin, ölkəmizin başqa ərazilərində fəaliyyətdə olan turagentlərdən ala bilir;
• məhsulun reklamının daha geniş həcmdə yayımlandırılması; turoperaturun adının turagent tərəfindən tanıdılması (yayımlandırıl- ması).
Göstərilən səbəbləri nəzərə alaraq və öz işini daha yaxşı, keyfiyyətcə üstün səviyyədə qurmaq istəyən turoperator ilk əvvəl əməkdaşlıq etdiyi turagentlərin arasından daha fəal, təşəbbüskar olanları seçmək şansını əldə edir.
Turagentlərin fəaliyyətinin əsas vəzifələri aşağıdakılardır:
• turoperatorların təklif etdikləri turların bazarda (regional və şəhər ərazisi) özünün maliyyəsi hesabına reklam etməsi. Agent müstəqil olaraq (özü üçün sərfəli olan) hər-hansı turların reklam edilməsi barədə qərar verməsi;
• potensial müştərilərə turlar barədə düzgün məlumatların çatdırılması. Turagentə müraciət edən müştəriyə maraqlandığı tur barədə dolğun və ətraflı məlumat verilməsi;
• turun satışı, turoperatorda turun bronlaşdırılması və turoperatordan müvafiq təsdiqin alınması;
• müştəridən tura görə ödənişin alınması, turun dəyərinin və turistin sənədlərinin turoperatura təqdim edilməsi.
Turoperator ilə turagent arasında işbirliyinin hüquqi statusu aralarında bağlanmış müqavilə (razılşma) ilə təsdiqlənir. Müqaviləyə əsasən turların satışında turoperator özünün bir sıra hüquqlarını müəyyən komisyon mükafatlanmaya görə turagentə təqdim edir. Müqaviləyə əsasən turagent turları öz adından, turoperatora istinadən, ya da turoperatorun adından sata bilər.
Bir çox turoperatorun fəaliyyəti turagentlər şəbəkəsinin yaradılmasına yönəlib. Effektiv işləyən şəbəkə böyük gəlirin əldə edilməsinə imkan yaradır. Effektiv agent şəbəkəsinin yaradılması böyük zəhmət və vaxt tələb edir. Agentləri cəlb etməklə, eyni zamanda onların işbirliyindən düzgün yararlanmaq üçün sərfəli stimullaşdırma sistemini tətbiq etmək lazımdır. Bütün bu tədbirlər turizm bazarında baş verən güclü rəqabət şəraitində baş verir.
Hər hansı turizm müəssisəsi həyata keçirdiyi fəaliyyəti ib eyni zamanda həm turoperator və həm də turagent ola bilər. Belə ki, hazırladığı turu reklam edib satan müəssisə turoperator sayılır. Lakin həmin müəssisə digər turizm müəssisəsinin hazıladığı məhsulu alıb satdığı zaman turagentə çevrilir. Beləliklə, əməkdaşlıq edən 2 turizm məssisəsi öz hazırladıqları məhulları satdıqları zaman turoperator, bir-birinin məhsulunu satdıqları zaman turagentlərə çevrilirlər. Fəaliyyətlərinin bu cür həyata keçirilməsi turizm müəssisələrinə bazara daha geniş çeşiddə məhsul təqdim etməklə böyük istehlakçı seqmentini cəlb etməyə və müvafiq olaraq daha çox qazanc əldə etməyə imkan verir. Hər bir turizm müəssisəsi özünün fəaliyyəti zamanı təklif etdiyi turizm məhsuluna alıcı cəlb etmək üçün iri istehsalat müəssisələrinə, kənd təsərrüfatı müəssisələrinə, elm və təhsil ocaqlarına, mədəniyyət, incəsənət, səhiyyə ocaqlarına birbaşa müraciət edə bilər. Həmin təşkilatların həmkarlar komitəsi və ya işçi kollektivinin asudə vaxtının maraqlı keçməsini təşkil edən qurumla əlaqələr yaratmaqla daha geniş istehlakçı seqmentinə xidmət etmək imkanına malik olmaq olar. Turizm məhsulu yaradan, yaxud alıb- sataıı, vasitəçilik fəaliyyəti göstərən turizm müəssisələrinin özlərinin mənafeyini təmsil edən peşəkar birliklərin olması turizmin inkişafına birbaşa pozitiv təsir göstərir. Bu cür birliklər ölkə və beynəlxalq səviyyədə mövcuddur. “Turizm haqqında”Azərbaycan Respublikasının Qanununda bu cür birliklərin yaradlması bildirilir. Müxtəlif ölkələrdə turoperatoıiar, turagentlər, bələdçilər, mehmanxana, restoranlar birlikləri və hətta turizm müəssisələrinin mənafeyini qoruyan vəkillərin, turizm fəaliyyəti barədə yazan jurnalistlərin və s. birlikləri mövcuddur. Hətta ayrı-ayrı turizm növləri üzrə birliklər yaradılır. Yaradılmış birliklər beynəlxalq səviyyədə qruplaşaraq ölkələrarası, regional fəaliyyətlərini qururlar. Bu cür birliklərin yaradılması həm ölkədaxilində və həm də beynəlxalq miqyasda turizmin davamlı inkişafına dəstək verir.
                Mövzu:  14    Turizm ehtiyyatların təsnifatı
                                        ( müəllim – Şirəliyev Vüqar )
 
             Plan:
 
             1.  Turizm ehtiyyatları anlayışı
             2.  Təbii resursların öz xüsusiyyətlərinə görə bölgüsü
             3.  Tarixi mədəni ehtiyyatların əsas prinsipləri
4.  İnformasiya ehtiyyatlarının əsas prinsipləri
Əvvəlki hissələrdə deyildiyi kimi 1950 - ci ildən başlayaraq turizm sosial - iqtisadi hadisəyə çevrildi və iqtisadçılar arasında daha böyük marağa səbəb olmağa başladı. Bundan sonra “turizm ehtiyatları” termini formalaşmağa başladı. Polşalı iqtisadçı M. Truasi turizm resurslarını 1963 - cü ildə müəyyən hissələrə ayırmışdır.
1. Təbii turizm resursları - iqlim, hava, mənzərə, dəniz, göl, çay, dağ, meşə və s. Bu resursları digərlərindən fərqləndirən cəhət bərpa olunmaması yaxud da bərpası üçün uzun illərin tələb olunmasıdır.
2. İnsan əməyi ilə meydana gələn resurslar - memarlıq nümunələri, abidələr, incəsənət əsərləri və s. Onlar əsasən müxtəlif turlara və ekskursiyalara salınır.
3. “Əlavə” turizm resursları - İnsan əməyi ilə birlikdə xidmət anlayışının vəhdətini özündə birləşdirir. Xidmətin göstərilməsi mümkün olan bütün müəssisələr bura aid edilir.
Bir neçə il sonra fransız iqtisadçısı P. Defer (1972) turizm resurslarının klassilikasiyasım vermiş və bu resursları dörd hissəyə ayırmışdır: hidrom, litom, litom və antropom.
Hidrom qrupuna su resursları daxil edilir (mineral bulaqlar, çöllər, çaylar, dənizlər, dəniz sahili zonalar, buzlaqlar, şəlalələr və s). Bunlara misal olaraq Niaqara şəlaləsi, Avstriyada olan göllər, Reyn çayı yaxud Aınazonka, İspaniyanın çimərliklərini göstərmək mümkündür.
Fitom qrupuna landşaft (dağlar, vulkanlar, meşələr), eyni /amanda insanın əməyi nəticəsində yaradılmış milli parklar, botanika bağlan və s. daxil edilir. Bunlara misal kimi Norveç fyordu.
Almaniyada Qara meşə, Fransada Versal parkını, eyni zamanda Afrika ölkələrində mövcud olan milli parkları göstərmək olar.
Litom qrupuna insanın əməyinin nəticələri daxil edilir, hansı ki, özünün qüvvəsi nəticəsində meydana gəlmişdir. Bura incəsənət abidələri, arxitektura, mədəniyyət, memarlıq nümunələr, etnologiya (məs. etnoqrafik kəndlər və yaxud açıq səma altında olan muzeylər), müasir orijinal qurğular (körpülər, hündür binalar, idman və mədəniyyət mərkəzləri, aeroportlar, teleqüllələr və s) aid edilir. Buna əyani nümunə kimi Çexiyanın paytaxtı Praqa şəhərini və ərazidə mövcud olan tarixi abidələri göstərmək mümkündür. Eyni zamanda Sinqapur aeroportu müasir tikinti üslubuna görə dünyada seçilən məntəqələrdən biridir. Londonda Temza çayı üzərindəki Tauer Brij, Barselonada akvarium və s. kimi maraqlı yerlərin adını çəkmək mümkündür.
Antropom qrupuna insanın müxtəlif fəaliyyətləri, ətraf aləmdən asılı olmayaraq onu cəlb edən meyarlar daxil edilir. Bu insanın özüdür, eyni zamanda onun işi, adət - ənənəsi, folkloru, bayramları, milli geyimləri, musiqisi və s. Buna misal olaraq Rio de Janeiroda keçirilən olduqca tanınmış karnavallar, yaxud Venesiyada təşkil edilən karnavallar buna aid edilə bilər. Eyni zamanda İspaniyada korrido döyüşləri, Münhendə pivə bayramı sayılan “Oktoborfest” xüsusi ilə seçilir. Bütün bunlardan əlavə elə hallar ola bilər ki, bir turizm resursu eyni anda bir neçə qrupa aid edilsin. Fransada şampan və konyak içkilərinin təqdimatı ilə birlikdə keçirilən festivallar seçilir. Buna əyani sübut kimi Yaponiyadakı Fudziama dağını göstərmək mümkündür, çünki bu fitom hesab olunsa da eyni zamanda zəvvarlıq mərkəzi də sayılır, Karlovi - Vaıi mineral bulaqları hidrom qrupuna aid edilir, eyni zamanda müalicə məqsədləri üçün hazırda istifadə olunur.
Son on illikdə turizm infrastrukturunun inkişaf etdirilməsi insanların səyahət üçün məqsədlərinin artırılmasına yol açmış, onların istirahət və sağlamlaşdırmaya olan tələbatlarını yüksəltmişdir. Bu da müxtəlif formalarda yaradılan otellər, mədəni - əyləncə mərkəzləri və idman müəssisələrinin də sayına təsirsiz düşməmişdir. Müasir mehmanxanalar geniş xidmət spektrına T.alikdir və elə otelin ərazisində gələn turisti istənilən servislə təmin etmək ixtiyarındadırlar.
Mehmanxananın tərkibində adət - ənənəyə uyğun xidmət, sağlamlaşdırma mərkəzləri, fitnes klublar, festivallar və s. yüksək səviyyədə təşkil olunaraq qonaqlar üçün təqdim edilir. Son illərdə müəyyən turist təbəqələrini maraqlandıran cəhətlərdən biri ekzotik şerləşdirmənin olmasıdır, bunlar da mağaralar, köhnə kənd evləri, meşəlik zonalar, ağaclardan hazırlanmış evlər və s. təşkil olunur. Belə ekzotik yerləşdirmənin yaradılması yerli sakinlərlə tanışlıq, onların mədəniyyəti və adətini daha yaxından öyrənməyə gətirib çıxarır. Belə ekzotik yerləşdirmənin həyata keçirilməsi ABŞ, Türkiyə \ə Almaniyada təklif olunur.
Xüsusi dərketmə turları, əsasən də mətbəx nümunələri ilə birlikdə daha çox İspaniya, Çin, pivə nümunələri ilə isə Almaniya, Çexiya, şərab dequstasiyası ilə Fransa və İtaliyada həyata keçirilir.
Turistlərin diqqətini cəlb edən əsas ərazilərdə təbii resurslar da mövcuddur və onlar öz xüsusiyyətlərinə görə müəyyən kateqoriyalara bölünürlər:
• Əmələ gəlməsinə görə.
• Bura fiziki komponentlər daxil edilir, hansı ki, canlı təbiət hesab olunmurlar. Geoloji, iqlim, hidroloji, termal sular bura aid edilir.
• Bioloji canlı təbiət (Flora və fauna)
• Dərketmə xarakterli komponentləri özündə birləşdirən təbii resurslar. Bura daha çox mədəni, dini turizmin iştirakçıları aid edilir.
• Rekreasiyadan istifadə olunma növünə görə.
• Mineral sular.
• Palçılqlar
• Vannalar
• Solyari
• Meşə
• Tükənmə sürətinə görə.
• Tükənən təbii resurslara bunlar aiddir: bitki aləmi, canlı aləın, əalçıqlar, mineral bulaqlar bura aid edilir.
• Tükənməyən resurslara isə günəş enerjisi, külək və s.
• Öz - özünü bərpa etmə prosesi.
• Resursların özünü bərpa etməsi mümkündür. Lakin adi meşələm özünü bərpa etməsi 50 il davam edir.
• Bərpa edilməsi mümkün olmayan resurslar mövcuddur, hansı ki. bura iqlim dəyişiklikləri aid edilir.
Rekreasiya resurslarına müalicəvi resurslar da aid edilir, bu turistlərin, istirahəti və müalicəsi üçün nəzərdə tutulan ehtiyatlardır İlk öncə qeyd etmək lazımdır ki, turizm resursları ziyarətçilərin baxması ilə daha çox marağa səbəb olur, bura peyzajlar, günəşir, çıxması, batması, gözəl landşaft aid edilir. İkincisi təbii resurslar turistlərin fəaliyyəti nəticəsində ziyan görə bilər və bura meşələrdə baş verən deqradasiya prosesi, çimərliklərin və dəniz sahili hissələrin çirkləndirilməsi aid edilir. İtaliyada dəniz sahili hissələr buna əyani sübutdur, çünki çirkləndirmə olduqca yüksək səviyyədədir, eyni zamanda avtoturizmin inkişafı Almaniyada meşəlik zonaların tamamilə məhv olmasına yol açmışdır. Taiti adası hazırda ekoloji böhran yaşayan yerlərdən biridir, çünki bura il ərzində gələn turistlərin sayı 10 mindən, 15 minə çatmışdır. Üçüncü ən böyük problemlərdən biri kimi ərazi daxilində turizm fəaliyyətinin genişlənməsi nəinki təbii ərazilərin məhv olmasına, hətta onların yox olmasına səbəb ola bilər.
Tarixi - mədəni ehtiyatlar aşağıdakı prinsiplərinə görə seçilir:
• Turistlərin getdiyi müəyyən yerlər hesab olunur. Məhz memarlıq nümunələri və abidələri ilə seçilir.
• Hər bir ölkə öz tarixi memarlıq nümunələrini göstərmək üçün turlardan və ekskursiyalardan istifadə edirlər.
• Turizmin abidələrə mənfi və müsbət təsirləri olsa da. yüklənmənin çox olmasını nəzərə alsaq mənfi təsir daha böyükdür. Sosial-iqtisadi ehtiyatlar aşağıdakı prinsiplərinə görə seçilir:
• Turizmin sosial - iqtisadi ehtiyatlarına turistlərin istifadə etdikləri bütün müəssisələr, infrastruktur, yerli əhalinin məşğulluq səviyyəsi və s. aid edilir.
• Sosial-iqtisadi turizm ehtiyatlarına daxildir: iqtisadi-coğrafi mövqe, nəqliyyat xətlərinə görə təminat səviyyəsi, iqtisadi inkişaf sə\ ivyəsi, əhalinin məşğulluğu, daxili və xarici turizmdə istifadə olunma imkanları, xidmətin səviyyəsi.
• İCM - dən asılı olaraq bütün resursların yerləşdiyi ərazilər və onların insanlar tərəfindən mənimsənilmə səviyyəsi;
• Nəqliyyat infrastrukturunun təminat səviyyəsi ilə yanaşı, onların hansı sıxlıqda inşa edilməsi və mövcud turizm obyektlərinə yaxınlığı nəzərdə tutulur.
• Əmək resursları dedikdə isə əmək qabiliyyətli insanlar, onların məşğuliyyət səviyyələri və yerli əhalinin mədəniyyət formaları da nəzərə alınır.
İnformasiya turizm ehtiyatlar aşağıdakı prinsiplərinə görə seçilir
• Hər bir turist müəyyən ölkəyə getməmişdən əvvəl bu yerlə, onun tarixi, mədəniyyəti, yerli əhalisi və mətbəxi barəsində məlumat toplayır.Bu onun gedəcəyi yerləri əvvəlcədən müəyyənləşdirməsində və xərcləyəcəyi maddi vəsaiti müəyyənləşdirməsində mühüm rol oynayır.
• İnsanlar əldə etdikləri məlumatları müxtəlif kitablardan, internet resurslarından öyrənə bilər. Bura gediləcək yerlə bağlı olan müxtəlif rəvayətlər, əfsanələr, əsatirlər aid edilir ki, bu da müxtəlif yerlərin, >əhərlərin yaxud abidələrin daha çox turist axınına məruz qalmasına yol açır.
Turizmdə iştirak edən turistlər əvvəlcədən müəyyən ərazilərə getmək üçün yaxud yerləşdirmə, nəqliyyat növlərini seçmək məqsədilə müəyyən zamana ehtiyac duyurlar. Turizmdə informasiya resursları haqqında danışarkən elə obyektlər seçmək lazımdır ki, onlar turizm marşrutlarının xətti üzərində yerləşsin, xüsusi tarixə malik olsun, həmçinin elmi, dərketmə dəyərinə malik olsun. Bunlara misal kimi hər hansı bir şəhərin toponimikasının adını, meşə, kənd, təbiət abidəsi və onunla bağlı olan hər hansı əfsanə, mif, əsər, rəsm nümunəsi, xəritə, foto, video çəkiliş və s. kimi ünsürlər istənilən turist üçün olduqca maraqlı bir meyar rolunu oynayır.
Dünyanın bir şəhərlərində əsasən də mərkəz hissələrdə turist - informasiya mərkəzləri fəaliyyət göstərir. Bu müəssisələr istənilər, turistə məlumat vermək bacarığına malikdir, eyni zamanda müxtəlif tarixlərə aid edilən biletlərin qiymətinin öyrənilməsi (muzey və teatr biletləri də bura aid edilir), şəhər nəqliyyatının cədvəli haqqında məlumat əldə etmək, onun maliyyə tərəflərini öyrənmək, istənilən turlar haqqında maraqlanmaq mümkündür.
Hələ XIX əsrdə informasiya və məlumatların ötürülməsi turizmdə əsaslı mövqeyə sahib idi. İnformasiyanın ötürülməsi müasir zamanda internetlə, xüsusən sosial şəbəkələrdə daha geniş yayılmışdır. Lakin reklam amili, müxtəlif bələdçi kitabların çapınm hazırlanması, buklet və kitabçaların düzəldilməsi, jurnallarla təminat və s. ölkə haqqında məlumat verən ilkin amillərdəndir. Son zamanlarda turizm sektorunda mövcud müəssisələrin hər birinin tərkibində marketinq bölmələrinin olması, xüsusən PR (public relation - ictimaiyyətlə əlaqələr) fəaliyyət göstərməsi tamtımın aparılmasında və bazarın öyrənilməsində əhəmiyyətli rola malikdir. Azərbaycanın dünyada tanıdılması üçün CNN, BBC, Euronews kimi kanallarda reklam çarxlarının göstərilməsini qeyd etmək olar. Daima bələdçilərdən istifadə olunması hansı istiqamətlərin gəzinti üçün maraqlı olması, nə qədər vaxtın sərf edilməsi və maliyyənin daha dəqiq hesablanması da vacibdir. Əlbəttə istənilən qohuma müraciət etsəniz onlar sizə müxtəlif şəhərlərdəki ən maraqlı yerləşmə mərkəzlərini məsləhət görə bilərlər. Lakin unutmaq lazım deyil ki. şəhərlərin gəzdirilməsi zamanı əvvəlcədən proqram tərtib olunmalıdır, müəyyən vaxt müddətində həmin yerlərin gəzilməsinə nəzarət etmək artıq bələdçilərin işinin əsasını təşkil edir. İstənilən turist getdiyi şəhərdə zövq almaq istəyir və əvvəlcədən hazırlanmış tuı proqramına müəyyən büdcə ödəyir, nəticədə bunun qarşılığının aşağı səviyyədə olduğunu gördükdə artıq bu həmin şəxslərdə mənli fikirlərin oyanmasına yol açır. Bu zaman əksər turistlər deyirlər “Romada oldum, amma papanı görə bilmədim”. Məhz bu səbəbdən müəyyən əraziyə səyahətə getməzdən əvvəl orda qalacağınız müddəti müəyyənləşdirin, gəzəcəyiniz abidələrin siyahısını hazırlayın, hətta çalışın ərazini yalnız gəzməklə kifayətlənməyəsiniz, aldığınız məlumatları dərk etməyi də bacarasınız.
Ümumiyyətlə hər bir ölkəyə gələn turistlərin həmin ərazinin qonaqpərvərlik resursları ilə daha yaxından tanış olmaqla yanaşı regiondakı tarixi, memarlıq, arxeoloji, mədəni ehtiyatları və abidələri görməyə üstünlük verir. Hazırkı dövrdə turizmin inkişafı müxtəlif regionlarda mövcud olan abidələrin və memarlıq nümunələrinin qorunmasına mənfi təsir göstərir. Uzun illərdir İtaliya ərazisindəki Pizza qülləsinə çıxmağa icazə verilmir, hətta Vatikan ərazisinə səyahət etmək istəyən turistlərin də sayında azalma aparılır. Bununla şanaşı Misir piramidaları əsrlərin abidəsi olmasına baxmayaraq hazırda məhv olmaq təhlükəsi yaşayır, bunun üçün də dünyadakı bir sıra mədəniyyət nümunələrini qapalı hissələrdə müdafiəyə götürürlər. Son illərdə turistlərin müəyyən növü gəldikləri əraziyə ziyan Nurmamağa çalışır və onu müdafiə edirlər, məhz buna görə də turistlərlə turizm xidmətlərini təklif edən müəssisələr arasında münasibətlərin üç tipi müəyyənləşdirilmişdir:
• Heç bir asılılığın olmaması - Turistlərin əksəriyyəti bu kimi yerlərə gələrkən ən minimum yaxınlaşmanı həyata keçirirlər və bu da kütləvi turizm üçün xarakterik hal hesab olunmur.
• Simbioz (qarşılıqlı dəstək) - Təbii resurslardan istifadə edilmə prosesinin əvvəlcədən dərk edilərək və planlaşdırılaraq həyata keçirilməsi. Təbii zonalar, arxeoloji zonalar və tarixi abidələr qorunulur.
Müəyyən ərazilərin turizmdə müdafiə edilməsi aşağıdakı formalarda özünü göstərir:
• Əvvəlcədən mövcud olmuş tarixi yerlərin, binaların və abidələrin yenidən bərpasının stimullaşdırılınası.
• Təbii resursların qorunulması prosesinin aktivləşdirilməsi.
• Turistlərin tələbatlarına yüksək səviyyədə cavab vermək üçün idarəetmə orqanlarının və cavabdeh şəxslərin daima nəzarət altında saxlanılması və yoxlanılması.
• Kon fil i kt - əgər turizm ətraf ərazilərin məhv olmasına yol açırsa
bu zaman həmin obyektlərin və gələnlərin müəyyən mədəni dəyərlərə uyğun addım atmasım onlara izah edin.
                Mövzu:  15    Turizm məhsulları və xidmət üsulları
                                        ( müəllim – Şirəliyev Vüqar )
 
             Plan:
 
             1.  Turizm məhsulu və xidmət üsulları
             2.  Turizm məhsulunun tərkibinə aid olan xidmətlər
             3.  Turist xidmətlərinin spesifik xüsusiyyətləri
4.  Turizm məhsulunun tərkibinə aid olan xidmətlər
Turizm məhsulu və xidmət üsulları –  turistlərə göstərilən xidmətlərin kompleksi və ya məcmusudur. Buraya turistlərin daşınması, yerləşdirilməsi, yeməyi üzrə xidmətlər kompleksi, ekskursiya, həmçinin bələdçi (bələdçi-tərcüməçi) xidmətləri və səfərin məqsədlərindən asılı olaraq göstərilən digər xidmətlər daxildir.Turizm öz xüsusiyyətlərinə görə başqa fəaliyyət sahələrindən prinsip etibarı ilə fərqlənmir.Ona görə də , marketinqin əsas müddəaları turizmə də  tətbiq oluna bilər.Eyni zamanda turizm öz xüsusiyyətlərinə görə xidmətlərin və malların satılmasından fərqlənir.Adi malların istehsalında marketinq anlayışı konkret xarakter daşıyır.Turizmdə isə bu anlayış başqa məzmun və xarakter daşıyır.Turizmdə marketinq turist mallarının və xidmətlərinin istehsalı və satışı ilə nəticələnir.Turist məhsulu –turistə göstərilən və qiyməti turist tərəfindən ödənilən müxtəlif xidmət növləridir.Bu xidmət növlərinə qidalanma , yerləşmə , əyləncə , ekskursiya və s . xidmətlər aiddir.Turizm məhsuluna iki cür yanaşma geniş yayılmışdır:Dar çərçivədə turizm məhsulu və geniş mənada turizm məhsulu.Dar çərçivədə turizm məhsulu dedikdə konkret  xidmət , yəni mehmanxana və ya ayrıca nəqliyyat xidməti başa düşülür.Geniş mənada turizm məhsuluna kompleks şəkildə yanaşırlar.Xidmətlərin turistə kompleks şəkildə göstərilməsinə turist səfəri və ya tur deyilir.Turist məhsuluna bu cür yanaşmada bütün xidmətlər bir “paketə ” toplanır və turist paketdə cəmlənən xidmətlərin hamısının haqqını bir dəfəyə putyovkanın ( turist səfərinin ) qiyməti kimi ödəyir.Turist məhsullarını başqa məhsullardan fərqləndirən özünə məxsus xüsusiyyətləri vardır:
Turist məhsuluna kompleks şəkildə daxil olan komponentlər və onları istehsal edən müəssisələr bir-birilə mürəkkəb əlaqələrlə bağlıdır.Turizm məhsulu alınan gəlirə və məhsulun qiymətinə görə elastikdir.
Turizmin xüsusiyyəti belədir ki , eyni turizm mərkəzi , eyni turist səyahətinə müxtəlif səviyyələrdə ( fəsillərdən asılı olaraq , qrupda olan başqa turistlərin xarakterindən , personalın  əhval -ruhiyyəsindən və başqa müxtəlif faktorlardan asılı olaraq ) xidmət göstərir.
    Turizm məhsulu geniş mənada müxtəlif  müəssisələrin gərgin əməyi nəticəsində yaranır.Hər təşkilatın öz iş üslubu , öz xüsusiyyətləri və öz maraqları olur. Cüzi miqdarda səhv və ya nöqsan buraxılarsa , yüksək səviyyədə xidmət təşkil  etmək olmur.Ona görə ki,turistlərə göstərilən xidmət belə xırda elementlərdən asılıdır.Turist xidmətlərinin spesifik xüsusiyyətləri bunlardır:
Turist xidməti  özü –özlüyündə müştəriyə göstərilənə qədər mövcud deyil , yəni məhsul yalnız xidmət göstərilən zaman  yaranır.Göstərilən xidmətlər eyni zamanda göstərilməsinə baxmayaraq , bir-birilə rəqabət aparan iki firmanın xidmətlərinin keyfiyyətini müqayisə etməyə imkan vermir.
İstehsal ilə istehlakın qırılmazlığının labüd nəticəsi xidmət keyfiyyətinin dəyişkənliyidir.Xidmətin keyfiyyəti əhəmiyyətli dərəcədə onun harada , nə zaman , kim tərəfindən göstərilməsindən  asılıdır.Əksər hallarda xidmətlərin göstərilməsi sifarişçilər tərəfindən çətin başa düşülə bilən və qiymətləndirilə bilən ustalıq və bilik tələb edir .Göstərilən xidmətin son dərəcədə qeyri müəyyənliyi  alıcını son dərəcədə qeyri-əlverişli vəziyyətə salır.Buna görə də alıcı , xidmət göstərən tərəfə inamağa məcburdur.
Xidmətlərin çoxşaxəli olmasından asılı olmayaraq onların  hamısının ümumi xüsusiyyətləri də vardır. Bunlara onların hissedilməzliyi , istehsalın və istehlakın fasiləsizliyi , keyfiyyətin dəyişkənliyi və qorunub saxlanıla bilməməsi aiddir.Xidmətlərin hiss edilməzliyi o deməkdir ki , onu qabaqcadan nümayiş etdirmək , görmək , sınamaq və tanış olmaq mümkün deyil.İstehsalın fasiləsizliyi o deməkdir ki ,xidməti yalnız müştərinin olduğu halda göstərmək mümkündür.Bu da öz növbəsində turist xidmətlərini malların satışından ayıran  xüsusiyyətdir.Turizm məhsulunun tərkibinə aid olan xidmətləri aşağıdakı kimi təsnif etmək olar:
Nəqliyyat xidmətləri –bunlara hava nəqliyyatı ,dəmiryolu nəqliyyatı,  avtomobil və qeyri ənənənəvi nəqliyyat xidmətləri daxildir ki, turizmdə dəmir yolu,  hava , dəniz və avtomobil nəqliyyatından geniş istifadə olunur.
Yerləşdirmə xidməti- Bu xidmət növü turizmdə əsas və məcburi xidmət növü sayılır. Bu xidməti göstərən müəssisələrə otellər , motellər , qonaq evləri , istirahət evləri , və s. aiddir.
Qidalanma xidmətləri –Bu xidmətləri restoranlar , kafelər , barlar , yerləşmə vasitələrindəki müxtəlif iaşə obyektləri  və digər bu kimi müəssisələr təqdim edir.
Müxtəlif xidmətlər -əyləncə, istirahət , idman , mağaza , transfer , bank və s . bu kimi xidmətlər  də nəzərə alınmalıdır.
     Bunlardan başqa, turizm məhsulunun satışı ilə məşğul olan turizm şirkətləri və turoperatorların fəaliyyətini də xüsusi qeyd etmək lazımdır. Çünki, turizm məhsulu insanlara turizm-ekskursiya təşkilatları tərəfindən təqdim olunan kompleks xidmətdir. Onlar tərəfindən turizm məhsulu turpaket və turlar şəklində hazırlanaraq turistlərə təkli olunur. Bu zaman turizm məhsulunun müəyyən xüsusiyyətləri nəzərə alınır.Turizm məhsulunun təhlil edərkən yerləşdirmə amilini  xüsusilə vurğulamaq lazımdır. Turistlərin yerləşdirilməsi (yaşaması və gecələməsi) məqsədi ilə təsis edilən müəssisələrə mehmanxanalar (otellər), turist bazaları, motellər, kempinqlər və s. aid edilir. Marşurut zamanı qrupların bir gecəlik dayanacaqları üçün turist bazalarının və ya turizm firmalarının nəzdində düşərgələr və ya sığınacaqlar da yerləşdirmə obyekti ola bilər. Yerləşdirmə turizmin ən mühüm elementidir. Yerləşdirmə (gecələmə) yoxdursa, turizm də yoxdur. Yerləşdirmə vasitələrinin yaradılması, turist qəbulunun və turizm resurslarının istismarından böyük gəlir götürməyə can atan hər hansı bir turist regionu və ya mərkəzinin iqtisadiyyatı üçün qəti və sərt tələbdir.
     Ümumdünya Turizm Təşkilatının tövsiyələrinə görə bütün yerləşdirmə vasitələrini iki yerə ayırmaq olar: kollektiv surətdə yerləşmə və fərdi surətdə yerləşmə. Turistlərin kollektiv sürətdə yerləşməsi vasitələrinə mehmanxanalar və ona müvafiq müəssisələr, ixtisaslaşmış müəssisələr (sağlamlıq müəssisələri, ictimai nəqliyyat vasitələri, əmək və istirahət düşərgələri, konqres mərkəzləri) və kollektiv yerləşdirməyə imkanı olan digər müəssisələr (istirahət üçün nəzərdə tutulmuş yaşayış yerləri, kempinqlər üçün meydançalar və s.) aiddir. Turistlərin fərdi sürətdə yerləşməsi vasitələrinə şəxsi yaşayış evləri, kirayə edilən otaqlar, ayrı-ayrı şəxslərdən və ya agentlərdən kirayəyə götürülən yerləşmə vasitələri, qohum və ya tanışlar tərəfindən ödənişsiz (təmənnasız) verilən yerləşmə vasitələri, fərdi əsasda digər yerləşmə vasitəsi növləri aiddir. Turistlərin yerləşdirilməsi ilə məşğul olan müəssisələr tutum (yerlərin sayı), komfortluq (rahatlıq) və fəaliyyət dövrünə  görə də  üç qrupa ayrılır. Bir çox ölkələrdə mehmanxanaların (otellərin) komfortluq dərəcələri göstərilir. Bu dərəcələr “ulduz” anlayışı ilə ifadə edilir. Mehmanxanaların dərəcələrinin müəyyən edilməsi, turizm biznesinin mühüm vəzifəsidir. Dərəcələrə ayırmaq barədə Ümumdünya Turizm Təşkilatının kriteriyaları mövcud olsa da, əfsuslar olsun ki, hər bir ölkə bunu özünəməxsus şəkildə şərh edir. Otelin dərəcəsi anlayışında, otelin özündə göstərilən xidmətlərin məcmusu və əlaqədar turist infrastrukturunun inkişaf səviyyəsi nəzərdə tutulur. Hər hansı bir otel üzrə son qərarı, həmin ölkənin (regionun) turizm nazirliyi, departamenti (şöbəsi) və s. qəbul edir.
     Respublikamız da  bir çox ölkələr kimi otellərin dərəcələrə ayrılmasında ulduz sistemindən istifadə edir.Belə ki , son zamanlar ölkəmizdə bir çox yeni otellərin yaradılması təqdirəlayiq hal kimi qiymətləndirilə bilər. Beynəlxalq otel şəbəkələrinin Azərbaycanda fəaliyyəti, ölkəmizin adının yüksəklərdə olmasının nəticəsidir. İqtisadi və siyasi sabitlik dünya səviyyəli turizm sənayesi təşkilatlarının Azərbaycanda işləməyə cəlb edir. Beynəlxalq şəbəkə otellərinin fəaliyyəti yerli yerləşmə obyektlərində də ümumi xidmət səviyyəsinin yüksəlməsinə təkan verir.Bu tipli otellərə misal olaraq  Hyatt Regency Baku , Absheron Marriot Baku , Ramada Baku , Park İnn kimi otelləri göstərə bilərik.
     Turizm müəssisələri öz fəaliyyətlərini daimi etmək üçün  turizm məhsulunun xüsusiyyətləri ilə bərabər müxtəlif əmək vasitələrinə də mailk olmalıdırlar. Turizmdə istifadə olunan əmək vasitələrinin məcmusu onun maddi-texniki bazasının əsasını təşkil edir. Turizmin maddi-texniki bazasına: turizm tikililəri (binalar), onların texniki təchizatı (avadanlıq), nəqliyyat vasitələri və digər əsas fondlar daxildir. Maddi-texniki baza mütəşəkkil turizmin inkişafının əsasını təşkil edir. Belə ki, turistlərə tam kompleks xidmət göstərilməsi (yerləşdirmə, qidalanma, daşınma, müalicə, ekskursiya və s.) üçün bütün zəruri şəraiti yaradır. Turizmin maddi-texniki bazasının tərkibinə-turizm firmaları (turoperatorlar və turagentlər), mehmanxanalar, turist bazaları, iaşə, ticarət, avtonəqliyyat müəssisələri, turist ləvazimatı və avadanlığının kirayə məntəqələri, turist yollayışının (putyovka) satış büroları, nəzarət-xilasetmə xidmətləri, turist klubları və s. daxildir.Xidmət növlərinə görə turizm müəssislərinin  aşağıdakı  tipləri mövcuddur:
Turistləri bütün xidmət kompleksi ilə təmin edən müəssisələr- öz mehmanxanaları olan turist müəssisələri.
Turizmin təşkili məqsədi ilə təsis edilən müəssisələr- turagentliklər, səyahət və ekskursiya, yollayış satışı, turist qəbulu büroları.
Turistlərin yerləşdirilməsi, daha doğrusu yaşaması və gecələməsi məqsədi ilə təsis edilən müəssisələr- mehmanxanalar, turbazalar və s.
Yeyinti, ərzaq müəssisələri -restoranlar, barlar , kafelər və s.
Nəqliyyat xidməti müəssisələri- dəmiryolu , hava , avtomobil  və su nəqliyyatı.
Turistlərə mədəni xidmət obyektləri və ekskursiya xidmətlərini təmin edən müəssisələr- teatrlar, konsert zalları, ekskursiya büroları və s.
                Mövzu:  16    Turizm məhsulunun əlamətləri və ona olan təlabat
                                        ( müəllim – Şirəliyev Vüqar )
 
             Plan:
 
             1.  Turizm məhsulunu başqa məhsulların istehsalından fərqləndirmək
             2.  Turizm məhsuluna olan təlabat
             3.  Turizm sənayesində turistlərə bir sıra turizm xidmət formaları
4.  Turizm məhsulunun formalaşması
Turizm məhsulunu tədqiq edərkən bu məhsulun əlamətlərini qeyd etmək lazımdır . Bu əlamətlər turizm məhsulunu başqa məhsulların istehsalından fərqləndirdir.Bu əlamətlər aşağıdakılardır:
Turizmi istehlak etmək üçün səyahət etmək lazımdır.
Turizm məhsulunu tədarük edib saxlamaq olmaz .İcarəyə götürülmüş otel otaqları istifadə edilmədikdə turizm məhsulu “xarab olur ” yəni xeyir vermir,  əksinə daha ziyanlı olur.
Turizm məhsulunu əldə etməmişdən müqayisə etmək çox çətindir.
Turizm məhsulu yerli əhali və turistlər tərəfindən istehlak olunur.
Turizm məhsulunun alınması ilə onun istehlakı arasında zaman və məkan fərqi vardır.
Başqa məhsulları istehlakçı olduğu, yaşadığı yerdə alıb və oradaca istifadə edir. Turist turizm məhsulunu bir yerdə aldığı halda məkanca və zamanca onu tamam başqa ərazidə və çox vaxt xeyli müddətdən sonra istifadə edir.
   Turizm məhsuluna olan təlabat bir sıra amillərdən asılı olaraq dəyişilə bilər.Bu amillər aşağıdakılardan ibarətdir :
İqtisadi amil-Ölkədə ümumi iqtisadi vəziyyət,əhalinin pul gəliri, məhsul və xidmətlərin qiymətləri və turməhsulun qiyməti, inflyasiyanın səviyyəsi və s .
Sosial amil- Dövlətin ümumi sosial siyasəti (sosial güzəştlər, təqaüdlər, müxtəlif ödənişlər və s.), tuirizmlə əlaqədar soaial siyasət (güzəştli və ya pulsuz turyollayışlar), müxtəlif sosial normaların təyin edilməsi (sosial təminatlar və s.), əhalinin həyat səviyyəsi,mədəni və estetik zövqün formalaşdırılması və s.
Demoqrafik amillər- Əhalinin sayı və tərkibi strukturu, cins-yaş strukturu, ailə sayı və tərkibi, şəhər və kənd əhalisinin nisbəti.
Təbii-iqlim amili-Temperatur, günəşli günlərin sayı, coğrafi şərait, təbii resursların olması(dəniz, çay, dağ, meşə və s.).
Milli-tarixi amil-Adət və ənənələr, məişət şəraiti və s, nəzərdə tutulur.
Özəl və ya spesifik amillər- Kişi və qadın, gənclər qrupu, yaşlılar qrupu, müalicə məqsədi.
Əhalinin pul gəlirinin balansının strukturu – fəhlə və qulluqçuların zəhmət haqqı (əmək haqqı , digər gəlirlər ), kənd təsərrüfatı mallarının satışından gəlir , pensiya və təqaüdlər , maliyyə sistemindən mədaxil (çörək pulu,  uşaq pulu və s.), sahibkarlıq və digər rəsmi qeydiyyata alınmış fəaliyyətdən gəlir və s.
    Respublikamızda da turizmi inkişaf etdirmək və turizmdən əldə olunan gəlirləri artırmaq məqsədi ilə bu amilləri xüsusi ilə araşdırmaq lazımdır.Ölkəmizdə ümumi iqtisadi vəziyyət sabit olsa da turizm məhsulunun qiymətinin baha olması , xidmətlərin göstərilməsində problemlər bu sahə üçün mənfi hal kimi qiymətləndirilə bilər. Dövlət tərəfindən aparılan sosial siyasət, turizmin inkişafı üçün  imkan yaradır, əhalinin sosial səviyyəsinin yüksəlməsinə, sahibkarlıq fəaliyyətinin və turizmin genişlənməsinə səbəb olur. Təbii şəraitin müxtəlifliyi həm daxili və həm də beynəlxalq turizmin geniş diapazonda inkişafına imkan yaradır. Azərbaycanın iqlimi və təbii şəraiti ölkə vətəndaşlarının və xarici qonaqların rekreasiya ehtiyaclarını ödəmək üçün cəlbedicidir. Ölkəmiz başı qarlı dağlar, nadir ağaclar bitən meşələr, çaylar və dəniz, qumlu çimərliklər, mineral bulaqlarla zəngindir. Ekoloji şərait təbiəti sevən insanlar üçün ən münasib istirahət mühiti yaradır.
     Ölkə vətəndaşları sərbəst olaraq xaricə getmək, xarici vətəndaşlar isə ölkəmizə gəlmək  imkanına malikdirlər. Azərbaycana vizaların alınması üçün heç bir problem yoxdur. Gömrük qaydaları beynəlxalq normalara uyğun təşkil olunmuşdur.
    “Turizm haqqında”, “Sığorta haqqında”, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”, “Sahibkarlıq fəaliyyəti haqqında”  və digər qanunlar, “Turizm-ekskursiya xidmətlərinin sertifikatlaşdırılması”, “Turizm xidmətləri”, “Turistlərin və ekskursantların təhlükəsizliyinin təminatı barədə”, “Mehmanxanaların təsnifatı” Dövlət Standartları, bəzi növ fəaliyyət növlərinin lisenziyalaşdırılması barədə AR Prezidentinin sərəncamı və bir sıra digər qanunlar və qanunverici aktlar Azərbaycanda turizmin inkişafı üçün hüquqi əsas yaradır.
     Hökumətin yeritdiyi siyasətdən asılı olaraq turizm inkişaf edə bilər və ya da tənəzzülə uğraya bilər. Yumşaq viza rejimi və hətta vizanın ləğv edilməsi  xarici vətəndaşların ölkəmizə axınını artıra bildiyi halda, əks tədbirlər (yüksək rüsum haqqı, çoxlu sayda sənədlərin tələb olunmassı, süründürməçilik, ölkədə qalma müddətinin az verilməsi və s. süni məhdudiyyətlər) beynəlxalq turizmin zəifləməsinə, ölkəyə valyuta axınının azalmasına səbəb ola bilər.
    Bu zaman həmçinin dövlətin beynəlxalq siyasətinin də turizmə təsiri mövcuddur. Bakıdan başqa Gəncədə, Naxçıvanda, Lənkəranda, Zaqatalada beynəlxalq hava limanları var. Beynəlxalq turizmi yalnız Bakı aeroportu deyil eyni zamanda adı çəkilən aeroportlar vasitəsilə də həyata keçirmək olar. Azərbaycan ərazisindən müxtəlif tranzit yükdaşımaları yerinə yetirilir. Azərbaycan TRACECO, “Silk Way”, BTC və digər büynəlxalq layihələrin iştirakçısıdır. Ölkəmizdə BP, MacDermot, Statoil, LUKoil, Simens və digər beynəlxalq şirkətlər fəaliyyət göstərir. Xarici şirkətlərə və onların işçilərinə yüksək səviyyəli  xidmət tələb olunur. Xaricilərlə işləmək və onlardan yüksək gəlir əldə etmək naminə yerli yerləşmə və qidalanma obyektləri, müxtəlif xidmət müəssisələri öz xidmət səviyyələrini artırırlar.
      Turizm məhsuluna təsir edən amilləri nəzər almaqla bərabər turizm məhsuluna olan təlabatın proqnozlaşdırılması da vacib məsələlərdəndir. Bu bir naçə variantda müəyyən edilir və ümumən turməhsul, ayrılıqda onun hər növü və xidməti üzrə yerinə yetirilir. Proqnozlaşdırma tursənaye üzrə və hər hansı ayrıca turşirkət üzrə edilir. Tursənaye üzrə tədqiqat və proqnozlaşdırma (makrosəviyyə) -turizm sənayesinin ümumiyyətlə ölkə üzrə və regionlar üzrə turməhsula olacaq tələbatın müəyyən edilməsi, inkişafı istiqamətlərini, yeni növ turməhsulların və turxidmətlərin müəyyənləşdirilməsi, destinasiya sərhədlərinin təyini, üstünlük verilən istirahət növlərinin təyin edilməsi, yerləşdirmə və daşıma sistemlərinin təkmilləşdirilməsi, əyləncə mərkəzlərinin yeniləşdirilməsi və s. əhatə edir. Müəssisə üzrə aparılan proqnozlaşdırma -cari planlaşdırma və operativ idarəetmənin təkmilləşdirilməsi üçün böyük əhəmiyyət kəsb edir. Proqnozlaşdırma müddətinə görə üç yerə ayrılır:
1.Qısamüddətli proqnozlaşdırma –aylıq , illik rüblük ,  mövsümü olur
2.Ortamüddətli proqnozlaşdırma –Bir ildən üç ilədək nəzərdə tutulan bu proqnozlaşdırmanın əsas məqsədi  turizm məhsulunun inkişaf perspektivlərini əsaslandırmaqdır.
3.Uzunmüddətli proqnozlaşdırma- Üç ildən daha artıq müddətə nəzərdə tutulur və sənayenin inkişaf istiqamətini, tələbat strukturununda proporsiyaları nisbətləri müəyyən edir, inkişaf istiqamətini təyin edir . Tələbat iki göstərici ilə xarakterizə olunur: struktur və pulun həcmi
    Struktur- yəni, əhali öz pulunu hansı turizm sahəsinə xərcləmək fikrindədir: iri tarixi-mədəni mərkəzlərin gəzintisinə, uzaq dəniz sahillərinə və ya daxili əyalət turizm mərkəzlərinə.
    Pulun həcmi- əhalinin turizm üçün ayırdığı pulun həcmi ulduzlu otellərə, çadırlarda qalmağa və ya kənd evlərinə bəs edir. Ölkənin iqtisadi inkişafı dövründə, əhalinin maddi vəziyyətinin yaxşılaşması və alıcılıq qabiliyyətinin artması zamanı turizmin intensivliyi böyüyür və turizm sənayesi inkişaf edir. İqtisadi tənəzzül dövründə isə turizm məhsuluna olan tələbat azalır bu isə turizm sənayesinə də öz təsirini göstərir.
     Lakin tədqiqatçılar müəyyən etmişlər ki, qərb ölkələrində iqtisadi tənəzzül turizmə başqa sənaye sahələrinə nisbətən az təsir göstərir. Belə ki, inşaat, avtomobilqayırma, mebel, digər uzunmüddətli istifadə edilən istehlak predmetləri istehsalı və s. sahələrdə istehsal xeyli aşağı düşür. Tədqiqatlar göstərmişdir ki, müasir qərb istehlakçıları yeni elektron məişət tipli və təmtəraqlı predmetlərin alınmasından imtina etməklə pulu məzuniyyətin keçirilməsinə xərcləyirlər. Bu dövrdə istehlakçılar qənaəti məzuniyyətə deyil, məzuniyyət zamanı edirlər. Turizmin iqtisadi böhran zamanı bu cür xüsusiyyətə malik olması turizm məhsullarına tələbatın elastik olması ilə izah edilir. Bu dövr zamanı turizm məhsuluna olan tələbat az azalır. Belə ki, bahalı turizm xidmət növlərinə tələbat xeyli azalsa da, daha ucuz turizm xidmət növlərinə tələbat xeyli artır. İqtisadi böhran dövrlərində turizm sənayesində baş verən bu cür dəyişkənliyin əsas səbəbi,   insanların istirahət etmək şansını əldən vermək istəməməsi və  turizm sənayesindəki  qiymətlərin elastik olması ilə izah olunur.Ümumiyyətlə turizm sənayesində turistlərə bir sıra turizm xidmət formaları təklif olunur.Bu xidmət formalarını aşağıdakı kimi qeyd etmək olar :
Kompleks turizm xidməti - yerləşdirmə, qidalanma, nəqliyyat, məişət, ekskursiya, idman və sağlamlıq xidmətlərinin bir məqsəd və proqramda birləşməsini nəzərdə tutan turizm xidmətidir.
Ayrı-ayrı turizm xidmətləri - yerləşdirmə, qidalanma, habelə ayrıca təklif olunan bir proqrama daxil olmayan nəqliyyat, məişət, ekskursiya, idman və sağlamlıq xidmətlərini nəzərdə tutur.
Turizm məqsədli əmtəələr də ayrıca xidmət forması kimi hesaba alınır: Bunlara aiddir - xəritələr, lüğətlər, çadırlar, yataq torbası, rükzak və digər turizm və idman ləvazimatı, habelə turizm suvenir məhsulları.
Dünya bazarında mal şəklində təklif olunan turist хidmətləri- turistlərin yerləşdirilməsi ilə bağlı хidmətlər. Bir qayda olaraq turistlər mehmanхanada, otellərdə, pansionatlarda, kempinqlərdə və s. abadlaşdırılmış bina və mənzillərdə yerləşdirilir.
Təyinat ölkəsinədək turistlərin çatdırılması və həmin ölkədə onlara sərnişin nəqliyyatları vasitəsilə хidmətlər göstərilməsi.
 Restoranlarda, kafelərdə, barlarda, kafeteriyalarda, pansionatlarda turistlərin iaşə хidmətlərilə təmin olunması.
Turistlərin mədəni tələbatına yönəldilmiş хidmətlər. Bu хidmətlərə teatrlara, konsert salonlarına, muzeylərə, rəsm qalereyalarına, təbiət və tariхi qoruqlara gedilməsi, tariхi və mədəni abidələrə tamaşa və festivallarda, idman yarışlarında iştirak edilməsi aiddir.
Turistlərin işgüzar tələbatının (simpoziumlarda, elmi konfranslarda, yarmarka və sərgilərdə iştirak etmə) ödənilməsinə yönəldilmiş хidmətlər.
Ticarət müəssisələrinin хidmətləri – suvenirlər, hədiyyələr, depozitivlər və s. satışı
Sənədlərin (pasport, viza və s.) rəsmiyyətləşdirilməsi üzrə хidmətlər.
      Ümumiyyətlə ,turistə ya turizmin müəyyən bir növü üzrə, ya da tam kompleks хidmətlər üzrə qulluq göstərmək olar. Tur bazarda ,inklyuziv-tur (inclusive tour) və ya pəkic-tur (package tour) formalarında təklif olunur.
   Pəkic-tur turun elə bir növüdür ki, burada müştəriyə istirahət yerinə nəqliyyat xidmətlərindən başqa, demək olar ki, bütün turizm xidmətləri (yerləşmə, tam və ya hissə-hissə) təklif olunur. Turist istirahət yerinə nəqliyyat növünü, marşrutu özü seçir və özü bunu təşkil edir.
    Tam kompleks хidmətlər inklyuziv-turların satışı qaydası ilə göstərilir. İnklyuziv-turlar turagent tərəfindən pəkic-turun təklif etdiyi xidmətlərdən əlavə istirahət yerinə çatdırılma xidmətlərini də öz üzərinə götürür. Bu halda nəqliyyat xərclərinin xüsusi inklyuziv-tarifləri təklif olunur ki, bu da 50%-ə qədər, bəzi hallarda isə daha çox güzəştlərlə edilir. İnklyuziv-turlar həmçinin turistlərin mehmanхanalarda yerləşdirilməsi, iaşə (tam, yaхud qismən) və sair хidmətlərin dəyərini də özündə cəmləşdirir. İnklyuziv-turun həm qrup, həm də fərdi turist səfərlərində istifadə olunması nəzərdə tutulur. Onun strukturu müəyyən dərəcədə ölkələrin хarakterik cəhətlərindən, turistlərin tərkibindən, onların alıcılıq qabiliyyətindən, təklif olunan хidmətlərin хarakterindən, çeşidindən və keyfiyyətindən asılı olaraq müхtəlif şəkildə dəyişilir.Hər hansı bir turun formalaşdırıması turagentliklər və turoperatorların gərgin əməyi nəticəsində yaranır. Turpaketin formalaşması, potensial istehlakçı (turist) üçün dəyəri olan son məhsulun yaradılması mərhələsidir.
   Turizm məhsulunun formalaşması aşağıdakılardan ibarətdir:
Razılaşdırılmış müddətə, yerə, keyfiyyətə, qiymətə, qaydalara görə kompleks turizm xidmətlərinin yaradılması.
Hazır turizm məhsulunun qiymətinin əmələ gəlməsi.
Bir sıra amillərdən asılı olaraq turizm məhsulunun çeşidinin formalaşması.
Son turizm məhsulunu cəlbedici etmək və ona rəqabət qabiliyyətli üstünlüklər vermək.
  Beləliklə, turizm xidmətlərindən fərqli olaraq turizm məhsulu daha həcmli və qiymətli məhsuldur. Onu fərqləndirən cəhət istehlakçı üçün dəyərli olmasından ibarətdir. İstehlakçı turizm xidmətlərindən onların turpaketin tərkibinə daxil edilməsi şərtilə istifadə edə bilər. Buna görə turizm məhsulu kəmiyyətcə yeni növ məhsuldur və o, turizm xidmətlərinin sadə komplektindən fərqlənir. Turizm məhsullarının kompleksi kimi turizm məhsulu aşağıdakı tələblərə cavab verməlidir:
 Təhlükəsiz olmalıdır və ümumi qəbul edilmiş standartlara cavab verməlidir.
Turməhsulun istehlakçı turistlərin fiziki qüvvələri və sağlamlığına ziyan törətməməlidir.
Turun məqsədlərinə tamamilə uyğun olmalıdır.
Turistlərin olacaqları yerlərdə baxış üçün nəzərdə tutulan obyektlərin iş qrafiki nəzərə alınmalıdır və s.
    5.Sıravi istehlakçı tərəfindən istifadəyə tam hazır olmalıdır.
                Mövzu:  17    Turizm məhsulunun formalaması mərhələləri
                                        ( müəllim – Şirəliyev Vüqar )
 
             Plan:
 
             1.  Turizm məhsulunun formalaşması
             2.  Turizm məhsulunun fərqləndirici hissələri
             3.  Turizm sənayesi
Turizm məhsulunun formalaşması bir sıra mərhələlərdən keçir.Bu mərhələlər satılma  həcmi və gəlirin dəyişməsi ilə xarakterizə olunur.İlk mərhələdə məhsul bazara çıxarılır və turizm müəssisəsi onu bir məhsul kimi cəmiyyətə təqdim edir.Bu mərhələ satışın az olması və onun nəticəsi olaraq ,gəlirin də az olması ilə xarakterizə olunur.Bu mərhələdə  marketinq siyasətinə çəkilən xərclər digər xərclərdən həddən artıq çox olur.İkinci mərhələ inkişaf mərhələsi sayılır.Bu mərhələ satış həcminin və gəlirin artması ilə xarakterizə olunur.Bu mərhələdə də hələ marketinq xərcləri çox olur, rəqabət başlayır.Üçüncü mərhələ kamillik mərhələsidir.Bu mərhələ satışın artmasının zəifləməsi  və stabilləşməsi ilə xarakterizə olunur.Bu mərhələdə müştərilərin sayı çoxalmır.Lakin gəlirin miqdarı bir qədər azalır ,  amma yenə də yüksək olaraq qalır.Sonuncu mərhələ kimi zəifləmə mərhələsi qeyd olunur.Bu mərhələdə turist sferası turist məhsulundan artıq doyur.Mütəmadi olaraq satışın həcmi və gəlirin miqdarı azalır.Bazarda yeni məhsullar peyda olur.Bu mərhələ ən vacib mərhələlərdən biridir. Bu mərhələnin qarşısını almaq məqsədi ilə turizm müəssisəsi məhsulu yeniləmək , yeni məhsul istehsal etmək kimi addımları atır .
Turizm məhsulu insanlara turizm-ekskursiya təşkilatları tərəfindən təqdim olunan kompleks xidmətdir. Bu məhsulun istehsalının kompleksli təşkili sistemi turizm sənayesi adlanır. Turizm sənayesi dedikdə, səyahəti həyata keçirmək prosesində turisti zəruri olan hər şeylə (xidmət, məhsul və s.) təmin edən müəssisələrin və sahibkarların qarşılıqlı əlaqə sistemi başa düşülür. Başqa sözlə desək, turizm sənayesi dedikdə, turist хidmətlərini və turist tələbatlı malların realizasiyası ilə məşğul olan istehsal, ticarət və nəqliyyat müəssisələrinin məcmusu başa düşülür. Turizm sənayesi – yerləşdirmə və nəqliyyat vasitələri, ictimai iaşə, əyləncə, dərketmə, işgüzar, sağlamlıq, idman və digər təyinatlı obyektlərin, turoperator, turagent, ekskursiya və bələdçi-tərcüməçi xidmətləri göstərən təşkilatların məcmusudur. Kütləvi turizmin coşğun inkişafı bütün dünyada turizm sənayesinin və təsərrüfatın qarışıq sahələrinin, elm və mədəniyyətin, təhsil sisteminin adekvat inkişafına səbəb olmuşdur. Sanballı maddi-texniki bazaya malik olan turizm sənayesi milyonlarla insanın məşğulluğunu təmin etməklə xalq təsərrüfatı kompleksinin demək olar ki, bütün sahələri ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir. Turizm sənayesi daha geniş anlamda belə başa düşülür:
     1.Sərnişin nəqliyyatının (hava, su, avtomobil, dəmiryolu) texniki xidmətinin çoxşaxəli şəbəkəsi ilə birgə fəaliyyət.
     2. Müxtəlif sahələrdə ixtisaslaşmış müəssisələrin, əsasən turizm xarakterini birbaşa büruzə verməyən və turizm üçün “ikinci dərəcəli” hesab edilən müəssisələr (o cümlədən, nəqliyyat maşınqayırması, yanacaq, yeyinti, kənd təsərrüfatının bir çox sahələri və s.) ilə birgə fəaliyyət. Deməli, turizm sənayesi turistin istifadə etdiyi geniş xidmət sahələrini birləşdirən təsərrüfat kompleksidir.
       Ölkənin iqtisadiyyatı inkişaf etdikcə turizm də özünün inkişaf mərhələsində olur, yeni turizm kompleksləri açılır, yeni marşrutlar mənimsənilir, yeni xidmət növləri meydana çıxır. Əksinə, hansı səbəbdənsə ölkə iqtisadiyyatı tənəzzülə uğradığı zaman (siyasi böhran, inflyasiya, təbii fəlakət və s.) turizm sənayesində də tənəzzül nəzərə çarpır. Turizm sənayesi özündə ölkə iqtisadiyyatının bir cox sahələrini birləşdirir. Turizm sənayesi bir sistemdir və bu sistemin fəaliyyəti ona daxil olan bütün sahələrin ahəngli işləməsi ilə həyata keçirilir. Turizm firmaları, otellər (yerləşdirmə), qidalanma obyektləri, nəqliyyat sənayesi, əyləncə obyektləri, suvenir-hədiyyə emalatxanaları, tarixi abidələr, mədəniyyət obyektləri, KİV və digərləri – bunlar birbaşa və üzdə olan sahələrdir. Bu sahələrin inkişafı istehsalat, emaledici sahələrin inkişafı və yeniləşməsindən birbaşa asılıdır. Belə ki, yanacaq-energetika sənayesi, yol-tikinti kompleksləri, otel və iaşə avadanlıqları istehsal və təmir edən, təmir-tikinti müəssisələri, su, kanalizasiya xidmətləri, yüngül sənaye müəssisələri, kənd təsərrüfatı müəssisələri də turizm sənayesinin mövcud olmasında iştirak edirlər. Turizm sənayesinin xüsusiyyətlərinə aid olan turizm-rekreasion resursların olması, müvafiq səviyyədə infrastrukturun olması və savadlı, peşəkar kadrların olması xüsusi əhəmiyyət kəsb edir. Turizm sənayesi elə yerlərdə inkişaf edir ki, bu yerlər təbii və süni, yəni insan tərəfindən yaradılmış yerlərdən ibarətdir və bu yerlər turistləri müxtəlif fəaliyyət xüsusiyyətləri ilə cəlb edir. Turizm sənayesinin xüsusiyyəti odur ki, o həm materialtutumlu məhsul istehsal edir, həm də qeyri-maddi məhsul, yəni xidmət yerinə yetirir. Elə bu turizm sənayesinin əsas xüsusiyyətini təşkil edir. Xidmət cismani deyil, onu görmək, ona toxunmaq olmaz. Əslində turizm sənayesinin məhsulu servisdir. Bu məhsul bir sıra müxtəlif xidmətlərdən ibarətdir və görünməz olduğu üçün onu ölçmək, dadmaq olmaz və müştəri tərəfindən yoxlana bilməz. Bu məhsulu yalnız istifadə zamanı hiss etmək olur. Bu məhsul yalnız istifadə edildikdən sonra onun haqqında rəy vermək olar. Turizm məhsulunun bir sıra komponentləri cismanidir, yerləşdirmə yeri, qida, nəqliyyat vasitəsi və s. Lakin bütün bunlar ümumilikdə turizm servisinin (əyləncə, təəssürat, komfort və s.) tərkib  hissələridir.Turizm məhsulunun fərqləndirici hissələrini aşağıdakı kimi göstərə bilərik :
Turizm xidmətləri cismani xarakter daşıyır.
İstehsal və istehlak birgə baş verir.
Xidmət keyfiyyətləri daim dəyişkəndir.
Xidmətlər saxlanıla bilməz.
    İstehlakçı turməhsulu əvvəlcədən və daimi yaşadığı yerdə alır, lakin bu    məhsulu məkanca tamam başqa yerdə, zamanca başqa vaxtda istehlak edir. Yalnız burada əvvəlcədən aldığı informasiyanın doğru olub-olmaması müəyyən olunur. Keyfiyyətin daim dəyişməsi, istehlakçıya xidmət edən insanın hal-əhvalı və ya havanın pis olması turun aşağı səviyyədə keçirilməsinə səbəb ola bilər. Yerləşdirmə biznesində ümumi xidmətin səviyyəsi onun keyfiyyəti və təqdim olunan əlavələrlə müəyyən olunur (seyf, xalat, diş fırçası, 24 saatlıq xidmət, tibbi xidmət, internet əlaqəsi və s.). Müxtəlif ölkələrdə otellərin təminatı və təqdim etdiyi xidmət növlərindən asılı olaraq onlara keyfiyyət dərəcələri təyin olunur (ulduz, tac və s.). Xidmətin saxlanıla bilməməsi xüsusiyyəti vardır.
                Mövzu:  18    Turizm məhsulu və turizm sənayesi
                                        ( müəllim – Şirəliyev Vüqar )
 
             Plan:
 
             1.  Turizm sənayesi
             2.  Turizm xidmətləri
             3.  Turizmin fəaliyyətinə, inkişafına təsir göstərən bir sıra lokal amillər
 
Turizm sənayesinə daxil olan tərkib hissələr  bir-birini tamamlamalıdır. Turizm sənayesində təqdim olunan xidmətlərin müxtəlifliyi turməhsulun bölüşdürülməsinə də təsirini göstərir. Turizm sənayesinin mövcud olması, onun yaşaması üçün xidmətlər 2 qrupa bölünür və bunlar turizm xidməti istehsalçılarıdır:
Birinci dərəcəli xidmətlər göstərən özəl bölmə- turizm məhsulunun təşkili üzrə xidmətlər, bələdçi xidməti, turist sığortası, marketinq, reklam, ictimaiyyətlə əlaqələr, turizm sahəsində peşə təhsili, turizm məlumat mərkəzləri, maliyyə xidməti və s.
2-ci dərəcəli xidmətlər göstərən dövlət və ictimai bölmə- Dövlət və ictimai bölməyə daxildir: milli turizm təşkilatları, yerli turizm təşkilatları, vizaların verilməsi, hava və dəniz limanlarının xidməti, turizm təhsil ocaqları, sərgi, festival, yarmarkaların təşkili və s. Bütövlükdə bunlar turizm məhsulunu təşkil edirlər ki, bu turizm məhsulunu turpaket şəklində və hissə-hissə məhz turşirkətlər istehlakçılara satırlar.Bu məhsul turistlərə xidmətlər şəklində təklif olunur. Turizm xidmətlərinə aşağıdakılar daxildir:
Turistlərin yerləşdirilməsi üzrə (mehmanxana, motel, otel, pansionat, sanatoriya, turist bazarları və s.) göstərən  xidmətlər.
Turistlərin həmçinin yerli əhalidən icarəyə götürülən şəxsi mənzillərdə və evlərdə, eyni zamanda çadır, avtomobilə qoşulan qoşqu evləri, karvaninqlər, gəmi, qatar, yaxta, və s. –də yerləşə bilərlər.
Turistin qidalanmasının təmin edilməsi üzrə (restoran, yeməkxana, kafe, qəlyanaltı, kafeteri, bar, və s.) xidmətlər.
Turistin səfər etdiyi ölkədə sərnişin nəqliyyatının müxtəlif növləri (qatar,dəniz, və çay gəmiləri, avia çarter reysləri, avtobuslar və. S) və hərəkəti üzrə göstərilən xidmətlər. Xatırladaq ki, nəqliyyat sisteminin inkişafı və ixtisaslaşmış turist nəqliyyatının meydana çıxması, az vəsait sərf etməklə xarici ölkələrə turist səfərlərini daha əlverişli etmişdir. Nəqliyyat vasitələrinin seçimi, turistin gəldiyi ölkənin coğrafi mövqeyindən, turisti göndərən ölkənin hansı məsafədə yerləşməsindən, eyni zamanda turistin sosial vəziyyətindən və onun maliyyə imkanlarından asılıdır.
 Reklam xidməti. Bu ictimai informasiyanın , daha doğrusu insanlar arasında münasibətlərin növ müxtəlifliyindən biridir.Bu informasiya, yeniliyin fəal elementləri özündə daşıyır. Turizmdə reklamın rolu böyükdür, çünki reklamın turist məhsuluna olan təlabatının xarakteri və ölçülərinə bilavasitə təsir göstərir. Bu və ya digər bir ərazinin turizm resursları və bazar təklifləri barədə əhalinin xəbərdar edilməsi səviyyəsini məhz reklam müəyyən edir.
Turist agentlikləri tərəfindən həyata keçirilən xidmətlər (səyahət marşurutunun hazırlanması, mehmanxanada və nəqliyyat vasitələrində yerlərin bronlaşdırılması, yer kürəsinin hər hansı bölgəsinin turizm resursları haqqında bilgilər, turistin getdiyi bölgədə olan yerləşdirmə vasitələri, gömrük və sərhəd rəsmiyyəti, valyuta məzənnəsi və s. haqqında informasiya verilməsi). Səyahət və ekskursiya büroları tərəfindən həyata keçirilən xidmətlərə isə gid-tərcüməçi, ekskursiya bələdçisi, qrup rəhbərləri ilə təminat və s. aiddir.
Turistlərin mənəvi təlabatlarının ödənilməsi(teatr, kino, konsert zalları,muzey, sərgi, rəsm qaleriyası, parklar, tarixi və təbiət qoruqlarına gedişlərin təşkili, tarix və mədəniyyət abidələrinə baxışların keçirilməsi, festivallarda, idman yarışlarında və digər tədbirlərdə iştirakın təmin edilməsi) üzrə göstərilən xidmətlər.
Turistlərin işgüzar və elmi maraqların təmin edilməsi (konqress,assambleya, konfrans, simpozium, toplantı, seminar, yarmarka və sərgilərdə iştirak etmək) üzrə göstərilən xidmətlər.
Həm ümumi, həm də məqsədli(suvenir, hədiyyə, açıqca və s. satışı) ticarət müəssisələrinin göstərdiyi xidmətlər.
İnzibati-nəzarət orqanlarının(sərhəd,valyuta,karantin,polis xidmətləri, pasport,viza və s. sənədlərin hazırlanması) göstərdikləri xidmətlər.
Təbiətin mühafizəsi , tarixi və mədəni irsin qorunması sahəsində göstərdikləri xidmətlər
İnformasiya vasitələrinin (qəzet,jurnal,radio,televiziya və s.) göstərdikləri xidmətlər.
Dövlət turizm idarələrinin (komitə, departament, nazirlik və s.)  göstərdikləri xidmətlər
     Turizm sənayesinin inkişafına təsir göstərən bir çox amillər vardır. Bu amillərin hər birinin öyrəniməsi vacibdir. Belə ki turizm məhsulunun formalaşdırılması zamanı bu amillər nəzərə alınmazsa , məhsulun satılmasında problemlər meydana gələ bilər .Müasir dövrdə turistlər artıq bu amillərə qarşı xüsusilə həssas davranırlar.Turizm müəssisələrinin də qarşısında duran əsas məqsəd uğurlu marketinq siyasəti həyata keçirərək , turistlərin təlabatına uyğun turizm məhsulu istehsal etmək olduğundan bu amilləri xüsusiilə nəzərə almalıdırlar. Təbii –ekoloji amillər –Bunlara yaxşı iqlim və komfortlu təbii şəraitin olması,  landşaftların və təbiətin diqqətəlayiq yerlərinin olması , inkişaf etmiş hidroqrafik şəbəkələrin və təbii su hövzələrinin olması , təbiət obyektlərinin təmiz və yararlı vəziyyətdə olması , ekoloji vəziyyətin yaxşı olması aiddir.
      Sosial-iqtisadi amillər- əhalinin əsas kütləsinin yaşayış səviyyəsi, yəni turizmin iqtisadi əlverişliliyi , vətəndaşların ölkə daxilində və bütün dünya üzrə xarici səyahətlərinə imkan verən sosial azadlıq və hüquqlarının olması , beynəlxalq əmək bölgüsü əsasında dövlətlər arasında iqtisadi əlaqələrin fəallaşması, beynəlxalq ticarətin genişlənməsi və nəqliyyat vasitələrinin təkmilləşdirilməsi.
      Siyasi amillər - turistlərin yaşadıqları ölkənin daxili siyasi stabilliyi , turistləri qəbul edən ölkənin daxili siyasi stabilliyi , ölkələr arasında dostluq, mehriban qonşuluq, dinc münasibətlər , iqtisadi, ticarət, elmi-texniki və mədəni əlaqələr, turizm mübadiləsi üzrə dövlətlərarası və hökumətlərarası əməkdaşlıq sazişləri.
       Demoqrafik amillər - Əhalinin artımı dünya turizm potensialını yüksəldir.İnsanların ömür müddətinin artması və təqaüd yaş həddinin azalması, turizmdə üçüncü yaş qrupuna aid olan insanların çoxalmasına səbəb olur. Etnik turist axını (tarixi vətənə səyahət, mühacirlər, oxşar dilli xalqlar, qarşılıqlı səfərlərlə maraqlananlar və s.) da bu zaman nəzərə alınan amillərdəndir.         İnsanların mədəniyyət və təhsil səviyyələrinin yüksəlməsi də  turizm sənayesinə təsir göstərən amillərdən biridir. Son zamanlarda kütləvi informasiya vasitələrinin (KİV) sürətli inkişafı da turizmə müsbət təsir göstərir. Kütləvi informasiya vasitələrinin inkişafı nəticəsində qonaqpərvərlik resurslarının, istirahət yerlərinin infrastrukturunun və digər turizm sənayesi komponentlərinin tanıdılması sürətlənir. Turizmin populyarlığının səbəblərindən biri də şəhər əhalisinin daim artmasıdır. Yalnız urbanizasiya (şəhərləşmə) müəyyən dərəcədə turizm xidmətlərinə olan tələbatın artmasına səbəb olur. Turist axınının formalaşması əsasən iri sənaye və inzibati mərkəzlərdə baş verir ki, bunlar arasında Bakı şəhərinin  də adını çəkmək olar.
        Turizm məhsulu kimi turizm iqtisadiyyatı da spesifikdir.Bu da onun bir sıra amillərin təsirinə məruz qalması ilə əlaqədardır.Bu amillərin əksəriyyəti qeyri-müəyyəndir. Ümumiyyətlə bu amillər iki qrupa qlobal və lokal amillərə ayrılır.Qlobal amillərə siyasi , iqtisadi , təbii , mövsümilik  amillərini misal göstərmək olar.Bunalardan siyasi amillər xüsusilə nəzərə alınmalıdır.Çünki hər hansı bir ölkənin siyasi rejimi gərgin olarsa , həmin ölkəyə turizm tələbi də aşağı düşər.Bu baxımdan Azərbaycan da istisan deyil .Çünki , respublikamızın  ərazisinin iyirmi faizinin işğal altında olması mövcud turizm ehtiyatlarından istifadədə problemlər yaratdığı kimi , ölkəyə gələn turistlərtin sayına da öz mənfi təsirini göstərir.Siyasi amillər dedikdə aşağıdakılar nəzərdə tutulur:
- Gedilən ölkənin siyasi rejimi. Səyahət ediləcək ölkənin siyasi rejimi, bu rejimə qarşı göstərilən reaksiya çox vaxt o ölkəyə istiqamətlənəcək turizm sektorunun qarşısını alır.
-Turistin çıxdığı ölkənin siyasi rejimi. Turizm üçün səyahət istəyi duyan və bu istəyinin reallaşmasına imkan verəcək miqdarda gəlirə sahib olan insanlara ölkə xaricinə çıxmaq haqqının verilmiº olması lazımdır.
- İki ölkə arasındakı siyasi rejim. Ziyarət ediləcək ölkə ilə olan xarici siyasi əlaqələrin vəziyyəti, o ölkəyə istiqamətlənən turizmə təsir edəcəkdir.Bundan başqa beynelxalq münasibətlər , hərbi konfliktlər və ölkənin daxili  siyasəti də burada nəzərə alınmalı faktorlardır.
       ÜTT-nin göstəricilərinə nəzər salsaq görərik ki , beynəlxalq turizmdə siyasi amillər ölkəyə gəlmə turizminə çox böyük təsir göstərir.Çünki , turizm siyasi hadisələrə qarşı çox həssasdır .Məsələn , 2001-ci ilin sentyabrın 11 –də ABŞ da baş vermiş terror aktı bu ölkəyə turist axınlarının azalmasına səbəb olmaqla yanaşı , turizmdən əldə olunan gəlirlərin də azalmasına səbəb olmuşdur.
      Hal-hazırda ərazisinin 20% -i erməni qəsbkarları tərəfindən zəbt olunan ölkəmiz də çox təəssüf ki , bu amilin ağır nəticələrindən əziyyət çəkir.Belə ki , bir çox turistlər məhz bu amillə əlaqədar olaraq son anda ölkəmizə gəlməkdən boyun qaçırırlar.Onu da qeyd etmək lazımdır ki , hər hansı bir vətəndaşın ölkə xaricinə səfərə çıxması üçün ölkəmizdə hər cür imkanlar yaradılmışdır.
        Bununla yanaşı iqtisadi amilləri də xüsusi ilə qeyd etmək lazımdır .Müasir dövrdə turizmə cəlb olunan turistlərin böyük əksəriyyətini   iqtisadi cəhətdən inkişaf etmiş ölkələrin sakinləri təşkil edir.İqtisadi amillər dedikdə , ölkənin iqtisadi inkişafı , əhalinin maddi rifah səviyyəsi , maddi –texniki bazanın inkişaf səviyyəsi( nəqliyyat, yerləşdirmə və qidalanma şəbəkəsi, infrastruktur, müasir texnologiyalar) nəzərdə tutulur. Turizm məhsulunun alıcılıq qabiliyyətinin olmasından ötrü kifayət qədər iqtisadi inkişafın olması zəruridir. Yəni, imkanı olan adam səyahətə çıxa bilər. Beləcə, gəliri olmayan iqtisadiyyatda kütləvi turizm də ola bilməz. İşsizlərin sayı çox olan, əmək haqqı az olan ölkədə kütləvi istirahətdən söhbət gedə bilməz. Əsas iqtisadi amillər kimi aşağıdakıları qeyd etməliyik :
Milli gəlirin  miqdarı ,
Adambaşına düşən gəlirin  miqdarı ,
Milli gəlirin paylanma forması ,
Ölkədə şəxslərin girdikləri xalis gəlir qrupları ,
Turizm mal və xidmətlərinin qiyməti.
Sosial amillər– Turizm inkişafına güclü təsir göstərən amillərdən biri də sosial faktordur. Sosial amillər əsasən aşağıdakılardan ibarətdir:
- Ailəvi xüsusiyyətlər - Şəxsin evli, subay olması və ya ailədəki uşaqların sayı və onların məktəb vəziyyəti və yaş tərkibi turizmə təsir edir. Turizmə təsir edən amillərdən biri də ailə başçısının işlədiyi sahənin xüsusiyyətləridir. Kənd təssərrüfatı işçiləri ən az, sərbəst iş sahibləri ilə yüksək vəzifələrdə işləyənlər ən çox səyahət edən insanlardır.
- Əhalinin yaş quruluşu . Bir ölkənin əhali sayındakı artım ümumi olaraq turizm sahəsində artım yaratdığı kimi, ölkə əhalisinin yaş quruluşundakı dəyişikliklər də turizmə, yeni müştəri kateqoriyalarının iştirak etməsinə, yeni zövqlərin yaranmasına təsir edir.
- Urbanizasiya (şəhərləşmə). Atmosferin çirklənməsi, səs, stres, sosial təzyiqin gərginliyi kimi prosesləri gücləndirir. Bu da öz növbəsində şəhər əhalisinin şəhər ətrafı kənd yerlərinə getməsinə səbəb olur . Respublikamızda da bu göstərici get-gedə artmaqdadır.Belə ki , ölkəmizdə kəndlərdən və digər şəhər ətrafı ərazilərdən insanların iş axtarmaq məqsədi ilə Bakı şəhərinə axını şəhər həyatının çətinliklərini artırdığı kimi , kənd- yaşıl turizminin inkişafına yollar açır.
- Dil çətinlikləri. Bir çox insanın xarici dil baxımından danışıq qabiliyyətinin zəif olması, onları xarici ölkələrdən daha çox öz ölkələrində səyahət etmək məcburiyyətində qoyur.
- Sosial hərəkət qabiliyyəti. Ailə başçısının iş yeri, mədəni səviyyəsi, sosial davranışları, dünyagörüşü turizm tələbinə təsir göstərən amillər arasında yer alır. Sosial nöqteyi-nəzərdən turizm regionların inkişafına böyük təsir göstərir. Regionlarda turizmin inkişafı işsizlərin böyük şəhərlərə axınının qarşısını alır.
     Bu amilləri qeyd edən zaman görərik ki , turist səfərləri əsasən qonşu ölkələr arasında baş verir.Bunun da səbəbi qonşu ölkələrlə oxşar adət-ənənələr, dil yaxınlığı və həyat tərzidir.
       Məlumatlara görə, 2012-ci ildə Azərbaycana gələn turistlərin sayı ötən illə müqayisədə artıb. Bu artım təxminən 7-10 faiz təşkil edib. Amma araşdırmalar göstərir ki, ötən il müddətində xaricə gedən azərbaycanlı turistlərin də sayı az olmayıb və onlar xaricdə 600 milyon dollardan artıq pul xərcləyiblər. Əhalinin gəlir səviyyəsinin artması onların turist kimi digər ölkələrə gedərək daha çox vəsait xərcləmələrinə şərait yaradır. Baxmayaraq ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, vətəndaşların bütövlükdə gəlirlərinin təxminən 65 faizi istehlak məhsullarının alınmasına yönəlir. Digər səbəb isə onunla bağlıdır ki, xarici ölkələrdə - qonşu Türkiyə və Gürcüstanda turizm obyektləri daha ucuz və Azərbaycanla müqayisədə daha keyfiyyətli turizm xidməti təklif edir. Vətəndaşlarımızın da bir qismi ölkə xaricinə getməkdə maraqlıdırlar. Çünki, məsələn, Gürcüstanda yol xərcləri də daxil olmaqla 5 günlük istirahət etmək, Azərbaycan daxilində 5 gün istirahət etməkdən təqribən 2 dəfə ucuzdur. Vətəndaş xaricə getməklə həm ucuz istirahət əldə edə bilir, həm də xarici ölkəni görmüş olur. Odur ki, ölkə daxilində turizm xidmətlərinin qiymətinin baha olması vətəndaşların xaricdə istirahət etməsinə gətirib çıxarır. Eyni zamanda orta və gəlirləri yüksək olan vətəndaşlarımız əsasən Avropa ölkələrində dincəlməyə üstünlük verirlər. Baxmayaraq ki, orada istirahət etmək nisbətən bahalıdır. Amma bütün hallarda həm həmin ölkəni görmək, həm də daha yaxşı istirahət etmək məqsədi ilə ora gedirlər. Odur ki, Azərbaycan çalışmalıdır ki, yerli turistlərin böyük bir qismini ölkə daxilində saxlasın. Çünki, vəsaitin ölkədən kənara çıxmasındansa, daxilində qalması daha məqsədəuyğundur. Amma təəssüf ki, turizm obyektləri qonşu ölkələrlə rəqabətdə uduzurlar.
      Təbii amillər – hava şəraiti (yayın yağışlı, qışın qarsız olması həmin mösümlərdə müvafiq destinasiyaların ziyanla işləmələrinə səbəb olur), zəlzələ, sunami, daşqınlar, ekoloji tarazlıq, sənaye qəzaları (yanacağın ətrafa yayılması, tankerlərin qəzası nəticəsində su hövzələrinin çirklənməsi). Mövsümilik – turizm destinasiyalarının, turizm firmalarının işinə güclü təsir göstərir.Mövsümülük işçi qüvvəsinə ilk növbədə təsir göstərir .Belə ki , turizmin bəzi növləri (qış turizmi , çimərlik turizmi və s) mövsümdən asılıdırlar.Bu zaman işçilərin mövsümə uyğun olaraq işə qəbul edilməsi və işdən azad edilməsi baş verir. Yay tətilində xüsusi ilə tələbələrin mövsümlə əlaqəli olaraq turizmə cəlb olunması təqdirə layiq hal kimi qiymətləndirilə bilər. Bununla onlar turizm sahəsində yeni təcrübələr və vərdişlər qazanmış olarlar.
       Ümumiyyətlə , təbbi fəlakətlərin və digər amillərin turizmə təsirini Yaponiyanın timsalında görmək mümkündür.Belə ki , bu ölkədə baş verən sunamilər hər il ölkənin turizminə ciddi əngəllər yaradır.
       Azərbaycanda günəşli günlərin üstünlük təşkil etməsi , iqlimin əlverişliliyi , başı qarlı dağların olması , çimərliklərin olması burada da mövsümlər üzrə turizmi inkişaf edtirməyə imkan verir.Belə ki ,2009 –cı ilin sentyabrında açılışı olan Şahdağ qış-yay turizm kompleksi ölkədə dağ-xizək və qış idman turizm növlərinin də inkişafına səbəb olmuşdur.Burada həmçinin 4- nömrədən ibarət “Zirvə” otelinin də açılışı olmuşdur.Bu da sözsüz ki , regionda yaşayan əhalinin turizmə cəlb olunması , yerli  adət və ənənələrinin tanıdılması , işsizliyin aradan qaldırılması istiqamətində mühüm addım sayıla bilər. Azərbaycanın Rusiya sərhədindən İran sərhədinədək Xəzər dənizi ilə 825 kilometrlik bir məsafədə əhatələnməsi ölkəmizdə çimərlik turizminin inkişafı üçün çox böyük imkanlar yaradır. Mütəxəssislərin fikrincə, bu imkandan istifadə etməklə ildə çimərlik turizmindən külli miqdarda gəlir götürmək mümkün olar. Xəzər sahili boyu çimərlik əraziləri dövlətə məxsus olmalı, belə ərazilər çimərlik təsərrüfatı üçün uzun müddətə icarəyə verilməlidir. Azərbaycanın hazırda maliyyə imkanlarının artdığı bir dövrdə Xəzərin çimərliklərini dövlət səviyyəsində Avropa standartlarına cavab verən bir səviyyədə yenidən qurmaq olar. Bunun üçün Xəzər dənizinin çimərlik sahələrinin dəqiq qeydiyyatı aparılmalı, birinci, ikinci, üçüncü növbədə onlardan necə istifadə məsələləri dəqiqləşdirilməlidir.
       Baxılmış qlobal amillərdən başqa bir sıra lokal amillər var ki, bunlar da turizmin fəaliyyətinə, inkişafına təsir göstərir:
   1.Turist təlabatlarında məhdudluq – Bu amil turistlərin iqtisadi imkanlarından asılıdir.
   2.Turizm təkliflərinin məhdudluğu- turizm resurslarının mövcudluğu ilə bağlıdır. Bunlardan əsası təbii resurslardır. Aydındır ki, bəzi turizm destinasiyaları digərlərinə nisbətən turistlər üçün daha cəlbedicidir.
   3.Ekologiya ilə bağlı məhdudiyyətlər- ətraf mühitin çirklənməsi ilə bağlıdır. Bəzi destinasiyalarda turistlərin çoxluğu buranın ətraf mühitinə ziyan vurur (qadağan olunmuş yerlərdə çadırlar qurulur, tonqal qalanır, zibilliklər yaradılır və s.)
  4.Vaxt məhdudiyyəti- turistin istirahət vaxtının az olması, turizm fəaliyyəti müddətinin az olması turşirkətin gəlirinin çoxaldılmasına imkan vermir. Bu isə təbii resursların istifadə müddətində turizm dövriyyəsini azaldır.
 5.Hüquqi məhdudiyyətlər-ətraf mühitin qorunması ilə bağlı, inşaat işlərinin aparılması və ya bu zonada turizmin konkret növünün inkişafı ilə bağlı       qanunvericilik aktlarının olması.
  6.Turizm savadının olmaması-Sahibkarın turizm sahəsində xüsusi savadın olmaması.
  7.Turizm sənayesinin əsasını təşkil edən ehtiyatların məhdudluğu- kapitalın az olması, ixtisaslaşdırılmış personalın olmaması, otel və restoranların olmaması.
     Turizm məhsulu və turizm regionu arasında qarşılqlı əlaqələr mövcuddur.Belə ki,  turist regionları, təşkilatları və turist müəssisələri turizmin ən vacib idarəetmə obyektləridirlər. Ona görə ki, turizm xidmətləri turistlərə bu obyektlərdə göstərilir. Turizmin obyektləri əsas üç komponenti əhatə edir : turist regionu  (   turistin gəldiyi rayon ), turist təşkilatları ( ictimai və dövlət ) və turizmin müəssisələri ( firmaları ). Turizmin menecmentində bu obyektlərin idarə olunması əsas yer tutur.     Turist regionu nə deməkdir, onun hansı sərhədləri və funksional fəaliyyəti var -Turist regionu turistə bütövlükdə satılan turist məhsulu və deməli turistin arzu etdiyi səfərin məqsədi deməkdir.Turist regionunun bu cür tərifi turistin öz marağından doğur. Burada əsas məna ondadır ki, turist regionu turistin özü seçdiyi coğrafi rayondur. Turist regionuna turistlərin gözü ilə baxmaq lazımdır. Burada turistləri ən çox maraqlandıran əsas 4 parametrdir : səfalı yer, landşaft, mənzil, əyləncə ( ekskursiya ). Turist bir dəfə bu regiona gəlib bu parametrlərin vəziyyəti ilə tanış olub və razı qalıbsa, o bir də bu regionu öz turist səfərinin məqsədi kimi seçmək istəyəcəkdir.
        Müasir menecment “ turist regionu “ nun bu tərəfində olan incəlikləri nəzərə almalıdır, ona görə ki, bu region rəqabət apara bilən bir vahiddir. Turist regionunun məhsuluna qiymət verdikdə isə, turistin mövqeyi ilə hesablaşmaq lazımdır. Bu regionun istehsal  aparatı xidmətləri kompleks şəklində hazırlayır. Bu xidmətlər zəncirvari bir− biri ilə bağlıdır. Regionun hazırladığı məhsulun keyfiyyəti turistlərin məhsula olan tələbatının ödənməsindən asılıdır. Turist sektorları, bunların bazarları və ətraf mühit faktorları regionun rəqabətli olmasına qüvvətli təsir göstərir. Ona görə ki, onlar əsas turist məhsulu istehsalçıları ilə sıx əlaqədə olur və turist məhsulunu yaxşı tanıyırlar. Aşağı səviyyə təşkilatına o təşkilatlar aiddir ki, onlarda turizmin bütün komponentləri var. Bura yerli turist təşkilatları aiddir. Turist təşkilatları xüsusi idarəetmə strukturuna malikdirlər, onlar turist regionunda əlaqələndirici rolunu oynayırlar. Bir tərəfdən vasitəçi rolunu oynayırlar, digər tərəfdən marketinq funksiyalarını yerinə yetirirlər.
      Mövzu:  19    Turizm məhsulunun hərəkətə gətirilməsində  turizm sərgiləri və reklam.
                                          ( müəllim – Şirəliyev Vüqar )
 
             Plan:
 
             1.  Turizm məhsulunun hərəkətə gətirilməsinin məqsədləri
             2.  Agentliklərə təlabat
             3.  Sərgidə iştirak etməyin məqsədləri
4.  Reklam elanları
     Hər bir turizm şirkəti hazırladığı məhsulu satmaq, satışını artırmaq, sahib olduğu məhsul barədə ölkədaxili və xarici ölkələrdən olan ziyarətçilərə, turşirkətlərə məlumat çatdırmaq məqsədilə müxtəlif  yollardan istifadə edir.Bunlara misal olaraq agentliklərlə fəaliyyət ,  reklam, gəlirin stimullaşdırılması ,  sərgilər və s  misal göstərə bilərik .Ümumiyyətlə turun hərəkətə gətirilməsi  müxtəlif metod və vasitələrin köməyi ilə tur məhsulun turizm bazarına çıxarılmasıdır.Bu isə agentərin və alıcıların ticarət markasına istiqamətlənərək turizm məhsulunun satışını stimullaşdırır.Turizm məhsulunun hərəkətə gətirilməsinin məqsədləri aşağıdakılardır:
Turizm bazarının subyektlərinə və onun potensial istifadəçilərinə  tur və onun imkanları haqqında informasiya çatdırmaq .
Turizm bazarının xərclərinin artırılması və yeni istifadəçi seqmentlərinin ələ keçirilməsi .
İstifadəçilərin bazara çıxarılan turizm məhsulunu əldə etməyə  və agentlikləri uzun müddətli fəaliyyətə sövq etməyə çalışmaq .
     Turizm məhsulunun satışını həyata keçirmək  məqsədi  ilə turoperatorlar  və turagentliklər birgə fəaliyyət göstərməlidirlər.Müasir dövrdə turist agentlikləri ilə fəaliyyət istənilən turoperatorun mövcud və strateji  fəaliyyinin əsas istiqamətlərindən biri hesab olunur.Turist agentliyi – elə bir hüquqi və ya fiziki şəxs və ya müəssisədir ki  , turoperatorun hazırladığı turpaketi istifadəçiyə çatdırır və onun reklamı ilə məşğul olur.Agentliklərə təlabat aşağıdakı səbəblərdən yarana bilər:
Turoperatorun hazırladığı turların regionlarda hərəkətinin mühümlüyü-hər turoperatorun hər bir perspektivli regionda öz müəssisə və filialını açmaq üçün lazımı qədər imkanı yoxdur.Çünki  regional turagentliklərin birgə fəaliyyətə cəlb olunması turoperatora imkan yaradır ki , onun öz ərazisindən kənarda da turizm məhsulunun hərəkətinə əlverişli şərait olsun .
Turların müştəriyə çatdırılması- hər bir müştərinin tur əldə etməsi üçün bir yerdən başqa yerə 10 və ya 100 km-lərlə yol getmək istəyi yoxdur.Ona görə də müştəri üçün turpaketi elə öz doğma şəhərində turoperatorlarla fəaliyyət göstərən turagentlərdən almaq daha səmərəlidir.Çünki, bu yolla turoperator yalnız özünün yerləşdiyi  şəhərin əhalisini yox , başqa  şəhərlərin əhalisini də tur məhsulu ilə təmin edə bilir.
     Turizm məhsulun satışı həmçinin turizm məhsulu haqqında dəqiqi informasiya və onun çatdırılmaslndan olduqca asılıdr.Müştəri turagentin ofisinə müraciət etdikdə , turagent ona mövcud  olan tur haqqında informasiya verməlidir.Bununla belə tur haqqında olan informasiya hərtərəfli olmalıdır və buna görə də turagentdən yüksək professionalıq və tur haqqında ətraflı məlumatlar tələb olunur.Turagentin tur yaratma funksiyası onun müxtəlif turoperatorlardan ayrı- ayrı xidmətləri əldə etməsi və onlardan turist paketi formalaşdırılmasını özündə birləşdirir.Bu funksiya daha çox sifariş olunan qrup turlarının və individual turların təşkili üçün uyğundur.
     Turizm məhsulunun satışını həyata keçirmək üçün həyata keçirilən tədbirlərdən biri də sərgilərdir. Ümumiyyətlə son zamanlar sərgilərin miqyası daha da genişlənmişdir.Bu səbəbdən də sərgi tədbirləri təşkili və məqsədlərini aşağıdakı kimi izah etmək olar:
    Sərgi tədbirlərinin təşkili və məqsədi -Turizm şirkətinin sərgilərində iştirakı xüsusi əhəmiyyət kəsb edir. Belə tədbirlərdə iştirak etməklə turşirkət qısa zaman daxilində turizm aləmində olan iqtisadi, təşkilati, texniki və kommersiya xarakterli yeniliklərlə tanış olur.
    Adətən sərgilər dövlət turizm idarəetmə qurumu tərəfindən təşkil olunur. Məqsəd -  ölkənin turizm potensialını göstərməklə, buraya xarici ölkələrin turizm təşkilatlarını cəlb etməkdir.
    Sərgilər ümumi və ya konkret məqsədli olur. Ümumi formada keçirilən  tədbirlərdə hər iştirakçı təşkilat öz əlində olan bütün növ   turməhsullarını təbliğ edir. Konkret məqsədli tədbirlərdə isə müəyyən istiqamətli turməhsullar (məs., ekoloji, dəniz və çay kruizləri, piyada, kənd, müalicə və istirahət növləri və s.) təbliğ olunur.
Turşirkətlər bir tədbir zamanı turizm aləmində baş verən yeniliklərlə tanış olurlar, yeni növ xidmətlər və xidmət üsulları barədə məlumatlar alırlar. Sərgidə təmsil olunan turşirkətlər bir-biri ilə əməkdaşlıq kontraktları bağlayır, beynəlxalq səviyyəyə çıxırlar.
   Turizm müəssisəsinin sərginin işində iştirakı -Sərgidə iştirakın effektli olması üçün turfirma öncədən hazırlıq işlərini yerinə yetirməlidir. Bunun üçün sərgidə iştirak etməyin məqsədləri aşağıdakı kimi  müəyyən edilir:
öncədən işlədiyin destinasiya ilə işin genişləndirilməsi;
yeni destinasiyalarla əlaqələrin yaradılması;
yeni növ xidmətlər barədə məlumatların alınması;
xidmətin səviyyəsinin artırılması imkanlarının öyrənilməsi;
partnyor təşkilatlarla əməkdaşların müvəqqəti mübadiləsinin keçirilməsi üçün ra Sərgidə turfirmanın təqdim edilməsi yolları aşağıdakılardan ibarətdir:
-  sərgidə iştirak zamanı turfirmanın nailiyyətlərini əks etdirən stendin qoyulması;
- şirkətin fəaliyyəti barədə və ayrıca olaraq hər marşrut barədə broşür və reklam prospektlərinin paylanması;
-  xüsusi suvenir və hədiyyələrin sərgi iştirakçılarına paylanması;
- sərgidə işləyəcək əməkdaşlara xüsusi davranış qaydaları barədə təlim keçirilməsi; - əməkdaşlar tərəfindən turfirmanın bütün işləri barədə məlumatları istər sərgidə iştirak edən digər turizm müəssisələrinin nümayəndələrinə, istərsə də ziyarətçiyə ətraflı  surətdə izah etmək bacarığı.
  Sərgi zamanı turizm müəssisəsinin personalının  fəaliyyəti yüksək nəticələr verə bilər. Əməkdaşların səmərəli işi nəticəsində bir sıra kontraktların bağlanması və  ayrı-ayrı şəxslərə turməhsulların satışı həyata keçirilə bilər.
 Sərgiyə hazırlıq öncədən aparılmalıdır. Ümumi sərgi kataloquna düşmək üçün sərgi təşkilatçılarına turfirma barədə məlumat verilməlidir. Sərgidə turfirmaya ayrılacaq yerə uyğun stendlər hazırlamaq üçün aksesuarlar müəyyən edilməli, prospekt və broşürlər, vizit kartları hazırlanmalıdır. Yaxşı olar ki, sərgidə iştirak edən əməkdaşlar xüsusi geyimdə (uniforma) təmsil olunsunlar. Sərgidə iştirak edən turfirmaları, xüsusilə də xarici turfirmaları infotura dəvət etməklə real işi göstərmək imkanı əldə etmək olar.
     Sərgi iştirakçılarını və ziyarətçiləri cəlb etmək məqsədi ilə stendin orijinallığı ilə fərqlənməsi məqsədəuyğundur: məsələn rəqs və mahnı qrupunun olması, monitorda turməhsul barədə filmin təqdim olunması, stendin orijinal tərtibatı və s. Beynəlxalq turizm sərgiləri-- Brüssel, Milan, Vyana, Madrid, Paris, Şarlerua, Tokio, Moskva, Berlin, London və digər şəhərlərdə hər il keçirilir.
    Qeyd etmək yerinə düşər ki , turizmi iknişaf etdirməyi öz qarşısına əsas məqsədlərdən biri kimi qoyan ölkəmiz də bu sərgilərin aktiv iştirakçısına çevrilib.Belə ki , son olaraq ölkəmiz Almaniyanın paytaxtı Berlin şəhərində (6-10 mart 2013 cü il )keçirilən “İTB Berlin 2013" Beynəlxalq Turizm Sərgisində iştirak etmişdir. Sərgiyə gələn ziyarətçi və iştirakçılara nümayiş etdirmək və paylamaq üçün əl sənətkarlığı nümunələri, mis qablar, musiqi alətləri, eləcə də ingilis və alman dillərində müxtəlif növ reklam-çap məhsulları təqdim olunmuşdur.Qeyd etməliyik ki , 2004-cü ildən başlayaraq Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və yerli turizm şirkətləri artıq onuncu dəfədir ki, "İTB Berlin" beynəlxalq turizm sərgisində iştirak edir, həmçinin ötən il adıçəkilən tədbirdə ölkəmizlə yanaşı, müxtəlif ölkələrdən 10600-ə yaxın şirkət təmsil olunub.Digər belə bir beynəlxalq sərgi “Los Anceles Taymz" qəzeti tərəfindən Los Ancelesdə təşkil edilən beynəlxalq turizm sərgisidir.Bu sərgidə (25 fevral 2013-cü il) də ölkəmiz təmsil olunmuşdur.Bu sərgi hər il keçirilir və ABŞ-ın ən böyük sərgilərindən biridir.Bu sərgiyə gələnllərin sayı 20 min nəfəri keçir.Burada qurulmuş Azərbaycan stendində ölkəmizin turizm imkanları barədə müxtəlif bannerlər və nəşrlər vasitəsilə geniş məlumat verilib. Stenddə quraşdırılmış monitorda Azərbaycanın müxtəlif gözəl guşələri, əsrarəngiz təbiəti, unikal tarixi və memarlıq abidələrini əks etdirən videoçarxlar nümayiş etdirilib. İştirakçılara Los Ancelesdə fəaliyyət göstərən "Wonders of Azerbaijan" turizm şirkəti "İpək Yolu üzərində Azərbaycan", "Aleksandr Dümanın izi ilə qida və şərab turu", "Mədəni müxtəliflik turu" və "Eko-tur" kimi turizm paketleri təqdim edilib. Qarabağın əzəli Azərbaycan torpağı olduğunu göstərən "Qarabağ - Azərbaycanın Zinət Tacı" (Karabakh - Crown Jewel of Azerbaijan) başlıqlı banner ziyarətçilərin xüsusi diqqətini cəlb edib. Bannerdə Qarabağın füsunkar təbiət rəsmləri ilə yanaşı, Qarabağ atı, xalçası, Şuşa qalası, Gövhərağa məscidi, Gəncəsər Alban monastrı kimi qədim memarlıq abidələri, eləcə də Qarabağ muğam məktəbini göstərən rəsmlər əks olunub.
     Azərbaycan beynəlxalq turizm sərgilərində iştirak etməklə yanaşı turizm sərgisinin təşkilatçısı kimi də çıxış edir.Belə ki , növbəti belə bir sərginin  “AITF-2013” 12-ci Azərbaycan beynəlxalq “Turizm və səyahət” sərgisi adı altında (2013- cü il 4-6 fevral ) keçirilmişdir. Sərgidə 200-dən çox iştirakçı bir araya gəlmişdir  ki, onlardan da 40%-i daimi eksponentlərdir. Sərgidə 19 ölkə öz milli stendi ilə çıxış etmişdir. Bu il sərginin Türkiyə, Gürcüstan, Çexiya, BƏƏ, Rusiya və Malayziya kimi daimi iştirakçıları ilə yanaşı, Mərakeş, Macarıstan, Sloveniya, Tailand, Tunis və Fransa nümayəndə heyətləri Bakıya səfər etmişlər.
     Məhsul haqqında məlumatın yayımlanması və satışının əsas hərəkətverici tədbiri, reklamın təşkilidir. Reklam” sözü latın mənşəli sözdür (reclame –“qışqırmaq”) və hərfi mənada aşağıdakıları bildirir:
nəyi isə geniş tanıtmaq, alıcıları cəlb etmək məqsədilə keçirilən tədbir.
kimi və ya nəyi isə şöhrətləndirməq üçün məlumatların yaymlanması.
Reklam – turizm müəssisəsinin öz müştərilərinə informasiyanı çatdırmaq, onların davranışını dəyişdirmək, təklif olunan xidmətlərə diqqətlərini cəlb etmək, turfirma barədə müsbət imic yaratmaqla  onun ictimai əhəmiyyətini göstərməkdir.
Dünya təcrübəsi göstərir ki, turizm sahəsi ən böyük reklam daşıyıcısıdır. Turizm şirkətləri əldə etdikləri gəlirin 5-6%-ni reklama sərf edirlər.
Amerika mütəxəssisi A. Polits informasiya bazarını tədqiq edərək reklamın 2  əsas qanunnuu formalaşdırdı:
Reklam yaxşı məhsulun satışını stimullaşdırdığı halda pis məhsulun iflasını sürətləndirir. Reklam müştəriyə  göstərir ki, məhsul hansı keyfiyyətə malik deyil.
Reklam məhsulda cüzi miqdarda olan keyfiyyəti şişirtməklə müştəriyə çatdırır ki, bu xüsusiyyət məhsulda demək olar ki, yoxdur. Bununla da məhsulun iflası baş verir.
 Bu səbəbdən məhsul haqqında yalnız doğru və həqiqi məlumat verilməlidir.
   “Reklam təcrübəsisnin beynəlxalq kodeksi”-ndə reklamın əsas prinsipləri göstərilib:
hüquqi nöqsansızlıq, eyibsizlik, səmimiyyət;
həqiqilik, ictimaiyyət qarşısında məsuliyyət;
vicdanlı rəqabət qaydalarına uyğunluq.
    Reklam məqsədinin əhatə dairəsindən, büdcəsindən və istehlakçı təbəqəsindən asılı olaraq reklamın yayımlama vasitələri seçilir. Daha geniş auditoriyanı əhatə etmək məqsədilə bir neçə vasitədən istifadə etmək olar.
Reklamın verilmə dövrülüyü (məsələn, hər gün, həftədə 3 dəfə, həftənin konkret günləri, gündüz yoxsa axşam saatlarında, hansı qəzetdə və hansı səhifədə, hansı TV kanalda və s.) müxtəlif olur.
    Nəhəng turist şirkətləri, xaricdə özləri reklam-məlumat kompaniyalarını aparırlar. Reklam kompaniyası müəyyən seqmentdə, müəyyən vaxtda informasiya vasitələrinin bütün növlərindən istifadə etməklə müxtəlif tədbirlərin kompleks şəkildə görülməsinə deyilir. İnformasiya reklamı müxtəlif vasitəlrlə məlumatları alıcılara çatdırır. Reklamın əsas vasitələri - qəzetlər, jurnallar, radio, televiziya, kataloqlar, bukletlər, məlumat vərəqləri və lövhələri nəqliyyat elanları və s. Bu vasitələrin hamısı 3 qrupa bölünürlər:
I qrup - dövriyyə nəşriyyatında olan çap materiallar. Bu qrupa poliqrafık üsulla hazırlanan reklamların hamısı aiddir.
 II qrupa - radio reklamlar, şifahi məlumatlar və elanlar aiddir.
 III qrupa - tele və kino reklamlar, şifahi tekstlə müşahidələnən və nümayiş olunan eksponantlar və s.
I. I qrup reklam vasitələri- bu qrupun meneceri çap olunmuş reklam materiallannın və topoqrafiya işinin bütün incəliklərini, çap olunan bütün məcmuələrin reytinqini və öz klientlərinin reklama olan tələbini yaxşı bilməlidir. Çap olunmuş reklam materiallarının özləri müxtəlif növlərdən olur: jurnal reklamları, kitab reklamı, bukletlər , kataloqlar, afişalar,təqvimlər, applikasiyalar, yarlıklar, qələmlər və başqa xırdavat mallar, bağışlamaq üçün lazım olan suvenirlər. Bu reklam materiallannın hamısında fırmanın embleması və materialların nişanı olmalıdır.
Dövriyyə nəşriyyatına qəzetlər, jurnallar, xüsusi turizmə həsr olunmuş məcmuələr və buraxılışlar (pullu və pulsuz) aiddir. Bu məcmuələrin hamısında reklam şöbəsi var. Reklam şöbəsinin rəhbəri (meneceri) redaktorla birgə öz məcmuəsində reklamın qiymətini təyin edir. Reklam meneceri reklamın hazırlanma prosesinə rəhbərlik edir. Hazırlanmış reklam materialı lazım olan auditoriyaya və əraziyə istiqamətlənməlidir. Əgər bu istiqamət düz seçilməzsə, reklam öz əhəmiyyətini itirmiş olur. Məsələn, «Ekstram» qəzeti Moskvada çap olunur. Orada da azad satılır (yayılır). Moskva şəhərində bu qəzetin özünə məxsus alıcıları və partnyorları var. Saxalinə aid olan reklamın bu qəzetdə çap olunması məqsədə uyğun deyil , ona görə ki, bu qəzet Saxalinə çatmır.
      Turizm məhsulunun reklama ehtiyacı olan ölkələrdən biri , bəlkə də birincisi elə öz ölkəmizdir. Bütün dünyada  müxtəlif sahələrdə reklam əsas və aparıcı rol oynayır.  O cümlədən ölkəmizin daxili bazarını xaricdə tanıtmaq üçün   reklam bir növ yaxşı   təbliğat vasitəsidir. Reklamın   müxtəlif  vasitələrindən istifadə edərək məhsulu hər bir şirkət, firma və s. daha geniş auditoriyaya təqdim edə bilər. Dünyada turizm təşkilatları gəlirlərinin 8-10%-ni  reklama xərcləyirlər.Azərbaycanda isə bu göstərici 1-2% təşkil edir. Son zamanlar beynəlxalq sərgilərdə iştirak xüsusilə qiymətləndirilməlidir.Amma görünür bu da ölkəmizin turizm potensialının tanıdılması üçün kifayət deyil.Hesab edirəm ki , turistlərə göstərilən xidmət səviyyəsi yüksəlməli, özü də nəinki xarici turistlərə, eyni zamanda öz vətəndaşlarımıza da göstərilən xidmət səviyyəsi verilən pula uyğun olmalıdır. Xidmət növləri də artmalıdır. Xidmət yalnız yerləşdirməkdən, qidalanmadan və ekskursiyalardan ibarət deyildir. Atla gəzinti, çadırda gecələmə, kənd evində yerləşdirmə, yerli folklor ansamblının  konsertinə dəvət də nəzərə alınmalıdır.Son zamanlar Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi tərəfindən xarici ölkələrin telekanallarında ölkəmizlə bağlı reklamların yayılması təqdirəlayiq haldır.
      Fikrimcə , ən yaxşı reklam elə işin özüdür.Ola bilər ki , biz yaxşı reklam etdik . Amma dediyimiz kimi olmasa müştəri geriyə , öz ölkəsinə məmnun dönməsə bu əsil anti-reklam olacaqdır.Reklam  ilk müştəriləri və ya bir şəxsi ilk dəfə cəlb etmək üçün lazımdır. Ona görə də  ilk  və ən  tutarlı reklam gözəl, kefiyyətli  və sərfəli  xidmətdir.
      Əgər,  biz xaricdən turist cəlb etməkdən bəhs ediriksə, onda daha çox internet texnologiyalarından istifadə etməliyik. Məncə artıq vaxtı çoxdan çatıb  ki, bizim turizm portalının Çin, ispan, ərəb, fars, fransız dilli versiyaları da olsun. Azərbaycanda son dövrlər insanların istirahət mədəniyyətində ciddi  dəyişikliklər hiss olunur.  Əgər əvvəllər istirahət olaraq kəndə  getmək, baba -nənə ziyarəti , bağa köçmək  və  ya evdə oturub TV seyr etmək idisə, indi  insanlar səyahət etmək istəyirlər. Bundan istifadə edərək vətəndaşlarımıza gözəl xidmət təklif etməklə daxili turizmi xeyli inkişaf etdirmək olar. Bunun üçün  isə sadəcə imkanlardan bəhs edən reklam çarxlarının TV-də getməsi kifayət edə bilər. Azərbaycanda daha çox yay turizmi geniş yayılıb. Halbuki qış turizmi, bayramlarda turzim imkanları reklam olunmaldır.Onu da qeyd etmək yerinə düşər ki , 2001-ci ildən Azərbaycanda mütəmadi olaraq turizm sahəsində «AZERBAİJAN REVIEW» jurnalı və «Turizm yenilikləri» çap edilməyə başlanılmışdır. Bu məcmuələrdə turist şirkətlərinin məlumatları və reklamları çap olunur.
      Kitab reklamı- Son zamanlar yeni çap olunmuş kitabların arxasında reklam çap olunması dəbə düşmüşdür. Lakin bu cür reklam formasından ehtiyatla istifadə etmək lazımdır. Reklamın məzmunu kitabın məzmununa uyğun gəlməli və уа yaxın olmalıdır. Reklamı kitabda münasib yerdə yerləşdirmək lazımdır. Məsələn, turist agentliyinin reklamını turist göndərdiyi ölkələrin təsnifatı verildiyi kitablarda yerləşdirmək məqsədə uyğundur. Bu cür reklamın qiyməti çox yuxarı və sponsorluğa yaxındır. Reklam verən kompaniya eyni zamanda öz imicini qaldırır.
     Bukletlər- Bu məcmuə hər hansı firmanı və уа onun məhsulunu reklam edir. Bukletdə reklam teksti ilə bərabər rəngli şəkillər, fırma rəhbərlərinin şəkilləri, sponsorluq edən təşkilatm cəmiyyətdə rolu , xeyriyyəçilik fəaliyyəti göstərilir. Buklet, ümumiyyətlə ən keyfiyyətli və rəngli kağızdan hazırlanır. Onları partnyorlarla görüşdə, prezentasiya mərasimində, kontrakt bağlayanda və уа sərgi təşkilində təqdim edirlər.
     Reklam vərəqləri- Bu vərəqləri rəngli kağızda cürbəcür şəkillərlə və tekst materialları ilə birgə hazırlayırlar. Onlar sərgilərdə və yarmarkalarda gələn adamlara paylanılır.
     Kataloqlar- Kataloqlar müxtəlif malları və xidmətləri reklam edən çap məcmuəsidir. Malların qısa xarakteristikası və qiymətləri burada göstərilir. Ümumiyyətlə, turoperatorlar kataloqda qarşıda gələn mövsüm proqramlarını reklamda göstərirlər. Kataloqlar sərgilərdə iştirak edənlər və ən çox turagentlər və turoperatorlar arasında paylanılır.
     Afişalar-Böyük ölçülərdə olan rəngli reklam məcmuələrində külli miqdarda illüstrasiyalardan istifadə olunur. Onlar küçələrdə istifadə olunur.
      Təqvimlər, applikasiyalar, yarlıqlar, qələmlər və başqa mallar suvenir şəklində reklam məqsədi ilə satılır və уа paylanır. Bu mallarm hamısında fırmanın markası və nişanının olması vacibdir.
      Xarici çöl reklamı- şəhərlərin küçələrində və yaşayış  məntəqələrinin divarlarından asılır. Bu reklamın xüsusiyyəti onu qısa müddətdə görüb yadda saxlamaqdadır.       Ümumiyyətlə, reklam kompaniyası xarici reklamla başlanmır. О, reklam kompaniyasını davam etdirir və sona çatdırır. Xarici reklam qısa, konkret, böyük ölçüdə və gözə çarpan olur. Bu reklamın üstünlüyü ondadır ki, müştəri gözləmədiyi anda təsadüfən onunla rastlaşır. Lakin avtomaşında və уа piyada gedən müştəri birdən-birə istirahətə getmək fikrinə düşür. Xarici reklamları tərtib edəndə daim belə bir sualla rastlaşırlar. Bu da təsadüfı deyildir. Şəhərin hər bir yerinin müəyyən reklam qiyməti vardır. Ən yuxarı qiymət mərkəzi küçələr, adamların çox olduğu yerlərdir.
      Audio reklam-Bu reklamlar radionun  müxtəlif kanallarında verilən reklamlardır. Məsələn, Azərbaycanı götürsək, son zamanlar müxtəlif dalğalarda çoxlu radio kanallar audio reklam fəaliyyəti ib məşğul olurlar. Bundan başqa, belə verilişlər ticarət mərkəzlərində, kinoteatrlarda, nəqliyyatda (metro daxil olmaqla) təkil olunurlar. Radio reklam kəsərli olmaqdan ötrü, reklam üzrə menecer əsaslanmış reklam kompaniyasının planını tərtib edir. Audio reklam kompaniyası zamanı radionun bütün üstünlüklərindən istifadə edilməlidir. Əvvəlcədən radio stansiyasının əhatə etdiyi seqment haqqında məlumat toplayır, sonra reklam agenti radio stansiyaların , redaktorların müxtəlif proqramlarının iş qrafıki haqqında məlumat toplayır. Sonra insana xoş gələn səsi olan diktor təyin olunur. Reklam verilişlərinin vaxtı və intervalı razılaşdırılır.
      Kino və telereklam-Reklamın bu növü tamaşaçıların veriliş zamanı orta hesabla miqdarının təyin olunmasını tələb edir. Kino və telereklam yüksək imicə malikdir. Tamaşaçılar başa düşürlər ki, əgər reklam televerilişlərdə gedirsə, deməli firmanın vəziyyəti yaxşıdır. Bu cür reklamın qiyməti son dərəcə bahadır. Televerilişlər vasitəsi ilə reklam verən fırma bazarın yeni seqmentlərini ələ keçirə bilər və öz məhsulunun satışını genişləndirə bilər. Bundan başqa,о öz məhsulunu satmaqdan ötrü yeni vasitəçiləri cəlb edə bilər. Telereklamların təşkilinin müxtəlif yolları vardir.Onlardan ən vacibi studiyanın veriliş proqramını satın almaq, fırmanın reklam rolikinin və ayrı-ayrı reklam elanlarının təşkilidir. Reklam proqramlarının tərtibi alıcıların tələblərinə uyğun olmalıdır. Reklam roliklərini tərtib etməkdən ötrü turist təşkilatı reklam mütəxəssisinə müraciət edir, о da reklam roliki çəkir, onun tekstini hazırlayır, müəyyən müddətə onu veriliş proqramlarına əlavə edir.
     Reklam elanları- Bu reklamı televiziyada təşkil etmək çox asandır. Reklam elanında turfirma yeni marşrutlar, qiymətli istirahətin şərtləri haqqında məlumatlar verir.
     Beləliklə, yuxarıda göstərildiyi kimi, turist firmalarının geniş miqyasda reklamın müxtəlif formalarından istifadə etmək imkanları vardır. Reklamın һəг hansı bir növündən istifadə etmək fırmanın büdcəsindən və reklamın istiqamətindən asılıdır. Turist firmaları ümumi maliyyə dövriyyəsindən ancaq 10 %-ni istifadə edə bilərlər. Buna görə də, turizm sahəsində olan reklamlar yüksək dərəcədə başqa sahələrə nisbətən ünvanlı olmalıdırlar. Bu turizm sahəsində reklamın vacib xüsusiyyətidir. Turist flrması nadir hallarda televiziya reklamlarından istifadə edir. Televiziya reklamı çox baha başa gəlir. Turist fırması  bu reklamdan öz imicini qaldırmaqdan ötrü istifadə edir. Ona görə də, turizm şirkətləri ən çox dövriyyə çap nəşriyyatından istifadə edirlər, öz elanlarını qəzetlərdə, xüsusi jurnallarda, reklam lövhələrində yerləşdirir və bilavasitə poçtla göndərirlər. Sərgilərdə və turist ekspozisiyalarında iştirak etmək də yaxşı nəticələr verir. Bu reklam informasiya texnologiyasmı dərindən bilmək, informasiya materiallarından bacarıqla istifadə etmək imkanları yaradır. Bu imkanlardan məharətlə istifadə edə bilən turist şirkətləri yaxşı nəticə əldə edirlər.
  Turməhsulun satışının artırılması, onun geniş əhali kütləsinə tanıtmaq üçün turfirmalar müəyyən xərclər çəkməli olurlar. Bu xərclər ilin əvvəlində planlaşdırılmalı və büdcədə nəzərə alınmalıdır. Reallıqda reklama çəkilən xərclər hədər getmir. Reklamdan dərhal onun müsbət nəticələrini əldə etmək istəyi düzgün deyil. Qısa zaman kəsiyində nə isə əldə edilsə də, reklamın əsas nəticələri müəyyən dövrdən sonra özünü biruzə verir.
    Reklam kampaniyasının təsirini müəyyən etmək çətindir. Buna səbəb olan amillər:
1) reklam marketinq nəticələrinin amillərindən biridir. Reklamdan başqa   marketinq kompleksinin digər elemenləri -- bazarın vəziyyəti, rəqabətin səviyyəsi və s. məhsulun satışına təsir edir.
2) istehlakçının davranışı bizim üçün, qeyri-müəyyəndir. Belə ki, eyni şəraitdə alıcı müxtəlif addımlar ata bilərş
3) bazar şəraiti dinamikdir və bir sıra təsadüfi hadisələr məhsulun satışında uğur və ya uğursuzluq gətirə bilər.
Reklamın iqtisadi effektivliyi onun satışa olan təsiri ilə təyin edilir. Reklamın satışa təsirini bilmək üçün keçmiş satış miqdarı ilə hazırkı satış miqdarını müqayisə etmək lazımdır. Lakin bu da reklam təsirini öyrənmək üçün kifayət deyil. Çünki reklamdan əlavə, turməhsulun qiyməti, özəl xüsusiyyətləri, məhsulu əldə etmək imkanları da satışa təsir edir.
Mövzu:  19    Turizm məhsulunun hərəkətə gətirilməsində  turizm sərgiləri və reklam.
                                          ( müəllim – Şirəliyev Vüqar )
 
             Plan:
 
             1.  Turizm məhsulunun hərəkətə gətirilməsinin məqsədləri
             2.  Agentliklərə təlabat
             3.  Turizm müəssisəsinin sərginin işində iştirakı
4.  Turizm şirkətlərinin reklamları və məlumatları
     Hər bir turizm şirkəti hazırladığı məhsulu satmaq, satışını artırmaq, sahib olduğu məhsul barədə ölkədaxili və xarici ölkələrdən olan ziyarətçilərə, turşirkətlərə məlumat çatdırmaq məqsədilə müxtəlif  yollardan istifadə edir.Bunlara misal olaraq agentliklərlə fəaliyyət ,  reklam, gəlirin stimullaşdırılması ,  sərgilər və s  misal göstərə bilərik .Ümumiyyətlə turun hərəkətə gətirilməsi  müxtəlif metod və vasitələrin köməyi ilə tur məhsulun turizm bazarına çıxarılmasıdır.Bu isə agentərin və alıcıların ticarət markasına istiqamətlənərək turizm məhsulunun satışını stimullaşdırır.Turizm məhsulunun hərəkətə gətirilməsinin məqsədləri aşağıdakılardır:
Turizm bazarının subyektlərinə və onun potensial istifadəçilərinə  tur və onun imkanları haqqında informasiya çatdırmaq .
Turizm bazarının xərclərinin artırılması və yeni istifadəçi seqmentlərinin ələ keçirilməsi .
İstifadəçilərin bazara çıxarılan turizm məhsulunu əldə etməyə  və agentlikləri uzun müddətli fəaliyyətə sövq etməyə çalışmaq .
     Turizm məhsulunun satışını həyata keçirmək  məqsədi  ilə turoperatorlar  və turagentliklər birgə fəaliyyət göstərməlidirlər.Müasir dövrdə turist agentlikləri ilə fəaliyyət istənilən turoperatorun mövcud və strateji  fəaliyyinin əsas istiqamətlərindən biri hesab olunur.Turist agentliyi – elə bir hüquqi və ya fiziki şəxs və ya müəssisədir ki  , turoperatorun hazırladığı turpaketi istifadəçiyə çatdırır və onun reklamı ilə məşğul olur.Agentliklərə təlabat aşağıdakı səbəblərdən yarana bilər:
Turoperatorun hazırladığı turların regionlarda hərəkətinin mühümlüyü-hər turoperatorun hər bir perspektivli regionda öz müəssisə və filialını açmaq üçün lazımı qədər imkanı yoxdur.Çünki  regional turagentliklərin birgə fəaliyyətə cəlb olunması turoperatora imkan yaradır ki , onun öz ərazisindən kənarda da turizm məhsulunun hərəkətinə əlverişli şərait olsun .
Turların müştəriyə çatdırılması- hər bir müştərinin tur əldə etməsi üçün bir yerdən başqa yerə 10 və ya 100 km-lərlə yol getmək istəyi yoxdur.Ona görə də müştəri üçün turpaketi elə öz doğma şəhərində turoperatorlarla fəaliyyət göstərən turagentlərdən almaq daha səmərəlidir.Çünki, bu yolla turoperator yalnız özünün yerləşdiyi  şəhərin əhalisini yox , başqa  şəhərlərin əhalisini də tur məhsulu ilə təmin edə bilir.
     Turizm məhsulun satışı həmçinin turizm məhsulu haqqında dəqiqi informasiya və onun çatdırılmaslndan olduqca asılıdr.Müştəri turagentin ofisinə müraciət etdikdə , turagent ona mövcud  olan tur haqqında informasiya verməlidir.Bununla belə tur haqqında olan informasiya hərtərəfli olmalıdır və buna görə də turagentdən yüksək professionalıq və tur haqqında ətraflı məlumatlar tələb olunur.Turagentin tur yaratma funksiyası onun müxtəlif turoperatorlardan ayrı- ayrı xidmətləri əldə etməsi və onlardan turist paketi formalaşdırılmasını özündə birləşdirir.Bu funksiya daha çox sifariş olunan qrup turlarının və individual turların təşkili üçün uyğundur.
     Turizm məhsulunun satışını həyata keçirmək üçün həyata keçirilən tədbirlərdən biri də sərgilərdir. Ümumiyyətlə son zamanlar sərgilərin miqyası daha da genişlənmişdir.Bu səbəbdən də sərgi tədbirləri təşkili və məqsədlərini aşağıdakı kimi izah etmək olar:
    Sərgi tədbirlərinin təşkili və məqsədi -Turizm şirkətinin sərgilərində iştirakı xüsusi əhəmiyyət kəsb edir. Belə tədbirlərdə iştirak etməklə turşirkət qısa zaman daxilində turizm aləmində olan iqtisadi, təşkilati, texniki və kommersiya xarakterli yeniliklərlə tanış olur.
    Adətən sərgilər dövlət turizm idarəetmə qurumu tərəfindən təşkil olunur. Məqsəd -  ölkənin turizm potensialını göstərməklə, buraya xarici ölkələrin turizm təşkilatlarını cəlb etməkdir.
    Sərgilər ümumi və ya konkret məqsədli olur. Ümumi formada keçirilən  tədbirlərdə hər iştirakçı təşkilat öz əlində olan bütün növ   turməhsullarını təbliğ edir. Konkret məqsədli tədbirlərdə isə müəyyən istiqamətli turməhsullar (məs., ekoloji, dəniz və çay kruizləri, piyada, kənd, müalicə və istirahət növləri və s.) təbliğ olunur.
Turşirkətlər bir tədbir zamanı turizm aləmində baş verən yeniliklərlə tanış olurlar, yeni növ xidmətlər və xidmət üsulları barədə məlumatlar alırlar. Sərgidə təmsil olunan turşirkətlər bir-biri ilə əməkdaşlıq kontraktları bağlayır, beynəlxalq səviyyəyə çıxırlar.
   Turizm müəssisəsinin sərginin işində iştirakı -Sərgidə iştirakın effektli olması üçün turfirma öncədən hazırlıq işlərini yerinə yetirməlidir. Bunun üçün sərgidə iştirak etməyin məqsədləri aşağıdakı kimi  müəyyən edilir:
öncədən işlədiyin destinasiya ilə işin genişləndirilməsi;
yeni destinasiyalarla əlaqələrin yaradılması;
yeni növ xidmətlər barədə məlumatların alınması;
xidmətin səviyyəsinin artırılması imkanlarının öyrənilməsi;
partnyor təşkilatlarla əməkdaşların müvəqqəti mübadiləsinin keçirilməsi üçün ra Sərgidə turfirmanın təqdim edilməsi yolları aşağıdakılardan ibarətdir:
-  sərgidə iştirak zamanı turfirmanın nailiyyətlərini əks etdirən stendin qoyulması;
- şirkətin fəaliyyəti barədə və ayrıca olaraq hər marşrut barədə broşür və reklam prospektlərinin paylanması;
-  xüsusi suvenir və hədiyyələrin sərgi iştirakçılarına paylanması;
- sərgidə işləyəcək əməkdaşlara xüsusi davranış qaydaları barədə təlim keçirilməsi; - əməkdaşlar tərəfindən turfirmanın bütün işləri barədə məlumatları istər sərgidə iştirak edən digər turizm müəssisələrinin nümayəndələrinə, istərsə də ziyarətçiyə ətraflı  surətdə izah etmək bacarığı.
  Sərgi zamanı turizm müəssisəsinin personalının  fəaliyyəti yüksək nəticələr verə bilər. Əməkdaşların səmərəli işi nəticəsində bir sıra kontraktların bağlanması və  ayrı-ayrı şəxslərə turməhsulların satışı həyata keçirilə bilər.
 Sərgiyə hazırlıq öncədən aparılmalıdır. Ümumi sərgi kataloquna düşmək üçün sərgi təşkilatçılarına turfirma barədə məlumat verilməlidir. Sərgidə turfirmaya ayrılacaq yerə uyğun stendlər hazırlamaq üçün aksesuarlar müəyyən edilməli, prospekt və broşürlər, vizit kartları hazırlanmalıdır. Yaxşı olar ki, sərgidə iştirak edən əməkdaşlar xüsusi geyimdə (uniforma) təmsil olunsunlar. Sərgidə iştirak edən turfirmaları, xüsusilə də xarici turfirmaları infotura dəvət etməklə real işi göstərmək imkanı əldə etmək olar.
     Sərgi iştirakçılarını və ziyarətçiləri cəlb etmək məqsədi ilə stendin orijinallığı ilə fərqlənməsi məqsədəuyğundur: məsələn rəqs və mahnı qrupunun olması, monitorda turməhsul barədə filmin təqdim olunması, stendin orijinal tərtibatı və s. Beynəlxalq turizm sərgiləri-- Brüssel, Milan, Vyana, Madrid, Paris, Şarlerua, Tokio, Moskva, Berlin, London və digər şəhərlərdə hər il keçirilir.
    Qeyd etmək yerinə düşər ki , turizmi iknişaf etdirməyi öz qarşısına əsas məqsədlərdən biri kimi qoyan ölkəmiz də bu sərgilərin aktiv iştirakçısına çevrilib.Belə ki , son olaraq ölkəmiz Almaniyanın paytaxtı Berlin şəhərində (6-10 mart 2013 cü il )keçirilən “İTB Berlin 2013" Beynəlxalq Turizm Sərgisində iştirak etmişdir. Sərgiyə gələn ziyarətçi və iştirakçılara nümayiş etdirmək və paylamaq üçün əl sənətkarlığı nümunələri, mis qablar, musiqi alətləri, eləcə də ingilis və alman dillərində müxtəlif növ reklam-çap məhsulları təqdim olunmuşdur.Qeyd etməliyik ki , 2004-cü ildən başlayaraq Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və yerli turizm şirkətləri artıq onuncu dəfədir ki, "İTB Berlin" beynəlxalq turizm sərgisində iştirak edir, həmçinin ötən il adıçəkilən tədbirdə ölkəmizlə yanaşı, müxtəlif ölkələrdən 10600-ə yaxın şirkət təmsil olunub.Digər belə bir beynəlxalq sərgi “Los Anceles Taymz" qəzeti tərəfindən Los Ancelesdə təşkil edilən beynəlxalq turizm sərgisidir.Bu sərgidə (25 fevral 2013-cü il) də ölkəmiz təmsil olunmuşdur.Bu sərgi hər il keçirilir və ABŞ-ın ən böyük sərgilərindən biridir.Bu sərgiyə gələnllərin sayı 20 min nəfəri keçir.Burada qurulmuş Azərbaycan stendində ölkəmizin turizm imkanları barədə müxtəlif bannerlər və nəşrlər vasitəsilə geniş məlumat verilib. Stenddə quraşdırılmış monitorda Azərbaycanın müxtəlif gözəl guşələri, əsrarəngiz təbiəti, unikal tarixi və memarlıq abidələrini əks etdirən videoçarxlar nümayiş etdirilib. İştirakçılara Los Ancelesdə fəaliyyət göstərən "Wonders of Azerbaijan" turizm şirkəti "İpək Yolu üzərində Azərbaycan", "Aleksandr Dümanın izi ilə qida və şərab turu", "Mədəni müxtəliflik turu" və "Eko-tur" kimi turizm paketleri təqdim edilib. Qarabağın əzəli Azərbaycan torpağı olduğunu göstərən "Qarabağ - Azərbaycanın Zinət Tacı" (Karabakh - Crown Jewel of Azerbaijan) başlıqlı banner ziyarətçilərin xüsusi diqqətini cəlb edib. Bannerdə Qarabağın füsunkar təbiət rəsmləri ilə yanaşı, Qarabağ atı, xalçası, Şuşa qalası, Gövhərağa məscidi, Gəncəsər Alban monastrı kimi qədim memarlıq abidələri, eləcə də Qarabağ muğam məktəbini göstərən rəsmlər əks olunub.
     Azərbaycan beynəlxalq turizm sərgilərində iştirak etməklə yanaşı turizm sərgisinin təşkilatçısı kimi də çıxış edir.Belə ki , növbəti belə bir sərginin  “AITF-2013” 12-ci Azərbaycan beynəlxalq “Turizm və səyahət” sərgisi adı altında (2013- cü il 4-6 fevral ) keçirilmişdir. Sərgidə 200-dən çox iştirakçı bir araya gəlmişdir  ki, onlardan da 40%-i daimi eksponentlərdir. Sərgidə 19 ölkə öz milli stendi ilə çıxış etmişdir. Bu il sərginin Türkiyə, Gürcüstan, Çexiya, BƏƏ, Rusiya və Malayziya kimi daimi iştirakçıları ilə yanaşı, Mərakeş, Macarıstan, Sloveniya, Tailand, Tunis və Fransa nümayəndə heyətləri Bakıya səfər etmişlər.
     Məhsul haqqında məlumatın yayımlanması və satışının əsas hərəkətverici tədbiri, reklamın təşkilidir. Reklam” sözü latın mənşəli sözdür (reclame –“qışqırmaq”) və hərfi mənada aşağıdakıları bildirir:
nəyi isə geniş tanıtmaq, alıcıları cəlb etmək məqsədilə keçirilən tədbir.
kimi və ya nəyi isə şöhrətləndirməq üçün məlumatların yaymlanması.
Reklam – turizm müəssisəsinin öz müştərilərinə informasiyanı çatdırmaq, onların davranışını dəyişdirmək, təklif olunan xidmətlərə diqqətlərini cəlb etmək, turfirma barədə müsbət imic yaratmaqla  onun ictimai əhəmiyyətini göstərməkdir.
Dünya təcrübəsi göstərir ki, turizm sahəsi ən böyük reklam daşıyıcısıdır. Turizm şirkətləri əldə etdikləri gəlirin 5-6%-ni reklama sərf edirlər.
Amerika mütəxəssisi A. Polits informasiya bazarını tədqiq edərək reklamın 2  əsas qanunnuu formalaşdırdı:
Reklam yaxşı məhsulun satışını stimullaşdırdığı halda pis məhsulun iflasını sürətləndirir. Reklam müştəriyə  göstərir ki, məhsul hansı keyfiyyətə malik deyil.
Reklam məhsulda cüzi miqdarda olan keyfiyyəti şişirtməklə müştəriyə çatdırır ki, bu xüsusiyyət məhsulda demək olar ki, yoxdur. Bununla da məhsulun iflası baş verir.
 Bu səbəbdən məhsul haqqında yalnız doğru və həqiqi məlumat verilməlidir.
   “Reklam təcrübəsisnin beynəlxalq kodeksi”-ndə reklamın əsas prinsipləri göstərilib:
hüquqi nöqsansızlıq, eyibsizlik, səmimiyyət;
həqiqilik, ictimaiyyət qarşısında məsuliyyət;
vicdanlı rəqabət qaydalarına uyğunluq.
    Reklam məqsədinin əhatə dairəsindən, büdcəsindən və istehlakçı təbəqəsindən asılı olaraq reklamın yayımlama vasitələri seçilir. Daha geniş auditoriyanı əhatə etmək məqsədilə bir neçə vasitədən istifadə etmək olar.
Reklamın verilmə dövrülüyü (məsələn, hər gün, həftədə 3 dəfə, həftənin konkret günləri, gündüz yoxsa axşam saatlarında, hansı qəzetdə və hansı səhifədə, hansı TV kanalda və s.) müxtəlif olur.
    Nəhəng turist şirkətləri, xaricdə özləri reklam-məlumat kompaniyalarını aparırlar. Reklam kompaniyası müəyyən seqmentdə, müəyyən vaxtda informasiya vasitələrinin bütün növlərindən istifadə etməklə müxtəlif tədbirlərin kompleks şəkildə görülməsinə deyilir. İnformasiya reklamı müxtəlif vasitəlrlə məlumatları alıcılara çatdırır. Reklamın əsas vasitələri - qəzetlər, jurnallar, radio, televiziya, kataloqlar, bukletlər, məlumat vərəqləri və lövhələri nəqliyyat elanları və s. Bu vasitələrin hamısı 3 qrupa bölünürlər:
I qrup - dövriyyə nəşriyyatında olan çap materiallar. Bu qrupa poliqrafık üsulla hazırlanan reklamların hamısı aiddir.
 II qrupa - radio reklamlar, şifahi məlumatlar və elanlar aiddir.
 III qrupa - tele və kino reklamlar, şifahi tekstlə müşahidələnən və nümayiş olunan eksponantlar və s.
I. I qrup reklam vasitələri- bu qrupun meneceri çap olunmuş reklam materiallannın və topoqrafiya işinin bütün incəliklərini, çap olunan bütün məcmuələrin reytinqini və öz klientlərinin reklama olan tələbini yaxşı bilməlidir. Çap olunmuş reklam materiallarının özləri müxtəlif növlərdən olur: jurnal reklamları, kitab reklamı, bukletlər , kataloqlar, afişalar,təqvimlər, applikasiyalar, yarlıklar, qələmlər və başqa xırdavat mallar, bağışlamaq üçün lazım olan suvenirlər. Bu reklam materiallannın hamısında fırmanın embleması və materialların nişanı olmalıdır.
Dövriyyə nəşriyyatına qəzetlər, jurnallar, xüsusi turizmə həsr olunmuş məcmuələr və buraxılışlar (pullu və pulsuz) aiddir. Bu məcmuələrin hamısında reklam şöbəsi var. Reklam şöbəsinin rəhbəri (meneceri) redaktorla birgə öz məcmuəsində reklamın qiymətini təyin edir. Reklam meneceri reklamın hazırlanma prosesinə rəhbərlik edir. Hazırlanmış reklam materialı lazım olan auditoriyaya və əraziyə istiqamətlənməlidir. Əgər bu istiqamət düz seçilməzsə, reklam öz əhəmiyyətini itirmiş olur. Məsələn, «Ekstram» qəzeti Moskvada çap olunur. Orada da azad satılır (yayılır). Moskva şəhərində bu qəzetin özünə məxsus alıcıları və partnyorları var. Saxalinə aid olan reklamın bu qəzetdə çap olunması məqsədə uyğun deyil , ona görə ki, bu qəzet Saxalinə çatmır.
      Turizm məhsulunun reklama ehtiyacı olan ölkələrdən biri , bəlkə də birincisi elə öz ölkəmizdir. Bütün dünyada  müxtəlif sahələrdə reklam əsas və aparıcı rol oynayır.  O cümlədən ölkəmizin daxili bazarını xaricdə tanıtmaq üçün   reklam bir növ yaxşı   təbliğat vasitəsidir. Reklamın   müxtəlif  vasitələrindən istifadə edərək məhsulu hər bir şirkət, firma və s. daha geniş auditoriyaya təqdim edə bilər. Dünyada turizm təşkilatları gəlirlərinin 8-10%-ni  reklama xərcləyirlər.Azərbaycanda isə bu göstərici 1-2% təşkil edir. Son zamanlar beynəlxalq sərgilərdə iştirak xüsusilə qiymətləndirilməlidir.Amma görünür bu da ölkəmizin turizm potensialının tanıdılması üçün kifayət deyil.Hesab edirəm ki , turistlərə göstərilən xidmət səviyyəsi yüksəlməli, özü də nəinki xarici turistlərə, eyni zamanda öz vətəndaşlarımıza da göstərilən xidmət səviyyəsi verilən pula uyğun olmalıdır. Xidmət növləri də artmalıdır. Xidmət yalnız yerləşdirməkdən, qidalanmadan və ekskursiyalardan ibarət deyildir. Atla gəzinti, çadırda gecələmə, kənd evində yerləşdirmə, yerli folklor ansamblının  konsertinə dəvət də nəzərə alınmalıdır.Son zamanlar Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi tərəfindən xarici ölkələrin telekanallarında ölkəmizlə bağlı reklamların yayılması təqdirəlayiq haldır.
      Fikrimcə , ən yaxşı reklam elə işin özüdür.Ola bilər ki , biz yaxşı reklam etdik . Amma dediyimiz kimi olmasa müştəri geriyə , öz ölkəsinə məmnun dönməsə bu əsil anti-reklam olacaqdır.Reklam  ilk müştəriləri və ya bir şəxsi ilk dəfə cəlb etmək üçün lazımdır. Ona görə də  ilk  və ən  tutarlı reklam gözəl, kefiyyətli  və sərfəli  xidmətdir.
      Əgər,  biz xaricdən turist cəlb etməkdən bəhs ediriksə, onda daha çox internet texnologiyalarından istifadə etməliyik. Məncə artıq vaxtı çoxdan çatıb  ki, bizim turizm portalının Çin, ispan, ərəb, fars, fransız dilli versiyaları da olsun. Azərbaycanda son dövrlər insanların istirahət mədəniyyətində ciddi  dəyişikliklər hiss olunur.  Əgər əvvəllər istirahət olaraq kəndə  getmək, baba -nənə ziyarəti , bağa köçmək  və  ya evdə oturub TV seyr etmək idisə, indi  insanlar səyahət etmək istəyirlər. Bundan istifadə edərək vətəndaşlarımıza gözəl xidmət təklif etməklə daxili turizmi xeyli inkişaf etdirmək olar. Bunun üçün  isə sadəcə imkanlardan bəhs edən reklam çarxlarının TV-də getməsi kifayət edə bilər. Azərbaycanda daha çox yay turizmi geniş yayılıb. Halbuki qış turizmi, bayramlarda turzim imkanları reklam olunmaldır.Onu da qeyd etmək yerinə düşər ki , 2001-ci ildən Azərbaycanda mütəmadi olaraq turizm sahəsində «AZERBAİJAN REVIEW» jurnalı və «Turizm yenilikləri» çap edilməyə başlanılmışdır. Bu məcmuələrdə turist şirkətlərinin məlumatları və reklamları çap olunur.
      Kitab reklamı- Son zamanlar yeni çap olunmuş kitabların arxasında reklam çap olunması dəbə düşmüşdür. Lakin bu cür reklam formasından ehtiyatla istifadə etmək lazımdır. Reklamın məzmunu kitabın məzmununa uyğun gəlməli və уа yaxın olmalıdır. Reklamı kitabda münasib yerdə yerləşdirmək lazımdır. Məsələn, turist agentliyinin reklamını turist göndərdiyi ölkələrin təsnifatı verildiyi kitablarda yerləşdirmək məqsədə uyğundur. Bu cür reklamın qiyməti çox yuxarı və sponsorluğa yaxındır. Reklam verən kompaniya eyni zamanda öz imicini qaldırır.
     Bukletlər- Bu məcmuə hər hansı firmanı və уа onun məhsulunu reklam edir. Bukletdə reklam teksti ilə bərabər rəngli şəkillər, fırma rəhbərlərinin şəkilləri, sponsorluq edən təşkilatm cəmiyyətdə rolu , xeyriyyəçilik fəaliyyəti göstərilir. Buklet, ümumiyyətlə ən keyfiyyətli və rəngli kağızdan hazırlanır. Onları partnyorlarla görüşdə, prezentasiya mərasimində, kontrakt bağlayanda və уа sərgi təşkilində təqdim edirlər.
     Reklam vərəqləri- Bu vərəqləri rəngli kağızda cürbəcür şəkillərlə və tekst materialları ilə birgə hazırlayırlar. Onlar sərgilərdə və yarmarkalarda gələn adamlara paylanılır.
     Kataloqlar- Kataloqlar müxtəlif malları və xidmətləri reklam edən çap məcmuəsidir. Malların qısa xarakteristikası və qiymətləri burada göstərilir. Ümumiyyətlə, turoperatorlar kataloqda qarşıda gələn mövsüm proqramlarını reklamda göstərirlər. Kataloqlar sərgilərdə iştirak edənlər və ən çox turagentlər və turoperatorlar arasında paylanılır.
     Afişalar-Böyük ölçülərdə olan rəngli reklam məcmuələrində külli miqdarda illüstrasiyalardan istifadə olunur. Onlar küçələrdə istifadə olunur.
      Təqvimlər, applikasiyalar, yarlıqlar, qələmlər və başqa mallar suvenir şəklində reklam məqsədi ilə satılır və уа paylanır. Bu mallarm hamısında fırmanın markası və nişanının olması vacibdir.
      Xarici çöl reklamı- şəhərlərin küçələrində və yaşayış  məntəqələrinin divarlarından asılır. Bu reklamın xüsusiyyəti onu qısa müddətdə görüb yadda saxlamaqdadır.       Ümumiyyətlə, reklam kompaniyası xarici reklamla başlanmır. О, reklam kompaniyasını davam etdirir və sona çatdırır. Xarici reklam qısa, konkret, böyük ölçüdə və gözə çarpan olur. Bu reklamın üstünlüyü ondadır ki, müştəri gözləmədiyi anda təsadüfən onunla rastlaşır. Lakin avtomaşında və уа piyada gedən müştəri birdən-birə istirahətə getmək fikrinə düşür. Xarici reklamları tərtib edəndə daim belə bir sualla rastlaşırlar. Bu da təsadüfı deyildir. Şəhərin hər bir yerinin müəyyən reklam qiyməti vardır. Ən yuxarı qiymət mərkəzi küçələr, adamların çox olduğu yerlərdir.
      Audio reklam-Bu reklamlar radionun  müxtəlif kanallarında verilən reklamlardır. Məsələn, Azərbaycanı götürsək, son zamanlar müxtəlif dalğalarda çoxlu radio kanallar audio reklam fəaliyyəti ib məşğul olurlar. Bundan başqa, belə verilişlər ticarət mərkəzlərində, kinoteatrlarda, nəqliyyatda (metro daxil olmaqla) təkil olunurlar. Radio reklam kəsərli olmaqdan ötrü, reklam üzrə menecer əsaslanmış reklam kompaniyasının planını tərtib edir. Audio reklam kompaniyası zamanı radionun bütün üstünlüklərindən istifadə edilməlidir. Əvvəlcədən radio stansiyasının əhatə etdiyi seqment haqqında məlumat toplayır, sonra reklam agenti radio stansiyaların , redaktorların müxtəlif proqramlarının iş qrafıki haqqında məlumat toplayır. Sonra insana xoş gələn səsi olan diktor təyin olunur. Reklam verilişlərinin vaxtı və intervalı razılaşdırılır.
      Kino və telereklam-Reklamın bu növü tamaşaçıların veriliş zamanı orta hesabla miqdarının təyin olunmasını tələb edir. Kino və telereklam yüksək imicə malikdir. Tamaşaçılar başa düşürlər ki, əgər reklam televerilişlərdə gedirsə, deməli firmanın vəziyyəti yaxşıdır. Bu cür reklamın qiyməti son dərəcə bahadır. Televerilişlər vasitəsi ilə reklam verən fırma bazarın yeni seqmentlərini ələ keçirə bilər və öz məhsulunun satışını genişləndirə bilər. Bundan başqa,о öz məhsulunu satmaqdan ötrü yeni vasitəçiləri cəlb edə bilər. Telereklamların təşkilinin müxtəlif yolları vardir.Onlardan ən vacibi studiyanın veriliş proqramını satın almaq, fırmanın reklam rolikinin və ayrı-ayrı reklam elanlarının təşkilidir. Reklam proqramlarının tərtibi alıcıların tələblərinə uyğun olmalıdır. Reklam roliklərini tərtib etməkdən ötrü turist təşkilatı reklam mütəxəssisinə müraciət edir, о da reklam roliki çəkir, onun tekstini hazırlayır, müəyyən müddətə onu veriliş proqramlarına əlavə edir.
     Reklam elanları- Bu reklamı televiziyada təşkil etmək çox asandır. Reklam elanında turfirma yeni marşrutlar, qiymətli istirahətin şərtləri haqqında məlumatlar verir.
     Beləliklə, yuxarıda göstərildiyi kimi, turist firmalarının geniş miqyasda reklamın müxtəlif formalarından istifadə etmək imkanları vardır. Reklamın һəг hansı bir növündən istifadə etmək fırmanın büdcəsindən və reklamın istiqamətindən asılıdır. Turist firmaları ümumi maliyyə dövriyyəsindən ancaq 10 %-ni istifadə edə bilərlər. Buna görə də, turizm sahəsində olan reklamlar yüksək dərəcədə başqa sahələrə nisbətən ünvanlı olmalıdırlar. Bu turizm sahəsində reklamın vacib xüsusiyyətidir. Turist flrması nadir hallarda televiziya reklamlarından istifadə edir. Televiziya reklamı çox baha başa gəlir. Turist fırması  bu reklamdan öz imicini qaldırmaqdan ötrü istifadə edir. Ona görə də, turizm şirkətləri ən çox dövriyyə çap nəşriyyatından istifadə edirlər, öz elanlarını qəzetlərdə, xüsusi jurnallarda, reklam lövhələrində yerləşdirir və bilavasitə poçtla göndərirlər. Sərgilərdə və turist ekspozisiyalarında iştirak etmək də yaxşı nəticələr verir. Bu reklam informasiya texnologiyasmı dərindən bilmək, informasiya materiallarından bacarıqla istifadə etmək imkanları yaradır. Bu imkanlardan məharətlə istifadə edə bilən turist şirkətləri yaxşı nəticə əldə edirlər.
  Turməhsulun satışının artırılması, onun geniş əhali kütləsinə tanıtmaq üçün turfirmalar müəyyən xərclər çəkməli olurlar. Bu xərclər ilin əvvəlində planlaşdırılmalı və büdcədə nəzərə alınmalıdır. Reallıqda reklama çəkilən xərclər hədər getmir. Reklamdan dərhal onun müsbət nəticələrini əldə etmək istəyi düzgün deyil. Qısa zaman kəsiyində nə isə əldə edilsə də, reklamın əsas nəticələri müəyyən dövrdən sonra özünü biruzə verir.
    Reklam kampaniyasının təsirini müəyyən etmək çətindir. Buna səbəb olan amillər:
1) reklam marketinq nəticələrinin amillərindən biridir. Reklamdan başqa   marketinq kompleksinin digər elemenləri -- bazarın vəziyyəti, rəqabətin səviyyəsi və s. məhsulun satışına təsir edir.
2) istehlakçının davranışı bizim üçün, qeyri-müəyyəndir. Belə ki, eyni şəraitdə alıcı müxtəlif addımlar ata bilərş
3) bazar şəraiti dinamikdir və bir sıra təsadüfi hadisələr məhsulun satışında uğur və ya uğursuzluq gətirə bilər.
Reklamın iqtisadi effektivliyi onun satışa olan təsiri ilə təyin edilir. Reklamın satışa təsirini bilmək üçün keçmiş satış miqdarı ilə hazırkı satış miqdarını müqayisə etmək lazımdır. Lakin bu da reklam təsirini öyrənmək üçün kifayət deyil. Çünki reklamdan əlavə, turməhsulun qiyməti, özəl xüsusiyyətləri, məhsulu əldə etmək imkanları da satışa təsir edir.
                 Mövzu:  20    Turizm məhsulunun satışının yeni kanalları .
                                               ( müəllim – Şirəliyev Vüqar )
 
             Plan:
 
             1.  Turoperator
             2.  İnternetin müəssisələrə verdiyi üstünlüklər
             3.  Turizm məhsullarının elektron şəkildə satışı
4.  Famturlar
   Turməhsulun reklamının, geniş əhali kütləsinə tanıdılmasının davamı-- satış  yollarıdır. Turoperator hazırladığı məhsulu satmaq üçün satış kanallarını müəyyən edir. Turoperator məhsulunu ilk növbədə öz ofisindən istehlakçılara satır. Birbaşa  satış  müştəriyə müxtəlif növ məhsulları təklif etməyə inkan verir, əgər müştəri hər hansı bir müəssisə və ya bir qrup istehlakçıdırsa, təklif olunan tur proqramında müştərinin istəyi ilə müəyyən dəyişikliklər etmək olar (məs., hotel kotteclə, bir ekskursiya başqası əvəzlənə bilər, qidalanma restoranda deyil təbiət qoynunda verilə bilər və s.). Bu elastiklik, müştərini itirməmək üçün edilir.
    Məhsulu satmaq məqsədilə, iri müəssisələrin məsul şəxsləri üçün infoturlar keçirmək məqsədəuyğundur.  Iri müəssisələrlə xidmət müqavilələri bağlamaq, onların işçilərinə güzəştli qiymətlərlə turlar təklif etmək olar.
Müasir zamanda informasiya-kommunikasiya texnologiyaları çox sürətlə inkişaf  etməkdədir. Lakin, onun cəmiyyətə və iqtisadiyyatın inkişafı üçün təklif etdiyi imkanlardan yalnız son illərdə geniş istifadə olunur. Öz inkişafının müasir mərhələsində İnternetin əsas məqsədlərindən biri biznes şəriklərinin, əməkdaşların və istehsal vasitələrinin axtarışında  insanlara yardımçı olmaqdan ibarətdir. Son zamanlar hətta ən kiçik bir təşkilat belə internet nümayəndəliyənə malikdir. Bir sıra şirkətlər məhsul və xidmətlərin İnternet vasitəsilə sifarişi imkanlarını təklif edirlər. Müasir dövrdə cəmiyyəti “Web-sayt”, “Çat”, “E-mail” kimi terminlərsiz təsəvvür etmək mümkün deyil.Son zamanlar aparılan tədqiqatların nəticələri göstərilmişdir ki, internet texnologiyalarının marketinqə tətbiqi real iqtisadi əhəmiyyətə malikdir. Bu şirkətlərə bir tərəfdən öz xərclərini azaltmağa, digər tərəfdən isə mənfəətlilik səviyyəsini artırmağa imkan verir. İnformasiya cəmiyyəti quruculuğunun müasir vəziyyətində internet-marketinqin rolu getdikcə artmaqdadır. Internet-texnologiyaların iqtisadiyyata tətbiqi yalnız ayrı-ayrı müəssisələr səviyyəsində deyil, makroiqtisadi səviyyədə də çox böyük imkanlar açdı. Yeni iqtisadiyyatın yaranması tendensiyası yalnız mikroiqtisadiyyatda deyil, bütünlükdə iqtisadi münasibətlərin yenidən qurulması və təkmilləşdirilməsində müşahidə olunmağa başladı.Internetin müəssisələrə verdiyi üstünlüklər aşağıdakılardan ibarətdir:
1. Ucuz kommunikasiya vasitəsi. 2. Maraqlı informasiyalar. 3. Müəssisədaxili texniki və inzibati xərclərin azaldılması imkanı. 4. İnternetdə firmanın cəlbedici obrazının yaradılmasına imkan verən informasiya sistemlərinin qurulmasının əlverişliliyi. 5. İnformasiya axtarışına sərf olunan vaxta xeyli qənaət edilməsi.
 Turfirma tərəfindən satış, elektron versiyası ilə həyata keçirilə bilər. Elektron satış internet şəbəkəsi xarici ölkələrdə xüsusilə geniş yayılıb. Müştərilə üz-üzə görüşmədən İCQ sistemi ilə əlaqə yaratmaqla təkliflər vermək və sifarişi qəbul etmək olur. Turfirmanın əməkdaşı sifarişi alan kimi qısa müddət ərzində sifarişi ya təsdiq edir, ya da alternativ təkliflər verməklə müştəri ilə əlaqə yaradır. Müştəri  turfirmadan təsdiq alan kimi, müəyyən edilmiş müddətdə turun ödənişini etməlidir. Eyni zamanda on-line sistemi ilə turları birbaşa bron etmək, sifarişi ödəmək və turizm vauçerini əldə etmək  imkanı yaranır. Əgər ödəniş müəyyən edilmiş müddətdə edilməzsə, vauçer qüvvədən düşmüş hesab olunur. Yalnız müştəri üçün viza tələb olunduğu halda müəyyən gecikmələr ola bilir.
   Turizm məhsullarının elektron şəkildə satışı son zamanlar geniş vüsət almışdır. Xüsusilə də Avropa ölkələrində bu göstərici xeyli  yaxsılaşmışdır.Avropanın ən böyük səyahət bazarlarından biri olan Almaniyada evlərin demək olar ki ,hər yüzdə 70 evdə PC ( Personal Komputer)var .2011 –ci ildə almanlar internetden 25 milyon dəfə otellərdə yer , təyyarə biletləri və paket turlar əldə etmişlər.Bu gedişlə onlar bu sahədə İngiltərə və Skandinaviya ölkələrini də geridə qoyacaqlar.Müasir dövrdə bütün tanınmış zəncir otellər və təyyarə şirkətləri internet satışlarını artırmaq üçün böyük vəsait sərf edirlər.Belə ki , burada əlavə üstünlüklər və bonuslar təklif olunur.
Bronlaşdırma proqramlarının təkmilləşdirilməsi, məhsul və ayrı-ayrı xidmətlərin satışının tezləşdirilməsinə imkan yaradır. Bu səbəbdən bazara yeni çıxan kompüter proqramları barədə turfirmanın məlumatlı olmalıdır, hotel otaqlarının bronlaşdırılması şəbəkəsinin iştirakçısı olmalıdır. Ən məhur proqramlardan biri Amadeus proqramıdır. Amadeus bronlaşdırma sisteminin əsası  Avropanın iri aviaşirkətlərindən olan  “Air France”, “İberia” və “ Lufthansa”, həmçinin  25 kiçik aviaşirkətləri tərəfindən 1987-ci ildə qoyulmuşdur. Hazırda dünyanın ən iri bronlaşdırma sistemi hesab edilir və onun mərkəzi Almaniyanın Erdinq şəhərində yerləşdirilmişdir. Marketinq şöbəsi Madrid və Nisse şəhərlərində yerləşir.  Amadeus bir neçə il öncə “System One” kompyuter bronlaşdırma sistemini əldə etməklə Amerika bazarında təşəkkül tapmışdır. Bundan başqa Amadeus sistemi cənubi Afrika ölkələrində də liderlik edir. Hazırda isə cənubi-şərqi Asiya mövqelərini də cəlb etmək kimi səylər göstərir. Amadeus sistemi Rusiya bazarında 1994-cü ildən fəaliyyət göstərir. Rusiyada artıq 2000 –dən çox terminal bu sistemə qoşulmuşdur. Moskvada və Sank-Peterburq və 70 regional mərkəzdə 800 turfirma ofislərində qurulmuşdur.Belə ki , bu proqramda Avia , Avtomobillər , Otellər , Siğorta kimi bölmələr nəzərdə tutulmuşdur.Bu zaman müştəriyə aviaşirkətlərin uçuş relslərinin qrafiklərini öyrənmək , avia biletlərin bronlaşdırılması , otellər və qonaq evlərində yerlərin  bronlaşdırılması və s. kimi mühüm informasiyaların əldə edilməsi imkanaları verilir.
   Turməhsul satışını turoperator (TO) şəhərin və ölkənin müxtəlif bölgələrində yerləşən nümayəndəlikləri vasitəsilə həyata keçirə bilər. Lakin bu cür şəbəkənin saxlanması yalnız iri TO-lar üçün mümkün ola bilər, çünki,  böyük xərclər tələb edir və  nəzarət etmək müəyyən çətinliklərə səbəb olur. Buna görə də, məhsulun turagentlər tərəfindən pərakəndə və hətta xırda topdansatışla realizə edilməsi daha sərfəlidir. Turagentlər (TA) aldıqları komisyon haqqları müqabilində, müxtəlif TO-larla işbirliyi yaradaraq, satış fəaliyyətini həyata keçirirlər.
Müştəriləri cəlb etməklə satış həcmini artırmaq məqsədilə, TO təklif etdiyi turlara fərqləndirici əlavələr edə bilər: daha komfortlu yeləşmə obyekti, daha cəbedici ekskursiya proqramı, teatr və ya idman yarışlarına getmək təklifi və s.
Bir marşrutun bir-neçə variantını tərtib etmək məqsədəuyğundur: tur müddətini artırmaq və ya azaltmaq, hotel əvəzinə evlərdə (ailələrdə) yerləşdirmək, pikniklərin keçirilməsi, Bundan başqa, xüsusi turmarşrutlar hazırlayıb təklif etmək olar:  “Xalça turu” – xalça sexlərinə, xalça muzeyinə gedişlər, xalçaçılıq  mütəxəssisləri ilə görüşlər təşkil etmək, turistlərə “Şərab Yolu” marşrutu təklif etməklə şərab istehsalı zavodlarına, üzüm sahələrinə, şərab satışı dükanlarına gedişlər, dequstasiyalar; “Aleksandr Düma” marşrutunu təklif etməklə məşhur fransız yazıçısının Azərbaycanda  keçdiyi ərazilərlər və olduğu yerlərlə turistləri tanış etmək, yerli kulinariyanı dadmaq imkanı və s.
Satışın genişləndirilməsi məqsədilə infoturların keçirilməsi geniş miqyas alıb.Yeni marşrut üzrə turların kütləvi satışını tez bir zamanda təşkil etmək məqsədilə infoturlar keçirilir. Hər turizm forması üzrə ayrıca infotur təşkil etmək olar. Xarici ölkəyə infotur təşkil etməklə, həmin ölkə ilə işləməyən və ya həmin ölkənin bu ərazisi ilə işləməyən bizim ölkənin turfirmalarını bu işə cəlb etmək olar. Daxili infotura isə həm yerli və həm də xarici turfirmaları dəvət etməklə Azərbaycanın turizm bölgələrinin təbliğ etmək olar.
Tur operator  infoturlara turagentlərini dəvət edərək marşrutun imkanları onlara göstərilir. İnfotur zamanı əsasən yerləşmə obyektləri iştirakçılara göstərilir. İştirakçılar  bir gün ərzində yaxın ərazidə 4-5 yerləşdirmə obyekti ilə tanış olur. Növbəti gün başqa əraziyə gedərək (adətən avtonəqliyyatla) yenidən burada yerləşən müxtəlif kateqoriyalı yerləşdirmə obyektləri ilə tanış olurlar. Infotur zamanı destinasiyanın turizm ehtiyatları da göstərilir.
Ərazinin imkanları ilə birbaşa tanış olan infotur iştirakçıları bu istiqamətdə müştərilərə turməhsul satışını həyata keçirilirlər. Əksər hallarda iştirakçı turfirmalar bu istiqamətə göndərdikləri müştərilərdən əldə etdikləri gəlirin bir hissəsini əvvəldən əldə olunmuş razılaşmaya görə infoturun təşkilatçısı olan  turfirmaya  ödəyir.
Infoturun təşkilatçısı yeni açılmış istirahət kompleksi və yerləşmə obyektlərinin müvəqəti birliyi də ola bilər. Məqsəd yeni destinasiya ilə turfirmaların əməkdaşlığını təşkil etməkdir.
İnfoturların keçirilməsində məqsəd, qazanc əldə etmək deyil. İnfoturların təşkili zamanı iştirakçılar tam qidalanma və güzəştli yeləşdirmə tarifləri ilə təmin olunmalıdırlar. Bu cür infoturlara çox zaman KİV nümayəndələri də dəvət olunurlar. Məqsəd KİV səhifələrində yeni destinasiyalar, onlardakı istirahət şəraitləri və imkanları barədə ətraflı məlumatların verilməsidir. Azərbaycan Pespublikası Mədəniyyət və Turizm Nazirliyi daxili turizmin inkişaf etdirilməsi məqsədilə infoturların hazırlanıb keçirilməsinə yardımçı olur.
Infoturlar kimi famturlar da geniş yayılmışdır. Famturların başlıca məqsədi – digər turoperatorların famturu təşkil edən xarici inkam turoperatorla irəlidə əməkdaşlıq fəaliyyətinə marağını oyatmaqdır.Bununla bağlı famturların əsas vəzifələri aşağıdakılardır:
Maksimum səmərəliliklə öz ölkəsini xarici qonaqlara təmsil etmək   (marşrutların , ekskursiya bürolarının , kurortların tanıdilması ).
Yerli turist xidməti təşkilatçılarının imkanlarının tanıdılması .
Famtur təşkilatçısı ilə əməkdaşlığın imkanları və üstünlüklərinin təqdimatı
Səyahətin iştirakçılarının bir –birilə ünsiyyət və tanışlığı üçün imkanların yaradılması.
      Həm infotur, həm də famturları marşruta daxil olan ziyarət obyektlərindən və marşrutun özündən asılı olaraq reklam və tanışlıq məqsədli turlara bölmək olar. Bu zaman reklam xarakterli infoturlar və famturlar regionların turizm bazarlarında geniş yayılmış istiqamətlərdə tətbiq olunur. Onların əsas məqsədi ildən ilə dəyişən turist xidməti təşkilatçılarının imkanlarının prezentasiyasıdır. Tanışlıq xarakterli turlar əksər hallarda turoperatorların yeni istiqamətdə və yeni növ hazırlanması zamanı tətbiq olunur. Tanışlıq xarakterli infotur və famturlarda əsas məqsəd təklif olunan kurortlarda istirahətin xüsusiyyətlərinin öyrənilməsinə ( kurortun turizm potensialı ) istiqamətlənir .Bununla da əlaqədar olaraq tanışlıq xarakterli turlarda daha çox sayda ekskursiyalar , turist xidməti iştirakçıları ilə işgüzar görüşlər olur.
 Bazarda olan məhsulla bərabər, yeni turist məhsulunun hazırlanmasının həddən artıq çox böyük əhəmiyyəti var. Bunu, hamıdan əvvəl alıcılar gözləyirlər. Yeni məhsul həmişə insanları sevindirir. Ona görə ki, insanların zövqü tez− tez dəyişir, yeni texnologiya və yeni imkanlar yeni məhsulun yaranmasına ehtiyac yaradır.   Turistlər dərketmə səviyyəsi yüksək olan, maraqlı və bəzən də unikal və ya qeyri− adi turist məhsulları gözləyirlər. Əlbəttə, rəqabət aparanlar bazardan kənar qalmamaq üçün çalışırlar ki, belə məhsulları yaratsınlar. Məhsulda yenilik yaradıcılıq fəaliyyətidir və özü özülüyündə kommersiya mənasında yüksək qiymətləndirilir. Bazar iqtisadiyyatının məntiqi belədir : “ rəqabətdə yenilikləri tez mənimsəyən, yeni məhsulu hazırlayıb rəqiblərindən qabaq bazara çıxardan qalib gəlir ”. Yeni məhsulu bazara çıxararkən savadlı informasiya− reklam kompaniyası aparmaq lazımdır. Bu cür kompaniyanın aparılması məhsulun tezliklə bazarda tanınmasına səbəb olacaqdır. Alıcıları yeni məhsuıla cəlb etmək üçün maraqlandırıcı tədbirlər görürlər. Bu tədbirlər müxtəlif ola bilər.Məsələn, çox da bahalı olmayan hədiyyələr təqdim olunması. Hədiyyə qismində balaca selafan torbacıqda siğorta, səfərin təsnifatı, planı, firmanın kataloqu, müztəlif marşrutlar haqqında məlumatlar və bloknot avtokarandaşla birgə turistə təqdim olunur. Hər bir hədiyyənin qiyməti 10 $− dan çox olmur, effekti isə məhsulu almaq istəyən yeni turistlər olur. Bəzi firmalar hədiyyə qismində turistlərə firmanın embleması olan yol çantası təqdim edirlər. Turist məhsulunu almağın müştəriyə xeyirli olmasını inandırmaqda və bu məhsulu almağa təkid etməkdə şəxsi görüşlər əvəzsizdir. Ehtiyac olarsa, bu cür görüşləri məqsədyönlü auditoriyalarda da keçirmək olar. Turistlər hərəkət edən zaman bütün vətəndaşlar firmanın embleması olan çantaya həsrətlə baxıb səyahət haqqında düşünür və firmanı yada salırlar.
Beləliklə, yeni turist məhsulunu hazırlayanda və bazara çıxardanda elmi− praktiki arqumentlərə və marketinq tədqiqatlarının nəticələrinə əsaslanmaq lazımdır. Fərdi görüşlər və söhbət zamanı turist məhsulunun satılması praktikada geniş yayılmışdır. Müştəri ilə ünsiyyətdə satıcı rolunda firmanın bütün işçiləri iştirak edirlər. Bu ünsiyyət telefon vasitəsilə, poçt ilə və şəxsi görüş zamanı mümkün olur.         Turist məhsulunun abstrakt xarakter daşıması, onun çətin təsəvvür olunması personaldan xüsusi davranış tələb edir. Personal müştəridə xüsusi inam yaratmağı, inandırmağı və ağıllı məsləhətlər verməyi bacarmalıdır. Müştəri qəbulu böyük ustalıq tələb edir. Onun sonrakı səmimiliyi və açıq ünsiyyətə başlaması bu qəbuldan asılıdır. Müştərinin özünü sərbəst aparmasından və satıcının ona diqqətini ələ almaq bacarığından asılı olaraq səmimi ünsiyyət forması yaranır. Söhbət zamanı satıcı özünü şən və təkəbbürlü aparmalıdır. Satıcının tək optimistliyi yox, onun xarici görünüşü də çox vacibdir. Onun təmiz və eleqant geyinməsi də alıcıya təsir göstərir. Satıcı diqqətli və söhbət sevər olmalıdır. Turist məhsulunu satan satıcı və alıcı turist bazarının iştirakçılarıdır.Lakin onların məqsədləri müxtəlifdir : yəni satıcının məqsədi öz məhsulunu baha qiymətə satmaq və çoxlu gəlir götürmək , alıcının məqsədi isə turizm məhsulunu imkan daxilində daha ucuz almaq və səyahətə olan təlabatını ödəməkdir.Bütün bunlar bazarın tələb və təklif qanunları əsasında tarazlaşır. Turizm məhsulunun inkişafı proqramının tərtib olunması turizmin dövlət tənzimlənmələrindən biridir. Turizmin planlaşdırılması onun xaotik inkişafının qarşısını almaqdan və onun iqtisadi səmərəliliyini təyin etməkdən ötrü aparılır. Məlumdur ki, turizm iqtisadiyyata güclü təsir göstərir. Lakin turizm bütün “ dərdlərə “ dərman deyildir. Məsələn, külli miqdarda sərmayə qoyub müasir tələblərə uyğun istirahət mərkəzi tikilmişdir, lakin ora istirahətə gələn yoxdur. Deməli, tikilən mərkəz yaxşı planlaşdırılmamışdır. Ola bilsin ki, istirahət mərkəzi turist bazarlarından çox kənardadır, istirahətin o növü turistləri maraqlandırmır və ya istirahətin qiyməti turistlərin imkanına uyğun gəlmir. Ya da ola bilsin ki, reklam− informasiya işi yaxşı qurulmamışdır. Turist məhsulunun inkişaf etdirilməsi zamanı  alıcılarla əlaqə saxlamaqdan ötrü turist firması reklam informasiya məcmuələri hazırlamalıdır. Onlardan ən vacibi turoperatorun kataloqudur. Bu kataloqda turlar haqqında bütün məlumatlar çap olunur. Kompüter texnikası olmayan agentliklərdə və müştərilər üçün də buklet və kataloqlardan istifadə etmək çox əlverişlidir. Turoperator əməkdaşlıq etdiyi agentliklərə vaxtında və lazımi miqdarda tərtib etdiyi kataloqları göndərməlidir. Böyük həcmli turoperatorlar hər il öz turları haqqında ətraflı kataloqlar hazırlayırlar. Bu kataloqlar iki cür hazırlanır : biri ümumi formada, rəngli foto şəkillərlə ,  o biri isə ancaq turagentlər üçün iş zamanı istifadə etməkdən ötrü olur.Bu axırıncılarda rəngli şəkillər və illutrasiyalar olur. Ümumi formada hazırlanan rəngli kataloqların həcmi böyük olur, onda çoxlu reklam, informasiya, foto şəkillər və çoxlu təsviri materiallar da olur. Agentliklər üçün hazırlanan iş kataloqlarında belə materiallar da olmur. Orada turların qrafiki, qiyməti, nəqliyyatın iş cədvəli, topdansatış güzəştlər, turagentlər üçün təyin olunan kommisionların miqdarı və başqa turların təşkili ilə əlaqədar məlumatlar çap olunur. Bəzən turistlər tələb edirlər ki, bu məlumatlar daha ətraflı verilsin və əlavə lazım olan məlumatları hansı ünvandan axtarıb tapa bilmələri kataloqda göstərilsin. Kataloqlarda çap olunan materiallara çox ciddi yanaşmaq lazımdır. Hər şeydən əvvəl bu materiallar çox savadlı və professional səviyyədə hazırlanmalıdırlar. Turist kataloqunu uzaqdan tanımaq üçün onun və firmanın adını böyük hərflərlə birinci və axırıncı səhifələrdə verirlər. Burada ölkənin adı da olmalıdır.
     Marketinqin əsas vəzifəsi də elə odur ki, insanlara lazım olan malları və xidmətləri lazım olan vaxtda, lazım olan yerdə və lazım olan keyfiyyətdə ( qiymətdə ) təşkil etsin. Turist müəssisələri hazırladığı məhsulların alıcılıq qabiliyyətini diqqətlə öyrənməlidirlər. Xüsusilə məhsulun üstünlüklərini diqqət mərkəzində saxlamalıdırlar. Məlumdur ki, təcrübədə əsas və əlavə turist anlayışı var. Əsas turist məhsulu standart turist xidmətlərinin toplusu olur, bu toplu “ pekidj tur “ kimi bir paketdə turistlərə satılır.Adi malların satışında olduğu kimi turist məhsulu üç səviyyədə olur : ümimi ideyası olan məhsul, real hazırlanmış və keyfiyyətli məhsul. Turist müəssisəsi öz müştəriləri ilə səmimi dostluq münasibətləri yaratmaq üçün onlara hərtərəfli yardımçı olmalı və az da olsa onlara xeyir verməyə çalışmalıdır. Bu cür dostluq münasibətlərini yaratmaq üçün müştərilərə keyfiyyətli və operativ xidmətlər göstərmək, onlara vaxtlı vaxtında operativ məlumatları çatdırmaq, məsləhətlər vermək və qeyri− formal ünsiyyət münasibətləri yaratmaq lazımdır. Turist məhsulunun mövqeyinin möhkəmləndirilməsi, müştərilərin davranışını diqqətlə izləməyi və ona uyğun hərəkət etməyi tələb edir. Rəqabət nöqteyi− nəzərindən bu cür hərəkətlər, turist müəssisəsinə öz məhsulunun mövqeyini möhkəmlətmək və onun imicini yaratmaq üçün yeni imkanlar yaradır.
     Hər şey addan başlayır. Firmanın adı, satış markası və embleması cazibədardırsa, müştərilər ona etibarla yanaşırlar. Yaxşı satış markası istifadə etməklə və ya tərtib etməklə turist firmalarının çoxu yaxşı ad qazanır və çoxlu gəlir götürürlər. Sanballı firmaların sərgi fəaliyyətində yüksək imicin qorunub saxlanılması rekalamın vacib məsələlərindən biridir. O firmalar sərgilərdə üsyünlük qazanır ki, onlar məşhur və sabballı partnyorlarla əməkdaşlıq edirlər.
     Alıcıları cəlb etmək və bazarın müəyyən seqmentinin tələblərini tam ödəmək turizm marketinqinin əsaslı konsepsiyasıdır. Turist məhsulunun imicinin yaradılması müştərilərin təsəvvüründə turist  məhsulu haqqında rəqiblərin məhsulundan fərqli müsbət rəy yaratmaq məqsədini güdür. Bu yaradıcı proses zamanı alıcının şüuruna təsir göstərilir ki, bu məhsul onun çoxdan axtardığı və ona münasib məhsuldur. Hər turist müəssisəsi hazırladığı məhsulun mənfi və müsbət cəhətlərini yaxşı bilir. Bazarda hər hansı bir məhsulun qiyməti 2 cür olur : həqiqi və ona bazarda verilən qiymət. Real qiymət, məhsula əvvəlki satış mərhələlərində verilən qiymətdir. Bazar qiynəti isə, firmanın öz məhsuluna təsəvvüründə verdiyi qiymətdir. Bu qiymət məhsulun bazarda tutduğu mövqedən asılıdır. Turist məhsulunun qiyməti bazarın bir seqmentində, o birisinə nisbətən fərqlənə bilər. Ona görə də, məhsulun bazarda mövqeyi bazarın seqmentlərə bölünməsi ilə sıx bağlıdır.
      Mövzu:  21    Turizm sənayesi
                                         ( müəllim – Şirəliyev Vüqar )
 
             Plan:
 
             1.  Turizm sənayesi
             2.  Turizm xidmətləri
             3.  Turizmin maddi texniki bazası
4.   Xidmət növlərinə görə turizm müəssisələrinin tipləri
Turizm sənayesi- səyahəti həyata keçirtmək prossesində turistti zəruri olan hər şeylə(xidmət,iş,məhsul və s.) təmin edən müəssisələrin və sahibkarlarıhn qarşılıqlı əlaqə sistemi kimi başa düşülür. Kütləvi turizmin coşğun inkuişafı, bütün dünyada turizm sənayesinin və təsərrüfatın qarışıq sahələrinin, elm vəmədəniyyətin, təhsil sisteminin adekvat inkişafına səbəb olmuşdur.Başqa sözlə desək, turizm sənayesi-yerləşdirmə və nəqliyyat vasitələri, ictimai iaşə, əyləncə, dərketmə, işgüzar, sağlamlıq, idman və digər təyinatlı obyektlərin, turoperator, turagent, ekskursiya və gid-tərcüməçi xidmətləri göstərən təşkilatların məcmusudur.
Sanballı maddi- texniki bazaya malik olan turizm sənayesi milyonlarla insanın məşğulluğunu təmin etməklə xalq təsərrüfatı kompleksinin demək olar ki, bütün sahələri ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.
Turizm sənayesi daha geniş anlamda belə başa düşülür:
1.Sərnişin nəqliyyatının (hava,su,avtomobil,dəmiryolu) texniki xidmətinin çoxşaxəli şəbəkəsi ilə birgə fəaliyyət;
2.Müxtəlif sahələrdə ixtisaslaşmış müəssisələrin, əsasən turizm xarakterini birbaşa biruzə verməyən və turizm üçün "ikinci dərəcəli" hesab edilən müəssisələr (o cümlədən,  nəqliyyat maşınqayırması, yanacaq, yeyinti, kənd təsərrüfatının bir çox sahələri və s.) ilə birgə fəaliyyət:
Deməli, turizm sənayesi turistin istifadə etdiyi geniş xidmət sahələrini birləşdirən təsərrüfat kompleksidir.
Turizm xidmətlərinə aşağıdakılar daxildir:
Turistlərin yerləşdirilməsi üzrə (mehmanxana, motel, otel, pansionat, sanatoriya, turist bazarları və s.) göstərən  xidmətlər.
Turistlərin həmçinin yerli əhalidən icarəyə götürülən şəxsi mənzillərdə və evlərdə, eyni zamanda çadır, avtomobilə qoşulan qoşqu evləri, karvaninqlər, gəmi, qatar, yaxta, və s. –də yerləşə bilərlər.
Turistin qidalanmasının təmin edilməsi üzrə (restoran, yeməkxana, kafe, qəlyanaltı, kafeteri, bar, və s.) xidmətlər.
Turistin səfər etdiyi ölkədə sərnişin nəqliyyatının müxtəlif növləri (qatar,dəniz, və çay gəmiləri, avia çarter reysləri, avtobuslar və. S) və hərəkəti üzrə göstərilən xidmətlər. Xatırladaq ki, nəqliyyat sisteminin inkişafı və ixtisaslaşmış turistn nəqliyyatının meydana çıxması, az vəsait sərf etməklə xarici ölkələrə turist səfərlərini daha əlverişli etmişdir. Nəqliyyat vasitələrinin seçimi, turistin gəldiyi ölkənin coğrafi mövqeyindən, turisti göndərən ölkənin hansı məsafədə yerləşməsindən, eyni zamanda turistin sosial vəziyyətindən və onun maliyyə imkanlarından asılıdır.
- Reklam xidməti. Bu ictimai informasiyanın , daha doğrusu insanlar arasında münasibətlərin növ müxtəlifliyindən biridir.Bu informasiya, yeniliyin fəal elementləri özündə daşıyır. Turizmdə reklamın rolu böyükdür, çünki reklamın turist məhsuluna olan təlabatının xarakteri və ölçülərinə bilavasitə təsir göstərir. Bu və ya digər bir ərazinin turizm resursları və bazar təklifləri barədə əhalinin xəbərdar edilməsi səviyyəsini məhz reklam müəyyən edir.
Turist agentlikləri tərəfindən həyata keçirilən xidmətlər (səyahət marşurutunun hazırlanması, mehmanxanada və nəqliyyat vasitələrində yerlərin bronlaşdırılması, yer kürəsinin hər hansı bölgəsinin turizm resursları haqqında bilgilər, turistin getdiyi bölgədə olan yerləşdirmə vasitələri, gömrük və sərhəd rəsmiyyəti, valyuta məzənnəsi və s. Haqqında informasiya verilməsi). Səyahət və ekskursiya büroları tərəfindən həyata keçirilən xidmətlərə isə gid-tərcüməçi, ekskursiya bələdçisi, qrup rəhbərləri ilə təminat və s. aiddir.
Turistlərin mənəvi təlabatlarının ödənilməsi(teatr, kino, konsert zalları,muzey, sərgi, rəsm qaleriyası, parklar, tarixi və təbiət qoruqlarına gedişlərin təşkili, tarix və mədəniyyət abidələrinə baxışların keçirilməsi, festivallarda, idman yarışlarında və digər tədbirlərdə iştirakın təmin edilməsi) üzrə göstərilən xidmətlər.
Turistlərin işgüzar və elmi maraqların təmin edilməsi (konqress,assambleya, konfrans, simpozium, toplantı, seminar, yarmarka və sərgilərdə iştirak etmək) üzrə göstərilən xidmətlər.
Həm ümumi, həm də məqsədli(suvenir, hədiyyə, açıqca və s. satışı) ticarət müəssisələrinin göstərdiyi xidmətlər.
İnzibati-nəzarət orqanlarının(sərhəd,valyuta,karantin,polis xidmətləri, pasport,viza və s. sənədlərin hazırlanması) göstərdikləri xidmətlər.
Təbiətin mühafizəsi , tarixi və mədəni irsin qorunması sahəsində göstərdikləri xidmətlər
İnformasiya vasitələrinin (qəzet,jurnal,radio,televiziya və s.) göstərdikləri xidmətlər.
Dövlət turizm idarələrinin (komitə, departament, nazirlik və s.)  göstərdikləri xidmətlər
Turist birliklərinin göstərdikləri xidmətlər
Turizm təsərrüfatı ilə məşğul olan subyektlər öz fəaliyyətlərini daimi etmək üçün müxtəlif əmək vasitələrinə malik olmalıdırlar.Turizmdə istifadə olunan əmək vasitələrinin məcmusu onun maddi-texniki bazasının əsasını təşkil edir.
Turizmin maddi-texniki bazasına,turizm tikililəri (binalar), onların texniki təchizatı (avadanlıq), nəqliyyat vasitələri və digər əsas fondlar daxildir Maddi-texniki baza, mütəşəkkil turizmin inkişafının əsasını təşkil edir, belə ki, turistlərə tam kompleks xidmət göstərilməsi(yerləşdirmə, qidalanma, daşınma, müalicə, ekskursiya və s.) üçün bütün zəruri şəraiti yaradır.
Turizmin maddi-texniki bazasının tərkibinə- turist firmaları (turoperatorlar və turagentlər), mehmanxanalar, turist bazaları, iaşə, ticarət, avtonəqliyyat müəssisələri, turist ləvazimatı və avadanlığının girayə məntəqələri, turist yollayışının (putyovka) satış büroları, nəzarət-xilasetmə xidmətləri, turist klubları və s. daxildir.
Xidmət növlərinə görə turizm müəssisələrinin aşağıdakı tipləri mövcuddur:
-turistləri bütün xidmət kompleksi ilə təmin edən müəssisələr(öz mehmanxanaları olan turist müəssisələri)
-Turizmin təşkili məqsədi ilə təsis edilən müəssisələr ( turagentliklər, səyahət və ekskursiya, yollayış satışı, turist qəbulu büroları):
-Turistlərin yerləşdirilməsi, daha doğrusu yaşaması və gecələməsi məqsədi ilə təsis edilən müəssisələr (mehmanxanalar, turbazalar və s.)
-Yeyinti, ərzaq müəssisələri(restoranlar,barlar)
-Nəqliyyat xidməti müəssisələri:
-Turistlərə mədəni xidmət obyektləri (teatrlar, konsert zalları və s.) və ekskursiya xidmətini (ekskursiya büroları) təmin edən müəssisələr.
Maddi-texniki bazaya aid olan obyektlər mülkiyyət növünə görə xüsusi (turist təsərrüfat subyektlərinin özünə məxsus olan) və bu subyektin digər subyekt(məsələn, şəhər tabeliyində olan mehmanxanalarda yerlərin icrası) və fiziki şəxslərdən icarəyə götürdüyü (mənzillər,evlər) obyektlərdir.
Turizmin hər hansı bir regiondakı maddi –texniki bazası tərkibinə, gücünə, miqdarına və keyfiyyətinə görə turistlərin təlabatına uyğun olmalıdır. Əks tədqirdə, əhaliyə turist xidmətinin səviyyəsi və keyfiyyəti kəskin sürətdə pisləşər, bu da öz növbəsində turist məhsulunun satışı həcminin azalmasına səbəb olur.
Turistlərin yerləşdirilməsi (yaşaması və gecələməsi) məqsədi ilə təsis edilən müəssisələrə mehmanxanalar(otellər), turist bazaları, motellər, botellər, kempinqlər və s. aid edilir. Marşurut zamanı qrupların bir gecəlik  dayanacaqları üçün turist bazalarının və ya turist firmalarının nəzdində düşərgələr və ya komalar da yerləşdirmə obyekti ola bilər.
Yerləşdirmə- turizmin ən mühüm elementidir. Yerləşdirmə (gecələmə) yoxdursa, turizm də yoxdur. Yerləşdirmə vasitələrinin yaradılması, turist qəbulunun və turizm resurslarının istismarından böyük gəlir götürməyə can atan hər hansı bir turist regionu və ya mərkəzinin iqtisadiyyatı üçün qəti və sərt tələbdir.
Ümumdünya Turizm Təşkilatının tövsiyələrinə bütün yerləşdirmə vasitələrini iki yerə ayırmaq olar: kollektiv və fərdi sürətdə yerləşmə. Turistlərin kollektiv sürətdə yerləşməsi vasitələrinə mehmanxanalar və ona müvafiq müəssisələr, ixtisaslaşmış müəssisələr, kollektiv yerləşdirməyə imkanı olan digər müəssisələr aiddir.
Turistlərin yerləşdirilməsi ilə məşğul olan müəssisələri, tutum (yerlərin sayı), komfortluq,(rahatlıq) və fəaliyyət dövrünə görə üç qrupa ayrılır.
Bir çox ölkələrdə mehmanxanaların komfortluq dərəcələrlə göstərilir bu dərəcələr “ulduz” anlayışı ilə ifadə edilir. Mehmanxanalar üçün ulduzların beş dərəcəsi müəyyən edilmişdir: bir ulduzdan (ən aşağı dərəcə) beş ulduza (ən yüksək dərəcə) qədər. Mehmanxanaların (otellərin) dərəcələrinin müəyyən edilməsi, turizm biznesinin mühüm vəzifəsidir.
Dərəcələrə ayırmaq barədə Ümumdünya Turizm Təşkilatının mövcud olsa da, əfsuslar olsun ki, hər bir ölkə bunu özünə məxsus sürətdə şərh edir. Otelin dərəcəsi anlayışında, otelin özündə göstərilən xidmətlərin məcmusu və əlaqədar turist infrastrukturunun inkişaf səviyyəsi nəzərdə tutulur. Hər hansı bir otel üzrə son qərarı, həmin ölkənin(regionun) turizm nazirliyi, departamenti və s. qəbul edir.
      Mövzu:  22    Turizm sənayesində müəssisə və təşkilatlar
                                     ( müəllim – Şirəliyev Vüqar )
 
             Plan:
 
             1.  Turagentlər və turoperatorlar
             2.  Mehmanxana komplekslər
             3.   Turizm konsorsiomu
4.  Turizm koperativləri
 
Turistlərə xidmət göstərən kommersiya və qeyri-kommersiya təşkilatlarını əsas fəaliyyət növünə görə bir neçə qrupa ayırmaq olar: turagentlər, turoperatorlar, turizm sənayesi firmaları və turist birlikləri.
Turagentlər-digər müəssisələrin- turoperatorların, nəqliyyat, qidalanma müəssisələrinin, yerləşdirmə vasitələrinin və s. xidmətlərini təklif edən vasitəçi turist təşkilatlarıdır. Bir qayda olaraq, onlar bilavasitə müştəriyə xidmət göstərən kommersiya təşkilatlarıdır.
Turagentlər, istehlakçı üçün sərfəli, rahat formada, müştərinin arzusu ilə turist xidmətlərini komplektləşdirir, hərəkət marşurutunu razılaşdırır, nəqliyyat və yerləşdirmə vasitələrində yerlərin, ekskursiya bələdçiləri, gid və tərcüməçilərin ayrılması üzrə, əlaqədar təşkilatlarla müvafiq iş aparır.
Turagent firmalar bir qayda olaraq, digər firmaların(qeyri turist təşkilatı da ola bilər) şöbələri və ya törəmə müəssisələri ola bilər. Turoperatorlardan savayı, ticarət və nəqliyyat firmaları, iri banklar, siğorta cəmiyyətləri, turistlərin istifadəsi üçün məhsul istehsalçıları da turagent firmalar yaradırlar.
Müstəqil turagentlər adətən turizm biznesi sahəsində rəqabətin zəif olduğu ölkələrdə fəaliyyət göstərir. Bu halda turagentlər maliyyə cəhətdən müstəqil olurlar. Onlar öz kommersiya fəaliyyətlərini normal sürətdə, çox saylı firmalar, mehmanxanalar, nəqliyyat müəssisələri, topdansatış turist firmaları və s. ilə sıx əlaqədə həyata keçirirlər.
 Turoperatorlar- xüsusi və ya icarəyə götürülmüş turist xidməti vasitəsinə malik olan öz müştərisinə kompleks xidmət təklif edən turist təşkilatları, eyni zamanda turagentlərlə turizm sənayesi müəssisələri arasında vasitəçilərdir. Bu təşkilatların böyük əksəriyyəti kommersiya müəssisələridir.
Turoperatorlar- nəqliyyat(su,quru, və hava), yerləşdirmə(mehmanxana, motel, kempinqlər və s.), servis(müvafiq avadanlığı olan idman meydançaları, sağlamlıq mərkəzləri, əyləncə müəssisələri və s.) vasitələrinin, səyahət müddətində siğortanın, ekskursiya, gid və tərcüməçi xidmətlərinin və s. seçimi və istifadəsi üzrə geniş imkanlar yaradırlar. Həmkarlar təşkilatları və buna oxşar təşkilatlar adətən qeyri-kommersiya tipli turoperatorlar olsalar da, turizmdən əlavə fəaliyyətin digər növləri ilə məşğul olduqları üçün, onları xalis turoperator adlandırmaq olmaz.
    Turist birlikləri- turizm həvəskarlarının klubları, ittifaqları və digər könüllü birliklərdir.Turoperatorlardan və turagentlərdən fərqli olaraq, turist birliklərinin fəaliyyətinin məqsədi, gəlir əldə etmək olmasada bu təşkilatlara və onların keçirdikləri tədbirlərə yardım etmək üçün vəsait tələb olunur. Turist birlikləri bir qayda olaraq, yığılan üzvlük haqları, ictimai və xüsusi fondlardan yardım, eyni zamanda kommersiya tədbirləri hesabına fəaliyyət göstərir.
Üzvlük haqları əsasən təşkilatın fəaliyyətinə yardım üçün yönəldilir. Müxtəlif fondlardan verilən yardımlardan təşkilatın saxlanılması, hər hansı bir tədbirin (yadetmə marşurutları, zəvvarlıq, hündür dağlara qalxma və s.) həyata keçirilməsi, regionda turizmin inkişafı, peşə təhsilini artırmış turizm təlimatçılarına, əməkdar turist işçilərinə təqaüdlər verilməsi məqsədi ilə istifadə edilir.
   Təşkilatın özünün təşkil etdiyi kommersiya tədbirləri, yuxarıda göstərilən proqramın hər hansı birini həyata keçirilməsi məqsədini daşıyır. Qeyri-kommersiya təşkilatları olan turist birliklərinin kommersiya tədbirlərini keçirməsinin səbəbi onunla izzah olunur ki, belə tədbirlər zamanı əldə olunan gəlir, hər hansı bir layihənin reallaşdırılması üçün istifadə edilir və vəsait kənara çıxarılmır.
   Turistlərə xidmət edən elə müəssisələr vardır ki, onların birbaşa turizmə aidiyyatı yoxdur, ancaq turizmlə müəyyən bağlığı vardır. Məsələn, yerləşdirmə vasitələri, turist təlabatı malları istehsalçıları, nəqliyyat şirkətləri, ictimai-iaşə, ticarət müəssisələri, maliyyə-kredit idarələri, sığorta cəmiyyətləri buna aid ola bilər.
   Başqa sahələrə aid olmalarına baxmayaraq, bu cür müəssisələrin turizm sənayesində rolu böyükdür. Son on illikdə turistlərə xidmət edən müəssisələrlə turist firmaları arasında olan hədd, tədricən silinir. Belə ki, müəssisələrin çoxu birləşərək, vahid birlik yaradırlar.
  Banklar və sığorta cəmiyyətləri, nəhəng turist təlabatı məhsulları istehsalçıları və mehmanxana şəbəkələri, dünyanın hər yerində özlərinin turoperator və turagent firmalarını yaradır, geniş miqyaslı reklam kampaniyaları aparır, müxtəlif kurortlar, tarixi, mədəni və dərketmə baxımından diqqətəlayiq və maraqlı yerlər haqqında informasiya xarakterli kataloq və digər çap məhsulları, kino və fotomateriallar hazırlayır və yayır.
  İkinci dünya müharibəsindən sonra bazar iqtisadiyyatı yönümlü firmaların birləşərək böyüməsi və onların fəaliyət miqyasının genişlənməsi prossesi başlanmışdır. Ötən əsrin 60-cı illərin sonunda, pərakəndə turist firmalarının iri firmalara tabe edilməsi prossesi daha da sürətləndi. İndi turizm korporasiyaları, konsorsiomları və kooperativləri kimi iri birlik formalarına daha tez-tez rast gəlinir. Bundan əlavə, yerləşdirmə sənayesində mehmanxana kompleksləri, mehmanxana şəbəkələri yaradılır və son illərdə onlar da turizm biznesinin ayrılmaz tərkib hissəsinə çevrilir.
  Turkorporasiyalar. Müasir dövrdə turoperator və turagent firmalarını birləşdirən və adətən korparasiyalar adlanan çoxsaylı nəhəng turist firmaları fəaliyyət göstərir.
  Turist korparasiyaları bir qayda olaraq müxtəlif istiqamətli çoxlu sayda turist firmalarını özündə birləşdirir. Korparasiyalar, firmaların ümumi fəaliyyətdə işgüzar iştirakı şərti ilə, könüllülük əsasında xırda turist firmalarının- turoperatorların və turagentlərin birləşdirilməsi ilə yaradılıır. Bir çox ölkələrdə nəhəng firmalar turist xidməti bazarında monopoliya yaradırlar. Belə ki, Fransada 13 iri korparasiya öz ölkəsinin turist bazarının 50, Almaniyada isə 3 iri korparasiya öz ölkəsinin turist bazarının 70 faizini zəbt etmişdir.
  Korparasiyalar turist xidməti göstərməkdən əlavə, öz fəaliyyətlərini turizmlə əlaqəli sahələr istiqamətində də genişləndirirlər: onlar nəqliyyat müəssisələrinin, mağazalar şəbəkəsinin və ictimai-iaşə təşkilatlarının, turist ləvazimatı istehsal edən müəssisələrin, bankların, sığorta cəmiyyətlərinin və s. sahibinə çevrilirlər. Beynəlxalq turizmdə birliyin bu forması, son otuz ildə(1970- 2000) onlarla sahə müəssisələrini birləşdirən bir neçə transmilli korparasiyaların, yəni daha nəhəng firmaların yarandıqları yerlərdə yaxşı inkişaf etmişdir.
  Mehmanxana kompleksləri- yerləşdirmə və turistlərə xidmət üzrə iri mərkəzlərdir. Yüerləşdirmə xidməti ilə yanaşı təklif edilən xidmətlər əsasən, qidalanmanın, mehmanxanada yaşayanlar üçün nəqliyyat biletinin alınmqası və əyləncə proqramlarının təşkili, taksi sifarişi və avtonəqliyyatın kirayə edilməsi, simpozium və toplantılar keçirilməsi üçün yerlərin ayrılması, ticarət, mədəni-sağlamlıq və əyləncə xidmətlərindən və s. ibarətdir. Mehmanxana biznesində iflasa uğramamaq üçün yollar axtarmaq məcburiyətində qalan, pərakəndə halda fəaliyyət göstərən mehmanxanalar birləşirlər.  Belə birliklərin yaradılması aşağıdakı şərtlər əsasında həyata keçirilir:
  -Hər bir iştirakçının maliyyə müstəqilliyinin saxlanılması şərti ilə “könüllü mehmanxana şəbəkəsi” kimi yaradılan birliklər şəklində.
  -Nisbətən xırda firmaların  iri firmalar tərəfindən ilhaq edilməsi yolu ilə. Təbii ki, bu zaman kiçik firmalar öz maliyyə müstəqilliyini itirirlər.
  -Hər hansı bir firma tərəfindən vahid layihəyə əsasən çoxlu sayda mehmanxana komplekslərinin inşa edilməsi yolu ilə.
  Birliyin son iki növü “mehmanxana şəbəkəsi” adlanır.
  Mehmanxana şəbəkəsi- vahid siyasət yeritmək və topdansatış firmaları olan turoperatorla bağlanan sazişlərin şərtlərini hazırlamaq şərti ilə bir neçə mehmanxana kompleksinin birləşməsidir. Avtomatlaşdırma sisteminin inkişafı, mehmanxanalar şəbəkəsinə daxil olan müəssisələrin vahid avtomatlaşdırılmış sistemlə idarə edilməsinə və bu sistem vasitəsilə mehmanxana fondunun bölünməsinə səbəb olmuşdur.
  XXİ əsrin əvvəli üçün bütün dünyada 100- dən artıq mehmanxana şəbəkəsi fəaliyyət göstərir. Mehmanxanalar şəbəkəsində olan yaşayış fondunun 78 faizi, 13 ən iri şəbəkənin (Amerikada altı, Qərbi Avropada yeddi) payına düşür. Maliyyə müstəqilliyinin saxlanılması şərti ilə şəbəkənin bütün iştirakçıları arasında müştərilərin daha effektli və mütənasib mübadiləsi məqsədi ilə kiçik mehmanxana müəssisələrinin birləşməsi nəticəsində yaranan könüllü mehmanxana şəbəkələri çox iri olmasalar da kifayət qədər yayılmışlar.
  XİX əsrin əvvəlləri üçün dünya ümumi mehmanxana fondunda 11 min belə şəbəkə fəaliyyət göstərir. Bu cür birliklər əsasən kiçik mehmanxanalara rəqabət mübarizəsi şəraitində, iflasa uğramadan fəaliyyət göstərmək imkanı yaradır.
  Turizm konsorsiomu- bütün iştirakçıların maliyyə və hüquqi müstəqilliyinin saxlanılması şərti ilə, vahid siyasət yeritmək, turoperator və digər topdansatış turist firmaları ilə sazişlərin ümumi şərtlərini hazırlamaq məqsədi ilə, müvəqqəti müqavilə əsasında bir neçə turagentliyin yaratdığı könüllü birlik. Turizm konsorsiomları çox zaman aşağıdakı prinsiplər əsasında təşkil olunur:
  -Hər bir iştirakçının birliyə könüllü sürətdə daxil olması şərti ilə.
  -Hər bir iştirakçının maliyyə müstəqilliyinin, özünü idarəsinin və iqtisadi maraqlarının ümumiliyinin saxlanılması şərti ilə.
  -Müştərək məsələlərin həllində bütün tərəflərin eyni hüquqa malik olması şərti ilə.
  -İştirakçıların arasındakı münasibətlərin müqavilə əsasında təşkili(müqavilənin şərtləri bütün tərəflər tərəfindən mütləq yerinə yetirməlidir) şərti ilə.
  Konsorsium iştirakçıları bir qayda olaraq, kiçik və orta turagentliklər olurlar. Konsorsioma daxil olmaq bu firmalara turoperatorlarla müqavilə şərtlərini dəqiq müəyyənləşdirməyə və yerinə yetirilməsinə, yerləşdirmə vasitələri, nəqliyyat və ekskursiya xidməti təklif edən firmalarla iş zamanı vahid siyasət hazırlamağa kömək edir.
  Turizm kooperativləri- Turagent birliklərinin digər forması turizm kooperativləridir. Turizm kooperativlərinin nizamnaməsində göstərilən istiqamətdə müştərək fəaliyyətin həyata keçirilməsi üçün üç və daha çox turizm firmasının könüllü birliyidir.
  Son onilliklərdə kooperativ hərəkatı, inkişaf etmiş ölkələrin iqtisadiyyatının bütün sahələrində fəaliyyət göstərən daha çox firmaları əhatə edir. Bunun səbəblərindən biri, marketinq tədqiqatının həyata keçirilməsi, populyarlığın yüksəldilməsi, daha çox potensial müştərilərin cəlb edilməsi və reklam tədbirlərində fəallığın artırılması üçün birlikdə fəaliyyət göstərməyin vacibliyi, kiçik firmaların birləşərək birlik yaratmaq təşəbbüsüdür. Reallaşdırma üçün vəsait olmadan heç bir kiçik müəssisə bu işi tək başına, müstəqil sürətdə təkbaşına həyata keçirmək iqtidarında deyil.
  Turizm bazarında sərt rəqabətə dözmək və fəaliyyət göstərmək üçün, hər bir firma marketinq tədqiqatına və reklam tədbirlərinə yüz minlərlə dollar xərcləmək məcburiyətində qalır. Bir neçə kiçik firmalar belə böyük məbləği ödəyə bilmədiklərindən vəziyyətdən çıxış yolunu böyük kooperativlərə birləşməkdə görürlər.
  Onlar və yüzlərlə kiçik turist firmaları (adətən turagentlər) birləşərək, ümumi qüvvə ilə marketinq və reklam tədbirləri üçün vəsait ayırmaq imkanı qazanırlar. Marketinq və reklam tədbirləri ilə kooperativlər bilavasitə özləri məşğul olmurlar, bu barədə ixtisaslaşmış firmalara müraciət edirlər və onların pulunu ümumi vəsaitdən ödəyirlər. Aparılan marketinq tədqiqatının nəticələri, kooperativin bütün üzvlərinin diqqətinə çatdırılır.
  Yaddan çıxarmaq olmaz ki, turizm biznesində olan çoxsaylı problemləri həll etmək, ayrı-ayrı turagentlərin imkanı daxilində deyil. Yerləşdirmə, qidalanma, nəqliyyat müəssisələri, ekskursiya büroları və turistlərə xidmətlə məşğul olan digər firmaların axtarışı və əməkdaşlığı haqqında müqavilələrin bağlanılması da belə problemlərə aid edilir.
  Bu ilk növbədə onunla əlaqədardır ki, turagentin potensial müştəriləri müxtəlif məqsəd və istiqamətlər üzrə səyahət etmək arzusunda ola bilər. Müştəriləri itirməmək üçün, turagentin dünyanın istənilən guşəsində turizm biznesinin imkanları barədə yaxşı məlumatı olmalı, təklif olunan səyahət marşurutu üzrə etibarlı zəmanət verməyi bacarmalıdır.  Kooperativə daxil olan turagentlər, nəqliyyat və yerləşdirmə vasitələrində, yerlərin bronlaşdırmasında, müştəri mübadiləsində, turların satışı üzrə turoperatorlrla müqavilələrin bağlanmasında birgə fəaliyyət göstərə bilərlər.
                Mövzu:  23    Turizm tələbinə təsir edən amillər 
                                        ( müəllim – Şirəliyev Vüqar )
 
             Plan:
 
             1.  Təbii ekoloji amillər
             2.   Sosial amillər
             3.   Siyasi amillər
4.   Demoqrafik amillər
Təbii- ekoloji amillər: Buraya təbii və ekoloji amillərin yaxşı vəziyyətdə olması aid edilir. Landschaftın gözəlliyi, iqlim şəraitinin yaxşı olması, ekoloji cəhəttdən təmiz şəraitin olması və s kimi xüsusiyətlər aid edilə bilər. Sosial-iqtisadi amillər: dedikdə insanların yaşayış səviyyəsi, vətəndaşların sosial hüquq vəazadlıqlarının olması , dövlətlər arasındakı iqtisadi möhkəm əlaqələrin olması, nəqliyyat vasitələrinin inkişafı və s. misal göstərilə bilər.
Başlıca iqtisadi amilləri aşağıdakı şəkildə qeyd etmk olar :
- Milli gəlirin miqdarı ,
- Adam başına düşən gəlirin miqdarı ,
- Gəlirin dağılımı forması ,
- Ölkə əhalisinin xalis gəliri,
- Əsas turizm məhsulu və turizm xidmətlərinin dəyəri.
Sosial amillər-ə aşağıdakıları daxil etmək olar:
- Ailəyə məxsus xüsusiyyətlər- evil və ya subay olma, ailədəki fərdlərin sayı, uşaqların sayı və yaşları. Ailə dəki şəxslərin iş səviyyəsi və s turizmə təsir edən faktorlardandır. - Əhalinin yaş tərkibi- ölkənin əhalisinin artım səviyyəsi, ölkə əhalisinin yaş tərkibi, və.s.
- Urbanizasiya (şəhərləşmə) – Havanın çirklənməsi, şəhərdəki səs- küy, stres, sosial təzyiqin səviyyəsi getdikcə artmaqdadır. Bu isə şəhərdə yaşayan əhalinin şəhərdən çıxmasına və daha sakit yer axtarmasına gətirib çıxarır.
- Dil çətinlikləri – İnsanların çoxunun xarici dili bilməməsi və öyrənməyə vaxt və qabiliyyətlərinin olmaması onların xarici ölkələrə yox, öz ölkələrində səyahət etmələrinə səbəb olur [21, səh. 233-324].
Siyasi amillər: Ölkədə siyasi baxımdan stabiilliyin olması, beynəlxalq əalaqələrin təkmilləşdirilməsi, iqtisadi, ticarət və mədəni əlaqələrin mövcudluğu, dövlətlər arasında müxtəlif iqtisadi mövzularda imzalanmış sazişlər və s. aid edilə bilər. Siyasi amillərə ən çox aşağıdakılar daxil edilir:
- Hədəf ölkədəki siyasi vəziyyət. gediləcək ölkənin siyasi rejimi, bu rejimə qarşı olan fəaliiyyətlər, həmin ölkənin turizm sektoruna öz təsirini göstərir.
- Turistin gəldiyi ölkədəki siyasi rejiim. Turizm ehtiyacı olan və bu istəyini həyata keçirmək istəyən insanların bu istəklərini həayata keçirə biləcək qədər vəsaitə sahib olması və ölkədən çıxma icazəsinin olmasını butaya aid etmək mümkündür.
- İki ölkə arasındakı siyasi rejim. Gediləcək hədəf ölkə ilə siyasi əlaqələrin səviyyəsi, beynelxalq münasibətlər, hərbi konfliktlər və s. kimi amillər daxil edilə bilər. Demoqrafik amillər: Əhalinin artım səviyyəsi, orta yaş həddi, təqaüd yaşı ömür vaxtı vəs aiddir. Turizmdə etnik gəlmələrin olması, ühacirlərin, qonşu dilli xalqların və s. səfərlərini buraya aud etmək olar. Baxılmış qlobal amillərdən başqa bir sıra lokal amillər var ki, bunlar da turizmin fəaliyyətinə, inkişafına təsir göstərir:
- Turist təlabatlarında məhdudluq – Bu amil əsasən turistlərin iqtisadi imkanlarından asılı olaraq dəyişir.
- Turizm təkliflərinin məhdudluğu- turizm resurslarının mövcudluğu ilə bağlıdır. Bunlardan əsası təbii resurslardır. Aydındır ki, bəzi turizm destinasiyaları digərlərinə nisbətən turistlər üçün daha cəlbedicidir.
- Ekologiya ilə bağlı məhdudiyyətlər- ətraf mühitin çirklənməsi ilə bağlıdır. Bəzi destinasiyalarda turistlərin çoxluğu buranın ətraf mühitinə ziyan vurur (qadağan olunmuş yerlərdə çadırlar qurulur, tonqal qalanır, zibilliklər yaradılır və s.)
- Vaxt məhdudiyyəti- turistin istirahət vaxtının az olması, turizm fəaliyyəti müddətinin az olması turşirkətin gəlirinin çoxaldılmasına imkan vermir. Bu isə təbii resursların istifadə müddətində turizm dövriyyəsini azaldır.
- Hüquqi məhdudiyyətlər-ətraf mühitin qorunması ilə bağlı, inşaat işlərinin aparılması və ya bu zonada turizmin konkret növünün inkişafı ilə bağlı qanunvericilik aktlarının olması.
- Turizm savadının olmaması-Sahibkarın turizm sahəsində xüsusi savadın olmaması.
- Turizm sənayesinin əsasını təşkil edən ehtiyatların məhdudluğu- kapitalın az olması, ixtisaslaşdırılmış personalın olmaması, otel və restoranların olmamasıшаблоны для dle 11.2