» » Ali riyaziyyat II k SİLLABUS Meşə və meşə park təsərrüfatı

Ali riyaziyyat II k SİLLABUS Meşə və meşə park - 22-may, 2020, 08:42

#

                                                        Masallı Dövlət Regional Kolleci

.                                                                                                      Təsdiq edirəm:

.                                                        Tədris  işləri  üzrə  direktor  müavini:                  Ağayev Namiq

 .                                                                                 “06” fevral  2020-ci il

.                                                      Fənn  sillabusu

 

İxtisas: “Meşə və meşə park təsərrüfatı”

Fənn  birləşmə  komissiyası:

 

                          I. Fənnin  haqqında  məlumat:

Fənnin adı: “Ali Riyaziyyat”

Kodu:

Tədris ili: 2019-2020, smestr İİ

Kurs: 2

Tədris  yükü: Cəmi 60 saat

Tədris  forması: Əyani

Tədris  dili: Azərbaycan  dili 

AKTS üzrə  kredit: Kredit  4

 

 

                        II. Müəllim  haqqında  məlumat :

Adı, soyadı, elmi dərəcəsi və  elm  adı: Həsənov Babək Baba oğlu

Məsləhət  günləri və  məsləhət saatı: II-IV günlər 1130_1330

 

 

                   III.Tövsiyə  olunan  dərslik, dərs  vəsaiti və metodik  vəsaitlər

1.    N.A. Sadıqov “Riyaziyyatın nəzəri əsasları”

2.    K.R. Kərimov “Ali riyaziyyat”

3.    S.Y. Əliyev “Ali riyaziyyat kursundan mühazirələr”

 

 

 

 

 

Davamiyyətə  verilən  tələblər:

 

Dərsdə  davamiyyətə  görə  verilən  maksimum  bal 10 baldır.Balı miqdarı  əsasən tələbə

smestr  ərzində fənn  üzrə  bütün dərslərdə iştirak  halda  ona 10 bal verilir. Smestr  ərzində

fənnin  tədrisinə ayrılan saatların hər  buraxılan 10%-nə 1 bal çıxılır. Fənn  üzrə semestr

ərzində  buraxılmış  auditoriya  saatlarının ümumi  sayı normativ  sənədlərdə müəyyən olunmuş həddən yuxarı (25%-dən çox)  olduğu  halda  tələbə  həmin  fəndən  imtahana  buraxılmır və

onun həmin fənn üzrə akademik borcu qalır və sonradan onun haqqında müvafiq qərar qəbul

edilir.

 

Qiymətləndirmə.

Tələbənin biliyi 100 ballı sistemlə qiymətləndirilir.Bundan 50 balı tələbə semestr ərzində,

50 balı isə imtahanda toplayır.Semestr ərzində toplanan  50 bala aşağıdakılar aiddir:

10 bal sərbəst işlərin tərtib olunmasına,

10 bal seminar və laboratoriya dərslərində fəaliyyətinə görə,

20 bal kollekviumlara görə,

10 bal dərslərə davamiyyətə görə.

İmtahanda qazanılan balların maksimum  miqdarı  50-dir.

İmtahan biletinə bir qayda olaraq fənni əhatə edən  5 sual daxil  edilir.

 

Qiymət meyarları  aşağıdakılardır:

-10 bal-tələbə keçilmiş materialı dərindən başa düşür,cavabı dəqiq və hərtərəflidir.

-9 bal-tələbə materialı  tam  başa düşür,cavabı dəqiqdir və mövzunun  mətnini tam aça bilir. 

-8 bal-tələbə cavabında ümumi xarakterli bəzi qüsurlara yol verir; 
-7 bal-tələbə keçilmiş materialı başa  düşür,lakin nəzəri cəhətdən bəzi məsələləri əsaslandırabilmir. 
-6 bal- tələbənin cavabı əsasən düzgündür. 
-5 bal-tələbənin cavabında çatışmazlıqlar var, mövzunu tam əhatə edə bilmir. 
-4 bal- tələbənin cavabı qismən doğrudur, lakin mövzunu izah edərkən bəzi səhvlərə yol verir; 
- 3 bal- tələbənin mövzudan xəbəri var, lakin fikrini əsaslandıra bilmir; 
- 1-2 bal- tələbənin mövzudan qismən xəbəri var. 

-0 bal- suala cavab yoxdur. 
Tələbənin  imtahanda  topladığı  balın  miqdarı  17-dən  az  olmamalıdır.  Əks  təqdirdə  tələbənin 
imtahan göstəriciləri semester ərzində tədris fəaliyyəti nəticəsində topladığı bala əlavə olunmur.  
Semestr  nəticəsinə görə yekun qiymətləndirmə (imtahan və imtahanaqədərki ballar əsasında)


1. 91-100-bal əla (A)              2. 81-90  çox yaxşı  (B) 3. 
71-80 bal  yaxşı  (C)        4. 61-70 bal  kafi  (D )
5. 51-60-bal qənaətbəxş  (E) 
6. 50-bal və ondan aşağı qeyri-kafi  (F )

Davranış qaydalarının pozulması: 
     Tələbə  Kollecin  daxili  nizam  –intizam  qaydalarını  pozduqda  əsasnamədə  nəzərdə  tutulan 
qaydada tədbir görüləcək. 

Tələbənin nizam-intizamına qoyulan tələblər:

 

Kollecin ictimai asayiş və daxili intizam, davranış qaydalarının tələblərinə riayət etmək;

Təlim məşğələlərinə məsuliyyətli, ciddi yanaşmaq və müntəzəm olaraq  iştirak etmək, müvafiq tədris planlarında nəzərdə tutulmuş bütün növ tapşırıqları müəyyən edilmiş dövrlərdə yerinə yetirmək;

Kollecin ictimai işlərində yaxından iştirak etmək;

Şəxsi gigiyenya qaydalarına əməl etmək;

Kollecin  otaqlarına, tədris-laboratiya avadanlığına, cihazlara, dərs vəsaitlərinə, kitablarına və digər əmlakına qayğı və səliqə ilə yanaşmaq, onların korlanmasına, zədələnməsinə və itməsinə  yol verməmək, otaqların onların təmizliyinə və səliqəsinə riayət etmək.

 

 

              Fənnin tədrisi nəticəsində əldə olunan

                                kompetensiyalar.

 

          Fənni mənimsəyən hər bir tələbə

 Ali riyaziyyat fənninin tədrisində “Ali cəbr”, ”Analitik həndəsə” bölmələri yer tutur. Hər bölmədə zəruri nəzəri biliklər, bu və ya digər fundamental riyazi anlayışların, təriflərin, teoremlərin mahiyyətlərinin açılmasına xidmət edən seçmə məsələ və misallar tələbələrin diqqətinə çatdırılır, tələbələrə öz nəzəri biliklərini daha da möhkəmlətmək məqsədi ilə, sərbəst həll etmək üçün yetəri sayda məsələlər və misallar təqdim edilir.Proqramı mənimsəyən tələbə ali riyaziyyatın yuxarıda göstərilən əsas bölmələri haqqında mükəmməl bilik əldə edəcək, misal və məsələlərin həlli metodlarını öyrənəcək, digər ixtisas fənlərində istifadə olunan riyazi aparatı başa düşəcək, gələcəkdə riyaziyyatın yuxarıda adı çəkilən bölmələrini dərindən öyrənmək ücün müəyyən baza biliyinə malik olacaqdır.

 

 

Fənnin əsas məqsədi:

Məqsəd ali riyaziyyatın və onun elmdə və  təhsildə tətbiqi  haqqında  tələbələrə ətraflı   məlumat verməkdir. Bu kursun keçirilməsi bu sahədə  tələbələrin sistemləşdirilməsinə və möhkəmləndirilməsinə xidmət edir. Riyazi elmlərin inkişafının hazırki mərhələsinə uyğun səciyyəvi xüsusiyyətlərinin əsaslarının öyrənilməsinin metodik sistemini müəyyənləşdirib təcrübəyə  tətbiq  etməklə, ali  riyaziyyat  kursunun  məzmunu  və  tədrisi  metodikasını təkminləşdirmək, şagirdlərin riyazi mədəniyyətinin yüksəldilməsinin zəruriliyinə diqqəti cəlb etməkdir.

 

 

 

 

 

 

 

 

 

 

 

         Mövzunun adı

 

      Ümumi

      Saatlar

 

               O cümlədən

Mühazirə

Seminar

Məşğələ

1

 

Çoxluq anlayışı, Çoxluqların birləşməsi, kəsişməsi, çoxluğun cüt-cüt kəsişməyən altçoxluqlara bölünməsi.

4

2

2

2

İki çoxluğun fərqi. İki çoxluğun dekart hasili. Kartej anlayışı.

4

2

2

3

Mülahizə anlayışı. Mülahizələrin konyuksiyasi, dizyunksiyası.

4

2

2

4

Mülahizələrin implikasiyası, ekvivalensiyası. Mülahizələrin inkarı.

 

4

2

2

5

Say sistemi və onun xüsusiyyətləri. Mövqeli və mövqeysiz say sistemləri.

4

2

2

6

 

Polyar koordinat sistemi.  Koordinat başlanğıcın paralel köçürülməsi.

 

4

2

2

7

 

Müstəvi üzərində iki nöqtə arasında məsafə. Parçanın yarıya bölünməsi.

 

4

2

2

8

 

Analtik məsələ həlli və metodu. Düz xəttin normal tənliyi.

4

2

2

9

 

Düz xəttin ümumi tənliyinin normal şəkilə gətirilməsi. Nöqtədən düz xəttə qədər məsafə.

 

4

2

2

10

 

Ellips və onun kanonik tənliyi. Çevrənin tənliyi.

 

4

2

2

11

 

Hiperbola və onun kanonik tənliyi. Parabola və onun kanonik tənliyi.

 

4

2

2

12

İkitərtibli və üçtərtibli determinant anlayışı. Determinantların xassələri.

4

2

2

13

 Xətti tənliklər sisteminin həlli üçün Kramer qaydası.

4

2

2

14

 

Skalyar və vektorial kəmiyyətlər

6

3

3

15

Təkrar

2

1

1

 

 

 

 

 

 

   Kollokvium mövzuları:

Kollokvium (1)

1.Çoxluq anlayışı. 2.Çoxluğun cüt-cüt kəsişməyən altçoxluqlarına bölünməsi.

3.Çoxluqlarin birləşməsi. 4.Çoxluqların kəsişməsi.

5. A={1;3;5;6;7;8} və B={2;3;5;6;8;9} çoxluqlarının kəsişməsini tapın.

6.A={1;3;5;6;7;8} və B={2;3;5;6;7;8;9} çoxluqlarının birləşməsini tapın.

7.Mülahizə anlayışı. 8.İki çoxluğun fərqi.

Kollokvium (2)

1.Say sistemi və onun xüsusiyyətləri. 2.Mövqeli və mövqesiz say sistemi

3.Mülahizələrin inkarı. 4.Polyar koordinat sistemi.

5.Mülahizələrin implikasiyası. 6.Parçanın yarıya bölünməsi.

7.Müstəvi üzərində iki nöqtə arasında məsafə .8.Düz xəttin normal tənliyi.

Kollokvium (3)

1.Nöqtədən düz xəttə qədər məsafə.2.Ellips və onun kanonik tənliyi.

3.Çevrənin tənliyi. 4.İkitərtibli və üçtərtibli determinant anlayışı.

5.Determinantların xassələri. 6.Xətti tənliklər sisteminin həlli üçün Kramer qaydası.

7. Parabola və onun kanonik tənliyi.  8. Hiperbola və onun kanonik tənliyi.

 

 

 

 

 

 


 

İmtahan sualları

1. Çoxluq anlayışı.

2. Çoxluqların birləşməsi.

3. Çoxluqların kəsişməsi.

4. Çoxluğun cüt-cüt kəsişməyən altçoxluqlara bölünməsi.

5. İki çoxluğun fərqi.

6. İki çoxluğun dekart hasili.

7. Kartej anlayışı.

8. Mülahizə anlayışı.

9. Mülahizələrin konyuksiyasi.

10. Mülahizələrin dizyunksiyası.

11. Mülahizələrin implikasiyası.

12. Mülahizələrin ekvivalensiyası.

13. Mülahizələrin inkarı.

14. Say sistemi və onun xüsusiyyətləri.

15. Mövqeli say sistemləri.

16. Mövqeysiz say sistemləri.

17. Polyar koordinat sistemi.

18. Koordinat başlanğıcın paralel köçürülməsi.

19. Müstəvi üzərində iki nöqtə arasında məsafə.

20. Parçanın yarıya bölünməsi.

21. Düz xəttin normal tənliyi.

22. Düz xəttin ümumi tənliyinin normal şəkilə gətirilməsi.

23. Nöqtədən düz xəttə qədər məsafə.

24. Ellips və onun kanonik tənliyi.

25. Çevrənin tənliyi.

26. Hiperbola və onun kanonik tənliyi.

27. Parabola və onun kanonik tənliyi.

28. İkitərtibli determinant anlayışı.

29. Üçtərtibli determinant anlayışı.

30. Determinantların xassələri.

31. Xətti tənliklər sisteminin həlli üçün Kramer qaydası.

32. Skalyar kəmiyyətlər.

33. Vektorial kəmiyyətlər.

34. Çoxluqların birləşməsi.

35. Çoxluqların kəsişməsi.

36. Çoxluq anlayışı.

37. İki çoxluğun fərqi.

38. İkitərtibli determinant anlayışı.

39. Mülahizə anlayışı.

40. Çevrənin tənliyi.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Sərbəst iş mövzuları:

1.     Çoxluq anlayışı. Çoxluqların birləşməsi və kəsişməsi.

2.      İki çoxluğun fərqi. İki çoxluğun dekart hasili.Kartej anlayışı.

3.     Mülahizə anlayışı. Mülahizələrin konyuksiyasi, dizyunksiyası.

4.     Mülahizələrin implikasiyası,ekvivalensiyası.

5.     Say sistemi və onun xüsusiyyətləri.Mövqeli və mövqeysiz say sistemləri.

6.     Polyar koordinat sistemi. Koordinat başlanğıcın paralel köçürülməsi.

7.     Müstəvi üzərində iki nöqtə arasında məsafə.Parçanın yarıya bölünməsi.

8.     Düz xəttin normal tənliyi.

9.     Düz xəttin ümumi tənliyinin normal şəkilə gətirilməsi.

10.                       Nöqtədən düz xəttə qədər məsafə.

11.                       İkitərtibli və üçtərtibli determinant anlayışı.

12.                       Xətti tənliklər sisteminin həlli üçün Kramer qaydası.

13.                       Skalyar  və vektorial kəmiyyətlər.

14.                        Hiperbola və onun kanonik tənliyi. Parabola və onun kanonik tənliyi

15.                       Ellips və onun kanonik tənliyi. Çevrənin tənliyi.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

                          Referat müstəqil iş hazırlamaq forması

 

1.Fənn üzrə semestr ərzində iki sərbəst iş tapşırığı verilir. Hər tapşırığın yerinə yetirilməsi beş balla qiymətləndirilir.

2.Referat mövzuları qabaqcadan veriləcəkdir.

3.Referat hazırlayarkən əsas tələb müstəqil fikirləşmək ,ənənəvi vərdişlərdən xilas olaraq sərast düşünmək və inteqrasiya etməkdir.

4.Referatların müdafiəsi tələb edilməyəcəkdir. Ancaq istisna hal kimi ,mübahisəli hallarda ,bu fənn müəllimi tərəfindən zəruri hesab edilə bilər.

 

 

                                       Cəzalandırma forması

 

1.Üzrsüz buraxılmış hər dərs üçün 1 bal çıxılır.

2.Dərsə gecikənlər dərsə buraxılmır.

шаблоны для dle 11.2