» » MELİORASİYA

MELİORASİYA - 22-may, 2020, 09:11

#

            MELİORATİV VƏ SUVARMA ƏKİNÇİLİYİ    (Müəllim: Hüseynov Əlisahib)    

                Mövzu 1.

       Giriş. Meliorativ və suvarma əkinçiliyinin məqsədi və vəzifələri.

    Mühazirəçi.K.t.e.n.Allahverdiyev Elxan Rəcəf oğlu.

      Plan.

1.Meliorativ və suvarma əkinçiliyi fənni haqqında ümumi məlumat 

2.Meliorativ tədbirlər sistemi 

3.Suvarmanın aqrotexniki qulluqla qarşılıqlı əlaqəsi

4.Meliorativ və suvarma əkinçiliyinin elmi əsalarının inkişafında alimlərin rolu 

    Ədəbiyyatlar.

   1.D.V.Yarmizin,S.D.Lısoqorov.Meliorativ zemledelie.Moskva 1972.

   2.H.Q.Aslanov.Torpaqların meliorasiyası.Bakı 2004.

    3.M.İ.Cəfərov,R.M.Quluyev.Torpaq fondu və ondan istifadə.Bakı 1997.

      Bəşəriyyətin gələcək taleyi üçün mühüm problemlərdən biri də insanların ərzaq və qida məhsulları ilə təmin olunma problemidir. Bu məsələ insanların əmələ gəldiyi gündən mövcud olmuşdur. Belə ki, dünyanın bir sıra ölkələrində ərzaq problemi gündən-günə kəskinləşir, milyonlarla insan aclıq çəkir. Buna səbəb ilk növbədə torpaqdan istifadə cəmiyətdəki ictimai-iqtisadi şəraitdən böyük nöqsanlar, insanın istehsal fəaliyyəti nəticəsində torpağın məhsuldarlığının kəskin aşağı düşməsi və digər antropogen mənşəli pozuntulardır. Torpağın korlanması, onun yararlı hissələrinin sıradan çıxması istər kənd təsərrüfatı sahəsində çalışan alimləri, istərsə də torpaqla məşğul olan hər bir insanı narahat edən problemlərdir.

Son illərdə ölkəmizdə münbit topraq örtüyünə malik olan kənd təsərrüfatı bitkiləri əkilən suvarılan sahələr genişləndiirlmişdir. Suvarılan torpaqlardan səmərəli istifadə etmək işində yol verilən nöqsanlar, suvarma normalarına əməl edilməməsi, suvarma şəbəkələrinə yarıtmaz xidmət, torpaq sahələrinin dövriyyədən çıxmasına və tə

  Hazırda  kənd  təsərüfatı sahəsində  qarşımızda  duran  əsas  vəzifə bütün  mədəni  bitkilərin məhsuldarlığını  artırmaq  və  əkin  sahələrini genişləndirməkdən  ibarətdir. Bu  xeyli vaxtdır  istifadə  olunan torpaqların  münbitliyinin  artırılması və  münbitliyi  az olan  torpaqların  əsaslı surətdə  yaxşılaşdırılması  yollarını öyrənməyi  tələb  edir.

   Münbit  torpaq  örtüyünə  malik  olan  ölkəmizdə  son  zamanlar  suvarma  şəbəkələri  xeyli  genişləndirilmiş   Mil,Muğan,Şirvan,Qarabağ  düzlərində  uzun  illərdən bəri  istifadəsiz qalmış  

və ya az istifadə olan  ərazilər həyata gətirilmiş , xeyli torpaq  sahələri kənd təsərrüfatı istehsalı dövriyyəsinə daxil edilmişdir.Bu işlərin yerinə yetirilməsində

meliorativ və suvarma əkinçilik elminin böyük rolu vardır.

    Ölkədə yararsız və səmərəli istifadə olunmayan torpaqlar—daşlıq,kolluq,şoran,şorakət,bataqlıq,susuz səhralar,mədən tullantıları altında qalan sahələr,neftə bulaşmış torpaqlar,az məhsuldar çəmənlər,otlaqlar və biçənək sahələri,səthə yaxın qrunt suları olan yerlər və s. olduqca çoxdur.Buna görədə hər bir təsərrüfatda meliorativ tədbirlər intensiv torpaq yaxşılaşdırıcı və təbiəti mühafizə əsasında aparılmalıdır.Torpaqların qorunması,onun məhsuldarlığının artırılması və keyfiyyəti korlanmış torpaqları məhsuldar hala salmaq kimi tədbirləri sürətlə həyata keçirmək günün aktual məsələsidirSənayenin,şəhər salmanın,xüsusən bizim ölkədə neft sənayesinin və tikinti materiallarının istehsalının, torpağın bioloji məhsuldarlığına təsiri o qədər böyükdür ki, əsrin ən böyük vacib məsələləri, yəni havanın, suyun, meşənin qorunması ilə yanaşı, yer qabığının qorunmasını da ən vacib məsələ kimi qarşıya qoyur.Şəhərlərin salınması, onun genişləndirilməsi, şəhər kommunikasiyaların tikilməsi, şəhərlər ətrafında iri və orta sənaye obyektlərinin tikilməsi torpaq ehtiyatlarının sürətlə sıradan çıxmasına səbəb olur.Sənaye obyektləri tutduqları sahədən əlavə öz zərərli tullantıları ilə tüstü, toz hissəcikləri və şlak vasitəsilə 15-20 km diametrdən çox məsafədə torpaq örtüyünü sıradan çıxarır, hətta o yerlər örüş üçün yararsız hala düşür.Ancaq yer səthində torpaq örtüyünün qorinması o demək deyildir ki, kəşfiyat işlərinin, xətti tikinti sisteminin, təbii sərvətlər və faydalı qazıntılar kəşfiyatı və istismarını dayandırmaq lazımdır.Bütün bunlar sənayenin işi üçün həqiqətən vacibdir.Məhsuldar torpaqları qorumaq üçün rekultivasiya üsullarından ətraf mühitə uyğun istifadə etmək lazımdır.Rekultivasiya-mühəndis texniki, meliorativ, aqrotexniki, aqronomik və başqa tədbirlərin kompleks köməyi ilə korlanmış torpaqların bioloji məhsuldarlığını bərpa etmək deməkdir.

    Kifayət qədər su çatışmayan yerlərdə kənd təsərrüfatı bitkilərindən yüksək keyfiyyətli və sabit məhsul götürmək üçün suvarma ən vacib ,təxirə salınmaz amillərdən biridir.

    Torpağın digər amillərlə yanaşı su ilə sıx surətdə qarışılıqlı əlaqədə olması, bitkilər tərəfindən işığın mənimsənilməsi prosesinin sürətlənməsinə nail olurki,bu da öz növbəsində yüksək məhsul götürülməsində mühüm rola malikdir.

    Suvarma,bitkilərin torpaqdakı mineral maddələrin və torpağa verilən gübrələrin qida elementlərinin tam mənimsənilməsi üçün çox əlverişli imkan yaratmaqla bərabər,kimyalaşdırmanın tətbiqinə geniş imkan yaradır.

    Beləliklə, suvarma əkinçiliyi şəraitində yalnız intensivləşdirilməsi,suvarılması,kimyalaşdırılması və kompleks mexanikləşdirilməsinin birgə yüksək səviyyədə tətbiqi sayəsində məhsuldarlığı maksimum inkişaf etdirmək olar.

    Bütün bunlar suvarılan torpaqlardan daha məhsuldar istifadə edərək kənd təsərrüfatı məhsuldarlığının istehsal prosesini artırıb,əkinçiliyin ən ali forması kimi qiymətləndirilməsinə imkan verir.

    Suvarma  bu və ya digər təbii iqlim zonaları şəraitindən asılı olaraq, aqrotexnika və aqromeliorativ tədbirlər kompleksinin bir hissəsini təşkil edib əkinçilik sisteminə daxil edilir.

    Suvarma torpaqda münbitlik yaratmaqla yanaşı, onun strukturasının daim yaxşılaşdırılmasında mühüm rola malik olub mikroklimat kimi bir sıra təbii faktorlara da çox müsbət təsir edir.Suvarılmayan torpaqlara nisbətən, suvarılan quraq torpaqlarda suvarmanın çox sahəli müsbət təsiri nəticəsində 2-4 dəfə və ayrı-ayrı müstəsna hallarda isə 5-10 dəfə məhsul götürməyə nail olmaq mümkündür.Məhz ona görə çox yarısı yalnız həmin suvarılan torpaqların hesabınadır.

    Son zamanlar suvarılan torpaqlarda müxtəlif k/t-ı bitkilərinin əkilib becərilməsinin çox miqdarı istehsalat təcrübələrinin elmi əsaslarla təhlili və nəzəri cəhətdən ümumiləşdirilməsi, suvarma əkinçiliyinin ayrıca bir elm kimi meydana gəlib inkişaf etməsinə şərait yaratdı.

    Ona görə də suvarma  əkinçiliyi sitemində ayrı-ayrı böyük zonaları üzrə xüsusi aqrotexniki üsulların tətbiqi sistemi işlənib hazırlandı.Bu elmin qarşısında duran ən mühüm məsələ, aqrotexnika fondunda, suvarma vasitəsilə ən yüksək məhsuldarlığa nail olmaqdan ibarətdir.Buna dair əkinçiliyin çox geniş və real imkanı vardır.Məsələn, dənlik qarğıdalı bitkisinin qida rejimi şəraitini yaxşılaşdırmaq şərtilə suvarma hesabına dən məhsuldarlığı iki və hətta ayrı-ayrı xüsusi qulluq edilən təsərrüfatlarda isə üç dəfəyə qədər artır.Digər tərəfdən müvafiq olaraq əldə edilən 1 sentner əlavə məhsula sərf edilən suyun miqdarı isə bir o qədər azalır.

     Təbiətdə su ehtiyatı məhdud olduğuna görə suvarma əkinçiliyinin qarşısında suvarma suyundan çox yüksək iqtisadi səmərəliklə və ehtiyatla istifadə etmək üçün aqrotexniki tədbirlər sistemi işləyib hazırlamaq kimi daha bir mühüm konkret məsələ meydana gəlir.

     Suvarma əkinçiliyi elminin qarşısında duran məsələni çox geniş nümayiş etdirmək üçün nəzərə almaq lazımdır ki, suvarma məqsədilə sahələrə gətirilən suyun effektliyi, məhsuldarlığın artırılması məsələsinin yalnız yarısını həll edə bilər, ikinci bir yarısını isə əkinçilik elminin gizli real ehtiyat yolları vasitəsidir.Yuxarıda qeyd etdiyimiz kimi əyani surətdə mineral gübrələrə suvarma suyunun təsiri effektliyini buna nümunə göstərmək olar.

    Suvarma əkinçiliyi elmini əsasən üç tədqiqat mənbəyinə ayırmaq olar:suvarma suyu və bitkinin qarşılıqlı əlaqəsi;aqrotexnikanın tətbiqi zamanı suvarma sayəsində yaranan qarşılıqlı şərait və qarşılıqlı təsir.    

    Məlumdur ki, suvarma suyu torpağı nəmləndirərək onunla qarşılıqlı əlaqəyə girib fiziki xassəsini dəyişdirir,mikrobioloji prosesləri,kimyəvi və digər çevrilmələri sürətləndirib,torpaq əmələ gətirən ən mühüm faktorlardan birinə çevrilir ki,bu da öz növbəsində torpağın müəyyən miqdarda effektiv və potensial məhsuldarlığında böyük rola malikdir.Su torpaq münbitliyinə ötəri yox bilavasitə təsir etdiyi üçün çalışmaq lazımdır ki,bitki qida maddəsi və su ilə tələbinə uyğun miqdarda təmin edilsin.Suvarma suyunun torpaq münbitliyində bilavasitə təsiri suvarma əkinçiliyi elmində çox mühüm və mürəkkəb bir tədqiqat sahəsi olduğu üçün bu mühüm işin yerinə yetirilməsində hər şeydən qabaq torpaqşünas,mikrobioloq,aqrokimyaçı,aqronom və digər mütəxəssislərin əməyi tələb edilir. Suvarma suyu, bitki ilə qarşılıqlı əlaqəyə girməyə başlayan kimi, onların suvarma rejimi, fizioloji vəziyyəti biokimyəvi prosesi dəyişilməyə başlayır.Suvarma suyu bitkinin boy, inkişaf proseslərinə və morfologiyasına nəzərə çapacaq dərəcədə təsir edir.

        Müxtəlif  bitkilər suvarma suyuna eyni miqdarda tələbkarlıq göstərməyib, onu müxtəlif miqdarda mənimsəyirlər. Çox böyük qiymətə malik olan xalq təsərrüfatı məhsulunu qoyub bitkilərin və növlərin xarici görünüşlərinə və tələbkarlığına seçilib suvarılması kimi vacib vəzifə durur.Bu vəzifə təbii-iqlim şəraitini nəzərə alaraq ölkəmizin aqrar-sənaye komitələrinin bütün təsərrüfatlarının ixtisaslaşdırılmasıdır.

       Torpaq-iqlim faktorları və həmçinin aqrotexnika ilə əlaqədar olaraq k/t bitkilərinin bioloji xüsusiyyətlərinə, onların növlərinə və hibridlərinə görə bitkinin suya tələbkarlığını xüsusilə suvarma rejiminin öyrənilməsi sualı, suvarma əkinçiliyinin necə bir tədqiqat mərkəzi kimi geniş dairə şəklini alaraq müvəffəqiyyətlə həll edilir.    

      Suvarma, aqrotexniki tədbirlərin yerinə yetirilməsini dəyişdirdiyi üçün hökmən onları suvarma ilə əlaqələndirmək lazımdır.Torpaqda müvafiq becərmə işləri yolu ilə sahə suvarmaya hazırlanır, suvarmadan müəyyən vaxt keçdikdən sonra torpağın üzərində əmələ gələn çatları(qaysaqları) yox etmək üçün sahədə üzləmə aparılır.Qeyd etmək lazımdır ki, suvarılan torpaqlarda tətbiq edilən aqrotexniki qulluq işlərindən xeyli fərqlənir.

      Suvarılan torpaqlarda mineral gübrələrin verilmə vaxtı və üsulu, şumun dərinliyi və üsulu, alaqlara qarşı mübarizə tədbirləri və digər bir çox aqrotexniki vasitələr yeni üsullarla yerinə yetirilir. Bütün bunlar qarşıya suvarma əkinçiliyi əsasında yerli şəraitdə ümumi aqrotexnikaya dair geniş həcmdə yeni-yeni tədqiqat işləri aparılıb, konket tədbirlər görülməsi kimi şərtlər qoyulur.

     Suvarma əkinçiliyi elmi, ümumi əkinçilik, aqrokimya, bitkiçilik kimi elmlərə sıx surətdə əlaqədar elm olmasına baxmayaraq onları təkrar etməyib, əksinə k/t-ı bitkilərinin aqrotexniki prinsiplərinin bir çox ixtiralarını və onların tətbiqini dərinləşdirib davam etdirməklə bərabər, suvarmada onların xüsusiyyətlərini öyrənib, müəyyən edir.

    Suvarma əkinçiliyi elmi bir fənn kimi k/t-ı mütəxəssisləri qarşısında suvarma suyundan çox effektliklə istifadə edərək, k/t-ı bitkilərinin məhsuldarlığının artırılması, hazır məhsulun keyfiyyətinin yaxşılaşdırılması və qoruyub saxlanması kimi çox vacib vəzifələr qoyur.Başqa elmlərdə olduğu kimi, suvarma əkinçiliyi  elmidə torpaq, bitki və iqlimlə qarşılıqlı əlaqədə olan yüksək məhsuldar qanuna uyğunluqları idarə edir. Aqrokimya elmində çöl təcrübələrinin tətbiqi zamanı ümumi prinsip kimi, xüsusi metodikadan istifadə edilir.

    Lakin, suvarma əkinçiliyində, çöl təcrübələrinin metodikası, suvarmanın texnikası və bir sıra başqa amillərin tətbiqi ilə əlaqədar, suvarmanın əmələ gətirdiyi bir sıra xüsusiyyətlərə malikdir. Suvarma əkinşiliyində vegetasiya təcrübələrindən də geniş istifadə edilir.O, buxarlanmanın hesabatının dəqiq alınmasında, suvarma rejimindən asılı olaraq bitkinin reaksiyasının təyin edilməsində, bitkinin rütubətlə və bir sıra başqa amillərlə əlaqədar inkişafının müəyyənləşdirilməsində və öyrədilməsində əvəz edilməzdir.

   Suvarma əkinçiliyində laboratoriya tətqiqat üsulları da ən mühüm yerlərdən birini kəsb edir(o, torpağın su xassəsinin və nəmlik dinamikasının öyrədilməsində, suvarmanın torpaqda mikrobioloji fəalliyyəti və qida rejiminin biokimyəvi proseslərin və bitkinin fizioloji vəziyyətinin müəyyən edilməsində mühüm rola malikdir). Laboratoriya üsulları suvarmanın hazır məhsulun keyfiyyətinə təsirini öyrənməyə və məhsulun keyfiyyətinin yaxşılaşdırılması yollarının axtarılmasında real imkan yaradır. 

     Hələ xx əsrin əvvəllərində P.İ.Braunov tərəfindən bitkinin su rejimini düzgün nizamlamaq üçün çox mühüm nəticələr əldə edilmişdir. O,bitki həyatının xüsusi dövrlərində yağmur və torpaq nəmliyinin çatışmaması səbəbindən məhsuldarlığın kəskin surətdə aşağı düşdüyünü müəyyən etmişdir.Həmin bu dövrlər kəskin dövr adlandırılmışdır.Həmin dövrlərin müəyyən edilməsi suvarılan növbəli əkin sistemində hər bitkini elmi cəhətdən əsaslandırmağa imkan verir.

    Görkəmli rus alim-fizioloqu K.A.Timiryazev öz əsərlərində bitki ilə torpaq arasındakı qarışılıqlı əlaqəni qeyd edərək.su və işıqla təmin olunma şərtlərini və bitkinin əmələ gəlməsində işığın mühüm rola malik olduğunu kəşf etdi.Onun tərəfindən bitkini quraqlığa,eləcə də onu su uğrunda mübarizəyə yönəltməklə əlaqədar çox geniş elmi-tədqiqat işləri aparılmışdır. 

  K.A.Timiryazevin  əsərlərindən bitkilərin su ilə təmin olunmasının effektiv yolla nizamlanmasının keyfiyyətli seleksiya toxum sortlarının yetişdirilməsində böyük rola malik olduğu qeyd edilir. K.A.Timiryazev Rusiyada çöl şəraitində təcrübə qoyuluşunun banisi vegetasiya və lizimetrik üsullarla təcrübə qoyuluşunun ilk təşkilatçısı olmuşdur.

    Akademik V.R.Vilyamsın suvarma əkinçiliyi nəzəiyyəsinin inkişafına və bitki həyatı amillərinin öyrənilməsinə dair çox qiymətli tədqiqatları və əhəmiyyətli nəticələri vardır. V.R.Vilyams öz əsərlərində k/t-ı bitkilərinin həyat şəraitinin fizioloji cəhətdən eyni əhmiyyətli və dəyişməz olduğunu göstərmişdir.O.qeyd etmişdir ki,bitkinin çatışmamazlıq hiss etmədən bütün faktorlardan yaxşı istifadə etməsi üçün ən mühüm amil suyun olmasıdır.Çalışmaq lazımdır ki,bitki faktorların heç birindən korluq çəkməsin.Bitki eyni zamanda mənimsənilən qida maddəsi ilə çox təmin olunarsa o.sərancamında olan çoxlu miqdarda suyu məhsuldar yolla istifadə etmək qabiliyyətinə malik olduğunuda göstərmişdir.

    D.N.Priyaişnikov öz tədqiqatları vasitəsilə verilən gübrələrin miqdarı ilə k/t-ı bitkiləri tərəfindən buxarlanma əmsalının göstəriciləri arasında əlaqə olduğunu mqəyyən edib,onun da hesabına torpağın qidalanma şəraitini nizamlamaqla buxarlanmanın idarə olunmasını təyin etdi.

    Suvarma əkinçiliyi şəraitində gübrə ilə suvarmanın nisbətinin tətbiqi,suvarılan torpaqlardan yüksək məhsul götürülməsində ən əlverişli şərtlərdən biri kimi özünə geniş yol tapmışdır.Təbiətdə bitki həyatında baş verən kəskin dövrlər P.İ.Braunov tərəfindən müəyyən edilmişdirsə,Rus alim-fizioloqu N.A.Maksimov öz tədqiqatları nəticəsində bitkinin ayrı-ayrı orqanları arasında qanunauyğunluqları müəyyən edərək suyun səthi axımının miqdarının məhdudlaşdırılmasını,suvarılan torpaqlarda ayrı-ayrı becərilən bitkilərdə həmin kritik dövrlərin hansı müddətlərdə və nə vaxt baş verə biləcəyini,hətta suvarma rejiminin düzgün müəyyənləşdirməyi aydınlaşdırmağı imkan verir.Toroğın su xassəsi,torpaqda nəmliyin dinamikası və forması rus fizioloqu F.A.Lebedev tərəfindən tədqiqatlar vasitəsilə çox geniş öyrənilmişdir.Suvarma əkinçiliyi ilə bilavasitə əlaqədar olan torpağın su xassəsinin öyrənilməsi V.V.dokuçayevin, A.A.İzmaylovçkinin, P.A.Kostiyevin, Q.N.Vsotskinin, P.S.Kossoviçin, və B.Q.Rostmistrovun əsərlərində geniş işıqlanmışdır. S.A.Delinakaytis tərəfindən Zavoljye şəhərində suvarma əkinçiliyinin aqrotexniki əsaslarının öyrənilməsi 10 ilə qədər davam etdirilmişdir. Onun tədqiqatının nəticələri “suvarma əkinçiliyi” əsərləri jurnalında çap edilmişdir. Suvarma əkinçiliyi necə bir fənn kimi ilk dəfə proqlamlaşdırılmışdır şəkildə hidro-meliorasiya fakutəsi tələbələri qarşısında mühazirə, S.K.Kondraşev tərəfindən oxunmuşdur.

   Beləliklə,  alimlərin çox miqdarlı tədqiqatlarının nəticələrinə əsasən suvarma əkinçiliyinin necə bir elm kimi bioloji və aqrotexniki əsası qoyuldu.

   Hazırda k/t-ı sahəsində çalışan alim və mütəxəssislərimiz suvarmaya dair öz elmi-tədqiqat işlərini daha müasir,daha təkmilləşmiş yeni üsullar axtarışına yönəldərək, suvarılan torpaqların yüksək effektliyini,əlverişli suvarma rejimini,suvarilan bitkinin aqrotexnikasını,suvarılan torpaqların şorlaşa bilməsini və çirklənməsini qabaqcadan xəbədarlıq edilməsi kimi mühüm məsələlər üzərində davam etdirirlər

    Arxeloji  qazıntılardan  və tarixi  mənbələrdən  göründüyü kimi  Azərbaycan  qəd   im  əkinçilik  mədəniyyəti ölkəsi  olub  münbit torpağı,  əlverişli iqlimi  əhalinin kənd  təssərrüfat  bitkilərindən yüksək  məhsul  götürmələrinə şərait  yaratmışdır.Ölkənin  ərazisi haqqında  ilk  yazılı məlumat  yunan  tarixçisi Starabonun  “Coğrafiya” kitabında  romalıların sərkərdə  Qney  Pompeyin e.ə. 66-65-ci  illərdə  Zaqafqaziya hərbi  səfərinə  əsaslanaraq verdiyi  məlumatdır. Məlumatda  göstərilir ki, Albaniyanın  ərazisi  olan Mil  və Muğan  düzləri haqqında  həmişə  yaşıl olan  bu  düzən Vavilion  və  Misirdə olduğundan  daha  çox suvarılır  və  burada ildə  2-3  məhsul əldə  etmək  olar. Arazın vadisi  olan  bu düzün  torpaqları  olduqca münbitdir.

      Respublikamızın  torpaqları  haqqında  ilk  elmi  araşdırmalar   1879-1870-ci  illərdə  L.Y.  Koralevskinin, V.V. Dokuçayevin, S.A. Zaxarovun  və  başqaları  tərəfindən  aparılmışdır. Ancaq  bu  tədqiqatlarla  müqayisədə  respublikamızda  istər  torpaqşünaslıq, aqromkimya  və  torpaqların  melorasiyası  sahəsində  Həsən  bəy  Məlikov  Zərdabinin  elmi  fikirləri  daha  erkən  olmuşdur.Məsələn  H. Zərdabi  1873-1877-ci  illərdə  rəhbərlik  etdiyi  “Əkinçilik” qəzetində, “Kaspi`` qəzetində və ya  1899-1903-ci  illərdə  “Torpaq su və hava əsərində  torpaqşünaslıq, Azərbaycan torpaqları  onun  münbitliyinin  artırılması  və  su  təminatı  haqqında  qiymətli  fikirlər  söyləmişdir.  

         Respublikamızda  torpaq  tədqiqat  işləri  bundan  sonra  genişlənmiş  və  müxtəlif  elmi  tədqiqat  institutları  yaradılmışdır. Bu  işlərlə  M.T. Əsgərbəyli, M.Y.Ağamirov, H.Ə.Əliyev, M.E.Salayev, Ə.Q.Zeynalov, B.M.Ağayev  və  digərləri  məşğul  olmuşdur. Belə  ki,  onlar  respublikanın  düzən,dağlıq  rayonlarda  böyük  sahələrdə  torpaqların  mənşəyini,  coğrafi  yayılmasını,münbitliyini, şorlaşma  səbəblərini, onların  yaxşılaşdırılması  ilə  əlaqədər  bir  çox  elmi  tədqiqat  işləri  aparmışdır.1901-1902-ci  illərdə  Muğanda  Sarıcalal, Aşağı Qolitsin,1908-ci  ildə  isə   Yuxarı Qolitsin  kanalları  salınmışdır. 

      1915-ci  ildə  Muğanda torpaqların  şorlaşmasını  öyrənmək və  onların  meliorasiyası məqsədilə  Cəfərxan  təcrübə stansiyasının  əsası  qoyulmuşdur.

   

 

 

 

                        Mövzu  2.

        Meliorativ torpaqların təkrar şorlaşması,şorakətləşməsi və onlara qarşı 

mübarizə tədbirləri.

      Mühazirəçi.K.t.e.n.Allahverdiyev Elxan Rəcəf oğlu

Plan.

1.Şorlaşmanın əmələ gəlmə səbəbləri.

2.Şorlaşmış torpaqların yaxşılaşdırılması yolları.

3.Torpaqlarda şorakətliyin əmələ gəlmə səbəbləri

4.Şorakət torpaqların meliorasiyası.

5.Təkrar şorlaşma.

6.Torpaqların meliorativ becərilməsi.

7.Meliorasiya olunmuş torpaqlarda münbitliyin artırılması yolları.

       Ədəbiyyatlar.

  1.H.Q.Aslanov. Torpaqların meliorasiyası.Bakı 2004.

  2.S.Cavadov.Suvarılan torpaqların şorlaşması ilə mübarizə.Bakı 1984

   3.Q.Əzizov,Ə.Quliyev.Azərbaycanın şorlaşmış torpaqları,onların meliorasiyası və münbitliyinin artırılması.Bakı 1999.

 

Hazırda aqrar islahatların aparıldığı bir şəraitdə alimlərin,melioratorların və eləcədə kənd zəhmətkeşlərinin qatşısında duran əsas məsələ suvarılan torpaqlarda əkinçiliyi dahada inkişaf etdirmək və meliorasiya olunmuş torpaqlarda kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının durmadan artırılmasını təmin edən yolların axtarılıb tapılmasıdır.Bunun üçün də əkin sahələrini genişləndirmək,torpaq münbitliyini qorumaq lazım gəlir.Əkin sahələrinin genişləndirilməsi əsasən şorlaşmış torpaqların və hazırda istifadə olunmayan dağlıq ərazilərdə kol-koslu,daşlı torpaqların təmizlənməsi hesabına ola bilər.

    Şoran torpaqlar ən çox arid (quraq) iqlim şəraitinə malik ərazilərdə geniş yayılmışdır.Məsələn dünyanın bir çox ölkələrində (Hindistan,İran,ABŞ-da,Türkiyədə,Yaponiyada,Kanadada,Mekskada,Çində,Fransada,Rusiyada,Qazaxstanda,Ukraynavə s.) şoranlaşmış torpaqlar geniş ərazidə yayılmışdır. 

  Respublikamızın ərazisində orta və şiddətli dərəcədə şorlaşmış torpaqlar 1,3milyon hektardan çoxdur.Məsələn sahəsi 2,2milyon hektar olan Kür-Araz ovalığı torpaqlarının təxminən 60%-i orta və şiddətli dərəcədə şorlaşmışdır.Bununla yanaşı respublikamızın Siyəzən-Sumqayıt,Ceyrançöl massivlərində,Naxçıvan ərazisində və digər bölgələrdə şorlaşmış torpaqlar geniş yayılmışdır.

    Torpaqların şorlaşmasında küləklərin müəyyən qədər rolu vardır.Şoran torpaqlar yayılmış ərazilərdə elə yerlər var ki orada torpaqların lap səthində duzların miqdarı həddən çox olur.Hətta bəzi yerlər qar yağmış sahələrə bənzəyir.Küləklər belə yerlərdən duzları sovuraraq,digər yerlərə çökdürür.Nəticədə məhsuldar olan bu torpaqlar tədricən şorlaşmaya məruz qalır.

   Tədqiqatlar sübut edir ki,torpaqların şorlaşması intensiv suvarma əkiçiliyi tətbiq olunan yerlərdə daha sürətlə baş verir.Kür-Araz ovalığının bir çox bölgələrində və eləcədə respublikamızın digər yerlərində suvarma əkinçiliyi tətbiq olumamışdan əvvəl qrunt sularının dərinliyi yer səthindən xeyli aşağıda(5-10m) olmuşdur.Kənd təsərrüfatı bitkilərinin suya olan tələbatını ödəmək üçün bu rayonların ərazisində suvarma şəbəkələri çəkilmiş torpaqlar suvarılmağa başlanmaşdır. Bir neçə il keçdikdən sonra bu geniş ərazi torpaqları şorlaşmaya məruz qalmışdır.Məsələn Şirvan kanalı çəkilməmişdən əvvəl Şirvan düzünün torpaqları yararlı,qrunt sularının dərinliyi isə yer səviyyəsindən xeuli aşağı idi.Kanal çəkildikdən sonra bölgədə intensiv suvarma işləri aparılmışdır.Bir neçə il keçdikdən sonra əvvəlcə kanaldan xeyli aralı düzənliyin kanala nisbətən aşağı hissələrindəki sahələr,sonra isə kanal və onun qollarına yaxın torpaqlar şorlaşaraq əkinə yararsız hala düşmüşdür.Burada şorlaşmanın əsas səbəbləri kanallardan çoxlu miqdarda suların sızması,əkin sahələrinə bitkilərin təlabatından artıq suların verilməsi idi.Hər iki səbəb nəticəsində torpağa sızan sular qrunt suları ilə qovuşmuş,onun səviyyəsini qaldıraraq yer səthinə yaxınlaşdırmışdır.Bunun da nəticəsində torpaqlar şorlaşaraq yararsız hala düşmüşdür.

   Şoran torpaqlar torpaq prohlinin üst qatında suda asan həlli olan duzlarla (Ca (HCO3)2, Mg(HCO3)2, NaHCO3, CaSO4,MgSO4,Na2SO4, MgCl2, Nall və s.) şirayətlənmiş torpaqlardır. Hansı ki, bu duzlar Ca(HCO3)2və CaSO4istisna olmaqla yerdə qalanları torpağın münbitliyini pisləşdirir və bitkilərin inkişafına pis təsir göstərir. Suvarılan torpaqların şorlaşmasının aradan qaldırılması ən vacib meşələrdən biridir. Suvarılan torpaqların biridir. Suvarılan torpaqların şorlaşması qrunt sularının axması üçün əlverişli təbii şərait olmayan və bu suların səviyyəsi yer səthinə yaxın olan çökən yerlərdə daha çox inkişaf edir. Respublikamızda Torpaqların şorlaşması əksər hallarda suvarma suyundan nizamsız istifadə edilməsi, Suvarma şəbəkəsi kanallarından suyun sızması, itməsi, suvarma sisteminin pis istismar edilməsi, aqrotexniki tədbirlərin düzgün aparılması və s. səbəblər nəticəsində baş verir.

   Suvarma zamanı torpaqların şorlaşmasının qarşısını almaq, şorlaşma səbəblərini aradan qaldırmaq məqsədilə aşağıdakı tədbirlərin görülməsi məqsədə uyğun hesab edilir. Torpaqdan buxarlanmanın və bununla əlaqədar olaraq duzlu suların torpaq kapilyarları ilə qalxmasının azadılması.

    Qrunt suları səviyyəsinin yüksəlməsinə yol verilməməsi və qrunt suyunun səviyyəsinin torpaqların

 şorlaşmasından ötrü qorxusuz dərinlikdə saxlanması. Suvarma sistemlərində qrunt suları səviyyəsini aşağı salmaq üçün suvarma normalarının,suvarma vaxtlarının düzgün müəyyən edilməməsi,suvarma texnikasının suvarılan bitkilərə,torpağa,suvarılan sahələrin relyefinə uyğun seçilməsi və yaxşılaşdırılması,suvarılan torpaqların yaxşı hamarlanması,becərmə aqrotexnikasının düzgüz tətbiq edilməsi,tarlalarda və kanallarda suyun fitirasiya yolu ilə itkisinə yol verilməməsi tələb olunur

    Artıq su israfına yol verməmək üçün imkan daxilində yerli şəraiti nəzərə almaq,yağışyağdırma və damcı üsulu ilə suvarmadan geniş istifadə edilməlidir.

    Torpaqların şorlaşmasının qarşısının alınması üçün ən başlıca amillərdən biri sahədən buxarlanma yolu ilə su itkisinə yol verməməkdir. Bunun üçün əkin sahələrinin həmişə bitki örtüyü altında istifadəsi zəruridir.Bu cəhətdən ottarlalı növbəli əkin sisteminin tətbiqi əhəmiyyətlidir.Kanallardan su itkisinin qarşısını almaq məqsədilə bütün iri kanallar su keçirməyən materiallarla üzlənməli, xırda kanallar isə dəmir beton novlarla əvəz olunması məsləhət bilinir.

    Bununla yanaşı şorlaşmış torpaqlardan duzları aşağıdakı bir sıra üsullarla kənar etməklə yaxşılaşdırmaq olar. Bioloji üsul, Mexaniki üsul,su ilə yama üsulu.

    Bioloji usülla torpaqdan duzları kənar etmək üçün sahələrdə duzu davamlı bitkilər əkməli.Nəticədə vegetasiya müddəti ərzində bitkilər gövdələrində xeyli miqdarda duzlar toplayır ki,buradamal qaraya yedizdirməklə və ya yığıb yandırmaqla sahələri tədricən zərərli duzlardan təmizləmək olar.

    Zərərli duzları torpaqdan kənar etmək üçün ən geniş tətbiq edilən üsul su ilə yumadır.Yuma nəticəsində su şorlaşması torpağın daxilinə sızaraq orada olan duzları həll edərək aşağı qatlara doğru hərəkət edir.Ümumiyyətlə torpaqları duzlardan yuyub təmizləmək üçün onun hansı dərəcədə şorlaşdığını bilmək lazımdır.

   Şorakət torpaqlar ölkəmizdə Kür-Araz ovalığı, Böyük və Kiçik Qafqazın dağətəyi və alçaq dağlıq sahələrdə yayılmışdır.Belə torpaqların xarakterik xüxsusiyyəti onların üst qatında bitkinin normal inkişafına mane olan sodanın və torpağın uducu kompleksində natrium kationunun olmasıdır.

   Udulmuş kompleksdə Na kationunun mövcud olduğu və aydın ceçilən üç təbəqədən ibarət olan torpağa şorakət torpaq deyilir.

  V.R.Volobuyev Azərbaycanın Kür-Araz ovalığında torpaqların şorakətlənməsi səbəblərini aşağıdakı kimi səciyyələndirir.

  1.Torpaq əmələ gəlməsi və aşınma proseslərinin təsiri ilə torpaq məhlullarının Na kationu ilə zənginləşməsi nəticəsində baş verən elivüal şorakətləşmə.

  2.Az şorlaşmış səth silarının torpağa təsiri nəticəsində yuyulma yolu ilə əmələ gələn şorakətləşmə.(suvarma nəticəsində)

  3.Qrunt sularının kapilyar təsiri ilə,şorlaşmaya qədər əmələ gəlmiş şorakətləşmə.

  4.Şorlaşmış torpaqların yuyulması nəticəsində şorlaşmadan sonra əmələ gələn şorakətləşmə.

   Aparılmış tədqiqatlar göstərirki suvarma sularında az miqdarda da olsa Na duzları olarsa bu halda tədricən torpağın uducu kompleksində olan Ca kationu Na kationu ilə əvəz etmiş olarıq.Bu zaman uducu kompleksdən çıxarılmış Ca kationu Cl,yaxud SO4 anionları ilə birləşərək torpağın alt qatlarına,yaxud qrunt suyuna yuyulub aparılır və bitki kökləri yayılan torpaq qatları tədricən şorakətləşməyə məruz qalır.

    Bunlarla yanaşı torpaqlar bioloji yollada şorakətləşməyə məruz qala bilər.Bitkilər şorakətləşmə prosesinə iki yolla təsir göstərə bilər.Bitkilər ilk növbədə bu prosesin gedişinə özlərinin həyat fəaliyyəti nəticəsində bilavasitə təsir göstərir,digər tərəfdən isə öz vegetasiya dövrünü qurtardıqdan sonra çürümə prosesinə məruz qalarkən torpaqda şorakətləşmə yaradır.

   Ümumiyyətlə şorakət torpaqlar hansı yolla əmələ gəlməsindən asılı olmayaraq bütün hallarda mənfi xüsusiyyətlərə malik olur,k/t-ı bitkilərinin inkişafına və məhsuldarlığına mənfi təsir göstərir,torpaqların münbitliyini aşağı salır.

     Şorakət torpaqların münbitliyinin xeyli aşağı olmasının səbəbi onun tərkibində sodanın üstünlüyü və torpğın uducu kompleksində Na kationunun çox miqdarda olmasıdır.Bunlar torpaqda qələvi reaksiya yaradaraq onun təkibindəki üzvü maddələrin üst qatlardan dərinə yuyulmasına səbəb olur.Nəticədə torpaqda aqronomik cəhətdən mənfi xassəli struktura yaranır.Sonra torpağın fiziki-kimyəvi xüsusiyyətləri pisləşərək su keçirmə qabiliyyəti kəskin surətdə azalır,suvarmadan sonra torpağın üzərində bərk qaysaq əmələ gəlir və torpağın münbitliyi aşağı düşür.Ona görədə şorakət topaqları yaxşılaşdırmaqda məqsəd orada olan sodanı neytrallaşdırmaq torpağı uducu kompleksindəki Na kationunu çıxararaq,Ca kationu ilə əvəz etmək lazımdır.

    Şorakət torpaqların yaxşılaşdırılması dərin şum aparmaqla,aqrotexniki,bioloji və kimyəviüsulla aparılır.Tədqiqatlar göstərirki şorakət torpaqların əsaslı surətdə yaxşılaşdırılmasında ən mühüm üsul həmin torpaqların gipslənməsi hesab edilir.Akademik K.K.Qeyrayts tərəfindən təklif edilən bu üsul şorakət torpaqların müxtəlif növlərini yaxşılaşdırmaq məqsədilə aparılmışdır.

   Şorakət torpaqları gipsləyərkən hər şeydən əvvəl gipsin təsiretmə qabiliyyətini artırmaq lazımdır.Gips yumşaq un halında şorakət torpaqların yaxşılaşmasına daha sürətlə təsir edir.Adətən gipsin tərkibində müəyyən miqdarda su olur.(CaSO4* 2H2O).Şorakət torpaqların gipslənməsi işi həm suvarılan,həmdə suvarılmayan torpaqlarda aparıla bilər.

    Azərbacanda iqlim şəraiti xeyli quraq olan aran rayonlarında şorakət torpaqları yaxşılaşdırmaq məqsədi ilə müəyyən olunmuş gipsin yarısını payız şumunda,yarısını isə səpin zamanı vermək məsləhətdir.

    Torpağa verilən gipsin miqdarı bu düsturla müəyyən edilir.

                    A- A1/ 100*B=M

   Burada-A meliorasiya başlanmamış mübadilə həcminə görə mübadilə olunan natriumun miqdarı,%-lə

    A1-meliorasiyadan sonra mübadilə həcminə görə mübadilə olunan natriumun miqdarı,%-lə

   B-100q torpağa görə mübadilə həcmi,mq/ekv

   M-100q torpağa görə gipsin miqdarı,mq/ekv

   Bəzi sodalı,qələvili torpaqlarda gipsin miqdarı sərbəst karbonatın,natriumun,bikarbonatın miqdarına müvafiq olmalıdır.

   Şorakət torpaqlar islandıqda sturukturasnı itirir,şişir,özündən suyu buraxmır.Quruduqda isə torpağın səthində qalan qaysaq qatı və dərin çatlar əmələ gəlir,k/t-ı alətləri ilə bəzən hətta becəriə bilmir.

    Torpaqlar k/t-ı bitkiləri altında istifadə olunanda onun münbitliyi ildən-ilə azalır.Odurki münbitliyi bərpa etmək və onu artırmaq üçün torpağa hər il kifayət qədər üzvi və mineral gübrələr verilməlidir.Tədqiqatlar nəticəsində müəyyələşdirilmişdir ki,əkin altında istifadə olunan torpaqların hər hektarına 12 ton üzvi gübrə verilərsə,onun münbitliyi aşağı düşmür.Onda münbitliyi artırmaq üçün əkin sahəsinə hektara 12 tondan çox miqdarda üzvi gübrə verilməlidir.(peyin,kompost və s.)Qeyd etmək lazımdır ki, üzvi gübrə ilə birgə mineral gübrələrdə verilməlidir.Bu qida maddələrinin bitkilər tərəfindən daha yaxşı mənimsənilməsini asanlaşdırır və məsuldarlığı artırır.

    Torpağın münbitliyinin artırılmasında növbəli əkin sisteminin tətbiq olunması çox vacibdir.Düzdür,sahəsi çox xırda olan təsərrüfatda (20-30ha-dan az)növbəli əkin tətbiq edilməsi demək olar ki,mümkün deyildir.Ancaq fərdi təsərrüfat sahibləri çalışmalıdır ki,öz təsərrüfatının ərazisi heç olmasa üç bitki altında istifadə etsinlər.Sonra növbə ilə onların yerini dəyişdirsinlər.

   Quraq bölgələrdə münbitliyin bərpası və artırılması suvarma tətbiq olunmadan mümkün olmaz.Ona görə də münbitliyin bərpası və artırılması üçün suvarma da mütəriqqi üsullar tətbiq olunması əkin sahələrinə bitkilərin tələbatına müvafiq su verilməlidir.

    Torpaqların münbitliyinin artırılması üçün əkin sahələri lazımi qaydada becərilməlidir (dərin şum, hamarlanma, müvafiq kultivasiya, alaq otları və zərərvericilərə qarşı mübarizə tətbirləri, gübrələrin vaxtında və lazımi dərinliyə verilməsi və s.).

   Məlumdur ki, hazırda kənd təsərrüfatı bitkiləri altında istifadə olunan suvarılan sahələrdə hər il eyni dərinlikdə (20-25 sm) şum aparılır.Bir müddət keçdikdən sonra şumaltı qat bərkiyir, kipləşir.Bu ikisəbəbdən irəli gəlir:

   1) suvarma suları torpağın daxilində hərəkətedən zaman xırda hissəcikləri özü ilə apararaq aşağı qatın məsamələrinə çökdürərək orada sıxlaşdırır.

   2.əkin altında istifadə olunan sahələrdə kənd təsərrüfatı maşınları bir ildə orta hesabla 20-30 gedişlər edir.Buda müəyyən vaxt keçdikdən sonra şumaltı qatın kipləşməsinə səbəb olur.

    Ümumiyyətlə torpağın şumaltı qatının kipləşməsinin mənfi cəhətləri çoxdur.Aparılmış təcrübələrin (Özbəkistanda,Çində və s.)göstərmişdir ki,əkin altında istifadə olunan suvarılan sahələrdə meydana gələn bu mənfi cəhətləri aradan qaldırmaq üçün torpaq qatı vaxtaşırı 100sm dərinliyində şumlanmalı və ya yumşaldılmalıdır.(heç olmasa beş ildən bir)Dərin şum olunmuş və ya yumşaldılmış torpaqlarda mütləq növbəli əkin tətbiq olunmalıdır.Əsas kənd təsərrüfatı bitkilərini belə torpaqlarda 3 il müddətində yonca əvəz etməlidir.Bundan sonra yonca əkilmiş sahələrdə qarğıdalı,soya,lobya və digər paxlalı bitkilərdə əkilə bilər.Yumşaldılmış əkin sahələrində yüksək məhsulun alınmasını təmin etmək üçün üzvi və mineral gübrələr şum və şumaltı qata ayrı-ayrılıqda verilməlidir.

    Yonca ilə birlikdə digər bitkilər ilə qarışıq əkin sistemi 3 il müddətində torpağın 60-100sm dərinliyində yüksək münbitliyə malik olan bircinsli qat əmələ gətirir.Bu da əkiləcək növbəti əsas kənd təsərrüfatı bitkilərinin normal inkişafı üçün zəmin yaratmaqla bərabər,alaq otları toxumlarının və bitkilərdə yolxucu xəstəlikləri törədən mikroorqanizmlərin məhv olmasına səbəb olur.

   Tədqiqatlar sübut edir ki,yuxarıda göstərilən tədbirlər həyata keçirilərsə,əkin altında istifadə olunan torpaqların münbitliyi nəinki azalar,əksinə ildən-ilə tədricən artar. 

 

            Mövzu 3.

      Meliorativ torpaqlarda izafi nəmliyin yaranma 

səbəbləri və mübarizə tədbirləri. 

 

           Mühazirəçi.K.t.e.n.Allahverdiyev Elxan Rəcəf oğlu

 

                             Plan. 

    1. Meliorativ torpaqlarda izafi nəmliyin yaranma səbəbləri.

     2.Artıq suyun kənar edilməsi yolları.

     3.Açıq və örtülü drenlərin qurutmada rolu.

     4.Qurudulmuş torpaqların mənimsənilməsi.

                              Ədəbiyyatlar.

     1.Ş.N.Bağırov.Suvarma meliorasiyası.Bakı 1985.

      2.H.Q.Aslanov.Torpaqların meliorasiyası.Bakı 2004.

      3.Y.Qəhramanlı.Mühəndis meliorasiyası.Bakı 2004.

      4. .Q.Əzizov,Ə.Quliyev.Azərbaycanın şorlaşmış torpaqları,onların meliorasiyası və münbitliyinin artırılması.Bakı 1999.

      5.S.D.Lısoqorov.Oraşaemoe zemledelie.Moskva 1971.

 

  Aparılan müşahidələr göstərmişdir ki,Azərbaycanın əksər bölgələrində xıx əsrin ortalarına kimi təbii landşaft kompleksləri özünün ilkin,atropogendən əvvəl ki formalarında mövcud olmuşdur.Xüsusilə dağ və düzən ərazilərdəki meşə örtüyü,yay və qış otlaqları və təbii- tarixi strukturlarını qoruyub saxlamışdır.Son 150-160 ildə əhalinin artımı,Urbanizasiya,sənaye və kənd təsərrüfatı tikililərinin,su təsərrüfatı qurğularının yaradılması,şosse və dəmir yollarının,boru kəmərlərinin çəkilişi və d.tədbirlərlə əlaqədar ölkənin təbii şəraitində əsaslı dəyişikliklər yaradılmışdır.Nəticədə,dağlıq və dağətəyi bölgələrdə eroziya proseslər baş vermiş,düzən ərazilərin torpaqlarında aridləşmə və səhralaşma təzahürləri artmış,şorlaşma,şorakətləşmə və bataqlaşma prosesi güclənmişdir.         Torpaqda nəmliyi qoruyub saxlamaq bir sıra məsələlərlə əlaqədardır. Torpaq nəmliyini normal saxlamaq suvarılan rayonlarda əsas etibarilə süni suvarma hesabına, dəmyə rayonlarında  isə yağmurların hesabına həyata keçirilir. Buna baxmayaraq hər iki rayonda yağmurları toplamaq yollarına fikir verilməlidir. Xüsusilə dəmyə bölgələrdə qarın sahədə saxlanmasına, qarın torpağa şumlanması, qarın kipləşdirilməsi, qar saxlayan şitlərin qurulması, qar şırımlarının və zolaqlarının çəkilməsi, meşə zolaqlarının salınması, qarın tez əriməsi üçün onun üzərinə kül və ya torpaq tökmək və digər belə məsələləri şəraitə uyğun həyata keçirtmək vacibdir. Torpağın həddən çox nəmlənməsi ilə mübarizə daimi və müvəqqəti ola  bilər.

         Çox bataqlı və daimi artıq nəmlənməyə meyli olan yerlərdə qurutma – meliorativ (drenaj) işləri aparılmalıdır. Relyefdən asılı olaraq meliorativ tədbirlərlə yanaşı profilaktik tədbirləri də görülməlidir. Şırımların mailliyə görə açılması, artıq suyu yığmaq üçün 2 m -dək dərinlikdə xüsusi quyuların və çalarların qazılması, tirədə səpin aparılması və s. belə tədbirlərdəndir. 

        Suvarma əkinçiliyində suçu əməyini azaltmaq, suvarmada əmək məhsuldarlığını artırmaq, sudan qənaətlə istifadə etmək, torpaq strukturunu qoruyub saxlamaq və artırmaq, həm də qida maddələrinin torpaqdan yuyulub səmərəsiz itməsinin qarşısını almaq üçün suvarmanın mütərəqqi üsullarından (süni yağış yağdırma, torpaqaltı suvarma və s.) istifadə etmək dövrün vacib məsələlərindəndir.

   Yer səthinin rütubətləifrat səviyyəyə qədər doymuş,torpaqda oksigen çatışmamazlığına və rütubət sevən bitkilərlə örtülmüş sahələrinə bataqlıq deyilir.                                                    

  İfrat rütubətli torpaqlarda ilkin fazada torf əmələgəlmə prosesi gedir.bitkilərin yarı qurumuş qalıqları üst-üstə toplanaraq sıxlaşır və xüsusi üzvi süxura,torfa çevrilir.Yer səthində torfun əmələ gəlməsi nəticəsində əvvəlcə bataqlıqlaşma prosesi gedir,sonra isə torf qatının artması ilə əlaqədar olaraq,sahə,bataqlığa çevrilir.

   Bataqlıq sahələrin əmələ gəlməsində torflu və digər ərazilərdə qrunt suyu səviyyəsinin qalxması da böyük rol oynayır.Təbii çəmənliklərlə əhatə olunmuş subasarlarda da bataqlıqlaşma əmələ gəlir.Respublikamızın ərazisində 70,5 min hektar bataqlıq torpaqlardan əlavə,166,6 min hektar bataqlaşma prosesi gedən çəmən torpaqlara da təsadüf edir.

    Bataqlıq ərazilərdə qrunt sularının rejimi, suvarılan sahələrdə olduğu kimi, su balansının mədaxil və məxaric elementlərinin dəyişkənliyindən asılı olaraq müəyyənləşdirir.Qrunt sularının səviyyəsinin mövsümlər üzrə dəyişkənliyini onların qida mənbələrindən asılıdır.Bataqlıq sahələrdə qrunt sularının rejimi iqlim, hidroloji, yeraltı axın və d. amillərlə bağlıdır.Su anbarları və kanalların təsir zonasındakı torpaqlarda qrunt sularının rejimi, yeraltı süni amillərin təsirindən daha da mürəkkəbləşir.

    İqlim rejimində qrunt sularının səviyyəsi atmosfer çöküntüləri və buxarlanmadan asılı olaraq mövsümü dəyişmələrə uğrayır.Qış-bahar fəsillərində qrunt sularının səviyyəsi yer səthinə yaxın, yay fəslində isə ən aşağı vəziyyətdə olur.Payızda səviyyə yenidən qalxmağa başlayır.Musson iqlim şəraitində, illik atmosfer çöküntülərinin əsas hissəsi iyul-avqust aylarında düşdüyü üçün qrunt sularının səviyyəsi yay-payız fəsillərində yüksək vəziyyətdə olur.Qış fəslində isə səviyyənin enməsi müşahidə edilir.Çayların və göllərin təsir zonasında yerləşən torpaqlarda qrunt sularının səviyyəsi, il ərzində yerüstü suların səviyyəsindən asılı olaraq sinxron şəkildə dəyişir.

   Bataqlıq torpaqların qrunt suları kimyəvi tərkibcə çox cüzi dəyişikliyə uğrayır. Bu isə onlarda bitki kökləri yerləşən qatda hava çatışmamazlığına,mikrobioloji proseslərin zəifləməsinə,istilik və qidalanma rejiminin pisləşməsinə gətirib çıxarır.Nəticədə kənd təsərrüfatı bitkilərinin məhsuldarlığı aşağı düşür.Tədqiqatlar göstərir ki,belə sahələrdə əkilən bitkinin məhsuldarlığı 0,8-1,2 t/ha olduğu halda,həmin torpaqlar süni yolla qurudulduqda və müəyyən aqrotexniki tədbirlər aparıldıqda məhsuldarlıq 3,5-4,0 t/ha-ya qədər artır.

    İfrat nəm torpaqların su rejimi əsasən qrunt sularının rejimindən asılıdır.Odur ki, bu torpaqlarda yüksək və sabit məhsuldarlığa nail olmaq məqsədilə qrunt suları üçün əlverişli rejim şəraiti yaratmaq lazımdır.

   Kənd təsərrüfatı bitkilərinin optimal inkişafını təmin edə bilən qrunt sularının yatım dərinliyi torpaqların qurudulma norması adlanır.

    Qeyd etmək lazıdır ki,qrunt sularının yatım dərinliyi torpaqların qurudulma normasına müvafiq olmazsa onda kənd təsərrüfatı bitkilərinin məhsuldarlığı xeyli azala bilər.Bataqlıq torpaqlarda qurudulma norması bilavasitə optimal su rejimi göstəricisi olub,sahənin iqlim şəraitindən,torpaqların tipindən və əkilən bitkilərin növündən asılıdır.

    Bataqlaşmış,izafi nəmliyi artıq olan torpaqları münbit hala salıb kənd təsərrüfatı bitkilərinin istifadəsinə vermək məqsədilə torpaq qatındakı su kənar edilərək su-hava rejimi nizamlanılır.

    İfrat rütubətli mineral torpaqlarda bitkinin inkişfı üçün zəruri olan qida maddələrinin miqdarı azalır,torpağın strukturu pozulur.Zəif rütubətli torpaqları aqrotexniki(dərin şum,şumaltı qatın yumşaldılması,turş torpaqlara əhəngin verilməsi və s.) tədbirlərlə münbit hala salmaq mümkün olduğu halda,ifrat rütubətli sahələrdə,belə tədbirlərlə yanaşı qurutma və mədəni-texniki meliorativ tədbirlərin də həyata keçirilməsi tələb olunur.Məsələn sahəni ağac köklərindən,kol-kosdan,daşlardan,digər tullantılardan təmizlənməsi hamarlama işləri və s

   Məlum olduğu kimi ərazinin ifrat rütubətlənməsi atmosfer çöküntüləri, təzyiqsiz və təzyiqli qrunt suları, çay subasarlarının maksimal axımlar keçərkən su altında qalmaları və qarışıq sular (göstərilən amillərdən bir neçəsinin) hesabına ola bilər.Ərazidə aparılacaq qurutma meliorasiya tədbirləri nəticəsində:

     -kənardan qurudulan əraziyə daxil olan suların qarşısı alınmalı;

     -torpaq qatından artıq sular kənar edilməlidir.

   Bəzi hallarda, qurudulmuş ərazidə əkiləcək bitkilərin normal inkişafını təmin etmək üçün onların suvarılması zərurəti meydana çıxır 

   Qurutma işində torpaq qatındakı ifrat rütubət 5 üsulla kənar edilir.

  1.Səth sularının kənar edilməsini sürətləndirməklə.

  2. Şum qatından suyun kənar olunmasını sürətləndirməklə.

  3. Şum qatından altdakı qatdan suyun kənar olunmasını sürətləndirməklə.

  4. Qurudulan əraziyə kənardan daxil olan axımın qarşısını almaqla.

  5.Torpaq-qrunt sularının təzyiqinin azaldılması hesabına.

    Ərazinin təbii amillərindən,qurutmanın məqsədindən,ifrat rütubətlənmənin səbəbi və mənbəindən aslı olraq aşağıdakı qurutma növləri mövcuddur.

  - aqromeliorativ tədbirlər fonunda,borulu drenli

  - aqromeliorativ tədbirlər və krot dren fonunda,qapalı süzgəcli,sutplayanlı

  -aqromeliorativ tədbirlər fonunda,adda-budda saxsı borulu drenli.

-aqromeliorativ tədbirlər fonunda,adda-budda seyrək dərin kanallı

 -birləşmiş

  Tarla bitkiləri və otlaqların qurudulmasında birinci üç növdən,biçənəklərin qurudulmasında isə açıq kanallı qurutma sistemlərinin tətbiqi məqsədəuyğun sayılır.

    Sahələri bataqlaşmadan qurutmaq və artıq suları kənar etmək üçün süni su aparan qurğular tikilir.Belə qurğulara drenaj deyilir.Drenajlar şaquli və üfiqi olur.Üfiqi drenajlar açıq və qapalı konusturuksiyada tikilir.

   Qurutma sistemlərinin layihələrində drenaj sistemləri planda bölünərkən aşağıdakı şərtlərə əməl edilməlidir.

    1.Drenlər,qrunt və səth sularını qəbul etmələri üçün lazımi mailliyə və dərinliyə malik olmalıdır.

   2.Açıq kanallar arasında qalan qurudulan sahə mümkün qədər böyük olmalıdır.Sahənin eni 400-500m, uzunluğu 1500m-dən artıq olmaqla 40-75ha təşkil edir.

     Drenlərin dərinliyi elə olmalıdır ki, onlar qrunt suyu səviyyəsini qurutma norması səviyyəsinə endirməklə yanaşı,sahədə işləyəcək kənd təsərrüfatı maşınlarından zədələnməsin.

       Düzənlik tipli torflu bataqlıq torpaqlar  kənd təsərrüfatı istifadəsi üçün xüsusən yararlıdır. Bu torpaqlar yüksək məhsuldarlıq potensialına malik olmaqla tərəvəz, mexaniki yem və başqa bitkilər əkinindən yaxşı məhsul verməyə qadirdir. Belə torpaqların becərilməsində əsas birinci becərmə təbii bitki örtüyünü məhv edib, torpağın üst qatını yumşaltmaqdır. Bunun üçün güclü kotanlardan,  frezlərdən, ağır diskili maladan və başqa alətlərdən istifadə olunur.

         Yeni mənimsənilən torflu torpaqlar çox güclü eyni cinsli qata malikdir.  Burada ön kotancıqlı adi kotanla şum yaxşı keyfiyyət vermir, ona görə ki, şumun alt və üst hissəsi yaxşı ovxalanmır.

         Vintli kotan istənilən kimi torpağı çevirə bilir. 

        Qrunt suları yüksəkdə olan torpaqlarda çevirməyən alətlərlə dərin yumşaltma aparmaq lazımdır ki, bu da torpağın hava keçiriciliyini və bitki qalıqlarının yaxşı çürüməsinə səbəb olur. Xüsusi kotanlarla bu torpaqları şumladıqda çox yaxşı nəticə əldə edilir. Belə şum, kol və seyrək meşə altından çıxmış torpaqlarda aparılır.

          Torflu bataqlı torpaqları xüsusi kotanlarla əkdikdə yaxşı nəticələr alınır. Hal-hazırda kol-bataqlıq torpaqlarının əkinində aşağıda göstərilən markalı kotanlardan geniş istifadə olunur. PKB -2-54 markalı kolluq bataqlıq kotanı xam bataqlıq, minerallaşmış bataqların, meşə kötüklərinin alçaq boylu kolluqlarla örtülü yerlərin əkilməsi üçündür. 

          Basdırılmış oduncaq  qalıqlarına təsadüf olunan və qalın çim qatı olan torpaqları ağır diskili malalarla becərirlər. Şimal rayonlarında torflu bataq bitkilər üçün becərməinin ən yaxşı vaxtı yay,  cənub rayonlar üçün payızın əvvəlidir.

           Gec əkin çimin parçalanması üçün şəraitlər yaratmır və k/t-ı bitkilərinin məhsulunu azaldır. Əkindən 2-3 həftə sonra ağır malalarla  diskiləmə aparırlar. Yaxşı parçalanmış  torfluğu yazda diskiləmək olar. İkinci, bəzən üçüncü ildə əsas becərmə üçün bataqlıq frezi və yaxud ağır diskili malalardan istifadə olunur, kotan vasitəsilə parçalanmamış çimləri, təbii bitkilərin cücərə bilən toxumları və                                                     

 gözükləri  səthə çıxarıla bilər. Oduncaq  qalıqları olmayan kötükləri çıxarılmış bataqlıq torpaqlarının freyzerlə, sonradan isə ön kotancıqlı kotanla, becərmək məsləhət görülür.       

          Mənimsənilən torfluqların bioloji fəallığının gücləndirilməsi və onlarda mikroelementlərin miqdarını artırmaq üçün peyin, mineral və bakterial gübrələr tətbiq etmək lazımdır.  Çaybasar torpaqların kifayət qədər çürüntülü qatı olan növlərini ön kotancıqlı kotanlarla becərmək olar. Nazik qatlı torpaqları əvvəlcə diskiləyirlər, sonra sacsız dərin yumşaltma aparırlar. Rütubəti çox olan çaybasar torpaqlarda torpaq dərinləşdiricilərin köməyilə əkin altı qatı dərinləşdirmək olar. Səpin qabağı becərilən diskiləmədən malalamadan və vərdənələmədən  ibarətdir. Torflu bataqlı torpaqları mənimsəyərək payızlıq buğda, arpa, kartof, qarğıdalı, çox illik otlar və bir sıra digər bitkilərdən istifadə oluna bilər. 

           Müasir texnika və düzgün aqrotexnika nəticəsində yaxşı qurudulmuş torfluqlarda mənimsəmənin ilk ilində hər hektardan 20-25 sen-dən, 200-300 sen, kartof, şəkər çuğunduru, 200-500 sen, qarğıdalı və kələm almaq olur.

 

 

                                Mövzu 4.

       Meliorativ əkinçilikdə mədəni-texniki işlərin aparılması.

   Plan.

   1.Meliorativ əkinçilikdə mədəni-texniki tədbirər.

   2.Mədəni-texniki meliorasiya obyektləri.

   3.Meliorasya olunmuş sahələrin mənimsənilməsi.

   4. Yeni mənimsənilən   torpaqların becərilməsi

            Ədəbiyyatlar.

1.C.Hacıyev.M.Hüseynov.Əkinçilik.Bakı 2008     

     2.H.Q.Aslanov.Torpaqların meliorasiyası.Bakı 2004.

     3.Y.Qəhramanlı.Mühəndis meliorasiyası.Bakı 2004.

     4.Q.Əzizov,Ə.Quliyev.Azərbaycanın şorlaşmış torpaqları,

       onların meliorasiyası və münbitliyinin artırılması.Bakı 1999.

     5.S.D.Lısoqorov.Oraşaemoe zemledelie.Moskva 1971.

  Hər bir təsərrüfatçı torpağı becərərkən ilk anda onun münbitliyi haqqında düşünməlidir.Ancaq çox vaxt münbitliyin nə demək olduğunu düzgün dərk etmədən torpağın becərilməsində buraxılan səhvlər onun su-fiziki xassələrinin pozulmasına,şorlaşmasına,şorakətləşməsinə,eroziya uğramasına,bataqlaşmasına və digər texnogen çirklənməsinə səbəb olur.

   Münbit torpaq örtüyünə malik olan respublikamızda son illərdə suvarma şəbəkələri genişləndirilmiş,Mil,Muğan,Şirvan,Qarabağ düzlərində uzun illərdən bəri istifadəsiz qalmış ərazilər həyata gətirilmiş və bunun nəticəsində xeyli torpaq sahələri kənd təsərrüfatı istehsalı dövriyyəsinə daxil edilmişdir.Hazırda kənd təsərrüfatı bitkilərinin suvarma rejimi və texnologiyasının rayonlaşdırılması,torpağı münbitliyinin və məhsuldarlığının artırılması qarşıda duran mühüm məsələlərdən biridir.Kür-Araz düzənliyində,Xəzər sahili Qubq,Xaçmaz bölgələrində,Naxçıvan MR-da və eləcədə digər ərazilədə kollrktor-dreaj şəbəkəsinin layihələndirilməsi və duzlu torpaqların yuyulmasına dair məsələlər meliorasiya olunmuş torpaqların kənd təsərrüfatı bitkiləri altında mənimsənilməsi diqqət məkəzindədir.

    Şoran,şorakət torpaqların yararlı hala salınması məqsədilə ərazidə aparılan hidrotexniki,kimyəvi meliorasiya tədbirləri suvarma meliorasiyası ilə əlaqədar olan işlər və s.torpaq qatının təbii xüsusiyyətlərini dəyişikliklərə uğradaraq onun rejiminə ciddi təsir göstərir.Bu dəyişikliklərin öyrənilib zaman və məkan baxımından proqnozlaşdırılması müasir dövrdə aşağıdakı səbəblərdən mühüm əhəmiyyət kəsb edir.

    Əkinçiliyin intensivləşdirilməsində torpaqdan bol məhsul götürməyə zəmanət verən, meliorativ işlərin həcminin artırılması tələb olunur.

    Kənd təsərrüfatında istifadə edilən torpaq sahələrinin artırılması, meliorativ tədbirlərin coğrafiyasının genişləndirilməsi ilə bağlıdır.

    Elmi-texniki tərəqqi, kənd təsərrüfatında meliorativ tədbirlərin tədbiqinin miqyası genişləndirilməsini tələb edir.

    Azərbaycan Respublikasının ərazisinin 77,6 %-i kənd təsərrüfatı ilə əlaqədar olan müəssisələrin istifadəsindədir.H.Ə.Əliyevin məlumatlarına görə ümumi     33,3 % bilavasitə kənd təsərrüfatı istifadəsindədir.Çoxillik ağac və kol bitkiləri ölkənin ərazisinin 61%-ni, dincə qoyulmuş sahələr 6%-ni, biçənəklər 2,7%-ni, qış və yay otlaqları 53%-ni təşkil edir.

    Respublikanın kənd təsərrüfatı istifadəsində olan torpaq fondunun  510,2 min min ha eroziya baxımdan təhlükəli sahələr, 1361,1 min ha müxtəlif dərəcəli şoran və şorakət torpaqları, 733,2 min ha daşlı-çınqıllı sahələr, 70,5 min ha bataqlıq sahələr tutur.Ölkənin kənd təsərrüfatına yararlı torpaq fondunun səmərəli istifadəsi, yaxşılaşdırılması və mühafizəsi hazırda qarşıda duran mühüm problemlərdəndir.Respublikada əhalinin artımı adambaşına düşən torpaq sahəsinin dinamikliyi getdikcə bu problemin gerçəkləşdirilməsini tələb edir.

    Buna görədə dəmyə sahələrlə müqayişədə 3-5 qat artıq və sabit məhsul verən suvarılan torpaq fondunun genişləndirilməsi, şoran və şorakət torpaqların münbit hala salınması məqsədilə aparılan meliorativ tədbirlərin rolu xüsusi qeyd edilməlidir.

    H.Q.Aslanovun məlumatlarına görə 1980-1985-ci illər ərzində 74 min ha torpaq sahəsi kənd təsərrüfatı dövriyyəsinə verilmiş 313 min ha sahədə meliorativ cəhətdən yaxşılaşdırılmışdır.375 min hektar sahədə əsaslı yuma işləri aparılmış, 713 min sahədə su təminatı yaxşılaşdırılmış, 460 min ha otlaq səhələrinə su çıxarılmışdır.Aparılmış meliorativ tədbirlər nəticəsində kollektor drenij şəbəkəsinin uzunluğu 18 min km-ə, suvarma şəbəkəsindəki kanalların uzunluğu 50 min km-ə çatdırılmışdır.Gələcəkdə respublikanın suvarılan torpaq fondunun onun dağlıq əraziləri hesabına genişləndirmək mümkündür.Belə ərazilərdə torpaq münbitliyini artırmaq üçün mədəni-texniki meliorativ tədbirlərin aparılmış vacib məsələlərdəndir.

    Ədabiyyatlardan göründüyü kimi dünyada son 100 ildə 20 mln km2 yararlı torpaq sahəsi korlanmışdır ki, buda əkin üçün yararlı torpaq sahəsinin 27 %-ni təşkil edir. D.Vaninin  məlumatlarına görə son 70 ildə dünyanın əkin sahəsinin 15%-i öz ilk keyfiyyətini itirmiş və yararsız hala düşmüşdür.Bunları aradan qaldırmaq üçün mədəni-texniki meliorativ tədbirlər aparılmalıdır.Bunun üçün kol-kos basmış ərazilər təmizlənməsli, kənd təsərrüfatı bitkiləri əkilməsi üçün yararlı hala salınmalıdır.

    Respublikamızın ərazisinin 60%-ni dağ və dağətəyi sahələr təşkil edir ki, onunda xeyli hissəsi müxtəlif dərəcəli eroziyaya məruz qalmışdır.Burada yerləşən əkin sahələrində, otlaq və biçənəklərdə aqrotexniki və meliorativ tədbirlərin düzgün həyata keçirilməməsi, torpaqların eroziyasına səbəb olur.Bunları yararlı hala salmaq üçün həmin ərazilərdə rekulvasiya işləri aparılmalıdır.

    Qumsal torpaqları və qumluqları bərkitmək üçün qoruyucu meşə zolaqları salmaq lazımdır.Belə zolaqlar küləklərin gücünü azaldır, zolaqdakı ağaclar kökləri vasitəsilə qumluqları bərkidərək eroziyanın, qumların hərəkətinin qarşısını alır.Nəticədə torpaqlar yararlı olurki belə sahələrdə mənimsənilərək kənd təsərrüfatı bitkiləri əkilir. 

    H.Ə.Əliyev göstərir ki, Azərbaycan ərazisində 70,5 min ha bataqlıq torpaqlardan əlavə 166,6 min ha bataqlıqlaşma prosesi gedən çəmən torpaqlarda təsadüf edilir.Belə torpaqlarda da qurutma meliorasiyası tətbiq etməklə, mədəni-texniki meliorasiya tətbirləri apararaq əkin üçün hazırlamaq lazım gəlir.

    Torpaqların rekultivasiyası texniki və bioloji məhələlərlə aparılır.Rekultivasiyanın texniki mərhələsinin başlıca məqsədi ərazinin düzəldilməsi, planlaşdırılması, onun yararlı hala salınması, üst çirkləndirilmiş torpaq qatının dəyişdirilməsi və digər tədbirlərdir.Texniki mərhələ müxtəlif mərhələlərlə torpağı normal hala salmaqdan ibarətdir.

    Rekultivasiyanın bioloji mərhələsində səhədə bitkilər yetişdirilir, ərazidə aqrotexniki, filomeliorativ tədbirlər kompleksi həyata keçirilir.Rekultivasiya edilmiş qrunt yığını təbii münbitliyə malik olsada, tərkibindəki qida maddələri, fiziki-mexaniki və s. xassələri bitkilərin tələbatını ödəmir.Ona görədə belə ilk növbədə mühitə az tələbkar bitkilər əkilməlidir.Bu bitkilərin təsiri nəticəsində torpaqdakı münbitlik artıqdan sonraburaya daha məhsuldar kənd təsərrüfatı bitkiləri əkmək olar.

    Rekultivasiya işlərinin səmərəliliyi qruntun mexaniki xassələrindən, tərkibindəki taksiki maddələrin olmasından, su saxlama qabiliyyitindən və digər amillərdən asılıdır.Rekultivasiya təbirlərinə ümumi ekoloji mövqedən yanaşmaq lazımdır.Çünki bu təbbirlər yalnız fiziki və kimyəvi deyil həm də bioloji proseslərin fəal iştirakı ilə baş verir.              

Yeni istifadə olunan torpaqlar, torpaq -iqlim şəraitindən və təbii bitki örtüyündən asılı olaraq fərqli xüsusiyyətlərə malikdir. Bu cür torpaqlar əsasən qida maddələri ilə zəngin olsalarda, həmin maddələr bitkilər tərəfindən çətin mənimsənilir.

Yeni istifadə olunan torpaqlar;-bataqlaşmış, torflu və çaybasar, meşə və kolluqlar altından çıxmış sahələr ola bilər. Yeni mənimsənilən torpaqların becərilməsinin qarşısında duran əsas məsələ, təbii bitki örtüyünün məhv edilməsindən və üzvi qalıqların minerallaşması üçün əlverişli şarait yaradılmasını təmin etməkdən ibarətdir.

Torflu-bataqlıq və çaybasar torpaqlar qida maddələri ilə yüksək dərəcədə təmin olunduqlarına görə, həmin torpaqlarda becərilən bitkilər yüksək məhsul verir.

Torflu-bataqlıq torpaqlar bir tipli və güclü əkin qatına malikdir. Bu torpaqların alt və üst qatları eyni çim qatına malik olduğuna görə, şum zamanı ön kotancıqlı kotanlardan istifadə olunması məsləhət görülmür. Torpağın tam çevrilməsini təmin etmək üçün vint formalı laydırı olan kotanlardan istifadə olunur.

Qrunt sularının səviyyəsi yüksək olan sahələrdə torpağa havanın daxil olmasını və bitki qalıqlarının asan minerallaşmasını təmin etmək üçün laydırsız kotanla dərin yumşaltma aparılmalıdır.

Torflu-bataqlıq torpaqların becərilmsinə erkən yazda başlamaq lazımdır. Bu zaman torpağın mədəni hala salınması üçün becərmələr aparmağa və mikrobioloji proseslərin normal getməsinə kifayət qədər vaxt qalır.

Torpağın xüsusiyyətlərinə və quruluşuna, torflu qatın qalınlığına, su rejiminin xarakterinə və s. uyğun olaraq torflu bataqlıq torpaqlar müxtəlif alətlərlə becərilir.

Torflu qatı qalın olan torpaqların həm alt və həm də üst qatlarının rabitəlilik xüsusiyyəti eyni dərəcədə yüksək olduğuna görə, ön kotancıqlı mədəni kotanla kifayət qədər çevrilmir. Ona görə də, bu torpaqlar əsasən vint formalı laydırı olan kotanlarla becərilir. Şumlama zamanı torflu torpaqlar həddindən artıq yumşaldığına görə, sıxlaşdırma aparmaq üçün vərdənələmə tətbiq edilir.

Kol bitkiləri ilə örtülü olan qurudulmuş bataqlıqlar xüsusi kolluq-bataqlıq (PKB-2-54) kotanları ilə şumlanır. Həmin torpaqlarda diskli kotanlardan və diskli malalardan istifadə oluna bilər. Bundan başqa əkin qatını tam qarışdırmaq lazım olduqda torpağı daha dərin becərən güclü frezerlər tətbiq edilir. Yeni istifadə edilən torflu bataqlıq torpaqlarda mikrobioloji prosesləri fəallaşdırmaq üçün torpağa mikroelementlər, üzvi, mineral gübrələr və peyin vermək lazımdır.

Çaybasar torpaqlar qalın humus qatına malik olduqda ön kotancığı olan kotanla becərilir. Nəmlənmənin yüksək olduğu sahələrdə isə şumlama torpaqdərinləşdirmə ilə birlikdə aparılmalıdır. Əkin qatının qalınlığı az olan çaybasar torpaqlar əvvəlcə disklənir və sonra dərin laydırsız yumşaltma aparılır.

Torflu -bataqlıq və çaybasar torpaqlar yeni istifadə edildikdə həmin sahələrdə əsasən payızlıq taxıllar, kartof, çuğundur, qarğıdalı, çoxillik otlar və s. əkilir.

Meşə və kolluqlar altında olan torpaqların əkin qatının qalınlığı nisbətən az, alt qat isə podzollaşmış olur. Ona görə də, bu cür torpaqların becərilmə üsulları, meşə örtüyünün qalınlığından və çürüntülü qatın xüsusiyyətlərindən asılı olaraq müəyyən edilir.

Meşə örtüyü qalın olan torpaqlar dərin şumlanır. Bu zaman torpağa çevrilən bitki və ağac qalıqları yaxşı çürüntü materialı hesab edilir. Meşə örtüyü və çim qatı zəif olan torpaqlar əvvəlcə disklənir, sonra laydırsız alətlərlə dərin yumşaldılır.

Meşə torpaqları əkin dövriyyəsinə cəlb olunduqda, əvvəlcə təsərrüfat məqsədilə yararlı ola bilən iri ağaçlar kəsilib götürülür, kiçik və yararsız olanlar isə yandırılaraq gübrə kimi istifadə olunur.

Meşə və kolluqlar altından çıxmış torpaqlar becərilən zaman traktorun ön tərəfinə hündürlüyü 1,5-2 m, diametri isə 6-7 sm olan ağacları kəsə bilən alət qoşulur. Bu zaman ağac pöhrələrinin və kolların torpaq səthi səviyyəsindən kəsilməsi təmin olunur və PKB - 2 - 54 markalı kolluq - bataqlıq kotanları vasitəsilə torpağa basdırılır. Sonralar torpağa basdırılan ağac və kolların tam çürüməsi başa çatana qədər becərmələr ancaq diskli alətlərlə aparılır.

Çürüntülü qatın qalınlığından asılı olaraq meşə altından çıxmış torpaqlar müxtəlif dərinlikdə becərilir. Humus qatı qalın olan torpaqlar şumlandıqda əkinaltı qatdan 2 -3 sm torpaq layı dövriyyəyə qatıla bilər.

Meşə döşənəkləri və humus qatı zəif olan torpaqlar qranulometrik tərkibindən asılı olaraq müxtəlif üsullarla becərilir. Ağac və bitki qalıqları əvvəlcədən diskli alətlərlə xırda doğranır və yüngül torpaqlara malik olan sahələr laydırlı kotanlarla dərin şumlanır. Ağır qranulometrik tərkibli torpaqlar isə dərin yumşaltma ilə bərabər üzləyici alətlərlə dayaz becərilir, sonrakı illərdə tədricən becərmənin dərinliyi artırılır .

Meşə altından çıxmış torpaqları bitki qalıqlarından təmizləmək və turşuluğu ləğv etmək üçün herbisidlərdən və əhəngləmədən istifadə olunur.

Az məhsuldar olan torpaqlar çimli və çürüntülü qatın qalınlığından və qranulometrik tərkibindən asılı olaraq müxtəlif üsullarla becərilir.

Yüngül qranulometrik tərkibə və zəif podzol qata malik olan torpaqlar çim layından dərin becərilir. Ağır gilli və gillicəli, az məhsuldar torpaqlar güclü podzol qata malik olduqda isə, becərmələr humus qatı qalınlığında aparılmalıdır. Həmin qatın qalınlığından asılı olaraq, bu torpaqlar ön kotancıqlı kotanlarla becərilir və əkin qatının qalınlaşdırılması məqsədilə kotan torpaqdərinləşdirici ilə təchiz olunur.

Humus qatı zəif olan və qida maddələri ilə az tə'min olunmuş qorpaqlar əvvəlcə diskli alətlərlə becərilir. Sonrakı illərdə laydırsız kotanlardan istifadə etməklə becərmə dərinliyi tədricən artırılır.

 

 

 

 

 

 

 

Mövzu 5.

                                 Meliorativ sistemlərin istismarı.   

   Plan.

  1.Suvarma sistemləri haqqında ümumi məlumat.

   2. Suvarma sistemlərinin elementləri.

   3.Qapalı suvarma sistemləri.

   4.Açıq suvarma sistemləri.

   5. Suvarma sistemlərinin istismarı.

   6.Kollektor-drenaj şəbəkəsinin istismarı.

         Ədəbiyyatlar.

1.İ.A.Talıbzadə.XIXəsr və XX əsrin əvvəllərində Azərbaycanda suvarma və sudan istifadə.Bakı 1980.

2.H.Q.Aslanov.Torpaqların meliorasiyası.Bakı 2004.

     3.Y.Qəhramanlı.Mühəndis meliorasiyası.Bakı 2004.

     4.Q.Əzizov,Ə.Quliyev.Azərbaycanın şorlaşmış torpaqları,onların         meliorasiyası və münbitliyinin artırılması.Bakı 1999.

      5.S.D.Lısoqorov.Oraşaemoe zemledelie.Moskva 1971.

      Suvarma sistemi suvarılan ərazi,su mənbəyi,suqəbuledici qurğu,su nəqledici kanallar və üzərindəki hidrotexniki qurğular,yollar,istehsalat binaları və rabitə sistemi kompleksindən ibarətdir.Belə sistemlərin layihələndirilməsində məqsəd kənd təsərrüfatı bitkilərinin suvarılmasında keyfiyyətcə yararlı,kəmiyyətcə təlabatı ödəyəcək suyu mənbədən qəbul edib suvarılan əraziyə nəql etdirməklə torpaqda süni nəmlik yaratmaqdır.

   Suvarma şəbəkəsi nəqledici və tənzimləyici kanallar kimi əsas iki qrupa bölünür.Hər iki qrup kanallar birlikdə suvarma kanalları sistemi adlanır.Nəqledici kanallar özləridə magistral və paylayıcı kanallara ayrılır.Magistiral kanal bilavasitə suvarma suyunu su mənbəyindən qəbul edən və suvarma sisteminə nəql edən baş kanal hesab olunur.Magistiral kanal öz lahiyyə xətti boyunca su götürülməyən nəqledici və su götüülən işlək hissələrə bölünür.Respublikamızda suvarma sistemlərinə xidmət edən magistiral kanallardan Yuxarı Qarabağ,Yuxarı Şirvan,Samur-Abşeron və digər kanalları göstərmək olar.

    Paylayıcı kanallar özləridə iki yerə,təsərrüfatlar arası və təsərrüfatdaxili kanallara bölünür.Bir neçə təsərrüfata xidmət edən suvarma sisteminə təsərrüfatarası suvarma sistemi deyilir. Təsərrüfatdaxili suvarma sistemi isə bir təsərrüfata xidmət edir.

   Tənzimləyici suvarma sisteminin məqsədi suvarma suyunu bilavasitə suvarılacaq sahəyə verməkdən ibarətdir.

    Suvarma şəbəkələri açıq, qapalı və birgə şəbəkəli şəklində tikilə bilər.Seçiləcək konustruksiya suvarılacaq ərazinin relyef və torpaq-iqlim şəraitindən,suvarma texnikasının tipindən,su ehtiyyatlarından və digər amillərdən asılı olaraq texniki-iqtisadi cəhətdən əsaslandırılmalıdır.Qeyd etmək lazımdır ki,qapalı suvarma sistemləri müxtəlif konustruksiyalı borulardan tikilməklə açıq suvarma sistemlərini əvəz edir.

  Respublikamızın ərazisində öz axımı və yağış yağdırma üsulu ilə suvarmada qapalı suvarma sistemlərindən hazırdada istifadə edilir.Belə şəbəkənin açıq kanallara nisbətən müəyyən üstünlükləri vardır.

    Təsərrüfatdaxili açıq suvarma sistemləri aşağıdakı elementlərdən ibarətdir.

  1.Su mənbəyi-çay,su anbarı,göl,yeraltı sular,çirkab suları,sel suları və s.ola bilər.

   2.Baş qurğu-su mənbəyindən suvarma suyunu magistiral kanala ötürür.Baş qurğu yerin relyefindən asılı olaraq sipərli,bəndli,nasos stansiyalı və digər konstruksiyalı ola bilər.

  3.Magistiral kanal və ya ana kanal-baş qurğudan suyu qəbul edib paylayıcı kanallara nəql etdirir.

  4.Paylayıcı kanallar-təsərrüfat,sahə paylayıcı kanallardan ibarətdir.

   5.Tənzimləyici suvarma şəbəkəsi-öz axımı ilə suvarmada müvəqqəti açıq suvarma şəbəkəsindən,elastik və sərt suvarma borularından ibarət olur.

  6.Sutoplayan şəbəkə-suvarma sahələrində əmələ gələn artıq suları kənar etmək üçün nəzərdə tutulur.Bura şoran torpaqların meliorasiya olunmasıüçün yaradılan kollektor-drenaj şəbəkəsidə daxildir.Bunlarda öz növbəsində təsərrüfat və sahə su toplayanlarına bölünür.

   7.Yol şəbəkəsi-tarlalarla yaşayış məntəqəsi arasında əlaqə yaratmaq və suvarma sisteminə xidmət etmək məqsədilə yaradılır.

   8.Meşə zolağı-suvarılan torpaqları,əraziləri küləkdən qorumaq,açıq kanallardan olan buxarlanmanın itgisini azaltmaq üçün nəzərdə tutulur.Meşə zolaqlaı daimi kanallar,sutoplayanlar və yol şəbəkəsi boyunca salınır.

  9.Suvarma kanalları,sutoplayanlar və yol şəbəkəsi üzərində olan hidrotexniki qurğular,kanalların su sərfini,sürətini nizamlamaq üçün qurğular,körpülər və s.

   Təsərrüfatdaxili suvarma sistemlərinin layihələndirilməsində daimi kanallar əkiləcək sahələrin sərhədindən keçdiyindən onların planda yerləşdirilməsi,ərazinin təşkili ilə eyni vaxtda aparılmalıdır.

    Qapalı suvarma sistemlərində suyun suvarılacaq əraziyə nəql olunması və orada paylanması yeraltı və yerüstü basqılı boru kəmərlərinin vasitəsilə həyata keçirilir.

    Su mənbəyinin növündən ondakı su səviyyəsinin suvarılan əraziyə görə tutduğu mövqedən,yer səthinin mailliyindən və digər amillərdən aslı olaraq qapalı suvarma sistemləri mexaniki üsulla su ilə təminedilən və özübasqılı şəbəkələr şəklində tikilir.

    Mexaniki üsulla suyun borulardakı hərəkəti və lazımi basqı nasos stansiyasının köməyi ilə əldə edilir.Bu məqsədlə stasionar,səyyar və üzən nasos stansiyalarından istifadə olunur.

    Özübasqılı suvarma sistemlərində təzyiq ter səthinin mailliyi hesabına yaradılır.Şəbəkələrdəki borularda suyun hərəkəti və lazımi basqının yaradılması üçün onların hidravliki mailliyi yer səthinin mailliyindən az olmalıdır.

    Suvarma sistemində suyun faydasız olaraq itməsi,istifadə olunan suyun həcminin və suvarmadan ötrü nəzərdə tutulan sahələrin azalmasına,suvarma kanallarının en kəsik ölçülərinin artıq götürülməsinə səbəb olur.Buna görədə suvarma sistemində su itkisi ilə mübarizə edilməsi və beləliklədə suvarma sisteminin faydalı iş əmsalının yüksəldilməsi əsas məsələ hesab edilir.

    Suvarma sisteminin düzgün qurulmaması,növbəli əkin tarlalarının kiçik tarlalarda yerləşdirilməsi və suvarma sisteminin düzgün istismar edilməməsi nəticəsində hesablanan suyun müəyyən hissəsi faydasız olaraq itir.Bu əsasən tarlalardan və kanallardan sızmaya, buxarlanmaya,sudan düzgün istifadə edilmədikdə onun suvarılan sahələrdən kənara axması ilə baş verir.

   Tarlaların suvarılmasında faydalı istifadə edilən suyun suvarma mənbəyindən götürülən Q miqdarına olan nisbətinə suvarma sisteminin faydalı iş əmsalı deyilir.

                         W=Qf/Q

    Kanallarda suyun filtirasiyasını,su itkisini azaltmaq üçün aşağıdakı tədbirlərin görülməsi məqsədəuyğun hesab edılir.Bununla yanaşı bu tədbirlərin aparılması torpaqların şorlaşmasnın,şorakətləşməsinin,bataqlaşmasının qarşısının alınmasnda böyük rol oynayır.

   1.Yaxşı olarki kanalların dib və yamacları beton üzlüklərlə örtülsün.

    2. Kanalların dib və yamaclarını gil qatı ilə bərkitmək.

    3. Kanalların dib və yamaclarının duzlaşdırılması.Su itkisini azaltmaq məqsədilə kanalı su ilə dolduraraq onu axmaz vəziyyətdə saxlamaqla suya NaCl əlavə edilir.Kanalın 1m2 səthinə 0,3kq NaCl sərf edilirki bu da 10mm qalınlığında torpaq qatını duzlaşdırır.Bu da torpağın su keçirməməsini,su sızdırmasını azaldır.

    4. Kanalların dib və yamaclarını polietilen materiallarla üzləməklə  faydalı iş əmsalını artırmaq.

    Kollektor-drenaj şəbəkəsi dren,sutoplayan,kollektor və onlarla əlaqədar hidrotexniki qurğular kompleksindən ibarətdir.Tarixi mənbələrdə belə qurğulardan çox qədim zamanlarda istifadə edildiyi göstərilir.Məsələn,Orta Asiyada Buxara düzənliyinin Zəggəş məntəqəsindəTeymurləngin hakimiyyəti tikilmiş ”Əmir Teymur” kollektoru indiyədək qalmaqdadır.

    Şorlu torpaqlar yuyulan ərazilərdə üfüqi, şaquli və birləşmiş drenli kollektor-drenaj şəbəkələrindən istifadə edilir.

    Drenlərin növü ərazinin geoloji, hidrogeoloji, torpaq, oroqrafiq və təsərrüfat şəraitindən asılı olaraq texniki-iqtisadi hesablamalarla müəyyən edilir.Təcrübə, təzyiqli qrunt suları olan sahələrdə şaquli və ya birləşmiş drenli şəbəkələrin tikilməsinin səmərəliliyini təsdiq edir.

      Məqsədinə.qrunt sularının qidalanma mənbəinə və meliorasiya olunan əraziyə nisbətən tutduğu mövqeyinə görə drenlər sistemli,adda-budda və xətti olurlar.

     Sistemli drenlər-sahədə ara məsafələri bərabər olaraq tikilir.Suvarılan şorlaşmış ərazilərdə bu növ drenaj şəbəkəsindən geniş istifadə olunur.

      Adda-budda drenli- drenaj şəbəkəsi ərazidə yalnız meliorativ cəhətdən əlverişli olmayan sahələr üçün layihələndirilir.Belə drenlər tək və ya bir neçə dren şəklində sahənin relyefcə alçaq hissələrində yerləşdirilir.

    Xətti drenlər-meliorasiya olunan ərazinin daxilində və ya onun kənarları ilə layihələndirilir.Belə drenləri tətbiq etməkdə məqsəd.əraziyə kənardan yeraltı axımla daxil olan suları tutmaq və onların hesabına qrunt sularının qidalanmasına imkan verməməkdən ibarətdir. Drenlər, istismar müddətlərinə görə daimi və müvəqqəti drenlərə bölünürlər.Daimi drenlər suvarma sisteminin istismar müddətində torpaq qatının aerasiya zonasında normal su-duz rejimini bərpa etməlidirlər.Müvəqqəti drenlər isə cari yuma dövründə fəaliyyət göstərirlər.

    Sukeçirməyən laya görə üfüqi və şaquli drenlər tam və natamam ola bilər.Drenin dibi sukeçirməyən lay üzərində yerləşdikdə tam, sukeçirməyən laydan müəyyən qədər yuxarıda yerləşdikdə isə natamam dren adlandırılır.Üfuqi natamam drenə, çox vaxt asılı dren də deyilir.

    Drenlərin uzunluğu yerin relyefindən, drenin diametrindən, mailiyindən asılı olaraq 1200 m-ə çatdırıla bilər.Drendə mailik, dren borusunun diametrindən asılı olaraq – 0,002, 0,015 və 0,001 qəbul olunur.

    İstismar dövründə normal iş rejimini təmin etmək üçün, dren üzərində mənsəb qurğusu, baxış və yuma quyuları tikilir.Mənsəb qurğusu drenin sutoplayıcı ilə birləşən yerində tikilir və onun yatağının yuyulmasının qarşısını alır.Baxış quyuları drenin vəziyyətinə nəzarət etmək, onları lildən təmizləmək üçün dren xətti boyunca 200 m-dən bir, döngələrdəvə mailin dəyişdiyi yerlərdə düzəldilir.Bu qayalar dəmir-beton məmulatından hazırlanaraq, yer səthində 50 sm hündürlükdə çıxıntısı olur. 

    Tədqiqatlar göstərir ki, araməsafəsindən asılı olaraq drenin mənsəbə yaxın 50-150m hissəsi süzgəcsiz tikilərsə bu onun normal işinə xələl gətirmir,çünki drenlərin mənsəb hissəsinə perpendikulyar çəkilmiş suyığıcılar dren kimi işləyirlər.Buna görədə örtülü drenin 50-150 metrlik mənsəb hissəsi qrunt suyunun depressiya xəttindən yuxarlda qalaraq onu qəbul etmir.

      Suvarılan torpaqlarda dərin(3,0-3,5m)örtülü drenlərdən başqa,az dərinliyə (1,5-2,0m) malik örtülü drenlərdə tətbiq edilir.Belə drenlər əsaslı yuma mövsümündən sonrada torpağın duzsuzlaşdırılması prosesində iştirak edir və drenarası məsafəni artırmağa imkan verir.

    Respublikamızda belə drenaj sistemi Ucar rayonu ərazisində 28 hektar sahədə tikilmiş təcrübə sahəsində tətbiq edilmişdir.Alınmış nəticələrdən aydın olur ki,belə drenlərin tətbiqi,yuma dövründə drenləşdirilmiş sahədən olan drenaj axımını 2-3 dəfə artırır.Bir neçə il müddətinə yuyulacaq sahə bir yuma dövründə duzlardan təmizlənir.Şirvan,Qarabağ və Cənubi Muğan düzlərinin ağır mexaniki tərkibə malik zəif sukeçirən şorlaşmış torpaqlarının kənd təsərrüfatı istifadəsinə verilməsi üçündə belə drenaj sistemlərinin tətbiqi məqsədəuyğundur.Drenaj sistemlərində az dərinlikli drenlər xəndəksiz üsulla elastiki borulardan tikildikdə daha səmərəli olur.

   Dren quyularından həm şorlaşmış torpaqların meliorasiyası.həmdə suvarma üçün istifadə etmək mümkün olduğundan bir çox ölkələrdə (Hindistan,Əlcazair,Misir və başqa) şaquli dren quyuları şəbəkəsi geniş inkişaf etmişdir.

   Yumanın və suvarmanın şaquli drenin işlədiyi dövrdə təsirini öyrənmək üçün ərazidəki daimi müşahidə nöqtələrindən ildə bir dəfədən az olmayaraq torpaq və qrunt qatından nümunələr götürülməlidir.Nöqtələr meliorasiya olunan sahənin xarakterik hissələrində seçilib yerləşdirilməlidir ki torpaq-qrunt qatında duzların azalmasının sürəti həçinin layın duzdan təmizlənmə dərinliyi haqda məlumat alına bilsin.

    Drenlərin səmərəliliyini qiymətləndirmək üçün hər 3-5 ildən bir torpaq nümunələri götürülüb sahələrin şorluq xəritələri tərtib edilməlidir.Bu işlər torpaqların keyfiyyətinin dəyişməsi haqqında məlumatlar əldə etməyə və əlavə meliorativ tədbirlərin həyata krçiilməsinə imkan verir.

 

                     

 

 

 

 

                                         Mövzu 6.

                    Meliorativ əkinçiliyin kompleks mexanikləşdirilməsi.

                           Meliorativ maşınlar.

 Plan.

 1. Kompleks mexanikləşdirmə.

 2.Meliorativ maşınlar.

   Kənd təsərrüfatı istehsalının alət və vasitələrlə tamamılə yenidən təchiz edilməsi müasir texnikadan səmərəli istifadə olunması dövlətimizin iütisadi siyasətində başlıca xətdir.İstehsal prosesinin kompleks mexanikləşdirilmə-sinin geniş tətbiqi əsasında kənd təsərrüfatında əmək məhsuldarlığının xeyli artırılması tələbləri konkret bölgə şəraiti üçün kənd təsərrüfatı istehsa-lının mexanikləşdirilməsi işindəki yeni üsulların iqtisadi cəhətdən əsaslandırılması üzrə tədqiqatlar aparılması zərurətini ön plana çəkir.

    Kənd təsərrüfatında daha çox enerji gücünə malik olan yüksək məhsuldar maşınlar verilməsi ildən-ilə artır.Buda yuxarıda göstərdiyimiz kimi texnikadan istifadənin yeni üsullarının iqtisadi baxımdan qiymətləndirilməsi,səmərələliliyin yüksəldilməsi,canlı əmək sərfinin aşağı salınması,mexanikləşdirilmiş işlərə məsariflərin azaldılması sahəsində araşdırmalar aparılması zərurətini əsaslandırır.

     Tədqiqatlar göstərir ki, kənd təsərrüfatı istehsalının kompleks mexanik-

ləşdirilməsinə nail olmaq üçün aşağıdakı tədbirlər həyata keçirilməlidir.              

 , kənd təsərrüfatı istehsalının qabaqcıl texnologiyası əsasında onun bütün sahələrinin kompleks şəkildə mexanikləşdirilməsi məqsədilə maşınlar sistemi yaradılıb işdə tətbiq edilməsə

    Gengötürümlü indikilərə nisbətən artıq sürətli və yüksək enerjili traktorlar,maşınlar buraxılması

      Maşınların,traktorların universallaşdırılması və unifikasiya edilməsi (vahid şəklə salınması) eyni zamanda bir neçə əməliyyatı yerinə yetirən kombinə edimiş maşın tipləri yaradılması

    Mexanikləşdirilmiş kənd təsərrüfatı işlərinin avtomatlaşdırılması.

   Cərgəarası şumlanan bitkilərin becərilməsində işlədilən maşınlar sisteminə yüksək energetika gücünə malik,eroziyaya davamlı traktorlar,kombinə edilmiş torpaqbecərən aqreqatlar,yüksək məhsuldarlığa malik meliorativ maşınların yaradılması daxildir.

   Kənd təsərrüfatı bitkilərinin suvarılmasına çox qədimdən başlansada suvarmanın mexanikləşdirilməsi məsələsi ilə 1926-cı ildən məşğul olmağa başlamışlar.Yağışyağdırma üsulu ilə suvarma işləri ilk dəfə Sankt-Peterburq Elmi-Tədqiqat Meliorasiya İnstitutu tərəfindən Gəncədəki kənd təsərrüfatı təcrübə stansiyasında aparılmışdır.Bundan sonra respublikanın ayrı-ayrı bölgələrində suvarmanın mexanikləşdirilməsi işi geniş vüsət almışdır.

    Yağışyağdırma üsulu ilə suvarma yerüstü suvarma üsulu ilə müqayisədə daha mütərəqqi və prespektivlidir.Hazırda inkişaf etmiş ölkələrin çoxunda,o cümlədən Fransada suvarılan sahənin 85%-i,İsraildə 50%-i ,ABŞ-da 30% bu üsulla suvarılır.Ölkəmizdə isə bu üsul ümumi suvarılan ərazinin ancaq 4%-də tətbiq edilir.

     Respublikamızın dağlıq-dağətəyi ərazilərində kol-kos basmış sahələrin təmizlənməsində,onların rekultivasiyasında meliorativ maşınların böyük rolu vardır.     

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

                                     Mövzu 7.

Meliorasiya edilmiş torpaqların mənimsənilməsi                              

Plan.

    1.Torflu bataqlıq  və  subasar torpaqların becərilməsi

   2. Kol və meşə altından çıxmış  torpaqların becərilməsi

   3. Azməhsuldar  quru dərələrin mənimsənilərək becərilməsi

   4. Çöl və meşə çöl zonalarında əkilməmiş torpaqların   becərilməsi

                       Ədəbiyyatlar.

1.C.Ə.Hacıyev,M.M.Hüseyinov,İ.İ.Nəsirov.Torpaqbecərmə texnologiyası.Gəncə 2001.

2. C.Ə.Hacıyev,M.M.Hüseyinov.Əkinçilik.Bakı 2008.

3.A.N.Kaştanov.Poçvovodooxrannoe zemledelie.Moskva 1984.

4.A.İ.Barayev.Poçvozaşitnoe zemledelie.Moskva 1975

Meliorasiya edilmiş torpaqları əsaslı surətdə yaxşılaşdırmaq üçün ilk növbədə onun meliorativ vəziyyəti araşdırılmalıdır.Bu da bitki altında istifadə olunan ayrı-ayrı torpaq sahələrində.vegetasiya müddəti ərzində,su-duz balansının öyrənilməsi ilə mümkündür.Suvarılan və qurudulan torpaqlarda,bitkinin normal inkişafını bəpa edəcək qida,su və istilik rejim yaradan rütubət olmalıdır.Rütubət rejimi pozulduqda ərazidə bataqlaşma,təkrar şorlaşma prosesi gedəcəkdir.

 Əsas əlamətlərinə görə torpaqlar aşağıdakı qruplara ayrılır:

 1. Bataqlaşmış, torflu və subasar torpaqlar

 2. Meşə-kol bitkiləri altından çıxmış torpaqlar

 3. Quraq dərə – az məhsuldar torpaqlar 

     Düzənlik tipli torflu bataqlıq torpaqlar  kənd təsərrüfatı istifadəsi üçün xüsusən yararlıdır. Bu torpaqlar yüksək məhsuldarlıq potensialına malik olmaqla tərəvəz, mexaniki yem və başqa bitkilər əkinindən yaxşı məhsul verməyə qabildir. Belə torpaqların becərilməsində əsas birinci becərmə təbii bitki örtüyünü məhv edib, torpağın üst qatını yumşaltmaqdır. Bütün üçün güclü kotanlardan,  frezlər ağır diskili maladan və başqa alətlərdən istifadə olunur.

         Yeni mənimsənilən torflu torpaqlar çox güclü eyni cinsli qata malikdir.  Burada ön kotancılıq adi kotanla şuma yaxşı keyfiyyət vermir, ona görə ki, şumun alt və üst hissəsi yaxşı ovxalamır.

         Vintli kotan istənilən kimi torpağı çevirə bilir. 

        Qrunt suları yüksəkdə olan torpaqlarda çevirməyən alətlərlə dərin yumşaltma aparmaq lazımdır ki, bu da torpağın hava keçiriciliyini və bitki qalıqlarının yaxşı çürüməsinə səbəb olur. Xüsusi kotanlara bu torpaqları şumladıqda çox yaxşı nəticə əldə edilir. Belə şum, kol və seyrək meşə altından çıxmış torpaqlarda aparılır.

          Torflu bataqlı torpaqları xüsusi kotanlarla əkdikdə yaxşı nəticələr alınır. Hal-hazırda kol-bataqlıq torpaqlarının əkinində markalı kotanlardan geniş istifadə olunur.

          PKB -2-54 markalı kolluq bataqlıq kotanlı xam bataqlıq, minerallaşmış bataqların, meşə kötüklərinin alçaq boylu kolluqlarla örtülü yerlərin əkilməsi üçündür. 

          Basdırılmış oduncaq  qalıqlarına təsadüfə olunan və qalın çim qatı olan torpaqları ağır diskili malalarla becərirlər.

          Şimal rayonlarında torflu bataq bitkilər üçün becərilməsinin ən yaxşı vaxtı  yay, daha cənub rayonlar üçün payızın əvvəlidir.

           Gec əkin çimin parçalanması üçün şəraitlər yaratmır və k/t-ı bitkilərinin məhsulunu azaldır. Əkindən 2-3 həftə sonra ağır malalarla  diskiləmə aparırlar. Yaxşı parçalanmış  torfluğu yazda diskiləmək olar. İkinci, bəzən üçüncü ildə əsas becərmə üçün bataqlıq frezi və yaxud ağır diskili malalardan istifadə olunur, kotan vasitəsilə parçalanmamış çimləri, təbii bitkilərin cücərə bilən toxumları və                                                           

 gözcükləri  səthə çıxarıla bilər.

            Oduncaq  qalıqları olmayan kötükləri çıxarılmış bataqlıq torpaqlarının freyzerlə, sonradan isə ön kotancıqlı kotanla, becərmək məsləhət görülür.  

Mənimsənilən torfluqların bioloji fəallığının gücləndirilməsi və onlarda mikroelementlərin miqdarını artırmaq üçün peyin, mineral və bakterial gübrələr tətbiq etmək lazımdır. 

           Çaybasar torpaqların kifayət qədər çürüntülü qatı olan növlərini ön kotancıqlı kotanlarla becərmək olar. Nazik qatlı torpaqları əvvəlcə diskiləyirlər, sonra sacsız dərin yumşaltma aparırlar. Rütubəti çox olan çaybasar torpaqlarda torpaq dərinləşdiricilərin köməyinə əkin altı qatı dərinləşdirmək olar. Səpin qabağı becərilən diskilləmədən malalamadan və vərdənələmədən  ibarətdir. Torflu bataqlı torpaqları mənimsəyərək payızlıq buğda, arpa, kartof, qarğıdalı, çox illik otlar və bir sıra digər bitkilərdən istifadə oluna bilər. 

           Müasir texnika və düzgün aqrotexnika nəticəsində yaxşı qurudulmuş torfluqlarda mənimsəmənin ilk ilində hər hektardan 20-25 sen-dən, 200-300 sen, kartof, şəkər çuğunduru, 200-500 sen, qarğıdalı və kələm almaq olurI     Qırılmış meşələr altından çıxmış torpaqların çürüntülü qatı nazik olur və onun altında podzol qatı yerləşir. Qalın meşə döşənəyi olduqda daha dərin əkin aparılması faydalıdır. Müəyyən dərinliyə basdırılmış meşə döşənəyi özünə məxsus drenləşdirilmiş material rolunu oynayır zəif podzol qatına və cuzi meşə döşənəyinə malik torpaqları diskili alətlərlə becərdikdən sonra sacsız alətlərlə dərindən yumşaldılır. Oduncaqlı bitki qalıqlarını kənar etmək və hamarlaşdırmaq  üçün kök çıxaran maladan istifadə olunur. Bu halda bitki qalıqları xırdalanır və torpağın mineral hissəsilə  qarışdırılır. Meşə bitkiləri altından çıxan torpaqların əsas becərilməsilə yanaşı onların mədəniləşdirilməsi üçün kifayət qədər gübrə və əhəng tətbiq olunmalıdır. Yazda bu torpaqlarda malalamadan, diskiləmədən və vərdənələmədən ibarət olan torpaqlarda səpinqabağı becərmə aparılır. 

           Kol basmış torpaqlarda təmizləmək üçün kimyəvi vasitələrdən istifadə etmək və kolkəsənlərlə mexaniki kənar etmək olar.

           Traktorun qarşı hissəsində yerləşmiş kolkəsən maşın ağacları torpaq səthi ilə bərabər kəsir. İri gövdəli ağaclardan təsərrüfatda istifadə edilir və xırdalaları yandırılır. Külündən gübrə kimi və torpağın turşuluğunu azaltmaq üçün istifadə olunur.

           Kolkəsəndən sonra torpağı malalayırlar. Mala kötükləri çıxarır, torpağı yaxşı yumşaldır. Sonra  torpaq disklənir və kolluq kotanı ilə əkilir.

           Hündürlüyü 1,5-2 m, diametri 5-7 sm-ə qədər olan kollar kolluq kotanları ilə 25 sm dərinlikdə əkilir. Səpindən sonra torpaq  Çökməməsi üçün onu vərdələyirlər. Basdırılmış kol torpağın yaxşı havalanmasına səbəb olur. 

            Gələn ilin yazlıqlarının səpini üçün əkin yayın ortasında, cari ilin payızlıq səpini üçün yayın başlanğıcında aparılır.

            Az məhsuldar, quraq, kolluqları olmayan sahələrin torpaqlarının becərilməsi çim qatının və çürüntülü qatın qalınlığından, habelə torpağın podzollaşma dərəcəsindən asılı olaraq aparırlar.

           Zəif podzol qatla əhatə olunmuş yüngül mexaniki tərkibli torpaqlar çimli qatdan daha dərin becərilir. Bu horizontun dərinliyindən asılı olaraq ön kotancıqlı kotan və ya onsuz şumlana bilər. Dərin əkin qatı yaratmaq üçün torpaq dərinləşdirici kotandan istifadə edilir.

   Tədqiqatlar göstərir ki,toroağın şumaltı qatının kipləşməsinin mənfi cəhətləri çoxdur.Özbəkistanda,Çin Xalq Respublikasında aparılmış təcrübələr göstərir ki,əkin altında istifadə olunan suvarılan sahələrdə meydana gələn bu mənfi cəhətləri aradan qaldırmaq üçün torpaq qatı vaxtaşırı heç olmasa beş ildən bir 100sm dərinliyində şumlanmalıdır və belə yerlərdə mütləq növbəli əkin təşkil edilməlidir.

 Yeni istifadə olunan torpaqlar, torpaq -iqlim şəraitindən və təbii bitki örtüyündən asılı olaraq fərqli xüsusiyyətlərə malikdir. Bu cür torpaqlar əsasən qida maddələri ilə zəngin olsalarda, həmin maddələr bitkilər tərəfindən çətin mənimsənilir.

Yeni istifadə olunan torpaqlar;-bataqlaşmış, torflu və çaybasar, meşə və kolluqlar altından çıxmış sahələr ola bilər. Yeni mənimsənilən torpaqların becərilməsinin qarşısında duran əsas məsələ, təbii bitki örtüyünün məhv edilməsindən və üzvi qalıqların minerallaşması üçün əlverişli şarait yaradılmasını təmin etməkdən ibarətdir.

Torflu-bataqlıq və çaybasar torpaqlar qida maddələri ilə yüksək dərəcədə təmin olunduqlarına görə, həmin torpaqlarda becərilən bitkilər yüksək məhsul verir.

Torflu-bataqlıq torpaqlar bir tipli və güclü əkin qatına malikdir. Bu torpaqların alt və üst qatları eyni çim qatına malik olduğuna görə, şum zamanı ön kotancıqlı kotanlardan istifadə olunması məsləhət görülmür. Torpağın tam çevrilməsini təmin etmək üçün vint formalı laydırı olan kotanlardan istifadə olunur.

Qrunt sularının səviyyəsi yüksək olan sahələrdə torpağa havanın daxil olmasını və bitki qalıqlarının asan minerallaşmasını təmin etmək üçün laydırsız kotanla dərin yumşaltma aparılmalıdır.

Torflu-bataqlıq torpaqların becərilmsinə erkən yazda başlamaq lazımdır. Bu zaman torpağın mədəni hala salınması üçün becərmələr aparmağa və mikrobioloji proseslərin normal getməsinə kifayət qədər vaxt qalır.

Torpağın xüsusiyyətlərinə və quruluşuna, torflu qatın qalınlığına, su rejiminin xarakterinə və s. uyğun olaraq torflu bataqlıq torpaqlar müxtəlif alətlərlə becərilir.

Torflu qatı qalın olan torpaqların həm alt və həm də üst qatlarının rabitəlilik xüsusiyyəti eyni dərəcədə yüksək olduğuna görə, ön kotancıqlı mədəni kotanla kifayət qədər çevrilmir. Ona görə də, bu torpaqlar əsasən vint formalı laydırı olan kotanlarla becərilir. Şumlama zamanı torflu torpaqlar həddindən artıq yumşaldığına görə, sıxlaşdırma aparmaq üçün vərdənələmə tətbiq edilir.

Kol bitkiləri ilə örtülü olan qurudulmuş bataqlıqlar xüsusi kolluq-bataqlıq (PKB-2-54) kotanları ilə şumlanır. Həmin torpaqlarda diskli kotanlardan və diskli malalardan istifadə oluna bilər. Bundan başqa əkin qatını tam qarışdırmaq lazım olduqda torpağı daha dərin becərən güclü frezerlər tətbiq edilir. Yeni istifadə edilən torflu bataqlıq torpaqlarda mikrobioloji prosesləri fəallaşdırmaq üçün torpağa mikroelementlər, üzvi, mineral gübrələr və peyin vermək lazımdır.

Çaybasar torpaqlar qalın humus qatına malik olduqda ön kotancığı olan kotanla becərilir. Nəmlənmənin yüksək olduğu sahələrdə isə şumlama torpaqdərinləşdirmə ilə birlikdə aparılmalıdır. Əkin qatının qalınlığı az olan çaybasar torpaqlar əvvəlcə disklənir və sonra dərin laydırsız yumşaltma aparılır.

Torflu -bataqlıq və çaybasar torpaqlar yeni istifadə edildikdə həmin sahələrdə əsasən payızlıq taxıllar, kartof, çuğundur, qarğıdalı, çoxillik otlar və s. əkilir.

Meşə və kolluqlar altında olan torpaqların əkin qatının qalınlığı nisbətən az, alt qat isə podzollaşmış olur. Ona görə də, bu cür torpaqların becərilmə üsulları, meşə örtüyünün qalınlığından və çürüntülü qatın xüsusiyyətlərindən asılı olaraq müəyyən edilir.

Meşə örtüyü qalın olan torpaqlar dərin şumlanır. Bu zaman torpağa çevrilən bitki və ağac qalıqları yaxşı çürüntü materialı hesab edilir. Meşə örtüyü və çim qatı zəif olan torpaqlar əvvəlcə disklənir, sonra laydırsız alətlərlə dərin yumşaldılır.

Meşə torpaqları əkin dövriyyəsinə cəlb olunduqda, əvvəlcə təsərrüfat məqsədilə yararlı ola bilən iri ağaçlar kəsilib götürülür, kiçik və yararsız olanlar isə yandırılaraq gübrə kimi istifadə olunur.

Meşə və kolluqlar altından çıxmış torpaqlar becərilən zaman traktorun ön tərəfinə hündürlüyü 1,5-2 m, diametri isə 6-7 sm olan ağacları kəsə bilən alət qoşulur. Bu zaman ağac pöhrələrinin və kolların torpaq səthi səviyyəsindən kəsilməsi təmin olunur və PKB - 2 - 54 markalı kolluq - bataqlıq kotanları vasitəsilə torpağa basdırılır. Sonralar torpağa basdırılan ağac və kolların tam çürüməsi başa çatana qədər becərmələr ancaq diskli alətlərlə aparılır.

Çürüntülü qatın qalınlığından asılı olaraq meşə altından çıxmış torpaqlar müxtəlif dərinlikdə becərilir. Humus qatı qalın olan torpaqlar şumlandıqda əkinaltı qatdan 2 -3 sm torpaq layı dövriyyəyə qatıla bilər.

Meşə döşənəkləri və humus qatı zəif olan torpaqlar qranulometrik tərkibindən asılı olaraq müxtəlif üsullarla becərilir. Ağac və bitki qalıqları əvvəlcədən diskli alətlərlə xırda doğranır və yüngül torpaqlara malik olan sahələr laydırlı kotanlarla dərin şumlanır. Ağır qranulometrik tərkibli torpaqlar isə dərin yumşaltma ilə bərabər üzləyici alətlərlə dayaz becərilir, sonrakı illərdə tədricən becərmənin dərinliyi artırılır .

Meşə altından çıxmış torpaqları bitki qalıqlarından təmizləmək və turşuluğu ləğv etmək üçün herbisidlərdən və əhəngləmədən istifadə olunur.

Az məhsuldar olan torpaqlar çimli və çürüntülü qatın qalınlığından və qranulometrik tərkibindən asılı olaraq müxtəlif üsullarla becərilir.

Yüngül qranulometrik tərkibə və zəif podzol qata malik olan torpaqlar çim layından dərin becərilir. Ağır gilli və gillicəli, az məhsuldar torpaqlar güclü podzol qata malik olduqda isə, becərmələr humus qatı qalınlığında aparılmalıdır. Həmin qatın qalınlığından asılı olaraq, bu torpaqlar ön kotancıqlı kotanlarla becərilir və əkin qatının qalınlaşdırılması məqsədilə kotan torpaqdərinləşdirici ilə təchiz olunur.Humus qatı zəif olan və qida maddələri ilə az tə'min olunmuş qorpaqlar əvvəlcə diskli alətlərlə becərilir. Sonrakı illərdə laydırsız kotanlardan istifadə etməklə becərmə dərinliyi tədricən artırılır.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

                                         Mövzu 8.

                    Meliorasiya olunmuş torpaqlarda kənd təsərrüfatı

                bitkilərindən planlaşdırılmış məhsulun alınma texnologiyası

Plan.

1.Meliorasiya olunmuş torpaqlar.

2.Planlaşdırılmış məhsulun alınma texnologiyası.

3.Məhsulun optimal proqramlaşdırılması.

4.Cari və yaxud operativ məhsulun proqramlaşdırılması.

5.Proqramlaşdırma əsasında,əsas amillərin məhsulun dəyəri ilə

ölçülməsi.

6.Mənimsənilən qida maddələrinin yenidən torpağa qaytarılmasının

proqramlaşdırılması.

7.Planlaşdırılmış məhsul tərəfindən suyun istifadəsi.

Dünyada və eləcədə respublikamızda kənd təsərrüfatının istehsalı iki yolla yüksəldilə bilər.

1.Əkin sahələrinin genişləndirilməsi.

2.Kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının artırılması.

Əkin sahələrinin genişləndirilməsi əsasən şorlaşmışroepaqların və hal- hazırda istifadə olunmayan dağlıq ərazilərdə yayılmış torpaqlar hesavına ola bilər.Şorlaşmış torpaqların əkin dövrüyyəsinə verilməsi çoxlu vəsait, texnika,şirin su və vaxt tələb edir.

  İndi yeni aqrar islahatı şəraitində alimlərin ,melioratorların və kənd zəhmətkeşlərinin qarşısında duran əsas məsələ suvarılan torpaqlarda əkinçiliyi dahada inkişaf etdirmək və meliorasiya olunmuş torpaqlarda kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının durmadan artırılmasını təmin edən yolların axtarılıb tapılmasıdır.Bu isə meliorativ vəziyyəti əsaslı surətdə yaxşılaıdırılmış torpaqlarda mümkündür.

Dəmyə əkinçilik şəraitindən,suvarma əkinçilik şəraitinə keçərkən bitkilər üçün əkinçilik qanunlarının tələblərinə müvafiq əlverişli vəziyyət yaranır.Digər tərəfdən həmin vəziyyət məhsulun proqnozlaşdırılması proqramlaşdırılmasının əsasını təşkil rdir.

  Qabaqcadan nəzərdə tutulan məhsula nail olmaq (proqnozlaşdırılma) yalnız ən vacib məhsul əmələ gəlmə qanunauyğunluğu təyin edildikdən sonra mümkündür.Bu hallar meliorativ və aqrotexniki şəraitdə verilmiş sortdan və yaxud da hibriddən nə qədər məhsul gözlənilməsini müəyyənləşdirilməsinə imkan yaradır.

    Qanunauyğunluğun müəyyənləşdirilməsi qabaqcadan bu şəraitin nizamlanmasına və nəzərdə tutulan məhsula nail olmaq üçün bitkinin boy və inkişaf dövrlərində su ,qida maddələri ilə nə dərəcədə təmin etməyi yerinə yetirməyə imkan verir.

  İ.S.Şatilova görə proqramlaşdırılmış məhsul qarışılıqlı əlaqəli tədbirlər kompleksinin işlənib vaxtlı –vaxtında yüksək keyfiyyətlə yerinə yetirilməsidir.Çünki o,qabaqcadan nəzərdə tutulan miqdarda əldə edilməsini təmin edir.Proqramlaşdırmaya həmçinin planlaşdırılmış məhsulun xüsusi bir növü kimi də baxmaq olar.

  Proqramlaşdırılmış məhsula dair ilk tədqiqat işlərini A.Q.Lorxun kartofla və M.S.Savitskinin dənli bitkilərlə apardığı tədqiqat işlərində görmək olar.

   Elmi düşüncələrin vəziyyətindən və texniki təminat imkanlarından asılı olaraq müxtəlif səviyyədə məhsuldarlıq nailliyyətini nəzərdə tutmaq olar:Potensial məhsuldarlıq (PM), bitkinin bioloji imkanlarına – onun sortuna yaxud hibridinə tam uyğun olan;həqiqətən mümkün olan məhsuldarlıq (H.M.O.M.) - əsasən metroloji iqlim şəraitindən asılı olan ən yüksək məhsuldarlıq; İstehsalat məhsuldarlığı (İ.M) – İstehsalatda təsərrüfatın material-texniki bazasına uyğun gələn məhsuldarlıq.

   Əksər hallarda meteroloji və iqlim şəraiti, ideal şəraitdən fərqlənir.Ona görə də hal-hazırda iki proqramlaşdırma, maksimum və minimum səviyyəsi mövcuddur.

   Maksimum proqramına görə, məhsulun həqiqətən mümkünlüyü, minimum proqramına görə istehsalat məhsulunun mümkünlüyü realdır.

   Maksimum proqramını şərti olaraq optimal, ancaq, minimum proqramını isə operativ və yaxud cari proqramlaşdərma hesab etmək olar.

   Qabaqcıl təsərrüfatlar səviyyəsində nəzərdə tutulmuş bir illik və beşillik məhsul planlarının planlaşdırılmasında məhsulun alınmasını minimum proqramı təmin etməlidir. 

Mövcud olan meteroloji şəraitdə ən yüksək məhsula nail olmaq, bitkinin xüsusiyyəti ilə yanaşı fotosintetik aktiv radiasiyadan istifadə edilmə səviyyəsi ilə müəyyənləşdirilir.

Amillərin qarşılıqlı təsir qanuna əsasən, fotosintetik aktiv radiasiyadan səviyyəsi yalnız bitkilərin həyat şəraitində tələbi tam təmin olunduqdan sonra mümkün ola bilər-su ilə, qida maddələrilə və havanın oksigenlə.

Həqiqətən mümkün olan məhsuldarlığa nail olmaq üçün aşağıdakıların olması vacibdir.

a)bitkilərdən lazım olan miqdarda çıxış almaq, bitkilərin yarpaqları və ayrı-ayrı orqanları günəş şuasından tam istifadə etməkdə biri-biiə mae olmasın deyə sahədə onları düzgün yerləşdirmək.

 b)inkişaf edən bitkinin suya tələbatını müəyyənləşdirib,onu suvarma vasitəsilə su ilə təmin etməli. 

 c)suvarılan torpaq şəraitində becərilən bitkinin qida maddələrinə olan tələbatını müəyyən edib,onu üzvü və mineral gübrələr tətbiq etməkyolu ilə yanaşı digər tədbirlər də həyata keçirilsin.

  d)torpağın səpinə hazırlanması və vegetasiya dövründə bitkilərə qulluq işlərinin yüksək keyfiyyətlə yerinə yetirilməsi və təmin edilməsi.

  e)bitkiləri xəstəlik və ziyanvericilərdən mühafizə etməklə bərabər,baş verə biləcək təbii fəlakətlərdən qorumalı.

  Əgər yuxarıda hallar keyfiyyətlə keçirilərsə və heç bir qeyri-qanun qüsura yol verilməzsə,o zaman proqram tam həyata keçirilir,yəni həqiqətən mümkün olan məhsula nail olmaq olar.

   Göstərmək olar ki, müxtəlif zonalarda fotosintetik aktiv radiasiyanın düşməsi də müxtəlifdir.

   Hər hansı birkinin səthinə düşən fotosintetik radiasiyanı nəzərə almaq lazımdır.

  Kənd təsərrüfatınadair elmi tədqiqat işlərini günü-gündən artırılıb inkişaf etdirilməsi və təsərrüfat avadanlıqlarının təkmilləşdirilməsi optimal məhsul səviyyəsinin artmasına səbəb olur.

  A.D.Niçiporoviç fotosintez aparatının quruluşunu və təbiətin əsaslarını nəzərə alaraq belə nəticəyə gəlmişdir ki,bitkilərin yarpaqları tərəfindən udulmuş günəş şüası radiyasiyasının nəzəri əmsalını,fotosintezin 20% və hətta 27%-nə qədər ola bilər.Bu kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının artırılmasına geniş şərait yaradır.Bu imkanlar insanlar tərəfindən bitkilərin təbiəti dəyişdirildikdə və onların həyat şəraiti üçün hələ öyrənilməmiş tələbləri üzə çıxdıqda daha çox genişlənəcəkdir.

    Optimal proqramlaşdırmanın məqsədinə nail olmaq üçün bitkilərin tutduğu yarpaq sahələrini formalaşdırmaq və fotosintezin yüksək məhsuldarlığı üçün əlverişli şərait yaratmaq lazımdır.

    Volqoqorod  kəd təsərrüfat institutunun professoru P.P.Ustenkonun məlumatına görə tarladakı kənd təsərrüfatı bitkilərinin yarpaqlarının optimal sahələri bir hektarda 50-60min m2 -ə bərabərdir.Müəllif daha sonra öz tədqiqatlarına istinad edərək qeyd edirki qarğıdalı bitkisinin fəal inkişafı dövründə mineral gübrələrin verilməsi ilə yanaşı suvarma apardıqda bitkilərin fotosintetik aktiv radiyasiyadan (FAR) istifadə etmək qabiliyyəti 3,4%-dən 12,8%-ə qədər artmışdır.

    Utson İngiltərənin Potamstet təcrübə stansiyasında apardığı tədqiqatlar nəticəsində müəyyən etmişdir ki, yarpaqların optimal sahələri,yarpaqlı kələm bitkisində bir hektarda 30min m2-ə qədər,şəkər çuğundurunda isə 50 min m2-ə bərabər olmuşdur.

    Volqoqorod  kəd təsərrüfat institutu optimal proqramlaşdırma üçün məhsulun funksional dinamik modulunu təklif etmişdir.Dinamik modullarda bitkilərin həyat mühitində vegetasiya dövründə dəyişdirilən təlabatlar tam nəzərə alınır.

    Akademik B.B.Şumakov və onun əməkdaşları tərəfindən Rostov vilayətində belə modullar qarğıdalı bitkisində sınaqdan keçirilmişdir.

    Nəzərə almaq lazımdır ki,bitkilərin məhsuldar prosslərin effektiv idarə olunmasının imkan və şəraiti sonsuz qədərdir.Ona görədə bu məsələnin həllinə tam müəyyən edilmlş şəraitdə əkinçilik elminə və mədəniyyətinə uyğun səviyyəyə yaxınlaşan nöqteyi-nəzərdən baxmaq lazımdır.Məhsul bitkinin həyat amillərini  və üsullarını tamamlayır.

   Məhsul həlledici amillərdən asılı olduğu üçün bitkinin həyat amillərni bir-birinə uyğun qruplara ayırmaq.hər bir amilin məhsula təsir dərəcəsini aydınlaşdırmaq və hər qrupun dəyişkən təsirini aradan qaldırmaq lazımdır.

   Kənd təsərrüfatı bitkilərinin becərilməsində baş verən bütün amilləri şərti olaraq aşağıdakı qruplara bölmək olar.

   1.Bioloji amillər(bitkinin növü,sortu və hibridi)

   2.Torpaq amilləri(torpağın tipi,onun quruluşu və effektiv məhsuldarlıq.

   3.Tətbiq olunan aqrotexniki qulluq işləri və kənd təsərrüfatı meliorasiyası.

   4. Metroloji-iqlim şəraiti.

    Proqramlaşdırma probleminin həlli üçün yuxarıdakı amillərin 3 qrupunu şərti olaraq daimi faktor kimi qəbul etməklə yanaşı onları məhsulun proqramlaşdırması üçün hal-hazırda fon və ən vacib amil kimi qəbul etmək olar.

   Səhra,yarımsəhra və düzən rayonlarında minumum amilləri su və torpağın qida maddələrindən ibarətdir.Onları nizamlamaq üsulları əsas etibarı ilə torpağı suvarmaq və gübrələməkdən ibarətdir.

   Suvarılan rayonların iqlimi adətən istiliklə yüksək dərəcədə təmin olunma,işığın çox olması ilə,ancaq təbii yağmurların lazımı miqdarda olmaması ilə xarakterizə olunur,hansı ki,məhsuldarlığın artırılmasında bunlar böyük rola malikdir.Suvarma əsas etibarılə yerli iqlim şəraiti ilə əlaqədar olaraq müəyyənləşdirilir.

   Suvarılan torpaqlarda məhsulun proqramlaşdırmasında və proqnozlaşdırmasında hava şəraiti ilə (təbii fəlakətlər,dolu vurma,şaxta vurma,quraqlıq və digər) əlaqədar olaraq buraxılan səhv 10-15% qədər ola bilər.

   Məhsulun proqramlaşdırması və proqnozlaşdırması üçün suvarma və gübrələmə hesabına artan əlavə məhsulun göstəricilərini müəyyən etmək üçün əks təsir tendesiyasını və qarşılıqlı əlaqlik amilini nəzərə almaq lazımdır.Bu proseslərin effektliyinin qarşılıqlı birləşməsi,məhsulun  xətti proqramlaşdırmasının nəzəri əsasıdır.

   Verilən gübrənin məhsulla ödənilməsində torpağa nə qədər gübrə vermək lazımdır ki,planlaşdırılmış məhsula nail olmaq mümkün olsun.Bu hesabatın aparılması üçün hökmən göstərilən torpaqda gübrəsiz optimal suvarma şəraitində məhsulun səviyyəsini qabaqcadan müəyyən etmək lazımdır.Qeyd etmək lazımdır ki,torpağa bitki altına verilən gübrələrin məhsulla əvəz edilməsinə inteqral kəmiyyəti kimi baxmaq olar.Torpaqda baş verən bütün proseslər,həmin şəraitdə gübrələrin tərkibindəki qida maddələrinin istifadə edilmə dərəcəsi bitkilər tərəfindən məhsul vasitəsilə itkisiz cəmlənir.

   Xerson kəd təsərrüfat institutunun bitki fiziologiyası və aqrokimya kafedrasının məlumatına əsasən 1 ton payızlıq buğda dəni üçün qida maddələrinin məsarifi N-37 kq,P-12kq,K-23kq-a bərabər olur.Buğda bitkisi verilən mineral gübrələrdən 65% N,25% P,70% K istifadə edir.Bu göstəriciləri nəzərə alaraq,gübrələrin hesablanması cədvəlini tərtib edək.

   Bir hektar sahədən 60 sentner payızlıq buğda məhsulu götürmək üçün hesablanmış gübrə normaları(1hektar sahədən 30 sentner məhsul vermək qabiliyyətinə malik olan torpaqlar üçün)

Sərf olunan qida maddələri

       N

  P2O5

   K2O

Əlavə məhsul götürmək üçün gübrə tələb olunur

112

36

  69

Verilən gübrədən bitki tərəfindən istifadə edilən qida maddələri,%-lə

65

35

70

1 hektar sahəyə təsiredici maddə hesabı ilə gübrə vermək lazımdır

171

103

98

İ.S.Şatilov və M.Y.Kayumovun məlumatlarına görə bitki tərəfindən mənimsənilə bilən torpaqlardakı qida maddələrindən bitkilər hidroliz olunmuş N-dan 20-25%,P-dan 5-7% və K-dan isə10-12% istifadə edə bilərlər.Planlaşdırılmış məhsul üçün veriləcək gübrə normalarının hesablanmasını aşağıdakı düsturla müəyyən etmək təklif olunmuşdur.

                                  D=100*B-PKp/ Ku

   Burada. D-tələb olunan mineral gübrələrin norması.

    B- Planlaşdırılmış məhsulla aparılmış qida maddələri.

   P-torpağın əkin qatındakı mütəhərrik qida maddələrinin miqdarı.

   Kp-torpağın qida madələrinin bitkilər tərəfindən istifadə edilmə əmsalı.

   Ku-verilən gübrələrin tərkibindəki istifadə edilə bilən qida maddələrinin mənimsənilmə əmsalı.

  Proqramlaşdırılmış məhsula hər hansı yaxınlaşma zamanı hökmən onu torpaq və iqlim şəraiti ilə əlaqələndirmək lazımdır. Bir çox Elmi-Tədqiqat idarələri,əsasən bitkinin həyat amilləri ilə əlaqə yaradan məhsuldarlıq proseslərini və onun dinamikasının nəzəri yollarını öyrənirlər.Hazırda məhsul səviyyəsinin və formalaşma proseslərinin riyazi modullaşma yollarının axtarışları geniş surətdə davam edir.Məhsulun yekun miqdarı,onun keyfiyyəti ilə əlaqədar öyrənilir

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Mövzu 9.

  Suvarma əkinçiliyi bölgələri.Kənd təsərrüfatı bitkilərinin          suvarılması,çirkab sularla suvarma,suvarma əkinçiliyinin

bioloji və aqrotexniki əsasları.

       Plan.

   1.Suvarma əkinçiliyi bölgələri.

   2.Suvarmanın torpağa və bitkiyə təsiri.

   3.Çirkab sularla suvarma.

   4.Suvarma əkinçiliyinin bioloji əsasları.

   5. Suvarma əkinçiliyinin aqrotexniki əsasları

          Ədəbiyyatlar.

1.C.Hacıyev,M.Hüseynov.Əkinçilik.Bakı 2008

     2.Aqronomun məlumat kitabı.Bakı 1989

     3.H.Q.Aslanov.Torpaqların meliorasiyası.Bakı 2004.  

Suvarmanın effektliyi təbii şəraitdən asılı olaraq dəyişirilir.Onun ən yaxşı nəticəsi təbii nəmliklə təmin olmayan bölgələrdə daha tez nəzərə çarpır.

  Müəyyən edilmişdir ki,yağmurun illik miqdarı təxminən 500 mm-dən yuxarı olmayan zonalarda suvarmadan yüksək effekt əldə etmək olar.Ona görədə onları

illər üzrə bölərkən nəzərə almaq lazımdır.Təbii yağmurların əksər hissəsi bitkilər tərəfindən istifadə edilmir.Onun bir çox hissəsi səthi axın zamanı itir,bir qismi bitkinin kökləri istifadə edə biməyən dərinliyə gedir,digər bir qismi isə torpaq səthindən buxarlanır.

     Su rejimini yaxşılaşdırmaq üçün bölgələrdən asılı olaraq əsas tədbirlər aşağıdakılardır.

    1. Bütün rayonlar üçün ümumi tədbirlər-torpaqların çürüntü ilə mümkün qədər çox zənginləşdirilməsi,torpağın sturuktur halının yaxşılaşdırılması-suyadavamlı xırda topacıqlar miqdarının artırılması və müvafiq məsaməlilik saxlanması,canlı və ölü örtük köməyi ilə yağıntıların dağıdğcı təsirindən torpağın qorunması,alaqların məhv edilməsi,torpağın düzgün becərilmə sistemi,mədəni bitkilərin müvafiq sortlarının seçilməsi,bitkiləri ən yaxşı meddətlərdə əkib,onları torpaqdakı rütubət ehtiyatından və yağıntılardan tam istifadə etmək imkanı yaradılması.

    2.  Quraq rayonlarda- suvarma və tarlaqoruyucu zolaqlar salıb onlara müvafiq qulluq edilməsi,əksərən çəpər bitkiləri vasitəsilə qarın sahəıərdə tutulub saxlanması,torpağı payızda şırımlamaq və yamaclarda köndələn tirələr düzəltmək yolu ilə ərinti sularını saxlamaq,torpağı dondurma şum edib faraş hamarlamaq,güclü su və külək eroziyasına məruz qalan torpaqları mulça tətbiq etməklə becərmək.

     3.Kifayət qədər rütubətli rayonlarda- rütubəti çox olan torpaqların qurudulması,relyefdən asılı olraq yamacın uzununa və dioqanalı üzrə payızda tirələnməsi və şırımlanması.

      Suvarma torpağın münbitliyini bərpa edən elementlərdən biri olub bitkinin su təlabatını ödəməklə yanaşı,həm də torpağın istiliyinə,hava rejiminə,kimyəvi tərkibinə və ondakı bakteriyaların mikrobioloji fəaliyyətinə təsir göstərir.

  Bitkinin normal  inkişaf etməsi üçün torpaqda hava ilə su arasında olan nisbətin böyük əhəmiyyəti vardır.Bitkinin su-hava rejimi o zaman normal ola bilər ki,torpağın rütubəti tarla su tutumuna bərabər olsun.

   Bitkilərin sərf etdiyi suyun miqdarı xarici şəraitdən havanın temperaturu və rütubəti,işöın olması,torpağın rütubəti,münbitliyi və xüsusiyyətləri ilə yanaşı bitkilərin növündən və onların becərilməsindən asılıdır.Bitkilərin istifadə etdiyi suyun 99,8%-i transpirasiyaya sərf olunur.

    Torpaqda nəmliyin itirilməsi torpaq şəraitindən,relyefdən,yerli şəraitdən,havadan və iqlimdən asılıdır

   Bitki əkilən ərazidə şəraiti dəyişməklə bitkinin su təlabatına da təsir etmək olar.Belə ki, torpaqların münbitliyinin yüksəldilməsi,temperaturun aşağı salınması,havanın rütubətinin artırılması bitkinin su təlabatını nisbətən azaldır.    

      Suvarma kənd təsərrüfatı bitkilərinin məhsuldarlığını artırır.Təcrübələr göstərir ki, suvarılan sahələrdə məhsuldarlıq suvarılmayan sahələrə nisbətən təxminən 4 dəfə çoxdur.

     Suvarma torpağa hərtərəfli təsir göstərir.Əkin qatının su-fiziki xassələrini dəyişdirir,kimyəvi və mikrobioloji proseslərin sürətini və istiqamətini dəyişdirir,habelə üzvi maddələrin parçalanma və toplanmasının xarakterini dəyişdirir.Suvarma suyunun torpağa intensiv təsiri nəticəsində ümumi və qeyri-kapilyar məsaməlik azalır,torpaqla atmosfer arasında düzgün qaz mübadiləsi pozulur,mikrobioloji fəaliyyətin şəraitləri pisləşir.

    Hava-su rejimini yaxşılaşdırmaqla torpağın becərilməsi mikrobioloji proseslərin fəallaşmasına,su və gübrələrin yaxşı istifadə olunmasına səbəb olur,habelə suvarılan torpaqların münbitliyi yüksəlir.

      Dünyanın bir çox ölkələrində tullantı sularının təmizlənməsi və onlardan kənd təsərrüfatı bitkilərinin suvarılmasnda geniş istifadə olunur.Ədəbiyyat məlumatlarına görə Avstriyada tullantı sularının 40%,İngiltərədə 33%, Almaniyada 26%-dən çoxu suvarma üçün istifadə olunur.O cümlədən respublikamızda da tullantı –çirkab sulardan kənd/t bitkilərinin suvarılmasında istifadə edilir.Hələ 1967-ci ildə Abşeronda layihə olunmuş qapalı suvarma şəbəkəsilə 778 ha sahədə zeytun və badam bağlarının suvarılmasında mexaniki üsul ilə təmizlənmiş kanalzasiya tullantı sulardan istifadə edilmişdir.

  Tullantı suları yığıldığı mənbələrə görə bir neçə qrupa bölünür. Məsələn: Təsərrüfat məişət və sənaye obyeklərinin,maldarlıq təsərrüfatlarının tullantı suları,qarışıq sular,sel suları və s.

  A.N.Kostyakovun məlumatlarına görə təsərrüfat-məişət sularının tərkibində 1m3-suda 40q azot,15q fosfor,40q kalium oksidi və s. kimi üzvi və mineral maddlər var.Ancaq elə sənaye-məişət çirkli suları vardır ki,onun tərkibində daha artıq üzvi və mineral məddələr vardır.

   Tədqiqatlar sübut edir ki, madarlıq təsərrüfatlarının tullantı suları üzvi maddələrlə daha zəngindir.Ona görədə belə sularla kənd təsərrüfatı bitkilərinin suvarılmasında geniş istifadə olunur.Ancaq onuda qeyd etmək lazımdır ki,tullantı çirkab sulardan istifadə edərkən onlar təmizlənməli,sanitar qaydalara riayət olunmalıdır.Çünki belə tullantı suların tərkibindəəhəmiyyətli üzvi və mineral maddələr olduğu kimi,xəstəlik törədici mikrob və viruslarda vardır.Tullantı çikab suları nəinki suvarmada,hətta çaya və ya göllərə töküldükdə də təmizlənməlidir.Əks təqdirdə suda olan canlıların məhv olmasına səbəb ola bilər.Tədqiqatlar göstərir ki suvarma üçün istifadə ediləcək təmizlənmiş tullantı suları neytral reaksiyalı (pH=5+-8) olmalı,onların minerallığı 1,5q/l-dən artıq olmamalıdır,lazımi keyfiyyət göstəricilərinə cavab verməlidir.Tullantı sularının tərkibində fenol və digər üzvü birləşmələr icazə verilən həddən artıq olmamalıdır.

    Tullantı çirkab sularını təmizləmək,onu yararlı hala salmaq üçün bir çox üsullardan istifadə olunur.Bunlar aşağıdakılardır. Mexaniki,kimyəvi, fiziki,bioloji və s.

    Mexaniki təmizləmə üsulunda sudakı əriməmiş vəziyyətdə olan qarışıqlar xaric edilir. Bu qarışıqların  xaric edilməsi süzdürülmə, durultma,sızdırma yollarla və hidrosiklonlar vasitəsilə yerinə yetirilir.Suyun süzdürülməsi vasitəsilə müxtəlif hərəkətli və hərəkətsiz torlardan istifadə olunur.Yığılan mexaniki qarışıqlar daşqıran maşınlarla xırdalanır.Süzdürülmə yolla sudakı iri,15-20mm-dən böyük olan qarışıqlar tutulur.

    Kimyəvi təmizləmə üsulu çirkab suları kolloid hissəciklərdən və ərimiş maddələrdən azad etmək məqsədilə istifadə olunur.Kimyəvi təmizləmə üsuluna kooqulyantlama,neytiralladırma və oksidləşdirmə aiddir.Kimyəvi kooqulyantlar ən çox hamamların,kimya,neft,toxuculuq və digər sənaye müəssisələri çirkab sularının təmizlənməsində istifadə olunur.

     Tullantı çirkab suların fiziki-kimyəvi təmizlənməsində sorbsiya,

filtirasiya,kristallaşma,elektroliz,ion və yandırma üsulundan istifadə olunur.

     Suvarma sahələrində çirkab suların biokimyəvi üsulla təmizlənməsi bilavasitə kənd təsərrüfatı sahələrində aparılır.Burada toplanan tullantılar torpaqların rekultivasiyası zamanı istifadə olunur.Çirkab suların biokimyəvi üsulla təmizlənməsi zamanı xüsusi sahə ayrılmalıdır.Bu sahə əkin üçün yararsız olur.

     Bitkilərin istifadə etdiyi suyun əsas hissəsi transpasiyaya sərf olunur.Transpasiyaya sərf edilən su, bitkinin qidalanmasına və yarpaqlarının assimilyasiyaedici səthlərin inkişafı xüsusilə bitkinin yerüstü hissəsinin tem peraturunun nizamlanmasına sərf edilir.

     Qeyd etmək yerinə düşərdi ki, suvarma torpağın münbitliyini, ərazinin iqlim şəraitini dəyişdirməklə bərabər, nəinki bitkinin inkişafına, onun məhsuldarlığına hətta məhsulun keyfiyyət göstəricilərinədə müsbət təsir göstərir.Respublikamızda istehsal olunan kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının statistikasında məlum olar ki, suvarılmayan torpaqlara nisbətən suvarılan torpaqlardan alınan məhsul hər cəhətdən keyfiyyətli və yüksək olur.

      Müəyyən torpaq, iqlim, aqrotexniki şəraitdə suvarmaya verilən suyun bu 

şəraitə müvafiq olmayaraq artıq verilməsi nəinki məhsuldarlığı artırar. əksinə ziyan verə bilər.Belə ki, normadan artıq verilən su məhsuldarlığı azaltmaqla bərabər, suvarma suyunun, işçi qüvvəsinin artıq sərf edilməsinə səbəb olmaqla yanaşı, qrunt suyunun səviyyəsini qaldırır, torpaqların erroziyaya uğramasına, bataqlaşmasına, şorlaşmasına səbəb olar.Buna görədə kənd təsərrüfatı bitkilərindən yüksək   keyyfiyyətli məhsul  əldə edilməsi üçün, bununla yanaşı torpaq münbitliyinin qorunması məqsədilə suvarma normalarına və vaxtlarına düzgün riayət edilməlidir.Bunun üçün respublikamızda hər bölgənin torpaq-iqlim şəraitinə və bitkinin növünə uyğun olaraq suvarma normaları təyin edilmişdir.

      Kənd təsərrüfatında istifadə olunan torpaqların məhsuldarlığı bir sıra amillərlə  yanaşı torpağın qarnulometrik və mexaniki tərkibindən asılıdır.Kənd təsərrüfatı və texniki bitkilərdən yüksək məhsul ancaq onlar üçün əlverişli mexaniki tərkibli torpaqlardan almaq olar. 

 

 

 

 

 

 

 

 

                                            Mövzu 10.

                          Meliorativ və suvarma əkinçiliyində eroziyaya

                          qarşı mübarizə tədbirləri.

       Plan

   1.Torpaq eroziyasının əmələ gəlmə səbəbləri.

   2. Torpaq eroziyası,onun növləri.

   3.İrriqasiya eroziyası.

   4.Külək eroziyası.

   5.Eroziyaya qarşı mübarizə tədbirləri.

   6.Su eroziyasına məruz qalan torpaqların becərilməsi.

                                         Ədəbiyyatlar.

1.C.Hacıyev,M.Hüseynov.Əkinçilik.Bakı 2008

      2.A.N.Kaştanov.Poçvovodooxrannoe zemledelie.Moskva 1984.

3.A.İ.Barayev.Poçvozaşitnoe zemledelie.Moskva 1975. 

    4.X.M.Mustafayev.Torpaq eroziyası və ona qarşı mübarizə tədbirləri.

      Bakı   1974.

     5.K.Ələkbərov.Torpağın eroziyadan mühafizəsiş.Bakı 1967.

  Dünyanın əksər ölkələrində yamaclarda,əkin sahələrində,otlaq və biçənəklərdə,meşələrdə təsərrüfat işlərinin düzgün aparılmaması nəticəsində eroziya prosesi geniş yayılmışdır.Eroziya prosesi nəticəsində uzun illər boyu əmələ gəlmiş torpaq yuyulub dağılır,onun münbitliyi azalır,sahələr qobu şəbəkələrinə parçalanır,dəyərli torpaq sahələri tədricən yararsız hala düşür.

   Eroziya uğramış torpaqlarda qida maddələrinin miqdarı azaldığı üçün kənd təsərrüfatı bitkilərinin,yay və qış otlaqlarının,örüşlərin məhsuldarlığı azalır,meşəbitmə şəraiti,hətta çayların su rejimi pozulur. 

   Eroziya latın sözü olub,erodo-hamarlamaq,və yaxud qoparmaq deməkdir.Torpağın eroziyası dedikdə torpağın yararlı olan üst münbit qatının yağış və qar suları tərəfindən yuyulub aparılması,eləcə də şiddətli külək ilə sovrulub dağılması nəticəsində torpaqaltı qatların çılpaqlaşması nəzərdə tutulur.Təbiətdə eroziya prosesi normal və şiddətli şəkildə gedir.Normal və ya geoloji eroziya adətən sahənin az mailli yerlərində səthi su axını ilə torpağın yuyulub aparılması nəticəsində əmələ gəlir.Proses elə zəif gedir ki ,insan onu müşahidə edə bilmir və torpağın yuyulub dağılmış hissəsi torpaqəmələgəlmə prosesində tədricən bərpa olunur.

    Yamaclarda bitki örtüyünün bərbad edilməsi,əkin sahələrində eroziyaya qarşı mübarizə tədbirlərinin aparılmaması,sahənin üzü aşağı şumlanması,mal-qaranın sistemsiz otarılması,əkin sahələrində suvarma texnikasına düzgün riayət olunmaması su axımının əmələ gəlməsinə eroziya prosesinin şiddətli getməsinə səbəb olur.

    Eroziyanın aşağıdakı növləri vardır.Səthi eroziya,xətti eroziya,qobu eroziyası,suvarma eroziyası və külək eroziyası.

      Səthi eroziya şiddətli su eroziyasının bir növüdür.Yamaclarda yağmurlar düşdükdə əmələ gəlmiş səthi su axınları torpağı yuyub apararaq müxtəlif ölçüdə şırımlar əmələ gətirir.Buna səbəb torpaq səthinin kələ-kötür olmasıdır.Belə şırımlar nəticəsində su axını böyüdükcə torpağın üst münbit qatını yuyub apararaq şırımları genişləndirir.Bu şırımlar genişlənərək qobuların əmələ gəlməsinə səbəb olur.

    Yamaclarda bitki örtüyü olmadıqda səthi su axınları birləşib relyefin çökək hissələrini yuması nəticəsində eroziyanın digər növü olan qobuları əmələ gətirir.Qobu relyefin müəyyən forması,iri şırım olub, dik bəzən sıldırım yamaca malik olur.Qobuların uzunluğu bir neçə km olub,bəzi sahələrdə 10 km,yamacların hündürlüyü 40-50 m-ə çatır.

    İrriqasiya eroziyası mailli sahələrdə suvarmanı normadan artıq və ya selləmə üsulu ilə apardıqda əmələ gəlir.Suvarma eroziyası normal eroziya kimi torpağın narın hissəciklərini yavaş-yavaş yuyub apardığı üçün nəzərə çarpmır.Ancaq torpağın humus qatını yuyaraq,münbitliyi itirir ki,bu da torpağın su-fiziki xassələrini pisləşdirir.

   Dağətəyi və aran rayolarında suvarılan sahələrdə su eroziyasının başqa bir növü olan irriqasiya eroziyası yayılmışdır.Bunun nəticəsində torpağın humus qatı pozulub dağılır və onun münbitliyi aşağı düşür.Suvarma eroziyası,normal eroziya kimi, torpağın narın hissəciklərini yavaş-yavaş yuyub apardığı üçün bir çox halda nəzərə çarpmır.Bununda nəticəsində torpağın su-fiziki xassələri pisləşir,sahələr şırımlarla örtülür.Mailli sahələrdə irriqasiya eroziyası suvarmanı normadan artıq,suvarma texnikasına düzgün riayət etmədikdə,selləmə üsulu ilə suvarma apardıqda əmələ gəlir.

    Suvarma normadan artıq olduqda suyun bir hissəsi torpağa hopur, qalan hissəsi isə yamac uzunu axaraq torpağın narın münbit qatını yuyub aparır.Yuyulub gətirilmiş torpaq sahənin aşağı hissəsində çökür,müxtəlif qalınlıqda qaysaq əmələ gəlir.Nəticədə torpağın su-hava rejimi pisləşir.

    M.İ.İsmayılovun Şəmkir rayonunda apardığı tədqiqatlardan məlum olurki bir istiqamətdə suvarılan sahələrdə eroziya prosesi nəticəsində hektardan 23,8 ton torpaq yuyulur.İki istiqamətdə,yəni çarpaz suvarmada isə yuyulan torpağın miqdarı iki dəfə azalır.

    Əkin sahələrində irriqasiya eroziyasının əmələ gəlməsinə suvarma zamanı arxın daima eyni yerdən açılması böyük təsir göstərir.Suvarılan torpaqlardan səmərəli istifadə edib yüksək məhsul əldə etmək üçün irriqasiya eroziyasına mübarizə tədbirləri aparmaq lazımdır.  

    Külək eroziyası istər xalq təsərrüfatına,istərsədə kənd təsərrüfatına böyük zərər vurmaqla,relyefin formalaşmasında müəyyən rol oynayır,Külək eroziyası şiddətli küləklərin təsirindən yüngül mexaniki tərkibli torpaqların,narın qumların sovurulub aparılması şəklində müşahidə olunur.Bununda nəticəsində torpaq əmələ gətirən ana süxular çılpaqlaşır.Bəzi hallarda külək eroziyası şoran torpaqların əmələ gəlməsinə səbəb olur.Beləki yayın qızmar dövründə şor göllərdə quruyan duz kristalları külək ilə sovrularaq başqa yerlərdə toplanaraq ərzinin şorlaşmasına səbəb olur.Buna impulverzasiya deyilir.

   Torpaq eroziyası mürəkkəb bir proses olub onun əmələ gəlməsi və inkişafına təbii-tarixi amillər,eləcə də insanların bir sıra düzgün olmayan təsərrüfat fəaliyyəti halları böyük təsir göstərir.Təbiətdə insanlar intensiv təsərrüfat fəaliyyətinə başlayana qədər torpaq eroziyası normal şəkildə getmişdir.Eroziya prosesinin əmələ gəlməsinə və inkişafına təbii-tarixi amillərdən-relyef,iqlim,sahənin geoloji-mofoloji quruluşu,torpaq əmələgətirən süxurların bioloji tərkibi,torpaq-bitki örtüyü böyük təsir göstərir.

    Eroziya prosesinin şiddətli getməsinə böyük təsir göstərən amillərdən biri də yamacların mailliyi,uzunluğu və formasıdır.Məsələn S.S.Sobolyev göstərir ki,yamacın mailliyi 30-dən 20- dək azaldıqda hə hektar sahədən torpağın yuyulması 16-19m3-dən 12m3-ə qədər azalır.Bir çox hallarda eyni mailli yamaclardan müxtəlif miqdarda torpaq yuyulması müşahidə olunur.Bu isə yamacda bitki örtüyünün vəziyyəti və torpağın eroziyaya qarşı davamlılığı ilə izah olunur.

    Yuxarıda göstərdikki eroziya prosesinin şiddətli getməsinə təsir göstərən amillərdən biridə yamacın formasıdır.Beləki qabarıq formalı yamaclarda səthi su axınının sürəti artdığı üçün eroziya prosesi şiddətli şəkildə çökək formalı yamaclarda isə nisbətən zəif gedir.Düz yamaclarda eroziyanın intensivliyi sahənin mailliyindən aslı olaraq dəyişir.

   Yamacın mailliyi və forması ilə yanaşı olaraq onun uzunluğununda eroziyaya böyük təsiri vardır.Yamacın uzunluğu artdıqca eroziya prosesi güclənir.Bunları nəzərə alaraq yamacın mailliyi və onun uzunluğundan asılı olraq onu kiçik sahələrə bölmək lazımdır.Burada meşə zolaqları,çoxilik ot əkməklə eroziya prosesini zəiflətmək və ya onun qarşısını almaq olar.

   Sahələrdə səthi eroziyanın şiddətli getməsinə təsir edən amillərdən biri də sahənin qobu və yasti qobu şəbəkəsi ilə parçalanmasıdır.Sahə qobu və yastı qobu ilə parçalandıqda burada su axını öz sürətini artıraraq səthi eroziyanın şiddətli getməsinə səbəb olur.Məsələn Göyçay ətrafında Boz dağda sahələrin qobularla çox parçalanması nəticəsində səthi eroziya şiddətli gedərək torpaqların münbitliyinin pisləşməsinə səbəb olmuşdur.

    Eroziya prosesinin əmələ gəlməsinə təsir göstərən amillərdən biri də iqlimdir.Ümumiyyətlə iqlimin,xüsusən atmosfer çöküntülərinin torpaq əmələgəlmə prosesində rolu böyükdür.Güclü yağmurlarda yağış suları torpağa pis hopur və səthi su axınının əmələ gəlməsinə səbəb olur.

   Eroziya prosesinin qarşısını almaq,torpaq örtüyünü dağılmaqdan mühafizə etmək,torpaq münbitliyini bərpa etmək və kənd təsərrüfatının intensiv inkişafına nail olmaq üçün eroziyaya qarşı kompleks mübarizə tədbirləri aparmaq lazımdır.Bu təbirləri işləyib hazırladıqda və həyata keçirdikdə torpaq-iqlim şəraiti,eroziyanın inkişafına səbəb olan amillər,toroağın eroziyaya uğrama dərəcəsi,təsərrüfatın istiqaməti mütləq nəzərə alınmalıdır.Eroziyaya qarşı görülən bütün tədbirlər torpaq örtüyünü yuyulmadan,dağılmadan,sovrulmaqdan mühafizə etməklə onun münbitliyini yaxşılaşdırmağa yönəldilməlidir.Bu tədbirlər 3 kataqoriyaya bölünür.

  1.Eroziyanı törədən amillərə qarşı mübarizə.

  2.Eroziyanın özünə qarşı mübarizə.

   3.Eroziya prosesinin nəticələrinə qarşı mübarizə.

    Eroziya prosesinin qarşısını almaq üçün sahələrin təşkili,aqrotexniki,çəmən və meşəmeliorasiya tədbirləri və hidrotexniki üsullardan istifadə edilməsi lazım gəlir.Eroziya inkişaf etmiş sahələrdə torpaqqoruyucu növbəli əkin sistemi kənd təsərrüfatı bitkilərindən yüksək məhsul almağı təmin etməklə torpağı yuyulub dağılmaqdan qorumaq və onun münbitliyini bəpa etməlidir.

    Əkin sahələrində hər şeydən əvvəl səthi su axınının qarşısını almaq lazımdır.Çünki səthi su axını torpağı yuyaraq onun münbitliyini pisləşdirir,bitkilərin normal inkişafına lazım olan rütubət itir,isti yay günlərində torpaq quruyur.Torpaqda rütubəti saxlamaq üçün yamaclarda eroziyaya qarşı mübarizə tədbirləri mühüm rol oynayır.

    Yamaclarda əkin sahələrinin səthi hamar və ya burada üzüaşağı xırda şırımlar olduqda yağış suları mailliyə doğru axaraq torpağı tədricən yuyur.Sahədə yamacın eninə şırım və ya tirələr çəkildikdə səthi su axımının sürəti azalır,su tədricən torpağa hopur,torpağın yuyulub dağılması zəifləyir.

   Yamacların eninə şumlanmasının hidroloji əhəmiyyəti böyükdür.Belə şumda torpağın səthində müxtəlif ölçüdə çökəkliklər əmələ gəlir,sahə tirə şəbəkəsi ilə örtülür.Buda su axınının sürətini azaldır,suyun torpağa hopmasına şərait yaradır və torpağın nəmliyi xeyli artır.

     Eroziya prosesi digər ölkələrdə olduğu kimi respublikamızın ərazisində də geniş yayılmışdır.Statistik məlumatlara görə respublikamızın torpaq fondunun 55-60%-i bu və ya digər dərəcədə eroziyaya uğramışdır.Ancaq bəzi dağ rayonlarında ərazinin 80%-dən artığı eroziyaya məruz qalmışdır.Tədqiqatlar sübut edir ki, Ordubad rayonunda torpaqların 80-89%-i,Daşkəsən rayonunda 70-75%-i,Naxçıvan torpaqlarının 65-70%-i eroziyaya uğramışdır.

   Hazırdada respublikamızın ərazisində bir-birindən fərqlənən su və külək eroziyası geniş müşahidə edilir.Bununla yanaşı şiddətli parçalanmış və eroziyaya uğramış çay hövzələrində sürüşmə hadisələrinə,sel axınlarınada tez-tez rast gəlinir.Məsələn K.Ə.Ələkbərovun məlumatlarına görə Azərbaycan çaylarına bir ildə 48-50 milyon tondan çox torpaq yuyulub axıdılır.

    Qeyd etmək lazımdır ki səthi eroziya qobu eroziyasının əmələ gəlməsinə şərait yaratmaqla onun geniş yayılmasına səbəb olur.Məsələn da zonasında səthi eroziya geniş inkişaf etdiyi üçün dağətəyi bölgədə qobu eroziyasının çox yayılması müşahidə olunur.Məhz buna görədə qobu eroziyası Böyük Qafqazın ön hissəsi olan Qobustan,Ceyrançöl və üçüncü dövrü aid olan Bozdağın cənub yamaclarında geniş yayılmışdır.

   Tədqiqatlar göstərir ki,eroziyaya uğramış torpaqlarda humusun miqdarı azalmaqla yanaşı onun tərkib hissəsi dəyişir,torpaqda gedən mikrobioloji proseslər zəifləyir,torpağın mikroflorası dəyişkənliyə məruz qalır.

    Su eroziyası kimi,külək eroziyasının da kənd təsərrüfatına vurduğu zərər böyükdür.Belə ki, əkin sahələrində səpilmiş toxumlar külək tərəfindən sovrulub məhv edilir,torpağı qurudur və əkinə yararlı toroaq sahələri münbitliyini itirir,bitkilərin məhsuldarlığı azalır.Elə buna görədə bol məhsul istehsalı üçün hər növ eroziyaya qarşı elmi əsaslanmış kompleks mübarizə tədbirlərinin aparılması əsas məsələlərdən biri sayılır.

   Sürüşmələrin təsirindən xalq təsərrüfatının bir çoxsahələrinə,xüsusən          sənaye və mülki tikintilərinə,dəmir-avtomobil yollarına ,ekologiyaya, kənd təsərrüfatına,ərzilərin landşaftına daha böyül ziyan dəyir. 

Güclü yağıntı və ərintilərin əmələ gətirdiyi sel axınının torpağı yuyub dağıtması prosesi su eroziyası adlanır. Su eroziyasının təsiri ilə sahədə çuxurlar, yarğanlar və kiçik dərələr əmələ gəlir.

Torpağın yuyulması nəticəsində humuslu qatın qalınlığı azalır, onun fiziki və kimyəvi xüsusiyyətləri pisləşir və beçərilən bitkilərin məhsuldarlığı kəskin aşağı düşür.

Eroziya prosesinin qarşısını almaq, torpaq örtüyünü yuyulub dağılmaqdan mühafizə etmək və onun münbitliyini artırmaq üçün ardıcıl və kompleks tədbirlər aparılmalıdır. Həmin tədbirlər içərisində torpağın xüsusi üsullarla becərilməsi mühüm əhəmiyyət kəsb edir.

Eroziyanın baş verməsinin əsas təbii amili iqlim və relyef: -yamacın mailliyi, uzunluğu və forması olmaqla, onun intensivliyi torpağın tipindən asılıdır. Ona görə də, torpağın becərilməsində həmin amillər nəzərə alınmalıdır.

Torpağın su ilə yuyulmasının qarşısını almaq üçün aparılan bütün becərmələrdə məqsəd,  səthi su axımının qarşısını almaq və suyun torpağa daha çox hopmasını təmin etməkdən ibarətdir. Bu məqsədlə aşağıdakı torpaqbecərmə qaydaları və üsulları tətbiq edilir:

-yamacın eninə şumlama;

-kəsikli laydırı olan kotanla və ya torpaqdərinləşdirici ilə birlikdə yamacın eninə şumlama;

-tirəli dairəvi şumlama;

-torpağın yastıkəsən alətlərlə becərilməsi;

-birinci və üçüncü gövdələrinə gödəldilmiş laydır qoşulan kotanla şumlama;

-bir-iki laydırı çıxarılmış, qalan gövdələrində laydır olan kotanla şumlama;

-ikinci və dördüncü gövdələrinə uzun laydır qoşulan kotanla pilləli şumlama;

-fasiləli şırımaçmaqla şumlama;

-torpaqdərinləşdirici   ilə   fasiləli   şırımaçmaqla şumlama;

-fasiləli şırımaçmaqla dairəvi və pilləli şumlama;

-yuvaaçmaqla dərin şumlama;

-yuvaaçmaqla və torpaq dərinləşdirməklə şumlama;

-uzadılmış laydırı olan kotanla tirəli şumlama;

-başdan-başa bitki əkinlərində yarıq açma;

-cərgəaralarına şırımaçma və bitki diblərini doldurma və s.

Şumlanmış sahələrdə su axınının azalması, torpaqda kapillyar və qeyri kapillyar məsamələrin artması və suyun torpağa daha çox hopması nəticəsində baş verir. Şumun dərinliyi artdıqca torpağa sızan suyun miqdarı da artır.

Mailliyi 1-1,5° olan yamaclarda səthi su axınını azaltmaq üçün dərin şumlama aparılır. Humus qatı qalın olan torpaqlarda dərin şum torpaqdərinləşdirməklə aparıldıqda torpaq eroziyadan daha yaxşı mühafizə olunur.

Mailliyi 1,50-dən 3°-dək olan yamaclarda şum su axınına perpendikulyar, yə'ni yamacın eni istiqamətində aparılır. Yamacın mailliyi 3°-dən 5°-dək olan sahələrdə şum, laydırın biri uzadılmış kotanla, yamacın eni istiqamətində aparılmalıdır. Bu cür şum aparıldıqda torpaq səthində 10-12 sm hündürlüyündə tirə yaradılır ki, bu da suyun axmasının qarşısını alır (şəkil 41).

Yamacın eni istiqamətində erkən şum aparıldıqda, əlavə mikrorelyef yaratmaq üçün şırım və yuva açmaqla suyun torpağa daha çox hopmasına şərait yaradılır.

Əkin qatı 20 sm-dən az olan yuyulmuş torpaqlarda şumlama, laydırsız kotanla dərin yumşaltma ilə əvəz edilir. Bu çür becərmə alaq otlarından təmiz olan sahələrdə daha səmərəli olur. Alaq bitkiləri çox yayılan sahələrdə laydırlı və laydırsız kotanla becərmələr növbələşdirilməlidir. Bu məqsədlə kombinə edilmiş kotanlardan istifadə oluna bilər. Kombinə edilmiş kotanın iki gövdəsi laydırlı, qalan gövdələri isə laydırsız olur. Laydırsız gövdələrin gedişi zamanı  torpaqda   saxlanılan   bitki   qalıqları axının qarşısını alır və suyun torpağa hopmasına imkan yaradır.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

                           Mövzu 11.

          Meliorasiya edilmiş torpaqlarda əsas kənd

        təsərrüfatı bitkilərinin becərilmə xüsusiyyətləri.

Plan.

1.Suvarma şəraitində kənd təsərrüfatı bitkilərinin becərilmə   xüsusiyyətləri .

2. Bitkilərin bioloji xüsusiyyətləri.

3. Torpaq becərilməsinin xüsusiyyətlərini.

4. Suvarma sxemləri və üsulları.

                 Ədəbiyyatlar.

1.C.Hacıyev.M.Hüseynov.Əkinçilik.Bakı 2008     

     2.H.Q.Aslanov.Torpaqların meliorasiyası.Bakı 2004.

     3.Q.Əzizov,Ə.Quliyev.Azərbaycanın şorlaşmış torpaqları,

       onların meliorasiyası və münbitliyinin artırılması.Bakı 1999.

     4.S.D.Lısoqorov.Oraşaemoe zemledelie.Moskva 1971.

 

 

 

   Kənd təsərrüfatı bitkilərinin aqrotexnikası bitkiçilik fənnində geniş işıqlandırılır,bəzi məsələlər isə əkinçilik və aqrokimya fənlərində qeyd olunur.Bu fənlər meliorativ və suvarma əkinçiliyindən əvvəl öyrənilir.Ona görədə kənd təsərrüfatı bitkilərinin aqrotexnikasının bütün cəhətlərinin burada şərh etmək artıqdır.

    Meliorativ və suvarma əkinçiliyi fənnində yalnız o məsələlər araşdırılır ki,onlar bilavasitə yaxud dolayı yolla suvarma ilə əlaqədardır,və onlar bu şəraitlərdə kənd

təsərrüfatı bitkilərinin becərilmə xüsusiyyətlərini əks etdirirlər.Buraya bitkilərin bioloji xüsusiyyətləri,torpaq becərilməsinin və bitkilərin becərilməsinin xüsusiyyətlərini,suvarma sxemlərini və üsullarını və digər məsələləri daxil etmək olar.

   Payızlıq buğda ən qiymətli qida bitkisidir.Təbii zonalardan asılı olaraq suvarılan torpaqlarda buğda becərilərkən onun payızlıq yaxud yazlıq formalarına üstünlük verilir.

   Qışlama şəraitləri əlverişli,lakin isti və quraq yaya malik olan bölgələrdə payızlıq buğda daha yüksək və sabit məhsul verir.

   Suvarma bitkilərin böyümə və inkişafı üçün optimal şərait yaradır,onların qışadavamlılığını artırır ki, bu da payızlıq buğdanın yaxşı qışlamasını təmin edir.Buna görədə payızlıq buğdanın  səpinləri getdikcə genişlənir.

  Payızlıq buğda yazın birinci yarsında yetişdiyi üçün yaşıl yem,silos və hətta dən üçün aralıq bitkilərin yaxşı sələfidir.Suvarılan növbəli əkinlərdə payızlıq buğda həm də yaşıl yem və silos üçün becərilir,tarla azad olduqdan sonra həmin tarladan dənli,tərəvəz və yem bitkiləri üçün istifadə olunur.

   Payızlıq buğda qış düşənədək cücərti verir,kollanır,köklər dərinə işləyir və payız bərkiməsini keçirir.Qışlamadan sonra bikilərin inkişafı davam edir,böyümə konusu əmələ gəlir.Onun güclü inkişafı və fəal uzanması yarpaqların və köklərin gücündən,toxumların su ilə doymasından aslıdır.Rüşeyim hüceyrələrinin su ilə tam doyması turqor vəziyyətinin saxlanmasına,gərilməsi gələcək sünbüllərin rüşeymlərinin miqdarının artırılması üçün zəruridir.Bu bitkilərin su ilə təmin olunmasnda ən məsul dövrdür.Payızlıq buğdanın kritik dövrü boruya çıxmadan dənin süd yetişmə dövrünədək uzanır.

   Alimlər müəyyən etmişlər ki,rüşeyim sünbülcüklərinin əmələ gəlməsindən əvvəl faraş suvarma çiçək əmələ gəlməsinin başlanğıcında hər bir sünbülcükdə inkişaf etmiş çiçəkciklərin miqdarını artırır.

   Boruya çıxma fazasında sünbüllər və gövdələr tez böyüyür, əlavə yarpaqlar əmələ gəlir və quru kütlə intensiv toplanır.

  Çiçəkləmə və mayalanma dövründə tənəfüs gücləndiyi və üzvi maddələrin məsarifləri artdıqda bitkilər həddən artıq qızmaya,quru küləklərə qarşı həssas olur.Müəyyən olunmuşdur ki,35 S temperaturda payızlıq buğda bitkilərində fotisintez prosesi çox zəif gedir,məhsuldarlıq 20-25% azalır,40 S-də isə 45-50%-dək azalma müşahidə olunur.Havanın aşağı nisbi rütubətidə payızlıq buğdanın məhsuldarlığına demək olar ki eyni təsir göstərir.Havanın rütubəti 24%-dən aşağı olduqda və quru külək olduqda seyrək dənlilik,boş sünbüllülük olur.Havanın yüksək temperaturasının və aşağı rütubətliliyinin mənfi təsirini adi üsulla yaxud xırda dispersiyalı yağış yağdırma yolu ilə sərinləşdirməklə zəiflətmək olar.

  Payızlıq buğdanın  transpirasiya əmsalı 450-500,sudan istifadə əmsalı 60-90 m su (1 sentiner dənə görə) olur.Bu göstəricilərin dəyişkənliyi əkiləcək bitkinin sortundan,rütubətdən,torpağın mineral qida elementləri ilə təmin olunma dərəcəsindən asılıdır.Bu göstəricələrə hətta iqlim şəraitləridə təsir göstərir.

   Payızlıq buğda uzun vegetasiya müddətinə malikdir ki,bu da torpaqdan bitkinin qida elementlərini daha tam mənimsəməsinə imkan verir.Lakin qida elementlərinə təlabat bitkilərin inkişaf dövrlərindən asılı olaraq müxtəlif olur.Azot vegetasiya m/üddətində həmişə zəruridir,lakin onu boruya çıxma və sünbülləmə fazalarında daha çox tələb edir.Faraş yazda aşağı temperaturaların və torpağın həddən artıq rütubətlənməsinin nəticəsində nitrifikasiya prosesi zəifləyir,aşağıya doğru su axınları nitrat azotunu dərin qatlara yuyub aparır.Ona görədə nitrat azotu ilə yaxşı təmin olunmuş torpaqlarda da hətta bitkilər azotdan korluq çəkə bilirlər.Faraş yazda payızlıq bitkilərin azotla yemləndirilməsinin səmərəliliyi bununla izah olunur.

  Cücərmə dövründə və inkişafının başlanğıcında buğda bitkisinin fosfora ehtiyacı böyük olur.Rütubətlə yaxşı təmin olunan torpaqlarda fosfor bitkilərin köklərinin yaxşı inkişaf etməsinə səbəb olur,hətta 1m -ə qədər dərinliyə gedir və quraqlığa,soyuğa davamlılığı yüksəlir.

   Fosfor sünbül əmələ gəlməsini və dənlərin dolmasını təmin edir.Böyümənin ilk mərhələsində baş verən fosfor çatışmamazlığı sonradan verilən yemləmələr vasitsilə bərpa olunmur.

   Torpaqda buğdanın cücərməsindən çiçəkləməyə qədər asan mənimsənilən kalium çatışmadıqda bitkilərin böyümə və inkişafı zəifləyir,onlar temperaturanın və rütubətin dəyişikliyinə qarşı həssas olurlar.

*   Payız dövründə bitkilərin fosforla və kaliumla yaxşı təmin olunması payızlıq buğdanın qışa davamlılığını yüksəldir,onlar;n azotla kifayət qədər təmin olunması dənin tərkibində zülalın miqdarını artırır.Azotun və rütubətin həddən artıq olması bitkilərin yatmasına səbəb olur.

Soyuq rütubətli illərdə suvarma aparıldıqda payızlıq buğdanın kök çürüməsilə,pas  xəstəliyilə sirayətlənə təhlükəsi böyüyür.Xəstə bitkilərdə fotosintez prosesi kəskin pisləşir,tənəfüs intensivliyi və üzvi maddələrin itkisi böyüyür,transpirasiya xeyli güclənir ki,bu da məhsuldarlığı kəskin azaldır.Gübrələr verildikdə pas xəstəliyinə qarşı davamlılıq artır.

    Suvarma şəraitində becərilən payızlıq buğda sortları əlavə rütubətlənməyə yüksək həsas,habelə yarmaya və göbələk xəstəliklərinə qarşı davamlılığı yüksək olur.

  Payızlıq buğda sələflərə qarşı tələbkardır.Sələf bitkisinə olan başlıca tələb onun faraş yığılmasdır.Bu isə gübrələrin vaxtında verilməsinə,torpağın əsas becərilməsinin aparılmasına,arat edilməsinə,səpinqabağı becərmələrin aparılmasına, payızlıq buğdanın optimal müddətlərdə səpilməsinə şərait yaradır.

  Ukraynada,Moldaviyada,Şimali Qafqazda suvarılan torpaqlarda ən yaxşı sələflər yonca,paxlalılar,taxıl- paxla qarşığı,faraş tərəvəz və kartof,qarğıdalı və s. hesab olunur.

   İstiliyi yüksək olan bölgələrin suvarılan rayonlarında payızlıq buğda qismən dən qarğıdalısından və sentyabrın ikinci ongünlüyündə yığılan şəkər çuğundurundan sonra yerləşdirilir. Payızlıq buğdanın səpinindən əvvəl bir ildə iki məhsul alınması böcəklərə qarşı mübarizədə profilaktik rol oynayır və lazmı miqdarda gübrələr verildikdə məhsuldarlığa mənfi təsir göstərmir.Ancaq bunu suvarma əkinçiliyinin digər rayonlarında yoxlamaq tələb olunur.

   Payızlıq buğdanın səpini üçün torpağın əsas becərilməsi 6-8 sm dərinliyində üzləmədən,tarlanın alaqlanmasından,gübrə normalarından və suvarma rejimindən asılı olaraq 15-32 sm dərinliyində şumlamadan ibarətdir.

  Yoncanın ikinci biçimindən sonra layın qaldırılma dərinliyi 28-30,3-cü biçimdən sonra isə20-22 sm olur.Digər sələflərdən sonra faraş şum aparıldıqda onun dərinliyi 25-32sm,gec aparıldıqda isə 20-22sm olur.Rütubət toplayıcı suvarmadan sonra və yüksək gübrə normalarında şum dərinliyi azalır.Bitkinin səpinindən qabaq dərin şum aparıldıqda torpağın həddən artıq yumşaq olması bitkilərin ilk inkişafını pisləşdirir,vegetasiya suvarmaları aparıldıqda dayaz şumlamada səpilən bitkilərə nisbətən daha çox yatırlar.

   Alaqlardan təmiz olan,habelə yüngül və yaxşı mədəniləşdirilmiş torpaqlarda sələflərin yığılması gecikdirildikdə şumlamanı PPL-10-25 markalı gəvahinli üzləyicilərlə 8-14sm dərinliyində üzlənir.Cərgəarası becərilən bitkilərdən sonra şumun səthi becərmələrlə əvəz olunmasına yol verilə bilər.Torpaq həddən artıq quru olduqda becərilən şumun kəltənliliyinin qaşısını almaq üçün şumlamadan qabaq suvarma aparılmalıdır.

   Torpağın əsas becərilməsindən sonra rütubət toplayıcı,yaxud səpinqabağı suvarma aparılır.Bu halda süni yağış yağdırmadan ,şırımla yerüstü suvarma üsulundan istifadə olunur.Becərilən qat yetişdikcə tarla ağır malalarla malalanır.

   Payızlıq buğdanın səpini üçün torpağın becərilməsi səpinqabağı dövrdə,toxumların basdırılma dərinliyində kultivasiya çəkilir.Gübrələr payızlıq buğdanın məhsuldarlığını suvarma şəraitində kəskin artırır.

   Ukrayna Elmi Tədqiqat Suvarma Əkinçiliyi və Elmi Tədqiqat Qarğıdalı İnstitutunun məlumatlarına əsasən qara və şabalıdı torpaqlarda optimal azot gübrə normalarının tətbiqi hesabına payızlıq buğdanın məhsuldarlığı 10s/ha,fosfor gübrələrinin tətbiqi nəticəsində 1,5 s/ha,onların birgə tətbiqi zamanı 12,1-16,8 s/ha artmışdır.Hektara 50 ton peyin N150 P90 dozada gübrələr verildikdə Qafqaz və Avropa buğda sortları üç ildən orta hesabla 71-74s/ha məhsul verir.

      Payızlıq buğdanı darcərgəli və çarpaz üsulla səpirlər.Cərgəaralarının eni 7,5-və 15sm olur.Toxumun səpin dərinliyi 6-8sm-dir.Səpin norması sortdan,səpin vaxtlarından və bitkinin becərildiyi bölgədən asılı olaraq müəyyən olunur.

     Payızlıq buğdanın optimal səpin müddəti Ukraynanın cənubunda və Şimali Qafqazda 15-25 sentyabr,Qazaxstanın cənubu-şərqində 20-30 sentyabr,Moldoviyada 25 sentyabrdan 10 oktyabradək məqsədəuyğun sayılır.Azərbaycan şəraitində 25 sentyabrdan 30 oktyabradək səpin aparmaq məqsədəuyğundur.Daha tez səpin apardıqda bitkilər tez inkişaf edir,pis qışlayır,sudan və qida maddələrindən israfçılıqla istifadə olunur.Zərərvericilərlə və xəstəliktörədicilərlə daha çox sirayətlənir ki,bu da məhsuldarlığın hektardan 6-8 s azalmasına səbəb olur.Gec səpinlərdə məhsuldarlıq daha çox azalır,beləki bitkilər qışlamaya qədər yaxşı kollana bilmir.Gec səpin zamanı səpin norması artırılırki bu da baxmayaraq məsuldarlığı artırır,iqtisadi cəhətdən xeyli ziyan dəyir.

   Səpinlərə qulluq işləri vərdənələmə,yaz malalaması,suvarma yemləmə gübrəsi,yatmaya,alaqlara və xəstəliklərə qarşı mübarizə tədbirləri və s. aiddir.Kifayət qədər qar örtüyü olan rayonlarda qar toplanması işi həyata keçirilir ki,bu da bitkilərin qışlamasının və torpaqda rütubət ehtiyatının artırılmasnı təmin edir.

   Səpinlərə qulluq işləri yazda gübrələrin verilməsi və suvarma ilə başlanır.Vegetasiya suvarmaları üçün hazırlanmış tarlalarda malalama aparılarkən suvarma şəbəkəsinin xüsusiyyətləri nəzərə alınmalıdır.Suvarma zolaqları olduqda malalama zolaqlar boyunca aparılmalıdır.Səpilmiş şırımlarda rotasiya getməsilə malalama yaxşı nəticə verir.

  Vegetasiya suvarmaları üçün müvəqqəti arxlar və çıxış şırımları səpinlərin faraş yaz malalamasından sonra çəkilir.

   Buğda bitkisinin yatmasının qarşısını almaq və onun məhsuldarlığını yüksəltmək üçün yazda,bitkilərin boruya çıxması fazasında səpinlərə hektara 2-4kq hesabılə TUR preparatı çilənir.Tədqiqatlar göstərir ki,bitkilər yatmadığı halda səpinlərə TUR preparatının çilənməsi dən məhsuldarlığını hektardan 4-5s-dək artırır.Həm də bu preparat yatmaya qarşı davamlılığı zəif olan sortlara qarşı daha müsbət təsir edir.

    Suvarma rejimləri .Payızlıq buğda becərilərkən birinci növbədə normal cücərtilərin alınması və bitkilərin yazda normal inkişaf etməsi üçün optimal torpaq rütubətliyi şəraiti yaradılmalıdır.Buna rütubəttoplayıcı yaxud səpinqabağı suvarmalarla nail olmaq mümkündür.Müxtəlif əkinşilik bölgələrində onların əhəmiyyəti eyni deyil.Payızda tez-tez düşən və yaz fəslinə yaxın dərin islanmış torpaq örtüyünə malik olan rayonlarda rütubəttoplayıcı suvarmanın əhəmiyyəti azalır.

  Quraqlıq payız və payız-yaz yağmurları az olan bölgələrdə rütubəttoplayıcı suvarma payızlıq buğdanın məhsuldarlığının artırılmasında həlledici əhəmiyyətə malikdir.Belə vəziyyət adətən Ukraynanın cənubunda, Şimali Qafqazda və ölkəmizin quraqlıq bölgələrində yaranır.

  Təcrübələr göstərir ki,torpağın səpinqabağı rütubətləndirilməsi payızlıq buğda məhsulunun 40-45s/ha çatmasına imkan verir ki,bu da dəmyə şəraitdəkinə nisbətən 15-20s/ha çoxdur.Rütubəttoplayıcı suvarma çox hallarda qara heriyə nisbətən daha yüksək məhsul alınmasına imkan verir.Bu suvarma 1000-1500m3/ha norma ilə aparılır.Onu müəyyən edərkən duzlu torpaq qatlarının və qrunt sularının dərinliyidərinliyi nəzərə alınmalıdır.Suvarma suyu duzlu qata çatmamalıdır, çünki onda həll etdiyi duzlar kapilyar axınla qalaraq torpağın köklər yayılan torpaq qatını şorlaşdıra bilər.

    Qrunt sularının səviyyəsi yaxşı olan torpaqlarda rütubəttoplayıcı suvarmalar torpağın bataqlıqlaşmasına səbəb ola bilər.

    Rütubəttoplayıcı və səpin qabağı suvarmaların aparılma vaxtları payızlıq buğdanın səpin vaxtı ilə, təsərrüfatın su ilə olunması ilə ,suvarma texnikası  ilə və sələf bitkilərin yığılması ilə əlaqədardır.

   Payızlıq buğdanın vegetasiya suvarmaları iqlim və hidrogeoloji şəraitlərin,düşən yağmurların miqdarı və onların paylanması xarakteri,bitkilərin suya təlabatı məsələlərini nəzərə almalıdır.Maksimum su məsarifləri boruya çıxmadan dənin süd yetişmə dövrünə qədər olur.

  Tədqiqatlar göstərir ki,vegetasiya suvarmaları elə aparılmalıdır ki,torpağın 0-70sm qatında rütubətlik bitkilərin boruyaçıxma,sünbülləmə və dənin dolması fazalarında tarla su tutumunun 60%-də(yüngül torpaqda),70% (orta yüngül torpaqda) və 80% (ağır torpaqda) olmalıdır.

   Ukrayna və moldaviyanın quraq bozqırlarında vegetasiya suvarmalarının sayı 1-3,çox quraq illərdə 4 olur.Birinci suvarma bitkilərin boruyaçıxma fazasında,ikinci isə sünbülləmənin başlanğıcında aparılır.Bu dövrdə torpaqda rütubət çatışmaması dən əmələ gəlməsini pisləşdirir.Suvarma süd yetişmə fazasında qurtarır.Dənin dolma fazasında rütubət çatışmadıqda məhsuldarlıq 20-30%-dək azalır.

  Vegetasiya suvarmalarının normaları müəyyən olunarkən torpaqda rütubət ehtiyatı,onun mexaniki tərkibi,rütubətləndirilən qatın qalınlığı və qrunt sularının dərinliyi nəzərə alınmalıdır.Qrunt suları dərində yerləşdikdə suvarma norması hektara 400-600,yaxın yerləşdikdə isə 200-300m olur.

  Respublikamızda qış isti olduğundan payızlıq buğda bitkisinin inkişafı davam edir və buna görədə arat suvarmasndan başqa 1-2 dəfə vegetasiya suvarması aparılır.

 

 

 

 

 

 

 

 

 

 

                                         Mövzu 12.

                     Suvarmanın torpaq proseslərinə və mikroiqlimə təsiri.

     Plan.

1.Suvarmanın torpağa,  bitkinin  inkişafı və  məhsuldarlığına  təsiri.

2. Suvarmanın  torpağın  fiziki, kimyəvi, bioloji, istilik  və mikroiqlim  xüsusiyyətlərinə  təsiri.

3.Müxtəlif  bölgələrdə kənd  təsərrüfatı  bitkilərinin suvarmaya  ehtiyacı.

4.Suvarmanın  qrunt suyunun  rejiminə  təsiri.

5.Vegetasiya  və dövrü  suvarma  normalarının hesablanması.

        Ədəbiyyatlar.

1.H.Q.Aslanov.Torpaqların meliorasiyası.Bakı 2004.

2.Ş.N.Bağırov.Suvarma meliorasiyası.Bakı.1985.

3.R.Q.Hüseynov.Azərbaycanın suvarılan torpaqlarının aqrokimyəvi xarakteristikası.Bakı 1976.

4.B.M.Məmmədov.Mexanikləşdirilmiş suvarmanın tətbiqi.Bakı1995.

    Torpaqda  çatışmayan  rütubəti nizamlamaq  üçün, torpaq  münbitliyinin qorunması  üçün  kənd  təsərrüfatı  bitkiləri əkiləcək  sahələri  suvarmaq lazım  gəlir. Suvarma  nəin ki, torpağı  rütubətləndirir, hətta  yerüstü hava  qatının  rütubətlənməsinə  torpağın duz  və  hava, qida rejiminə  müsbət  təsir göstərir.

    Suvarma  torpağın  münbitliyi ilə  bərabər, əkiləcək  bitkilərin inkişafına, məhsuldarlığına  eləcədə  torpaqda bioloji, fiziki, kimyəvi  proseslərin gedişinə, torpaqların mikroiqlim  xüsusiyyətlirinə  müsbət təsir  edir.

      Vegetasiyanın  ayrı-ayrı  dövrlərində dövrü  suvarmalar  yolu ilə  torpağın  aktiv qatında  yaranan  rütubət, torpağın  tam rütubət  tutumunun  80-90%-ni təşkil  edir. Torpağın  rütubəti onun  bir  dövrü rütubətləşməsinin  qurtarması  ilə digər  dövrü  rütubətləşməsinin  başlanması müddətində  dəyişilməklə  irəlidəki rütubətləndirilmənin başlandığı  vaxtda  minimuma enir.

       İstər  vegetasiya suvarmalarını, istərsədə dövrü  suvarmaları  vaxtında və  norma  həddində verilməlidir. Əgər suvarmalar  zamanı  normadan artıq  su  verilərsə bu  torpağın  fiziki-kimyəvi  bioloji xüsusiyyətlərinə, torpaq aşınmalarına, torpaqda humusun azalmasına, digər  torpaq xüsusiyyətlərinə  pis  təsir edir.

        Vegetesiya  suvarma  normaları  nəinki  torpaq  münbitliyinə  eləcədə  əkiləcək  kənd  təsərrüfatı  bitkilərinin  inkişafına  da  müsbət  təsir  edir.  

        Bitkilər  suyu  kökləri vasitəsilə   torpaqdan  alır. Buna görə  də  onların inkişafı  üçün  tələb  olunan miqdarda  suyun  bitkinin köklərindən  yarpaqlarına  fasiləsiz verilməsi  təmin  edilməlidir. Bitkinin  normal inkişaf  etməsi  üçün torpaqda  hava  ilə su  arasında  olan nisbətin  böyük  əhəmiyyəti vardır. Bitkinin  su-hava  rejimi o zaman  normal ola  bilər ki, torpağın  rütubəti tarla  su  tutmuna bərabər  olsun.

       Bitkilərin  istifadə  etdiyi  suyun  əsas  hissəsi  transpasiyaya  sərf  olunur. Transpiyaya  sərf  edilən  su, bitkinin  qidalanmasına  və yarpaqların  assimilyasiya  edici  səthlərin  inkişafına, xüsusi  ilə  bitkinin  yerüstü  hissəsinin  temperaturunun  nizamlanmasına  sərf  edilir. 

      Qeyd  etmək  yerinə düşərdi ki,  suvarma  torpağın münbitliyini, ərazinin  iqlim  şəraitini dəyişdirməklə  bərabər, nəin ki,  bitkinin  inkişafına, onun  məhsuldarlığına  hətta məhsulun  keyfiyyət  göstəricilərində  müsbət təsir göstərir.  Respublikamızda  istehsal olunan  kənd təsərrüfatı  bitklərinin məhsuldarlığının statistkasında  məlum  olur ki, suvarılmayan  torpaqlara nisbətən  suvarılan  torpaqlardan alınan  məhsul  hər  cəhətdən  keyfiyyətli və  yüksək  olur.

        Müəyyən  torpaq, iqlim,aqrotexniki  şəraitdə suvarmaya  verilən  suyun bu şəraitə  müvafiq  olmayaraq artıq  verilməsi  nəin ki, məhsuldarlığı  artırır, əksinə  ziyan verə  bilər.Belə  ki, normadan artıq  verilən su məhsuldarlığı  azaltmaqla  bərabər, suvarma  suyunun, işçi qüvvəsinin  artıq  sərf edilməsinə  səbəb  olmaqla yanaşı, qrunt  suyunun  səviyyəsini qaldırır, torpaqların eroziyaya  uğramasına, bataqlaşmasına, şorlaşmasına  səbəb  olur. Buna görə də  kənd  təsərrüfat bitkilərindən  yüksək və  keyfiyyətli məhsul  əldə  edilməsi üçün, bununla  yanaşı torpaq  münbitliyinin  qorunması məqsədilə  suvarma  normalarına və  vaxtlarına düzgün  riaət  edilməlidir. Bunun  üçün respüblikamızda  hər  bölgənin torpaq-iqlim  şəraitinə  və bitkinin  növünə  uyğun olaraq  suvarma  normaları təyin  edilmişdir.

         Kənd  təsərrüfatında  istifadə olunan  torpaqların  məhsuldarlığı bir  sıra  amillərlə yanaşı  torpağın  granulametrik və mexaniki  tərkibindən  aslıdır. Kənd təsərrüfatı və  texniki  bitkilərdən yüksək  məhsul  ancaq onlar  üçün  əlverişli mexaniki  tərkibli  torpaqlardan almaq olar. Məsələn  yüksək keyfiyyətli  tütün  yarpağı tərkibində  qumlu  skletli, xeyli  kolloid hissəcikləri  olan  yüngül torpaqlarda  salınmış tütün plantasiyalarından  yığılır. Kartof, bostan, tərəvəz bitkiləri  isə  qumluca və yüngül  gillicə torpaqlarda  yaxşı məhsul  verir.

          Suvarılan sturuktursuz, pis su keçirən torpaqlarda  əkilmiş bitkilərin suvarma rejimində  suvarma müddətini artırmaq lazım gəlir ki, bu da şəbəkədə artıq yükə, işçi qüvvəsinə, sızmaya və buxarlanmaya sərf olunan su itkisinə səbəb olur.Suvarmaya sərf olunan su itkisi isə qurunt suyunun səviyyəsini qaldıraraq ərazinin şorlaşmasına bataqlaşmasına səbəb olur.

          A.F.Lebedev göstərirki torpaqda 5 növ su vardır.Bunlar aşağıdakılardır:buxar,hiqrosqopik su, pərdəvari su,qravitasiya suyu və kapilyar su.Ədəbiyyatlarda göstərildiyi kimi qravitasiya və kapilyar suya sərbəst su da deyilir.

          Suvarma torpağın münbitliyini bərpa edən elementlərdən biri olub əkiləcək bitkinin su təlabatını ödəməklə yanaşı həm də torpağın istiliyinə, kimyəvi tərkibinə,hava rejiminə və ondakı bakteriyaların mikrobioloji fəaliyyətinə təsir göstərir.Bitkilərin sərf etditiyi suyun miqdarı xarici şəraitindən, havanın temperaturu və onun becərilməsindən asılıdır.

          Suvarılacaq ərazinin təbii və təsərrüfat şəraitindən, bitkinin bioloji  xüsusiyyətindən və s. səbəblərdən asılı olaraq müxtəlif bölgələrdə kənd təsərrüfatı bitkilərinin suvarmaya ehtiyacı dəyişir.Respublikamızda suvarma tədbiq edilən ərazilər torpaq-iqlim, relyef şəraitlərinə görə bir-birindən azda olsa fərqlənir. Respublikamızın  ərazisi bu  baxımdan  10  təbii  iqtisadi bölgələrə  bölünür: Gəncə-Qazax, Şirvan, Muğan-Salyan, Mil-Qarabağ, Quba-Xaçmaz, Şəki-Zaqatala, Lənkaran, Abşeron, Naxçıvan, Dağlıq Qarabağ bölgələri.

          Ayrı-ayrı  bölgələrdə  tətbiq edilən  suvarma  üsulundan və suvarma  texnikasından  asılı olaraq  kənd  təsərrüfatı bitkilərinin  suvarma  rejimidə müxtəlifdir. AETHMİ  tərəfindən  öz axımı ilə  suvarma  aparılan bölgələr  üçün  vegetasiya suvarma  norması  və suvarmaların  sayı  müəyyən  edilmişdir. Bununla  yanaşı suvarma  aparılan  bölgələrin torpağında  səpinqabağı  müvafiq su  ehtiyatı  yaratmaq üçün  arat  suvarması aparılır. Arat  suvarma  normaları 1000-1200m3/ha-dan  1500-1800m3/ ha-a qədər  olur.

        Suvarma  vaxtları  suyun təxminən  50%- nin  kanallardan və  suvarılan  sahələrdən filtirasiya  sərf  olunması nəticəsində  bu  sular torpağa  keçərək  yağıntı sularının  həcmini  daha da artırır  ki,  bu da qrunt sularının  səviyyəsinin  artmasıa səbəb  olur.

        Bitkilərin  suvarma  rejimini  təyin  edərkən  tam  su  tələbatı  ilə yanaşı,  vegetasiya  suvarma  normasında  bilmək  lazımdır. Vegetasiya  suvarma  norması  bitkilərin  normal  inkişafını  təmin  etmək  üçün  vegetasiya  dövründə  ərazinin  hər  hektarına  verilən  suyun  (m3 ha-la) miqdarına  deyilir. 

        Təcrübədə  vegetasiya suvarma  normasını  elmi  tədqiqat  idarələrinin hazırladıqları  tövsiyyələrlə, qabaqcıl  təsərrüfatların  apardıqları çoxillik  təcrübə    materiallarına  əsaslanan, ekspermental  və ya nəzəri yolla hesablamaq  olar. Bu  norma bitkinin  normal  inkişafı üçün  onun  tam su  təlabatını  təmin edərək transpasiyaya  və yer  səthindən buxarlanmaya  sərf  edilən suyun  miqdarı  kimi başa  düşülür.

        Vegetasiya  suvarma  norması aşağıdakı  düsturlarla  hesablanır.

              M=E-10a*P-Wo+W1-Q

      Burada  M- vegetasiya  suvarma norması  m3/ha

                    E-   vegetasiya  dövründə  bitkinin  tam  su tələbatı  m3/ha 

                a-düşən yağıntıdan istifadə əmsalıdır

                P-vegetasiya dövründə yağıntı mm

                W0-vegetasiyanın başlanğıcında torpağın hesabat qatında  olan su ehtiyatı m3/ha 

                W1-vegetasiyanın başlanğıcında torpağın hesabat qatında qalan su ehtiyatı m3/ha

                Q-qurunt suları hesabına aktiv qata daxil olan suyun miqdarıdır.m3/ha

        Bitki  kökü yayılan aktiv torpaq təbəqəsinin sərhəd su tutumuna qədər nəmlənməsi üçün bir hektar sahəyə bir dəfədə veriləcək suyun miqdarına dövrü suvarma norması deyilir.

        Dövrü suvarma norması torpaq şəraitindən, torpağın su fiziki xüsusiyyətindən, bitkinin növündən, suvarma üsulu və texnikasından, aktiv təbəqənin dərinliyindən asılı olaraq müxtəlif üsullarla təyin edilə bilər.Dövrü suvarma normaları təcrübi, analtik və qrafoanaltik hesablama üsulu ilə təyin edilə bilər.Hazırda ən çox analtik və qrafoanaltik üsullardan istifadə edilir.Analtik hesablamada həcm və çəki hesablama üsulları tətbiq edilir.

         Azərbaycan şəraitində dövrü suvarma normaları suvarma üsulundan və texnikasından asılı olaraq 300-400-dən  700-800 m3/ha-ya və daha çox dəyişə bilər.Az suvarma normaları (300-400 m3/ha) yağış yağdırma üsulu ilə suvarmada, böyük suvarma normaları (700-800 m3/ha) və daha artıq səth üsulu ilə suvarmada tətbiq edilə bilər.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

                                 Mövzu 13.

                       Suvarma yolu ilə torpaqda və bitkilərdə

                           su rejiminin nizamlanması.     

     Plan.

   1.Suvarmanın əhəmiyyəti.

   2.Suvarmanın torpağa təsiri.

   3.Suvarmanın kənd təsərrüfatı bitkilərinin məhsuldarlığına təsiri.

   4.Torpaq və bitkilərdə su rejiminin nizamlanması.

                  Ədəbiyyatlar.

    1.H.Q.Aslanov.Torpaqların meliorasiyası.Bakı 2004.

    2.C.Ə.Hacıyev,M.M.Hüseyinov.Əkinçilik.Bakı 2008.

    3.B.M.Məmmədov.Mexanikləşdirilmiş suvarmanın tətbiqi.Bakı 1995.

     Əhalinin kənd təsərrüfatı məhsullarına olan təlabatını ödəməyin əsas yollarından biri də sahələrin məhsuldarlığının artırılmasıdır.Bu da bir sıra aqrotexniki tədbirlərlə yanaşı suvarma işlərinin düzgün təşkil edilməsindən çox asılıdır.

    Kənd təsərrüfatı bitkilərinin suvarılmasında əsas məqsəd müxtəlif üsullarla kök sisteminin yerləşdiyi aktiv torpaq qatında müvafiq nəmlik rejimi yaratmaqdır.Suvarma üsullarından hər birinin tətbiq dairəsi suvarılan ərazinin torpaq,iqlim və təsərrüfat şəraiti ilə əlaqələndirilməli,iqtisadi cəhətdən əsaslandırılmalıdır.

Kənd təsərrüfatı bitkilərinin suvarılmasında əsas məqsəd müxtəlif üsullarda kök sisteminin yerləşdiyi aktiv torpaq qatında müvafiq nəmlik rejimi yaratmaqdır.Suvarma üsullarından  hər birinin tətbiq dairəsi ərazinin torpaq, iqlim və təsərrüfat şəraiti ilə əlaqələndirilməsi və iqtisadi cəhətdən əsaslandırılmalıdır.

Suvarma suyunun torpağa verilməsi isə aşağıdakı üsullarla yerinə yetirə bilər:

-öz axını ilə suvarma üsulunda su açıq kanallar və ya boru kəmərləri ilə suvarılacaq sahəyə axıdılır.Buradan isə müvəqqəti açıq suvarma şəbəkəsi, sərt və elastiki borularla şırımlara, zolaqlara və ya xüsusi ləklərə verilərək torpağa hopdurulur.

-yağışyağdırma üsulu ilə suvarmada sahəyə axıdılmış su xüsusi maşın, qurğu və aparatlar vasitəsilə yağış şəklində sahəyə verilir.Nəticədə həm torpağın çatışmayan nəmliyi bərpa edilir, həm də yer səthində əlverişli mikroiqlim yaranır.

-damcılarla suvarma üsulunda su kiçik diametrli boru kəmərləri üzərində quraşdırılmış az sərfli xüsusi damcıladıcılar vasitəsilə fasiləsiz olaraqbilavasitə bitkinin kök sisteminə verilir.

Hər hansı suvarma üsulunun qəbul edilməsi suvarılacaq ərazinin təbii-təsərrüfat şəraitindən,əkiləcək bitkinin növündən,onların suvarma rejimindən və s. asılı olaraq əsaslandırılmalıdır.Su, kainatda canlı orqanizmlərin mövcudluğunu müəyyən edən əsas amildir və susuz həyat mövcud olmur. Bitkilərin toxumlarının cücərməsi və onların vegetasiya müddətində qida maddələrini mənimsəmələri üçün su tələb olunur. 

Müxtəlif bitkilərin toxumları öz çəkilərinin müəyyən misli qədər su udduqdan sonra, tərkibində olan qida maddələri bəsit tərkib hissələrinə parçalanır, fermentativ proseslər- «oyanma» başlayır və cücərti əmələ gətirirlər.

Bitki yarpaqlarının 90-95, gövdəsinin 50 və toxumunun 9-15%-i sudur. Xiyar və pomidorun 94-95%-ni, kartof yumrularının 74-80%-ni, taxıl dəninin isə 12-14%-ni su təşkil edir.Bitkilərdə gedən bütün biokimyəvi- fizioloji proseslər, o cümlədən polisaxaridlərin və peptidlərin əmələ gəlməsi və parçalanması, su molekulunun birləşməsi və ya ayrılması ilə başa çatır.

Bitkilərə lazım olan qida maddələri və karbon qazı torpaqdan və havadan ancaq su ilə daxil olur və bitkidə kökdən yarpağa və yarpaqdan kökə doğru yerini dəyişir.Bitkilər, qida maddələrini torpaqdan yalnız 1000 hissə suda 1-2 hissə həll olmuş mineral duzlar şəkilində qəbul edir.

Müxtəlif bitkilərin toxumlarının cücərməsi üçün onların şişməsinə sərf etdiyi və vegetasiya müddətində üzvi kütləsini əmələ gətirmək üçün tələb etdiyi suyun miqdarı eyni olmur (cədvəl 1).

Bir qram quru maddənin əmələ gəlməsi üçün sərf olunan suyun miqdarı transpirasiya əmsalı adlanır.

Bitkilərə daxil olan suyun 99,2%-i buxarlanmaya sərf olunur və ancaq 0,8%-i üzvi maddələrin əmələ gəlməsi üçün istifadə edilir.

Cədvəl 1Bitkilərin toxumunun cücərməsinə və üzvi kütlə əmələ gətirməsinə tələb etdiyi suyun miqdarı

Bitkilər

Toxumun cücərməsinə sərf olunan suyun miqdarı- öz çəkisinə nisbətən faizlə

Transpirasiya əmsalı

Buğda

46-57

450-600

Arpa

48-60

410-620

Çovdar

58-76

500-600

Çəltik

60-65

500-800

Vələmir

50-58

400-750

Qarğıdalı

37-45

250-400

Noxud

100-106

400-600

Kartof

-

300-630

Çuğundur

100-120

340-450

Pambıq

100-110

300-600

Yonca

52-58

800-850

 Hər hansı bitkinin suya olan tələbatı, inkişaf fazalarından asılı olaraq dəyişir. Bitkilərin suya ən çox tələbat göstərdikləri müddətlər böhran dövrü adlanır. Böhran dövrü buğda, arpa və çovdarda- boruya çıxma, sünbülləmə; qarğıdalıda- çiçəkləmə, sütül yetişmə, kartofda- çiçəkləmə, yumruların əmələ gəlməsi; pambıqda- çiçəkləmə, qoza əmələ gətirmə; pomidorda- meyvə əmələ gəlmə, yetişmə və bostan bitkilərində- yetişmə fazalarında olur.

Başqa dövrlərdə bitkilər su ilə tam təmin olunsada, böhran dövrü su çatışmadıqda məhsuldarlıq kəsgin azalır.

Su bitkiyə əsasən torpaqdan kökləri vasitəsilə, dumanlı havada, yağıntılar düşdükdə və şeh əmələ gəldikdə isə qismən yarpaq ağızcıqlarından daxil olur.

Torpaqdan bitkilərə suyun daxil olması, suyun formasından və torpağın su xassələrindən asılıdır. 

Torpaqda su buxar halında, kimyəvi birləşmiş, hiqroskopik, pərdə, kapillyar və qravitasiya formalarında olur. Lakin bitkilər suyun ancaq kapillyar və qravitasiya formalarından istifadə edə bilir.

Torpağın su xassələrinə:- su tutumu, su sızdırması, su qaldırması daxildir. Torpağın kapillyar və qeyri- kapillyar məsamələrinin su ilə tam dolması onun tam su tutumunu təşkil edir. Torpağın özündə saxlaya bildiyi qravitasiya və kapillyar suyun miqdarına tarla su tutumu deyilir.Torpağın özünə su hopdurması və aşağıya doğru süzməsi su sızdırma qabiliyyəti adlanır.

Atmosfer çöküntülərinin torpağa daxil olması hopma və süzmə prosesləri ilə başa çatır. Əvvəlcə su torpağa hopur və torpaq doyma dərəcəsinə çatanda süzmə prosesi başlayır. Su keçiriciliyinə torpağın məsaməliliyi birbaşa təsir göstərir.

Su sızdırması pis olan torpaqlarda su torpağın üst hissəsində toplanır və ya kənarlara axaraq itir. Çox quru torpaqlar əvvəlcə az norma ilə nəmləndirilib, sonra yüksək norma ilə suvarıldıqda öz su sızdırma qabiliyyətini daha yaxşı saxlayır. Tədricən islandığına görə, uzun müddətli payız yağışları torpağa daha yaxşı hopur.

Torpağın kapillyarları ilə suyu aşağı qatlardan yuxarıya doğru qaldırmasına su qaldırma qabiliyyəti deyilir. Torpaqda nəmlik tam tarla su tutumunun 60-80%-i qədər olduqda, əksər bitkilər üçün optimal hesab edilir. Qumlu və qumsal torpaqlar, gilli və gillicəli torpaqlara nisbətən az su saxlayır və suyu tez buxarlandıraraq quruyurlar.

Strukturasız torpaqlarda su torpağa hopmur, qış aylarında buz əmələ gətirir və atmosfer çöküntülərinin torpağa hopmasının qarşısını alır.Strukturasız torpaqlarda su kapillyar məsamələrdə müntəzəm olaraq yuxarıya doğru qalxdığına görə, torpağın üst səthi həmişə nəmli olsa da, alt qatlarda nəmlik olmaya da bilər. Deməli, struktursuz torpaqlarda su ehtiyatı az və davamsız olur.

Strukturlu topaqlarda isə su qeyri- kapillyar məsamələrlə asanlıqla torpağa daxil olur, ehtiyatını artırır və davamlı olur.

Su sızdırma, kapillyar fəaliyyəti və suyu buxarlandırma torpağın nəmlənmə dərəcəsini müəyyən edir.Torpağın kapillyar fəaliyyəti, suyun kapillyarlarla çox nəm olan yerdən, az nəm olan yerə ötürməsidir. Kip torpaqlarda kapillyarlar bir- birinə yaxın olduğuna görə suyu ötürməsi sürətlənir.

Torpağın öz səthindən suyu buxarlandırması, onun buxarlandırma qabiliyyətidir. Buxarlandırmaya su qaldırma qabiliyyətindən əlavə torpağın və yerüstü hava qatının temperaturu, küləyin sürəti, torpağın rəngi, səthinin xarakteri və s. təsir göstərir.Səthi hamar olmayan tünd rəngli torpaqlar, hamar səthli açıq rəngli torpaqlara nisbətən suyu çox buxarlandırır. Bitki ilə örtülü olan sahələrdə buxarlanma, açıq sahələrə nisbətən xeyli az olur.

Torpaqda suyun toplanması əsasən atmosfer çöküntüləri hesabına olur. Suvarma əkinçiliyində suvarma suları və yeraltı sular səthə yaxın olan yerlərdə isə qrunt suları torpaqda suyun toplanma mənbəyinə daxildir.

Torpaqda ümumi su ehtiyatı hiqroskopik nəmliyin iki misli qədər olduqda bitkilər ondan daha yaxşı istifadə edir.M.Lvoviçə görə hidrosferin 1,45 mlrd km3 su ehtiyatı :-60 mln km3 yeraltı çaylarda, 24 mln km3 buzlaqlarda, 83 min kmtorpaq nəmliyində, 14 min kmatmosferdə və s. toplanır və ümumi su dövranında az və ya çox dərəcədə iştirak edirlər.

Bitkilərin istifadə etdiyi torpaq və atmosfer nəmliyi, ümumi dünya su ehtiyatlarının»0,00007%-ni təşkil etməsinə baxmayaraq, suyun ümumi dövranı bitkiləri su ilə təmin etməyə imkan verir.

Torpaqda su ehtiyatı W=10.000×H×Pq düsturu ilə hesablanır. Buradan H- torpaq layının qalınlığı, P-həcm kütləsi, q-tarla su tutumuna görə nəmlikdir.

Bitkilərin suya olan tələbatı torpağın su balansı ilə ödənilir. Su balansı mədaxil və məxaric olunan suyun miqdarından asılıdır. Suyun mədaxili yağıntılardan (YS) və üst qata qalxan qrunt sularından (QS); məxarici isə transpirasiyadan (TS), torpaqdan suyun buxarlanmasından (TB), səth üzrə axan sudan (SA), torpaq daxilində yanlara axan sudan (YAS) və dərin qatlara sızan sudan (SS) ibarət olur.Yəni:

YS+QS=TS+TB+SA+YAS+SS

Mədaxilin əsas hissəsi atmosfer çöküntülərindən, yeraltı sulardan və suvarmalardan, məxaricin əsas hissəsi isə transpirasiya və buxarlanmadan ibarətdir.Suyun mədaxili onun məxaricindən çox olduqda, su balansı müsbət hesab edilir və ərazi humid bölgə adlanır. Humid bölgədə bəzi halda torpağın həddindən artıq nəmlənməsi baş verə bilər.Suyun mədaxili məxaricindən az olduqda isə, su balansı mənfi, ərazi isə arid bölgə adlanır.

A.N. Kostyakov atmosfer çöküntüləri ilə torpağa daxil olan suyun, torpaqdan və bitkilər tərəfindən buxarlanan suya nisbətindən asılı olaraq rütubətlənmə dərəcəsinin: 1. Çox nəmlənmiş, 2. Qeyri sabit nəmli və 3. Nəmliyi çatışmayan olmaqla üç tipini müəyyən etmişdir.

İl ərzində atmosfer çöküntüləri şəkilində torpağa düşən suyun miqdarı, buxarlanmaya nisbətən artıq olduqda ərazi çox rütubətli bölgəyə aid edilir. Yağmurlarla torpağa daxil olan suyun miqdarı, buxarlanan suyun miqdarına yaxın olduqda qeyri- sabit nəmlənmə adlanır. Yağıntıların miqdarı, buxarlanmaya nisbətən az olduqda isə, ərazi nəmliyi çatışmayan bölgəyə aid edilir.

Torpağa 1 mm yağıntı düşərkən hektara 10 ton və ya 10 m3 su daxil olur. Yəni bir dəfəlik yağıntılar 10-15 mm olduqda belə, hektara ancaq 100-150 m3, yəni suvarma normasının -i qədər su düşür. Həmin suyun əsas hissəsi buxarlanmaya və digər itgilərə sərf olunur və onun ancaq müəyyən hissəsi bitkilər tərəfindən istifadə olunur. Ona görə, atmosfer çöküntülərindən torpağa daxil olan suyun miqdarını müəyyən etmək üçün onun cəmini udma əmsalına (0,5-0,7) vurmaq lazımdır.

Vegetasiya müddətində yağıntının illik miqdarı 100 mm-dən az olduqda səhra iqlimi, 100-300 mm olduqda isə quru- çöl iqlimi adlanır.

Bitkilərin suya olan tələbatının ödənilməsi minimaldan optimala qədər məhsuldarlığı artırır, sonra isə tədricən azaldır. Ona görə də, ərazinin nəmlik təminatı müəyyən edilərkən, yağıntının buxarlanmaya və ya yağıntının havanın sutkalıq nəmlik çatışmazlığına nisbəti göstəricilərindən istifadə olunur.

İllik yağıntıların miqdarı mülayim iqlim şəraitində 400 mm-dən, yüksək buxarlanma olan isti şəraitdə isə 500 mm-dən az olduqda suvarmalar aparmaq lazım gəlir.İ.S.Petinova görə torpaqda nəmlilik az olduqda su qənaətlə istifadə olunur, transpirasiya əmsalı aşağı düşür, transpirasiya məhsuldarlığı artır, lakin bitkilərin məhsuldarlığı azalır.

V.P. Nartsisov ərazinin nəmlənmə dərəcəsini hidrotermiki əmsalla ifadə etməyi təklif edir. Hidrotermiki əmsal (HTƏ), bitkilərin vegetasiya müddətində istiliyi +100S-dən artıq olan günlərdə düşən cəmi yağmurun, həmin dövrdəki orta gündəlik temperatur cəminə nisbətidir. HTƏ 0,4- dən az olduqda quru; 0,4-0,7 çox quraqlıq; 0,7-1,0 quraqlıq; 1,0-1,3 zəif quraqlıq; 1,3-1,6 lazımi dərəcədə nəmlənmə adlanır.

Almaniyanın Valte İnstitutuna əsasən nəmlik dərəcəsi aylıq yağıntının cəminin, aktual buxarlanmanın (0,7) aylıq miqdarına nisbəti kimi göstərir: 

İ,

 

burada:-Y-yağıntı, PB- potensial buxarlanma (torpaq+bitki 0,7). Həmin nisbət:- 2,5-dən artıq-çox nəm; 1,25-2,5 -nəm; 0,5-1,25 -az nəm; 0,25-0,50-yarı quru; 0,12-0,25 -quru və 0,12-dən kiçik- çox quru nəmlik kimi qeyd olunur.

Suyun bir hektar sahədən m3-lə ümumi məsarifi cəmi su sərfiyyatı (CS), bir ton məhsula olan məsarifi isə su sərfiyyatı əmsalı (SƏ) adlanır. 

Bitkilərin növündən, aqrotexniki tədbirlərdən, məhsulun miqdarından, torpaq- iqlim şəraitindən və s. asılı olaraq su sərfiyyatı dəyişir. Eyni şəraitdə məhsuldarlıq artdıqda hektara ümumi su sərfiyyatı əmsalı (SƏ) azalır, yəni su qənaətlə istifadə olunur. Suvarılan torpaqlarda, dəmyə şəraitinə nisbətən su sərfiyyatı əmsalı daha az və davamlı olur.

Cəmi su sərfiyyatı (CS):- vegetasiya müddətində faydalı çöküntülərdən, köklərin yayıldığı qatda səpin və məhsul yığımı dövrlərində olan su ehtiyatının fərqindən, daxil olan qrunt sularından və suvarma suyundan təşkil olunur.

Cəmi su sərfiyyatından istifadə etməklə suvarma norması aşağıdakı düsturla müəyyən olunur:

Sn=CS-A-(R0+R1)-Q

burada: Sn - suvarma norması, m3/ha;

  CS- vegetasiya müddətində cəmi su sərfiyyatı, m3/ha;

  A- həmin müddətdə faydalı çöküntülər, m3/ha;

  R0- kök yayılan qatda, səpin müddətində su ehtiyatı, m3/ha,

  R1- kök yayılan qatda, məhsul yığımı dövründə su ehtiyatı, m3/ha.

  Q- qrunt suları, m3/ha.

 A.N. Kostyakova görə cəmi su sərfiyyatı:- (CS)=M: SƏ. düsturu ilə hesablanır (M- məhsul, h/S-lə; SƏ- su sərfiyyatı əmsalıdır).

Kənd təsərrüfatı bitkilərinin suya tələbi istilik rejimində olduğu kimi qeyri- fəal və fəal yolla ödənilir.Qeyri- fəal yolla su rejiminin nizamlanmasına: -bitkilərin suya olan tələbinə görə ərazidə düzgün rayonlaşdırılması; sahənin uyğun relyefinin seçilməsi; səpinin vaxtında, müəyyən edilmiş normada və üsulla aparılması; düzgün növbələşdirmə; aqrotexniki tədbirlərin keyfiyyətlə yerinə yetirilməsi və s. daxildir.

Fəal yolla su rejiminin nizamlanması, həm torpaqda nəmliyin toplanmasına və onun itirilməsinin qarşısının alınmasına, həm də artıq rütubətlənmiş torpaqlarda nəmliyin azaldılmasına yönəldilən tədbirlərlə həyata keçirilir. Buraya:- süni suvarmalar, tarlaqoruyucu meşə zolaqlarının salınması və süni su hövzələrinin yaradılması ilə mikroiqlimin bərpası, sahədə qarın toplanması, xüsusi aqrotexniki tədbirlər aparılması, kollektor- drenaj şəbəkələrinin qurulması və s. aiddir.

Rayonlaşdırma zamanı ərazinin nəmlik təminatı, bitkilərin suya olan tələbini ödəməsi imkanı ilə əlaqələndirilir. Ərazinin az mailli çökək yerlərində suya daha çox tələbat göstərən bitkilər əkilməlidir.

Səpin vaxtında, müəyyən edilmiş normada və üsulla aparıldıqda ərazinin rütubət ehtiyatından, xüsusən atmosfer çöküntülərinin hesabına yaranan nəmlikdən daha yaxşı istifadə olunur və su itkisinin qarşısı xeyli alınır. Çoxillik paxlalı bitkilər torpağın strukturasını yaxşılaşdırır və su xassələrinin dəyişilməsinə müsbət təsir edir. Ona görə də bitkilərin növbələşdirilməsi, növbəli əkin tarlalarında torpağın su-fiziki xassələrinin yaxşılaşdırılmasını təmin edir.

Aqrotexniki tədbirlər vaxtında və keyfiyyətlə yerinə yetirildikdə, suyun torpaqda toplanmasına və onun səmərəli istifadə olunmasına əlverişli şərait yaranır. Məsələn, erkən şum aparılan sahələrdə payız- qış və erkən yaz yağmurları torpaqda yaxşı toplanır.Fəal yolla bitkilərin suya olan tələbatı, əsasən süni suvarmalar aparmaqla ödənilir.

Torpaqda nəmlik ehtiyatının azalması nəticəsində kapillyar əlaqələrin pozulması müşahidə edildikdə, bitkilərin suya olan tələbatı suvarma ilə ödənilir. Suvarılan torpaqlarda dənli bitkilərin məhsuldarlığı, suvarılmayan sahələrə nisbətən 2-3, yem bitkilərinin məhsuldarlığı isə 4-6 dəfə yüksək olur.

Tarlaqoruyucu meşə zolaqları, atmosferin yerə yaxın qatında rütubəti artırır, küləyin gücünü zəiflədir və nəticədə buxarlanma azalır və tarlada qarın uzun müddət qalması təmin olunur.

Süni su hövzələrinin yaradılması, havanın nisbi rütubətinin artmasına və qrunt sularının səviyyəsinin yüksəlməsinə səbəb olur. Bundan başqa ərinti və sel sularını su hövzələrində toplamaq və həmin sudan bitkilərin böhranlı dövrlərində suvarma məqsədilə istifadə etmək olar.Su rejiminin fəal yolla nizamlanmasında torpaqda nəmliyin toplanmasını, qorunub saxlanmasını və səmərəli istifadə olunmasını təmin edən xüsusi aqrotexniki tədbirlərdən geniş istifadə edilir.

Suvarılmayan torpaqlarda, kifayət qədər nəmliyi olmayan və qeyri-sabit nəmlik şəraitində bitkilərin məhsuldarlığı, əsasən atmosfer çöküntüləri hesabına təmin olunduğuna görə, burada su rejiminin nizamlanmasında əsas məqsəd, torpağın su-fiziki xassələrini yaxşılaşdırmaqla daha çox nəmlik ehtiyatı yaradan becərmə üsullarının tətbiq edilməsindən ibarətdir.

Qarın sovrulmasının, ərinti və yağış sularının axmasının qarşısını almaq üçün torpaqda qarın və ərinti sularının saxlanılmasını təmin edən müxtəlif üsullar vardır. Qarı, tarlada quraşdırılan müxtəlif süni maneələrlə:- çırpı, sipər, kövşən dərzləri və s. ilə saxlamaq olar. Bu maneələr qarı yaxşı saxlayır, lakin onların düzəldilməsi üçün çoxlu material, nəqliyyat vasitəsi və əmək məsarifi tələb olunduğuna görə az istifadə edilir. Qarın saxlanılması üçün az zəhmət tələb edən və daha məhsuldar hesab olunan qar tirələrinin yaradılması üsulundan istifadə olunur. Bu məqsədlə qarəkənlər vasitəsilə, hakim küləklərin istiqamətinə köndələn qaydada olmaqla, bir- birindən 5-9 metr aralı, 40-70 sm hündürlüyündə qar tirələri düzəldilir. Qarın sovrulmasının qarşısını almaq üçün qar kipləşdirici alətlərdən istifadə edilə bilər.Cərgə və ya lentlərdə saxlanılan hündür boylu bitkilər, qış dövründə sahədə qarın daha yaxşı saxlanılmasını təmin edir.

Sahədə kövşən qalıqlarının saxlanılması və torpağın yastıkəsən alətlərlə becərilməsi ilə qarın toplanması yaxşı nəticə verir.Mailliyi olan sahələrdə yağmurların və ərinti sularının saxlanılması, həm torpağın rütubət ehtiyatını artırır və həm də eroziya prosesinin qarşısını alır.Yamaclarda ərinti sularını saxlamaq üçün mailliyə köndələn istiqamətdə qar tirəsi düzəldilir, yaxud zolaqlarla qarın üzəri hər hansı materialla qaraldılır. Bu üsulda qarın qaralmış hissəsi tez əriyir, zolaqlar arasında isə su saxlayan tirələr əmələ gəlir.

Torpaqdan rütubətin buxarlanmasının qarşısını almaq üçün kapillyar suyun yuxarı qalxmasını və su buxarının diffuziyasının zəifləməsini təmin edən əlverişli əkin qatı quruluşu yaradılmalıdır. Bu məqsədlə torpağın üst 0-4 sm qatı yumşaq vəziyyətdə saxlanılır, 4-6 sm dərinlikdə isə kipləşmiş qat yaradılır ki, bu zaman qaz mübadiləsi və torpaqdan su buxarının diffuziyası dayanır. Torpağı kipləşdirmək və eyni zamanda yumşaltmaqla istənilən əkin qatı quruluşunu yaratmaq üçün vərdənə və maladan istifadə olunur.

Torpaqda rütubəti saxlamaq üçün sahə alaq otlarından müntəzəm təmizlənməlidir. 

Rütubətliyi yüksək olan bölgələrdə yuyulan tipli su rejimi üstünlük təşkil edir. Torpaq suyunun qrunt sularına və ya su buraxmayan qata süzməsi, bu bölgədə torpağın həddindən çox nəmlənməsinə səbəb olur. Çox nəmlənmənin təsirindən torpaq kipləşir, quruma zamanı isə qalın qaysaq əmələ gətirir. Su torpağın bütün məsamələrini doldurduqda, hava sıxışdırılıb çıxarıldığına görə, aerob mikroorqanizmlərin həyat fəaliyyəti zəifləyir və bitki köklərinin hava ilə təmin olunması çətinləşir.

Çox nəmlənmiş sahələrdə su rejiminin nizamlanmasında məqsəd, artıq nəmliyi torpaqdan kənarlaşdırmaqdan ibarətdir. Bu məsələ meliorativ tədbirlərlə və xüsusən bataqlıqların qurudulması ilə həll olunur. Torpağın qurudulmasının ən yaxşı üsulu drenlərdən istifadə etməkdir. Örtülü drenlərin qurulması əkin sahələrinin həcmini azaltmır və tarla işlərinin yerinə yetirilməsinə mane olmur. Drenlərdə toplanan su, lazımi halda suvarma suyu kimi istifadə edilə bilər.

Çox nəmlənmiş torpaqlarda su rejimi əkin qatının dərinləşdirilməsi, yuvaaçma, yamacın eninə doğru ensiz güzlərlə şumlama, tirəyə səpin və s. kimi xüsusi tədbirlər aparılmaqla nizamlanır.

Kənd təsərrüfatı bitkilərinin suvarılmasında əsas məqsəd müxtəlif üsullarda kök sisteminin yerləşdiyi aktiv torpaq qatında müvafiq nəmlik rejimi yaratmaqdır.Suvarma üsullarından  hər birinin tətbiq dairəsi ərazinin torpaq, iqlim və təsərrüfat şəraiti ilə əlaqələndirilməsi və iqtisadi cəhətdən əsaslandırılmalıdır.

 

 

 

 

 

 

 

 

                                 Mövzu 14.

                 Suvarma şəraitində torpaqbecərmə və alaq

                  otlarına qarşı mübarizə.

    Plan.


  1. Suvarma şəraitində torpağın becərilməsi

  2. Alaq bitkiləri haqqında məlumat.

  3. Alaq bitkilərinə qarşı bioloji mübarizə.

  4. Alaq bitkilərinə qarşı aqrotexniki mübarizə.

  5. Alaq bitkilərinə qarşı kimyəvi mübarizə.

 

                         Ədəbiyyatlar.

     1.C.Ə.Hacıyev,M.M.Hüseyinov.Əkinçilik.Bakı 2008

     2.H.Q.Aslanov.Torpaqların meliorasiyası.Bakı 2004.

     3.Ş.N.Bağırov.Suvarma meliorasiyası.Bakı.1985.

 

Suvarma şəraitində torpağın əkin qatının quruluşu, kimyəvi və mikrobioloji proseslərin istiqaməti və buna uyğun olaraq munbitliyin aqrofiziki və aqrokimyəvi göstəriciləri digər torpaqlardan fərqli xüsusiyyətlərə malikdir.

Suvarma zamanı torpaqda kipləşmə getdiyinə görə ümumi və qeyri- kapillyar məsamələr azalır, atmosferlə torpaq arasında olan qaz mübadiləsi pozulur və mikroorqanizmlərin fəaliyyəti zəifləyir. Suvarılan torpaqların struktur vəziyyəti pisləşdiyinə görə onun susızdırma və suqaldırma qabiliyyətləri zəifləyir. Qeyd edilən mənfi proseslərin qarşısını almaq üçün müvafiq torpaqbecərmə üsullarından istifadə edilir.

Suvarılan ərazilərdə torpağın becərilmə üsulu, müddəti və intensivliyi, dəmyə şəraitində tətbiq olunduğu qaydada istifadə edilə bilməz.

Suvarma şəraitində əsas şumun dərin aparılması, torpaqda nəmliyin və qida maddələrinin daha çox toplanmasına, əkin qatının struktur vəziyyətinin yaxşılaşdırılmasına, habelə alaq otlarının, xəstəlik törədicilərinin vo zərərvericilərin məhv edilməsinə imkan verir. Dərin şum ön kotancıq əlavə edilən iki laylı kotanla aparıldıqda onun səmərəliliyi daha çox artır. Ən yaxşı nəticə isə 30-32 sm dərinlikdə iki layı şum və əlavə 10-15 sm yumşaltma aparıldıqda əldə edilir.

Şumun optimal dərinliyi ərazinin torpaq-iqlim şəraitindən, tətbiq olunan digər aqrotexiiki tədbirlərdən və becərilən bitkinin bioloji xüsusiyyətlərindən asılı olaraq müəyyən edilir. Yüksək suvarma norması tələb edən ağır qranulometrik tərkibli torpaqlar 2-3 ildən bir dərin şumlanmalıdır. Suvarma norması az sərf olunan yüngül torpaqlarda isə dərin şumun aparılması 4-5 ildən sonra təkrar oluna bilər.

Suvarılan torpaqlar payızda dərin dondurma şumu edildikdən sonra erkən yazda həmin sahədə torpaq xeyli kipləşir və alaq otlarının cücərtiləri əmələ gəlir. Xüsusilə qış aratı aparılan sahələrdə bu vəziyyət daha kəskin olur. Ona görə də, torpağın yazlıq bitkilər əkini üçün səpinqabağı becərilməsində çizel, kultivator, mala və s. tipli alətlərdən istifadə edilir. Bəzi halda torpaq çox kipləşmiş vəziyyətdə olduqda dərin yumşaltma və yaxud şumlama (pərşum) aparıla bilər. Pərşumu əsas şum dərinliyində aparmaq olmaz. Çünki, bu halda əsas şum zamanı torpağın alt qatına çevrilmiş bitki qalıqları və alaq toxumları yenidən üst qata qaldırılır. Bu isə üzvi qalıqların tez parçalanmasına və sahənin alaq otları ilə zibillənməsinə səbəb ola bilər. Bundan başqa pərşum müstəsna halada, sahənin çox bərkimiş və güclü alaqlanmış vəziyyətində, kifayət qədər nəmliyə malik olduğu zaman aparılır.

Səpinqabağı beçərmə zamanı alaq otlarının cücərtiləri tamamilə məhv edilməli, torpaq kifayət qədər xırdalanmalı və onun səthi hamar olmalıdır ki, toxumu barabər dərinliyə basdırmaqla normal cücərtilər əldə etmək və suvarmaları keyfiyyətlə aparmaq mümkün olsun. Bu məqsədlə tarlanın mövcud vəziyyətinə uyğun olaraq, becərmələri yerinə yetirmək üçün tələb olunan alətlərdən istifadə edilir.

Yüngül qranulometrik tərkibə malik olan torpaqların səpinə hazırlanmasında çox vaxt ziq-zaq mala və şax-maladan istifadə olunur. Malalamanın sayı sahənin səpin üçün hazır olmasından asılı olarq müəyyən edilir. Axırıncı mala səpinə köndələn istiqamətdə çəkilməlidir.

Qranulometrik tərkibi ağır olan gilli və gillicəli torpaqlar səpinqabağı ağır malalar vasitəsi ilə becərilir. Bu torpaqlarda, xüsusilə arat edilmiş sahələrdə səpinqabağı becərmənin vaxtının düzgün müəyyən edilməsi xüsusi əhəmiyyət kəsb edir. Çünki bu cür torpaqlarda suvarmadan sonra qaysaq və çatlar əmələ gəldiyinə görə, becərmələr vaxtında aparılmadıqda torpağın nəmliyi qısa müddətdə itirilə bilər.

Suvarılan torpaqlarda olan bitki əkinlərində, vegetasiya müddətində torpaqbecərmənin qarşısında duran əsas məqsəd, alaq otlarını məhv etmək və torpaqda əmələ gələn qaysağı dağıtmaqdan ibarətdir.

Başdan-başa əkilən bitkilərin vegetasiya becərməsi yüngül ziq-zaq və torlu mala çəkməklə aparılır.

Cərgəaraları becərilən bitki əkinlərində alaqların məhv edilməsi və torpağın yumşaldılması, vegetasiya müddətində kultivasiya çəkməklə yerinə yetirilir.

Kultivasiyanın sayı, dərinliyi və aparılma müddəti sahənin alaqlanma və kipləşmə dərəcəsindən asılıdır. Adətən vegetasiya suvarmalarından sonra torpağı yumşaltmaq üçün kultivasiya çəkmək lazım kəlir. İlk dövrlərdə kultivasiyanın en götürümü artıq, dərinliyi isə az götürülür. Vegetasiya müddətində sonrakı kultivasiyaların en götürümü azaldılır və dərinliyi isə tədricən artırılır.

Suvarma şəraitində torpağın əsas, səpinqabağı və vegetasiya becərmələrinin qaydaları və üsulları ərazinin torpaq-iqlim şəraitindən, suvarma rejimindən, becərilən bitkilərii bioloji xüsusiyyətlərindən və s. asılı olaraq müəyyən edilir.

Suvarılan torpaqlarda şorlaşmanın və bataqlaşmanın qarşısını almaq üçün sahənin səthi hamarlanmalıdır ki, suvarmalar keyfiyyətlə yerinə yetirilsin. Çünki səthi hamar olan torpaqlarda suyun sahənin hər yerində bərabər paylanılmasına şərait yaranır.

Hamarlama aparmaqla yüksək norma ilə suvarmanın mənfi təsirinin; -relyefin çökək yerlərində suyun toplanması nəticəsində bataqlaşmanın və şorlaşmanın, habelə su eroziyasının baş verməsinin qarşısı alınır. Hamarlama həmçinin tarla işlərinin mexanikləşmə səviyyəsini yüksəldir ki, bu da əməyin məhsuldarlığının artırılmasına imkan verir.

Suvarma şəraitində hətta eyni bitki üçün torpağın becərilmə sistemi müxtəlif torpaq- iqlim şəraitində eyni çür aparıla bilməz.

Suvarmanın üsulu (yerüstü, yağış yağdırma, yeraltı) və növü də (nəmləndirici, aldadıcı, vegetasiya suvarması) torpağın müxtəlif üsullarla becərilməsini tələb edir.

Lakin suvarılan torpaqlar üçün ümumi olan bəzi torpaqbecərmə üsulları mövçuddur. Suvarmalardan sonra qaysağı dağıtmaq məqsədilə aparılan yumşaltmalar, alaq otlarınım məhv edilməsi, dərin becərmələrlə əkin qatının qalınlığının artırılması və s. bu üsullara daxildir.

     Alaqlara qarşı mübarizə üsullarını aqrotexniki bioloji və kimyəvi mübarizəyə bölmək olar.

      Kənd təsərrüfatı bitkilərinin becərilməsində aparılan yüksək keyfiyyətli aqrotexnika alaqlara qarşı mübarizəyə qulluq edir. Aydındır ki, aqrotexniki üsullar alaqları məhv etməkdən başqa, ayrı vacib məsələləri məsələn su-hava, istilik və qida repsimlərini, xəstəlik işləri nizamlayır.                       

    

  Alaqlara qarşı mübarizə aparmaq məqsədilə aşağıdakı üç qrup tədbirdən istifadə olunur:

       a) tarlaya düşən toxum və artıb inkişaf edən vegetativ orqanların gəlməsinin qabağını almaq - bu qabaqlayıcı üsuldur.

       b) torpaqda həyat qabiliyyəti olan orqanların inkişaf və artmasını məhv etmək – bu qırığı üsuldar. 

       v)  k/t-ı əkinlərində cücərən və inkişaf edən alaqların məhvi.                                

      Birinci növbədə bu problemlə mübarizə aparmaq üçün, alaqların toxumlarını və onların vegetativ orqanları ilə çoxalırsa, həmin yolları, kök vasitəsi artırsa –onun yollarını bilmək vacibdir. Biz ötən dərsimizdə alaqların hansı yollarla yayılmasını öyrənmək.

      Alaq toxumlarını toxum materialından mütləq təmizləmək lazımdır. 

      Çünki, alaq toxumları anbarlarda uzun müddət qaldıqdan sonra da cücərmə qabiliyyətini itirmirlər. Dövlət standartına görə toxum materialı buğda üçün (QOST 10467-63), arpa (QOST 10469-63)

       I.sinif –sort tərkibində  5  alaq toxumu olduqda, II-sort 20-dən artıq (1 kq-da) olmayaraq. Bu xüsusi laboratoriyalarda yoxlanaraq, onların əkinə yararlı olub-olmaması haqda sənəd  verir. 

        Tarlalar üzvi gübrələrlə ən çox  zibillənir. Məs: 100 ədəd quzu qulağı, pərpətöyün  toxumu heyvan orqanizminə düşsə hamısı tam salamat ifraz olunur. Qızıl sarmaşıq (korantin). Heyvan orqanizmində həzm olunur. Peyinin düzgün saxlanılması yəni onun yanmaması bu toxumları məhv edə bilmir. Ona görə də alaq toxumları peyin və döşəmək quş zılı ilə çox yayılır. Bunlara kalsium sianamid qatılsa həm üzvi, həm mineral gübrə kimi istifadə olunar, həm də peyinin tərkibindəki alaq mənbələri məhv edilər. 

          Alaq toxumlarının və meyvələrinin yayılma hərəkətinin əriyən qar suyu güclü yağış ayları və suvarma suları ilə axmasının qarşısını almaq lazımdır. Suvarılan sahələrdə suvarma kanallarının kənarında alaqları biçib – qazmaq və ya kimyəvi dərmanlarla öldürmək lazımdır. Bundan başqa suvarma borularının qabağına torlar, şitlər qoyulur ki, toxumları, zibilləri saxlasın. Səpinləri və əkinləri alaqlardan qorumaq üçün sistematik olaraq tarlaların kənarları yolları və başqa becərilməyən yerləri biçmək və ya herbisid çiləmək lazımdır. 

        Bundan başqa məhsul yığımı vaxtı alaqların və toxumların yığım maşınları, daşıyıcı material və qablarla yayılmasının qarşısın almaq lazımdır. Bu məqsədlə məhsul yığan maşınlarda toxum yığan cihaz qoyulur. 

        Küləklə yayılmağın qarşısın almaq üçün hündür boylu alaqları, xüsusilə toxumları uça bilən, bitkiləri biçmək lazımdır. 

        Müasir məhsul toplanma üsulu ilə silos elə biçilməlidir ki, bu zaman alaq toxumları yetişməmiş olsun və kökü meyvəliləri də məhv etməli.

         Hələ qədim zamanlarda alaqları torpaq becərmələrlə məhv etmişdilər. Alaqları aldatmaq (provakasiya) yolu ilə də məhv etmək olar. – Bu üsulla əvvəlcə boş tarlalarda onlar üçün yaxşı şərait yaradılır, cücərtilər alındıqdan sonra isə onları bu və ya digər torpaq becərmə üsulu ilə (dərin şum, kultivasiya və s.) məhv edilir. Bu üsul heriklərdə  səpindən qabaq daha çox efekt verir.

          Təmiz və qara heriklərdə torpaqbecrəmə alaqların məhvini daha çox genişləndirir. Payız, yaz, yay dövründə müxtəlif dərinlikdə torpağı yumşaldıb müxtəlif qatlarda toxumların cücrəmsi üçün şərait yaratmaq lazımdır.

          Herik qoyma dövründə əkin qatında alaq toxumlarının cücərmə miqdarını azaltmaq olar.

         Krasnadar elmi tədqiqat kənd təsərrüfatı institutunda   qoyulan təcrübələrdən yaz yay vaxtı qara herikdə aparılan qatlı laylar üzrə becərmələr nəticəsində 1 m2 sahədə 1100 alaq cücrəməsi səthi becərmə ilə  isə 480 alaq cücərtisi məhv edilmişdir.

          Pravakasiya- aldatma üsulu səpindən qabaq cücərmədə daha çox  effekt verir. Bu üsul bir illik alaqlarda və cadan torpağın təmizlənməsinə köməklik edir. 

          II üsul – dərin şumlanmadır (yəni 30 sm) dərin şumlanma zamanı alaq toxumları ya cücərmir və ya onların cücərmələri əksərən məhv olur. Bir çox alaqların toxumları dərin basdırılıdıqda həyat fəaliyyəilərini 4-5 ilə itirir. Bəzi xüsusiləşmiş alaqlarda (dəlicə buğda, tarla topaotu, adi qaramuq otu) torpaqda 1-2 ilə ölür. 4-5 ildən bir dərin 30-35 sm şum etmək bir çox alaqların həyatını məhv edir. 

          Təcrübdə çox vaxt aldatmaq üsulu ilə müxtəlif dərinlikli becərmə bir yerdə daha çox işlədilir. 

           Çox illik alaqların vegetativ orqanlarının məhv edilməsi üçün mexaniki çıxarılma, qurudulma, boğulma və yorğunlaşdırmadan da çox istifadə olunur. 

     Mexaniki çıxarılma – Torpağın üst qatınada möhkəm yerləşən köklər üçündür (ayrıqotu, ayrığa oxşar)

      Bu zaman burjunlu (yara) və qitanlı kultivatorlarla tarlanın eninə becərilir. Çıxarılmış köklər yığılıb yandırılır. Əgər köklər dərində qalıbsa onu şum ilə üzə çıxarıb, sonra kultivasiya və dırmıqlama ilə yığırlar. 

        Bu üsul mənfəətli deyil, çünki bu qədər  becərmədən sonra başqa alaq otları və köklər üçün şərait yaranır. Həm də bu üsulda çox əmək və yanacaq sərf edilir.

        Qurutma üsulu – əsasən quraq və səhra zamanlarında daha çox istifadə olunur. Məqsədə uyğun becərmədən istifadə edərək, kökləri üzə çıxarıb günəş şüası olan zamanlarda əkin qatının üst tərəfində qalır, bunlar da 15-20 günə məhv olur. Atmosfer çöküntüləri çox olduqda bu üsul effekt vermir. 

         Yorulma və gücdən düşmə üsulu – bu üsulda Ən çox kökümsov gövdəli və köküpöhrəlilər üçün  istifadə olunur. Tarla süngəri, tarla sarmaşığı, sürünən kəhrə, tatar kahısı, tarla qatırquyruğunun sistematik olaraq torpaq üzərində görünən zoğları kəsmək lazımdır, bu da kök sistemində ilastik kütlə ehtiyatını ləngidir və ya tükəndirir və məhv olmağa gətirib çıxarır. Bu üsul qara heriklərdə yaxşı effekt verir. 

         Payızlıq bitkilər alaqların çıxıntılarını kölgələndirir, bu da onların assimiliyasiyasının  aşağı salır, ona görə də kök sistemi məhv olmağa başlayır. Cənub rayonlarında çox illik alaqların yorulması üsulunda erkən dondurma şumundan da istifadə olunur. Bunun üçün 2-3 üzləmə-becərmə dərinliyinin artırmaqla və dərin dondurma şumu aparılır. 

         Bu köküpöhrəli alaqlarla zibillənməni 70% azaldır. Bu ilə çox vaxt və əmək sərf edilir. Ona görə də bu üsulu herbisidlə əvəz etmək məsləhətdir.

        Boğulma üsulu – V.R.Vilayms tərəfindən nəzəri işlənib təklif edilmişdir. 

        Bu üsul ən çox sürünən ayrıqotunu məhv etmək üçündür. Eksperimental yoxlamalar göstərmişdir ki, bu üsul başqa alaqlara az təsir edir. Bu üsulda alaq bitkiləri doğranıb, 20 sm dərinliyə basdırılır.Ən çox dondurma üsulu vaxtı və ya payız becərməsində tarla xar şəkilli diskiləmə 10-12 sm dərinliyə və ön kotancıqlı kotanla kütləvi çıxış zamanı dərin şumlanır. Diskiləmə zamanı doğranmış alaqlar  10-12 günə cücərir, bu vaxt onlar dərin şuma basdırıldıqda məhv olurlar.    

          

       Bitkilərin səpinindən başlayaraq bütün vegetasiya müddətində aparılan aqrotexniki üsullar mexaniki yolla (malalama, cərgərast becərmə, toxum səpilmiş sahələrin alaq edilməsi və xüsusilə qiymətli bitkilərin) alaqların  məhvinə yönəldilir. Mexaniki üsullardan –səpindən sonra malalama vacib rol oynayır. Malalama k/t bitkiləri cücərəndən və cücərməmişdən qabaq aparıla bilər. (tarla süngəri tarla sarmaşığı, kəkrə sürünən, tatar kahısı, tarla qatırquyruğu) 

         Sistematik olaraq torpaq üzərində görünən zoğları kəsmək lazımdır ki, bu da kök sistemində plastik kütlə ehtiyatını tükəndirir və məhv olmağa gətirib çıxarır. Bu üsul qara heriklərdə yaxşı effekt verir.

        Payızlıq bitkilər alaqların çıxıntılarını kölgələndirir, bu da onların assilyasiyasını aşağı salır, ona görə də kök sistemi məhv olmağa başlayır.

        Cənub rayonlarında çox illik alaqların yorulması üsulunda erkən dondurma şumundan istifadə olunur. Bunun üçün 2-3 üzləmə becərmə dərinliyini artırmaqla və dərin dondurma şumu aparılır.

       Bu köküpöhrəli alaqlar  zibillənməni 70% azaldır. Bu işə çox vaxt və əmək sərf edilir. Ona görə də üsulu herbisidlərlə əvəz etmək olar.

 

 

 

 

 

 

 

                                                    Mövzu 15.

                        Suvarılan torpaqlarda əkinçilik sistemləri və 

                                       növbəli əkinlər.

            Plan.

  1.Əkinçilik sistemləri.

  2. Əkinçilik sistemlərinin inkişafı.

  3.Müasir əkinçilik sistemləri.

  4.Növbəli əkinlərin əhəmiyyəti.

  5.Növbəli əkinlərin təsnifatı.

  6. Növbəli əkinlərin qurulma qaydaları.

                                   Ədəbiyyatlar.

     1.C.Ə.Hacıyev,M.M.Hüseyinov.Əkinçilik.Bakı 2008

     2.H.Q.Aslanov.Torpaqların meliorasiyası.Bakı 2004.

     3.Ş.N.Bağırov.Suvarma meliorasiyası.Bakı.1985.

Hazırda əkinçilik sistemi dedikdə, bütün kənd təsərrüfatına yararlı torpaqlardan səmərəli istifadə olunmasına, torpaqların və ətraf mühitin mühafizəsinə, mövcud istehsal vasitələrinin geniş tətbiqinə, bitkilərin həyat amillərinə tələbinin ödənilməsinə və konkret təbii- iqtisadi şəraitdə ən az əmək və vəsait sərf etməklə, daha çox və keyfiyyətli məhsul istehsalının təmin olunmasına yönəldilən təşkilat- təsərrüfat, aqrotexniki və meliorativ tədbirlər kompleksi anlaşılır. Bu tədbirlərin əsasını torpaqları əlverişli üsullarla becərmək, üzvi və mineral gübrələrdən düzgün istifadə etmək, növbəli əkinlərin mənimsənilməsini başa çatdırmaq, torpaqların suvarılmasını və ya qurudulmasını təmin etmək təşkil edir. Həmin tədbirlər təkcə əkin sahələrində deyil, kənd təsərrüfatında istifadə olunan bütün torpaqlarda:- cəmənliklərdə, otlaqlarda, şorlaşmış və bataqlaşmış ərazilərdə, kol basmış torpaqlarda, əkin üçün yararlı hala salına biləcək digər istifadəsiz sahələrdə tətbiq olunmalıdır.

Əkinçilik sisteminin ümumi tərkib hissəsinə:- yararlı torpaqların əkin sahəsinə nisbəti, torpağın becərilmə sistemi, növbəli əkin sistemi, gübrələmə sistemi, alaq bitkilərinə qarşı mübarizə və mədəni bitkilərin xəstəlik və zərərvericilərdən mühafizəsi sistemi, toxumçuluq sistemi, torpağın eroziyadan qorunması üçün aparılan tədbirlər daxildir.

Bundan başqa ərazinin konkret torpaq- iqlim şəraitindən asılı olaraq, əkinçilik sisteminə suvarma, qurutma, torpaqların kimyəvi meliorasiyası, tarla qoruyucu meşə zolaqlarının salınması və s. daxil ola bilər.

Müxtəlif torpaq- iqlim şəraitində əkinçilik sistemlərinin ümumi tərkib hissələrinin hər birinin məhsuldarlığa və torpaq münbitliyinə təsiri eyni dərəcədə əhəmiyyətli olmur. Quraq iqlim şəraitində torpağın münbitliyinin yüksəldilməsində suvarma, meşəmeliorasiya, rütubətin toplanmasını və qorunub saxlanılmasını təmin edən torpaq becərmələri sistemi güclü vasitədir. Kifayət qədər rütubətli və münbitliyi az olan torpaqlarda və suvarma şəraitində gübrələrin tətbiqi, turşuluğu və ya qələviliyi çox olan torpaqlarda kimyəvi meliorasiya, həddən artıq nəmli torpaqlarda isə qurutma tədbirləri xüsusi əhəmiyyət daşıyır. Başqa sözlə, əkinçilik sistemlərinin göstərilən tərkib hissələrinin hər birinin məhsuldarlığın artırılmasında böyük əhəmiyyəti vardır, lakin yerli şəraitdən asılı olaraq onların bu və ya başqası əsas götürülə bilər.

Əkinçilik sistemlərinin bir- birindən fərqləndirici əsas xüsusiyyəti, əkin sahələrinin mövcud strukturudur. Ona görə əkinçilik sistemləri yaradılarkən, yerli şəraitə uyğun əkin sahələrinin strukturunu təşkil etmək lazım gəlir. Belə struktur bitkiçilik məhsulları istehsalını artırmaqla bərabər, heyvandarlığın müxtəlif növ yemə olan tələbini də tamamilə ödəməlidir.

İstənilən əkinçilik sisteminin başlıca əlaməti, kənd təsərrüfatı bitkilərinin becərilməsi və torpağın münbitliyinin artırılması üsuludur. Torpaqdan istifadə üsulu yararlı torpaqların mövcud əkin sahəsinə nisbəti ilə, torpaq münbitliyinin artırılması isə, becərilən bitkilərin bioloji xüsusiyyətlərini nəzərə almaqla, yerli şəraitə uyğun aparılan kompleks aqrotexniki tədbirlərlə xarakterizə olunur. Bu əlamətlər bir- biri ilə sıx əlaqədardır və əkinçilik sistemlərinin nə dərəcədə intensiv və səmərəli olduğunu göstərir.

 Əkinçilik formalarının müxtəlifliyinin artması ilə əlaqədar, onların sistemə salınması və düzgün adlandırılması zərurəti yaranır, çünki əvvəlki adlar əkinçilik sisteminin yeni məzmununu tam ifadə etmir. Ona görə, mövcud əkinçilik sistemlərinin qruplaşdırılması və adlandırılması, yeni əkinçilik sisteminin hazırlanmasına bərabər məsələ kimi əkinçilik elmi qarşısında durur. Əkinçiliyin inkişaf tarixində müxtəlif dövrlərdə mövcud olmuş əkinçilik sistemlərinin bir-birindən fərqləndirici xüsusiyyətləri, torpaqdan istifadə və torpağın münbitliyinin artırılması üsulları olmuşdur.

Əkinçilik sistemlərinin inkişaf prosesi, mövcud hakim ictimai quruluşun dəyişdirilməsi ilə əlaqədardır və ümumiyyətlə əkinçiliyin əsas inkişaf mərhələlərini özündə əks etdirir.

İstehsal qüvvələrinin zəif inkişafı səviyyəsində, əkinçiliyin ilk dövrünün xarakterik əlaməti, torpağın təbii keyfiyyətlərindən istifadə olunmasından və torpağın münbitliyini artırmaq üçün heç bir əlavə tədbirin aparılmamasından ibarətdir.

Əkinçilik sistemlərinin inkişaf tarixi göstərir ki, onlar əkinçiliyin intensivləşdirilməsinin müxtəlif mərhələlərini əhatə edir. Bu həm torpaqlardan istifadə olunmasında, həm də torpaq münbitliyinin artırılmasında özünü göstərir. Digər tərəfdən torpağın həm təbii-tarixi cism və həm də kənd təsərrüfatı istehsalının əsas vasitəsi kimi xüsusiyyətləri , əkinçiliyin inkişafında və ibtidaidən ali formaya keçilməsində daxili hərəkətverici qüvvə sayılır. Torpağın təbii xassələri möhkəm olub, çətin dəyişir və münbitliyin artırılmasını məhdudlaşdırır. Bu möhkəmlik insanların fəaliyyəti ilə və torpaqdan kənd təsərrüfatı istehsalının əsas vasitəsi kimi istifadə olunması ilə aradan qaldırılır, torpağın səmərəli münbitliyi yüksəlir. Bu proses fasiləsiz gedir və sıçrayışla dəyişən əkinçilik formalarında, yaxud sistemlərində öz əksini tapır.

Torpaq münbitliyinin yüksəldilməsi üsullarının dəyişdirilməsi, daha tələbkar və məhsuldar bitki əkinlərinin genişləndirilməsinə və onların nisbətlərinin dəyişdirilməsinə şərait yaradır. Məsələn, torpaqların suvarılması kənd təsərrüfatı bitkilərinin qruplarının nisbətlərini dəyişdirir, təmiz heriklər əkin sahələrinə çevrilir, tətbiq olunan gübrələrin miqdarı artırılır və s. Digər tərəfdən əkin sahələrinin strukturunun dəyişdirilməsi, daha yüksək aqrotexnika tətbiq olunmasını tələb edir.

Əkinçilik sistemləri torpaqdan istifadə və münbitliyin artırılma üsullarına görə ibtidai, intensiv və müasir formalara aid edilir.

İbtidai əkinçilik sistemlərinə:– dincə və xama qoyma, qırıb-yandırma, meşətarlalı, herik və çoxtarlalı ot sistemləri daxildir. 

Dincə və xama qoyma əkinçilik sistemi. Əkinçiliyin bu forması ibtidai icma və feodalizm cəmiyyətlərində, insanların az, torpaq sahəsinin isə çox olduğu dövrdə, ot bitkiləri ilə örtülü olan və yüksək təbii münbitliyə malik çöl rayonlarında yaranmışdır. Dincə və xama qoyma sistemlərində, xam torpaq sahələri qiymətli taxıl bitkiləri əkin iüçün istifadə olunurdu. Bir yerdə 2-3 il təkrar taxıl əkildikdən sonra, sahənin məhsulu get-gedə azalırdı. Bu torpağın zəifləməinə görə deyil, daha çox əkinlərin güclü alaqlanmasına, torpağın səthinin tozlaşmasına və su-fiziki xassələrinin pisləşməsinə görə baş verirdi. Bundan sonra həmin sahə başlı-başına buraxılır və yeni sahələr əkilirdi. Buraxılmış sahələrdə ilk illər hündür boylu alaqlar inkişaf edirdi. Sonra sahə get-gedə həmin ərazi üçün xarakterik olan təbii ot bitkiləri ilə örtüldükcə, torpağın istehsal qüvvəsi artır, alaqlardan təmizlənir, torpağın strukturası yaxşılışır və qida maddələrinin miqdarı artırdı. Bundan sonra isə həmin sahələr yenidən əkin üçün istifadə olunurdu. Bu qayda ilə az müddətə istifadəsiz saxlanılan sahə dincə qoyma, uzun müddətə buraxılan tarla isə xama qoyma adlanırdı. Dincə və xama qoyma əkinçilik sistemləri əkinçiliyin ilk, sadə formaları olmaqla torpaqdan zəif istifadə olunması, vahid sahədən az məhsul çıxımı və ağır əl əməyindən çox istifadə olunması ilə xarakterizə olunur. Burada ümumi sahənin ancaq 25%-i əkin üçün istifadə olunur və torpağın münbitliyi təbii bitkilərin təsiri ilə, çoxlu istifadəsiz torpaq sahələrində, uzun müddət ərzində bərpa olunurdu.

Qırıb- yandırma və meşətarlalı əkinçilik sistemləri. Meşə yanğınlarından sonra həmin sahədə yenidən sıx təbii bitki örtüyünün inkişaf etdiyini müşahidə edən insanlar, meşələri qırıb yandırır və həmin torpaqları əkin üçün istifadə edirdilər.

Təbii meşə bitkiləri yandırıldıqdan sonra, azad edilmiş tarlalarda mədəni bitkilərin əkilməsi, qırıb- yandırma əkinçilik sistemi adlandırılmışdır. Yanmış ağacların əmələ gətirdiyi kül, meşə torpaqları üçün xarakterik olan turşuluğu aradan qaldırmaqla bərabər, həm də mədəni bitkilər üçün qida mənbəyi sayılır. Meşə döşənəyinin və ot qalıqlarının çürüməsi, habelə havanın azotunu mənimsəyən və torpağı azotla zənginləşdirən mikroorqanizmlərin həyat fəaliyyəti nəticəsində, torpaqda kifayət qədər azot toplanır və həmin sahədən 2-3 il yüksək məhsul alınması təmin olunurdu. Lakin, bir neçə il yüksək məhsul verən meşəaltı torpaqlar, tədricən münbitliyini itirir və mikrobioloji proseslər zəyifləyirdi. Belə sahələrdən əldə edilən məhsul, sərf olunan əməyi minimum səviyyədə belə ödəmədikdə, tarla buraxılır və yeni meşə sahələri yandırılaraq, torpaq əkin üçün istifadə olunurdu.

Meşəaltı torpaqların istifadə müddətini artırmaq üçün, sahələr bir neçə il əkilmirdi və zəif inkişaf edən heyvandarlığın imkan verdiyi qədər peyin səpilirdi. Lakin bu da məhsuldarlığın sonrakı azalmasının qarşısını almırdı. Ona görə, yeni meşə sahələrindən istifadə etmək lazım gəlirdi. 

Xüsusi mülkiyyətçilik meydana gəldikdən sonra, əkin sahələri artırıldıqda, çoxdan buraxılmış və meşə bitkiləri ilə örtülmüş torpaqlarda yenidən mədəni bitkilər əkilirdi.

Buraxılmış sahələrin yenidən əkilməsi zamanı təsərrüfat əhəmiyyətli meşə materiallarından istifadə olunması nəticəsində qırıb-yandırma əkinçilik sistemi, meşətarlalı əkinçilik sistemi ilə əvəz edilmişdir. Burada meşə materialları yandırılmır və qırılaraq, müxtəlif təsərrüfat məqsədləri üçün istifadə olunurdu. 

Herik sistemi. Meşəaltı torpaqlardan istifadənin çətinliyi, əhalinin sayının artması və torpaq sahələrinin məhdudluğu, habelə torpaq üzərində xüsusi mülkiyyət formalarının meydana gəlməsi, torpaqların istifadəsiz saxlanma müddətini qısaltmağı tələb edirdi ki, bu da herik əkinçilik sisteminin yaranmasına səbəb oldu. Burada torpaqlardan səmərəli istifadə etmək, onun münbitliyini artırmaq və alaqlara qarşı mübarizə məqsədilə, bitki əkinləri herik tarlaları ilə növbələşdirilirdi. Ona görə, əkinçiliyin bu sistemi herik sistemi adlandırılmışdır. Herik sisteminin ilk mərhələsində iki tarlalı:- herik- taxıl, sonrakı dövrlərdə isə üç tarlalı:- herik- taxıl- taxıl və bəzi hallarda dörd tarlalı:- herik- taxıl- taxıl-taxıl növbəli əkinləri tətbiq edilirdi.

Herik sistemində taxılların məhsuldarlığı hektardan 5-7 sentner, quraq illərdə isə daha az olurdu.

Əkinçiliyin əvvəlki ibtidai formalarına nisbətən, herik sistemi daha uzun müddət istifadə olunmuşdur və hazırda quraq iqlim şəraitinə malik olan ərazilərdə onun yeni formalarından istifadə edilir. İbtidai sistemlərdən heriyə keçilməsi əkinçiliyin intensivləşdirilməsində mühüm addım idi. Çünki burada torpaqdan istifadə yaxşılaşmış, dənli bitkilərin sahəsi və taxılların ümumi istehsalı artmışdır.

Çoxtarlalı-ot sistemi. Bir çox dağlıq və dənizətrafı ölkələrdə, heyvandarlığın inkişaf etməsi ilə əlaqədar, onun yem bazasını yaxşılaşdırmaq üçün az məhsuldar çəmənliklər tədricən şumlanaraq həmin sahələrdə çoxillik otlar əkilmiş və otlaq əkinçilik sistemi yaradılmışdır. Bu sistemdə sahənin səpilən məhdud hissəsi taxıl və digər bitkilər üçün ayrılır, çox hissəsi isə təbii biçənək və otlaq kimi saxlanırdı. Məhsuldarlığı artırmaq məqsədilə, təbii otlaqların şumlanaraq çoxillik yem bitkilərinin əkildiyi sahələr birinci il biçənək, sonrakı illərdə isə otlaq kimi istifadə edilirdi.

Çoxillik otlardan iki məqsədlə istifadə olunduğuna görə A.S. Yermolov bu sistemi otlaq deyil, çoxtarlalı ot sistemi adlandırmışdır. Çoxtarlalı ot sistemi intensivləşmə dərəcəsinə görə, istifadə olunan əvvəlki formalardan üstündür. Burada torpaqların çox hissəsi əkilir, lakin sahənin xeyli hissəsi herik kimi saxlanılır. Taxıl bitkiləri və çoxillik otlar üstünlük təşkil edir, yüksək məhsuldar texniki və yem bitkiləri isə əkilmir və ya az sahə tutur.

Bu sistemdə torpağın münbitliyi, insanlar tərəfindən bu və ya digər formada istiqamətləndirilən təbii amillərlə:- ot səpini, becərmələr aparmaq və s., az dərəcədə isə sənayedə istehsal olunan məhsullarla artırılır.

Çoxtarlalı- ot sistemi əhalisi az və əkin sahəsi çox olan ölkələrdə geniş istifadə olunur. Digər ölkələrdə bu sistemin bəzi elementləri, yem və torpaq mühafizəli növbəli əkinlərə daxil edilir.

Ekstensiv sistemdən fərqli olaraq, intensiv əkinçilik sistemində bütün əkinə yararlı torpaqlarda qiymətli texniki, yem və ərzaq bitkiləri becərilir və az məhsuldar təbii yem sahələri isə mədəni, yüksək məhsuldar biçənək və otlaqlara çevrilir.

İntensiv əkinçilik sistemlərinə:- yaxşılaşdırılmış taxıl, sideral, ot tarlalı, meyvədəyişmə, cərgəarası becərilən və ya sənaye-zavod sistemləri daxildir.

Yaxşılaşdırılmış taxıl sistemi. Qərbi Avropada kapitalizmin inkişafı və əhalinin sayının artması, öz növbəsində kənd təsərrüfatı məhsullarının növünü və miqdarını, xüsusilə taxıl istehsalını artırmağı tələb edirdi. Bununla əlaqədar XVII-XVIII əsrlərdə mövcud taxıl-herik növbəli əkinlərinə çoxillik otlar daxil etmək, çoxtarlalı-ot sistemində isə çoxillik otların sahəsini azaltmaq və dənli bitkilərin sahəsini genişləndirməklə yeni, yaxşılaşdırılmış taxıl əkinçilik sistemi yaradılmışdır.

Yaxşılaşdırılmış taxıl sisteminin sonrakı inkişafı, təmiz heriklərin sahəsinin azaldılması və onun məşğullu heriklə əvəz edilməsi, növbəli əkinlərə cərgəarası becərilən bitkiləri daxil etməklə, meyvədəyişmə sisteminə keçilməsindən ibarət olmuş və ona görə də bəzi ölkələrdə herik-cərgəarası becərilən adlandırılmışdır.

Yaxşılaşdırılmış taxıl sistemində torpağın münbitliyi bu və ya digər dərəcədə insan tərəfindən istiqamətləndirilən (peyin səpmək, becərmələr aparmaq, ot bitkiləri əkmək və s.) təbii amillərlə, az dərəcədə isə sənayedə istehsal olunan vəsaitlərlə artırılır.

Sideral əkinçilik sistemi. Sideral əkinçilik sistemi Qədim Yunanıstanda və bir çox Şərq ölkələrində qədim dövrlərdə istifadə olunsa da, ancaq XIX əsrdən başlayaraq yaxşılaşdırılmış taxıl sisteminin forması kimi yaradılmışdır. Sideral əkinçilik sisteminin digər sistemlərdən fərqli xüsusiyyəti, herik tarlasında becərilən bitkilərin bütün məhsulunun yaşıl gübrə kimi torpağa çevrilməsindən ibarətdir. Burada yaşıl gübrə kimi lərgə, noxud, gülül, çovdar, vələmir, pans və digər bitkilərdən istifadə olunur.

Dənli və paxlalı bitkilərin qarışıq əkilməsi (məsələn:- noxud+ vələmir, gülül+çovdar və s.) onların siderat kimi əhəmiyyətini daha çox artırır. Bu zaman torpaqda qida maddələrinin miqdarı artır və mikrobioloji proseslər fəallaşır.

Növbəli əkin tarlalarında siderat bitkiləri həm əsas və həm də aralıq bitkisi kimi becərilə bilər.

Sideral əkinçilik sistemi, əsasən kifayət qədər nəmli iqlim şəraitində və az məhsuldar qumlu və qumsal torpaqların münbitliyini artırmaq üçün istifadə olunur.

Ot tarlalı əkinçilik sistemi. Ot bitkiləri əkinlərinin genişləndirilməsi ilə əlaqədar olaraq, XIX əsrdən başlayaraq, tərkibində çoxillik otların daxil olduğu növbəli əkinlərdən istifadə olunan əkinçilik sistemlərinin birləşdirilməsinə cəhdlər göstərilmişdir.

V.R. Vilyams yaxşılaşdırılmış- taxıl və çoxtarlalı- ot növbəli əkinlərini birləşdirməklə, tarla və çəmən növbəli əkinləri əsasında ottarlalı əkinçilik sistemini yaratmışdır. Ottarlalı əkinçilik sisteminin nəzəri əsasını, təbii bitkilər altında torpaq əmələgəlməsi prosesləri haqqında mövcud olan fikirlər və V.R. Vilyamsın öz təcrübələrinin nəticələri təşkil etmişdir.

V.V. Dokuçayev, P.A. Kostıçev və A.A. İzmailski tərəfindən aparılan uzun müddətli tədqiqatların nəticələri göstərmişdir ki, quraq illərdə kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının azalması və qeyri- sabitliyi, atmosfer çöküntülərinin az düşməsinə görə deyil, tozlaşmış torpaqların düşən yağıntıları toplayıb saxlamaq və vegetasiya müddətində mədəni bitkilərin istifadə edə bilməsi üçün, əlverişli su- fiziki xassələrə malik olmamasıdır. Bu halda düzgün becərmələr aparmaqla, pozulmuş torpaq strukturunun bərpası və torpaqda nəmliyi saxlamaq üçün digər müvafiq tədbirlərin aparılması məsələləri həll olunmalıdır.

V.R. Vilyams, ottarlalı əkinçilik sistemində xırda topavari, suya davamlı strukturanın yaradılmasını torpaq münbitliyinin artırılmasının əsas şərti hesab edirdi. O, bu cür strukturanı ancaq çoxillik sünbüllü və paxlalı bitkilərin qarışıq əkilməsi və torpağın hər il mədəni kotanla şumlanması hesabına yaratmağın mümkün olduğunu göstərirdi. O, strukturasız torpaqlarda hətta mineral gübrələrin istifadə olunmasını da səmərəsiz tədbir hesab edirdi.

Əvvəlki sistemlərdən fərqli olaraq, ottarlalı əkinçilik sistemində əkin sahələrindən daha yaxşı istifadə olunur, növbəli əkinlərə çoxillik otlar və cərgəarası becərilən bitkilər daxil edilir və torpağın münbitliyinin intensiv amillərlə bərpa olunmasına üstünlük verilir.

Meyvədəyişmə sistemi. Kapitalizmin sürətlə inkişafı, şəhər əhalisinin artması və heyvandarlıq məhsullarına olan tələbatın çoxalması ilə əlaqədar, əkinlərə cərgəvi üsulla səpilən bitkilərin daxil edilməsi nəticəsində, yeni meyvədəyişmə əkinçilik sistemi yaranmışdır. Heyvandarlığın inkişafı ilə əlaqədar, bu sistemdə paxlalı və kökümeyvəli bitkilərin əkilməsinə üstünlük verilir.

Meyvədəyişmə sisteminin xarakterik əlamətləri:- yüksək məhsuldar çəmənliklərdən başqa bütün təbii ot sahələrinin əkilməsindən, daha faydalı yem bitkilərindən istifadə olunmasından, təmiz heriklərin məşğullu heriklərə çevrilməsindən, taxılların paxlalı və cərgəarası becərilən bitkilərlə növbələşdirilməsindən ibarətdir.

Meyvədəyişmə əkinçilik sistemində torpağın münbitliyinin artırılması:- peyin səpmək, paxlalı bitkilər əkmək, torpağın dərin becərilməsi, alaqlara qarşı kimyəvi mübarizə, cərgəarası becərilən bitkilərin daha təkmil texnologiya əsasında becərilməsi ilə təmin olunur.

Meyvədəyişmə sistemi çoxsahəli təsərrüfatlar üçün yararlı sayılır və dar çərçivədə ixtisaslaşmış təsərrüfatların tələbini ödəmir.

Cərgəarası becərilən və ya sənaye- zavod əkinçilik sistemi. Əkin sahələrinin xeyli hissəsində çox əmək və vəsait məsarifləri, kifayət qədər gübrə və bəzi halda süni suvarma tələb edən cərgəarası becərilən texniki və ya tərəvəz bitkiləri istifadə olunan əkinçilik formaları, cərgəarası becərilən və ya sənaye-zavod əkinçilik sistemi adlanır. Bu sistemdə cərgəarası becərilən və tərəvəz bitkilərindən geniş istifadə olunduğuna görə düzən ərazilərdə geniş tətbiq olunur.

Cərgəarası becərilən əkinçilik sisteminin əsas əlamətləri:- tarla işlərinin yüksək dərəcədə mexanikləşdirilməsindən, kimyalaşmanın geniş tətbiqindən və meliorativ tədbirlərin aparılmasından ibarətdir və ona görə də, daha çox intensiv əkinçilik sistemidir. Burada tarlaların çox hissəsində cərgəarası becərilən bitkilər (pambıq, qarğıdalı, çuğundur, kartof və s.) əkilir.

Kənd təsərrüfatı elmi, əkinçiliyin maddi- texniki bazası və onun ehtiyatları nə qədər çox inkişaf edərsə, torpaq münbitliyinin artırılması və becərilən bitkilərin məhsuldarlığının yüksəldilməsi üsulları və vasitələri bir o qədər çox təkmilləşir, əkinçilik sistemləri daha çox müxtəlif və intensiv olur, optimal şəkildə dəyişilməz qaldıqda, onun davam etmə müddəti azalır və yeni əkinçilik sistemləri yaranır.

Müasir əkinçilik sistemləri, ibtidai sistemlərdən yüksək intensivləşmə dərəcəsinə görə fərqlənirlər.

Hazırda istifadə olunan taxıl- herik, yaxşılaşdırılmış taxıl, meyvədəyişmə, cərgəarası becərilən (sənaye-zavod) sistemləri, eyni adla mövcud olmuş əvvəlki əkinçilik sistemlərindən:- texnikadan daha səmərəli istifadə olunması, üzvi və mineral gübrələrin geniş tətbiqi, torpaq eroziyasına qarşı mübarizə tədbirlərinin aparılması, torpağın meliorasiyası, heriklərdə aralıq bitkilərdən və sideratlardan istifadə, daha məhsuldar bitkilərin yüksək kondisiyalı toxumlarının səpilməsi, torpağın əkin qatının dərinləşdirilməsi və s. tədbirlərinin aparılması ilə fərqlənir.

Müasir taxıl-herik əkinçilik sistemi, eyni adlı ibtidai sistemdən yüksək mexanikləşmə dərəcəsi, gübrələrin geniş tətbiqi, meliorativ və torpaqmühafizəli tədbirlərin aparılması, daha məhsuldar bitki sortlarının əkilməsi və s. ilə fərqlənir. Müasir torpaqqoruyucu taxıl-herik sistemində müvafiq torpaqbecərən alətlərdən istifadə olunur və zolaqlara səpin üsulu tətbiq edilir.

Bu üsulla qarın toplanması, torpağın donmasının qarşısının alınması və ərinti sularının torpağa asan daxil olması təmin olunur. Bununla yanaşı hazırkı taxıl- herik sistemində gübrələr, xüsusilə fosforlu gübrələr, kulis herikləri, qartoplamanın digər xüsusi üsulları, alaqlara qarşı kompleks mübarizə tədbirləri aparılır.

Yaxşılaşdırılmış taxıl sistemində:- təmiz heriklər məşğullu heriklərlə əvəz edilir, çoxillik otların istifadə olunma müddəti azaldılır, tətbiq olunan mineral gübrələrin miqdarı artırılır, turş torpaqlar əhənglənir, əkin qatı dərinləşdirilir və mədəniləşdirilir, yeni məhsuldar sortlardan istifadə olunur və tarlanın bir hissəsində cərgəarası becərilən bitkilər əkilir.

Müasir meyvədəyişmə əkinçilik sistemi, əsasən suvarılan torpaqlara malik sənaye rayonlarında, meşə-çöl bölgələrində tətbiq edilir. Bu sistemdə istifadə olunan növbəli əkinlərdə dənli taxıllar sahənin 50%-ni tutur, qalan hissədə paxlalılar və cərgəarası becərilən texniki və yem bitkiləri əkilir. Burada təmiz herik olmur və həmin tarlada aralıq bitkiləri becərilir.

Meyvədəyişmə sistemində tətbiq olunan növbəli əkinlərdə paxlalıların və taxılların hər birinin xüsusi çəkisi 25%, cərgəarası becərilən bitkilərin xüsusi çəkisi isə 50% təşkil edir. Burada aqrotexniki tədbirlər kompleksinin xüsusiyyətləri;- meyvədəyişmə qaydalarına əməl olunmasından, üzvi- mineral gübrələrin tətbiqindən, bataqlıqların qurudulması, quraq ərazilərdə suvarma və torpağın eroziyadan qorunması üçün aparılan tədbirlərdən ibarətdir.

Cərgəarası becərilən (sənaye-zavod) əkinçilik sistemi, cərgəarası becərilən texniki, yem və tərəvəz bitkiləri əkilən ərazilərdə, əsasən ixtisaslaşmış təsərrüfatlarda istifadə olunur. Bu sistemdə tətbiq olunan növbəli əkinlərdə təmiz heriklər olmur, sahənin yarıdan çox hissəsini cərgəarası becərilən bitkilər tutur, aralıq və təkrar əkinlərin sahəsi genişləndirilir.

Cərgəarası becərilən əkinçilik sistemində torpaq münbitliyinin yüksəldilməsi:- becərmə texnologiyalarının təkmilləşdirilməsi, lazımi miqdarda üzvi- mineral gübrələrin verilməsi, quraq ərazilərdə torpağın suvarılması, artıq rütubətli torpaqlarda qurutma və eroziya təhlükəsi olan sahələrdə torpaq- mühafizəli tədbirlərin aparılması ilə təmin olunur.

Hər hansı məhsul növünün, xüsusilə xammal təyinatlı bitkilərin becərilməsi üzrə ixtisaslaşmış təsərrüfatlarda cərgəarası becərilən əkinçilik sistemi daha geniş istifadə edilir. Bu sistem mühüm xalq təsərrüfatı əhəmiyyəti olan, lakin məhdud təbii- iqtisadi şəraitində becərilən bitkiçilik sahələri (pambıqçılıq, tütünçülük, tərəvəzçilik və s.) üzrə ixtisaslaşmış təsərrüfatlar üçün daha çox faydalıdır.

Müxtəlif torpaqları olan və müxtəlif kənd təsərrüfatı bitkiləri becərilən iri təsərrüfatlarda isə, çox vaxt müxtəlif prinsiplərə əsaslanan və müxtəlif əkinçilik sistemlərini əks etdirən növbəli əkinlərin bir- biri ilə uyğunlaşdırılması lazım gəlir.

Əkinçilik sistemlərinin hazırlanmasının əsas amili torpaqlardan səmərəli istfadə etmək və onun münbitliyini mütəmadi artırmaqdan ibarətdir. Təsərrüfatın ixtisaslaşma istiqaməti və onun ayrı-ayrı sahələrinin nisbətlərinin düzgün müəyyən edilməsi də əkinçilik sistemlərinin yaradılmasında eyni dərəcədə əhəmiyyətə malikdir.

 Münbit torpaqlardan səmərəli istifadə olunması əkinçilik mədəniyyətinin yüksək olmağı göstərir ki,tarla işlərinin vaxtında və keyfiyyətli aparılması,alaqlara qarşı mübarizə,zərərvericilərdən və xəstəliklərdən qorunmasına növbəli əkinə düzgün riayət etməklə əldə oluna bilər.

Əkin sahələrindən səmərəli istifadə etməklə, torpaq münbitliyinin artırılması və becərilən kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının yüksəldilməsi istiqamətində aparılan aqrotexniki və təşkilat-təsərrüfat tədbirləri içərisində növbəli əkin sistemi xüsusi əhəmiyyət kəsb edir.

İstiehsal ediləcək məhsulun miqdarına və əkin sahələrinin quruluşuna uyğun olaraq, müəyyən ərazinin tarlalarında illər üzrə bitkilərin və herik tarlalarının növbələşməsi və torpağın buna müvafiq olaraq becərilməsi və gübrələnməsi sisteminə növbəli əkin deyilir. Növbəli əkinlər, tarlalarda bitkilərin düzgün növbələşlirilməsinə uyğun torpaqbecərmə və gübrələmə sistemləri ilə əlaqələndirildiyi halda daha yüksək səmərə verir.

Kənd təsərrüfatı bitkilərin elmi əsaslandırılmış qaydada növbələşdirilməsi, torpaqda qida maddələrinin miqdarının artırılmasını və onlardan səmərəli istifadə olunmasını, əlverişli su-fiziki xüsusiyyətləri yaratmaqla torpaqların eroziyadan qorunmasını, alaq otlarına, xəstəlik və zərərvericilərə qarşı düzgün mübarizə aparılmasını təmin edir.

Müxtəlif kənd təsərrüfatı bitkiləri qida maddələrinə eyni tələbat göstərmir. Məsələn, taxıllar torpaqdan azot və fosforu çox, kaliumu isə az götürdükləri halda, cərgəarası becərilən bitkilər kaliumdan daha çox istifadə edirlər. Paxlalı bitkilər əksinə, kaliumdan daha çox istifadə edirlər. Paxlalı bitkilər, köklərində olan simbioz (müştərək) bakteriyaların hesabına yerüstü orqanlarında və köklərində daha çox azot toplayırlar. Ona görə də, cərgəarası becərilən bitkilərin dənli və dənli-paxlalı bitkilərlə növbələşdirilməsi, torpaqda qida maddələrinin birtərəfli istifadə edilməsinin qarşısını alır.

Bitkilərin məhsulu vasitəsilə, onların istifadə etdikləri qida maddələrinin bir hissəsi torpaqdan kənarlaşdırılır, bir hissəsi isə kök və kövşən qalıqları vasitəsilə torpağa qaytarılır. Bitki qalıqları vasitəsilə fosfor və kaliumun 50%-i, azotun isə 60%-i torpağa qaytarılır.

Növbəli əkinlər layihələşdirilərkən bitkilərin bioloji xüsusiyyətləri nəzərə alınmaqla, onların tarlalarda müəyyən edilmiş ardıcıllıqla növbələşdirilməsi nəzərdə tutulur. Bu məqsədlə növbəli əkin üçün ayrılan ərazi, becərilən bitkilərin əkin sahələrinə görə bərabər tarlalara bölünür. Bu zaman tarlaların həcmi arasında olan fərq 5%-dən artıq olmamalıdır. Hər bir tarlada bir və yaxud eyni qrupa daxil olan bir neçə bitki əkilir. Hər bir növbəli əkin müəyyən sayda tarlalardan təşkil olunur.

Nəzərdə tutulmuş bitkilərin və ya heriyin növbəli əkin tarlalarında yerləşdirilməsi, növbəli əkin sxemi adlanır.

Növbəli əkin sxemində nəzərdə tutulan hər hansı bitkinin və ya heriyin bütün tarlaları keçərək, öz əvvəlki tarlasına qayıtdığı müddətə rotasiya dövrü deyilir. Sadə növbəli əkinlərdə rotasiya müddəti tarlaların sayına uyğun olur. Məsələn, əgər növbəli əkinə dörd tarla ayrılarsa rotasiya müddəti 4 il, beş tarla ayrılarsa 5 il və s olacaqdır.

Tarlalar üzrə bitkilərin növbələşməsini göstərən cədvəl rotasiya cədvəli adlanır. Növbəli əkin dövriyyəsində istifadə edilən hər bir bitkinin hansı ildə, hansı tarlada yerləşdiyini rotasiya cədvəlinin köməyi ilə müəyyən etmək olur.

Növbəli əkinlərin əsasını əkin sahələrinin quruluşu, yəni əsas və sələf bitkilərinin nisbətləri təşkil edir. Həmin nisbət təsərrüfatın istiqamətindən, ixtisaslaşma dərəcəsindən, istehsal ediləcək ümumi məhsulun miqdarından, torpaqların münbitlik dərəcəsindən və s. asılıdır. Əsas bitkinin xüsusi çəkisinin yüksək olduğu növbəli əkinlər, təsərrüfatın istiqamətinə və ixtisaslaşma dərəcəsinə uyğun olmaqla bərabər, həm də ümumi məhsul istehsalını artırdığına görə daha üstün hesab edilirlər. Az münbit olan torpaqlarda tətbiq ediləcək növbəli əkinlərdə isə, sələf bitkilərinin sahəsi artırıla bilər. Hər hansı tarlada əvvəlki ildə istifadə edilən bitki və ya herik, sonra əkilən bitki üçün sələf adlanır. Sələf bitkilərinin qarşısında duran əsas vəzifə, torpağın münbitliyinin artırılmasını təmin etməkdən ibarətdir. Deməli, münbit torpaqlarda tətbiq edilən növbəli əkinlərdə əsas bitkinin xüsusi çəkisini artırmaq mümkün olduğu halda, az münbit torpaqlarda əksinə, əsas bitkini sələflərlə daha tez əvəz etmək lazım gəlir. Ona görə də, növbəli əkinlərin səmərəli sxemləri seçilərkən, istehsal ediləcək məhsulun miqdarı və ərazinin torpaq-iqlim şəraiti nəzərə alınır.

Növbəli əkində tarlaların sayı və həcmi bitkilərin nisbətindən, sahənin relyefindən, təbii sərhədlərindən, torpaq örtüyündən və s. asılı olaraq müəyyən edilir. Çoxtarlalı və uzun rotasiyalı növbəli əkinlərə nisbətən, qısa rotasiyalı növbəli əkinlərdə tarlanın həcmi artıq götürülür ki, bu da texnikadan səmərəli istifadə etməklə, aqrotexniki tədbirlərin keyfiyyətlə yerinə yetirilməsinə imkan verir.Ərazinin torpaq və iqlim şəraitindən, istehsal ediləcək məhsulun miqdarından və ixtisaslaşma dərəcəsindən asılı olaraq, bəzi halda təsərrüfatın bütün sahələrində ancaq bir bitki becərilir ki, bu cür bitki monokultura adlanır.

Növbəli əkin tarlalarında bitkilərin növbələşdirilməsi hər il və yaxud vaxtaşırı ola bilər. Əgər hər hansı bitki eyni tarlada bir neçə il əkilib, sonra başqa bitki ilə əvəz edilirsə, bu təkrar əkin adlanır. Bu zaman hər hansı bitkinin eyni tarlada əkilmə vaxtı rotasiya müddətindən artıq olmamalıdır. Əsas bitkinin xüsusi çəkisi artıq olan növbəli əkinlərdə həmin bitki daha çox təkrar əkilir.

İxtisaslaşmanın dərinləşdirildiyi ərazilərdə yaradılan təsərrüfatlarda, daha əhəmiyyətli bitkilərin əkin sahəsinin genişləndirildiyi şəraitdə, təkrar əkinlərdən daha çox istifadə olunur.

Müəyyən edilmişdir ki, təkrar əkilən pambıq, kartof və taxıl sahələrindən, yüksək aqrotexniki qulluq şəraitində bir neçə il normal məhsul əldə etmək olur.

Eyni qrupa aid olan bitkilər qonşu tarlalarda yerləşdirildikdə və ya təkrar eyni sahədə əkildikdə həmin bitkilərin zərərvericiləri daha çox artır.

Təkrar əkinlərdən istifadə etdikdə, buğda sahəsində payızlıq sovka, pambıqda pambıq sovkası, kartofda kolarada böcəyi və s. geniş yayılır. Bitkilər öz həyat fəaliyyəti dövründə, torpaqda sonrakı bitki üçün zəhərli olan (kolinlər)və mikroorqanizmlərin inkişafını ləngidən (fitonsid) maddələri toplayır. Eyni qayda ilə bəzi mikroorqanizmlər bitkiləri və ya başqa mikroorqanizmləri məhv edən maddələr (antibiotiklər) ifraz edirlər. Fasiləsiz və təkrar əkinlərlə həmin birləşmələr artaraq torpağın «zəhərlənməsinə» səbəb olur. D.N.Pryanişnikov bitkilərin növbələşdirilməsinin bioloji səbəblərindən bəhs edərək qeyd edirdi ki, “torpaqda qida maddələrinin çatışmazlığı mineral gübrə səpməklə, onun sturukturunun yaxşılaşdırılması peyin vermək və becərmələr aparmaqla bərpa edildiyi halda, xəstəlik və zərərvericilərə qarşı növbəli əkinsiz mübarizə aparmaq çətindir”. Yəni düzgün növbəli əkinlər yüksək fitosanitar əhəmiyyətə malik olmaqla məhsulun alaqlar, xəstəlik və zərərvericilər tərəfindən itirilməsinin qarşısını alır.

Bitkilərin növbələşdirilmiş qaydada becərilməsinin zəruriliyini müəyyən edən iqtisadi səbəblərə:-əkin sahələrin quruluşunu düzgün müəyyən etməklə torpaqlardan səmərəli istifadə edilməsi, ən az vəsait sərf etməklə yüksək və keyfiyyətli məhsul əldə olunması və s. amillər daxildir.

Əgər bir bitki rotasiya müddətində və daha çox eyni tarlada əkilərsə,bu fasiləsiz əkin adlanır. Bəzi halda fasiləsiz əkin və monokultura anlayışı sinonim kimi işlədilir. Lakin, növbəli əkində fasiləsiz əkin mümkün olmadığı halda, monokultura istifadə edilə bilər. Monokulturanın daxil olduğu növbəli əkində sələf, herik tarlasından ibarət olur. Məsələn;- herik, taxıl, taxıl növbəli əkini. 

Müxtəlif bitkilər, bioloji xüsusiyyətlərindən və becərilmə texnologiyasından asılı olaraq, növbəli əkinə müxtəlif tələbat göstərirlər. Pambıq və kartof növbəli əkinə az, taxıl bitkiləri orta, şəkər çuğunduru və günəbaxan isə çox tələbkardır.Növbəli əkinlərin hazırlanmasına, təsərrüfatın əsas istiqaməti və onun ixtisaslaşma dərəcəsi müəyyən edildikdən sonra başlanılır.

 

 

 

 

Suvarmada növbəli əkinlər.

   Suvarmada əsas məqsəd yerli torpaq-iqlim şəraitinə uyğun olaraq bitkilərin bioloji xüsusiyyətlərindən asılı olaraq onların suya olan təlabatını ödəməkdən ibarətdir.

   Növbəli əkində bütün bitkilərin birlikdə suvarma planı öz-özlüyündə növbəli əkində suvarma sistemini təyin edir.Təsərrüfatda mövcud olan suvarma norması hidromodul və təşkilatı şəraitdən asılı olaraq təyin edilir.Suvarma planı növbəli əkində növbələşən bitkilərin vegetasiya dövrlərindən asılı olaraq tərtib edilir.(məsələn yazlıqlarda-may,sentyabr;payızlıqlarda-oktyabr,iyun;kövşənlik əkinlərdə-iyul,oktyabr və s.).

  Əvvəlcə təqvimi müddətlər üzrə suvarma təyin dilir.Suvarma normasının miqdarı torpağın su-fiziki xassələrini və bitkinin inkişaf fazalarını nəzərə alaraq müəyyənləşdirilir.Bunun üçün Elmi Tədqiqat İdarələrinin tövsiyələrindən və qabaqcıl təsərrüfatların iş təcrübələrindən istifadə olunur.Müxtəlif bitkilərin suvarma rejimini sələflərin suvarma hesabatını nəzərə almaqla müəyyənləşdirmək lazımdır.

  Suvarma planı suvarılan bitkilərin sahəsini göstərməklə dekadalar üzrə qrafik formasında tərtib etmək və suvarma normasını,suyun miqdarını (hər suvarma üçün zəruri olan) və s göstərmək lazımdır.Məsələn.

                  85.1*600/51060  burada

Suvarılan sahə suvarma normasına vurularaq surətdə yazılmış,suvarma üçün sərf olunan suyun miqdarı məxrəcdə yazılmışdır.Cədvəl 1.

   Bir dekadada növbəli əkin tarlasına daxil olunan ümumi suyun miqdarı aşağıdakı formula üzrə hesablanır.

                          Q=3,6*q*S*n*t

    Burada:Q-bir dekadada suyun miqdarı m3-lə.

                S-növbəli əkinin sahəsi ,hektarla

                q-hidromodul, l/san  (0,42 l/san)

                n-bir dekadada işçi gücünün miqdarı

                t-suvarmanın müddəti (uzanma vaxtı)bir sutkada saatla (20 saat)

  Cədvəl tərtib edib hesablayaq.Bir saylı cədvələ nəzər salaq.

Suvarma şəraitində kənd təsərrüfatı bitkilərinin becərilməsinin xüsusiyyətləri.

 

Kənd təsərrüfatı bitkilərinin aqrotexnikası bitkiçilik fənnində geniş işıqlandırılır.Bəzi məsələlər isə ümumi əkinçilik,aqrokimya fənlərində öyrənilir.Ona görədə kənd təsərrüfatı bitkilərinin becərilmə aqrotexnikasının bütün cəhətlərini burada şərh etmək  artıqdır.

    Digər fənnlərdən fərqli olaraq Suvarma əkinçiliyi fənnində yalnız o məsələlər araşdırılır ki,onlar bilavasitə yaxud dolayı yolla suvarma ilə əlaqədardır və onlar bu şəraitlərdə kənd təsərrüfatı bitkilərinin becərilməsinin xüsusiyyətlərini əks etdirirlər.Buraya bitkilərin bioloji xüsusiyyətləri,torpaq becərilməsinin xüsusiyyətlərini,suvarma sxemlərini və üsullarını eləcədə digər məsələləri daxil etmək olar.

Dənli və dənli-paxlalı bitkilər.

Payızlıq buğda.

  Buğda ən qiymətli qida bitkisidir.Təbii zonalardan asılı olaraq suvarılan torpaqlarda buğda becərilərkən onun payızlıq yaxud yazlıq formalarına üstünlük verilir.Qışlama şəraitləri əlverişli,lakin isti və quraq yaya malik rayonlarda payızlıq buğda daha yüksək və sabit məhsul verir.

   Suvarma bitkilərin böyümə və inkişafı üçün optimal şərait yaradır,onların qışadavamlılığını artırır ki, bu da payızlıq buğdanın yaxşı qışlamasını təmin edir.Buna görədə payızlıq buğdanın səpinləri getdikcə genişlənir.

  Payızlıq buğda yazın birinci yarısında yetişdiyinə görə yaşıl yem,silos və hətta dən üçün əkilən aralıq bitkilərə yaxşı sələfdir. 

   Suvarılan növbəli əkinlərdə payızlıq buğda həmdə yaşıl yem və silos üçün becərilir,tarla azad olduqdan sonra həmin tarladan dənli,tərəvəz və yem bitkilərinin əkilməsi üçün istifadə olunur.

     Bioloji xüsusiyyətləri. Payızlıq buğda qış düşənədək cücərti verir,kollanır,kökləri dərinə işləyir və payız bərkiməsini keçirir.

    Qışlamadan sonra bitkilərin inkişafı davam edir,böyümə konusu əmələ gəlir.Onun güclü inkişafı və fəal uzanması yarpaqların və köklərin gücündən,toxumların su ilə doymasından asılıdır.Rüşeyim hüceyrələrinin su ilə tam doyması turqor vəziyyətinin saxlanmasına,gərilməsi,gələcək sünbülcüklərin rüşeyimlərinin miqdarının artırılması üçün zəruridir.Bu bitkilərin su ilə təmin olunmasında ən məsul dövr hesab olunur. Payızlıq buğdanın kritik dövrü boruya çıxmadan dənin süd yetişmə dövrünədək uzanır.

   Bioloqlar müəyyən etmişlər ki,rüşeym sünbülcüklərinin əmələ gəlməsindən əvvəl faraş suvarma sünbüldə dəni artırırsa,çiçək əmələ gəlməsinin başlanğıcında suvarma hər bir sünbülcükdə inkişaf etmiş çiçəklərin miqdarını artırır.Boruyaçıxma fazasında sünbüllər və gövdələr tez böyüyür,əlavə yarpaqlar əmələ gəlir və quru kütlə intensiv toplanır.

   Çiçəkləmə və mayalanma dövründə tənəfüs gücləndiyi və üzvü maddələrin məsarifi artdıqda,bitkilər həddən artıq qızmaya və quru küləklərə qarşı həsasdırlar.Müəyyən olunmuşdur ki,350S temperaturada payızlıq buğda bitkilərində fotosintez prosesi çox zəifləyir,məhsuldarlıq 20% azalır, 400S-də isə 50%-dən azalır:havanın aşağı nisbi rütubətidə eyni ilə təsir göstərir.Havanın rütubəti 24%-dən aşağı olduqda və quru külək olduqda seyrəkdənlilik və boş sünbüllülük olur.Havanın yüksək temperaturasının və aşağı rütubətliliyinin mənfi təsirini adi üsulla yaxud xırda dispersiyalı yağdırma yolu ilə sərinləşdirməklə zəiflətmək olar.

    Payızlıq buğdanın transpirasiya əmsalı 450-500,sudan istifadə əmsalı 60-90m3 su (1 sentner dənə görə) olur.Bu göstəricilərin dəyişkənliyi sortdan,rütubətdən,torpağın mineral qida elementləri ilə təmin olunma dərəcəsindən asılıdır.

   Payızlıq buğda uzun vegetasiya müddətinə malikdir ki,bu da torpaqdan bitkinin qida elementlərini daha tam mənimsəməsinə imkan verir.Lakin qida elementlərinə təlabat bitkilərin inkişaf dövrlərindən asılı olaraq müxtəlif olur.Azot vegetasiya müddətində həmişə zəruridir,lakin onu boruya çıxma və sünbülləmə fazalarında daha çox tələb edir.Erkən yazda aşağı temperaturaların və torpağın həddən artıq rütubətlənməsinin nəticəsində nitrifikasiya prosesi zəifləyir,aşağıya doğru su axınları nitrat azotunu dərin qatlara yuyub aparır.Ona görədə nitrat azotu ilə yaxşı təmin olunmuş torpaqlarda da hətta bitkilər azotdan korluq çəkə bilərlər.Erkən yazda payızlıq bitkilərin azotla yemləndirilməsinin səmərəliliyini bununla izah etmək olar.

   Cücərmə dövründə və inkişafının başlanğıcında buğda bikisinin fosfora ehtiyacı böyük olur.Rütubətlə yaxşı təmin olunan torpaqlarda fosfor bitki köklərinin yaxşı inkişaf etməsinə səbəb olur.Bu zaman bitkinin kökləri 1m-dək dərinliyə gedir və quraqlığa,soyuğa davamlılığı yüksəlir.

  Fosfor sünbül əmələ gəlməsini və dənlərin dolmasını təmin edir.Böyümənin ilk mərhələsində baş verən fosfor çatışmamazlığı sonradan verilən yemləmə gübrələri vasitəsilə bərpa olunur.

    Torpaqda buğdanın cücərməsindən çiçəkləməyə qədər asan mənimsənilən kalium çatışmadıqda bitkilərin böyümə və inkişafı zəifləyir,onlar temperaturanın və rütubətin dəyişkənliyinə qarşı həssas olurlar.

    Payız dövründə bitkilərin fosfor və kaliumla yaxşı təmin olunması payızlıq buğdanın qışa davamlılığını yüksəldir,onların azotla kifayət qədər təmin olunması dənin tərkibində zülalın miqdarını artırır.Ancaq qeyd etmək lazımdır ki,azotun və rütubətin həddən artıq olması bitkilərin yerə yatmasına səbəb olur.

     Xüsusilə soyuq rütubətli illərdə suvarma aparıldıqda payızlıq buğdanın kök çürüməsi və pas xəstəliyilə sirayətlənmə təhlükəsi artır.Xəstə bikilərdə fotosintez prosesi kəskin pisləşir,tənəfüs intensivliyi və üzvi maddələrin itkisi artır,transpirasiya xeyli güclənir ki, bu da məhsuldarlığı kəskin azaldır.Gübrələrdən düzgün istifadə etdikdə pas xəstəliyinə qarşı davamlılıq artır.

    Suvarma şəraitində becərilən payızlıq buğda sortları əlavə rütubətlənməyə yüksək həssas,habelə yatmağa və göbələk xəstəliklərinə qarşı davamlılığı yüksək olur.

    Aqrotexniki xüsusiyyətləri: Payızlıq buğda sələflərə qarşı yüksək tələbkardır,onların yığım vaxtları onun üçün mühüm rol oynayır.

   Sələf bitkisinə olan başlıca tələb onun tez yığılmasıdır.Bu isə gübrələrin vaxtında verilməsinə,torpağın əsas becərilməsinin aparılmasına,səpinqabağı becərmələrin aparılmasına, payızlıq buğdanın optimal müddətlərdə səpilməsinə şərait yaradır.

  Respublikamızın suvarılan torpaqlarında payızlıq buğda üçün ən yaxşı sələf yonca,pambıq,paxlalılar və s hesab olunur.

    Payızlıq buğdanın səpinindən əvvəl bir ildə iki məhsul (payızlıq buğda və kövşənlik qarğıdalı) aınması böcəklərə qarşı mübarizədə profilaktik rol oynayır və lazımı miqdarda gübrələr verildikdə məhsuldarlığa mənfi təsir göstərmir.Bu respublikanın suvarılan aran bölgələrində daha yaxşı nəticə verir.

    Torpağın becərilməsi: Payızlıq buğdanın səpini üçün torpağın əsas becərilməsi 6-8sm dərinliyində üzləmədən,sələfdən,tarlanın alaqlanmasından,gübrə normalarından və sonrakı suvarma rejimindn asılı olaraq 14-32sm dərinliyində şumlamadan ibarətdir.

   Sələf bitkisi yonca olduqda ikinci biçimdən sonra layın qaldırılma dərinliyi 28-30sm,üçüncü biçimdən sonra isə 20-22sm olur.Digər sələflərdən sonra faraş şum aparıldıqda onun dərinliyi 25-32sm,gec aparıldıqda isə 20-22sm olması məsləhət bilinir.Rütubəttoplayıcı suvarmadan sonra və yüksək gübrə normalarında şumun dərinliyi azalır.Bitkinin səpinindən qabaq dərin şum aparıldıqda torpağın həddən artıq yumşaq olması bitkilərin ilk inkişafını pisləşdirir,vegetasiya suvarmaları apardıqda dayaz şumlamada səpilən bitkilərə nisbətən daha çox yatırlar.

  Alaqlardan təmiz olan,habelə yüngül və yaxşı mədəniləşdirilmiş torpaqlarda sələflərin yığılması gecikdirildikdə şumlamanı PPA-10-25 markalı gəvahinli üzləyicilərlə 8-14sm dərinlikdə aparılmalıdır.

   Cərgəarası becərilən bitkilərdən sonra şumun səthi becərmələrlə əvəz olunmasına yol vrilə bilər.Torpaq həddən artıq qurumuş olduqda becərilən şumun kəltənliliyinin qarşısını almaq üçün şumlamadan qabaq suvarma aparılmalıdır.

   Torpağın əsas becərilməsindən sonra rütubəttoplayıcı yaxud səpinqabağı suvarma aparılır.Bu halda süni yağış yağdırmadan və şırımla yerüstü suvarma üsulundan istifadə olunur.Becərilən qat yetişdikcə tarla ağır malalarla malalanır.

  Payızlıq buğdanın səpini üçün torpağın becərilməsi səpinqabağı dövrdə,toxumların basdırılma dərinliyində kultivasiya çəkilir.

   Tədqiqatlar göstərir ki, gübrələr payızlıq buğdanın məhsuldarlığını suvarma şəraitində kəskin artırır.Ukrayna Elmi Tədqiqat Suvarma Əkinçiliyi və Elmi Tədqiqat Qarğıdalı İnstitutunun məlumatlarına əsasən qara və şabalıdı torpaqlarda optimal azot gübrə normalarının tətbiqi hesabına payızlıq buğdanın  məhsul artımı hektardan 10s,fosforlu gübrələrin hesabına 1,5s,onların birgə tətbiqində isə 12,1-16,8 s/ha artmışdır.

    Yüngül mexaniki tərkibli torpaqlarda azot gübrələrini yalnız səpinqabağı  və yemləmə şəklində verilməsi məsləhət bilinir.

  Son vaxtlar payızlıq buğdanın  səpinlərində yazda azot yemləmə gübrəsi diskili səpicolərlə torpağın müəyyən dərinliyinə verilir.Bu üsulun üstünlüyü ondadır ki,gübrələr bərabər paylanmaqla,həm də yumşaldılır.

    Səpin. Payızlıq buğdanı darcərgəli və çarpaz üsulla səpirlər.Cərgəaralarının eni 7,5 və 15sm olur.Toxumun səpin dərinliyi 6-8sm-dir. Səpin norması sortdan,səpin vaxtlarından və bitkinin becərildiyi bölgədən asılı olaraq müəyyən olunur.

    Payızlıq buğdanın optimal səpin müddəti respublikamız ərazisində 15-25 oktyabr hesab olunur.Tədqiqatlar göstərir ki, daha tez səpildikdə bitki güclü inkişaf edir,nəticədə pis qışlayır,suvarma suyundan və qida maddələrindən israfçılıqla istifadə edir,xəstəlik və zərərvericilərlə daha çox sirayətlənir ki,bu da məhsuldarlığın azalmasına səbəb olur.Gec səpinlərdə isə bitki yaxşı inkişaf edə bilmədiyindən qışlamaya qədər kollana bilmir,nəticədə məhsuldarlıq xeyli aşağı düşür.Buna görədə gec səpin zamanı səpin norması xeyli artırılır ki,bu da iqtisadi cəhətdən rentabelli olmur.

     Səpinlərə qulluq işləri vərdənələmə,malalama,yemləmə,yatmaya,alaqlara, xəstəlik və zərərvericilərlə qarşı mübarizə tədbirlərindən ibarətdir.     Səpinlərə qulluq işləri yazda gübrələrin verilməsi ilə başlanır.Vegetasiya suvarmaları üçün hazırlanmış tarlalarda malalama aparılarkən,suvarma şəbəkələrinin xüsusiyyətləri nəzərə alınmalıdır.Suvarma zolaqları olduqda malalama zolaqlar boyunca aparılır. Vegetasiya suvarmaları üçün müvəqqəti suvarıcılar və çıxış şırımları səpinlərin faraş yaz malalanmasından sonra çəkilir.

     Suvarma rejimləri.    Payızlıq buğda becərilərkən birinci növbədə normal cücərtilərin alınması və bitkilərin yazda normal inkişaf etməsi üçün optimal torpaq rütubətliyi şəraiti yaradılmalıdır.Buna rütubəttoplayıcı,yaxud səpinqabağı suvarmalarla nail olunur.Müxtəlif əkinçilik bölgələrində onların əhəmiyyəti eyni deyildir.Payızda tez-tez düşən və yaz fəslinə yaxın dərin islanmış torpaq örtüyünə malik olan rayonlarda rütubəttoplayıcı suvarmanın əhəmiyyəti azalır.

  Quraqlıq payız və payız-qış yağmurları az olan rayonlarda rütubəttoplayıcı suvarma payızlıq buğdanın məhsuldarlığının artırılmasında həlledici əhəmiyyətə malikdir.

   Təcrübələr göstərir ki,torpağın səpinqabağı rütubətləndirilməsi hektardan 40-45s payızlıq buğda məhsulunun alınmasına imkan verir ki,bu da dəmyə şəraitdəkinə nisbətən 15-25s çox olur. Rütubəttoplayıcı suvarma (arat) çox hallarda qara heriyə nisbətən daha yüksək məhsul alınmasına imkan verir.Bu suvarma 1000-1200m3/ha norma ilə aparılır.Suvarma normasını müəyyən edərkən qrunt sularının dərinliyi nəzərə alınmalıdır.Suvarma suyu duzlu qata çatmamalıdır,çünki onun həll etdiyi duzlar kapilyar axınla qalxaraq köklər yayılan torpaq qatını şorlaşdıra bilər.

   Qrunt sularının səviyyəsi yaxın olan torpaqlarda rütubəttoplayıcı suvarmalar ərazinin bataqlaşmasına səbəb ola bilər.

   Rütubəttoplayıcı və səpinqabağı suvarmaların aparılma vaxtları payızlıq buğdanın səpin vaxtı ilə,təsərrüfatın su ilə təmin olunması,suvarma texnikası və sələf bitkisinin yığılması ilə əlaqədardır. Payızlıq buğdanın vegetasiya suvarmaları zamanı iqlim və hidrogeoloji şəraitlərin,düşən yağmurların miqdarı və onların paylanması xarakteri,bitkilərin suya təlabatı məsələləri nəzərə alınmalıdır.Maksimum su məsarifi boruya çıxmadan dənin süd yetişmə dövrünə qədər olur.

  Tədqiqatlar göstərir ki, vegetasiya suvarmaları elə aparılmalıdır ki, torpağın 0-70 sm qatında rütubətlik bitkilərin boruya çıxma,sünbülləmə və dənin dolması fazalarında tarla su tutumunun 60 %-də (yüngül torpaqda),70 %-də(orta yüngül torpaqda) və 80 %-də (ağır torpaqlarda) olmalıdır.

  Vegetasiya suvarmalarınin normaları müəyyən olunarkən torpaqda rütubət ehtiyyatı,torpağın mexaniki tərkibi,rütubətləndirilən qatın qalınlığı və qrunsularının dərinliyi nəzərə alınmalıdır.

    Respublikamızın ərazisində qış isti keçdiyindən payızlıq buğda bitkisinin vegetasiyası davam edir və ona görədə arat suvarmasından başqa 2-3 dəfə vegetasiya suvarması aparılır.

   

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Suvarma əkinçiliyinin bioloji və aqrotexniki əsasları.

Suvarma şəraitində əkinçilik qanunlarının təsiri.

   Əkinçilik qanunları dedikdə- əkinçilik proseslərində özünü əks etdirən təbiət qanunlarının qismən ifadəsi kimi anlaşılır.Onlar xarici mühitlə əlaqədar şəraitdə,inkişaf etməkdə olan bitkinin qanunauyğunluq bağlılığını aşkar edirlər.Eyni zamanda onlar tərəfindən əkinçilik qanunlarının tələblərinə ciddi surətdə riayət etməklə mühüm bir sahə olan,kənd təsərrüfatı istehsalının inkişafı üçün yeni müasir yollar müəyyən edilir.

   Qarşılıqlı təsir faktorlarının qanunu-bunlar arasında ən əhəmiyyətli yerlərdən birini kəsb edir.O,bütün təbiəti əhatə edən qarışılıqlı əlaqə və onun yaranması üçün  qarışılıqlı şərait kimi geniş qanunauyğunluqları özündə əks etdirir.Bu qanun qüvvəsi ilə hər hansı bir bitkinin effektiv məhsuldarlığı bitkinin özünün digər həyat şəraitləri ilə təmin olunmasından da asılıdır.Buna görə də bitkinin xarici mühitdən öz həyatı üçün lazım olan təlabatı tam ödənilərsə,bir o qədər də hər bir faktorun effektivliyidə yüksək olur.Məhz faktorların qarşılıqlı təsir qanununun məzmunu ifadəsi də bundan ibarətdir.

   Bitkilərin həyat amillərinin qarşılıqlı təsir qanunu haqqında Y.Libix yazmışdır:tam iştirak etməyən və lazımı miqdarda olmayan elementlər başqa qida maddələri birləşmələrinin effektivliyinə mane olur və onların qidalılıq təsirini azaldır.

    Suvarma əkinçiliyin nəzəri və praktikasında suvarma ilə gübrələmənin bir-birinə qarşılıqlı təsiri əsas yerlərdən birini tutur.Bitkilərin məhsuldarlığının artımına qida maddələrinə nisbətən suvarma daha yaxşı təsir göstərir.

 

 

 

 

 

 

 

 

                  Giriş.Suvarma əkinçiliyinin inkişaf yolları.

 

     Dünyada kifayət qədər su çatışmayan bölgələrdə kənd təsərrüfatı bitkilərindən yüksək və sabit məhsul götürmək üçün suvarma ən vəcib, təxirəsalınmaz amillərdən biri hesab olunur.

   Torpağın digər amillərlə yanaşı su ilə sıxı surətdə qarışılıqlı əlaqədə olması,bitkilər tərəfindən işığın mənimsənilməsi prosesinin sürətlənməsinə nail olur ki, bu da öz növbəsində yüksək məhsul götürülməsində mühüm rola malikdir.

  Suvarma bitkilərin torpaqdakı mineral maddələrin və torpağa verilən gübrələrin,qida elementlərinin tam mənimsənilməsi üçün çox əlverişli imkan yaratmaqla bərabər kimyalaşdırmanın kənd təsərrüfatında tətbiqinə geniş şərait yaradır.

    Beləliklə,suvarma əkinçiliyi şəraitində yalnız kənd təsərrüfatının intensivləşdirilməsi,suvarılması, kimyalaşdırılması və kompleks mexanikləşdirilmənin birgə yüksək səviyyədə tətbiqi sayəsində məhsuldarlığı maksimum inkişaf etdirmək olar.Bütün bunlar suvarılan torpaqlardan daha məhsuldar istifadə edərək, kənd təsərrüfatı məhsullarının istehsal prosesini artırıb,əkinçiliyin ən adi forması kimi qiymətləndirilməsinə imkan verir.

    Suvarma bu və ya digər təbii iqlim zonaları şəraitindən asılı olaraq,aqrotexnika və aqromeliorativ tədbirlər kompleksinin bir hissəsini təşkil edib əkinçilik sisteminə daxil edilir.

  Suvarma,torpaqda münbitlik yaratmaqla yanaşı onun strukturasının daim yaxşılaşdırılmasında mühüm rola malik olub,mikroiqlim kimi bir sıra təbii amillərə də çox müsbət təsir edir.Tədqiqatlar sübut edir ki,suvarılmayan torpaqlara nisbətən,suvarilan quraq torpaqlarda suvarmanın çox sahəli müsbət təsiri nəticəsində 2-4 dəfə və ayrı-ayrı müstəsna hallarda isə 5-10 dəfə artıq məhsul götürmək mümkünür.Məhz ona görədə becərilən bütün kənd təsərrüfatı məhsullarından əldə edilən pul gəlirinin çox yarısı,yalnız həmin suvarılan torpaqlar hesabınadır.

   Dünyanın bir çox ölkələrində olduğu kimi respublikamızda da suvarılan əkin sahələrini artırmaq məqsədilə suvarma sistemləri tikintilərinin genişləndirilməsi davam etməkdədir.Bununla yanaşı dənli və digər kənd təsərrüfatı bitkilərindən yüksək və sabit məhsul almaq üçün torpaqların meliorativ yolla yuyulub əkin üçün tam yararlı hala salınmasının hərtərəfli və geniş inkişaf etdirilməsi əsas məsələlərdən biri hesab olunur.Beləliklə meliorasiya dövlət əhəmiyyətli ən vacib xalq təsərrüfatı məsələləri səviyyəsinə qaldırılaraq,dövlətin aqrar siyasəti sahəsindəki baş xətdə ən əhəmiyyətli yerlərdən birini tutur.

    Ölkəmizdə suvarılan torpaqlardan,əsasən pambıq,şəkər çuğunduru,bir sıra texniki bitkilər istehsalı,taxıl,düyü,qarğıdalı,dənli-paxlalı,yonca və digər yem bitkiləri,çoxillik bitkilər,yüksək tərəvəz məhsulu və həmçinin çoxillik meyvə bağları əkini altında yüksək və sabit miqdarda məhsul alınmasında istifadə edilir.

    Hazırda istifadə olunan və gləcəkdə tikilməsi nəzərdə tutulan suvarma sistemlərinin həcmi,yeni ehtiyyat su mənbələri yaradılması kimi çox vacib və mühüm bir məsələni qarşıya qoyur.Respublikamızda suvarma üçün əlavə ehtiyat su mənbəyi kimi əsasən Kür və Araz çaylarından istifadə edilir.

  Ölkəmizdə torpaqların meliorativ yolla yuyulub əkin üçün yararlı hala salınıb istifadə edilməsinin artırılması daim diqqət mərkəzində olmuşdur. Torpaqların meliorasiyası və onlardan kənd təsərrüfatı üçün istifadə məsələləri kompleks qaydada həll edilməsi qarşıya məqsəd qoyulmuşdur.Bunun üçün suvarılan və qurudulan torpaqların istifadə səmərəliliyi yüksəldilməli,su təsərrüfatı tikintisinin texniki səviyyəsi və keyfiyyəti yaxşılaşdırılmalıdır.Suyu qənaətlə işlədən suvarma texnologiyalarına keçməli,su ehtiyatlarından və yararlı torpaq sahələrindən səmərəli istifadə etmək üçün tədbirlər hazırlanmalı və həyata keçirilməlidir.

    Ümumiyyətlə suvarılan torpaqlarda müxtəlif kənd təsərrüfatı bitkilərinin əkilib becərilməsinin, çox saylı istehsalat təcrübələrinin elmi əsaslarla təhlili və nəzəri cəhətdən ümumiləşdirilməsi suvarma əkinçiliyinin ayrıca bir elm kimi meydana gəlib inkişaf etməsinə şərait yaratdı.Ona görə də suvarma əkinçiliyi sistemində ölkəmizin ayrı-ayrı bölgələri üzrə xüsusi aqrotexniki üsulların tətbiqi sistemi işlənib hazırlandı.

   Bu elmin qarşısında duran ən mühüm məsələ,aqrotexnika fonunda suvarma vasitəsi ilə ən yüksək məhsuldarlığa nail olmaqdan ibarətdir.Buna dair əkinçiliyin çox geniş və real imkanı vardır.Məsələn qarğıdalı bitkisinin qida rejimi şəraitini yaxşılaşdırmaq şərtilə,suvarma hesabına dən məhsuldarlığı iki və hətta ayrı-ayrı xüsusi qulluq edilən təsərüfatlarda isə üç dəfəyə qədər artır.

  Təbiətdə su ehtiyatı məhdud olduğuna görə suvarma əkinçiliyinin qarşısında suvarma suyundan,çox yüksək iqtisadi səmərəliliklə və ehtiyatla istifadə etmək üçün aqrotexniki tədbirlər sistemi işləyib hazırlamaq kimi daha bir mühüm konkret məsələ meydana gəlir.

   Suvarma əkinçiliyi elminin qarşısında duran məsələni çox geniş nümayiş etdirmək üçün nəzərə almaq lazımdır ki,suvarma məqsədilə sahələrə gətirilən suyun effektliyi,məhsuldarlığın artırılması məsələsinin yalnız yarısını həll edə bilər,ikinci bir yarısını isə əkinçilik elminin gizli real ehtiyat yolları vasitəsidir.

   Yuxarıda qeyd etdiyimiz kimi əyani surətdə mineraı gübrələrlə suvarma suyunun təsiri effektliyini buna nümunə göstərmək olar.

  Suvarma əkinçiliyi elmini əsasən üç tədqiqat mənbəyinə ayırmaq olar.

1.     Suvarma suyu ilə torpağın qarşılıqlı əlaqəsi.

2.     Suvarma suyu ilə bitkinin qarşılıqlı əlaqəsi.

3.     Suvarmanın aqrotexniki qulluqla qarşılıqlı əlaqəsi.

   Suvarma suyu və torpaq.Məlumdur ki, suvarma suyu torpağı nəmləndirərək onunla qarşılıqlı əlaqəyə girib fiziki xassəsini dəyişdirir,mikrobioloji prosesləri,kimyəvi və digər çevirilmələri sürətləndirib,torpaq əmələgətirən ən mühüm amillərdən birinə çevrilir ki,bu da öz növbəsində torpağın müəyyən miqdarda effektiv və potensial məhsuldarlığında böyük rola malikdir.

  Su torpaq münbitliyinə dolayı yox,bilavasitə təsir etdiyi üçün çalışmaq lazımdır ki,bitki qida maddəsi və su ilə tələbinə uyğun miqdarda təmin edilsin.

  Suvarma suyunun torpaq münbitliyində bilavasitə təsri , suvarma əkinçiliyi elmində çox əhəmiyyətli və mürəkkəb bir tədqiqat sahəsi olduğu üçün bu mühüm işin yerinə yetirilməsində hər şeydən əvvəl torpaqşünas,mikrobioloq,aqrokimyaçı,aqronom və digər mütəxəssislərin əməyi tələb olunur.

  Suvarma suyu və bitki. Suvarma suyu , bitki ilə qarşılıqlı əlaqəyə girməyə başlayan kimi,onların suvarma rejimi,fizioloji vəziyyəti və biokimyəvi prosesi dəyişilməyə başlayır.Suvarma suyu  bitkinin boy,inkişaf proseslərinə və morfologiyasna nəzərə çarpacaq dərəcədə təsir edir.

   Müxtəlif  bitkilər suvarma suyuna eyni miqdarda tələbkarlıq göstərməyib,onu müxtəlif miqdarda mənimsəyirlər.

   Çox böyük qiymətə malik olan xalq təsərrüfatı məhsulunu qoruyub saxlamaq üçün qarşıda müxtəlif bitkilərin xarici görnüşlərinə və tələbkarlığına görə seçilib suvarılması kimi vacib bir vəzifə durur.Bu vəzifə təbii-iqlim şəraitini nəzərə alaraq ölkəmizin aqrar-sənaye sahələrinin bütün təsərrüfatlarının ixtisaslaşdırılmasıdır.

   Torpaq-iqlim amilləri və həmçinin aqrotexnika ilə əlaqədar olaraq kənd təsərrüfatı bitkilərinin bioloji xüsusiyyətlərinə,onların növlərinə və hibridlərinə görə bitkinin suya tələbkarlığını xüsusilə onların suvarma rejiminin öyrənilməsi sualı, suvarma əkinçiliyinin necə bir tədqiqat mərkəzi kimi geniş dairə şəklini alaraq müvəffəqiyyətlə həll edilir.

     Suvarmanın aqrotexniki qulluqla qarşılıqlı əlaqəsi.Suvarma aqrotexniki tədbirlərin yerinə yetirilməsini dəyişdirdiyi üçün hökmən onları suvarma ilə əlqələndirmək lazımdır.Torpaqda müvafiq becərmə işləri yolu ilə sahə suvarmaya hazırlanır.Suvarmadan müəyyən vaxt keçdikdən sonra torpağın üzərində əmələ gələn çatları (qaysaqları) yox etmək üçün sahədə üzləmə və ya kultivasiya işi aparılır.Qeyd etmək lazımdır ki,suvarılan torpaqlarda tətbiq edilən aqrotexniki qulluq işləri dəmyə torpaqlarda tətbiq edilən qulluq işlərindən xeyli fərqlənir.

   Suvarılan torpaqlara mineral gübrələrin verilmə vaxtı və üsulu alaqlara qarşı mübarizə tədbirləri və digər bir çox aqrotexniki vasitələr yeni üsullarla yerinə yetirilir.Bütün bunlar qarşıya,suvarma əkinçiliyi əsasında yerli şəraitdə ümumi aqrotexnikaya dair geniş həcmdə yeni-yeni tədqiqat işləri aparıb,konkret tədbirlər görülməsi kimi şərtlər qoyulur.

   Suvarma əkinçiliyi elmi,ümumi əkinçilik,aqrokimya,bitkiçilik kimi elmlələ sıxı surətdə əlaqədar olmasına baxmayaraq onları təkrar etməyib,əksinə kənd təsərrüfatı bitkilərinin  aqrotexniki prinsiplərinin bir çox ixtiralarını və onların tətbiqini dərinləşdirib davam etdirməklə bərabər,suvarmada onların xüsusiyyətlərini öyrənib, müəyyən edir.

   Suvarma əkinçiliyi elmi bir fənn kimi kənd təsərrüfatı mütəxəssisləri qarşısında suvarılan torpaqlardan və suvarma suyundan çox effektiv istifadə edərək, kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının artırılması,hazır məhsulun keyfiyyətinin yaxşılaşdırılması və qoruyub saxlanması kimi vacib vəzifələr qoyur.

   Başqa elmlərdə olduğu kimi, suvarma əkinçiliyi elmində də dialektik mateializmi dərk etmək yolundan istifadə edərək torpaq,bitki və iqlimlə qarşılıqlı əlaqədə olan yüksək məhsuldar qanunauyğunluqları idarə edir.

   Aqronomiya elmində çöl təcrübələrinin tətbiqi zamanı ümumi prinsip kimi xüsusi metodikadan istifadə edilir.Lakin suvarma əkinçiliyində, çöl təcrübələrinin metodikası,suvarma texnikası və bir sıra başqa amillərin tətbiqi ilə əlaqədar,suvarmanın əmələ gətirdiyi bir sıra xüsusiyyətlərə malikdir.

   Suvarma əkinçiliyində vegetasiya təcrübəsindən də geniş istifadə edilir.O,buxarlanmanın hesabatının dəqiq aparılmasında,suvarma rejimindən asılı olaraq bitkinin reaksiyasının təyin edilməsində,bitkinin rütubətlə və bir sıra başqa amillərlə inkişafının müəyyənləşdirilməsində və öyrənilməsində əvəzedilməzdir.

   Suvarma əkinçiliyində laboratoriya tədqiqat üsulları da ən mühüm yerlərdən birini kəsb edir.O,torpağın su xassəsinin və nəmlik dinamikasının öyrənilməsində,suvarmanın torpaqda mikrobioloji fəaliyyəti və qida rejiminin,biokimyəvi proseslərin və bitkinin fizioloji vəziyyətinin müəyyən edilməsində mühüm rola malikdir.

  Laboratoriya üsulları,suvarmanın hazır məhsulun keyfiyyətinə təsirini öyrənməyə və məhsulun keyfiyyətinin yaxşılaşdırılması yollarının axtarılmasına real imkan yaradır.

 

 

 

 

 

Suvarma əkinçiliyinin elmi əsaslarının inkişafında

 alimlərin rolu.

 

     Hələ XX əsrin əvvəllərində P.İ.Braunov tərəfindən bitkinin su rejimini düzgün nizamlamaq üçün çox mühüm nəticələr əldə edilmişdir.O,bitki həyatının xüsusi dövrlərində,yağmur və torpaq nəmliyinin çatışmaması səbəbindən məhsuldarlığın kəskin surətdə aşağı düşdüyünü müəyyən etmişdir.Həmin bu dövrləri kəskin dövr adlandırmışdır.Həmin dövrlərin müəyyən edilməsi suvarılan növbəli əkin sistemində hər bitkini elmi cəhətdən əsaslandırmağa imkan verir.

    Görkəmli rus alimi-fizioloq K.A.Timiryazev öz əsərlərində bitki ilə torpaq arasındakı qarşılıqlı əlaqəni qeyd edərək,su və işıqla təmin olunma şərtlərini və bitkinin əmələ gəlməsində işığın mühüm rola malik olduğunu kəşf etdi.Onun tərəfindən bitkinin quraqlığa eləcə də onu su uğrunda mübarizəyə yönəltməklə əlaqədar çoxgeniş elmi tədqiqat işləri aparılmışdır.

    K.A.Timiryazevin  əsərlərində bitkilərin su ilə təmin olunmasının effektiv yolla nizamlanmasının keyfiyyətli seleksiya toxum sortlarının yetişdirilməsində böyük rola malik olduğu qeyd edilir.

    K.A.Timiryazev Rusiyada çöl şəraitində təcrübə qoyuluşunun banisi,vegetasiya və lizimetrik üsullarla təcrübə qoyuluşunun ilk təşkilatçısı olmuşdur.

     Akademik V.R.Vilyamsın suvarma əkinçiliyi nəzəriyyəsinin inkişafını və bitki həyatı amillərinin öyrənilməsinə dair çox qiymətli tədqiqatları və əhəmiyyətli nəticələri vardır.

    V.R.Vilyams öz əsərlərində kənd təsərrüfatı bitkilərinin  həyat şəraitinin fizioloji cəhətdən eyni əhəmiyyətli və dəyişməz olduğunu göstərmişdir.O,qeyd etmişdir ki, bitkinin çatışmamazlıq hiss etmədən bütün amillərdən yaxşı istifadə etməsi üçün ən mühüm amil suyun olmasıdır.Çalışmaq lazımdır ki, bitki həyat amillərinin heç birindən korluq çəkməsin.Bitki eyni vaxda mənimsənilən qida maddəsi ilə çox təmin olunarsa o,sərancamında olan çoxlu miqdarda suyu məhsuldar yolla istifadə etmək qabiliyyətinə malik olduğunu da göstərmişdir.

  D.İ.Priyanişnikov öz tədqiqatları vasitəsilə verilən gübrənin miqdarı ilə kənd təsərrüfatı bitkiləri tərəfindən buxarlanma əmsalının göstəriciləri arasında əlaqə olduğunu müəyyən edib,onun da hesabına torpağın qidalanma şəraitini nizamlamaqla buxarlanmanın idarə olunmasını təyin etdi.

   Suvarma əkinçiliyi şəraitində gübrə ilə suvarmanın nisbətinin tətbiqi,suvarılan torpaqlardan yüksək məhsul götürülməsində ən əlverişli şəraitlərdən biri kimi özünə geniş yol tapmışdır.

    Təbiətdə bitki həyatında baş verən kəskin dövrlər P.İ.Braunov tərəfindən müəyyən edilmişdirsə,alim-fizioloq N.A.Maksimov öz tədqiqatları nəticəsində bitkinin ayrı-ayrı orqanları arasında qanunauyğunluqları müəyyən edərək suyun səthi axımının miqdarının məhdudlaşdırılması və artırılmasının,suvarılan torpaqlarda ayrı-ayrı becərilən bitkilərdə həmin kəskin dövrlərin hansı müddətlərdə ,nə vaxt baş verə biləcəyini,hətta suvarma rejimini düzgün müəyyənləşdirməyi aydınlaşdırmağa imkan verir.

   Torpağın su xassəsi,torpaqda nəmliyin dinamikası və forması rus fizioloqu A.F.Lebedev tərəfindən tədqiqatlar vasitəsilə çox geniş öyrənilmişdir.

   Suvarma əkinçiliyi ilə bilavasitə əlaqədar olan torpağın su xassəsinin öyrənilməsiV.V.Dokuçayevin,A.A.İmaylovskinin,P.A.Kostıçevin,Q.N.Vısotskinin,P.S. Kostıçevin, V.Q.Rotmistrovun və digər alimlərin əsərlərində geniş işıqlandırılmışdır.

    Suvarma əkinçiliyi necə bir dərslik fənni kimi ilk dəfə proqramlaşdırılmış şəkildə Hidromeliorasiya fakültəsinin tələbələri qarşısında S.K.Kondraşev tərəfindən mühazirə oxunmuşdur.Beləliklə ayrı-ayrı alimlərin çox saylı tədqiqatlarının nəticələrinə əsasən suvarma əkinçiliyinin necə bir elm kimi bioloji və aqrotexniki əsası qoyuldu.

     Hazırda kənd təsərrüfatı ilə əlqədar alim və mütəxəssislər suvarmaya dair öz elmi tədqiqat işlərini daha müasir,daha təkmilləşdirilmiş yeni üsullar axtarışına yönəldərək, suvarılan torpaqların yüksək effektivliyini,əlverişli suvarma rejimini, suvarılan bitkinin aqrotexnikasını, suvarılan torpaqların şoranlaşa bilməsini və çirklənməsini qabaqcadan xəbərdarlıq edilməsi kimi mühü məsələlər üzərində davam etdirirlər.Həmin problemlər üzərində kənd təsərrüfatı elmi tədqiqat institutlarının,elmi-dayaq məntəqələrinin əməkdaşları və digər alimlər tədqiqat işlərini davam etdirirlər.


Açıq suvarma kanallar
 
PLAN
 
Suvarma kanallarının hesablama sərflərinin təyini.
Suvarma kanallarından su itkilərinin təyini. Kanalların faydalı iş əmsalı.
Kanallardan sızma itkiləri ilə mübarizə tədbirləri.
1. Ş.N.Bağırov.  “Suvarma meliorasiyası”
2. M.Tağıyev .   “Suvarma meliorasiyası”
А.Н.Костяков. «Основы мелиорации»
В.В.Колпаков, Н.П.Сухарев.  «Сельскохозяйственные мелиорации»
А.Ф.Тимофеев. «Мелиорация с/х – х земель.
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Suvarma kanallarının hesablama sərflərinin təyini
Suvarma kanallarının hesablama sərfləri əsas göstərici kimi qəbul edilir və onların əsasında müvafiq kanalların layihəsi tərtib olunur. Hesablama sərfləri təyin edilən zaman sistem şəkilində sudan istifadə planı və ona uyğun kanalların iş rejimi nəzərə alınmalıdır.
         Fasiləsiz işləyən kanalların əsas hesablama sərfləri üçdür:
         1) normal (brutto) sərf – Qnor;
         2) artırılmış sərf – Qa;
         3) minimal sərf – Qmin.
         Normal sərf əsas hesablama sərfi hesab olunur. Bu sərfə görə kanalların hidravlik hesablanması aparılır və onların en kəsiyi ölçüləri təyin edilir. Normal sərf sistemə tələb olunan netto sərfdən və sistem üzrə kanallardan olan sızma, buxarlanma və texniki itkilərdən asılı olaraq təyin edilir.
Qnor=Qn+Qit            (1)
         burada Qnor – kanalın normal hesablama sərfi, m/san; Qn – sistemə tələb olunan netto sərf, m/san; Qit – sistem üzrə kanallardan olan itkilərdir, m/san.
Sistemə veriləcək netto sərf bilavasitə təsərrüfatın suvarılacaq netto sahəsindən, bitkilərin suya tələbatından asılı şəkildə hesablanır:
Q= qmaks ωn                (2)
         burada Qn – sistemə veriləcək netto sərf, m3 /san; ωn – sistem daxilində suvarılacaq netto sahə, ha; qmaks  - nizamlanmış hidromodul qrafikinin maksimum ordinatıdır, l/san. ha.
Təsərrüfata xidmət edən ana kanalın netto sərfi  dövrü əkin və qeyri-dövrü əkin sahələrinə xidmət edən kanalların sərflərinin cəmi kimi müəyyənləşdirilir:
                Sistemdə kanallardan olan itkilər göstərilən qaydada hesablandıqdan sonra alınan qiymətləri (1) düsturunda yerinə yazılaraq ana kanalın normal hesablama sərfi təyin olunur.
         Kanalın normal hesablama sərfinin çox vaxt sistemin faydalı iş əmsalına görə təyin edilməsi daha əlverişli hesab edilir:
Burada ηsis – sistemin faydalı iş əmsalıdır.
Artırılmış sərf  magistral, təsərrüfatlararası və ana kanallar üçün müəyyən edilir. Artırılmış sərf dedikdə kanala normal hesablama sərfindən başqa əlavə - ehtiyat sərfin verilməsi nəzərdə tutulur. Buna əsas səbəb isə gələcəkdə kanalın xidmət etdiyi suvarılan sahənin müəyyən qədər artması, kənd təsərrüfatı bitkilərinin tərkibinin və onların suvarma rejiminin dəyişə bilməsi, gözlənilmədən kanalın müvəqqəti dayandırılması və s. ola bilər.
         Artırılmış sərf kanalın normal sərfindən asılı olaraq təyin edilir:
         burada Qa – kanalın artırılmış sərfi, m/san; Qnor – normal hesablama sərfi, m/san; Ka- artırılmış sərf əmsalıdır.
         Artırılmış sərf əmsalı TNQ II-52-74-ə əsasən normal sərfdən asılı olaraq aşağıdakı qiymətlərlə ifadə edilir;
                   Qnor < 1 m/san                                          K= 1,3 - 1,2
                   Qnor = 1,0 – 10,0 m/san                          K= 1,2 - 1,15
                   Qnor > 10 m/san                                       K= 1,15 - 1,1
Minimal sərf  kanala buraxılan sərfin aşağı həddi qiyməti kimi başa düşülür. Kanalın sərfi normal sərfdən aşağı olan hallarda ondakı sızma itkiləri artır, onun sahə üzərində rəhbərliyi azalır. Digər tərəfdən kanalda su sərfinin azalması onda suyun axma sürətinin də azalmasına səbəb olur. Belə olduqda kanala bulanıq su qəbul edilən zaman o lillənə bilər. Bütün bunlar nəzərə alınaraq kanala buraxılacaq su sərfinin aşağı həddi müəyyən edilir;
Qmin = 0,4 Qnor
         Düsturdan görünür ki, kanala normal sərfin 40 %-dən aşağı sərf verilməsi əlverişli deyildir.
         Sahə kanalının sərfi növbəli iş rejiminə görə aşağıdakı kimi hesablana bilər:
burada Qs.k- sahə kanalının normal sərfi, l/san; ns.k.- təsərrüfat kanalı üzərində eyni vaxtda işləyən sahə kanallarının sayıdır.
Suvarma kanallarından su itkilərinin təyini. Kanalların faydalı iş əmsalı
Suvarma kanallarından itkilər əsas üç qrupa bölünür:
         1) kanallardan sızma itkiləri; 2) kanallarda su səthindən buxarlanma itkiləri; 3) istismar zamanı kanallardan texniki itkilər (suvarma sahələrində su tullantısı, hidrotexniki qurğulardan itkilər və s.).
         Qeyd edilən itki növlərindən sızma itkisi çox vaxt üstünlük təşkil edir. Sızmaya qarşı tədbir görülmədikdə adı torpaq kanallardan sızma itkiləri kanalın su sərfinin xeyli hissəsini (40 – 60 %-ə qədərini) təşkil edir. Açıq kanallarda su səthindən buxarlanma itkisi orta hesabla sərfin 2 – 4, texniki itkilər isə 2 – 5 %-i qədər ola bilər.
         Kanallarda su itkilərinin təyini A.N.Kostyakova görə kanalın 1 km uzunluğunda olan mütləq itki aşağıdakı düsturla hesablana bilər:
burada S = 1 km uzunluğunda kanaldan sızma itkisi, m/san; ω – 1 m uzunluğunda kanaldan sızma itkisi, m/san; K – süzülmə əmsalı, m/sut; h – kanalda suyun dərinliyi, m; a – kanalın dibdən eninin ondakı su dərinliyinə nisbətini ifadə edən əmsal ; m – kanalın yamaclıq əmsalı; v – kanalın yamacları istiqamətində suyun kapillyar hopmasını nəzərə alan düzəliş əmsalıdır.
         Kanalın 1 km uzunluğunda olan mütləq itkini su sərfinə görə nisbi itki kimi də ifadə etmək olar:
     (1)
         Trapesiya en kəsikli kanalın hidravlik hesablanması üçün tətbiq edilən
Q = F . v = (b + mh) . hv    (2)
düsturundan Q – nün qiymətini (1) düsturunda yerinə yazsaq və digər tərəfdən (2) düsturundan – ı Q – dən asılı olaraq təyin edib (1) düsturunda nəzərdə tutsaq, nisbi itki üçün aşağıdakı asılılığı alarıq:
Kanallardan sərbəst qərarlaşmış sızma sxemi
Kanalların faydalı iş əmsalı
Təsərrüfat suvarma sisteminin faydalı iş əmsalını ana kanalın, eyni adlı təsərrüfatdaxili kanalların və müvəqqəti arxların orta faydalı iş əmsallarını bir-birinə vurmaqla təyin etmək olar:
         Bu qayda ilə təsərrüfatlararası və magistral kanalların xidmət etdikləri ayrı-ayrı sistemlər üzrə də f.i.ə.-ni təyin etmək mümkündür:
burada ηs.t.a. ηs.m.k– təsərrüfatlararası və magistral kanalların xidmət etdikləri suvarma kanalları sistemi üzrə f.i.ə.; ηt.aηm.k – təsərrüfatlararası və magistral kanalların f.i.ə.; , - təsərrüfat və təsərrüfatlararası  suvarma sistemlərində orta f.i.ə.-dır.
 
Kanallardan sızma itkiləri ilə mübarizə tədbirləri
Suvarma aparılan massivlərdə kanallardan sızma itkisi ilə mübarizə əsas məsələlərdən biridir. Sızma itkilərinin qarşısını almaqla suvarma suyundan qənaətlə istifadə edilməsi, kanalların f.i.ə.-nin artırılması, kanalın xidmət etdiyi suvarılan sahələrin genişləndirilməsi mümkündür.
         Suvarma kanallarından sızma itkilərinin qarşısını almaq üçün əsas iki tədbir sistemi tətbiq edilir:
         1) istismar tədbirləri; 2) texniki (konstruktiv) tədbirlər.
         İstismar tədbirləri – buna sudan planlı şəkildə istifadə edilməsi, kanallar arasında su dövriyyəsi yaradılması, onlara normal sərfə uyğun yığcam şəkildə su verilməsi və s. daxil edilir.
         Texniki (konstruktiv) tədbirlər – bu tədbirlər kanalalrdan sızma itkisini azaltmaq üçün əsas tədbir kimi qəbul edilir. Bu tədbirlərdə öz növbəsində iki qrupa bölünür: birinci – kanalın yatağını təşkil edən qruntun su sızdırmasının azaldılması, ikinci – klanalın dib və yamaclarının xüsusi örtüklərlə örtülməsi.
Kanalın yatağını təşkil edən qruntu bərkitməklə sızma itkisinin qarşısını almaq olar. Bərkitmə nəticəsində qrunt sıxlaşır, məsamələri azalır və sızmanın qarşısı alınır. Bərkitmə üsulu yalnız əlaqəli və nəm qruntlarda tətbiq edilir.
         Kolmatasiya, kanalın yatağındakı qrunt boşluqlarının çatların narın gil hissəcikləri ilə doldurulması kimi başa düşülür. Bunun üçün kanalla bulanıq su axıdılmamalıdır. Lil və gil hissəciklərinin diametri, qrunt hissəciklərinin diametrlərindən 10-20 dəfə az olmalıdır.
         Şorakətləşdirmə üsulu ilə sızmanın qarşısını almaq üçün kanalın yatağını təşkil edən qrunta müəyyən miqdarda xörək duzunun (NaCl) daxil edilməsi tələb olunur. Bu zaman qrunt hissəciklərinə daxil olan Na kationu həmin hissəcikləri dispersləşdirir və şişirdir. Nəticədə sızma xeyli azalır. Kanalın yatağının 1 msahəsinə quru və ya məhlul halında 2-5 kq duz verilə bilər.
         Gil örtüklər  əsasən fasiləsiz işləyən torpaq kanallarında tətbiq eduilir. Susızdırma qabiliyyəti xeyli az olan gil örtüklərinin qalınlığı kanalın su sərfindən asılı olaraq 5-10 və 15-20 sm olur. Çatışmayan cəhəti az davamlı olması və tez sıradan çıxmasıdır.
Gil – beton örtüklər  gil (30%), qum (40-45%), çınqıl (30-35%) qarışığından hazırlanır. Belə örtük gil örtüyə nisbətən daha davamlı və möhkəmdir. Onların qalınlığı 10 sm-ə qədər qəbul edilə bilər. Bu örtüklər donmaya davamlı olur, çatlamır və bitki onu deşə bilmir.
         Beton və dəmir – beton örtüklər öz keyfiyyəti, möhkəmliyi, uzun müddət istismarına görə başqa örtüklərdən xeyli fərqlənir. Ümumiyyətlə, beton və dəmir – beton üzlük çəkilmiş kanalların tikintisində torpaq işlərinin həcmi xeyli az, en kəsiyi ölçüləri kiçik və sahədə f.i.ə. yüksək olur.
         Dəmir – beton üzlüklər  beton üzlüklərə nisbətən daha möhkəm və dayanıqlıdır. Tökmə və yatağı çöküntü verə bilən qruntlarda layihələndirilən kanallarda belə üzlüklərin çəkilməsi daha əlverişlidir.
         Asfalt – beton üzlük  qatı qumdan, çınqıldan və 7-10% bitum qarışığından düzəldilir. Qalınlığı 5-8 sm olan asfalt-beton üzlük ya bərkidilmiş qruntun, ya da kanalın yatağına tökülmüş 10-15 sm qalınlığında hazırlıq qatının üzərinə çəkilir.
 
Monolit beton (a) və dəmir-beton (b) üzlük çəkilmiş kanal:
         1-bərkidilmiş qrunt; 2-beton üzlük; 3-qum-çınqıl hazırlıq qatı; 4-dəmir-beton üzlük; 5-metal çubuqdan tor.



Basqılı və özübasqılı suvarma şəbəkəsi və onların layihələndirilməsi 
 
PLAN
 
Basqılı qapalı suvarma şəbəkəsinin hidravlik hesablanması və uzununa profilinin layihələndirilməsi.
Özübasqılı qapalı suvarma şəbəkəsinin hidravlik hesablanması və uzununa profilinin layihələndirilməsi.
Istifadə edilən ədəbiyyatlar
Ş.N.Bağırov “Suvarma meliorasiyası”   Bakı. Maarif nəşriyyatı 1985
M.Tağıyev   “Suvarma meliorasiyası”   Bakı. Maarif nəşriyyatı  1971
N.Q.Aslanov “Torpaqların meliorasiyası”  Bakı. 2004
Y.V.Qəhrəmanlı “Mühəndis meliorasiyası”  Bakı. 2004
K/t – i hidrotexniki meliorasiya ( ES Markovun red altında M.Kolos 1981 rus dilində).
K/t – i hidrotexniki meliorasiyalardan praktikum (ES Markovun red. M.Aqrosənayenəşr. 1986 rus dilində).
İ.Hüseynzadə Meliorasiya məsələləri. Bakı 1982
Qapalı şəbəkədə tələb olunan basqı, şəbəkə üzərində layihələndirilən nasos stansiyası vasitəsilə yaradılır. Qapalı şəbəkədən öz axımı ilə suvarma tətbiq edildikdə sulayıcı boruların başlanğıcında sərvəst basqı 4 – 5 m-dən az olmamalıdır. Çiləmə üsulu ilə suvarmada isə hidrantda yaradılan basqı maşın və aparatın işləmə basqısına müvafiq olmalıdır.
Basqılı qapalı şəbəkəni hidravlik hesablamazdan əvvəl şəbəkə üzrə su sərfinin paylanma sxemi tərtib edilməlidir.
Boru kəmərinin hesablanması
Boru kəmərinin hissələriBoru kəməri hissələrinin uzunluğu, mSu sərfi, l/sanBorunun diametri, mmOrta sürət, m/sanItkilər, mPyezometrik basqı xəttinin geodezik yüksəkliyi, m
Boru boyuncaYerliCəmi
123456789









Məlum sərfə və qəbul edilmiş sürətə görə borunun diametri belə hesablanır:
                 (1)
burada d – borunun diametri, m; – müvafiq boru kəmərinin hesablama sərfi, m3/san; – boru kəmərinin hesablama sürətidir, m/san.
borunun diametri (1) düsturu ilə hesablandıqdan sonra o DÜİST – 539 – 80-a əsasən dürüstləşdirilir. Basqılı qaaplı şəbəkə üzərində layıhələndiriləcək nasos stansiyasının tam hesablama basqısı aşağıdakı düsturla təyin edilir:
           (2)
burada Ht – nasos stansiyasının tam hesablama basqısı, m; Hk – geodezik yüksəklik, m; Σ h1 – boru kəməri boyunca ümumi sürtünmə itkisi, m; Σ hy – yerli itkilər, m; Hs – hidrantda yaradılacaq sərbəst basqıdır, m.
Geodezik qaldırma yüksəkliyi, nasosun su verəcəyi ən yüksək nöqtə ilə (B) su mənbəyindəki su səviyyəsinin (A) geodezik yüksəkliklərinin fərqi kimi müəyyən edilir:
           (3)
Boru kəməri boyunca olan sürtünmə itkisi aşağıdakı kimi hesablanır:
      (4)
burada he – boru kəməri boyunca sürtünmə itkisi, m; l – boru kəməri hissəsinin uzunluğu, m; d – borunun diametri, m; v – boruda suyun orta sürəti, m/san; λ – hidravlik müqavimət əmsalıdır. Onun qiyməti aşağıdakı düsturlarla hesablana bilər:
        (5)
   (6).
Qapalı şəbəkədə olan yerli itkilər boru kəməri boyunca sürtünmə itkisinin 5 – 10 %-i qədər qəbul edilir, yəni:
     (7)
(2) düsturu ilə hesablanmış taçm hesablama basqısına görə nasos stansiyasının gücü təyin edilir:
         (8)
burada N – nasos stansiyasının gücü, kvt; Q – nasos stansiyasının hesablama sərfi, m3/san; γ – suyun həcm çəkisi, 1000 kq/m3; ηH – nasosun f.i.ə. (mərkəzdənqaçma nasosları üçün η– 0,77 – 0,88 qəbul edilir); ηm – mühərrikin f.i.ə. – dır (ηm – 0,8 ) qəbul etmək olar.
Boruların yer səthindən basdırılma dərinliyi onların istismar dövründə mexaniki zərbədən qorunması və qış vaxtı donmaması şərtilə müəyyən edilir. Bu baxımdan borunun üstündən hesablamaqla onun minimal basdırma dərinliyi 0,7 – 0,8 m, maksimal basdırma dərinliyi isə 1,5 m - ə qədər ola bilər.
Göstərilən şərtləri nəzərə almaqla basqılı şəbəkənin uzununa və en kəsiyi profillərinin, eləcə də pyezometrik basqı xəttinin qurulma sxemi 1 – ci şəkildə göstərilmişdir.
Özübasqılı qapalı suvarma şəbəkəsinin hidravlik hesablanması və uzununa profilinin layihələndirilməsi
Məlum olduğu kimi özübasqılı qapalı şəbəkə əsasən mailliyi çox olan sahələrdə tətbiq edilir. Qapalı şəbəkəyə su nizamlayıcı çənlərdən, hovuz və açıq kanallardan verilə bilər. Bunu nəzərə alaraq paylayıcı borunun hidravlik hesablanmasını apararkən o 3 hissəyə bölünür:
başlanğıc;
orta;
son hissə.
Başlanğıc hissə adətən qısa olmaqla burada boru kəmərindən yaradılan sərbəst basqı tələb olunan basqıda (Ht.o= 4 – 5 m) az olur. Bu hissədən məlum su sərfinə (Qn.b) və qəbul edilən sürətə görə hidravlıik hesabat aparılır. Borunun lillənməsi üçün bu hissədə sürət v = 0,5 – 0,1 m/san az olmamalıdır.
Məlum Qn.bv – e görə Şevalyovun 1-ci cədvəlindən istifadə edərək başlanğıc hissədə borunun diametri (d) və onun en kəsiyi sahəsi (F) təyin olunur. Sonra və dəqiqləşdirilmiş v - ə görə Şevelyovun 2 – ci cədvəlindən 1000 – i təyin edilir. Bu sahədə boru boyunca olan sürtünmə itkisi
Kimi hesablandıqdan sonra müvafiq düsturlara əsasən hissənin sonunda müvafiq olaraq pyezometrik xəttin geodezik yüksəkliyi və sərbəst basqı təyin edilir:
,
.
Orta hissənin başlanğıcı birinci – başlanğıc hissənin sonu qəbul edilir. Orta hissənin sonu isə növbəti suqəbuledicidə yaradılacaq sərbəst basqının tələb olunan minimal basqı qədər olması şərtilə müəyən olunur.
Orta hissənin hidravlik hesablanması tələb olunan sərbəst basqıya müvafiq hesablanan hidravlik mailliyi nəzərə almaqla aparılır. Hidravlik maillik belə təyin edilir:
Burada başlanğıc və orta hissənin sonunda pyezometrik xəttin geodezik yüksəkliyi, m; - orta hissənin sonunda yer səthinin geodezik yüksəkliyi, m; - orta hissəsinin sonunda paylayıcı boruda tələb olunan sərbəst basqı, m; l – başlanğıc və orta hissə arasındakı məsafədir, m.
Orta hissənin sonunda paylayıcı boruda tələb olunan sərbəst basqı, yuxarıda qeyd edildiyi kimi, 4-5-ə qədər olmalıdır, onun qiyməti aşağıdakı düsturla hesablanır:
   
burada hb – sulayıcı borunun başlanğıcında yaradılacaq basqı, m. Onun qiyməti sulayıcı borunun planda yerləşmə sxemindən asılı olaraq orta hesabla 0,5-1,0 m qəbul edilə bilər. Suvarıcı borunun maksimal su sərfində hb = 3-4 m qədər ola bilər; ∆h = 0,1-0,15 m qədər olmalıdır; - paylayıcı borudan sulayıcı boruya su verildikdə əmələ gələn yerli itkilərdir, m.
Orta hissənin sonunda pyezometrik xəttin yüksəkliyi və sərbəst basqı müvafiq olaraq aşağıdakı kimi hesablanır:
.
Hesablama nəticələri 1-ci cədvəldəki şəkildə qeyd olunur. Sonra paylayıcı boru kəmərinin  uzununa və en kəsiyi profilləri tərtib olunur, pyezometrik basqı xətti qurulması sxemi (şəkil 2) də verilir.
Sahə boruları müəyyən sahəni suvarmaq üçün nəzərdə tutulur.
Sulayıcı borular elastik yerüstü və sərt yeraltı borulardan layihə olunur.
Borunun lillənməməsi üçün onda minimal sürət 1,0-1,5 m/san-dən az olmamalıdır.
Sulayıcı boru üzərindəki deşiklərin diametri belə hesablana bilər:
burada d0 – sulayıcı boru üzərindəki deşiyin diametri, m; qş – şırıma verilən su sərfi, m3/san; h – deşik üzərində yaradılan pyezometrik basqı, m; μ – sulayıcı deşiyin sərf əmsalıdır:
- boru boyunca sürət məlum olmayan hal üçün sərf əmsalı (asbest-sement borular üçün  qəbul edilir); Fr – Frude ədədidir:
,
g – sərbəst düşmə təcilidir (g = 9,81 m/san2).
Sulayıcı deşiyin sərf əmsalının qiyməti asbest-sement borular üçün , meliorativ parçadan düzəldilən borular üçün isə qəbul edilə bilər.

Basqılı və özübasqılı suvarma şəbəkəsi və onların layihələndirilməsi 
 
PLAN
 
Basqılı qapalı suvarma şəbəkəsinin hidravlik hesablanması və uzununa profilinin layihələndirilməsi.
Özübasqılı qapalı suvarma şəbəkəsinin hidravlik hesablanması və uzununa profilinin layihələndirilməsi.
Istifadə edilən ədəbiyyatlar
Ş.N.Bağırov “Suvarma meliorasiyası”   Bakı. Maarif nəşriyyatı 1985
M.Tağıyev   “Suvarma meliorasiyası”   Bakı. Maarif nəşriyyatı  1971
N.Q.Aslanov “Torpaqların meliorasiyası”  Bakı. 2004
Y.V.Qəhrəmanlı “Mühəndis meliorasiyası”  Bakı. 2004
K/t – i hidrotexniki meliorasiya ( ES Markovun red altında M.Kolos 1981 rus dilində).
K/t – i hidrotexniki meliorasiyalardan praktikum (ES Markovun red. M.Aqrosənayenəşr. 1986 rus dilində).
İ.Hüseynzadə Meliorasiya məsələləri. Bakı 1982
Qapalı şəbəkədə tələb olunan basqı, şəbəkə üzərində layihələndirilən nasos stansiyası vasitəsilə yaradılır. Qapalı şəbəkədən öz axımı ilə suvarma tətbiq edildikdə sulayıcı boruların başlanğıcında sərvəst basqı 4 – 5 m-dən az olmamalıdır. Çiləmə üsulu ilə suvarmada isə hidrantda yaradılan basqı maşın və aparatın işləmə basqısına müvafiq olmalıdır.
Basqılı qapalı şəbəkəni hidravlik hesablamazdan əvvəl şəbəkə üzrə su sərfinin paylanma sxemi tərtib edilməlidir.
Boru kəmərinin hesablanması
Boru kəmərinin hissələriBoru kəməri hissələrinin uzunluğu, mSu sərfi, l/sanBorunun diametri, mmOrta sürət, m/sanItkilər, mPyezometrik basqı xəttinin geodezik yüksəkliyi, m
Boru boyuncaYerliCəmi
123456789









Məlum sərfə və qəbul edilmiş sürətə görə borunun diametri belə hesablanır:
                 (1)
burada d – borunun diametri, m; – müvafiq boru kəmərinin hesablama sərfi, m3/san; – boru kəmərinin hesablama sürətidir, m/san.
borunun diametri (1) düsturu ilə hesablandıqdan sonra o DÜİST – 539 – 80-a əsasən dürüstləşdirilir. Basqılı qaaplı şəbəkə üzərində layıhələndiriləcək nasos stansiyasının tam hesablama basqısı aşağıdakı düsturla təyin edilir:
           (2)
burada Ht – nasos stansiyasının tam hesablama basqısı, m; Hk – geodezik yüksəklik, m; Σ h1 – boru kəməri boyunca ümumi sürtünmə itkisi, m; Σ hy – yerli itkilər, m; Hs – hidrantda yaradılacaq sərbəst basqıdır, m.
Geodezik qaldırma yüksəkliyi, nasosun su verəcəyi ən yüksək nöqtə ilə (B) su mənbəyindəki su səviyyəsinin (A) geodezik yüksəkliklərinin fərqi kimi müəyyən edilir:
           (3)
Boru kəməri boyunca olan sürtünmə itkisi aşağıdakı kimi hesablanır:
      (4)
burada he – boru kəməri boyunca sürtünmə itkisi, m; l – boru kəməri hissəsinin uzunluğu, m; d – borunun diametri, m; v – boruda suyun orta sürəti, m/san; λ – hidravlik müqavimət əmsalıdır. Onun qiyməti aşağıdakı düsturlarla hesablana bilər:
        (5)
   (6).
Qapalı şəbəkədə olan yerli itkilər boru kəməri boyunca sürtünmə itkisinin 5 – 10 %-i qədər qəbul edilir, yəni:
     (7)
(2) düsturu ilə hesablanmış taçm hesablama basqısına görə nasos stansiyasının gücü təyin edilir:
         (8)
burada N – nasos stansiyasının gücü, kvt; Q – nasos stansiyasının hesablama sərfi, m3/san; γ – suyun həcm çəkisi, 1000 kq/m3; ηH – nasosun f.i.ə. (mərkəzdənqaçma nasosları üçün η– 0,77 – 0,88 qəbul edilir); ηm – mühərrikin f.i.ə. – dır (ηm – 0,8 ) qəbul etmək olar.
Boruların yer səthindən basdırılma dərinliyi onların istismar dövründə mexaniki zərbədən qorunması və qış vaxtı donmaması şərtilə müəyyən edilir. Bu baxımdan borunun üstündən hesablamaqla onun minimal basdırma dərinliyi 0,7 – 0,8 m, maksimal basdırma dərinliyi isə 1,5 m - ə qədər ola bilər.
Göstərilən şərtləri nəzərə almaqla basqılı şəbəkənin uzununa və en kəsiyi profillərinin, eləcə də pyezometrik basqı xəttinin qurulma sxemi 1 – ci şəkildə göstərilmişdir.
Özübasqılı qapalı suvarma şəbəkəsinin hidravlik hesablanması və uzununa profilinin layihələndirilməsi
Məlum olduğu kimi özübasqılı qapalı şəbəkə əsasən mailliyi çox olan sahələrdə tətbiq edilir. Qapalı şəbəkəyə su nizamlayıcı çənlərdən, hovuz və açıq kanallardan verilə bilər. Bunu nəzərə alaraq paylayıcı borunun hidravlik hesablanmasını apararkən o 3 hissəyə bölünür:
başlanğıc;
orta;
son hissə.
Başlanğıc hissə adətən qısa olmaqla burada boru kəmərindən yaradılan sərbəst basqı tələb olunan basqıda (Ht.o= 4 – 5 m) az olur. Bu hissədən məlum su sərfinə (Qn.b) və qəbul edilən sürətə görə hidravlıik hesabat aparılır. Borunun lillənməsi üçün bu hissədə sürət v = 0,5 – 0,1 m/san az olmamalıdır.
Məlum Qn.bv – e görə Şevalyovun 1-ci cədvəlindən istifadə edərək başlanğıc hissədə borunun diametri (d) və onun en kəsiyi sahəsi (F) təyin olunur. Sonra və dəqiqləşdirilmiş v - ə görə Şevelyovun 2 – ci cədvəlindən 1000 – i təyin edilir. Bu sahədə boru boyunca olan sürtünmə itkisi
Kimi hesablandıqdan sonra müvafiq düsturlara əsasən hissənin sonunda müvafiq olaraq pyezometrik xəttin geodezik yüksəkliyi və sərbəst basqı təyin edilir:
,
.
Orta hissənin başlanğıcı birinci – başlanğıc hissənin sonu qəbul edilir. Orta hissənin sonu isə növbəti suqəbuledicidə yaradılacaq sərbəst basqının tələb olunan minimal basqı qədər olması şərtilə müəyən olunur.
Orta hissənin hidravlik hesablanması tələb olunan sərbəst basqıya müvafiq hesablanan hidravlik mailliyi nəzərə almaqla aparılır. Hidravlik maillik belə təyin edilir:
Burada başlanğıc və orta hissənin sonunda pyezometrik xəttin geodezik yüksəkliyi, m; - orta hissənin sonunda yer səthinin geodezik yüksəkliyi, m; - orta hissəsinin sonunda paylayıcı boruda tələb olunan sərbəst basqı, m; l – başlanğıc və orta hissə arasındakı məsafədir, m.
Orta hissənin sonunda paylayıcı boruda tələb olunan sərbəst basqı, yuxarıda qeyd edildiyi kimi, 4-5-ə qədər olmalıdır, onun qiyməti aşağıdakı düsturla hesablanır:
   
burada hb – sulayıcı borunun başlanğıcında yaradılacaq basqı, m. Onun qiyməti sulayıcı borunun planda yerləşmə sxemindən asılı olaraq orta hesabla 0,5-1,0 m qəbul edilə bilər. Suvarıcı borunun maksimal su sərfində hb = 3-4 m qədər ola bilər; ∆h = 0,1-0,15 m qədər olmalıdır; - paylayıcı borudan sulayıcı boruya su verildikdə əmələ gələn yerli itkilərdir, m.
Orta hissənin sonunda pyezometrik xəttin yüksəkliyi və sərbəst basqı müvafiq olaraq aşağıdakı kimi hesablanır:
.
Hesablama nəticələri 1-ci cədvəldəki şəkildə qeyd olunur. Sonra paylayıcı boru kəmərinin  uzununa və en kəsiyi profilləri tərtib olunur, pyezometrik basqı xətti qurulması sxemi (şəkil 2) də verilir.
Sahə boruları müəyyən sahəni suvarmaq üçün nəzərdə tutulur.
Sulayıcı borular elastik yerüstü və sərt yeraltı borulardan layihə olunur.
Borunun lillənməməsi üçün onda minimal sürət 1,0-1,5 m/san-dən az olmamalıdır.
Sulayıcı boru üzərindəki deşiklərin diametri belə hesablana bilər:
burada d0 – sulayıcı boru üzərindəki deşiyin diametri, m; qş – şırıma verilən su sərfi, m3/san; h – deşik üzərində yaradılan pyezometrik basqı, m; μ – sulayıcı deşiyin sərf əmsalıdır:
- boru boyunca sürət məlum olmayan hal üçün sərf əmsalı (asbest-sement borular üçün  qəbul edilir); Fr – Frude ədədidir:
,
g – sərbəst düşmə təcilidir (g = 9,81 m/san2).
Sulayıcı deşiyin sərf əmsalının qiyməti asbest-sement borular üçün , meliorativ parçadan düzəldilən borular üçün isə qəbul edilə bilər.

Damcılarla suvarma üsulu 
 
PLAN
 
Damcılarla suvarma üsulu haqqında ümumi məlumat
Damcılarla suvarma sistemi
Azərbaycanda damcılarla suvarmanın tətbiqi
 
 
 
İstifadə edilən ədəbiyyatlar
Ş.N.Bağırov “Suvarma meliorasiyası”   Bakı. Maarif nəşriyyatı 1985
M.Tağıyev   “Suvarma meliorasiyası”   Bakı. Maarif nəşriyyatı  1971
N.Q.Aslanov “Torpaqların meliorasiyası”  Bakı. 2004
Y.V.Qəhrəmanlı “Mühəndis meliorasiyası”  Bakı. 2004
K/t – i hidrotexniki meliorasiya ( ES Markovun red altında M.Kolos 1981 rus dilində).
K/t – i hidrotexniki meliorasiyalardan praktikum (ES Markovun red. M.Aqrosənayenəşr. 1986 rus dilində).
İ.Hüseynzadə Meliorasiya məsələləri. Bakı 1982
Damcılarla suvarma üsulu haqqında ümumi məlumat 
Damcılarla suvarmanın əsas mahiyyəti boru kəməri ilə suyun suvarılacaq sahəyə nəql etdirilərək xüsusi damcıladıcılar vasitəsilə tələb olunan miqdarda bilavasitə bitkinin kök sisteminə verilməsindən ibarətdir. Belə suvarma nəticəsində vegetasiya müddətində bitkinin kökləri inkişaf edən zonada optimal nəmlik yaratmaq mümkün olur. Damcılarla suvarma üsulunun əsasən quraq rayonlarda, kəskin relyef sahələrində, yaxşı susızdırma qabiliyyətinə malik olan torpaqlarda, üzümlüklərin, meyvə bağlarının, giləmeyvələrin və bir sıra kənd təsərrüfatı bitkilərinin suvarılmasında tətbiqi əlverişli hesab olunur. Hazırda damcılarla suvarma MDB ölkələrində, Ukraynada, Moldaviyada, Azərbaycanda və digər ölkələrdə tətbiq olunur.
Damcılarla suvarma ilk dəfə 1918-ci ildə ABŞ-ın Kolarada ştatında aparılmışdır. Daha sonra 1948-ci ildə İngiltərədə yeraltı damcıladıcılarla 800 ha sahə suvarılmışdır. Son məlumatlara əsasən 1974-cü il səviyyəsinə görə ABŞ-da 30000, Avstraliyada 6000, Meksikada 6000, Yeni Zelandiyada 800 ha sahə damcılarla suvarılmış və onun effektliliyi müəyyənləşdirilmişdir.
Damcılarla suvarmanın da özünəməxsus üstün və çatışmayan cəhətləri vardır. Digər suvarma üsullarına nisbətən onun üstün cəhətlərinə aşağıdakılar aid edilir: adi suvarma üsullarına nisbətən suvarma suyuna 20-50 % qənaət olunur; yer səthindən buxarlanmaya, həmçinin sızmaya, yerüstü axıma sərf olunan itki xeyli azalır; suvarma bilavasitə bitkinin kök sistemi zonasında aparıldığına görə cərgələr arasında alaq otları az bitir və onların təmizlənməsi asanlaşır; hamarlama aparmadan sərt yamacları və hətta qayalı torpaq sahələrini suvarmaq mümkün olur; suvarma suyu ilə birlikdə müvafiq gübrələri də bitkinin kök sisteminə vermək mümkündür; suvarmaya əmək sərfi az, bitkinin məhsuldarlığı isə çox olur; istismar və təmir işləri sadədir; suvarmanı mexanikləşdirmək və avtomatlaşdırmaq üçün imkan yaranır; suvarma zamanı qrunt sularının qidalanmasının və onların səviyyəsinin qalxmasının qarşısı alınır; burada minerallığı nisbətən çox olan sularla bitkilərin suvarılması mümkündür.
Damcılarla suvarmanın çatışmayan cəhətləri – su bulanıq olduqda sulayıcı boruların və xüsusilə damcıladıcıların tutulması, böyük sahələrdə damcıladıcılar arasında suvarma suyunun qeyri-bərabər paylanması, sərt yamaclarda suburaxıcılarda daimi basqının çətin tənzimlənməsi, tikinti xərclərinin çox olması və s. - dən ibarətdir.
Damcılarla suvarma sistemi
 Hazırda damcılarla suvarma sistemləri 20-30 ha-ya qədər sahələrin suvarılması üçün layihə olunur. Xüsusi halda bağ və üzümlüklərin suvarılması üçün daha böyük sistemlər yaradılması mümkündür.
Su mənbəyi kimi çay, kanal, su anbarı, artezian quyusu və s. qəbul edilə bilər. Lakin burada sistemə verilən suyun duruluğu ən əsas şərtdir. 1 l suda asılı gətirmələrin miqdarı 0,5 q-dan artıq olmamalıdır. Belə olduqda boru kəməri və damcıladıcıların tutulmasının qarşısı alınır.
Suvarma suyu su mənbəyindən gücü az olan nasosla qəbul edilir. Nasosun suvarma şəbəkəsində yaratdığı basqı da çox olmur. Bu baxımdan sistemdə təzyiqə nisbətən az davamlı polimer borularından istifadə edilməsi mümkündür.
Magistral boru kəməri dəmirdən, xalis polietilendən, paylayıcı və suvarıcı borular isə tərkibinə kömür hisi qarışdırılmış, çox möhkəm olmayan polietilendən hazırlanır. Magistral və paylayıcı boru kəmərləri torpağa basdırılmaq şərtilə layihə olunur. Suvarıcı boru kəməri örtülü, yer səthində və yer səthindən 20-30 sm yuxarıda dirəklərə bərkidilməklə yerləşdirilə bilər. Suvarıcı borular cərgələr boyunca istiqamətləndirilir. Bu boruların diametri 6-20 mm olur. Suvarıcı boruların uzunluğu 200 m-ə qədər olur. Əlverişli uzunluq 40-50 m hesab edilir. Suvarıcı boruların diametri və uzunluğu seçilərkən suyun damcıladıcılar arasında bərabər paylanması şərti nəzərə alınmalıdır. Çalışmaq lazımdır ki, borunun başlanğıcındakı damcıladıcının su sərfi ilə sonundakı damcıladıcının sərfi arasındakı fərq 10 %-dən çox olmasın.
  Suvarıcı borulararası məsafə üzüm və ağac cərgələrinin ara məsafəsinə bərabər olur.
Suvarıcı borular üzərində qoyulan damcılararası məsafə torpağın mexaniki tərkibindən və onun nəmlənmə konturundan, damcıladıcının su sərfindən asılı olur. Bundan başqa üzümlüklərin, meyvə bağlarının suvarılmasında bu məsafə tinglər və ağaclar arasındakı məsafə ilə əlaqələndirilir. Ümumiyyətlə, damcıladıcıların su sərfi 1,5-12,0 l/saat qədər ola bilər. su sərfinin dəyişmə həddini nəzərə almaqla yüngül mexaniki tərkibli torpaqlarda damcıladıcılararası məsafə 0,2-1,3 m, orta mexaniki tərkibli torpaqlarda 0,5-1,6 m və ağır mexaniki torpaqlarda isə 0,9-2,0 m qədər qəbul etmək olar. Üzümlüklərin suvarılmasında hər ting üçün bir damcıladıcı, meyvə ağacları üçün 2-4 damcıladıcı qoyula bilər.
Damcılarla suvarma üsulunda sistemə veriləcək normal su sərfi suvarılacaq sahədən və nizamlanmış hidromodul qrafikinin maksimum ordinatlarından asılı təyin edilir:
               (1)
burada Qs – sistemin normal hesablama sərfi, l/san, q – nizamlanmış hidromodul qrafikinin maksimum ordinatı, l/san. ha; ωH – sistemin suvaracağı sahə, ha; η – sistemin faydalı iş əmsalı (η = 0,96 qəbul edilə bilər); β – sutka ərzində sistemin işləmə saatlarını nəzərə alan əmsaldır.
Paylayıcı boru kəmərinin su sərfi
       (2)
suvarıcı borunun sərfi isə
       (3)
kimi hesablana bilər; burada Qpb, Qsb – müvafiq olaraq paylayıcı və suvarıcı boruların su sərfləri, l/san; ωsb – suvarıcı borunun xidmət etdiyi sahə, ha; η – paylayıcı borunun faydalı iş əmsalıdır (ηpb = 0,98).
Məlum su sərflərinə görə sistemdəki müvafiq boru kəmərlərinin hidravlik hesablanmasını apararaq onların diametrlərini təyin etmək olar.
Magistral boru kəmərinin diametri
        (4)
paylayıcı və suvarıcı boruların diametrləri isə sadələşdirilmiş
      (5)
    (6)
düsturları ilə hesablana bilər. Burada dmb, dpb, dsb – müvafiq olaraq magistral, paylayıcı və suvarıcı boruların hesablanan diametri, mm; v – boru kəmərinə buraxılabilən sürətdir (v = 2,0-2,5 m/san).
Azərbaycanda damcılarla suvarmanın tətbiqi
Damcılarla suvarma üsulu respublikamızda son vaxtlar tətbiq olunmağa başlanmışdır. İlk dəfə 1975-ci ildə Azərbaycan Elmi-Tədqiqat Hidrotexnika və Meliorasiya İnstitutu, Azərbaycan Dövlət Su Təsərrüfatı Obyektlərini Layihələndirmə İnstitutu Azərbaycan baş meliorasiya Tikinti idarəsi tərəfindən Şəki Kolxozlararası Bağçılıq Birliyi ərazisində bir hektar sahədə palmet alma bağlarını damcılarla suvarmaq üçün layihə tərtib olunmuş və tikinti işləri aparılmışdır.
Azərbaycan dövlət Su Təsərrüfatı Obyektlərini Layihələndirmə İnstitutunda Şəki rayonunda 630 ha-ya yaxın sahədə meyvə bağlarının və üzümlüklərin damcılarla suvarılması üçün layihə tərtib olunmuşdur. Hazırda müvafiq təsərrüfatların ərazisində tikinti işləri aparılır.
Şəkil 1. Damcılarla suvarma sisteminin ümumi sxemi:
1 – su mənbəyi; 2 – nasos; 3 – siyirtmə; 4 – süzgəc; 5 – sərfölçən; 6 – manometr; 7 – gübrə qarışdırılan bak; 8 – rabitə xətti; 9 – magistral boru kəməri; 10 – paylayıcı boru kəməri; 11 – avtomatik idarə edilən siyirtmələr; 12 – suvarıcı borular; 13 – damcıladıcılar; 14 – nəmliyin dəyişməsini müəyyən edən verici; 15 – idarəetmə pultu.

Öz axımı ilə suvarmada şırım və zolaqlara suyun verilməsi
P L A N
Öz axımı ilə suvarma haqqaına ümumi məlumat
Zolaq suvarma texnikası
Şırım suvarma texnikası
Ə D Ə B İ Y Y A T
M.Tağıyev –Suvarma meliorasiyası . Bakı 1971
Ş.M.Bağırov – Suvarma meliorasiyası. Bakı 1985
Öz axımı ilə suvarmada şırım və zolaqlara suyun verilməsi
Hazırda, qeyd etdiyimiz kimi, suvarma suyu torpağa 5 üsulla verilir. Onlara öz axımı ilə suvarma, çiləmə, yeraltı, damcı və aerozol ( dumana bənzər dispers yağış hissəcikləri) suvarma üsulları daxildir.
Qeyd edilən suvarma üsullarından MDB-də ən çox tətbiq ediləni öz axımı ilə suvarmadır. Suvarılan torpaqların sahəsi (1985) 17,3 mln. ha olmuşdur. Bunun 10,6 mln ha-ya qədəri və ya 62,3 %-i axımı ilə suvarılmışdır. Azərbaycanda suvarılan 1,2 mln ha torpaq sahəsini 1,16 mln ha-ya qədəri öz axımı ilə suvarılmışdır. Öz axımı ilə suvarma işləri qabaqcadan hamarlanmış müxtəlif relyef sahələrində və müxtəlif dövri suvarma normaları ilə aparıla bilər. Çox sadə olan bu üsul texniki cəhətdən asanlıqla həyata keçirilir.
Zolaq suvarma texnikasının özünəməxsus müsbət və mənfi cəhətləri vardır. Müsbət cəhətlərinə suvarma zamanı zolaq boyunca torpaq təbəqəsinin bərabər islanması, texniki cəhətdən suvarmanın asan aparılması, kənd təsərrüfatı işləri niyerinə yetirən maşınlar üçün əlverişli iş şəraitinin təmin edilməsi və suvarmada əmək məhsuldarlığının yüksəldilməsi və s. aiddir.
Zolaq suvarmanın mənfi cəhətlərinə isə suvarma zamanı torpağın strukturunun pozulması, torpaqda hava və qida rejimlərinin müəyyən qədər pozulması daxildir.
Zolaqlar öz növbəsində eninə və uzunluğuna görə qruplara bölünür. Belə ki, eninə görə zolaqlar ensiz və enli olur. Ensiz zolaqların eni sahədə işləyən kənd təsərrüfatı maşınlarının ölçülərindən asılı olaraq bir-birindən dəfə ilə fərqlənir. Bu ölçülər 1,8;3,6;7,2 m qədər olur. Enli zolaqların eni isə 20-30 m qədər qəbul edilir. Zolaqların enini seçəndə zolağın eni istiqamətində olan maillik nəzərə alınmalıdır. Eninə istiqamətdə maillik çox olduqda ensiz, az olduqda isə enli zolaqlar düzəldilir. Ensiz zolaqlarda becərmə maşınlarının məhsuldarlığı enli zolaqlara nisbətən aşağı olur. Bundan başqa, torpaqdan istifadə əmsalı da (T.İ.Ə.) müəyyən dərəcədə azalır. Buna görə də maillik imkan verən sahələrdə enli zolaqlardan istifadə edilməsi daha əlverişli hesab olunur.
Yerin mailliyindən hamarlanmanın keyfiyyətindən, verilən su sərfindən asılı olaraq zolaqlar qısa və uzun ola bilər. Qısa zolaqlar 50 m-ə, uzun zolaqlar isə 400-500 m-ə qədər layihələndirilə bilər.
Zolaq suvarma sxemi aşağıdakı qayda  olur. Suyu zolaqlara ox və müvəqqəti arxlardan, daimi sahə kanallarından vermək olar. Bundan başqa zolağa su onun başlanğıcından axından ( zolağın eni boyunca maillik çox olduqda) verilir. Zolaqları səpinqabağı və səpin zamanı düzəltmək mümkündür. Zolaqların yanları boyunca hündürlüyü 10-25 sm olan tirələr düzəldilir. Tirələr xüsusi tirədüzəldən KZV-0,3 KZV-0,5 və PDN-7 markalı maşınlarla müvəqqəti düzəldilir.
Zolaq suvarma texnikası ilk dəfə A.N.Kostyakov tərəfindən hesablanmışdır. Zolaq suvarma texnikası elementlərinə zolağın uzunluğu (l2) zolağın vahid eninə verilən su sərfi (q2), zolağın suvarılma müddəti (t2) daxil edilir.
Bundan başqa, zolaq suvarma üsulunda  suvarma sahələri boyunca tələb olunan ox arxların  sayı, sahədə düzəldiləcək zolaqların sayı, eyni vaxtda suvarılan zolaqların sayı, zolağa və sahəyə verilən su sərfi və s. təyin edilməlidir. Zolaq suvarma texnikası elementləri yerin mailliyindən, onun hamarlanma dərəcəsindən, torpağın su sızdırma qabiliyyətindən, dövri suvarma normalarından asılı olaraq bir-birilə əlaqədardır.
Zolağa su onun başlanğıcından verilən halda zolaq suvarma texnikası elementlərinin təyin olunmasını nəzərdən keçirək.
Zolaq boyunca suyun axma sürəti şezi düsturu ilə hesablanır
Burada – hidravlik radiusudur, m;
            İ- zolağın mailliyi;
          C1- sürət əmsalı .
Suvarma zamanı zolağın vahid eninə verilən su sərfinə müvafiq su miqdarının zolaq boyunca torpağa hopması şərtinə əsasən (qz.tz =M0l2) zolağın uzunluğunu hesablamaq olar:
Burada lz – zolağın uzunluğu, m;
Mo=0,00001 m ( m-dövri suvarma norması, m3/ha);
Qz- zolağın  vahid eninə verilən su sərfi, l/san;
Tz- zolağın suvarma müddəti; saat: 3,6 -1 saatda olan saniyələri nəzərə almaqla keçid əmsalıdır.
Zolağa verilən su sərfi isə
q= qz.b
olacaqdır; b- zolağın enidir, m.
Suvarılan sahədə bir müvəqqəti arx boyunca düzəldiləcək ox arxların sayı
Sahə üzrə ümimi zolaqların sayı
Eyni vaxtda suvarılan zolaqların sayı
Suvarma sahəsinə veriləcək su sərfi isə
Qs=q.N
kimi hesablana bilər .
Şırım suvarma texnikası
Şırım suvarma texnikası öz axımı ilə suvarmada mütərəqqi üsul hesab olunur.
Dərinliklərinə görə şırımlar dayaz orta və dərin olur. Dayaz şırımların dərinliyi 8-13 sm, orta şırımlarınkı  12-16 sm, dərin şırımlarınkı isə 16-22 sm olur. Bəzən şırımların yamaclarında və dibində də bitki əkilir ( dənli və ot bitkiləri)  Belə olduqda şırımlar dayaz və orta dərinlikdə düzəldilir. Enli cərgəli əkilən bitkilər üçün izə, adətən, şırımlar dərin (16-22 sm) düzəldilir. Bundan başqa, az maillikli sahələrdə və yüksək sukeçirən torpaqlarda da dərin şırımlardan istifadə edilir.
Uzunluqlarına görə şırımlar qısa, orta və uzun olur.
En kəsiyi formulalarına görə şırımlar parabola, üçbucaq, trapesşəkilli, bermalı, terraskalı  və yuvalı olur.
Şırımlararası məsafə əkiləcək bitkinin növündən, torpağın mexaniki tərkibindən, onun kapilyarlıq və islanma xassəsindən, istifadə edilən maşınların işlək hissəsinin ölçülərindən asılı olaraq qəbul edilir.
Mexaniki tərkibli yüngül olan torpaqlarda suvarma zamanı torpaqda əmələ gələn islanma konturu dərinlik boyunca bərabər qiymətlə artır. Mex. Tərkibi orta və ağır olan torpaqlarda isə bu kontur həm dərinliyə, həm də yanlara doğru bərabər yayılır. Şırımlararası məsafə müəyyən edildikdə islanma konturlarının qapanması nəzərə alınmalıdır. Bu baxımdan yüngül mex. Tərkibli torpaqlarda şırımlararası məsafə 50-60 sm, orta mex. Tərkibli torpaqlarda 60-70 sm, ağır torpaqlarda isə 70-90 sm qəbul edilir. Bundan başqa, şırımlararası məsafə təyin olunarkən cərgələrarası məsafə də nəzərə alınmalıdır.
Şəkil 1. Şırımların en kəsik formaları.
a -  üçbucaq şəkilli; b – trapesiya və parabola şəkilli; v – yuvalı; q – terraskalı.
Şəkil 2. Şırımla suvarmada torpağın islanma konturu.
a)Yüngül mex. tərkibli torpaq; b) Orta gillicə torpaq; v) Ağır mex. tərkibli torpaq.
Axarlıq xassəsinə görə şırımlar axar və kor şırımlara  bölünür.
A.N.Kostyakova görə şırım  suvarmasında suvarma texnikası elemntlərin əsas şırımın uzunluğu (lş) şırıma verilən su sərfi (qş) şırımın suvarma müddəti (tş)  və onun en kəsiyi ölçüləri aiddir. Bundan başqa, şırım suvarma üsulunda suvarma sahəsinə aid ox arxların sayı ( sahənin uzunluğu boyunca), şırımların sayı, eyni zamanda suvarılan şırımların sayı, sahəyə eyni vaxtda veriləcək su sərfi və s. hesablanmalıdır.
Şırım suyunun axma sürəti Şezi düsturu ilə hesablanır:
Şırım suvarma üsulunda sahə boyunca  nəzərdə tutulan ox, arxların sayı
Sahədəki şırımların ümumi sayı
Eyni vaxtda suvarılan şırımların sayı
kimi hesablanır. Düsturlarda L – suvarılacaq sahənin uzunluğu, m;
B- sahənin eni, m; lş- şırımın uzunluğu, m; a- şırımarası məsafə, m; tş-şırımın suvarma müddəti, saat; T- sahəınin suvarmanın sutka ərzində fasiləsiz davam etdirilməsi nəzərdə tutulur.
Suvarılan sahəyə verilən su sərfi isə aşağıdakı kimi təyin edilir:
Qş=qş . N


Şoran və şorakət torpaqların meliorasiyası

 

PLAN

 

1.     Şorlaşmanın əmələgəlmə səbəbləri

2.     Torpaqların şorlaşmasına qarşı mübarizə tədbirləri

3.     Şoran torpaqların yuyulması 

 

 

 

Istifadə edilən ədəbiyyatlar

 

1.     N.Q.Aslanov “Torpaqların meliorasiyası”  Bakı. 2004

2.     Y.V.Qəhrəmanlı “Mühəndis meliorasiyası”  Bakı. 2004 

3.     K/t – i hidrotexniki meliorasiyalardan praktikum (ES Markovun red. M.Aqrosənayenəşr. 1986 rus dilində).

4.     Ş.N.Bağırov “Suvarma meliorasiyası”   Bakı. Maarif nəşriyyatı 1985 

5.     İ.Hüseynzadə Meliorasiya məsələləri. Bakı 1982

6.     M.Tağıyev   “Suvarma meliorasiyası”   Bakı. Maarif nəşriyyatı  1971 

7.     K/t – i hidrotexniki meliorasiya ( ES Markovun red altında M.Kolos 1981 rus dilində).

 

 

 

 

 

 

 

 

Şorlaşmanın əmələgəlmə səbəbləri

Şorlaşmanın genetik formaları. Tərkibində həll olunan duzlar olan və bitkinin normal inkişafına mənfi təsir göstərən torpaq sahələri şorlaşmış torpaqlar adlanır. Hazırda ölkəmizdə suvarılan torpaq sahələrinin 80 %-ə qədəri, gələcəkdə suvarma üçün nəzərdə tutulan sahələrin isə yarıdan çoxu şorlaşmış və şorlaşmaya məruz qalan torpaqlardır.

V.R.Volobuyevin məlumatlarına görə (1959) Azərbaycanda suvarma əkinçiliyi geniş inkişaf edən Kür-Araz ovalığı torpaqlarının 60 %-ə qədəri bu və ya digər dərəcədə şorlaşmış torpaqlardan ibarət olmuşdur. Respublikada şorlaşmış torpaqlara, həmçinin Siyəzən-Sumqayıt massivində, Naxçıvan MR-də təsadüf edilir.

Çoxillik tədqiqat işləri nəticələrinə əsaslanaraq V.R.Volobuyev Kür-Araz ovalığında torpaqların şorlaşması səbəblərini Xəzər dənizində su səviyyəsinin çəkilməsi (aşağı düşməsi) ilə izah edilir. Tarixən dənizdə su səviyyəsinin çəkilməsi nəticəsində onun yatağında olan buxarlanma hesabına torpaq və qruntlar şorlaşmağa başlamışdı. F.P.Savarenski, V.A.Priklonski və b. mütəxəssislərin fikrincə Kür-Araz ovalığında torpaq və qruntun şorlaşmasında minerallı dağətəyi qrunt suları axını və bunun hesabına ovalığın qrunt sularının duz ehtiyatının artması xüsusi rol oynayır. Bundan başqa, Kür-Araz çaylarından, suvarma kanallarından olan sızma suları, suvarma və dəniz suları (dəniz sahili boyunca), yeraltı minerallı basqılı sular və s. torpaq və qruntların şorlaşmasına səbəb olur. 

V.R.Volobuyev şorlaşmanın səbəblərini öyrənərək onun əsas genetik formalarını müəyyən etmişdi. Kür-Araz ovalığında şorlaşmanın genatik formaları aşağıdakılardan ibarətdir: elüvual, deflasion-akkumulyativ, deluvial, deluvial-proluvial (çay konusu və vadisinin şorlaşması), proluvial, alluvial, dəniz sahili və bataqlıq sahili şorlaşma, basqılı dərinlik suları hesabına şorlaşma və təpəli şorlaşma. Şorlaşmanın əsas genetik formalarının sxemi 1-ci şəkildə verilmişdi.

Deluvial şorlaşma forması ən çox dağətəyi düzənliklərdə əmələ gəlir. Burada suayırıcılara və dağ ətəklərinə düşən atmosfer yağıntıları yer səthinə yaxın olan duzları həll edərək özü ilə dağətəyi düzənliklərə axıdır və orada toplanaraq torpaq və 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Şəkil 1. Şorlaşmanın genetik formalarının sxemləri.

a – deluvial; b – alluvial; v – çay boyunca şorlaşma; q – deluvial-proluvial; e – basqılı sular hesabına şorlaşma.

qruntu şorlaşdırır. Belə şorlaşma deluvial-proluvial şorlaşma forması üçün də səciyyəvidir. 

Alluvial şorlaşma forması Kür-Araz ovalığının xeyli hissəsini təşkil edən alluvial düzənlikdə yayılmışdır. Burada şorlaşma prosesi yeraltı minerallı qrunt suları ilə əlaqədardır. Yer səthinə yaxın minerallı qrunt suları kapillyar hərəkəti ilə torpağı üst təbəqəsinə daxil olur və buxarlanma nəticəsində torpağı şorlaşdırır. Dənizsahili sahələrdə, çay deltalarında da bu şorlaşma forması səciyyəvidir. 

Deflasion – akkumulyativ (küləyin təsiri ilə duzlu hissəciklərin ətraf sahələrə yayılması), basqılı sularla şorlaşma formaları müstəsna yerli xüsusiyyət daşıyır. Təpəli şorlaşma formasına da az təsadüf edilir. Belə şorlaşma formasına palçıq püskürməsi olan yerlərdə rast gəlinir.

Suvarılan drenaj olunan ərazilər üçün isə duz balansı tənlikləri belə yazıla bilər:

                     (1)

                     (2)

        (3)

Tənliklərdə - müvafiq olaraq səth suları və yeraltı qrunt suları ilə əraziyə daxil olan duzların miqdarı; - səth suları və yeraltı qrunt suları ilə ərazidən kənar olunan duzların miqdarı; SA – atmosfer yağıntıları ilə əraziyə daxil olan duzların miqdarı; Ssuv – suvarma suları ilə əraziyə daxil olan duzların miqdarı; SF – suvarma kanallarından sızma itkiləri hesabına əraziyə daxil olan duzların miqdarı; Sq – torpaq və qrunt suları arasında şaquli istiqamətdə duz mübadiləsi; SD – diffuziya hesabına duz mübadiləsi; Sr – yeraltı qrunt suları və basqılı sular arasında şaquli istiqamətdə duz mübadiləsi; Ss - ərazidən suvarma suları ilə atılan duzun miqdarı; Sd – drenaj suları ilə ərazidən kənar edilən duzların miqdarıdır.

 







 

a

 



 

b

 


Şəkil 2. Meliorasiya olunan ərazilər üçün duz balansı sxemləri.

a – suvarılan drenaj olunmayan ərazilər; b – suvarılan drenaj olunan ərazilər.




 

a

 





 

b

 

 



Şəkil 3. Meliorasiya olunan ərazilər üçün su balansı sxemləri

a – suvarılan drenaj olunmayan ərazilər; b – suvarılan drenaj olunan ərazilər.

Su balansı tənlikləri də müəyyən dövr üçün müvafiq əraziyə aid tərtib edilir. Suvarılmayan və suvarılan ərazilər üçün su balansı tənliklərinin tərtib olunması və proqnozlaşdırılması barədə A.N.Kostyakov, S.F.Averyanov və s. tərəfindən geniş tədqiqat işləri aparılmışdır. Su balansı hesablanmasına dair ümumi sxemlər 1-ci şəkildə verilmişdir.

Suvarılan drenaj olunan ərazilər üçün su balansı tənlikləri isə belə olacaqdır:

                (4)

                              (5)

   (6)

Tənliklərdə - müvafiq olaraq əraziyə daxil olan səth və yeraltı suları; - ərazidən xaric olan səth və yeraltı suları; A - əraziyə düşən atmosfer yağıntıları; Osuv - əraziyə verilən suvarma suyu; Fk – suvarma kanallarından sızma itkiləri; V = Osuv + Fk - əraziyə verilən suvarma suyu və kanallardan sızma itkiləri; – torpaq və qrunt suları arasında şaquli istiqamətdə su mübadiləsi; R – yeraltı qrunt suları və basqılı sular arasında şaquli istiqamətdə su mübadiləsi; İ + Tr – yer səthindən və bitki tərəfindən atmosferə buxarlanan sular; S - ərazidən atılan suvarma suları; D – drenaj vasitəsilə ərazidən kənar edilən sulardır.

Şorlaşmanın növləri və şorlaşma dərəcəsi. Şorlaşmış torpaqlarda təsadüf edilən ən çox Na, Ca, Mg kationları ilə Cl, SO4, CO3, HCO3 anionlarının birləşmələrindən əmələ gələn müxtəlif kimyəvi tərkibli duzlardır. Bunlara NaCl (xörək duzu), Na2SO4 (qlauber duzu), Na2CO3 (paltar sodası), NaHCO3 (çay sodası), MgCl2, MgSO4,MgCO3, Mg(HCO3)2, CaCl2, CaSO4 (gəc, gips), CaCO3 (əhəng), Ca(HCO3) kimi duz birləşmələri daxildir. Torpaqda həll oluna bilən duzların miqdarı torpağın quru çəkisinə görə faizlə ifadə edilir. Bu çox vaxt quru qalıq adlanır və S hərfi ilə işarə edilir.

Torpaq məhlulunda müxtəlif duz birləşmələrinin qatılığının artması bitkinin normal inkişafını ləngidir və çox zaman onu məhv edir. Bitkinin kökləri vasitəsilə gövdəsinə və yarpaqlarına daxil olan duz məhlulları onun inkişafı ilə əlaqədar fotosintez prosesinin xeyli azalmasına səbəb olur. Bu isə öz növbəsində bitkinin inkişafını zəiflədir və nəticədə onun məhsuldarlığı xeyli aşağı düşür.

Müxtəlif kimyəvi tərkibli duz birləşmələrinin bitkinin inkişafına təsiri eyni deyildir. Bu baxımdan L.P.Rozov zərərlilik dərəcəsinə görə duzları aşağıdakı sıra ilə düzür:

NaCl   Na2SO4     Na2CO3

MgCl2   MgSO4      MgCO3

CaCl2   CaSO4       CaCO3

 

Bu düzülüşə görə xətdən yuxarıda yerləşən duzlar daha çox zərərli, aşağıdakılar isə az zərrəli hesab olunur.

Şorlaşmış torpaqlardakı duzların tərkibi nəzərə alınmaqla onlar əsas aşağıdakı növlərə bölünür: 1) xloridli; 2) sulfatlı; 3) karbonatlı şorlaşma. Bunlarlıa yanaşı çox vaxt torpaq və qrunt qarışıq duzlarla şorlaşa bilər: sulfatlı-xloridli, xloridli-sulfatlı, sulfatlı-karbonatlı və s.

V.R.Volobuyev duzların tərkibində olan Cl ionunun miqdarına görə şorlaşmanın növünü müəyyən edir. Belə ki, xloridli şorlaşmada Cl ionunun miqdarı quru qalığın 40-60 %-ni, sulfatlı-xloridli şorlaşmada 10-25 %-ni və sulfatlı şorlaşmada isə 10 %-dən az hissəsini təşkil edir.

V.R.Volobuyev xloridli və sulfatlı-xloridli şorlaşmış torpaq və qruntları qruplaşdıraraq şorlaşma dərəcəsinə görə 1-ci cədvəldəki şkalanı müəyyənləşdirmişdir.

Şorlaşmanın növü, şorlaşma dərəcəsi və duzların ion tərkibi nəzərə alınmaqla N.İ.Bazileviç tərəfindən 2-ci cədvəldəki ümumi təsnifat verilir.

 

 

 

 

 

V.R.Volobuyevə görə xloridli və sulfatlı-xloridli şorlaşmış

 torpaqların təsnifatı

Cədvəl 1

Hesablama torpaq qatındakı duz miqdarı, quru qalıqdan % - lə

Torpağın şorlaşma dərəcəsi

≤ 0,1

0,1-0,25

0,25-0,5

0,5-1,0

1,0-2,0

2,0-3,0

>3,0

şorlaşmamış

çox zəif şorlaşmış

zəif şorlaşmış

orta şorlaşmış

şiddətli şorlaşmış

çox şiddətli şorlaşmış

şoranlar 

   

 

N.İ.Bazileviçə görə şorlaşmış torpaqların təsnifatı

Cədvəl 2

Şorlaşmanın növü

Şorlaşma dərəcəsi

Xloridli, sulfatlı-xloridli

Xloridli-sulfatlı, sulfatlı

Quru qalıq, 

% - lə

Cl-

SO4-2

Quru qalıq, % - lə

Cl-

SO4-2

< 0,3

0,3-0,5

0,5-1,0

1,0-2,0

> 2

0,01

0,01-0,05

0,05-0,10

0,10-0,20

> 0,20

-

-

-

-

-

< 0,3

0,3-1,0

1,0-2,0

2,0-3,0

> 3,0

< 0,01

0,01

0,05

0,10

> 0,1

< 0,01

0,1-0,4

0,4-0,6

0,6-0,8

> 0,8

şorlaşmamış

zəif şorlaşmış

orta şorlaşmış

şiddətli şorlaşmış

şoranlar 

 

Torpaqda bitkinin normal inkişafını təmin edən şorluq dərəcəsi buraxılabilən şorlaşma adlanır.

Kənd təsərrüfatı bitkilərinin fenoloji inkişaf xüsusiyyətini nəzərə almaqla V.R.Volobuyev müxtəlif şorlaşma növlərinə görə aşağıdakı buraxılabilən şorlaşma dərəcələrini müəyyənləşdirmişdir. Xloridli şorlaşma üçün buraxılabilən şorlaşma dərəcəsi 0,2 %, sulfatlı-xloridli üçün 0,3 %, xloridli-sulfatlı üçün 0,4 %, sulfatlı (natrium, kalsium kationlarının duzları) üçün isə 1,0 % qəbul edilmişdi.

Təbii şəraitdə şorlaşmış torpaqların xüsusi növünə-şorakətli torpaqlara da təsadüf edilir. Torpaqların şorakətlilik xüsusiyyəti, onların uducu kompleksində olan natrium (Na) və maqnezium (Mg) kationlarının faizlə miqdarına görə müəyyən edilir.

AzETHMİ tərəfindən şorakətləşmə dərəcəsinə görə torpaqların təsnifatı 3-cü cədvəldə verilmişdir.

 

Şorakətlik dərəcəsinə görə torpaqların təsnifatı

Cədvəl 3

Uducu kompleksdə natriumun miqdarı, % - lə

Şorakətlik dərəcəsi

< 5

5-10

10-15

15-20

20-30

30-40

> 40

şorakətsiz

zəif şorakətvarı

orta şorakətvarı

yüksək şorakətvarı

zəif şorakətli

orta şorakətli

şiddətli şorakətli

 

Qrunt sularının böhran dərinliyi. Böhran (kritik) dərinliyi elə dərinlikdir ki, vegetasiya dövründə minerallaşmış qrunt suları həmin dərinlikdə və ondan aşağı yerləşdikdə qrunt sularının kapillyar hərəkəti ilə torpağın aerasiya zonasına daxil olması dayandırılır və beləliklə, buxarlanma hesabına torpağın şorlaşmasının qarşısını alır. Böhran dərinliyi anlayışı ilk dəfə 1930-cu ildə B.B.Polınov tərəfindən verilmişdir.

A.N.Kostyakova görə minerallıq dərəcəsi 3 q/l-ə qədər olan lös torpaq və qruntlar üçün böhran dərinliyi 1,7-2,2 m, minerallıq dərəcəsi 3-5 q/l olduqda 2,2-3,0 m, 5-7 q/l olduqda isə 3,0-3,5 m qəbul edilməsi təklif olunmuşdur.

V.A.Kovda böhran dərinliyini havanın orta illik temperaturdan asılı olaraq aşağıdakı empirik asılılıqla təyin etməyi məsləhət bilir:

   (7)

burada hb – böhran dərinliyi, sm; t – havanın orta illik temperaturudur, 0S.

V.R.Volobuyeva görə Muğan və Salyan düzləri torpaqları üçün böhran dərinliyi 1,75-2,25 m-dən az olmamalıdır.

Torpaqların şorlaşmasına qarşı mübarizə tədbirləri

Suvarılan torpaqlarda şorlaşmanın qarşısının alınması üçün tətbiq edilən mübarizə tədbirlərinə aşağıdakılar daxildir: 

1)    meliorativ istismar tədbirləri;

2)    aqrotexniki tədbirlər;

3)    hidrotexniki tədbirlər.

Meliorativ istismar tədbirləri əsasən aşağıdakılardan ibarətdir: 

a)     sahələrə verilən suvarma suyu kənd təsərrüfatı bitkilərinin suvarma rejiminə uyğun olmalıdır;

b)    suvarmada mütərəqqi üsullar tətbiq edilməlidir;

c)     müvəqqəti və ox arxlar elastik və sərt borularla əvəz olunmalıdır;

d)    suvarma kanallarından sızma itkiləri minimum dərəcəyə qədər azaldılmalıdır;

e)     bunun üçün torpaq kanallar mümkün qədər beton üzlük çəkilmiş və nov kanallarla, boru kəməri ilə əvəz edilməlidir.

Aqrotexniki tədbirlərə suvarma sistemlərində ottarlalı əkin sisteminin tətbiq edilməsi; tarlalara üzvi və mineral gübrələrin vaxtlı-vaxtında verilməsi və torpaqların münbitliyinin artırılması; suvarmadan sonra becərmə işlərini tələb olunan vaxtlarda aparmaqla torpağın strukturunun yaxşılaşdırılmasına və beləliklə də yer səthindən buxarlanmanın azalmasına nail olunması və s. aid edilir.

Hidrotexniki tədbirlər şorlaşma və batqlaşmaya qarşı tətbiq edilən əsaslı mübarizə tədbiridir. Bu tədbirlərin əsasını kollektor-drenaj fonunda şorlaşmış torpaqların yuyulması təşkil edir. Şorlaşmış, yaxud şorlaşma və bataqlaşmaya məruz qalan ərazilərdə əsaslı hidrotexniki tədbirləri tətbiq etmədən meliorativ cəhətdən əlverişli olmayan belə ərazilərin kənd təsərrüfatı istiqamətində istifadə edilməsi üçün yararlı hala salınması mümkün deyildir.

 

Şoran torpaqların yuyulması 

Yuma norması, torpaq və qruntun hesablama qatındakı ilkin həll oluna bilən duzları yuyaraq buraxilabilən dərəcəyə qədər azaltmaq üçün tələb olunan suyun həcminə deyilir. Yuma norması, şorlaşmanın növündən və şorlaşma dərəcəsindən, yuyulacaq torpaq qatının qalınlığından, yuma vaxtından, torpağın duzvermə xassəsindən və s. göstəricilərindən asılı olaraq təyin edilir. 

Yuma normasını təyin etmək üçün ilk empirik hesablama düsturu L.P.Rozov tərəfindən təklif edilmişdir. Sonralar müxtəlif vaxtlarda S.V.Astanov, V.R.Volobuyev, A.N.Kostyakov, V.A.Kovda, V.M.Leqostayev, N.S.Raboçev, İ.P.Aydarov, A.İ.Qolovanov və b. tərəfindən müxtəlif empirik düsturlar müəyyənləşdirilmişdir.

Yuma normasının hesablanmasına dair müxtəlif müəlliflərin təklif etdikləri asılılıqlardan hazırda ən çox V.R.Volobuyevin, S.F.Averyanovun, İ.P.Aydarovun, A.İ.Qolovonovun düsturlarından istifadə edilir.

Bir metr torpaq təbəqəsindəki həll olunan duzları yumaq üçün V.R.Volobuyev aşağıdakı empirik hesablama düsturunu təklif etmişdir:

           (8)

burada – ümumi yuma norması, m3/ha; S1 – yuyulacaq torpaq təbəqəsindəki ilkin orta şorluq, %; S0 – buraxılabilən şorluq, %; a – torpağın mexaniki tərkibindən və duzvermə qabiliyyətindən, şorlaşmanın növündən asılı əmsaldır və xüsusi cədvəllərdə verilir.

Yuma vaxtı və yuma müddətinin təyini. Təsərrüfatın yuyulacaq ərazisinin iqlim və torpaq şəraitindən, şorlaşmanın növü və dərəcəsindən, su mənbəyinin rejimindən, təsərrüfat şəraitindən və s. səbəblərdən asılı olaraq əlverişli yuma vaxtı və yuma müddəti müəyyən edilməlidir. Yuma vaxtı bir il ərzində yuma aparılması üçün ayrılan vaxtdır. Bəzi hallarda təsərrüfat ərazisində şorlaşmış sahələr çox olduqda, torpaqlar ağır mexaniki tərkibli və çətin həll olunan duzlarla çox şorlaşmış olduqda onları bir ildə yumaq mümkün olmur. Burada həmçinin yuma suyunu sahələrə vermək üçün daimi kanalların suburaxma qabiliyyəti, su mənbəyindəki su ehtiyatı, təsərrüfatın işçi qüvvəsi və s. də nəzərə alınmalıdır. Belə hallarda yumanın bir ildə deyil, bir neçə il ərzində aparılması daha əlverişli hesab olunur.

Yuma texnologiyası. Şoran torpaqların yuyulması texnologiyasına yuyulacaq sahələrin hamarlanması və şumlanması, yuma ləklərinin düzəldilməsi, yuma suyunu sahələrə vermək üçün müvəqqəti arxların çəkilməsi, lazım gəldikdə müvəqqəti drenlərin düzəldilməsi və s. daxildir. Bunlarla bərabər ağır mexaniki tərkibli və çətin həll olunan duzlarla şorlaşmış torpaqların susızdırma qabiliyyətini yaxşılaşdırmaq və yumanın effektivliyini artırmaq üçün 40-60 sm dərin şumlama və 60-90 sm dərinlikdə yumşaltma aparılması əlverişlidir. Habelə şorakətli və sodalı şorlaşmış torpaqları effektli şəkildə yumaq üçün kimyəvi meliorantlardan istifadə etmək lazımdır.

Yuma ləklərinin planda ölçüləri (uzunluğu və eni) yerin mailliyindən asılı olaraq təyin edilir:

         (9)

          (10)

burada llək – ləkin uzunluğu, m; blək – ləkin eni, m; hb, hs – müvafiq olaraq maillik istiqamətində ləkin başlanğıcında və sonunda sahəyə veriləcək yuma suyunun dərinliyi, m; i1, i2 – ləkin uzunluğu və eni istiqamətdə yerin mailliyidir.

Yuma suyunun lək sahəsində bərabər paylanmasını təmin etmək üçün h- h≤ 0,1 m olması əlverişlidir. Yuma ləklərinə doldurulan suyun dərinlikləri müvafiq olaraq hb ≈ 0,15 – 0,20 m; hs = 0,25 – 0,30 m qədər olması məsləhət görülür. Belə olduqda ləkdə suyun orta dərinliyi hor = 0,20 – 0,25 m olur. Bu isə 2000 – 2500 m3/ha həcmində yuma suyunun bir dəfəyə vahid sahəyə verilməsini təmin edir. Bəzi hallarda bir dəfəyə veriləcək yuma suyunun həcmini 4000 m3/ha – ya qədər çatdırmaq olar. Göstərilən şərtləri nəzərə almaqla ləklərin ətrafında hündürlüyü 0,40 – 0,50 m qədər olan tirələr düzəldilməsi lazım gəlir.

Bundan başqa yuma suyu fasiləsiz və fasiləli (taktlarla) şəkildə verilə bilər. Yuma fasiləli aparıldıqda torpaqdakı duzların həll olması, torpaq məhluluna çevrilməsi və drenaj vasitəsilə sahədən kənar olması üçün əlverişli şərait yaranır. Fasiləsiz yuma aparıldıqda çox vaxt yuma suyunun müəyyən hissəsi duzları həll etmədən torpaq və qruntun yarıqları, çatları ilə drenaja axaraq sahədən kənar edilir; bu isə sudan səmərəli istifadə olunmasına yol vermir.

Fasiləli yuma taktlarının sayı ümumi yuma normasından, lakin bir dəfə orta dolma dərinliyindən asılı olaraq aşağıdakı kimi təyin edilir:

      (11)

burada – ümumi yuma norması, m; hor – ləkin orta dolma dərinliyi, m; n – yuma taktlarının sayıdır.

Yuma taktlarına uyğun ləkin bir dəfə doldurulması üçün tələb olunan vaxt belə hesablanır:

     (12)

burada tm – ləkin bir dəfə doldurulması vaxtı, sut; t – yumanın bir mövsümdə davametmə vaxtı, sut; n – yuma taktlarının sayıdır. 

AzETHMİ tərəfindən Kür-Araz ovalığının şorlaşmış torpaqları mexaniki tərkibinə, susızdırma qabiliyyətinə, şorlaşmanın növünə və torpağın duzvermə xüsusiyyətinə görə bir-birindən fərqlənən üç səciyyəvi regiona (zonaya) bölünür. Hər regionda şorlaşmış torpaqları yumaq və yararlı hala salmaq üçün müvafiq hidrotexniki, meliorativ tədbirlər sistemi tövsiyə olunur.

1.     Şimali Muğanın, Şirvan düzənlərinin Kür sahili, Salyan düzənliyinin müəyyən hissəsinin torpaq və qruntları yüksək susızdırma qabiliyyətinə malik olmaqla asan həll olunan (xloridli, sulfatlı-xloridli) duzlarla şorlaşmışdır. Belə torpaqları daimi drenaj fonunda yuxarıda göstərilən adi qaydada yumaq mümkündür.

2.     Şorakətli, sodalı şorlaşmış torpaqların ən çox yayıldığı Qarabağ və Mil düzənliklərdə adi qaydada yumaq əlverişli nəticə vermir. Belə şəraitdə yumanın effektivliyini artırmaq üçün yumadan qabaq 0,6-0,7 m torpağın üst bərk qatı əsaslı şəkildə yumşaldılmalı və yuma zamanı kimyəvi meliorantlardan geniş istifadə edilməlidir.

3.     Şirvan düzənliyinin çay konuslarında və dağətəyi ərazilərdə, Cənubi Muğanda, Qarabağ düzənliyinin şimal-qərb hissəsində zəif süzülmə əmsalı (K=0,5-1,0 m/sut) ilə səciyyələnən şorakət torpaqları effektli yumaq üçün daimi drenajlarla yanaşı yuma düvründə müvəqqəti dayaz drenajlardan istifadə edilməlidir.

 

Suvarma meliorasiyası haqda ümumi məlumat
PLAN
 
Suvarmanın tətbiqinin əsaslandırılması.
Suvarmanın növləri və üsulları.
Suvarma sistemləri.
Suvarma suyunun keyfiyyəti.
İstifadə edilmiş ədəbiyyatlar
Ş.N.Bağırov.  “Suvarma meliorasiyası”
M.Tağıyev .   “Suvarma meliorasiyası”
А.Н.Костяков. «Основы мелиорации»
В.В.Колпаков, Н.П.Сухарев.  «Сельскохозяйственные мелиорации»
А.Ф.Тимофеев. «Мелиорация с/х – х земель
Suvarmanın tətbiqinin əsaslandırılması
         Görkəmli alim V.R.Vilyams bitkinin inkişafı üçün lazım olan əsas amilləri aşkar etmiş və onların qarşılıqlı əlaqəsini müəyyənləşdirmişdir. Tədqiqatlar göstərmişdir ki, bitkinin normal inkişafını təmin etmək üçün əsas dörd amilin – su, qida, istilik və havanın eyni vaxtda təchiz olunması vacibdir. Bu amillərin biri çatışmadıqda bitki normal inkişaf edə bilmir, nəticədə o məhv olur və ya da onun məhsuldarlığını xeyli aşağı düşür. Bunlardan ən vacibi su və qida amilləri hesab edilir. Torpaqda su rejimi düzgün tənzim olunduqda qida, istilik və hava rejimlərinin təmin edilməsi üçün əlverişli şərait yaranır. Bu baxımdan müəyyən ərazidə tətbiq ediləcək meliorativ tədbirlərin istiqamətini müəyyənləşdirmək üçün əvvəlcə torpağın su rejimi öyrənməli və bu barədə əsaslı məlumat toplanmalıdır.
         Meliorasiya olunacaq ərazinin torpaq və qruntunun su rejimini öyrənmək üçün su balansı tənliyindən istifadə edilir. Akademik A.N.Kostyakova görə müəyyən dövr üçün su balansı tənliyi ümumi şəkildə aşağıdakı kimi yazılır:
Meliorasiya olunacaq ərazinin iqlim və hidroloji şəraitindən asılı olaraq ümumi balans tənliyinə daxil olan elementlərin kəmiyyət göstəriciləri müxtəlif qiymətlərlə səciyyələnə bilər.  Lakin çox vaxt su balansı tənliyinin əsas göstəriciləri buxarlanma və atmosfer yağıntıları hesab edilir. Hər bir ərazi müvafiq olaraq rütubətli, dəyişkən rütubətli, rütubət çatışmayan və quraq zonalara bölünür.
         Rütubətli zonalarda əsas podzol torpaq əmələgəlmə prosesi gedir. Bunun əsas xüsusiyyətləri – atmosfer yağıntısının mümkün buxarlanmadan çox olması, torpaqda aerasiya, hava rejimlərinin zəifləməsi, üzvi və qeyri-üzvi maddələrin anaerob şəraitdə parçalanması nəticəsində bitkinin onlardan istifadə etməməsidir.
         Dəyişkən rütubətli və rütubət çatışmayan torpaq zonaları – meşə-çöl və çöl sahələrini əhatə edir.
         Quraq zonalarda əsasən yarımsəhra və səhra torpaqəmələgəlmə prosesi gedir.
         Kənd təsərrüfatı meliorasiyası qurutma  suvarma meliorasiyası kimi iki əsas hissəyə bölünür.
 
Suvarmanın növləri və üsulları.
         Suvarma meliorasiyası bir neçə növə bölünür. Onlardan əsas torpaqda müvafiq nəmlik yaradılması, sahələrin su ilə təchiz olunması, sahələrə müəyyən miqdarda üzvi və mineral gübrələr verilməsi, müəyyən torpaq qatında müvafiq istilik yaradılması və s. göstərmək olar.
         Kənd təsərrüfatı bitkilərinin suya olan tələbatından, su mənbəyinin xüsusiyyətindən, torpaq və iqlim şəraitindən asılı olaraq suvarma meliorasiyası aşağıdakı növlərə bölünür:
                   1) müntəzəm suvarma;
                   2) bir dəfə təsir göstərən suvarma.
         Müntəzəm suvarmada kənd təsərrüfatı bitkilərinin suya tələbatına uyğun olaraq su mənbəyindən lazımi miqdarda suvarma suyu sahələrə verilir. Suvarma suyu su mənbələrindən suvarma kanalları və boru kəməri vasitəsilə öz axımı ilə və ya mexaniki üsulla suvarılacaq sahələrə çatdırılır. Belə suvarma geniş yayılmışdır.
          Bir dəfə təsir göstərən suvarma əsas yerli axım (qar suyu), yaz və yay daşqınları hesabına əmələ gələn sularla aparılır. Belə suvarma yolu ilə yerin üst 1,5-2,0 m torpaq qatında rütubət ehtiyatı yaradılır.
Azərbaycanda kənd təsərrüfatı məhsulları istehsalının 80%-i suvarılan torpaqların payına düşür. Suvarma suyu torpağa müxtəlif üsullarla verilə bilər. Müntəzəm suvarmada tətbiq edilən əsas üsullar aşağıdakılardan ibarətdir:
                   1) öz axımı ilə suvarma üsulunda – suvarma suyu daimi nəqledici açıq kanallar və ya boru kəməri ilə suvarılacaq sahəyə çatdırılır.
                   2) çiləmə üsulu ilə suvarmada suvarma suyu nəqledici kanal və boru kəməri ilə sahəyə çatdırıldıqdan sonra çiləyici maşın, qurğu və aparatlar vasitəsilə yağış şəklində yer səthinə yağdırılır.
                   3) yeraltı suvarma üsulunda suvarma suyu suvarılacaq sahədə yer səthindən müəyyən dərinlikdə və bir-birindən müvafiq məsafədə basdırılmış borulara verilir.
                   4) damcılarla suvarma üsulunda suvarma suyu fasiləsiz olaraq kiçik su sərfləri ilə boru kəmərindən su qəbul edən xüsusi damcıladıcılarla bitkinin və ya meyvə ağaclarının bilavasitə kök hissəsi yayılan zonaya verilir.
                   5) dispers su damcıları ilə suvarma çiləmə üsulu ilə suvarmanın bir növüdür. Burada suvarma suyu torpağa deyil, kiçik damcılar şəklində bitkinin yer səthində olan gövdəsinə və onun yarpaqlarına yağdırılır.
Suvarma sistemləri.
Müntəzəm suvarma məqsədilə layihələndirilən suvarma sistemləri ümumi şəkildə suvarılacaq ərazidən, su mənbəyindən, suvarma suyunu sahəyə çatdırmaq və suvarma aparmaq üçün müxtəlif növ kanallardan, onların üzərindəki hidrotexniki qurğulardan və s. ibarətdir. Suvarma sisteminin layihələndirilməsində əsas şərt bu sistem vasitəsilə kənd təsərrüfatı bitkilərinin tam su tələbatına uyğun və onların suvarma rejimini nəzərə almaqla tələb olunan vaxtda lazımi miqdarda suvarma suyunu sahəyə verməkdən ibarətdir. Suvarma sistemi bir və bir neçə təsərrüfatın, yaxud bir sıra rayonların torpaqlarını suvarmaq üçün yaradıla bilər.
Suvarma sistemini layihələndirərkən ərazinin torpaq və iqlim şəraiti, geomorfoloji və hidrogeoloji şəraiti, su mənbəyinin xüsusiyyəti, sahələrdə tətbiq ediləcək suvarma üsulları və suvarma texnikası nəzərə alınmalıdır. Burada, həmçinin sistem daxilində tətbiq ediləcək dövrü əkin, buna müvafiq yaradılacaq suvarma tarlaları, onların planda ölçüləri, sahələri və s. xüsusiyyətləri də nəzərə alınmalıdır.
         Müntəzəm suvarma sistemlərinin tərkibi aşağıdakı əsas hissələrdən ibarətdir:
          1) suvarılan ərazilər;
         2) su mənbəyi – bura göl, çay, su anbarları, yeraltı sular və s. daxil edilir;
         3) baş qurğu – su mənbəyindən suvarma suyunu magistral kanala qəbul etmək üçün layihələndirilir və tikilir;
         4) magistral kanal – su mənbəyindən suyu paylayıcı kanallara nəql etmək üçündür. Magistral kanal başlanğıc hissədən, bilavasitə nəqledici və işçi hissələrdən ibarət olur;
         5) paylayıcı kanallar – təsərrüfatlararası, təsərrüfat və təsərrüfatdaxili paylayıcı kanallardan ibarətdir;
         6) təmizləyici suvarma şəbəkəsi – suvarma suyunu bilavasitə suvarılacaq sahəyə vermək üçün müvəqqəti açıq suvarma şəbəkəsindən, elastik və sərt suvarma borularından ibarət olur;
         7) sutoplayan şəbəkə - suvarma sahələrində əmələ gələn tullantı suları sahələrdən kənar etmək üçün nəzərdə tutulur;
         8) yol şəbəkəsi – tarlalar, təsərrüfatlar və yaşayış mərkəzləri arasında əlaqə yaratmaq və suvarma sistemini istismar etmək məqsədilə yaradılır;
         9) meşə zolağı və yaşıllıq;
         10) suvarma kanalları, sutoplayanlar və yol şəbəkəsi üzərində olan hidrotexniki qurğular.
Suvarma suyunun keyfiyyəti
         Suvarma suyunun keyfiyyəti onun tərkibindəki üzvi, mineral maddələrin miqdarı və suyun temperaturu ilə müəyyənləşdirilir. Üzvi və mineral maddələr suvarma suyu ilə torpağa daxil olaraq onun münbitliyini artırır, bu isə öz növbəsində kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının artmasına müsbət təsir göstərir.
Su mənbəyindən sahələrə verilən suyun tərkibində həll olmuş duzların miqdarı 1-1,5 q/l-ə qədər olduqda belə sular suvarma üçün əlverişli hesab edilir. Sahələrin torpağı yüngül mexaniki tərkibli olduqda və orada duzadavamlı bitkilər əkildikdə minerallığı 2-5 q/l olan sulardan da suvarma üçün istifadə etmək olar.
Son vaxtlar aparılan çöl tədqiqatları göstərir ki, duzadavamlı bitkiləri və yaşıllıqları minerallıq dərəcəsi daha çox olan kollektor-drenaj şəbəkəsinin suları və hətta dəniz suyu ilə suvarmaq mümkündür. Şübhəsiz bunun üçün yüngül mexaniki tərkibli torpaq sahələri və qrunt suları yer səthinə yaxın olduqda onların təbii və ya süni yolla axımı olmalıdır.
N.N.Antipov-Karatayev və Q.A.Kaderə görə suvarma suyunun keyfiyyətini ondakı ion mübadiləsi ilə də müəyyən etmək olar:
         burada K - ion mübadiləsi əmsalı; rCa, rMg, rNa-suda olan kalsium, maqnezium və natrium elementlərinin ekvivalent miqdarı; S-suyun minerallığıdır, q/l.
         Azərbaycanın əsas su arteriyası hesab edilən Kür və Araz çaylarının suları suvarma üçün əlverişlidir. Bu çayların suları qidalandırıcı maddələrlə zəngindir. Kür çayı sularının minerallığı 0,17(may)-0,33 (mart) q/l, Araz çayınınkı isə 0,25 (may)-0,6(sentyabr) q/l qədərdir.
         Suvarmada tullantı sularından istifadə etmək üçün əvvəlcə onların tərkibindəki maddələr öyrənilməlidir. Bu maddələr zərərlilik dərəcəsinə görə buraxılabilən miqdarda olduqda tullantı suları suvarma üçün əlverişli hesab edilməlidir.



Suvarma şəbəkəsi
 
PLAN
 
Suvarma şəbəkəsi haqqında ümumi məlumat
Nəqledici suvarma kanalları
Tənzimləyici suvarma şəbəkəsi
Suvarılan sahələrin təşkili
Istifadə edilən ədəbiyyatlar
Ş.N.Bağırov “Suvarma meliorasiyası”   Bakı. Maarif nəşriyyatı 1985
M.Tağıyev   “Suvarma meliorasiyası”   Bakı. Maarif nəşriyyatı  1971
N.Q.Aslanov “Torpaqların meliorasiyası”  Bakı. 2004
Y.V.Qəhrəmanlı “Mühəndis meliorasiyası”  Bakı. 2004
K/t – i hidrotexniki meliorasiya ( ES Markovun red altında M.Kolos 1981 rus dilində).
K/t – i hidrotexniki meliorasiyalardan praktikum (ES Markovun red. M.Aqrosənayenəşr. 1986 rus dilində).
İ.Hüseynzadə Meliorasiya məsələləri. Bakı 1982
Suvarma şəbəkəsi haqqında ümumi məlumat
Su mənbəyindən suyu qəbul edərək onu suvarılacaq sahəyə nəql etmək və torpağa vermək üçün tətbiq edilən kanallar sisteminə ümumi şəkildə suvarma şəbəkəsi adı verilir. Suvarma şəbəkəsi nəqledici və tənzimləyici kanallar kimi əsas iki qrupa bölünür. Hər iki qrup kanallar birlikdə suvarma kanalları sistemi adlanır.
Nəqledici kanalların layihələndirilməsi və tikilməsində əsas məqsəd bilavasitə tələb olunan miqdarda suvarma suyunu müxtəlif su mənbələrindən suvarma aparılacaq massivlərə nəql etməkdən ibarətdir. Nəqledici kanallar magistral və paylayıcı kanallara bölünür.
Magistral kanal bilavasitə suvarma suyunu su mənbəyindən qəbul edən və suvarma sisteminə nəql edən baş kanal hesab olunur. Yuxarıda qeyd edildiyi kimi magistral kanal öz xətti boyunca su götürülməyən nəqledici və su götürülən işlək hissələrə bölünür.
Paylayıcı kanalllar təsərrüfatlararası (bir neçə təsərrüfata xidmət edən), təsərrüfat (bir təsərrüfata xidmət edən), birinci və ikinci dərəcəli təsərrüfatdaxili kanallara bölünür. Çox vaxt təsərrüfata xidmət edən kanala ana kanal, birinci dərəcəli kanala, təsərrüfat kanalı, ikinci dərəcəli kanala isə sahə kanalları adı verilir.
Tənzimləyici suvarma şəbəkəsinin məqsədi suvarma suyunu bilavasitə suvarlılacaq sahəyə verməkdən ibarətdir.
 
Nəqledici suvarma kanalları
Nəqledici suvarma kanalları açıq kanallar (adi torpaq, beton üzlüklü nov kanallar), qapalı şəbəkə və birgə şəbəkə şəklində layihə oluna bilər. Layihə ediləcək kanallar və onların konstruksiyası suvarıllacaq ərazinin relyef, iqlim-torpaq şəraitindən, su ehtiyatlarından və s. amillərindən asılı olaraq texniki-iqtisadi cəhətdən əsaslandırılmalıdır.
Çox vaxt bu və ya digər konstruksiyalı suvarma şəbəkəsinin qəbul edilmısi yerin relyef şəraiti və onun mailliyi ilə əlaqələndirilir. Orta hesabla yerin mailliyi İ<0,0005 olduqda ərazidə torpaq və beton üzlük çəkilmiş kanallar, İ = 0,0005-0,002 olduqda beton üzlüklü nov kanallar, İ = 0,002-0,003 olduqda birgə suvarma şəbəkəsi (açıq nov və qapalı şəbəkə) qəbul edilmısi məsləhətdir. Mailliyi daha çox olan ərazilərdə (İ<0,003) isə qapalı şəbəkə layihələndirilməsi əlverişli hesab olunur.
Dağ ətəyi düzənliyin çay konusu adlanan yuxarı hissədə, adətən, maillik çox olur. Belə geomorfoloji xüsusiyyətə malik olan ərazilərdə magistral kanal və təsərrüfatlararası kanalların yerin mailliyi istiqamətində və ya onu iti bucaq altında yerləşdirlməsi tələb olunur (şəkil 1).
Çay deltasında suvarılacaq massiv çaydakı su səviyyəsinə nisbətən müəyyən dərəcədə yüksəklikdə yerləşmiş olur. Bu səbəbdən suvarılan massivin yaxınlığında çaydan öz axımnı ilə su qəbul etmək mümkün olmur. Belə olduqda su mənbəyi olan çayda suvarma suyunu ümumi şəkildə üç variantda qəbul etmək olar. Birinci halda su çaydan bəndsiz variantda suvarılacaq massivdən xeyli yuxarıda çayın axımının əks istiqamətdə çay üzərində su qəbul edici qurğu vasitəsilə qəbul edilməsi nəzərdə tutulur. Burada magistral kanalın başlanğıc nəqledici hissəsi dərin qazmada və horizontallara kor bucaq altında yerləşdirilir. Kanalın qalan hissəsi horizontallara iti bucaq altında layihə olunur. Ikinci halda çay üzərində bənd layihələndirməklə ondakı su səviyyəsini tələb olunan səviyyəyə qədər qaldırmaq və suvarılacaq massivə daha yaxın yerdən öz axımı ilə su qəbul etmək olar. Belə olduqda magistral kanalın uzunluğunu bəndsiz varianta nisbətən L qədər qısaltmaq mümkündür (şəkil 2). Bu məsafə belə hesablana bilər:
       (1)
burada L – bəndli variantda magistral kaanlın qısaldılan hissəsinin uzunluğu, m; ∆h – bəndlə su qəbul edilən yerdə çaydakı su səviyyəsi ilə kanaldakı normal su səviyyəsi arasında olan yüksəkliklər fərqi, m; iç – çayın mailiyi; ik – kanalın layihə mailliyidir.
Qeyd edilən variantlardan hansının qəbul edilməsinin əsaslandırılması üçün onların hər birinə aid layihə tərtib edilməsi məqsəduyğun hesab edilir. Əldə olan layihə variantları texniki-iqtisadi cəhətdən müqayisə edilməli və onlardan əlverişlisi seçilməlidir.
Çay deltasının suvarılmasında magistral kanaldan su qəbul edən təsərrüfatlararası kanallar əsasən horizontallara normal vəziyyətdə, təsərrüfat və təsərrüfatdaxili kanallar isə qəbul edilmiş sxemə əsasən həm horizontallarla normal, həm də onlara iti bucaq altında yerləşdirilə bilər.
Düzən sahələrdə suayırıcı yüksəkliklər olduqda magistral kanalı suayırıcı boyunca yerləşdirmək daha əlverişli hesab edilir. Belə halda magistral kanaldan iki tərəfli su qəbul etmək olar; bu isə əlverişlidir.
Ana kanal, təsərrüfat və sahə kanallarını da planda yerləşdirərkən suvarılacaq ərazinin relyef şəraiti, sahələrin təşkili, suvarma texnikası, suvarmada maşın və avadanlıqlardan istifadə edilməsi nəzərə alınmalıdır.
Ümumi şəkiuldə kanalları planda layihələndirmək üçün aşağıdakı şərtlər gözlənilməlidir:
Hər bir kanal kənd təsərrüfatı bitkilərinin suvarma rejiminə uyğun olaraq istənilən vaxtda tələb olunan miqdarda suyu suvarılacaq sahəyə verilməlidir;
Suvarma kanalları suvarılacaq sahə və əlaqədar kanallar üzərində rəhbərlik etməlidir;
Sahələrin əlverişli təşkilini təmin etmək üçün təsərrüfatdaxili kanallar dövrü əkin sahələri və tarlaların sərhədi boyunca yerləşdirilməlidir;
Təsərrüfatdaxili kanalların planda uzunluq ölçüləri və onların ara məsafəsi yerin relyef və torpaq şəraiti, kanallara buraxılabilən hesablama su sərfləri, tarlalrın ölçüləri, suvarma üsulu və texnikası və s. nəzərə alınmaqla müəyyən edilməlidir;
Kanallardan su itkisi az və onların faydalı iş əmsalı (f.i.ə.) yüksək olmalıdır;
Suvarma və kənd təsrrüfatı işlərinin mexanikləşdirilməsi, əmək məhsuldarlığının yüksəldilməsi üçün əlverişli şərait yaranmalıdır;
Vahid sahəyə düşən kanalların uzunluğu az, torpaqdan istifadə əmsalı (t.i.ə.) yüksək olmalıdır;
Suvarma şəbəkəsinin layihəsi texniki-iqtisadi cəhətdən səmərəli olmalıdır.
Tənzimləyici suvarma şəbəkəsi
Tənzimləyici şəbəkə vasitəsilə suvarma suyu şırım və zolaqlara verilərək suvarma aparılır. Öz axımı ilə açıq suvarma şəbəkəsindən suvarmada tənzimləyici şəbəkə kimi müvəqqəti arxlardan, ox arxlardan istifadə edilir. Sahələrdə mütərəqqi suvarma üsulu tətbiq edildikdə müvəqqəti və ox arxlar köçürülən, elastik və sərt borularla əvəz edilir.
Müvəqqəti arxlar suvarma suyunu sahə kanallarından qəbul edərək ox arxlara və ya bilavasitə şırımlara verir. Yerin relyef vəziyyətindən, onun mailliyindən asılı olaarq müvəqqəti arxlar planda uzununa və eninə sxemlərlə layihələndirilə bilər (şəkil 3, a,b).
Uzunun asxemdə müvəqqəti arxlar planda yerin mailliyi istiqamətdə yerləşdirilir. Burada suvarma suyu sahə kanalından qəbul edilərək ox arxlara, oradan isə şırımlara və zolaqlara axıdılır. Eninə sxemdə isə müvəqqəti arx sahə kanalından suyu qəbul edərək bilavasitə şırım və zolaqlara verir.
Hər sxemin özünəməxsus üstün və çatışmayan cəhəti vardır. Uzununa sxemin kəskin relyefli və nisbətən az maillikli (<0,002) sahələrdə tətbiq olunması daha əlverişli hesab olunur.
Uzununa sxemdə yerin relyef vəziyyətindən və sahənin ölçülərindən asılı olaraq müvəqqəti arxların uzunluğu (l) 400-1200 m, ara mıəsafələrin (b) 70-200 m qəbul edilməsi məsləhət görülür. Ox arxların uzunluğu müvəqqəti arxların ara məsafəsi qədər (70-200 m), onların ara məsafəsi isə şırım və zolaqların uzunluğu qədər (100-500 m) qəbul edilə bilər.
Müvəqqəti arxlara buraxılan su sərfi normativ şərtlərə görə 20, 40, 60,80, 100, 120 l/san qədər ola bilər. Sərf 40 l/san-dən çox olduqda müvəqqəti arxın en kəsiyi ölçüləri böyük olur və becərmə zamanı kənd təsərrüfatı maşınlarının hərəkətinə mane olur.
Müvəqqəti arxın su sərfini, onun suvardığı sahənin ölçülərindən, suvarma müddətindən və dövrü suvarma normasından asılı olaraq hesablamaq mümkündür:
Burada Qma – müvəqqəti arxın sərfi, l/san; l – müvəqqəti arxın uzunluğu, m; b – müvəqqəti arxarası məsafə, m; – dövrü suvarma norması, m3/ha; t – müvəqqəti arxın işləmə (suvarma) müddətidir, sut (bu, adətən, 1-3 sutkadan artıq götürülmür).
Suvarılan sahələrin təşkili
Suvarma aprılan təsərrüfat ərazisində sahələrin təşkili və yerləşdirilməsi əsas məsələlərdən biri hesab olunur. Təsərrüfat ərazisində dövrü əkinə daxil olan və olmayan müxtəlif sahələrin təşkil edilməsi, yerləşdirilməsi üçün həmin ərazinin torpaq, meliorativ şəraiti, kanalların planda layihə sxemi, sutoplayan və yol şəbəkəsi nəzərə alınmalıdır. Bundan başqa, təsərrüfat ərazisinin sərhədləri, onun dəmir yolu, digər kütləvi hərəkət yollarına görə vəziyyəti, elektrik və rabitə xətlərinə görə yerləşmə mövqeyi və s. nəzərdə tutulmalıdır.
Təsərrüfat ərazisində müxtəlif dövrü əkin tətbiq edilə bilər. Məsələn, pambıqçılıq rayonlarında pambıq-yonca, pambıq-dənli bitkilər dövrü əkin sistemi ilə bərabər maldarlıq üçün nəzərdə tutulan xüsusi yem bitkilərinə aid ayrı dövrü əkin sahəsi yaratmaq olar.
Təsərrüfatın ərazisində dövrü əkinə daxil olmayaqn bağ və üzümlüklər, mədəni otlaqlar, həyətyanı sahə və s. üçün də sahələr ayrılır.
Dövrü əkin sahələrinin təsərrüfat ərazisində əlverişli yerləşdirilməsi üçün müəyyən şərtlər gözlənilməlidir. Bunlar əsasən aşağıdakılardan ibarətdir:
dövrü əkin sahələri üçün ayrılmış təsərrüfat ərazisi suvarma və kənd təsərrüfatı işlərinin əlverişli şəkildə aparılmasına imkan yaratmalı, əmək məhsuldarlığının yüksəldilməsini təmin etməlidir;
əkin sahələrinin torpaq və meliorativ şəraiti dövrü əkin bitkilərinin normal inkişafını təmin etməli və yüksək məhsul istehsal etmək üçün yararlı olmalıdır. Dövrü əkin üçün nəzərdə tutulan torpaq sahələri şorlaşmış olduqda duzlardan yuyulmalı və təmizlənməlidir;
yem bitkiləri üçün dövrü əkin sahələri yaşayış məntəqələrinə və fermayanı sahələrə yaxın yerləşdirilməlidir;
çəltik dövrü əkin sahələri relyefin alçaq yerlərində mailliyi az, susızdırma qabiliyyəti zəif olan ərazilərdə yerləşdirilməlidir;
dövrü əkinə daxil olan eyni bitkinin eyni təsərrüfatdaxili kanalın altında yerləşdirlməsi əlverişli hesab edilir. Belə olduqda kanalların istismarı, suvarma və digər kənd təsərrüfatı işlərinin aparılması daha səmərəli olur və s.
Suvarılan təsərrüfat ərazisindəki ümumi əkin sahəsindən səmərəli istifadə olunma dərəcəsi torpaqdan istifadə əmsalı (t.i.ə.) ilə müəyyən edilir. Təsərrüfatın ümumi suvarılan əkin sahəsi brutto, faktiki suvarıllan sahə isə netto sahəsi hesab olunur. Təsərrüfatın ümumi əkin sahəsindən kanal, yol şəbəkəsi, sutoplayanlar, hidrotexniki qurğular, meşə zolağı və s. altında qalan, əkin üçün istifadə olunmayan sahələr çıxıldıqdan sonra faktiki suvarma aparılan sahələr netto sahəsini təşkil edir. Təsərrüfatın netto suvarılan sahəsinin (ωn) onun ümumi brutto sahəsinə (ωb) olan nisbəti t.i.ə. kimi qəbul edilir:
T.İ.Ə. =          (1)
Torpaqdan istifadə əmsalı suvarma üsulu və suvarma texnikasına görə müəyyənləşdirilir. Açıq suvarma şəbəkəsindən öz axımı və çiləmə üsulu ilə suvarma aparılan sahələrdə t.i.ə.-nin qiyməti 0,85-0,9-dan az olmamalıdır. Qapalı suvarma şəbəkəsindən öz axımı ilə, çiləmə üsulu ilə suvarma aparılan sahələrdə isə t.i.ə. xeyli yüksək olmaqla onun qiyməti 0,95-0,98-ə qədər artırıla bilər.


Suvarmanın xüsusi növləri
PLAN
Mədəni otlaqların suvarılması
Istifadə edilən ədəbiyyatlar
Ş.N.Bağırov “Suvarma meliorasiyası”   Bakı. Maarif nəşriyyatı 1985
M.Tağıyev   “Suvarma meliorasiyası”   Bakı. Maarif nəşriyyatı  1971
N.Q.Aslanov “Torpaqların meliorasiyası”  Bakı. 2004
Y.V.Qəhrəmanlı “Mühəndis meliorasiyası”  Bakı. 2004
K/t – i hidrotexniki meliorasiya (ES Markovun red altında M.Kolos 1981 rus dilində).
K/t – i hidrotexniki meliorasiyalardan praktikum (ES Markovun red. M.Aqrosənayenəşr. 1986 rus dilində).
İ.Hüseynzadə Meliorasiya məsələləri. Bakı 1982
Maldarlığın inkişaf etdirilməsi və onun məhsuldarlığının artırılmasında mədəni otlaqların böyük rolu vardır. Mədəni otlaqlarda əkilən müxtəlif ot bitkilərini suvarma və becərməklə yüksək yaşıl yem məhsulu əldə etmək mümkündür. Təcrübə göstərir ki, suvarılan bir hektar mədəni otlaqdan alınan yaşıl yem ilə ən azı 3-5 qara mal yemləyib saxlamaq mümkündür. Halbuki suvarma aparılmayan otlaqlarda bir hektar sahənin məhsulu ilə yalnız bir iki qaramalı yemlə təmin etmək olar.
Mədəni otlaq üçün ayrılan sahələrin relyefi çiləmə üsulu ilə suvarma tətbiq etmək üçün əlverişli olmalıdır. Kəskin relyef sahələrində mədəni otlaqları yaratmaq çətinlik törədir. Qumsal və qurudulan torflu torpaq sahələrində də mədəni otlaqların yaradılması əlverişli deyildir. Şorlaşmanın gözlənilə bilən ərazilərdə yeraltı qrunt sularının rejimi tənzimlənməli və yer səthindən 2-3 m dərinlikdə saxlanılması təmin edilməlidir. Bu məqsədlə lazım gəldikdə mədəni otlaq sahələrində drenaj şəbəkəsi layihə olunmalıdır.
Mədəni otlaq sahələri maldarlıq fermalarına yaxın olmalıdır. Fermadan mədəni otlağın ucqar sahələrinə qədər olan məsafədə maldarlıq və qoyunçuluq təsərrüfatından asılı olaraq müəyyən edilir. Bu məsafə sağılan inəklər üçün 1,5-2,0 km; buzovlar, qoyun-quzu üçün 0,5-1,0 km; ətlik mal-qara üçün isə 2,5-3,0 km-dən çox olmamalıdır. Bəzən fermalardan daha uzaq məsafələrdə yerləşən sahələrdə mədəni otlaq yaratmaq üçün əlverişli şərait olur. Belə hallarda mədəni otlaq üçün ayrılan sahələrin yaxınlığında xüsusi yay düşərgəsi yaradılmalı və o lazımı avadanlıqlarla təchiz edilməlidir.
Mədəni otlaqda mal-qara xüsusi naxır və sürülərlə otarılır. Sağılan inəklər, ətlik üçün ayrılan mal-qara və danalar üçün naxırların hər birində 200-300 baş buzov naxırlarında 100-150 baş, qoyun sürülərində isə 1000 başa yaxın heyvan olur. Mədəni otlağın hər bir hektar sahəsində 3-4 inək və ya 10-15 buzov otarmaq olar.
Mədəni otlaq sahəsinin çiləmə üsulu ilə suvarmaq üçün yüksək məhsuldarlığa malik olan DDA-100M, “Freqat”, “Voljanka”, “Kuban”, DDN-70 və s. çiləyici maşın və qurğulardan istifadə edilir. DDA-100M və “Kuban” çiləyici maşınları suvarma suyunu açıq və qapalı şəkildə qəbul etməklə suvarılır. Digər maşınlarla suvarma qapalı şəbəkədən aparılır.
Mədəni otlaq sahəsi açıq və ya qapalı suvarma şəbəkəsi ilə təchiz edilir. Qapalı suvarma şəbəkəsinə suvarma suyu səyyar nasos stansiyası vasitəsi ilə verilir. Bir mədəni otlaq sahəsi ayrılıqda otarılan (əsas), ehtiyat örüşlərinə və mal-qaranın istirahət zonasına bölünür. Ehtiyat üçün ayrılan örüşlərin sayı bir və ya ikidən çox olur. Mal-qaranın istirahət üçün ayrılan zona isə ümumi mədəni otlaq sahəsinin 5-10%-i qədər olur.
Mal – qaranın əlverişli şəkildə otarılması, orada suvarma və becərmə işlərinin səmərəli aparılması üçün mədəni otlaq sahəsi ayrı-ayrı örüşlərə bölünür (şək 1). Örüşün hər birinin sahəsi orada otarılan mal-qaranın sayından, ot bitkilərinin nöpvündən və məhsuldarlığından, örüşün otarılma müddətindən asılı olaraq təyin edilir. Hər örüş ayrıca suvarılır, becərilir və otarılır. Örüşlərin ölçüləri çiləyici maşın və qurğuya uyğun seçilir. Onların tərəflərini 1:2, 1:3 nisbətində və düzbucaq şəklində olması daha əlverişlidir. Hər bir örüşün sahəsi iqlim-torpaq şəraitindən asılı olaraq 3-12 ha həddində dəyişə bilər.
Örüşlərin sayı otun bölməsinə sərf edilən vaxtdan və örüşün otarılma müddətindən asılı olaraq təyin edilə bilər:
Burada nö – örüşlərin sayı, tb – otun böyüməsinə sərf edilən vaxt və to – örüşün otarılma müddətidir. Cənub rayonlarında otun böyüməsi üçün 20-25, şimal rayonlarda isə 25-30 gün vaxt sərf edilir. Bir örüşün otarılma müddəti isə 3-4 gündən çox olmamalıdır. Örüşün əlverişli otarma müddəti 2-3 gün qəbul edilir. Belə olduqda örüşlərin sayı 6-30 ola bilər.
Təbii şəraitdən və ot qarışığının tərkibindən asılı olaraq mədəni otlaq sahəsinin bir tsikl otarma müddəti 20-30 gün, vegetasiya dövründə ümumi otarmaların sayı isə 4-7 qəbul edilir.
Mədəni otlaqda otarıla biləcək mal-qaranın sayı (n) aşağıdakı kimi təyin edilir:
burada F – mədəni otlaq sahəsi, ha; Y – mədəni otlağın məhsuldarlığı, san/ha; – istehsal olunan otun mal-qara tərəfindən yeyilmə faizi (bu göstərici orta hesabla 80 % qəbul edilə bilər); TT – mədəni otlaq sahəsinin bir tsiklində otarma müddəti, sut; M – bir malın sutka ərzində yeyə biləcəyi ot kütləsidir, kq.
Mədəni otlağın kənarları və örüşlərin sərhədi ilə diametri 4-6 mm olan məftil çəpərlər çəkilir. Məftil nəzərdə tutulmuş çəpər boyu yerə basdırılmış dəmir-beton və ya ağac dirəklərə bərkidilir. Otlağın kənarı ilə çəkilən çəpər daimi, örüşlərarası çəpərlər isə müvəqqəti olur. Çəpərlərin çəkilməsində məqsəd otarma zamanı mal-qaranın otlaqdan kənara çıxması və örüşdən-örüşə keçməsinin qarşısını almaqdan ibarətdir. Çəpərin məftillərinə çox vaxt zəif cərəyan buraxılır. Mal-qara çəpərə toxunduqda cərəyanı hiss edir və çəpəri keçməyə səy göstərmədən kənara çəkilir.
Mədəni otlağın ətrafında mal-qaranın hərəkət etməsi üçün eni 8-10 m olan keçid yolları düzəldilir. Keçid yolu  ilə hərəkət edən mal-qara qəbul edilmiş otarma sxeminə əsasən müvafiq örüşə daxil ola bilər. Mal – qara keçid yolundan örüşə eni 6-8 olan xüsusi qapıdan daxil olur.
Mədəni otlaqlarda əkilən müxtəlif ot bitkilərinin vegetasiya dövründə tam su tələbatı və onların suvarma rejimi dərsliyin III fəslində verilmiş hesablama üsulları ilə müəyyən edilə bilər. Ot bitkilərinin yüksək məhsuldarlığına nail olmaq üçün vegetasiya dövründə aktiv torpaq qatında rütubətin miqdarı optimal dərəcədə olmalıdır. Rütubətin miqdarı tarla həddi su tutumunun 60-75 %-dən az olmamalıdır. Su mənbəyinin suvarma qabiliyyəti isə yüksək olmalı və hesablama ili 95 % təminatlı il kimi seçilməlidir.
AzETHMİ tərəfindən Azərbaycanın müxtəlif təbii zonaları üzrə mədəni otlaqların müxtəlif təminat faizli suvarma rejimi müəyyən edilmişdir. Hesablama məlumatlarına əsasən 95 % təminatlı hesablama ili üçün Gəncə - Qazax zonası üzrə vegetasiya suvarma normasının 6900 m3/ha, suvarmaların sayının isə 14-ə qədər qəbul edilməsi məsləhət görülür. Bu göstəricilər Şirvan zonası üçün 7200 m3/ha (10), Muğan-Salyan zonası üçün 8400 m3/ha (11), Lənkəran zonası üçün 3200 m3/ha (8) və Abşeron zonası üçün 8200 m3/ha (12) kimi müəyyən edilmişdir. Dövrü suvarma normaları ot qarışığının tərkibindən və müvafiq zonaların iqlim-torpaq şəraitindən asılı olaraq 350-380 m3/ha qəbul edilə bilər.
Müxtəlif təsərrüfat illərinin iqlim şəraitləri bir-birindən fərqlənə bilər. Bu baxımdan hesablama suvarma rejiminə müəyyən düzəlişlər etmək mümkündür. Qeyd edilənləri nəzərə alaraq lazım gəldikdə istismar suvarma rejimi tərtib edilir. Bu isə hesablama suvarma rejiminə düzəlişlər etməyə imkan verir.
Suvarma aparılan mədəni otlaqlarda işlərin təşkili əsas məsələ hesab olunur. Mədəni otlağın iqtisadi effektliliyini artırmaq üçün suvarma becərmə və otarma işləri vaxtlı-vaxtında aparılmalıdır. Otarma üçün örüşlərə tələb olunan sayda mal-qara buraxılmalı və örüşün həddindən artıq otarılmasına, yaxud kifayət dərəcədə otarılmaması hallarına yol verilməməlidir. Hər örüşdə növbəti otarmadan sonra qalan otlar biçilərək sahədən yığışdırılmamalıdır. Sonra örüş sahələrinə üzvi və mineral gübrələr verilməli, növbəti suvarma aparılmalıdır.
Mədəni otlaqlarda işləri düzgün təşkil etmək üçün xüsusi plan tərtib edilməli və həmin planda görüləcək tədbirlər sistemi bütövlükdə əks olunmalıdır. Bu planda mədəni otlağa xidmət edəcək xüsusi fermerlərin sayı və mal-qaranın tərkibi dəqiqləşdirilməli, kənd təsərrüfatı və suvarma işləri üçün lazım olan texnika və avadanlıqlar müəyyən edilməlidir.
Mədəni otlaqda suvarma, otarma və otarma ilə əlaqədar görüləcək becərmə işlərinin vaxtı və ardıcıllığı qabaqcadan tərtib olunan xüsusi iş qrafiki əsasında yerinə yetirilməlidir. Iş qrafiki tərtib olunduqda aşağıdakı tələbatlara riayət edilməlidir:
ərazinin təbii şəraitindən və ot qarışığının tərkibindən asılı olaraq bir tsikl otarma üçün sərf edilən vaxt 20-30 gündən artıq olmamalıdır;
bir örüşün suvarma müddəti 1-2 gündən çox olmamalıdır;
quraq rayonlarda suvarmadan 2 gün sonra, qeyri-sabit və rütubətlənmiş zonalarda isə 3-4 gündən sonra otarma üçün mal-qara örüşə buraxıla bilər;
bir örüşün otarma müddəti 4 gündən çox olmamalıdır. Əlverişli otarma müddəti 2-3 gün hesab edilir;
 otarmadan sonra örüşə xidmət etmək üçün 1-2 gün vaxt ayrılmalıdır;
iqlim və təbii şəraitdən asılı olaraq bir tsikl otarma müddəti üçün suvarmaların sayı 1-4-ə qədər ola bilər və s.
Azərbaycan şəraitində DDA-100M maşını ilə mədəni otlaqların suvarılması və otarılmasına dair tərtib edilmiş təxmini qrafik 1-ci şəkildə verilmişdir.
Mədəni otlaqlarda örüşlərin ardıcıl otarılması o qədər də əlverişli deyildir. Çünki belə olduqda otarmadan sonra yanaşı örüşlərin suvarılması və suvarma texnikasından əlverişli istifadə edilməsi çətinlik törədir. Bu baxımdan bir örüşdə otarma qurtardıqdan sonra mal-qaranın növbəti örüşə deyil, ondan sonrakı örüşə keçirilməsi daha əlverişlidir. Belə qayda ilə bir gedişdə müvafiq örüşlər otarılıb qurtardıqdan sonra növbəti gedişdə qalan örüşlər otarılır.
DDA-100M çiləyici maşını ilə səlis relyefli, mailliyi 0,003-dən çox olmayan mədəni otlaq sahələrinin suvarılması əlverişlidir. Bu maşınla müvəqqəti suvarma şəbəkəsindən su qəbul etməklə mövsüm ərzində 70-120 ha sahəni suvarmaq mümkündür. Örüşlərin sayı 12-24 ola bilər. Örüşlərin eni maşının suvara biləcəyi ölçüyə uyğun 120 m, uzunluğu isə 400-500 m qədər qəbul edilir. DDA-100M maşını ilə suvarılan mədəni otlaq sahəsində 400 baş sağmal mal-qaradan ibarət iki naxır saxlamaq olar (şəkil 72).
“Freqat” çoləyici maşını ilə suvarma bir və iki mövqedə aparıla bilər. Tam modifikasiyalı (454,5 m) “Freqat” maşını ilə bir mövqedən 72 hektara qədər mədəni otlaq sahəsini suvarmaq olar. Bu maşınla suvarılacaq sahə əsas 12 örüşə bölünür. Örüşlər üzrə suvarma üç sxem əsasında aparıla bilər: üçbucaq, düzbucaq və dairəvi sxemlər (şəkil 74).
Üçbucaq sxeminə görə əlverişli suvarma rejimi təmin edilir, örüşlər qısa müddətdə suvarılır (şəkil 74 a). Lakin bu sxemdə kənd təsərrüfatı maşınlarının işləməsi üçün əlverişli şərait yaratmaq mümkün olmur.
Düzbucaq sxemində kənd təsərrüfatı maşınlarının işləməsi üçün əlverişli şərait yaradılır (şəkil 74 b). ancaq üçbucaq sxemindən fərqli olaraq burada suvarma rejimi nisbətən pisləşir. Burada örüşlərə keçid yolları mədəni otlaq sahəsinin kənarında və onun içərisində düzəldilə bilər.
Dairəvi sxemdə örüşlər arasında daimi çəpərlər düzəldilir (şəkil 73, v). Örüşlərə keçid yolları mədəni otlaq sahəsinin içərisində salınır. Freqatın arabacıqlarının daimi çəpəri keçməsi üçün əlavə qapılar nəzərdə tutulmalıdır; bu isə əlverişli deyildir.
“Voljanka” (DKŞ-64) çiləyici maşını ilə suvarılan mədəni otlaq sahələrinin mailliyi 0,02 – dən çox olmamalıdır. Bu maşınla suvarılan otlaq sahəsi 12 və 24 örüşə bölünə bilər. (şəkil 75). Örüşlərin uzunluğu maşının bir qanadının uzunluğu qədər, eni isə hidrantlararası məsafənin bir və ya bir neçə misli qədər (18,36,72 və s.) qəbul edilir. Tam modifikasiyalı maşınla suvarma aparıldıqda örüşün uzunluğu 400 m olur. Mədəni otlağın kənarları ilə daimi örüşlər arasında isə köçürülən müvəqqəti çəpərlər düzəldilir. Bu maşınla mövsüm ərzində 70-100 ha mədəni otlaq sahəsini suvarmaq olar. Sahəsi 100 ha olan mədəni otlaqda 400 başa qədər sağmal mal-qara saxlamaq mümkündür.
DDN-70 çiləyici maşını ilə açıq və qapalı suvarma şəbəkəsindən su qəbul etməklə mailliyi 0,02-ə qədər olan mədəni otlaq sahələrini suvarmaq olar. Yüksək manevr etmək qabiliyyətinə malik olan bu maşınla kəskin relyefli sahələrdə suvarma aparıla bilər.
Burada paylayıcı boru kəməri örüşlərin ara sərhədləri  boyunca yerləşdirilir. Onun üzərində hər 90-100 m məsafədə hidrantlar qoyulur. Suvarma suyu hidrantlar vasitəsilə açıq müvəqqəti arxlara, yaxud da sulayıcı borulara verilir. DDN-70 çiləyici maşını ilə müvəqqəti arxlardan su qəbul etməklə suvarma sxemi 76-cı şəkildə verilmişdir.
DDN-70 çiləyici maşını ilə suvarılan mədəni otlaq sahələri 12-14 örüşə bölünür. Örüşlərin sahəsi 4,9-5,5 ha ola bilər.
Azərbaycan respublikasında maldarlığın inkişaf etdirilməsi ilə əlaqədar mədəni otlaqların yaradılmasına xüsusi diqqət yetirilir.                                                                                                                        



Torpaqların bataqlaşması və onların meliorasiyası
PLAN
Bataqlığın xarakteristikası
Bataqlaşmanın səbəbləri
Podzoləmələ gəlmə prosesləri.
Istifadə edilən ədəbiyyatlar
Ş.N.Bağırov “Suvarma meliorasiyası”   Bakı. Maarif nəşriyyatı 1985
M.Tağıyev   “Suvarma meliorasiyası”   Bakı. Maarif nəşriyyatı  1971
N.Q.Aslanov “Torpaqların meliorasiyası”  Bakı. 2004
Y.V.Qəhrəmanlı “Mühəndis meliorasiyası”  Bakı. 2004
K/t – i hidrotexniki meliorasiya (ES Markovun red altında M.Kolos 1981 rus dilində).
K/t – i hidrotexniki meliorasiyalardan praktikum (ES Markovun red. M.Aqrosənayenəşr. 1986 rus dilində).
İ.Hüseynzadə Meliorasiya məsələləri. Bakı 1982
Bataqlaşmış torpaqların dünyanın bir çox ölkələrində, MDB-də və Azərbaycanda az da olsa rast gəlinir.
Bataqlıq anlayışı altında xüsusi susevər bitkilərlə örtülmüş daimi və ya dövrü olaraq artıqlaşan nəmliklə müşahidə olunan torfəmələgəlmə prosesi başlayan torpaq sahələri başa düşülür. Torfun qalınlığı 15-20 sm-ə çatır.
Bataqlaşmış torpaqlar dedikdə isə torflaşmış və ya torflaşmaya başlanmış kənd təsərrüfatı sahələri başa düşülür.
Artıqlaşan nəmli torpaqlar dedikdə səthində                olmayan qrunt və yağış suları hesabına nəmlənmiş torpaqlar nəzərdə tutulur.
Xarakteri qida suyu, bitki örtüyü və torfun xüsusiyyətindən asılı olraq batqlıqlar aşağıdakılara bölünür.
Çökəklik bataqlığı – Relyefin çökək yerlərində qrunt sularından qidalanan, yerüstü və çöküntü sularından əmələ gələn bataqlıq.
Yuxarı bataqlıq – Su ayrıclarından yığıntı və leysan suları hesabına əmələ gələn bataqlıq.
Keçid bataqlığı – aşağı və yuxarı bataqlıqlar biyefləri arasında olan bataqlıqlardır.
Bataqlaşmanın səbəbləri.
Bataqlaşmanın əraziləri əsas
Sututarların hesabına əmələ gələn bataqlaşmalar.
Quru yerlərin və ya yerüstü bataqlaşma
Sututarlarda anaerab prosesi getməsi suda oksigenin çatışmamazlığına səbəb olur.
Quru yerlərin bataqlaşmasına əsas səbəb isə torpağın aktiv qatının yerüstü sular yeraltı sular hesabına çox artıq nəmlənməsidir.
Qrunt suları hesabına bataqlaşmanın əmələ gəlməsi.
Bataqlaşmış ərazi
Qrunt axınının səthi
Axın xətti
A – Bataqlaşmış ərazi.
1 – sudaşıyan lay; 2 – qrunt suyunun səviyyəsi; 3 -4 – üst və alt sukeçirən lay.
Təzyiqli qrunt suları hesabına bataqlıq
1 – bataqlıq; 2 – təzyiqli qrunt sularının sorulması; 3 – sukeçirməyən lay; 4 – təzyiqli qrunt suları axını.
Torpaq bioloji proseslərin nəticəsində quru torpağın bataqlaşması
Dərin donmuş torpaqları və leysan suları hesabına quru torpaq sahələrinin bataqlaşması
Sututarların bataqlaşması
Sututarların bitki ilə zibillənməsi
Qurutma tələb edən torpaqların növləri
Torpağın aktiv qatında suyun miqdarı artıq olduqda torpağın su-hava rejiminin nizamlanması üçün qurutma meliorasiyası tətbiq edilir.
Çay subasarlarında 10-15 sutka su olduqdan sonra su çəkilərsə, belə yerlərdən 10 t/ha –ya qədər ot məhsulu götürmək lazımdır. 25-30 sutkadan çox su qaldıqda isə torpaq daha çox pisləşir.
Qurutma metodu
Artıqlaşan nəmli torpaqların nəmləşdirən səbəblər müəyyən edilməlidir. Sonra onu aradan qaldırmaq üçün qurudulan ərazilər meliorasiya tədbirləri işlənməlidir.
Yamac axınının nizamlanması
Məcra xınlarının nizamlanması
Səthi suların axınının sürətləndirilməsi
Qrunt suları hesablaşdırsa, onun səviyyəsinin aşağı salınması
Torpaq – bioloji proseslər səbəblərindəndirsə, aerob prosesləri bərpa etmək lazımdır.
Dərin donmuş torpaqda isə şitilləşdirmə işləri aparılmalıdır.
Bataqlaşmış və bataqlıq torpaqların qurudulması
Baatqlaşmış sahələrin qurudulması dedikdə həmin sahədən olan artıq nəmliyi rədd etməklə burada becərilən kənd təsərrüfatı bitkilərindən yüksək məhsul almaq üçün aparılan meliorativ tədbirlər nəzərdə tutulur. Burada digər meliorativ tədbirlərin həyata keçirilməsi də nəzərdə tutulur.
Qurutma üsulu – konkret seçilmiş qurutma sistemləri ilə məsələnin həlli kimi başa düşülür.
Qurutma sisteminin elementləri
Çay – suqəbuledici; 2. Magistral kanal; 3. Açıq kollektor; 4. Açıq qurutma kanalı; 5. Tutucu kanal; 6. Qapalı kollektor; 7. Drenlər; 8. Tarla yolları; 9. Borulu keçid; 10. Kanalın sonu; 11. Baxıcı quyu; 12. Dağ kanalı; 13. Bənd – damba.
Sistem iki hissədən ibarətdir
Nizamlayıcı
Nəqledici
Qurutma sistemlərinin növləri
Qurutma sistemləri öz konstruktiv xüsusiyyətləri ilə fərqlənir. Iki növə ayrılır.
Öz axımlı
Axımı olmayan.
Öz axımı ilə bataqlıq ərazidən kənar edilən su nəqledici şəbəkədən magistral kanala, buradan isə çaya öz axını ilə axıdılır.
Ikinci halda isə bəndləşdirmə işi aparılır və bənd üzərində nasos stansiyası qurularaq su bəndin üstündən gölə və ya digər yerə burulur.
Nizamlayıcı şəbəkə iki cür olur.
Uzununa
Eninə
   
a) Uzununa                                                              b) Eninə
1. Kollektor                     2. Quruducu                     3. Horizontallar
Sistematik drenaj dedikdə bataqlaşmış və bataqlıq torpaqlarda daimi olaraq fəaliyyət göstərən kollektor-drenaj sistemi nəzərdə tutulur.
Drenajın digər növləri
Vakuum drenaj
Bioloji drenaj
Açıq drenaj
H = 0,8 – 1,0 m – çəmən torpaqlar
H = 1,0 – 1,2 m – tarlalarda
H = 1,2 – 1,4 m – bağlarda
L = 600 – 1200 m, i = 0,0005 – 0,005
Qapalı drenaj
Saxsı l = 33 sm
d = 5; 7,5; 10; 12,5; 15; 17,5; 20
L = 150 – 200 m
I = 0,002 – 0,004 
Plasmas yeni drenaj növünün xəndəklə və xənədksiz tikilir.
Krot – drenaj
d = 5 – 10 sm, metan toru
d = 10 – 20 sm torflu
i = 0,003 – 0,005
Ömrü 3 – 4 il
Ingitərədə 1797 – ci ildə natent alıb.
Qurutma vaxtı
Drenaj vasitəsilə artıq suyu torpağın aktiv qatından aparıldığı müddətdir.
Qurutma norması
Kənd təsərrüfatı bitkilərinin normal inkişafını təmin edən qrunt suyunun səviyyə rejimidi.
Qurutma dərinliyi və drenarası məsafə
 
H – layihə dərinliyi
 h – kanalda su dərinliyi
a – su ilə depresiya əyrisi arası məsafə
z – qurutma norması
hos – torfun çökməsi.



Torpaqların meliorasiyası. Meliorasiya haqda ümumi məlumat
PLAN
 
Giriş. Ümumi məlumat.
Meliorasiyanın növləri.
Meliorasiyanın ölkəmizdə inkişaf tarixi.
Ş.N.Bağırov.  “Suvarma meliorasiyası”
M.Tağıyev .   “Suvarma meliorasiyası”
А.Н.Костяков. «Основы мелиорации»
В.В.Колпаков, Н.П.Сухарев.  «Сельскохозяйственные мелиорации»
А.Ф.Тимофеев. «Мелиорация с/х – х земель.
Ümumi məlumat
         Meliorasiya latın dilində olub azərbaycanca yaxşılaşdırmaq deməkdir. Meliorasiya başlığı altında torpaq ehtiyatlarından səmərəli istifadə etmək məqsədilə təbii yararsız torpaqların köklü yaxşılaşdırılması üçün görülən təsərrüfat təşkilat və texniki tədbirlər sistemi nəzərdə tutulur.
         Kənd təsərrüfatını inkişaf etdirmək üçün meliorasiya işlərinin aparılması bilavasitə konkret təbii şəraitdən asılıdır. Ona görə də meliorasiya işlıərinin növü, metodu və həcmi həmin ərazinin təbii şəraiti və təsərrüfat-iqtisadi şərtlərinə görə təyin edilir.
Meliorasiyanın növləri.
         Meliorasiyanın aşağıdakı növləri vardır.
         Hidrotexniki meliorasiya, aqrotexniki meliorasiya, meşə meliorasiyası və kimyəvi meliorasiya, mədəni-texniki
         Hidrotexniki meliorasiyanın aşağıdakı bölmələri vardır.
                   a) qurutma meliorasiyası – qurutma meliorasiyası torpaqda nəmlik artıqlaşan dərəcədə olduqda torpağın su-hava rejimini nizamlamaq üçün tətbiq edilir.
                   b) suvarma meliorasiyası – torpağın bitki qatında nəmlik çatışmadıqda tətbiq edilir.
                   v) eroziyaya qarşı tədbirlər – torpaqlarda yuyulma baş verdikdə tətbiq edilir.
         Aqrotexniki meliorasiya (aqromeliorasiya). Bura aqrotexniki metodlarla torpağın su-hava rejiminin nizamlanması aiddir. Nəmlik çox olan ərazilərdə torpaqların dərin yumşaldılması, dərin şum, becərilən torpaq qatının qalınlaşdırılması, krotlama, təxmini şırımlama, müvəqqəti suaparıcı şəbəkə tikilməsi aqromeliorativ tədbirlərə aid edilir.
         Meşə meliorasiyası – meşəliklərin salınması hesabına torpaq-iqlim və hidroloji şəraitin yaxşılaşdırmasıdır.
Kimyəvi meliorasiya dedikdə torpağın kimyəvi xassəsinin yaxşılaşdırılması nəzərdə tutulur.
         Meliorativ tədbirlərin aparılması torpağın öyrənilməsi, hidroloji, iqlim və digər amillərin dəyişilməsinin müəyyənləşdirilməsi və kənd təsərrüfatı bitkilərinin həmin amillərə tələbatını müəyyənləşdirilməsindən sonra yerinə yetirilməlidir.
         Torpağın su-hava rejiminin nizamlanması suyun torpaq daxilində hərəkəti ilə, təbii su mənbələrindən istifadə edilməsi, süni su mənbələrinin yaradılması və digər su təsərrüfatı tikintilərinin yaradılması ilə əlaqədardır. Belə ki, hidrotexniki və meliorativ tikintilər sistemi obyektin relyefinə dəqiq uyğun yerləşdirilməklə suyun hərəkət qanunları və su ehtiyatlarının nəzərə alınması baxımından tikilməlidir.
         Meliorasiya sistemləri müasir yüksək məhsuldarlıqlı maşın və mexanizmlərin tətbiqi ilə yanaşı sənaye texnologiyası əsasında tikilən etibarlı və uzunömürlü tikintilər olmalıdır. Meliorasiyanın bu sahələri geodeziya, hidrologiya, hidrotexnika, hidravlika, kənd təsərrüfatı maşınları və tikinti işləri ilə əlaqədardır.
Meliorasiyanın ölkəmizdə inkişaf tarixi 
         Arxeoloji axtarışlar göstərir ki, Orta Asiya və Zaqafqaziyada hələ bizim eradan çox qabaq əkin sahələrində suvarma aparılırmış. Azərbaycanda da torpaqlarda və çay vadilərində çox qədim kanalların izləri aşkar edilmişdir. Qədim Yunan coğrafiyaşünaslarının verdiyi məlumata görə yeni eranın I əsrində Şirvan düzündə suvarma aparılan sahələr Misir və Vavilyonda suvarılan sahələrdən çox olmuşdur.
         Vətəndaş müharibəsi dövründə ölkənin xalq təsərrüfatına, o cümlədən kənd təsərrüfatı və onun ayrılmaz hissəsi olan meliorasiya işlərinə böyük ziyan vurulmuşdur. Bir çox suvarma sistemləri və onların üzərində olan hidrotexniki qurğular dağılmış, sıradan çıxmışdı. Buna baxmayaraq 20 - 30-cu illərdə geniş miqyasda bərpa işləri görülmüşdü. Həmin dövrdə Azərbaycan respublikasında da iri miqyaslı meliorativ tikinti işlərinə başlanılmışdı. Azərbaycanın Muğan, Mil və cənubi Muğan düzlərində suvarma sistemi və bir sıra başqa obyektlər bu dövrdə tikilib istifadəyə verilmişdir.
         1039 – 1941-ci illərdə ölkədə su təsərrüfatı üzrə geniş xalq tikintilərinə başlanmışdır. Böyük Vətən müharibəsi dövründə ölkənin Avropa hissəsində istifadə edilən bir çox qurutma sistemləri bütövlükdə sıradan çıxmışdı.
Azərbaycanda Mingəçevir su qovşağı 1955-ci ildə tikilib başa çatmışdı. Respublikada ən böyük su arteriyası hesab edilən Yuxarı Qarabağ kanalı, Yuxarı Şirvan kanalı bu dövrdə istifadəyə verilmişdir. Həmin vaxtda Bəhrəmtəpə su qovşağı tikilmiş, Baş Muğan, Samur-Abşeron kanalları çəkilmiş, Baş Şirvan kollektoru istifadəyə verilmişdi. Kür-Araz ovalığında şoran torpaqların yuyulması və yararlı hala salınması üçün geniş sahələrdə kollektor-drenaj şəbəkəsinin tikinti işləri görülmüşdü. Bu dövrdə Muğan – Salyan magistral sutullayan kollektoru istifadəyə verilmişdi.
         Azərbaycanda suvarılan torpaqların sahəsi 1913-cü ildə 550 min/ha, 1975-ci ildə 1 mln 166 min/ha, 1980-ci ildə 1 mln 270 min/ha, 2000-ci ildə 1,4 – 1,6 min/ha-ya çatdırılmışdır.
         Azərbaycanda su ehtiyatlarından tam istifadə edilərsə, suvarılan torpaqların sahəsi 2,3 mln/ha-a çatdırmaq olar.
Azərbaycanın alim və mütəxəssislərinin meliorasiya elminin inkişafında müəyyən xidmətləri vardır. Şoran torpaqların yuyulması və üfiqi dərin drenajın effektivliyinin öyrənilməsi sahəsində ölkədə ilk tədqiqat işləri Azərbaycanda – Muğan Təcrübə Meliorasiya Stansiyasında (1928 – 1931-ci illər) aparılmışdır. Sonrakı illərdə Şirvan, Qarabağ, Abşeron, Lənkəran və s. Zonalarda təcrübə stansiyaları yaradılmış, geniş miqyasda elmi işlər görülmüşdü. Kənd təsərrüfatı bitkilərinin optimal suvarma rejiminin müəyyən edilməsi, mütərəqqi suvarma üsulları və suvarma texnikasının işlənib hazırlanması, drenaj fonunda şoran torpaqların yuyulub yararlı hala salınması və s. kimi işlər belə tədqiqatların nəticəsində görülmüşdür.
         Azərbaycanda meliorasiya sahəsində elmi-tədqiqat işlərinin təşkili və aparılması işində, nəzəri və təcrübi əhəmiyyət kəsb edən nəticələrin qazanılmasında respublikanın tanınmış alimlərindən V.R.Volobuyevin, Ə.Q.Behbudovun, H.M.Hüseynovun, S.X.Hüseynzadənin və b. rolunu qeyd etmək lazımdır.




Tullantı – çirkab sularla suvarma
 
PLAN
 
Tullantı suları ilə suvarma
Istifadə edilən ədəbiyyatlar
Ş.N.Bağırov “Suvarma meliorasiyası”   Bakı. Maarif nəşriyyatı 1985
M.Tağıyev   “Suvarma meliorasiyası”   Bakı. Maarif nəşriyyatı  1971
N.Q.Aslanov “Torpaqların meliorasiyası”  Bakı. 2004
Y.V.Qəhrəmanlı “Mühəndis meliorasiyası”  Bakı. 2004
K/t – i hidrotexniki meliorasiya ( ES Markovun red altında M.Kolos 1981 rus dilində).
K/t – i hidrotexniki meliorasiyalardan praktikum (ES Markovun red. M.Aqrosənayenəşr. 1986 rus dilində).
İ.Hüseynzadə Meliorasiya məsələləri. Bakı 1982
Tullantı suları ilə suvarma
Hazırda ətraf mühitin mühafizəsi və su mənbələrində olan su ehtiyatlarının təmiz saxlanmasına xüsusi diqqət yetirilir. Bu baxımdan tullantı sularının əmələ gəlməsi səbəbləri, onların təmizlənməsi və müxtəlif məqsədlər üçün istifadə olunması böyük əhəmiyyətə malik olan məsələ kimi qiymətləndirilir.
Tullantı suları sənaye və təsərrüfat-məişət obyektlərindən, maldarlıq təsərrüfatlarından atılan çirkab sularından və s. əmələ gəlir. Tullantı sularının çoxunun tərkibində xeyli miqdarda üzvi və mineral maddələr olur. Tədqiqatlar göstərir ki, tullantı sularının çoxunun tərkibində azot, fosfor, kalium, kalsium kimi elementlər zəngindir. Bu isə öz növbəsində həmin sulardan suvarma məqsədilə istifadə etdikdə gübrə kimi xüsusi əhəmiyyət kəsb edir. Qeyd olunanlarla bərabər tullantı sularının tərkibində xəstəliktörədəbilən və bitki üçün zərərli bakteriyalara, mikroblara, fenol və s. üzvi birləşmələrə də təsadüf olunur. Bunu nəzərə alaraq tullantı sularını təmizləmədən, onu yararlı hala salmadan istifadə edilməsi məsləhət görülmür.
Son zamanlar tullantı sularının təmizlənməsi və onlardan suvarma üçün istifadə edilməsinə böyük diqqət yetirilir. Verilən məlumatlara görə Avstriyada tullantı sularının 40, İngiltərədə 33, ADP-də 26 %-dən çoxu suvarma üçün istifadə olunur. Keçmiş SSRİ-də bu göstərici 10 %-ə çatır. Azərbaycanda da tullantı sularından suvarma üçün müəyyən qədər istifadə edilir. Abşeronda, 1967-ci ildə layihə olunmuş qapalı suvarma şəbəkəsi ilə 778 ha sahədə zeytun və badam bağlarının suvarılmasında mexaniki üsul ilə təmizlənmiş kanalizasiya tullantı sularından istifadə edilir.
Tullantı suları öz növbəsində təsərrüfat-məişət və sənaye obyektlərinin, maldarlıq təsərrüfatlarının tullantı suları, qarışıq sular, sel suları kimi qruplara bölünür.
Təsərrüfat-məişət tullantı sularının tərkibində xeyli miqdar üzvi və mineral maddələr olur. A.N.Kostyakovun müşahidələrinə görə 1m3 təsərrüfat-məişət tullantı suyunda 90 q azot, 15 q fosfor turşusu, 40 q kalsium oksidi və s. kimi üzvi və mineral maddələrə təsadüf olunmuşdur. Şəhər və digər yaşayış məntəqələrindən tullanan kanalizasiya suları üzvi və mineral maddələrlə daha zəngindir.
Sənaye tullantı sularının tərkibi istehsal prosesinin növündən və texnoloji xüsusiyyətlərindən asılı olaraq müəyyən edilir. Neft sənayesinin tullantı sularında çoxlu miqdarda neft və neft məhsulları olur. Yeyinti sənayesi müəssisələrinin, gön-dəri istehsalı, toxuculuq və kağız istehsalı fabriklərinin tullantı sularının tərkibində üzvi birləşmələrdən ibarət müxtəlif maddələr olur. Bunların bəziləri gübrə kimi əhəmiyyətlidir. Kimya sənayesinin bir çox sahələrindən olan tullantı sularının tərkibində çox vaxt xeyli miqdarda zərərli duz qarışıqları olur. Bu sularda üzvi birləşmələrdən ibarət maddələr isə yox dərəcəsindədir.
Maldarlıq təsərrüfatlarının tullantı suları üzvi maddələrlə zəngindir. Buna görə də belə sular bol gübrə ehtiyatına malik olmaqla suvarma üçün xeyli əlverişli hesab edilir.
Qarışıq tullantı suları təsərrüfat-məişət və sənaye tullantı sularının qarışığından ibarətdir. Bu suların suvarma üçün yararlı olub-olmaması xüsusi yoxlama yolu ilə müəyyənləşdirilir.
Sanitariya qaydalarına görə tullantı suları təmizlənməli və zərərsizləşdirilməlidir. Belə suların təmizlənmədən çaylara, su tutarlarına və b. su obyektlərinə axıdılması təhlükəlidir. Bu qaydaya əməl edilmədikdə su ehtiyatları çirklənir və su təchizatı, suvarma və balıqçılıq təsərrüfatının inkişafına böyük ziyan vurulur.
Tullantı sularından kənd təsərrüfatında istifadə edilməsi üçün o qabaqcadan təmizlənməlidir. Təmizləmə zamanı suda olan təsərrüfat əhəmiyyətli tullantılar təmizləyici qurğularda saxlanaraq təkrar istifadəyə verilir. Suvarma üçün istifadə ediləcək təmizlənmiş tullantı suları neytral reaksiyalı olmalı , minerallığı 1,5 q/l-dən artıq olmamalıdır.
Hazırda tullantı sularını təmizləmək və yararlı hala salmaq üçün mexaniki, fiziki-kimyəvi və bioloji təmizləmə üsullarından istifadə edilir.
Mexaniki üsulla tullantı sularını təmizləmək üçün xüsusi qurğulardan istifadə edilir. Bu qurğular əsasən tor, qumtutucu və durulducu hissələrdən ibarət olur. Tor, qurğuya tullantı suyu daxil olan qabaq hissədə qurulur; bu, iri zibil hissələrini tutmaq üçündür. Qumtutucuda qum hissəcikləri, durulducuda isə suda həll olunmayan hissəciklər saxlanılır.
Fiziki-kimyəvi təmizləmə ən çox sənaye tullantı sularının tərkibində olan duz birləşmələrini, yağlı maddələri və s. təmizləmək üçün tətbiq edilir.
Bioloji təmizləmə üsulu ilə tullantı sularının tərkibindəki xəstəliktörədəbilən müxtəlif mikroblar, parazit helmintoz qurdların yumurtaları məhv edilir. Digər tərəfdən tullantı sularında olan üzvi birləşmələr parçalanaraq istifadə üçün yararlı hala salınır. Bu məqsədlə yer səthində düzəldilən süzülmə sahələrindən və bioloji nohurlardan və s. istifadə edilir.
Süzülmə sahələri hamarlama aparılmış və yaxşı susızdırma qabiliyyətinə malik olan torpaq sahələrində düzəldilir. Süzülmə sahələri ayrı-ayrı ləklərə bölünür və onların ətrafları boyunca tirələr düzəldilir. Süzülmə sahəsinə axıdılan tullantı suyu torpağa hoparaq süzülür və onun tərkibindəki qeyri-əlverişli maddələr torpağın üst qatında saxlanır. Süzülmüş su yer səthindən 0,3-1,2 m dərinlikdə basdırılmış saxsı və ya asbest-sement drenaj borularına daxil olaraq istifadə olunacaq sahələrə nəql edilir. Drenajlararası məsafə isə 1 - 4 m olur. Süzülmə sahəsinin hər hektar sahəsinə sutka ərzində 50-250 m3 tullantı suyu axıdılıb süzmək olar. Süzülmə sahələrində, adətən, kənd təsərrüfatı bitkiləri əkilmir.
Bioloji nohurlarda tullantı suları ən çox qış vaxtı suvarma aparılmayan rayonlarda təmizlənir. Kiçik şəhər və digər yaşayış məntəqələrinin tullantı suları xüsusi nəqledici, qapalı kollektor vasitəsilə mexaniki təmizləmə qurğusuna (1) verilir (şəkil 1). Vegetasiya dövründə mexaniki üsulla təmizlənmiş sular texniki, ot və yem bitkilərinin suvarılması üçün bilavasitə sahələrə (2) verilə bilər. Vegetasiya dövrü başa çatdıqdan sonra suvarma aparılmayan müddətlərdə mexaniki üsulla təmizlənmiş sular xüsusi susaxlayıcı nohurlara axıdılır. Həmin sular xüsusi növbəti suvarma mövsümünün başlanğıcına qədər susaxlayıcı (3) nohurlarda saxlanılır. Növbəti vegetasiya suvarmasının əvvəlində susaxlayıcı nohurlarda olan sular tədricən bioloji nohurlara (4) axıdılır və orada bioloji üsullarla əsaslı şəkildə təmizləndikdən sonra suvarma sahələrinə (5) verilir. Bu sular daha təmiz olduqlarına görə istənilən kənd təsərrüfatı bitkilərinin suvarılmasında istifadə edilə bilər. Bioloji nohurlarda tullantı suları 2-10 sutka ərzində təmizlənə bilər.
Tullantı sularının bioloji üsulla təmizlənməsində yosunlardan da istifadə edilir. Yosun özündən xeyli miqdarda oksigen buraxır. Bu isə tullantı sularında olan üzvi maddələrin oksidləşməsi nəticəsində onların zərərsizləşdirilməsinə səbəb olur.
Şəkil 1. Tullantı sularının təmizlənməsi və suvarmçad istifadə olunması sxemi:
1 – mexaniki təmizləmə qurğusu; 2 – mexaniki təmizləmə qurğusundan verilən su ilə suvarılan sahə; 3 – susaxlayıcı nohurlar; 4 – bioloji nohurlar; 5 – bioloji nohurlardan suvarılan sahələr.
Tullantı sularının təmizlənməsi və ondan suvarma üçün istifadə olunması işi xüsusi əkinçilik suvarma tarlalarında (ƏST) görülür. Həmin tarlalarda tullantı suları əvvəlcə mexaniki və bioloji üsullarla təmizlənir, sonra isə suvarılacaq sahələrə verilir.
Tullantı suları ilə suvarma vegetasiya dövründə və il ərzində aparıla bilər. Vegetasiya dövründə ƏST –də suvarma zamanı tələb olunan həcmdə su əkin sahələrinə verilir, istifadəsiz qalan sular isə tullanır. İl ərzində tullantı suları ilə suvarma aparılan zaman isə vegetasiya dövrünə aid olmayan vaxtlarda torpaqda ehtiyat nəmlik yaratmaq üçün arat suvarmaları aparılır. Digər tərəfdən bu suların bir hissəsi, yuxarıda qeyd edildiyi kimi, susaxlayıcı nohurlara axıdılır və yeni suvarma mövsümünün əvvəlində bioloji üsullarla əsaslı şəkildə təmizlənərək ƏST-nin suvarılması üçün istifadə edilməsi və onun keyfiyyətinin yaxşılaşdırılması üçün əlverişli imkan yaranır.
Suvarılacaq ərazinin iqlim, torpaq şəraitindən asılı olaraq kənd təsərrrüfatı bitkilərinin tullantı suları ilə suvarma rejimi müəyyənləşdirilir. Qaratorpaq olmayan zonalarda dənli və tərəvəz bitkilərini suvarmaq üçün tələb olunan vegetasiya suvarma norması 1000-2000 m3/ha, çöl zonalarında isə 3000-5000 m3/ha qədər qəbul edilir. Tətbiq ediləcək suvarma üsulundan asılı olaraq dövrü suvarma normaları 400-700 m3/ha həddində dəyişə bilər.
Tullantı suları ilə sahələrin suvarılması üçün öz axımı ilə, çiləmə və yeraltı suvarma üsulları tətbiq edilə bilər. Suvarılacaq sahənin relyef şəraitindən və onun mailliyindən, suvarma üsulundan asılı olaraq suvarma suyu sahələrə açıq və qapalı suvarma şəbəkəsi ilə verilə bilər.


Tullantı – çirkab sularla suvarma
 
PLAN
 
Tullantı suları ilə suvarma
Istifadə edilən ədəbiyyatlar
Ş.N.Bağırov “Suvarma meliorasiyası”   Bakı. Maarif nəşriyyatı 1985
M.Tağıyev   “Suvarma meliorasiyası”   Bakı. Maarif nəşriyyatı  1971
N.Q.Aslanov “Torpaqların meliorasiyası”  Bakı. 2004
Y.V.Qəhrəmanlı “Mühəndis meliorasiyası”  Bakı. 2004
K/t – i hidrotexniki meliorasiya ( ES Markovun red altında M.Kolos 1981 rus dilində).
K/t – i hidrotexniki meliorasiyalardan praktikum (ES Markovun red. M.Aqrosənayenəşr. 1986 rus dilində).
İ.Hüseynzadə Meliorasiya məsələləri. Bakı 1982
Tullantı suları ilə suvarma
Hazırda ətraf mühitin mühafizəsi və su mənbələrində olan su ehtiyatlarının təmiz saxlanmasına xüsusi diqqət yetirilir. Bu baxımdan tullantı sularının əmələ gəlməsi səbəbləri, onların təmizlənməsi və müxtəlif məqsədlər üçün istifadə olunması böyük əhəmiyyətə malik olan məsələ kimi qiymətləndirilir.
Tullantı suları sənaye və təsərrüfat-məişət obyektlərindən, maldarlıq təsərrüfatlarından atılan çirkab sularından və s. əmələ gəlir. Tullantı sularının çoxunun tərkibində xeyli miqdarda üzvi və mineral maddələr olur. Tədqiqatlar göstərir ki, tullantı sularının çoxunun tərkibində azot, fosfor, kalium, kalsium kimi elementlər zəngindir. Bu isə öz növbəsində həmin sulardan suvarma məqsədilə istifadə etdikdə gübrə kimi xüsusi əhəmiyyət kəsb edir. Qeyd olunanlarla bərabər tullantı sularının tərkibində xəstəliktörədəbilən və bitki üçün zərərli bakteriyalara, mikroblara, fenol və s. üzvi birləşmələrə də təsadüf olunur. Bunu nəzərə alaraq tullantı sularını təmizləmədən, onu yararlı hala salmadan istifadə edilməsi məsləhət görülmür.
Son zamanlar tullantı sularının təmizlənməsi və onlardan suvarma üçün istifadə edilməsinə böyük diqqət yetirilir. Verilən məlumatlara görə Avstriyada tullantı sularının 40, İngiltərədə 33, ADP-də 26 %-dən çoxu suvarma üçün istifadə olunur. Keçmiş SSRİ-də bu göstərici 10 %-ə çatır. Azərbaycanda da tullantı sularından suvarma üçün müəyyən qədər istifadə edilir. Abşeronda, 1967-ci ildə layihə olunmuş qapalı suvarma şəbəkəsi ilə 778 ha sahədə zeytun və badam bağlarının suvarılmasında mexaniki üsul ilə təmizlənmiş kanalizasiya tullantı sularından istifadə edilir.
Tullantı suları öz növbəsində təsərrüfat-məişət və sənaye obyektlərinin, maldarlıq təsərrüfatlarının tullantı suları, qarışıq sular, sel suları kimi qruplara bölünür.
Təsərrüfat-məişət tullantı sularının tərkibində xeyli miqdar üzvi və mineral maddələr olur. A.N.Kostyakovun müşahidələrinə görə 1m3 təsərrüfat-məişət tullantı suyunda 90 q azot, 15 q fosfor turşusu, 40 q kalsium oksidi və s. kimi üzvi və mineral maddələrə təsadüf olunmuşdur. Şəhər və digər yaşayış məntəqələrindən tullanan kanalizasiya suları üzvi və mineral maddələrlə daha zəngindir.
Sənaye tullantı sularının tərkibi istehsal prosesinin növündən və texnoloji xüsusiyyətlərindən asılı olaraq müəyyən edilir. Neft sənayesinin tullantı sularında çoxlu miqdarda neft və neft məhsulları olur. Yeyinti sənayesi müəssisələrinin, gön-dəri istehsalı, toxuculuq və kağız istehsalı fabriklərinin tullantı sularının tərkibində üzvi birləşmələrdən ibarət müxtəlif maddələr olur. Bunların bəziləri gübrə kimi əhəmiyyətlidir. Kimya sənayesinin bir çox sahələrindən olan tullantı sularının tərkibində çox vaxt xeyli miqdarda zərərli duz qarışıqları olur. Bu sularda üzvi birləşmələrdən ibarət maddələr isə yox dərəcəsindədir.
Maldarlıq təsərrüfatlarının tullantı suları üzvi maddələrlə zəngindir. Buna görə də belə sular bol gübrə ehtiyatına malik olmaqla suvarma üçün xeyli əlverişli hesab edilir.
Qarışıq tullantı suları təsərrüfat-məişət və sənaye tullantı sularının qarışığından ibarətdir. Bu suların suvarma üçün yararlı olub-olmaması xüsusi yoxlama yolu ilə müəyyənləşdirilir.
Sanitariya qaydalarına görə tullantı suları təmizlənməli və zərərsizləşdirilməlidir. Belə suların təmizlənmədən çaylara, su tutarlarına və b. su obyektlərinə axıdılması təhlükəlidir. Bu qaydaya əməl edilmədikdə su ehtiyatları çirklənir və su təchizatı, suvarma və balıqçılıq təsərrüfatının inkişafına böyük ziyan vurulur.
Tullantı sularından kənd təsərrüfatında istifadə edilməsi üçün o qabaqcadan təmizlənməlidir. Təmizləmə zamanı suda olan təsərrüfat əhəmiyyətli tullantılar təmizləyici qurğularda saxlanaraq təkrar istifadəyə verilir. Suvarma üçün istifadə ediləcək təmizlənmiş tullantı suları neytral reaksiyalı olmalı , minerallığı 1,5 q/l-dən artıq olmamalıdır.
Hazırda tullantı sularını təmizləmək və yararlı hala salmaq üçün mexaniki, fiziki-kimyəvi və bioloji təmizləmə üsullarından istifadə edilir.
Mexaniki üsulla tullantı sularını təmizləmək üçün xüsusi qurğulardan istifadə edilir. Bu qurğular əsasən tor, qumtutucu və durulducu hissələrdən ibarət olur. Tor, qurğuya tullantı suyu daxil olan qabaq hissədə qurulur; bu, iri zibil hissələrini tutmaq üçündür. Qumtutucuda qum hissəcikləri, durulducuda isə suda həll olunmayan hissəciklər saxlanılır.
Fiziki-kimyəvi təmizləmə ən çox sənaye tullantı sularının tərkibində olan duz birləşmələrini, yağlı maddələri və s. təmizləmək üçün tətbiq edilir.
Bioloji təmizləmə üsulu ilə tullantı sularının tərkibindəki xəstəliktörədəbilən müxtəlif mikroblar, parazit helmintoz qurdların yumurtaları məhv edilir. Digər tərəfdən tullantı sularında olan üzvi birləşmələr parçalanaraq istifadə üçün yararlı hala salınır. Bu məqsədlə yer səthində düzəldilən süzülmə sahələrindən və bioloji nohurlardan və s. istifadə edilir.
Süzülmə sahələri hamarlama aparılmış və yaxşı susızdırma qabiliyyətinə malik olan torpaq sahələrində düzəldilir. Süzülmə sahələri ayrı-ayrı ləklərə bölünür və onların ətrafları boyunca tirələr düzəldilir. Süzülmə sahəsinə axıdılan tullantı suyu torpağa hoparaq süzülür və onun tərkibindəki qeyri-əlverişli maddələr torpağın üst qatında saxlanır. Süzülmüş su yer səthindən 0,3-1,2 m dərinlikdə basdırılmış saxsı və ya asbest-sement drenaj borularına daxil olaraq istifadə olunacaq sahələrə nəql edilir. Drenajlararası məsafə isə 1 - 4 m olur. Süzülmə sahəsinin hər hektar sahəsinə sutka ərzində 50-250 m3 tullantı suyu axıdılıb süzmək olar. Süzülmə sahələrində, adətən, kənd təsərrüfatı bitkiləri əkilmir.
Bioloji nohurlarda tullantı suları ən çox qış vaxtı suvarma aparılmayan rayonlarda təmizlənir. Kiçik şəhər və digər yaşayış məntəqələrinin tullantı suları xüsusi nəqledici, qapalı kollektor vasitəsilə mexaniki təmizləmə qurğusuna (1) verilir (şəkil 1). Vegetasiya dövründə mexaniki üsulla təmizlənmiş sular texniki, ot və yem bitkilərinin suvarılması üçün bilavasitə sahələrə (2) verilə bilər. Vegetasiya dövrü başa çatdıqdan sonra suvarma aparılmayan müddətlərdə mexaniki üsulla təmizlənmiş sular xüsusi susaxlayıcı nohurlara axıdılır. Həmin sular xüsusi növbəti suvarma mövsümünün başlanğıcına qədər susaxlayıcı (3) nohurlarda saxlanılır. Növbəti vegetasiya suvarmasının əvvəlində susaxlayıcı nohurlarda olan sular tədricən bioloji nohurlara (4) axıdılır və orada bioloji üsullarla əsaslı şəkildə təmizləndikdən sonra suvarma sahələrinə (5) verilir. Bu sular daha təmiz olduqlarına görə istənilən kənd təsərrüfatı bitkilərinin suvarılmasında istifadə edilə bilər. Bioloji nohurlarda tullantı suları 2-10 sutka ərzində təmizlənə bilər.
Tullantı sularının bioloji üsulla təmizlənməsində yosunlardan da istifadə edilir. Yosun özündən xeyli miqdarda oksigen buraxır. Bu isə tullantı sularında olan üzvi maddələrin oksidləşməsi nəticəsində onların zərərsizləşdirilməsinə səbəb olur.
Şəkil 1. Tullantı sularının təmizlənməsi və suvarmçad istifadə olunması sxemi:
1 – mexaniki təmizləmə qurğusu; 2 – mexaniki təmizləmə qurğusundan verilən su ilə suvarılan sahə; 3 – susaxlayıcı nohurlar; 4 – bioloji nohurlar; 5 – bioloji nohurlardan suvarılan sahələr.
Tullantı sularının təmizlənməsi və ondan suvarma üçün istifadə olunması işi xüsusi əkinçilik suvarma tarlalarında (ƏST) görülür. Həmin tarlalarda tullantı suları əvvəlcə mexaniki və bioloji üsullarla təmizlənir, sonra isə suvarılacaq sahələrə verilir.
Tullantı suları ilə suvarma vegetasiya dövründə və il ərzində aparıla bilər. Vegetasiya dövründə ƏST –də suvarma zamanı tələb olunan həcmdə su əkin sahələrinə verilir, istifadəsiz qalan sular isə tullanır. İl ərzində tullantı suları ilə suvarma aparılan zaman isə vegetasiya dövrünə aid olmayan vaxtlarda torpaqda ehtiyat nəmlik yaratmaq üçün arat suvarmaları aparılır. Digər tərəfdən bu suların bir hissəsi, yuxarıda qeyd edildiyi kimi, susaxlayıcı nohurlara axıdılır və yeni suvarma mövsümünün əvvəlində bioloji üsullarla əsaslı şəkildə təmizlənərək ƏST-nin suvarılması üçün istifadə edilməsi və onun keyfiyyətinin yaxşılaşdırılması üçün əlverişli imkan yaranır.
Suvarılacaq ərazinin iqlim, torpaq şəraitindən asılı olaraq kənd təsərrrüfatı bitkilərinin tullantı suları ilə suvarma rejimi müəyyənləşdirilir. Qaratorpaq olmayan zonalarda dənli və tərəvəz bitkilərini suvarmaq üçün tələb olunan vegetasiya suvarma norması 1000-2000 m3/ha, çöl zonalarında isə 3000-5000 m3/ha qədər qəbul edilir. Tətbiq ediləcək suvarma üsulundan asılı olaraq dövrü suvarma normaları 400-700 m3/ha həddində dəyişə bilər.
Tullantı suları ilə sahələrin suvarılması üçün öz axımı ilə, çiləmə və yeraltı suvarma üsulları tətbiq edilə bilər. Suvarılacaq sahənin relyef şəraitindən və onun mailliyindən, suvarma üsulundan asılı olaraq suvarma suyu sahələrə açıq və qapalı suvarma şəbəkəsi ilə verilə bilər.


UZAQ ŞIRNAQLI ÇİLƏYİCİ MAŞIN VƏ APARATLAR
Plan
DDN-70 markalı yağışyağdıran maşınla suvarma
DDN-100 markalı yağışyağdıran maşınla suvarma
İstifadə edilən ədəbiyyatlar
Ş.N.Bağırov “Suvarma meliorasiyası”   Bakı. Maarif nəşriyyatı 1985
M.Tağıyev   “Suvarma meliorasiyası”   Bakı. Maarif nəşriyyatı  1971
N.Q.Aslanov “Torpaqların meliorasiyası”  Bakı. 2004
Y.V.Qəhrəmanlı “Mühəndis meliorasiyası”  Bakı. 2004
K/t – i hidrotexniki meliorasiya ( ES Markovun red altında M.Kolos 1981 rus dilində).
K/t – i hidrotexniki meliorasiyalardan praktikum (ES Markovun red. M.Aqrosənayenəşr. 1986 rus dilində).
İ.Hüseynzadə Meliorasiya məsələləri. Bakı 1982
DDN-70 markalı yağışyağdıran maşınla suvarma
Yuxarıda qeyd etdiyimiz kimi, uzaq şırnaqlı çiləyicilərdən olan DDN-70 və DDN-100 maşınları, DD, DA və DN aparatları suvarmada geniş tətbiq edilir. Bir-birinə çox oxşar olan DDN-70 və DDN-100 maşınları ilə mövqedən dairəvi və sektorşəkilli suvarma aparılır. Hər iki maşından tərəvəz və dənli bitkilərin, texniki bitkilərin, ot və çəmənliklərin, bağların, meşə zolaqlarının suvarılmasında istifadə edilir. DDN-70 maşını açıq və qapalı suvarma şəbəkəsindən, DDN-100 maşını isə yalnız açıq suvarma şəbəkəsindən su qəbul etməklə suvarır. Hər iki maşının bir sıra texniki və konstruktiv göstəriciləri onları bir-birindən fərqləndirir. Bu maşınlarla əsasən yüksək suhopdurma qabiliyyətinə malik olan torpaqların suvarılmasında və nisbətən az küləkli hava şəraitində (2-3 m/san-dən çox olmamaq şərtilə) suvarma aparılması məsləhətdir.
Hər iki maşının yığcamlığı, hazırlanmasına az metal sərfi, rahat işləmələri, uca boylu bitki və bağları suvara bilməsi onların müsbət cəhətləridir. Çatışmayan cəhətləri isə işləməsi üçün enerji sərf edilməsi, çilədiyi yağışın şiddətli olması və küləkli hava şəraitində (küləyin sürəti 3 m/san-dən çox olduqda) onlardan istifadənin əlverişli olmamasıdır.
DDN-70 çiləyici maşını DT-75 və T-74 traktoru üzərində quraşdırılır. Maşın əsasən çərçivə, nasos-reduktor, lülə (dövretmə mexanizmi ilə birlikdə), yuvalı reduktor, kardan valı, sorucu boru, bucurqad, vakuum-aparat, hidroqidalandırıcı və s. kimi hissələrdən ibarətdir.
Sorucu boru kəməri suvarma kanalından suyu qəbul etmək üçündür. Onun bir ucu mərkəzdənqaçma nasosun oynaq bərkidilmişdir. Son hissəsinə torlu qoruyucu bərkidilmiş o biri ucu isə suya salınır. Sorucu borunu suya salıb-çıxarmaq üçün ona bərkidilmiş əl bucurqadından istifadə edilir. Suvarmanın başlanğıcında nasosu və sorucu borunu işə salmaq üçün onlara su doldurulur. Bu məqsədlə vakuum-aparatdan istifadə edilir. O traktorun tüstü buraxan borusu üzərində quraşdırılır və rezin şlanqla nasos və sorucu boru ilə əlaqələndirilir.
DDN-70 çiləyici maşının qapalı suvarma şəbəkəsindən su qəbul etməsi üçün uzunluğu 285 m olan meliorativ parçadan düzəldilmiş elastik borudan istifadə edilir. Elastik borunun üzərində ara məsafəsi 80 m olan 4 ədəd hidrant olur; bu, xüsusi sarğac vasitəsilə açılıb-yığılır. Belə halda qapalı paylayıcı boru kəməri arasındakı məsafə 640 m-ə qədər olur. Maşının su qəbul etməsi üçün boru boyunca hər 100 m-dən bir hidrant qoyulur.
DDN-100 çiləyici maşını DDN-70-in təkmilləşdirilmiş növüdür. Yüksək məhsuldarlığa malik olan bu maşın T-150, T-150K, T-4A və həmçinin DT-75M traktorları üzərində quraşdırılır.
DDN-100 çiləyici maşınının ümumi görünüşü 1-ci şəkildə verilir.
Şəkil 1. T-150K traktoru üzərində quraşdırılan DDN-100 çiləyici maşını:
1-zəncir; 2-çərçivə; 3-nasos-reduktor; 4-sorucu boru; 5-hidrosilindr; 6-oynaq val; 7-lülə; 8-lüləli döndərmə mexanizmi; 9-hidroqidalandırıcı; 10-kardan valı; 11-vakuum-aparat.
 
DDN-100 maşını ilə suvarmaq üçün suvarma şəbəkəsi arası məsafə 120 m qəbul edilir. Bu isə həmin şəbəkədən DDA-100MA maşını ilə suvarmanın tətbiq edilməsinə də imkan verir.
DDn-70 və DDN-100 çiləyici maşınlarının əsas texniki göstəriciləri 1-ci cədvəldə verilir.
Şəkil 2. DDN-70 çiləyici maşını ilə dairəvi (a) və sektor şəkilində (b) suvarma sxemləri:
1 – təsərrüfat kanalı; 2 – nizamlayıcı şlüz; 3 – sahə kanalı; 4 – suburaxan; 5 – müvəqqəti arx; 6 – DDN-70 çiləyici maşını; 7 – yol şəbəkəsi.
Dövrü suvarma normasının göstərilən qiymətləri həddində DDN-70 maşını ilə dairəvi suvarmada növbə ərzində planlaşdırılmış vaxtdan istifadə əmsalı 0,76-0,86, sutka ərzində isə 0,68-0,77 həddində dəyişir. Sektor şəklində suvarma sxemində bu əmsalların qiyməti növbə üzrə 0,69-0,82 və sutka üzrə isə 0,61-0,73 həddində dəyişir. Maşının növbə ərzində məhsuldarlığı dövrü suvarma normasından asılı olaraq dairəvi suvarma sxemində 5,17 ha-dan (300 m3/ha norma ilə suvarma) 1,27 ha-ya qədər (1000 m3/ha norma ilə suvarma) azalır. Bu maşının mövsüm suvarma məhsuldarlığı 70 ha qədərdir (dövrü suvarma normasının 300 sm3/ha qiymətində).
Şəkil 3. DDN-100 çiləyici maşını ilə dairəvi (a) və sektor şəklində (b) suvarma sxemləri:
1 – təsərrüfat kanalı; 2 – nizamlayıcı şlüz; 3 – sahə kanalı; 4 – suburaxan; 5 – müvəqqəti arx; 6 – DDN-100 çiləyici maşını; 7 – yol şəbəkəsi.
DDN-70 və DDN-100 çiləyici maşınlarının texniki göstəriciləri
Göstəricilərin adıÇiləyici maşınların göstəriciləri
DDn-70DDN-100
DT-75
T-74
T-150
T-150K
T-4ADT-75M
Maşının su sərfi, l/san6511510085
İşləmə basqısı, m52656565
Təsir (suvarma) radiusu (küləyin sürəti, 1 m/san qədər olduqda), m69,5858575
Suvarma şəbəkəsi arası məsafə, m100120120110
Suvarma mövqeləri arası məsafə, m:
Dairəvi suvarma
Sektor şəklində suvarma
110
60
145
70
145
70
110
55
Yağışın orta şiddəti, mm/dəq:
Dairəvi suvarma
Sektor şəklində suvarma
0,36
0,53
0,31-0,33
0,57-0,65
0,27-0,30
0,38-0,55
0,30-0,34
0,38
Damcıların orta diametri, mm1,51,51,51,5
Soploların diametri, mm:
əsas soplo
dəyişdirilən soplolar
kiçik soplo
54
35;45
16
65
56;58;60
20
56
54;58
20
54
-
20
Traktorun güc valının (VOM) dövrlər sayı, döv/dəq540100010001000
Nəqliyyat sürəti, km/saat105-65-65-6
Saatlıq məhsuldarlığı (300 m3/ha dövrü suvarma normasına uyğun), ha0,781,381,21,02
Mövsüm məhsuldarlığı (300 m3/ha dövrü suvarma normasına uyğun), ha70110-120100-11080-90
Maşının kütləsi, (traktorsuz), kq700800800800
Xidmət edən şəxslər, nəfər1111

Yağış yağdırma üsulu ilə suvarma
 
PLAN
 
Ümumi məlumat.
Yağdırılan yağışın keyfiyyəti.
Yağış yağdırma ilə suvarmada suyun torpağa hopma xüsusiyyəti.
Ədəbiyyat
Ş.N.Bağırov.  “Suvarma meliorasiyası”
M.Tağıyev .   “Suvarma meliorasiyası”
А.Н.Костяков. «Основы мелиорации»
В.В.Колпаков, Н.П.Сухарев.  «Сельскохозяйственные мелиорации»
А.Ф.Тимофеев. «Мелиорация с/х – х земель.
Ümumi məlumat
         Yağış yağdırma üsulu ilə suvarmanın mahiyyəti suvarma suyunu çiləyici aparatlar vasitəsilə kiçik damcılar şəklində bitki və yer səthinə yağdırmaqdan ibarətdir. Su, çiləyici aparatlara müvafiq maşın və aqreqatların köməyi ilə açıq və qapalı suvarma şəbəkləsindən verilir. Çiləyici aparatda yaradılan basqının təsirindən suvarma suyu şırnaq şəkilində atmosferə vurulur, oradan da kiçik damcılara çevrilərək süni yağış kimi yağdırılır.
         Yağış yağdırma üsulu ilə suvarma ən mütərəqqi üsul hesab olunur. Bu üsulla suvarmada avtomatlaşdırma və mexanikləşdirməni tətbiq etmək mümkün olur, suçunun əmək məhsuldarlığı isə digər suvarma üsullarına nisbətən xeyli artır.
         Yağış yağdırma üsulu ilə suvarmanın öz axımı və digər suvarma üsulları ilə suvarmaya nisbətən aşağıdakı üstünlükləri vardır.
suvarma bütövlükdə mexanikləşdirilir və avtomatlaşdırılır;
suvarma suyuna xeyli qənaət olunur;
suvarma kiçik normalarla və tez-tez aparılır;
yağış yağdırma üsulu ilə suvarma nəticəsində torpaqla bərabər bitkinin gövdəsi də islanır;
yer səthinə yaxın atmosfer təbəqəsində əlverişli mikroiqlim yaradılır. Bu isə öz növbəsində ümumi buxarlanmasının azalmasına səbəb olmaqla bərabər bitkinin normal inkişafı üçün əlverişli şərait yaradır;
əsaslı hamarlama işləri aparmadan müxtəlif relyefli və çox maili sahələrdə bu üsulun tətbiq edilməsi mümkündür;
torpaqdan istifadə əmsalı və sistemin faydalı iş əmsalı xeyli yüksək olur;
suvarma zamanı torpağın strukturu pozulmur;
torpağın yalnız aktiv təbəqəsi islanır.
sahələrə suvarılmaqla bərabər oraya gübrə verilməsi də mümkün olur və s.
         Yağış yağdırma üsulu ilə suvarmanın çatışmayan cəhətlərindən çiləyici qurğulara və aparatlara xeyli metal sərf edilir, əlavə istismar xərcləri artır, küləkli havada çiləmə ilə suvarılan sahədə suvarma suyu qeyri-bərabər paylanır və nəticədə suvarmanın effektivliyi artır və s.-dən ibarətdir.
Yağdırılan yağışın keyfiyyəti
         Yağdırılan yağdırma üsulu ilə suvarmanın effektivliyi – yağdırılan yağışın keyfiyyətindən xeyli asılıdır. Yağışın keyfiyyəti isə onun şiddəti, yağış damcılarının iriliyi, aparatın bir tsiklində yağdırdığı yağışın qalınlığı və yağışın suvarılan sahədə bərabər paylanması ilə müəyyən edilir.
         Yağdırılan yağışın şiddəti (p), vahid zamanda sahəyə yağdırılan yağışın qalınlığı ilə müəyyən olunur (mm/dəq). Yağış yağdırma ilə suvarmada yağışın şiddəti ani (həqiqi) və orta şiddət kimi növlərə ayrılır. Ani şiddət müəyyən dy zamanında sahənin müəyyən nöqtəsinə yağdırılan yağışın dt qalınlığı ilə səciyyələnir, yəni
         Yağış yağdırma ilə suvarmada əsasən yağdırılan yağışın orta şiddətindən (Por) istifadə edilir. Süni yağışın orta şiddəti müəyyən t müddətində müvafiq ω sahəsinə yağdırılan yağışın orta (hor) qalınlığına görə müəyyən edilir:
         Ani şiddət suvarıcı maşının hərəkət sürətindən və ya yağdırıcı aparatın dövretmə sürətindən asılı deyildir. Orta şiddət isə maşın və aparatların sürət göstəricilərindən asılıdır.
Yağış yağdırma üsulu ilə suvarmada əsas məsələlərdən biri də yağdırılan yağışın şiddəti ilə suyun torpağa hopma sürəti arasında əlaqənin olmasıdır. Belə ki, suvarma zamanı yağdırılan yağış yer səthində axım əmələ gətirməmək şərti ilə torpağa hopmalıdır. Bu baxımdan çox vaxt yağdırılan yağışın buraxıla bilən şiddət göstəricisi əsasən qəbul edilir.
         Müvafiq iqlim-torpaq şəraitində tələb olunan dövrü suvarma normasını yer səthində axım əmələ gətirməmək şərti ilə sahəyə vermək üçün yağdırılan yağışın şiddətinə buraxıla bilən şiddət deyilir. Buraxıla bilən şiddət torpağın mexaniki tərkibindən, onun su-fiziki xüsusiyyətindən, su hopdurma qabiliyyətindən, yerin mailliyindən və s. asılıdır.
         Yağdırılan yağış damcılarının iriliyi yağışın keyfiyyətini səciyyələndirən əsas göstəricilərdən biridir. Damcıların diametri isə çiləyici aparatda olan basqının (H), onun yaratdığı şırnağın təsir radiusuna (R) və ya aparatın çıxış hissəsindəki diametrə (d0) nisbətlərindən asılıdır.
         Yağış yağdırma üsulu ilə suvarma aparılan sahələrdə yerin relyef vəziyyəti, iqlim və torpaq şəraiti, hidroloji şərait və əkiləcək kənd təsərrüfatı bitkilərinin növü nəzərə alınmaqla yağdırılan yağışın strukturu və onun sahəyə verilmə texnologiyası aydınlaşdırılır.
         Yağış yağdırma üsulu ilə suvarma yüksək maillikli sahələrdə tətbiq oluna bilər.
Yağış yağdırma ilə suvarmada suyun torpağa hopma xüsusiyyəti
         Öz axımı və yağış yağdırma üsulu ilə suvarmada suyun torpağa hopma xüsusiyyətləri arasında fərq vardır. Belə ki, öz axımı ilə suvarma zamanı yer səthində yaradılan su təbəqəsi hesabına müəyyən hidrostatik basqı yaranır. Bu isə öz növbəsində suyun torpağa sürətinin artmasına səbəb olur. Yağış yağdırma üsulu ilə suvarmada suyun torpağa hopma sürəti öz axımı ilə suvarmaya suyun torpağa hopma sürəti öz axımı ilə suvarmaya nisbətən 30-60%-ə qədər az olur. Bunu müqayisə olunan suvarma üsullarına aid suyun torpağa hopma sürətlərinə uyğun tərtib olunmuş əyrilərdən görmək olar.
Şəkil 1. Suvarma suyunun torpağa hopma sürəti əyriləri:
1 – basdırma üsulu ilə suvarma; 2 – çiləmə üsulu ilə suvarma.
Stasionar çiləyici taxma və aparatlarla fasiləsiz suvarma aparıldıqda suvarmanın başlanğıcında suyun torpağa hopma sürəti, adətən, yağdırılan yağışın şiddətindən çox olur. Suvarmanın sonuna yaxın isə torpaq təbəqəsi müəyyən dərəcə islandığına görə onun suhopdurma sürəti azalmağa başlayır. Belə olduqda bəzən yağdırılan yağışın şiddəti suyun torpağa hopma sürətinə nisbətən artıq olur. Nəticədə suvarma suyunun müəyyən hissəsi torpağa hopmadan yerüstü axım əmələ gətirir. Bu vəziyyət əlverişli hesab edilə bilməz.
Suvarma zamanı yağdırılan yağışın şiddəti ilə, yer səthində axım əmələ gəlməməsi üçün suvarmanın buraxıla bilən davametmə müddəti arasında olan əlaqə təcrübi yolla müəyyən edilmişdir:
Burada Ca – çilənən yağışın keyfiyyətindən asılı olaraq təcrübi yolla müəyyən edilən kəmiyyətlər; tb – yağışın davametmə müddətidir.
         Yağış yağdırma üsulu ilə suvarma aparılan zaman müvafiq aqrotexniki və aqromeliorativ tədbirlər sistemi tətbiq etməklə torpağın suhopdurma qabiliyyətini müəyyən qədər artırmaq olar. Belə olduqda qəbul edilmiş maşınla suvarma aparılan zaman yer səthində axım əmələ gəlmədən suvarma suyu bütövlükdə torpağa hopa bilər. Aqrotexniki tədbirlərə suvarmadan qabaq və sonra torpağın yumşaldılması, ona üzvi və mineral gübrələrin verilməsi aid edilir. Aqromeliorativ tədbirləri tətbiq etməklə sahəyə yağdırılan yağışın yerüstü axım əmələ gətirə bildiyi şəraitdə onun kənar sahələrə axmasının qarşısını almaq olar. Bunun üçün sahələrdə kvadrat və düzbucaqlı şəkilli yuvalar, arabir şırımlar və s. düzəldilir.



Yeraltı suvarma üsulu
 
PLAN
 
Yeraltı suvarma üsulu haqda ümumi məlumat.
Yeraltı suvarma sistemləri
Azərbaycanda yeraltı suvarma üsulunun tətbiqi.
İstifadə edilən ədəbiyyatlar
Ş.N.Bağırov “Suvarma meliorasiyası”   Bakı. Maarif nəşriyyatı 1985
M.Tağıyev   “Suvarma meliorasiyası”   Bakı. Maarif nəşriyyatı  1971
N.Q.Aslanov “Torpaqların meliorasiyası”  Bakı. 2004
Y.V.Qəhrəmanlı “Mühəndis meliorasiyası”  Bakı. 2004
K/t – i hidrotexniki meliorasiya ( ES Markovun red altında M.Kolos 1981 rus dilində).
K/t – i hidrotexniki meliorasiyalardan praktikum (ES Markovun red. M.Aqrosənayenəşr. 1986 rus dilində).
İ.Hüseynzadə Meliorasiya məsələləri. Bakı 1982
Yeraltı suvarma üsulu haqda ümumi məlumat
Yeraltı suvarma zamanı suvarma suyu əkin qatından aşağıda bir-birindən müəyyən məsafədə yerləşdirilən nəmləşdirici borulara verilir. Su boruların birləşmə yerlərindən onların səthində düzəldilmiş deşik və məsamələrdən əkin altı torpaq qatına daxil olaraq onu isladır və lazımi nəmlik yaradır. Nəmləşdirici borulara su basqılı, basqısız və vakuum rejimində verilə bilər. Boru ətrafında əmələ gələn islanma konturunda hidrostatik basqı hesabına su qravitasiya və kapillyar hərəkəti ilə torpağa daxil olur. Bu həmçinin borunun xarici səthi ilə isladılan torpaq arasında yaradılan vakuum hesabına ola bilər. Nəmləşdirici borular saxsıdan, polietilendən və s. düzəldilə bilər. Nəmləşdirici kimi yer səthindən müəyyən dərinlikdə üfüqi şəkildə düzəldilən krotovinlərdən də istifadə edilir. Krotovinlər xüsusi maşına (kotana) qoşulmuş mərmi vasitəsilə düzəldilir. Bu krotovinlərə verilən su onun ətrafına sızaraq torpağı nəmləndirir. Yeraltı suvarmada əsasən üzümlüklərin, meyvə bağlarının , tərəvəzin və s. suvarılmasında istifadə edilməsi məsləhətdir.
Yeraltı suvarmanın quru və isti iqlimli çöl, yarımsəhra və səhra zonalarında yerin mailliyi çox olan sahələrdə tətbiq edilməsi daha əlverişli hesab edilir.
Yeraltı suvarmanın digər suvarma üsullarına nisbətən özünəməxsus üstün və çatışmayan cəhətləri vardır. Üstün cəhətləri bunlardır: torpağın üst qatında qaysaq əmələ gəlmir. Onun strukturu saxlanılır. Torpaqda aerasiya yaxşılaşır və onunla əlaqədar su, qida, istilik rejimlərinin normal gedişi üçün şərait yaranır; torpaq səthindən olan buxarlanma azalır. Suvarmada müvəqqəti suvarma şəbəkəsinə şırım və zolaqlara ehtiyac olmur. Əkin qatında olan üzvi və mineral gübrələr yuyulmur. Kənd təsərrüfatı maşınlarının işləməsi üçün əlverişli şərait yaranır. Suvarma xeyli mexanikləşir və avtomatlaşdırılır. Bu isə ona əmək sərfinin azalmasına səbəb olur. Kənd təsərrüfatı bitkilərinin məhsuldarlığı xeyli artır və s.
Yeraltı suvarmanın çatışmayan cəhətləri yerüstü torpaq qatının zəif nəmlənməsi; torpağın aşağı qatlarına su itkisinə yol verilməsi; şorlaşmış torpaqlarda az tətbiq edilə bilməsi; nəmləşdirici boruların işinə nəzarət edilməsi; boruların lillənməsi, çökməsi və sıradan çıxması; konstruksiya cəhətdən hələ yaxşı öyrənilməsi və yüksək tikinti xərci tələb etməsi və s. aiddir. Məhz buna görə də yeraltı suvarma üsulu hələlik istehsalatda geniş tətbiq olunmur.
Yeraltı suvarma üsulu alim və mütəxəssislərin fikrini XIX əsrin ortalarından sonra cəlb etməyə başlanmışdır. İlk tədqiqat işləri Qarni-Sabatani, Sernaqiotto, Peterson və başqa xarici mütəxəssisləri tərəfindən aparılmışdır. Keçmiş sovet dövlətində ilk yeraltı suvarma sisteminin düzəldilməsi ideyası 1923-cü ildə V.Q.Kornev tərəfindən irəli sürülmüşdür. Bu sistem saxsı borulardan düzəldilməklə vakuum rejimində torpağın sorma qabiliyyəti hesabına işləməsi nəzərdə tutulmuşdur. Sonralar müxtəlif iqlim torpaq zonalarında yeraltı suvarmaya dair təcrübə-layihə işləri genişlənmiş və bir sıra suvarma sistemləri yaradılmışdır.
Son zamanlar Ukrayna, Azərbaycan ETHM İnstitutlarında Elmi-Tədqiqat və Mexanizasiya və Suvarma Texnikası İnstitutunda, Orta Asiya Elmi-tədqiqat İrriqasiya İnstitutunda və digər tədqiqat və layihə idarələrində yeraltı suvarmaların əsaslı öyrənilməsi və təkmilləşdirilməsi sahəsində xeyli iş görülmüşdür. Sovet alimi və mütəxəssislərindən V.Q.Kornev, V.N.Bovçenko, V.R.Preobrajenskaya, A.A.Baquşevski, M.V.Nikolayev, Q.N.Fişşenko və b. Bu sahədə geniş tədqiqat aparılmış, yeni sistem və konstruksiyalar təklif etmişlər. Bütün bunlar yeraltı suvarmanın iqtisadi səmərəliliyini bir daha artırır və onun istehsalat miqyasında geniş tətbiqinə imkan yaradır.  
 
Yeraltı suvarma sistemləri
Bitki kökləri inkişaf edən torpaq qatının nəmləşdirilmə üsulundan asılı olaraq yeraltı suvarmanı əsas üç sistemə bölmək olar: nəmləşdirici borulara fasilə ilə alçaq basqıda su verməklə, suvarma; basqısız rejimdə nəmləşdirici borulara fasiləsiz su verməklə suvarma; nəmləşdirici borularda vakuum yaratmaqla suvarma. Qrunt suları yer səthinə yaxın olan halı da nəzərə almaqla qeyd edilən üsullarla müvafiq nəmləşdirici borular ətrafında nəmliyin paylanması sxemləri 1-ci şəkildə göstərilmişdir.
 
 
Şəkil 1. Nəmləşdirici borulardan rütubətin paylanması sxemləri (YİETHMİ-nin təklifi ilə).
 
Basqılı nəmləşdirici borulara suvarma suyu açıq və qapalı suvarma şəbəkəsindən basqılı şəkildə fasiləsiz verilir. Nəmləşdirici borular saxsı və polietilən borulardan düzəldilə bilər. Burada suvarma suyu ağız-ağıza qoyulan saxsı boruların birləşmə yerlərindən, polietilen borular üzərində düzəldilən deşiklərdən torpağa qravitasiya hərəkəti ilə daxil olur. Saxsı boruların diametri 5-7,5 sm qədər qəbul edilir. Polietilen boruların diametri isə teleskopik dəyişən olmaqla 6-10 mm qədər olur. Gillicə torpaqlarda boru üzərində açılan deşiklərin diametrlərinin 1-1,5 mm, ara məsafələrinin isə 5-10 sm qəbul edilməsi məsləhət görülür.
Yeraltı suvarma texnikası elementlərinə nəmləndirici boruların basdırılma dərinliyi və uzunluğu, borularda yaradılan basqı, onlara verilən su sərfi, borular arasında olan məsafə, nəmləşdirici boruların basdırma dərinliyi 40-50 sm, ara məsafələri 1-2 m, əlverişli uzunluqları isə 100-300 m qədər götürülür.
Üzümlüklərin və meyvə bağlarının suvarılmasında nəmləşdirici borulararası məsafəni 2-2,5 m-ə qədər artırmaq olar. Bundan başqa, sukeçirməyən lay əkin qatına yaxın olan hallarda da bu məsafəni müəyyən qədər artırmaq olar.
Nəmləşdirici borular basdırılan xəndəyin dibdən eni 0,15-0,2 m-ə qədər qəbul edilir. Borular xəndəyə qoyulduqdan sonra onların lillənməsinin qarşısını almaq və suvarma suyunun ordan çıxandan sonra aktiv torpaq qatına daxil olmasını sürətləndirmək tələb olunur. Bunun üçün borunun üstünə 0,15-0,2 m qalınlığında qum-çınqıl qarışığı tökülməsi məqsədə uyğundur.
Nəmləşdirici borularda yaradılan basqı 0,1-0,5 m qədər olmalıdır. Bu basqı suvarma suyunun borunun birləşmə yerlərindən və deşiklərindən çıxmasını təmin edir.
Nəmləşdirici borulara suvarma suyu ara məsafələri 100-300 m olan paylayıcı borulardan verilir. Bəzən nəmləşdirici borular qarşı-qarşıya, iki istiqamətdə layihələndirilir. Belə olduqda paylayıcı borulararası məsafə 200-400 m ola bilər. Paylayıcı borular yerin mailliyi istiqamətində, nəmləşdirici borular isə horizontallara paralel və ya kiçik bucaq altında yerləşdirilir. Nəmləşdirici boruların sonu sutullayan yumaborusuna birləşdirilir. Nəmləşdirici boruları təmizlədikdə artıq sular sutullayan borulara axıdılır. Paylayıcı borulara zibil və lil daxil olmasının qarşısını almaq üçün suqəbuledən quyuda onların ağız hissəsinə deşikli tor qoyulur. Paylayıcı quyuya isə su, nizamlayıcı-suburaxan vasitəsilə paylayıcı borunun başlanğıcında tələb olunan basqını yaratmaq şərtilə verilir. Yeraltı suvarma üsulunda suvarma şəbəkəsinin yerləşmə sxemi 2-ci şəkildə verilir.
Şəkil 2. Yeraltı suvarma şəbəkəsinin yerləşmə sxemi
Yeraltı suvarma üzrə suvarma texnikası elementlərini müvafiq düsturlarla da hesablamaq mümkündür.
Nəmləşdirici boruların uzunluğunu M.S.Qriqorobun təklif etdiyi düsturla hesablamaq olar:
                   (1)
burada l – nəmləşdirici borunun uzunluğu, m; q – nəmləşdirici boruya verilən su sərfi, l/san; v – suyun torpağa hopma sürəti, m/san; – nəmləşdirici borunun islanmış perimetridir, m.
Nəmləşdirici borunun vahid uzunluğuna (1m) verilən su sərfi isə belə hesablana bilər:
          (2)
Burada qb – borunun bir m uzunluğuna verilən su sərfi l/san, h – nəmləşdirici boruda yaradılan basqı, m; a – torpağın su–fiziki xüsusiyyətindən və boru üzərindəki deşiklərin sayından asılı olan kəmiyyətdir.
Nəmləşdirici borulara buraxılan su sərfi, adətən, çox az olur. Borunun hər 100 m uzunluğuna 0,02-0,33 l/san su sərfi verilməsi məsləhətdir. Böyük su sərfi suvarmanın başlanğıcında (3-4 saat ərzində), kiçik sərflər isə onun sonuna yaxın verilməlidir. Digər tərəfdən nəmləşdirici borulara verilən su sərfi torpağın mexaniki tərkibi və onun suhopdurma qabiliyyəti ilə də əlaqələndirilir.
Yeraltı suvarmada nəmləşdiricilərin işləmə müddəti (suvarma müddəti) aşağıdakı düsturla hesablana bilər:
                (3)
burada t – suvarma müddəti, saat; m – dövrü suvarma norması m3/ha; ω – suvarılacaq sahə, ha; q – nəmləşdirici boruya verilən su sərfi, l/san; n – nəmləşdiricilərin sayıdır.
Basqısız nəmləşdirici borularla yeraltı suvarma aparılan zaman suvarma suyu saxsı və s. boruların məsamələrindən kapillyar-qravitasiya axımı ilə torpağa daxil olaraq onu nəmləndirir. Boruların birləşmə yerləri bəzən açıq olur, bəzən də mufta ilə bağlanır. Yaxşı susızdırma qabiliyyətinə malik olan torpaqların suvarılmasında əkinaltı torpaq qatında qoyulmuş novçalardan da istifadə etmək olar. Nəmləşdirici borular novçanın üst və yanlarından kapillyar-qravitasiya hərəkəti ilə ona daxil olan suyun hesabına nəmlənir.
Nəmləşdirici borularda vakuum yaratmaqla yeraltı suvarmanı 1923-cü ildə V.Q.Kornev təklif etmişdir. Bu sistemlə suvarmada əsas şərt nəmləşdirici borularda vakuum yaratmaq və onun hesabına borulardan torpağa daxil olan suyun miqdarını tənzimləməkdən ibarətdir. Nəmləşdirici borularda vakuum yaratmaq üçün onların sonunda qoyulan və sutullayan boru ilə birləşdirilən sorucu sifonlardan istifadə edilir. Sifona hava sorulan zaman borudakı su onun divarlarına tərəf hərəkət etməklə məsamələrdən torpağa daxil olur.
Krotovinlərlə yeraltı suvarma da nəmləşdirici borularla suvarmanı xatırladır. Krotovinlərin dərinliyi 0,35-0,6 m, ara məsafəsi 0,5-1,5 m, uzunluqları isə 50-200 m-ə qədər olur. Yuxarıda qeyd olunduğu kimi, krotovinlər mərmili kotanlarla düzəldilir və onların diametri 5-15 sm (əsasən 10 sm) olur. Açıq kanallardan krotovinlərə daxil olan su onun divarlarından torpağa sızır və onu nəmləşdirir. Krotovinlər əlaqəli gil və ağır gillicə torpaqlarda düzəldilir. Onların istifadə müddəti qısa olub (1-3 il) tez sıradan çıxır. Krotovinlərin istismar müddətini artırmaq üçün onların divarlarının bərkidilməsi tələb olunur. Bu barədə müxtəlif təkliflər verilməsinə baxmayaraq onların heç biri hələlik effektli olmadığından istehsalat şəraitində tətbiq edilmir.
Azərbaycanda yeraltı suvarma üsulunun tətbiqi
Azərbaycanda yeraltı suvarmaya dair ilk dəfə təcrübə sahəsi 1932-ci ildə Zaqafqaziya Elmi-Tədqiqat Pambıqçılıq İnstitutu tərəfindən keçmiş Kirovabad indiki Gəncə şəhəri yaxınlığında təşkil edilmişdir. Burada tətbiq edilən konstruksiyalar nisbətən mürəkkəb və effektli olmadığına görə tikinti xərcləri çox olmuşdur. Bu və ya digər səbəblərdən həmin sistem istehsalat şəraitində tətbiq oluna bilməmişdir.
1974-cü ildən başlayaraq Az. ETHMİ tərəfindən respublikamızın bir sırar səciyyəvi suvarılan iqlim-torpaq zonalarında yeraltı suvarmanın sınaqdan keçirilməsi təşəbbüsü irəli sürülmüşdür. Təcrübə-tədqiqat işlərinin Şimali Muğanın boz-çəmən torpaqlarında, Cənubi Muğanın ağır mexaniki tərkibli boz torpaqlarında, Abşeron yarımadasında və s. aparılması nəzərdə tutulmuşdur.
Qeyd edilən zonalarda ilk təcrübə sahəsi 1975-ci ildə Muğan Təcrübə Stansiyasının ərazisində 2 ha əkin sahəsində layihələndirilib tikilmişdir. Nəmləşdiricilər diametri 32 mm olan polietilen borularından layihələndirilmiş və onların ara məsafəsi 1,2-1,5 m qəbul edilmişdir. Nəmləşdirici borulara duru suvarma suyu açıq kanaldan – suqəbuledən qapalı paylayıcı boru şəbəkəsindən verilmişdir. sistem müvafiq tənzimləyici qurğu və avadanlıqlarla təchiz edilmişdir.
Təcrübə sahəsində pambıq bitkisi əkilmiş və 700-800 m3/ha dövrü suvarma norması ilə 2 dəfə suvarılmışdır. Yeraltı suvarmada alınan tədqiqat nəticələri yerüstü şırım suvarma texnikası ilə müqayisə edilmiş və onun səmərəli olması müəyyən edilmişdir. Yeraltı suvarma aparılan torpaqlarda su-hava rejimi xeyli yaxşılaşmış, bitkinin boy artımı yüksək olmuş, bu isə öz növbəsində məhsuldarlığın artmasına (3-4 sent/ha) müsbət təsir göstərilmişdir. Şırım suvarma texnikası tətbiq edilən sahədə də 2 dəfə 1100 və 1300 m3/ha dövrü suvarma normaları ilə suvarma aparılmışdır. Beləliklə, yeraltı suvarmada şırım suvarmasına nisbətən 30 %-ə qədər suvarma suyuna qənaət edilmişdir.

шаблоны для dle 11.2