» » Sahibkarlıq fəaliyyətinin məzmunu və əhəmiyyəti-Müəllim- Rasim Nurullayev-2020

Sahibkarlıq fəaliyyətinin məzmunu və əhəmiyyəti-Müəllim- - 14-sen, 2020, 11:29

#


Mövzu 1. Sahibkarlıq fəaliyyətinin məzmunu və əhəmiyyəti

Plan
  1. Sahibkarlıq fəaliyyətinin məzmunu.
  2. Sahibkarlıq haqqında nəzərəriyyələrin yaranması və inkişaf tarixi.
  3. Sahibkarlıq fəaliyyətinin mahiyyəti və məqsədi.
  4. Sahibkarlıq fəaliyyətinin subyektləri.
  5. Sahibkarın və alıcıların qərarlarına təsir göstərən amillər.
1.Sahibkarlıq fəaliyyətinin məzmunu.
Sahibkarlıq haqqında təlimlər iqtisad elminin klassiklərindən başlayaraq müasir dövrün bir çox tanınmış iqtisadçı alimlərinin tədqiqatlarında xüsusi yer tutmaqdadır. Belə bir böyük müddət ərzində bu mövzunun öz aktuallığını itirməməsi sahibkarlığın iqtisadi inkişafda əhəmiyyətli rolunun əyani sübutudur.
Sahibkarlıq fəaliyyəti iqtisadi fəallığın digər növlərindən özünəməxsus iqtisadi, hüquqi, sosial və psixoloji kökləri ilə fərqlənir. Sahibkarlıq haqqında nəzəriyyələrdəki ziddiyyətləri və fikir ayrılıqlarını məhz onların bu fəaliyyətə müxtəlif mövqelərdən yanaşması və sahibkarlığın nəzəri-praktiki əsaslarının çoxcəhətli, mürəkkəb və dinamik xarakter daşıması ilə izah etmək olar.
XVIII–XIX əsrlərdə yaşamış iqtisadçı alimlərin əsərlərində sahibkarlılğın iqtisadi, təşkilati və psixoloji cəhətləri daha geniş tədqiq edilmişdir. Şotland mənşəli fransız iqtisadçısı Riçard Kantilyon (1725-ci il) sahibkarı riskli şəraitdə fəaliyyət göstərən təsərrüfat subyekti hesab edərək onu itkilərə hazır olan, uzaqgörən, risk etməyi bacaran və gələcəyə istiqamətlənən fərd kimi qəbul edirdi. O, riski iqtisadi fəaliyyətin başlanğıcında nəticələrin qeyri-müəyyənliyi ilə xarakterizə etmiş və onu sahibkarın əsas funksiyası adlandırmışdır.
İqtisad elminin dahi klassikləri Adam Smit (1723 – 1790) və David Rikardo (1772 – 1823) bazar iqtisadiyyatının işləmə mexanizmini geniş tədqiq edərək onu öz-özünü tənzimləyən sistem kimi göstərmişlər. Adam Smit “Xalqların sərvətlərinin təbiəti və yaranma səbəblərinin tədqiqi” (ilk dəfə 1776-cı ildə nəşr olunmuşdur) əsərində sahibkarı mənfəət əldə etmək üçün iqtisadi risklə bağlı olan hər hansı ideyanı həyata keçırən kapital sahibi kimi təqdim etmişdir. Sahibkarı kapitalist kimi qəbul edən A.Smit onun fəaliyyətinin cəmiyyət üçün faydalılığını bazar iqtisadiyyatının iki əsas elementi ilə - iqtisadi fəaliyyətdə seçmə azaldığı və rəqabətlə şərtləndirildi.
Sahibkarlıq haqqında nəzərəliyyələrin inkişafında fransız iqtisadçısı Jan Batist Sey (1767 – 1832) böyük rol oynamışdır. O, Adam Smitin ideyalarını daha dərindən tədqiq edərək xalqın sərvət mənbəyi olan üç istehsal amili nəzəriyyəsini işləyib hazırlamışdır. Sey göstərirdi ki, üç istehsal amili – insan, kapital və torpaq – bazara məhsuldar xidmətlər şəklində çıxarılır və əmək haqqı, faiz stavkası və renta vasitəsi ilə mübadilə edilir. Sənayeçi sahibkarlar bu məhsuldar xidmətlərin tələbatçıları rolunda çıxış edirlər və onları konkret tələbatı ödəyən və mənfəət gətirən məhsulların istehsalına yönəldərək daha yüksək dəyəri (xalqın sərvətini) yaratmış olurlar. Sey sahibkarı sərvətin yaradılması və bölüşdürülməsinin mərkəzi fiquru hesab edirdi və bu prosesdə onların mövqeyinin muzdlu işçi, fəhlə və ya əkinçiyə nisbətən daha üstün olduğunu vurğulayırdı. Sey sahibkarda ağıllılıq, fəallıq, məlumatlılıq və nizam-intizamlılıq kimi xüsusiyyətlərin olmasını mühüm sayırdı. J.B.Seyin sahibkarın istehsal amillərini daha məhsuldar sahələrə istiqamətləndirən subyekt olması ideyası əsrimizin dahi iqtisadçılarından plan Yozef Şumpeterin və P.Drukerin əsərlərində daha geniş tədqiq edilmiş və zənginləşdirilmişdir.
Avstriya mənşəli Amerika iqtisadçısı Yozef Şumpeter (1883 – 1950) “İqtisadi inkişaf nəzəriyyəsi” (ilk dəfə 1911-ci ildə nəşr olunmuşdur) adlı fundamental əsərində sahibkarı iqtisadi inkişafın katalizatoru – təşəbbüskarı rolunda təqdim etmişdir. Bu əsərdə Y.Şumpeter təsərrüfat fəaliyyətinin iki əsas cəhətini ayırmışdır: gündəlik dövriyyə və inkişaf. Təsərrüfat həyatının gündəlik dövriyyə cəhəti istehsalın daimi təkrarı və yenidən başlanması ilə bağlıdır. Bu dövriyyədə iştirak edən müəssisələr keçmiş təcrübəyə əsaslanaraq düzgün davranış qaydalarını tapırlar. Belə vəziyyətin daha aydın və nəticələrin proqnozlaşdırılması daha asan olduğu üçün qərarların qəbulu da asanlaşır. Adam Smitin “gözəgörünməz əl” prinsipi müəssisələrin məhz gündəlik dövriyyədəki davranışlarını izah edir. Öz maraqlarını güdərək müəssisələr bazarda vəziyyətin dəyişməsinə maksimum səmərə ilə reaksiya verməklə özləri də bilmədən iqtisadi sistemi optimal vəziyyətə gətirmiş olurlar. Y.Şumpeter belə optimal vəziyyəti statik optimum kimi qəbul edirdi. Onun fikrincə, iqtisadiyyatın fiziki genişlənməsi deyil, keyfiyyətcə dəyişməsi gündəlik dövriyyədə mümkün deyil.
Y.Şumpeter iqtisadayyatın keyfiyyətcə inkişafının aparıcı qüvvəsinə-sahibkarlara hər hansı kapitalisti və firma sahibini deyil, yalnız onlardan yenilikçi olanları aid edirdi. Sahibkar məhsuldar qüvvələri mənfəət gətirən sabit istehsaldan ayıraraq gələcək nəticəsi müəmmalı və yalnız ona aydın olan yeni bir layihənin həyata keçirilməsinə istiqamətləndirir. Özü də bu halda “gözəgörünməz əl” onu istiqamətləndirmir, əksinə ona mane olur. Belə ki, sahibkarın fəaliyyəti iqtisadiyyatı statik optimumdan kənarlaşdırır. Sahibkar istehsal amillərini ənənəvi istehsaldan ayıraraq yeni qaydada istehsala cəlb edir. Y.Şumpeter bu fəaliyyəti istehsal amillərinin yeni kombinasiyası adlandıraraq onların beş mümkün növünü göstərmişdir:
– yeni əmtəənin və ya xidmətin yaradılması,
– yeni istehsal metodunun yaradılması,
– yeni satış bazarının tapılması,
– yeni xammal mənbəyinin və ya növünün istifadə edilməsi,
– fəaliyyətinin yeni təşkil prinsiplərinin tətbiqi.
Bundan sonra sahibkarın fəaliyyəti bazarın sınaqları ilə üzləşir. Sahibkarın yeniliyi bazar tərəfindən qəbul edildiyi andan onun fəaliyyəti yenidən bazar qüvvələrinə – “gözəgörünməz ələ ” tabe olur. Yeniliyin müvəffəqiyyəti tələbatın həcmindən, qiymət səviyyəsindən, məsrəflərdən və başqa amillərdən asılı olur, yəni bazar qüvvələrinin təsiri ilə müəyyənləşir.
Göstərilən fikirlərin praktikada necə həyata keçməsini görmək üçün “Soni” firmasının tarixindən belə bir hadisəni göstərmək olar.Yaponiyanın məşhur “Soni”korporasiyasının banilərindən biri olan Akio Morita öz xatirələrində söyləyirdi. Radioqəbuledicilər bazarında əsasən böyük stasionar radiolar tələbata malik idilər və bu sahədə bir neçə güclü rəqib mübarizə aparırdı.Kiçik həcmli radioqəbuledicilər isə bazarda demək olar ki,yox idi.Tələbatın olmamasına və əvvəlki istehsalın mənfəətliliyinə baxmayaraq o, kiçik həcmli radioların istehsalına keçmək qərarının qəbul edilməsinə çətinliklə də olsa nail olur.Nəticədə “Soni “ firması dünyanın həmin kiçik həcmli tranzistrlu radioların istehsalı ilə məşğul olan ən böyük korporasiyalarından birinə çevrildi.
Sahibkarlıq fəaliyyətinin psixoloji cəhətlərini tədqiq edərkən klassiklər sahibkarın əsas motivini mənfəət əldə etmək üçün məhsul istehsal etməkdə görürdülərsə,Yozef Şumpeter sahibkarı belə təhlükəli fəaliyyətə sövq edən motivlərini daha geniş çərçivədə təsəvvür edərək onları üç qrupa bölürdü:
1) hakimiyyətə, ətrafdakılar arasında nüfuza ehtiyac,
2) qələbə əzmi, özü-özü ilə və rəqiblərlə mübarizədə uğura ehtiyac,
3) sərbəst yaradıcılıqdan duyulan sevincə ehtiyac.
Y.Şumpeter hesab edirdi ki, sahibkarlığın inkişafı üçün iki əsas amil vacibdir:
– təşkilati və təsərrüfat yenilikçiliyi,
– iqtisadi müstəqillik.
P.Druker, J.B.Seyin və Y.Şumpeterin ideyalarını daha da genişləndirmiş-dir. O, sahibkara belə tərif vermişdir: “Sahibkar yeni bazar, yeni alıcılar qrupunu formalaşdıran kiçik biznesin sahibidir”. Druker sahibkarlığı yalnız kiçik bizneslə bağlamayaraq onun prinsiplərinin iri müəssisələrdə da tətbiq mexanizmlərini göstərmişdir.
Druker sahibkarlıq fəaliyyətini nə elmi, nə də yaradıcılıq sahəsi hesab etməsə də, elmi bilikləri sahibkarın məqsədinə çatmasının ən vacib vasitəsi kimi qəbul edirdi. Bir çox tədqiqatçılar sahibkarlığa sirli proses, istedad və ya ilham kimi baxdıqları halda Druker sahibkarlığa öyrətməyin tərəfdarı kimi çıxış edirdi.
Şumpeter ideyalarının ardıcıllarından olan L.Mizes və F.Xayekin fikrincə, sahibkarın əsas funksiyası hər hansı tələbatın ödənilməsinin daha ucuz və səmərəli üsullarını üzə çıxararaq onlardan ən yaxşısını seçmək və həyata keçirməkdir.
Müasir Amerika iqtisadçısı Robert Xizriç sahibkarlıq fəaliyyətini dəyərə malik olan yeniliyin yaranması prosesi, sahibkarı isə pul qazanmaq və uğurdan razılıq duymaq üçün bu işə bütün vaxtını və enerjisini sərf edən, bütün maliyyə, psixoloji və sosial məsuliyyəti öz üzərinə götürən insan adlandırmışdır.
Sahibkarlıq haqqında nəzərəliyyələrin təkmilləşdirilməsində K.Vesper, Q.Pinşot, M.Piçers, A.Xoskinq və başqa görkəmli alimlərin də böyük rolu olmuşdur.
Sahibkarlıq şəxsi gəlir və ya mənfəət əldə etmək məqsədi ilə öz riski və əmlak məsuliyyəti ilə həyata keçirilən təşəbbüskar fəaliyyət olsa da, yalnız şəxsi məsələ deyil, demək olar ki, daha çox ictimai məsələdir. Sahibkarlıq fəaliyyəti üç mühüm iqtisadi azadlıqla – sahibkar azadlığı, bazar azadlığı, qarşılıqlı təsərrüfat əlaqələri azadlığı ilə birbaşa bağlıdır. Bu azadlıqlar (müstəqillik) sahibkarlara iqtisadi resurslara malik olmaq və bu əsasda müəyyən məhsul istehsalını və xidmət göstərilməsini təşkil etmək, kommersiya fəaliyyəti göstərmək, öz məhsulunu və xidmətini reallaşdırmaq üçün bazar seçmək, tərəfdaşlar tapmaq və müqavilələr bağlamaq, azad rəqabətə girmək imkanı verir. Deməli, sahibkarlar cəmiyyətdən təcrid olunmuş şəkildə deyil, onun bütün tərəfləri ilə qarşılıqlı əlaqədə və təsirdə fəaliyyət göstərirlər.
Klassik sahibkarlıq modelində sahibkarlığın birtipli sxemində bütün sahibkarlıq formalarının ümumi xüsusiyyətlərinə baxılır.
Sxem 1.
Sahibkarlıq fəaliyyətinin birtipli sxemi





Mülkiyyətçilər
Sahibkarlıq fəaliyyətinin amilləri və vasitələri
SahibkarƏmtəənin istehlakçıları
Sahibkarlıq fəaliyyətinin son məhsulları
Sahibkar (T) müxtəlif növdə əmtəə (xidmət) ilə istehlakçıların tələbatını təmin etmək və onun əvəzində, yəni onu satmaq sayəsində müəyyən pul hasil etmək üşün fəaliyyət göstərir. Sahibkar son məhsul kimi, öz fəaliyyətində əmlak qiymətlərini, elmi-texniki məhsulunu, istehlak əmtəələrini, informasiyanı, intellektual məhsulları, pulu, valyutanı, qiymətli kağızları, məişət, inşaat, nəqliyyat və istehlakçı üçün lazım olan istənilən başqa işləri, xidmətləri və məhsulları realizə edir. Sahibkar məhsulu (əmtəəni, xidməti) realizə etmək üçün onlara malik olmalıdır. Odur ki, məhsulu (xidməti) alır və ya onu istehsal edir, onun hərəkətini təmin edərək alıcılara satır. Təbiidir ki, məhsulun alınma və istehlakçılara ötürülməsi prosesini həyata keçirmək üçün sahibkarın vəzifəsi sahibkarlıq fəaliyyətinin (F) amillərini – əmtəəni və dövriyyə vəsaitlərini (işçi qüvvəsini, informasiyanı, istehsal üçün maddi və malliyə resurslarını, məhsulun daşınmasını və satişini) hərəkətə gətirməkdir.
Xüsusi sahibkarlıq sahibkarın (muzdlu işçilərin cəlb olunmadığı halda) və ya müəssisənin (dövlət qeydiyyatına keçən və xüsusi və ya kollektiv mülkiyyətə əsaslanan) adından həyata keçirilən iqtisadi fəallığın formasıdır.
Mənfəətin əldə olunmasına istiqamətlənən və təşəbbüskarlığın bir forması olan sahibkarlıq fəaliyyəti aşağıdakıları tələb edir:
Sxem 2.
Sahibkar və istehlakçının maraqlarının uzlaşmasının iki üsulu
Sahibkarın istehlakçılarla bağlı marağı
Sahibkar
İstehlakçı
İstehlakçının üzə çıxarılmış marağı
İstehlakçının marağının üzə çıxarılması sahibkar tərəfindən alıcıların ödənilməmiş (tam və ya qismən) tələbatlarının öyrənilməsinin nəticəsidir. Sahibkarın istehlakçı ilə bağlı marağı alıcının dərk etmədiyi marağının və ya tələbatlarının üzə çıxarılması üzrə sahibkar fəaliyyətinin nəticəsidir. Bu maraq hər hansı yeni məhsulun istehsalı və ya ənənəvi məhsulun yeni istifadə sahəsinin üzə çıxarılması ilə bağlı ola bilər.
“Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının qanununda (15 dekabr 1992-ci il) göstərilir: sahibkarlıq fəaliyyəti (sahibkarlıq) fiziki şəxslərin, onların birliklərinin, habelə hüquqi şəxslərin mənfəət və ya şəxsi gəlir əldə edilməsi məqsədilə özlərinin cavabdehliyi və əmlak məsuliyyəti ilə, yaxud digər hüquqi və ya fiziki şəxslərin adından qanunvericilikdə qadağan edilməyən təsərrüfat fəaliyyətinin bütün növləri, o cümlədən, məhsul istehsalı, satışı və xidmətlər göstərməsi formasında həyata keçirdikləri müstəqil təşəbbüskarlıq fəaliyyətidir.
“Sahibkarlıq fəaliyyəti” məfhumu məzmununa görə “biznes fəaliyyəti” məfhumunun sinonimidir. Lakin biznes fəaliyyəti məfhumu daha genişdir və insan fəaliyyətinin müxtəlif sahələrini əhatə edir.
Biznes dedikdə, gəlir əldə etmək məqsədilə ayrı-ayrı şəxslərin, müəssisə və təşkilatların məhsul istehsal etmək, hasil etmək, alqı-satqı, xidmətlər göstərmək və s. üzrə qanunla icazə verilmiş ixtiyari fəaliyyət növü başa düşülür. Biznesin mahiyyətini açmaq üçün əvvəlcə ayrı-ayrı şəxslər və təşkilatlar tərəfindən həyata keçirilən fəaliyyəti araşdıraq.
Əgər hər hansı fərd, şəxs məhsul yetişdirir, məhsul istehsal edir və ya əmtəə alıb, şəxsi istehlakı və ya ehtiyacı üçün istifadə edirsə, o biznes adamı (biznesmen) deyil, sadəcə olaraq istehlakçıdır. Hətta əgər hər hansı bir şəxs öz xüsusi mülkiyyətini, məsələn, istifadə etdiyi maşını satırsa, bu da biznes deyil. Əgər hər hansı bir şəxs özünün istehlakı üçün lazım olandan çox məhsul istehsal edir (məhsul əldə edir), əmtəə alır və artıq hissəni digər əmtəə və xidmətlərə və ya pula dəyişdirirsə, satırsa, demək o, biznesmendir, başqa sözlə, bizneslə məşğul olur.
Əgər iki və daha çox şəxs ümumi məqsəd üçün birgə fəaliyyət göstərirsə, onlar birlikdə təşkilat (müəssisə) adlanırlar. Əgər onların məqsədi gəlir əldə etmək üçün məhsul istehsal etmək, xidmət göstərməkdirsə, onda onlar kommersiya təşkilatı (biznes – təşkilar) adlanırlar.
Hasil etmək. Bu fəaliyyət növü yerin təkindən, dənizdən xammal hasil etməyə aiddir. Daha doğrusu, hasilat sənayesinin məşğul olduğu sahədir və istehlak üçün hazır olan məhsulların emalında ilkin prosesdir. Kənd təsərrüfatı, balıqçılıq və meşə sənayesi, faydalı qazıntıların, o cümlədən neftin hasil edilməsi ilkin istehsalın-hasilat sənayesinin elementləridir. Hasilat sənayesi də biznesin obyektinə daxildir.
Emal etmək. Xammal növlərinin əksəriyyəti istehlaka qədər emal prosesindən keçirlər. Emal dedikdə, xammalın həndəsi formasının və ya fiziki-kimyəvi tərkibinin dəyişdirilməsi başa düşülür. Emalla emaledici sənaye sahələri məşğul olur. Təbiətdə çoxlu adda və miqdarda resurslar mövcuddur ki, hələlik bəşəriyyət onun yalnız cüzi bir hissəsindən istifadə edir. Cəmiyyətin maddi rifah halı emaledici sənaye sahələrinin inkişaf səviyyəsindən əsaslı surətdə asılıdır. Emaledici sənaye sahələrinin fəaliyyəti, demək olar ki, tamamilə biznesə aiddir.
Alqı və satqı. Müəyyən hallarda biznes, digər təşkilatlar və müəssisələr tərəfindən istehsal olunmuş və istehlak üçün tam hazır olan məhsulları almaq və sonradan satmaq şəklində həyata keçirilir. Alqı və satqı iqtisadi fəaliyyətin üçüncü sahəsinə aiddir. İqtisadi fəaliyyətin ilkin sahəsi hasilat, ikinci sahəsi isə emaledici sənaye sahəsidir. Hər üç fəaliyyət sahəsi son məhsulun istehlakçıya çatdıırlmasının müxtəlif mərhələlərini təklif edir və əmtəənin cəmiyyət üçün yararlılığını əks etdirən qiymətin formalaşdırılmasında iştirak edir.
Alqı və satqı üzrə biznesi “bölüşdürmə sənayesi” adlandırırlar və xidmət sferasına daxil edirlər.
Məhsul və ya xidmətlər. Məhsullar, fiziki, maddi əşyalar olduğu halda xidmət əşya kimi tam dərk edilən və görünən deyil. Bazar iqtisadiyyatı şəraitində xidmətlərə aiddir:
a) bank işi,
  1. sığorta,
v) nəqliyyat,
q) turizm,
d) ictimai iaşə,
e) əyləncə sferası,
j) ideya və məsləhətlər satışı,
z) marketinq tədqiqatlarının aparılması,
i) reklam və s.
Bunlardan başqa xidmətlər əmtəə satışında da (məsələn, daşınma, qablaşdırma, quraşdırma, satışdan sonra istismar və təmir üzrə xidmət) göstərilə bilər.
Mübadilə. Biznesdə əsas anlayışlardan biridir. Sahibkarlıq fəaliyyətinin bütün növləri mübadilə vasitəsi ilə reallaşır, başqa sözlə biznes üzrə ixtiyari fəaliyyətdə mübadilə baş verir. Belə ki, istehsalçı əmtəəni satıcıya verdikdə (satdıqda) əmtəə ilə əmtəənin qiymətinə uyğun olaraq, əmtəələrin dəyərinə müvafiq pul miqdarı mübadilə edilir. Fəhlə öz iş qüvvəsini müəyyən pula mübadilə edir. Mübadilə edilənlər öz sahibini, mülkiyyətçisini dəyişir və mübadilədə iştirak edən şəxslərin müəyyən ehtiyacı ödənilir.
Digər əmtəələr, xidmət və pulların mübadilə prosesinin ən geniş yayılmış və ümumi forması əmtəə və xidmətlərin pula dəyişdirilməsi mübadiləsidir. Əgər əmtəə və xidmətlərin əvəzinə başqa əmtəə və xidmətlər ödənirsə, bu cür mübadiləyə barter mübadiləsi deyilir. Bəzi hallarda işçilər öz iş qüvvəsinin dəyəri müqabilində pul deyil, bu və ya digər əmtəə alırlar.
Qarşılıqlı mənfəət. Bazar iqtisadiyyatı şəraitində heç kəs heç kəsi hər hansı bir əmtəəni almağa və ya satmağa məcbur edə bilməz. Alıcılar çox sayda geniş çeşiddə əmtəə və xidmət seçmək imkanına, satıcılar isə öz əmtəələrini harada, nə vaxt, hansı qiymətə satmaq imkanına – hüququna malikdirlər.
Alıcı ilə satıcı arasında həmişə alqı-satqı prosesi zamanı müəyyən proses – danışıq prosesi baş verir. Əgər danışıq prosesində həm satıcı və həm də alıcı razı qalırsa, onda sövdələşmə baş verir və əmtəələr öz sahiblərini dəyişirlər.
Firmanın sahibləri işçi qüvvəsini seçməkdə azaddırlar. İşçi qüvvəsi – fəhlə işə götürülərkən, ən əvvəl iş şəraiti və işçi qüvvəsinin dəyəri üzrə müqavilə bağlanılır və bu müqavilə hüquqi əhəmiyyət kəsb edir. Beləliklə də, iş verənlə işçi qüvvəsi arasında qarşılıqlı mənfəət əsasında qarşılıqlı razılıq – mübadilə prosesi baş verir.
Hər hansı fiziki şəxs – investor ixtiyari açıq səhmdar tipli müəssisənin səhmini sərbəst surətdə ala və bundan müəyyən gəlir – dividend gözləyə bilər. Əgər həmin səhmi buraxan müəssisənin fəaliyyəti qənaətbəxş deyilsə, onda həmin investor daha çox dividend verən və yaxşı işləyən müəssisənin səhmini almaqla azaddır. Aldığı səhmi müəyyən şərtlər və qanun çərçivəsində başqasına satmaqda da azaddır. Beləliklə, firmanın səhmi ilə investorun (fiziki şəxsin) pulu mübadilə edilir. Deyilənləri ümumiləşdirərək biznes (sahibkarlıq) fəaliyyətinin məzmununu əks etdirən aşağıdakı xüsusiyyətləri qeyd edə bilərik:
1) alıcı və satıcı sərbəst qərar qəbul edir,
2) alıcı və satıcı arasında mübadilə prosesi baş verir,
3) alıcı ilə satıcı arasında mübadilə (sövdələşmənin nəticəsi) qarşılıqlı razılıq və qarşılıqlı faydaya əsaslanır.
Bu xüsusiyyətlər sahibkarlıq fəaliyyətinin inkişafının daxili təbii hərəkətverici qüvvəsini təşkil edir. Qeyd edək ki, sahibkarlıq fəaliyyəti üzrə qarşılıqlı fayda olmadıqda biznes nəinki inkişaf edir, əksinə, müflisləşir.
Əgər firma əmtəə və xidmətlərin qiymətini artırarsa və ya keyfiyyətsiz məhsul istehsal edərsə, onda o, alıcı tapmayacaq və kapitalın hərəkəti dayanacaq. Bu halda firma təkrar istehsal prosesini həyata keçirmək üçün dövriyyə vəsaitinə malik olmayacaq, investorların kapitalı üçün dividendləri verə bilməyəcək, işçilərin əmək haqqını vaxtında ödəyə bilməyəcəkdir. Nəticədə firma ilə qarşılıqlı əlaqədə olan digər tərəflər arasında narazılıq əmələ gələcək və firma etibardan düşəcək. Başqa sözlə, biznes fəaliyyətində əsas olan qarşılıqlı fayda və mübadilə prosesləri pozulacaq, müəssisənin rəqabət qabiliyyəliliyi azalacaq. Beləliklə, həmin biznes sahibi öz alıcılarını, investorlarını itirəcəkdir.
Sahibkarlıq fəaliyyətinin əsas subyekti sahibkardır. Dövlət, alıcılar, tərəfdaşlar və muzdlu işçilər isə sahibkarlıq fəaliyyətinin iştirakçıları kimi həmin fəaliyyətin formalaşmasında və inkişafında xüsusi rol oynayırlar. Sahibkarlıq fəaliyyətinin və biznesin obyekti kimi əmtəə qəbul edilir. Burada əmtəə dedikdə, dəyərə malik olan məhsul, xidmət və ideyalar kimi insan əməyinin nəticələri nəzərdə tutulur.
Sahibkarlıq fəaliyyətinin subyektləri bir-birilə qarşılıqlı fəaliyyətdə və asılılıqda iştirak edirlər. (Sxem 3). Eyni zamanda bu cür bölgü cəmiyyətin hər bir üzvünün iqtisadi həyatının müxtəlif sferalarında iqtisadi funksiyalarını əks etdirir.
Sxem 3.
Sahibkarlıq fəaliyyətinin subyektləri.


Dövlət






Tərəfdaş
Sahibkar
Alıcılar








Cəmiyyətdə elə bir şəxs yoxdur ki, o, biznesin istehsal etdiyi məhsulları istehlak etməsin. Demək olar ki, əhalinin əksər hissəsi biznesdə bilavasitə və ya dolayı yolla iştirak edir. Hökumət də biznesin xidmətlərindən, istehsal etdiyi məhsullardan istifadə edir. Eyni zamanda dövlət büdcəsinin gəlirinin əsas hissəsi də biznesin hesabına formalaşır.
Bundan başqa cəmiyyətin ümumi mənafeyi üçün hökumət biznesə sifarişlər verir, əlverişli şərtlərlə kredit ayırır. Burada da maksimum mənfəət əsas rol oynayır, çünki rəqabət şəraitində dövlət də özü üçün əlverişli olan qiymətlərlə xidmət və əmtəələri alır.
Nəticədə həm biznesin təşkilatçıları, həm ailə təsərrüfatları, həm də dövlət maksimum mənfəət əldə etməyə çalışırlar və deməli, ziddiyət əmələ gəlir. Lakin bu, ilk baxışdan belə görünür. Burada əsas hərəkətverici qüvvə rəqabətdir. Rəqabər biznesin təşkilatçılarını məcbur edir ki, istehsal amillərindən səmərəli istifadə etsinlər, əmək məhsuldarlığını artırsınlar, maya dəyərini aşağı salsınlar, yeni bazarlara və seqmentlərə daxil olsunlar.
Biznes öz vəzifələrini yerinə yetirmək üçün təşkilati nöqteyi-nəzərdən müəyyən funksilaları yerinə yetirməlidir. Biznesin yerinə yetirdiyi funksiyalar aşağıdakılardır:
1) maliyyə və uçot işlərinin aparılması: investorlar və kreditorlardan kapitalın əldə edilməsi, satışdan əldə edilən gəlirin yığılması, biznes daxilində və biznesdən kənar gəlir və kapitaldan istifadənin idarə edilməsi,
2) kadrların idarə edilməsi: biznesin tələbinə müvafiq olaraq, kadrların seçilməsi və işə qəbul edilməsi, işçilərdən istifadə edilməsi üzrə bütün məsələlərin həll edilməsi,
3) maddi-texniki təchizat: istehsal-təsərrüfat fəaliyyəti üçün zəruri olan xammal, material, maşın və avadanlığın və s. alınması,
4) istehsal: xammalın müəssisələrin alıcıları üçün lazım olan məhsullara çevrilməsi,
5) marketinq: istehlakçıların ehtiyaclarının öyrənilməsi və müəssisə ilə onun kontragentləri arasında mübadilə prosesinin idarə edilməsi.
4 saylı sxemdə göstərilən amillərin təsiri altında formalaşan tələb və təklifin münasibətləri həm sahibkarın, həm də alıcının sərbəstliyini məhdudlaşdırır və onların fəaliyyətində bu amillərin nəzərə alınmasını tələb edir.
Sxem 4.
Sahibkarın və alıcıların qərarlarına təsir göstərən amillər.
Sahibkar
Alıcı

İnflyasiya və b.

Təklif olunan məhsulların keyfiyyət göstəricilərinə qarşı alıcıların tələbkarlıq səviyyələri, onların məhsulu seçmə kreditləri və seçmə qabiliyyətlərinin səviyyəsi və başqa xüsusiyyətləri bazarda tələbatın formalaşmasında əsas rol oynayır. Öz fəaliyyətində bazara istiqamətlənməli olan sahibkar alıcıların göstərilən xüsusiyyətlərini öyrənməli və nəzərə almalıdır. Digər tərəfdən, alıcılar məhsulların istizmar xüsusiyyətlərinə dair təkliflərlə sahibkarlara yeni ideyalar verə bilərlər. Göründüyü kimi, alıcılar sahibkarlıq fəaliyyətininpassiv iştirakşısı olmayarq fəal subyekti kimi də çıxış edə bilər.
Mövzu 2. Sahibkarlıq fəaliyytinin mühiti
Plan
1. Sahibkarlıq fəaliyyətinin xarici mühiti
2. Sahibkarlıq fəaliyyətinin daxili mühiti
3. Sahibkarlıq fəaliyyətinin daxili mühitinin əsas amilləri
4. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinin zəruri şərtləri
5. Sahibkarlıq texnologiyası və texniki elementləri, sahibkarlıq
kapitalı və onun mənbələri
1. Sahibkarlıq fəaliyyətinin xarici mühiti
Sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən hər bir şəxs sahibkarlıq mühitini qiymətləndirməyi bacarmalıdır. Heç bir ciddi sahibkar sahibkarlıq mühiti ilə əlaqədar riski təhlil etməyincə bu və ya digər fəaliyyətə vəsait qoymağa qərar verməz.
Sahibkarlıq mühiti xarici və daxili mühitə bölünür.
İqtisadi ədəbiyyatda sahibkarlığın xarici mühitinə aşağıdakılar aid edilir: iqtisadi, siyasi, hüquqi, sosial-mədəni, texnoloji, coğrafi və infrastruktur amilləri. (Sxem 1).
Sxem 1. Sahibkarlıq obyektinin xarici mühitinin təhlili

Sahibkarlıq fəaliyyəti mühitinin təhlili



Xarici mühitin amilləri












İqtisadi mühit geniş anlayış olsa da sahibkarlığın imkişafı baxımından ona ilk növbədə əhalinin alıcılıq qabiliyyətini, başqa sözlə, alıcıların xərcləyə biləcəkləri pul vəsaiti kəmiyyətini aid etmək olar. Çünki o, sahibkarlığın məqsədinə nail olmaq, yəni mənfəət əldə etmək vasitəsidir. Alıcıların pul vəsaitinin az və ya çox olması onların alacağı əmtəələrin və istifadə edəcəyi xidmətlərin növlərini, kəmiyyətini bu əmtəələrə və xidmətlərə görə ödəməyə hazır olduqları məbləği müəyyən edir. Bu məbləğ nə qədər çox olarsa, sahibkarlıq fəaliyyəti üçün daha əlverişli mühit yaranmış olar. Bununla əlaqədar iqtisadi mühitə iş yerlərinin mövcudluğunu və məşğulluq səviyyəsini aid etmək olar. Məşğulluq səviyyəsi yüksək olduqca əhalinin gəlirləri də yüksək olur.
İnflyasiya, kredit əldə etmək imkanları, dövlətin sahibkarlığa müxtəlif maliyyə güzəştləri, yardımları və başqalarını da iqtisadi mühitə aid etmək olar. İnflyasiya istehlakçıların alıcılıq qabiliyyətini və uyğun olaraq tələbi azaldır, habelə, sahibkarlıq fəaliyyətinə uzun müddətli vəsait qoyuluşunu səmərəsiz edir.
Bütün ölkələrdə sahibkarlar ictimai mühitdə fəaliyyət göstərirlər və bu mühit onların cəmiyyətdə mövqeyini, fəaliyyət istiqamətini, bu fəaliyyətin metodlarını və prinsiplərini müəyyənləşdirir. Sahibkarlıq fəaliyyətinin təşəkkülünə və inkişafına bu və ya digər dərəcədə təsir göstərən amillərin məcmusu da sahibkarlıq mühitinin təşkil edicilərindəndir.
Siyasi mühit. Sahibkarlığın inkişafı üçün siyasi mühit iqtisadi mühitdən heç də az əhəmiyyət kəsb etmir. Sahibkarlıq fəaliyyəti siyasi mühitə çox həssasdır. Hökumətin iqtisadi siyasəti, siyasi məqsədləri və vəzifələri, iqtisadiyyatı idarəetmə üsulları sahibkarlığın inkişafını stimullaşdıra və ya ləngidə bilər. Hökumətin ictimai və xüsusi bölməyə münasibəti xüsusi sahibkarlığın inkişafını sürətləndirər və ya buna mane olar.
Sahibkarlıq fəaliyyəti üçün siyasi sabitlik xüsusilə mühüm əhəmiyyət kəsb edir. Sahibkarlıq gələcəyin qeyri-müəyyənliyini sevmir. Çünki o, öz vəsaiti ilə risk edir və mümkün qədər bu riskin az olmasını istəyir. Siyasi sabitlik, hökumətin ardıcıl, dönmədən və inamlı siyasəti sahibkarları da öz fəaliyyətlərini bu siyasətə müvafiq inamla həyata keçirməyə sövq edir. Siyasi vəziyyət sahibkarlıq fəaliyyətinin müxtəlif tərəflərini tənzimləyən qanunvericilik aktlarının qəbul edilməsini labüd etməklə də sahibkarlığın inkişafına təsir edir.
Hüquqi mühit. Sahibkarlıq fəaliyyətində bu fəaliyyətin hüquqi təminatları mühüm əhəmiyyət kəsb edir. Sahibkarlıq fəaliyyəti yalnız qanunvericiliyə əsaslanmaqla və qanunvericiliklə müdafiyə olunmaqla inkişaf edə bilər. Hər bir ölkədə qanunvericilik aktları ilə sahibkarlıq fəaliyyəti üçün hüquqi mühit yaradılmalıdır. Bu inzibati–amirlik sistemindən bazar iqtisadiyyatına keçən ölkələrdə xüsusilə vacibdir. İctimai mülkiyyətin hökmran olduğu inzibati-amirlik sistemində sahibkarlıq fəaliyyəti demək olar ki, qanunvericilik aktları ilə qadağan olunurdu, gəlir əldə etməyin yeganə mənbəyi ictimai istehsalda sərf olunan əmək idi.
Bazar iqtisadiyyatının formalaşdığı indiki şəraitdə sahibkar müəyyən işə başlayarkən riskə gedir, kapitalı və əmlakı ilə məsuliyyət daşıyır və bu fəaliyyətin qanunvericilikdə müdafiə olunmasını tələb edir.
Müxtəlif mülkiyyət formalarının hüquq bərabərliyinin, onlara münasibətdə ayrıseçkiliyə yol verilməsinin qanunvericilikdə təsbit olunması, bir sözlə, sahibkarlıq fəaliyyətinin hüquqi təminatı ən vacib, təxirəsalınmaz vəzifələrdəndir.
Respublikamızda sahibkarlıq fəaliyyətinin müxtəlif tərəflərini tənzimləyən, sahibkarların hüquqlarını və vəzifələrini müəyyənləşdirən bir sıra qanunlar (“Mülkiyyət”, “Sahibkarlıq fəaliyyəti”, “Müəssisə”, “Xarici investisiyaların qorunması”, “İcarə”, “Fermer (kəndli) təsərrüfatı”, “Antiinhisar fəaliyyəti”, “İflas”, “İnvestisiya” haqqında Azərbaycan Respublikasının qanunları və digər qanun və qanunvericilik aktları) qəbul edilmişdir.
Sosial-mədəni mühit. Bu mühitə ictimai şüur, əxlaqi və dini normalar, əhalinin təhsil səviyyəsi, yaş-cins tərkibi, adət-ənənə, əhalinin ərazi yer dəyişməsi meyilliyi və s. aid edilə bilər. Bunlar insanların həyat tərzini, zövqünü, dünya görüşünü, işə münasibətini formalaşdırır, onların müxtəlif növ əmtəələrə və xidmətlərə, əmək haqqı səviyyəsinə tələbatını müəyyən edir. Burada sosial-psixoloji mühit mühüm əhəmiyyət kəsb edir. Respublikamızda bu mühitin sahibkarlığın inkişafı üçün əlverişli olduğunu demək olmaz. Çünki əhalinin müəyyən təbəqəsinin psixologiyasında sosializmin dəyərləri hələ də yaşamaqdadır.
Texnoloji mühit. Sahibkarlıq fəaliyyəti həmişə müəyyən texnika və texnologiyadan istifadədən əsaslanır. Cəmiyyətdə elmin, texnikanın, texnologiyanın inkişaf səviyyəsi ənənəvi sahələrdə sahibkarlıq fəaliyyətinə əlverişli təsir etməklə yanaşı yeni sahibkarlıq fəaliyyəti sahələri yaradır. Minizavodların, minitexnikanın yaranması kiçik sahibkarlığın inkişafını sürətləndirir. Kompüter texnikasının inkişafı, informasiya işlənməsinin avtomatlaşdırılması, informasiya texnologiyası yeni sahibkarlıq fəaliyyəti sahələri yaratmışdır.
Coğrafi mühit. Sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi ərazinin coğrafi mövqeyi, təbii-iqlim şəraiti, təbii sərvətləri, avtomobil, su, hava, dəmir yol şəbəkəsi və s. coğrafi mühiti təşkil edir. Bu mühit sahibkarlığın bu və ya digər sahələrinin üstün inkişafına stimul yaradır, sahibkarlar tərəfindən ölkəyə investisiyaların yönəldilməsinin mühüm amillərini təşkil edir. Azərbaycanda istehsalla əlaqədar sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün əlverişli təbii-iqlim şəraiti, həmçinin, təbii sərvətləri vardır. Lakin Respublikamızda bir sıra sosial-iqtisadi və siyasi amillərin təsiri, Ermənistanın ölkəmizə təcavüzü nəticəsində hələlik bu mühitdən sahibkarlıq fəaliyyəti üçün lazımi səviyyədə, istifadə etmək xeyli çətinliklərlə bağlıdır.
İnfrastruktur ünsürlər də sahibkarlıq mühitində mühüm yer tutur. Bu mühit sahibkarların qarşılıqlı əlaqələrinin yaradılmasına və ya kommersiya əməliyyatları aparılmasına, sahibkarlıq fəaliyyətinin səmərəliliyinə kömək edən müxtəlif təşkilatlar şəbəkəsindən ibarətdir. Bu təşkilatların özləri də sahibkarlıq fəaliyyətinin bu və ya digər tələbatlarının ödənilməsinə xidmət edir və bu fəaliyyətin səmərəlilyinə əhəmiyyətli təsir göstərir.
Sahibkarlıq fəaliyyətinin daxili mühiti
Sahibkarlıq nöqteyi-nəzərindən müəssisə sistemdir. Əgər bu sistemin bir elementi dəyişirsə, onun digər elementləri də dəyişmə prosesinə məruz qalır. Bu dəyişmələri daxili dəyişmələr adlandırırlar.
Müəssisənin daxili mühiti sahibkarın bilavasitə təsirinə məruz qala bilən amillərdən ibarətdir. Yəni bu amillər sahibkar tərəfindən idarə oluna bilər.
Sahibkarlıq fəaliyyətinin daxili mühitinin əsas amilləri

Sahibkarlıq fəaliyyətinin daxili mühitinin əsas amilləri aşağıdakılardır:
  • sahibkarın məqsədi,
  • məqsədə nail olmaq üçün seçiləcək texnologiya,
  • seçilmiş texnologiyaya uyğun təşkilati struktur,
  • struktur bölmələrin vəzifələri,
  • qoyulan vəzifələrin icraçıları (işçiləri).
Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi və uğur qazanması bir çox amillərin mövcudluğu və inkişaf səviyyəsi ilə bağlıdır. İqtisadi fəallığın xüsusi forması olan sahibkarlığın həyata keçirilməsi aşağıdakı elementlərin mövcudluğu şəraitində mümkün ola bilər:
1) sahibkarlıq ideyası,
2) sahibkarlıq ideyasına uyğun istehsal texnologiyası,
3) istehsal texnologiyasindan istifadə üçün tələb olunan texniki elementlər,
4) göstərilən üç elementlə yanaşı tələb olunna xammal, material və işçi qüvvəsinin əldə edilməsi üçün lazım olan sahibkarlıq kapitalı,
5) sahibkarın özü.
Sahibkarlıq ideyası əqli əməyin məhsulu olaraq bazarda mövcud olan (dərk olunan və ya olunmamış) konkret tələbatın ödənilməsinin yeni üsulları barəsində sahibkarın fikri və ya təsəvvürüdür. İctimai inkişafın yüksək səviyyəsi, elmi-texniki tərəqqi, ölkələrin iqtisadiyyatlarının inteqrasiyası və başqa bu kimi amillər sahibkarlıq ideyalarını daha nadir və daha da bahalı isehsal elementinə çevirmişdir. Hal-hazırda sahibkarlıq ideyalarının hazırlanması, toplanması və seçilməsi üzrə ixtisaslaşmış təşkilatlar mövcuddur. Həmin təşkilatlar, banklar və investisiya fondları, əmək və xammal birjaları kimi istehsal ehtiyatı üzrə ixtisaslaşmış satıcıya çevrilməkdədirlər. Bu sahə rəqabətin nisbətən zəifliyi, sahəyə daxil olma maneələrinin mürəkkəbliyi və əvəz edici ideyaları qiymətə təsirinin zəifliyi nəticəsində yüksək mənfəətli sahəyə çevrilmişdir.
Sahibkarlıq ideyası sahibkarın konkret forma almış iqtisadi marağının ifadəsidir. Bu maraq sahibkarın daxili və xarici imkanları ilə bazarda tələbatın vəziyyətinin müqayisəsi nəticəsində meydana çıxır. Sahibkar həyata keçirəcəyi ideyanı özünün yaratdığı və ya mövcud olan ideyalar bankından seçir. İdeyalar bankı sahibkarın cari və gələcək fəaliyyət istiqamətləri müəyyən etməyə imkan verən ideyalar siyahısıdır. Sahibkarlıq ideyalarının toplanması sahibkarın istehsalın daim yeniləşdirilməsinə və genişləndirilməsinə, yeni tələbatların axtarılmasına olan ehtiyacı ilə səciyyələnir. Sahibkarlıq ideyalarının mənbələrinə aşağıdakıları aid etmək olar:
1) əmtəə bazasının strukturu,
2) ictimai istehsalda “struktur” və “coğrafi“ boşluqlar,
3) elm və texnikanın yeni nailiyyətləri
4) istehsal olunan məhsulun yeni istifadə sahəsinin üzə çıxarılması,
5) alıcıların dərk olunmamış və ödənilməyən tələbatları.
Birinci ideyalar mənbəyi adətən təcrübəsiz sahibkarlar tərəfindən istifadə olunur. Belə ki, əmtəə bazarının strukturunun tədqiqi hər bir sahibkarın peşəkar fəaliyyətinin tərkib hissəsidir. Onların əsas məqsədi yeni ideyalar axtarışı deyil, irəli sürülmüş ideyaların iqtisadi cəhətdən əsaslandırılması və seçilməsidir.
İctimai istehsalın “struktur” boşluğu dedikdə, ölkədə tələbata malik olan, lkin istehsal olunmayan əmtəə və ya materiallar nəzərdə tutulur. İctimai istehsalın “coğrafi” boşluğu dedikdə isə ölkə bazarında tələbatın xaricdən idxal olunan məhsullar hesabına ödənilməsi nəzərdə tutulur.
Sahibkarlıq texnologiyası və texniki elementləri,
sahibkarlıq kapitalı və onun mənbələri
Texnologiya məhsulun hazırlanması prosesində istifadə olunan metodların, üsul və bacarıqların məcmusudur. İstehsalın təşkili və idarə edilməsi metodları da texnologiya anlayışına aid edilir. Hər hansı ideyanın həyata keçirilməsi müxtəlif texnologiyalar vasitəsi ilə mümkündür. Buna görə də sahibkar konkret ideya üçün ən səmərəli və ən əlverişli texnologiyanı seçməyi bacarmalıdır. Texnologiyanın seçilmə prosesi seçmə kriterilərinin müəyyən edilməsi, kriterilərin ümumi seçimdə əhəmiyyətlilik dərəcələrinin üzə çıxarılması və müxtəlif variantların həmin kriterilər üzrə qiymətləndiirlməsi əsasında aparıla bilər.
Mövzu 3. Sahibkarlıq fəaliyyətinin sferası
Plan:
1.Sahibkarlıq fəaliyyətinin növləri.
2.İstehsal sahibkarlığı.
3.Kommersiya sahibkarlığı.
4.Məsləhətçilik sahibkarlığı.
5.Maliyə sahibkarlığı.
Sahibkarlıq fəaliyyətinin növləri
Sahibkartıq fəaliyyətinin əsas növləri aşağıdakılardır:
- İstesal sahibkarlığı
- tiçarət (kommersiya) sahibkarlığı
- maliyə sahibkarlığı.
Bunlardan başqa son on ildə iqtisadi cəhətdən inkişaf etmiş dünya ölkələrində sahibkarlığın müstəqil sahələri - innovasiya sahibkarlığı və məsləhətçi (konsaltinq) sahibkarlığı da inkişaf etməkdədir. Eyni zamanda yuxarıda göstərilən sahibkarlıq növləri öz-özlüyündə altnövlərə ayrılırlar. Sahibkarlıq növləri və onların altnövləri aşağıdakı şəkildə verilir.
Sahibkarlıq növləri.
Istehsal Komersiva Maliyyə Məsləhətci
-innovasiya -ticarət -bank -inzibatçılıq
-elmi texniki -ticarət sığorta -maliyə idarə ediiməsi
-əmtəə istehsalı tədarük audit -marketnik
-xidmət göstərilmə -ticarət lizinq -istehsal
-istehsal təyinatlı vasitəçi fond birjaları -informasiya
-məsulların istehlakı -əmtəə birjaları texnologiyası
-informasiya -xüsusi xidmətlər
-istesal təyinatlı -ümumi idarə etmə
xidmətlərin istehlakı
İstehsal sahibkarlığı sahibkarlığın aparıcı sahəsidir. Bu sahədə məhsullar və əmtəələr istehsal edilir, işlər görülür, müxtəlif maddi dəyərlər yaradılır. Ölkəmizdə məhz bu fəaliyyət sferası bazar iqtisadiyyatına keçid zamanı ən mənfi dəyişikliklərə məruz qalmışdır: təsərrüfat əlaqələri dağılmış, maddi-texniki təminat pozulmuş, məhsul satışı kəskin azalmış, müəssisələrin maliyyə vəziyyəti pisləşmişdir.
Kommersiya sahibkarlığı Azərbaycanda keçid dövründə ən çox inkişaf edən sahədir. Kommersiya sahibkarlığı alış və satış üzrə sövdələşmələr və əməliyyatlarla xarakterizə olunur. Kommersiya sahəsində çoxlu bacarıqlı sahibkar əmələ gəlmiş, xüsusi və fərdi sahibkarlıq daha çox inkişaf etmişdir. Hal hazırda istehsal fəaliyyətində müəssənin rentabelliyi 10-12% təmin olunursa kommersiya fəaliyyətində rentabellik 20-30% və daha çox təmin edilir.
Sahibkarlıq fəaliyyətinin xüsusi növü maliyyə sahibkarlığıdır. Bu fəaliyyətin əsas sferası dəyərlərin istərsə də kommersiya sahibkarlığının bütün növlərinə daxil olmaqla yanaşı müstəqil bank işlərində, sığorta işlərində və başqa yerlərdə həyata keçirilir.
Maliyyə sövdələşmələri adətən istesal və kommersiya sahibkarlığında olduğundan az rentabellidir (5-10%) son illərdə respublikamızda məsləhətçi sahibkarlıq da inkşaf etməyə başlamışdır.
İstehsal sahibkarlığı
Sahibkarlıq fəaliyyətinin nisbətən müstəqil növləri qarşılıqlı əlaqəlidirlər və bir-birini tamamlayırlar. Bununla belə üstünlüyü istehsal sahibkarlığı təşkil edir və qalan sahibkarlıq fəaliyyətinin növlərinin məzmununu müəyyənləşdirir. İstehsal sahibkarlıq fəaliyyəti çox geniş və mürəkkəbdir. Göründüyü kimi istehsal sahibkarlığına innovasiya elmi texniki fəaliyyət, əmtəənin bilavasitə istehsalı, xidmət göstərilmə, əmtəəyə və xidmətə istehsal tələbatı, habelə bu sahələrdə informasiya fəaliyyəti daxildir. İstehsal sahibkarhğı ilə məşğul olmaq istəyən hər bir sahirkar hər şeydən əvvəl müəyyən etməlidir ki konkret hansı əmtəənin istehsalı ilə və ya hansı növ xidmətlə məşğul olmaq istəyir. Yalnız bundan sanra о marketinq fəaliyyətinə başlayır. Əmtəəyə tələbatı öyrəndikdən sonra o, potensial istehlakçılara, əmtəənin alıcıları ilə, topdan satış və ya pərakəndə ticarət təşkilatları ilə əlaqələr yaradır. Belə əlaqələr sahibkarlıq riskini minimuma endirməyə imkan verir. Əks təqdirdə sahibkar istehsal fəaliyyətinə başlayarsa o, müvəffəqiyyət qazana bilməz.
İstehsal sahibkarlığının növbəti mərhələsi istehsal amillərinin alınması və ya onların icarəyə götürülməsi prosesidir. Obyektinə görə istehsal sahibkarlığının 2 növü mövcutdur: 1) Əsas: 2) Köməkçi:
Nəticəsi istehlaka hazır məhsulun istehsalı olan sahibkarlıq fəaliyyəti əsas istehsal sahibkarlığına aid edilir. Məhsulun keyfiyyət göstəricilərinin yüksəlməsinə imkan verən yeniliklərin istehsalçılara çatdırılması ilə bağlı olan sahibkarlıq fəaliyyəti köməkçi sahibkarlığa aid edilir.
İstehsal amilləri dedikdə buraya istehsal fondları, işçi qüvvələri, informasiya aid edilir. istehsal fondları öz növbəsində əsas və dövriyyə fondlarından bölünür. Əsas istehsal fondlarından binalar, tikililər, ötürücü qurğular, güc maşınları və avadanlıq, ölçü və tənzimləyici cihazlar və qurğular, hesablama texnikası, nəqliyyat vasitələri, alətlər və təlabatlar, istehsal inventarları və digər əsas fondlar, istehsal sexlərinin zavod idarə heyəti, labaratoriya binaları aid edilir. Bu fondların bir hissəsi aktiv fondlar (texnoloji maşınlar, avadanlıq, texnoloji qurğular və.s) adlanır.
Əsas istehsal fondları istehsal vasitələrinin о hissəsidir ki uzun müddət natural formasını saxlayaraq öz dəyərini hazır məhsulun üzərinə tədricən keçirir. Dövriyyə istehsal fondları istehsal prosesində bir istehsal tsiklində tamamilə sərf olunur və öz dəyərini bütövlükdə yeni yaradılan məhsulun üzərinə keçirir. Bunlara xammal, istehsal ehtiyatları əsas və yardımçı materiallar yarımfabrikatlar yanacaq və başqaları daxildir. Müəssisələrin maddi və pul vəsaitinin bir hissəsi tədavül dairəsində olur. Ona görə də müəssisələrdə istesal fondları ilə yanaşı tədavül fondlarına da malikdir. Hər bir müəssisə və birlikdə istehsal fondları 3 formada: pul, məhsuldar və əmtəə şəklində fəaliyyət göstərir.
Pul fondları istehsal vasitələri almaq və işçilərə əmək haqqı vermək üçün lazımdır. Məhsuldar fondlar əmək vasitələri və əmək cisimləri şəklində mövcud olur. Əmtəə fondları satılmaq üçün ayrılmış hazır məhsuldan ibarətdir. Müəssisənin istehsal fondları (onların dəyəri) bir funksional formadan başqasına, yəni istehsal və tədavül mərhələrindən keçərək daim hərəkətdə olur.
Fondların ardıcıl olaraq bir formadan digər formaya çevrilməsinə onların dövranıdeyilir. Fondların dövranı 3 mərhələdən keçir.
Fondların dövranının 1-ci mərhələsi pulla istehsal vasitələri əldə edilməsi vasitəsilə onların pul formasından məhsuldar formasına çevrilməsindən ibarətdir.
2-ci mərhələ istehsal prosesinin özüdür ki, onun gedişində fondlar məhsuldar formadan əmtəə formasına keçir. Bu mərhələdə hazır məhsul yaradılır.
3-cü mərhələdə istehsal edilmiş məhsulun reallaşdırılması baş verir. Bu mərhələdə fondlar əmtəə formasından pul formasına keçir.
Hər bir müəssisə normal iş şəraiti yaradarsa, fondların dövranının bütün mərhələlərı ardıcıl olaraq baş verir. Fondların dövranının fasiləsiz olaraq daim təkrarlanmasına xidmət edən dövriyyə fondlarının və tədavül fondlarının pul formasında ifadə olunmuş məcmusu dövriyyə vəsaitlərinin təşkil edir. Dövriyyə vəsaiti məhsulun istehsalı və realaşdırılması sahəsində müəsisənin təsərrüfat fəaliyyətinə xidmət edərək daım hərəkətdə olur. Əsas istehsal fondları istehsal prosesində tədricən fiziki və mənəvi aşınmaya məruz qalır. Əsas fondların fiziki aşınması prosesində o, tədricən öz istehlak dəyərini bu və ya digər dərəcədə itirir. Fiziki aşınmanın intensivliyi əsas fondların saxlanması şəraitindən daha çox aslıdır. Əsas fondlar fiziki aşınma ilə yanaşı mənəvi aşınmaya da məruz qalırlar.
Komersiya sahibkarlığı.
Əmtəə birjası - xüsusi tip müəssisə olub, adətən iri dəstlərlə, yalnız bir növ əmtəənin (buğda, çay, şəkər, pambıq, neft, metal və s.) alqı-satqı əməliyyatları ilə məşğul olur. Əmtəə birjalarında kommersiya vasitəçiləri və onun işçiləri könüllü birgə işlənmiş və riayət olunan qaydalara görə ticarət əməliyyatlarını yerinə yetirirlər. Əmtəə birjasının məksədi - azad rəqabətin idarə edilməsi mexanizmini yaratmaq və onun köməyilə tələb və təklifin dəyişməsini nəzərə almaqla real bazar qiymətini aşkar etməkdir. Əmtəə birjası stantartlar üzrə kütləvi əmtəənin (buğda, çay, pambıq, neft, və s.) topdan satış bazarının ən çox inkişaf etmiş, daim fəaliyyət göstərən formasıdır. Belə birjalar uzun illərdir ki, bütün inkişaf etmiş ölkələrdə fəaliyyət göstərir. İxtisaslaşmış əmtəə birjalarının klassik nümunələri kimi London (əlvan metal), Liverpul (pambıq), Sinqapur (kauçuk) birjalarını və başqalarını göstərmək olar. Əmtəə birjalarında faktiki əmtəə tədarükçüləri ilə adi ticarət etməklə yanaşı 'fyuçer müqavilələri"nin bağlanması da geniş yayılmışdır. Bu cür müqavilələr əmtəə üçün müqavilədə təyin edilmiş qiymətin müqavilə bağlanlandığı vaxdan müəyyən qədər sonra pul məbləğilə ödənilməsini nəzərdə tutur.
Əmtəə birjaları aşağıdakı əsas funksyaları yerinə yetirir:
  • ticarət müqavilələrinin bağlanması üzrə vasitəçi xidmətlər göstərirlər;
  • əmtəə ticarətini qaydaya salırlar ticarət əməliyyatlarını tənzimləyirlər, ticarət mübahisələrini həll edirlər;
  • qiymətlərə təsir edən istehsalın vəziyyəti və digər amilləri təhlil edərək yayırlar.
Əmtəə birjalarının dövriyyələrinin böyük hissəsini mövcud olan əmtəələr üzrə deyil, gələcək əmtəələrə və tədarük etmə müqavilələri üzrə əməliyyatlar təşkil edir. Əmtəə birjaları açıq və ya qapalı ola bilər.
Qapalı birjalarda ticarət zamanı yalnız brokerlər alıcı və ya satıcılar arasında çıxış edən birja vasitəçiləri, açıq birjalarda isə brokerlərlə yanaşı qonaqlar da iştirak edirlər. Birja əməliyyatlarının xarakterinə görə əmtə birjaları real əmtəə birjalarına və fyuçers birjalarına bölünürlər. Fyuçers birjaları fyuçers əməliyatlarıı yerinə yetirirlər.
Hazırda Azərbaycanda bir neçə əmtəə birjası fəaliyyət göstərir. Lakin onların fəaliyyət səviyyəsi çox aşağıdır.
Kommersiya sahikarlığın əsas məzmununu alqı-satqı (əmtəələrin alınıb satılması) və xidmət üzrə əməliyyatlar və işlər təşkil edir. Kommersiya sahibkarlığının ümumi sxemi müəyyən mənada istehsal sahibkarlığının sxeminə oxşardır. Lakin burda fərq material resuslarının əvəzinə hazır əmtəənin alınması və sonra istehlakçılara satılmasıdır. Beləliklə, burada məhsul istehsalı əvəzinə hazır məhsulun alınması əsas götürülür.
Kommersiya işləri ilə məşğul olmazdan əvvəl bazarın marketinq təhlilini yerinə yetirmək lazımdır. Əgər bazarın ilkin təhlili və proqnozlar kommersiya işlərinin həyata keçirilməsinin əhəmiyyətli olmasına ümid verirsə sahibkar biznes planı hazırlamalıdır. Biznes planda kommersiya işlərinin həyata keçirilməsi üzrə fəaliyyət proqramı, tələb olunan xərclər və gözlənilən nəticələr əks olunmalıdır.
Ümumi şəkildə istənilən kommersiya işlərinin proqramı aşağıdakıları ozundə birləşdirir:
  • Ticarət vasitəçi xidmətlərinin (Əmtəənin alınması onun nəql edılməsı, satılması, reklam işlərinin aparılması, lazımı sənədlərin tərtib edilməsi) həyata keçırılməsı üçün tələb olunan muzdlu işçiləri;
  • Əmtəələrin qablaşdırılması və realizə üçün lazımı binaların, anbarların, bazarların, ticarət məntəqələrinin alınması və ya icarəyə götürülməsi. Əmtəənin sonralar satılması üçün alınması.
  • İşləri maliyyələşdirmək üçün kreditlə put vasitələrinin alınması və onların istifadə olunduqdan sonra faizləri ilə birlikdə qaytarılması.
  • Vasitəçi funksiyaları yerinə yetirmək üçün kənar təşkilatların və şəxslərin cəlb edılməsı və onların əməyinin pulla ödənilməsi.
  • Kommersiya işlərinin planlaşdırılması, tərtibi və tənzimlənməsi üçün tələb olunan informasiyanın (məlumatların) alınması.
  • Alıcılara əmtəələrin satılması və mədaxilin əldə olunması;
  • Aparılan işlərin qeydiyyatdan keçməsi, dövlət və bələdiyyə, maliyyə təşkilatlarına vergi və ödənişlərin ödənilməsi.
Kommersiya işləri üzrə bütün əsas tədbirlər bir-biri ilə vaxta görə uzlaşdırılır və əməliyyatların mümkün paralel ardıcıl aparılması metodikasında göstərilir. Yekunda biznes plan və fəaliyyətini ələqələndirmə planı tərtib edilir. Əgər kommersiya işləri iri və uzunmüddətli xarakter daşıyırsa, müddət və icraçılar göstərilməklə işlərin yerinə yetirilməsinin plan qrafiki tərtib olunması məqsədəuyğun sayılır.
Məsləçilik sahibkarlığı
İnkişaf etmiş xarici ölkələrin təcrübələrində məsləhətçilik sahibkarlığı geniş yayılmışdır. İdarəetmə və kommersiya məsələləri üzrə pullu məsləhətlər "konsaltinq" adını daşıyir.
İqtisadiyyat və idarəetmə üzrə Avropa Məsləhətçilər Assosiasiyası Federasiyasının tərifinə görə məslətçi menecmenti vəzifəsi müəyyən problemlərin və ya imkanların öyrənib qiymətləndirilməsi də daxil olmaqla, idarə etmə məsələləri üzrə müstəqil məsləhətlər vermək və ya bu məsələlərin realizə edilməsi məqsədilə müvafiq tədbirlərin işlənib hazırlanması üçün bilgilər verməkdən ibarətdir.
Sənayecə inkişaf etmiş ölkələrdə belə hesab edilir ki, intellektual kapitala, konsaltinq formasında xidmətlərə qoyulan vəsaitin səmərəliliyi yeni avadanlığa və ya qabaqcıl texnologiyaya qoyulan vəsaitin səmərəliliyindən heç də az deyildir. Azərbaycanda müasir şəraitdə məsləhətçiyə belə münasibət muşahidə olunmur. Müəssisələrin çoxunun ağır iqtisadi vəziyyətdə olmasına baxmayaraq, iqtisadiyyat və idarəetmə sahəsində olan intellektual potensialdan demək olarki tamamilə istifada olunmur. İnkişaf etmiş kapitalist ölkələrində firma rəhbərləri məsləhətçilərə vaxtında müraciət edərək maliyyə təsərrüfat fəaliyyətinin təhlili, müəssisələrin sağlamlaşdırılması, fəal marketinq proqlamlarının hazırlanması, investisiya və maliyyə siyasətinin işlənməsinin üstünlüklərini və iqtisadi səmərəliliyini hiss etmişlər.
Məsləhət xidmətləri şifahi və birdəfəlik məsləhət formasında həyata keçirilə bilərlər. Lakin çox vaxt onlar konsaltinq məsləhət lahiyələri şəklində təqdim olunur və aşağıdakı əsas mərhələləri əhatə edir:
  • problemlərin aşkar edilməsi (diaqnostika);
  • qəpərların, layihənin hazırlanması;
  • qəpərların, layihənin həyata keçirilməsi.
Yekun mərhələsi layihənin həcmindən asılı olaraq bir neçə gündən bir aya qədər ola bilər. Bəzən məslətçilər ilə müştərilər arasında ələqə çox illik ola bilər.
Məslətçilik metodları. Məslətçilik metodları müxtəlif ola bilər. Məsləhətçiliyin daha çox üç növündən istifadə edilir: ekspert, proses və öyrədicisi.
Ekspert məsləhətçiliyi konsaltinqin ən passiv formasıdır. Bu zaman məsləhətçi diaqnostikanı, qərarların hazırlanmasını və onların tətbiqini müstəqil həyata keçirir. Müştəri bu halda məsləhətçini yalnız lazımi informasiya ilə təmin edir.
Proses məsləhətçiliyində konsaltinq-firmanın mütəxəssisləri layihənin hazırlanmasının bütün mərhələlərindən müştəri ilə fəal qarşılıqlı fəaliyyətdə olurlar, məsləhətçilər muştərı ılə birlikdə problemləri təhlil edir və təklifləri işləyib hazırlayırlar. Oyrədıcı məsləhətçılıkdə mütəxəssislərin əsas vəzifəsi ideyaların əmələ gəlməsi və qərarların ışlənıb hazırlanması üçün zəmin yaratmaqdır. Bu məksədlə onlar müştərilər uçun muhazırələr, seminarlar aparır, dərs vəsaitləri hazırlayırlar. Bununla belə, lazım olan bütün nəzərı və praktiki informasiyanı (məlumatları) da müştərilərə təqdim edirlər. Əlbəttə, təcrübədə yuxarıda adları çəkilən məsləhətçilik metodları tam ayrı-ayrılıqda istifadə edilmir, onların kombinasiyası tətbiq edilir.
Məsləhət xidmətləri çox müxtəlif ola bilər. Menecment üzrə məsləhətçilərin Avropa məlumat-göstərici kitabında 84 növ məsləhət xidməti qeyd olunur. Onlar 8 qrupa birləşdirilir: ümumi idarəetmə, inzibatçılıq, maliyyənin idarə edilməsi, kadrların idarə edilməsi, marketinq, istehsal, informasiya texnologiyası, ixtisaslaşdırılmış xidmətlər, məsləhət layihəsinin yerinə yetirilməsinin təşkili. Məsləhətçi fırma ilə müştəri-firma arasında əlaqə yaradıldıqdan sonra təkliflərin hazırlanmasına başlanılır. Müştəri və məsləhətçi birlikdə layihəni müzakirə edərək işə başlayırlar. Bu zaman müştəri firma haqqında kifayət qədər hərtərəfli lazımi məlumat toplanır. Məsləhətçiyə aşağıdakı məlumatlar lazımdır: firma nə ilə məşğul olur, o nə istehsal edir, işçilərin sayı, onlann kvalifikasiyası, idarəetmə heyətinin payı, istehsal işlərinin, xidmətlərin həcmi, xərclərin strukturu, mənfəətin məbləği və onun mənbələri, firmanın maliyyə vəziyyəti, müqavilələrin mövcudluğu, tərəfdaşların etibarlılığı. Sonra situasiya (vəziyyət), onun dəyişmə dinamikası və problemin mahiyyəti müəyyən edilir. Bundan sonra işlərin yerinə yetirilməsi plan-qrafiki və lazımı hüquqi sənədlər tərtib olunur. Əsas diqqəti işlərin yerinə yetirilməsinin plan-qrafıklərinə vermək və onların yerinə yetirilmə müddətini daha dəqiq təyin etmək lazımdır. Məsləhətçinin nüfuzu əhəmiyətli dərəcədə о zaman mühafizə olunur ki, işlərin yerinə yetirilməsi müddəti nəzərdə tutulmuş vaxdan fərqlənməsin (gecikməsin) və ya tez olsun.
Həmçinin, qeyd etmək lazımdır ki, işlərin hansı formada yekunlaşdırılması (xidmət kimi və ya konkret nəticələrə nail olmaq kimi) olan qrafikdə göstərilməlidir. Yekunda layihənin realizə olunması üzrə tədbirlər planı, yazılı hesabat və ya təkliflərin siyası tərtib edilir.
Maliyyə sahibkarlığı
Bazar iqtisadiyyatı üçün maliyyə sahibkarlığı iqtisadi orqanizmin “əsəb mərkəzi” rolunu oynayır. Müasir maliyyə sahibkarlığı sisteminin iştirakçıları - maliyyə vasitəçiləri müxtəlif maliyyə vəsaitlərinə arxalanaraq, iqtisadi problemlərin idarə edilməsi və ona xidmət göstərilməsi üzrə müxtəlif funksiyaları yerinə yetirirlər. Maliyyə sahibkarlığı fəaliyyətində alıcılar və satıcılar iştirak edirlər; onlar xüsusi əmtəə olan pulu alıb satırlar. Təsərrüfat subyektləri pulu artırmaq üçün onun ehtiyacı olan subyektlərə müəyyən şərtlərlə müəyyən müddətdə istifadə üçün verirlər.
Maliyyə əməliyyatlarına hansı nöqteyi nəzərdən yanaşılmasından asılı olaraq maliyyə bazarının təsnifatının bir neçə üsulu tətbiq edilir. Qaytarılmaq prinsipi üzrə fəaliyyət göstərən maliyyə bazarının aşağıdakı növləri var: borc öhdəlikləri bazarı (istiqraz); mülkiyyət bazarı.
Borc öhdəlikləri bazarında pul müəyyən müddətə borc verilir. Mülkiyyət bazarında(məsələn səhm) isə qoyulmuş pula görə gəlir əldə etmək hüququ alınıb satılır. Bütün hallarda əməliyyatlar müəyyən sənədlərlə rəsmiləşdirilir. Adətən həmin sənədlər qiymətli kağızlar adlanır.
Qimətli kağızların hərəkət xarakterinə görə maliyyə bazarı ilkin bazara və ikinci bazara bölünür. İlkin bazarda yeni buraxılan qiymətli kağızlar satılır və alınır. İkinci bazarda isə əvvəllər buraxılmış qiymətli kağızlar dövr edir.
Iqtisadiyyat üçün qiymətli kağızların ikinci bazarı çox mühüm əhəmiyyət kəsb edir. Bu bazar vasitəsilə təsərrüfat subyektləri arasında maliyyə vəsaitlərinin sərbəst hərəkəti təmin edilir.
Pulun verilmə müddətinə görə maliyyə bazarları pul bazarına və kapital bazarına bölünür.
Pul bazarında qısa müddətli (1 ilə qədər) öhtəliklər dövr edir. Əsasən bu, bankların və hökumətin xəzinə təəhhüdləridir. Kapital bazarında isə hökumət tərəfindən (o cümlədən yerli hakiməyyət orqanları tərəfindən) və şirkətlər tərəfindən buraxılmış uzunmüddətli təəhhüdlər (səhm və istiqras) dövr edir. Artıq bizə məlumdur ki, maliyyə sahibkarlığının əsas fəaliyyət sahəsi kommersiya bankları və fond birjalarıdır.
Kommersiya bankları. Kommersiya bankları səhmdar tipli maliyyə kredit təşkilatları olub, ödənişlər hesabına pul qoyuluşlarının (depozitlərin) qəbulunu və müştərilərin tapşırığı ilə digər hesabi əməliyyatları həyata keçirən əsasən kommersiya təşkilatlarıdır. Kommersiya banklarının gəlir mənbəyi depozitlərin (cəlb edilmiş) və borc vəsaitlərinin faiz stavkalarının fərqindən əmələ gələn pul toplusudur.
Kommersiya banklarının əməliyyatları üç qrupa bölünür: passiv (cəlb olunmuş vəsait):aktiv (vəsaitlərin yerləşdirilməsi); komissyon-ələqələndirici (müəyyən rüsum ödəməklə müştərilərin sifarişilə müxtəlif əməliyyatların yerinə yetirilməsi).
Hər bir firmanın aktivində adətən fiziki kapitaldan başqa, qiymətli kağızlar da olur ki, bu da olan kapital hesab olurıur. Əgər firmanın maliyyə vəsaitləri çatışmırsa, onda fırma məhz ikinci bazarda həmin qiymətli kağızların müəyyən hissəsini satıb pula çevirir və öz ehtiyacını təmin edir. Əgər həmin qiymətli kağız fırmanın aktivində göstərilən məbləğə satılmışsa, onda onun kapitalının həcmi dəyişmir. Əgər firma özünün fiziki kapitalını artırmaq istəyirsə, onda o, bunun öz qiymətli kağıznı buraxmaqla ödəyə bilər. Deməli, ilkin bazar kapitalın artımını və yeni investisiya mənbələrinin səmərəli bölgüsünü təmin edir, ikinci bazar isə maliyyə vəsaitlərini çevik yerdəyişməsinin, investisiya şəbəkəsinin səmərəli quruluşunu, iqtisadiyyatda struktur dəyişikliktərini çox asanlıqla təmin edir. İlkin bazar əsasən geniş yayılmış maliyyə brokerləri və dillerləri vasitəsilə, ikinci bazar isə adətən fond birjaları, habelə broker və diller şəbəkəsinin qiymətli qağızların yenidən satışı ilə məşğul olan hissəsi vasitəsilə fəaliyyət göstərir. Bütün hallarda maliyyə bazarında yalnız peşakarlar fəaliyyət göstərirlər.
Brokerlər adi vasitəçilərdir. Onlar alıcı və satıcını görüşdürür və sövdələşməni rəsmiləşdirir. Broker vasitəçiliyə görə sövdələşmənin məbləğindən müəyyən faiz alır. Bu faizin həcmi sövdələşmənin məbləği artdıqca azalır.
Dillerlər adətən qiymətli kağızları mülkiyyət kimi alır və sonra onu yenidən satırlar. Təsərrüfat subyektlərinin qiymətli kağızlara tələb və təklifinə tez reaksiya vermək üçün dillerlər, adətən, xeyli qiymətli kağız ehtiyatına malik olurlar və onu öz adlarından satırlar. Dillerlərin gəliri qiymətli kağızların alış qiyməti ilə satış qiyməti arasındakı fərq hesabına əmələ gəlir.
Mövzu 4. Müəssisə təsərrufat fəaliyyatinin subyekti kimi
Plan 
  1. Müəssisə sahibkarlıq fəaliyyatinin təşkilati forması kimi
  2. Müəssisə açıq sistem kimi
  3. Hüquqi şəxs anlayışı
  4. Müəssisələrin təsnifatı
  5. Müəssisələrin birləşməsi
Müəssisə sahibkarlıq fəaliyyatinin təşkilati forması kimi
Azərbaycan respublikasının "Müəssisələr haqqında” qanununda müəssisəyə belə tərif verilmişdir: "Müəssisə - mülkiyyət formasından asılı olmayaraq bu qanuna muvafiq yaradılan və ictimai təlabatın ödənilməsi və mənfəət alması məqsədi ilə məhsul istehsal edən, satan, işlər gorən və xidmətlər göstərən hüquqi səxs olan müstsqil təsərrüfat subyektidir".
Müəssisələrin əsas əlamətləri aşagıdakılardır:
  • hüquqi status. Bu status müəssisənin hüquqi və zifələrini müəyyən edir və həmin müəssisəyə hüquqi münasibətlərin subyekti kimi baxmağa imkan verir;
  • müəyyən əlahiddəlik (mülki və ya qeyri-mülki);
  • müəssisənin adı və onun təşkilati-huquqi forması. Bu əlamət müəssisənin öhdəlikləri üzrə təsisçi məsuliyyət səviyyəsini müəyyən edir.
Beləliklə, müəssisə ayrıca mülkiyyətə və hüquqi statusuna malik olan mustəqil təsərrüfat subyektidir.
Sahibkarlıq fəaliyyətini fərdi müəssisə yaratmaqla yanasi payçi, şərikli və cəmiyyət formalı müəssisəlar vasitəsilə də həyata keçirmək olar.
Fərdi müəssisə dedikdə, bir şəxsin tam mulkiyyətində olan müəssisə nəzərdə tutulur. Həmin şəxs sahibkarlıq fəaliyyətinin aparılmasına və onun nəticələrinə görə məsuliyyət daşımalıdır.
Hüquqi şəxs dedikdə, uyğun dövlət orqanlarında qeydiyyatdan keçmiş, özunün nizamnaməsi və bankda hesablasma hesabı olan müəssisə nəzərdə tutulur.
Muzdlu əmək cəlb olunmadan həyata keçirilən sahibkarlıq fəaliyyiti fərdi sahibkarlıqadlanır.
Muzdlu əmək сəlb olunan sahibkalıq isə müəssisə kimi qeydiyyatdan keçirilməlidir.
Müəssisənin adı onun asas atributlarından biri olaraq uzun müddətə seçilməlidir. Çünki bu ad müəssisənin alıcılar arasında nüfuzunun daşıyıcısıdır.
Sahibkarlıq fəaliyyətinin hüquqi-təşkilati formalarının seçilməsinə təsir edən amilləri qeyd edək:
1) hüquq və öhdəliklərin mümkün həcmi və səviyyəsi. Sahibkarlığın təşkili zamanı fəaliyyətin seçilmiş təşkilati forması ilə qanunların icazə verdiyi forması arasında müqayisə aparmaq lazımdır. Müəssisənin hüquqi forması onun nizamnaməsində konkretləşdirilir. Müəssisənin nizamnaməsi yalnız onun təsisçiləri tərəfindən tərtib olunur. Əgər cəmiyyətdə çoxlu sayda təsisçi şəxslər iştirak edərsə onda müəssisənin nizamnaməsi təsisçilər iclasında müzakirə edilməlidir. Həmin iclasda qəbul olunan qərar bütün təsisçilər tərəfindən imzalanan təsis müqaviləsində əks olunur. Müəssisənin dövlət qeydiyyatı üçün təsis müqaviləsi, nizamnamə, təsisçilər iclasının protokolu, qeydiyyat rüsumunun ödənilməsi haqqında sənəd və ərizə tələb olunur.
2) nizamnamə fondu. Müəssisənin nizamnamə fondunun yaranması formaları sahibkarlıq fəaliyyətinin məzmunu və istiqamətindən, daxili imkanlardan, miqyasından, sahədəki rəqabət səviyyəsindən asılıdır. Müəssisəni qeydiyyatdan keçirməzdən əvvəl sahibkar həmin müəssisənin hansı mülkiyyət forması əsasında (xüsusi, kollektiv, qarışıq və s.) qurulmasını müəyyən etməlidir.
3) müəssisənin təşkilati qurluşu. Müəssisəni qeydiyyatdan keçirərkən sahibkar onun ən səmərəli təşkilat strukturunu və müəssisənin idarə olunmasının ən səmərəli formasını da müəyyən etməlidir.
4) sahibkarlıq hüququ. Bu, təsərrüfat hüququnun mühüm hissəsi olaraq sahibkarlıq fəaliyyətinin hüquqi əsasını və onun inkişafının hüquqi bazasını müəyyən edir.
Müəssisənin mahiyyətini daha dərindən dərk etmək üçün onun bazar iqtisadiyyatında yerinə yetirdiyi funksiyalarına nəzər salmaq lazımdır:
  • ehtiyatların (insan, torpaq və kapital) təmərgüzləşməsi;
  • istehsalın təşkili;
  • satış fəaliyyəti;
  • mənfəətin əldə edilməsi və risk etmək;
  • təcrübənin toplanması.
İstehsal etiyatlarının birləşdirilməsi və istifadə edilməsi müəssisənin əsas funksiyalardandır. Bazara rəqabətəqabiliyyətli məhsul təklif edə bilməsi üçün müəssisə lazımi keyfiyyət və dəyər (qiymət) göstəricilərinə malik istehsal ehtiyatlarını əldə etməlidir. Bu çox mürəkkəb və ziddiyyətli bir vəzifədir. Real həyatda müəssisə özünün məhdud maliyyə imkanları ilə yalnız əldə edilməsi mümkün olan mövcud ehtiyatları ala bilər. Müəssisənin keyfiyyətcə bir-birindən fərqli olması da həmin imkanlarla izah olunur. Fəaliyyətə başlamazdan əvvəl sahibkar istehsal ehtiyatlarının seçilməsi və onlardan səmərəli istifadə problemlərini həll etməlidir.
Müəssisə açıq sistem kimi
Müəssisəyə sistem kimi yanaşma zamanı onun “giriş” və “çıxış” elementləri ilə yanaşı bir çox daxili elementləri də üzə çıxır.
Burada “giriş elementləri” dedikdə, istehsal ehtiyatları, onların keyfiyyət göstəriciləri onların bazarda müəyyən olunan dəyər göstəriciləri nəzərdə tutulur. ”Çıxış elementləri” dedikdə isə müəssisənin istehsal etdiyi əmtəə, onun bazarda tələb-təklif mexanizmi vasitəsilə müəyyən olunan qiymət səviyyəsi və gətirdiyi məənfət kimi elementlər nəzərdə tutulur. Göründüyü kimi müəssisənin həm giriş, həm də çıxış elementlərinin əsas göstəriciləri bazarın təsiri altında formalaşır. Lakin istehsal prosesinin təşkili (texnologiyanın seçilməsi, əməyin motivasiyası, keyfiyyətcə nəzarət və i.a) müəssisənin daxili işi hesab olunur.
Xarici təsirlər
Giriş elementləri
Müəssisə
(istehsal)

Çıxış elementləri


Müəssisə bazara həlledici təsir göstərə bilmir. Belə ki, uğursuz məhsulu qəbul etməyə bazarı məcbur etmik olmaz. Digər tərəfdən, istehsal ehtiyatlarına bazarda müəyyən olunan qiymət müəssisənin qarşısında duran məsələlərin həlli üçün ilkin verilənlərdir. Sahibkar həmin verilənləri nəzərə alaraq bazarın diktəsinə uyğunlaşmalı və istehsal prosesini təşkil etməklə bazarın obyektiv təlabatlarının həm özü, həm də alıcı üçün səmərəli ödənilməsi üslubunu seçməlidir.
Müəssisənin istehsal etdiyi məhsul alıcıya çatdırılmalıdır. Bazar şəraitində müəssisə bu işi həyata keçirmək üçün öz satış şəbəkəsini yaratmalı və yaxud müxtəlif statuslu əlaqəçılərlə tərəfdaşlıq münasibətləri qurulmalıdır. Bununla yanaşı, müəssisə satışın sürətləndirilməsi üçün bir çox marketinq və reklam üsullarından istifadə etməlidir.
Məənfətin əldə edilməsi müəssisənin əsas məqsədlərindən hesab olunur. Qeyd etmək lazımdır ki, müəssisənin və iqtisadiyyatın inkişafı üçün tələb olunan investisiyaların maliyyə mənbələrindən biri də məənfətdir. Bazar iqtisadiyyatında bir çox xarici amillərin təsiri nəticəsində müəssisə itkilərə də məruz qala bilər. Hər bir işin tam dəqiqliyi ilə planlaşdırılması mümkün olmayan bazar şəraitində təhlükələr həmişə mövcuddur. Buna görə də belə təhlükələrə hazır olmaq müəssisənin təsərrüfat çevikliyinin əhəmiyyətli şərtlərindəndir. Belə şəraitdə fəaliyyət göstərən müəssisənin strateqiyasının əsas elementlərindən biri də baş verəcək risklərin həcm və xüsusiyyətlərinə görə qiymətləndirilməsidir.
Müəssisələr də canlı orqanizmlər kimi özünü təkmilləşdirən sistemdir. Müəssisənin uğurları və məğlubiyyətləri ciddi təhlil olunmalı, üzə çıxarılan zəif cəhətlər aradan qaldırılmaqla üstün cəhətlərdən tam istifadə edilmə yolları göstərilməlidir. Özünü təkmilləşdirmə qabilliyəti müəssisənin əsas xüsusiyyətlərindən biri olaraq müəssisədaxili mədəniyyətlə bağlıdır. Müəssisənin bütün digər funksiyalarının səmərəli yerinə yetirilməsi məhz təcrübənin toplanması və yaxud özünütəhsilləndirmə vəsitəsilə mümkündür.
Mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün müəssisələr nizamnamə əsasında fəaliyyət göstərirlər. Nizamnamədə aşağıdakılar olmalıdır:
  • müəssisənin adı və növü, hüquqi ünvanı;
  • təsisçilər barədə məlumat;
  • müəssisənin hüquq və vəzifələri;
  • nizamnamə fondu;
  • fəaliyyətin məzmunu və məqsədi;
  • idarəetmə və nəzarət orqanları;
  • əmlakın yaranması və mənfəətin (gəlirin) bölüşdürülməsi qaydası;
  • yenidən təşkil olunmanın şərtləri;
  • müəssisənin fəaliyyətinin dayandırılması və ləğvi məsələləri və b.
Müəssisə istehsal etdiyi məhsula, gördüyü işlərə, göstərdiyi xidmətlərə təlabatı, habelə istehsalat və sosial inkişafın təmin edilməsi zərurətini nəzərə alaraq öz fəaliyyətini müstəqil planlaşdırır və inkişaf perspektivini müəyyən edir.
Hüquqi şəxs anlayışı
Sahibkarın statusu özündə onun hüquqlarının həcmini, öhdəlik sərhədlərini və məsuliyyət səviyyəsini cəmləşdirir. Sahibkarlıq statusu sahibkarın öz fəaliyyətini dövlət qeydiyyatından keçdikdən sonar əldə edilir. Sahibkarlıq statusunun 2 forması var:
- xüsusi sahibkarlıq;
- hüquqi şəxs.
Hüquqi baxımdan xüsusi sahibkarlığın 2 növü var: gizli və aşkar.
Sahibkarlığın gizli forması aşağıdakı hallarda mövcud olur:
  1. dövlət qeydiyyatından keçməyə şüurlu şəkildə getmədən həyata keçirilən sahibkarlıq fəaliyyəti (səbəbləri: vergiləri ödəməmək istəyi, məhsulun dövlət standartlarına uyğun olmaması, icazə olmadan tanınmış markadan istifadə və i.a)
  2. küçə ticarətinin təşkili zamanı (pərakəndə ticarət vasitəçilik, alver və s.)
  3. razılaşdırılmış fəaliyyət (icraçı tərəfindən sifarişçi üçün müəyyən ödəmələr şərtləri ilə dövlət qeydiyyatından kənarda qalan işlərin həyata keçirilməsi.)
Sahibkarliğin aşkar formasında sahibkar 2 formada iştirak edə bilər:
  • hüquqi şəxs formasında
  • fiziki şəxs formasında
Hüquqi şəxsin əlamətləri aşağıdakılardır:
  1. iqtisadi öhdəliklərin daşıyıcısı olmaq;
  2. iqtisadi məhkəmədə iddiaçı və ya cavabdeh rolunda iştirak etmək hüququna malik olmaq;
  3. özünün xüsusi balansına malik olmaq;
  4. vahid dövlət reyestrində qeydiyyata alınmaq və bankda hesaba malik olmaq;
  5. öz adından mülki, şəxsi və ya qeyri-mülki hüquqların əldə edilməsi və həyata keçirilməsi imkanına malik olmaq;
  6. sahibkarın öhdəliklərinə və məqsədlərinə uyğun olaraq vətəndaşlıq hüququndan istifadə etmək;
  7. üzərinə götürdüyü öhdəliklərə görə öz mülkiyyətində olan əmlakla cavabdehlik daşımaq;
  8. özünün əlahiddə mülkiyyətinə malik olmaq:
- mülkiyyətin tam hüquqlu sahibi kimi;
- təsərrüfat fəaliyyətini həyata keçirmək üçün öhdəsinə götürdüyü mülkiyyətə;
- idarə edilmək üçün qəbul olunmuş mülkiyyətə.
Hüquqi şəxs özünün ayrı-ayrı struktur bölmələrini yaratmaq hüququna malikdir. Bu bölmələr aşağıdakılardır:
1) nümayəndəlik
2) filial
3) şöbə
Hüquqi şəxsin nümayəndəlikləri, filiallari və şöbələri onun nizamanaməsində göstərilməlidir. Nümayəndəlik hüquqi şəxsin struktur bölməsi olaraq onun yerləşdiyi ərazidən kənarda olmalı və ona hüquqi şəxs tərəfindən həvalə olunan funksiyaları yerinə yetirilməlidir. Bu funksiyalara aşağıdakılar aid ola bilər:
1) hüquqi şəxsin öz istehlakçıları ilə münasibətlərinin yaxşılaşdırılması;
2) hüquqi şəxsin konkret regionda maraqlarının müdafiəsi.
Nümayəndəlik hüquqi şəxsdən müəyyən mülkiyyət alır, lakin öz hüquqi şəxs statusuna malik olmur.
Filial və ya şöbələr hüquqi şəxsin ayrı-ayrı struktur bölməsi olmaqla onun yerləşdiyi ərazidən kənarda olan regionda hüquqi şəxsin bütün funksiyalarını həyata keçirmək hüququna malik olurlar və ya həmin regionda hüquqi şəxsin maraqlarını təmsil edə bilərlər. Filial şöbələrə nisbətən daha çox hüquqa malik struktur bölməsidir.
Göstərilən fəaliyyətlərin həyata keçirilməsi zamanı hüquqi şəxs öz nizamnaməsində müəyyən dəyişmələri həyata keçirə bilər:
  • hüquqi şəxsin dəyişdirilməsi;
  • hüquqi şəxsin ləğv edeilməsi
Hüquqi şəxsin dəyişilməsi aşağıdakı hallarda baş verir:
1) başqa hüquqi şəxslərlə birləşdikdə;
2) təsisçılərin tərkibi dəyişdikdə;
3) öz mülkiyyətindən pay verərək başqa hüquqi şəxs yaradıldıqda;
4) hüquqi şəxsin bir neçə hüquqi şəxsə bölünməsi zamanı.
Hüquqi şəxsin ləğvi onun iflasa uğraması (müəssisə kreditorlar qarşısında öhdəliklərini yerinə yetirə bilmədikdə )ilə bağlıdır.
Müəssisələrin təsnifatı
Məlumdur ki, təşkilatlar kommersiya və qeyri-kommersiya təşkilatlarına bölünürlər. Kommersiya təşkilatlarına fəaliyyət məqsədi mənfəət əldə etmək olan təşkilatlar aid edilir. Qeyri- kommersiya təşkilatlarına isə fəliyyət məqsədləri mənfəət olmayan təşkilatlar aid edilir. Belə təşkilatlara xeyriyyə fondlarını, ictimai birlikləri, dini təşkilatları və başqalarını aid etmək olar.
Kommersiya təşkilatlarına aid olan müəssisələr fəaliyyət xarakterinə, məqsədlərinə, şəraitlərinə və bir çox digər əlamətlərinə görə fərqlənirlər. Adətən müəssisələri təsərrüfat fəaliyyətinin xarakteri və növünə, mülkiyyət formasına, kapital mənsubiyyətinə və üzərindəki nəzarətə, hüquqi statusuna və digər əlamətlərə görə təsnifləşdirirlər. Cədvəl 4.1-də müəssisələrin təsnifat əlamətləri və ümumi xarakteristikaları göstərilmişdir. Onlardan bir neçəsi üzərində ətraflı dayanaq.
Müəssisələr sanaye,kənd təsərrufatı, kredit-maliyyə, tikinti, və nəqliyyat və başqa sahələrdə fəaliyyat göstərirlər.Həmin müəssisələr təlabatın ödənilməsi prosesinin (istehsal bölüşdürmə -mübadilə -istehlak) ayrı-ayrı mərhələlərinin əsas və ya köməkçi elementləri üzrə ixtisaslaşmış ola bilərlər.Məsələn ,ticarət müəssisələri “mübadilə” prosesinin həyata keçirilməsini təşkil edirlər.Bu müəssisələr həm müstəqil fəaliyyət göstərə bilərlər,həm də iri istehsal müəssisəsinin satış sisteminə daxil ola bilərlər.
Müəssisələr istehsal etdikləri əmtəələrin təyinatına və xarakterinə görə siniflərə bölünə bilərlər. Nümunə üçün, maşınqayırma, yüngül sənaye, metallurgiya və i.a.
Müəssisələr sərmayə münasibətlərinə görə milli, xarici və birgə müəssisələrə bölünürlər.
Milli müəssisələrə nizamnamə fondu yerli sahibkarların sərmayələri hesabına formalaşan müəssisələr aid edilir. Müəssisənin milliliyi həmçinin onun yerləşdiyi və qeydiyyatdan keçdiyi məkan ilə müəyyən olunur. ABŞ-ın, Yaponiyanın, Cənubi Koreyanın müəssisələrinin filialları və bölmələri bir çox olkələrdə fəaliyyət göstərmələrinə baxmayaraq, öz ölkələrinin milli müəssisələri hesab olunurlar.
Müəssisələrin təsnifat əlamətləri və xarakteriskaları.

ƏlamətlərMüəssisənin xarakteristikası
1Əsas fəaliyyət sahəsi-sənaye
- tikinti
-nəqliyyat
-rabitə
-maliyyə-kredit
-ticarət və b.
2Mülkiyyət forması-xüsusi
-dövlət
-kooperativ
3Olçülər (işçilərin sayı, satış
həcmi,
Mənfəətin məbləği və i.a.)
-iri
-orta
-kiçik
4Nizamnamə fondunda xarici
xarici investisiyaların iştirakı
(sərmayə mənsubiyyətinə )
-xarici
-birgə
-milli
5Hüquqi -təşkilati forma-fərdi müəssisə
-məhdud məsuliyyətli müəssisə
-səhmdar cəmiyyətləri(açıq və qapalı)
-payçı və şərikli (komandit ortalıqlar)
6Birləşmə qaydaları-Korporasiya
-trest
-kartel
- konsorsium
-assosiasiya və i.a
7Hazır məhsulun təyinatı-istehsal vasitələri müəssisəsi
-istehlak predmetləri müəssisəsi
8İstehsal prosesinin təşkili
Metodları
-- axınlı istehsal
--dəstlərlə (seriyalı) istehsal
--fərdi istehsal
9Tələb olunan xammalın
xüsusiy.
-hasilat sənayesi; emal sənayesi
Xarici müəssisələrə nizamnamə fondu tamamilə xarici sahibkarların sərmayələri hesabına formalaşan müəssisələr aid edilir. Səhmlərinin nəzarət paketi xarici sahibkarlara məxsus olan müəssisələr də xarici müəssisələrə aid edilir. Xarici müəssisələrin təşkili və fəaliyyəti, qeydiyyat qaydaları, hüququ statusları, vergitutma qaydaları və başqa məhdudiyyətlər yerləşdikləri ölkənin qanunvericilik aktları ilə müəyyənləşdirilir.
Birgə müəssisələrə nizamnamə fondu iki və ya daha çox (biri yerli sahibkar olmalıdır) ölkəni təmsil edən sahibkarların sərmayələri hesabına formalaşan müəssisələr aid edilir. Birgə müəssisələrin yaradılması zamanı yerli sahibkarlar aşağıda göstərilən ardıcıllıqla fəaliyyət göstərə bilər.
  1. birgə müəssisələrin profilinin müəyyən edilməsi;
  2. birgə müəssisənin yaradılmasında maraqlı olan xarici tərəfdaşın axtarılması;
  3. niyyət protokolunun imzalanması;
  4. xarici tərəfdaşın birgə müəssisənin mənfəətindən öz payını almasının mümkün variantların hazırlanması;
  5. birgə müəssisənin təsisi zamanı qoyulacaq payların ilkin qiymətləndirilməsi;
  6. birgə müəssisənin təsisçi kimi iştirak etmək hüququnun əldə edilməsi;
  7. birgə müəssisənin təsisi və qeydiyyatı üçün tələb olunan sənədlərin, layihələrin hazırlanması;
  8. birgə müəssisənin yaradılması haqqında müqavilənin imzalanması;
  9. birgə müəssisənin dövlət qeydiyyatı;
10)birgə müəssisənin yaradılması üzrə qərarların həyata keçirilməsi.
Xarici və birgə müəssisələrin ölkəmizdə fəaliyyəti Azərbaycan Respublikasının “Xarici investisiyaların qorunması haqqında“ qanunu ilə (15 yanvar1992-ci il, dəyişiliklər edilib 07 aprel 1992 ci ildə) tənzimlənir.
Bu qanuna görə birgə müəssisələrin yaradılmasında tərəfdaş kimi aşağıda göstərilən subyektlər iştirak edə bilərlər:
-yerli hüquqi şəxslər
-xarici hüquqi şəxslər
-xarici vətəndaşlar, vətəndaşlığı olmayan şəxslər və xaricdə daima yaşayış yeri olan Azərbaycan Respublikası vətəndaşları, bu şərtlə ki, onlar vətəndaşı olduqları və ya daima yaşadıqları ölkədə təsərrüfatı fəaliyyəti ilə məşğul olmaq üçün qeydə alınmış olsunlar.
- xarici dövlətlər
-beynəlxalq təşkilatlar
Müəssisələrin birləşməsi
Birləşmə hər bir sahibkarın fəaliyyətinin səmərəliliyinin yüksədilməsinə imkan verdikdə sahibkarlar ümumi səylərin birləşdirilməsinə həvəslə gedirlər.
Kommersiya təşkilatları qapalı və açıq ittifaqlar və ya assosiasiyalar yaratmaq hüququna malikdirlər. Lakin assosiasiya özü kommersiya müəssisəsi ola bilməz, yəni ki, assosiasiya müəssisələrin məqsədi mənfəət оlmayan birləşmə formasıdır. Müəssisələrin daha yüksək mənfəət əldə etməlk məqsədi ilə getdikləri birləşmə formalarına aşağıdakıları aid etmək olar:
- kartel
- konsorsium;
- konsern;
- trest;
- sindikat;
- holdinq;
- maliyyə-sənaye qrupları;
- korporasiya.
Kartel bir qayda olaraq eyni sahəni təmsil edən müəssisələrin birləşməsidir. Özlərinin istehsal və kommersiya müstəqilliklərini itirməyən və öz fəaliyyətlərinin yalnız birhissəsini kartel müqaviləsi əsasında quran müəssisələr aşağıdakı şərtlər üzrə razılığa gəlirlər:
1) istehsal həcmi üzrə;
2) satış bazarları üzrə;
3) satış şərtləri üzrə.
Konsorsium bir neçə bank və ya sənaye müəssisələri arasında sərmayə qoyuluşu geniş miqyaslı maliyyə və kommersiya əməliyyatlarının həyata keçirilməsi və ya iri miqyaslı sənaye tikintisi üçün müvəqqəti razılaşma formasıdır.
Konsern patent lisenziya razılaşmaları maliyyələşdirmə sıx istehsal əməkdaşlığı və iştirak sistemi vasitəsi ilə bağlı olan müstəqil müəssisələrin birləşməsidir.
Trest müəssisələrin elə birləşməsidr ki, burada müəssisələr özlərinin hüquqi və təsərrüfat müstəqillyini itirərək vahid istehsal kompleksnə daxil olurlar.
Sindiqat karter razılaşmasının bir formasıdır. Sindiqatın iştirakçıları özlərinin hüquqi və təsərrüfat müstəqilliklərini saxlayırlar.
Holdinq şirkətləri sadə səhmdar cəmiyyətlərinə nisbətən daha mürəkkəb təşkilati struktura malik olan səhmdar cəmiyyəti formalı müəssələrdir.
Korparasianın gəlirinə hüquai şəxs kimi vergi qoyulur. Korparasiyanın sahibləri korparasiyanın borcları üzrə məhdud məsuliyyət daşıyırlar.
Mövzu 5. Sahibkarlıq fəaliyyətində marketinq
Plan:
1. Marketinqin funksiyaları
2. Marketinq tədqiqatlarının məzmunu.
3. Marketinq tədqiqatının informasiya təminatı.
4. Sahibkarlıq fəaliyyətində marketinq xidmətinin əhəmiyyəti
  1. Marketinq funksiyaları
“Marketinq” - ingilis sözü olan “market”-dən yaranmış və hərfi tərcüməsi “bazar”, “bazar fəaliyyəti”, “satış bazarı sferasında fəaliyyət” mənasını verir. Marketinq bir satış metodu kimi six XIX əsirin sonu və XX əsrin əvvəllərində yaranmağa və inkişaf etməyə başlamışdır. Bu anlayış о dövrdə müəyyən məhsula alıcı tapmağa xidmət etdiyindən marketinq fəaliyyətini tam əhatə etmirdi.
Marketinq iqtisadi və ictimai fəaliyyətin ən zəruri və əsas növlərindən biri hesab edilir.
Marketinq - məhsul istehsalı, onun hazırlanması və satışı, habelə bazarın kompleks öyrənilməsinə xidmət göstərən fəaliyyət sistemidir.
Marketinq fəaliyyəti onun qarşısında duran məqsəd və vəzifələrlə müəyyənləşdirilir.
İqtisadi ədəbiyyatlarda marketinq anlayışı müxtəlif formalarda şərh edilir, belə ki, müasir məktəblərdə marketinq anlayışına baxışlar müxtəlifdir. Marketinqə verilən bir neçə təriflə tanış olaq:
Marketinq - ehtiyatların və tələbatların mübadilə vasitəsi ilə ödənilməsinə yönəldilmiş insan fəaliyyətidir.
Marketinq - istehsalçı şirkətlərə satışı genişləndirmək, gəlir əldə etmək vəistehlakçıları qane edəcək məhsul istehsalına yönəlmiş fəaliyyətdir.
Marketinq - məhsulların istehsalçılardan istehlakçıla çatdırıl-ması ilə bağlı olan sahibkarlıq fəaliyyətidir.
Marketinq - istehsal olunan məhsulun satışı üçün əlverisli şərait yaratmaq, həmin məhsulları istehlakçıların tələbatına uyğunlaşdırmaq məqsədi ilə bazarın kompleks təhlili, proqnozlaşdırılması prosesidir.
Marketinq prosesi əsasən aşağıdakıları əhatə edir
  1. Müştərilərin ehtiyacı olan mal, məhsul, xidmət və ideyalarn müəyyən edilməsi;
  2. Yüksək keyfıyyətli məhsul istehsalı;
  3. Qiymətin düzgün müəyyənləşdirilməsi;
  4. Məhsulun təbliğ olunması və reklam edilməsi;
  5. Məhsulun satışı və müştərilərə çatdırılması.
Yuxarıda qeyd olunanlardan aydın olur ki, marketinq fəaliyyəti iqtisadiyyatın bütün formalarına - istehsal, bölgü, mübadilə və istehlaka öz təsirini göstərir, onların əlaqəli inkişafını təmin edir.
KB-də marketinqin xüsusi rolu vardır. KB-də marketinq - imkanlı müştərilərin aşkar olunması və onların təlabatlarının müəyyən edilməsi, bu təlabatların ödənilməsi məqsədi ilə əmtəə və xidmətlər paketinin hazırlanması, reklam və təqdimat üzrəfəaliyyətdir.
KB-də marketinqin iki əsas vəzifəsi vardır:
  1. müştərilərin tapılması (məqsədli bazarın müəyyən olunması);
  2. onların tələbatlarının ödənilməsinin təmin olunması.
Əmtəə və xidmətlər paketinə əmtəə və xidmətlər, onların bazara hərəkəti, həmçinin satışdan sonrakı tədbirlər daxil edilir. KB-də marketinq aşağıdakıları əhatə edir:
  1. məqsədli bazarların aşkar olunması və onların potensialın müəyyən olunması;
  2. əmtəə və xidmətlər paketinin hazırlanması;
  3. bazarda - əmtəə və xidmətlərin hərəkəti və reklamı;
  4. məhsulun məqsədi, bazarda satışı;
  5. satışdan sonrakı xidmət.
Cədvəl 1.
Kiçik biznesdə marketinqin əsas istiqamətləri
İstiqamətlərMarketinq fəaliyyəti
Məqsədli bazarın aşkar olmasıBazarın tədqiq olunması
Məqsədli bazarın tutumunun müəyyən olunmasıBazara məhsulun istiqamətləndiril-məsi; Satışın proqnozlaşdırılması
Əmtəə və xidmətlər paketinin hazırlanmasıƏmtəəyə (xidmətə) qiymətqoyma satışın həvəsləndirilməsi
Təqdim olunan əmtəə və xidmətlərin reklamlaşdırılmasıReklam informasiya
Əmtəə və xidmətlər paketinin tapılmasıSatış; Satışdan sonrakı xidmət
Marketinqin əsas funksiyaları
analitik
istehsal
satış
İdarəetmə
və nəzarət
Marketinqin konsepsiyası. Marketinq konsepsiyası dedikdə, bazara istiqamətlənmiş aktiv fəaliyyətin inkişafına olan bütün mərhələləri xarakterizə edən ilkin vəziyyət başa düşülür. Marketinq konsepsiyasının əsasını ehtiyac, təlabat, tələb, tədavül, sövdələşməvə bazar anlayışları təşkil edir. Bütün bu anlayışlar bir biri ilə qarşılıqlı əlaqədardır.
Marketinq konsepsiyasının mahiyyətini insanın ehtiayacının ödənilməsi təşkil edir.
Ehtiyac - insan tərəfindən nəyinsə çatışmamazlığının hiss olunmasıdır.
Təlabat - insanın özünəxas formaya düşmüş ehtiyacıdır.
Tələb - alıcılıq qabiliyyəti ilə möhkəmlənmiş təlabatdır.
Məhsul (əmtəə) - tələbatı və ya ehtiyacı ödəyə bilən, yaxud istehlak olunmaq məqsədi ilə bazara təklif olunan hər bir şeydir.
Marketinq о hallarda mövcud olur ki, insanlar öz ehtiyacalarını və tələblərini tədavül vasitəsi ilə ödəməyi qərara alırlar.
Tədavül bu əmtəə dəyərinin dəyişilməsi prosesi olub, istehsalın bölgü və istehlaklaəlaqələndirilməsi prosesidir.
Tədavül ayrı-ayrı şəxslərin arzuladığı obyekti əldə etməsi üçün mövcud olan dörd üsuldan ibarətdir:
  1. Özünü təminat
  2. Əlindən almaq
  3. Dilənçilik
  4. Mübadilə
Sövdələşmə - satıcı ilə alıcının şəxsində iki tərəf arasmda baş verən kommersiya mübadiləsidir. Sövdələşmə prosesinin normal həyata keçirilməsi üçün aşağıdakı şərtlər zəruridir:
  1. Müəyyən dəyərə malik ən azı iki obyektin mövcudluğu;
  2. Onun icrasının razılaşdırılmış şərtlərinin olması;
  3. İcra müddətinin dəqiq müəyyən olunması;
  4. Razılaşdırılmış yerin müəyyən olunması.
Bazar - mövcud olan və potensial alıcıların məcmusudur. Məhsulların istehlak dəyərinin növündən aslı olaraq, bazarın iki növü fərqləndirilir:
  1. İstehsal vasitələri bazarı.
  2. İstehlak malları bazarı
Bazar əmtəələrin tədavül sferası olub, əmtəə tədavülü prosesini tamamlamaq, məhsulun pula və ya əksinə, pulun məhsula çevrilməsini həyata keçirir.
2.Marketinq tədqiqatlarının məzmunu
Bazar iqtisadiyyatı şəraitində biznes fəaliyyəti ilə məşğul olan sahibkarlar qarşısında duran başlıca vəzifə istehlakçıların məhsulara olan potensial tələbatlarının ödənilməsidir. Qeyd etmək lazımdır ki bu zaman qarşıya bir sıra problemlər çıxır. Beləproblemlərin həllinə isə yalnız marketinq tədqiqatlarının köməyi ilə nail olmaq mümkündür.
Marketinq tədqiqatları - problemlərin məqsədyönlü öyrənilməsi, tədqiq edilməsi, bunların əsasında həmin məsələlərin kompleks həllini təmin edə biləcək təkliflər sisteminin işlənməsi və tətbiqidir.
Marketinq tədqiqatı - əmtəələr, müştərilər, rəqiblər və bazarlar haqqında infonrmasiya toplanması, işlənməsi və təhlilidir.
Marketinq tadqiqatının vəzifələri
- zəruri olan inforomasiyaların müəyyən olunması;
- həmin informasiyaların toplanılması;
- toplanmış informasiyaların təhlili;
- təhlilin nəticələrinin tətbiqi imkanlarının tapılması.
Firmalar marketinq tədqiqatlarını bir neçə üsulla apara bilərlər. KB belə tədqiqatın aparılmasını müəyyən ixtisaslaşdırılmış təşkilatlara sifariş edə bilər. İri şirkətlərin isəözünün xüsusi marketinq tədqiqatları strukturu olur.
Təəssüflə qeyd etmək lazımdır ki, kiçik bizneslə məşğul olan çox sahibkarlar marketinq tədqiqatının aparılmasına şübhəli yanaşırlar. Bu onunla izah olunur ki, onlar sadəcəmarketinq tədqiqatının mahiyyətini düzgün başa düşmürlər və bu işə vəsait sərf etmək istəmirlər.
Bəzi sahibkarlar isə marketinq tədqiqatının aparılmasını aşağıdakı səbəblərlə izah edirlər:
  • vaxtın olmaması;
  • biliyin olmaması;
  • vəsaitin olmaması;
  • marketinq nəticələrinin təcrübədə tətbiqi imkanlarının olmaması.
Nəzərə almaq lazımdır ki, hər hansı bir məsələ haqqında ətraflı informasiya olmadan düzgün qərar qəbul etmək olmaz. İnformasiya əldə etməyin ən sadə və səmərəli üsulu marketinq tədqiqatının aparılmasıdır.
3. Marketinq tədqiqatının informasiya təminatı
Müasir bazar iqtisadiyyatı şəraitində yalnız о firma səmərəli fəaliyyət göstərə bilir ki, onun rəhbərliyi ilə mütəxəssisləri sahibkarlıq fəaliyyətinin bütün istiqamətləri üzrəkifayət qədər tam, həqiqi və vaxtında verilmiş informasiyalara malik olsun.
Belə problemlərin həlli hər şeydən əvvəl marketinq informasiya sisteminin yaradılması yolu ilə həll edilir. İnformasiya sistemi təsərrüfat fəaliyyətinin idarə olunması elementlərindən biri hesab edilir və onun əsasını təşkil edir.
Müasir dövrdə xalq təsərrüfatının ayrı-ayrı sahələrində, müəssisələrdə vəmüəssisədaxili bölmələrdə informasiyaların həcmi getdikcə artır.
İnformasiya sistemlərinin təşkilinin mühüm prinsiplərindən biri buraxılış sənədlərinin düzgün tərtib olunmasıdır. Buraxılış sənədləri təsərrüfat rəhbərləri tərəfindən hazırlanmış, bir sıra tələblərə cavab verən informasiyalardan ibarət olur.
Sahibkarlıq fəaliyyətinə qiymət vermək üçün aşağıdakı informasiyalardan istifadəedilməsi məqsədəuyğun hesab edilir.
  1. Firmanın ümumi istehsalı və maliyyə potensialı haqqında.
  2. Firmanın marketinq fəaliyyəti haqqında.
  3. Məhsulun satış şərtləri haqqında.
  4. Bazarın vəziyyəti haqqında.
  5. Firmanınn məqsədləri və vəzifələri haqqında.
Bütün bu informasiyalar müvafiq idarəetmə qərarlarının hazırlanması üçün əsas verir.
Ona görə də hər bir informasiya obyektiv şəraiti, rellağı düzgün əks etdirməlidir, əks halda qəbul olunmuş qərarların heç bir əhəmiyyəti olmayacaqdır.
Qarşıda duran əsas vəzifələrdən biri müəssisənin bütün sahələrində informasiya təlabatına təsir edən amillərin düzgün nəzərə alınmasıdır. İnforomasiya təminatında istifadə olunan informasiyalar müxtəlif əlamətlərə görə təsnif olunur.
Marketinq tədqiqatı aparmaq üçün ilk növbədə hansı informasiyanın lazım olduğunu müəyyən etmək zəraridir. Bu vəzifə yerinə yetirildikdən sonra, müəyyən etmək lazımdır ki, zəruri olan informasiyalardan hansılar firmada artıq mövcuddur. Marketinqtədqiqatında istifadə olunan informasiyalar iki növə bölünür.
  1. Daxili informasiya.
  2. Xarici informasiya.
Daxili informasiya dedikdə, bilavasitə sahibkarın (biznes) özü tərəfindən təqdim olunan məlumatlar başa düşülür. Daxili informasiyaların mənbələri aşağıdakılardır:
  • satış həcmi və satışdan daxil olan pul vəsaitini qeydə alan sənədlər;
  • inventar cədvəlləri;
  • müştərilərin sifarişləri;
  • hesab-fakturalar;
  • əmtəələrin qaytarılması üzrə senədlər;
  • müştərilərin iradları;
  • maliyyə hesabatları;
  • ticarət nümayəndələrinin hesabatları; əvvəlki marketinq tədqiqatının məlumatları.
Xarici marketinq informasiyası - firmanın fəaliyyəti ilə birbaşa əlaqəsi olmayan informasiyadır.
Xarici informasiyanın mənbələri:
  • ticarət-sənaye palatası;
  • statistik agentlər;
  • ticarət nümayəndəlikləri;
  • ticarət assosiasiyaları;
  • sahə jurnalları;
  • qəzetlər.
Qeyd etmək lazımdır ki, təkrar informasiyanın üstünlükləri və çatışmamazlıqları vardır. Üstünlükləri:
  • baha deyildir;
  • asan alınır;
  • ilkin informasiya üçün əsas olur.
Çatışmamazlıqları:
  • imkansızlıq ola bilər;
  • yararlı olmaya bilər;
  • dəqiq olmaya bilər;
  • köhnə ola bilər;
  • kifayət qədər olmaya bilər.
İlkin informasiyaların yığılması üsulları.
Marketinq tədqiqatlarında istifadə olunan informasiya növlərindən biri də ilkin informasiyadır. İlkin informasiya konkret marketinq problemlərinin həlli üçün toplanmış informasiyalardır.
  1. Müşahidə
  2. Şəxsi müşahidə
  3. Telefonla müsahibə
  4. Poçt ilə sorğu
  5. Qrupla müsahibə
Müsahibə vaxtı verilən suallar üç qrupa bölünür:
  • Açıq suallar. Belə suallara cavab respondentin öz sözləri ilə sadə formada verilir. Adətən bu cür cavablarda olduqca yararlı informasiyalar olur. Onlann təhlili vəemail bir qədər çətindir.
  • Alternativ suallar. Belə sullarda iki və ya ikidən çox cavab variantından biri seçilir.
  • Qapalı suallar. Belə sullarda bütün cavab variantları öz əksini tapir. Respondent öz seçimini edir.
4. Sahibkarlıq fəaliyyətində marketinq
xidmətinin əhəmiyyəti
Firmada marketinq konsepsiyasını həyata keçirmək üçür marketinq xidməti yaradılmalıdır. Marketinq xidmətinin əsas vəzifəsi marketinq tədqiqatlanın həyata keçirməkdir. Marketinq xidmətinin məqsədi müəssisə fəaliyyətinin mərhələlərindən və müəssisə qarşısında duran konkret vəzifələrdən asılı olur.
Müəssisədə marketinq xidmətinin təşkilində ilkin vəzifə marketinqin məqsədinin dəqiq müəyyən edilməsidir. Müəssisəde marketinq fəaliyyətini həyata keçirmək üçün onun idarəetmə strakturunda xüsusi marketinq xidməti bölməsi yaradılmalıdır.
Müəssisənin marketinq xidmətinin quruluşu xeyli dərəcədə müəssisənin resurslarının miqdarından, buraxılan məhsulların xüsusiyyətlərindən, onların reallaşdığı bazarların növündən, müəssisənin mövcud strukturundan asılı olur.
Müəssisədə marketinq xidmətinin təşkilatı quruluşu müəyyən istiqamətlər üzrə ola bilər. KB-də marketinq xidmətinin təşkilində ən əsas yeri onun strukturunun düzgün müəyyən edilməsi tutur. Marketinq xidmətinin təşkili bir sıra amillərdən və şərtlərdən asılı olur.
Müəssisədə marketinq xidmətinin təşkilinin funksional, amtəə, bazar, əmtəə-bazar regional (coğrafi) prinsiplərinə əsaslanan formaları vardrr.
Marketinq xidmətinin funksional təşkili ən geniş yayılan formalardan bin hesab edilir. Bu təşkil formasında mütəxəssislər marketinq fəaliyyətinin müxtəlif rəhbərlik edirlər.
Marketinq xidmətinin funksional təşkili kiçik çox tətbiq olunur. Belə ki, formalarda bir və ya bir neçə adda məhsul istehsal edilir və həmin məhsullar kiçik bazarlarda reallaşdırılır.
Müəssisədə marketinq xidmətinin əmtəə prinsipi əsasında təşkıli zamanı-bütün xidmət ayrı-ayrı əmtəələr və əmtəə qrupları üzrə təşkil olunur.
Əmtəə prinsipi üzrə təşkil olunmuş marketinq xidmətində hər bir əmtəənin özünün idarəetmə rəisi və həmin rəisə tabe olan əmtəə üzrə funksional bölmələr fəaliyyət göstərir. Bu bölmələr yalnız br əmtəə və ya əmtəə qrupu üzrə bütün funksional vəzifələri yerinə yetirir. Marketinq xidmətinin bazar prinsipləri əsasında təşkili zamanı marketinq ayrı-ayrı bazarlar və ya bazar seqmentləri üzrə bölünür.
Müəssisədə məhdud çeşiddə əmtəə istehsal olunduqda və kifayət qədər bazarlarda satıldıqda marketinq xidmətləri coğrafl (regional bazarlar üzrə təşkili daha məqsədəuyğun olur.
Marketinq xidmətinin coğrafı prinsip üzrə təşkili zaman marketinq bölmələri ayrı-ayrı regionlarda təşkil olunur və orada fəaliyyət göstərir.
Marketinq xidmətinin təşkili bəzi hallarda əmtəə-bazar prinsipi əsasmda da təşkil ediləbilər.
Əgər müəssisə kiçik biznesə aiddirsə, onda müəssisə özünün marketinq işlərini həyata keçirərkən kənar məsləhətçiləri də bu işə cəlb edə bilər. Müəssisədə marketinq şöbəsinin strukturuna uyğun olaraq struktur bölmələrin hər birinin funksiyaları vəvəzifələri dəqiq müəyyən edilməlidir. Bu rnəqsədlə müəssisədə marketinq şöbəsinin «əsasnaməsi» hazırlanmalıdır.
Əsasnamədə hər bir bölmənin funksiyası, vəzifəsi və səlahiyyətləri ətraflı şərh olunmuşdur.
Əsasnamə əsasən aşağıdakı bölmələrdən ibarətdir:
1.Ümumi müddəalar. Marketinq şöbəsinin məqsədi və vəzifələri
  1. Marketinq şöbəsinin funksiyaları
  2. Marketinq şöbəsinin strukturu
  3. Marketinq şöbəsi işçilərinin vəzifə təlimatları
  4. Marketinq şöbəsinin digər bölmələrə münasibətləri
6.Marketinq fondu və büdcəsi
Marketinq xidmətinin əsas funksiyaları
  1. Bazarın kompleks öyrənilməsi;
  2. Məhsul çeşidinin planlaşdmlması;
  3. Satış və bölgü;
  4. Reklam və satışm həvəsləndirilməsi.
Beləliklə, müəssisdə marketinq fəaliyyətinin həyata keçirməsi üçün firmanın idarəetməstrukturunda marketinq xidmətinin təşkili onun fəaliyyətindən, ölçülərindən və digər imkanlardan asılı olur. Belə ki, marketinq üzrə mütəxəssis, marketinq qrupu vəmarketinq şöbəsi bu işlərlə məşğul ola bilər. Nisbətən iri müəssisələrdə marketinqxidməti şöbəsinin yaradılması məqsədəuyğun hesab edilir.
Mövzu 6. Sahibkarliq firmalarında menecment sisteminin məzmunu və strukturu
Plan:
1. Menecmentin mahiyyəti məzmunu və rolu
2. Menecmentin əsas xüsusiyyətini müəyyən edən amillər
3. Firmanın idarə edilməsinin funksiyaları və vəzifələri
4. Firmanin idarəetmə strukturu
1. Menecmentin mahiyyəti, məzmunu və rolu
Menecment - idarəetmə deməkdir. Bu söz həmçinin bu elmlə məşğul olan müxtəlif qrup adamları və şəxsləri də əhatə edir. Başqa sözlə, idarəetmə funksiyasına və bu funksiyanı yerinə yetirənə də menecment deyilir. Lakin hal-hazırda menecment funksiyasını yerinə yetirənlər «meneceг» adlanır. Bu söz Amerika mənşəli olmasına baxmayaraq orada da qeyd edilən addan məhdud istifadə edilir. Dövlət təşkilatlarında, Universitetlərdə, hərbi bölmələrdə və digər sahələrdə də menecer işləri, menecer funksiyası, menecer məsələləri yerinə yetirilir. Lakin bu təşkilatlarda menecment əvəzinə “inzibatçı”, “direktor”, “rəis”, “komandir” kimi sözlərdən də istifadə edilir. Menecment təşkilatın menecerlər qrupu kimi fəaliyyət göstərir, öz liderliyini saxlayır, inkişafa istiqamət verir, müəyyən təsərrüfatçılıq məsələləri hazırlayır və bunların həyata keçirilməsi üçün qərarlar qəbul edir. Menecment mürəkkəb, sahələrarası elm olub, müxtəlif elm sahələrinə əsaslanır. Müstəqil elm sahəsi olan menecment müxtəlif elmlərlə sıx surətdə əlaqəlidir.
Menecment elminin digər elmlərlə əlaqəsi 1 saylı şəkildə göstərilmişdir.
Menecment
İqtisadiyyat
Texnika
Texnologiya
Ekologiya
Psixologiya




Riyaziyyat
Sosiologiya
Hüquq
Kütləvi
xidmət
Şəkil 1. Menecmentin digər elmlərlə əlaqəsi
Biznesdə menecment dedikdə, fırmanın son məqsədi olan maksimum mənfəət götürməyə yönəldilən elm sahəsi nəzərdə tutulur.
Kiçik biznes fəaliyyətində aralıq məqsədləri də olur. Məsələn, məhsul istehsalını məlum həddə çatdırmaq, bazarda firma məhsullarının xüsusi çekisini 30% artırmaq, firmanın gələcəkdə rəqabət qabiliyyətini yüksəltmək və s.
Konsepsiyanın mahiyyəti - son nəticəyə istiqamətlənmiş və əmək kollektivinin yaradıсılıq potensialından tam istifadəyə müasir idarəetmə üsullarına və texnikasınaəsaslanaraq tam idarəetməyə nail olmaq.
Məqsəd - müəssisənin uzunmüddətli fəaliyyətində nail olmaq istədiyi son nəticədir. Məqsəd daimi olmur, o dəyişkəndir. Xarici və daxili amillərin təsirilə və ya seçilən məqsədin düzgün olmaması səbəbindən о dəyişə bilər.
Idarəetmə prosesinin mərhələləri planlaşdırma, fəaliyyət texnologiyasının işlənilməsi, fəaliyyətin təşkili, kollektivin işinin nəticələrinin yüksəldilməsinin motivləşdirilməsi, nəzarət və inkişafın təmin edilməsindən ibarətdir. Bunları şərh edək:
  • nəticənin planlaşdırılmasına - strateji, illik və cari planlaşdırma daxildir;
  • mövqe rəhbərlərinə əsaslanmış nəticəyə nail olmaqda ətraf mühitin naməlumluğu və bu mühitdə müəssisənin dinamikliyi öz əksini tapır;
  • nail olmuş nəticələrin və nəzərdə tutulmuş tədbirin yerinə yetirilməsi üsulunun qiymətləndirilməsi məqsədilə nəzarət həyata keçirilir;
Nəticələrin qiymətiəndirilməsi müəyyən tövsiyyələrin hazırlanması ilə başa çatır ki, bu da gələcək fəaliyyətdə nəzərə alınır.
Nəticəyə istiqamətlənmiş idarəetmə zamanı müəssisənin strukturu təkmilləşdirilir vəidarəetmə kadrlarının peşəkar hazırlıq səviyyəsi yüksəldilir. İnkişaf özü dəyişkənlik prosesi olmaqla idarəedilə bilən olur.
Beləliklə, nəticəyə istiqamətlənmiş idarəetmə sadəcə olaraq müəyyən fiınksiyaları yerinə yetirməkdən fərqli olaraq son nəticə göstəricilərinin yüksəldilməsinə xidmət edir. Bu ondan irəli gəlir ki, yekun halda məhz nəticə vacibdir, nəinki ona nail olmaq yolları.
Müəssisənin uğurluluğu və uğursuzluğu onun menecmentindən asılıdır. Əgər müəssisəpis işləyərsə, qeyri rentabelli olarsa onda müəssisənin sahibi ilk növbədə işçiləri deyil, onun menecerini dəyişəcəkdir.
Idarəetmə prosesinin mərhələləri planlaşdırma, fəaliyyət texnologiyasının işlənilməsi, fəaliyyətin təşkili, kollektivin işinin nəticələrinin yüksəldilməsinin motivləşdirilməsi, nəzarət və inkişafm təmin edilməsindən ibarətdir. Bunları şərh edək.
Nəticəyə istiqamətlənmiş idarəetmə zamanı müəssisənin strukturu təkmilləşdirilir vəidarəetmə kadrlarının peşəkar hazırlıq səviyyəsi yüksəldilir. İnkişaf özü dəyişkənlik prosesi olmaqla idarəedilə bilən olur.
Beləliklə, nəticəyə istiqamətlənmiş idarəetmə sadəcə olaraq müəyyən funksiyalar yerinəyetirməkdən fərqli olaraq son nəticə göstəricilərinin yüksəldilməsinə xidmət edir. Bu ondan irəli gəlir ki, yekun halda məhz nəticə vacibdir, nəinki ona nail olmaq yolları.
Menecer təkcə özü deyil əmək kollektivini də işgüzarlığa cəlb edir, işdə işgüzarlıq mühitinin formalaşdırılmasına çalışır, onların yaradıcılıq fəaliyyətinə geniş meydan verir.
Hər bir kəs satıcıdır” - dedikdə, firmanın müvəffəqiyyətli fəaliyyətinin təmin edilməsində məhsulun keyfiyyətinin yüksək olması, onun rəqabət qabiliyyətinin dayanıqlı olması, əmək kollektivinin hər bir üzvünün ümumi işin səmərəliliyinin yüksəldilməsində iştirakı nəzərdə tutulur.
Təxirəsalınmadan reaksiya vermək” - о deməkdir ki, tələbatın dəyişməsini diqqətləizləməklə, alıcıların məhsullara tələbatlarının dəyişməsini nəzərə almaqla bazarın dəyişməsinə operativ reaksiya verilməlidir.
Beləliklə, bazarda öz mövqeyini qoruyub saxlamaqla kifayətlənməyən kiçik müəssisədaha yüksək nailiyyətlərə nail olmaq üçün idarəetmə üzrə işgüzarlıq fəaliyyətini təmin edən firmanın meneceri işgüzarlıq səriştəsinə malik olmalı, işə yaradıcı yanaşmalı, təşəbbüskarlığı və daima yeniliyə can atmağı işçilərinə öyrətməlidir. Xüsusilə, riskli vəziyyətlərdə qərar qəbul etməyi və onun dəf edilməsi yollarını müəyyən etməyi bacarmalıdır.
2. Menecmentin əsas xüsusiyyətini müəyyən edən amillər
Kiçik biznes həddindən çox müxtəlifliyə malikdir. О bir sıra amillərlə fərqlənir vəbunların hər biri bu və ya digər dərəcədə konkret firmanın idarə edilməsinin xüsusiyyətlərinə təsir edir. Belə amillərin içərisirıdə müəssisələrin ölçülərini, işçilərin sayı və tərkibini, mülkiyyət formasını, fealiyyət sahəsini, istehsal edilən məhsulun vəyaxud göstərilən xidmətin həcmi və çeşidlərini, müəssisənin təşkilati strukturunu vəsairəni xüsusi ilə qeyd etmək lazımdır. Təşkilatın idarə edilməsinə ən çox təsir edən amillər ilk növbədə müəssisənin ölçüsü və orada çalışan işçilərin sayıdır. Müəssisədəçalışan işçilərin sayından asılı olaraq özünün spesifikası və menecmenti olur. Bununlaəlaqədar olaraq Yaponiyada kiçik biznesin idarə edilməsi üç səviyyəyə ayrılır:
  1. Təşkil edilməyən idarəetmə (aşağı səvıyyəli idarəetmə)
  2. Təşkil edilən idarəetmə (orta səviyyəli idarəetmə).
  3. Elmi əsasda teşkil edilən idarəetmə (yüksək səviyyəli idarəetmə).
Aşağı səviyyəli idarəetmə texnologiyası müəssisədə çalışan işçilərin sayı iyirmiyədək olan kiçik müəssisələrə şamil edilir. Belə müəssisələrdə xüsusi idarəetmə bölmələri olmur, idarəetmənin özü isə elementar səviyyədə aparılır. О cümlədən mühasibat uçotunun aparılması təsərrüfat fəaliyyətinin rentabelliyinə nəzarət, işə rəhbərlik.
Orta səviyyəli idarəetmə texnologiyası işçilərinin sayı iyirmi birdən yüzədək olan müəssisələrə şamil edilir. Burada müəssisənin təsərrüfatın təşkilatı baxımdan yerinəyetirməyi bacaran xüsusi idarəetmə bölmələri yaradılır.
Təcrübi olaraq istehsalın, satışın, əməyin, maliyyənin və digər funksional bölmələrin idarəetmə qrupları yaradılır.
Yüksək səviyyəli idarəetmə texnologiyası işçilərinin sayı yüzdən çox olan müəssisələrdə tətbiq edilir. Belə müəssisələrdə yaxşı təşkil edilmiş idarəetmə bölmələri vardır. Bu bölmələrin hər biri öz sahəsində yüksək idarəetmə texnologiyasına malikdir.
Asanlıqla müəyyən etmək mümkündür ki, müəssisənin idarə edilməsinin səviyyələrə ayrılmasının öz məntiqi vardır. Məlumdur ki, çox da böyük olmayan mağazada, kafedə, bərbərxanada və bu kimi xüsusi menecerin olması zəruri deyildir, adətən belə kiçik müəssisələrdə idarəetmə funksiyasını onun sahibi öz üzərinə götürür. Başqa sözlə bir neçə vəzifəni eyni bir icraçılar həyata keçirir. Müəssisələrdə idarəetmə bölmələrinin yaxud menecerin idarəetməyə cəlb edilməsi bir sıra amillərdən asılıdır ki, bu amillər də konkret müəssisə fəaliyyətini təmin edirlər, Bu və ya digər dərəcədə müəssisənin idarəedilməsinin teşkilinə təsir edən amilləri sadalayaq:
  • müəssisənin ölçüsü;
  • işçilərin sayı və tərkibi;
  • fəaliyyət sahələri;
  • məhsulun (xidmətin) çeşidləri;
  • mülkiyyət forması;
  • tələb və təklifin, istehsal və göstərilən xidmətin xüsusiyyətləri.
Azərbaycanda yaradılan kiçik müəssisələrin əksəriyyətində demək olar ki, idarəetmə funksiyasını müəssisə rəhbəri öz üzərinə götürür. Və bu zaman belə hesab edirlər ki, bu işi başqasına həvalə etməkdən daha yaxşıdır. Belə yanaşma bir sıra hallarda idarəetmənin keyfiyyətinə mənfi təsir göstərir. Bu ondan irəli gəlir ki, cari məsələlərin həllinə müəssisə rəhbəri daha çox vaxt sərf edir, nəinki, müstəqil idarəetməyə. Nəticədə müəssisə qarşısında qoyulan məqsədə nail olmaq vaxtlı-vaxtında yerinə yetirilə bilmir, bu isə öz növbəsində müəssisənin istehsal təsərrüfat fəaliyyətinin səmərəlilik göstəricilərinə mənfi təsir göstərir.
3.Firmanın idarə edilməsinin funksiyaları və vəzifələri
Kiçik biznesin idarəedilməsinin başlıca vəzifəsi – idarəetmə prosesinin həyata keçirilməsi üçün zəruri olan resurslarla təmin edilməsi, bütünlüklə flrmada təkrar istehsalın həyata keçirilməsini təmin etməkdir. Buraya istehsala elmi-tədqiqat və təcrübi-konstruktor işlərinin nəticələrinin tətbiqi, istehsal texnologiyasının işlənib hazırlanması və təkmilləşdirilməsi, kommersiya əməliyyatlarının aparılması, istehsala texniki xidmətin təşkili, istehsalın maddi-texniki təchizatı, istehsalın zəruri olan bütün resurslarla teminatı, bütünlükdə firma fəaliyyətinin təşkili, planlaşdırılması, firma fəaliyyətinə rəqabətlilik qabiliyyətinin yüksəldilməsi və s. daxildir.
Menecmentin funksiyaları. Kiçik müəssisələrin menecerləri eyni tip funksiyaları yerinə yetirirlər. Onlar planlaşdırma, təşkiletmə, koordinasiya etmə, motivləşdirmə və nəzarət etmə ilə məşğul olurlar. Bu funksiyaların qarşılıqlı əlaqələri şəkil 3-də əks etdirilmişdir.
Planlaşdırma. Planlaşdırma menecmentin ən əsas funksiyasıdır ki, digər funksiyalar birbaşa bundan asılıdır. Müəssisənin planlaşdırma ilə məşğul olan meneceri təşkilatın məqsədini müəyyən edir və buna nail olmağın ən yaxşı yollarını axtarır.
Məqsəd müəyyən edildikdən sonra müəssisədə SWOT (Strenqths, Weakness, Opportunities, Threats - güclü və zəif tərəflər, imkanlar və təhlükələr) üsulu ilə təhlil aparılır.
SWOT - müəssisənin bütövlükdə təhlili üsuludur. Bu zaman müəssisə yuxarıdan aşağıya, daxildən və xaricdən təhlil edilir. Təhlil nəticəsində müəssisənin fəaliyyətinin təmin edəcək daxili və xarici amillər müəyyənləşdirilir. Nəticədə müəssisənin strategiyası müəyyən edilir.
Məlum müddətə müəssisənin strategiyasının müəyyən edilməsi aşağıdakıları əhatə edir:
  • istehsal edilən və ya göstərilən xidmətlərin variantının seçilməsi;
  • avadanlıq və binalar da nəzərə alınmaqla istehsal strategiyası variantının seçilməsi;
  • müştərilərin və bazar strategiyası variantlarının seçilməsi;
  • təşkilatın təşkilati-idarəetmə strukturunun və işçi heyətinin strukturunun variantlarının seçilməsi;
  • maliyyə tələbləri və maliyyə mənbələri variantının seçilməsi.
Ümumilikdə, seçilən variantlar rnüəssisə strategiyasını müəyyen edir ki, bu da razılaşdırma və reallıq qabiliyyətinə görə qiymətləndirilməlidir.
Seçilmiş məqsəd və işlənilmiş strategiyaya nail olmaq strateji planların əsasını təşkil edir. Strateji planların konkretləşdirilməsi adətən, illik planda heyata keçirilir. İllik planlarda müəssisə və onun bölmələri qarşısında konkret məsələlər qoyulur, onun yerinə yetirilməsi qaydaları müəyyən edilir, gəlir və xərclər smetası tərtib edilir.
Kollektiv qarşısında real və razılaşdırılmış vəzifələrin qoyuluşu fırma işçilərinin fəaliyyətinin məqsədyönlü olmasına gətirib çıxarır və onlar çalışırlar ki, konkret nəticələrə nail olsunlar.
Təşkiletmə. Planlaşdırma kimi, təşkiletmə də menecerin dərin funksiyalarındandır.
Menecmentin bu funksiyasının vəzifəsi - müəssisənin strukturunun formalaşdırılması və onun normal fəaliyyəti üçün zəruri olan resurslarla təmin edilməsidir. Plan tərtib olunduqdan sonra, əsas vəzifə ondan ibarətdir ki, nəzərdə tutulan məqsədə nail olmaq üçün real şərait yaradılsın. Təşkiletmə mərhələsində menecerin qarşısında duran ən böyük problem - müəssisənin məqsəd və vəzifələrinə uyğun gələn əmək bölgüsü, səlahiyyətlərin bölgüsü və konkret vəzifələri yerinə yetirə bilən şəxslərin müəyyən edilməsi üzrə konkret variantın seçilməsidir. Bu işin digər vacib bir cəhəti işçilərin əmək haqqı məbləğinin müəyyən edilməsidir. Eyni zamanda onların əməyinin qiymətləndirilməsidir.
Motivləşdirmə - rəhbərliyin funksiyasıdır, burada məqsəd isə işçilərdə əməyə maraq yaradılması və onları var gücü ilə işləmələrinə sövq etməkdir. Insan davranışı bir sıra motivlərə əsaslanır.
Kollektiv qarşısında real və razılaşdırılmış vəzifələrin qoyuluşu fırma işçilərinin fəaliyyətinin məqsədyönlü olmasına gətirib çıxarır və onlar çalışırlar ki, konkret nəticələrə nail olsunlar.
İnsanların motivləşdirilməsi müxtəlif üsulların və fəndlərin insanlara təsiri vasitəsiləhəyata keçirilir. Motivləşdirmə amilləri insanlara müxtəlif formada təsir edir. Daha doğrusu insanlar motivtəşdirmə amillərinə bir-birindən fərqli reaksiya verirlər.
Bu və ya digər şəxsə hansı motivləşdirmə vasitəsinin daha çox təsir etdiyini öyrənməkləonların işə münasibətlərini müəyyən etmək olar.
Doğruluq, əməyin qiymətləndirilməsi, əks əlaqə, kollektivin birgə əmək prosesi kimi subyektiv amillər kollektivin mənəvi mühitinə kifayət qədər təsir göstərə bilir.
Odur ki, kollektivdə mənəvi mühitin yaxşılaşdırılmasına çalışan menecer elə üsullar vəvasitələr axtarmaq istəyir ki, bunun təsirilə işçilər ruh yüksəkliyi ilə işləsinlər və öz potensial imkanlarını tam surətdə işə yönəltsinlər.
Kiçik biznesdə bu xüsusilə əhəmiyyətlidir. Çünki, kiçik biznesdə bütün işlər əsasən müəyyən komanda vasitəsilə həyata keçirilir. Deməli, kiçik biznesin müvəffəqiyyətli fəaliyyətinin təmin edilməsində motivləşdirmənin rolu daha yüksəkdir. Xüsusilə, kollektivdə psixoioji sağlam mühitin təmin edilməsi daha vacibdir.
Nəzarət - idarəetmənin elə funksiyasıdır ki, onun əsas vəzifəsi müəssisədə yerinəyetirilən işlərin kəmiyyət və keyfıyyətcə qiymətləndirilməsi və uçotun necəaparılmasını müəyyən etməkdir.
Bu funksiyanın yerinə yetirilməsinin başlıca vasitəsi - müşahidəetmə, fəaliyyətin bütün cəhətlərinin yaxşılaşması, uçotu və təhlildir.
Bu və ya digər şəxsə hansı motivləşdirmə vasitəsinin daha çox təsir etdiyini öyrənməklə onların işə münasibətlərini müəyyən etmək olar.
Menecer nəzarət funksiyasını yerinə yetirməklə, alınmış nəticələri, nail olunması arzu edilən səviyyə göstəriciləri ilə müqayisə edir və müvafiq qərarlar qəbul edir. Əgər işlər nəzərdə tutulan qaydada gedirsə, onda bu vəziyyətin gedişinin saxlanılması üzrə qərar qəbul edilir. Əgər nəticə gözlənilən vəziyyətdən pisdirsə, onda nəzarət kömək edir ki, kənarlaşmanın sebəbləri müəyyən edilsin və aradan qaldırılsın.
Nəzarət funksiyası bir başa planlaşdırma funksiyası ilə bağlıdır.
Strateji planlanlaşdırmanın yerinə yetirilməsində nəzarət funksiyasının rolu daha yüksəkdir. Əgər müəyyən kənarlaşmalar varsa, nəzarət vasitəsilə onlar mütəmadi olaraq müəyyən edilir və vaxtında onların aradan qaldırılması tədbirləri menecer tərəfindən işlənib hazırlanır.
Nəzarət prosesi dörd mərhələdən ibarət olmaqla qapalı dövrdür. Nəzarət prosesinin sxemi şəkil 4-də verilmişdir.
Strateji məqsəd
1Standartların
hazırlanması
2Fəaliyyətin
qiymətləndirilməsi
Standartların hazırlanması
Fəaliyyətin
koordinasiya edilməsi
4
3
4
Uyğun gəlməyən
halda düzəliş
tədbirləri müəyyən
etmək
Nəticələrin standartlarla müqayisə edilməsiUyğun gələn halda
əvvəlki iş rejiminin
saxlanılması
4.Firmanin idarəetmə strukturu
İdarəetmə müəssisənin qarşısında qoyulan məqsədə nail olmaq üçün onun resurslarından ən yaxşı istifadə edilməsinə cəhd etməkdir. Mütəxəssislər belə hesab edirlər ki, vahid ideal idarəetmə modeli yoxdur, çünki hər bir firma özünə məxsus xüsusiyyətlərə malikdir. Firmalar daima öz idarəetmə modellərinin axtarılması iləməşğul olur. Bu kəsilməz prosesdir. Belə ki, firmanın özü və onun fəaliyyətdə olduğu mühit dəyişir.
Müasir idarəetmə sistemi sadə və çevik olmalıdır. Onun əsas kriteriyası müəssisəişlərinin səmərəliliyinin və rəqabət qabiliyyətinin təmin edilməsidir. Bu kiçik biznes müəssisələri üçün daha vacibdir. Bu kriteriyaya əməl etmədən müvəffəqiyyətə ümid etmək olmaz. İdarəetmənin təşkili əsasən aşağıdakı məsələlərin həlli ilə əlaqədardır:
  • müəssisənin strukturunun yaradılması;
  • səlahiyyətlərin bölüşdürülməsi;
İdarəetmənin ən vacib məsələlərindən biri onun idarəetmə strukturunun yaradılmasıdır.Struktur dedikdə qarşılıqlı nizamlanmış heyətin elementləri nəzərdə tutulur. Bu elementlər bir-biri ilə dayanıqlı surətdə əlaqədardırlar ki, onların fəaliyəti və inkişafına vahid tam kimi baxılır. Strukturun elementləri ayrı-ayrı işçilər, xidmətlər və idarəetməaparatının digər bölmələridir. Struktur çərçivəsində idarəetmə prosesi baş verir (informasiya axını və idarəetmə qərarlarının qəbulu).
İdarəetmə işçiləri arasında vəzifələr və funksiyalar bölüşdürülür və nəticədə onun yerinəyetirilməsinin cavabdehliyi ilə bərabər hüququ da müəyyən edilir. Müəssisənin təşkilati strukturu qarşıya qoyulan məqsəd və vəzifələrin yerinə yetirilməsi vasitəsidir. Strukturun yaradılması işi fırmanın məqsəd və strategiyasının müəyyən edilməsindən başlanır. Struktur strategiyanın ardınca gəlir. Belə ki, struktur о zaman dəyişilir ki, strategiya dəyişsin. Struktur müəyyən edilməzdən əvvəl müəssisənin varlığı üçün zəruri olan bütün fəaliyyət növləri təhlil edilir. Onlardan ən vacibləri seçilir. Sonra isə onlar bloklar üzrə paylaşdırılır. Yeni təşkilatın strukturu layihələndirilərkən aşağıdakı dörd suala cavab axtarılır.
Birinci, təşkilatın əsas elementləri necədir?
Ikinci, hansı elementi birləşdirmək və hansını ayırmaq lazımdır?
Üçüncü, elementlərin ölçüləri necə olmalıdır və hansı formada olmalıdır?
Dördüncü, onlar necə yerləşdirilməli və onlar arasında münasibət necə olmalıdır?
Firmanın məqsədyönlü fəaliyyətində onun strukturunun müəyyən edilmesi vacibliliyini nəzərə alaraq optimal strukturun əlamətlərini və ona təsir edən amilləri müəyyən etmək lazımdır. Bu cədvəl 2.-də verilmişdir.
Müəssisənin strukturuna təsir edən amillər
Cədvəl 2
Optimal struktur əlamətləriAmillər
Çoxda böyük heyətə malik olmayan kiçik
bölmə
Texnologiya
Çox da böyük olmayan rəhbərlikƏtraf mühit
Struktur qraplarında mütəxəssislərin
охшш
Müəssisənin ölçüsü
istehlakçılara istiqamətlənmiş iş qrafıkiBiznes strategiyası
Dəyişikliklərə sürətlə reaksiyaMövcud işçi heyəti
Yüksək məhsuldarlıqQərar qəbuletmə
Xərclərin az olmasıFormalaşan struktur
Kiçik biznesdə ən sadə idarəetmə strukturu vahid rəhbərlikdir. Belə firmaları adətən sahibkar özü idarə edir və işgüzarlıq riskini öz boynuna çəkir.
Firma rəhbəri bir sıra hallarda mühasibat uçotu və maliyyələşmə, satış və təchizat, qiymət və reklamla özü məşğul olur. Bu halda əldə olunan nəticələr onun işgüzarlığından və iş qabiliyyətindən asılı olur.
Kiçik biznes firmasının təşkilati strukturunun nümunəsi şəkil .5-də verilmişdir.
Firmanın predmeti (sahibkar)
Mağazın idarəedən
Satışı idarəedən
(sahibkar- menecer)

Xidməti idarəedən sahibkar
Şəkil 3. Kiçik firmanın təşkilati strukturunun nümunəsi
İstehsalın genişləndirilməsi və istehsal həcminin artması ilə əlaqədar olaraq idarəetməqrupları yaradılır. Buraya fəhlələr, texnoloq və ustalar, satış üzrə funksiyasını yerinəyetirən agent aid edilir. Müvəqqəti olaraq işə mühasib də cəlb edilə bilər. İdarəetmə funksiyası üzrə ixtisasların qarışdırılması (bir şəxs bir neçə idarəetməfunksiyasını yerinə yetirir), qohumluq və ailə münasibətləri kiçik müəssisələrə xas olan xüsusiyyət olduğundan burada müəssisənin resurslarından qənaətlə istifadə edilir.
Kiçik fırmaların təşkilati-idarəetmə strukturları sadə olduğundan bəzən firma mürəkkəb problemlərlə qarşılaşır. Belə fırmaların müvəffəqiyyəti idarəedənin ustalığından vətəşəbbüskarlığından daha çox asılı olur. Lakin, müasir dövrdə idarəetmə daha geniş hazırlıq tələb edir.
Təcrübə göstərmişdir ki, kiçik müəssisələrin müflisləşməsinin ən əsas səbəblərindən biri müəssisə sahibkarının idarəetmə elmi üzrə bilik səviyyələrinin aşağı olmasıdır. Odur ki, onlar ya məsləhət fırmalarından nəsihət almağa, yaxud da işə peşəkar menecerləri cəlb etməyə məcburdurlar.
Bu gün elə kiçik fırmalar həyata qadir olurlar ki, orada işgüzarlıq strategiyasınaəsaslanmış idarəetme formaları və metodları tətbiq edilir. Belə firmaların müvəffəqiyyətini təmin edən amillərdən biri müəssisədə innovasiya prosesinin mütəmadi olaraq təmin edilməsidir, tələblərin ödənilməsi, məhsulun keyfiyyət və kəmiyyət göstəricilərid Bazar münasibətləri şəraitinə xas olan kəskin rəqabət mübarizəsində yalnız tələb və təklifin dəyişməsinə operativ reaksiya verə bilən fırmalar, daima məhsulun keyfiyyət göstəricilərinin yüksəldilməsinə çalışır, istehsaldaxili ehtiyatları vaxtında aşkar edir və bu imkanlardan müvəffəqiyyətlə istifadə edir.
Mövcud müəssisələrdə idarəetmənin təkmilləşdirilməsinə mane olan üslub və qaydalarıdır. Yeni yaradılan müəssisələrdə isə onun olmamasıdır.
Əgər yeni yaradılan müəssisə işgüzar idarəetmə strukturu qurmaq iddiasında deyildirsə, onda onun gələcək müvəffəqiyyətinə bel bağlamaq olmaz.
Mövzu 7. Sahibkarlıq qərarları və kommunikasiya
Plan
1. İdarəetmə qərarlarının mahiyyəti və təsnifatı
2. Qərarların qəbul edilməsi texnologiyası
3. Qərarların həyata keçirilməsi
4. Sahibkarlıq qərarlarının yerinə yetirilməsində
kommunikasiyanın rolu
5. Sahibkarlıq fəaliyyətinin informasiya təminatı
1. İdarəetmə qərarlarının mahiyyəti və təsnifatı
Sahibkarlıq fəaliyyəti öz mahiyyəti etibarilə qərarların qəbul edilməsi, onların həyata keçirilməsi və nəticələrin qiymətləndirilməsi prosesidir.
Qərarlar – sahibkarın konkret məqsədinə nail olmaq üçün təhlilin, proqnozlaşdırmanın və variantlar çoxluğundan alternativlərin seçilməsi nəticəsidir.
İstehsalın idarə edilməsində idarə etmə qərarlarının məzmunu və qəbul edilməsi xüsusiyyətləri xüsusi ədəbiyyatlarda geniş izah edilir. Odur ki, biz sahibkarlıq fəaliyyəti qərarlarının hazırlanması, qəbul edilməsi və həyata keçirilməsi xüsusiyyətlərinə qısaca diqqət yetirək.
Qərarlarin hazırlanması prosesi ardıcıl işlərin külliyatından –problemin mahiyyətinin, məzmunun aşkar edilməsindən onun reallaşdırılması planının hazırlanmasına qədər əməliyyatlardan ibarətdir.
Qərarların keyfiyyətinin yüksəldilməsi üçün onların təhlilini aşağıdakı əlamətlərə görə təsnifləşdirmək əsasında yerinə yetirmək təklif olunur:
  • əmtəənin həyat tsiklininin mərhələləri (marketinq, ETTKİ və s.);
  • menecment sisteminin altsistemləri (məqsəd, funksional və s.)
  • fəaliyyət sahəsi (texniki, iqtisadi və başqa qərarlar);
  • məqsəd (kommersiya və qeyri-komersiya qərarları);
  • idarəetmə səviyyəsi (zirvə, orta, aşağı);
  • miqyaslılıq (kompleks və xüsusi qərarlar);
  • istehsalın təşkili (kollektiv və şəxsi qərarlar);
  • fəaliyyət dəvamiyyəti (strateji, taktiki, əməli qərarlar);
  • təsir obyekti (xarici və daxili);
  • idarəetmə metodları (mətn, qrafik, riyazi);
  • təsvir olunma formaları (plan, proqram, əmr, sərəncam, göstəriş, müraciət);
  • mürəkkəblik (standart və qeyri standart);
  • ötürmə üsulları (şifahi, məktub, elektron)
Belə ki, qərarlar insanlar tərəfindən qəbul edildiyindən, bu qərarı qəbul edən menecerin xarakteri qərarların xüsusiyyətlərində öz izini qoyur.
Müvazinətli qərarları qəbul edən menecerlər irəli sürdükləri fərziyəyə, onların yoxlanılmasında öz hərəkətlərinə diqqətlə və tənqidi yanaşırlar. Adətən onlar qərar qəbul etməmişdən əvvəl dürüst ifadə edilmiş cari ideyaya malik olurlar.
İmpulsiv (qeyri-iradi) qərarların müəllifləri saysız miqdarda ən müxtəlif ideyaları təklif edərək onları yoxlamaq, dəqiqləşdirmək və qiymətləndirmək iqtidarında olmurlar. Odur ki, fikirləşmədən qəbul edilmiş qərarlar qeyri-iradi və etibarsız sayılır.
Ətalətli qərarlar ehtiyatlı axtarışın nəticəsi sayılır.
Riskli qərarlar impulsiv qərarlardan onunla fərqlənir ki, onların müəllifləri öz fərziyələrinin diqqətli əsaslandırılmasına ehtiyac duymurlar və əgər özlərinə inamlıdırlarsa heç bir təhlükədən çəkinmirlər.
Ehtiyatlı qərarlar bütün variantların menecer tərəfindən diqqətlə qiymətləndirilməsi ilə, işə həddən artıq tənqidi yanaşması ilə xarakterizə olunur.
2. Qərarların qəbul edilməsi texnologiyası
Müasir şəraitdə idarəetmə qərarlarının hazırlanması və qəbul edilməsi texnologiyasının əhəmiyyəti xeyli artır.
Qərarların qəbul edilməsi texnologiyası anlayışına aşağıdakı elementlər daxildir:
  • nə etməli (obyektin sayı və keyfiyyıəti)?
  • hansı xərclərlə (resurslar)?
  • necə etməli (hansı texnologiya üzrə )?
  • kim edəcək (icraçılar)?
  • nə vaxt etməli (müddət)?
  • kimin üçün etməli (istehlakçılar)?
  • harada etməli (yer)?
  • bu nə verir (iqtisadi, sosial, ekoloji, texniki səmərə)?
Qərarların qəbul edilməsi konsepsiyası idarəetmənin informasiya problemləri üzrə məhşur mütəxəsis olan Q.Saymon tərəfindən inkişaf etdirilmişdir. İdarəetmə üzrə ədəbiyyatlarda idarəetmə qərarlarının qəbulu prosesinin məzmunu və mərhələləri haqqında vahid bir fikir yoxdur. Qərarların qəbul edilməsində olan bu müxtəlifliyə baxmayaraq, ədəbiyyatın çoxunda qərarların qəbulu prosesini aşağıdakı əsas mərhələlərə ayırmaq məqsədə uyğun sayılır:
  1. Məqsədin müəyyən edilməsi .
  2. Məsələnin (problemin) təhlili
  3. Alternativlərin (variantların) təhlili
  4. Qərarların (həllərin) seçilməsi
  5. Qərarların reallaşdırılması
  6. İcranın qiymətləndirilməsi.
Ancaq, bu ardıcıllıq o demək deyildir ki, göstərilən 6 mərhələ ciddi olaraq həmin ardıcıllıqla aparılmalıdır.
3. Qərarların həyata keçirilməsi
Sahibkarın (menecerin) qarşısında duran birinci tip problem: istehsal edəcəyi məhsulu (və ya göstərəcəyi xidməti) təyin etmək və bu məhsulu (xidməti) satmaq üçün bazarı və ya istehlakçını seçmək. Firmanın nə istehsal etmək məsələsi haqqında qərar qəbul strateji problem sayılır.
2-ci problem firmanı təşkil etməkdir. Bunun üçün təşkilatın üzvləri arasında qərarıların qəbulu üçün səlahiyyətləri və məsuliyyətləri bölüşdürmək, hissə və məmulat axınlarını müəyyən etmək, avadanlığı yerləşdirmək, informasiya sistemini və hesabatı təşkil etmək lazımdır. Bu məsələlər inzibati məsələlər adını alaraq, ikinci tip idarəetmə məsələlərini təşkil edir.
3-cü tip məsələlər əməli məsələlərə aid edilir. Arzu olunan çıxış vektorunu (məqsədi) almaq üçün müəyyən edilmiş inzibatçılıq münasibətlərindən istifadə edərək, istehsal əməliyyyatlarını vaxta görə planlaşdırmaq, qiymət siyasətini işləyib hazırlamaq, tədqiqat proqramını həyata keçirmək, reklam yaratmaq, verilmiş hesabları realizə etmək lazımdır.
Firmanın rəhbərliyi (menecer) tərəfindən strateji, inzibati və operativ idarəetmə qərarlarının qəbul edilməsi prosedurasının 11 müstəqil mərhələyə bölmək olar:
1.Təşkilatın fəaliyyət məqsədinin müəyyən edilməsi.
2.Məqsədin cari və gələcəkdə dəyişməsi daxil olmaqla, problemin və imkanların dərk edilməsi və təşkilatın məqsədinin cari və perspektiv təkmilləşdirilməsi.
3.Təşkilatın problemlərinin və imkanlarının diaqnozu (onların müəyyən edilməsi ,səbəblərinin və nəticələrinin aydınlaşdırılması).
4.Problemlərin müxtəlif həlli variantlarının işlənib hazırlanması və ya imkanların istifadə edilməsi .
5.Göstərilən hər bir variantın mümkün nəticələrinin təhlili.
6.Ən məqsədəuyğun həlli variantının seçilməsi.
7.Planlaşdırma –tapşırıqların icraçılar arasında bölüşdürülməsi (ayrı-ayrı məsələlərin qrafiklərlə təsviri, büdcənin bölüşdürülməsi)
8.Rəhbərlik və təşkilatların əməkdaşları əlaqələrin yaradılması (planın icraçılara çatdırılması, onların planı dərk etməsi, planın yerinə yetirilməsi məqsədilə onların maraqlandırılması)
9.Ayrı-ayrı nəticələrin ölçülməsi və proqnozlaşdırılması, onların nəzərdə tutulmuş məqsədlə müqyisə edilməsi.
10.Təşkilatın daxilində və xaricində baş verən ən mühüm dəyişiklərin və meyllərin qiymətləndirilməsi.
11.Bütün tsiklin və ya onun ayrı-ayrı mərhələlərinin təkrar edilməsi.
Yuxarıda qeyd olunan üç sinif problem və on bir mərhələdən ibarət olan qərarların qəbul edilməsi prosedurası idarəetmənin məzmununu tam açmağa imkan verir.
4. Sahibkarlıq qərarlarının yerinə yetirilməsində
kommunikasiyanın rolu
Kommunikasiya insanlar arsında informasiya mübadiləsidir. Təşkilatın (firmanın) idarə edilməsində səmərəli kommunikasiyanın rolunu qiymətləndirmək mümkün deyildir. Tamamilə aydındır ki, insanlar informasiya mübadiləsində olmasalar, onlar bir yerdə işləyə və fəaliyyət göstərə bilməzlər.
Təşkilatda kommunikasiya – mürəkkəb, çox səviyyəli sistem olub, həm təşkilatın özünü, onun elementlərini, həm də onun xarici mühitini əhatə edir.
Təşkilati kommunikasiya
Xarici
Daxili
Üfüqi
Qeyri-formal
Təşkilati kommunikasiyaların təsnifatı
Şaquli
Səviyyələrarası
Rəhbər-tabeçi
Təşkilatın daxilində informasiya mübadiləsi rəhbərlik səviyyələri arasında (şaquli kommunikasiya) və bölmələr arasında (üfüqi kommunikasiya) baş verir.
Üfüqi kommunikasiyalar. Onların vasitəsilə informasiya rəhbərliyin yuxarı səviyyəsindən aşağı səviyyəsinə və ya aşağı səviyyəsindən yuxarı səviyyəsinə verilir.
Şaquli kommunikasiyalar. Təşkilatın çoxu bir çox bölmələrdən ibarətdir. Təşkilatın qarşısında duran hər hansı bir məsələni həll etmək üçün bu bölmələr həmişə informasiya mübadiləsində olurlar.
Rəhbər və tabe işçilər arasında kommunikasiyalar. Daxili kommunikasiyaların bu növü təşkilatda bütün informasiya mübadilələri içərisində mütləq birinci yeri təşkil edir və şəxsi münasibətlər sferasında xüsusi yerə malikdir.
Qeyri–formal kommunikasiyalar. Məlum olduğu kimi, istənilən təşkilatda formal struktur ilə yanaşı, qeyri-formal struktur mövcuddur. Qeyri-formal struktur şəxsi, qeyri-xidməti, reqlamentləşdirilməmiş münüsibətlərə əsaslanır.
Kommunikasiya prosesi. Göründüyü kimi kommunikasiyalar təşkilatın bütün elementlərindən keçir. Onların əsas məqsədi – informasiya mübadiləsində iştirak edən adamların bir-birlərini qarşılıqlı anlamalarını təmin etməkdir.
Kommunikasiya prosesinin əsas elementləri aşağıdakılardan ibarətdir:
  1. Göndərici - ideyanı yaradan və ya informasiyanı toplayan və onu ötürən şəxs.
  2. Məlumat – simvolların köməyilə kodlaşdırılmış və müəyyən formaya malik olan informasiya.
  3. Rabitə kanalı – informasiyanın ötürülməsi vasitəsidir.
  4. Alıcı - informasiyanın təyin olunduğu şəxsdir.
Kommunikasiya prosesi çox vaxt bir neçə dəqiqə, hətta bir neçə saniyə davam edir, odur ki, onların ayrı-ayrı mərhələlərini praktikada ayırmaq çox çətindir.
  1. Sahibkarlıq fəaliyyətinin informasiya təminatı.
Sahibkarlıq fəaliyyətinin informasiya təminatın idaretmə prosesində istifadə edilən məlumatlar külliyyatı, sənədlər məcmusu, onların dövriyyəsi, informasiya axınları və massivlərinin səmərəli təşkilini təmin edən vasitələr, metodlar külliyatıdır. İnformasiya təminatı sistemi göstəricilər sistemindən məlumatların formalizə edilmiş təsvir olunması vasitələrindən, informasiya fondlarından, informasiya axınlarının təşkili vasitələrindən və informasiyanın kompüterdə işlənməsi tələblərinə müvafıq hazırlanmış sənədlər sistemindən ibarətdir.
Sənədlər sistemi dedikdə, təşkilatın idarəetmə sisteminin fəaaliyyəti üçün lazım olan vahidləşdirilmiş və vahidləşdirilməmiş giriş, aralıq və çıxış sənəd formaları kompleksi, habelə firmadaxili informasiya sistemində sənədləşmənin aparılması üçün müxtəlif təyinatlı təlimatlar nəzərdə tutulur. Məlumdur ki, müəssisənin idarə edilməsində yüzlərlə nov sənəddən istifadə edilir. Bu sənədlər quruluşu və məzmununa görə müxtəlifdir.
Idarəetmə sisteminin informasiya təminatnın layihənlirilməsi və yaradılması zamanı ən aktual məsələlərdən biri idarəetmə texnologiyasının qəbul edilməsi üçün informasiyanın tərkibinin və strukturunun müəyyən edilməsidir.
İnforamasiya və onun təsnifatı.
İnforrmasiya nəzəriyyəsinə görə informasiya “məlumatda məyyənlik ölçüsü” olub, informasiyanın toplanması, ötürülməsi, saxlanması, işlənməsi və hesablanma sistemidir.İnformasiyaya verilən bu cür təriflər ən müxtəlif proseslərdə və hadisələrdə (fiziki, iqtisadi, sosial, texniki) onun məzmununun çoxtərəfliliyini göstərir. İnformasiya biliyi artırmaqla intellekti daha düşüncəli edir.
Mövzu 8: Sahibkarlıq fəaliyyətində kiçik və orta sahibkarlıq
Plan:
  1. Kiçik və orta müəssisələrin sahibkarlıq fəaliyyətində
əhəmiyyəti və vəzifələri
2. Biznes ideyaları və onların həyata keçirilməsi
3. Kiçik müəssisələrin üstünlükləri və çatışmayan cəhətləri
1. Kiçik və orta müəssisələrin sahibkarlıq fəaliyyətində əhəmiyyəti və vəzifələri
Dünya təcrübəsi göstərir ki, müasir dövrdə ayrı-ayrı ölkələrin milli iqtisadiyyatının səmərəli inkişafında kiçik sahibkarlıq fəaliyyəti əhəmiyyətli rol oynayır. Kiçik sahibkarlığın inkşafı mülkiyyətin müxtəlif formalarının meydana gəlməsinə və inkişafına, azad rəqabətə və təşəbbüskarlığa, əməyə həvəsin oyadılmasına, yeni ideya və ixtiraların, eləcə də səmərəli təkliflərin istehsalatda reallaşmasına zəmin yaratmaqla, eyni zamanda inhisarlaşmanın və sosial gərginliyin aradan qaldırılmasına səbəb olur ki, bu da mühüm sosial-iqtisadi problemlərin sürətlə həllinə kömək etmiş olur. Təsadüfi deyldir ki, dünyanın inkişaf etmiş ölkələrində fəaliyyət göstərən müəssisələrin 80-90%, ÜMM-un 45-50 %, bütün işləyənlərin 50-60 %-i və eləcə də yeni yaranan iş yerlərinin 70-80 %-dən çoxu kiçik müəssələrin payına düşür.
Kiçik rnüəssisələrin mütərəqqiliyini xarici ölkələrin təcrübəsi inandırıcı surətdə isbat etmişdir. Qeyd edək ki, inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatında kiçik müəssisələr müxtəlif adlar altında fəaliyyət göstərirlər. Belə ki, Almaniyanın iqtisadiyyat elmində kıçik müəssisələr orta müəssisələrdən fərqlənmir və “Mittelştant”adı ilə bu müəssisələrə “orta təbəqə” kimi baxılır, lakin digər ölkələrdə, xüsusilə ABŞ-da və İngiltərədə “kiçik biznes və kiçik firma”, Fransada “sənətkarlıq”, Latin Amerikasında “kiçik sənaye”, Afrikada “kiçik istehsalat”, bəzi ölkələrdə qeyri-formal sektor, Polşada “kiçik biznes”, Macarıstanda “kiçik biznes və yardımçı təsərrüfat”, yeni müstəqillik əldə etmiş keçmiş sovet respublikalarının hamısında (kiçik müəssısə) “kiçık sahibkarlıq və kiçik biznes” adlandırılır. İstər Qərb, istərsə də sabıq Sovet tədqiqatçıları kiçik müəsslsələri öyrənərkən onları ya kiçik firma, ya da kiçik biznes adlandırırlar.
Həcmcə kiçik olan, bəzən bir sahibkara məxsus müəssisə süründürməçiliyə düçar olmayıb az saylı şəxslər tərəfindən idarə edilir. Ona görə də, kiçik müəssisələr iri müəssisələrə nisbətən bazar dəyişikliyi zamanı çevik olur və daha qısa müddət ərzində bazara uyğunlaşa bilirlər. Həmçinin, kiçik müəssisələr bir çox hallarda yeni sahələrin və yeni bazarın yaradılmasının əsasını qoyurlar.
Ümumiyyətlə, kiçik müəssisələrə həsr olunmuş ədəbiyyatlarla tanışlıqdan aydın olur ki, onlara ayrı-ayrı ölkələrdə müxtəlif cür yanaşılır, onun məzmunu, mahiyyəti və fəaliyyət prinsipi fərqlidir. Bu da onların yaradılması məqsədlərinin, fəaliyyət sahələrinin və idarə olunması mexanizmlərinin müxtəlifliyi və tarixi inkişaf prosesinin müxtəlif mərhələlərində yeni xüsusiyyətlər kəsb etmələri ilə izah oluna bilər.
Almaniyada kiçik, orta və iri müəssisələr ayrı-ayrı sahələr üzrə işləyənlərin sayına, satılan əmtəələrin və göstərilən xidmətlərin həcminə görə cədvəldəki kimi təsnifləşdirilir.
Cədvəl 1.
Almaniya müəssisələrinin təsnifatı
Müəssi-sələrMəşğul olanların sayı,Satışın həcmi, mln.dollar
nəfər
Cədvəldən göründüyü kimi fəaliyyət sahələrində dövriyyə kapitalının spesifık xüsusiyyətləri nəzərə alınmaqla kiçik biznesi müəyyən edən meyarlar dəqiq dərəcələrə ayrılmışdır. Məsələn, sənayedə dövriyyə kapitalı uzun müddətli olan sahələrdə kiçik biznesin fəaliyyət göstərməsi üçün böyük ilkin kapital tələb olunur. Məşğul olanların say meyarının belə fərqlənməsı sayəsində kiçik müəssisələrin forması dəyişir.
Sənayedə kiçik müəssisələri müəyyən edən meyarlar (işçilərin sayı və satışın həcmi) nəqliyyat və xidmət sahələrində orta müəssisələri müəyyən edən meyarlarla eynidir.
Deməli, kapital qoyuluşu firmanın ölçüsünün müəyyən edilməsində mühüm rol oynayır və bu ölçü ölkələrdən asılı olaraq şərti xarakter daşıyır.
Kiçik biznesin sürətli inkişafı və genişləndirilməsinin əsasını hər şeydən əvvəl, istehsala elmi-texniki tərəqqinin obyektiv amil kimi təsiri, həmçinin iqtisadi, təşkilati və sosial səbəblərin də təsiri təşkıl edir. Eyni zamanda kiçik və iri müəssisələr bir-birini inkar etmır, əksinə, bir-birini tamamlayır.
İri şirkətlər öz daxili strukturunu elə təşkil etməyə çalışır ki, bir çox istehsalları və funksiyaları kiçik fırmalara verməklə yanaşı, onlara bu və ya digər formada nəzarəti öz əllərində saxlasın.
Ölkəmizdə hansı firmanı kiçik hesab etmək olar, müxtəlif işgüzarlıq fəaliyyətinin yaradılmasında kiçik biznes nə kimi yer tutur, onun fəaliyyətinin ölçüsü və sahəsı hansılardır, yüksək həyata qadirliyinin səbəbi nədir?
Kiçik biznes iri olmayan müəssisələrdən ibarətdir. Məsələn, ABŞ fırmalarının 97% (kənd təsərrüfatı sahəsindən başqa) rəsmi olaraq kiçik kateqoriyasına aid edilir. Bunların əksəriyyətı kiçık müəssisələrdir. Kiçik fırmaların 90%-də 5 nəfərdən az işçi çalışır, 80%-də isə işçilərin sayı 10 nəfərdən çox deyildir.
Azərbaycan Respublikasında 1995-ci ildə dövlət mülkıyyətinin özəlləşdirilməsinin Dövlət Proqramında sahə mensubiyyəti və işçilərin sayına görə müəssisələrin təsnifatı cədvəl 2-də verilmişdir.
Cədvəl 2.
Sahə mənsubiyyətinə
görə müəssisənin
növləri
İşçilərin sayına görə qruplaşdırma
(nəfərlə)
kiçikOrtaİrı
Deməli, kiçik müəssisələr sahə mənsubiyyətinə və işçilərin sayına görə bir-birindən fərqlənirlər. Məsələn, sənayedə işçilərin sayı 50 nəfərədək olan müəssisələr kiçik müəssisə hesab edildiyi halda, xidmət sahəsində və ticarətdə işçilərin sayı 10 nəfərədək olan müəssisələr kiçik müəssisələr kateqoriyasına daxil cdilir.
ABŞ-da kiçik fimaların 20%-nin əksəriyyətində illik satışın həcmi 500min dollara yaxındır, 80%-ində isə 100 min dollardan artıq deyildir.
Amerikanın məcmu məhsulunun 40%-i və özəl sektorun məcmu məhsulunun yarısı kiçik biznesin payına düşür.
Kiçik firmalarda çalışan işçilərin sayı iş qabiliyyətli ümumi işçilərin sayının 58%-ni təşkil edır. Son zamanlar yaradılan yeni işçi yerlərinin 80%-i kiçik firmaların payına düşür. 80-ci illərin ortasında kiçik biznes düzünə, yaxud dolayı yolla 100 milyon Amerika vətəndaşının yaşayışını təmin etmişdir. ABŞ-ın statistik hesabatlarında göstərilmişdir ki, topdansatış ticarəti sahəsində kiçik biznesə məhsul satışından qazanılan illik gəliri 0,5-2 milyon dollar olan firmalar aid edilir. Pərakəndə satış sahəsində 2 miiyon dollara qədər, tikintidə 7,5-12 milyon dollar, rabitə sahəsində 2-3 milyon dollar, anbar təsərrüfatında işçilərin sayı 500 nəfərədək olan təşkilatlar da kiçik biznesə aid edilir. Sənayenin müxtəlif sahələrində işçilərin sayı 250-1500 nəfərədək olan fırmalar da kiçik biznesə daxildir.
ABŞ-da biznes fəaliyyətinin əsas subyekti xüsusi firmalardır. Bunun əsas üç forması: şəxsi, tərəf müqabilli və şirkət mövcuddur.
Kiçik müəssisə müəyyən məqsədlə də təşkil edilə bilər. Məsələn, inhisar əleyhinə təşkilatın qərarı ilə, yaxud da müəssisələrin xırdalanması təşəbbüsü ilə yaradıla bilər.
Kiçik biznesin ən sadə forması elə firmalardır ki, onların təsərrüfatçılığı vahid şəxsin əlindədir. Tərəf-müqabilli firmaların birgə idarəedilməsi öz aralarında müqavilələr bağlamış iki və yaxud ikidən çox şəxs tərəfindən ola bilər. Firmanın üçüncü tipi şirkətdir ki, bu iri və orta biznes xüsusiyyətinə malikdir. ABŞ-ın bütün şirkətlərinin 90%-i xırda şirkətlərdir və bunların 98%-i ailəyə məxsusdur. Şirkətlərin formal idarə edilməsi, tələbə uyğun olaraq onun sahibindən ayrı olmalıdır.
Səhmdar mülkiyyətli təşkilatlar özünün direktorlar şurasını seçir, sonuncu şəxsləri vəzifəyə təyin edir və onların fəaliyyətinə nəzarət edir.
Kiçik biznes müəssisələrinin təşkilati xüsusiyyətlərinə diqqət yetirək. Əksər kiçik firmalar ailə müəssisələridir, lakin bu müəssisələrdə muzdlu fəhlələr də çalışa bilərlər. Bu fəhlələrin iş günü çox vaxt tam olmaya da bilər. Adətən, belə firmalar bir adda məhsul istehsal etməyə, yaxud xidmətə yönəldilir. Çox sayda olmayan şəxslər tərəfindən idarə edilən belə firmalar hər cür bürokratçılıqdan azaddırlar, əlbəttə, onlar bazar dəyişikliklərinə daha çevik reaksiya verir, ona daha tez uyğunlaşırlar.
Bir çox hallarda yeni kiçik firmalar yeni sahələrin və yeni bazarların yaradılması üçün əsas olur. Eyni zamanda kiçik firmalar sosial-iqtisadi dəyişikliklərə, istehsala təsir edən müxtəlif məhdudiyyətlərə və həvəsləndirməyə həddindən artıq həssasdırlar. Çox vaxt məhdud ixtisaslaşdırma gedən bəzi sahələrdə isə onlar hakim mövqe tuturlar: bütün kiçik fırmaların 1/2—i xidmət sahəsinə yönəldilmişdir, 1/4—i pərakəndə ticarətilə məşğuldurlar. Kiçık firmalar topdansatış ticarətində reallaşan məhsulun 64%-ni, pərakəndə satışın 73%-ni, xidmət sahələrinin isə 57%-ni təmin edirlər.
Bina tikintisi ilə məşğul olan kiçik firmaların əlində ümumi satılan binaların təxminən 76%-i cəmlənmişdir, sənayedə əsas yerlərdən birini kiçik firmalar tutur, onların sayı 400 minə yaxındır. Bunlara daxil olan 235 min firmanın hər birində çalışan 20 nəfərdən çox işçi sahənin işçi qüvvəsinə olan tələbatının artması ilə əlaqədardır. Onların iştirakı ənənəvi sahələrdə daha çoxdur, xüsusilə metal emalı, ümumi maşınqayırma, toxuculuq, tikiş, dəri ayaqqabı, yeyinti, mebel, poliqrafıya sənayesi və nəşriyyat işlərində kifayət qədərdir. Hal-hazırda elm tutumlu sahələrdə onların artımı daha sürətlə gedir.
2. Biznes ideyaları və onun həyata keçirilməsi
Biznes fəaliyyətinin başqa fəaliyyətlərdən fərqı ondadır ki, bu fəaliyyət sahəsı müvafiq sahələrdən müəyyən üstünlüyə malikdir və ya tamamilə yeni bir sahədir.
Biznes fəaliyyəti bir sıra istiqamətdə ola bilər ki, bunu da ümumiləşmiş şəkildə aşağıdakı kimi təsnifləşdirmək olar:
  • hasilat;
  • istehsal;
  • xidmət;
  • satış;
  • vasitəçilik;
  • intellektual.
Biznes fəaliyyəti qarşılıqlı fayda əsasında həyata keçirilir və fəaliyyətin son nəticəsi kommersiya mübadiləsilə nəticələnir.
Səmərəli biznes fəaliyyəti ilk növbədə gəlir gətirən ideya ilə bağlıdır. Hər bir ideya gəlir gətirən olmur. Əsas məsələ ideyaların gəlir gətirən olmasının təmin edilməsidir!
Mütəxəssislər müəyyən etmişlər ki, yaranan hər 100 ideyanın orta hesabla 5% -i tam həyata keçirilə bilən olur.
İdeyaların həyata keçirilə bilən və gəlir gətirən olması üzrə biznes sahəsində tanınmış mütəxəssis M.Smollun işləyib hazırladığı qaydalara əməl etmək lazımdır:
1.İdeyanı kağız üzərinə yazmalı. Bu zaman əsas diqqəti qrammatik qaydalara, cümlə quruluşuna deyil, ideyanın nə kimi xeyir verəcəyinə yönəltməli. İdeyanın ağlabatan olmasını yoxlamaq üçün kənar mütəxəssislərlə məsləhətləşməli.
2.İdeyanın maketini düzəltməli. Əgər bunu etmək çətinlik törədirsə başqalarını bu işə cəlb etməli. Maket əsasında ideyanın yaxşılaşdırılması imkanları da artır.
3.İdeyanın əhəmiyyətini obyektiv müəyyən etməli. Bu barədə mütəxəssislərlə məsləhətləşmək tövsiyyə edilir. İdeyanın əhəmiyyətini müəyyən etmək üçün ekspert qiymətləndirmə üsulundan istifadə etmək məsləhət bilinir.
4.İdeya müəllifi öz ideyasına patent almağın mümkünlüyünü müəyyən etməlidir. Bu işə mütəxəssislər və hüquqşünasları cəlb etmək lazımdır.
5.Gələcəkdə necə hərəkət etmək qərarının qəbul edilməsi. Bu qərar əsasən məhsulun kimin tərəfindən istehsal edilməsi və satılması ilə əlaqədar olacaqdır.
6.Əgər biznes ideyanın sahibinin müəssisəsi yoxdursa müəyyən bir fırma ilə birgə işləməyin mümkünlüyü barədə düşünməlidir.
7.İdeyanın müəllifinə öz işini tərk etmədən ideyanın həyata keçirilməsi barədə qərar qəbul etməsi məsləhət bilinir.
8.İdeyanın həyata keçirilməsinə bu sahədə ixtisaslaşmış şirkətlərin cəlb edilməsinə çalışılmalıdır.
9.İdeyanın həyata keçirilməsi üçün yeni firmanın yaradılması imkanları da araşdırılmalıdır.
10.Əgər yeni ideya yaxşıdırsa onun həyata keçirilməsi yolunda bütün qüvvə və bacarığınızı əsirgəməyin. Əgər ideyadan əl çəkmək məcburiyyətində qalmısınızsa onda yeni ideya üzərində işləyin. Əgər biznes ideyanın sahibinin müəssisəsi yoxdursa müəyyən bir fırma ilə birgə işləməyin mümkünlüyü barədə düşünməlidir. İdeyanın müəllifinə öz işini tərk etmədən ideyanın həyata keçiriməsi barədə qərar qəbul etməsi məsləhət bilinir.
İdeyanın həyata keçirilməsinə bu sahədə ixtisaslaşmış şirkətlərin cəlb edilməsinə çalışılmalıdır. İdeyanın həyata keçirilməsi üçün yenı firmanın yaradılması imkanları da araşdırılmalıdır.
3. Kiçik müəssisələrin üstünlükləri və çatışmayan cəhətləri
İnkişaf etmiş qabaqcıl ölkələrin təcrübəsinin təhlili göstərir ki, xüsusi işgüzarlığın bütün xüsusiyyətləri kiçik fırmaların səmərəliliyini müəyyən edən istehsal, elmi-texniki, iqtisadi, təşkilati-idarəetmə, sosial-psixoloji və bu kimı amillərlə əlaqədardır. Bu amilləri və xüsusiyyətləri aşağıdakı kimi qruplaşdıraq:
1. Elmi-texniki inqilab əsrində istehsalların ixtisaslaşma səviyyəsi yüksəlir, xüsusilə məhsul istehsalının genişləndirilməsi nəticəsində maddi istehsalın texniki bazası dəyişir, yeni texnika meydana çıxır, məhsulun çeşidləri sürətlə genişlənir.
Bu imkan yaradır ki, məhdud ixtisaslaşdırılmış və çox da böyük olmayan müəssisələr inkişaf etdirilsin. Belə müəssisələrin ölçüləri yol verir ki, az bir müddətdə, ucuz, yeni təchizat vasitələri ilə təmin edilsin, yeni texnologiya tətbiq edilsin və sınaqdan keçirilsin, itstehsalın müəyyən aşınmış hissəsi aradan çıxarılsın, mexanikləşdirilmiş əməklə əl əməyınin optimal nisbətinə nail olunsun.
Yüksək ixtisaslı işçilərdən, tədqiqatçılardan, kapital tutumlu fondlardan və avadanlıqlardan istifadə edən iri şirkətlərdən kiçik firmalar daha səmərəli olur.
2. İqtisadi amillərin içərisində ən əsas yer tutanları - tələbat amili, bazar rəqabətinin dəyişməsinə daha çevik reaksiya vermək, müştəriləri yaxından tanımaq, yerli bazara daha yaxın olmaqdır. Müstəqil kiçik fırmalar yeni elmi-texniki tələblərə uyğun adaptasiya olmaq və uyğunlaşmaq funksiyasını öz üzərinə götürürlər.
3. Kiçik biznesin həyata qadir olmasında əsas rol oynayan təşkilati-idarəetmə amilidir. Müəssisənin miqyası kıçık olduqda o, hər cür bürokratçılıqdan azaddır və real istehsal problemləri ilə məşğul olmağa daha geniş imkanı vardır. Diqqətəlayiqdir ki, hətta iri inhisarlar, xüsusilə texnika tutumlu sahələr bu üstünlüyü dərk edərək, öz strukturunda müstəqil kommersiya bölmələri yaradır.
Bir çox xırda müəssisələrdə sahibkarlarla inzibatçılar arasında idarəetmə funksiyaları bölünmür. Belə hallarda inzibatçılıq proseduralarının diapazonunun məhdudlaşdırılmasından istifadə edilir və təcrübədə idarəetmə və mühəndis texniki funksiyaları birləşdirilərək eyni şəxslər tərəfindən yerinə yetirilir. Bəzi ixtisaslaşdırılmış idarəetmə ftınksiyalarının (mühasibat uçotu, sənəd dövriyyəsinin əlverişli formasının tətbiq edilməsi və s.) həyata keçirilməsi üçün kənardan məsləhətçilər cəlb edilir ki, bu da öz ştatlarında əlavə işçilərin saxlanılmasına imkan yaradır.
4. Kiçik müəssisədə sosial-psixoloji mühitin yaxşılaşdırılması nisbətən asandır. Bu zaman işçilər ümumi mənafe naminə bütün imkanlardan istifadə etməyə hazır olurlar. Həmçinin, ayrı-ayrı şəxslərin xüsusiyyətləri nəzərə alınmaqla kadr siyasətini yürütmək mümkün olur.
Kiçik biznesin ümumi üstünlüyü və çatışmayan cəhətləri 3 saylı cədvəldə verilmişdir.
Kiçik biznesin çatışmayan cəhətlərinə misal olaraq, qulluqçuların fırmaya cəlb edilməsi işinin çətinliyini, sosiai müdafıənin zəif olmasını, işgüzar menecerlərin kifayət dərəcədə səriştəli olmamalarını, maliyyə problemlərini, iqtisadi dəyişikliyə yüksək dərəcədə həssas olmasını, iri məbləğdə maliyyə ehtiyatlarına malik olmamalarını və s. göstərmək olar.)
Yaponiyada kiçik biznesin təşkili təcrübəsi xüsusi maraq doğurur. Bu sahəyə reallaşan sənaye məhsulunun 55%-i, topdansatış ticarəti həçminin 60%-i və pərakəndə satış həcminin 80% -i düşür.
Emaledici sənaye sahəsində 6,5 milyon kiçik müəssisə fəaliyyət göstərir, başqa sözlə, ümumi sayın 99% kiçik biznesə aiddir, təxminən 40 milyon adam bu sahədə çalışır, yaxud bütün işçilərin 80%-dən artıq hissəsi kiçik fırmalarda çalışırlar. Ayaqqabı, tikiş, xırdavat sənayesi,dərman istehsalı, dəstləyici məmulatlar və konstruksiyalar, tikinti və xidmət sferasında (texnikaya xidmət də daxil oimaqla) kiçik müəssisələr xüsusi rola malikdir.
Müəssisələr qəbul edilmiş əsas kapitalın ölçüsünə, işçilərin sayına və sahə mənsubiyyəti əlamətlərinə görə kateqoriyalara ayrılırlar.
Kiçik müəssisələr, böyük olmayan şəhərlərin iqtisadi bazasını möhkəmləndirəcək, xalq sənətini dirçəldəcək, ekoloji problemlərin həllinə həmişə köməklik göstərəcəkdir. Sənaye və tikinti sahəsində müəssisə о zaman kiçik hesab edilir ki, orada çalışan işçilərin sayı 50 nəfərədək, elmi və elmi xidmət sahələrində 25 nəfərədək, nəqliyyatda 15 nəfərədək, ticarət və xidmət sahələrində 10 nəfərədək olsun. Fəaliyyətdə olan qanunçuluğa əsasən kiçik müəssisə xalq təsərrüfatının bütün sahələrində dövlət və kollektiv mülkiyyəti əsasında, vətəndaşların mülkiyyəti və dıgər mülkiyyət əsasında yaradıla bilər. Kiçik müəssisələr qanunla qadağan edilməyən istənilən fəaliyyətlə məşğul ola bilər.
Mövzu 9. Sahibkarlıqda qiymətqoyma siyasəti
Plan
1. Qiymətqoymanın mahiyyəti və məqsədləri
2.Qiymətin əsas növləri
3.Qiymətqoyma siyasətinin növləri
4.Xarici bazarlarda qiymətqoyma siyasəti
1. Qiymətqoymanın mahiyyəti və məqsədləri
Qiymət dəyərin pulla ifadəsi kimi sahibkarlıq fəaliyyətində mühüm rol oynayır. Qiymətin mahiyyətini dərk etmək üçün ona alıcının və sahibkarın mövqeyindən yanaşmaq lazımdır. Alıcı üçün məhsulun qiyməti - onun təlabatının bu məhsul vasitəsilə ödənilməsinə görə verməyə hazır olduğu pulun miqdarıdır. Sahibkar üçün isə qiymət - onun məsrəflərinin və istədiyi mənfəətin ölçüsüdür. Məlumdur ki, alıcı üçün məhsul onun tələbatını müxtəlif üsullarla ödəyən atribut və ya xassələr məcmusudur. Yəni, məhsul öz əsas funksiyası ilə birlikdə onu xarakterizə edən bir çox əlavə faydalılıq və dəyərlər toplusu kimi qəbul olunur. Buna görə də məhsulun qiyməti tələbatın ümumi ödənilmə səviyyəsinə uyğun dəyərini əks etdirməlidir. Eyni bir əsas funksiyanı yerinə yetirmələrinə baxmayaraq özlərinin texniki və istismar xassələrinə, satış və xidmət şərtlərinə, məşhurluğuna və nüfuzuna görə məhsullar müxtəlif cür qəbul oluna bilər, yəni müxtəlif dəyərlərə malik ola bilər. Məsələn, "Ford", "Mersedes-Bens", "Ferrari" və başqa markalı avtomobillər eyni bir funksiyanı - yerdəyişmə və ya hərəkət funksiyasını yerinə yetirmələrinə baxmayaraq, alıcılar tərəfindən xeyli fərqli qiymətlərlə qəbul olunurlar. Göründüyü kimi, məhsulun qiymətini müəyyən etməzdən əvvəl onun alıcılar tərəfındən necə qəbul ediləcəyini dəqiqləşdirmək çox əhəmiyyətlidir.
Sahibkar üçün qiymət iki əsas funksiyanı yerinə yetirir:
- tələbat həcminin artırılması;
- uzunmüddətli rentabelliyin təmin edilməsi.
Sahibkarın əsas məqsədbrindən olan mənfəətin əldə edilməsində qiymət həlledici rol oynayır. Buna görə də qiymətqoyma strategiyasını seçərkən sahibkar həm daxili məhdudiyyətləri (məhsulun istehsalına və satışına çəkilən хərclər, rentabellik), həm də xarici (bazarın tutumu - təlabat, rəqabət və i.a.) məhdudiyyətləri nəzərə almalıdır.
Məhsula təyin olunmuş qiymət ona təlabatın səviyyəsinə və müəssisənin satış həcminə bilavasitə təsir göstərir. Həddən artıq yüksək və ya aşağı qiymət məhsulıın uğurlarını heçə endirə bilər.
Məhsulun qiyməti potensial alıcıların nəzərində onun mövqeyinin dərk olunmasına mühüm təsir göstərir. Xüsusilə istehlak təyinatlı məhsullar bazarında qiymət bilavasitə məhsulun keyfiyyəti ilə əlaqələndirilir. Bundan əlavə, qiymət alıcılar üçün rəqib məhsulların müqayisəsi zamanı daha asan və əlverişli meyar ola bilər.
Son dövrlərdə iqtisadiyyatda baş verən mühüm dəyişikliklər qiymətqoyma siyasətinin əhəmiyyətini və mürəkkəbliyini xeyli artırmışdır. Texniki tərəqqinin sürətlənməsi və məhsulların həyat dövrünün qısalması hər hansı məhsulun layihələndirilməsinə, istehsalına və satışına çəkilən xərclərin ödənilmə müddətinin xeyli azaldılmasına istiqamətlənir. Buna görə də yeni məhsullara ilkin qiymətlərin düzgün müəyyən edilməsi çətinləşir. Digər tərəfdən, oxşar xüsusiyyətli məhsulların çoxluğu, yəni məhsulların yaranma sürətinin artması və çeşidinin genişliyi məhsulun bazarda qiymət üzrə mövqeyinin düzgün seçilməsinin əhəmiyyətini daha da artırır. Dünya bazarında istehsal amillərinə qiymətlərin tez-tez dəyişməsi, dövlətin hüqııqi və sosial tənzimləmə tədbirlərinin gücləndirilməsi, iqtisadi böhranların nəticəsi olaraq alıcıların alıcılıq qabiliyyətlərinin azalması qiymət amilinin sahibkarlıqda və ümumiyyətlə, iqtisadi fəaliyyətdə əhəmiyyətini xeyli artırmışdır.
Sahibkarın qiymət siyasətinin məqsədləri aşağıda əks olunmuşdur
Satışla bağlı məqsədlər
1) Satış həcminin artım sürətinə nail olmaq
2) Bazarda xüsusi çəkini qorumaq və ya artırmaq
Rəqabətlə bağlı məqsədlər
Bazarda liderliyi ələ keçirmək
Rəqabətdə sabitliyin qorunması
Fəaliyyət ömrünün uzadılması
Sahibkarın qiymətqoyma siyasətinin mümkün məqsədləri
Mənfəətlə bağlı məqsədlər:
1) mənfəətin artınlması
2) normal mənfəətin əldə edilməsi
3) investisiyaların mənfəətlilik normasına nail olmaq
4) nağd pulların əldə edilməsi
Qiymətqoyma siyasətinin satışla bağlı məqsədlərin satışdan gəlirlərin və müəssisənin bazar tutumunda xüsusi çəkisinin artırılması və ya qorunması ilə əlaqədar olur. Belə məqsədlərin qarşıya qoyulması aşağıdakı səbəblərlə izah oluna bilər:
- satışın artması bazara nəzarətin əldə olunmasına və gəlirlərin daimiliyinə şərait yaradır;
- sahibkar məhsul vahidinə mənfəətin azaldılmasına (qiymətin aşağı salınması nəticəsində) razı olaraq satış həcminin artımı vasitəsilə daha çox ümumi mənfəət əldə edə bilər;
- satış həcminin artımı istehsal həcminin artırılmasını tələb edir ki, bu da öz növbəsində məhsul vahidinə məsrələrin azaldılmasına geniş imkanlar yaradır.
Sahibkarlıqda mənfəət nisbi və mütləq ölçülərlə ifadə olunur. Nisbi mənfəət məhsul vahidinin qiyməti və maya dəyərinin fərqi kimi qəbul olunur. Mütləq mənfəət isə sahibkarın ümumi satışdan əldə etdiyi gəlirlə bununla bağlı xərclərin fərqi kimi müəyyən olunur.
Qiymətqoyma siyasətinin rəqabətlə bağlı məqsədlərində əsas yerdə qiymətlər nisbətinin sabitliyi və ya rəqiblərə nisbətən fərqli qiymət mövqeyinin seçilməsi dayanır. Əgər bazarda lider-müəssisə varsa, qiymətlər nisbətinin sabitliyi məqsəd kimi qəbul olunur.
İkinci hal qeyri-diferensial oliqopoliya tipli bazarlarda tətbiq olunur. Belə vəziyyətdə sahibkar rəqabətin qeyri-qiymət üsullarından daha çox istifadə etməyə istiqamətlənir.
Marketinq fəaliyyetinin əsas elementlərindən biri qiymət qoymadır. Belə ki, düzgün qiymət siyasəti firmanın müvəffəqiyyətinin əsasını təşkil edir.
Məhsulun qiyməti iki əsas funksiyasını yerinə yetirir:
1.Məhsul istehsalına və onun bazarda hərəkətinə çəkilən xərclərin pul formasında kompensasiya olunmasına imkan verir.
2.Satışın mənfəətliliyini müəyyən edir.
Qeyd etdiyimiz kimi, əmtəənin qiyməti pulla ifadə olunur. Bəzən bir çox sahibkarlar sadəcə olaraq əmtəə ve xidməti bir-biri ilə dəyişdirir. Belə dəyişmə barter adlanır.
Qiymətə yanaşmada müxtəlif baxışlar mövcuddur. Bunun iki əsas formasını fərqləndirmək lazımdır:
  • Satıcının (istehsalçının) mövqeyindən qiymətə yanaşma;
  • Alıcının mövqeyindən qiymətə yanaşma.
Aydındır ki, istehsalçı çalışır ki, öz məhsulunu bazarda mümkün qədər baha qiymətə satsın və bununla da özünün gəlirini daha da artırsın.
Alıcı isə, əksinə çalışır ki, ona lazım olan məhsulu bazardan mümkün qədər ucuz qiymətə alsın.
2. Qiymətin əsas növləri
İstehsal qiyməti - bu qiymət məhsul istehsalına çəkilən xərclərlə mənfəətin cəmi kimi müəyyən edilir. İstehsalçılar bu qiymətlə istehsal etdikləri məhsulları topdansatış firmalarına iri partiyalarla tədarük edir.
Topdansatış qiyməti - bu qiymət istehsal qiyməti ilə topdansatış təşkilatlarının xərcləri və mənfəətinin cəmi kimi müəyyən edilir.
Pərakəndə satış qiyməti - bu qiymət topdansatış qiyməti ilə pərakəndəsatış təşkilatlarının xərcləri və mənfəətinin cəmi kimi müəyyən edilir.
Bazis qiyməti – hər hansı əmtəənin növünü və ya keyfiyyətini müəyyən etmək üçün istifadə edilir. Bu qiymət satıcı və alıcı arasında danışıqlar zamanı razılaşdırılır.
Alqı-satqı və ya faktura qiyməti - müqavilədə razılaşdırılmış tədarük şərtləri ilə müəyyən edilir.
Dünya qiyməti - məhsul istehsalı və ixracı üzrə ixtisaslaşdırılmış qabaqcıl dünya firmalarının qiyməti ilə müəyyən edilir.
İnhisar qiyməti - inhisarçılar tərəfindən istehsal qiymətindən yuxarı və ya aşağı rnüəyyən edilən qiymətdir, inhisarçılar adətən satdıqları mallara baha, alqıdlarına isə ucuz qiymət qoyurlar.
Nominal qiymət - qiymət cədvəllərində (preyskurantlarda), məlumat kitabçalarında, birja kotirovkalarında dərc olunan qiymətlərdir.
Təklif qiyməti – güzəşt nəzərə alınmadan satıcının təklifində göstərilmiş qiymətdir.
Marketinq fəaliyyətinin mühim istiqamətlərindən biri qiymət siyasətidir. Bazar iqtisadiyyatı şəraitində qiymət siyasətinin rolu daha da artmışdır.
Məhsulun həyat dövründə qiymət çox tez-tez dəyişikliyə məruz qalır. Qiymətin dəyişməsi çox mürəkkəb bir problemdir.
Qeyd etmək lazımdır ki, marketinq fəaliyyətində düzgün olmayan qiymət siyasətinin aparılması firmanın fəaliyyətinə olduqca mənfi təsir göstərir.
Marketin fəaliyyətində məqsədyönlü siyasətin əsas mahiyyəti ondan ibarətdir ki, istehsal olunan məhsula elə qiymət qoymaq və bazarda yaranan vəziyyətdən asılı olaraq elə dəyişdirmək lazımdır ki, bazarın müəyyən hissəsinə nail olunsun və nəzərdə tutulan mənfəətin həcmi təmin edilsin.
Qiymətin əmələ gəlməsi məqsədinin formalaşdırılması
Qiymətin əmələ gəlməsinin ümumi siyasətinin formalaşdırılması
Qiymət strategiyasının formalaşdırılması
Qiymət strategiyasının reallaşdırlması
Qiymətin uyğunlaşdırıması
Qiymət siyasətinin işlənilməsi
Bazis qiymətinin müəyyən edilməsində üç yanaşma metodundan istifadə edilir. Belə qiymətlərdən istehsalçı ilə istehlakçı arasında olan ilkin danışıqlarda istifadə edilir.
  1. Xərclərə əsaslanan qiymətqoyma
  2. İstehlakçıların şəxsi fıkirlərinə əsaslanan qiymətqoyma
3. Rəqiblərin bazarda olan qiymətlərinə əsaslanan qiymətqoyma
Xərclərə əsaslanan qiymətqoymanın aşağıdakı metodları vardır:
- maya dəyəri + mənfəət
  • mənfəət normasının alınması
  • zərərsizliyin təhlili
Məsələ: Hər hansı məhsul növünün istehsalı aşağıdakı göstəricilərlə xarakterizə olunur:
Dəyişən xərclər - 60 (məhsul vahidi ücün)
Daimi xərclər - 15000 (bütün məhsul üçün)
Istehsal həcmi - 5000 vahid
Mənfəət normasının alınması metoduna görə qiyməti müəyyən edək:
Məhsulun maya dəyəri:
M = dəyişən xərclər + daimi xərc/istehsal həcmi =60+ = 63
Mənfəət 40% nəzərdə tutulursa, məhsulun qiyməti
Q = maya deyəri/(l - mənfəət norması) = = 105 olacaqdır.
Zərərsizlik nöqtəsinin müəyyən olunması
Verilir:
Məhsul vahidinin dəyişən xərcləri - 60
Daimi xərclər - 15000
Məhsulun qiyməti - 70
ZN=daimi xərclər/(məhsulun qiyməti-məhsul vahidinin dəyişən xərcləri) = =
Bu onu göstərir ki, fırma özü vahid məhsul istehsal edənədək zərərlə işləyəcəkdir.
Satış qiymətinin müəyyən edilməsi
Satış qiymətləri müəyyən edilərkən satış şəraitinin müxtəlifliyi nəzərə alınaraq bazis və preyskurant qiymətləri dəyişdirilir. Bunu nəzərə alaraq, qiymətlərin təshih edilməsi strategiyasından geniş istifadə edilir:
Qiymətdə güzəştlər
  1. Diskriminasiyalı qiymətlərin əmələ gəlməsi
  2. Psixoloji prinsip üzrə qiymətin əmələ gəlməsi
  3. Coğrafı prinsip üzrə qiymətin əmələ gəlməsi
Qiymətdə güzəştlər. Bu güzəştlər məhsulun satışının müəyyən dövrlərində istehsalçılar tərəfindən topdansatış və pərakəndə tacirlərə və digər müştərilərə edilir.
Diskriminasiyalı qiymətin əmələ gəlməsi. Bu, məhsulun istehsalına çəkilən xərclərdən asılı olmayaraq onun iki və daha çox sayda müxtəlif qiymətlərlə satılmasıdır. (məsələn, eyni növ və eyni keyfıyyətli hər hansı məhsul adi dükanlarda bir qiymətə bir qədər ucuz, lyuks dükanlarda isə başqa qiymətə, bir qədər baha satılır).
3.Qiymətqoyma siyasətinin növləri
Qiymət muasir dövrdə müştərilərin seçim prosesində əsas fikir verdikləri amillərin başında durur. Təbii olaraq qiymət dediyimiz müştərilərimiz üçün bir dəyər, sahibkar üçün isə mənfəət mənbəyi kimi baxılmalıdır. Bu baxımdan uğurlu qiymət qoyma siyasəti özündə müştəri və sahibkar ehtiyyaclarının balanslaşdırmasını təşkil etməlidir. Bu yazıda mən praktikada tətbiq edilən qiymətqoyma üsullarından danışacam:
Qiymət qoyma siyasətinin aşağıdakı üsulları mövcuddur.
- Xərc +. Bu əsasən aşağı rəqabətli bazarlarda tətbiq olunur. Əsas üstünlüyü bu metodun sadəliyidir. Mənfi cəhəti isə sırf bazarda olan dəyişikliklərə və yeni məhsul çalışmaları üçün fəaliyyətinin şirkət üçün əlavə dəyər yaratmamasına getirməsidir.
- Rəqabətə əsasən. Bu metod riteyl (pərakəndə satış) bazarlar üçün çox aktualdır. Bu strateqiyanı Metro Cash&Carr, Ashan, Aldi kimi dunyada tanınmış olan riteylerler tetbiq edir. Metodun əsas üstün cəhəti daim bazarda olan prosesləri izləməkdir.
- Hədəf mənfəətə görə.  Burada əsas istiqamət şirkətin invesitiya rentabellik dərəcəsini almaqdır. Bu strateqiyanı əsasən GSM operatorlar, Avia şirkətlər, iri miqyaslı investisiya tələb edən bəzi iri layihəli şirkətlər tətbiq edirlər.
- İstehlakçının verdiyi dəyərə görə. Bu metod rəqabətli bazarlarda və marketinq yönümlü idarəetmə işləyən şirkətlərdə tətbiq edilir. Əksər qlobal şirkətlər mərkəzi ofislər səviyyəsində yalnız bu metodlardan istifadə edirlər. Bunun bariz nümunəsi İKEA, Samsung, Sony uzunmüddətli istifadə mallarından, Cilette, Unilever, Mars kimi şirkətlərdə istifadə ediir. Burada əsas səbəb ondandır ki, şirkət çox gözəl məhsul yarada bilər lakin müştərinin buna ödəməyə hazır olduğu qiymətdən yüksək olan mal alınmayacaq. Eyni zamanda müştəri ehtiyyaclarına cavab verən və müştərinin ödəməyə hazır olduğu qiymətdən aşağı məhsul təklif ediləndə şirkət real mənfəətini itirə bilər. Bu baxımdan məhsulun dəyəri hədəf seqment üçün qəbul edilən olmalıdır.
Məhsulun həyat tsıklına görə. Bu sistem orta sahibkarlıq subyektləri üçün ən ideal hesab edilə bilər. Məhşür rusiyalı marketoloq Andrey Rukavişnikovun fikrinə görə postsovet ölkələrində insanların ən çox dəyər verdikləri amillərdən biridə “yeni məhsul” olmasıdır. Bu baxımdan Azərbaycan bazarında trendlə əlaqəli məhsulların satışında ən düzgün qiymət qoyma metodu bu hesab edilməlidir. Bu metodun əsas məntiqi çox sadədir. Təklif edilən məhsullar müştərilərə təqdim olunma müddətinə görə 4 qrupa bölünür: yeni məhsullar (yəni müştərilərə cari dövrdə təklif edilənlər), inkişafda olan məhsullar (yəni keçmiş dövrə görə daha çox satanlar), durğunluq dövründə olan məhsullar (yəni baza dövrünə görə inkişaf etməyənlər), düşüşdə olan məhsullar (yəni baza dövrünə görə düşüşdə olan modellər), hər bir qrupa görə konkret rentabellik dərəcəsi təyin edilir.
Təcrübəmə əsaslanaraq deyə bilərək ki, Azərbaycan şəraitlərində ən uğurlu qiymətqoyma siyasəti məhz məhsulun həyat tsıklına görə tətbiq edilən qiymətqoyma siyasətidir. Bu üsul aşağıdakı mərhələlərdən ibarətdir:
Yaranma dövrü. Burada olan məhsullara biz ən yüksək rentabellik dərəcəmizi tətbiq edirik. Məsələn geyim malları təklif edən mağazada yeni məhsullara ən üst rentabellik dərəcəsi tətbiq edilir. Məhsul ekskluziv mal kimi bazara çıxarılır. Bunun müştəriləri qiymətdən çox yenilik arxasınca düşən adamlar olur.
İnkişaf dövrü. Bu kateqoriyalı məhsulların qiyməti bazar qiymətlərinə uyğunlaşdırılır və kütləvi satış üçün şərait yaranır. İnkişaf dövründə olan məhsulların rentabellik dərəcəsi ortalama rentabellikdən yuxarı həddə təyin edilir.
Durğunluq dövrü. Durğunluq dövründəki məhsullara orta rentabellik təyin edilir. Bununla bu malların satışı üçün münbit şərait yaradılır.
Tənəzzül dövrü. Məhsullar bu dövrdə olduğu zaman rentabellik sıfıra endirilir. Bu tip məhsullar mağazada flaqman məhsullar kateqoriyasına aid edilir.
4.Xarici bazarlarda qiymətqoyma siyasəti
Öz məhsulunu xarici ölkələrə ixrac edən müəssisələr üçün özünəməxsus problemlər meydana çıxır. Bu bölmədə biz ixracedənin qiymətqoyma üzrə qərarlarını nəzərdən keçirəcəyik.
İxracatçı firmaların məhsullarına bir neçə qiymət forması tətbiq olunur. Bunlardan biri də transfert qiymətidir. Transfert qiyməti dedikdə, müəssisənin istehsal bölməsindəndigər bölmələrinə (xarici ticarət xidməti və ya xarici ticarət filialına) verilən məhsulların qiyməti nəzərdə tutulur.
Daxili və xarici transfert qiymətləri mövcuddur. Məhsulun firma daxilində ötürülməsi zamanı qiymətqoymada əsas məqsəd kimi aşağıdakılar nəzərdə tutulmalıdır:
- qiymət kifayət qədər yüksək olmalıdır ki, istehsal bölməsi öz məhsulunu daxili bazarda ənənəvi satış kanalı vasitəsilə satmaqda maraqlı olsun;
- qiymət kifayət qədər aşağı olmalıdır ki, xarici ticarət bölməsi xarici bazarlarda rəqabətqabiliyyətli olsun.
Burada bölmələr arasında münaqişə üçün şərait yaranır. Buna görə də firmanın ümumi məqsədi dominant rolunu oynamalıdır.
Ümumi halda daxili transfert qiyməti minimal mümkün qiymətlə daxili bazarın satış qiymətindən ümumi mənfəəti çıxdıqdan sonra qalan qiymət arasındakı interval da təyin olunur.
Xarici transfert qiyməti xarici ticarət bölməsinə verilən məhsulun qiymətinə deyilir. Bu qiymətin təyin olunması daha mürəkkəbdir, belə ki, vergi qanunlarını, valyuta məzənnələrini, yerli qaydaları və gömrük tariflərini nəzərə almaq lazımdır.
Ümumi halda fırma verginin daxili bazardakındakından aşağı olduğu ölkələrdə aşağı transfert qiyməti və əksinə tətbiq edir. Burada iki halı nəzərə almaq lazımdır:
- ixracat ölkəsinin gömrük xidməti çox aşağı transfert qiymətini qəbul etməkdən imtina edə bilər. Belə ki, bu qiymət gömrük yığımlarının mənbəyidir və yerli istehsalçıların müdafiəsini zəiflədir;
- daxili bazardakı vergi müfəttişliyi də bu qiymətlərin qoyulmasına mane ola bilər, belə ki, həmin qiymət vergi yığımlarınında bazası rolunu oynayır.
Göstəricilərdən əlavə fırmanın ticarət fılialının fəaliyyətində iştirak səviyyəsi də əhəmiyyətli rol oynayır. Əgər söhbət birgə müəssisədən və ya lisenziyadan gedirsə, ixracatçı yüksək transfert qiyməti tətbiq etməyə çalışır. Əgər filial fırmanın özünə məxsusdursa, onda firma aşağı transfert qiymətləri tətbiq etməyə çalışır.
İxracat zamanı fırmanın ixrac xərcləri qiymətin ən böyük hissəsini təşkil edir. Buna görə də xarici bazarda qəbul olunan qiymətlə beynəlxalq transfert qiymətlərini ixrac xərclərini nəzərə almaqla müqayisə etmək vacibdir.
İxrac xərclərinə aşağıdakılar aid edilir:
  • məhsulun quru, dəniz və ya hava nəqliyyatı vasitəsı ilə daşınma xərcləri;
- yükləmə-boşaltma və gömrük yığımları;
- daşımanın sığortası və i.a.
İxrac zamanı bu xərcləri dəqiqləşdirmək və onları kimin ödəməsini (alıcı və уa satıcı) təyin etmək lazımdır. Bu şərtlərin bir neçəsi aşağıda göstərilmişdir:
- "Franko-zavod" (Ex Workc, EXW). Satıcı məhsulu alıcının öhdəsinə öz ərazisində verir və alıcı sonrakı bütün xərclərə görə özü cavabdehdir;
- "Bortda azaddır" (Free on Boord, FOR). Satıcının məsuliyyəti məhsulun borta (gəmi, təyyarə, avtomobil) yüklənməsindən sonra bitir;
- "Bortun yanında azaddır" (Free Alongside Shir, I AS). Satıcı məhsulu limana çatdırır və yükləmə anına qədər bütün xərcləri ödəyir;
- "Qiymət, sığorta, fraxt" (Cost, Insurance, Freight, (IF). Satıcı nəqliyyat xərclərini ödəyir və məhsulu təyinat limanına qədər sığorta etdirir;
- "Gömrük haqqını ödəməklə çatdırılmalıdır" (Delivery Duty Raid, DDR). Satıcıməhsulu ixracat ölkəsində göstərilən yerə qədər çatmasına kimi bütün xərcləri (gömrük haqqı, nəqliyyat xərcləri və i.a.) ödəyir.
Mövzu 10. Məhsulun keyfiyyəti – bazarın tənzimləyicisi kimi
Plan
1. Məhsulun keyfiyyəti və onun göstəriciləri
2. Məhsulun keyfiyyatinin idarə edilməsi
3. Keyfiyyətin idarə edilməsində yeni strategiya
4. Məhsulun standartlaşdırılması və sertifikatlaşdırılması
1. Məhsulun keyfiyyəti və onun göstəriciləri
Məhsulun keyfiyyəti firmanın (müəssisənin) istehsal təsərrüfat fəaliyyətinin mühüm göstəricilərindən biridir. Məhsulun keyfiyyəti dedikdə, məmulatın təyinatına uyğun olaraq müəyyən tələbatı ödəmək üçün yararlılığını əks etdirən xassələrin məcmusu başa düşülür.
Keyfiyyət göstəricisi - məhsulun keyfiyyətinin tərkibinə daxil olan xassələrinin, onun yaradılmasının və istismarının və ya istehsalının müəyyən şərtlərinə nəzarət edilən keyfiyyət xarakteristikasıdır. Məhsulun keyfiyyəti – onun təyinatına uyğun olaraq müəyyən edilmiş tələbatların yerinə yetirilməsi üçün məhsulun yararlığını təyin edən xassələrin məcmunudur.
Məmulatın keyfiyyətinin miqdarca qiymətləndirilməsinin nəzəri əsaslarını və metodlarını işləyib hazırlayan təcrübi və elmi fəaliyyət sahəsinə kvalimetriya deyilir.
Kvalimetriya latın sözü olub keyfiyyətcə necədir deməkdir.
Kvalimetriyanın əsas vəzifələri məmulatın lazım olan keyfiyyət göstəri­ci­lərini və onların optimal qiymətlərini təyin etmək həmçinin keyfiyyətin kəmiy­yətcə qiymətləndirilməsi üsullarını işləmək, zamana görə keyfiyyətin dəyiş­məsini hesaba alma metodikasının və məhsulin keyfiyyətini erqonomik əlamətinin kəmiyyətcə qiymətləndirilməsi metodikasını yaratmaqdır.
Məmulatın xarakterizə olunan xassələrinin miqdarına görə kəmiyyət göstəriciləri vahid, kompleks və inteqral göstəricilərə bölünür. Məhsulun keyfıyyət göstəriciləri çox müxtəlifdir, hər bir məhsul növünə nəzərən onun keyfiyyətini daha tam xarakterizə edən göstəricilərin müvafiq komplekti seçilməlidir. Məhsulun kcyfiyyət göstəricilərinin qruplaşdırılması dövlət standartları ilə müəyyən edilmişdir.
- Təyinat göstəriciləri - məhsuldarlıq, sürət, güc, manevretmə, həssaslıq və s;
- Etibarlıq göstəriciləri - möhkəmliyi, uzun ömürlüyü, təmirə yararlılığı, müntəzəm işləməsi, mühafizə olunması;
- Texnolojilik göstəriciləri - hazırlanan məmulatın əmək tutumu, maya dəyəri, məmulatın fəaliyyət üçün hazırlanmasmın nisbi əməktutumu, təmirin xüsusi dəyəri və s.
- Ekoloji göstəricilər - ətraf mühitə tullanan zərərli qarışıqların miqdarı, saxlanma, daşınma və istismar zamanı zərərli tullantılar ilə ətraf mühitin çirklənməsi ehtimalı və s.
Əmtəənin faydalılıq səmərəliliyi keyfiyyətin göstəricilərı sistemi ilə təyin olunur. Onlar aşağıdakılardır:
1. Əmtəənin təyinat göstəriciləri - onun konkret bazarda faydasını təyinatı üzrə istifadə olunmasını xarakterizə edir.
2. Əmtəənin etibarlılığı - keyfıyyətin mürəkkəb xüsusiyyətlərini göstərir və əmtəənin dayanıqlı işləməyindən, təmirə yararlı olmağından, öz xüsusiyyətlərini saxlamaq qabiliyyətindən və uzun ömürlü olmağından asılıdır.
3. Əmtəənin texnolojilik göstəriciləri. Texnolojilik obyektin konstruksiyasının, mənimsənilməsinin, istehsalının, nəql edilməsinin və texniki xidmətinin mövcud texnologiyanın və təşkilin tələblərinə nə qədər uyğun olduğu xüsusiyyətini göstərir. Texnoloji konstruksiya obyektin həyat tsiklinin bütün mərhələlərində işlərin müddətinin və resurs məsrəflərinin ən az olmasını təmin edir.
Konstruksiyanın texnolojiliyinin əsas göstəricilərinə aşağıdakılar aid olunur: layihələrarası vahidləşdirmə əmsalı, texnoloji proseslərin vahidləşdirilməsi əmsalı, mexaniki işlənən hissələrin xüsusi çəkisi, texnoloji proseslərin mütərəqqilik əmsalı, konstruksiyanın blokluluq əmsalı və s.
4. Əmtəənin ekolojiliyi. Ekolojilik göstəriciləri əmtəənin keyfıyyət səviyyəsini müəyyən edən əsas xüsusiyyətlər toplusudur. Bu göstəricilər toplusu obyektin hava hövzəsinə, torpağa, suya, təbiətə, insana və canlı aləmə zərərli təsirini xarakterizə edir. Zərərli təsirlər obyektin tətbiqi zamanı bilavasitə və gələcəkdə dolayı yolla özünü biruzə ve­rə bilər.
5. Əmtəənin erqonomik göstəriciləri. “İnsan–məmulat” sistemini xarakterizə edir və onlar insanın istehsalat və məişət proseslərində özünü biruzə verən kompleks gigiyenik, antrometrik, fizioloji və psixoloji xassələrini nəzərə alırlar. Keyfiyyətin erqonomik göstəriciləri obyektin erqonomik tələblərə uyğun gəlməsi ilə xarakterizə olunur. Erqonomik göstəricilər əmtəənin ölçüsü, forması, rəngi, onun elementlərinin qarşılıqlı yerləşməsi və s. ola bilər.
6. Əmtəənin estetikliyi. Estetiklik - keyfıyyətin kompleks xüsusiyyətidir. O, insan hissiyatına, bütünlükdə məmulatın xarici görünüşü nöqteyi-nəzərindən təsirləri aşkar edir. Az estetik məmulat insanı yorur, onu əsas iş prosesindən yayındırır, onun psixikasına əziyyət verir.
Nəticədə məmulatın zamana görə istifadə olunması pisləşir, işdə zay məhsulun miqdarı artır, məhsuldarlıq azalır. Este­tik göstəricilər bir sıra sadə xüsusiyyətlərdən, məsələn, formadan, harmoniyadan, kompozisiyadan, stildən və s. asılıdır.
7. Əmtəənin standartlaşdırılması və vahidləşdirilməsi göştəriciləri. Standartlaşdırma və vahidbşdirmə obyektin konstruktiv elementlərinin tərkib hissələrinin bir tipli ölçülərinin (ölçülərin, bir tipli ölçülərin, formaların, örtüklərin və s.) sayının səmərəli ixtisar edilməsini nəzərdə tutur. Vahidləşdirmənin və standartlaşdırmanın göstəricilərinə obyektin standartlaşma əmsalı, obyektin təşkiledici hissələrinin təkrar olunması əmsalı, layihələrarası vahidləşmə əmsalı və s. aid edilir.
8. Əmtəənin patent-hüquqi göstəriciləri əmtəənin patent-hüquqi səviyyəsi, patent mühafizəsi (və ya patent qabiliyyətliliyi) göstəricisi və patent təmizliyi göstəricisi vasitəsilə qiymətləndirilir. Patent mühafizə göstəricisi ölkənin həmin əmtəədə realizə olunmuş yeni ixtiralarının miqdarını və xüsusi çəkisini xarakterizə edir. Patent təmizliyi göstəricisi daxili və xarici bazarda əmtəənin maneəsiz realizə olunması imkanını, onların istifadə edilməsi üçün hüquqi əsası olmadan tərtib edilmiş səlahiyyət haqqında başqa qərarların olmamasını xarakterizə edir.
9. Xammalın, materialın, yanacağın, enerjinin və əmək resurslarının qənaətlə istifadə göstəriciləri. Bu məmulatın istismarı zamanı xammalın, materialın, yanacağın və əmək resurslarının istifadə dərəcəsinə görə onun texniki təkmilləşdirilməsi səviyyəsini xarakterizə edir.
10. Nəqletməyə yararlılıq göstəriciləri. Məhsulun (məmulatın) bir yerdən başqa yerə nəqledilməsinin (daşınmasının) asanlılığını xarakterizə edir.
11. Təhlükəsizlik göstəriciləri. Məmulatın istifadəsi zamanı onun işçi personalın təhlükəsizliyini təmin edən xüsusiyyətini xarakterizə edir.
12. Məhsulun istifadəsinin səmərəliliyini xarakterizə edən ümumiləşmiş göstərici.Keyfiyyətin inteqral göstəricisidir. Onu məhsulun istismarından və ya istehlakından alınan səmərənin onun yaradılmasına və istismarına çəkilən xərclərin cəminə olan nisbəti kimi təyin edilir. Bu göstəriciləri bəzən iqtisadi göstəricilər də adlandırırlar.
13. İstismar göstəriciləri. Verilmiş işin məmulat tərəfindən yerinə yetirilməsinin keyfiyyətini müəyyənləşdirir.
Uzunömürlü bütün məmulatlar üçün ümumi olan istismar göstəricilərinə etibarlılıq, uzunömürlülük keyfiyyətin dinamikliyi, istismarın qənaətliliyi və erqonomiki göstəricilər daxildir.
Etibarlılıq. Verilmiş rejimdə istifadə etmə, texniki xidmət, təmir, saxlanma və nəqletmə şəraitində verilmiş müddətə müəyyənləşdirilmiş istismar göstəricilərini saxlamaqla tapşırılmış işi yerinə yetirən obyektin xassəsidir.
Uzunömürlülük. Məmulatın texniki xidmət və təmiri müəyyən edilmiş sistemi şəraitindən onun vəziyyətinin son hədinə qədər iş qabiliyyətini özündə saxlama qabiliyyətinə deyilir. Uzunömürlülüyün göstəriciləri: resurs; xidmət müddəti (il).
Keyfiyyət göstəricilərinin əksəriyyəti olduqca spesifikdir və yalnız müəyyən məhsul növünü səciyyələndirir.
Məhsulun keyfıyyətinin səviyyəsi baza göstəricilərinin müvafiq məzmununa nisbətən bəzi göstəricilərin nisbi xarakteristikasıdır. Məhsulun keyfiyyət səviyyəsini bir sıra göstəriçilərlə (bəzən birkə ümumiləşdirici göstərici ilə) və ya məhsulu müəyyən keyfiyyət kateqoriyasına aid etməklə səciyyələndirmək olar,
Məhsulun keyfiyyət səviyyəsini qiymətləndirmək zərurəti yeni məhsulun planlaşdırılması və proqnozlaşdırılması, onun yaradılnası variantının seçilməsi, normativ sonədlərin işlənib hazırlanması, keyfiyyətinə nəzarət edilməsi, məhsulun keyfiyyətini yüksəltmək üçün işçilərin həvəsləndirilməsi, keyfiyyət attestasiyasından keçirilməsi, məlumat toplanmasının təşkil edilməsi və i.a. zamanı meydana çıxır. Buraxılan məhsulun keyfiyyət səviyyəsi müəssisənin texniki və təşkilati mükəmməllik dərəcəsini, eləcə də onun kollektivinin yüksək keyfiyyətli rəqabət qabiliyyətinə mallk məhsul buraxma qabiliyyətini xarakterizə edir. Buradan aydın olur ki, məhsulun keyfiyyəti əməyin və müəssisənin bütün kollektivinin yerinə yetirdiyi işin keyfıyyətindən asılıdır.
2. Məhsulun keyfiyyətinin idarə edilməsi
Məhsulun keyfiyyətinin səviyyəsi dinamikdir, o, cəmiyyətin məhsuldar qüvvələrinin inkişafı, elmi-texniki tərəqqinin və insanların həyat tərzinin dəyişməsinin təsiri ilə dəyişilir. Оnа görə də məmulatların istehsalı və istismarı zamanı əmək məsrəflərinə, resurslara qənaəti əldə etməklə məhsulun keyfiyyətinin optimal səviyyəsini müntəzəm və vaxtında müəyyənləşdirmək və təmin etmək lazımdır. Odur ki, məhsulun kefiyyətinin idarə edilməsi zəruri olur. Məh­sulun keyfiyyətinin idarə edilməsi dedikdə, istehlakçıların tələblərinə tamamilə müvafiq olan, optimal keyfiyyət xarakteristikalarına malik məmulat buraxılmasını təmin edən aydın məqsədli fəaliyyət nəzərdə tutulur. Keyfiyyətin idarə edilməsi, keyfıyyətin marketinq tədqiqatlarının nəticələri əsasında proqnozlaşdırılmasına, məmulatların layihələndirilməsi, istehsalı və istehlakı proseslərinin idarə edilməsinə əsaslanır. О, görülən işlərin keyfiyyətinə və məmulatların layihələndirilməsinin, istehsalın və tətbiqinin bütün mərhələlərində məhsulun keyfiyyət göstəricilərinə etibarlı, dəqiq və hərtərəfli nəzarətin təşkilindən ayrılmazdır.
Keyfiyyətin idarə edilməsində iqtisadi amil mühüm rol oynayır. Keyfıyyətin yüksəldilməsi çox vaxt məhsulun hazırlanması üçün əlavə maddi məsrəflərə gətirib çıxarır. Bu məhsulun qiymətinin əsaslandırılmış qaydada artırılması yolu ilə istehsalçı–müəssisənin məhsulun keyfiyyətinin yüksəldilməsi üçün iqtisadi həvəsləndirməni tələb edir. Odur ki, müəyyən səviyyəli keyfıyyətdə məmulata olan həqiqi tələbatı nəzərə almadan məhsulun keyfiyyətini əsassız yaxşılaşdırmaq da sual altında qalır. Buna görə də istehlakçıların tələblərini təhlil etmək, məmulatın təyinatını və on­dan istifadə edilməsi şəraitini öyrənmək əsasında məhsulun keyfıyyətini yüksəltməyin məqsədı uyğunluğu əsaslandırılır. Bundan əlavə bunu müəyyənləşdirmək üçün məhsulun istehsalı və ondan istifadə məsrəflərinin (o cümlədən layihələndirmə, saxlama, daşıma, satma, təmir məsrəflərinin) ümumi həcmini aşkara çıxarmaq lazımdır. Müxtəlif səviyyəli keyfıyyətdə məhsullar üçün məsrəflər məcmusunun müqayisəsi keyfiyyətin optimal səviyyəsini müəyyən etməyə imkan verir.
Məhsulun keyfıyyəti səviyyəsini səmərəli idarə etmək üçün təkcə göstəricilər sistemi və normativ sənədləri hazırlamaqla kifayətlənmək olmaz. Keyfiyyətin idarə olunması müəssisənin daxilində, həm də ondan kənarda çox müxtəlif fəaliyyət növlərini əhatə edir. Keyfiyyətin idarə olunması prosesinə müxtəlif mərhələlər (konstruksiya hazırlığı, yaratma, texnologiya, standartlar işləyib hazırlama və i.a.) - istehsal mərhələsi, istehsaldan sonrakı mərhələ (saxlama, sa­tis, nəqletmə, quraşdırma, xidmət və s.) və nəzarət mərhələsi daxildir. Bu mərhələlərin hamısı sıx şəkildə bir-birindən asılıdır. Məhsulun keyfıyyətinin idarə edilməsi aşağıdakı mərhələlər üzrə aparılır .
1.Bazarda təlabatın parametrlərinin öyrənilməsi (konkret məhsula olan tələbat).
2.Alınan parametrləri özündə əks etdirə bilən məh­sulun istehsalı üçün tələb olunan daxili imkanların səviyyəsinin təhlili.
3.Keyfiyyət səviyyəsi üzrə məqsədin qəbul edilməsi.
4.Elmi tədqiqat sınaq konstruktor işlərinin aparılması.
5.Lazımi keyfiyyət tələblərinə cavab verən xammal və materialların alınması (onların keyfiyyət standartlarına uyğunluğu).
6.Məhsulun hissələrinin texniki səviyyəsini lazımi səviyyədə təmin edə bilən avadanlıq və dəzgahların alınması.
7.İstehsalın təşkili (keyfiyyətə texniki nəzarətin təşkili).
8.Hazır məhsulun sınaqdan keçirilməsı və onun keyfiyyət standartlarına uyğunluğunun müəyyən edilməsi.
9.Satış və satışdan sonrakı xidmətlərin təşkili.
10.İstehlakçılardan və təmir işlərindən məhsulun keyfiyyət xüsusiyyətlərinə və konstruksiyasına dair yeni ideyaların toplanması.
Məhsulun keyfiyyətini idarə etmək üçün istehlakçılardan alınan məlumatların xüsusi əhəmiyyəti vardır. Məhsulun keyfiyyəti istehlak prosesinda aşkara çıxır, onun bir çox göstəricisini yalnız məmulatdan uzun müddət istifadə edildikdə qiymətləndirmək olar. Buna görə də buraxılan məmulatı qiymətləndirmək, onu təkmilləşdirmək və yeni məmulat işləyib hazırlamaq üçün onları yaradanlarda öz məhsullarından istifadə edilməsinin səmərəliliyi haqqında tam və mötəbər məlumat almalıdır.
3. Keyfiyyətin idarə edilməsində yeni strategiya
Bütün ölkələrdə keyfiyyətin idarə edilməsi məsələlərinə böyük diqqət yetirilməsinə baxmayaraq, son illərdə keyfiyyətin idarə edilməsinə yeni yanaşmalar, yeni strategiya formalaşmışdır. Bu strategiyada firmaların məhsul keyfiyyətinin yüksəldilməsi məsələlərində kifayət qədər maraqlı olmamaları qeyd edilməklə keyfiyyətə münasibətin dəyişdirilməsinin zəruriliyi qarşıya qoyulur.
Qellap institutu (ABŞ) sənaye və xidmət sferasında işləyən 700-ə yaxın fırmanın iştirakı ilə sorğu keçirmişdir. Sorğu nəticəsində məlum olmuşdur ki, müəssisə rəhbərlərinin 57%-i keyfiyyət məsələlərinə daha çox diqqət yetirir. Onlar keyfiyyət məsələlərinin xərclər və mənfəət məsələlərindən daha üstün olduğunu bəyan etmişlər. Lakin rəhbərlərin 32%-i isə birinci yerdə mənfəət olduğunu qeyd elmislər. Sahibkarların yarıdan çoxu xərclərin azaldılmasının ən etibarlı üsullarından birinin keyfiyyət olduğuna inanmır. Rəhbərlərin 70%-dən çoxu rəhbərlik etdikləri firmalarıniqtisadiyyatının əsaslarını bilmədiklərini biruzə vermişdir. Onlardan keyfiyyətin təmin olunması üçün nə qədər xərc çəkildiyini soruşduqda bu xərclərin 5-10% oldıığunu söyləmişlər, əslində isə ümumi satış həcminin 20-30%-ni təşkil edir.
Altı rəhbərdən biri məhsulun keyfiyyətinin təminatı üçün lazım olan xərclərin miqdarı haqqında anlayışın olmadığını bildirmişdir. Sərt rəqabət mübarizəsi şəraitində fırmalar yalnız məhsulun keyfiyyətinin sistemli idarə edilməsini tədbiq etmədikdə müvəffəqiyyətlə inkişaf edə bilərlər.
Keyfiyyətin yeni strategiyası bir sira məsələlərlə xarakterizə olunur:
  • keyfıyyətin təmin olunması hər hansı bir bölmənin həyata keçirdiyi texniki funksiya kimi deyil, firmanın bütün təşkilati strukturlarından keçən sistemli proses kimi başa düşülür;
  • keyfiyyətin yeni anlayışına müəssisənin müvafiq təşkilati strukturu tam cavab verməlidir;
  • keyfiyyət məsələləri yalnız istehsal tsikli çərçivəsində deyil, layihələndirmə, konstruksiya edilmə, sonrakı xidmət prosesində aktuallıq təşkil etməlidir.
Əgər biz aralıq məhsulun keyfiyyətini alırıqsa, о öz növbəsində son məhsulun keyfiyyətini formalaşdırırsa, sonuncu bilavasitə həyati keyfiyyətə çıxır. Həyati keyfiyyət məhsulun və xidmətin keyfiyyətilə əlaqəli olduğu kimi, müdafiə qabiliyyətlilik, təbii mühitin, infrastrukturun, milli sərvətin keyfıyyəti ilə əlaqəli olur .
Bütün yuxarıda göstərilənlər о zaman yerinə yetirilə bilər ki, istehlakçıların və istehsalçıların marağı gözlənilməklə məhsulun keyfiyyətinin dəqiq təşkil edilmiş idarəetmə sistemi fəaliyyət göstərsin.
4. Məhsulun standartlaşdırılması və sertifikatlaşdırılması
Məhsulun keyfiyyətinin idarə edilməsi sistemində zəruri element standartlaşdırmadır. Standart ingilis sözü olub, norma, ölçü, meyar, mənasını verir.
Standartlaşdırmanın əsas vəzifəsi xalq təsərrüfatı sahələrinin və əhalinin ehtiyacları və ixrac üçün istehsal edilən məhsullara mütərəqqi tələbləri müəyyən edən normativ sənədlər sisteminin yaradılması və həmçinin, bu sənədlərin düzgün istifadəsinə nəzarət edilməsidir.
Maşın və mexanizmlərin, habelə digər məhsulların yaradılmasının və istehsalının bütün həlqələrində məhsulun keyfiyyətinin idarə edilməsi standartlar sisteminin tətbiqinə və onlara ciddi əməl olunmasına əsaslanır. Ölkəmizdə standartlaşdırma sistemi dövlət, sahə və müəssisə standartları kompleksini əhatə edir (bu sistem SSSR DÜİST-dən miras qalmışdır). Bazar münasibətlərinin inkişaf etməsi və müəssisələrin buraxdıqları məhsulların rəqabətə dözə biləcək və dünya bazarlarında öz yerini tapmaq üçün yeni standartlara böyük ehtiyac duyulur. Bu standartlar elm və texnikanın, texnologiyanın, idarəetmənin dünya standartlaşdırmasına yğunlaşmalı və onıın tələləbrinə müvafıq yaradılmalıdır. Yeni yaradılan birgə müəssisələr və yeni texnologiyalar üçün standartlar tədqiqat-layihələndirmə-istehsal və məhsulun istismar mərhələlərində müəssisənin hərtərəfli fəaliyyətini əhatə etməlidir. Son illərdə sənaye müəssisələrində stanartlaşdırmanın yeni formaları - kompleks, üstün və sahələrarası sistemlərin standartlaşdırılması - inkişaf etmişdir. Kompleks standartlaşdırma istehsalda qarşılıqlı əlaqədar olan və məhsulun keyfıyyətinə təsir göstərən bütün texniki və təşkilati amilləri, yəni, əmək predmetlərini, əmək vasitərini məhsulun istehsalının texnoloji proseslərini və onlara nəzarəti, istehsalın təşkilati amillərini əhatə edir. Üstün standartlaşdırma məhsulun keyfiyyətinin perspektiv göstəlicilərini və onların mənimsənilməsi müddətlərini reqlamentləşdirir. Sahələrarası sistemlərin standartlaşdırılması üçün sahələrarası təyinata malik standartlar (məsələn, istehsalın texnoloji hazırlığının vahid sistemi, konstraktor sənədlərinin vahid sistemi) yaradılmışdır.
Beynəlxalq standartlar sistemi İSO. Keyfiyyətin təminatı üzrə bütün işlər "Standartlaşdırma üzrə Beynəlxalq təşkilatın standartları" əsasında aparılır. Keyfıyyətin idarə edilməsi sistemi çərçivəsində İSO-9000 standartlar seriyasından istifadə olunur. Beynəlxalq İSO-9000 standartlar 1987-ci ildə qəbul edilmiş və bir sıra qabaqcıl dünya ölkələrinin standartlarına əsaslanır. Bir sıra ölkələrdə (Avstriya, Almaniya, Finlandiya, Fransa, Böyük Britaniya, İsveç, İsvcçrə və s.) həmin standartlar milli standartlar kimi qəbul edilmişdir.
Mövzu 11. Sahibkarlıqda rəqabət və sahibkarlıq sirri
Plan
1.Rəqabətin iqtisadi mahiyyəti
2.Rəqabətin əsas növləri
3.Azad rəqabətin əsas əlamətləri
4.Rəqiblərin fəaliyyət göstəriciləri
5.Azərbaycanda rəqabət mühitinin inkişafı məsələləri
6.Azərbaycanda sahibkarlıq sirri
1.Rəqabətin iqtisadi mahiyyəti
Bazar iqtisdiyyatının mühüm atributlarından biri kimi rəqabət müəssisəsinin xarici mühitini formalaşdıran amillərdən biridir. Rəqabətin əsasında hər bir müəssisənin gəlir əldə etmək formasının müəyyən seçmə azadlığı durur.
Rəqabətin mövcudluğu üçün aşağıdakı iki amil zəruridir.
1.Konkret bazarda çox sayda müstəqil fəaliyyət göstərən istehsalçı və istehlakçıların mövcudluğu;
2.İstehsalçı və istehlakçıların bu və ya digər bazarlara daxil olmaq və ya onları tərk etmək azadlığı.
Bazar iqtisadiyyatının dinamikliyinin, mütənasibliyinin və səmərəliliyinin təmin olunmasının ən mühüm mexanizmi kimi qəbul olunan rəqabətin təbiətini öyrənmək üçün onu müəyyən edən əsas amillərdən olan tələb və təklifin xüsusiyyətlərinin tətqiqi həmişə ön planda olmuşdur. Rəqabətə müxtəlif cəhətlərdən yanaşan qərb iqtisadçıları onun davranış, struktur və funksional xüsusiyyətlərini əsas götürərək ona müxtəlif təriflər vermişlər.
Rəqabətin məhz davranış kimi izahı ilk əvvəl iqtisadi ədəbiyyatda özünə yer tutmuşdur. Adam Smit rəqabəti istehsalçıların (və ya istehlakçıların) daha sərfəli satış şərtləri uğrunda danışıqsız, təmiz mübarizəsi ilə əlaqələndirərək rəqabət metodu kimi qiymətin dəyişdirilməsini qəbul edir. Sonrakı dövrlərdə rəqabətə davranış cəhətdən yanaşma onun məqsəd və metodlarının dəqiqləşdirilməsi istiqamətində təkmilləşdirilmişdir.
Belə ki, rəqabətin Marksist izahında rəqabət əmtəə istehsalına xas olan və xüsusi istehsalçıların bir-biri ilə daha əlverişli şərtlər uğrunda mübarizəsi kimi təqdim olunmuşdur.
Müasir Amerika iqtisadçısı M.Porter öz əsərlərində rəqabətin davranış cəhətini tədqiq edərək rəqabəti məhdud iqtisadi ehtiyatlar və məhdud təlabat uğrunda mübarizə ilə əlaqələndirir. O, rəqabətin mahiyyətini izah etmək üçün sahə anlayışını tətbiq etmişdir. Burada sahə anlayışı konkret təlabatı ödəyən məhsullar istehsal edən müəssisələr məcmusu kimi qəbul edilir.
Sahədə rəqabətin təbiətini onun strukturunu təşkil edən beş elementin təhlili vasitəsilə dərk etmək olar.
Potensial
rəqiblər
Alıcılar
Mövcud
rəqiblər

Təhcizatçılar
Əvəzedici
məhsullar
Potensial rəqiblərin sahəyə daxil olma imkanları buradakı maneələrin mürəkkəbliyi və rəqib müəssisələrin reaksiyası ilə səciyyələnir:
Sahəyə daxilolma maneələri kimi aşağıdakıları göstərmək olar:
1.Hüquqi maneə - patent;
2.Yeni istehsalın mənimsənilməsinə və satışın təşkilinə tələb olunan sərmayənin iri miqdarı və bununla bağlı risk;
3.bazarda mövcud olan müəssisələrin məsrəflər üzrə üstünlüyü və təcrübə effektinin böyüklüyü.
Bazarda mövcud olan rəqiblərin yeni peyda olmuş rəqibə əks təsiri aşağıdakı amıllərlə müəyyən edilir:
1.onlar üçün bazarın əhəmiyyətlilik dərəcəsi;
2.iri maliyyə ehtiyatlarının mövcudluğu .
Sahəyə daxilolma maneələri və rəqiblərin reaksiya vermək qabiliyyəti potensial rəqibləri sahəyə daxil olmadan çəkindirir.
Bir alıcılar qrupu üçün eyni funksiyanı başqa texnologiya əsasında yerinə yetirən məhsullar kimi, əvəzedici məhsulların mövcudluğu və onların keyfiyyət, qiymət nisbətinin yaxşılaşdırılması bazarda məhsulların yuxarı qiymət hədlərinə təsir göstərir.
Alıcılar qiyməti aşağı salmağa məcbur etməklə, yaxud daha əlverişli xidmətlər və ödəmə şərtləri tələb etməklə müəssisənin rentabelliyini azalda bilərlər.
Alıcıların müəssisəyə belə təsirlər etmək qabiliyyəti bir neçə halda mümkün olur:
1.Alıcının təlabatı müəssisənin satış həcminin böyük hissəsini təşkil etdikdə;
2.alınan məhsulun qiyməti alıcının ümumi məsrəflərində mühüm yer tutduqda;
3.məhsulun zəif diferensiasıyası alıcılara başqa istehsalçı tapmağa ümid vürdikdə;
4.alıcının bazar haqqında hərtərəfli məlumatı olduqda.
Sahədə rəqabətin təbiətini müəyyən edən 4 elementdən – potensial rəqiblər, əvəzedici məhsullar, alıcılar və təchizatçılar – birinci iki element sahənin mənfəətliliyinə dolayı, obiri iki element isə bilavasitə təsir göstərir.
Sahənin mənfəətliliyinə ən güclü təsir göstərərn element sahənin müəssisələri arasındakı rəqabətdir. Rəqabət mübarizənin formaları və intensivliyi rəqiblərin qarşılıqlı asılılıq dərəcəsini müəyyənləşdirir.
Sahələrarası rəqbət – müxtəlif sahələrin müəssisələri arasında rəqabətdir. Bu, mənfəət norması kiçik olan sahələrdən, mənfəət norması böyük olan sahələrə kapitalın axıdılmasına səbəb olur. Böyük mənfəətli sahələrə cəlb olunan yeni kapital ictimai baxımdan daha çox lazım olan istehsalatların inkişafına, daha zəruri əmtəələr üzrə təklifləri artırmağa imkan yaradır.
2.Rəqabətin əsas növləri
Sahibkarliq fəaliyyətində rəqabətin əsas növlərini aşağıdakı əlamətə görə fərqləndirmək olar:
1.Rəqabət subyektləri: fərdi və qrup;
2.Münasibətlərin xarakteri: azad (təkmil), oliqopoliya, inhisar;
3.Funksional təyinatlı: sahədaxili; sahələrarası və ərazi;
4.Fəaliyyət metodları: qiymətə görə və qeyri qiymətə görə, vicdanlı və vicdansız.
Rəqabət münasibətlərinin əsas növləri
subyektlərə görə
Münasibətlərin xarakterinə görə
Funksional isti-qamətlərə görə
Metodlara görə
-fərdi - azad (təkmil) -xalis -qiymət
-qrup - oliqopoliya -sahədaxili -qeyri-qiymət
-müəssisələr- - inhisar (qeyri- -sahələrarası -vicdanlı
arası təkmil) -ərazi -vicdansız - dövlətlərarası
-fimadaxili
-funksional
-əşyaya görə
-növ əlamətinə görə
3.Azad rəqabətin əsas əlamətləri
Azad rəqabətin əsas əlamətlərinə aşağıdakılar aiddir:
-rəqabətin iştirakçılarının qeyri-məhdud sayı;
-bazara müstəqil daxil olmaq və ondan çıxmaq;
-hər bir adamın (şəxs) sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq və ya bu fəaliyyəti dayandırmaq hüququnun olması (bunu müxtəlif cür etmək olar: özü üçün iş yaratmaq, əməkdə bilavasitə iştirak etmək, işçiləri cəlb etmək; səhmləri almaq; dövlət istiqraz vərəqlərini əldə etmək, pulu banka qoymaq; onları əmlak üçün investisiyalaşdırmaq və s.).
Azad rəqabət sistemi istehlakçıları fərqləndirmə (diskriminasiya) formalarını rədd edir. Pul gəlirlərinin sahibi olan hər bir şəxs öz istəyini həyata keçirmək üçün ona lazım olan əmtəəni (xidməti ala bilər).
Rəqabət iştirakçısı öz pulunu sadəcə olaraq istənilən istiqamətə deyil öz gəlirini artırmaq üçün edir.
Rəqabətin hər bir iştirakçısının tam informasiyalaşdırılması (təklif və tələb, qiymətlər, mənfəət norması və s. haqqında) ona imkan verir ki, düzgün, daha yaxşı seçmə aparsın (məsələn, ev alma ilə səhm alma arasında). Son halda iştirakçı bilməlidir ki, xüsusilə hansı səhm ona maksimum gəlir verəcək.
Şirkətlərarası Rəqabət və Rəqabətdə Üstünlük
Rəqabətdə üstünlük, əsasən, yenilik etmə/inkişaf və dəyişikliyə əsaslanır. Şirkətlər rəqabət üçün yeni bir əsas tapdıqları zaman rəqiblərinə qarşı üstünlük təmin edirlər. “Sony”, radionu transistorlu edən ilk şirkət idi. “Boing”, oxşar planlara əsaslanan bir təyyarələr ailəsi məfhumuna birincilik etdi və öz sektorunda qlobal bir həmlə edən şirkət oldu.
Rəqabətdə üstünlük, bir şirkətn eyni sektordakı rəqiblərinə görə daha uğurlu olmasına yol verən xüsusisyyətlərdir. Yəni, ümumi sektora görə daha uğurlu olan şirkətlərin rəqabətdə üstünlüyə sahib olduğunu demək olar. Bir şirkətin rəqiblərindən daha uğurlu olması, onun rəqiblərinə qarşı tutacağı mövqe ilə əlaqədardır. Bu mənada, rəqabətdə üstünlük, hər hansı bir şirkətin rəqiblərinə qarşı tutacağı üstün bir mövqe olaraq adlandırıla bilər. Üstün mövqe isə, şirkətin sektordakı rəqabət güclərinə qarşı özünü ən yaxşı müdafiə edə biləcəyi, bu güclərin ən zəif olduğu və ya bu güclərə öz lehinə təsir edə biləcəyi bir mövqeyə işarə edir.
Tətbiq edilən strategiyaların nəticəsi olaraq, rəqabətdə üstünlük, əsasən, bir şirkətin dəyər yarada bilmə bacarığına əsaslanır. Rəqiblərindən daha çox dəyər yaradan bir şirkət rəqabətdə üstünlük əldə edə bilər. Şirkətin daha yaxşı müştəri dəyəri yaradaraq rəqibləri qarşısında bazarda üstünlük qazanması mənasında işlənir. Rəqabətçi bir strategiya bir şirkətin lazımi fəaliyyətləri rəqiblərindən fərqli bir dəyər yaratması və ya rəqiblərin yaratdığı dəyəri fərqli etməsindən doğur. Bir şirkət özünü ancaq rəqiblərindən fərqləndirərək qoruya bilər. Başqa sözlə desək, bir şirkət ancaq mümkün ya da mövcud olan rəqibləri tərəfindən bərabər zamanlı tətbiq edilmiş olmayan və dəyər yaradan strategiyalar təşkil etdiyi zaman və bu strategiyaların faydaları rəqib şirkətlər tərəfindən təqlid edilə bilmədiyi zaman rəqabətdə üstünlüyə sahib ola bilər.
Rəqabətdə üstünlük məfhumu ilə çox yaxından əlaqəli və onu bütünləşdirən bir məfhum da “davam etdirilə bilən rəqabət üstünlüyü” məfhumudur. Rəqabət strategiyasında rəqabətçi üstünlük əldə etmək qədər bu üstünlüyün uzun müddətdə davam etdirilə bilən olması da əhəmiyyətlidir. Uzun müddətdə ümumi sektora görə daha uğurlu olan şirkətlərin davam etdirilə bilən rəqabətçi üstünlüyə sahib olduqlarını demək olar.
Daimilik, şirkətin rəqabətçi üstünlüyünün rəqib şirkətlərin davranışlarının və ya sektordakı dəyişmələrin ortaya çıxardığı eroziyaya söykənməsi mənasındadır. Başqa sözlə desək, üstünlüyün daimiliyi, bu üstünlüyün rəqiblər tərəfindən təqlid edilə bilmə ehtimalından asılıdır. Əgər üstünlük rəqiblərin bu üstünlüyü yox etmə fəaliyyətlərinə baxmayaraq hələ də mövcud olmağa davam edirsə davam etdirilə biləndir.
Üstünlüyün davam etdirilə bilən olması şirkətin bu üstünlükdən faydalandığı təqvim müddətinin uzunluğundan asılı deyildir. Bundan başqa, üstünülüyün davam etdirilə bilən olması onun sonsuza qədər davam edəcəyi mənasına gəlmir. Sektorun quruluşundakı gözlənilməyən dəyişikliklər, bir vaxtlar davam etdirilə bilən rəqabətçi üstünlük mənbəyi olan bir şeyi, yəni sektorun quruluşunda şirkət üçün çox dəyərsiz və ya maraqsız bir şey halına gətirə bilər. Nəticə olaraq, davam etdirilə bilməyin özü təqlidçilikdən qorunmaqdır. Buna görə də, daimilik, üstünlüyün təqlid edilməsini çətinləşdirən bəzi təqlid əngəllərinin mövcudluğuna ehtiyac yaradır. Ancaq təqlid əngəlləri əsla dəf edilməsi qeyri-mümkün olmamaqla birlikdə, üstünlüyün nə qədər daimi olduğunu bu əngəllərin yüksəkliyi müəyyən edir.
Rəqabət meylini müəyyən edən tərkiblər, rəqabətçi üstünlüyün qorunması və davam etdirilməsi baxımından böyük əhəmiyyət daşıyır. Bu tərkiblər iki yerə ayrılır. Bunlardan birincisi dəyər istehsal etmə, ciddi yaradıcılıq, məfhum tədqiqi və inkişaf etdirməni əhatə edən əsas tərkib hissələridir. İkincisi isə, ümumi mənada şirkətlər üçün razılaşmalı olduqları şərtləri meydana çıxaran, şirkətlərin hara çatma haqqında məcburiyyəti xarakterizə edən tamamlayıcı hissələrdir. Rəqabətçi üstünlüyün tamamlayıcı hissələri, razılaşması və əldə etməsi vacib olan əsas istiqamətləndiricilərdir və şirkətlərin və ya sektorların bu şərtlərə bağlı fəaliyyətləri qaçınılmazdır.
4.Rəqiblərin fəaliyyət göstəriciləri
Rəqabət aparan iri və orta firmaların fəaliyyətini, strategiyasının xarakterini və xüsusiyyətlərini dərindən təhlil etmədən onların satış bazarında fəaliyyət imkanlarını qiymətləndirmək mümkün deyildir.
Rəqiblərin hərəkətinin proqnozunu təhlil etmək üçün aşağıdakı amillərə diqqət etmək lazımdır:
-rəqib müəssisənin ölçüsü, artım sürəti və məənfəətliliyi;
-istehsal satış siyasətinin cari və əvvəlki satış strategiyasının motivləri və məqsədi;
-istehsalın və satışın təşkili, “idarəetmə mədəniyyətinin” səviyyəsi.
Yuxarıda göstərilən amillərin təhlili əsasında rəqiblərin strategiyasına və “zəif” tərəflərinə aid nəticələr tərtib edilir. Aydındır ki, bazarda hərəkətin bütün amilləri birtərəfli təhlili edilə bilməz. Əsas çətinliklər rəqibin xərclərinin strukturunun tədqiq edilməsidir. Bu sahədə adətən aşağıdakı təxmini məlumatları almaq olar:
-işçilərin sayı, birbaşa və qaimə xərclərinin strukturu;
-xammalın, materialların və komplektləşdirici hissələrin müqayisəli dəyəri;
-əsas kapital və ehtiyatlara vəsait qoyuluşu;
-satış həcmi və müəssisələrin sayı.
5.Azərbycanda rəqabət mühitinin inkişaf məsələləri
Ölkədə mövcud olan rəqabət mühitinin sahibkarların fəaliyyətinə təsirinin nəticələri öz əksini konkret bazarlarda onların məhsullarının rəqabət qabiliyyətində tapır.
M.Porter ölkədə rəqabət mühitinin determinantlar sistemi kimi təqdim edərək onu “milli romb “ adlandırmışdır. Bir-biri ilə daim qarşılıqlı əlaqədə və qarşılıqlı təsirdə olan bu determinantlar sistemi aşağıdakı sxemdə öz əksini tapmışdır.
Firmaların strateqiyaları,
strukturları və mübarizələri
İstehsal
parametrləri

Tələbatın parametirləri
Qohum və
köməkçi sahələr
Ölkədə istehsal amillərinin mövcudluğu rəqabət üstünlüyünün əldə edilməsində mühüm rol oynayır. M.Proter istehsal amillərini aşağıdakı qruplar üzrə bölmüşdür:
1.İnsan ehtiyatları, yəni işçi qüvvəsinin miqdarı ixtisas vəziyyəti, qiyməti, iş vaxtı və əmək etikası.
2.Fiziki ehtiyatlar, yəni torpaq sahələrinin, suyun, faydalı qazıntıların, enerji mənbələrinin miqdarı, keyfiyyəti və qiyməti. Burada ölkədəki iqlim şəraiti, onun ölçüsü və coğrafi vəziyyəti də fiziki ehtiyatlara aid edilir.
3.Bilik ehtiyatları, yəni elmi, texniki və bazar haqqında informasiyaların mövcudluğu, keyfiyyəti və qiyməti. Bilik ehtiyatları universitetlərdə, dövlət və özəl elmi-tədqiqat insitutlarında, dövlət statistika idarəsində, işgüzar və elmi ədəbiyyatlarda, ticarət assosiasiyalarında və bazarın tədqiqi üzrə məlumatlar banklarında toplanır.
4.Pul ehtiyatları, yəni sənayenin maliyyələşməsinə sərf oluna biləcək kapitalın miqdarı və qiyməti. Əmanətlərin səviyyəsi və milli kapital bazarının qurluşu, kapitalın ölkədəki miqdarına və yerləşdirilməsi formalarına təsir göstərir.
5.İnfrastruktur (ölkənin nəqliyyat sistemi, rabitə, poçt xidməti, bank sistemi, səhiyyə, mənzil fondu və s.), yəni onun keyfiyyəti və istifadə qiyməti.
6.Azərbaycanda sahibkarliq sirri
Rəqabətli bazarlarda uğur qazanmaq sahibkardan öz fəaliyyətinin bir çox cəhətləri üzrə məlumatları rəqiblərdən gizli saxlamasını tələb edir.
Sahibkarlıq sirri - yayılması sahibkarın maraqlarına təhlükə doğura biləcək məlumatlardan gizli saxlanması üzrə sahyibkarın qanuni hüququdur.
Sahibkarlıq sirri planlaşdırılmış nəticələrə nail olmaq üçün gizli saxlanaması lazım olan istehsal, texniki, kommersiya və xidməti məluymatlar toplusudur.
Sahibkarlıq sirrinin qorunması bir neçə tədbirin həyata keçirilməsini tələb edir. Bunun üçün ən əvvəl aşağıdakı suallara dəqiq cavablar verilməlidir:
  1. Hansı məlumatları gizli saxlamaq olmaz (qanunvericiliyə görə)?
  2. Hansı məlumatları rəqiblərdən və digər iqtisadi subyektlərdən gizli saxlamaq məqsədəuyğun deyil?
  3. Müəssisənin fəaliyyəti haqqında hansı məlumatlar sirr kimi saxlanılmalıdır?
Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə aşağıdakı məlumatlar sahibkarlıq sirri ola bilməz:
  • müəssisənin təsis sənədləri;
  • patentlər, lisenziyalar və qeydiyyat sənədləri;
  • büdcəyə köçürülməli olan vergi və ödənclərin düzgünlüyünün yoxlanılması üçün tələb olunan mühasibat hesabatları (təyin olunmuş formada);
  • işçilərin sayı, tərkibi, əmək haqqı və iş şəraiti haqqında məlumatlar;
  • vergilərin və məcburi ödənclərin verilməsi haqqında sənədlər;
  • müəssisənin tədiyyə qabiliyyətliliyi haqqında sənədlər;
  • ətraf mühitin mühafizəsi haqqında məlumatlar və i.a.
Strateji seqmentləşdirmə
Strateji seqmentləşdirmə dedikdə firmanın cari məhsulları ilə və və ya strukturu ilə əlaqəsi olmayan və firmanın uğur qazana biləcəyi yeni fəaliyyət zonalarının (seqmentlərinin) seçilməsi nəzərdə tutulur. Strateji seqmentləşdirməni həyata keçirmək üçün geniş tətbiq olunan strateji təsərrüfatçılıq zonası (STZ) konsepsiyası ilə tanış olaq.
STZ firmanın çıxışa malik olduğu və ya çıxmaq istədiyi ayrıca əhatə seqmentidir. STZ-ni müəyyənləşdirmək üçün əvvəlcə firmanın strukturu ilə və ya cari məhsulları ilə bağlı olmayan tədqiqat zonalarını müəyyənləşdirmək lazımdır. Müəyyənləşdirilmiş zonaların hər birində artım perspektivi, gəlir norması, stabillik, texnoloji perspektiv və imkanlar tədqiqi olunur və qiymətləndirilir. STZ-ni seçmək üçün aşağıdakılara diqqət yetirilir:
1.Təlabatın strukturu və səviyyəsi.
2.Texnologiya.
3.Müştərilər.
Coğrafi region.
Ümumi perspektivin müəyyənləşdirilməsində aşağıdakılar ön plana çəkilir:
1.İnkişaf (artım) perspektivi.
2.Rentabelliyin perspektivi.
3.Qeyri-stabillik perspektivi.
4.Uğur qazanmaq perspektivi.
STZ-nin seçilməsində müəyyənləşdirici amillər aşağıdakılar hesab olunur:
1.Tələbin inkişaf fazası.
2.Bazarın ölçüləri.
3.Alıcılıq qabiliyyəti.
4.Ticarət maneələri.
5.Alıcıların vərdişləri.
6.Rəqiblər və rəqabətin intensivliyi.
Mövzu 12. Sahibkarlıq fəaliyyətində risklər
Plan
1.Riskin mahiyyəti və növləri
2.Layihənin baş verməsi zamanı baş verən risklər və onların
qiymətləndirilməsi üsulları
3.Risk dərəcələrinin riyazi üsullarla qiymətləndirilməsi
4.Sahibkarlıq fəaliyyətində riskin azaldılması yolları və metodları
1.Riskin mahiyyəti və növləri
Bazar iqtisadiyyatının inkişaf etməsi ilə əlaqədar, sahibkarlıq fəaliyyəti qeyri-müəyyən vəziyyətdə və iqtisadi mühitin dəyişkənliyinin artdığı şəraitdə həyata keçirilir. Bu, o deməkdir ki, gözlənən son nəticələrin alınmasında qeyri-müəyyənlik və inamsızlıq baş verir ki, bununla risk, müvəffəqiyyətsizlik təhlükəsi, gözlənilməz itkilər artır.
Beləliklə, istəyimizdən asılı olmayaraq, bazara daxil olarkən, biz qeyri-müəyyənliklərlə, yüksək dərəcəli risklərlə qarşılaşırıq. Yüksək dərəcəli risklərin bir çox sahibkar və müəssisəni böhran səviyyəsinə gətirib çıxarması artıq təcrübələrdən məlumdur. Böhran vəziyyətinin yaranması mənbələri hər şeydən əvvəl qərarlar qəbul edən rəhbər işçinin (menecerin) müəssisələrin (firmaların) fəaliyyətində xarici və daxili mühitin dəyişə biləcəyini və ya qeyri-müəyyənlikləri nəzərə ala bilməsinin nəticəsidir.
Risk kateqoriyası ehtimallıdır. Risk itkilərin müəyyən səviyyədə olması kimi ölçülür. Risk mümkün olan təhlükədir. Risk anlayışına ədəbiyyatlarda müxtəlif təriflər verirlər.
  1. Risk dedikdə, baxılan layihənin (proqramın) həyata keçirilməsi nəticəsində itkilərin baş verməsi təhlükəsi başa düşülür.
  2. Risk dedikdə baxılan layihənin qiymət göstəricilərinin (mənfəət, rentabellik, sərmayə və s.) çox saylı proqnozların nəticəsində alınan səpələnmə ölçüsü başa düşülür.
  3. Risk dedikdə, sahibkarlıq layihəsində qoyulmuş məqsədin lazimi həcmdə (ölçüdə) və vaxtında yerinə yetirilməsi təhlükəsi başa düşülür.
Burada söhbət konkret təhlükədən gedir, belə ki, gözlənilən şərait (vəziyyət) əvəzinə daha xoşa gəlməz hadisələr baş verir ki, nəticədə misal üçün, mənfəət daha çox miqdarda azalır.
Müəssisənin fəaliyyət göstərdiyi sosail təbii-coğrafi mühitdən asılı olaraq, risklər iki sinfə bölünür.
Müəssisənin risklərinin sxemi
İnsanın məqsədyönlü fəaliyyi ilə əlaqədar
olan risklər
Təbii fəlakətlərdə (hava şəraiti, zəlzələ, daşqın
və s.) əlaqədar risklər
1.1 Siyasi
1.2 iqtisadi
1.3 istehsal
1.4 Maliyyə
1.5 Kommersiya
1.6 Texniki
Şəkildə göstərilən hər sinif üzrə riskə aid misallar göstərək.
1.1. Siyasi risk – dövlət siyasətinin dəyişməsi nəticəsində itkilərə səbəb olma və ya mənfəətin azalması riskidir.
1.2. İqtisadi risk – müəssisənin rəqabət mövqeyini itirmə riskidir. Bu, firmanın iqtisadi mühitində nəzərdə tutulmamış dəyişikliklərin (enerji daşıyıcılarının qiymətinin artması, kreditlər üçün faizlərin artması, gömrük faizlərinin yüksəldilməsi və s.) baş verməsi səbəslərindən olur.
1.3. İstehsal riski - məhsul istehsalı ilə (xidmət ilə) və istehsal fəaliyyətinin növü ilə əlaqədardır. İstehsal riskinin yaranması səbəbləri əsasən avadanlığın sıradan çıxması və ya qəzalar səbəbindən planlaşdırılmış işlərin həcminin yerinə yetirilməməsi və ya istehsal planlaşdırılmasında buraxılmış nöqsanlara görə müəssisənin cari xərclərinin artması ilə bağlıdır.
1.4. Maliyyə riski - Maliyyə aktivləri ilə aparılan əməliyyatlarla əlaqədar risklərdir. Maliyyə riski faiz, kredit və valyuta risklərini birləşdirir. Faiz riski adətən sürüşkən faizlər əsasında borclar üçün uzunmüddətli müqavilələr bağlayarkən meydana çıxır.
1.5. Kommersiya riski - müəssisənin (firmanın) istehsal etdiyi və ya aldığı məhsul və xidmətlərin realizə olunması prosesində yaranan risklərdir. Kommersiya riskinin səbəbləri aşağıdakılar ola bilər: konyukturanın dəyişməsi nəticəsində satış həcminin azalması, əmtəələrin tədarük qiymətlərinin artması, tədarük həcminin gözlənilmədən azalması; tədavül prosesində əmtəə itkilərinin normadan çox olması, tədavül həcmlərinin normadan çox olması, tədavül həcmlərinin artması və s.
1.6. Texniki risk - elmi texniki işlərin mənfi nəticələri, istehsalın texnoloji imkanlarının aşağı səviyyədə olması konstruktor və ya texnoloji işləmələr gedişində planlaşdırılmış texniki parametrlərə nail olmamaq, avadanlığın sıradan çıxması nəticəsində itkilərin baş verməsi və s. ehtimalı.
Müasir şəraitdə Azərbaycanda istehsal riskləri çox böyükdür. İstehsal risklərinin təşkilediciləri aşağıdakılardır:
1.Təsərrüfat müqavilələrinin icra olunması riski;
2.Bazar konyukturunun dəyişməsi riski;
3.Nəzərdə tutulmuş xərclərin əmələ gəlməsi riski;
4.Müəssisələrin əmlakının itirilməsi riski.
2.Layihənin baş verməsi zamanı baş verən risklər və onların qiymətləndirilməsi üsulları
Layihənin maliyyələşdirilməsi məsələlərini həll edərkən riskin uçotu onun səmərəli yerinə yetirilməsinin ən vacib şərtlərindən biridir. Riskin düzgün uçotu aşağıdakı iki əsas məsələni həll etməyə imkan verir:
- layihənin plana uyğun yerinə yetirilməsi üçün lazım olan investisiya axınının təmin olunması;
- investisiyanın optimal strukturu sayəsində layihənin kapital xərclərinin və riskinin azaldılması və vergi üstünlüklərinin alıması.
Layihənin müəyyənləşdirilməsi planı aşağıdakı növ riskləri nəzərə almalıdır:
1.Layihənin qeyri-həyat qabiliyyətliliyi riski;
2.Vergi riski;
3.Borcların ödənilməsi riski;
4.Bitməmiş tikinti riski.
Layihənin ən yaxşı variantını gətirilmiş xərclər düsturu ilə seçmək olar:
Zpr = S + EnK,
burada, S – məhsulun maya dəyəri;
K - əsaslı qoyuluş;
En – əsaslı qoyuluşun səmərəli istifadə edilməsinin
normativ əmsalıdır.
3.Risk dərəcələrinin riyazi üsullarla qiymətləndirilməsi
Maliyyə əməliyyatları risk səviyyəsinin qiymətləndirilməsini və onun kəmiyyətcə ölçülməsini tələb edir. Başqa sözlə, hər hansı hadisənin riyazi gözləməsi bu hadisənin onun başlama ehtimalını vurulma hasilinin mütləq qiymətinə bərabərdir.
Misal. Kapital qoyuluşunun iki variantı mümkündür. A tədbirinə qoyulan kapitalın verə biləcəyi 25 min manatın ehtimalı 0,6; B layihəsinə qoyulan kapitalın verə biləcəyi 30 min manat mənfəətin ehtimalı 0,4-dür.
Bu zaman kapital qoyuluşundan gözlənilən (yəni riyazi gözləmə) mənfəət
A layihəsinə görə - 15 min manat (25×0,6);
B layihəsinə görə -12 min manat (30×0,4) olacaqdır.
Hadisənin başlanması ehtimalı obyektiv və subyektiv metodlarla müəyyən edilə bilər.
Ehtimalın obyektiv təyin edilmə metodu həmin hadisənin baş verməsi tezliklərinin hesablanmasına əsaslanır.
Məsələn, əgər hər hansı tədbirə kapital qoyuluşiu zamanı 200 haldan 120 dəfə 25 min manat məbləğində mənfəət alınıbsa, belə mənfəətin alınma ehtimalı 0,6 (120׃120) təşkil edir.
Ortada gözlənilən qiymət – qeyri müəyyən şəraitlə əlaqədar hadisənin ölçüsünün qiymətidir.Orta gözlənilən qiymət bütün mümkün nəticələrin orta qiymətidir.
Misal. Əgər A layihəsinə qoyuluşu zamanı 120 haldan 48-də 25 min manat (ehtimal 0,4), 36 halda 20 min manat (ehtimal 0,3) və 36 halda 30 min manat (ehtimal -0,3) alınmışdırsa, onda orta gözlənilən mənfəət 25 min manat olacaqdır. (25×0,4+20×0,3+30×0,3)= 25 min manat
Anoloji olaraq A və B layihələrinə kapital qoyuluşundan alınan mənfəət 20-30min manat arasında dəyişir və orta qiymət 25 min, manatdır, B layihəsinə qoyulan kapitaldan mənfəət 15-40 min mantdır və orta kəmiyyət 30 min manat təşkil edir.
4.Sahibkarlıq fəaliyyətində riskin azaldılması yolları və metodları
Müəssisənin fəaliyyətində riski azaldan əsas metodlar aşağıdakılardır:
  1. Layihənin işlənib hazırlanması üçün yüksək ixtisaslı məsləhətçilərin çəlb edilməsi.
  2. Layihəqabağı işləmələr zamanı meydana çıxan əlavə problemlərin oyrənilməsi.
  3. Bazar konyukturunun meylinin qiymətləndirilməsində proqnozlaşdırmanın elmi metodlarından istifadə edilməsi;
  4. layihənin iştirakçılarının arasında riskin bölüşdürülməsi;
  5. Riskin sığortalaşdırılması;
  6. Nəzərdə tutulmayan xərclərin (məsrəflərin) doldurulması üçün vəsait ehtiyatlarının saxlanması;
  7. Biznes planların hazırlanması.
Layihənin icraçıları arasında risklərin bölüşdürülməsi keyfiyyətcə və kəmiyyətcə aparıla bilər.
Sahibkarlıq fəaliyyətində riskin kontragentlər arasında düzgün bölüşdürüməsini təmin etmək məqsədəuyğundur. Risklərə görə məsuliyyəti layihəni daha yaxşı hesablayan və ona nəzarət edə bilən subyekt (layihənin yaradıcılarından biri, şirkətlərdən biri) daşımalıdır.
Risklərin bölüşdürülməsi layihənin maliyyə planlarına və müqavilə sənədlərinin işlənib hazırlanması zamanı realizə olunur.
Layihənin icraçıları arasında risklərin bölüşdürülməsi keyfiyyətcə və kəmiyyətcə aparıla bilər. Risklərin kəmiyyətcə bölüşdürülməsi zamanı müxtəlif riyazi modellərdən, standart həll üsullarından (ehtimal nəzəriyyəsinə əsasən) istifadə edilir.
Risklərin keyfiyyətcə bölüşdürülməsi layihənin iştirakçılarının bir sıra qərarların qəbul edilməsini nəzərdə tutur ki, bu da riskin paylarının çoxalması və azalmasma təsir edə biləcək potensial investorların sayının çoxaldılması və ya azaldılmasına yönəldilir. Lakin bu, layihəçilərin layihəyə təcrübəli investorların cəlb edilməsini çətinləşdirir. Danışıqların aparılması zamanı iştirakçılar riskin bölüşdürülməsi məsələsnii həll edilərkən maksimum çevik diqqətli olmalıdırlar.
Riskləri azaldan əsas amillərdən biri, riskin istehsal prosesinin iştirakçıları - hər şeydən əvvəl sifarişçi və podrartçı arasında paylaşdırılmasıdır.
Risklə əlaqədar qəraların qəbul edilməsi zamanı sahibkar (menecer) obyektiv və subyektiv amilləri nəzərə almalıdır. Risklə əlaqədar olan qərarları qəbul edən şəxsaşağıdakı xüsusiyyələrə malik olmalıdır:
- düşünmə orijinallığı;
- aqressivlik;
- müstəqillik və s.
Risklə əlaqədar olan qərarların qəbulu zamanı bir qrup sahibkar bir neçə alternativ həll irəli sürmək qabiliyyətinə malik olur, onlar öz qüvvələrinə inanır, stress, ətral mühitə qarşı dəyanətlidirlər, digər qrup sahibkarlar əks keyfıyyətə (xüsusiyyətə) malikdirlər: öz qüvvələrinə inanmırlar; stresə qarşı davamlı deyillər.
Müasir şəraitdə gəlirli iş təşkil etmək üçün sahibkar yaxşı peşə hazırlığı keçməli və iqtisadiyyat, siyasət, psixologiya, hüquq və istehsalın təşkili sahələrində lazımi biliklərə yiyələnməlidir, alimlərlə mütəxəssislərlə, marketolaqlarla, investorlarla əmakdaşlıq etməlidir.
Risklə əlaqədar qərarların kənar halları ifrat sığotalaşma və avantürizmdir (fırıldaqçılıqdır). İfrat sığortalanma zamanı risk heçə enir, avantürizm riski maksimuma qaldırır. İfrat sığortalaşma səmərini azaldır, avantürizmi yüksək risk səbəbindən planlaşdırılmış nəticənin alınmasına gətirir. Odur ki, hesablamalarla əsaslandırılmış risqi nəzərə alan optimal qərarlar qəbul edilməlidir.
Mövzu 13. Sahibkarlıq fəaliyətində tərəfdaşlıq
mexanizmləri
Plan
1.Sahibkarlıq fəaliyyətində tərəfdaşlığın məzmunu
2.İstehsal sahəsində tərəfdaşlıq formaları
3.Əmtəəmübadiləsi sahəsində tərəfdaşlıq formaları
4.Maliyyə sahəsində tərəfdaşlıq formaları
5.Sahibkarlıq müqviləsi
1.Sahibkarlıq fəaliyyətində tərəfdaşlığın məzmunu
Bazar iqtisadiyyatı şəraitində müstəqil sahibkarların fəaliyyəti əsasən üç istiqamətdə qurulur:
1.Bazarla əlaqələrin qurulması.
2.Tərəfdaşlarla əlaqələrin qurulması.
3.İstehsalın idarə edilməsi.
Bazarda əlaqələrin qurulması “Marketiq” fənninin, istehsalın idarə edilməsi isə “Menecment” fənninin tədqiqat obyektlərinə daxil olduqlarıdan bu mövzuda biz yalnız tərəfdaşlarla əlaqələrin formaları və onların qurulması mexanizmlərini öyrənəcəyik.
Sahibkarlıq fəaliyyətində tərəfdaşlıq dedikdə sahibkarın öz ideyasını həyata keçirməsi üçün lazım olan istehsal ehtiyatlarını (fiziki ehtiyatlar, kapital, işçi qüvvəsi, biliklər və infrastruktur) istehsal edib təklif edən və ya onun hazır məhsulunun konkret bazarlarda satışını təşkil edə bilən müstəqil sahibkarlar (təsərrüfat subyektləri) nəzərdə tutulur. Nümunə üçün, sənaye məhsulları istehsalının ümumi texnoloji prosesinin əsas mərhələlərini nəzərdən keçirək:
1.Tələb olunan xammalın əldə edilməsi üçün faydalı qazıntıların hasilatı və ya onların süni yolla əldə edilməsi üçün istehsal sahələrinin qurulması.
2.Əldə edilən xammalın emalı və lazımi formaya salınması (bu işlər əsasən metallurgiya və ya kimya sənayesində yerinə yetirilir);
3.Hazır materialların emalı və yığma prosesi.
Tərəfdaşlıq əlaqələri iki və ya daha çox sahibkar arasında yaradılan, onların fəaliyyətlərinin pul və ya əmtəə şəkilində olan nəticələrinin mübadiləsi vasitəsi ilə nəzərdə tutduqları məqsədə nail olmağa (mənfəət əldə etməyə) imkan verən və müqavilə əsasında formalaşan iqtisadi münasibətlərdir.
Tərəfdaşlıq əlaqələrinin formalarını sahibkarlıq fəaliyyətinin dörd mühim sahəsi üzrə qruplaşdırmaq olar:
1.İstehsal sahəsində tərəfdaşlıq;
2.Əmtəə mübadiləsi sahəsində tərəfdaşlıq;
3.Ticarətdə tərəfdaşlıq;
4.Maliyyə sahəsində tərəfdaşlıq.
Tərəfdaşlıq əlaqələrinin yaradılması mexanizminin əsas elementi sahibkarlıq sazişidir. Sahibkarlıq sazişi dedikdə, iqtisadi xarakterli məqsədlərə nail olmaq üçün iki və daha çox sahibkarın öz səylərini birləşdirməsi və ya fəaliyyət nəticələrinin mübadiləsi üzrə razılaşmaları nəzərdə tutulur.
2.İstehsal sahəsində tərəfdaşlıq formaları
İstehsal sahəsində tərəfdaşlıq istehsal prosesinin və son nəticənin əldə edilməsinin xüsusiyyətləri ilə şərtlənən uzunmüddətliliyi ilə səciyyələnir.
İstehsal sahəsində tərəfdaşlıq əlaqələrinin çoxsaylı formalarından daha geniş yayılmışlarını xüsusi qeyd edək:
1)İstehsal kooperasiyası;
2)Lizinq;
3)Françayzinq;
4)Lisenziyalaşdırma;
5)Layihə üzrə maliyyələşdirmə.
İstehsal kooperasiyası əməkdaşlığın elə formasıdır ki, bu zaman hər bir tərəfdaş vahid istehsal prosesi çərçivəsində öz öhdəliklərinə düşən işləri həyata keçirir.
Lizinq icarə və icarə münasibətlərinin xüsusi növüdür. Bu zaman icarə obyekti kimi adətən avadanlıq iştirak edir. Lizinq yalnız müəyyən ödəmə şərtləri ilə avadanlığın müvəqqəti istifadəyə verilməsi deyil, həmçinin müqavilə müddətinin başa çatmasından sonra bu avadanlığın icarəyə satılması imkanlarını da nəzərdə tutan əmlak münasibətləri formasıdır.
Françayzinq istehsal sahəsində geniş yayılmış tərəfdaşlıq formasıdır. Bu əlaqə formasında iki subyekt çıxış edir.
1.Françayzer – alıcılar arasında nüfuzu olan, böyük elmi-texniki potensiala və iri maliyyə ehtiyatlarına malik olan müəssisələr.
2.Operator - təsərrüfat fəaliyyətinin nəticələrinə görə tam məsuliyyət daşıyan, hüquqi şəxs statusuna malik müstəqil istehsal müəssisələri. Françayzinq müqaviləsinin bağlanması zamanı tərəflər üzərinə düşən əsas məsuliyyətlər aşağıdakılardır:
1)Françayzer üçün:
-Avadanlıqla təmin etmək;
-texnalogiya ilə təminat;
-xammal və materiallarla təminat;
-işçilərin hazırlnması və ixtisas səviyyələrinin artırılması;
-mühasibat üzrə xidmətlər və s.
2)Operator üzərinə düşən məsuliyyətlər:
-françayzer tərəfindən məhsulların keyfiyyətinə qoyulmuş tələblərə riayət etmək;
-məhsulun qablaşdırılmasına, satışına və satışdan sonrakı xidmətinə qoyulan tələblərə riayət etmək.
Lisenziyalaşdırma. Bu əlaqə formasında 2 subyekt iştirak edir:
1)Lisenziyalar - hər hansı ticarət markasına, texnologiyaya, patentə və ya mülkiyyət növünə sahiblik hüququ olan fiziki və ya hüquqi şəxs.
2)Lisenziat – göstərilən hüquqları lisenziyalardan daimi və müvəqqəti əsaslarla müəyyən olunmuş ödənc miqdarı müqabilində icarəyə götürən fiziki və hüquqi şəxs.
Lisenziyalaşdırma zamanı ötürülən hüquqlara aşağıdakılar aid olunurlar:
1.istehsal texnologiyasından istifadə hüququ;
2.əmtəə nişanlarından istifadə hüququ;
3.patent;
4.ticarət sirri.
Lahiyyə üzrə maliyələşdirmə formalı tərafdaşlıq aşağıdakı hallarda mövcud olur:
1.Müəssisə ikinci müəssisənin sahibkarlıq layihəsini maliyələşdirməyi, ikinci müəssisə isə bi layihəni tələb olunan qaydada və formada həyata keçirməyi öz üzərinə götürür.
2.Hazır sahibkarlıq layihəsi olan bir müəssisə ikinci müəssisəyə bu layihənin həyata keçirilməsini təklif edir və layihəni maliyələşdirməyi də öz üzərinə götürür.
Hər iki halda ikinci müəssisə maliyələşdirmə məbləğini geri qaytarmağı öhdəsinə götürür və istehsal obyektinə mülkiyyət hüququnu həmişə özündə saxlayır.
3.Əmtəə mübadiləsi sahəsində tərəfdaşlıq formaları
Əmtəə mübadiləsi əməliyyatları zamanı sahibkarlar arasında hesablaşmalarda pulla hesablaşmalar istisna olunur. Bu əməkdaşlıq formasını adətən qarşılıqlı ticarət kimi də adlandırırlar. Əmtəə mübadiləsi əməliyyatları növlərinə aşağıdakılar aiddir:
1.barter
2.qarşılıqlı təhcizat
3.kommersiya üçbucağı
Barter aşağıdakı şərtləri nəzərdə tutan əmtəə mübadiləsi sazişidir:
1)mübadilə olunacaq əmtəələrin dəqiqləşdirilməsi;
2)əmtəələrin mübadilə olunacaq miqdarının müəyyən olunması.
Qarşılıqlı təchizat barterdən onunla fərqlənir ki, bir sahibkarın digər sahibkara verdiyi məhsulun növü bilinir, ikinci sahibkarın aldığı məhsula görə ödəməli olduğu məhsul isə əvvəlcədən müəyyən olunmur. (sonradan müqavilə əlavə ilə dəqiqləşdirilir).
Kommersiya üçbuçağı aşağıdakı sxem üzrə həyata keçirilir.
B
1 2
A V
3
1 – A sahibkarı B sahibkarına müəyyən məhsulu göndərir.
2 – B sahibkarı A sahibkarı maraqlandıran məhsula malik olan V sahibkara aldığı məhsulun dəyəri müqabilində lazım olan məhsulu göndərir.
3 – V sahibkar A sahibkarına tələb olunan məhsulu göndərir.
Ticarət sahəsində sazişlərin aşağıdakı formaları mövcuddur:
1)adi alqı satqı sazişləri;
2)müvəqqəti dövr üçün nəzərdə tutulan ticarət sazişləri;
3)məhsulun alıcıya çatdırılması nəzərdə tutulan ticarət sazişləri;
4)SPOT - mövcud olan məhsulun qiymətinin dərhal ödənilməsi və alıcıya çatdırılmasını nəzərdə tutan saziş;
5)Məhsulun idxalı üzrə sazişlər (məhsulun yerli tərəfdaşa çatdırılması üçün xarici tərəfdaşdan alınması;
6)reeksport üzrə sazişlər (tərəfdaşlardan birinin başqa ölkədə olan tərəfdaşlardan məhsulu alaraq, üçüncü ölkədən olan tərəfdaşlara çatdırılması);
7)İxrac üzrə sazişlər.
4.Maliyyə sahəsində tərəfdaşlıq formaları
Sahibkarın maliyyə sahəsindəki tərəfdaşlığının ən geniş yayılmış formaları kimi faktorinqi və kommersiya transfertini göstərmək olar.
Faktorinq əməliyyatları sahibkarlar arasında hesablaşmalar zamanı istifadə olunur. Bu əməliyyatlar aşağıdakı hallarda tətbiq olunur:
1)Bir sahibkar digərindən əmtəəni alır, lakin həmin anda onun dəyərini ödəyə bilmir;
2)Bir sahibkar digərinə əmtəəni göndərir və alıcı sahibkara ödəmə üçün müəyyən müddət möhlət verir.
Hər iki halda faktor firma müəyyən ödəmələr şərti ilə satıcının haqqqını ödəyir. Nümunə üçün bir sahibkar öz tərəfdaşlarından birinə əmtəə satır və ona ödəmə üçün 3 ay vaxt verməli olur. Deməli həmin müddət ərzində sahibkarın müəyyən məbləğdə pul vəsaiti dövriyyədə iştirak etməyərək qazanc gətirməyəcək. Belə halda sahibkar qiymətdə müəyyən güzəştlər etməklə öz vəsaitini faktor firmadan ala bilər. Faktor firma isə ödəmə müddəti bitdikdən sonra satılmış əmtəənin tam dəyərini alıcı sahibkardan alır.
5.Sahibkarlıq müqaviləsi
Sahibkarlıq müqaviləsi sahibkarlıq sazişinin yazılı forması olaraq özündə sahibkarların razılaşma predmetini, öhdəlik və hüquqlarını, həmçinin müqavilənin pozulması nəticələrini əks etdirir. Sahibkarlıq müqaviləsi sahibkarlar arasında yaranan narazılıqların həllində əsas sənəd hesab olunur. Müqavilənin tərəflərə verdiyi hüquqlar və öhdəliklər təsərrüfat hüququnun xüsusi bir hissəsinin – müqavilə hüququnun predmetidir.
Sahibkarlıqda iki müqavilə növündən istifadə olunur:
— təsis müqavibsi;
— təsərrüfat müqaviləsi.
Təsis müqaviləsi bir neçə fıziki və ya hüquqi şəxsin konkret sahibkarlıq ideyasını həyata keçirmək üçün yeni müəssisənin yaradılması haqqında razılaşmalarını göstərən yazılı sənəddir. Belə müəssisələrin yaradılmasında ilkin və əsas müqavilə rolunda nizamnaməni göstərmək olar. Müəssisənin nizamnaməsində aşağıdakı elementlər əks edilməlidir:
1) Müəssisonin adı
2) Yerləşdiyi ünvan
3) Müəssisənin fəaliyyət istiqaməti
4) Əsas kapitalın miqdarı
5) Səhmlərin nominal qiyməti (əgər müəssisə səhmdar cəmiyyət-dirsə) və ya hər bir təsisçinin payının miqdarı
6) əldə olan mənfəətin bölünməsi qaydası
7) idarə etmə orqanları haqqında təlimatlar.
Müəssisənin nizamnamə fondu onun təsisçiləri tərəfindən verilən maddi və pul ehtiyatlarından formalaşır. Müəssisənin nizamnamə fondu müxtəlif mənbələr hesabına artırıla bilər. Bu mənbələrə əldə edilən mənfəətin kapitallaşdırılacaq hissələrini, müxtəlif hədiyyələri və s. aid etmək olar. Nizamnamə fondunun artırılması haqqında hər bir məlumat xüsusi qeydiyyat tələb edir. Müəssisələrin nizamnaməsi (təsisçilər tərəfındən imza edilmiş və notarius tərəfindən təsdiq edilmiş) mütləq dövlət qeydiyyatından keçirilməlidir. Bu qeydiyyat müəssisələrə müəyyən hüquqi normalar və öhdəliklər verir.
Təsərrüfat müqaviləsi sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün tərəflərin razılaşmasını göstərən yazılı sənəddir. Bu müqavilə nəzərdə tutulan səmərəni əldə etmək üçün tərəflərin öhdəlikləri və məsuliyyətlərini göstərən sənəddir. Təsərrüfat müqaviləsi adətən 3 əsas hissədən ibarət olur:
1. Preambula (giriş)
2. Əsas hissə
3. Yekun hissə
Preambula müqaviləyə giriş olmaqla özündə aşağıdakıları əks etdirir:
— müqavilənin adı;
— müqavibnin bağlanma yeri və vaxtı (bəzi müqavilələrdə bu yekun hissədə göstərilir);
— müqavilənin məzmununda göstərilən şərtlərə uyğun olaraq onun bağlanması faktının qeyd edilməsi;
— müqavilə bağlayan tərəflərin göstərilməsi (bu zaman məhsulun satıcısı və ya ötürücüsü birinci tərəf məhsulu alan və ya qəbul edən isə ikinci tərəf adlanır).
Təsərrüfat müqaviləsinin subyekti keyfiyyətində yalnız hüquqi səlahiyyətləri olan vətəndaşlar və ya hüquqi şəxslər iştirak edə bilərlər.
Təsərrüfat müqaviləsinin əsas hissəsi xüsusi və ümumi şərtlərdən ibarətdir.
Təsərrüfat müqavilələrinin xüsusi şərtlərinə aşağıdakılar aid olunurlar:
— müqavilənin predmeti;
— məhsulun keyfiyyəti;
— məhsulun qiyməti, ona əlavələr və ya güzəştlər;
— təchizatın əsas şərtləri (vaxtı, yeri və vasitələri);
— ödəmə formaları;
— məhsulun markalanması və qablaşdırılması;
— məhsulun təhvil-təslim formaları;
— tərəflərin məsuliyyətləri;
— qadağan olunan hallar.
Təsərrüfat müqavilələrinin ümumi şərtlərinə aşağıdakılar aid olunurlar:
1. Arbitraj qaydaları
2. Fors-major müqavilənin yekun hissəsində aşağıdakılar göstərilir:
— tərəflərin hüquqi ünvanları;
— müqavilənin ayrılmaz hissəbri hesab olunan əlavələr;
— tərəflərin imzası;
— müqavilənin bağlanma yeri və vaxtı (əgər bu, müqavilənin girişində göstərilməyibsə).
Praktikada sahibkarlıq fəaliyyətinin hər hansı sahəsinə və ya tərəfdaşlıq əlaqələrinin qurulmasına aid olan müqavilələr öz məzmunu ilə fərqlənsələrdə müəyyən standartlar üzrə tərtib olunurlar. Müqavilələrin bağlanması zamanı sahibkar öz diqqətini iki əsas istiqamətdə cəmləşdirməlidir:
  • Tərəfdaşlarla danışıqlar prosesinin psixoloji cəhətlərinin müəyyən edilməsi.
  • Müqavilənin hər bir şərtinin konkret ifadə edilməsi (sazişin məqsədi təhlilinə əsaslanaraq)
Mövzu 14. İstehsal sahibkarlığının əsas istiqamətləri
və sahibkarlıq mədəniyyəti
Plan
1.İstehsal sahibkarlığı və onun öncül istiqamətləri
2.Sahibkarın istehsal fəaliyyəti və onun təşkili
3.Elmi-texniki sahibkarlıq
4.Sahibkarlıq mədəniyyətinin mahiyyəti və əhəmiyyəti
İstehsal sahibkarlığı və onun öncül istiqamətləri
İstehsal sahibkarlığı çox sahəli, müxtəlif cür sahibkarlıq fəaliyyətinin aparıcı və ən mürəkkəb növü sayılır. İstehsal sahibkarlığında məhsul istehsal olunur, iş və xidmət yerinə yetirilir, müəyyən mənəvi dəyərlər yaradılır. Bazar iqtisadiyyatına keçid dövründə istehsal sahibkarlığına üstünlük verilməlidir, çünki o, sahibkarlıq fəaliyyətinin bütün qalan növlərinin inkişaf istiqamətlərini müəyyənləşdirir.
İstehsal sahibkarlığına aiddir: əmtəə və xidmətlər istehsalı, istehlak məhsulları istehsalı, innovasiya, elmi-texniki və informasiya fəaliyyəti və s.
İstehsal fəaliyyəti ilə məşğul olan hər hansı sahələr hər şeydən əvvəl konkret olaraq hansı məhsul istehsal edəcəyini, hansı xidmətlər göstərəciyini əvvəlcədən planlaşdırır.
2.Sahibkarın istehsal fəaliyyəti və onun təşkili
İstehsal fəaliyyəti ilə məşğul olmaq istəyən hər bir sahibkar öncə müəyyənləşdirməlidir ki, hansı konkret məhsulu istehsal edəcək, hansı xidmət növü göstərəcək. İstehsalçı sahibkar marketinq xidmətinə başlayaraq istehsal olunan məhsula və göstərəcəyi xidmətə olan tələbatı müəyyənləşdirməli, potensial istehlakçını axtarıb tapmalı və onunla birbaşa əlaqəyə girməlidir. Sahibkarın risqini minimuma endirmək məqsədi ilə sahibkarla istehlakçı arasında kontrakt, saziş imzalanır. Qeyd etmək lazımdır ki, bazar iqtisadiyyatının inkişaf etdiyi Qərb dövlətlərində sahibkarla potensial alıcı arasında şifahi razılaşma etibarlı təminat hesab edilmir, saziş şəklində bağlanıla bilər. Lakin bazar iqtisadiyyatına keçid dövründə sahibkarla istehlakçı arasında şifahi razılaşmanın etibarlılığı olduqca azdır, sahibkarlıq risqi isə xeyli yüksəkdir.
Sahibkarlıq fəaliyyətinin növbəti mərhələsi istehsal amillərinin əldə edilməsi, yaxud icarəyə götürülməsidir. Adətən, iqtisadi ədəbiyyatda istehsalın dörd amili göstərilir: əmək, kapital, torpaq və sahibkarlıq qabiliyyəti.
Məlumdur ki, əmək insanın məqsədəuyğun fəaliyyətidir və onun köməyi ilə insan təbiəti öz tələbatını ödəmək üçün dəyişdirir və uyğunlaşdırır. A.Marşal “İqtisadi elmin prinsipləri “ əsərində yazmışdır ki, hər cür əməyin hansısa nəticəni əldə etmək məqsədi vardır. İstehsal amili kimi əmək dedikdə təsərrüfat fəaliyyəti prosesində insanlar tərəfindən göstərilən bütün fiziki və əqli cəhətlər, səylər başa düşülür.
Əməkdən danışarkən əməyin intensivliyi, əməyin gərginliyi xarakterizə edilir. O vaxt vahidi ərzində fiziki və əqli enerjinin sərf olunma dərəcəsi ilə müəyyən edilir. Konveyerin işinin sürətlənməsi, eyni vaxtda xidmətedici avadanlıqların miqdarının çoxalması, iş vaxtı itkilərinin azaldılması əməyin intensivliyini artırır. Elmi-texniki tərəqqinin sürətlənməsi şəraitində işçinin sərf etdiyi fiziki enerji azalır, əksinə əqli və əsəbi enerji sərfiyyatı çoxalır ki, bu da istehsal proseslərinin kompleks mexanikləşdirilməsi və avtomatlaşdırılması ilə bilavasitə əlaqədardır.
Əmək məhsuldarlığı vaxt vahidi ərzində istehsal olunan məhsulun miqdarını ifadə edir. Əmək məhsuldarlığının yüksəldilməsi üçün elmi-texniki tərəqqi həlledici rol oynayır.
Sahibkarlar işçi qüvvəsini dövri mətbuatda, radio və televiziyada elan etmək yolu ilə, əmək birjası və əhalinin məşğulluq mərkəzləri vasitəsi ilə, habelə dostları və tanışlarının köməyi ilə tapır və işə götürürlər. Sahibkar heyəti seçərkən onların ixtisas təhsilini, peşə hazırlığını, iş təcrübəsini, şəxsi keyfiyyətini, xarici dil bilməsini və kompyuter savadını nəzərə alırlar.
Kadr müəssisənin maddi-texniki bazasının mühüm tərkib hissəsidir. Onlar məhsulun istehsal prosesi ilə əlaqədardır, sənaye istehsal heyətini təşkil edirlər. Sənaye-istehsal heyəti fəhlələr, mütəxəssislər və xidmətedici heyətdən ibarətdir.
Kadrların düzgün seçilməsi və onlarla sivil qaydada davranış məhsul istehsalı prosesində baş verə biləcək hər hansı mürəkkəb, çətin problemin müvəffəqiyyətlə həll edilməsi üçün əlverişli şərait yaradır. Sahibkarlıqda davranış elə olmalıdır ki, müəssisənin kommersiya sirri həmişə gizli saxlanılsın, müəssisənin imici müdafiyə olunsun, istehlakçının və işgüzar adamların hüsnü-rəğbətini qazanmaq mümkün olsun. Buna görə də müəssisədə kadrlarla, heyətlə gündəlik səmərəli iş aparılmalı, onların iş keyfiyyətləri müntəzəm surətdə dəqiq qiymətləndirilməli, ən yaxşı sahibkarlıq fəaliyyəti stimullaşdırılmalıdır.
Kapital istehsalın ən mühüm amilidir. İqtisadi nəzəriyyənin klassikləri A.Smit və D.Rikardo istehsal amili kimi kapitalı istehsal vasitələri hesab edirlər. Eyni zamanda iqtisadçılar əsas kapital və dövriyyə kapitalını bir-birindən fərqləndirirlər. Əsas kapital uzun illər istehsal prosesində fəaliyyət göstərən və bir neçə istehsal tsiklinə xidmət edən artıq maddiləşmiş kapitaldır, yəni əsas istehsal fondlarıdır. Digər növ kapital bir istehsal tsiklində iştirak edərək öz dəyərini istehsal olunan məhsulun üzərinə keçirən kapitaldır. O, dövriyyə kapitalı, yəni dövriyyə istehsal fondlarıdır. Dövriyyə kapitalına xərclənən pul vəsaiti məhsul satıldıqdan sonra sahibkara tamamilə qaytarılır. Ancaq əsas kapitala çəkilən xərclər belə tezliklə ödənilə bilməz.
Bazar iqtisadiyyatının əsas atributlarından biri kimi çıxış edən sahibkarlıq istehsalın mühüm amilidir. Sahibkarın başlıca işi mövcud iqtisadi resursların kombinasiyasının bütün mümkün yeni üsularından istifadə etməklə yüksək rəqabət qabiliyyətli məhsul istehsalını təşkil etməkdir. Birinci şərt odur ki, sahibkar fəaliyyət növünün seçilməsində, istehsal proqramının tərtib edilməsində, maliyyələşdirmə mənbələrinin seçilməsində, resursların əldə edilməsində, məhsulun reallaşdıırlmasında və ona qiymət qoyulmasında, mənfəətin istifadəsində və s. işlərdə müstəqildir. Lakin sahibkar həmişə bazardan, tələb və təklifin dəyişilməsi dinamikasından qiymətin səviyyəsindən, yəni mövcud əmtəə-pul münasibətləri sistemindən asılı vəziyyətdə qalır.
Sahibkarlığın ikinci mühüm şərti qərarların qəbuluna, onların nəticələrinə və bununla bağlı risqə görə məsuliyyət daşımaqdır. Məlum olduğu kimi risk həmişə qeyri-müəyyənliklə, gözlənilməz hadisələrlə əlaqədardır, hətta ən dəqiq hesablamalar və proqnozlar bu amili aradan qaldıra bilməz, o, sahibkarlıq fəaliyyətinin daimi yoldaşıdır.
Kommersiya sahəsində uğur qazanmağa meyl, mənfəətin artırılmasına cəhd sahibkarlığın üçüncü mühüm əlaməti sayılır. Sahibkarların fəaliyyəti təkcə iqtisadi məsələlərlə məhdudlaşmır, onlar cəmiyyətin sosial problemlərinin həllində bilavasitə iştirak edir, öz vəsaitlərinin müəyyən hissəsini mədəniyyətin, təhsilin və səhiyyənin inkişafına, ətraf mühitin mühafizəsinə xərcləyirlər.
Xüsusi iqtisadi təfəkkür tipi kimi sahibkarlıq praktiki fəaliyyətdə icra olunan qərarların qəbuluna qriginal baxış və yanaşmaların məcmusu ilə səciyyələnir. Burada sahibkarın şəxsiyyəti həlledici rol oynayır. Sahibkar olmaq o deməkdir ki, başqalarının edə bilmədiklərini bacarsın, müstəqil fəaliyyət növü seçsin, rəqabət bazarında layiqli yer tutsun, ictimai tələbatın ödənilməsinə xidmət etsin və yüksək mənfəət götürsün.
Sahibkarlıq fəaliyyətrində istehsal prosesinin təşkili tipinin düzgün seçilməsi vacib şərtdir. İstehsalın təşkilinin 4 mümkün tipi bəllidir: fərdi istehsal, kiçik seriyalı istehsal, kütləvi istehsal, fasiləsiz istehsal.
İstehsal prosesi elə təşkil edilməlidir ki, müəssisə planlaşdırılan həcmdə məhsul istehsalına nail olsun. Məhsul istehsalının həcmi bazar strategiyası üzrə konkret addımların müəyyənləşdirilməsi prosesində satış həcminin gözlənilən səviyyəsinə əsasən hesablanır.
Bazar münasibətləri şəraitində iqtisadi risk sahibkarlığın ən mühüm elementidir. Qeyri-müəyyənlik, təsadüflik, inamsızlıq, müvəffəqiyyət barədə fərziyyə riskin xarakterik xüsusiyyətləridir. Riskin əsas növlərindən biri istehsal riskidir.
İstehsal riski – məhsulun istehsalı və reallaşdırılması, istehsal fəaliyyətinin hər hansı növünün həyata keçirilməsi ilə əlaqədardır. Bu növ riskə məhsulun istehdsalı və reallaşdıırlması həcminin azalması, material və əmək xərclərinin çoxalması, zay məhsul istehsalı, reklamasiya və s. amillər bilavasitə təsir göstərirlər.
Sahibkarlıq riskini minimuma endirməkdən ötrü müəssisənin biznes-planını reallığı nəzərə almaqla diqqətlə işləyib hazırlamaq lazımdır.
3.Elmi-texniki sahibkarlıq
Elmi-texniki tərəqqinin sürətlənməsi iqtisadiyyatın dirçəldilməsi və inkişafının ən başlıca amilidir. “Yapon möcüzəsi” buna bariz sübutdur. Məlumdur ki, II cahan savaşında Yaponiyanın xalq təsərrüfatı tamam dağılmış, qalib dövlətlər texnikanın yararlı hissəsini söküb aparmış, əksər hissəsini isə məhv etmişdilər. Yaponlar təsərrüfat quruculuğuna az qala 0-dan, özü də boş əllə başlamalı oldular. Buna baxmayaraq, yaponlar bir tarix kəsiyi ərzində öz ölkələrini yenidən dünyanın iqtisadi qüdrət və rəqabət qabiliyyəti baxımından ən qabaqcıl dövlətlərindən birinə çevirdilər. Daha doğrusu, dünyanı hələ də heyrətdə saxlayan “Yapon möcüzəsi” baş verdi: yapon məhsulları Amerika mallarını Amerikanın özündə, Avropa mallarını Avropa bazarında sıxışdırmağa başladı. Bu qeyri-adi sıçrayışa dövlət bir neçə amildən bacarıqla istifadə etmək sayəsində, xüsusən əhalinin ucdantutma müasir təhsilə və elmi-texnikanın son növünə yiyələnməsi yolu ilə nail oldu. Beləliklə, Yaponiyanın az bir müddət ərzində dünyada ən qabaqcıl mövqeyə çıxmasının əsas səbəbi elmi-texniki tərəqqinin sürətlənməsinə yönəldilən dövlət siyasəti və onun ardıcıl həyata keçirilməsi olmuşdur.
Amortizasiya siyasəti – dövlətin elmi-texniki siyasətinin tərkib hissəsidir. Amortizasiya normasını, onun hesablanması qaydasını və istifadəsini müəyyənləşdirməklə dövlət təkrar istehsalın tempini və xarakterini, birinci növbədə əsas fondların təzələnməsi sürətini tənzimləyir.
Amortizasiya siyasətini işləyərkən dövlət aşağıdakı prinsiplərə riayət etməlidir:
  • xüsusilə inflyasiya şəraitində əsas fondların yenidən qiymətləndirilməsi vaxtında həyata keçirilməlidir;
  • amortizasiya norması əsas fondların sadə və geniş təkrar istehsalı üçün kifayət qədər olmalıdır;
  • müəssisələrdə amortizasiya ayırmaları yalnız funksional təyinatına əsasən istifadə olunmalıdır;
  • amortizasiya norması əsas fondların funksional təyinatından asılı olaraq, habelə onların mənəvi və fiziki aşınmasını nəzərə almaqla differensiallaşdırılmalıdır;
  • müəssisələr tərəfindən mümkün qədər sürətli amortizasiya həyata keçirilməlidir;
  • amortizasiya siyasəti əsas fondların təzələnməsinə və elmi-texniki tərəqqinin sürətlənməsinə xidmət etməlidir.
4.Sahibkarlıq mədəniyyətinin mahiyyəti və əhəmiyyəti
Məlumdur ki, sahibkarlıq fəaliyyəti iqtisadi fəaliyyətin bir növü olmaqla yanaşı dərin sosioloji köklərə malikdir. Mədəniyyət cəmiyyətdə insanların davranışlarının, qarşılıqlı münasibətlərinin, motivlərinin formalaşmasında böyük rol oynayaraq irsi dəyər kimi qəbul olunur.
Sahibkarlıq mədəniyyəti sahibkarlıq mədəniyyətinin təşkilinin ayrılmaz hissəsidir. Sahibkarlıq mədəniyyəti ümumi mədəniyyət ünsürləri üzərində qurulur və xalqın mədəniyyəti ilə sıx bağlıdır.
Bir çox elmi əsərlərdə mədəniyyətə belə tərif verilir:
Mədəniyyət ictimayətin, yaradıcı qüvvələrin və insan qabiliyyətlərinin, insanların həyat və fəaliyyətlərinin təşkil formalarında və növlərində, onların yaratdıqları maddi və mənəvi dəyərlərdə ifadə olunan inkişaf səviyyəsidir.
Mədəniyyət inkişafın müəyyən tarixi mərhələsində insanların davranışlarını, fəaliyyətlərini və həyatın müxtəlif cəhətlərini ifadə edən kompleks anlayışdır.
Sahibkarliq mədəniyyəti haqqında müxtəlif elmi mülahizələr irəli sürülmüşdür. R.Ryüttinger hesab edir ki, sahibkarlıq mədəniyyəti insanların dəyərlər haqqında prinsipləri və təsəvvürləri sistemidir. Dəyərlər haqqında təsəvvürlər müəssisə üçün nəyin əhəmiyyətli olması sualına cavab verir, prinsiplər isə müəssisənin necə idarə olunması və fəaliyyət göstərməsini anlamağa imkan verir.
Rusiya iqtisadçısı V.D.Kozlov sahibkarlıq mədəniyyətinə belə tərif vermişdir: ”Sahibkarlıq mədəniyyəti fəaliyyətin formal və qeyri-formal norma və qaydalarının, adət və ənənələrinin şəxsi və qrup maraqlarının, müəssisə işçilərinin davranışlarının, müəssisə rəhbərliyinin, iş şəraitinin razılıq göstəricilərinin, qarşılıqlı əməkdaşlığın, işçilərin, müəssisənin inkişaf perespektivlərində maraqların xüsusiyyətləri sistemidir”.
Beləliklə, sahibkarlıq mədəniyyəti bu fəaliyyətin iştirakçılarının qarşılıqlı münasibətlərini və müəssisənin dəyərlərini müəyyən edir. Hər bir yeni yaranan müəssisə daxili mədəniyyətini formal araşdıraraq özünün daxili hakimiyyətin bölünməsi, məqsəd və vəzifələrin, səlahiyyət və məsuliyyətlərin dəqiqləşdirilməsi, kollektivdə xoş işgüzar psixoloji iqlimin yaradılması və s. və xarici münasibətlərinin özülünü qoymuş olur.
Sahibkarlıq mədəniyyətinin ümumi əlamətlərindən aşağıdakıları göstərmək olar:
  • qanunilik;
  • hüquqi sənədlərdən , müqavilələrdən, qanuni sazişlərdən və işgüzar ən-ənələrdən doğan vəzifə və öhdəliklərə ciddi riayət edilir.
Sahibkarlıq mədəniyyətinin formalaşmasına təsir göstərən daxili amillərə aşağıdakıları aid etmək olar:
  • sahibkarın məqsədi;
  • onun ideyaları və dəyərlər sistemi;
  • sahibkarın və ya müəssisənin liderinin nüfüzu;
  • kollektivdə qeyri normal əlaqə kanalları və b.
Sahibkarlıqda ümumi etika qaydalarına riayət olunması zəruri şərtlərdən biridir. Bu normalara peşəkarlıq etikasını, müəssisənin etika dəyərlərini, sahibkarın tərbiyyə və mədəniyyət səviyyəsini, cəmiyyətdə mövcud olan adət və əxlaq normalarını, təhsil səviyyəsini və başqalarını aid etmək olar.
B.Karlov sahibkarlıq fəaliyyətinin təşkili mədəniyyətinin ön əlamətini göstərmişdir:
  1. Sosiallıq – sahibkarlıq mədəniyyətinin formalaşmasına onun bütün iştirakçıları təsir göstərir.
  2. Kollektiv üzvlərinin davranışını tənzimləyir.
  3. İnsanlar tərəfindən yaradılır.
  4. Bütün işçilər tərəfindən dərk olunmuş və ya dərk olunmamış qəbul olunur.
  5. Ənənələrə riayət edilməsinə əsaslanır.
  6. Öyrənilməsi mümkündür.
  7. Dəyişmək qabiliyyətinə malikdir.
  8. Çoxcəhətlidir.
  9. Dərk olunan və dərk olunmayan ola bilər.
10.Daima inkişafdadır.
Sahibkarlıq mədəniyyəti istehsal, müəssisə mədəniyyətinin, sahibkarların öz mədəniyyətlərinin formalaşmasından, sahibkarlıq etikasından asılı olaraq formalaşır.
Sahibkarlıq təşkilatının mədəniyyətinin yaranması və sonrakı inkişafı sxematik olaraq aşağıda əks olunmuşdur:
Bazar
Alıcılar
Rəqiblər
Cəmiyyət
ictimai təşkilatlar
Dövlət
orqanları
Müəssisə mədəniyyəti
Dəyərlər haqqında təsəvvürlər
Fəaliyyət motvləri
Sahibkarlar, mülkiyyətçilər, menecerlər, muzdlu işçilər
Davranış normaları və qaydaları
Sahibkarlıq təşkilatlarının mədəniyyətinin yaranması
və inkişaf amilləri
Müəssisələrin mədəniyyəti aşağıdakı kimi göstərilmiş amillərin təsiri ilə müəyyənləşdirir:
  • sahibkarlıq fəaliyyətinin predmeti;
  • sahibkarlıq fəaliyyətinin təşkili;
  • müəssisə sahibinin və işçilərin motivasiyası;
  • idarəetmə mədəniyyətinin səviyyəsi, rəhbərlərlə muzdlu işçilərin qarşılıqlı münasibətlər mexanizmi;
  • bazarda aparıcı mövqelərin əldə edilməsinə gəlirin xüsusi idarəetmə üslubu;
  • müəssisənin fəaliyyət nəticələrində tam iştirakının olmasını dərk edə bilməsi üçün işçilərə uyğun fəaliyyət şəraitinin yaradılması;
  • müəssisənin istiqamətləndiyi dəyərlər haqqında dəqiq təsəvvürlərin mövcudluğu;
  • müəssisə rəhbərlərinin, menecerlər və əməkdaşların peşəkarlıq səviyyələri və onların ixtisasartırma imkanları;
  • rəhbərlərin məsulliyəti öz üzərinə götürmə qabiliyyətləri;
  • müvafiq maddi həvəsləndirmə ilə mütəxəssislərin əməyinin intensivliyinə və yüksək keyfiyyətinə nail olmaq;
  • təklif olunan məhsulların yüksək keyfiyyətinin təmin edilməsi və müəssisənin yüksək səmərələliyə istiqamətlənməsi;
  • yüksək istehsal mədəniyyəti;
  • zəruri sanitariya-gigiyenik və təhlükəsiz iş şəraitinin yaradılması;
  • müəssisədə sağlam mənəvi mühitin yaradılması.
Sahibkarlıq mədəniyyətinin formalaşması və inkişafı təbii və məqsədyönlü fəaliyyət nəticəsində həyata keçirilə bilər.
Mövzu 15. Sahibkarlığın dövlət tənzimlənməsi
Plan
1.İqtisadiyyatın dövlət tənzimlənməsinin zəruriliyi
2.Büdcə-vergi siyasəti və sahibkarlıq
3.İnvestisiya siyasəti və sahibkarlıq
4.Sahibkarlığın tənzimlənməsinin iqtisadi-psixoloji məsələləri
1.İqtisadiyyatın dövlət tənzimlənməsinin zəruriliyi
Çoxlu müsbət cəhətlərinə baxmayaraq bazar iqtisadiyyatı bütün iqtisadi və sosual prosesləru avtomatik sürətdə tənzimləmək imkanına malik deyildir. Dünya təcrübəsi göstərir ki, təkcə bazar mexanizmi cəmiyyətin ümumi tələbatını ödəyə bilməz. O, gəlirin sosial ədalət prinsipi əsasında bölgüsünü təmin etmir, ətraf mühitin mügafizəsinə və imkansız əhali təbəqəsinin mühafizəsinə yönəmlənmir. Sahibkar kifayət qədər yüksək mənfəət gətirməyən sahələrə və layihələrə sərmayə qoymaq istəmir, hansı ki, onlar cəmiyyət üçün olduqca zəruridir, dəyərlidir.Əslində, ideal bazar iqtisadiyyatı modeli də ölkənin müxtəlif iqtisadi və sosial problemlərinin həlli üçün dövlət tənzimlənməsi mexanizmindən istifadə olunmasını nəzədə tutur.
Bazar iqtisadiyyatı şəraitndə istehsalçı və istehlakçının hüquqlarının qorunması, ölkədə etibarlı qayda-qanunun və milli təhlükəsizliyin təmin edilməsi kimi ciddi vəzifələr dövlətə həvalə olunur. Bu isə milli iqtisadiyyatın dirçəldilməsi və azad sahibkarlığın inkişafı üçün əsasdır.
Mülkiyyət formalarından və sosial-iqtisadi inkişaf səviyyəsindən asılı olmayaraq öz tənzimləyici rol və funksiyalarından iqtisadiyyatda istifadə etməli, milli iqtisafiyyatın formalaşması üçün müvafiq şərait yaratmalıdır. Bu obyektiv zəruriyyət bazar iqtisadiyyatının mahiyyətindən irəli gəlir. Amerika iqtisadçısı, nobel mükafatı laureatı B.İ.Leontyev iqtisadiyyatı yelkənli gəmiyə bənzədir. Yelkənli gəmini idarə etmək üçün külək və sükan lazımdır. İqtisadiyyatda külək funksiyasını maddi maraq, sükan funksiyasını isə dövlətin iqtisadi sistemi yerinə yetirir. Deməli, dövlət iqtisadiyyatının idarə edilməsində və tənzimlənməsində sadəcə olaraq seyrçi mövqeyi tutmamalı, öncül inkişaf istiqamətlərini müəyyənləşdirməli və səmərəli idarə etmə strukturu yaratmalıdır. Bazar iqtisadiiayatına keçid dövründə dövlət aşağıdakı əsas funksiyaları yerinə yetirməlidir:
1. Zəruri normativ-hüquqi baza yaratmalıdır. Görkəmli ingilis sosioloqu Karl Popper yazır ki, bazar münasibətlərinə əasslanan və əhəmiyyətli azad seçmə təklif edən sənaye cəmiyyəti hüquqi sistem və qanuni hakimiyyət olmadan ağla gəlməzdir. Hüquqi baza olmadan iqtisafiyyat və bütövlükdə cəmiyyət normal inkişaf edə bilməz. Mülkiyyətçilik hüquqlarını müəyyənləşdirən, sahibkarlıq fəaliyyətini tənzimləyən qanunlar, normativ-hüquqi sənədlər olmalıdır. Hüquqi əsasın köməyi ilə dövlət sahibkarlıq fəaliyyəti subyektləri arasında münasibətləri tənzimləyən qanuni “oyun qaydalarını” təmin edir.
2. Ölkədə lazımi qayda-qanunu və milli təhlükəsizliyi təmin etməlidir. Ölkənin hər bir vətəndaşının, bütövlükdə cəmiyyətin və bütün bazat iqtisadiyyatı subyektlərinin hüquq və təhlükəsizliyini dövlət təmin etməlidir. Əgər dövlət bu funksiyanı yerinə yetirmirsə, onda ölkənin daxilində kriminal vəziyyətin: cinayət hadisələri, mafiya, karrupsiya, rüşvətxorluq və digər neqativ halların inkişafı üçün şərait yaranır ki, bu da sahibkarlıq fəaliyyətinə və bütövlükdə ölkənin iqtisadiyyatına dağıdıcı təsir edir.
3. Makroiqtisadi sabitliyi təmin etməlidir. Daha doğrusu, makroiqtisadfi göstəricilərin: ümumi daxili məhsil həcminin, milli gəlirin, inflyasiya və işsizlik səviyyəsinin, büdcə kəsirinin və s. optimal səviyyəsini təmin etmək və onu saxlamaq. İqtisafiyyatın sabitləşdiirlməsini təmin etmək üçün dövlət müvafiq fiskal, maliyyə-kredit, elmi-texniki və investisiya siyasəti həyata keçirməklə dövlət sərəncamında olan bütün vasitə və metoflardan istifadə etməlidir. Əgər dövlət makroiqtisadsi sabitliyi təmin etməzsə, onda bu sahibkarlıq fəaliyyətinə, bütövlükdə ölkənin iqtisafiyyatına, əhalinin sosial həyat tərzinə mənfi təsir göstərər.
4. Əhalinin sosial müdafiəsini təmin etməlidir. Dövlət aktiv sosial siyasət həyata keçirməlidir, yəni bütün işçiləri minimum əmək haqqı ilə, qocaları və əlilləri pensiyalarla və işsizləri müavinətlərlə təmin etməli, əhalinin az təminatlı təbəqələrinə müxtəlif növ yardımlar verməli, inflyasiya ilə əlaqədar olaraq əhalinin gəlirlərini indeksləşdirməlidir. Bu siyasəti aparmaqla dövlət, həmçinin, ölkənin bütün vəətndaşlarının minimum yaşayış səviyyəsini təmin edir və cəmiyyətdə sosial gərginliyin yaranmasının qarşısını alır.
5. Sağlam rəqabəti qoruyub saxlamalıdır. Bazar iqtisafiyyatında rəqabət əsas tənzimləyici alətlərdən biridir. Rəqabət iqtisadiyyatın bütün sferalarında tərəqqinin əsasıdır, o, istehsalçını ən yeni texnika və mütərəqqi texnologiyanı tətbiq etməyə, məhsulun keyfiyyətini yüksəltməyə sövq edir. Buna görə də dövlətin mühüm funksiyalarından biri rəqabətin müdafiəsidir. Rəqabət şərairində alıcılar sahib, bazar-onların agenti, müəssisə isə – onların xidmətçisidir. İnhisarçılıqda vəziyyət kəskin surətdə dəyişilir və alıcı sahiblikdən xidmətçiyə çevrilir.
Dünya təcrübəsi göstərir ki, dövlər yalnız müəyyən şərait zəmin olanda sahibkarlıq fəaliyyətinə və bütövlükdə iqtisadiyyata müdaxilə etməlidir. Şərait pozitiv və neqativ ola bilər.
Pozitiv şərait dedikdə sahibkarlıq fəaliyyətinə və bütövlükdə ölkənin iqtisadiyyatına müsbət təsir edən insan fəaliyyətinin müxtəlif sferalarındakı müxtəlif pozitiv təzahürlər və proseslər başa düşülür. Bu halda dövlətin rolu vaxtında həmin təzahürləri və prosesləri aşkara çıxarmaqdan və onların saxlanması üzrə müəyyən tədbirlər qəbul etməkdən ibarətdir.
Neqativ şərait – sahibkarlıq fəaliyyətinə və bütövlükdə ölkənin iqtisadiyyatına mənfi təsir edən insan fəaliyyətinin müxtəlif sferalarındakı hər cür neqativ təzahürlər və meyllərdir. Bu təzahürlər və meyllər həm mahiyyətinə görə və həm də iqtisadiyyata mənfi təsir qüvvəsinə görə çox müxtəlif olurlar. Bu zaman dövlətin rolu həmin təzahürləri və meylləri vaxtında aşkara çıxarmaqdan, onların başvermə səbəblərini öyrənməkdən ibarətdir. Dövlətin iqtisadiyyata müdaxiləsi üçün şərtlər aşağıdakılar ola bilər: milli təhlükəsizlik tələbi, cəmiyyətdə sosial gərginlik, iqtisadiyyatda neqativ təzahürlər (istehsalın tənəzzülü, inflyasiya, yüksək səviyyədə işsizlik, struktur uyğunsuzluğu, büdcə kəsiri, məhsulun keyfiyyətinin aşağı olması, investisiya çatışmazlığı və s.), ətraf mühitin korlanması.
İşsizlik bazar iqtisadiyyatının ayrılması ünsürüfdür. 6 %-ə qədər işsizlik normal, təbii səviyyə sayılır. Işsizliyin üç növü – friksion, struktur və dövri işsizlik olur. Friksion və struktur işsizlik təbii sayılır, çünki daha gəlirli iş axtarmaqla, mövsumi fasilələrlə, habelə bu və ya digər peşəyə tələbin azalması ilə əlaqədar işsizlikdir. Təbii səviyyəni (6%) aşandan sonra istehsalın tənəzzülə uğraması ilə əlaqədar dövri işsizlik baş verir. Buna gör də dövlət dövri işsizliyi tənzimləməlidir. Beləliklə, işsizlik üçün meyar təbii işsizlik səviyyəsinə düzəldilmiş onun səviyyəsidir.
İnflyasiya – istehlak qiymətlərinin artım sürətinin əhalinin gəlirinin artım sürətini üstələməsidir. İnflyasiya işsizliklə müqaisədə daha mürəkkəb təzahürdür. İnflyasiya dünyanın bütün ölkələri üçün səciyyəvidir, belə ki, malların və xidmətlərin həcmi daim sabit qalmır, dəyişilir. Qeyd etmək lazımdır ki, müəyyən səviyyəyə qədər inflyasiya təhlikəli deyil, amma onun yüksək səviyyəsi ölkənin iqtisadiyyatına böyük zərbə vurur. Məhz ona görə dövlət inflyasiyanı nəzarətdən çıxmağa qoymamalı və onu həmişə cilovlamalıdır.
Dövlətin antiinflyasiya tədbirləri təkcə inflyasiyanın səviyyəsindən asılı deyil, həm də onu doğuran səbəblərlə əlaqədardır. Bundan asılı olaraq inflyasiyanın iki tipi fərqlənir: tələb inflyasiya və təklif inflyasiyası. Bu inflyasiyaların hər birinin özünəməxsus xüsusiyyətləri vardır. Deməli, onların aradan qaldırılması tədbirləri də müxtəlif olmalıdır.
Büdcə kəsiri – dövlət məsariflərinin onun gəlirini üstələməsidir. Dövlər büdcənin balanslaşdırılmasına deyil, onun rəqabət qabiliyyətini üstələməsinə cəhd göstərməsidir. Bunun üçün meyar ümumi daxili məhsulda büdcə kəsirinin payı götürülməlidir. Dövlətin vəzifəsi bu meyarın əvvəlcədən müəyyən edilmiş kəmiyyəti üstələməsinə yol verməməkdən ibarətdir.
Dövlət özünün tənzimləyici funksiyasını yerinə yetirmək üçün müvafiq qanunvericilik aktları və qərarlar qəbul edərək və eləcə də müəyyən iqtisadi siyasət həyata keçirərək sahibkarlıq fəaliyyətinə və ölkə iqtisadiyyatına iqtisadi (dolayı) və inzibati (birbaşa) təsir metodlarından istifadə edir. Bazar iqtisadiyyatlı ölkələrin təcrübəsi göstərir ki, iqtisadiyyatın reformasiyası şəraitində və iqtisadi tənəzzül vəziyyətində dövlətin tənzimləyici rolu artır, iqtisadi sabitlik və dirçəliş mərhələsində isə azalır. Ancaq bütün hallarda dövlət sahibkarlıq fəaliyyətinə və ölkə iqtisaiyyatına elə müdaxilə etməlidir ki, bazar münasibətlərinin formalaşmasına maneçilik törətməsin və böhran təzahürlərinə yol verməsin.
İqisadiyyatın tənzimlənməsi üçün dövlətin istifadəı etdiyi iqtisafdi vasitələr həddindən ziyadə çoxdur, ancaq onlardan əsasları vergi, gəlirin və resursların yenidən bölgüsü, qiymətqoyma, dövlət sahiabkarlıq fəaliyyəti, kredit-maliyyə mexanizmi və s. hesab edilir.
İqtisadi metoddan istifadə mümkün olmayanda və ya lazımi səmərə verməyəndə dövlət inzibati metoddan istifadə etməlidir. Dünya təcrübəsi göstərir ki, inzibati metodun aşağıdakı sahələrdə tətbiqi daha səmərəlidir:
  • təbii inhisarçılıq;
  • ətraf mühitin mühafizəsi və resurslardan istifadə;
  • sertifikatlaşdırma, standartlaşdırma, metrologiya;
  • sosial siyasət, hər şeydən öncə əhalinin minimum yaşayış səviyyəsinin müəyyənləşdirilməsi və təmin edilməsi.
Sahibkarlıq fəaliyyətini və bütövlükdə iqtisadiyyatı inkişaf etdirmək üçün dövlət müvafiq iqtisadi siyasət həyata keçirməlidir. İqtisadi siyasət fiksal, elmi-texniki, investisiy Dünyanın əksəriyyət ölkələrində əsasən strateji təyinatlı sahələr (neft sənayesi, kömür sənayesi, elektroenergetika, dəniz, dəmir yolu və hava yolu nəqliyyatı, təyyarə və kosmonavtika və i.a.) dövlət mülkiyyətində saxlanılır və inkişaf etdirilir. Söhbət o sahələrdən gedir ki, haradakı investisiya resurslarının, yəni istehsal üçün zəruri maşın və avadanlıqların məcmusunun müstəsna əhəmiyyəti var, dəyəri də olduqca böyükdür. Lakin investisiya resurlarının belə həcmi həmin sahəni rəqabətə və vaxtaşırı böhrana daha cəlbedici edir.
Dövlətin birbaşa müdaxiləsi – bazar sisteminin bütün elementləri arasında münasibətləri sahmanlamağa və inkişaf etdirməyə xidmət edən qanunvericilik aktlarının qəbul edilməsidir.
Dövlətin sahibkarlıq fəaliyyətinə və bütövlükdə ölkənin iqtisadiyyatına dolayısı müdaxilə etməsi qarşıda qoyulan məqsəddən asılı olaraq aşağıdakı istiqamətlərdə ola bilər:
  • kapital qoyuluşunun stimullaşdırılması və qənaət edilib yığılmış pul ilə investisiya arasında tarazlığın bərpası;
  • əhalinin tam məşğulluğunun təmin edilməsi;
  • malların, kapitalın və işçi qüvvəsinin ixracı və idxalının stimullaşdırılması;
  • bəzi spesifik malların qiymətlərini sabitləşdirmək məqsədilə qiymətin ümumi səviyyəsinə təsir edilməsi;
  • sabit iqtisadi artımın qorunub saxlanılması;
  • gəlirin yenidən bölgüsü və bəzi digər məqsədlər.
Istənilən sahibkarlıq fəaliyyətini inkişaf etdirmək üçün müvafiq hüquqi baza yaradılmalıdır. Daha doğrusu, sahibkarlıq fəaliyyətini tənzimləyən, sahibkarlığın inkişafı üçün əlverişli şərait yaradan qanunlar olmalıdır. Həmin qanunlarda sahibkarların mülkiyyət hüquqlarının qorunması, hər cür bürokratik maneələrdən sahibkarların müdafiə olunması, müqavilə öhdəliklərinə riayət edilməsi, əlverişli sahibkarlıq mühitinin yaradılması, istehsal sahibkarlığının üstün inkişafına yönəldilən vergi qanunvericiliyinin təkmilləşdirilməsi və məsələlər öz əksini tapmalıdır. Burada həmçinin sahibkarlıq fəaliyyətinin hüquqi təminatı məsələləri üzrə qanunvericilik təşəbbüsünün hazırlanması mühüm rol oynayır.
Bəllidir ki, kapitalizmdə inhisarçılıq rəqabət nəticəsində, yəni güclülərin zəiflər üzərində qələbəsi ilə meydana gəldi. Kapitalist inhisarçılığının əsas xüsusiyyəti ondan ibarətdir ki, o, əvvəlki inhisarlardan əmtəə-pul münasibətləri ilə fərqlənir və iqtisadi üsullarla təmin edilir. Sosializmdə isə inhisarçılıq “meydana gəlmədi”, o, əvvəlcədən həmin ictimai quruluşun modelində nəzərdə tutulmuşdur.
İnhisarçılıq azad rəqabət mühitinin formalaşdığı şəraitdə, yaxud dövlətin iqtisadiyyata birbaşa müdaxiləsi nəticəsində bir-birilə sıx əlaqədar sahələrin, tərəfdaşların öz iqtisadi şərtlərini diqtə etmək imkanıdır. Sənayedə inhisarçılıq məhsul istehsalında dair dövlət sifarişlərində, xammala, yanacağa, texnikaya və hazır məhsula qiymətlərin nazirlik, şirkət və yuxarı təşkilatlar tərəfindən müəyyənləşdirilməsində təzahür edir. Bu cür inhisarçılıq meylləri sənaye müəssisələrinin ahəngdar işləməsini təmin etmir, yüksək rəqabət qabiliyyətli məhsul istehsalına stimul yaratmır, habelə sahədaxili və sahələrarası iqtisadi əlaqələrin pozulmasına səbəb olur.
Bazar iqtisadiyyatının əsas əlaməti olan azad rəqabət mühitinin yaranması təkcə mülkiyyət formalarının müxtəlifliyi ilə deyil və eləcə də təsərrüfat subyektlərinin müxtəlifliyi, müstəqilliyi və sıx qarşılıqlı əlaqələrinin xarakteri ilə səciyyələnir.
İnhisarçılıq müxtəlif zəminlərə əsaslana bilər: sənaye istehsalının əhəmiyyətli hissəsini ələ keçirmək, bazarların bölünməsi və qiymətin səviyyəsi haqqında gizli və aşkar razılaşmaq, süni mal qıtlığı yaratmaq və s. Antiinhisar qanunçuluğu XIX əsrin sonunda amerika sənayesinin geniş inhisarlaşması və kartelləşməsi şəraitində qəbul edilmişdir: Şerman qanunu, 1890-cı il, Kleyton qanunu, 1914-cü il, Robinson-Patman qanunu, 1936-cı il. Yaponiyada xüsusi inhisarı qadağan edən qanun 1947-ci ildə qəbul edilmişdir. İngiltərədə antiinhisar qanunçuluğu 1948-1980-cı illərdə qəbul edilmiş aktlarda öz əksini tapmışdır.
Azərbaycan Respublikasında təbii inhisarçıların siyahısı Azərbaycan Respublikası Milli Məclisinin 31 mart 1995-ci il tarixli, 1012 saylı qərarı ilə təsdiq edilmişdir.
  1. Yanacaq və energetika sahəsində:
Magistral qaz kəməri daxil olmaqla, qaz təchizatı sisteminə xidmət edən müəssisələr və təşkilatlar;
Neft kəmərləri və terminallarına xidmət edən müəssisələr və təşkilatlar;
Vahid enerji sisteminə daxil olan elektrik enerjisi istehsalı, onun ötürülməsi, paylaşdırılması və təchizatı ilə məşğul olan müəssisələr və təşkilatlar.
  1. Nəqliyyat sahəsində:
Dəmiryolu nəqliyyatı;
Magistral və yerli dəmiryolu xəttələrinin, yol qurğu və tikintilərinin istismarını həyata keçirən müəssisələr və təşkilatlar;
Stansiyalar, sərnişin vağzalları, hərəkəti idarəetmə və hərəkətin təhlükəsizliyini təmin edən müəssisələr və təşkilatlar;
Dəmiryolu nəqliyyatı vasitələrinin texnoloji sazlanması və buraxılışı üzrə məntəqələr.
Hava yolları nəqliyyatında:
Aeroportlar, uçuşların idarə olunmasını və təhlükəsizliyini təmin edən müəssisələr və təşkilatlar.
Su nəqliyyatında:
Limanlar və liman qurğularının istismarı üzrə qurumlar;
Hərəkətin təhlükəsizliyini təmin edən müəssisələr və təşkilatlar.
Avtomobil nəqliyyatı:
Magistral avtomobil yollarının, yol qurğularının saxlanılmasını və istismarını həyata keçirən müəssisələr və təşkilatlar.
3. Rabitə sahəsində:
Rabitə xidməti müəssisələri və təşkilatları.
Radio və televiziya verlişləri yayımı üzrə müəssisələr və təşkilatlar.
  1. Kommunal xidmətləri sahəsində:
Kommunal xidmət (su, istilik təchizatı, kanalizasiya) müəssisələri.
Bazar iqtisadiyyatının prinsiplərinə uyğun olan “Antiinhisar fəaliyyəti haqqında” qanun xalq təsərrüfatının bütün sahələrinin inhisarsızlaşdırılması proqramını işləyib hazırlamağı və ardıcıl həyata keçirməyi tələb edir. Fikrimizcə, sənayenin inhisarsızlaşdırılması proqramında aşağıdakı tədbirlər nəzərdə tutulmalıdır:
  • idarəetmə strukturlarını bazar münasibətlərinə uyğunlaşdırmaq, yəni assosiasiyalar, səhmdar cəmiyyətləri, şirkətlər, xoldinq və s. üfüqi birləşmələr yaratmaq;
  • iri sənaye müəssisələrinin, təsərrüfat subyekrlərinin təşəbbüskarcasına bölüşdürlməsi mexanizmini formalaşdırmaq;
  • idxal-ixrac siyasətinin qanunvericilik bazasını təkmilləşdirmək;
  • sənaye məhsullarına tələbat və onun ödənilməsi, bazar qiymətləri, məhsulun rentabelliyi və s. göstəricilər haqqında informasiya bazası yaratmaq.
Azərbaycan Respublikasında antiinhisar siyasəti həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı – Dövlət Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsidir. Bu komitə sahibkarlığın dövlət tərəfindən tənzimlənməsi sahəsində hüquqi və normativ sənədlərin hazırlanmasına və onların həyata keçirilməsinə bilavasitə cavabdeh dövlət strukturudur.
“Sahibkarlıq fəaliyyəti haqqında” qanun sahibkarlığın prinsiplərini, sahibkarlıq subyektlərinin hüquqlarını və vəzifələrini, onun dövlət tərəfindən müdafiə və təqdir olunmasının forma və üsullarını, sahibkarların dövlət orqanları ilə qarşılıqlı münasibətlərini müəyyənləşdirir. Bu qanun mülkiyyətin bütün formalarının bərabərliyi prinsiplərinin həyata keçirilməsi, müstəqil olaraq fəaliyyət sahələri seçilməsi və iqtisadi qərarlar qəbul edilməsi əsasında iqtisadi təşəbbüsü və işgüzarlığın geniş təzahür etməsi üçün şərait yaradılmasına yönəldilmişdir.
2.Büdcə-vergi siyasəti və sahibkarlıq
Büdcənin gəlirlər hissəsinin formalaşması istiqamətləri vergilər, qeyri vergilərdən daxilolmalar, dövlət vəsaiti hesabına verilmiş kreditə görə alınan faizlər və s. hesab edilir. Dövlətin xarici ölkələrdən və ya beynəlxalq qurumlardan aldıqları kreditlər də büdcənin gəlirləri sırasına aid edilir. Büdcənin gəlirlərinin formalaşmasında vergilər əsas gəlir mənbəyidir. Bu proporsionallıq həmçinin bütün ölkələrdə qorunur.
1997-ci ildə Azərbaycan Respublikasında vergi siyasətinin təkmilləşdirilməsi və vergilərin yığılması sahəsində həyata keçirilən tədbirlər dövlət büdcəsinin gəlirlərini artırmağa imkam vermişdir. Bu tədbirlər əsasən bunlardır: müəssisə və təşkilatların mənfəət vergisi dərəcəsinin 35 faizdən 32 faizə endirilməsi, bir sıra rüsumsuz və iqtisadiyyatın inkişafına mane olan güzəştlərin ləğv edilməsi, alkoqollu içkilər və üstün məmulatına aksiz vergisinin tətbiq qaydasının təkmilləşdirilməsi, cari vergilərin vaxtında və tam ödənilməsini stimullaşdırmaq məqsədilə əvvəllər yaranmışdır.
Sahibkarlıq fəaliyyətinin inkişaf etdirilməsində vergi siyasəti mühüm rol oynayır. Vergi dövlət büdcəsini formalaşdırmaq, dövlət idarəetmə aparatlarını saxlamaq və əhaliyə müxtəlif xidmətlər göstərmək üçün nəzərdə tutulan maliyyə resurslarının yaradılmasının əsas mənbəyidir. Vergi dövlətin sahibkarlıq fəaliyyətinə və bütövlükdə ölkə iqtisadiyyatına göstərdiyi təsir vasitələrindən ən mühümüdür.
Vasitəsiz vergilər öz növbəsində real və şəxsi vergilərə bölünür. Real vergilərə gəlirin, yaxud əmlak obyektlərinin müxtəlif növlərinə qoyulan vergilər; şəxsi vergilərə isə fiziki şəxslərdən gəlir vergisi, hüquqi şəxslərin mənfəətindən vergi, əmlak vergisi, vərəsəlik və bağışlama vergisi daxildir.
Şəxsi gəlir vergisi dövlət büdcəsi strukturunun formalaşmasında müstəsna əhəmiyyətə malikdir. O, kütləvi xarakter daşıyır və vətəndaşların, əmək haqqı, müxtəlif yaradıcılıq növlərindən və kommersiya fəaliyyətindən birdəfəli gəlir, alınan dividentlərin və s. daxil olmaqla, bütün gəlirlərindən tutulur.
Mənfəət vergisi müəssisənin dövlət büdcəsinə məcburi ödəniş həcmini müəyyənləşdirir. Bu halda vergi tutma obyekti müəssisənin ümumi gəliri qəbul edilir. Mənfəət vergisinin hesablanması müxtəlif vergi güzəştləri ilə əlaqədardır. Onların siyahısı böyükdür. Belə ki, xarici ölkələrin təcrübəsində bilavasitə istehsal xərcləri istisna olmaqla, müəssisənin ümumi gəlirindən müxtəlif fondlara ayırmaları, elmi tədqiqat işlərinə çəkilən məsarifləri, dividentləri, kredit üzrə borc faizlərini çıxmağa icazə verilir. Ən iri güzəşt sürətli amortizasiya, yəni əsas kapitala çəkilən xərclərin tezliklə ödənilməsi hesab edilir. İstehsal əsas fondlarının alınmış dəyərini ödəyən illik amortizasiya ayırmaları xərcdir, ancaq qüvvədə olan qanunçuluğa əsasən vergiyə cəlb edilmir.
Gömrük tarifi daxili bazarın xarici bazarla səmərəli əlaqəsini təmin etməklə xarici ticarətin dövlət tənzimlənməsinin mühüm vasitəsidir. Gömrük tarifinin əsas məqsədləri aşağıdakılardır:
  • idxalın əmtəə strukturunu səmərələşdirmək;
  • respublika ərazisində malların gətirilməsi və çıxarılmasının, valyuta gəlirlərinin və xərclərinin əlverişli nisbətini təmin etmək;
  • valyuta sərvətlərinin respublikanın gömrük ərazisinə gətirilməsi və bu ərazidən çıxarılması üzərində səmərəli nəzarət etmək;
  • ölkədə malların istehsal və istehlak strukturunda mütərəqqi dəyişikliklər üçün şərait yaratmaq;
  • milli iqtisadiyyatı xarici rəqabətin mənfi təsirindən qorumaq;
  • respublika iqtisadiyyatının dünya təsərrüfatı ilə səmərəli inteqrasiyasına şərait yaratmaq.
Dövlət xərclərinin azaldılması müəyyən hallarda büdcə kəsirinin azalmasına, deməli, inflyasiya prosesinin yavaşımasına gətirib çıxarır.
Bazar iqtisadiyyatında müəyyən özünü tənzimləmə mexanizmləri mövcuddur, hansı ki, iqtisadiyyatda neqativ proses müşahidə olunan kimi dərhal hərəkətə başlayırlar. İqtisadi ədəbiyyatda onlar qurulmuş stabilizatorlar adlanır. Onlar imkan verir ki, vergi daxilolmalarının dəyişilməsini, sosial müavinətin ödənilməsini avtomatik həyata keçirsinlər. Mütərəqqi vergitutma sistemi bu cür stabilizator ola bilər, hansı ki, gəlirdən asılı olaraq vergini müəyyən edir. Gəlirin artması ilə əvvəlcədən dövlət tərəfindən təsdiq edilmiş vergi dərəcəsi mütərəqqi artırılır.
3.İnvestisiya siyasəti və sahibkarlıq
Sahibkarlıq fəaliyyətinə və bütövlükdə ölkə iqtisadiyyatına dövlətin mühüm təsir vasitələrindən biri investisiya siyasətidir. İnvestisiya siyasətinin köməyi ilə dövlət istehsalın tempinə, elmi-texniki tərəqqinin sürətlənməsinə, iqtisadiyyatda struktur dəyişikliklərinə və sosial problemlərin həllinə bilavasitə təsir edir.
İnvestisiya – gəlir və sosial səmərə əldə etmək məqsədilə sahibkarlıq və digər fəaliyyət növləri obyektlərinə qoyulan maliyyə vəsaitindən, habelə maddi və intellektual sərvətlərdən ibarətdir. Belə vəsait və sərvətlər bunlardır:
  • pul vəsaiti, məqsədli bank əmanətləri, kreditlər, paylar, səhmlər və digər qiymətli kağızlar; daşınar və daşınmaz əmlak (binalar, qurğular, avadanlıq və başqa maddi sərvətlər);
  • müvafiq qaydada rəsmiləşdirilmiş elmi-təcrübi və digər intellektual sərvətlər;
  • bu və ya digər istehsal növünün təşkili üçün zəruri olan, ancaq patentləşdirilməmiş, texniki sənədləşdirmə, vərdiş və istehsalat təcrübəsi kimi tərtib edilmiş texniki, texnoloji, kommersiya və digər biliklərin məcmusu (“nou-hau”);
  • torpaqdan, sudan və digər ehtiyatlardan, binalardan, qurğulardan, avadanlıqlardan istifadə hüquqları, habelə müəlliflik hüququndan irəli gələn və başqa əmlak hüquqları;
  • başqa sərvətlər.
İnvestisiya layihələrinin qiymətləndirilməsinin ən sadə və geniş yayılmış metodlarından biri investisiyanın ödəmə müddətinin müəyyən edilməsi metodudur. Ödəmə müddəti alınacaq gəlir hesabına investisiyanın ödəniləcəyi ilin sayını hesablamaqla müəyyən edilir:
Investisiya
Ödəmə müddəti = -------------------------------------------------
Illik amortizasiya + illik xalis mənfəət
Ödəmə müddətinin hesablanması metodu aparılan hesablamalar baxımından çox sadədir və müxtəlif ödəmə müddətli investisiya layihələrini sıraya düzmək üçün dəyərlidir. Lakin bu metodun bir sıra qüsurları, çatışmamazlıqları vardır ki, onlara aşağıdakıları aid etmək olar.
4.Sahibkarlığın tənzimlənməsinin iqtisadi-psixoloji məsələləri
1930-cu illərin “boyuk depressiyası”, 1973-cu ilin qlobal enerji bohranı, 2008-ciilin qlobal maliyyə bohranı və insan azadlıqlarının həddən artıq məhdudlaşdığı olkələrin iqtisadi geriliyi həm ultraliberalizm, həm institusionalizm, həm də etatizm (insanın huquq və azadlıqlarının məhdudlaşdırılması) ideyalarının iqtisadi sistemin tənzimlənməsi ucun qusursuz olmadığını gostərir.
“Hədsiz istehlak bohranı” adlanan muasir tənəzzul azad sahibkarların sosial məsuliyyətinin nə dərəcədə əhəmiyyətli olduğunu gostərir. İstənilən hakimiyyət məsuliyyəti şərtləndirir. Sahibkarlar cəmiyyətdə kimin qarşısında və nəyə gorə məsuliyyət daşımalıdır? Sahibkarın ictimai həyata və mənəvi dəyərlərə boyuk təsiri nə ilə əsaslandırılır? Bu suallar sahibkarlığın sosial funksiyasının mahiyyəti ilə bilavasitə bağlı olaraq, yalnız iqtisadi sahəni əhatə etmir. Muəssisə ictimai institut olaraq cəmiyyətin, iqtisadiyyatın və insanlararası munasibətlərin əsas elementidir. Buna gorə də muəssisənin fəaliyyət fəlsəfəsi yalnız şəxsi və qrup məqsədləri deyil, ictimai maraqları da ozundə ehtiva etməlidir. Muəssisə tərəfdaşların, əməkdaşların və alıcıların nəzərində cəmiyyətdə muəyyən social statusa nail olmağın və ictimai movqelərin ifadə vasitələrindən biri olmalıdır. Belə muəssisə iş yerlərinin və budcəyə vergi odəmələrinin mənbəyi kimi cıxış edərək cəmiyyətdə muəyyən nufuza malik olmalı, istehsal və istehlak mədəniyyətinin formalaşmasında yaxından iştirak etməli, milli-mədəni və ekoloji dəyərlərə onəm verərək mutərəqqi cəmiyyətin formalaşmasında iştirak etməlidir.
Sahibkarlığın tənzimlənməsinin əsas vəzifələrindən biri sahibkarın cəmiyyətə və təbiətə təsirinin və bu təsirə gorə məsuliyyətin idarə edilməsindən ibarətdir. Hər bir muəssisə təbiət və cəmiyyətlə daimi qarşılıqlı təsirdə olur. Dovlətin iqtisadi siyasətində azad sahibkarlığın dəstəklənməsı yalnız iqtisadi məqsədlərlə deyil, social və ekoloji amillərlə də əsaslandırılmalıdır. Azad sahibkarlıq cəmiyyətə və ətraf muhitə fayda verməlidir. Bu faydanın qiymətləndirilməsi ucun kəmiyyət və keyfiyyətcə qiymətləndirilə bilən meyarlar muəyyən edilməlidir.
Fərdiyyətciliyin ustunluk qazanmasına gətirən və insanın irsən əldə etdiyi “bioloji instinktlər”in rasional secimə təsirini “mədəni instinktlər”in intellektin (“duşunulmuş secim”) koməyi ilə ictimai səmərəliliyə istiqamətləndirmək imkanları movcuddur. Elə bir sosial-mənəvi muhit yaratmaq lazımdır ki, sahibkarlar əsas psixoloji motivlərini dəbdəbəli həyat tərzinin və əldə etdiyi maddi nemətlərin numayişi ilə bərabər, cəmiyyətə verdiyi faydanın gostərilməsi ilə də odəməyə istiqamətlənsinlər (numunə ucun, budcəyə odədiyi vergilərin miqdarı, xarici bazarlarda rəqabətli olan məhsulların istehsalı, acdığı iş yerlərinin sayı, elm və təhsilin inkişafına yonəltdiyi vəsaitlərin məbləği və s.). Sahibkarın cəmiyyətdə nufuzu onun əmlakının miqdarı və keyfiyyəti ilə deyil, cəmiyyətə verdiyi fayda ilə muəyyən edilsə, daha yaxşı olar. İnsanın davranışına və rasional seciminə təsir gostərən me59
yarlar arasında maddi dəyərlərlə umumbəşəri və milli mənəvi dəyərlər arasında tarazlığa nail olmaq lazımdır. Elmin, təhsilin və mədəniyyətin mutənasib və əlaqəli inkişafının bu məsələlərin həllində əhəmiyyəti cox boyukdur.
Hal-hazırda Azərbaycanın vergi sistemində tətbiq olunan mutərəqqi informasiya texnologiyaları vergi tənzimlənməsinin nisbətən murəkkəb və daha səmərəli mexanizmlərindən istifadə etməyə imkan verir:
  • yenilikci sahibkarların muəyyən edilməsi və onlar ucun stimullaşdırıcı xususi vergi rejiminin tətbiqi;
  • təkmilləşdirici xarakter daşıyan texniki-texnoloji və təşkilati yeniliklər hesabına əldə olunan əlavə mənfəətin aşağı vergi dərəcələri ilə vergiyə cəlb olunması;
  • elm və təhsilin inkişafına yonəldilən vəsaitlərin gəlirdən cıxılan xərclərə aid edilməsi;
  • vergi ucotunun təkmilləşdirilməsi və vergidən yayınma hallarına gorə sanksiyaların əsaslı şəkildə gucləndirilməsi.
Sahibkar təşkilatın həm iqtisadi, həm də ictimai səmərəliliyinə gorə məsuliyyət daşımalıdır. İctimai baxımdan səmərəli fəaliyyət nə deməkdir? İctimai səmərəliliyi necə qiymətləndirmək və yuksəltmək olar? Sahibkar ictimai səmərəlilik gostəricilərinə gorə kimin qarşısında hesabat verməlidir? İctimai səmərəliliyə nail olan sahibkar nə qazanır? Y.Şumpeterin və digər alimlərin qeyd etdiyi motivlərlə fəaliyyət gostərən sahibkar ictimai maraqlara xidmət etməklə hansı tələbatını odəyəcək? Bu suallar sahibkarlığın tənzimlənməsi uzrə yeni tədqiqat istiqamətlərinin secilməsində yararlı ola bilər.шаблоны для dle 11.2