» » Ümumi Psixologiya-Nazim Əliyev-2020

Ümumi Psixologiya-Nazim Əliyev-2020 - 16-sen, 2020, 10:50

#

  • Şəxsiyyətin fərdi psixoloji xüsusiyyətləri.                                            .(Müəllim-Əliyev Nazim)
Mövzu 1: Temperamen haqqında anlayış.
P L A N
  •  Temperament şəxsiyyətin fərdi psixoloji xassələrindən biri kimi.
  • Psixikanın formal-dinamik aspektdə təhlili.
  • Dinamik xarakteristikanın ifadəsi zamanı surət, temp, ritm, intensivlik, plastiklik, dözümlülük anlayışları.
  • Temperamentin tipləri və onların psixoloji xarakteristikası.
  • İnsanların psixi fəaliyyətinin dinamik xarakteristikalarına görə bir-birindən fərqlənmələri.
  • Temperament anlayışı və onun Hipokrat tərəfindən elmə gətirilməsi.
  •  
Məlum olduğu kimi, insan dünyaya hazır şəxsiyyət kimi gəlmir. O, tədricən şəxsiyyət kimi formalaşır. Lakin şəxsiyyət olmazdan əvvəl onda psixikanın fərdi psixoloji xüsusiyyətləri özünü göstərir. Psixikanın bu xüsusiyyətləri çox davamlı və sabit xüsusiyyət olub, hər bir kəsdə müxtəlif olur.
         Temperament xassələri də insana irsən xas olan davamlı psixi xassələrdən biridir. Deməli, temperament dedikdə hər şeydən əvvəl, psixikanın dinamikasına (cərəyanetmə xüsusiyyətlərinə) ilk növbədə diqqət yetirmək lazımdır. İnsanın psixi fəaliyyətinin dinamikasını xarakterizə edən belə təbii xassələr temperamentin xassələridir. Psixi fəaliyyətin cərəyanı dedikdə
  • psixi proseslərin əmələ gəlmə surəti və onların davamlılığı;
  • psixikanın tempi və rifmi ;
  • psixi proseslərin intensivliyi ;
  • psixi fəaliyyətin müəyyən obyektlərə yönəlməsi nəzərdə tutulur.
Psixi fəaliyyətin dinamikası üçün bu deyilənlər kifayət deylidir. Buraya əlavə olaraq motivləri və psixi halları daxil etmək olar. Lakin motiv və psixi hallardan fərqli olaraq temperamentin xassələri müxtəlif fəaliyyət növlərində dəyişmir, eyni şəkildə təzahür edir. Beləliklə, temperamentin  müxtəlif  şəraitdə özünü büruzə verməsi onun səciyyəvi xüsusiyyətidir. Temperament insanın danışıgında, sevinc və kədərində, başqa insanlarla ünsiyyətdə, işində, istirahətində, yerişində, ətraf hadisələrə reaksiyasında təzahür edir. Temperamentin xassələri insanın digər psixi xüsusiyyətlərinə nisbətən daha davamlı və sabitdir.
Beləliklə, temperament dedikdə insanın psixi fəaliyyətinin dinamikasını müəyyən edən psixikanın fərdi – özünəməxsus xassələri nəzərdə tutulur. Bu xassələr bərabər səviyyədə, müxtəlif fəaliyyət növlərində, onların məzmunundan, məqsədindən və motivlərindən asılı olmayaraq təzahür edir və yetkin yaşlarda da sabit  qalır. Onların qarşılıqlı birləşməsi temperamentin tipini səciyyələndirir.
“ Temperament” sözünün latın dilindən hərfi tərcüməsi “hisslərin lazimi qarşılıqlı nisbəti” deməkdir. Qədim  yunan  həkimi  Hippokrat (b.e.ə. V-IV əsrlər) temperament haqqında təlimi elmə gətirmişdir. O, temperament dedikdə, həm insanın fərdi anatomik – fizioloji, həm də psixoloji xüsusiyyətlərini nəzərdə tutmuşdur.
Hippokratın fikrincə, temperament bədəndə olan dörd mayenin  nisbətinin pozulması ilə müəyyən olunur.  Həmin mayelər qan (latınca “sanqvis”) limfa (yunanca “fleqma”), öd (yunanca “melana xole”) adlanırdı. Temperamentin  dörd tipinin sanqvinik, xolerik, fleqmatik və melanxolik – adı da elə buradan götürülmüşdür. Bu adlar müasir psixologiyada indi də işlənir.
Ədəbiyyat:
  • Bayramov Ə.S., Əlizadə Ə.Ə. Psixologiya. Ali məktəblər üçün dərslik. Bakı, “Çinar -çap”, 2002.
  • Psixologiya. Prof.S.İ.Seyidov və prof. M.Ə.Həmzəyevin elmi redaktorluğu ilə.Bakı, Nurlan, 2007.
  • Ümumi psixologiya A.V.Petrovskinin redaktorluğu ilə. Bakı, 1982.
  • Əliyev R.İ. Psixologiya . Bakı, Nurlan, 2008.
  • Nəcəfov M.S.İnsan beyninin fəaliyyəti və psixi proseslər. Bakı, 1989.
  • Мерлин В.С. Очерки теории темперамента. Москва,1964.
  • Немов.Р.С. Психология В 3-х книгах. Кн.1-я.М., 2001.

Mövzu 2: Temperament haqqında təlimlər tarixindən.                                                     .(Müəllim Əliyev Nazim)
Plan:
  • Temperament nəzəriyyəsinin qədim tarixə malik olması.
  • Müasir dövrə gədər temperamentin əsas üç nəzəriyyənin geniş yayılması (humoral nəzəriyyəsi, somativ nəzəriyyə, sinir sisteminin nəzəriyyəsi).
  • E.Kreçmerin “bədən quruluşu və xarakter” əsərin və onun insanların 4 konstitusional tipi.
  • U.Şeldon tərəfindən embirialogiya temperamentlərindən istifadə etməklə üç temperament tipinin müəyyən edilməsi (endomorf, mezomorf, ektomorf).
  • Akademik İ.Pavlovun insan temperamentini ali sinir sisteminin tipləri ilə izah etməsi (zirək, sakit, coşqun, zəif).
 
Temperamentin psixoloji xarakteristikası getdikcə genişlənmişdir. Roma həkimi Qalen ( IIəsr ) temperament tiplərini fizioloji, hətta əxlaqi birlikdə şərh etmişdir. XVIII əsrin axırında alman filosofu İ.Kant temperamenti yalnız psixoloji xassə kimi xarakterizə edirdi. XIX əsrə qədər temperament ancaq psixoloji kimi izah olunurdu.
Nəhayət, temperament haqqında olan təlimlərdə, xüsusən onun fizioloji əsasları haqqında olanolan təsəvvürlər dəyişdi. İki istiqamət arasında (birinci temperament tiplərinin daxili ifrazat vəzilərinin fəaliyyətinin nisbəti) alman psixoloqu Kreçmer, Amerika psixoloqu Şeldon ikincisi isə sinir sistetinin xassələrinin nisbəti ( İ.P.Pavlov) arasındaciddi fikir mübarizəsi başlandı.
Sinir sisteminin xassələri haqqında təlimində İ.P.Pavlo temperamentin elmi izahını vermişdir. O, belə bir fikrə gəlmişdir ki, temperament də, şərti reflektor fəaliyyətin xüsusiyyətləri üçün şərt olan eyni səbəblərdən asılıdır.
Pavlov eksperimental tədqiqatlar əsasında müəyyən etmişdir ki, reflekslərin yaranması üçün əsas səbəb sinir sisteminin xassələridir. O, üç belə xassə müəyyən etmişdir:
oyanma və lənqimənin sinir hüceyrələrinin iş qabiliyyətindən asılı olan gücü; 2) sinir proseslərinin müvazinəti; 3) sinir proseslərinin mütəhərrikliyi.
Bütün bu xassələr, sinir sistemi, orqanizmlə xarici mühit arasında müvazinət yaratmaq funksiyasını yerinə yetirir. İ. P. Pavlov sinir sisteminin dörd əsas tipini ayrıd etmışdir:
qüvvətli, müvazinətsiz tip (burada oyanma prosesi daha üstündür);
 qüvvətli, müvazinətli, mütəhərrik tip;
 qüvvətli, müvazinətli, əhatəli ( inert ) tip;
 zəif tip.
İ.P.Pavlov sinir sisteminin bu ümumi tiplərinin temperamentin fizioloji əsasının təşkil etməsini tədqiq etmışdır. O, sinir sisteminin bu qmumi tiplərinin temperamentin ənənəvi dörd ( xolerik, sənqvinik, melanxolik, fleqmatik) tipinin əsasını təşkil etdiyini qeyd etməklə bərabər, sinir sisteminin başqa xassələrinin mövcudluğu fikrini də irəli sürürdü.
Temperament sinir sistemi tipinin davranış və rəftarı təzəhürü kimi meydana çıxır, yəni hər bir temperament tipi müəyyən bir sinir sistemi tipinə uyğun gəlir.
          Sinir sistemindən asılılıq  temperamentin çoxcəhətli xarakterə malik olduğunu göstərir. Bu o deməkdir ki,  temperamentin bir neçə müxtəlif sinir sisteminin eyni bir xassəsindən asılıdır və əksinə. Temperamentin bir xassəsi sinir sisteminin bir neçə müxtəlif xassəsindən asılıdır.
            Sinir sisteminin ümumi tipli  İ.P.Pavlov  irsi tip adlandırmışdır. O, irsi şərtlənməni aşağıdakı faktlarla sübut etmişdir:
heyvan növlərində, onların nəsillərinin sinif sistemləri arsında əlaqə olduğunu;
seleksiya yolu ilə, sinir sisteminin yalnız bir xassəsinə malik olan (məsələn, ətalətli) heyvan cinsləri yetişdirmək mümkündür.
Temperamentin əsasını sinir sisteminin irsi cəhətdən şərtlənən tipi təşkil etdiyi üçün,  temperament tipinin əmələ gəlməsində də irsiyyət əsas rol oynayır. Lakin, irsiyyətin əsas rol oynamasına baxmayaraq  temperamentin ayrı –ayrı xassələri həyat və tərbiyə şəraitində (xüsusən erkən uşaqlıq dövründə) baş vermiş psixoloji münaqişələr, xəstəliklər və məişət şəraitinin təsiri altında yeniyetməlik və hətta yetkin yaşda belə dəyişə bilər.
     Sinir sistemi tipləri                                                                                
Oyanma ləngimənin                       qüvvətli                 zəif
Qüvvəsinə görə
Müvazinət                                   Müvazinətsiz     Müvazinətsiz  
Dərəcəsinə görə
Mütəhərrikliyinə  görə                           cəld                       asta
Sıra
Ali sinir fəaliyytəi tipləriTemperament tipləri
IZirəkSanqvinik
IISakitFlaqmatik
IIICoşğunXolerik
IVZəifMelanxolik
Ədəbiyyat:
  • Bayramov Ə.S., Əlizadə Ə.Ə. Psixologiya. Ali məktəblər üçün dərslik. Bakı, “Çinar -çap”, 2002.
  • Psixologiya. Prof.S.İ.Seyidov və prof. M.Ə.Həmzəyevin elmi redaktorluğu ilə.Bakı, Nurlan, 2007.
  • Ümumi psixologiya A.V.Petrovskinin redaktorluğu ilə. Bakı, 1982.
  • Əliyev R.İ. Psixologiya . Bakı, Nurlan, 2008.
  • Nəcəfov M.S.İnsan beyninin fəaliyyəti və psixi proseslər. Bakı, 1989.
  • Мерлин В.С. Очерки теории темперамента. Москва,1964.
  • Немов.Р.С. Психология В 3-х книгах. Кн.1-я.М., 2001.
Mövzu 3: Temperamentin xassələri.                                                                         .(Müəllim Əliyev Nazim)
Plan:
  • Müasir psixologiyada temperamentin 4 tipinin əsas götürülməsi (sanqvinik, xolerik, fleqmatik, melanxolik).
  • Ümumi aktivlik və onun əsas göstəricilərin (süstlük, ətalətlilik, passivlik, yüksək enerjilik, coşqunluq) adamlarda özünü göstərməsi.
  • Emosional oyanıqlıq və onun əsas cəhəti kimi mütəəssirlik, impulsivlik, emosional labillik.
  •  Emosiyaların gücü. Emosional oyanmanın intensivliyi və modallığının əsas götürülməsi.
  •  Qeyri ixtiyarı hərəkətlərin reaktivlik dərəcəsi. Plastiklik və onun əksi olan regidlik keyfiyyəti.
Temperament tiplərinin psixoloji xarakteristikası, onun aşağıdakı xassələri ilə müəyyən edilir.
Senzitivlik. Bu xassə haqqında fikir söyləmək üçün insanda hər hansı psixi reaksiyanın əmələ gəlməsi üçün tələb olunan ən kiçik xarici təsirin təsirin təsirin qüvvəsinin nədən ibarət olduğunu və bu reaksiyanın hansı sürətlə əmələ gəldiyini bilmək lazımdır.
Reaktivlik. Bu xassə haqqında mühakimə yürütmək üçün eyni qüvvətli xarici və daxili təsirlərə qarşı verilən reaksiyaların qeyri – ixtiyarilik dərəcəsini müəyyənləşdirmək lazım gəlir.
Aktivlik. Bu xassə haqqında biz insanın məqsədə çatmaq üçün xarici aləmə nə dərəcədə fəal təsir göstərməsinə, xarici və daxili maneələri necə aradan qaldırmasına görə mühakimə yürütmək lazımdır.                                                                                  
Reaktivliklə aktivliyin qarşılıqlı nisbəti. Bu xassələr haqqında biz insanın fəaliyyətinin ən çox nədən – təsadüfi xarici və daxili təsirlərdənmi  (əhvalı – ruhiyyədən, təsadüfi hadisələrdən), yoxsa insanın məqsədindən, niyyətimdən, meyllərindən, yoxsa əqidələrindən asılı olduğuna görə mühakimə yürüdürük.
Reaksiyaların tipi. Bu xassə haqqında biz müxtəlif psixi reaksiya və proseslərin sürətinə o cümlədən hərəkətlərin sürətinə, nitqin tempinə, zirəkliyə, yaddasaxlamanın sürətinə ağlın itiliyinə görə fikir yürüdürük.
Plastiklik və onun əksi olan rikidlik keyfiyyəti. Bu xassəni insanın xarici təsirlərə nə qədər tez uyğunlaşmasından (rlastiklik) və ya əksinə, davranış, adət və mülahizələrində nə qədər ətraflı və süst (rikid) olmasından bilmək olar.
Ekstraversiya və onun əksi olan introversiya  keyfiyyəti. Bu xassə haqqında fikir söyləyərkən insanın reaksiya və fəaliyyətinin ən çox nədən – indiki anda olan xarici təəssürtdanmı (ekstraversiya), yaxud əksinə, keçmiş və gələcəklə bağlı olan sürətlərdən, təsəvvür və fikirlərdənmi (introversiya) asılı olduğunu öyrənmək lazımdır.
Emosional oyanıqlıq. Bu xassə haqqında biz emosional reaksiyanın əmələ gəlməsi üçün nə dərəcədə az təsirin lazım  olduğuna və bu reaksiyanın hansı surətlə əmələ gəldiyinə görə mühakimə yürüdürük.
Hələ indiyə gədər elmdə temperamentin bütün tiplərini müəyyən proqram üzrə tam səciyyələndirmək üçün kifayət miqdarda fakt toplanmamışdır. Lakin temperamentin ənənəvi  dörd tipinin psixoloji xarakteristikasında bu xassələrin çoxunun təzahür etdiyini görmək olar. Müxtəlif temperament tipinə malik olan dörd şagirdin xarakteristikasını verək:
Sanqvinik temperament (əsasını sinir sisteminin qüvvətli, mütəhərrik tipi təşkil edir).
“VI sinif şagirdi, 13 yaşlı Cavid F. Olduqca zirək, diribaş yeniyetmədir. Dərsdə bir dəqiqə  də oplsun rahat otura bilmir, daim vəziyyətini dəyişdirir,  əlində nə isə oynadır, əlini qaldırır, yoldaşı ilə söhbət edir.”
Üzü təsirli, mütəhərrik və ifadəlidir.  Onun əhval-ruhiyyəsini, insanlara və ya obyektlərə münasibətini elə üzündən oxumaq olar. Onu maraqlandıran tarix, ədəbi oxu dərslərində çox enerji ilə iştirak edir və yüksək fəallıq göstərir. “Maraqsız” dərslərdə isə, məsələn, alman dili dərsində müəllimə qətiyyən qulaq asmır, yoldaşları ilə söhbət edir, əsnəyir. Hissləri və əhvali-ruhiyyəsi çox dəyişkəndir. “İki” alan kimi doluxsunur və özünü güclə saxlıyar, lakin yarım saatkeçməmiş o pis qiymət aldığını tamamilə unudur, tənəffüsdə  sevinc və gurultu ilə koridorlarda qaçır. Təcrübəli coğrafiya müəlliminin dərsində sakit oturur və heç vaxt sinifin işinə mane olmur. Yeni şəraitə və yeni tələblərə tez alışır. Bu məktəbdə oxuduğu cəmi bir il ərzində o, təzə müəllimlərə tez isinişmiş, uşaqlarla asanlıqla dil tapıb çoxu ilə dostlaşmış, sinif fəalları sırasına daxil olmuşdur.
Xolerik (fizioloji) əsasını sinir sisteminin qüvvətli müvazitətsiz (oyanması üstün olan) tipi təşkil edir.
VI sinif şagirdi, 13 yaşlı Əhməd.
Sinif yoldaşlarından öz coşğunluğu ilə seçilir. Müəllimə maraqla  qulaq asarkən, asanlıqla çox həyacanlı vəziyyətə gəlir, müəllimin sözünü müxtəlif qışqırıqlarla keçir. O, müəllimin bütün suallarına düşünmədən cavab verməyə hazırdır, elə ona görə də cavabı çox vaxt yersiz olur. Pərt olduqda və əsəbləşdikdə tez özündən çıxır, dava salır. Müəllimin izahatının diqqətini yayındırmadan dinləyir. Sinif və ev tapşırıqlarını dabelə diqqətlə yerinə yetirir. Tənəfüz zamanı heç vaxt yerində oturmur, koridorda qaçır,  ya da uşaqların biri ilə güləşir. Tez-tez və ucadan danışır. Cəld və səliqəsiz yazır, xətti əyri-üyrüdür. Çox ifadəli sifəti vardır. İctimai tapşırıqları və idman məşğələlərininyerinə yetirilməsində böyük inad göstərir. Maraqları, həvəsi sabit və davamlıdır. Şətinlik meydana çıxdıqda özünü itirmir və böyük enerji ilə onu aradan qaldırmağa çalışır.
Sanqvinik kimi xolerik üçün də yüksək reaktivlik, aktivlik və reaksiyaların cəld olması səciyyəvidir. Lakin Cavidin reaktivliyi onun aktivliyindən üstündür. Ona görə də o,  tez özündən çıxır, hövsələsiz, səbirsiz və tündməcazdır. O, Əhmədə  nisbətən az plastik, lakin çox rigiddir, ona görə də maraqları davamlı və sabitdir.
Fleqmatik (fizioloji əsasını sinir sisteminin qüvvətli, müvazinətli və ətalətli tipi təşkil edir).
IX sinif şagirdi, 16 yaşlı Aida N.
Sinifdə sakit oturur. Çərənci qonşusu onunla yox, birinci partada oturan qızla danışır, çünki Aida ona cavab vermir. Dərsdən kənarda da qız qaradinməzdi və söhbətə birinci girişmir. Aidanı güldürmək, həyacanlandırmaq və ya hisləndirməq o qədər də asan deyil. Dərs danışan şagirdin səsinin komik intonasiyasına  sinifdəki uşaqların  hamısı ucadan güldükləri halda, Aida dinmədən ona tərəf baxır. Təkrar, ikinci il sinifdə qalacağı haqqında açı xəbəri  eşitdikdə belə, Aida əhvalını pozmur, əlindəki işi davam etdirir. O, ağlayərkən üzünün ifadəsi qətiyyən dəyişmir, yalnız axan göz yaşları onun kədərləndiyini göstərir.  Hərəkətləri və yerişi ləng və astadır. Müəllimin suallarına dərhal cavab vermir. Çox vat müəllim onun cavabını gözləmədən (o, dərsi bildiyi halda) başqa şagirdi çağırır. Rəfigələri ilə çətin dostlaşır, digər tərəfdən, o, mühriban və istiqanlıdır.
Əvvəl oxuduğu məktəbdəki rəfiqə və müəllimlərini unuda bilmir, tez-tez onlara baş çəkir. Bir məktəbdən başqa məktəbə keçməsi ona çox pis təsir edir, hətta oxumağı buraxmaq fikrinə düşür.
Sanqvinik və xolerikdən fərqli olaraq, aidada reaktivlik azdır. Bu onda özünü göstərir ki, onu güldürmək və ya hirsləndirmək çətindir. Pis xəbərdən sonra Aidanın zahirən sakit  olması, sinifdə hamı güləndə onun təmkinlə oturması onda emosional oyanıqlığın zəifliyi ilə izah olunur. Yüksək aktivlikdən çox üstündür;  bu səbirli, təmkinli, soyuqqanlı olmaqda təzahür edir. Aidanın psixi tempi ləngdir, onun hərəkətləri asta, yerişi ağırdır, suallara dərhal çavab vermir. Fleqmatik temperament az plastikliyi və böyük rigidliyi  və introvertliyi ilə  fərqlənir.
Melanxolik  (fizioloji əsasını sinir sisteminin zəif tipi təşkil edir).
VI sinif şagirdi, 13 yaşlı Samir M.
Dərsdə sakitdir, həmişə vəziyyətini dəyişmədən oturur və əlində nəyi isə oynadır. Əhvalı çox cuzi təsirlərdən dəyişir. O, ifrat dərəcədə həssasdır. Müəllim onu bu partadan başqa birisinə keçirdikdə incimiş, yerini nə üçün dəyişməsi barədə uzun müddət fikirləşmiş, bütün dərslərdə məyus və pərişan oturmuşdur. Bununla bərabər, Samirdə hisslər ləng oyanır. Sirkdə tamaşaya baxarkən o, uzun müddət sakitcə, üzünün ifadəsi dəyişmədən oturur, tədricən donu açılır: gülümsünür, qonşuları ilə danışmağa başlayır. Melonxolik özünü tez itirir. Müəllim ona kiçik bir nöqsan tutan kimi o sıxılır, səsi dəyişir, güclə eşidilir. Öz hisslərini çox zəyif ifadə edir. “İki” alanda üzünün ifadəsini dəyişmədən gedir yerinə sakitcə oturur. Lakin evdə, valideynlərinin deməsinə görə uzun müddət sakitləşə bilmir, işə girişməkdə çətinlik çəkir, özünə olan inamını itirir. Hətta dərsi bildiyi halda, cavab verərkən tərəddüd edir, çox vaxt çaşırı. Öz qabiliyyət və biliyini çox aşağı qiymətləndirir, əslində isə onun biliyi və qabiliyyəti orta səviyyədə bir qədər yüksəkdir. Təlim tapşırığını yerinə yetirərkən rast gəldiyi çətinliyi onu qorxudur, o, tez ruhdan düşür və işi axıra çatdırmır. Hərəkərləri süst, zəifdir. O, ağır-ağır usandırıcı danışır.
Temperamentin başqa tiplərindən fərqli olaraq, Samir üçün yüksək senzitivlik üçün səciyyəvidir. O, özünü onun ifrat həssaslığında, küsəyənliyində göstərir.
Melanxolik temperamentə xas olan zəif reaktivlik və az aktivli melanxolikin nadir hallarda gülməsində, özünə inanmamasında, tez-tez özünü itirməsində işi axıra çatdıra bilməməsində təzahür edir. Melanxolik temperament ləng psixi temp kimi səciyələnir. Onun hərəkətləri süst və zəifdir, o çox asta-asta danışır.
Samir rigit (ətalətli) və introverdir. Bu xüsusiyyətlər onun sirkdəki davranışında, pis qiymət aldıqda uzun müddət sakitləşə və işə başlaya bilməməsində təzahür edir.
Əgər biz temperamentin hər bir tipinə xas olan qanunauyğunluğun əlamətləri seçsək, o zaman aşağıdakı xarakteristikaları almış olarıq:
Sanqvinik temperament. Zəif senzetivlik, yüksək reaktivlik, müvazinətlilik. Plastiklik, ekstravertlik, yüksək emosional oyanıqlıq. Tempi  sürətli olan reaksiyalar.
Xolerik temperament. Zəif senzetivlik. Yüksək reaktivlik və reaktivliyi üstün olan yüksək aktivlik, regitlik, ekstraverlik. Yüksək emosional oyanıqlıq. Tempi sürətli reaksiyalar.
Fleqmatik temperament. Zəif senzitivlik. Zəif  reaktivlik və yüksək aktivlik. Regitlik. İntrovertlik. Zəif emosional oyanıqlıq. Ağır templi reaksiyalar.
Melanxolik temperament. Yüksək senzetivlik. Aşağı reaktivlik və aktivlik, regitlik. İntrovertlik. Yüksək oyanıqlıq. Depressiv  səciyyəli emosialar. Ağır templi reaksiyalar.
Hansı temperament tipi yaxşıdır ? Hər temperament tipinin  özünəməxsus xüsusiyyəti vardır. Əslində onları müsbət və ya mənfi  xüsusiyyətlərə də bölmək düzgün deyildir. Sözün mütləq mənasında müsbət və mənfi temperament xüsusiyyətləri yoxdur. Əsas məsələ bu və ya digər temperament xüsusiyyətinin müsbət və ya mənfi olmasında deyil,insanın onları özünün peşə fəaliyyətində və ya fəaliyyətində necə (nə dərəcədə düzgün) nəzərə almasındadır.
Ədəbiyyat:
  • Bayramov Ə.S., Əlizadə Ə.Ə. Psixologiya. Ali məktəblər üçün dərslik. Bakı, “Çinar -çap”, 2002.
  • Psixologiya. Prof.S.İ.Seyidov və prof. M.Ə.Həmzəyevin elmi redaktorluğu ilə.Bakı, Nurlan, 2007.
  • Ümumi psixologiya A.V.Petrovskinin redaktorluğu ilə. Bakı, 1982.
  • Əliyev R.İ. Psixologiya . Bakı, Nurlan, 2008.
  • Nəcəfov M.S.İnsan beyninin fəaliyyəti və psixi proseslər. Bakı, 1989.
  • Мерлин В.С. Очерки теории темперамента. Москва,1964.
  • Немов.Р.С. Психология В 3-х книгах. Кн.1-я.М., 2001.

 
Mövzu 4:Temperamentin fizioloji əsasları.                                                                                               .(Müəllim Əliyev Nazim)
Plan:
  • Temperamentin fizioloji əsaslarının İ.P.Pavlov tərəfindən kəşf olunması.
  • İ.P.Pavlov tərəfindən sinir sisteminin üç hassəsinin müəyyən edilməsi: oyanma və ləngimənin guvvəsi; müvazinət dərəcəsi; oyanma və ləngimənin mütəhərrikliyi.
  • Sinir sistemi tipini temperamentin fizioloji əsasını təşkil etməsi.
  • İ.P.Pavlovun müəyyən etdiyi dörd əsas sinir sisteminin  tipi: zirək, sakit, coşkun , zəyif.
Temperamentin fizioloji əsasları haqqında İ.P.Pavlova görə tempoeramentin tipləri sinir sisteminin tiplərinə əsasən formalaşır, başqa sözlə desək sinir sistemi tipləri temperament tiplərinin fizioloji əsasını təşkil edir və anadan gəlmə xarakter daşıyır. Bunun əsasında İ.P.Pavlov bu tipləri genatiplər adlandırmışdı.
Itlər üzərində apardığı araşdırmalar əsasında İ.P.Pavlov ali sinir fəaliyyəti tiplərinin təsnifatını vermişdi. O, oyanma və ləngimənin güvvəsi xassəsinə görə itləri güvvətli və zəif olmaqla iki yerə ayırmışdır. Oyanma və ləngimənin ikinci hassəsi olan müvazinət dərəcəsinə görə quvvətli hassəyə malik olan heyvanların da iki yerə ayrıldığını göstərmişdir: cəld və asta. Nəticədə ali sinir fəaliyyətini heyvanlar və insanlar üçün  eyni olan bu tiplərini olduğu aşkara çıxarılmışdır.
  • Zəyif
  • Hövsələsiz
  • Diribaş
  • Sakit
İ.P.Pavlov belə bir qənaətə gəlmişdir ki, qüvvətli, müvazinətsis hassəyə malik olan hövsələsiz – xolerik temperament tipini qüvvətli müvazinətli; mütəhərrik xassəyə malik olan diribaş, zirək sinir sistemi tipini sanqvinik temperament tipinin; quvvətli müvazimətli, asta xassəyə malik olan sakit sinir sistemi tipi fleqmatik temperament tipini fizioloji əsasını təşkil edir.
Psixoloqlar bu baxımdan maraqlı qanunauğuluq müəyyən etmişlər.
Onlar istehsalatda yüksək nəticə əldə edən işçilərlə adi işçiləri psixoloji baxıdaha mdan müqayisə etmişlər.
Məlum olmuşdur ki, fleqmatik və sanqvinik tipli toxucu qadınlar eyni əmək şəraitində iştaklikasından istifadə edirlər. Məsələn, sanqviniklər qəza hallarını iş gedişində, məsələn, sap qırılan kimi dərhal aradan qaldırırlar. Halbuki fleqmatiklər qəza hallarını tez aradan qaldıra bilmirlər.         
Psixoloqlar bu faktların təhlili əsasında aşağıdakı nəticəni çıxararlar: iş üsulları, üslubi fərdi xüsusiyyətlərinə uyğun gələn işçilər daha yüksək istehsalat uğurları əldə edilər. Beləliklə, də psixologiyada fərdi üslub anlayışı yarandı. Göründüyü kimi, anlayış iki sözdən ibarətdir. Fərdi sözünün mənası aydındır. Bəs üslub nə deməkdir? Üslub çoxmənalı sözdür. Burada o, iş priyomu, vasitə, üslubu mənasında işlənmişdir.
Temperament fəaliyyətinin səmərəsini deyil, ancaq fərdi üslubunu müəyyən edir. Göründüyü kimi, hər hansı bir işi obyektiv surətdə müxtəlif üsluııarda icra etmək olar. Bu şəraitdə də bir temperament tipində, məsələn, fleqmatikdə məhz onun üçün səmərəli olan müəyyən bir üsul, sanqvinikdə isə başqa bir üsul aktuallaşır. Seçilmiş üsullar fəaliyyətin obyektiv tələbləri ilə uzlaşdıqca onlar daha da dəqiqləşdirilir, yeni üsullardan istifadə olunma başlanılır. Tədricən insan üçün tipik olan və onu fərdiyyət kimi xarakterizə edən müəyyən bir sistem əmələ gəlir.
Fərdi üslub fəaliyyətin bütün sahələrində mühüm rol oynayır. Peşə fəaliyyəti ilə yanaşı, təlim fəaliyyətində də onun əhəmiyyəti böyükdür. Təlim prosesində şagirdlərdə özünəməxsus fərdi üslub formalaşdıqca, onlar yaxşı oxuyur, ev tapşırıqlarını vaxtında və səliqə ilə yerinə yetirirlər.
Ə D Ə B İ Y Y A T
  • 1.  Bayramov Ə.S., Əlizadə Ə.Ə. Psixologiya. Ali məktəblər üçün dərslik. Bakı, “Çinar -çap”, 2002.
  •  Prof.S. Seyidov və M. Həmzəyevin  elmi red. ilə.n Psixologiya Bakı “Nurlan”, 2007.
  •  Ümumi psixologiya. Prof. A.V. Petrovskinin red. ilə. Bakı., 1982.
  •  Bayramov Ə.S., Əlizadə Ə.Ə. Psixologiya Psixologiya 
  •   Bakı.,  1989.
  •  Əliyev R.İ. Psixologiya Bakı., 2008.
  •  Məhərrəmov M.C. Psixologiya. Bakı., 1968.
  •  Heмoв P.C. Псиxoлогия. В трёх Книга 1.M., Влaдoс., 2001.
  •  Maклоkoв A.Г. Oбщая психология  Питер. 2001.
  •  Лeoнтeв A.H. Дeятельность. Сознание. Coзнaниe. Личнoсть. M., 1975.

 
Mövzu 5:Təlim tərbiyə prosesində temperament tiplərini 
nəzərə alınması.                                                                                                                             .(Müəllim Əliyev Nazim)                                  
Plan:
  • Temperamen tipinin dəyərliliyi anlayışı.
  • Temperament əmək təlim fəaliyyətin amili kimi.
  • Şəxsiyyətin emosional sahəsinin temperamentdən asılılığı.
  • Fərdi üslub fəaliyyətinin bütün sahələrindən mühüm rol ouynaması.
Əgər temperamentin yuxarıda təsvir olunan xarakteristikalarına  qiymət baxımından nəzər salsaq, görərik ki, onların hər birində həm yaxşı, həm də pis xassələr vardır. Məsələn, sanqvinik temperamentli adam emosionaldır, yaxşı iş qabiliyyəti ilə fərqlənir. Lakin onun arzu ə meylləri də diqqəti kimi mütərəddid və dəyişkəndir. Melanxolik pemperamentli adam nisbətən az iş qabiliyyətinə malikdir və olduqca təlaşlıdır, digər tərəfdən o, həssas, adətən ehtiyatlı ir adamdır. Deməli, nə tamam pis, nə də tamam yaxşı temperament vardır. Hər bir temperament müəyyən şəraitə yaxşı, başqa şəraitə isə pis ola bilər. Temperament insanın sosial dəyərini də müəyyən etmir, çünki insanın meylləri, dünyagörüşü və əqidələri, maraqlarının məzmunu temperamentdən asılı deyildir. Keçmişin məşhur şəxsiyyətləri arasında ən müxtəlif temperamentli adamlara rast gəlmək mümkündür. A.B.uvorov və A.İ.Gertsen sanqvinik, I Pyotr və İ.P.Pavlov xolerik, İ.V.Qoqol və P.İ.Çaykovski melanxolik. M.İ.kutuzov və İ.A.Krılov fleqmatik olmuşlar. Müasirlərimiz –məşhür idmançılar, təyyarəçi kosmonovtlar, əmək qabaqçıları, dövlət xadimləri arasında da bir-birindən temperament tiplərinə görə kəskin sürətdə fərqlənən adamlaa rast gəlirik. Eləcə də eyni temperament tipinə aid olan adamlar qabaqcıl xadim, ya da qatı irticaçı ola bilərlər.
Nəzərə alınmalıdır ki, həyatda yalnız bir tipin əlamətlərindən ibarət olan xalis temperament tiplərinə o qədər də çox təsadüf edilmir.
Temperament əmək və təlim fəaliyyəti amili kimi.
Hər bir fəaliyyət insanın psixikası və onun dinamik xüsusiyyətləri qarşısında müəyyən tələblər qoyur. Məsələn, avtomatik idarə sisteminin pult operatoru peşəsi, insandan bir çox aqreqatın işində baş verən dəyişikliklərə tez və vaxtında reaksiya göstərməyi və yubanmadan düzgün qərar qəbul etməyi,  məktəb intizamı isə şagirddən öz hiss və arzularına hakim olmağı tələb edir. Bu tələbləri ixtiyari şəkildə dəyişmək olmaz, çünki onlar obyektiv səbəblərdən, birinci növbədə fəaliyyətin məzmunundan irəli gəlir.
Temperament fəaliyyətin dinamikasına təsir etməklə, həmin fəaliyyətin məhsuldarlığına artıra bilər. Fəaliyyətin müxtəlif növlərində temperamentin rolu eyni deyildir. Təlim fəaliyyətində və kütləvi peşələrdə fəaliyyətin uğurlu icrası üçün bəzi zəruri, lakin insanda zəif təzahür edən temperament xassələri başqa  xassələrlə və onlarla şərtlənən iş üsulları ilə əvəz edilə bilər. Məsələn, davamlı diqqətə malik olan və çox dəzgahda işləyən ətalətli (inert) tipə mənsub toxucu qadının diqqəti iş prosesində nadir hallarda yayınır. Bu, dayanmış dəzgahı tez işə salmağa və qırılan sapı cəld bağlamağa imkan yaratdığı üçün müsbət xassədir. Diqqəti bir qədər az davamlı olan mütəhərrik tipli toxucu qadınlar isə ətalətli tipə nisbətən bir dəzgahdan başqa bir dəzgaha daha tez və cəld gecə bilirlər. Mümkün olan qəza şəraitində bu da müsbət xassədir. Beləliklə, diqqəti bir obyektdən başqasına tez kecirə bilmək qabiliyyəti diqqətin tez-tez yayınmasını əvəz (kompensasiya) edir, çünki belə halda toxucu baş vermiş qəzanı daha tez tapır. Deməli, kütləvi peçələrdə və təlimdə temperamentin xassələri fəaliyyətə müsbət və ya mənfi təsir edərək, nəticə etibarilə fəaliyyətin məhsuldarlığını müəyyən etmir, çünki burada çatmayan bir xassəni başqası əvəz edir.
Müntəzəm təcili gərginlik, risk, təhlükə, böyük məsuliyyət ilə bağlı olan peçələrdə, məsələn, sınaqcı-təyarrəçi,  nəhəng enerji sisteminin dispetçeri, kosmonavt, dağlarda xilasedicilik işi, beynəlxalq dərəcəli idmançı-təyyarəçi, nahəng enerji sisteminin dispetçeri, kosmonavt, dağlarda xilasedicilik işi, beynəlxalq dərəcəli idmançı peşələrin və s.peşələrdə insan psixikasına daha böyük tələblər verilir. Temperamentin böyük hıəyaxcanlılıq, maneəyə, çətinliyə az dözümlülük kimi xassələrini başqa xassələrlə əvəz etmək mümkün deyildir. Belə peşələrdə insanın professional yararlığı onun temperamentinin xassələri ilə müəyyən edilir. Temperament xüsusiyyətlərinin xassələri ilə müəyyən edilir. Temperament xüsusiyyətlərinin fəaliyyətin tələblərinə uyğun gəlməsini təmin etmək üçün əvvəlcədən adamların temperamentinin xüsusiyyətlərini öyrənib sonra işə götürmək lazımdır. Temperamenti bu yolla fəaliyyətin  tələblərinə uyğunlaşdırmağa peşəyə görə seçmə deyilir.temperamentin hər bir xassəsi fərdi iş üsulları və ya insana təsir etməyi tələb edir. Məsələn, melanxoliklər tez yorulurlar. Ona görə də  onlar istirahətüçün, başqa tiplərə nisbətən işə daha tez-tez ara verməlidirlər.
Şəxsiyyətin emosional sahəsi də temperamentdən asılıdır. Inzibati tədbirlərin təsirliliyi və ya motivin təhrikedici qüvvəsi də buradan irəli gəlir. Gərgin şəraitin, emosional amillərin və pedaqoji tədbirlərin təsiri nəticəsindəyaranan müxtəlif psixi halların fəaliyyətə təsiri nəticəsində yaranan müxtəlif psixi halların fəaliyyətə təsiri temperamentdən asılı olduğua görə, temperamentin əmək  və təlimdə rolu böyükdür. Sübüt olunmuşdur ki, fəaliyyətin funksional səviyyəsinin artırması və ya enməsi psixi sinir gərginliyi törədən qıcıqlandırıcının həcmi ilə müəyyən edilir. Qıcıqlandırıcının funksional səviyyəni yüksəldən miqdarına optimal, endirən miqdarına isə  pessimal həcm deyilir. Təsir edən qıcıqlandırıcının optimal və pessimal miqdarı sinir sisteminin tipindən və temperamentindən asılıdır. Məsələn, sinir sistemi qüvvətli  olan çilingərlərdə, onların xidmət etdiyi  dörd dəzgahdan birinin və  ya ikisinin işdən qalması fəaliyyətin bəzi göstəricilərini xeyli yaxşılaşdırdığı halda, sinir sistemi zəif olan fəhlələrdə təkcə bir dəzgahın dayanması bu göstəricilərin pisləşməsinə səbəb olur. Eləcə də müəllim sanqvinik kəskin şəkildə etdiyiməzəmmət onu intizamlı edirsə, həmin məzəmmət melanxolik temperamentli şagirdi uzun müddət müvazinətdən çıxarır.
Beləliklə, sinir-psixi gərinliyin səviyyəsinimüəyyən edən amillərin  (məsələn, fəaliyyətin qiymətləndirilməsinin;fəaliyyət üzərində nəzrətin gözlənilməsiin  və s.) təsiri temperamentdən asılıdır. Təsir edən  qıcıqlandırıcıların qüvvəsini, insanın sinir sistemi və temperamentinin tipinə müvafiq olaraq azaltmaq və artırmaqla  fəaliyyəti tənzim etmək insan qəlbinə yaxşı bələd olan qabaqcıl istehsalat təşkilatçılarının və usta müəllimlərin işində daha çox müşahidə edilir. Deməli, temperamentin fəaliyyəti tənzim etmək insan qəlbinə yaxşı bələd olan qabaqcıl istehsalat təşkilatçılarının və usta müəllimlərin işində daha çox müşahidə edilir. Deməli, temperamentin fəaliyyətə uyğunlaşdırılmasını təmin etmək insana verilən tələblərin, iş üsulları və şəraitinin fərdiləşdirilməsi yolu ilə mümkündür.
Temperamenti fəaliyyətin tələblərinə uyğunlaşdırılmaq üçün başqa bir yol da mövcuddur. Bu, temperamentin mənfi təsirinin fəaliyyətə müsbət münasibətin tərbiyə edilməsi və müvafiq ictimai motivlərlə zəiflədilməsindən ibarətdir. Məsələn, şagirdlərin böyük fəallığına səbən olan çox martaqlı dərsin gedişində xoleriklər özlərini heç də sanqviniklərdən az təmkinli aparmır, ya da melonxoliklərin iş qabiliyyəti fleqmatiklərindən aşağı olmur. Çəkingənliyə baxmayaraq, melanxolik tipə mənsub əsgər müharibə  zamanı heç də sanqvinik və ya xolerikdən  az igidlik göstərmir.
Ə D Ə B İ Y Y A T
  • 1.  Bayramov Ə.S., Əlizadə Ə.Ə. Psixologiya. Ali məktəblər üçün dərslik. Bakı, “Çinar -çap”, 2002.
  •  Prof.S. Seyidov və M. Həmzəyevin  elmi red. ilə.n Psixologiya Bakı “Nurlan”, 2007.
  •  Ümumi psixologiya. Prof. A.V. Petrovskinin red. ilə. Bakı., 1982.
  •  Bayramov Ə.S., Əlizadə Ə.Ə. Psixologiya Psixologiya 
  •   Bakı.,  1989.
  •  Əliyev R.İ. Psixologiya Bakı., 2008.
  •  Məhərrəmov M.C. Psixologiya. Bakı., 1968.
  •  Heмoв P.C. Псиxoлогия. В трёх Книга 1.M., Влaдoс., 2001.
  •  Maклоkoв A.Г. Oбщая психология  Питер. 2001.
  •  Лeoнтeв A.H. Дeятельность. Сознание. Coзнaниe. Личнoсть. M., 1975.
  • Mövzu 6:  Xarakter haqqında anlayış.                                                                                        .(Müəllim Əliyev Nazim)
P L A N
  • Xarakter haqqında anlayış. Şəxsiyyətin münasibətləri və xarakter əlamətləri.
  • Xarakter şəxsiyyətin mühüm və davamlı fərdi- psixi xüsusiyyətlərinin məcmusu kimi.
  • İnsan xaraktüeri haqqında ilkin təsəvvürlər: “Yaxşı adam”, “Pisd adam” anlayışı.
  • Teofrastın “Etnik xarakterlər” traktatı, N. Tusinin “Əxlaqi-Nasir” əsərlərində insanın davranış və rəftarında özünü göstərən davamlı xüsusiyyətlər.
İnsanlar bir – birindən yalnız özlərinə xas olan fərdi psixoloji xüsusiyyətlərinə görə fərqlənirlər. Adətən, elə bu mənada da konkret insan üçün səciyyəvi olan əlamətlərdən bəhs edilir. (Xarakterin yunancadan hərfi təcrüməsi “naxış, iz” deməkdir).Lakin psixologiyada “xarakter” sözü daha dar və xüsusi mənada işlədilir. Çünki insanın hər cür  fərdi xüsusiyyətlərini xarakter əlaməti adlandırmaq olmaz. Məsələn, görmə və eşitmə qabiliyyətinin itiliyi, yadda saxlamanın sürəti və müddəti, ağlın dərinliyi və s. kimi fərdi psixi xüsusiyyətlər xarakter əlaməti deyilir.
Xarakter dedikdə psixologiyada konkret şəxsiyyət üçün tipik olan fəaliyyət tərzində təzahür edən, tipik şəraitdə üzə çıxan və şəxsiyyətin bu şəraitə olan münasibəti ilə müəyyən edilən özünəməxsus fərdi psixoloji xüsusiyyətlərinin məcmuyu nəzərdə tutulur.
Şəxsiyyətin münasibətləri xarakter əlamətlərinin fərdi özünəməxsusluğunu iki cəhətdən müəyyənləşdirir.
Bir tərəfdən hər bir tipik şəraitdə emosional həyəcanların fərdi özünəməxsusluğu şəxsiyyətin münasibətlərindən asılıdır.  Xarakterin hər bir xüsusiyyəti məhz belə tipik şəraitdə özünü büruzə verir.
Digər tərəfdən, hər bir tipik şəraitdə şəxsiyyətin təzahür edən davranış formasının özünəməxsus fərdi xüsusiyyətləri və onun münasibətindən asılıdır.
“Xarakteristika” sözünü insanın fərdi xüsusiyyətlərini təsvir etmək üçün ilk dəfə yunan filosofu Teofrast (b.e.ə. 4 – 3 – cü əsrlər) işləmişdir. Lakin onun işlədiyi “xaraukteristika” terminində insanın yalnız əxlaqi simasının təsviri verilirdi. “Xarakter” sözünü Labryuyur də (XVII əsr) elə bu mənada işlətmişdir. Məhşur Azərbaycan alimi N.Tusinin “Əxlaqi – Nasiri” əsəri də insan xarakteri sahəsində incə müşahidələrlə zəngindir. Beləliklə, xarakter sözü başlanğıcdan insanın sosial - əxlaqi simasını əks etdirən bir anlayış kimi işlədilmiş və bu mənada orqanizmin xassələrindən asılı olan temperamentlə tamamilə zidd məna kəsb etmişdir. XIX əsrdən başlayaraq xarakter sırf psixoloji planda ya ağlın, hissin və iradənin (A.Ben), ya hiss və iradənin (Ribo), ya da təkcə iradənin (P.F.Lesqaft) fərdi xüsusiyyətlərini bildirən bir məfhum kimi işlənmişdir. XX əsrdə xarakter anlayışı altında psixikanın ayrı – ayrı sahələrinin xüsusiyyətləri deyil, şəxsiyyətin bütün xassələri nəzərdə tutulmuşdur. Bu xassələr, öz növbəsində, şəxsiyyətin müxtəlif istiqaməti (V.Ştern), ya əsas təhrikedici qüvvələri (L.Klaqes), ya da meyl və münasibətləri (A.F.Lazurski) kimi şərh olunmuşdur. Xarakterin irsən keçməsi və həyat prosesində qazanılması məsələsinin şərhində də prinsipial fikir ayrılığı vardır. İ.Kantın (XVIII əsr) fikrincə xarakter temperamentdən fərqli olaraq, həyat prosesində qazanılır. Lakin fiziki xüsusiyyətləri şərh edərkən Kant iris və həyatda qazanılan xüsusiyyətləri bir – birindən ayırmır. Robi xarakteri irsiyyətlə şərtlənən bir hadisə kimi başa düşmüşdür. Malaper, Fulye və başqa alimlər xarakterdə həm irsi, həm də həyatda qazanılmış xassələr olduğunu qeyd etmişlər. Polan xarakterin tamamilə həyat şəraiti ilə müəyyən edildiyini göstərmişdir. Bu iki nöqteyi – nəzərin mübarizəsi indiyə qədər də davam edir.
Ədəbiyyat
  • Bayramov Ə.S., Əlizadə Ə.Ə. Psixologiya. Ali məktəblər üçün dərslik. Bakı, “Çinar -çap”, 2002.
  • Prof.S. Seyidov və M. Həmzəyevin  elmi red. ilə.n Psixologiya Bakı “Nurlan”, 2007.
  •  Ümumi psixologiya. Prof. A.V. Petrovskinin red. ilə. Bakı., 1982.
  •  Bayramov Ə.S., Əlizadə Ə.Ə. Psixologiya Psixologiya 
  •   Bakı.,  1989.
  •  Əliyev R.İ. Psixologiya Bakı., 2008.
  •  Məhərrəmov M.C. Məktəblilərin xarakterini tərbiyə etmək haqqında. Bakı, 1967
  • Левитов Н.Д. Психология характера.
  •  Рубинштейн С.Л. Основы обшей психологии. В 2- х т. Т. II. M., 1989
 

 
  • Mövzu 7:  Xarakterin quruluşu                                                                                     .(Müəllim Əliyev Nazim)
P L A N
  • Xarakterin fizioloji əsasları. Dinamik streotip və xaakter.
  • İnsanın xarakter əlamətlərinin əsasını təşkil edən “keçirilmə” mexanizmi və onun əmələ gəlməsində II siqnal siteminin mühüm rolu.
  • Xarakter əlamətlərinin mənşəyində sinir sisteminin xüsusi tiplərinin iştirak etməsi.
Hər bir xarakter əlaməti yalnız müvafiq tipik şəraitdə təzahür etdiyi üçün, onun fozioloji sinir mexanizmlərinin də yalnız müvafiq tipik, təkrar olunan şəraitdə təzahür edəcəyini güman etmək olar.
           Belə fizioloji mexanizmlərdən biri dinamik stereotipidir. Dinamik stereotip dedikdə, eyni şəkildə təkrar olunan qıcıqlandırıcılar sisteminin təsirinə cavab olaraq əmələ gələn şərti reflekslər sistemi nəzərdə tutulur. Dinamik stereotipin səciyyəvi əlaməti orqanizmin eyni şərti qıcıqlandırıcılara şəraitdən asılı olaraq, müxtəlif reaksiyalarla cavab verməsidir. Bu keçirilmə adlanır. Əsasını dinamik stereotip təşkil edən keçirilmənin mahiyyəti mərkəzi sinir sistemində şəraitdən asılı olaraq müxtəlif funksional halların yaradılmasından ibarətdir.
      Xarakter və sinir sisteminin ümumi tipinin təzahürlərini müqayisə etdikdə, xarakter əlamətlərinin mənşəyini başqa bir fizioloji şəraiti də üzə çıxır. Məlum olmuşdur ki, sinir sisteminin ümumi tipinin əks (zidd) xassələrinə psixoloji cəhətdən əks hərəkət tərzi uyğun gəlir. Məlumdur ki, sinir sisteminin ümumi tipi həm də temperamentin fizioloji əsasını təşkil edir. Buradan aydın olur ki, temperament və xarakter arasında sıx əlaqə vardır. Temperamentin tipi xarakterin xüsusi fərdi əlamətlərinin mənşəyinin ən mühüm psixoloji şərtlrindən biridir.
      Məlumdur ki, ikinci siqnal sistemi xarakter əlamətlərinin əsasını təşkil edən “keçirilmə” mexanizminin əmələ gəlməsində mühüm rol oynayır. İkinci siqnal sisteminin birinci siqnal sistemi üzərində üstünlüyünü və bu iki siqnal sistemi arasında olan qarşılıqlı münasibətləri nəzərə alaraq, İ.P.Pavlov sinir sisteminin insana məxsus üç tipini ayrıd etmişdir.
1. “Mütəfəkkir” tip. Bu tipdə ikinci siqnal sistemi üstünlük təşkil edir.
2. “Bədii” tip. Bu tipdə birinci siqnal sistemi üstünlük təşkil edir.
3. “Orta” tip. Bu tipdə siqnal sistemlərinin heç biri üstünlük təşkil etmir.
Xarakter əlamətlərinin mənşəyində sinir sisteminin xüsusi tiplərinin də iştirak etdiyi güman edilir. Lakin sinir sisteminin ümumi tipinin xassələri əvvəlcədən xarakterin necə olacağını müəyyən etmir. Eyni sinir tipinə malik olan insanların xarakteri müxtəlif ola bilər: məsələn, sinir sistemi zəif tipə mənsub olan adam mehriban, yaxud da kinli, doğurçu və ya yalançı, səliqəli və ya pinti ola bilər.
Xarakter əlamətləri çoxdur. Ayrı-ayrı dillərdə xarakter əlamətlərini ifadə edən dörd mindən çox söz vardır. Onların çoxu olduqca müxtəlif mənalarda işlənir, hətta bəzən eyni bir xarakter əlamətini müxtəlif çalarlarda səciyyələndirir. Biz qeyd etdik ki, xarakter insanın münasibətini ifadə edir. Bu baxımdan xarakter əlamətlərini aşağıdakı kimi təsnif etmək olar:
Kollektivə və başqa adamlara münasibəti ifadə edən xarakter əlamətləri: kollektivçilik, doğruçuluq, kobudluq, qayğıkeş, tələbkarlıq və s.
Əməyə münasibəti ifadə edən xarakter əlamətləri: əməksevərlik, tənbəllik, məsuliyytəlik və s.
İnsanın özünə münasibətini ifadə edən xarakter əlamətləri: təvəzökarlıq, lovğalıq, şöhrətpərəslik və s.
Əşyalara münasibəti ifadə edən xarakter əlamətləri: səliqəlik, pintilik, qayğıkeşlik və s.
Hər şeydən əvvəl qeyd edək ki, insanın kollektivə, başqa adamlara, əməyə, özünə və əşyalara münasibətlərini ifadə edən xarakter əlamətləri bir-biri ilə üzvi surətdə əlaqədardır. Məsələn, müəyyən olunmuşdur ki, özünə hörmət etməyən adam başqalarına da hörmət etmir. İnsan xarakterinin bötövlüyündən danışanda, adətən-xarakter əlamətlərinin qarşılıqlı əlaqədə olması nəzərə alırlar. Bununla əlaqədar olaraq tərbiyə nöqteyi-nəzərindən böyük əhəmiyyətə malik olan iki məsələni qeyd etmək lazımdır.
Tutaq ki, uşaqda kobudluq kimi xarakter əlaməti özünü göstərir. Tərbiyəçi (ana və ya müəllim) bu mənfi cəhəti aradan qaldırmaq üçün  onda nəzakətlik kimi müsbət xarakter əlaməti tərbiyə etməyə çalışır. İlk baxışda, tərbiyəçi məsələyə düzgün yanaşır. psixoloji baxımdan isə ona haqq qazandırmaq olmaz. Çünki kobudluq uşağın başqa insanlara münasibəti ilə bağlıdır. Kobudluğu aradan aradan qaldırmaq üçün onun, birinci növbədə, insanlara münasibətini dəyişmək lazımdır.
2. İnsanın xarateri dəyişirmi? İnsanın başqa adamlara, əməyə, özünə və əşyalara münasibəti dəyişdikcə, onun xarakteri də dəyişir. Xarakter əlamətləri yalnıç uşaq yaşlarında deyil, bütün ömür boyu inkşaf edir və tərbiyə olunur. Adamların böyük əksəriyyəti öz xarakterlərində 25-55 yaşlar arasında müəyyən dəyişikliklər baş verdiyini qeyd edirlər.
Xarakter əlamətlini tipik və fərdi əlamətlər olmaqla üzrə iki yerə bölə bilərik. İnsanın psixi həyatının bütün cəhətləri kimi xarakteri də onun ictimai varlığı ilə şərtlənir. Eyni cəmiyyədə yaşayan insanların həyat şəraitində ümumilik xüsusiyyətləri ifadə etmək üçün makro və mikro mühit terminlərindən istifadə edə bilərik. Bizim hamımızın makromühitimiz eynidir. Yəni birimiz şəhərdə, birimiz kənddə, aranda, dağlıq yerdə yaşasaq da bir ölkədə böyüyür, təhsil alır və fəaliyyət göstəririk.
Makromühit kimi mikromühit də geniş anlayışdır. Bir misalla fikrimizi izah edək: Leyla və Rəfiqə eyni sinifdə oxuyurlar. Leylanın qardaşı yoxdur, iki bacıdırlar. Rəfiqənin isə bacısı yoxdur, iki qardaşı var.Bu o deməkdir ki, onlar bir-birindən fərqli mikrimühitdə böyüyürlər.
Xarakterin tipik və fərdi əlamətləri vəhdətdədir. Onlar həmişə qarşılıqlı əlaqədədir. Xarakter əlamətləri müxtəlif və çoxcəhətli olsa da, əksər hallarda onların biri və ya bir neçəsi insanın davranış və rəftarında daha qabarıq şəkildə özünü göstərir. İnsanlar bir-birlərini xarakterizə edərkən bu cəhəti, adətən, nəzərə alırlar: biz hər hansı bir şəxsi “mehriban” və ya “kobud adam” kimi qiymətləndirdikdə onun müəyyən bir xarakter əlamətini nəzərə çapdırırıq.
Ədəbiyyat
  • Bayramov Ə.S., Əlizadə Ə.Ə. Psixologiya. Ali məktəblər üçün dərslik. Bakı, “Çinar -çap”, 2002.
  • Prof.S. Seyidov və M. Həmzəyevin  elmi red. ilə.n Psixologiya Bakı “Nurlan”, 2007.
  •  Ümumi psixologiya. Prof. A.V. Petrovskinin red. ilə. Bakı., 1982.
  •  Bayramov Ə.S., Əlizadə Ə.Ə. Psixologiya Psixologiya 
  •   Bakı.,  1989.
  •  Əliyev R.İ. Psixologiya Bakı., 2008.
  •  Məhərrəmov M.C. Məktəblilərin xarakterini tərbiyə etmək haqqında. Bakı, 1967
  • Левитов Н.Д. Психология характера.
  •  Рубинштейн С.Л. Основы обшей психологии. В 2- х т. Т. II. M., 1989
  •  

 
  • Mövzu 8:  Xarakter haqqında təlimlər  tarixindən                                                                                              .                         (Müəllim Əliyev Nazim)
  • P L A N
  • Xarakterin tiplogiyası
  • XIX əsrin I yarısında Qall tərəfindən xarakterin xüsusiyyətlərinin açıqlanması.
  • XX əsrin əvvəllərində A.F. Lazurski tərəfindən xarakterin psixososial təsnifatı və onun tipləri.
  • K.Yunq tərəfindən ekstrovert və introvert tipli xarakterin təsnifi.
  • K. Leonqardın xarakter aksentuasiyasının tiplərinin təsnifatı
Hələ qədim zamanlardan xarakteri araşdırmaq cəhdləri olmuşdur. Xarakterin qruplaşdırılması üzrə ilk cəhd Platona məxsusdur. O, etnik prinsiplər əsasında xarakterin tiplogiyasını yaratmışdır.
Qədim yunan ədəbiyyatında Afina cəmiyyətində yayılmış xarakter tiplogiyasını Teofrast təsvir etmişdir. XIX əsrin birinci yarısında xarakter haqqında elm yaranmağa başladı. Freonologioyanın yaradıcısı Qall insan xarakterinin formalaşdığı 27 elementar psixi xüsusiyyətləri sadalamışdır.
XIX əsrin sonlarında xarakter problemi üzrə ilk maraqlı əsərlər kimi F.Cordonun “İnsanın geneologiya və bədəni nöqteyi nəzərdən xarakter” və F.Polanın “Xarakterin psixologiyası” kitabı meydana gəlmişdir.
XX əsrin əvvəllərində A.F. Lazurski ilk dəfə olaraq təkcə insanın subyektiv xüsusiyyətlərini deyil həm də onun dünyagörüşünü, ictimai baxışlarını nəzərə alan xaratkterin psixososial təsnifatını yaratmağı təklif etdi. Lazurski insanın ətraf mühitə uyğunlaşma dərəcəsindən və ətraf mühitin insana hansı dərəcədə təziq göstərməsindən asılı olaraq 3 psixoloji səviyyəni açıqladı: aşağı səviyyə- kifayət qədər uyğunlaşma qabiliyyəti olmayan insanlar; orta səviyyə- ətraf mühitdə öz yerini tapa bilən, ondan öz məqsədləri üçün istifadə edə bilən insanlar; ali səviyyə- yaradıcı səviyyə olub ətraf mühiti dəyişdirməyə çalışan insanlar.
Hələ XIX əsrin sonlarından etibarən psixiatorların diqqətini belə bir cəhət cəlb etmişdir ki, ayrı-ayrı adamların xarakterində özlərinin zahiri əlamətlərinə görə hətta bəzən psixopatiyanın xatırladan, əslində isə ondan fərqlənən ifrat cəhətlər özünü göstərir. XX əsrin 60-cı illərinin sonunda alman alimi K.Leonqardın təklif etdiyi şəxsiyyətin aksentuasiyası termini müasir psixiatriyada və psixologiyada geniş yayılmışdır.
Aksentuasiya-latınca vurğu deməkdir. Biz adətən danışanda hər hansı fikri nəzərə çatdırmaq üçün müəyyən bir sözü vurğu ilə deyirik. Xarakterin aksentuasiyası dedikdə də onun ayrı-ayrı əlamətlərinin həddindən artıq güclənməsi nəticəsində daha kəskin surətdə nəzərə çarpması başa düşülür.
Xarakterin aksenyuasiyası tipləri psixipatiyanın (psixo+yunanca pathos-dərd, xəstlik) tiplərində daha çox oxşayır. və hətta bəzən qismən onlara uyğun gəlir. Lakin onları eyniləşdimək ciddi səhv olardı.
Xarakterin aksentuasiyası problemi ilk dəfə psixiatriyada və psixo nevralogiyada öyrənilməyə başlanılsa da, o, müasir dövrdə psixoloqların diqqətini daha çox cəlb edir. Burada müəyyən terminoloji çətinliklər özünü göstərir: həmin məsələni ilk dəfə psixiatrlar öyrəndikləri üçün xarakterin aksentuasiyası hallarını təsvir etmək üçün psixiatriya terminlərindən “(şizoid əlamətləri; epileptoid əlamətləri və s.)” istifadə etmişlər. Bu isə onları psixoloji baxımdan təhlil etmək üçün müəyyən çətinliklər yaradır.
Xarakterin aksentuasiyası tiplərin alman psixiatrı K.Leonqard və rus psixiatrı A.E..Liçko təsnif etmişlər. A.Liçkonun təsnifatına əSasən müvafiq tiplər üçün səciyyəvi olan əlamətləri göstərək:
A.E.Liçkoun
(1977) təsnifatı
Tiplərin əsas əlamətləri
Gipertim tipƏhvalı həmişə yaxşı, çox vaxt isə yüksək olur, tək olanda darıxır, bu və ya digər isə həvəslə girişir. Lakin onu axıra qədər çatdırmır, olduqca söhbətcildir.
Tsikolid tipXarici şəaritdən asılı olaraq əhvalı həmişə kəskin surətdə dəyişir: əhvalı pisləşdikcə tənbəlləşir, ətrafdakı adamlarla ünsiyyətdən bezir, usanır, yoldaşlarından və dostləarından qaçır; əhvalı yaxşılaşdıqca isə zarafatcıl olur, rastlaşdığı adamlara sataşmağa başlayır.
Labil tipƏhvalı həddindən artıq dəyişir: onun iştahası da, iş qabiliyyəti iş qabiliyyəti dı ünsiyyətliliyi bundan asılı olaraq dəyişilir. Bəzən adi bir xoş söz ona böyük sevinc bəxş edir, bəzən isə hətta təsadüfən rastlaşdığı hər nansı bir adamın sərt baxışı onu asanlıqla sarsıdır.
Astenonevrotik tipBir şey olmamış həyəcanlanır, lazım gəldikdə qətiyyətlə hərəkət etmir, tez yorulur, ruh düşgünlüyünə meyl edir.
Senzitiv tipQorxaq, cəsarətsiz və utancaqdır. Çox həssasdır: tükü tükdən seçir, özündə müxtəlif nöqsan və çatışmazlıqlar görür, dostları ilə mehribandır.
Psixiastenik tipHəmişə nədənsə ehtiyat edir, qorxur, hər şeydən şübhələnir və həyacanlanır, qətiyyətsizdir, tanış adamların içində özünü daha yaxşı hiss edir.
Şizoid tipAdamlara yovuşmur, onlarla soyuq rəftar edir, çətinliklə ülfət bağlayır, qaradinməzdir, bir iş olanda özünü kənara çəkir.
Epileptoid tipÖzünü kifayət qədər idarə edə bilmir, davranışıimplusiv xarakter daşıyır, hövsləsizdir. Heç nədən dava-dalaş salır, uzun müddət sakitləşmir.
İsteroid tipŞöhrətpərəsdir, yerli-yersiz lovğalanır, hamının diqqətini özünə cəlb etməyə çalışır, yalan danışır, heç nədən cürbəcür əhvalatlar uydurur, bu yolla məqsədinə nail olmadıqda özünü xəstəliyə vurur.
Səbatsız tipAsanlıqla təsir altına düşür, adamlarla tez dil tapır, günülü saatlarla boş-boşuna keçirir, bu günlə yaşayır, sabahkı gün və öz gələcəyi haqqında fikirləşmir.
Konform tipHəyat qaydası belədir : “Hamı kimi” fikirləşmək, hərəkət etmək, “Hamı necə, mən də elə”; ətrafdakı adamlardan geri qalmağı, eyni zamanda onlardan fərqlənməyə çalışır, başqa adamların tələblərinə asanlıqla uyğunlaşır.
Konform tipin konform giperim variantıBaşqa adamların istədiyi kimi hərəkət edir, eyni zamanda özünün gələcəyinə optimistcəsinə yanaşır. sağlam və qüvvətli olduğunu nəzərə çarpdırır, lakin təşəbbüs göstərmir, passivdir, qaydalara can-başla əməl edir.
Qarışıq tipDavranışda müxtəlif tiplərin (labil tiplə asteno-nevrotik sezitiv tipin, astenevrotiv tiplə sensiztiv tipin , şizoid tiplə senzitiv, psixiastenik epilertoid, isteroid tipin və s.) əlamətləri özünü göstərir.
Xarakterin aksentuasiyasının mahiyyəti (təbiəti hələ kifayət qədər öyrənilməmişdir. Psixiatrik müşahidələr göstərir ki, onun əsas tipləri yeniyetmə yaşında formalaşsa da, ayrı-ayrı əlamətləri hələ kiçik yaşlarında həyat şəraitinin, tərbiyənin nəticəsi kimi özünü göstərir. Uşağın yaşı artdıqca. xarakterin aksentuasiyası sahəsində də müəyyən dəyişikliklər baş verir. Lakin bu dəyişikliklərin yalnız bəziləri yaş xüsusiyyəti kimi meydana çıxır, onların əksəriyyəti isə keçici xarakter daşıyan ümumi dinamik dəyişiklikləridir. Bəzi hallarda isə xarakterin aksentuasiyası fonunda müxtəlif psixi pozğunluqlar-nevroz, reaktiv depressiya və s. inkşaf edir.
Yaş artdıqca, həyat təcrübəsi zənginləşdikcə, bir çox hallarda xarakterin aksentuasiyası aşıq formada özünü göstərmir: onun ayrı-atrı əlamətləri pərdələnir, yəni gizli forma qazanır.
                     Ə D Ə B İ Y Y A T
  • 1.  Bayramov Ə.S., Əlizadə Ə.Ə. Psixologiya. Ali məktəblər üçün dərslik. Bakı, “Çinar -çap”, 2002.
  •  Prof.S. Seyidov və M. Həmzəyevin  elmi red. ilə.n Psixologiya Bakı “Nurlan”, 2007.
  •  Ümumi psixologiya. Prof. A.V. Petrovskinin red. ilə. Bakı., 1982.
  •  Bayramov Ə.S., Əlizadə Ə.Ə. Psixologiya Psixologiya 
  •   Bakı.,  1989.
  •  Əliyev R.İ. Psixologiya Bakı., 2008.
  •  Məhərrəmov M.C. Psixologiya. Bakı., 1968.
  •  Heмoв P.C. Псиxoлогия. В трёх Книга 1.M., Влaдoс., 2001.
  •  Maклоkoв A.Г. Oбщая психология  Питер. 2001.
  •  Лeoнтeв A.H. Дeятельность. Сознание. Coзнaниe. Личнoсть. M., 1975.
               

 
Mövzu 9: Xarakter və şəxsiyyət                                                                                                                                                                .(Müəllim Əliyev Nazim) 
                                               Plan
  • Şəxsiyyətlərarası münasibətlərin insanlarda xarakter əlamətlərinin təşəkkülünə təsiri.
  • Şəxsiyyətin münasibətinin hansı xüsusi fərdi hərəkətlərdə ifadə olunmasının sinir sisteminin irsi xarakteri və psixikanın qazanılmış fərdi xüsusiyyətlərindən asılılığı.
  • İnsanın həyat fəaliyyəti şəxsiyyətin formalaşmasına vəə xarakterinə təsiri.
  • Xarakterində asılı olaraq insan davranışının qruplaşdırılması.
    Xarakter -şəxsiyyətə xas olan fərdi keyfiyyətləərin toplusu olub insanın ətraf aləmə münasibətini göstərərək, onun davranış və hərəkətlərində özünü biruzə verir. Xarakter- adəti, davranış formalarında möhkəmlənmiş münasibətlərdir.
   Psixoloqların qeyd etdiyi kimi xarakter  konkret şəxsiyyət üçün tipik olan fəaliyyət tərzində təzahür edən, tipik şəraitdə üzə çıxan və şəxsiyyətin bu şəraitə olan münasibəti ilə müəyyən edilən özünəməxsus fərdi psixoloji xüsusiyyətlərinin məcmusudur.
  İnsan gündəlik həyatında adətən müxtəlif cür xeyirxah ya qəddar, qətiyyətli ya qətiyyətsiz, inadlı ya zəif xarakterli, cəsur ya qorxaq, eqoist ya kollektivçi, xəsis ya əliaçıq və s. olur. Beləliklə xarakterin əsasını şəxsiyyətin mənəvi –iradi xüsusiyyətləri təşkil edir.
    Xarakterin bütövlüyü və gücü, təəssüratlar fəaliyyəti dairəsi və rəngarəngliyindən asılıdır. İnsan həəyatı ictimai hərəkatda təcrid olan yerdə əlbəttə məhdud, əyintili xarakter formalaşır.Əksinə, insanlar ictimai vəzifələri fəal həll etdikləri yerdə, zəngin təəssürat olan yerdə, təfəkkürü universal xarakter daşıyır, həyat müvafiq zəruri axınla gedir. Hər iki təqdirdə xarakterin inkişafının əsası ailədə qoyulur. Ailə xarakterin formalaşmasında böyük təsir göstərir.
  Xarakter anadangəlmə hadisə deyil, o həyatda qazanılan davranış formasıdır.
   Xarakter şəxsiyyətlə mühitin qarşılıqlı həyat münasibətlərinin mürəkkəb sistemində özünü əks etdirməsidir. Odur ki, xarakterin əvvəlcədən fatal formada müəyyənləşdirilməsi barədə xəbər danışmaq səhv olardı. İnsan həyat şəraitini dəyişdirməyə, öz davranışını başqalaşdırmaqla, mühitdə olan bəzi mənfi xoşagəlməzlikləri dəf etməyə və bununla da ideal olamağa can atmağa qabildir.
  Xarakter vəziyyətdən asılı olaraq dəyişə bilər. Onun başlıca cəhətləri tədricən toplanır, lakin konkret xüsusiyyətləri şəxsiyyətin hansı insanlarla ünsiyyətdə olmasının təsiri altında baş verir. Buradan belə başa düşülür ki, insanın müəyyən xarakteri onu əhatə edənlərin təsiri altında özünü çox  və ya az biruzə verər, insanda qapalılıq ya açıqlıq, qətiyyətlilik ya qətiyyətsizlik, sərtlik ya yumşaqlıq özünü göstərə bilər.  Həmişə şən gördüyümüz adam birdən tutqun və dəyişkən, sakit və effektli ola bilər. Xarakterdə dəyişiklik orqanizmin qocalması ilə gedə bilər. Bu nöqteyi-nəzərdən xarakter anlayışını şəxsiyyətin və sinir sistemi tipinin, onun həyat təəssüratları ilə beyin nahiyyəsindəki zaman -əsəb əlaqələrinin birləşməsi ilə bağlamaq olar.
    Məlumdur ki, insanın həyat fəaliyyəti  şəxsiyyətin formalaşmasına, xüsusən, onun xarakterinə təsir edir. Xarakter insan davranışlarında , hərəkətlərində və mimikasında özünü göstərir. Sifətdəki qırışlar nəinki yaşı, ondakı əzələlərin hərəkətinin nəticəsini göstərir.
  Bəzi insanlar həmişə gülərüz, digərləri isə qaşqabaqlıdır. Bəzilərinin sifətində biz daha çox təəccüb , digərlərində isə şübhə görürük.Gülüşün özüdə müxtəlif cür ola bilər. Bəziləri gözləri ilə, digərləri isə bütün çöhrəsi ilə gülür.
   Böyük yazıçı, insan qəlblərinin L.N.Tolstoy yazırdı: “ Elə insanlar var ki, onların yalnız gözləri gülür,bunlar çox bic və eqoist adamlardır. Elə insanlar var ki, onların ağzı gözsüz gülür. Bu zəif və qətiyyətsiz adamlardır və belə gülüşün hər ikisi pisdir”
   Deyirlər ki, insanın gözləri onun qəlbinin güzgüsüdür. Bu müəyyən dərəcədə belədir, çünki gözlər həqiqətən də insanın xarakterik xüsusiyyətlərinin və temperamentinin ifadəçisidir. L.N. Tolstoy insan xarakterinin sosial-psixoloji analizini göstərərkən aşağıdakı  bic gözlər, şüalı, işıqlı baxış, qəmli baxış, soyuq, həyatsız, didən baxış və s. göstərmişdir. O, öz qəhrəmanlarını beləcə hissi boyalarla xarakterizə etmişdir.
   Xarakter insanın duruşunda da göstərir. Məsələn,özünü dartan adamlar bədənlərini geri əyərək sinələrini irəli verib, başlarını geri dartırlar. Naturaca təvazökar insanlar özlərini göstərməyə çalışmırlar. Onlar başlarını aşağı salaraq, az yuxarı qaldırmış çiyinlərini dartırlar.
  Yaltaq bədənini irəli verir, bu anda onun baxışı həmsöhbətinə dikilmiş, çöhrəsində geniş təbəssüm olur, lakin gözlərinin küncündə bic gülüş hiss olunur. Yeriş və əllərin duruşu , insanı və hətta onun peşəsini xarakterizə edir.
   Zahiri görünüşünə görə insanın xarakterini təyin etmək mürəkkəb məsələdir. Burada daxili məzmunu xarici oyunla gizləməyə çalışma məsələsini nəzərə almaq lazımdır. Lakin insan hansı rolu nə dərəcədə gözəl oynamaqdan asılı olmayaraq zaman getdikcə, və tipik şərait yarandıqda, o, öz maskasını çıxarıb əsl simasını göstərir. BU xüsusən ziddiyyətli vəziyyətlərdə və şəxsiyyət üçün qeyri –adi şəraitdə olub insanın xarakteri haqqında mühakimə yürütmək üçün onu müxtəlif həyat şəraitlərində və situasiyalarda  uzun –uzadı müşahidə, sözü ilə işini müqayisə etmək lazımdır.
   Xarakterindən asılı olaraq, insan davranışının bu və ya digər cəhətlərini göstərirlər. İnsanda bu xüsusiyyətlərin sayı çoxdur. Lakin onların əsas qruplarını aşağıdakı kimi müəyyənləşdirmək olar: a) əxlaqi(həssaslıq, diqqətlilik, nəzakətlilik);
 b) iradi(qətiyyətlilik, inadkarlıq, möhkəmlik) c) emosional( hirslilik, zəriflik, ehtiraslılıq);
   Bununla belə, xarakterdə müvazinətlilik və müvazinətsizlik, hərəkətlilik və inersiyalılıq kimi xüsusiyyətlərdə özünü biruzə verir. Əlbəttə bu xüsusiyyətlər bilavasitə insan temperamentinin təsiri altında formalaşır.Xarakterin mənfi xüsusiyyətləri- kobudluq, haqsızlıq, eqoislilikdir.
   Xarakterin müsbət xüsusiyyətləri- həssaslıq, diqqətlilik, vicdanlılıq ünsiyyətə girə bilmə, əməksevərlik, təşəbbüskarlıq, ehtiyatlılıq, təvazökarlıq, özünütənqid, özünə hörmət, şəxsi ləyaqət hissi, məqsədəçatma və s.Biz xarakterin bəzən qapalılıq xüsusiyyətləri ilə də üzləşə bilirik. Bu hər şeydən əvvəl melanxoliklər üçün xarakterikdir. Kimdənsə küsmə belə insanlar səhhətindki çatışmazlıqlarla bağlı özü-özlüyündə qapanıb qalır.
   Şən, bütöv xarakterli insanlar isə ailədə və cəmiyyətdə yaxşı əhval -ruhiyyə yarada bilirlər. Onlar istehsalatda əməkdaşlıq edərək, bir-birinə həssaslıq və xeyirxahlıqla yanaşır, digərlərinə məişətdə kömək edirlər. Elə bir xarakter yoxdur ki, onu düzəltmək mümkün olmasın. Buna görə də hər hansı bir ağılsız hərəkəti xarakter çatışmazlığı ilə bağlamağın özü heç cür düzgün olmazdı. Hər bir insan öz xarakterinə görə məsuliyyət daşıyır. Fərdi və tipik insan xarakteri barədə düzgün qərarvermə pedaqoq, tərbiyəçi, əmək qrupu, psixoloq, ümumiyyətlə, fəaliyyət prosesində bilavasitə insanlarla əlaqədə olanlar üçün çox vacibdir. Ən mühüm isə budur ki, insanlar özünü ünsiyyətli etməli, bir-birinə kömək etməyi bacarmalı, güzəştə getməli, xeyirxah, həssas və nəvazişli olmağı bacarmalıdırlar.
                       Ədəbiyyat:
  • Məhərrəmov.M.S. Məktəblinin xarakterini tərbiyə etmək haqqında. Bakı.1967.
  • Əliyev.R.İ. Psixologiya.Bakı. “Nurlan” 2008
  • Psixologiya Prof. S.İ. Seyidov və prof. M.Ə.Həmzəyevin redaktorluğu ilə. Bakı “ Nurlan” 2007
  • Немов В.С. Психология в 3-х книгах. Кн.1-я М.2001
  • Лебитов Н.Д. Психология характера.Москва 1969.
               Mövzu: 10 Xarakterin formalaşması                                                                                                                                                                                               .                    (Müəllim Əliyev Nazim)
                                                         Plan: 
1)Psixoloji ədəbiyyatda şəxsiyyətin xarakterinin formalaşması haqqında.
2) Məktəblilərin xarakterinin formalaşmasında təlim-tərbiyənin rolu.
3) Xarakterin formalaşmasının əsas qanunauyğunluqları.
4) Xarakterin formalaşmasında təqlidin rolu.
5) Xarakter və möhkəmlənmiş ustanovka
6) Xarakterin aksentuasiyasının tipləri.
  İnsanın xarakteri sosial amillərin təsiri altında formalaşır. İnsanın xarakterinin formalaşmasına sosial mühitin təsiri hər şeydən öncə müxtəlif ictimai formasiyalarda tipik xarakterin müqayisəsi  ilə sübut edilir. Kiçik qrupların psixologiyası onun üzvlərinin xarakterinin formalaşmasında böyük rol oynayır. Xarakterin formalaşmasına eyni zamanda bioloji şərtlər də təsir edir. Ancaq xarakterin formalaşmasına irsi təsirin önəmli roluna istinad edəərkən çox ehtiyatlı olmaq gərəklidir.
   Xarakterin əlamətlərində cinsi və psixi fərqlərin probleminin həlli üçün bir çox tədqiqatlar aparılmış hətta kişilik-qadınlığın müəyyəənləşməsi üçün xüsusi testlər də işlənib hazırlanmışdır. İnsanın xarakter xüsusiyyətlərində cinsi fərqlər meydana çıxmışdır. Məsələn:kişilər daha çox özünə güvənən, aqressiv, inadkar və cəsarətlidirlər, davranış və hisslərində daha çox kobuddurlar. Qadınlar isə daha çox həssas, utancaq, xeyirxah və emosionaldırlar.
   Xarakterin formalaşmasının bioloji şərtlərindən danışarkən fiziki tərbiyənin böyük önəmini qeyd etmək gərəklidir. Təsadüfi deyildir ki, idmançının xarakterində iradəlilik xüsusiyyətləri əsas xüsusiyyətlərindən biridir.
    Həyat öz müxtəlifliyi ilə tərbiyə edir. Ancaq xarakterin formalaşmasının əsas amili ailə və məktəbdir. Uşaqların xarakterinin bir çox qüsurları ailədə düzgün olmayan tərbiyənin nəticəsidir. Məsələn Ərköyünlük, inadkarlıq, şıltaqlıq və eqoizm yaradır. Fiziki cəza isə uşaqları kobud, sərt bəzən isə qorxaq, yalançı , aciz edir. Ancaq heç də həmişə uşaqların xarakterinin qüsurlarını ailə tərbiyəsinin səhv olması ilə izah etmək düzgün olmaz. Bəzən xarakterin yaranmış xüsusiyyətlərini uşaqlar məhəllə və məktəb yoldaşlarının və s. təsiri altında qazanırlar.
   Məktəblilərin xarakterinin formalaşması məktəbdə təlim və tərbiyənin əsas vəzifələrindən biridir.
   Xarakterin formalaşmasında konpensasiya hadisəsi də böyük rol oynayır. Xarkterin bir əlaməti zəiflədikdə bu çatışmazlığın əvəzinə başqa əlamət daha yaxşı inkişaf edir.
   Xarkterin formalaşması insanın daxili vəziyyətindən də asılıdır. Məsələn inadkar insanın yenidən tərbiyə edilməsinin çətinliyi onun daha çox bu xüsusiyyətlə mübarizə aparmağa ehtiyac hiss etməməsindən ibarətdir. Şəxsi nümənədə tərbiyənin və özünütərbiyənin ən güclü vasitəsidir. Fərdi psixoloji şərtlərlə yanaşı təsəvvürün maraqların canlılığı öz üzərində işləmək arzusu kimi ümumi psixoloji şərtlər də mövcuddur. İnadkarlıq özündən razılıq, lovğalıq kimi xüsusiyyətlər nümunənin təsirinə mane olur.
    Xarakterin tiplərinin mövcud olan konsepsiyalarının çox ciddi bir çatışmazlığı var. Məsələ ondadır ki, hər bir insan fərddir və heç də həmişə müəyyən bir tipə aid edilməyə bilər. Çox vaxt eyni insanda xrakterin ən müxtəlif əlamətləri kifayət qədər inkişaf etmiş olur. Praktik olaraq, xarakterin tiplərinin bütün təsvirlərində ən müxtəlif cinsli və daha düzgün desək ən müxtəlif qəbildən olan xüsusiyyətlərinin birləşməsini tapmaq olar.
    Başqa cür desək onlarda bütöv şəkildə həm xarakterin, həm də şəxsiyyətin xüsusiyyətləri mövcuddur. Məsələn şizoidlərin xarakteristikasını verərkən E.Kreçmer formal, yəni davranışın yönümündən asılı olmayan (xarakterin xüsusiyyətləri) : ünsiyyətsizlik, təmkinlilik, ciddilik, qorxaqlıq, sentimentallıq kimi xüsusiyyətləri, o biri tərəfdən isə daha məzmunlu, şəxs əsaslı “insanları xoşbəxt etməyə çalışmaq”, “nəzəriyyəbaz prinsiplərə meyl”, “ sarsılmayan əqidə möhkəmliyi”, “baxışlarının təmizliyi” öz ideyaları uğrunda mübarizəyə mətin olaraq çalışmaq və s. kimi xüsusiyyətləri sadalayır.
   P. B. Qannuşkinin paranoyyalı tiplərə verdiyi təsvirdə həmçinin psixoloji xarakteristikaları- dinamikliyindən tutmuş dünyabaxışına qədər bütün xüsusiyyətlərini tapmaq olar.
    Bu cür misalları çoxaltmaq da olar. Xarakterin tiplərinin təsvirinə dxil olan “ müxtəlif tipli” əlamətlər tamamilə təbiidir. Amma Gippinreyterin fikrincə xarakterin tam, təsvirlərinin geniş təhlilə ehtiyacı var, lakin xarakterin təsvirinin müəllifləri bunu etmirlər.
    Psixoloji ədəbiyyatda şəxsiyyətin xarakterlərinin formalaşması haqqınd çox maraqlı və dəyərli təcrübələr var. Buna biz təxminən yüz il bundn əvvəl yazılmış A.F.Lazurskinin əsərlərində rast gəlirik. A.F.Lazurski “ endopsixika və ekzopsixika” anlayışlarının təsdiq etmişdir. “Endopsixika” anlayışı dedikdə o xarakter, temperament və əqli qabiliyyətlərin də aid edildiyi daxili psixi ( psixofizioloji) funksiyaları məcmusunu nəzərdə tutur. Şəxsiyyətin münasibətini- təbiətə, cəmiyyətə, mənəvi dəyərlərə münasibətlərinin cəmini isə o “ ekzopsixika”ya aid etməyi təklif edir. Şəxsiyyətin yetkinliyinin müxtəlif dərəcələrini nəzərdən keçirərək Lazurski onları üç: aşağı, orta, yüksək(ali) səviyyələrə ayırır. Səviyyələr arasında fərqin əsasını o endopsixikadan ekzopsixikaya keçiddə görür.
   Aşağı səviyyənin nümayəndələrini Lazurski aşağıdakı tiplərə bölür: “ dərrakəli”, “tez qızışan”, “fəal”. Ehtimal ki, burada təsnifat müəyyən şəxslərin necə hərəkət etdikləri və necə yaşadıqlarını əlamətlərinə görə aparılır. Müəllif ali səviyyəyə insanları aparıcı fəaliyyət növlərində iştirakına görə müəyyən edir. Ali səviyyəyə  aid olan şəxsiyyətlər nəyə əsl meylləri olduqlarını ( məsələn, “biliyə”, “gözəlliyə”, “alturizmə”) tez müəyyən edirlər.
  Beləliklə, demək olar ki, aşağı səviyyədən ali səviyyəyə keçərkən  A.F.Lazurski insan şəxsiyyətinin xarakter əlamətlərini şəxsiyyətin xüsusiyyətləri ilə əvəz edir.
  Xarakter praktiki olaraq şəxsiyyətin bütün keyfiyyətlərinə, xassələrinə: idraki, iradi, emosional proseslərə və halətinə təsir göstərir. Şəxsiyyətinin xarakterinin daha erkən və davamlı şəkildə formalaşan əlamətləri digər əlamətlərdən keyfiyyət baxımından   fərqlənir.
  •                              
  •                       Ədəbiyyat:
  • Bayramov Ə.S, Əlizadə Ə.Ə Psixologiya.2 ci nəşr. Bakı 2002
  • Əlizadə Ə.Ə.”İdrak prosesləri və hisslər” Bakı 2006
  • Əliyev R.İ. “Psixologiya” Bakı 2008
  • Psixologiya.Dərslik.S.İ.Seyidov vəM.Ə.Həmzəyevin redaktorluğu ilə.Bakı 2007
5)Bayramov Ə.S. Şəxsiyyətin təşəkkülünün aktual psixoloji problemləri. Bakı 1989
6)Ümumi psixologiya.A.V.Petrovskinin redaktorluğu ilə.2-ci nəşr.      Bakı 1982  
         7) Solmaz Həsənli. Psixologiya dərs vəsaiti.Bakı “Elm və təhsil” 2013.
  •  

 
  • Mövzu 11: Qabiliyyət haqqında anlayış.                                                                   .(Müəllim Əliyev Nazim)
P L A N
  • Qabiliyyətlər şəxsiyyətin fərdi psixi hassələrindən biri kimi.
  • Qabiliyyətlər və onların insan həyatında rolu.
  • Qabiliyyətlərin müktəlif klasifikasiyası. Təbii qabiliyyətlər, spesifik qabiliyyətlər, ümumi qabiliyyətlər, xüsusi qabiliyyətlər, nəzəri qabiliyyətlər, təlim qabiliyyətləri.
  • Elmi-texniki tərəqqiu dövründə qabiliyyətlərin xüsusiyyətləri.
  •  
Qabiliyyətlər.Qabiliyyətlərin ölçülməsi və əqli inkişaf əmsalı
Qabiliyyət nədir?O,nece əmələ gəlir və necə formalaşıb inkişaf edir?
Qabiliyyət psixoloji baxımdan xarakterizə etmək üçün üç cəhəti nəzərə almaq lazımdır.Bunlar aşağıdakılardır:
1.Qabiliyyətlər şəxsiyyətin fərdi-psixoloji xüsusiyyətidir.Yəni insanlar öz qabiliyyətlərinə görə bir-birindən fərqlnirlər.Lakin şəxsiyyətin fərdi-psixoloji xüsusiyyətləri çoxdur.Temperament də,xarakter də,şəxsiyyətin fərdi-psixoloji xüsusiyyətidir. Bəs, onda qabilyyətlər şəxsiyyəyin digər fərdi-psixoloji xüsusiyyətlərindən nə ilə fərqlənir?
2. Şəxsiyyətin fərdi - psixoloji xüsusiyyətlərindən hər birinin fəaliyyət prosesində öz yeri,öz vəzifəsi vardır.Deməli, fəaliyyətin  müvəffəqiyyətli icrası ancaq qabiliyyətlərlə şərtlənir.
3. Psixologiyada qabiliyyəti xarakterizə ederkən , fəaliyyətin sadəcə olaraq icrasından yox, müvəffəqiyyətli icrasından danışmaq lazımdır.
      Qabiliyyətlər bilik,bacarıq və vərdişlərlə qarşılıqlı əlaqədardır, lakin onları eyniləşdirmək olmaz. Əgər müəllim hərtərəfli yoxlama aparmadan uşağın ancaq bilik, bacarıq və vərdişlər sisteminə malik olub – olmamasına gorə onun qabiliyyətli və ya qabiliyyətsiz olması haqqında nəticə çıxarırsa, elmi cəhətdən kobud, praktik cəhətdən isə zəruri addım atır.
         Beləliklə, nəzərdən keçirdiyimiz xüsusiyyətlərə əsasən qabiliyyətlərə aşağıdakı kəmi tərif verə bilərik: qabiliyyətlər şəxsiyyətin fərdi – psixoloji xüsusiyyətləri olub müəyyən fəaliyyətin müvəffəqiyyətli icrasının şərtini təşkil edir və onun uçun zəruri olan bilik bacarıq və vərdişlərə yiyələnmə dinamikasındakı fərqlərdə ifadə olunur.
         Psixologiyada qabiliyyətlərin vahid hamı tərəfindən qəbul edilən tipologiya hələ işlənməmişdir. Bu məqsədlə ayrı – ayrı müəlliflər müxtəlif prinsiplərdən istifadə edirlər.
         Hər bir fəaliyyət adətən bir neçə qabiliyyətin qarşılıqlı əlaqəsi sayəsində mümkün olur. Aşağıdakı cədvəldə bunu aydın görmək olar.
Ayrı – ayrı fəaliyyət sahələri üçün zəruri olan qabiliyyətlər
ƏbədiTəsviriTexniki konstruktivPedaqoji
MüşahidəçilikTam görmə (qavrayış)Evristik tipli texniki müşahidəçilikDidaktik
Poetik görməNisbəti, işıqlılığı (işıq – kölgə arasındakı nisbəti) qiymətləndirməMəkan qavrayışıKonstruktiv (pedaqoji təxəyyül)
Surət, hiss və hərəkət hafizəsiPerspektiv ixtisarlarını qiymətləndirməMəkan təsəvvürləriPerseptiv
Yaradıcı təxəyyülRəng fərqləndirmə həssaslığıTexniki təfəkkürEkspressiv
Lüğət ehtiyatının zənginliyi və ifadəli nitqYaradıcı təxəyyül
Təşkilatçılıq qabiliyyətləri
Söz assosiasiyalarının zənginliyiObrazlı təfəkkür

Əgər ayrı – ayrı fəaliyyət sahələri üçün zəruri olan qabiliyyətləri müqayisə etsək, aydın olar ki, hər bir fəaliyyət daxilində mahiyyət etibarı ilə iki növ qabiliyyət təşəkkül tapır. Bunlardan birincilər psixologiyada ümumi qabiliyyətlər, ikincilər isə xüsusi qabiliyyətlər adlanır.
Ümumi qabiliyyətlər dedikdə bir sıra fəaliyyət sahələrində iştirak edən onların bu və ya digər dərəcədə müvəffəqiyyətli icrası üçün şərt olan qabiliyyətlər nəzərdə tutulur.
Ümumi qabiliyyətlər psixi proseslər əsasında formalaşır. Qavrayış, hafizə təfəkkür və təxəyyül və s. fəaliyyət prfosesində funksiponal cəhətdən inkişaf edərək müvafiq qabiliyyətlərə çevrilir.
Xüsusi qabiliyyətlər isə yalnız müəyyən fəaliyyət növünün müvəffəqiyyətli icrası üçün şərt olan qabiliyyətlərə deyilir.
Hər hansı bir fəaliyyəti müvəffəqiyyətlə icra etmək üçün həm ümumi, həm də xüsusi qabiliyyətlərin olması zəruridir. Fəaliyyət prosesində onların hər birinin öz funksiyası vardır.
Müasir psixologiyada qabiliyyətlərdən danışarkən istedad probleminə də xüsusi diqqət yetirmək lazımdır.
İstedad dedikdə qabiliyyətlərin bir və ya bir neçə fəaliyyətin müvəffəqiyyətli icrası üçün şərt olan özünəməxsus birliyi nəzərdə tutulur. Əgər müşahidəçilik, poetik görmə, surət, hiss və hərəkət, hafizə, yaradıcı təxəyyül, obrazlı təfəkkür, lüğət ehtiyatının zənginliyi və ifadəli dil, söz assosiasiyalarının zənginliyi kimi müxtəlif qabiliyyətlər ədəbi fəaliyyət daxilində üzvi surətdə birləşib onu müvəffəqiyyətlə icra etməyə imkan verirsə, bu ədəbi istedaddır. Eyni sözlər istedadın başqa növlərinə də aiddir.
Qabiliyyət və istedad əmək fəaliyyətinin konkret, tarixən inkişaf etmiş formalarından təcrid olunmuş şəkildə edilə bilməz. Onlar konkter tarixi dövrdə fəaliyyətin ictimai cəhətdən əhəmiyyətli olan hansı növlərinin təşəkkül etməsindən və “fəaliyyətin müvəffəqiyyətli icrası” dedikdə hansı meyarın başa düşülməsindən asılıdır.
  •                       Ədəbiyyat:
  • Bayramov Ə.S, Əlizadə Ə.Ə Psixologiya.2 ci nəşr. Bakı 2002
  • Əlizadə Ə.Ə.”İdrak prosesləri və hisslər” Bakı 2006
  • Əliyev R.İ. “Psixologiya” Bakı 2008
  • Psixologiya.Dərslik.S.İ.Seyidov vəM.Ə.Həmzəyevin redaktorluğu ilə.Bakı 2007
5)Bayramov Ə.S. Şəxsiyyətin təşəkkülünün aktual psixoloji problemləri. Bakı 1989
6)Ümumi psixologiya.A.V.Petrovskinin redaktorluğu ilə.2-ci nəşr.      Bakı 1982  
         7) Solmaz Həsənli. Psixologiya dərs vəsaiti.Bakı “Elm və təhsil” 2013.

  • Mövzu:12 Qabiliyyətlərin keyfiyyət və kəmiyyət xarakteristikası                                                                                                                  .               (Müəllim Əliyev Nazim)
  • Plan:
  • Qabiliyyətlərin keyfiyyət xarakteristikası;
  • Qabiliyyətlərin konpensasiya imkanları;
  • İnsanın əmək fəaliyyəti sahəsində müvəffəqiyyət imkanları;
  • Qabiliyyətlərin kəmiyyət baxımından xarakteristikası;
  • Müasir psixologiyada intellekt anlayışı;
  • İntellekt səviyyənin müəyyən edilməsi( Bine-Simon testləri);
    İnsanın nəyə qabil olması, onun yerinə yetirdiyi fəaliyyət prosesində hansı fərdi-psixoloji xüsusiyyətlərin müvəffəqiyyət qazandırıcı imkanlar kimi iştirak etməsi onun qabiliyyətlərinin keyfiyyət xarakteristikası kimi özünü göstərir.
    Qabiliyyətlərin konpensasiya imkanları vardır. Məsələn, görmə və eşitmə qabiliyyətini itirmiş insanda xüsusi təlim nəticəsində həm elmi yaradıcılıq, həm də ədiblik qabiliyyətinin olduğu müəyyənləşdirilmiş və inkişaf etdirilmişdir. Düzgün təlim sistemi və böyük, təkidli zəhmət sayəsində həmin insan özündə iybilmə, lamisə duyğularının yüksək səviyyəsini təmin edən həssaslığı inkişaf etdirmiş və nəticədə özündə çatışmayan qabiliyyətləri əvəz etmək imkanı əldə etmişdir. O, iyindən insanları tanıya, əlini toxundurmaqla əşyaları fərqləndirə, otaqdakı əşyaların arasında sərbəst hərəkət edə bilmişdir. Bununla yanaşı olaraq ciddi elmi-tədqiqat işi ilə məşğul olmuş, yazdığı şeirləri ilə ətrafdakıları təəccübləndirmişdir. Burada qabiliyyətlərin konpensasiyası baş verir. Yəni mövcud olmayan qabiliyyət çox geniş səviyyədə həmin insanda mövcud olan yüksək inkişaf etmiş digər qabiliyyətlə əvəz oluna bilər.
      Psixologiya tarixində qabiliyyətlərin kəmiyyət baxımından ölçülməsi XIX əsrin sonları və XX əsrin əvvəllərinə təsadüf edir. Həmin dövrdə bir sıra psixoloqlar (Kettel, Termen, Spirmen və başqaları) kütləvi ixtisaslar üçün daha uyğun insanları seçmək işini sahmana salmaq məqsədilə onların qabiliyyət səviyyələrini aşkara çıxarmaq təklifini irəli sürmüşlər. Burada məqsəd qabiliyyətinə görə insanın yerini və onun hər hansı əmək fəaliyyətinə, məsələn, ali məktəblərdə təhsil almağa, istehsalatda, orduda və sosial həyatda yüksək vəzifələri tutmağa nə dərəcədə yararlı olduğunu müəyyən etmək olmuşdur.
      Adətən hər hansı bir fəaliyyətin icrası zamanı eyni və ya oxşar nailiyyətin əldə edilməsinin əsasında tamamilə müxtəlif qabiliyyətlərin kompleksi dayana bilər. Bu isə insan qabiliyyətlərinin belə bir mühüm cəhətini açmağa imkan verir ki, onun bir xassəsini digəri ilə əvəz etmək mümkündür. Bunun üçün insanın həmin keyfiyyəti ciddi və təkidlə özündə inkişaf etdirməsi zəruridir.
      Qabiliyyətlərin konpensasiya imkanları haqqında çoxlu həyati faktlar mövcuddur. Bunu O.İ.Skoroxodovanın həyat və fəaliyyəti bir daha təsdiq edir. O.İ.Skoroxodova xəstəlik nəticəsində erkən uşaqlıq yaşında görmə və eşitmə qabiliyyətini itirmişdir. Onunla pedaqoq və psixoloq İ.A.Sokolyanski xüsusi təlim keçmiş, nəticədə həm elmi yaradıcılıq, həm də ədiblik qabiliyyətinin olduğunu müəyyənləşdirmiş və inkişaf etdirmişdir.
      B.M.Teplovun qeyd etdiyi kimi, “mövcud olmayan qabiliyyət çox geniş səviyyədə həmin insanda mövcud olan yüksək inkişaf etmiş digər qabiliyyətlə əvəz oluna bilər.
      Təcrübə göstərir ki, bir qabiliyyətin inkişaf etdirilmiş başqa bir qabiliyyətlə əvəz edilməsi xassəsi hər bir adamın qarşısında peşə seçmək və təkmilləşmək sahəsində son dərəcə geniş imkanlar açır.
       Bütövlükdə qabiliyyətlərin keyfiyyət xarakteristikası insanın hansı əmək fəaliyyəti sahəsində daha tez öz yerini tapması, müvəffəqiyyət və nailiyyət əldə edə bilməsi sualına cavab verməyə imkan yaradır. Bununla da qabiliyyətlərin keyfiyyət xarakteristikası onların kəmiyyət xarakteristikası ilə sıx şəkildə bağlıdır. Fəaliyyətin tələblərinə cavab verən konkret psixoloji keyfiyyətləri müəyyən etdikdən sonra bu keyfiyyətin hər bir adamda öz iş və dərs yoldaşlarına nisbətən nə dərəcədə az və ya çox inkişaf etməsi sualına cavab vermək olar.
      Psixologiya tarixində qabiliyyətlərin kəmiyyət baxımından ölçülməsi XIX əsrin sonları və XX əsrin əvvəllərinə təsadüf edir. Həmin dövrdə bir sıra psixoloqlar (Kettel, Termen, Spirmen və başqaları) kütləvi ixtisaslar üçün daha uyğun insanları seçmək işini sahmana salmaq məqsədilə onların qabiliyyət səviyyələrini aşkara çıxarmaq təklifini irəli sürmüşlər. Burada məqsəd qabiliyyətinə görə insanın yerini və onun hər hansı əmək fəaliyyətinə, məsələn, ali məktəblərdə təhsil almağa, istehsalatda, orduda və sosial həyatda yüksək vəzifələri tutmağa nə dərəcədə yararlı olduğunu müəyyən etmək olmuşdur.
      Adətən hər hansı bir fəaliyyətin icrası zamanı eyni və ya oxşar nailiyyətin əldə edilməsinin əsasında tamamilə müxtəlif qabiliyyətlərin kompleksi dayana bilər. Bu isə insan qabiliyyətlərinin belə bir mühüm cəhətini açmağa imkan verir ki, onun bir xassəsini digəri ilə əvəz etmək mümkündür. Bunun üçün insanın həmin keyfiyyəti ciddi və təkidlə özündə inkişaf etdirməsi zəruridir.
       Qabiliyyətlərin ölçülməsi vasitəsi kimi zehni istedad testlərindən istifadə olunur. Bu testlərlə bir sıra ölkələrdə əhali arasında qabiliyyətlərin müəyyənləşdirilməsi və məktəblərdə şagirdlərin qruplaşdırılması, orduda zabit vəzifələrinin, sənayedə rəhbər vəzifələrinin tutulması və s. həyata keçirilirdi.
       Zehni istedad testləri bir sıra sual və məsələlərdən ibarətdir. Testlərin həllinin uğurluluq dərəcəsi (sərf olunan vaxtın miqdarı nəzərə alınmaq şərtilə) balların cəmi ilə hesablanır. Testlər getdikcə testlər batareyasında birləşdirilir. Testlər batareyası həll edilib qurtardıqdan sonra alınmış nəticələr standart yolla hesablanır, hər bir yoxlananın topladığı balın miqdarı yekunlaşdırılır. Bu zehni istedad əmsalı (İQ) adlanan ölçünün müəyyən edilməsinə imkan verir.
         Bəs intellektin səviyyəsini necə ölçmək olar? Bu sahədə ilk təşəbbüs və fəaliyyəti məşhur fransız psixoloqu Alfred Bine həyata keçirmişdir. Zehni cəhətdən geri qalan uşaqlar problemini öyrənən A.Bine bu problemi həll etmək üçün olduqca maraqlı yol işləyib hazırladı. Bunun üçün uşaqlar tərəfindən uğurla həll edilməsi mümkün olan xüsusi tapşırıqlar hazırlayıb onlardan istifadə etməyi təklif etdi. A.Bine digər fransız psixoloqu T.Simonla birlikdə müxtəlif yaşlı uşaqların diqqətini, hafizəsini, təfəkkürünü və s. öyrənməyə başladı. Nəticədə yeni Bine-Simon testləri yarandı. Bu testalogiyada yeni istiqamət oldu. Bu testlə yoxlanan uşaq öz həmyaşıdları tərəfindən yerinə yetirilən tapşırıqları həll edə bilirdisə, o, normal uşaq hesab edilirdi. Lakin bir sıra hallarda həmin tapşırıqlar uşaq üçün ya həddindən artıq asan, ya da çətin olurdu. Bu sahədə aparılan tədqiqatlar testalogiyada xronoloji yaş-CA(Chroniloqical Aqe) anlayışı ilə yanaşı ağıl yaşı- MA(Mental Aqe) anlayışından istifadə olunmağa başlandı. Onların bir-birinə uyğun gəlməməsi ya zehni geriliyin(MA CA-dan aşağı olanda), ya da istedadı(MA CA-dan yüksək olanda) göstəricisi hesab olunurdu. 1912-ci ildə V.Şterin onların nisbətini intellekt əmsalı (İQ) (intelliqence quotient) adlandırırdı. Əmsalı müəyyən edərkən, məsələn, nəzərə alınır ki, 11,5 yaş uşaqlar üçün balların orta yekunu 120-yə yaxınlaşmalıdır. Buradan da belə sadə nəticə çıxarılır ki, 120 bal toplamış hər bir uşağın ağıl yaşı 11 il yarıma bərabərdir. Onun əsasında əqli istedad əmsalı aşağıdakı düsturla hesablanır:
İQ=
1904 – cü ildə Fransada əqli cəhətdən geri qalan uşaqları müəyyən etmək üçün komissiya yaradılmışdı. Komissiyaya Alfred Bine (1857 – 1911) başçılıq edirdi. O, 1903 – cü ildə öz qızları Armand və Marqerit üzərində apardığı tədqiqatları ümumiləşdirərək məşhur əsəri – “İntellektin eksperimental tədqiqi” monoqrafiyasını nəşr etdirdi.
İntellekt – latın sözüdür, müxtəlif dillərdə anlama, dərketmə, başa düşmə, dərrakə, ağıl mənasında işlənir.
İntellektin səviyyəsini necə müəyyən etmək və ya onu necə ölçmək olar?
XIX əsrin sonu XX əsrin əvvəllərində bu sual psixologiya üçün təkcə praktik əhəmiyyətə malik deyildi. O, birinci növbədə, metodoloji məsələ idi. A.Bine, T.Simon adlı başqa fransız psixoloqu ilə birlikdə müxtəlif yaşlı uşaqların diqqətini, hafizəsini, təfəkkürünü və s. öyrənməyə başladı. Bu eksperimentlər əsasında yeni testlər yaradıldı. Psixologiyada həmin testlər Bine – Simon testləri kimi məlumdur. Bine – Simon testlərində fərdi fərqlər öz – özlüyündə deyil, yaşla əlaqədar surətdə
ölçülürdü. Əgər uşaq öz həmyaşıdlarının əksəriyyəti tərəfindən yerinə yetirilən tapşırıqları həll edə bilirsə, o normal uşaq hesab edilirdi. Lakin bir sıra hallarda həmin tapşırıqlar uşaq üçün ya həddindən artıq asan, ya da çətin olurdu. Bu faktın müəyyən edilməsi və psixoloji cəhətdən təhlil olunması onunla nəticələndi ki, testologiyada xronoloji yaş CA (ingiliscə Chroniloqusal Age) anlayışı ilə yanaşı yeni anlayışdan – ağıl yaşı – MA (ingilscə Mental Age) anlayışından istifadə olunmağa başlandı. 1912 – ci ildə V.Ştern onların nisbətini intellekt əmsalı adlandırdı.
İntellekt əmsalı LQ aşağıdakı düsturla hesablanır:
LQ =  100
Ağıl yaşı (MA) müvafiq şkalaya görə müəyyən edilir.
Tutaq ki, Leylanın xronoloji (pasport) yaşı 10,5, Sevilin 14 – dür. Onların hər ikisinə müəyyən testlər təklif edirik: Leyla da, Sevildə 120 xal toplayır. Onlar intellekt əmsalını hesablamaq üçün xronoloji yaş ilə yanaşı ağıl yaşı müəyyən olunmalıdır.
         Bunun üçün şkalaya baxmaq lazımdır; şkalada 120 xal toplamış uşağın ağıl yaşının 11,5 olduğu göstərilir. Həmin göstəricilərə əsasən testoloq Leylanın intellekt əmsalını aşağıdakı kimi hesablayır:
 LQ =  = 10,5
Sevilin isə intellekt əmsalı aşağıdakı kimi olur:
LQ =   = 82,1
Beləliklə də, Leylanın intellekt əmsalı 109,5, Sevilin isə 82,1 olur. Bu o deməkdir ki, Leyla əqli cəhətdən Sevilə görə daha çox istedadlıdır. Testalogiya praktikasında LQ – 130 – a bərabərdirsə, uşaq istedadlı 180 – dən çoxdursa, ən istedadlı hesab edilir.
Müasir psixodiaqnostikada testlərin müxtəlif növlərindən istifadə olunur. Onların içərisində intellekt testləri, qabiliyyət testləri, nailiyyət testləri və s. xüsusi yer tutur.
Hal – hazırda ölkəmizdə testlərdən ictimai praktikanın müxtəlif sahələrində istifadə olunur. Bu zaman onların elmi cəhətdən əsaslı olmasına xüsusi diqqət yetirilir.  
Ədəbiyyat:
  • 1.  Bayramov Ə.S., Əlizadə Ə.Ə. Psixologiya. Ali məktəblər üçün dərslik. Bakı, “Çinar -çap”, 2002.
  • 2. Prof.S. Seyidov və M. Həmzəyevin  elmi red. ilə.n Psixologiya Bakı “Nurlan”, 2007.
  •  3. Ümumi psixologiya. Prof. A.V. Petrovskinin red. ilə. Bakı., 1982.
  •  4. Bayramov Ə.S., Əlizadə Ə.Ə. Psixologiya Psixologiya 
  •   Bakı.,  1989.
  •  Əliyev R.İ. Psixologiya Bakı., 2008.
  •  Məhərrəmov M.C. Psixologiya. Bakı., 1968.
  •  Heмoв P.C. Псиxoлогия. В трёх Книга 1.M., Влaдoс., 2001.
  •  Maклоkoв A.Г. Oбщая психология  Питер. 2001.
  •  Лeoнтeв A.H. Дeятельность. Сознание. Coзнaниe. Личнoсть. M., 1975.
     
  •  

 
Mövzu:13 Qabiliyyətin quruluşu                                                                                                                                                  .(Müəllim Əliyev Nazim)
                                                 Plan:
  • Ümumi və xüsusi qabiliyyətlər;
  • Talant qabiliyyətlərin inkişaf mərhələsi kimi;
  • Talant və dahilik qabiliyyətlərin əsas forması kimi;
  • Qabiliyyətin göstəriciləri;
Hər hansı bir fəaliyyət növü uyğun qabiliyyətlər olmadan uğurla həyata keçirilə bilməz.Məsələn, müəllimin pedaqoji qabiliyyətlərinin strukturuna pedaqoji fəaliyyəti uğurla yerinə yetirmək üçün gərəkli olan şəxsi pedaqoji qabiliyyətlər(müşahidəçilik, uşaqları sevmək, dözümlülük, özünü idarə etmək); didaktik qabiliyyətlər (izah edə bilmək, natiqlik, nəzəri); təşkilati-kommunikativ qabiliyyətlər (təşkilatçılıq, avtoritar, kommunikativ, perseptiv, pedaqoji mərifət, artistlik) və s. qabiliyyətlər daxil olur. Bunlardan bəziləri(uşaqları sevmək, müşahidəçilik, pedaqoji mərifət, izah edə bilmək, təşkilatçılıq və s.) əsas, digərləri isə (natiqlik, artistlik və s.) yardımçı qabiliyyətlər kimi pedaqoji qabiliyyətin strukturuna daxil olur, təlim-tərbiyənin uğurla yerinə yetirilməsini təmin edir.
    Qabiliyyətlərin iki növü var: ümumi və xüsusi qabiliyyətlər. Ümumi qabiliyyətlərə insanın müxtəlif fəaliyyət növlərinin uğurla yerinə yetirilməsi üçün gərəkli olan qabiliyyətləri aid edirlər. Nitq qabiliyyəti, zehni qabiliyyətlər, hafizə, müşahidəçilik və s. qabiliyyətləri ümumi qabiliyyətlərəaid etmək olar. Məsələn, müşahidəçilik qabiliyyətini şagird, müəllim, yazıçı, rəssam, kəşfiyyatçı, alim və başqa fəaliyyət növlərini həyata keçirən insanlar üçün ümumi qabiliyyət hesab etmək olar. Xüsusi qabiliyyətlər isə insanın hər hansı bir spesifik fəaliyyət növünü uğurla yerinə yetirilməsi üçün gərəkli olan qabiliyyətlərdir. Bu cür qabiliyyətlərə musiqi, linqivistik, texniki, ədəbi, idman və s. qabiyyətləri aid etmək olar. Adətən, xüsusi qabiliyyətli insanda uyğun təbii imkanların olması gərəklidir. Məsələn, ədəbi yaradıcılıq fəaliyyəti üçün poetik görmə, söz ehtiyatı və ifadəli nitq, söz assosiyalarının zənginliyi, obrazlı düşüncə, surət hafizəsi, yaradıcı təxəyyül və s. xüsusi qabiliyyətlər kimi qeyd etmək olar.
    Hər hansı bir fəaliyyətin uğurla yerinə yetirilməsi üçün insanda qabiliyyətlərin həm ümumi, həm də xüsusi növlərinin formalaşması gərəklidir. Ümumi və xüsusi qabiliyyətlər bir-birini tamamlayır, fəaliyyətin uğurunu təmin edir. Ümumi qabiliyyətlər xüsusi qabiliyyətlərin inkişafı üçün baza rolunu oynayırlar.
    Hər şeydən əvvəl insan üçün spesifik olan qabiliyyətlərin ümumi və xüsusi olmaqla iki növünü qeyd edirlər.
    Ümumi qabiliyyətlərə insanın müxtəlif fəaliyyət növlərinin müvəffəqiyyətlə yerinə yetirilməsi üçün zəruri olan qabiliyyətləri aid edirlər.
    Həyati faktlardan məlum olduğu kimi, hər hansı bir fəaliyyətin müvəffəqiyyətlə yerinə yetirilməsi üçün insanda qabiliyyətin həm ümumi, həm də xüsusi növlərinin formalaşması zəruridir. Əksər tədqiqatçıların fikrincə ümumi və xüsusi qabiliyyətlər bir-biri ilə ziddiyyət təşkil etmirlər. Onlar birgə mövcud olmaqla bir-birini tamamlayır, fəaliyyətin müvəffəqiyyətini təmin edirlər. Bəzi mütəxəsislərin fikrincə  ümumi qabiliyyətlər xüsusi qabiliyyətlərin inkişafı üçün baza rolunu oynayırlar. Xüsusi qabiliyytlər, alimlərin fikrincə, “ancaq və ancaq bir yolla- ümumi qabiliyyətlərin fəaliyyət prosesində xüsusi qabiliyyətlərə modifikasiya yolu ilə” əmələ glir. Bu cür modifikasiyanın gedişini prof.Ə.Ə.Əlizadə belə şərh edir:
   “Qavrayış ədəbi yaradıcılıqda poetik görmə, texniki-konstruktiv yaradıcılıqda məkan qavrayışı kimi formalaşmağa başlayır. Hafizənin xüsusi qabiliyyət kimi modifikasiya prosesi belə gedir: surət. Hiss və hərəkət hafizəsi (ədəbi yaradıcılıq), məkan təsəvvürləri (texniki-konstruktiv yaradıcılıq). Təxəyyül ədəbi yaradıcılıqda  bədii(təsviri) təxəyyül, texniki-konstruktiv yaradıcılda fəza təxəyyülü kimi inkişaf edir. Təfəkkür ədəbi yaradıcılıqda obrazlı təfəkkürə, texniki-konstruktiv yaradıcılıqda texniki təfəkkürə çevrilir və s. Bu proses qabiliyyətlərin “ixtisaslaşması” prosesidir.Nəzərə almaq lazımdır ki, hər hansı fəaliyyətin müvəffəqiyyətlə icra etmək üçün həm ümumi, həm də xüsusi qabiliyyətlərin qarşılıqlı əlaqəsi və qarşılıqlı təsiri zəruridir. Fəaliyyət prosesində onlardan hər birinin öz funksiyası vardır. Həmin funksiyadan asılı olaraq fəaliyyətin bir mərhələsində, tutaq ki, poetik qavrayış əsas rol oynadığı halda, başqa bir mərhələdə obrazlı təfəkkür daha mühüm əhəmiyyət kəsb edə bilər.
   Talant qabiliyyətlərin ən yüksək inkişaf mərhələsi kimi qeyd olunur. Talant qabiliyyətlərin elə birliyidir ki, o, insana hər hansı bir mürəkkəb fəaliyyəti  müvəffəqiyyətlə, müstəqil və orijinal şəkildə yerinə yetirmək imkanı verir. Talant qabiliyyətlərin yaradıcılıq nailiyyətləri əldə etməyə imkan verən həmin nailiyyətlərdə təzahür edən inkişaf mərhələsidir. Qabiliyyətlərdə olduğu kimi talant və yaradıcılıqda yüksək ustalıq və əsaslı müvəffəqiyyət əldə etmək üçün yalnız imkan rolunu oynayır. Lakin potensial imkan kimi talantla onun həyata keçirilməsi və müvafiq maddi və mənəvi məhsulun əəldə edilməsi arasında bərabərlik işarəsi qoymaq olmaz. Bu sahədə tədqiqat aparmış psixoloqların (A.V.Petrovski, M.Q.Yaroşevski) fikrincə özünün tam dəyərli inkişafı üçün daha əlverişli şərait əldə etməsi dövrün tələbatlarından və dövlət qarşısında duran konkret məsələlərin xüsusiyyətlərindən asılıdır. Müharibə dövründə sərkərdəlik talantı, dinc dövrdə mühəndis , konstruktor və s. talantı daha sürətlə inkişaf edir.
      Talantın strukturuna gəldikdə, o, qabiliyyətlər kompleksindən, onların məcmuundan ibarətdir. Əgər ən yüksək inkişaf səviyyəsinə çatsa, nə qədər parlaq təzahür etsə belə, ayrıca götürülmüş qabiliyytləri talantın analoqu kimi götürmək olmaz. Bunun həyatı faktlar və aparılmış tədqiqatlar da təsdiq etmişdir.
  Qabiliyyətlərin yüksək inkişaf pilləsi talantla məhdudlaşmır. Bəzi adamlar öz istedadlarının yüksək səviyyəsi ilə də fərqlənir. Onların yaradıcı nailiyyətlri cəmiyyətin hyatında mədəniyyətin inkişafında tam bir dövrü, epoxanı əhatə edir. İnsanda qabiliyyətin bu cür inkişaf səviyysi dahilik adlanır.Dahilik şəxsiyyətin elə bir ali yaradıcılıq səviyyəsidir ki,həmin səviyyəyə yüksələn insan cəmiyyətin həyatında ağlagəlməz yüksək rol oynayır. Dahi insan, obrazlı şəkildə demiş olsaq öz fəaliyyəti sahəsində yeni dövr yaradır. Dahi şəxsiyyət öz yaradıcı fəaliyyəəti ilə cəmiyyətin froqressiv inkişafına təsir göstərir. Dahi şəxsiyyt hadisələrin gələcəyini qabaqcadan görə bilir və öz fəaliyyətini buna uyğun qurmağa çalışır.Dahi insanlar olduqca azdır.Belə hesab edirlər ki, sivilizasiyanın beş min illik tarixində bu cür adamların sayı 400 dəən artıq olmamışdır. Dahini xarakterizə edən yüksək istedad səviyyəsi fəaliyyətin müxtəlif sahəlrinin qeri-adiliyi ilə əlaqədar olur.Tarixən bu cür universallığa malik olan dahilərdən Aristotelin, Lenonardo da Vinçinin, M.V.Lomonosovun, N.Gəncəvinin, N. Tusinin, M.Ş.Vazehin və başqalarının adını çəkmək olar. Məsələn, N.Tusi müxtəlif bilik sahələrində öz əvəz olunmaz nailiyyətləri ilə fərqlənmişdir. Lakin bu o demək deyildir ki, dahi adamlarda bütün fərdi keyfiyyətlər eyni dərəcədə inkişaf etmiş olur. Adətən, dahilik öz “profilinə”malik olur. Onun fərdi keyfiyyətlərindən hansısa üstünlük, dominantlıq təşkil edir, qabiliyyətlərindən hansısa daha aydın təzahür edir.
                                    Ədəbiyyat:
  • Əlizadə Ə.Ə. İstedadlı uşaqlar. Psixoloji məsələlər.Esselər, etüdlər.-Bakı, 2005.
  • Əlizadə Ə.Ə. Müasir Azərbaycan məktəbinin psixoloji problemləri.-Bakı, 1998
  • Qədirov Ə.Ə. Yaş psixologiyası.Bakı, 2002
  • Хрестоматия по возрастной и педагогической психологии. М.1981
  • Лейтес Н.С. Способности и одаренность в детские годы. М.1984
  • Немов П.С. Психология в 3-х книгах кН. 1-я изд.ВЛАДОС Питер 2001
  •     
  •     

  • Mövzu: 14 Qabiliyyət və talantın təbii şərtləri.                                                           .                    (Müəllim Əliyev Nazim)
  •                                 Plan:
  • Təbii imkanlar və qabiliyyət;
  • Qabiliyyət və irsiyyət;
  • Qabiliyyət imkanları;
  • İnsanda qabilyyətlərin təlim və tərbiyə prosesində formalaşması;
       Qabiliyyətlərin insanda necə yaranması fikrini psixoloqlar belə əsaslandırmışlar ki, şəxsiyyətin bütün başqa psixi xassələri kimi qabiliyyətlər də insan tərəfindən hazır şəkildə təbiətin ona verdiyi fitri, anadangəlmə bir şey kimi əldə edilmiş həyat və fəaliyyətdə formalaşır. Psixologiyada belə bir  müddəa əsas götürülür ki, insan hər hansı bir fəaliyyət sahəsində müvafiq qabiliyyətlərə yiyələnmək üçün zəruri olan təbii imkanlarla doğulur.Bu imkanlar qabiliyyətlərin inkişafının təbii ilkin şərtləri kimi özünü göstərir. Onlar beyin quruluşunun hiss və hərəkət üzvlərinin morfoloji və funksional xüsusiyyətlərindən ibarətdir. Onlar hələ qabiliyyət deyil, tbii imkanlardır. Həmin imkanlar yalnız müvafiq şəraitin təlim və tərbiyyənin təsiri altında bu və ya digər fəaliyyətin müvəffəqiyyətlə icrasını təmin edən qabiliyyətin formalaşmasına gətirib çıxarda bilər. Əgər belə şərait yaranmazsa həmin imkanlar yalnız imkan səviyyəsində qalacaq, qabiliyyətə çevrilməyəcəkdir. Çünki hər cür qabiliyyəət nəəyə isə hər hansı insan fəaliyyəti və ya fəaliyyətlri üçün qabiliyyətdir.Əks halda “ qabiliyyət sözü mənasız bir sözə çevrilərdi”. Ümumiyyətlə təbii imkanlar çoxmənalı, çoxcəhətli xarakter daşıyır. Belə ki, fəaliyyətin tələblərin xarakterindən asılı olaraq eyni təbii imkanların əsasında müxtlif qabiliyyətlər inkişaf etdirə bilər. İnsan qabiliyyətinin köməyi ilə bu və ya digər fəaliyyəti müvəffəqiyyətlə yerinə yetirə bilir. Qabiliyyətlər əsasən iki göstəricidən ibarətdir:
  • fəaliyyəti tezliklə mənimsəmək;
  • müvəffəqiyyətlərin keyfiyyəti;
İnsan o vaxt qabiliyyətli hesab edilir ki, o hər hansı fəaliyyətə tez yiyələnir, bacarıq və vərdişləri asan qazanır, sonra isə o orta həddi aşaraq, daha böyük müvəffəqiyyətlərə nail olur.
  İnsanın qabiliyyətlərini iki qrupa bölmək olar:
  • insanın əsas fəaliyyət növlərində özünü göstərən ümumi qabiliyyətlər;
  • peşə faliyyətinin ayrı xüsusi növündəə özünü göstərən xüsusi qabiliyyətlər
Məsələn, intelektual qabiliyyətlər(diqqətlilik, müşahidəçilik, tez öyrənmə və tədris materialını yadda saxlama, nitq ifadəliliyi və s.) ümumi qabiliyyətlərə aiddir. Musiqi və riyaziyyat qabiliyyətləri isə xüsusi olub ancaq musiqi fəaliyyətində və ya riyazi məsələlərin yerinə yetirilməsində özünü biruzə verir.
  Qabiliyyətlər həmişə fəaliyyətin konkret növü ilə bağlıdır. Qabiliyyətlər şəxsiyyətin mücərrəd xüsusiyyətləri olub heç zaman fəaliyyətsiz mövcud olmur. Onların formalaşması və iştirakı ancaq fəaliyyətdə baş verir.
   İnsan hər bir fəaliyyət növündə əla nəticələr göstərdikdə onun bu fəaliyyət növündə xüsusi qabiliyyətin olduğunu qeyd edirlr. Nəticələr çox yüksək olduqda isəə insanın istedadlı olduğunu deyirlər. Burada insan üçün özünəməxsus fərdi xüsusiyyətlər nəzərə alınır. İnsan anadan doğulduqda heç də bu və ya digər bu və ya digər fəaliyyət növü üçün qabiliyyətli doğulmur. Qabiliyyət imkandır. Onun həqiqətə çevrilməsi üçün müvafiq şəraitin olması zəruridir. İnsanda qabiliyyətlr təlimvə tərbiyə prosesində bütün ömrü boyu formalaşır və inkişaf edir. İnsanın utancaqlığına görə əəsl keyfiyyətlərini biruzə verəbilməməsi onun qabiliyyətlərinin olmaması deyil. Məsələn, dahi fizik Nyuton məktəbdə riyaziyyat və fizikadan ən qabiliyyətsiz sayılmışdır. Böyük fizika nəzəriyyəçisi akademik Landau müəllimlər tərəfindən məktəb illərində qabiliyyətsiz sayılmışdır. Elm insanın qabiliyyətinin inkişafında müyyn ilkin şəraitin olmasını inkar etmir.Bu cür ilkin şərait təmayül adlanır.
   Təmayül insanın qabiliyyətlərinin inkişafi prosesinin formalaşmasına yaxşı təsir göstərir.Məsələn, iki eyni imkanlı fərdlrin qabiliyyətlərinin müvəffəqiyyətli inkişafında irəli gedn təmayülü olan olacaq. Lakin özü böyük əmək sərf və məşq etmədən inkişaf edə bilməz. Təmayül sonra qabiliyyətlərə keçə bilər. Məsələn, 19-cu əsr Danimarka linqivisti Raşqa 230 dildə danışmağı öyrənmiş E Qaluaninin isə riyazi istedadı ona 19 yaşında olarkən riyaziyyatda böyük kəşflər etməyə imkan vermişdir.
   Təmayül çoxmənalıdır və bir təmayül əsasında insanın müxtəlif qabiliyyətləri inkişaf edə bilər. Məsələn. Cəldlik, dəqiqlik, tezlik, incəlik hərəkətləri olan insanda həm də sakit balerina hərəkətləri, incə və dəqiq cərrah hərəkətləri, tez və plastik skripkaçı barmaqları hərəktləri olan qabiliyyətləri formalaşa bilər.
  Əlverişli təmayül və optimal şərait olduqda insanın həyat və fəaliyyətinin erkən uşaqlığı dövründə onun müəyyən qabiliyyətləri özünü biruzə verə bilr. Məsələn, V.A. Motsart ilk musiqi əsərlərini 3-4 yaşında yazmışdır. K.P.Bryulov çox erkən yaşlarında Rəssamlıq Akademiyasına daxil olmuşdur. A.S.Puşkin şer yazmağa 8 yaşında, M.Ə.Sabir isə ondan da əvvəl başlamışdır.
  Dediklərimizdən heç də elə nəticə çıxarmaq olmaz ki, qabiliyyətlər insanda yalnız erkən uşaqlıqda özünü göstərməyə başlayır. Hər hansı bir şəxsdə erkən qabiliyyətlərin olmaması, heç də onda qabiliyyətin olmaması demək deyil. Məsələn, məşhur təbabətçi Əli Əbu İbn Sina , riyaziyyatçı N.N.Luzin, bioloqlar P.Paster, K.Linney, yazıçı O.Henri və başqaları öz qabiliyyətlərini nisbətən gec yaşda göstərə bilmişlər.
  Qabiliyyət və irsiyyət problemi mütəxəssislərin diqqətini cəlb edən problemlərdən biri olmuşdur. Qabiliyyətin təbii ilkin şərtləri olan təbii imkanların bütün digər morfoloji və fizioloji keyfiyyətlər kimi, ümumi genetik qanunlara tabe olduğu qeyd olunur.Lakin təbii imkanların irsən keçməsinin mümkün olması fikrini qabiliyyətlərin irsiliyi ideyası ilə eyniləşdirmək olmaz. Bu problemin öyrənilməsi ilə müxəssislər məşğul olmuşlar. 1875-ci ildə ingilis antropoloqu və psixoloqu F.Haltonun “Talantın irsiliyi onun qanunları və nəticələri” adlı kitabı nəşr olunmuşdur. Müəllif bir neçə görkəmli şəxsiyyətin  qohumluq əlaqələrini öyrənərək belə bir nəticəyə gəlmişdir ki, talant ya ata, ya da ana xətti ilə nəsildən-nəsilə keçir. Lakin Haltonun gəldiyi nəticələr elmi mötəbərliyə malik deyildir. O, öz fikrini əsaslandırmaq üçün heç bir elmi dəlil gətirə bilməmişdir. Bununla belə mütəxəssislər belə bir fikrə gəlmişlər ki, əksər hallarda görkəmli şəxsiyyətlərin nəsil ağacının öyrənilməsi bioloji irsiyyət deyil, həyat şəraitinin, qabiliyyətlərin inkişafı üçün zəruri olan əlverişli ictimai şəraitin irsi xarakter daşımasını sübut edir.
   Ümumiyyətlə, aparılmış tədqiqatlar və ciddi statistika qabiliyyət və  talantın irsiliyi  barədə heç bir əsas vermir. Bu və ya digər təbii imkanın irsən keçməsi demək deyildir. Qabiliyyətlərin yaranması üçün zəruri olan təbii imkanlar yalnız müvafiq şəraitdə qabiliyyətin formalaşmasına  gətirib çıxara bilir.
                                    Ədəbiyyat:
  • Əlizadə Ə.Ə. İstedadlı uşaqlar. Psixoloji məsələlər.Esselər, etüdlər.-Bakı, 2005.
2) Əlizadə Ə.Ə. Müasir Azərbaycan məktəbinin psixoloji problemləri.-Bakı, 1998
     3) Qədirov Ə.Ə. Yaş psixologiyası.Bakı, 2002
    4)Хрестоматия по возрастной и педагогической психологии.    М.1981
    5)0Лейтес Н.С. Способности и одаренность в детские годы. М.1984
     6)Немов П.С. Психология в 3-х книгах кН. 1-я изд.ВЛАДОС Питер 2001
      Mövzu:15 Qabiliyyətlərin formalaşması və inkişafı                                                                                                .                     (Müəllim Əliyev Nazim)
                                         Plan:
  • Qabiliyyətlərin əmək fəaliyyətində formalaşması;
  • Qabiliyyətlərin kiçik yaşlarda  formalaşması;
  • Qabiliyyətlər və təlim;
  • Qabiliyyətlərin formalaşmasında xüsusi maraqlar və təbii imkanlar;
  • Qabiliyyətlərin inkişafı;
 İnsan sosial varlıq kimi müxtəlif sosial amillərin təsiri altına düşür, müəyyən sosial mühit şəraitində onun xarakteri ictimai əmək fəaliyyətində müəyyənləşir, bu isə öz növbəsində onun şəxsi qabiliyyətinin, intellektinin formalaşmasına kömək edir.
   İntellekt potensialın inkişafı insanın informasiya qavrayışı kanalının  xüsusiyyətlərindən daha çox asılıdır.
   Bu gün məlumdur ki, insan informasiya qavrayışının ümumi həcminin 85%-ni görmə kanalları vasitə ilə qəbul edir. Eşitmə kanallarının payına 12%, bundan başqa 3% informasiyanı isə insan digər ( taktil, iybilmə, dad və b.) kanallarla qəbul edir.
   Müasir tədqiqatçılar insanın intellektual inkişafı ilə bağlı onun psixika və davranışındakı xeyli cəhətlərinin açılmasına kömək etmişlər.Amerika tədqiqatçıları son illərdə belə bir nəticəyə gəlmişlər ki,insan davranışını nəinki sinir sisteminin tipi müəyyənləşdirir, bu həm də onun intellekti ilə bağlıdır. Onlar hesab edirlər ki, insanın intellektini və onun xarakterini gözə diqqətlə baxmaqla düzgün təyin etmək olar. Amerika alimləri bunu da təsdiq edirlər ki,  gözlər insan haqqında özündən daha çox şey deyə bilir. Belə ki, mavi gözlər intellekt nişanəsi kimi qiymətləndirilməlidir. Bu rəng gözləri olan adamlar, adətən, çox təmkinli və dözümlü olurlar. Yaşıl gözlr xarakter möhkəmliyindən xəbər verir. Bu adamlarda ədalətlilik hissi çox yüksək olur. Onlar başqalarını diqqətlə dinləməyi bacarırlar. Bozumtul gözlər cəsurluq və sədaqətlilik ifadə edir. Lakin bu adamlar çox inadkardırlar.İşıqlı qonur gözlər insanın coşğunluğundan xəbər verir. Belə gözləri olan insanlar vasvasılığa meyllidirlər, lakin dostluqda vicdanlı və sədaqətlidirlər. Qara-qonur gözlər insanın ehtiyatlılığa dəlalət etməklə, onun həddən artıq səbrli olduğunu göstərir. Belə insanlar, adətən, nə istədiklərini yaxşı bilirlər. Qara gözlər impulsivlik əlamətidir. Belə gözləri olan insanlar istiqanlı, axtarışda, xəyalpərəst və qeyri-müəyyən hərəkətə malik olurlar.
   Hələ vaxtilə görkəmli fizioloq İ.P.Pavlov ikinci siqnal sisteminin birinci siqnal sistemi üzərində üstünlüyünü  və bu iki siqnal sistemi arasında olan qarşılıqlı münasibətləri nəzərə alaraq  sinir sisteminin yalnız insana məxsus olan üç xüsusi tipini  (fonotipləri) ayırd etmişdir: bədii tip, mütəfəkkir tip, orta tip.İnsanın bu tiplərdən hansına malik olması onun qabiliyyətlərinin özünəməxsus xüsusiyyətlərini səciyyələndirməyə imkan verir. Şübhəsiz idarəetmə fəaliyyətində bunları bilmək xüsusi əhəmiyyət daşıyır. Ona görə də həmin tipləri və onların qabiliyyətlərə təsirini qısaca nəzərdən keçirək.
  Sinir sisteminin “bədii” tipinə malik olan adamlarda birinci siqnal sistemi üstünlük təşkil edir. Bu tip üçün bilavasitə təsir, canlı təəssürat, emosiyalar nəticəsində yaranan obrazların parlaqlığı səciyyəvidir. Bu tipə mənsub olan adamlar digərlərindən canlı təxəyyülə seçilirlər. Psixoloji ədəbiyyatda göstərildiyi kimi, bu tipin nümayəndəsi başqa tiplərə nisbətən həssaslıq, hadisələrə emosional münasibət, canlı və obrazlı fantaziya tələb edən fəaliyyəti  daha asanlıqla mənimsəməyə qadirdir.
  Sinir sisteminin “mütəfəkkir” tipinə malik olan adamlarda ikinci siqnal sistemi üstünlük təşkil edir. Mütəfəkkir tipdə mücərrədləşdirmə, məntiqi mühakimələrə, nəzəri məsələlərə meyl üstün olur. Bu tipin keyfiyyətləri mücərrəd materialın, anlayışların, riyazi ifadələrin və s. tətbiqi ilə əlaqədar olan fəaliyyətin inkişafı üçün daha əlverişli şərait yaradır.Onlarda əqli qabiliyyətlər yüksək şəkildə inkişaf edir.
    Təlim qabiliyyətlərin formalaşmasında ən önəmli amildir.Məktəb təcrübəsindən aydın görünür ki, bəzi müəllimlər səmərəli  təlim metodlarının tətbiqi sayəsində öz siniflərində oxuyan şagirdlərin əksəriyyətinin qrammatikanı, riyaziyyatı və s. mənimsəmələrinə nail ola bilirlər.Adətən, tətbiq olunan metod uğur qazanmağa imkan vermədikdə qabiliyyətin anadangəlmə xüsusi diqqət yetirirlər. Bununla belə, şübhəsiz təbii imkanların səviyyəsindən asılı olaraq uşaqların müəyyən fəaliyyət növünü mənimsəmələri fərqli xarakter daşıyacaqdır.Bir cəhəti də nəzərə almaq lazımdır ki, hətta yüksək təbii imkana malik olan insanlarda da uyğun qabiliyyətlərin formalaşması üçün onların təlim fəaliyyətinə cəlb olunmaları gərəklidir.
   Qabiliyyətin formalaşmasında davamlı xüsusi maraqlar da önəmli rol oynayır. İnsanda yaranan idrak maraqları onu uyğun fəaliyyətin üsullarına yiyələnməyə təhrik edir. Nəticədə idrak maraqlarının təsiri altında fəaliyyətin mənimsənilməsi baş verir. Deməli, hər hansı bir fəaliyyət sahəsində idrak maraqlarının meydana gəlməsi bu sahədə qabiliyyətlərin oyanması ilə sıx bağlıdır. Bütün yaş dövrlərində bu cür xüsusi maraqların özünü göstərməsini müşahidə etmək mümkündür. Lakin təcrübə göstərir ki, bu cür maraqlar heç də həmişə davamlı xarakter daşımır. Nəticədə həmin maraqlar qabiliyyətlərin formalaşmasına gərəkli təsir göstərə bilmir.
   Qabiliyyətlərin digər psixi hadisələrdən fərqləndirici xüsusiyyəti onun təbii imkanlarla sıx bağlı olmasından ibarətdir. Lakin nəzərə almaq lazımdır ki, hər bir təbii imkanın qabiliyyətə çevrilməsi böyük inkişaf yolu keçməli olur. Həyati faktlar göstərir ki, insan qabiliyyətlərinin bir çoxunda bu inkişaf həyatın ilk günlərindən başlayır, dayanmadan inkişaf edir.
    Aparılmış araşdırmalar göstərmişdir ki, qabiliyyətlərin ilkin inkişaf mərhələsi anadan olandan 6-7 yaşa qədər olan dövrü əhatə edir. Bu zaman bütün analizatorların təkmilləşməsi , beynin, hərəkət orqanlarının , xüsusilə əlin inkişafı tələb olunur. Bütün bunlar uşaqda ümumi qabiliyyətlərin formalaşması və inkişafı üçün səmərəli şərait yaradır ki, bu da xüsusi qabiliyyətlərininkişafı üçün zəmin rolunu oynayır.
    Xüsusi qabiliyyətlərin fəal şəkildə yaranması, özünü göstərməsi məktəbəqədər dövrdə müşahidə olunur., kiçik və orta məktəb yaşı dövründə inkişaf tempi daha da yüksəlir. İlk dövrlər  bu inkişafa uşaqların müxtəlif tipli oyunları, sonra isə təlim və əmək fəaliyyəti əsaslı təsir göstərir.
   Təcrübə göstərir ki, əgər uşağın fəaliyyəti yaradıcı xarakter daşıyırsa, o daima uşağı fikirləəşməyə məcbur edir, onun üçün  cəzbedici olur, öz qabiliyyətini yoxlamaq və inkişaf etdirmək vasitəsinə çevrilir.
   Əgər yerinə yetirilən fəaliyyət optimal çətinlik zonasında, daha doğrusu onun imkanları səviyyəsində olarsa, bu həmin sahədə uşağın  qabiliyyətinin inkişafını da öz axarınca aparacaqdır.Bu zonadan kənarda olan fəaliyyət qabiliyyətin  inkişafına gərəkli təsir göstərə bilməyəcəkdir. Əgər həmin fəaliyyət həddindən artıq sadə olarsa, o sadəcə olaraq yiyələndiyi qabiliyyəti həyata keçirməyə imkan verəcəkdir. Əgər yerinə yetirilməli olan fəaliyyət həddindən artıq mürəkkəb olarsa, onda həmin fəaliyyət optimal çətinlik zonasını aşdığına görə yerinə yetirilə bilməyəcək, nəticədə yeni bacarıq və vərdişlərin formalaşmasına səbəb olmayacaqdır.
                                    Ədəbiyyat:
  • 1)Əlizadə Ə.Ə. İstedadlı uşaqlar. Psixoloji məsələlər.Esselər, etüdlər.-Bakı, 2005.
  • 2)Əlizadə Ə.Ə. Müasir Azərbaycan məktəbinin psixoloji problemləri.-Bakı, 1998
      3)Qədirov Ə.Ə. Yaş psixologiyası.Bakı, 2002
           4)Хрестоматия по возрастной и педагогической психологии. М.1981
            5)Лейтес Н.С. Способности и одаренность в детские годы. М.1984
            6)Немов П.С. Психология в 3-х книгах кН. 1-я изд.ВЛАДОС Питер 2001шаблоны для dle 11.2