» » AQROMETEROLOGIYA

AQROMETEROLOGIYA - 14-apr, 2021, 09:11

#

Aqrometerologiya fənni haqqında anlayış
Aqrometralogiya sözü aqro-kənd təsərrüfatı, metero-ölçürəm, loqos-elim deməkdir. Burada aqro-ingilis , meteoro-yunan, loqos-latın sözlərinin birləşməsindən əmələ gəlmişdir.
Bitkilərin həyatında meteroloji amillər böyük rol oynayır. Yəni işıq istilik və nəmlik bunlar olmadan bitkilərin yaşaması mümkün deyil.
Aqrometrologiya  elmi riyaziyyat fizika kimya coğrafiya və s. elmlərlə sıx əlaqədardır.
Bütün biokimyəvi biofiziki reaksiyalar işıq istilik və nəmlik olmadan bitkilərin həyatında inkişaf baş verə bilməz.
Meterologiya elmi atmosferde baş verən qasırğa tufan yerə düşən günəş enerjisini yağıntıları, o cümlədən yağış qar  dolu duman sırsıra və s. hadisələri öyrənir. Bundan x/t-nın müxtəlif sahələrində yararlanmağa çalışır. Hal hazırda baş verə biləcək müxtəlif metroloji hadisələri qabaqcadan xəbər verə biləcək imkana malikdir.
Riyaziyyatı bilmədən müxtəlif meteoloji qrafikləri qurmaq hesabatı aparmaq mümkün deyil.
Kimyanı bilmədən harada baş verən kimyəvi prosesləri və havanın bitkilərə kimyəvi təsirini öyrənmək mümkün deyil.
Fizikanı bilmədən atmosferdə baş verən fiziki prosesləri öyrənmək mümkün deyil.
Coğrafiyanı bilmədən dünyanın ayrı-ayrı qitələrində baş verən atmosfer hadisələrini və bunun digər qitələrə təsirini öyrənmək mümkün deyil və s.
Əlverişli təbbi iqlim şəraitinin olması k/t bitkilətinin və heyvanlarının inkişafı üçün əsas şərtdir. Görkəmli  rus alimi Dokuçayev göstərmişdir ki torpaq və iqlim əkinçilikdə ilk növbədə məhsuldarlıq üçün əsas amillərdən biri hesab edilir. İqlim şəraiti k/t bitkilərinin işığa istiliyə və rütubətə olan tələbatı nə qədər  ödədiyinin bitkilərin inkişafında əsas rol oynadığını müəyyən edir. Ç. Darvin özünün köklərin mənşəyi adlı əsərində göstərir ki bitki və heyvan növlərinin əmələ gəlməsində iqlim şəraiti yaradıcı rol oynayır.
K/t-ı sahələrində meteroloji şəraitin hərtərəfli və düzgün öyrənilməsi aqrometrologiyanın müxtəlif üsullarının tətbiq edilməsi ilə həyata keçirilir.
Aqrometrologiya XIX əsrin axırlarında meydana gəlmişdir. Bu fənnin baniləri A.İ.Voyoyekov. A.V.Klosovski və P.İ.Braunov olmuşlar. Bunlar aqrometrologiya və aqroiqlimşünaslıq sahəsində aparılan tədqiqatların prinsipal məsələləri üzərində işləyərək onları şərh etmişdir.
Son zamanlarda süni peyklərin verdiyi məlumatlar əsasında düzgün və dəqiq praqnozlar tərtib edilir ki, buda təsərüfatlarda tətbiq edilir.
Rusiya aqrometrologiyanın əsas vətəni olmuşdur. Çar rusiyası zamanı aqrometrologıya  sahəsində k/t-na tətbiq ediləcək üsullar və prinsipial məsələlər maraqlanılmamış beləliklə fənnin inkişafında durğunluq əmələ gəlmişdir. Bu fənnin banilərinin aqrometrologiya sahəsindəki tədqiqatlarında  Qərbi  Avropa dövlətləri və Amerika Birləşmiş Ştatları istifadə etmişlər.
Məşhur meteroloq və iqlimşünaslıq alimi A.İ.Voyeykov ilk dəfə Zaqafqazyada çay bitkisinin inkişafını və orta Asiyada pambıq bitkisinin yayılmasının öyrənilməsini bir məqsəd kimi qarşıya qoymuşdur.
Böyük rus alimi geofizik və meteroloq Klassovski 1884-cü ildə Rusiyanın bir çox hissəsində metoroloji müşahidələr ilə yanaşı olaraq bitkilərin böyüməsi və k/t bitkilərinin vəxiyyəti haqqında məlumat toplamışdır.
1889-cu ildən başlayaraq XX əsrin başlanğıcında aqrometrologiya fənninin banilərindən böyük alim P.İ.Braunov elmi tədqiqat idarələrinin k/t məktəblərinin nəznində aqrometroloji stansiyaları təşkil etmişdir. O, Rusiyanın daxilində metroloji stansiyaların şəbəkələrini genişləndirməklə k/t da metoroloji və fenoloji müşahidələrinin aparılması proqramının tərtib etmişdir. P.İ.Braunov öz tədqiqatlarında  metoroloji faktlarının bitkilərin böyümə və inkişafına olan təsirini müəyyənləşdirməklə biologiya sahəsində bitkilərin kritik dövr adlanan qısa dövrünü kəşf etmişdir.
Metrologiyanın inkişaf tarixi bizim eradan əvvəl 384-322 illərdə böyük yunan  alimi Aristotel ilə bağlıdır Aristotel ilk dəfə olaraq havanın dəyişməsini küləyin istiqamətinin dəyişməsindən asılı olduğunu göstərmişdir.
Orta əsrlərin əlyazmasında müxtəlif hava hadisələrinə xüsusilə zərərli hava hadisələrinin qeydiyyatına rast gəlinir.
Metorologiyanın inkişafında yeni mərhələ cihazla müşahidə mərhələsidir. Bu mərhələdə XVI əsrdə Qalileyiv 1597ci ildə termometr icad edməsi ilə başlanır. Bundan bir az sonra 1643 cü ildə Torriçelli barometr icad etmişdir. Belə cihazlar yarandıqdan sonra havanın tempraturu və təzyiqi öyrənilərək müxtəlif rayonların məlumatları ilə müqayisəli öyrənilmişdir.
Rusiyada ilk dəfə metroloji müşahidələrə Peterburda I Pyotrun göstərişi ilə 1722ci ildə başlanmışdır.
2. Atmosferin ümumi xassələri
Yer kürəsinin qaz təbəqəsinə atmosfer deyilir.
Atmosfer yunan sözü olub, atmos- buxar,hava  sfer-şar deməkdir. Başqa sözlə yer kürəsinin qaz təbəqəsi deməkdir. Atmosfer bir birinə kimyəvi təsiri olmayan qazların mexaniki qarışığından ibarətdir. Atmosferin yerə yaxın hissələrindəki quru havanın tərkibi aşağıdakı qazlardan ibarətdir. Həcminə görə azot-78,09% oksigen-20,95% arqon-0 92% karbon qazı -0,03% və çox cüzi miqdarda neon kripton helium və amonyak qazları daxildir.
Aparılan tədqiqatlardan belə məlum olmuşdur ki atmosferin 18.5km hündürlükdəki havanın tərkibində 78,13% azot 20,95% oksigen 0.92% arqon qazı müəyyən edilmişdir ki buda havanın yerə yaxın hissəsinə uyğun gəlir.
Karbon qazının faizləri atmosferin 4km hündürlüyünə qədər tasadüf edilir.
Havanın bir yerdən başqa yerə hərəkət etməsi əsas səbəb atmosferdə yayılan təzyiq fərqidir . Bu fərq isə günəşin yer səthini qeyri-bərabər qızdırması havanın tempraturunun müxtəlifliyi nəticəsində yaranır.
Məlumdur ki hava həmişə yüksək təzyiq sahəsində alçaq təzyiq sahəsinə doğru hərəkət edir. Bunu nəticəsində külək yaranır. Coğrafi en dairələrinin müxtəlifliyindən yer səthinə gəlib çatan günəş şüalarının düşmə bucağından qurunun və suyun paylanmasından aslı olaraq yer səthi və atmosfer müxtəlif dərəcədə qızır və ya soyuyur ki bunun nəticəsində hava kütlələri əmələ gəlir. Müxtəlif fiziki xassəyə malik olan hava kütlələrinin hərəkəti atmosferin ümumi dövranını yaradır.
Atmosferin ümumi dövranına sikonlar, antisikonlar mussonlar pasallar və s. aiddir. Siklon və antiskonlar tez tez öz yerlərini dəyişirsə buna dəyişən siklon dəyişməyərək bir yerdə sabit qalarsa statisnar adlanır.
Daimi əsən küləklərə paast küləklər deyilir.
Mövsimi xarakter  daşıyan küləklərə musson küləklər deyilir.
Atmosferin ümumi dovranına aid olan bu küləklərin bəziləri yer kürəsinin çox böyük sahəsini əhatə edir. Onlar bəzən qitə və okeanların böyük bir hissəsini tutur.
Atmosfer hadisələrindən biri də bulud və yağışdır.
Buludlar yer səthindən havaya qalxan su buxarlarıdır. Yerdən yuxarı qalxdıqca hər 100m də  havanın tempraturu 0,5-0,7° aşağı düşür yəni hava tədricə soyuyur. Müəyyən yüksəklikdə şeh nöqtəsinə çatır. Buludlar əmələ gəlir ki buda bəzən yağış yağmasına səbəb olur
Buludlar mənşəyinə, xarici görünüşlərinə görə hündürlüklərinə görə 3 təbəqəyə bölünür.
1) 6min metrdən hündürdə yerləşənlər. Yəni yuxarı təbəqə buludları
2) 2min metrdən 6 min metrədək olan buludlar orta təbəqə buludları
3) 2min metrdən aşağı olan buludlar aşağı təbəqə buludları adlanır.
Yuxarı təbəqə buludlarından yağıntı gəlib yerə çatmır. Orta təbəqə buludlarından adi yağışlar yağır. Aşağı təbəqə buludlarından isə leysan yağışlar topa yağışlı buludlardan yağır. Belə buludların şaquli qalınlığı böyük olur.
Bu buludların bəziləri göy üzünü  tamam örtsədə yağışsız olur. Məs. Cənubda yaşayanlar isti yay günlərində üfüqdə qara bulud görən kimi yağış yağacağını söyləyirlər. Az sonra həmin buludlar yavaş yavaş ətrafa yayılır. Yerə bir damcıda olsun yağış düşmür. Buna səbəb buludların əmələ gəlməsi yer səthindən buxarlanıb havaya qalxan du buxarı olan hava kütləsi ilə əlaqədardır. Havada olan su buxarı yuxarı qalxdıqca soyuyur eyni zamanda havada olan çoxlu miqdarda hiqroskopik tozun üstünə qonaraq onları özü ilə yuxarı qaldırır.
Beləliklə bulud və duman əmələ gəlir. Havanın yuxarı qatlarında əmələ gəlmiş buludların bəzilərində su buxarı az olur. Bu su buxarlarının radiusu millimetrin  1/100dən azdır. Belə damcıların aşağı düşmə sürəti yuxarı qalxan hava kütləsinin sürətindən zəifdir. Odur ki, bəzən bu kiçik damcılar atmosferdə asılı vəziyətdə qalır. Buna görə də buludlu havada damcı da yerə yağış düşmür.
Yağışların əmələ gəlmə səbəbi ilk dəfə fransız metroloqu Beryeron və sovet fiziki Buçinski tərəfindən öyrənilmişdir. Əksər hallarda buludlarda olan su damcıları şaxtada da donmur. Maye halında qalır. Buludun daxilində olan buz zərrəcikləri bəzən su damcılarını dondurmur. Amma bu buz zərrəcikləri ətrafdakı su buxarlarını tədricən udur. Nəhayət buz zərrəcikləri böyüyüb aşağı düşməyə başlayır. Həmin zərrəciklər yolda rast gəldikləri su buxarları hesabına daha da böyüyürlər. Əgər yer səthində tempratur 0°dən yuxarıdırsa buz kristalları əriyir yağış yağır əgər bu proses qışda olursa qar yağır.
Göy gurultusu ildırım. Bütün cisimlərdə elektrik yükü olduğu hələ qədimdən məlumdur. Kəhrəbani yun parçaya sürtdükdə qaranlıqda başı darayarkən alınan qığılcım və s. bunu sübut edir.
Atmosferdə də daim elektrik yükü olan ionlar vardır. Yağıntılarda olan elektrik yükünün həcmi yağış damcılarının böyüklüyündən asılıdır. Yağış yağanda həmişə müsbət  elektrik yükü damcılardan çox olur. Həmdə bir damcının özündə müsbət və mənfi  yuklər vardır. Amma orta hesabla hər bir damcıdakı  mənfi yüklər müsbət yüklərdən çoxdur. Buda yağış damcılarının hansı buludlardan əmələ gəlməsindən asılıdır. Özü də yağış yağarkən onun elektrik yükü dəyişə bilir. Elektrik sahəli yağış damcılarında  mənfi yüklər isə aşağı və mərkəzi hissədində yerləşir.
Yağışlı buludlarda əlavə elektrik yükünün toplanması yağış damcılarının bir birinə toqquşması hesabına da gəlir. Yağış damcılarının bir birilə toqquşması və parçalanması burulğanlı buludlarda da müşahidə olunur. Elektrik yüklü buludlarda da müşahidə olunur. Elektrik yüklü buludlarda külək gücləndikdə elektrik yüklərinin toplanmasını daha da gücləndirir. Mextəlif mənşəli hava kütlələri qarşılaşarkən güclü küləklər müşahidə olunduğu yerlərdə buludlarda elektrik yükü ən yüksək dərəcəyə çatır.
Bu elektrik yüklərinin müsbətləri iri damcılarda toplanır. Belə elektriklənmiş yağış damcıları ətrafındakı sahəni də buludlarıda elektrikləşdirir və tufanlı sahə yaradırlar. Yüklərin belə paylanması iki prosesin qarşılıqlı təsiri nəticəsində yaranır. Bunlardan biri atmosferin yuxarı təbəqələrində xırda buz zərrəcikləri olan buludlarda yaxud mənfi 10° lik izotermdən (eyni tempraturlu sahələri birləşdirən xətlər) yuxarıda o biri isə iri buz zərrəcikləri olan buludlarda yəni 0°lik izotermdən aşağıda olur. Beləliklə müsbət yüklü xırda buz zərrəcikləri buludların üst hissəsində mənfi yüklü iri buz dənələri isə buludların aşağı hissəsində olur.
0°dən yuxarı tempraturlu sahəyə düşən iri buz dənələri əriyir və su  damcılarına çevrilir ki, bu zaman leysan yağış yağır. Qeyd etmək lazımdır ki, yaxşı inkişaf etmiş tufanlı buludların aşağı hissəsində  atmosferdə tubelentlilik (burulğanlı hərəkət) artmağa başlayır ki, bu zaman damcılar dağılır xırda mənfi yüklü damcılar buludların orta və üst hissəsində yığılırlar. Tufanlı buludlarda müsbət və mənfi yüklü damcıların habelə buludların qarışması parçalanması və toqquşması nəticəsində böyük elektrik sahəsi yaranır. 1m² sahədə bir neçə kilovat elektrik enerjisi əmələ gəlir. Bunun nəticəsində tufanlı buludların ayrı ayrı hissələri arasında habelə bu buludlarla yer səthi arasında qığılcımlı  elektrik yükləri olan sahədə ildırım əmələ gəlir.
İldırım ən qüvvətli elektrik qığılcımıdır. Ani olmasına baxmayaraq hər bir ildırımın qüvvəsi ən böyük elektrik stansiyasının gücündən çoxdur. İldırım çaxan zaman göy üzündə yağışlı tufanlı sıx buludlar olur. Şiddətli külək əsir göy bərk guruldamağa və gur yağış yağmağa başlayır. Hadisə ən çox dağlıq ölkələrdə baş verir.
İldırım xətti üfiqi təsbehvari və s. formada ola bilər.
Günəş radiasiyası və ondan kənd təsərrüfatında istifadə edilməsi.
Yer səthinə düşən istiliyin və günəş işığının miqdarı coğrafi enlikdən asılıdır. İstilik və işıqlanma yer səthində həyatın yaranmasının əsas səbəbidir.
Günəşdən yer səthinə gələn istiliyin və işıqlanmanın cəmi günəş radiasiyası adlanır. Günəş radiasiyasının yer səthində paylanması coğrafi enlikdən asılıdır. Ekvatordan qütüblərə doğru getdikcə günəş radiasiyası azalır.
Hər hansı enlikdə günəş şüasının düşmə bucağı nə qədər böyük olarsa həmin ərazi dah çox günəş işığı və istiliyi alır. Məs. 1 ildə şimal qütb dairəsində 1sm² sahəyə 40kkal 70° şimal enliyində 70kkal 40°şimal enliyində 220-250kkal ekvator boyunda isə 150-160kkal istilik düşür
Günəş radiasiyası 2 növə  bölünür.
1) Düz radiasiya
2)Səpələnən radiasiya
Günəşdən gələn radiasiya yer səthinə çatana qədər atmosfer qatlarında toz su buxarları buludları və s. hissəciklər tərəfindən əks olunur. Atmosfer səpələnən radiasiya əmələ gəlir.
Yer səthinə birbaşa çatan radiasiya düz radiasiya adlanır. Səpələnən və düz radiasiya birlikdə ümumi radiasiya adlanır.
Ümumi radiasiyanın bir hissəsi yer səthi tərəfindən udulur. Buna udulan radiasiya deyilir. Bir hissəsi isə əks olunur ki, bu da əks olunan radiasiya adlanır. Yer səthi  örtüyünün xarakterindən asılı olaraq udulan və əks olunan radiasiya çox və ya az olur. Məs. Qar örtüyü radiasiyasi daha çox əks etdirir. Su ot meşə qara torpaq sahələr isə radiasiyanı az əks etdirir. Əks olunan radiasiyanın ümumi radiasiyaya olan nisbəti alberdo adlanır.
Müxtəlif xarakterli səthin əksetdirmə və udma qabiliyəti belə xarakterizə olunur. Qar üzərinə düşən şüanın 95%i əks olunur. Yalnız düşən şüanın 5%i udulur. Qum üzərində düşən şüanın 60% udulur.40% isə əks olunur. Çəmənlik üzərinə düşən şüanın 75% udulur yalnız 25%i əks olunur. Su üzərinə düşən 85% udulur 75% isə əks olunur.
Yer kürəsi öz oxu ətrafında fırlanan zaman atmosfer təbəqəsi də onunla bərabər fırlanır. Yer kürəsində həyatın mövcud olmasında günəş radiasiyasının böyük əhəmiyyəti vardır. Günəş radiasiyası olmasaydı yer kürəsində həyat  da mövcud olmazdı. Ay səthində olduğu kimi yer kürəsi cansız olardı. Atmosfer gələn ultrabənövşəyi şüaları rentgen şüalarını udur. Günəşdən gələn və canlılar üçün təhlükəli olan şüaların atmosfer tərəfindən udulması onun başlıca xüsusiyyətlərindəndir.
Atmosferdəki ozon qatı günəşdən gələn ultrabənövşəyi şüaları yer səthinə buraxmır. Lakin insanların təsərrüfat fəaliyyəti nəticəsində atmosferə atılan zərərli kimyəvi qazlar ozon təbəqəsini dağıdır və ozon deşikləri yaranır. Bu canlı orqanizimlər üçün çox təhlükəlidir. Atmosferin tərkibində karbon və digər qazların miqdarının artması yer kürəsində iqlimin istiləşməsinə səbəb olur. Hal-hazırda iqlim xəritələri tərtib olunur. Məs. İqlim xəritələrində küləyin istiqaməti oxlarla göstərilir. Yağışların paylanmasını izoqeytlə tempraturun paylanmasını isə izoterm xəritələri ilə göstərilir.
Akad. Klimat Arkadyeric Timiryazev yer kürəsinə  düşən günəş enerjisindən istifadə edə bilmiriksə bu enerji itirilmiş enerjidir demişdir. Günəş enerjisinin bitkilər tərəfindən udulması və fotosintez prosesinin baş verməsi bütün bitki və heyvanat aləminin yaşaması üçün əsas şərtdir.
Odur ki, k/t da günəş radiasiyasından bacardıqca çox istifadə edilməlidir. Bol məhsul əldə etmək üçün havanın tempraturunu günəşli günlərin sayını bilmək və bundan səmərəli istifadə etmək vacib işlərdən biridir.
Günəş şüalarının təsiri k/t i bitkilərinin məhsuldarlığında böyük rol oynayır. Məs. Üzüm şəkər çuğunduru və bir sıra meyvə tərəvəz bitkilərində şəkərin miqdarı bilavasitə günəş radiasiyasından asılıdır. Vegetasiya müddətində günəşli günlərin miqdarı və qədər çox olarsa həmin bitkilərin tərkibində şəkərin miqdarıda bir o qədər çox olar.
Günəşin hündürlüyü aşağıdakılardan asılı olaraq dəyişir.
1) Coğrafi en dairəsindən
2) Aylardan və mövsümdən
3) Günün vaxtından
Yer səthinə çatan günəş işığının keyfiyyəti eyni deyildir. Adətən onun spektri 3 hissəyə bölünür.
1) Görünməyən ultrabənövşəyi şüalar
2) Görünən şüalar
3) İnfraqırmızı şüalar
İnsan gözü ilə dərk edilən şüaların dalğa uzunluğu 0,40-076mkm bərabərdir. Görünməyən infraqırmızı şüaların dalğa uzunluğu 0,76mkm böyükdür. Bu şüaların xeyli hissəsi su buxarları tərəfindən udulur.
Günəş radiasiyası bitkilərin kimyəvi tərkibinə təsir göstərir. Məs. Üzümün və şəkər çuğundurunun şəkərliyi  buğdanın tərkibindəki zülalın miqdarı ilə meyvə bitkilərinin şəkərliyi isə günəş radiasiyasının intensivliyi ilə sıx əlaqədardır.
Beləliklə bitkiyə
1) Günəşin işıqlanma uzunluğu
2) Günəşin işıqlanmasının intensivliyi
3) Spektr tərkibi təsir göstərir.
Məlumdur ki, yaşıl bitkilərin xlorofili günəş enerjisinin udulması zamanı qeyri üzvi maddələrdən üzvi maddələrin əmələ gəlməsi prosesi baş verir. Lakin fotosintez prosesində günəş radiasiyasının bütün spektrindən istifadə olunmur. Yalnız dalğa uzunluğu 0,38-0,72 mkm arasında olan şüalardan istifadə olunur. Ona görə də bu fəal radiasiya deyilir. Müxtəlif üzvü maddələrin yaradılması üçün fotosintez prosesində yalnız fəal radiasiyanın 1-3% dən isdifadə olunur.
İşiqlanma bitkilərin normal yaşayış və böyüməsinə təsir edir. İşiq az olarsa gövdələr həddən artıq uzanır. Bunu sıx səpilmiş taxılda görmək olar. Pambıq bitkisi həmişə öz yarpaqlarını günəşə doğru perpendikulyar vəziyətdə saxlamaqla ondan çox miqdarda  enerji  alır və s.
Atmosferyağıntıları
K/tdaməhsuldarlığınartırılmasındayağıntılarınböyük əhəmiyyətivardır. Əgəryağıntılarolmasaydı dünyasəhralığa çevrilərdi. Yağıntılarhavanı tozdantəmizləyirbitkilərisuvarıryarpaqları tozdantəmizləyiryuyur. Yayzamanı yağanyağışlartempraturuaşağı salırheyvanlarındəri örtüyündəkitozu çirkiyuyaraqonutəmizləyir.
Atmosferyağıntıları aşağıdakı əlamətlərə özünü göstərirvə buyağıntılaraşağıdakı qaydadaişarələnir.
1) Yağış
2) Qar
3) Dolu
4) Şeh
5) Qrov
6) Sırsıra
7) Güclü külək
8) Boran
9) Küləklə gələnqar
10) Toz
Yağış. Maye şəklində düşənyağıntıdır. Budamcı şəklində olur. Budamcılarmüxtəlif ölçüdə olabilər. Ənxırdahissəcikdəntutmuş böyük ölçüyə qədərbəzənbirneçə mm-ə qədərolur. Yağış uzunmüddətlivə qısamüddətliolabilər.
Buludları əmələ gətirənkiçiksuhissəcikləriaşağı düşərkəndamcılarhalındabirləşir. Bunlardahaistivə quruolanaşağı qatlaraenərkənbuxarlanmasalarozamanyersəthinə yağış şəklində enir. Yağışın əmələ gəlməsikondensasiyailə buludda əmələ gələnsudamcıları böyüyürvə bəzəndüşəndamcı havadabuxarlanır.
Qar. Bərkyağıntıdır. Yumuşaq şəkildə yerə enir. Pambığaoxşayırbəzəndiametri 2-5mmolur
Dolu. Buzqırıntılarıdırcürbə cürformavə ölçüdə olur. Hərdənbiraydın şəffafvə qeyri şəffatutquntəbəqəliolur. Şəffafvə tutquntəbəqəyə bəzənnövbələşir. Bəzəndolunundiametribirneçə smolur. Budafəsadlartörədir. Doluyuxarıdabuludunyüksəkqatlarında əmələ gəlirsə aşağı düşdükdə buludunqatınarastgəlir. Buluddakı çoxsoyumuş sudamcıları buzhissəciklərinin ətrafındatoplanaraqdonurvə böyüməyə başlayır. Çoxzamanqalxancərəyanhəminbuzhissəciklərininyenidənyuxarı qaldırırbeləliklə buludlardaonlardahairiləşirvə yerə dolu şəklində düşür. Adətəndoludənəsinoxuddanböyükolmur. Lakinnadirhallarda çoxböyükdənələrtapılır. Bəzənonunağırlığı 500 qramdanartıqolur. Budaböyükfəsadlarasəbəbolur.
Şeh. Mayeyağıntıdır. Yer üzərində havadantədricənenir. Şah adətən axşamlar hava aydın olanda enir. Şeh sakit havada bəzən zəif küləklə müşahidə olunan havada enir. Şeh otlar ağac budaqları yarpaqlar kolluqlar evlərin dam örtüyünə enir.
Müvafiq tempratur olduqda zaman hər bir rütubət miqdarı havanı doydura bilir. Məlum bir momentdə havadakı su buxarı havanı doydurduqda zaman tempratur şeh nöqtəsi adını alır.
Qrov. Ağ kristallik yağıntıdır yer səthinə enir. Qrov şehə oxşayır. Lakin qrovun tempraturu 0°dən aşağı olur.
Sırsıra. Səliqə ilə və ya səliqəsiz şəkildə yerə təbəqələrdə enən və küləksiz müşahidə olunan çox kiçik buzdur. O adətən ağacların budaqlarına teleqraf və telefon məftillərinə və s. qonur. Küləklə müşahidə olunan sırsıra dumana yağışa şaxtalə damcıya bənzəyir və çox tez donur sırsıra havanı çox tez soyudur. Çox tez əriyə bilir və nazik buz təbəqəsi əmələ gətirir. Bəzi vaxt sırsıra nəticəsində əmələ gələn buz təbəqəsi ağacların budaqlarını sındırır teleqraf məftillərini qırır və ya teleqraf dirəklərini aşırdır. Sırsıra adətən qışın sonu yazın əvvvəllərində və ya payızın sonu qışın başlanğıcında olur. Adətən bu dövrlərdə atmosfer havasının tempraturu 0° ilə -3° arasında olur. Bu dövrdə sular üzərində nazik zəif buz əmələ gəlir.
Toz burulğanı. Toz burulğanı güclü külək zamanı baş verir. Havada çoxlu toz qum torpaq hissəcikləri olur. Hava həddən artıq çirkli olur. Bu da bitkilərə böyük ziyan vurur. Toz burulğanı torpaq üzərində bəzən qalın təbəqə əmələ gətirir.
Güclü külək. Güclü külək o küləklərə deyilir ki onun sürəti saniyədə 15m/san və ya daha çox olur. Belə küləklər k/t na böyük  ziyan vurur. Bəzən evləri aşırdır.
Əgər çox güclüdürsə  onda həmin işarənin üst hissəsində 2 yazılır. Məs. Zəif yağış yağarsa 0 , güclü yağış yağırsa 2 orta gücə malikdirsə onda _ işarəsi yazılır.
Əgər hadisə aqrometeorologiya məntəqəsində deyil bir az kənarda baş veribsə  yəni aqrometroloji məntəqə ilə hadisə arasında müəyyən bir zolaq varsa onda həmin hadisə mötərizə ilə qeyd olunur.
Atmosfer hadisələri qurtaran kimi həmin an qeyd olunmalıdır. Əgər gündüz hər hansı atmosfer hadisələri müşahidə olunarsa və həmin hadisələr növbəti vaxta qədər davam edərsə yəni ertəsi gün saat 8 ə qədər davam edərsə ondan ertəsi gün atmosfer hadisələri qurtaran onda qeyd olunmalıdır.
Əgər atmosfer hadisələri gündüz yəni səhər saat 8 ilə axşam saat olur.
 
Bitkilərin həyatında tempraturun əhəmiyyəti
Metroloji amillər işıq istilik və rütubətlik bitki həyatında rolu böyükdür. İstilik bütün bioloji və kimyəvi proseslərin bitki orqanizimində getməsi üçün vacibdir. İstilik işıq və su vasitəsi ilə bitki havadan karbon qazını udub öz orqanizmini qurur.
Günəş işığı havada həmişə olduğu üçün bunu müşahidə etməyə ehtiyac yoxdur. Müxtəlif bitkilərin işığa olan tələbatı müxtəlifdir. Müxtəlif  bitkilərin istiliyə olan tələbatıda müxtəlifdir. Ona görə də  istiliyə olan tələbatına görə bitkilər aşağıdakı qruplara bölünür.
1) Qr istilik sevən bitkilər. Onların inkişafı üçün yüksək tempratur tələb olunur yazlaşma mərhələsində tempratura təlabat artır.
A) Şaxtaya davamsız vegetasiya müddəti uzun çəkən bitkilər vegetasiya müddətində daha çox istilik tələb edir. Bura pambıq tütün qarpız yemiş və s.  daxildir. Belə bitkilərin inkişafı üçün havada 20-25° bəzilərində 30-35° bəzilərində 40-45° istilikdə daha yaxşı inkişaf edir.
B) Vegetasiya müddəti qısa olan və zəif sortlara dözən bitkilər. Bunlar az istilik tələb edir. Məs. Noxud qarabaşaq və s.
2) Qr soyuğa  davamlı bitkilər. Bunlar öz inkişafı dövründə az istilik tələb edir.
A) Zəif şaxtalara dözən orta davamlı bitkilər soya çuğundur və s.
B) Şaxtaya az dözümlülər. Məs. Kök meyvələr qarabaşaq və s.
C) Şaxtaya dözümlülər buğda arpa kələm turp və s. Bunlar 6-9° şaxtaya dözə bilir.
Tempraturun artması bitkilərin böyümə artmasına səbəb olur. Tempraturun azalması bitkilərin yoğunlaşmasına və kollanmasına səbəb olur. Çiçəkləmədə daha çox tempratur tələb olunur. Tempraturun çox artması çiçəklərin qurumasına səbəb olur. Yetişmə vaxdı daha çox tempratur tələb olunur. Tempratur azlığı tələfata səbəb olur. Bitkilərin böyümə və inkişafı dövründə tempraturun kəskin aşağı düşməsi bitkilərin zədələnməsinə və ya məhvinə səbəb ola bilər. Müxtəlif k/t bitkilərinin soyuğa münasibəti müxtəlifdir. Bəzi bitkilər məs. Pomidor pambıq xiyar və s. Mənfi tempraturda ümumiyətlə məhv olur.
Bəzi bitkilər aşağı tempratura dözür və öz həyati qabiliyətini  saxlayır. Kalium gübrəsi məs. Kartofun soyuğa davamlılığı artır. Azot isə əksinə oların ilk yaşayış dövrünün torpağın istilik rejimi ilə sıx əlaqədar olmasını gösdərir.
Torpaq tempraturu mineral birləşmələrin suda həll olmasında böyük rol oynayır. Buda bitkilərin torpaqdan qidalanmasında əhəmiyyətli dərəcədə təsir göstərir.
Torpaq tempraturu mikroorqanizimlərin həyat fəaliyətinə əsaslı təsir göstərir. Əgər torpaqda az və ya mənfi dərəcədirsə onda əksər mikroorqanizmlərin inkişafı mümkün olmazdı. Buda torpağın münbitləşməsinə öz mənfi təsirini göstərirdi. Əksər mikroorqanizmlərin fəaliyəti üçün torpaq tempraturunun 25-30° olması tələb olunur. Torpaqın əsas istilik mənbəyi günəşdir. Bundan başqa üzvi qalıqların parçalanması prosesində ayrılan istilik də torpağın qızmasında əsasdır.
Bitkilərin  həyatında yağıntıların əhəmiyyəti.
K/t bitkilərin həyatında yağıntıların əhəmiyyəti böyükdür. Bitkilərin böyüməsi və inkişafında suyun əhəmiyyəti böyükdür.  Hər bir bitki öz inkişaf dövründə böyükdür. Hər bir bitki öz inkişaf dövründə böyük miqdarda sudan istifadə edir. Məs. Buğda dəninin əmələ gəlməsi üçün 235-1530 dək su sərf edir. Çovdar bitkisi 377-724 su sərf edir. Vələmir 1s quru dən əmələ gətirməsi üçün 400dən 665dək su sərf edir. Darı 1s quru dən üçün 275-447 qarğıdalı 223dən 370 dək su sərf edir.
Toxumların cücərməsindən böyüməsi və məhsulun yeyişməsində qədər bitkilər su sərf edir.
Bitkilər əsas suya tələbat atmosfer yağıntılarının hesabına ödənilir. Yağıntılar hesabına torpaq nəmliyi özündə saxlayır. Torpaqların əsas su mənbəyi atmosfer yağıntılardır.
Yağıntıların az düşməsi torpaqda nəmliyin azalmasına səbəb olur. Bu da məhsuldarlığın azalmasına səbəb olur. Çay və göllərdə də su yağıntıların hesabına əmələ gəlir. K/t işçiləri atmosfer yağıntılarından maksimum istifadə edirlər.
Torpaqda rütubətin qorunub saxlanması üçün aqrotexniki tədbirlər becərmə və s. işlər görülməlidir.
Yay ərzində əgər atmosfer yağıntıları 30mm dən az düşərsə su qatılığı yaranır. Əgər 30mm dən artıq yəni 40-50mm yağıntı düşərsə bu normal yağıntıdır. Bitkilər su ilə təmin  edilmiş olur. 60-70mm yağıntı daha yaxşı təsir edir. Tarlaların alaqdan təmzlənməsi becərmə və s. Tədbirlər totpaqda rütubətin qorunub saxlanması üçün əsas şərtdir. Kulturasiya çəkilməsidə əsas şərtdir. Ən yaxşı nəticə 12-14sm becərmədir. Sahələrə üzvi göbələklərin verilməsi də torpaqda rütubətin qorunub saxlanmasında rolu böyükdür. Payızda ilk yağışların yağması əkin vaxtının müəyyənləşməsində rolu böyükdür.
Yazda atmosfer yağıntıların düşməsi və torpağın rütubətlənməsi vegetasiya müddətində torpaqda rütubətin toplanması da əsas rol oynayır. Yazda yağıntıların az düşməsi arzuolunmaz nəticələrə gətirib çıxara  bilər. Torpaqda rütubətin toplanması üçün bir sıra tədbirlər görülməlidir.
Bitkilərin tələbatına uyğun nəmliyi əldə etmək üçün arrotermiki tədbirlər əsas şərtdir.
Müxtəlif bitkilərin yağıntılara tələbatı müxtəlifdir. Payızlıq bitki toxumlarının cücərib böyüməsində atmosfer yağıntılarının rolu böyükdür. Yağıntıların az düşməsi nəticəsində cücərmə zəif olduğu üçün məhsuldarlıq da az olur. Payızda normal cücərib böyüməsi üçün taxıl bitkilərinə ən azı 50-70mm yağış düşməlidir.
Payızda ot bitkilərində inkişafı üçün çoxlu su tələb olunur. Buna 70mm su daha münasibdir
Erkən yazda bitkilərin payızlıq taxılların boru buraxma fazasında həddən artıq yağıntı yaxşı nəticə vermir. Çiçəkləmə fəzasında isə bitkilərin suya tələbatı artır.
Qışda payızlıq bitkilərin qarla örtülməsinin əhəmiyyəti böyükdür. Belə ki, gəmiricilər məhv olur bitkilər şaxtadan qorunmuş olur. Torpaq rütubətlə təmin edilmiş olur. Qar örtüyü 1-5sm olanda torpaqda havaya nisbətən tempratur 1-3° yüksək olur.6-10sm qar olanda havanın tempraturu ilə fərqi 3-5° olur. -25 -35° şaxta havada olanda torpaqda 5-7° fərqi olur. Yəni torpaqda 5-7° artıq olur.
Bitkilər üçün şehin də əhəmiyyəti vardır. Belə ki şehdən sonra bitkilərin elastikliyi artır. Şehin əmələ gəlmədiyi zaman gizli istilik ayrılır bununla da şehli gecələrdə tempraturun aşağı düşməsi yavaşayır bu da yazın axırlarında və payızın əvvələrində k/t bitkilərini səhər şaxtalardan qorunmasına yardımcı olur.
İl ərzində aydan aya yağıntıların miqdarının dəyişməsi yağıntıların illik gedişi adlanır. İl ərzində ön çox yağıntı Lənkəran Astara zonasına düşür. Buna səbəb Talış dağlarının şimaldan gələn axınların gəlməsi eyni zamanda azalır. Bitkilər atmosfer azotundan qidalana bilmir yalnız paxlalı bitkilər kökümsov bakteriyaları vasitəsilə azotu fiksasiya edə bilirlər.
Torpaq havası və onun tərkibi.
Torpaq özü məsaməlidir. Bütün torpaq tiplərinin ayrı-ayrı hissələrində  su olmayan yerində torpaq havası olur. Torpaq havasl bitkilərin və mikroorqanizimlərin həyatında böyük rol oynayır. Torpağın tərkibində olan oksigen bitkilərin köklərinim həyat fəaliyyətində və toxumların tənəffüsündə böyük əhəmiyyət kəs edir. Bundan başqa torpaqda olan hava mikroorqanizmlərin fəaliyətinə təsir etməklə torpağın münbitləşdirilməsinə və bununla da bitkilərin qidalanması üçün əlverişli şərait yaranmasına təsir edir. Nəhayət torpaq havası torpağın üzərindəki karbon qazı ilə zənginləşdirir ki buda torpaqda bitən bitkilərdə assimilyasiya prosesini gücləndirir.
Torpağın havası heç də torpağın üzərində olan hava ilə tərkibə görə fərqlənmir. Belə ki istər azotla oksigenə karbon qazına görə torpaq üzərində olan hava torpağın tərkibində olan hava ilə bir birindən fərqlənmir. Yalnız bataqlıq torpaqlarında metan qazı kükürdlü sular və s. olur. Metan qazı və kükürd birləşmələri yalnız bataqlıq torpaqlarında olmaqla istisnalıq təşkil  edir, digər torpaqlarda bunlar olmur. Bundan əlavə torpaq havasının tərkibində su buxarı da olur. Torpaq havası atmosfer havasına nisbətən oksigen cəhətdən kasıbdır, yəni atmosfer havasına nisbətən oksigen azdır, lakin karbon qazı çoxluq təşkil edir. Bunun da səbəbi torpaqda olan mikroorqanizimlərin hesabına üzvi maddələrin parçalanmasıdır. Bu zaman torpaqda olan oksigen ehtiyatı azalır karbon qazının isə çoxalmasına səbəb olur.
Torpağın üst layında tempraturun təyini
Kənd təsərrüfatı bitkilərin böyümə və inkişafı üçün və torpaqda baş verən bioloji proseslərin əmələ gəlməsi üçün müxtəlif torpaqda istilik olmalıdır. Torpağın istiyi isə günəş şuasından asılıdır. Torpaqda mineral birləşmələrin suda həll olmasına oksigenin karbon qazının toplanmasına qida maddələrnin və suyun bitkilərə daxil olma sürətinə bilavasitə torpaq tempraturun təsir edir. Torpaq tempraturun mikroorqanizimlərin
Atmosfer təzyiqi
Məlumdur ki, atmosfer təzyiqi dedikdə 1m³ havanın yer səthinə və oradakı cisimlərə etdiyi təzyiq nəzərdə tutulur.1m³  havanın çəkisi 1kq 33qramdır. Yuxarı qalxdıqda hava sütunun qalınlığı və havanın sıxlığı azalır. Bu isə təzyiqin bu isti qamətdə tədricən aşağı düşməsi ilə nəticələnir. Qəbul olunmuşdur ki hər hündürlüyü qalxdıqca atmosfer təzyiqi 1mm  dən aşağı düşür. Bu yalnız tropeslərin aşağı qatında belə dəyişir. Atmosfer təzyiqinin hündürlüyü  doğru 1mm civə sütünü azalması üçün lazım olan hündürlük. Barik pillə adlanır. Bu da dəniz səviyyəsindən müxtəlif hündürlükdə olan hər bir ərazinin və ya məntəqənin mütləq hündürlüyünü hesablamağa imkan verir. Bunun üçün şərtli olaraq qəbul olunan normal atmosfer təzyiqi əsas götürülür.
Normal atmosfer təzyiqi 45° paraleldə okean səviyəsində 0° tempraturda yer səthinin atmosfer sütunu 1,033kq  ağırlığında olan təzyiqidir ki buda 760mm bərabərdir.
Təzyiq qurşaqları. Müxtəlif istilik tutmasına malik olduğuna görə quru və okean üzərində  atmosfer təzyiqi eyni olmur. Müxtəlif enliklərdə günəş istiliyinin qeyri-bərabər paylanması müxtəlif təzyiq qurşaqlarının yaranmasına səbəb olur. Belə ki, ekvatorial qurşaqda istilik hesabına gizli buxarlanma prosesi  nəticəsində hava quruyaraq yüngülləşir və yuxarıya  qalxır. Havanın qalxan  hərəkəti atmosfer təzyiqinin aşağı düşməsinə yəni 750-756 və s. səbəb olur. Qalxan hava traposferin yuxarı qatında soyuyaraq ağırlaşır. Yerin öz ox ətrafında fırlanması nəticəsində tədricən şərqə meyl edərək tropik enliklərdə 20-30° şimal və cənub en dairəsində enən hava axınları yüksək təzyiq qurşaqlarının yaranmasına səbəb olur 767-770mm
Mülayim qurşaqlarda atmosfer təziqinin 2-ci alçaq təzyiq qurşağı yerləşir. Cənub  yarımkürəsində okean səthində yerləşəndiyindən il boyu sabit 738 mm c.s. təziq yaranır. Şimal yarımkürəsində isə qışda fərqli olsa da yay aylarında alçaq təzyiq müşahidə olunur.
Mülayim qurşaqda qalxan hava hərəkətinin soyuyaraq ağırlanması və qütb ətrafı enliklərdə aşağı enməsi yüksək təzyiq qurşaqlarının yaranmasına səbəb olur. İqlim xəritəsində eyni təzyiqə malik olan əraziləri birləşdirən xətlər izoborlar adlanır.
Atmosfer təzyiqi ilk dəfə XVII əsrin ortalarıda italyan alimi E.Toriçelli ölçmüşdür. Bunun üçün o şüşədən bir tərəfi açıq diametr 1mm uzunluğu olan borunun içərisində civə olan qabın içərisində qoymuş və civə boru ilə 76 sm yuxarıya qalxmışdır. Alim müəyyən edmişdir ki təzyiqin bu göstəricisi tempraturdan və hündürlükdən asılı olaraq dəyişir.
Adətən atmosfer təzyiqi barometrlə ölçülür. Əsasən 2 tip barometrdən istifadə olunur.
1) Civəli  baromtr
2) Metalik baromtr ve ya aneroid
Kasalı civəli barometr
Bu barometr şüşə boru və bunun aşağı hissəsi civə tökülmüş kasadan ibarətdir. Bu borunun içərisində  civə tökülür borunun aşağı hissəsi açıq olur. Bu borunun içərisində civəli paya quraşdırılır və onun çəkisi havanın təzyiqi ilə bərabərləşdirilir. Havanın təzyiqinin dəyişməsi payada olan civənin də dəyişməsinə səbəb olur. Bu da şkalaya quraşdırılır. Təzyiqin qalxması və düşməsi şkala göstərir.
Aneroid barometri.
Batometrin başqa bir forması da aneroid barometridir. Bu nazik metal üst tərəfi dalğalı qutu və hava içəri girən içəri tərəfi dərəcələrə bölünmüşdür. Bunun havasının dəyişməsi və təzyiqi göstərək dəstək vasitəsilə mümkün olur. Çünki dəstək təzyiqin dəyişməsini əqrəbə ötürür. O da payada civənin nə qədər qalxdığını göstərir.
Təzyiqin paylanması.
Yer üzərində atmosfer təzyiqinin paylanması onun coğrafi xəritəsinin tərtib olunmasına zərurət yaradır. Bu təzyiqin eyni xətlər boyu paylanması yəni onlardandır.
Torpağın istilik rejimi.
K/t  bitkilərinin böyümə və inkişaf şəraiti və torpaqda  müntəzəm cərəyan edən bioloji proseslər onun istilik xassələrindən və istilik rejimindən çox asılıdır. Torpaq qatlarının tempraturu onun istilik xassələrini xarakterizə etməklə istilik rejiminin əsas göstəricisi hesab olunur. Bitkilərin toxumlarının ilk cücərmə qabiliyyətinə müxtəlif tempratur şəraitində təlabat gösdərməsinə müxtəlif tempratur şəraitinə təlabat gösdərməsi onların ilk yaşayış dövrünün torpağın iistilik rejimi ilə əlaqədar olmasını göstərir.
Torpaq temparturu mineral birləşmələrin suda həll olmasına oksigen karbon qazının toplanmasına qida maddələrinin və suyun bitkilərə daxil olma sürətinə bilavasitə təsir göstərən amildir. Torpaq tempraturun mikroorqanizimlərin həyat fəaliyyətinə birinci dərəcəli təsir göstərir. Əksər mikroorqanizimlərin fəaliyyəyi üçün torpaq tempraturunun 25-30° olması tələb olunur. Torpaqda əsas istilik mənbəyi günəş şüalarının enerjisidir. Bunun kəmiyyəti yerin coğrafi vəziyəti ilə müəyyən edilir. Bundan əlavə üzvi qalıqların parçalanma proseslərində çıxan istilikdir.
Torpağın şüalandırma qabiliyyəti.
Günəş şüalarının torpaq tərəfindən udulmasına onun şüaudma qabiliyyəti deyilir. Tünd rəngli torpaqların şüaudma qabiliyyəti açıq rəngli torpaqlara nisbətən daha çoxdur. Torpağın tünd rəngi ondakı çürüntünün miqdarından asılıdır. Odur ki torpağa verilən üzvi gübrələr həm onun rəngini dəyişən həm də istilik rejimini yaxşılaşdıran orqanizimin tədbiri hesab edilir. Torpağın istilik udulması bəzi xarici səthinin formasından asılıdır. Səthi hamar olmayan tünd torpaqlar səthi açıq rəngli olan torpaqlara nisbətən xeyli az şüa əks etdirir. Bundan başqa şüaburaxma əsasən torpağın rütubətlilik dərəcəsindən asılıdır. Torpaqda su ehtiyatı nə qədər çox olarsa o istiliyi o qədər çox itirir və əksinə bu torpağın tərkibinə daxil olan bütün maddələr içərisində suyun şüaburaxma qabiliyətinin xeyli çox olması ilə izah olunur. Buna görədə özündən çox rütubət saxlayan güllü torpaqlar başqa torpaqlara nisbətən daha soyuq olur.
Torpaqda çürüntününolması da şüaburaxmağı xeyliyaxınlaşdırır. Çürüntüsü zəngintorpaqlarhamısı azolantorpaqlaranisbətəndahaistiolur . Onagörə də torpağınistiliyiitirməsinə zənginləşməsimühümamilcanlı və onunbütündövründə isə bunlardanbaşqaqar örtüyü yoxdur.
Qarınxüsusiiçində çoxhavaolanboş qarınistilikkeçirməsi çoxazdır. Bunagörə də tarlalardaqarınolması qış zamanı torpağın şüaburaxmasını xeyliazaldır. Bundanbaşqaqış şaxtalarınıntorpağakeşməsinə qarmaneolur. Qeydedilənlərdənaydınolurki, tarlalardaqar örtüyününolması payızlıqtaxılları şaxtadanqoruyan çoxmühümamildir. Azərbaycanındağboyuvə düzənlikrayonlarındaqaraltındatopağıntempraturu 0-°1 dərəcədən çoxolur. Bunagörə də qarı küləklərsovurubaparanrayonlardaxüsusənsəhrarayonlardayağanqarı saxlamaqtədbirləri çoxvacibdir.
M.P.Babayeviktədqiqatmatreallarına əsasənməlumolmuşdurkigübrəlitorpaqlarınxamtorpaqlaranisbətəntempraturu 2-4 aşağı olur. Yüksəkhumusutorpaqlarazhumusuvə gillicə torpaqlaranisbətəngünəş şüasını 10 15% artıqudur.
Torpaqdatempraturun ölçülməsi
Torpağın çəkivə yahəcmvahidini 1 qrvə ya 1°sqızdırmaq üçünsərfolunanmiqdaraonunistiliktutumudeyilir. İstiliktutumunun ölçü vahidikalorilərlə göstərilir. Torpağıntempraturuonunməhsuldarlığınainkişafınagüclü köksisteminininkişafınagüclü təsirgöstərir.
Torpağın tempraturunu ölçmək üçün adi tempraturdan istifadə edilir. Bunun üçün torpağın üzərində tempraturu ölçmək üçün torpağın 2sm dərinliyinə  termometr uzadılır. Termometr şimal cənub istiqamətində uzadılmalıdır. Dərin qatların tempraturunu ölçmək üçün lazımi dərinliyə qədər qoyulmalıdır.
Havanın temperatur rejimi.
Hava içərisindən keçən günəş şüaları ilə isinmir. Atmosferin isinməsi aşağıdan torpaq səthindən gedir. Ilin soyuq vaxtlarında gecələr havanın yüksəyə qalxdıqca temperaturu artır ki buna inversiya deyilir. Ümumiyyətlə havanın temperaturu yuxarı qalxdıqca azalır müşahidələrə görə hər 100m yuxarı qalxdıqca 0.5 dən 1 dərəcəyə qədər azalır. Havanın temperaturunu ölçmək üçün adi civəli spirtli termometrlərdən istifadə edilir. Onlar qoruyucu şüşə borudan ibarət olub içərisində ağ şüşədən hazırlanmış şkala və çox kiçik diametri termometr borucuğundan ibarərdir ki bu borucuq vasitəsilə o xəzinə ilə birləşir. Və şkalaya bərkidilir. Meteoroloji müşahidələr temperatur 0.1dərəcəyə təyin edilir. ən çox işlədilərn termometrlərin şkalasında rəqəmlər həm 0 dan yuxarı müsbət temperaturu həm də onan aşağı mənfi temperaturu göstərir. Termometrin şkalasında bölgülər 0.5 0.2 0.1 və s dəqiqliklə çəkilir. Bu bölgülərin hamısının üzərində rəqəm yazılmayıb hər 5 və 10dərəcədən bir yazılır. Bu rəqəmlərin arasında kiçik bölgülərdən ibarət xətlər çəkilir. Meteoroloji stansiyalarda selsinin şkalası yaxud 100 dərəcəli şkala termometrlər qəbul edilmişdir. Selsinin şkalası bütün elmi tədqiqatlarda qəbul edilmişdir. Biri 0 dərəcə bu suyun donma temperaturudur. Digəri 100 dərəcəli suyun normal təzyiqdə dəniz səviyyəsində 760 mm təzyiqdə qaynama dərəcəsidir.
Psixonometrik termometrlər.
Havanın temperaturu və rütubətliyini ölçmək üçün psixonometrik termometrlərədən istifadə edilir. Psixorometrik quru və yaş termometrlərin tam dərəcəsi beş hissəyə bölünmüş sadə termometr tiplidir. Termometrin uzunluğu 30sm-dən 43 sm-ə qədər şüşənin diametri isə 15 mm-dən 17 mm-ə kimidir. Xəzinəsi girdə olub diametri 9-12 mm dir. Termometrin şkalasının 0 dərəcəsindən yuxarı 41 dərəcədən 50 dərəcəyə qədər aşağı hissəsi 31 dərəcədən 40 dərəcəyə qədərdir.
Maksimal termometr.
Müşahidə müddətli arasında havanın ən yüksək maksimal temperaturunu təyin etmək üçün işlədilir. Maksimal termometr budkada xəzinəsi quru termometrə tərəf olmaqla xüsusi tutacaqların üzərində üg=fiqi vəziyyətdə qurulur. Hava temperaturun gündəliş gedişi aşağıdakı qayda ilə gedir. Maksimum temperaturu saat 13.00 ilə 15.00 arası müşahidə olunur. Minuimum ertəsi gün səhərə yaxın düşür. Azərbaycanın Kür-Araz ovalığında illik amplituda 25-26 dərəcəyə çata bilir ki bu da o zaman kontinennallıq xüsusiyyətini artırır.
Kənd təsərrüfatında temperaturun əhəmiyyəti.
Bitkilərin inkişafında havanın temperaturu əsas faktorlardan biridir. Havanın temperaturu bitkilərin böyümə və inkişafına təsir etməklə bitkilərin coğrafi yayılmasında əsas rolmoynayır. Hər bitki növünün temoeratura qarşı münasibəti digər bitkilərdən fərqlənir. Bunlardan pambıq və başqa tropik bitkilər yüksək temperatur öz vegetasiyası müddətində tələb edir. Gündəlik müşahidələrin nəticələrini nəzərə alaraq 1 ay ərzində günlərin orta temperaturunu toplayıb ayın günlərinə bölməklə hvanın orta aylıq temperaturu müəyyən edilir. Aylıq orta temperaturu cəm edib yekunu 12 ya bölməklə havanın orta illik temperaturu tapılır. Lakin bitkilərin becərilməsində təsirli temperatur cəmini tapmaq lazım gəlir. Bunun üçün bitkilərin vegetasiya dövründə yəni əkildiyi yaxud səpildiyi gündən məhsul toplanana qədər hər gün orta temperaturdan 1-səpin günün orta temperaturu çoxalır. K-t da havanın temperaturubub ölçülməsi və bundan səmərəli istifadə edilməsi əsas şərtdir. Bunun üçün termometrlər psixrometrik məntəqədə axlanılır. Termometrlər şaquli vəziyyətdə qoyulur. Onun hündürlüyü yerdən 1.5 m yüksəklikdə olmalıdır. Termometrlər şimal-cənub istiqamətində olmalıdır. Ölçmə işi səhər saat 8.00 da gündüz saat 13.00 və s ölçülməlidir. Termometrlər ildə ən azı bir dəfə dəyişdirilməlidir. Ölçmədən sonra alınan nəticələr xüsusi jurnalda yazılmalıdır.
Atmosferdə su buxarı və totpaqda havanın rütubətliliyi.
Atmosferdə su buxarı və torpaqda havanın rütubətliliyi. Hazırda su buxarı şəklində az miqdarda havada rütubət vardır. Rütubətin bir miqdarı çox kəskin dəyişə bilər. Dəyişmə əsasən havanın temperaturundan aslıdır. Məsələh temperatur 35 dərəcə olduqa bir m3 havada 38.0 qr 0 dərəcədə 5.0 qr -25 dərəcədə şaxtada isə 0.7 qr su buxarı ola bilər. Havanın nəmliyi bitkilərdə bir sıra fizioloji proseslərə o cümlədən fotosintez tiranspirasiya bitki bitki toxumasının isinməsinə və soyumasına təsir edir. Bitkilərin vedetasiya dövründə onların inkişaf fazasının ayrı-ayrı mərhələlərində də müxtəlif rütubət faizi tələb edilir. Eyni zamanda havanın rütubəti bitkilərin inkişafını sürətləndirir və məhsuldarlığı artırır. Məs havanın nisbi rütubəti 85-95% olduqda tərəvəz bitkiləırindən səbzələr yaxşı inkişaf edir. Kələm çuğundur kartof yerkökü turp isə havada 70-80% rütubətdə yaxşı inkişaf edir. Pamidor qabaq badımcan və bibər 55-65% rütubət olduqda yaxşı inkişaf edib bol məhsul verir. Havada rütubət 20-30% bitkilərin qönçə və çiçəklərin tökülməsinə səbəb olur. Havanın temperaturu və rütubətuini təyin etmək üçün stansiya psixometrindən və aspirasion psixometrdən istifadə edilir. Stansiya psixometri iki termometrdən ibarət olub ikisidə eyni tiplidir. Havanın temperaturu quru termometrin göstərişinə əsasən təyin edilir. Havanın rütubəti isə hər iki termometrin göstərişinə əsasən təyin olunur. Havanın mütləq və nisbi rütubətini habvelə rütubətin çatışmamaını və şeh nöqtəsini təyin etmək üçün quru və yaş termometrlərin göstəricilərindən istifadə edilir. Onların qiymətləri psixorometrik cədvəldə tapılır.
Hiqroqraf.
Havanın rütubətliyini qeyd etmək üçün hiqroqrafdan istifadə olunur. Bu cihazın göstərişi nisbi olduğu üçün o əsas cihazın göstərişinə əsasən yoxlanıb düzəldilir. Hiqroqrafın qəbuledicisi yağı alınmış bir dəstə insan tükündən iabrətdir. Tüklərin hər iki ucu cihazın xüsusi dayaqlarına bağlanmış və ortası dirsəkli lingin şaquli çiyninə tərəf dartılmışdır. Lakin o biri çiynində olan silindirik linglər tükləri bir qədər darama çəkir. Havanın rütubətliyi dəyişəndə tüklərin uzunluğu da dəyişir. Rütubətin faizi artanda tüklər uzanır və pero lentin üzəri ilə yuxarı qalxır. Azaldıqda isə qısalır pero da aşağı enir. Müxtəlif rütubətli kəmiyyətlərini hesablayarkən havanın rütubətliyi üzərində müşahidələr aparmaq üçün qəbul olunan cihazlar su buxarının varlığını çəki ilə deyil onların civə sütunu ilə millimetrlə ifadə olunan elastikliyi ilə ölçülür. Havanın rütubətliyinin gündəlik və illik gedişi temperaturdan asılıdır. Mütləq rütubətin illik gedişi temperaturun rejiminə uyğun gəlir. Respublika ərazisində Xəzər dənizinin təsirinə görə mütləq rütubət dəniz sahili zonalarında bir qədər çox olur. Dağlıq rayonlarda yüksəyə qalxdıqca mütləq rütubət azalır. Rütubət çatışmamazlığının gündəlik gedişi mütləq rütubətin güdişinə uyğun gəlir onun qiyməti mərkəzi düzənlik zonalarda çox dağlıq zonalara isə azalır. Rütubət çatışmazlığının ən yüksək göstəricisi yay aylarında olur. Belə ki gündüz saat 14-14 radələrində 30-35 mm ə bəzən 40mm-ə çata bilir. Ilin qış fəslində rütubət çatışmazlığı çox az müşahidə olunur.
Buludların əmələ gəlməsi.
Buludların əmələ gəlməsi.
Havanın temperaturu 0 dərəcədən çox aşağı olan yüksəklikdə buludlar xırdaca buz kristallarının bir yerə yığışmasından ibarət olur. Buludları əmələ gətirən su və ya buz hissəcikləri havada ağır olduqları üçün aşağı düşməyə başlayırlar. Buludlar aşağı düşdükdə buluidun aşağı qatı tez-tez havanın daha isti quru qatlarına toxunan zaman bu qatın hissəscikləri yenidən buxarlanırlatr. Belə ki bulud aşaöıdan seyrəkləşir. Yuxarıdan isə təzədən əmələ gəlir. Ona görə də göyə baxdıqda və ya bulud yüksəlir və ya hərəkətsiz bir yerdə duran kimi görünür.
Qalxan cərəyanın başlanğıc temperaturu artan zaman daha isti günlərdə və günortaya yaxın buludunh əmələ gəlməsi yuxarı təbəqələrə köçür. Buna görə də yayda adətən buludlar qışdakından yuxarı olur. Yazda və payızda isə orta vəziyyəti olur.
Azərbaycanda Ə.Əyyubovun tətqiqatlarına görə buludluğun əmələ gəlməsi və inkişafı müəyyən dərəcədə müxtəlif hava kütlələrinin bir-birini əvəz etməsi ilə əlaqədardır. Uzun sürən buludlu günlər respublika ərazisində soyuq hava kütlələrinin daxil olması və cərəyanların təsiri ilə əlaqədardır . ilin isti dövründə əmələ gələn topa-yağış buludları kütlədaxili proseslər nəticəsində əmələ gəlir.
Uca buludlar.
Buludların müxtəlif şəkillərini bildikdə yerli əlamətlərə görə havanın vəziyyətini qabaqcadan müəyyən etmək olar. Buludların bir çox müxtəlif növləri var. Bütün buludlar hündürlüklərindən asılı olaraq 4 sinifə və xarici əlamətlərə görə fərqlənən 10 tipə bölünür.
I.hündürlüyü 6000 metrdən yüksək olan uca buludlar deyilir.
1-Lələkli buludlar. Beynəlxalq adı Cirrusdur. Bu buludlar bir çox xırda buz kristallarından ibarət olub nazik sapa oxşardır. Qaz lələyinə oxşadığına görə lələkli adlanır. Lələkli buludlar troposferin yuxarı qatlarında 6000 metrdən 10000m-ə qədər hündürlükdə əmələ gəlir.
2-Lələkli-topa buludlar. Buludlar 7.5km hündürlükdə topa və sıra ilə düzülmüş lələk şəkillidir. Beynəıxalq adı Cirrocumulus dur.
3-Lələkli-laylı buludlar. Beynəlxalq adı Cirrostratus-dur. Ixtisarla Cs yazılır. Bu buludlar yerdən 7.5km hündürlükdə yerləşir. Nazik ağ rəngli pərdədən ibarətdir. Belə buludlar günəşin və ayın ətrafında dairə əmələ gətirir. Bu da Hals adlanır.
II.Orta hündürlükdə olan buludlar. 2000-6000 metrə qədər hündürlükdə olan buludlardır.
4-Uca topa buludlar. Beynəlıxalq adı Altocumulus işarəsi Ac yazılır. 4km hündürlükdə topa və ya sıra ilə yayılır.
5-Uca yaylı buludlar. Beynəlxalq adı Altosratus As yazılır. 4km hüdürlükdə olub bozumtul və ya göyümtül rənglidir.
III.Aşağı təpənin buludları.
Bu buludların yuxarı həddi 2min metr aşağı həddi isə 500 m və daha aşağı olur.
6Laylı buludlar. Beynəlxalq adı starus ST yazılır. Bu buludlar yerdən 1km hündürlükdə olub dumana bənzəyir. Bunların diametri 2.5mikrona yaxın su damcılarından təşkil olunmuşdur. əgər bu buludlardan yağış yağarsa onlar qatlı yağış buludları adlanır.
7-Lallı-yağışlı buludlar. Beynəlxalq adı Nimbostratus ixtisarla Ns yazılır. Bu buludlar 1.5km hündürlükdə yayılıb uzun sürən yağış verir. Bunlar formasız boz rəngli yağış yağdıran buludlardır. Çiskin yağış verir.
8-Laylı topa buludlar. Beynəlxalq adı Stratocumulus ixtiarla Sc yazılır. Bu buludlar 2.5km hündürlükdə şar şəklində olub göy üzünü örtə bilir. Atmosferdə bu buludların işıq keçirən qat topa bulud sıx topa laylı bulud şəkillərində rast gəlinir.
IV.Şaquli əziyyətdə inkişaf edən buludlar.
Bu buludlar aşağı oturacaqları çox vaxt aşağı bulud səviyyəsində durur. Zirvələri isə orta və hətta yüksək səviyyədə ola bilər.
9-Topa buludlar. Beynəlxalq adı Cumulus Cu işarəsi ilə yazılır. Bu buludlar şaquli vəziyyətdə qara sıx olur. Bu buludlar su damcılarından təşkil olunur. Lakin yağmur əmələ gətirmirlər.
10-Yağışlı topa Cumulonimbus ixtiarla Cb yazılır. Həcmcə böyük sıx şaquli sürətdə inkişaf etmiş buludlardır. Bu bulu7dların tez-tez leysan gur yağışlar əmələ gəlir və çox zaman bu buludlardan şimşək çaxır və ildırım çaxır.
Buxarlanma.
Torpaq və su səthində buxarlanmaya meteroloji amillər təsir edir. Bitkilərin rütubətliyə olan tələbi müəyyən üsullar ilə təyin edilir. Bunun üçün bitkilərin buxarlandırma qabiliyyəti kimi əsas şərtlər nəzərə alınır.
Buxarlanma qabiliyyəti su səthindən mümkün olan buxarlanmaya deyilir. Azərbaycanda ən çox buxarlanma Kür-Araz ovalığında və Naxçıvan MR ərazisində müşahidə edilir. Dağlarda yüksəklikdən asılı olaraq buxarlanma qabiliyyəti azalır. ən çox buxarlanma yay fəslinə düşür.
Bitkilərdə transpirasiya.
Bitkilərin rütubətə olan müəyyən üsulları ilə təyin edilir. Bitkilərin rütubətliyə olan tələbi müəyyən üsulları ilə təyin edilir. Bitkinin torpaqdan suyu çəkib gövdəsi ilə yuxarı qaldıraraq yarpaqları vasitəsi ilə buxarlandırmasına transpirasiya deyilir..
k-t bitkilərinin sortlarından asılı olaraq vegetasiya müddətində torpaqdan müxtəlif miqdarda su alınır. Məs 1sent quru maddələrin əmələ gəlməsi üçün buğda 235 dən 1500 sentnerdən darı 275 dən 375 sentnerə qədər su sərf edir. Bitkilərin böyümə və inkişafı dövründə onların fazalarından asılı olaraq müxtəlif miqdarda su tələb olunur. Tərəvəz bitkilərindən kələm xiyar qarpız yemiş taxıllara nisbətən rütubəti çox tələb edir. Suya oan tləbkarlıq ağaclarda çoxillikn otlardan çoxillik otlarda isə k-t bitkilərindən artıqdır.
Rütubətlənmə şəraiti.
Torpağın rütubətliyinin öyrənilməsi xeyli çətinliklər törətdiyi üçün alimlər bitkilərin suya olan tələbatını meteoroloji məlumatlardan istifadə etmək yolu ilə öyrənilir.
Məs Q.Selyninova ərazinin nəmlik dərəcəsini hidrometrik əmsal HTƏ vasitəsilə müəyyən etməyi təklif etmişdir. Q.Selyaninov orta sutkalıq temperatur cəminin 0.1-ə vurulmuş kəmiyyəti ilə əvəz etmişdir ki bu da buxarlanma haqqında dəqiq məlumatların olması ilə əlaqədardır. Xüsusən respublikamızın dağlıq rayonları üçün həqiqətən biraz uzaqdır..
Buxarlanma defisiti yaxud iqlim suvarma norması. Vegetasiya dövrü və yay fəslində faktiki buxarlanma ilə mümkün buxarlanma ilə mümkün buxarlanma məlumatları iqlim suvarma haqqında aydın təsəvvür verməklə bu məsələnin həllini daha asanlaşdırır. Məsələn Gəncə Qazax zonasının düzən rayonlarının süni suvarma hissəsidir. Buna görədə buxarlanma defisitinin düzgün müəyyənləşdirilməsinin təsərrüfat əhəmiyyəti vardır. Zonanın rayonlarında yerləşən mühüm suvarılan rayonlarından hesablamalar göstərmişdir ki onun illik miqdarı 500-800mm arasında tərəddüd edir.
Buxarlanma üzərində müşahidələr. Buxarlanmanın miqarını ölçmək üçün bir sıra cihazlardan istifadə edilir bunlardan ən sadəsi Popovun buxarlandırıcı cihazıdır.
Bu cihazdan torpaq səthindən qalxan buxarlanmanı təyin etmək üçün istifadə edilir.  Cihaz iki ədəd 500 sm2sahəsi və 27.5 sm dərinliyi olan silindirik dəmir qablardan ibarətdir. Hər iki qabın dibi dəmir tordan ibarətdir. Onların biri yəni xarici silindr yuxarı qırağınacan torpağa basdırılır digəri sə daxili silindirik qab içinə torpaq doldurmadan örtü və doldurduqdan sonra birinci silindirin içərisinə qoyulur.
Silindr torpaqla doldurulduqda sonraqanan tərəzisində çilir və qabaqcadan sonra yerə basdırılmış silindrə salınır. Buxarlanmış suyun miqdarını bir sutkadan sonra ikinci dəfə çəkmə vasitəsilə təyin edilir. 1-ci ilə alınan fərq buxara doymuş suyun qramlarla miqdarını göstərir. Hasil olan çəki  buxarlanan su təbəqəsini mm hündürlüyünə çevrilir.
Küləklər.
1.Küləyi müşahidə etmə
2.Yerli küləklər
3.Kənd təsərrüfatında küləyin əhəmiyyəti.
Havanın hərəkət etməsi torpaq və su səthini günəş tərəfindən bir bərabərdə qızdırılması nəticəsində əçələ gələn  temperatur fərqlərindən ibarətdir.
Hava axınları atmosferdə üfiqi və şaquli vəziyyətdə baş verir. Yer səthinə üfiqi istiqamətdə hərəkət edən hava kütləsi külək qüvvənin təsirinə məruz qalır. Yer səthinə sürtünərək zəifləyir. Külək atmosfer təzyiqinin yer üzündə qeyri-bərabər paylanmasından əmələ gəlir. Beləliklə külək yüksək təzyiq sahəsindən alçaq təzyiq sahəsinə təzyiq qradiyentinin təsiri ilə axan hava kütləinə deyilir. Küləyin gücü təzyiqlər arasındakı fərqlə düz mütnasibdir.
Küləklərin əsas istiqamətinə bir də atmosferin ümumi sirkulyasiyası təsir göstərir. Atmosferin ümumi sirkulyasiyası təsiri ilə pasat antipasat və musson küləklər əmələ gəlir.
Daimi əsən küləklərə passat küləklər deyilir.
Mövsii əsən küləklərə musson küləklər deyilir.
Küləyin istiqamət və sürətini müşahidə etmək üçün Vild Flüger cihazından istifadə edilir. Flüger 10-12 hündürlükdə olan sütun üzərində açıq yerdə qurulmalıdır. Küləyin sürətini və ya gücünü gözəyarı təyin etməkdən ötrü 12 ballıq Bosfortun cədvəlindən istifadə edilir. Bu cədvələ 1.2.3.4.5 bal qiymətində olan küləklər zəif 6-7 bal gücündə olan küləklər güclü olur.. 9-12 bal gücündə olan küləklər böyük dağıdıcı qüvvəyə malik olur. Belə küləklərin sürəti 20-25m-san olur. Fırtına gücünə çatır.
Yerli küləklər.
Küləyin quruluşuna və xüsusiyyətinə görə onlar dövri olmayan küləklərə bölünür. Öz güclərinə görə zəif mehdən başlayaraq fəlakət törədən tufan və qasırğalara kimi müxtəlif küləklər olur.
Dağlıq zonalarda xüsusilə geniş çay dərələri olan rayonlarda xüsusilə geniş çay dərələri olan rayonlarda dağ-dərə küləkləri müşahidə olunur. Belə küləklər gecə dağlardan dərələrə doğru gündüz isə dərələrdən dağa doğru yamaclara əsir. Azərbaycanda küləklər əsasən 2növə bölünür. 1-Hava kütlələrinin respublika ərazisinə gəlməsilə əsasən küləklər və 2-Yerli şəraitin təsiri nəticəsində əmələ gələn küləklər.
Güclü küləklər ən çox Abşeron yarımadasına əsir. Buna xəzri deyirlər. Onun sürəti bəzən 40m-san çatır 5-6gün davam edir. Respublika ərazisində hava axınları bir-birini əvəz etməsi və fəsillərin dəyişməsi ilə əlaqədardır.
Kənd təsərrüfatında küləyin əhəmiyyəti .
Küləyin k-t-da xeyri və zərəri vardır. Külək bir enerji mənbəyi sayılır. Adamlar küləyin gücündən istifadə edir. Külək külək dəyirmanları külək mühərrikləri vasitəsilə quyulardan su çıxarmaq elektrik enerjisi almaq dən üyütmək və s məqsədlə işlədilir.
Sahil küləyi gündüzlər havanı sərinləşdirir. Dağ-dərə küləkləri bir növ  ventilyasiya rolunu oynayır. Müxtəlif yerlərdə yığılıb qalan isti havanı qovaraq gecə onu dağdan gətirdiyi sərin hava ilə dəyişir. Səhər isə nəm və soyuq havanı qovur.
Lakin şiddətli külək nəticəsində bəzən torpaq eroziyası baş  verir. Bitkilərə mexaniki-dağıdıcı təsir də edir. Külək bitkilərdə suyun sürətlə buxarlanmasına səbəb olur. Xüsusilə ilin isti aylarında buna çox təsadüf edilir. Küləklər yaz aylarında bəzi ağacların vaxtından qabaq çiçək açmasına səbəb olur. Sonralar temperaturun aşağı düşməsi zamanı çiçəkləyən meyvə ağacları böyük ziyan çəkir.
Havanın qabaqcadan xəbər verilməsi.
1.Havanın ümumi əlamətləri
2.Atmosferin ümumi sirkulyasiyası havanın dövr etməsi
3.Hava kütlələrinin xüsusiyyətlərinin dəyişməsi
4.Atmosferdə cəbhələr
5.Yerli əlamətlərə görə havanın vəziyyətini yəni praqnozunu əvvəlcədən müəyyən etmək.
Hava dedikdə adətən indi və ya hansı bir vaxt ərzində bu və ya digər rayon üzərində atmosferin fiziki vəziyyəti nəzərdə tutulur. Havanın ikinci səciyyəsi müəyyən anda və ya vaxtın kiçik bir hissəsində bu və ya digər rayonda atmosferin fiziki vəziyyəti hava adlanır. Hava meteoroloji ünsürlərin havanın təzyiqi temperaturu rütubətliyi küləyi buludların görünüş məsafəsini yağıntıların və başqa hadisələrin kompleksi ilə səciyyələnir.
Havanın dövri və yaxud normal olmayan havalara bölünür. Havanın necə olacağını qabaqcadan xəbər vermək üçün alimlər fizika riyaziyyat və digər qanunlara əsasən üsullar yaratmışlar. Bu üsullardan başqa havanı qabaqcadan xəbər vermək üçün xalq arasında qəbul edilmiş yerli əlamətlərdən istifadə edilir.
Hava haqqında proqnozu tərtib etmək üçün dünyanın müxtəlif ölkələrində yaradılmış meteoroloji stansiyaların verdiyi müşahidələrin məlumatlarından istifadə edilir. Hal-hazırda meteoroloji stansiyaların bir qismində atmosferin yuxarı qatlarında xüsusi cihazlar vasitəsilə müşahidə aparılır. Belə müşahidələrə aeroloji müşahidələr deyilir. Son zamanlar süni peyklərin verdiyi məlumatlar yer kürəsi üzrə toplanan məlumatlardır ki bundan geniş istifadə edilir. Hava bürolarında bu məlumtlar sinoptik xəritəinə keçirilir.
Atmosferin ümumi sirkulyasiyası havanın dövr etməsi.
Yer kürəsin geniş sahə tutulub nisbi daimilik ilə fərqlənən hava axınlarının cəminə atmosfer sirkulyasiyası deyilir. Bu axınlar vasitəsilə yer kürəsinin müxtəlif hissələrin hava kütlələri arasında mübadilə gedir. Atmosferin ümumi sirkulyasiyası 3 əsas amilin təsiri ilə yaranır.
1.Müxtəlif en dairələrində günəş radiasiyasının qeyri-bərabər paylanması
2.Yer kürəsinin sutkalıq hərəkəti
3.Yer kürəsinin səthinin müxtəlifliyi yəni dəniz və materiklərdən ibarət olması. Atmosferin sirkulyasiyası nəticəsində müxtəlif növ küləklər yaranır.
Hava kütlələrinin fiziki xüsusiyyətlərinin dəyişməsi.
Hava kütlələri öz fiziki xüsusiyyətlərinin üzərində yerləşən müəyyən səciyyəli okeanlar və ya kontinentlər Arktikanın buzlu sahələri mülayim en dairələrindəki düzənliklər və isti səhralar kimi yerlərə məxsus temperatur rütubət və s təsiri nəticəsində əldə eilir. Hava kütlələrinin üfiqi istiqamətdə uzunluğu minlərlə km hündürlüyü isə bir neçə km-ə çatır.
Bunu nəzərə alaraq hava kütlələri 3 əsas tipə bölünür. 1-Afrika havası 2-Qütb havası 3-Tropik havası
Arktika havası Arktika buzları üzərində formalaşır.
Qütb havası mülayim en dairələrində əmələ gəlir
Tropik zonada yaranan hava tropik havası adlanır.
Sinoptiklər hava kütlələrinin vəziyyətini təyin etdikdən sonra onların sərhədlərini müəyyən edir. Yəni isti hava və soyuq hava kütlələri arasındakı keçid zonası cəbhələri müəyyənləşdirir.
Atmosfer cəbhələri.
Meteorologiyada müxtəlif fiziki xüsusiyyətlərə malik olan hava kütlələrinin bir-birinə rast gəldikləri səthə cəbhə səthi deyilir. Cəbhələr yerlərini dəyişməsinə görə isti və soyuq isti və soyuq cəbhə adlanır.
\g\r daha istihava kütləsi yerini dəyişib daha soyuq hava kütləsini sıxışdırıb onun yerinitutarsa bu zaman onları bir-birindən ayıran keçid zonası isti cəbhə adlanır.
Soyuq hava kütləsi daha isti hava kütləsinin altına paz şəklində soxularaq onu sıxışdırdıqda bu iki hava kütləsinin arasında keçid zonasına soyuq cəbhə deyilir.
Daha soyuq olan fəal soyuq cəbhə isti cəbhədən daha sürətlə hərəkət etdiyinə görə isti cəbhəyə çata bilər. Bu zaman kompleks cəbhə əmələ gəlir ki ona oklyuziya deyilir.
Yerli əlamətlərə görə havanın vəziyyətini proqnozunu əvvəlcədən müəyyən edilməsi.
Havanın dəyişməsindən qabaq əmələ gələn meteoroloji müşahidə etməklə təxminən havada yaxın gələcəkdə hansı dəyişikliklərin olacağını əvvəlcədən müəyyən etmək olar. Gözlənilən havanın necə olacağını bir əlamətə görə təkmilləşdirmək düzgün deyil. Bunun üçün atmosfer hadisələrini izləmək olar.
Yaxşı havanın əlamətləri.
Aşağıdakı əlamətlərə görə ilin soyuq dövründə soyuuq aydın hava yayda isə quru aydın isti hava gözlənilir.
1-Atmosfer təzyiqi yavaş-yavaş və aramsız bir neçə gün təkrar qalxır.
2-Atmosfer təzyiqi cənubdan külək əsərsə yavaş-yavaş artır və yaxud sabit qalır.
3-Bərk külək əsərsə barometrik təzyiq qalxır yazda və payızda bu zaanlar gecə şaxta ola bilər.
4-İlin isti dövründə havanın temperaturu bütün gecə-gündüz ərzində kəskin dəyişir gündüz isti axşam tərəfi sərin olur.
5-Axşamlar ot üzərinə çoxlu şeh düşür
6-Axşamlar təpələrdə və yüksəklərdə çökək yerlərə nisbətən isti olur və s
Pis havanın əlamətləri
1-Bütün gecə-gündüz havanın təzyiqi aşağı olur yaxud azacıq dəyişir
2-Temperatur qışda xeyli yüksək yayda isə mülayim olur və hər iki halda temperatur gecə-gendüz ərzində az dəyişir
3-Zəif qar yaxud yağış bütün gecə-gendüz ərzində ara vermədən yağır
4-Qərbdən cənub-qərbdən xüyli sürətli külək əsir
5-Yayda göy üzünü bulud bütün örtmür qışda isə göy qübbəsi buludla  örtülü olur.
Azərbaycan iqlimi.
1-Quba-Xaçmaz və Şəki Zaqatala zonalarının iqlimi
2-Abşeron zonası və Naxçıvan MR-nın iqlimi
3-Gəncə-Qazax və Lənkəran Astara zonalarının iqlimi
4-Qarabağ Mil və Şirvan zonalarının iqlimi
5-Muğan Salyan və Dağlıq Qarabağ zonalarının iqlimi
Azərbaycan iqliminin böyük müxtəlifliyi iqlim əmələ gətirən amillərin xarakteri ilə bağlıdır. Bu amillər iki böyük qrupa ayrılır. Birinci qrup amillərər yerli amillərə yerli amillər ikinci qrup amillərə isə atmosferin planet və superreguional sirkulyasiyası ilə bağlı olan başqa sözlə desək respublika iqliminə kənardan təsir edən amillər daxildir.
Azərbaycanın iqliminə dair ilk elmi əsərləri V.Fiquyrovskidir. o XX əsrin əvvəllərindən başlamış Qafqazın Zaqafqaziyanın Azərbaycanın və onun iri regionlarının iqliminə dair bir sıra əsərlər yazmışdır.
Iqlimin xarakteri insanın həyat tərzinə təsərrüfat fəaliyyətinə  olduqca böyük təir göstərir. –bunun üçün tundura əalisinin həyat tərzini –və- təsərrüfatını yada salmaq kifayətdir.
iyul və avqust aylarında dəniz sahili rayonlarda tropik ölkələrə xas olan rütubətli havada müşahidə edilir.  Belə hava subtropik bitkilır üçün əlverişlidir. Rütubətli tropik hava çox davamlı olmur. Lənkəran və Astara rayonlarının sahil boyu zolağında bu hava maksimum 20-25% təkrarlanır. Ilin soyuq aylarında xüsusən qışda bütün Azərbaycan üçün temperaturu 0 dərəcədən keçən havalar xarakteridir. Belə havalarda şaxtalar adətən gecə olur. Gündüz havalar isti keçdiyinə görə temperatur 0 dərəcədən yuxarı qalxır. əgər temperatur sutka ərzində 0 dərəcədən aşağı olarsa onda belə hava şaxtalı hava adlanır.
Azərbaycanda 10 təbii iqtisadi zona vardır. Hər bir zonanın özünəməxsus torpaq iqlim şəraiti vardır. K-t məhsullarının yetişdirilməsində torpaq iqlim şəraitinin böyük əhəmiyyəti vardır. Çünki əlverişli iqlim və torpaq şəraiti olmasa bol məhsul götürmək olmaz. Buna görə də hər bir zonanın torpaq və iqlim şəraitini öyrənmək ən vacib məsələlərdən biridir.
1-Quba-Xaçmaz zonası. Bu zonanın ərazisi 690 min ha olub respublika ərazisinin 8% ni təşkil edir. Meyvə bağlarının 35% i bu zonada yerləşir. Torpağı şabalıdıdır. Dəniz səviyyəsindən 10-70 m hündürlüyündə yerləşir. Illik yağıntıların miqdarı 550-600 mm dir. Orta illik temperatur 11-13 dərəcə dir. Yanvarın orta temperaturu 0+3 dərəcə iyulun orta temperaturu 38-42 dərəcədir.
2-Şəki Zaqatala zonası. Azərbaycanın şimal qərb hissəsində yerləşir. Illik yağıntıların miqdarı 684-903 mm dən çoxu bu zonada yerləşir.
3-Abşeron zonası. Illik yağıntıların miqdarı 180-270 mm dir. Orta illik temperatur 13-15 dərəcə selsidir. Maksimum temperatur 28-42 dərəcə selidir.
4-Naxçıvan MR. Orta illik temperatur 27 dərəcə selsidir. Maksimal temperatur 42 dərəcə selsidir. Illik yağıntıların miqdarı 250-650 mm dir. Muxtar respublikanın əkin sahəsi 537 min ha dır. Meyvə bağlarının 9% i burada yerləşir.
5-Gəncə-Qazax zonası. Azərbaycanın qərb hissəsində yerləşir. Bu zonanın torpaq sahəsi 1mln233min ha olub respublika ərazisinin 14.3% ni təşkil edir. Nisbi rütubət 70-80% dir. Illik yağıntıların miqdarı 250-400 mm dir respublikanın meyvə bağlarının 3% i bu zonada yerləşir.
6-Lənkəran-Astara zonası. Respublikanın cənub-şərq hissəsində yerləşir. Bu zonanın ümumi sahəsi 389 min ha dır. K-t na yararlı sahə 114.2 min ha dır. Mütləq orta temperatur 15-18 dərəcə selsidir. Illik yağıntıların miqdarı 700-1300 mm dir. Torpağı sarı ağır gilli olub humus 2-3% təşkil edir.
7-Qarabağ-Mil zonası. Zonanın ərazisi 1mln 655 min ha olub respublika ərazisinin 19.1 % ni təşkil edir. Illik yağıntıların miqdarı 286-460 mm dir. Nisbi rütubət 75% dir.
8-Şirvan zonası. Dəniz səviyyəsindən 50-60 m hündürlükdədir. Fəal temperaturun cəmi 4500 dərəcə selsidir. Nisbi rütubət 57% dir. Illik yağıntıların miqdarı 280-500 mm dir.
9-Muğan-Salyan zonası. Kür-Araz ovalığında şimal-Şərqində yerləşir sahəsi 1mln 093 min ha dır. Illik yağıntıların miqdarı 215-250 mm dir.
10-ağlıq-Qarabağ zonası. Burada üzümçülük tumlu çəyirdəkli və subtropik meyvə bağlarıbıb salınması üçün hər cür şərait vardır. Fəal temperaturun cəmi 3800-4200 dərəcə selsidir. Nisbi rütubət 60-65% dir. Orta temperatur 10-12 dərəcə selsidir. Yanvarda minimal temperatur -3+5 dərəcədir. Iyulda maksimal temperatur 38-40 dərəcədir.
Aqroiqlimin rayonlaşma üsulları.
1.Aqrometeoroloji müşahidələrin tətbiqi
2.Aqrometeoroloji dayaq məntəqəsinin qurulması
3.Aqrometeoroloji müşahidələrin tətbiqi
Meteoroloji sahənin seçilməsi və qurulmasına yerin seçilməsi cihazların yerləşdirilməsi qurulması cihazlara və həmin əraziyə qulluq edilməsi daxildir.
Meteoroloji müşahidələr zamanı Aqrometeoroloji məntəqələrdə əsasən aşağıdakı işlər görülməlidir.
1-Havanın minimal və maksimal temperaturun ölçülməsi
2-TORPAĞIN MİNİMAL VƏ MAKSİMAL TEMPERATURUN ÖLÇÜLMƏSİ
3-Torpaq düşən atmosfer yağıntılarının miqdarı
4-Yer üzərinin qarla örtülməklə dərəcəsi
5-Atmosferin ümumi vəziyyətinin görünməsi  məs.tutqun buludlu seyrək dumanlı və s.
Bütün bu işlər meteorologiya üçün ayrılan sahədə selyoninova məntəqəsində ora quraşdırılmış termometr və tretyakova yağışölçəni ilə görməlidir.
Müşahidələr üçün ayrılan sahələr k-t müəsisələrinə yaxın ərazilərdə olmalıdır.
Hər ehtimala görə işin nəticələri barədə k-t müəsisələrinə xəbərdarlıq edilməlidir ki onlar da hava şəraitinə uyğun öz işlərini qura bilsinlər.
Aqrometeoroloji dayaq məntəqəsinin qurulması
Meteoroloji sahələr elə yerdə yerləşdirilməlidir ki həmin yeri hər tərəfdən külək tutsun sahə hamar olmalıdır və baş torpaq olmamalıdır. Yalnız ot bitkiləri ola bilər. Meteoroloji sahənin ölçüsü 5x6 m olmalıdır. Yaxşı olar kin sahə düzbucaqlı formada olsun. Quraşdırılan avadanlıqlar şimal cənub və şərq- qərb istiqamətində olmalıdır. Stansiya yaxınlığında ağaclıq yəni meşə park və s olmamalıdır. Çünki ağaclar hava cərəyanının qarşısını alır və müşahidə işini çətinləşdirir. Yaşayış binaları və ağaclar öz hündürlüyündən 10 dəfə və daha artıq məsafədən uzaqlıqda olmalıdır. Məs əgər binanın hündürlüyü 10 m dirsə onda meteorologiya sahəsi 100 m kənarda olmalıdır. Meteoroloji sahənin yaxınlığında yarğanlar dərələr təpələr dağlar olmamalıdır. Meteorologiya sahəsi həmçinin çaylardan göllərdən və dənizdən 100 m aralı bir sahədə təşkil edilməlidir. Stansiyanın ətrafını daşla və ya ağacla çəpərlə çəpərləmək olmaz. Bu hal yolverilməzdir. Meteoroloji sahəsinə giriş və çıxış şimal tərəfdən olmalıdır. Eyni zamanda meteorologiya sahəsinə giriş və çıxış yolu onun üçün ayrılan cığırlarla olmalıdır. Ona nəzarət edilməlidir ki cihazlar düz yuxarı istiqamətdə qalsınlar. əgər yazda ot basmışsa həmin alaqlar təmizlənməlidir. əgər hər hansı bir çatışmazlıq varsa təcili aradan qaldırılmalıdır.
Aqrometeoroloji proqnozun verilmə üsulu.
Aqrometeoroloji müşahidələrdən məqsəd Aqrometeorologiya şərait və qaydalarının qeydiyyata alınması əgər müqavilə olarsa hidrometroloji xidmət bürolarının xəbərdar edilməsi k-t da bundan istifadə edilməsi mümkündür.
Işin təşkili zamanı proqram tərtib edilir. Bu proqrama aşağıdakı tədbirlər daxildir.
1.Meteoroloji müşahidələr
2.Aqrometeoroloji müşahidələr
3.Müşahidə məntəqəsində işin nəticələri haqqında məlumat vermək.
Müşahidə aparan şəxs Aqrometeorologiya məntəqəsində işi və müşahidələri qəbul etməli. Bu proqrama daxil olan son nəticələri və avadanlıqları alətləri qəbul etməli və blankları qəbul etməli onların işlək vəziyyətdə olmasını yoxlamalıdır.
Aqrometeoroloji proqnozun verilmə üsulun növbəti ilin 1 avqust tarixinə qədər mərkəzləşdirilmiş qaydada k-t təchizat və yerli hidrometeoroloji xidmət orqanlarına məlumat ötürülməlidir.
Ə.M.Şıxlınski 1964 cü ildə ilk dəfə olaraq Azərbaycanın aqroiqlim xəritəsini tərtib edir. Müəllif bu xəritənin fəal temperaturun cəmi nisbi nəmlik və orta mütləq minimum kimi aqroiqlim göstəricilərinin əsasında tərtib etmişdir. Respublikamızın ərazisində müxtəlif k-t bitkilərinin düzgün yerləşdirilməsində bu xəritənin böyük əhəmiyyəti vardır. Məlumdur ki vitkilərin vegetasiya dövründə normal inkişaf edib yüksək məhsul verməsi üçün tələb olunan iqlim göstəricii istilik və rütubətdir. Burada aşağıdakı iqlim göstəriciləri əsas götürülmüşdür.
1.Fəal temperaturun həcmi
2.Nisbi nəmlik dərəcəsi
3.Havanın orta illik mütləq minimum temperaturu.
k-t üçün əlverişsiz meteoroloji hadisələr
1.K-t üçün əlverişsiz meteoroloji hadisələr
2.Tufan və qasırğalara qarşı mübarizə
3.Güclü yağışlara qarşı mübarizə
4.Yüksək temperatura qarşı mübarizə
5.Yüksək şaxtalara qarşı mübarizə.
k-t üçün əlverişsiz meteoroloji hadisələr
K-t üçün əlverişsiz meteoroloji hadisələr ilin hər fəslində hər an ola bilər. Bunun üçün k-t işçiləri bu hadisələri dəf etmək və ona qarşı mübarizə aparmaq üçün hər zaman hazır olmalıdırlar. Belə ki qış yaz və payız şaxtaları quraqlıq və quru yandırıcı küləklər tufan fırtına güclü aramsız yağış dolu və s kimi əlverişsiz hadisələr k-t bitkilərinə tikililərinə heyvandarlığa və quşçuluğa zərər vura bilər.
Tufan və qasırğalara qarşı mübarizə.
Tufan və qasırğalar törədən küləklər Azərbaycana orta Asiyadan şərq və cənub cənub-şərq istiqamətli hava küləkləırinuin axması bundan başqa cənubdan cə cənub-qərbdən tropijk hava kütlələrinin respublikamızın rayonlarına daxil olması nəticəsində əmələ gəlir. Tufan və qasırğalar bitkilərə məhvedici təsir göstərir. Belə şəraitdə tikililəri uçurur karkasları məhv edir. Bəzən tufan və qasırğaların k-t vurduğu ziyan milyon manatrlarla ölçülür. Suvarma şəraitində əkilən taxılların dəni cılızlaşır büzüşür torpaqda rütubət artır və s
Tufan və qasırğalara qarşı meşə zolağının salınmasının böyük əhəmiyyəti vardır. Meşə zolağı küləyin sürətini azaldır bəzən onun istiqamətini dəyişir. Tarlalarda rütubətliliyi artırmaq məqsədi ilə dondurma şumu və qış aratı aparmaq lazımdır. Səpinəqədr torpaqda rütubətliliyi saxlamaq üçün yumşaltma alaq otları ilə mübarizə aparmaq və dırnaqlama kimi tədbirlər görmək lazımdır.
Güclü yağışlara qarşı mübarizə.
k-t bitkilərinə güclü gur yağışlarda bəzən güclü ziyan vurur. Belə ki taxıl və tərəvəz sahələrini su basır bəzən bitkiləri yuyub aparır. Yazda ağacların çiçəkləndiyi vaxt yağan yağışlar çiçəkləri qoparıb tökür. Bəzən düşən damcıların iri olması meyvələrində tökülməsinə səbəb olur. Güclü gur yağan yağışlara qarşı mübarizə məqsədi ilə əkin sahələrinin ətrafına və sahənin ortasından bir neçə yerdən kanallar çəkilməlidir. Yağan yağaş  sularını əkin sahələrindən çıxarmaq üçün əkin sahələrindəki artıq suyu bu kanallara axıtmalı və bu kanallar yaxınlıqdakı çaylara göllərə digər su tutarlara birləşdirilməlidir.
Yüksək temperatura qarşı mübarizə.
Bəzən temperaturun kəskin surətdə axması k-t a böyük ziyan vurur. Belə ki temperaturun artması quraqlığa səbəb olur. Rütubət çatışmazlığından əkin məhv olmaq təhlükəsi ilə üzləşməli olur. Yüksək temperatura qarşı mübarizə məqsədi ilə ilk növbədə su tutarlar yaradılmalıdır. Ilk növbədə süni suvarmanı tətbiq etmək lazımdır. Bunun üçün əkin sahələrinin ətrafında kanallar yaradılmalı və qış aylarında bu kanalla su ilə doldurulmalıdır. əgər suvarmaq mümkün olmasa əkinlər becərilməlidir. Yaxşı becərmə yəni tərəvəzçilikdə cərgə aralarının yumşaldılması bağçılıqda cərgə aralarının şumlanması mineral gübrələrlə vaxdında gübrələnməsi və s tədbirlər buxarlanmanın qarşıaını alır. Bu baxımdan meşə zolaqlarının salınmasıda faydalıdır.
Yüksək şaxtalara qarşı mübarizə.
Havanın yerüstü qatında vegelyasiya dövründə temperaturun qısa müddətdə 0 dərəcəyədək aşağı düşməsini ayaz adlandırırlar.  Bu hadisə yaz və payəz fəslində havanın temperaturu gecə və sübh tezxdən 0 dərəcə və bundanda aşağı düşərsə k-t bitkilərinə xeyli zərər verir. Yüngül şaxtalar respublikamızın bir çox rayonlarında pambıq tərəvəz bostan və s bitkilərin cücərtilərinə qönçələrinə tənəyin zoğlarına şişmiş tumurcuqlarına meyvə ağaclarının tumurcuq və çiçəklərinə xiyar şitillərinə də zərər verir. Erkən payız şaxtaları pambıq qozasını vurmaqla lifin keyfiyyətinə mənfi təsir edir. Meyvə və giləmeyvələrin dad keyfiyyətini aşağı salır. Meyvə ağaclarının çiçəkləri isə 2-30 şaxtalarda tələf olur.  Hava yayazından başqa torpaq ayazıda olur. Bu halda gecə güclü effektiv şüaburaxma nəticəsində torpağın və bitkinin temperaturu 0 dərəcədən aşağı düşür. Halbuki heç olmasa 2metr hündürlükdə psixrometrik butkada tümperatur 0 dərəcədən yuxarı olur. Ona görə də şaxta torpaq səthində daha şiiddətli olur. Adətən relyefi çökək olan yerlərdə şaxtanın təsiri səthi düz olan yerə nisbətən daha çox olur. Müşahidələr göstərirki ayaz nəticəsində ərik çiçəklərin zəd\ələnməsi Gəncədə 50% Qubada 40% Ağdamda 30% təşkil edir. Armudun zədələnməsi Şəkidə və Xankəndində 15% dir. Şaxta vurmuş bitkilərin yoxlanmasını günortadan sonra aparmaq lazımdır. Çünki bu zaman zədə daha aydın seçilir. Güclü və ya zəif şaxtalara qarşı mübarizə aparmaq üçün əkin sahələrində və bağlarda tüstü yaratmaq lazımdır. Bunun üçün işlənmiş maşın təkərlətindən və ya peyindən və s materialdan istifadə etmək olar.
BİTKİLƏRİN ÜMUMİ VƏZİYYƏTİNİN QİYMƏTLƏNDİRİLMƏSİ.
1.Bitkilərin çıxış vəziyyətinin qiymətləndirilməsi.
2.Bitkilərin böyümə fazasının qiymətləndirilməsi
3.Bitkilərin çiçəklənmə fazasının qiymətləndirilməsi
4.Məhsulun yetişmə fazasının qiymətləndirilməsi
5.bitkilərin ümumi vəziyyətinin rəqəmlərlə vəşkala üzərində qiymətləndirilməsi
Bitkilərin çıxış vəziyyətinin qiymətləndirilməsi.
əkinlərin vəziyyətinin qiymətləndirilməsi işi bitkilərin kütləvi çıxış fazasından başlayır məhsulun  son yetişməsinə qədər davam edir.
Gözəyarı bitkilərin ümumi vəziyyəti keçən ilin müvafiq dövründəki vəziyyəti iləmüqayisə edilir. Bununlada bitkilərin ümumi vəziyyətinin yaxşı və ya pis olması barədə və məhsuldarlığı haqqında qənaətə gəlmək.
Qiymətləndirmə zamanı əsas diqqətbitkilərin çıxış faizinə diqqət yetirilməlidir. Bu zaman çıxışın seyrək və ya sıxolmasına diqqət yetirilməlidir. Bundan sonra əkin sahəsinin alaqlarla zibillənmə faizi gəmiricilər tərəfindən vurulan ziyan digərxəstəliklərin vəzərərvericilərin baş verib verməməsi və bunun gözəyarı vəziyyəti qiymətləndirilir. Qiymətləndirmədən əvvəl əkinlərin keçən ilin müvafiq dövrü ilə müqayisə edilməlidir.
Bitkilərin böyümə fazasının qiymətləndirilməsi.
Bitkilərin böyümə fazasının qiymətləndirilərkən əvvəlcə bitkilərin ümumi vəziyyəti gözəyarı nəzərdən keçirilir. Bu zaman əkin sahəsində seyrəklik və ya sıxlığı əkin zahəsinin xəstəlik ziyanverici və ya təbii atmosfer yağıntılarından zərər çəkib çəkməməsi nəzərdən keçirilir.  Sonra əvvəlki illərləvə ya ən azı keçən ilki bitkilərin vəziyyəti ilə müqayisə edilir. Sonra qiymətləndirmə aparılır.
Bitkilərin çiçəklənmə fazasının qiymətləndirilməsi.
Bitkilərin çiçəklənmə fazasının qiymətləndirərkən əvvəlcə əkin sahəsi gözə yarı qiymətləndirilir. Yəni əvvəlcə sahə nəzərdən keçirilir. Bu zaman taxılın yerə yatıb yatmaması çiçəklənmənin normal baş verməsi xəstəlik və ya ziyanvericilər tərəfindən zədələnmə dərəcəsi əgər zədələnmə baş veribsə bu ümumi əkin sahəsinin neçə faizini təşkil etdiyi qeyd olunmalıdır.çiçəklənmənin vəziyyəti keçən ilki çiçəklənmənin vəziyyəti ilə müqayisə edilir. Bununladabitkilərin ümumi vəziyyətinin yaxşı və ya pis olması barədə vəməhsuldarlığıhaqqında qənaətə gəlmək olar. Bu zaman bitkilərin möhkəmliyinə sünbüldə qönçələrin miqdarına çiçəklənmənin çiçəklərin sayına baxıb qiymətləndirilir.
Məhsulun yetişmə fazasının qiymətləndirilməsi.
Məhsulun yetişmə fazasının qiymətləndirilərkən əkin sahəsi diqqətlə nəzərdən keçirilir. Bu zaman bitkilərin nöhkəmliyi taxılın yerinə yatıb yatmaması əgər yerə yatma varsa bu ümumi əkin sahəsinin neçə faizini təşkil etdiyi əkinlərin neçə faizi alaqlara zibilləndiyi hər sünbüldə saplaqların sayına və meyvələrin sayına baxıb qiymətləndirməlidir. Daha sonra bitkilərin boyuna sünbülün uzunluğuna denbeldə toxumların sayına iriliyinə gözəyarıdaolsa nəzərdən keçirilməlidir.
Beləliklə bitkilərin ümumi vəziyyətinin göstəriciləri nə qədər məhsul gözlənildiyi mövqeyinə gəlməyə imkan verir. Yəni təxmini də olsa nə qədər məhsul olacağı qənaətinə gəlməyə ümid verir.
Bitkilərin ümumi vəziyyəti rəqəmlərlə və şkala üzrə qiymətləndirilməsi.
Bitkilərin ümumi vəziyyəti rəqəmlərlə və şkala üzrə aşağıdakı kimi  qiymətləndirilır.
5-əla vəziyyətdə yüksək məhsul götürmək olar.
4-yaxşı vəziyyətdə yaxşı məhsul götürmək olar.
3-ortavıziyyətdə orta səviyyədə məhsul götürmək olar.
2-pis vəziyyətdə hər hansı bir müəyyən xüsusi tədbir görülməsə məhsuldarlıq pisolacaq
1-çoxpis vəziyyətdə tarlaya səpilən toxumdan götürülən məhsul çox olmayacaq
0-bitkilər tamamiləməhv olmuşdur. Məhsul olmayacaq.
Cəmi qiymətləndirmənin dəyişilməsi ayrıca bir jurnalda bitkilərin vəziyyətinin yaxşılaşması və ya pisləşməsi qeydedilməlidir.
 
                     DƏNLİ BİTKİLƏR ÜZƏRİNDƏ FENOLOJİ MÜŞAHİDƏLƏR.
1-Buğda bitkisi üzərindəfenoloji müşahidələr.
2.Arpa bitkisi üzərində fenoloji müşahidələr.
3.Vələmir bitkisi üzərində fenoloji müşahidələr.
4.Çovdar bitkisi üzərində fenoloji müşahidələr
Dənli taxıl bitkiləri aşağıdakı vegetasiya müddətində fazaları keçirirlər.
1-Toxumun cücərməsi 2-Çıxış 3-Kollanma4-Boru buraxma 5-Sünbülqəırma 6-Çiçəklənmə 7-Sütül yetişmə 8-Mum yetişmə 9-Tam yetişmə. Qeyd etməliyikki bəzi taxıl bitkiləri sünbül əvəzinə süpürgə bağlayır.
Səpindən sonra çıxış başlayır. Bu zaman çıxışdan sonra müşahidə jurnalında çıxış günü qeyd olunmalıdır. Çıxış günü o zaman qeyd olunurki tarlada ən azı 50% çıxış olsun.
əgər 10gün müddətinənormalçıxış əmələ gəlməzsə o  zaman qeydiyyat jurnalında qeyd olunur.bu zaman oda qeyd edilməlidir ki məsələn torpaq qurudur rütubət çatışmırvə ya başqa səbəb varsa jurnalda qeyd edilməlidir. əgər heçbir səbəbyoxdursa yəni normal rütubət vəçıxış üçün normalşərait varsa lakin çıxış 10 gündən gecbaş veribsə ondaqeydiyyat jurnalında qeyd olunur ki çıxış yubanır. Çıxış o zaman qeyd olunur ki bitkinin yerüstü hissəsində ilk yarpaqlar heç olmasa bir iki yarpaq əmələ gəlmiş olsun.
Kollanma fazası o zaman özünü göstərir ki əsas zoğun böyüründə əmələ gəlmiş tumurcuqdan əlavə yarpaqlar əmələ gəlmiş olsun. əgər əsas zoğda əmələgəlmiş yarpaqlar ümumi shənin 50% dən artıq hissəsində baş veribsə onda bu qeydiyyat jurnalında qeyd olunmalıdır.
Payızlıq əkinlərdə kollanma fazası əsasən payızda və ya qışın əvvəllərində başlayır. Bu əsasən başzoğun yan tərəfinə yan hissəsindəki tumrcuqlardan əmələ gəlir ki bu da bir tərəfli qaydada əmələ gəlmir. Bu əsas zoğun hər tərəfindən əmələ gəlir.
Yazlıq taxıllarda boruburaxma fazasında kollanma fazası başlayır. Yazda hava quraq keçərsə rütubət çatışmadıqda kollanma ola bilər ki əmələ gəlməsin və ya boruburaxmadan sonra əmələ gəlsin. Buhal qeydiyyat jurnalında ayrıca qeyd edilməlidir. Çünkü yazda bitkilərin böyüməsi boy atması yeni yarpaqların əmələ gəlməsi prosesi daha sürətlə gedir. Bu hal qeydiyyat jurnalında xüsusi ayrıca qeydiyyat bölməsində qeyd edilməlidir.
Torpaq üzərində ilk zolağın əmələ gəlməsi. Çıxış fazası başlayandan sonra ilk zolaq əmələ gəlir. Bu əsas zoğ əmələ gəldikdən sonra sonra əsas zoğun ətrafında əmələ gəlir. Bun zaman bitkilərdə yoğunlaşma və böyümə başlayır. Bu o zaman qeyd olunur ki zoğun hündürlüyü ən azı 0.5 sm olsun. əsas zoğun üzərində saplaqların əmələ gəlməsi prosesi adətən bitkilərin vegetasiya dövründə yazda baş verir. Sünbülbağlama (süpürgə əmələgəlmə) . taxılda çovdarda buğdada və arpada ilk sünbüllər əmələgələn zaman qeyd edilir. Bu o zaman qeyd edilir ki tarlanın ən azı 50% dən çoxu sünbül əmələgətirmiş olsun. Qeyd etməliyikki vələmir sünbül əmələ gətirmir. Vələmir süpürgə bağlayır. Vələmir tarlasında da bitkilərin 50%dən çoxu süpürgə bağladıqdan sonra qeydiyyat jurnalında qeyd edilməlidir.
Çiçəklənmə. Çiçəklənmənin başlaması aşağıdakı əlamətlərlə özünü büruzə verir. Çovdarda sünbüllərdə əvvəlcə tozcuqlar əmələ gəlir. Sünbülün əgər günəş işığı düşməyən hissəsinə baxdıqda görürükki sünbülün gün düşməyən hissəsi boşdur. Zəif küləyin təsiri nəticəsində tədriclə tozcuqlar tozlanma başlayır. Buğdada isə havanın isti keçməsi mayalanmanı sürətləndirir. Bu vələmirdə də buğdada olduğu kimi əmələ gəlir. Buludlu hava bu işi ləngidir. Arpada bunu qeyd etmək çətindir.
Sütül yetişmə. Bu fazada vələmirdə çiçəklənmənin başlanğıcında günəş düşən hissəsində əmələ gəlir. Günəş düşməyən hissəsində sünbül boş olur. Sonra tədriclə tozlanma hesabına dən əmələ gəlir. Sütül yetişmə zamanı dənlər tam dolğunluğa çatır.
Mum yetişmə. Bu fazada dənlər tam saralmış olur. Nisbətən qəgvəyin rəngə çalır. Dənlər sıxıldıqda mum kimi yastılanır.
Tam yetişmə. Bu fazada dənlər bərk olur. Bu fazada məhsul tezlikcə yığılmazsa məhsul yerə tökülür. Adətən mum yetişmənin axırına yaxın yığım başlanır. Tam yetişmənin axırı qeyd edilmir. əgər məhsul yerə tökülərsə bu xüsusi bölmədə qeyd edilir.
                                Texniki bitkilər üzərində fenoloji müşahidələr. 
1.Pambıq bitkisi üzərində fenoloji müşahidələr
2.Kətan bitkisi üzərində fenoloji müşahidələr
3.Günəbaxan bitkisində fenoloji müşahidələr.
4.Qarğıdalı bitkisi üzərində fenoloji müşahidələr
Pambıq bitkisi üzərində fenoloji müşahidələr
Pambıq bitkisi aşağıdakı fazaları keçirir.
1Toxumun cücərməsi 2-Çıxış 3-3-cü həqiqi yarpaqların əmələ gəlməsi. 5-Çiçəklənmə 6-İlk qozaların açması
Həmçinin ilk şaxtalardan bitkilərin zədələnməsi və ya məhv olması xüsusilə qeyd edilməlidir.
Müşahidə sahəsindən ilk məhsulun yığılması xüsusi qeyd edilməlidir. Toxumun cücərməsi üzərində fenoloji müşahidə apararkən tarlanın ən azı 203 yerindən toxum çıxarılır. Torpaqdan təmizlənir və diqqətlə yoxlanılır toxumda cücərmə varsa qeyd olunur.
əgər tarla bitkilərin 50% dən artığında çıxış əmələ gəlibsə onda müşahidə jurnalında qeyd olunur.
Çıxışdan sonrav saplaq əmələ gəlir. Saplağın təpə hissəsində yarpaq əmələ gəlir. Sonra 2-ci və 3-cü həqiqi yarpaq əmələ gəlir. 3-cü yarpaq əmələ g\ldikdən sonra bu müşahidə jurnalında qeyd olunur. Lakin bu hal tarlanın 50%dən artıq hissəsində baş verməlidir. əsasən o ki saplaq yarpağa çevrilir. Və həmin saplaq 2-ci 3-cü həqiqi yarpaqlar əmələ gəlir.
Ilk qönçələr 4-cü və 5-ci yarpaqların yarpaq qoltuğunda qönçələr əmələ gəlir. Qönçələr üçüzlü piramida formasında olur. Qönçələr öz rəngində və parlaqlığıa görə yarpaqlardan seçilir. Ilk qönçələr əmələ gəlib 3mm-ə çatdıqda həmin gün müşahidə jurnalında qeyd olunur.
Bitkilərin üzərində ilk çiçəklər açıldıqda qeyd olunur. Pambıq səhər tezdən çiçək açır. Günortadan sonra çiçəklərin rəngi dəyişir. Odur ki müşahidələri səhər sübh vaxdı aparmaq lazımdır.
Ilk qozaların açılması. Qozaların üzərində ki laylar quruyur. Laylar arasında yarıqlar əmələ gəlir xammal görünür. Qozaların layları açılır bu qeyd olunmalıdır.
Ilk şaxtalardan zədələnmə. Ilk şaxtalardan zədələnmə göründükdə bu hal qeyd olunmalıdır.
Şaxtalardan məhv olma. əgər şaxta nəticəsində bitkinin gövdə budaq və yarpaqları zədələnibsə məhv olma varsa bu hal ayın tarixi ilə qeyd edilməlidir.
Kətan üzərində şağıdakı müşahidələr qeyd olunmalıdır. 1-Çıxış 2-Zoğun böyüməsi 3-İlk çiçəklənmə əmələ gəlməsi 4-Çiçəklənmə  5-Yaşıl yetişmə 6-Sarı yetişmə 7-Tam yetişmə
Toxumların əksər hissəsi çıxış verdikdən sonra qeyd olunur.
Zoğun böyüməi 4-6yarpaq əmələ gəldikdən sonra başlayır. 3-cü həqiqi yarpaq əmələ gəldikdən sonra şam ağacına bənzəyir. Odur ki bu fazanı yolka fazası da dalandırırlar. Müşahidələr 5bitki üzərində aparmalıdır.
Ilk çiçək hamaşçiçək əsas zoğun uc hissəsində əmələ gəlir. Bu zaman qeyd olunur.
Çiçəklənmə kətanda səhər sübhdən başlayır. Günün ortasında ləçəklər tökülür. Odur ki müşahidələr səhər sübh vaxdı aparılmalıdır.
Yaşıl yetişmə o zaman baş verir ki toxumlar ağ rəngdə olur. Bitkinin baş hissəsi solğun rəng alır. Tarlada 50%-dən artıq hissədə bu baş verdikdə qeyd olunur.
əgər əsas zoğ sarı rəng alırsa bu faza sarı yetişmə adlanır. Bu zaman toxumlar tam dolğun olmur. 50%-dən artıq bu fazada tarlada əmələ gəlibsə sarı yetişmə fazası qeyd edilməlidir.
Tam yetişmə fazasında toxumlar tam dolğun olursa qəhvəyi rəng alır. Yarpaqlar tökülür. əgər tarlanın 50%-dən artıq hissəsində bu baş vermişdirsə müşahidə jurnalında qeyd olunur.
Günəbaxan bitkisinin üzərində fenoloji müşahidələr.
Günəbaxan bitkisi aşağıdakı fazaları keçirir. 1-Çıxış 2-2-ci cüt həqiqi yarpaqların əmələ gəlməsi 3-Çiçək səbətinin əmələ gəlməsi 4-Çiçəklənmə 5-Toxum yetişməsi
Çıxış pambıqda olduğu kimidir.
1-ci 2həqiqi yarpaq açıldıqdan sonra 2-ci həqiqi cüt həqiqi yarpaqlar əmələ gəlir.
Zoğun uc hissəsində səbət əmələ gəlir.
əsas zoğun üst hissəsində aya bənzər çoxlu ulduzcuqlar əmələ gəlir.
Ilk çiçəklər açılıb səbətin kənar hissəsində yerləşir. Barmaqla sıxdıqda sarı rəngli əldə tozcuqlar qalır.
Toxum yetişmə fazasında adətən toxumlar sorta məxsus rəng alır. Toxumlar tam dolğun olur. Bu zaman gövdə və səbət tam sarı rəng alır. Səbətin kənarındakı ləçəklər soluxur.
Qarğıdalı bitkisinin üzərində fenoloji müşahidələr.
Qarğıdalı bitkisi aşaöıdakı fazaları keçirir. 1-Toxumun cücərməsi 2-Çıxış 3-3-cü yarpağın əmələ gəlməsi 4-Kollanma 5-Süpürgə bağlama 6-Erkən çiçəklərin əmələ gəlməsi və dişi çiçəklərin əmələ gəlməsi 7-Sütül yetişmə 8-Mum yetişmə 9-Tam yetişmə
Müşahidələr 5 bitki üzərində aparılmalıdır. Hər bir faza 50% dən artıq əmələ gəldikdə qeydiyyat jurnalında qeyd edilməlidir.
Cücərmə fazası digər taxıl bitkilərində olduğu kimidir.
Çıxış fazası bir yarpaq əmələ gəldikdə qeyd edilir.
3-cü yarpağın əmələ gəlməsi fazası 3-cü yatpaq əmələ gəldikdə qeyd edilir.
Kollanma sortdan aslıdır. Bəzi sortlarda kollanma fazası olmur. Bu jurnalda xüsusi bölmədə qeyd olunur. Süpürgə bağladıqda bu faza qeyd olunur.
əsas baş zoğun üzərində erkən çiçəklər əmələ gəlir.
Dişi cinsli çiçəklər əsas qıcalarda ipəyəbənzər saplar əmələ gəlir.
Sütülyetişmə fazasında dənlər qəhvəyi rəng alır barmaqla sıxıldıqda süd kimi maye axır. Lakin qıcanın bürüyən yarpaqlar yaşıl olur.
Mumyetişmə fazasında dənlər nisbətən möhkəmlənir. Sıxıldıqda mum kimi olur.
Tam yetişmə fazası zamanı dənlər möhkəmlənir və bərkiyir.
Bütün bunlar müşahidə jurnalında qeyd edilməlidir.
Tərəvəz və yem bitkiləri üzərində fenoloji müşahidələr.
1-Kartof bitkisi üzərində fenoloji müşahidələr
2-Tərəvəz bitkisi üzərində fenoloji müşahidələr
3-Bostan bitkisi üzərində fenoloji müşahidələr.
Kartof bitkisi üzərində fenoloji müşahidələr.
Kartof bitkisi öz vegetasiya dövründə aşağıdakı fazaları keçirir.
1-Çıxış 2-Çiçəklənmə 3-Çiçəklənmənin sonu 4-Gövdə və yarpaqların solması
Çıxış. Kartof yuvasından çıxışı 50%-dən artıq ümumi sahədə çıxış olsa müşahidə jurnalına qeyd olunmalıdır.
Çiçəklənmə. Bitkilərin demək olar ki hamıxı çiçəkləyir və ləçəklər salaraq tökülür. Yerdə yalnız 1-2 çiçək qalır. U hal müşahidə jurnalında qeyd olunur.
Gövdə və yarpaqların solması. Nazik zoğlar solur yarpaqlar solur və qəhvəyi rəng alır. Kök yumrularının böyüməsi dayanır. O halda qeyd olunur ki ümumi sahənin 50% dən artıq hissəsi göbələk xəstəliklərinə tutulur. Bu hal qeydiyyat jurnalının xüsusi bölməsində qeyd olunur.
Tərəvəz itkisi üzərində fenoloji müşahidələr.
Tərəvəz bitkiləri üzərində fenoloji müşahidələr apararkən nəzərə almaq lazımdır ki tərəvəzlər çox müxtəlif fəsiləyə cinsə və növlərə bölünür ki bunların da hər birinin özünəməxsus bioloji xüsusiyyətləri vardır. Elə tərəvəz növləri vardır ki onların ən çox yarpaq gövdəsindən istifadə olunur. Onun toxum və meyvəsinin yetişməsini gözləməyə ehtiyac qalmır.
Odur ki müəyyən boya və yarpaqlanmaya çatdıqdan sonra yığım başlayır.
Belə halda fenoloji müşahidələr apararkən toxum və meyvə məqsədilə tərəvəz bitkiləri əkilərsə məhsul yığımının sonuna qədər müşahidələr aparılır və hər bir tərəvəz bitkisinin özünəməxsus keçirdiyi fazalar fenoloji jurnalda qeyd olunur.
Bostan bitkiləri üzərində fenoloji müşahidələr.
Bostan bitkiləri üzərində fenoloji müşahidələr tərəvəz bitkilərində olduğu kimidir. Lkin bostan bitkilərinin əksəriyyəti meyvəsi üçün becərilir. Odur ki fenoloji müşahidələr toxumun cücərməsindən başlamış məhsul yığımına qədər fenoloji müşahidələr aparılır.
Yem bitkilərinin üzərində fenoloji müşahidələr.
Yem bitkiləri 2 qrupa bölünür 1-Dənli bitkilər 2-Paxlalı bitkilər
Dənli bitkilərə pişikquyruğu kirpitükü yulafca tonqalotu tülküquyruğu çölbuğdası və s aiddir.
Dən yem bitkiləri aşağıdakı fazaları keçirir. 1-Çıxış 2-Kollanma və ya süpürgəbağlama 3-Çiçəklənmə 4-Toxumun yetişməsi.
Yem bitkiləri üzərində fenoloji müşahidələr yalnız biçinə qədər aparılır. Biçin başladıqdan sonra fenoloji müşahidələr dayandırılır.
Otlaqlarda isə həmin sahəyə oturmaq üçün mal-qara salınan günə qədər fenoloji müşahidələr aparılmalıdır. Çoxillik otlarda erkən yazda ot bitkiləri yaşıllaşmağa başladıqda müşahidələrə başlamaq lazımdır. Bu zaman təzə zoğ və yarpaqlar öz parlaqlığı yaşıllığı ilə köhnə payızdan qalma zoğ və yarpaqlardan aydın seçilir.
Bu zaman aşağıdakı fazalar qeyd olunur. Çıxış və ya böyümə kollanma tumurcuqların əmələ gəlməsi. Çiçəkləmə toxumun yetişməsi biçindən sonra böyümə və ya otarılma.
Meyvə və giləmeyvəli bitkilər üzərində fenoloji müşahidələr.
1-Meyvə bitkiləri üzərində fenoloji müşahidələr
2-Giləmeyvəli bitkilər üzərində fenoloji müşahidələr
1-Meyvə bitkiləri üzərində fenoloji müşahidələr.
Meyvə bitkiləri üzərində fenoloji müşahidələr apararkən müşahidə məqsədilə 10 ağac götürülür. Məs. Müşahidə üçün 10 ədəd tut ağacı seçilir. Bu zaman əvvəlcə seçilmiş 10 ədəd ağac dişi cinsli ağac üzərində müşahidə aparılır. Çiçəklənmə qaağı 10 ədəd erkək cinsli ağac seçilir. Cins üzərində qpqrılan müşahidələr ayrıca müşahidə jurnalında yazılır.
Ağağıdakı fazalar üzərində müşahidələr
Aparılmalıdır.
1-Tumurcuqların şişməsi 2-İlk yarpaqların əmələ gəlməsi 3-Çiçəklənmə 4-Çiçəklənmənin sonu 5-Meyvələrin yetişməsi 6-Yarpaqların tökülməsi
Fazaların əlamətləri
Tumurcuqların şişməsi. Tumurcuqların üzərində pulcuqların aralanmasıbu zaman tumurcuqlar getdikcə böyüyür. Bu zaman tumurcuqlar pulcuqlarla örtülü olur.
Albalıda və gilasda tumurcuqlar üzərində yaşıl xallar əmələ gəlir.
Alma bitkisində isə tumurcuqlar üzərində daha parlaq gümüşü topabənzər hissə əmələ gəlir.
Tumurcuqların şişməsi adətən havanın temperaturlarından asılı olur. Belə ki temperatur 5 dərəcə artdıqda tumurcuqlar bir neçə gün tez şişir. Cənub rayonlarında hətta bəzən yanvar ayında şişir və çiçək açır. əgər 5 ədəd ağac çiçək açmışdırsa o zaman müşahidə jurnalında qeyd olunmalıdır.
Çiçəklənmə. Ilk çiçəklər ağacda açıldıqda qeyd edilməlidir. Müxtəlif cinsli çiçəklərdə erkək cinsli ağac üzərində müşahidələr aparılmalıdır.
Tut və bu kimi bitkilər yəni sırğa əmələ gətirən bitkilər tozcuq əmələ gətirən dövrdə budaqlarında yüngül quruma getdiyi zaman müşahidələr aparılır. Bu dövrdə şaxta olarsa bu qeydiyyat jurnalının xüsusi qeydlər bölməsində qeyd edilməlidir.
Çiçəklənmənin sonu. Ağaclar çiçəklər tökülür sonuncu çiçək qalır və ya sonuncu qlan çiçək solmuş olur və ya ləçəkləri qurumuş olur. Bu vəziyyət çiçklənmənin sonunu göstərir və müşahidə jurnalında bu qeyd olunmalıdır.
Tutkimilərdə və digər sırğa əmələgətirən ağaclarda erkək cinsli sırğalar zamanı qeyd olunmalıdır.
Çiçəklənmə qurtardıqdan sonra müşahidə jurnalındakı xüsusi bölmədə qeyd olunarkən orada göstərilməlidir. Ki çiçəklər necə tökülür. Hansı intensivlikdə tökülür yəni tökülmə zəif gedir adi qaydada tökülür. Cüclü tökülmə baş verir çox cüclü sürətlə tökülür. Bunlara səbəb külək quraqlıq k-t zərərvericiləri ziyanvericiləri və s olması göstərilməlidir.
Bunab başqa əgər ikinci dəfə çiçəklənmə baş verərsə bu vaxdından əvvəl açılmış çiçəklərin və həmin il gecikmiş çiçəklərin arasında gec tökülən çiçəklər olur ki bunlar tökülmədə gecikirlər bu müşahidə jurnalında qeyd olunmalıdır.
Meyvələrin yetişməsi. Ağacların əksəriyyətində müşahidə apararkən ilk meyvənin əmələgəlməsi sorta məxsus rəng alması qeyd olunmalıdır. Bir çox bitkilərdə yetişmə dövründə yumşaq və şirəli olur.
Adətən k-t da məhsul tam yetişəndə yığılmır texniki yetişkənlik dövründə yığılır. əgər məhsul texniki yetişkənlik dövründə yığılırsa bu müşahidə jurnalının xüsusi bölməsində qeyd olunmalıdır.
Yarpaqların tökülməsi. əksər vaxt müşahidə üçün ayrılmış ağaclarda yarpaqlar tökülür sonda biri yarpaq qalır. Yarpaqların yarıdan çoxu töküldükdən sonra müşahidə jurnalında qeyd olunur. Qurumuş yaşıl yarpaqlarda tökülmə baş verərsə bu hadisə jurnalın xüsusi bölməsinə qeyd olunmalıdır. Giləmeyvəli bitkilər üzərində fenoloji müşahidələr giləmeyvəli bitkilər aşağıdakı fazaları keçirir. 1-Toxumların şişməsi 2-Yarpaqlanma 3Çiçəklənmə 4Çiçəklənmənin sonu 5Məhsulun yetişməsi 6-Yarpaqların tökülməsi.
Gilmeyvəli bitkilərdə də fenoloji müşahidələr ağaclarda aparılan qaydada aparılır.шаблоны для dle 11.2