» » BİOLOGİYA

BİOLOGİYA - 14-apr, 2021, 09:17

#

                                       Canlılarda tənəffüs.
Orqanizmlər mürəkkəbləşdikcə hüceyrələrin hamısı ətraf mühitlə bilavasitə qazlar mübadiləsi apara bilməmişdir. Onlarda tənəffüs prosesinin getməsi üçün xüsusi orqanlar formalaşmışdır. Bilirsiniz ki, heyvanların bir qismində tənəffüs dəri vasitəsilə gedir. Ancaq zaman keçdikcə canlılarda ətraf mühitdən qorunmaq üçün bədəni örtən və tənəffüsə mane olan bəzi törəmələr yaranmışdır. Bu da onlarda oksigen tələbatını ödəyən orqanların - tənəffüs orqanlarının (qəlsəmələr, traxeyalar, ağciyərlər) formalaşmasına təkan vermişdir. Bu orqanlar bədənin bütün hüceyrələrini oksigenlə təmin edir.
Hüceyrə tənəffüsü eukariot hüceyrələrin mitoxondrilərində oksigenin iştirakı ilə üzvi maddələrin oksidləşməsidir. Hüceyrə tənəffüsü zamanı ayrılan karbon qazı tənəffüs orqanları vasitəsilə orqanizmdən xaric edilir.
Ağciyər və qəlsəmə vasitəsilə tənəffüs edən canlılarda oksigenin hüceyrələrə çatdırılması və karbon qazının xaric olunması qan vasitəsilə həyata keçirilir. Cücülərdə isə bu prosesi birbaşa traxeyalar yerinə yetirir. Çünki cücülərdə qan yalnız qida maddələri və ifrazat məhsullarını daşıyır. Onlarda qan qaz mübadiləsində iştirak etmir. Ağciyər və qəlsəmələrdəki qanla ətraf mühit arasında gedən qazlar mübadiləsi xarici tənəffüs, toxuma hüceyrələri ilə qan arasındakı qazlar mübadiləsi isə daxili tənəffüs adlanır.
Dəri tənəffüsü nəm dəri vasitəsilə həyata keçirilir, əsasən, bəzi qurdlarda, amfibilərdə təsadüf olunur. Belə heyvanların əksəriyyəti, əsasən, rütubətli yerlərdə və suda yaşayır. Dərinin nəm qalması selik ifraz edən vəzilərin fəaliyyəti nəticəsində mümkün olur. Nəm dəridə oksigenin kapilyar qan damarlarına keçməsi və karbon qazının damarlardan xaricə çıxması asanlaşır.
 
Soxulcanın dəri tənəffüsünün sxemi
 Qəlsəmə tənəffüsü qəlsəmələr vasitəsilə heyvanların suda həll olmuş oksigendən istifadə etməsidir. Bəzi həlqəvi qurdlarda, əksər molyusklarda, xərçənglərdə, neştərçələrdə, balıqlarda tənəffüs orqanları qəlsəmələrdir. Suda-quruda yaşayanların sürfələri də qəlsəmə tənəffüsünə malikdir.
 Qəlsəmələr nazik epiteli çıxıntılardan əmələ gəlmiş və qan damarları ilə sıx əhatə olunmuş orqandır. Onlar kapilyarlar qan damarları ilə zəngindir. Qəlsəmələr 2 yerə bölünür 1-Xarici 2-Daxili xarici qəlsəmələr saçlı və tük şəklində olur. Orqanizimdən ətraf mühitə uzanır. Balıq sürfələrində 2cür tənəffüslü balıqlarda və qurdlarda çömçə quyruğunun ilk inkişaf dövründə tənəffüs xarici qəlsəmələrlə olur.
 Daxiıi qəlsəmələrdə isə qaz mübadiləsi qəlsəmə yarpaqlarında baş verir. Dəyirmiağızlarda və qığırdaqlı balıqlarda qəlsəmə yarıqları birbaşa ətraf mühitə açıldığı halda sümüklü balıqlarda onların üzəri qəlsəmə qapağı ilə örtülü olur. Tənəffüs başlanğıcında qəlsəmə qapağı qapanır. Ağız açılır və su ağıza daxl olur. Sonra ağız yumulur qəlsəmə qapağı açılır. Beləliklə su qəlsəmə qapaqlarını yuyur. Bu zaman suda həll olunmuş oksigen qəlsəmə yarpaqlarını bürüyən kapilyar damarlarına karbon qazı isə qandan diffuziya yolu ilə suya keçir. Çirklənmiş su qəlsəmə qapağının altından xaricə çıxır. Beləliklə xarici tənəffüs tamamlanır.
 Traxeya tənəffüsü. Həşəratların döş və qarıncıq buğumlarındayerləşən və stiqma adlanan nəfəsgahlarla hava orqanizminə daxil olur və çıxır. Nəfəsgahlardan hava traxeyalara daxil olur. Traxeyalar şaxələnir və bütün orqanizmdə nazik borucuqlara ayrılır. Borucuqların içi maye ilə doludur. Qaz mübadiləsi bu maye vasitəsilə həyata keçirilir. Buğumayaqlıların bəzilərində hörmçək və əqrəblərdə kitabşəkilli ağciyərlər və traxeyalar olur. Hörmçəklərdə traxeyalar bir cüt əqrəblərdə isə dörd cütdür və hər traxeya bir tənəffüs dəliyiilə xaricə açılır.
 Ağciyər tənəffüsünə onurğalıların 2cür tənəffüslü balıqlarda yetkin qabırğalılarda sürünənlərdə quşlarda və məməlilərdə rast gəlinir. Orqanizmlərin enerjiyə tələbatı artdıqca aöciyərlərin quruluşu dəyişir. Hətta eyni sinifdən olan orqanizmlərdə belə bəzi dəyişikliklər müşahidə olunur. Tənəffüs zamanı oksigen qana daxil olur və hüceyrələrə daşınır.
 Bitkilərdə tənəffüs. Bitkilərdə qaz mübadiləsində iştirak edən strukturlar aşağıdakılardan ibarətdir.
 Yarpaqlarda rast gəlinən ağızcıqların açılıb-bağlanması nəticəsində qaz mübadiləsi baş verir. Yosunlarda ağızcıqlara rast gəlinmir.
 Qaz mübadiləsində iştirak edən mərciməklər çoxillik ağaz cə kol bitkilərinin gövdəsində olur. Mərcimək hüceyrələri cansızdır. Açılıb-bağlanması aöızcıq hüceyrələrində olduğu kimi baş vermir. Yaz-yay aylarında açıq qışda isə qapalı olur. Bitki kökləri əsasən torpaqda olan havanın tərkibindəki oksigen ilə tənəffüs edir. Bataqlıq bitkilərində qaz mübadiləsini həyata keçirən hava kökləri əmələ gəlir. Torpaqda lazımınca hava olmadığından bu köklər tənəffüs kökləri oksigeni havadan alır. əsas fizioloji proseslərdən biri olan tənəffüs canlıların həyatında mühüm rol oynayır. Tənəffüsdə baş verən dəyişikliklər orqanizm üçün əhlükəli ola bilər.
 
Fotosintez — bitki və bir sıra başqa orqanizmdə gedən işıq enerjisinin kimyəvi enerjiyə çevrilməsi proses.
Bitki fotosintezində iştirak edən əsas orqanı yarpaqdır. Ağızcıqlardan yarpağa hava daxil olur ki, onun da tərkibində olan karbon qazından bitki qida kimi istifadə edir. Yarpaq hüceyrələrindəki xloroplastlarda günəş enerjisini udma xüsusiyyətinə malik xlorofil olur. Əmici tellərlə torpaqdan su və mineral maddələr udulur və kökün ötürücü boruları ilə gövdəyə, oradan yarpaqlara ötürülür. Günəş enerjisindən istifadə etməklə bitki kimyəvi çevrilmə yolu ilə qeyri-üzvi maddələrdən (karbon qazı və sudan) mürəkkəb üzvi maddələr yaradır.
Fotosintez zamanı işıqda üzvi maddə yaranması ilə bərabər, həm də ətraf mühitdə oksigen xaric edilir. Fotosintez etmək qabiliyyəti yaşıl bitkilərin əsas xüsusiyyətlərindən biridir. Qeyri-üzvi maddələrdən üzvi maddə yaradan orqanizmlər avtotroflar adlanır ("autos"-özü, "trofe" - qidalanma).
Bitkilər günəş enerjisindən üzvi maddələrin sintezində istifadə edir və digər canlılar da qidalanarkən onlardan yararlanır. Canlıların tənəffüsünü təmin edən oksigen də fotosintez nəticəsində alınır. Fotosintez prosesi yalnız işıqda gedən prosesdir. Üzvi maddə və oksigen əmələ gəlir. Tənəffüs həm işıqda həm də qaranlıqda gedir. Tənəffüs zamanı karbon qazı və qeyri-üzvi maddə əmələ gəlir.
İlk dəfə olaraq fotosintezi rus alimi Kliment Arkadyeviç Timiryazev kəşf etmişdir. Bunun nəticəsində fotosintez əmələ gəlmişdir
Fotosintez sözü yunanca fotos (işıq) və sintezis (birləşmə) sözlərindən gəlməkdədir.
Heyvanlarda tənəffüs. Heyvanlar da bitkilər kimi oksigenlə tənəffüs edir və tənəffüs üçün lazım olan oksigeni atmosfer havasından və ya sudan alırlar. Birhüceyrəli və bəzi çoxhüceyrəli heyvanlarda qaz mübadiləsi bütün bədən səthi ilə baş verir.
Yaşadığı mühitdən asılı olaraq heyvanlarda müxtəlif tipli tənəffüs orqanları formalaşmışdır.
Su mühitində tənəffüs. Heyvanların tənəffüs orqanları öz müxtəlifliyi ilə seçilir. Suda yaşayan heyvanların əksəriyyəti qəlsəmələrlə tənəffüs edir. Qəlsəmələr çoxlu miqdarda kiçik qan damarları ilə zəngindir. Sudan qana oksigen, əks istiqamətdə isə karbon qazı keçir. Qəlsəmələrə xərçənglərdə, bəzi molyusklarda, balıqlarda rast gəlinir.
Quru mühitində tənəffüs. Quruda yaşayan heyvanların tənəffüs orqanları traxeyaağciyərlərdir. Həşəratlarda traxeyalar bütün bədən boyunca şaxələnir. Onların qarıncığının kənarlarında havanın daxil olmasını təmin edən xüsusi dəliklər olur. Qarıncıq əzələlərinin yığılıbboşalması sayəsində hava bu dəliklərdən bədənə daxil olur.
Ağciyərlər də traxeyalar kimi atmosfer havası ilə tənəffüsü təmin edir. Bəzi heyvanlarda (quşlar və məməlilərdə) ağciyərlər, adətən, nazikdivarlı qovuqcuqlardan ibarətdir.
Su mühitində tənəffüs
 
Quru mühitində tənəffüs
  
                                                 Canlılarda qidalanma.
 
Qidalanmaqida köməyi ilə canlı bir orqanizmin həyatısağlamlığını qorumaq həyati fəaliyyətin fizioloji proseslərinin normal gedişatını qorumaq üçün canlı orqanizmlər tərəfindən qidanın udulması prosesi, xüsusən enerji tədarükünü artırmaq və böyümə və inkişaf proseslərini həyata keçirmək; maddələr mübadiləsinin ayrılmaz bir hissəsidir. Heyvanlar və digər heterotrof orqanizmlər yaşamaq üçün yeməlidirlər; onların pəhrizi və qida maddələrinin udulması prosesi mənsub olduqları bioloji sinifdən asılıdır. İnsanlardaheyvanlarda qidalanma adi gündəlik fəaliyyətdir.
Qidalanma formalarına görə canlılar 2 qrupa bölünür. Bu qruplarda özlüyündə hər biri 2 qrupa bölünür. 1Aftortof və 2hetertrof olmaqla qruplara ayrılır.
Avtotrof qidalanan canlılar da qeyd etdiyimiz kimi 2 qrupa bölünür. 1Fotosintezedici 2Xemosintezedici. Avtotrof bakteriyalar özləri qeyri-üzvi maddələrdən üzvi maddələr yaradırlar. Avtotrof bakteriyalara siyanobakteriya, dəmir bakteriya və kükürd bakteriyası daxildir.
Heteroftrof qudalanan canlılarda 2 qrupa bölünür. 1Sparofit və 2Parazit. Heterotrofik bakteriyalar hazır üzvi maddələrdən istifadə edirlər. Üzvi maddələrlə qidalanan bakteriyalar üç qrupa bölünür - saprotroflar, parazitlər və simbionlar. Birincisi ölü orqanizmlərin qalıqları ilə qidalanır, ikinci və üçüncü isə canlı orqanizmlərdən kənarda yaşayır. Heterotrofik bakteriyalar hazır üzvi maddələrdən istifadə edirlər. Üzvi maddələrlə qidalanan bakteriyalar üç qrupa bölünür - saprotroflar, parazitlər və simbionlar.
Təbiətdə bəzi canlılar həm avtortof həmdə hetertrof yolla qidalanırlar. Belə qidalanma forması miksotrof adlanır. Bunlara yaşıl evqlena milçəktutan və s misal göstərmək olar.
Fotosintezedicilər xlorofilə malik olan canlılardır. Onların əksəriyyəti karbon qazı və sudan istifadə edərək işığın təsiri ilə üzvi maddə hazırlayır. Bu üsulla qidalanan canlılara bəzi bakteriyalar yaşıl evqlema volvoks kimi heyvanlar və bitkilərin əksəriyyəti aiddir.
Xemosintezedicilər bakteriyalardır. Bunlar kimyəvi reaksiyalar zamanı ayrılan enerjidən istifadə edərək qeyri üzvi maddələrədn sintez edirlər.
Saprofitlər hazır üzvi maddələrlə ancaq canlılara ziyan vermirlər. Bu cür qidalanmaya bakteriya və göbələklərdə daha çox rast gəlinir. Parazitlər canlı arqanizmdə yaşayır. Onlar sahib orqanizmdə qidalanır. İfrazat məhsullarını oraya xaric edir və xəstəlik törədir. Belə qidalanma üsuluna bakteriyalarda göbələklərdə bitki və heyvanlarda rast gəlinir. əksər çoxhüceyrəli heyvanlarda qida madələrini mənimsəmək üçün həzm orqanları birləşib həzm sistemini əmələ gətirir. Qida maddələrini bu sistemə kənardan daxil olur. Həzm zamanı qida maddələri fiziki və kimyəvi cəhətdən dəyişikliyə ağrayır və onların əksəriyyəti kiçik hissəciklərə parçalanır ki hüceyrə membranından keçə bilsin. Bu cür dəyişikliklər mexaniki və kimyəvi həzm prosesivasitəsilə baş verir. Mexaniki həzm qida madələrin fizi cəhətdən dəyişikliyə uğraması isladılması və xırdalanmasıdır. Xərçəngin madəsinin böyük hissəsi məməlilərdə dişlər quşlarda maddənin əzələli şöbəsi və  s orqanlar buna xidmət edir. Kimyəvi həzm molekulları iri olan maddələrin fermentlərin təsiri ilə kimyəvi çevrilməyə uğramasıdır. Kimyəvi həzm üçün 3 forması mövcuddur. 1Hüceyrədaxili həzm bu gəzm prosesində qida madələri hüceyrə xaricində həzm olunur. Fermentlər hüceyrənin xaricinə ifraz edilir. İri molekullu maddələr həzm olaraq hüceyrə daxilinə keçə biləcək hala düşür. Buna onurğalılarda və bəzi onurğasızlarda rast gəlinir.
2Membranın həzmi. Bu həzmdə bağırsaq xovlarının divarlarındakı fermentlərin hesabına qida maddələri daha kiçik hissələrə parçalanır. Bu əsasən onurğalılarda və bəzi onurğasızlarda baş verir.
3Hüceyrədaxili həzm. Bu zaman hüceyrə daxilinə keçmiş qida maddələrinin molekulları lizosom fermentləri vasitəsilə həzm olunur. Bunu əksər heyvanlarda rast gəlinir.
Çoxhüceyrəli heyvanların təkamülündə qidalanma və həzm üçün olduqca böyük əhəmiyyət kəsb edən uyğunlaşma qastral bağırsaq boşluğun olmasıdır. Bunun nəticəsində qida maddələri daha əlverişli surətdə həzm olunub istifadə edilir. Qida tipindən aslı olaraq heyvanların bəzi orqanlarında bir sıra uyğunlaşmalara rat gəlinir. Onurğasızlarda qidalanma üçün yaranan uyğunlaşmalar çoxdur. Cücülərəd ağız aparatının müxtəlif formaları buna misal ola bilər. Qaba yemlə qidalanan əksər məməli heyvanlarda azı dişlərin səthi qırışlı bağırsaq uzun mədə bir neçə şöbədən ibarət olur. Gövşəyən cütdırnaqlı heyvanlarda mədə 4 kameradan işkənbə tor qat-qat və qursaqdan ibarətdir. Bu heyvanlar qidanı iki dəfə çeynəyir. Qəbul olunmuş qida əvvəlcə işkənbə və torda toplanır. Yenidən çeynənilib udulan qida mədənin qat-qat və qurşaq hissələrinə təkrar həzmə uğrayıb bağırsağa ötrülür. Bağırsaqlarda həzm prosesi davam edir və sorulma baş verir. Qida qalıqları anusdan xaricə atılır. Insan həzm sisteminin quruluşu əksər onurğalı heyvanlarda olduğu kimidir.
 
                                             Canlılarda ifrazat.
Maddələr mübadiləsinin son məhsullarının orqanizmdən xaric edilməsi ifrazat adlanır. Canlılarda ifrazat orqanları fərqlidir.
Bitkilərdə ifrazat. Bitkilərdə xüsusi ifrazat orqanları yoxdur. Əksər bitkilər ifrazat məhsullarını buxar şəklində ağızcıqlardan xaric edir. Bildiyiniz kimi, bu, transpirasiya prosesi adlanır. Çiyələk və buğda kimi bitkilərdə damcılar şəklində ayrılan su özü ilə duz və digər maddələri də çıxarır. Bu, quttasiya adlanır. Bitkilərin sintez etdiyi nektar və efir maddələri də ifrazat məhsullarıdır. Bəzi ifrazat məhsulları vakuollarda toplanır və xəzan vaxtı yarpaqlar töküldükcə bitkilərdən uzaqlaşır. Bitkilərin bir qismi kökləri vasitəsilə lazımsız məhsulları xaric edir.
Birhüceyrəli heyvanlarda ifrazat. Şirin sularda yaşayan adi amöb, yaşıl evqlena və infuzor-tərlik kimi birhüceyrəli heyvanlarda ifrazat vakuolu adlanan orqanoid var. İfrazat vakuollannda ifrazat məhsulları toplanır. Bu orqanoid vaxtaşırı partlayır və suda həll olmuş lazımsız maddələr hüceyrə membranı vasitəsilə xaricə atılır. İbtidailərdə ifrazat diffuziya və osmotik tənzimləmə ilə həyata keçirilir.
Çoxhüceyrəli onurğasızlarda ifrazat
. Süngərlərdə və bağırsaqboşluqlularda xüsusi ifrazat orqanları yoxdur. Onlar ifrazat məhsullarını diffuziya nəticəsində bədən səthi ilə xaric edir.Yastı qurdlardan olan ağ planaridə protonefridial tipli ifrazat sistemi mövcuddur. Belə heyvanlarda parenxima daxilində ulduzabənzər hüceyrələr var. Bu hüceyrələr ifrazat məhsullarını toplayaraq xırda borucuqlara, oradan isə iri ifrazat borucuqlarına axıdır. Toplanmış ifrazat məhsulları bədən səthi ilə orqanizmdən kənarlaşdırılır.

Soxulcanlarda ifrazat məhsulları orta buğumlarda yerləşən (hər buğumda bir cüt) ifrazat orqanları (metanefridi) vasitəsilə xaric olunur. Metanefridilərin genişlənmiş qıfşəkilli hissəsi maddələr mübadiləsinin son məhsullarını toplayır, nazikləşmiş hissəsi isə bu məhsulları xaric edir.
Molyusklarda həlqəvi qurdların metanefredilərinə oxşar böyrəklər vardır. Böyrəklərin kirpikli hüceyrələrində toplanan ifrazat məhsulları bir kanalla manti boşluğuna açılır, oradan da kənarlaşır. Buğumayaqlıların ən geniş yayılmış nümayəndələri olan cücülərin ifrazat məhsulları Malpigi boruları vasitəsilə xaric olunur. Bir uclan qapalı olan bu borular bədəndə əmələ gələn lazımsız məhsulları qandan toplayaraq bağırsaqlara ötürür. Cücülərin qarıncığının divarında və daxili orqanları üzərində olan piy cisimcikləri də ifrazata xidmət edir. İfrazat prosesi çay xərçəngində baş hissədə yerləşən cüt yaşıl vəzilər, hörümçəkkimilərdə isə Malpigi boruları və xüsusi vəzilərlə həyata keçirilir.
Onurğalılarda ifrazat.
Bütün onurğalı heyvanlarda ifrazat orqanları böyrəklərdir.Qədimdən böyrəklərin ifrazat məhsullarını xaric etdiyi məlum olsa da, onların iş mexanizmi çox sonralar öyrənilmişdir.
Yaşadıqları mühitdən asılı olaraq, onurğalıların ifrazat orqanların quruluşunda fərqliliklər yaranmışdır. Hətta şirin su və duzlu suda yaşayan balıqların belə ifrazat orqanlarının quruluşunda fərqli xüsusiyyətlərə rast gəlinir. Bunun nəticəsində orqanizmlər öz daxili maye mühitlərini sabit saxlayır.
Şirin su balıqlarının əksəriyyətinin bədəninin üzəri pulcuqlarla örtülüdür. Onların yaşadığı mühitdə təzyiq aşağıdır. Balıqların bədənindəki osmotik təzyiq bədən səthindən və qəlsəmələrdən daxil olan su nəticəsində tənzimlənir. Onlar heç vaxt su içmirlər və çoxlu sidik ifraz edirlər. Bədəndən itirilən duzların yeri qəlsəmələr vasitəsilə sudan alınan duzlarla bərpa edilir.
Duzlu su balıqlarının bədənindəki təzyiq sudakı təzyiqdən aşağıdır. Ona görə də onların bədənində su itkisinin baş verməsi mümkündür. Bu səbəbdən belə balıqlar daima dəniz suyu içir, nəticədə çoxlu duz qəbul edir. Duzun artığı qəlsəmələrdən xüsusi hüceyrələr vasitəsilə xaricə atılır. Duzlu su balıqları çox az miqdarda sidik ifraz edir. Onlar bədənlərində olan ammonyakm çox hissəsini qəlsəmələri vasitəsilə xaricə çıxarır.
Quruda yaşayan canlıların orqanizmində su itkisinin qarşısını alan uyğunlaşmalar vardır. Bir çox heyvanlar bunun nəticəsində uzun müddət su içmədən yaşaya bilir. Məsələn, dəvələrdə güvənlərdəki piyin oksidləşməsi metabolik suyun yaranmasına səbəb olur. Onların digər bir uyğunlaşması isə böyrəklərdə suyun geri sorulmasını təmin edən kanalların daha uzun olmasıdır. Bunun nəticəsində geriyə daha çox su sorulur.Canlıların həyat fəaliyyətini davam etdirməsi üçün ifrazat çox vacibdir.
Quruda yaşayan canlıların orqanizmində su itkisinin qarşısını alan uyğunlaşmalar vardır. Bir çox heyvanlar bunun nəticəsində uzun müddət su içmədən yaşaya bilir. Məsələn dəvələrdə güvələrdəki piyin oksidləşməsi metabolik suyun yaranmasına səbəb olur. Onların digər bir uyğunlaşması isə böyrəklərdə suyun geri sorulmasını təmin edən kanalların daha ucuz olamsıdır. Bunun  nəticəsində geriyə daha çox su sorulur. Canlıların həyat fəaliyyətini davam etdirməsi üçün ifrazat çox vacibdir. ərəbistanda yaşayan səhra heyvanlarından biri olan ərəbistan antilopu suya olan tələbatının 80% ni yediyi qida 14;% ni isə metobolok su ilə ödəyir. O heç zaman  tərləmir. Çox isti olanda bədənin temperaturu 37 dərəcə selsidən 40 dərəcə selsiyədək qalxır. Hava soyuduqda isə yenədə 37 dərəcə selsiyə enir. Artıq su itkiinin olmaması üçün heyvanın ifrazatı çox qatı olur.
                                                 Canlılarda çoxalma.
Bilirsiniz ki, canlıları cansızlardan fərqləndirən əsas xüsusiyyətlərdən biri çoxalmadır. Çoxalma bütün canlılara xas olan xüsusiyyətdir və onların sayının artmasına səbəb olur.
Çoxalmada orqanizmin əsas əlamətlərinin yeni nəslə ötürülməsi və nəslin davam etdirilməsi prosesi baş verir.
Çoxalma 2 yolla baş verir:


Cinsi
Qeyri cinsi
Qeyri-cinsi çoxalma cinsiyyət hüceyrələri iştirak etməyən çoxalmadır. Qeyri-cinsi çoxalmada yeni orqanizmin əmələ gəlməsində bir fərd iştirak edir (calaqla çoxalmadan başqa). Bu çoxalma zamanı alınan yeni orqanizmlər ana orqanizmin xüsusiyyətlərini daşıyır və hüceyrələr mitoz bölünmə yolu ilə alınır. Bu səbəbdən də əmələ gələn fərd başlanğıc fərdlə eyni genetik xüsusiyyətlərə malik olur. Qeyri-cinsi çoxalma canlıların dəyişməyən mühit şəraitinə uyğunlaşmaq qabiliyyətini saxlayır, stabilləşdirici təbii seçmənin rolunu möhkəmləndirir. Belə çoxalma üsulu ilə bir çox qiymətli bitki sortlarını çoxaldırlar. Ancaq qeyri-cinsi yolla çoxalan canlıların əksəriyyəti cinsi yolla çoxalmağa da qadirdir.
Qeyri-cinsi çoxalma:
  • sürətli çoxalma üsuludur;
  • dişi və erkək cinsiyyət hüceyrələri yaranmır;
  • mayalanma getmir;
  • əksər yeni nəsildə müxtəliflik nəzərə çarpmır;
  • təkamüldə əhəmiyyəti azdır;
  • fərdlər dəyişkən ətraf mühit amillərinə davamsızdır.
Cinsi çoxalma cinsiyyət hüceyrələrinin (qametlərin) iştirakı ilə gedən çoxalmadır. Belə çoxalma zamanı, əsasən, qametlərin biri ana, digəri isə ata orqanizmə məxsus olur. Yaranan qametləri oxşar və fərqli cəhətlərinə görə müqayisə etdikdə bir neçə tip qametəmələgəlmə ayırd edilir.


İzoqamiya — qametlər qamçılı, eyni ölçülüdür.
Anizoqamiya — qametlər oxşar quruluşlu, müxtəlif ölçülüdür.
Ooqamiya — erkək qametlər kiçik, qamçılı, dişi qametlər isə iri, qamçısızdır.
Mayalanmadan sonra yaranan ziqot hər iki valideynin əlamətlərini daşıyır. Bir çox orqanizmlər həm cinsi, həm qeyri-cinsi yolla çoxaldığı halda, onurğalılara yalnız cinsi yolla çoxalma xarakterikdir.
Cinsi çoxalma:


  • erkək və dişi qametlərin iştirakı ilə gedir;
  • qametlər heyvanlarda meyoz bölünmə yolu ilə, bitkilərdə isə həm meyoz, həm də mitoz bölünmə yolu ilə əmələ gəlir;
  • ziqot yaranır;
  • təkamülə səbəb olur;alınan fərdlər ətraf mühit amillərinə davamlı olur;
  • yavaş gedən prosesdir.
Cinsi çoxalmada olan müxtəlifliklər:
• Konyuqasiya cinsi prosesdir. Bu prosesdə iştirak edən fərdlər çoxalmır. Ancaq onların orqanizmi nüvələrin yerdəyişməsi nəticəsində yeni xüsusiyyətlər qazanır və yeniləşir.
• Nəsil növbələşməsi ilə gedən çoxalma bəzi birhüceyrəlilərdə və sporlu bitkilərdə olur.
• Partenogenez canlılarda az rast gəlinən cinsi çoxalma üsuludur. Bu zaman mayalanmamış yumurtahüceyrədən orqanizm inkişaf edir. Bal arısı ailəsində gedən prosesdə həm mayalanmış, həm də mayalanmamış yumurtadan nəsil alınır. Mayalanmış yumurtalardan işçi və ana arılar, mayalanmamış yumurtalardan isə erkək arılar əmələ gəlir.
• Çılpaqtoxumlularda cinsi çoxalma. Erkək və dişi qozalarda cinsi hüceyrələr inkişaf edir, tozlanma və mayalanma nəticəsində toxum əmələ gəlir.
• Çiçəkli bitkilərdə ikiqat mayalanma. Örtülü toxumlu bitkilərin xarakterik əlamətlərindən biri də çiçəklərin əmələ gəlməsidir. Çiçəklərin erkəkciklərində yaranan qametlərlə (spermlər) dişiciklərində yaranan qametin (yumurtahüceyrə) və mərkəzi hüceyrənin birləşməsi nəticəsində mayalanma baş verir, meyvə və toxum yaranır.Toxumun rüşeymi mayalanmış yumurtahüceyrədən (2n), endospermi isə diploid mərkəzi hüceyrənin (2n) haploid (n) erkək qametlə (sperm) birləşməsindən əmələ gələn triploid (3n) hüceyrədən əmələ gəlir.
Onurğalı heyvanlarda cinsi çoxalma. Cinsiyyət orqanlarında erkək və dişi qametlər inkişaf edir. Onların birləşməsindən ziqot yaranır. Ziqotun bölünməsi nəticəsində çoxhüceyrəli rüşeym inkişaf edir və nəhayət, orqanizmə çevrilir. Heyvanların cinsiyyət orqanlarının mənşəyi eyni olsa da, onların çoxalmasında bir sıra fərqli xüsusiyyətlər də var. Buna görə də heyvanlarda mayalanmanın iki formasına — xarici və daxili mayalanmaya rast gəlinir. Xarici mayalanma, əsasən, su heyvanlarına aiddir.
Quruda yaşayan heyvanlarda daxili mayalanma gedir. Quru heyvanlarının da çoxalmasında fərqli xüsusiyyətlər özünü göstərir. Buna aşağıdakıları misal göstərmək olar:
Embrional inkişaf mayalandıqdan sonra xaricə qoyulan yumurta içərisində gedir (quşlar, əksər sürünənlər, yumurtaqoyan məməlilər).


  • Embrional inkişaf ana orqanizmində başlayır, xaricdə tamamlanır (kisəlilər).
  • Embrional inkişaf bütövlükdə ana orqanizmində tamamlanır (plasentalı məməlilər).
Mayalanma müxtəlif formalarda getsə də, yaranan ziqot yeni orqanizmə başlanğıc verir və bununla da canlıların yaşayıb öz nəsillərini davam etdirməsinə imkan yaranır.
Çoxalma canlıların nəslini davam etdirməsi üçün çox əhəmiyyətli bioloji prosesdir.
                                      Canlılarda qıcıqlanma.
Canlılar yaşamaq üçün mühit amillərinə müəyyən reaksiyalar verir və qarşılarına çıxan maneələri dəf etməyə çalışırlar. Maneələri dəf etmək qabiliyyətləri olmadıqda onlar məhv olurlar. Məsələn, üzməyi bacarmayan insan dərin su hövzəsinə düşərsə, onun boğulma ehtimalı daha çoxdur.

Müasir dövrdə mövcud olan bütün canlılar mühitə uyğunlaşaraq bu günə qədər yaşaya bilmişlər. Canlılar aləminin bütün nümayəndələrinin hər hansı bir təsirə qarşı verdiyi cavab reaksiyası qıcıqlanma adlanır. Qanda tiroksin hormonunun miqdarı artanda ürək döyüntülərinin sayı artır. Bu, daxili qıcıqlanmadır. İnsanı əsəbiləşdirən zaman qanda adrenalinin miqdarı artır. Bu xarici qıcıqlanmanın təsiri ilə baş verir.
Bitkilərdə qıcıqlanma.
Bitkilərdə qıcıqlanmanı müşahidə etmək çox asandır. Pəncərə qarşısına qoyulmuş dibçəklərdəki bitkilərin yarpaq və gövdələrinin işığa doğru çevrilməsi, günəbaxanın çiçək səbətinin sanki Günəşin arxasınca gəzməsi, küsdüm bitkisinin yarpaqlarına toxunan kimi bükülməsi tropizm adlanır.Tropizm xarici amillərin təsirinə qarşı bitki hissələrinin istiqamətli yerdəyişməsidir. Bitkilərdə tropizmi nəinki işığa, həm torpağa, həm də bəzi kimyəvi maddələrə qarşı da müşahidə etmək mümkündür. Zirinc bitkisində həşərat erkəkciyə toxunarsa, bitki dərhal sürətlə əyilir və həşərat tozcuğa bulaşmış olur. Həşəratyeyən bitkilərdə həşəratların tutulması da qıcıqlanma və hərəkətin nəticəsidir. Mamır və qıjının spermatozoidləri yumurtahüceyrənin ifraz etdiyi maddələrə doğru üzür. Bu isə çoxhüceyrəli bitkilərdə taksisə misaldır.
İşıq və temperaturun gün ərzində dəyişməsi ilə əlaqədar bitkilərin çiçəklərinin açılıb-bağlanması sutkanın müxtəlif vaxtlarında baş verir. Bu, kasa yarpaqları və ləçəklərin hərəkətləri ilə əlaqədardır. Bitkilərin hərəkətinin digər səbəbi hüceyrələrdə olan suyun miqdarının dəyişməsidir.
Birhüceyrəlilərdə qıcıqlanma.
Bakteriyalar üzərində aparılan müşahidələr nəticəsində aydın olmuşdur ki, onlar qidalı mühiti hiss edən kimi həmin istiqamətə doğru hərəkət edir.Amöblər olan suya duz kristalları qoyularsa, onlar yalançı ayaqlarını yığır, ovlarını hiss edən kimi yalançı ayaqlarını uzadıb onu tutur. Yaşıl evqlenalar qamçıları ilə hərəkət edir. Əgər onlar hər hansı bir maneəyə rast gələrsə, əvvəl dayanır, sonra geriyə dönür və uzaqlaşır. Birhüceyrəlilərin, eyni zamanda əksər çoxhüceyrəlilərin bu cür cavab reaksiyası taksisdir. Taksis xarici qıcığa cavab olaraq hüceyrənin və bütöv orqanizmin istiqamətlənmiş yerdəyişməsidir.
Çoxhüceyrəli heyvanlarda qıcıqlanma.Heyvanların əksəriyyəti çox hərəkətlidir. Ən mürəkkəb hərəkətləri, əsasən, onurğalılarda müşahidə etmək olur. Onlar qıcıqlara qarşı müxtəlif cür reaksiyalar verirlər. Məsələn, bəzi balıq sürülərinə alt tərəfdən işıq saldıqda onlar beli üstə üzməyə başlayırlar.
İbtidai heyvanlarda qıcıqlanma hadisəsinin çoxhüceyrəlilərdə refleks adlandığı və onun sinir sistemi ilə idarə olunduğu sizə bəllidir. Müxtəlif heyvanlarda sinir sisteminin inkişafı fərqli olduğuna görə onlarda yaranan reflekslər də fərqli olur.
Sinir sistemi inkişaf edib mürəkkəbləşdikcə reflekslər də mürəkkəbləşir. Düşməni gördükdə antilopun davranışı mürəkkəb şərti refleksdir.
Qıcıqlanma və reflekslər vasitəsilə orqanizm ona göstərilən təsirlərə cavab reaksiyaları verərək fəaliyyət göstərir. Bu zaman onlar dəyişmiş ətraf mühit şəraitinə uyğunlaşırlar.
                           Üzvi maddə istehsalçıları.
Təbiətdə mövcud olan canlı orqanizmlər təklikdə deyil, qrup halında yaşayır, müxtəlif təbii birliklər yaradırlar. Bu birliklərdə canlılar və onların əhatəsində olan amillər arasında bir çox qarşılıqlı əlaqələr mövcuddur. Bunlardan ən əhəmiyyətlisi qida əlaqələridir.


Qida əlaqələri necə yaranır?
Maddələrin cansız təbiətdən canlı təbiətə “axın”ını həyata keçirən hansı canlılardır?
Onlar bu “axın”ı necə reallaşdırırlar?
Bu canlıları necə qruplaşdırmaq olar?

Bəs necə olur ki, havada karbon qazının miqdarı nisbi sabit qalır?Avtotrof bakteriyalar lazım olan üzvi maddələri qeyri-üzvi maddələrdən sintez edir. Bu bakteriyalar fototrof (fotosintezedici) və xemotrof (xemosintezedici) olmaqla iki qrupa bölünür. Fotosintezedici bakteriyalar yaşıl bitkilərdə olduğu kimi, fotosintez edərək üzvi maddələr sintez edir. Fotosintez edən bakteriyalar üçün də enerji mənbəyi Günəşdir. Lakin bunların malik olduqları xlorofil nə xromotoforda, nə də xloroplastda yerləşir. O, sərbəst surətdə sitoplazmada (qırmızı və yaşıl bakteriyalar) və fotosintezedici membran üzərində (sianobakterialar) yerləşir. Fotosintetik bakteriyaların işıq enerjisindən istifadə edərək üzvi maddə sintezetmə reaksiyaları:

Reaksiyalardan göründüyü kimi, bakteriyalann istifadə etdiyi hidrogen mənbəyi fərqlidir. Bu səbəbdən də onlar fotosintez edərkən hər zaman havaya sərbəst oksigen xaric etmir. Göy-yaşıl yosun adlandırılan sianobakteriyalar hüceyrələrində olan xlorofilin iştirakı ilə fotosintez prosesini həyata keçirir və sərbəst oksigen xaric edir. Bu canlılar öz qidalarını özləri hazırladıqlarından əksəriyyət canlıların yaşaya bilmədikləri üzvi maddələrlə çirklənmiş su hövzələrində də yaşayırlar.
Xemosintezedici bakteriyalar qeyri-üzvi maddələrdən üzvi maddələr sintez etmək üçün Günəş enerjisindən deyil, bəzi kimyəvi reaksiyalar zamanı ayrılan enerjidən istifadə edir. Xemosintezedici bakteriyalar (kükürd, dəmir, nitrifikasiya) qeyri-üzvi maddələrin oksidləşməsi zamanı ayrılan kimyəvi enerji hesabına üzvi maddə sintez edir.
Avtotrof heyvanlar. Birhüceyrəli heyvan olan yaşıl evqlenanın sitoplazmasında 20-dən çox xloroplast olur. Evqlenalar gündüzlər işıqlı yerlərə toplaşır. Bu zaman onların hüceyrələrində fotosintez prosesi baş verir. Bu proses koloniya halında yaşayan volvoks hüceyrələrində də həyata keçirilir.
Bitkilər. Bu aləmdə növlərin əksəriyyəti xlorofilə malik olduğu üçün üzvi maddə istehsalçısı hesab olunurlar. Bitkilər tərəfindən sintez olunmuş üzvi maddələr bütün canlıların qida mənbəyinin təməlini təşkil edir.
Bildiyiniz kimi, üzvi maddələrin sintezi, əsasən, gündüz həyata keçirilir. Gecələr isə bu proses dayanır. Yalnız xemosintezedici canlılar onu bütün gün ərzində həyata keçirirlər. Üzvi maddə istehsalçılarının ayırdıqları oksigen canlıların tənəffüsü üçün vacibdir.
Biosferdə üzvi maddə istehsalçılarının əksəriyyətini təşkil edən bitkilər həyatın davamı üçün əvəzsizdir. İnsanlar bitkiləri qorumaqla, əslində, öz gələcəklərinə təminat vermiş olurlar.
             Energetik mübadilənin mexanizmi. Xümosintez.
Əksər canlıların ən kiçik struktur və quruluş vahidi olan hüceyrə su, mineral duzlar və iri molekullu birləşmələrdən ibarətdir. Canlıların hüceyrələrində iri molekullu üzvi maddələr sintez oluna bilir. Bildiyiniz kimi, hüceyrənin əsasını təşkil edən üzvi maddələr karbohidrat, yağ, zülal, nuklein turşuları və vitaminlərdir. Bu maddələrin sintez olunub maddələr dövranına qoşulması, əsasən, xlorofili olan canlılar tərəfindən həyata keçirilir. Bunlar üzvi maddə istehsalçılarıdır. Hazır üzvi maddələrlə qidalanan heterotrof orqanizmlər isə bu maddələrin istehlakçıları olur.
Mitoxondri daxilində süd turşusu hidrolizə uğrayır. əmələgələn hidrogen atomon fermentlərin iştirakı ilə mitoxandrinin daxili membranının xaricinə çıxır və burada elektronunu itirir. Hidrogendən ayrılmış elekton ətraf mühitdən  daxil olmuş və mitoxondrinin daxili toplanmış oksigenlə birləşir. əks yüklü hissəciklərin membranının müxtəlif tərəflərində toplanması nəticəsində potensiallar fərqi yaranır. Potensiallar fərqi 200 mv a çatdıqda ATF sintetaza fermentinin proton kanalı vasitəsilə H+protonu mitoxondrinin daxilinə keçir.  Bu zaman ayrılan enerji ADF və fosfat turşusundan ATF sintezinə sərf olunur. Proton isə oksigenlə birləşir. Üzvi maddələrin əmələgəlmə intensivliyi gündüzlər daha yüksək olur. Çünkü fotosintez prosesi işıqda həyata keçirilir. Lakin gecələr də üzvi maddə sintezi ayanmır. Xemosintezedici bakteriyalar öz fəaliyyətlərini həm gündüz həm də gecələr həyata keçirir.
Xemosintez (yunan sözü olub “xema” — kimya, “sintez” — birləşmə deməkdir) prosesi rus mikrobioloqu Sergey Nikolayeviç Vinoqradski tərəfindən 1889-1890-cı illərdə kəşf edilmişdir. Kükürd, nitrifikasiya, dəmir və hidrogen bakteriyaları bəzi ekzotermik reaksiyalar zamanı ayrılan enerjidən istifadə etməklə üzvi maddə sintez edir. Bu enerji hidrogen, hidrogen-sulfid, ammonyak, dəmir 2-oksid və s. kimi maddələrin oksidləşməsi nəticəsində ayrılır. Bəzi su hövzələri hidrogen-sulfidlə zəngin olur. Belə hövzələrdə kükürd bakteriyaları hidrogen-sulfidi oksidləşdirir:
2H2S+O2—>2H2O+2S+Q
Kükürd bakteriyaları tərəfindən sərbəst kükürd sulfat turşusuna qədər oksidləşə bilir. Bu reaksiya ekzotermikdir (istiliyin ayrılması ilə gedən):
2S+3O2+2H2O → 2H2SO4+Q
Hər iki reaksiya nəticəsində ayrılan enerjidən (Q) karbon qazından üzvi maddə sintez etmək üçün istifadə olunur.
Torpağın məhsuldarlığı bakteriyaların həyat fəaliyyətindən çox asılıdır. Belə bakteriyalara hidrogen və nitrifikasiya bakteriyalarını misal göstərmək olar.
Oksigensiz parçalanmanı həyata keçirən bəzi bakteriyalar torpaqda hidrogen toplanmasına səbəb olur. Hidrogen bakteriyaları isə hidrogeni oksidləşdirir. Bu zaman ayrılan enerji isə üzvi maddə sintezinə sərf olunur:
2H2+O2→ 2H2O+Q
Buna oxşar proses nitrifikasiya bakteriyaların tərəfindən də həyata keçirilir. Təbiətdə azot dövranını təmin edən canlılardan ən mühümü bu bakteriyalardır. Zülalların çürüməsi nəticəsində əmələ gələn ammonyaka su hövzələrində və torpaqda rast gəlinir. Ammonyak nitrifikasiya bakteriyaların vasitəsilə nitrit turşusuna qədər oksidləşir:
2NH3+3O2→ 2HNO2+2H2O+Q
Nitrit turşusunun nitrat turşusuna qədər oksidləşməsi digər bakteriyalar tərəfindən həyata keçirilir:
2HNO2+O2→ 2HNO3+Q
Bu bakteriyalar torpaqda nitratların miqdarının artmasında çox vacib rol oynamaqla bərabər, həm də xemosintez nəticəsində üzvi maddə sintez edir.
                        Canlılarda baş verən dəyişikliklər.
İlin dörd fəslinin əlamətləri müxtəlifdir. Planetimizin coğrafi ərazilərində fəsil dəyişmələri bir-birindən fərqlənir. Ölkəmizdə də aran və dağ rayonlarında bu sahədə fərqlər olduğunu müşahidə etmək mümkündür. Hər bir coğrafi ərazidə yaşayan canlılar yaşadıqları ərazilərdə mövsümlərə məxsus uyğunlaşmalar qazanmışlar.


Təbiətdə nə üçün fəsil dəyişkənlikləri baş verir?
Hansı fəsil canlılar üçün daha əlverişlidir?
Kəskin mövsüm dəyişkənliyi zamanı canlıların davranışlarında və fizioloji proseslərində müəyyən dəyişikliklər müşahidə olunur. Temperatur və günün uzunluğu artdıqca canlılarda fizioloji proseslər sürətlənir, temperatur azalıb günün uzunluğu qısaldıqca fizioloji proseslər zəifləyir.
Araşdırma apararaq canlılarda: müxtəlif bitkilərdə, soyuqqanlı heyvanlarda, quşlarda, məməlilərdə qışa hazırlığı və qışlamaya uyğunlaşmaları müəyyənləşdirin.
Bitkilərdə qışa hazırlıq və qışlama. Bu dövrdə bitkilərdə suyun miqdarı azalır, şəkərin miqdarı çoxalır. Bu onların domnasının qarşısını alır. Maddələr mübadiləsi çox aşağı düşür. Bu zaman bitkilər toplanmış yağlardan və karbohidratlardan istifadə edir. Ehtiyat qida maddələri birillik bitkilərdə, meyvə və toxumlarda, çoxillik ot bitkilərində isə həm də kökümsov, gövdə yumrusu, soğanaqlarda və s. toplanır. Bu səbəbdən də birillik ot bitkiləri — toxum; ikiillik ot bitkiləri birinci il, əsasən, meyvəköklər; çoxillik ot, kol və ağaclar isə, demək olar ki, özünəməxsus vegetativ və generativ orqanlarla qışlayır.

 Soyuqqanlı heyvanlarda qışa hazırlıq və qışlama.Həşəratlar sinfinin nümayəndələri inkişaflarının müxtəlif mərhələlərində qışlayır.
Kəpənəyin inkişaf mərhələləri
Bu canlıların hüceyrələrində qliserinin qatılığı artır və onlar donmur.
Suda-quruda yaşayanlar və sürünənlər soyuqqanlı olduqları üçün fəaliyyətlərini dayandırır və qışı anabioz (həyatın geriyə dönə biləcəyi) vəziyyətdə keçirir.
İstiqanlı heyvanlarda qışa hazırlıq və qışlama.
Quşlarda qışı keçirmək üçün lələk örtüyü qalınlaşır, bəzən rəngləri dəyişir. Onların bir çoxu qışlama miqrasiyası keçirir
Məməlilərdə də qışa hazırlıq zamanı tük örtüyü qalınlaşır. Bəzi məməlilərin rəngi dəyişir. Bəzi məməlilər (ayılar, porsuqlar, yarasalar, bir qism gəmiricilər və s.) qış yuxusuna gedir. Yuxuda olduqları müddətdə onlarda maddələr mübadiləsi zəifləyir. Suya olan tələbatlarını isə piy toxumasının parçalanması nəticəsində ayrılan su ödəyir. Bir qram piy parçalandıqda 1,1 q su alınır. Aktiv həyat tərzi keçirən məməlilərin bir qismində miqrasiyalar həyata keçirilir.
Fotoperiodizm.
Təbiətdə canlı orqanizmlərin əksəriyyətində mövsüm dəyişikliyini temperatur dəyişmələri zamanı müşahidə edirik. Ancaq mövsüm hadisələrinin əsas tənzimləyicisi günün uzunluğudur.Orqanizmlərin günün uzunluğuna qarşı olan reaksiyası fotoperiodizm adlanır.
Mövsüm hadisələrinin tənzim edilməsində günün uzunluğunun əsas rol oynadığını bilməklə insanlar bir çox canlıların inkişafını idarə edə bilirlər. Mülayim iqlim qurşağında süni işıqlanma şəraitində bitkilər yarpaqlarını tökmür, həşəratlar inkişaflarını davam etdirir. Toyuqlarda yumurtavermə çoxalır.
Bitkilərin bir qismi uzun yaz və yay günlərində çiçəkləyir. Bunlar uzungünlü bitkilər, payızda çiçəkləyən bitkilər isə qısagünlü bitkilər adlanır.

.
Fotoperiodizm. Təbiətdə canlı orqanizmlərin əksəriyyətində mövsüm dəyişikliyini temperatur dəyişmələri zamanı müşahidə edirik. Ancaq mövsüm hadisələrinin əsas tənzimləyicisi günün uzunluğudur.
Orqanizmlərin günün uzunluğuna qarşı olan reaksiyası fotoperiodizm adlanır.
Bitkilərin bir qismi uzun yaz və yay günlərində çiçəkləyir. Bunlar uzungünlü bitkilər, payızda çiçəkləyən bitkilər isə qısagünlü bitkilər adlanır.
Uzungünlü bitkilərQısagünlü bitkilər
Fındıq, vələs, palıd, ağ akasiya, söyüd, buğda, çovdar, darı, arpa, kənaf və s.Payızgülü, zəfəran, soğangülü və s.
Mövsüm hadisələrinin tənzim edilməsində günün uzunluğunun əsas rol oynadığını bilməklə insanlar bir çox canlıların inkişafını idarə edə bilirlər. Mülayim iqlim qurşağında süni işıqlanma şəraitində bitkilər yarpaqlarını tökmür, həşəratlar inkişaflarını davam etdirir. Toyuqlarda yumurtavermə çoxalır.
 
 
                                    Modifikasiya dəyişkənliyi.
Çarlz darvin canlılarda çoxlu fərqli xüsusiyyətlərin olması müşahidə etmişdir. İstər mədəni bitki və heyvanların istərsədə təbiətdəki vəhşi heyvan və yabanı bitki növlərinin bu qədər müxtəlif olması onu maraqlandırmışdır. O apardığı tədqiqatlar nəticəsində bu qənaətə gəlmişdir ki canlılar əsasən ətraf mühitin təsiri nəticəsində dəyişir. Darvinin apardığı müşahidə və araşdırmalar nəticəsində belə qənaətə gəlmişdir ki orqanizmlər irsən malik olduqları fərdi xüsusiyyətlərlə və yaşadıqları şəraitdəki mühit amillərinin təsiri ilə əlaqədar inkişaf edir. Bu isə onlarda müxtəlif dəyişikliklərin baş verməsinə səbəb olur. Orqanizmlərin yeni əlamətlər qazanmaq kimi ümumi xassəsi və ya növ daxilindəki fərdlər arasındakı fərqlər dəyişikliklər adlanır.
Darvin dəyişkənliyin səbəblərini araşdırıb formalarını da göstərmişdir. Darvin göstərmişdir ki dəyişkənlik 2 formada baş verir. 1-Qeyri irsi vəni modifikasiya dəyişkənliyi və 2-İrsi dəyişkənlik. Qeyri irsi və ya modifikasiya dəyişkənliyi. Növün müxtəlif şəraitdə yaşayan fərdlərində bəzi fərqli cəhətlərin meydana çıxması məlumdur. Məsələn meşədə bitən adi şam ağacının çətiri yuxarıda bitən şam ağacı isə daha qollu budaqlı olur. Mühit şəraiti əlverişli olan yerlərdə bitən bitkilərlə əlverişsiz mühitdə yaşayan bitkilər eyni növdən olsalar da fərqlənir. Ağ baş kələm isti ölkələrdə əkiləndə baş əmələ gətirmir. Ağ rəngli adadovşanlarının tükü qırxıb yerinə buz ağlayanda onun yerindən qara tüklər çıxır.
Mühit şəraitinin təsiri altında eyni genotipli fərdlərdə müxtəlif fototiplərin yaranması modifikasiya dəyişkənliyi adlanır. Genotip valideynlərdən alınan genlərin cəminə deyilir. Fenotip orqanizmlərin xarici və daxili əlamətlərin cəminə deyilir. İnsanın əkib becərdiyi bitkilərdə  də modifikasiya dəyişkənliyi asanlıqla müşahidə etmək mümkündür. Bir bitkinin qələmləri ilə çoxalan nəsillərdə tam eynilik müşahidə olunmur. Bunun səbəbi bitkilərin işıqlanma səviyyəsi torpağın strukturu su və qida maddələri ilə təminatı alaq otlarının olması və s ola bilir. Belə dəyişmələr genotipə təsir etmir və nəsildən nəsilə ötürülmür. Modifikasiya dəyişkənliyinin hüdudları reaksiya norması adlanır. Canlılarda müxtəlif əlamətlərin kəmiyyət və keyfiyyət dəyişimləri eyni cür müşahidə olunmur. Qaramalda südün miqdarı yemin miqdarından asılı olaraq çox dəyişir. Südün yağlılığı yemin miqdarından aslı olaraq çox dəyişir. Üdün yağlılığı yemin miqdarını artırmaqla çoxalmaq olmur. Yağlılığını yemin tərkibini dəyişməklə artırmaq mümkündür. Müşahidələr göstərir ki heyvanın rəngini nə qidanın miqdarını nədə müxtəliliyi dəyişə bilməz. Ancaq yuxarıda deyildiyi kimi tükü qırxıb belinə buz bağlanmış adadovşanlarının belində ağ tük əvəzinə qara tükün çıxması rəngin də mühit amillərinin təsiri ilə dəyişə biləcəyini göstərir. Beləliklə qaramalda südün miqdarı geniş reaksiya normasına rəngi isə ən dar reaksiya normasına malikdir.
Medifikasiya dəyişkənliyi norması axilində əlamətin dəyişkənliyi variasiya sırasını əmələ gətirir. Variasiya sırasındakıların hər biri variant adlanır. Hər variantın sayını hesablayıb görərik ki orta ölçülərə aha tez tez sıranın əvvəlində və sonunda olanlara isə daha az rast gəlinir. Variasiya sırasının genişliyi genotipdən də aslıdır.
Modifikasiya dəyişkənliyinin aşağıdakı xüsusiyyətləri vardır. Modifikasiya dəyişkənliyində
1-Genotip dəyişmir.
2-İrsən ötürülmür.
3-Növlərin uyğunlaşmasını təmin edir.
4-Tədricən baş verir
5-Növləri quruyub saxlayır
6-Qrup xarakterlidir.
Madələrin mübadiləsi. Madələr mübadiləsinə təsir edən amillər.
Hər bir orqanizm böyümə, inkişaf, istilik,hərəkət,kimi həyati fəaliyyətlərini davam etdirmək üçün xarici mühitdən daim qida maddələri, enerji almaq məcburiyyətindədir. Qidalanmanın başlıca bioloji və fızioloji mahiyyəti orqanizmdə maddələr və enerji mübadiləsini təmin etməkdən ibarətdir. Maddələr mübadiləsi orqanzm ilə onu əhatə edən xarici mühit arasında daim baş verən təbii ümumi proses olub, xarici mühitdən orqanizmə həyat üçün zəruri olan bir sıra maddələrin daxil olması, onların istifadəsi və bu zaman əmələ gələn artıq və tullantı məhsulların orqanizmdən xaric edilməsi kimi mürəkkəb qapalı (tsiklik) dövr edən prosesləri əhatə edir. Maddələr mübadiləsi orqanizmin həyat fəaliyyəti və daxili mühitinin nisbi kimyəvi sabitliyini qoruyub saxlamaq üçün zəruri şərtdir. Bu proseslər sayəsində orqanizmdə lazım olan tikinti materialları və həyat fəaliyyəti üçün zəruri olan enerji əmələ gəlir.
Maddələr mübadiləsi(metobolizm)
Maddələr mübadiləsi və ya metabolizm bir-birilə sıx əlaqədə olan, bir birinin ardınca baş verən, bir birininə əks olan və biri digərindən asılı olan 2 prosesdən ibarətdir.
1.Asimliyasiya (anabolizm)(plastik mübadilə) (qidalı maddələrin sintezi prosesi )
2.Dissimilyasiya (katabolizm)(energetik mübadilə)(hüceyrədə gedən parçalanma proseslərinin cəmi)

Assimilyasiya və dissimilyasiya prosesləri birlikdə maddələr mübadiləsi adlanır.
Adətən orqanizmdə dissimilyasiya və assimilyasiya prosesləri taraz vəziyyətdə olurlar. Bəzən dissimilyasiya assimilyasiyaya üstün gəlir (intensiv əmək zamanı, xörək qəbul olunmayan vaxt).
Bəzən isə assimilyasiya dissimilyasiyaya üstün gəlir (uşaqlarda, hamilə qadınlarda).

1.Assimilyasiya və ya anabolizm zamanı, orqanizmdə lazım olan qida maddələrinin mənimsənilir, yeni maddələrin sintez olunur və onlardan böyümə və inkişaf üçün istifadə olunur.Bu zaman amin turşularından zülalların, sadə şəkərlərdən(monosaxarid) mürəkkəb şəkərlərin(polisaxaridlərə), yağ turşuları və qliserindən yağların, nukleotidlərdən nuklein turşularının sintezini, müxtəlif sintetik çevrilmələri, qurucu, bərpa və yeniləşmə prosesləri həyata keçirilir.Hüceyrədə baş verən bütün biosintez reaksiyalarının cəmi asimilyasiya-plastik mübadilə adlanır.Sintez olunmuş maddələr hüceyrənin müxtəlif orqanoidlərinin,sekretlərinin ,fermentlərinin,ehtiyat qida maddələrinin qurulmasına sərf olunur.Bütün bu proseslər zamanı enerji udulur.
 
2.Dissimilyasiya və ya katabolizm isə üzvi maddələrin parçalanması, oksidləşməsi, onlardan enerjinin alınması, tullantı məhsullarının orqanizmdən kənar edilməsi kimi prosesləri əhatə edir.Bu zaman qida maddələrinin (zülal, yağ, şəkər) əvvəlcə öz tərkib hissələrinə (aminturşulara, monosaxaridlərə, yağ turşuları və qliserinə), onlar isə, öz növbəsində son məhsullara (H2O, CO2 , NH3 , N2 ) qədər parçalanması,enerji yaranması və tullantı şlaklardan və zərərli (toksiki) maddələrdən azad olması kimi prsoesləri əhatə edir 
  
Enerjinin yaranması və sərfi
Dissimilyasiya zamanı zülallar, yağlar və karbohidratlar oksidləşərək enerji yaradırlar.
Əsas bioloji enerji hüceyrədə mitoxondrilərdə, az miqdarda isə qeyri-oksidləşmə (qlikoliz) yolu ilə sitoplazmada əmələ gəlir.
Orqanizmdə enerji sərfı vahidi kimi- kalori və ya coul qəbul olunub.( adətən kilokalori və ya kilocoul ilə ifadə edilir. )
Bütün qida maddələri müəyyən enerji ehtiyatlarına malikdir.Onlar oksidləşən zamanı müəyyən miqdarda enerji ayrılır.
Məsələn;



Zülal 1 q parçalandıqda-17,6kC enerji ayrılır
 Karbohidrat 1q parçalandıqda -17,6kC enerji ayrılır
 Yağ 1qr parçalandıqda -38,9 kC enerji ayrılır
 

Orqanizmdə ayrılan enerjinin miqdarı, onda baş verən kimyəvi çevrilmələrdən, yəni maddələr mübadiləsindən və orqanizmin enerjiyə olan tələbatlarından asılıdır.
Bu enerji sərf olunur:



intensiv istilik əmələgəlmə prosesinə;
 fıziki və əqli əməyə
 mübadilə prosesinin saxlanılmasına(anobolizmə)
 böyümə.inkişaf,hərəkət və s. sərf olunur.
 ATF şəklində saxlanılır.
                               
Mənfı temperaturada hər bir adam 15 kkal enerji itirir, fıziki işə isə 20-30% enerji sərf olunur.

Hüceyrə tənəffüsü
Hüceyrənin mitoxondirilərinin kristlərində üzvi maddələrin fermentlərin iştirakı ilə parçalanmasına hüceyrə tənəffüsü deyilir.Hüceyrədə bu tənəffüsü 2 formada həyata keçirilir:

1.Oksigenli(aerob)tənəffüs(qida maddələrini oksigen+fermentlər parçalayır)
2.Oksigensiz(anaerob)tənəffüs(qida maddələrini yalnız fermentlər parçalayır,oksigen iştirak etmir.)
 
 
Hüceyrənin enerji mənbəyi
Hüceyrədə əsas enerji mənbəyi ATF dir.Beləki üzvi maddələrin parçalanmasından alınan enerjinin bir hissəsi hüceyrədə ATF şəklində saxlanılır və lazım olan zaman istifadə olunur. ATF hüceyrədə daim əmələ gəlir və sərf olunur.ATF malekulu hüceyrədən hüceyrəyə,canlıdan canlıya keçə bilmədiyi üçün hər bir hüceyrə özü ATF sintez edir.

Mübadilənin növləri
Maddələr mübadiləsi geniş məfhum olub, bir neçə mübadilə proseslərindən ibarətdir.



zülal və yağ mübadilələrindən
 su mübadiləsindən
 mineral maddələr mübadiləsindən
 vitaminlər, karbohidratlar mübadiləsindən
 energetik mübadilədən
 
Bütün bu mübadilə prosesləri müxtəlif səviyyələrdə fəaliyyət göstərən tənzimləyici mexanizmlər vasitəsilə idarə edilir. Bu mexanizmlər mərkəzi sinir sistemi vasitəsilə idarə edilir. Mərkəzi sinir sistemi bilavasitə və hormonlar vasitəsilə bütün mübadilə proseslərini əlaqələndirir. Bəzi hormonlar maddələr mübadiləsinin yalnız bəzi növlərinə tənzimləyici təsir göstərir. Qalxanvari vəzin hormonları daha çox zülal mübadiləsini, mədəaltı vəzin və böyrəküstü vəzilərin hormonları şəkər və yağ mübadilələrini, böyrəküstü vəzilərin və hipofızin bəzi hormonları isə su və duz mübadiləsini aparırlar.
Maddələrin ətraf mühitdən hüceyrəyə keçməsində və ya əksinə, hüceyrədən ətraf mühitə verilməsində hüceyrə membranı mühüm rol oynayır. Eyni zamanda bu prosesdə ətraf mühitin kimyəvi tərkibi və orada maddələrin qatılığı, konsistensiyası da mühüm əhəmiyyət kəsb edir. Belə ki, ətraf mühitdə duzluluğun artması hüceyrədən suyun xaricə çıxmasına, əksinə ətraf mühitdə duzluluğun azalması suyun hüceyrəyə keçməsinə səbəb olur. Beləliklə, hüceyrənin daxilində olan duzlarla ətraf mühitdə olan suyun miqdarı arasında lazımi nisbət yaranır.
 Maddələrin hüceyrəyə daxil olunması
 Bir çox irimolekullu üzvi maddələr və yaxud iri hissəciklər hüceyrəyə faqositoz,pinositoz və rofeositoz yolla keçir.
 Faqositoz - müxtəlif iri maddələrin hüceyrələr tərəfindən udulub, litik fermentlərin təsiri ilə həzm olunması prosesidir. Belə hüceyrələrə faqositlər (yunanca faqos udan; sitoz - hüceyrə) deyilir. Onlar yad cisimcikləri, mikroorqanizmləri, toxuma parçalanması məhsullarını, bəzi zəhərləyici maddələri öz daxilində zərərsizləşdirir. Əvvəlcə bu hüceyrələrdə yalançı ayaqlar udulacaq maddəni əhatə edir. Sonra onu hüceyrə daxilinə keçirir və lizosomlarda olan əridici fermentlərin təsiri ilə həzm olunur.
Pinositoz (yunanca pino - içmək) prosesində hüceyrə ətraf mühitdən mayeni özünə keçirir. Hüceyrə qişası ətraf mühitə doğru mikroskopik çıxıntılar verir, onlar arasında hüceyrə daxilinə doğru girintilər əmələ gəlir. Əmələ gəlmiş çuxurlara ətraf mühitdən maye dolur və ağız qapanaraq hüceyrə daxilində qovuqcuq (vakuol) yaradır.
Rofeositoz zamanı ətraf mühitdə submikroskopik hissəciklər və makromolekullar cəzb olunma yolu ilə hüceyrə daxilinə keçir və vakuol əmələ gətirir. Hər iki prosesdə pinositoz və rofeositozda vakuolda maddələr neytrallaşdırılır.
 Maddələrin hüceyədən xaricə çıxması
Hüceyrədaxili məhsulların xaricə çıxması sekresiya ilə əlaqədardır. Hüceyrələrin ifraz etdiyi seliyəbənzər maddələr toxumaların mexaniki zədələrdən qorunması, habelə hüceyrəarası əsas maddənin əmələ gəlməsi üçün çox əhəmiyyətlidir. Maddələr mübadiləsinin son məhsullarının, habelə orqanizmə daxil olmuş yad maddələrin toxumalardan xaricə çıxarılmasında faqositoz qabiliyyətinə malik makrofaqlar sistemi iştirak edir.
 Amin turşu mübadiləsinin pozulması. Amin turşu mübadiləsinin pozulmaları qazanılmış və irsi olmaqla iki qrupa bölünür. Qazanılma xarakterli pozulmalara qidanın keyfiyyətsizliyi (qidada əvəzedilməz amin turşularının və bəzi vitaminlərin çatışmazlığı), həzm sisteminin funksiyasının zəifliyi, endokrin sistemin bəzi xəstəlikləri, uzunmüddətli aclıq və s. amillər səbəb ola bilər. Əvəzedilməyən amin turşularının hər hansı birinin və ya bir neçəsinin çatışmazlığı orqanizmdə zülal biosintezinin zəifləməsinə səbəb olur. Bu zaman qanda sərbəst amin turşularının miqdarı artır. Sidikdə normal göstəricidən artıq miqdarda amin turşusu ifraz edilir. Qidasının tərkibində əvəzedilməz amin turşularından biri və ya bir neçəsi çıxarılmış heyvanlarda ümumi zəiflik və sinir fəaliyyətinin pozulması müşahidə edilir.
 İnsanın qidasında amin turşularından olan triptofanın çatışmazlığı ciddi arıqlamaya, lizin çatışmazlığı başgicəllənməyə və ürəkbulanmaya, histidin çatışmazlığı qanda hemoqlobinin miqdarının azalmasına səbəb olur.
 Albinizm. Bu xəstəlik amin turşusu mübadiləsinin pozulması nəticəsində yaranan xəstəlikdir. Bu zaman dəridə, tüklərdə və gözün qüzehli qişasında piqmentin əmələ gəlməsi pozulur, dəri və tüklər ağ, gözlər isə qırmızımtıl olur. Hazırda irsi pozğunluqlar nəticəsində amin turşusu mübadiləsinin pozulmalarının 100-dən çox xəstəliyə səbəb olması müəyyənləşdirilmişdir.
 Canlılara təsir edən abiotik amillər. 
İşıq. Canlı varlıq kimi insanında yaşaması Günəşdən aslıdır.Bu amilin bioloji təsiri onun intensivliyi,spektral tərkibi,müddəti,sutkalıq və fəsil dövriliyindən aslıdır.İşıq orqanizimdə fotokimyəvi proseslərə,həyatın sutkalıq ritminə,maddələr mübadiləsinə və.s təsir göstərir.
 İnsan üçün əəlverişli şərait havanın 40-60℅ rütübətliyə,18-20%C temperatura malik olduqda mümkündür.
 Əsas işıq mənbəyi olan Günəş şüaları spektral tərkibinə görə 3 sahəyə ( ulturabənövşəyi,görünən və infraqırmızı) bölünür.
 Ulturabənövşəyi şüalar insanın endokrin vəzilərinin fəaliyyətini gücləndirir.
 Ulturabənövşəyi: ən yüksək kimyəvi fəallığa malik olan şüalardır.Qısadalğalı ( uzunluğu 0,29 mkm-dən az) və uzun dalğalı ( uzunluğu 0,30-0,40 mkm) olur.Yerə gəlib çatmayan qısadalğalı ulturabənövşəyi şüaların təsiri zamanı zülal maksimum denaturasiyaya uğrayır.Bu səbəbdən onlar canlılar üçün öldürücü təsirə malikdir.Lakin onların az miqdarda canlılar üçün zəruridir.Məs; D vitamininin sintezində böyük əhəmiyyəti vardır. Həşəratlar işığın ulturabənövşəyi şüalarını görürlər.
 Görünən:dalğa uzunluğu 0,40-0,75 mkm olan bu şüalar əsas enerji mənbəyi olub,yaşıl bitkilər tərəfindən üzvi maddələrin sintezində istifadə olunur.Məsələn,buğdanın9 fotosintez intensivliyi plastidlərin görünən işığın göy və qırmızı şüalarını udması zamanı maksimaldır.Görünən şüalar fotosintez üçün böyük əhəmiyyətə malikdir.Yaşıl bitkilərin əksəriyyəti əsasən görünən şüanın qırmızı spektrindən ( lakin qırmızı yosunlar fotosintez üçün-yaşıl,qonur yosunlar isə bənövşəyi spektrdən istifadə edirlər) istifadə edirlər.
 Suyun dərinliyində yaşayan xemosintezedici bakteriyalar üçün işığın əhəmiyyəti yoxdur.
 Heyvanların əksəriyyəti bu işığı görür. İnfraqırmızı: dalğa uzunluğu 0,75 mkm-dən çox olan bu şüalar istilik enerjisinin əsas mənbəyini təşkil edir,görünür.Soyuqqanlı orqanizimlərin bədən temperaturunun artmasına səbəb olur.
 İşıq çox cəhətli təsirə malikdir.
 Fotosintez üçün enerji mənbəyidir;
 Bitkilərin böyümə sürətinə və istiqamətinə təsir edir;
 Hüceyrələrin differensiasiyasına ( məsələn,xlorofilin sintezinə) səbəb olur.
 Orqanizimlərin aktiv və dinclik fazasına səbəb olur;
 Fərdi inkişafda uzungünlü və qısagünlü bitkilərə təsir edir.
 Temperatur: canlı orqanizimlərdə baş verən bütün biokimyəvi reaksiyaların sürəti temperaturdan aslıdır.Yer üzərində temperatur rejimi mövsümdən,bögələrdən aslı olaraq müxtəlif cür dəyişir.Məsələn,yanvar ayında müxtəlif coğrafi zonalarda havanın orta temperaturu – 40°C ilə +30°C arasında tərəddüd edir.Yay ayında isə 0°C-dən aşağı və 40°C yuxarı ola bilər.Amma Ekvatorda daim orta hesabla +25°-30°C olur.Müəyyən olunmuşur ki,yuxarı dağlıq zonaya qalxdıqca temperatur aşağı düşür,yəni hər 100 m yüksəklikdə 0,5°C azalır. Heyvanlar bədən temperaturuna görə soyuqqanlı və istiqanlı olmaqla 2 yerə bölünür.Soyuqqanlı heyvanlarda bədən temperaturu ərtaf mühitin temperaturundan aslıdır.Ona görə də onlarda istilik mübadiləsi və həyat rejimi xarici mühitin dəyişən temperaturuna uyğunlaşmışdır. İstiqanlı heyvanlarda maddələr mübadiləsi daha intensiv getməsi bədən temperaturunun sabit saxlanmasına və xarici mühitin temperaturundan aslı olmamasına səbəb olmuşdur. İstiqanlılığın meydana gəlməsinin əsas səbəbi dördkameralı ürəyin yaranması,ürəkdə venoz qanla arterial qanın qarışmaması və ürəkdən arterial qanın getməsidir. Yaranan aramorfoz onların ətraf mühitdən asıllığını azaldır.Quşların bədən temperaturu adətən 40-45°C olur.Bu səbəbdən onlar qida ilə daxil olan enerjinin 80%-ni bədən istiliyinin saxlanmasına sərf edirlər.Primitiv məməlilər,kiçik gəmiricilər və bir çox məməlilərin balalarında temperatur tənzimi sabit deyil. İnsan və bir çox məməlilərin çılpaq doğulan balalarının kürək hissəsində tərkibində çoxlu mitoxondri olan qonur piy olur.Qonur piyin hesabına onların bədənində daha çox istilik ayrılır.
 Rütübət: orqanizimlərin rütübətə tələbatı ilin fəsillərindən və yaşayış yeridən çox aslıdır.Bitki və heyvan orqanizimlərində rütübətlə bağlı bir sıra uyğunlaşmalar meydana gəlmişdir.
 Suya tələbatına görə bitkilər 3 qrupa ayrılır.
 Rütübətin çatışmazlığına (quraqlıq) qarşı səhra və yarımsəhra canlılarda bir sıra uyğunlaşmalar meydana gəlmişdir: – güclü inkişaf etmiş çox uzun kök sistemi; – yarpaqların yayda tökülməsi və ya çoxillik otlarda yerüstü hissələrin tam məhv olması ( quruması); – yarpaqların tikana çevrilməsi; – bədəndə yağ ehtiyatının toplanması; – bəzi heyvanların gecə həyat tərzinə keçməsi və ya yay yuxusuna getməsi; Vaxtaşırı baş verən quraqlıq şəraitini keçirmək üçün orqanizimlərdə bir çox uyğunlaşma əlamətləri qazanmışdır.
Bəzi bitkilərin abiotik amillərə münasibəti.
Düzgün istirahət. Orqanizmin sağlamlığının əsas şərtlərindən biri hərəkətdir. Ancaq hərəkət etməklə yanaşı istirahətdə zəruridir. İnsan orqanizmində olan əksər orqanlar həm işləyir. Həm də istirahət edir. Ürəyin əzələlərin sinir sisteminin həzm orqanlarının və s necə işlədiyini bildiyimizdən belə nəticəyə gələ bilərikki istirahət fəaliyyətin ayrılmaz hissəsidir. İstirahət yoxdursa sağlamlıqda yoxdur. Çünki istirahətsiz orqanizmin fəaliyyəti pozulur. Hətta orqanlar toxumlar hüceyrələr zədələnir. Bunun nəticəsində müxtəlif xəstəliklər yaranır. Fiziki və zehni iş zamanı sinir hüceyrələri ouanır. əgər bu oynamalar çox davam edərsə sinir hüceyrələrinin fəaliyyəti avtomatik olaraq ləngiyir. Qıcıqları qəbul etmir və beləliklə özlərini məhv olmaqdan qoruyur. Belə hallarda istər fiziki istərsə də zehni işi dayandırmaq lazımdır ki beyin qabığının və əzələlərin işi bərpa olunsun. İstirahətin 2 növü vardır. 1 fəal yəni hərəki 2 qeyri-fəal yəni passiv istirahət.
 Fəal istirahət zamanı əzələlər və sinir sistemi öz iş qabiliyyətini daha tez bərpa edir. İvan Mixayloviç Seçenov təcrübələr zamanı müəyyən etmişdir ki sağ əl yorğunluqa onun yorğunluğunu tam istirahət yox sol əllə işləmək daha tez aradan qaldırı. Zehni iş zamanı yorulanda isə orqanizm fiziki işə keçsə onun yorğinluğu daha tez aradan qalxır. Lakin orqanizm öz iş qabiliyyətini fəal istirahətlə bərpa etsə də insanın qeyri fəal istirahətin bir formasına yuxu rejimi yəni eyni vaxtda yatıb eyni vaxtda oyanmaq böyük sağlamlaşdırıcı əhəmiyyətə malikdir. Bəzi insanlar gündüzlər 1-2 saat yataraq gecə yuxusunun müddətini qısaldırlar. Fəal istirahət asudə vaxtdan səmərəli istifadə etməyə imkan yaradır. Ancaq bu o zaman əhəmiyyətli olur ki sinir sisteminin müxtəlif mərkəzləri növbə ilə işləsin. Fəal istirahət aşağıdakı hallarda səmərəli olur.
 1-Vərdiş edilmiş peşə fəaliyyətindən kəskin fərqləndikdə
 2-Müxtəlif əzələlər iş gördükdə
 3-Passiv və hərəki istirahət mərhələləri növbələşdikdə.
 Epidemiologiya və epidemioloji üsullar. Epidemiologiya insanlar arasında müxtəlif yoluxucu xəstəlikləri və onların yaranması səbəblərini öyrənir. Xəstəliklərlə mübarizədə profilaktik tədbirlərin hazırlanması epidemiologiyanın əsas məqsədidir.Tarixən qədimdə və orta əsrlərdə insanlar yoluxucu xəstəliklərlə necə mübarizə aparırdılar? Onlar infeksion xəstəliklərin qarşısını almaq üçün hansı tədbirləri görürdülər? Sizcə, insanlara peyvəndlər nə üçün vurulur? Araşdırma apararaq sualları cavablandırın və təqdim edin.
 Hal-hazırda epidemiyaların qarşısını almaq üçün hansı tədbirlər görülür?
 Epidemiyalar* zamanı hansı müalicə üsulları tətbiq olunur?
 Cəmiyyətin inkişafının ilk dövrlərində yaranmış infeksion xəstəliklərin insanlar şər qüvvələrin işi hesab edirdilər. Epidemiologiya qədim zamanlardan yoluxucu xəstəliklərin yayılması və onlara qarşı mübarizə zamanı aparılan müşahidələr əsasında yaranıb.
 Yoluxucu xəstəliklərlə mübarizənin və profilaktikanın praktiki üsulları quldarlıq quruluşu dövründə xeyli inkişaf etmişdir. Belə ki Misirdə birələrlə, gəmiricilərlə mübarizə aparılır, heyvanlara baxış keçirilir, qurban ətini damğalayırdılar. Hələ eramızdan 2000-3000 il əvvəl Aşşur və Vavilonada epidemiyaların törədiciləri ilə heyvanlar arasında əlaqənin olduğu bildirilmişdir. Epidemiyalarla mübarizədə xəstələrin və vəfat edənlərin əşyalarının yandırılması, bu insanların şəhər ərazisindən uzaqlaşdırılması, xəstə heyvanların məhv edilməsi, yoluxma şəraiti olan ərazilərdən əhalinin köçürülməsi, sərhədlərin bağlanması praktikası tətbiq edilirdi.
 Epidemiologiya elminin banisi Hippokrat (e.ə. 461-370) hesab olunur. Onun “Epidemiyalar haqqında yeddi kitab”, “Hava, su və ərazilər haqqında” və s. əsərləri günümüzədək gəlib çatıb. Hippokratın zamanında “epidemiya” sözü insanlar arasında yoluxucu və yoluxucu olmayan kütləvi xəstəliklər kimi başa düşülürdü. O dövrdə yoluxucu xəstəliklərin yaranması haqqında iki nəzəriyyə var idi.
 Hippokrat hesab edirdi ki, xəstəliklərin yaranma səbəbi üfunətli buxarların, bataqlıq yerlərdə olan müəyyən maddələrin insan orqanizminə daxil olmasıdır. İkinci nəzəriyyə tərəfdarları isə ehtimal edirdilər ki, epidemiyanın inkişafına və yayılmasına səbəb “gizli” varlıqlardır. Bu fikrin müəlliflərindən biri qədim yunan filosofu Aristotel (e.ə. 384—322) olub. İki nəzəriyyənin tərəfdarları arasında olan daimi diskussiya epidemiologiyanın gələcək inkişafına təkan vermişdir.
 * Epidemiya - yunanca “epi" -üzərinə, “demos"-xalq, əhali
  Epidemiologiyanın inkişaf dövrləri
 I dövr. Bakteriologiyaya qədərki dövr (XIX əsrin son rübünə
 qədər)
 1) Hippokratın məkan və zaman epidemik konstitusiyası haq-
 qında konsepsiyası;
 2) Hippokrat və Saydenhamın miazmatik hipotezası;
 3) Qədim dünyada yaranmış və Frakastro və Samoyloviç
 tərəfindən inkişaf etdirilən kontagioz hipoteza;
 4) Bir sıra infeksion xəstəliklərin epidemiyalarının öyrənilməsi
 (E.Cenner, L.Paster, R.Kox, İ.İ.Meçnikov və s.);
 5) Bir sıra qeyri-infeksion xəstəliklərin epidemiyalarının öy-
 rənilməsi.
  II dövr. Bakteriologiya dövrünün ilk onilliyi (XIX əsrin sonu
 və XX əsrin əvvəli)
 Epidemiologiyanın inkişafının tənəzzülü. Mikrobiologiyanın
 formalaşması və inkişafı.
 III dövr. İntibah dövrü və epidemiologiyanın yeni elmi əsaslar
 üzərində inkişafı (XX əsrin ikinci rübünün əvvəli – hazırkı
 vaxta qədər)
 1) Epidemiologiyanın epidemik proses haqqında elm kimi
 nəzəri cəhətdən əsaslandırılması. D.K.Zabolotnı – sovet
 epidemiologiyasının banisidir;
  2) 20-30-cu illərdə epidemiologiya kafedralarının yaradıl-
 ması (D. K.Zabolotnı, L.V.Qromaşevski);
  3) L.V.Qromaşevski, V.A.Başenin, E.N.Pavlovskinin epide-
 mioloji məktəbləri.
  IV dövr. Müasir dövr
 1) Epidemiologiyanın ümumtibb elmi kimi inkişafı;
 2) Bir çox ölkələrdə, o cümlədən Azərbaycanda epidemiologi-
 yanın epidemik proses haqqında elm kimi inkişafı (özünü-
 tənzimləmə mexanizmlərinin aşkarlanması əsasında);
 3) Tibb ali təhsil müəssisələrində epidemiologiya kafed-
 ralarının yaradılması.
 Müasir epidemiologiyanın istiqaməti.
 İnfeksion epidemiologiyanın 3 başlıca məqsədi vardır:
 1) xəstəliklərlə (sağlamlıqla) bağlı problemlərin ölçüsünü və
 yayılmasını təyin etmək yolu ilə səhiyyə xidmətinin inki-
 şafını istiqamətləndirmək;
 2) bu xəstəliklərlə mübarizə aparmağa imkan verən və ya onlara təsir göstərən etioloji (səbəbiyyət) və digər amilləri aşkar etmək;
 3) xəstəliklərlə mübarizə və cəmiyyətin sağlamlığının yaxşı-laşdırılması məqsədilə həyata keçirilən tədbirlərin effek-tivliyinin təyin edilməsi metodunu işləyib hazırlamaq.
 Epidemiloji xarakteristikasına görə virus xəstəlikləri 2 yerə bölünür. Antroponoz- yalnız insanın tutula biləcəyi xəstəlik zoontroponoz heyvanlardan insana keçə biləcəyi xəstəlik. Quduzluq.
 Yayılma xarakterinə görə virus xəstəlikləri hava damcı yolu ilə təmas zamanı o cümlədən cinsi əlaqələr əşyalardan ümumi istifadə qida və su vasitəsi ilə yoluxa bilər. Virus müxtəlif orqanların hüceyrələrini zədələdiynə görə onları dəri cinsi zöhrəvi xəstəliklər tənəffüs yolları tənəffüs orqanları resiptor xəstəlikləri qaraciyər göz bağırsaq viruslarına ayırırlar. Dəri virus xəstəliklərinə dərinni qabıq verməsi dəmrovlar ekzema saç və dırnaqların zədələnməsi aiddir. Qaraciyərin hepatit virusuna yoluxması qaraciyər hüceyrələrinin nekrozuna qurumaya gətirib çıxarır.  Bu A B C hepatit viruslarına yoluxma zamanı baş verir. Sonuncu virus cinsi yollada ötürülə bilir. Xəstəliklərdən sonra bəzi virus xəstəliklərinə qarşı insanda immunitet yaranır. Və insan bir daha belə virys xəstəliyinə bir daha tutulmur. Bəzi virus xəstəliklərinə qarşı peyvənd tətbiü olunur.
 Göbələklərin törətdiyi xəstəliklər. Parazit qurdlarla yoluxma . yolxucu xəstəliklərə qarşı mübarizə.
 Keçəllik. Bu, antisanitariya şəraitində: başın tez-tez yuyulmaması, qırxılmaması, saça bit düşməsi səbəbindən yaranır. Kirli, uzun dırnaqlarla başı qaşımaq, çirkdən qartmaq bağlamaq halları başın dərisində iltihablı yaralar əmələ gətirir. Bunun da nəticəsində xəstəlik törədicisi olan göbələklərin inkişafı üçün əlverişli şərait yaranır.
 Göbələk xəstəliyi. Antibiotikdən çox istifadə etdikdə göbələk xəstəliyi baş verir.
 Bu zaman xırda-xırda diyircəkli dərialtı suluq, qızartı, bəzi hallarda isə irinli suluqcuqlar olur. Göbələk insan orqanizminin hər yerində ola bilir. Qulaq, burun, göz və dərinin incə yerlərində ona daha tez-tez rast gəlinir.
 Dırnaq göbələyi. Adamların çox olduğu idman zalından, hovuzdan, başqalarının tərliklərindən istifadə zamanı keçə bilər. Ona görə də şəxsi gigiyena qaydalarına riayət etmək lazımdır. Lakin göbələklərlə əlaqə heç də həmişə göbələk infeksiyasına gətirib çıxarmır. Göbələk infeksiyasının inkişafı üçün müəyyən şərait lazımdır. Hava buraxmayan dar ayaqqabı, rütubət, zədələnmiş dırnaq və ya dırnaq yastığı buna səbəb ola bilər.
 
Dəmrov – səpgi və qaşınma ilə xarakterizə olunan polietioloji dəri xəstəlikləri qrupudur. Törədicinin növündən, səpgilərin tipindən, lokalizasiyasından, yoluxuculuğundan asılı olaraq, xəstəliyin bir neçə forması ayırd edilir: ekzema – sulu dəmrov; mikrosporiya, faqus, trixofitiya – saçqıran dəmrov; psoriaz – pullu dəmrov; çəyrayı dəmrov – pitiriaz; kəmərləyici dəmrov.
 Xəstəlik kəskinləşmələrlə müşayiət olunan uzunmüddətli gedişə malikdir. Dəmrov pasiyentə fiziki və psixoloji diskomfort törədir. Dəri səpgiləri ikincili infeksiyalaşa bilir.
 Yaranma səbəbləri və yoluxma mexanizmi
 Çəhrayı dəmrov
 Kəmərləyici dəmrov
 Əlvan dəmrov
 Saçqıran dəmrov
 

Dəmrov haqqında ümumi məlumat

 Dəmrov – rəngli və qapıqlanan ləkələrlə səciyyələnən dermatoloji xəstəliklər qrupudur. Onların etiologiyası, yoluxma yolu və gediş xüsusiyyətləri fərqlidir. Məhz bu səbəbdən dəmrov klinik təzahürlərə (rəngin dəyişməsi, qabıqlanmanın olması və s.) görə təsnif edilir.
 

Dəmrovun səbəbləri və yoluxma mexanizmi

 Bu xəstəliklərin əsas yaranma səbəbi virus və göbələk mikroflorasıdır. İmmunitetin zəifləməsi, stress, irsi meyllik, infeksion xəstəliklər, fiziki və emosional gərginlik dəmrovun inkişaf ehtimalını artırır.
 Yoluxma mexanizmi hələlik elmə məlum deyil.
 

Çəhrayı dəmrov

 Xəstəlik infeksion-allergik mənşəli olub, bütün yaş qruplarında rast fəlinir. Çəhrayı dəmrov bədəndə, xüsusən kürək nahiyəsində girdə formalı, çəhrayı rəngli, qabıqlanan ləkələrlə xarakterizə olunur. Dəmrovun bu növünun yoluxuculuğu aşağıdır. Ailədaxili yoluxma halları nadirən qeydə alınır. Yoluxma hamam əşyalarının ümumi istifadəsi zamanı baş verir. Zəif immunitet və virus mənşəli respirator infeksiyalar xəstəliyin yaranmasına təkan verir.
 Çəhrayı dəmrov fəsillə bağlıdır, yaz və payız aylarında əlamətlər daha qabarıq şəkil alır. Residivlərin olmaması xəstəliyə qarşı güclü immunitetin formalaşmasına işarə edir.
 Dəmrov diametri 3 sm-dən böyük olmayan, 1 ədəd yumru ləkə ilə başlanır. 2-3 gün ərzində onun mərkəzi hissəsi saralır, büzüşür və qabıqlanır. 7-10 gündən sonra çox sayda kiçik ölçülü, analoji səpgilər əmələ gəlir. Bu dəri elementləri əsasən Langer xətləri (dərinin maksimal gərilmə xətləri) boyunca lokalizasiya olunur. Zamanla dəmrovun mərkəzində qabıqlanma, periferik hissəsində isə qırmızı haşiyə yaranır. Səpgilər öz aralarında birləşməyə meyilli olmur. Qasınma və digər xoşagəlməz hissiyyatlar müşahidə edilmir.
 Qeyri-düzgün müalicə, su ilə tez-tez təmas, həddindən artıq tərləmə dəmrov xəstəliyinin müddətini uzadır. Bu faktorlar olmadıqda çəhrayı dəmrov 1,5-2 aya sağalır. Xəstəlik çox vaxt heç bir terapiya aparılmadan öz-özünə keçib gedir. Pasiyentlərə günəş şüalarından qorunmaq, təbii matrialdan hazırlanan paltarlar geyinmək, su ilə təması azaltmaq məsləhət görülür. Antibakterial və göbələkəleyhinə məlhəmlər (məsələn, Sanqviritrin) əlamətləri ən qısa zamanda yox edir. Bakterisid, o cümlədən bitki tərkibli məlhəmlər müsbət təsir göstərir. Əksər hallarda çəhrayı dəmrovun sağalması üçün sadalanan dərmanlar kifayət edir.
 Diaqnostika baxış əsasında aparılır. Xəstəliyi sifilis üçün xarakterik olan rozeoladan fərqləndirmək lazımdır.
 

Kəmərləyici dəmrov

 Bu dəmrov Herpes zoster qrupundan olan virusla ikincili kontakt zamanı və yaxud latent herpes infeksiyasının aktivləşməsi nəticəsində yaranır. Kəmərləyici dəmrov zamanı sinir qanqliyaları iltihablaşır, sinir kötükləri boyunca xarakterik səpgilər əmələ gəlir. Xəstəliyə əsasən böyüklər və yaşlı şəxslər tutulur. Onun təkanverici amillərinə stress, infeksiya və immunitetin zəifləməsi aiddir.
 Kəmərləyici dəmrov dəyişkən gedişə malikdir. Pasiyentlərin bir qrupunda yüngül forma, digərlərində isə mərkəzi sinir sistemini zədələyən vəziyyətlər qeydə alınır. Səpgilərin formalaşmasından qabaq sinirlər boyunca ağrı meydana çıxır. 3-4 gün keçdikdə dəridə elementlər nəzərə çarpır. Başlanğıcda səpgilərin səthi kiçik vezikulalardan ibarət olur. Bir müddətdən sonra onlar quruyur və qartmaqla örtülür. Xəstələrdə bəzən qabıqlanma müşahidə olunur. Dəmrovun ağırlıq dərəcəsindən asılı olaraq, ümumi intoksikasiyanın yüngül əlamətlərinə və yaxud meninqoensefalial simptomlara rast gəlinə bilər. Ağırlaşmış formalarda proqnoz qeyri-qənaətbəxşdir.
 Xarakterik klinik təzahürlər vizual baxış və sorğu əsasında dəqiq diaqnoz qoymağa imkan verir. Kəmərləyici dəmrov xəstəliyinin müalicə sxemi əlamətlərin intensivliyindən və pasiyentin vəziyyətindən asılıdır. Demək olar ki, bütün hallarda hospitalizasiya mütləqdir. Müalicə dermatoloq və nevroloqun birgə əməkdaşlığı ilə aparılır. Güclü ağrı sindromunda analgetiklər və sedativ preparatlardan istifadə edilir. Serebral pozğunluqlar aşkarlandıqda MSS-nin fəaliyyətini korreksiya edən dərmanlar təyin olunur. Bütün pasiyentlərə virusəleyhinə və immunomodulyatorlar göstərişdir. Yerli müalicə virusəleyhinə məlhəmlərin tətbiqinə əsaslanaraq, bakterial ağırlaşmaların qarşısının alınmasına yönəldilir. Proqnoz xəstəliyin ağırlığından və müalicənin düzgün aparılmasından asılıdır.
 

Əlvan dəmrov

 Əlvan dəmrov – göbələk mənşəli dəri xəstəliyi olub, epidermisin buynuz qatını zədələyir. Tərləmə, isti iqlim, dəridə seboreya xəstəliyin risk faktorlarından sayılır. Qadınlarda, o cümlədən cavan şəxslərdə əlvan dəmrova daha çox təsadüf olunur. İnfeksiyalaşma və residiv halları ilin isti aylarında qeydə alınır. Yoluxma kontakt-məişət yolu (daraqdan, hamam vasitələrindən ümumi istifadə, xəstə insanla təmas) ilə baş verir.
 Əlvan dəmrov yumru, çəhrayı rəngli, tək sayda ləkə ilə başlayır. Bir müddətdən sonra eyni formalı, lakin kiçik diametrli ləkələrə dəridə və başın tüklü hissəsində rast gəlinir. Əlvan dəmrov zamanı dəri dəyişiklikləri qeyri-iltihabi xarakter daşıyır. Ləkələr adətən sarımtıl-qəhvəyi rəngdə olur. Onları qaşıdıqda az miqdarda qabıqlanma müşahidə edilir. Ləkələr periferik böyüməyə və öz aralarında birləşməyə meylli olur. Qaşınma və digər subyektiv hissiyyatlar yaranmır. Ultrabənövşəyi şüaların təsirindən dərinin zədələnmiş sahəsində ikincili leykoderma əmələ gəlir.
 “Kəmərləyici dəmrov” diaqnozu diqqətli vizual baxış zamanı qoyulur. Belə ki, bəzən əlamətlərin zəif ifadəliliyi və xoşagəlməz hisslərin olmaması ilə əlaqədar xəstəlik gözdən qaça bilər. Sıyrıntının mikroskopiyasında mitseli və göbələk saplarının xarakterik yığıntısı aşkarlanır. Müalicə göbələk əleyhinə məlhəm və tabletlərlə aparılır. Dəriyə məlhəm çəkməzdən əvvəl həmin sahə salisil spirti ilə işlənilir. Bu, aktiv maddənin derma qatlarının dərinliyinə daxil olmasını asanlaşdırır. Şəxsi gigiyena qaydalarına riayət kəmərləyici dəmrov xəstəliyinin yeganə profilaktikasıdır. Göbələk hüceyrələrindən tamamən azad olmaq mümkün deyil. Məhz bu səbəbdən yaz aylarında göbələk əleyhinə təsirə malik kosmetik vasitələrdən istifadə olunmalıdır. Residivlərə yol verməmək üçün günəş şüalarından qorunmaq məsləhətdir.
 

Saçqıran dəmrov

 Saçqıran dəmrov (trixofitiya) – dərinin göbələk xəstəliyidir. Bu zaman dəri, başın tüklü hissəsi, bəzən isə dırnaqlar zədələnir. İnfeksiya mənbəyi xəstə insan və heyvanlardır. Yoluxma kontakt-məişət yolu ilə baş verir. Dəmrovun bu növünə uşaq bağçalarında və ailə daxilində daha çox rast gəlinir.
 Göbələk mitselisi saçın strukturunu pozaraq, onun tökülməsinə səbəb olur. Saçlar qırılmış forma aldığından xəstəliyin adı da məhz buradan götürülmüşdür. Zədələnmiş dəridə qabıqlanma və göbələk sporlarından ibarət açıq rəngli ərp əmələ gəlir. Qaşınma və digər xoşagəlməz əlamətlər olmur. Xəstəliyin irinləmiş formaları üçün infiltratlar xarakterikdir. Onların üzərindən basdıqda irin çıxır. İnfiltratlar müxtəlif ölcüdə olub, adətən başın tüklü hissəsində, bığ və saqqal hissədə formalaşır. İnfiltrat ya irinin göbələk hüceyrələrinə məhvedici təsirindən 7-10 gün ərzində öz-özünə aradan qalxır, ya da absesə çevrilir. Müalicə aparılmadıqda mikotik hüceyrələr periferiyada qalaraq, dəmrov xəstəliyinin xroniki, ləng gedişini təmin edirlər.
 Diaqnoz klinik təzahürlərə əsasən qoyulur. Sıyrıntının mikroskopiyasında dəmrovun göbələk mənşəli olması təsdiqlənir. Yaxmanın əkilməsi törədicinin növünü və onun göbələkəleyhinə preparatlara həssaslığını təyin etməyə imkan verir.
 Saçqıran dəmrovun müalicəsində göbələkəleyhinə məlhəm və tabletlərdən istifadə olunur. Ağırlaşmış formalarda simptomatik terapiya aparılır. Dəmrovun bu növünün profilaktikasına şəxsi gigiyena qaydalarına riayət, xəstə insanların vaxtında aşkarlanması, uşaq bağçalarında müntəzəm baxış daxildir.
  
                                 Geohelmintlər
 
QəbizlikİshalKöpməMədə və bağırsaq sindromuOynaq və əzələ ağrılarıBağırsaq və öd axacaqları bağlana bilər.Tezləşmiş sulu nəcis ifrazı olur.Nazik bağırsaqlarda iltihab nəticəsində olur.Mədə və bağırsaqlarda iltihab olur.Qurdların oynaq mayesində və əzələlərdə miqrasiyası zamanı yaranır.  AllergiyaAnemiyaYuxunun pozulmasıDişlərin qıcadılmasıƏsəbilikParazitlerin bağırsaq qişalarını qıcıqlandırması və deşməsi nəticəsində iri molekullu maddələrin xovlara daxil olmasıQida maddələrini parazitlerin sorması nəticəsində baş verir.Gecələr tez-tez oyanmalar olur.Kiçik yaşlı uşaqlarda yatarkən baş verir.Parazitlerin buraxdığı toksiki maddələr sinir sistemini qıcıqlandırır. İnkişaf dövrü və yayılma yollarından asılı olaraq helmintlər 3 qrupa bölünür:
 1. Əlaqə (təmas) helmintləri. İnsan üçün bilavasitə yoluxucu olan yetişmiş və ya yetişməkdə olan yumurtaların ayrılması bu helmintlər üçün səciyyəvidir. İnsan məişət əşyaları və ya çirkli əllər vasitəsilə yoluxa bilər. Enterobioz xəstəliyinin törədicisi - bizquyruq bu qrupa aiddir.
 2. Geohelmintlər. Aralıq sahibi olmadan, birbaşa inkişaf dövrü ilə səciyyələnir. Bu qrup parazitlər yetişməmiş yumurtalar qoyur ki, bunlar da inkişafının müəyyən mərhələsini torpaqda keçirməlidir. İnvazion (yoluxucu) mərhələyə çatan parazitlər müxtəlif yollarla insan orqanizminə daxil olur. Askarid bu qrupa aiddir.
 3. Biohelmintlər. Sahiblərini dəyişməklə daha mürəkkəb inkişaf mərhələsi keçir. İnkişafın müəyyən mərhələsində insan üçün yoluxucu ola bilər. İnsanda teniarinxoz xəstəliyinin törədicisi - öküz soliteri bu qrupa aiddir.
 Nəzərə almaq lazımdır ki, xəstəliyin ağırlıq dərəcəsi orqanizmə düşən parazitlərin sayından və insanın fərdi həssaslığından asılıdır.
 Helmintlər praktiki olaraq insanın bütün orqanlarında yaşaya bilər. Bir çox hallarda helmintlər müəyyən orqana daxil olmaq üçün qan damarları vasitəsilə və ya bilavasitə toxumalardan keçərək digər orqanlara miqrasiya edə bilir. Bir çox parazit qurdlar parazitizmlə əlaqədar olaraq sərbəst hərəkət qabiliyyətini itirib, onların sinir sistemi xeyli sadələşib.
 Helmintlər insan və heyvan orqanizmində - bağırsaq, qaraciyər və digər daxili orqanlarda yaşaya bilən qurdlardır və onların 300-dən çox növü var.
Hər bir helmintin özünəməxsus həyat tərzi var. Tibbi əhəmiyyəti olan helmintlərin böyük əksəriyyətinin cinsi yetişmiş forması insan bədənində yaşayır. Mayalandıqdan sonra qurdlar öz yumurta və sürfələrini xarici mühitə tökür, bundan sonra onların inkişafı iki yolla gedir. Bundan asılı olaraq qurdlar iki qrupa bölünür: geohelmintlər ("geo" - torpaq deməkdir) və biohelmintlər ("bio" - canlı).
Geohelmintlər torpağa düşür, bir müddət inkişaf edərək invazion, yəni yoluxdurucu formaya çevrilir. Həmin yetişmiş yumurta və sürfə alimentar və ya perkutan (dəridən) yolla insan bədəninə daxil olur. Biohelmintlərdə isə xaricə tökülmüş yumurta orada inkişaf edə bilmir, çünki bir müddət qaldıqda məhv olur. İnkişaf edib invazion olması üçün o mütləq başqa bir canlının (inək, donuz, balıq və s.) bədəninə daxil olmalıdır. İnsan belə canlının ətini çiy və ya yaxşı bişməmiş halda yedikdə oradakı invazion sürfələri qəbul edib yoluxur.
Uşaqlar arasında yayılmış enterobius yumurtalarının xarici mühitdə inkişafına ehtiyac olmur. 28-56 gün yaşayan bu qurdlar qalın ağ sapın kiçik (1 sm-dək) bir hissəsinə bənzəyir. Enterobius, yəni uşaq bizquyruğu anusdan çıxdıqdan sonra perianal büküşlərə öz yumurtalarını ifraz edir. 4-5 saatdan sonra həmin yumurtalarda invazion sürfələr yetişir. Həmin yumurtalar güclü qaşınma və qızartı yaradan maddə ifraz edir. Yuxuda uşaq qeyri-iradi qaşınır və qurd yumurtaları insanın dırnağının altına, daha sonra hər tərəfə yayılır. Beləliklə, gecə yumurtalar ifraz edilərsə, səhər xəstənin ətrafında (aralıq nahiyəsində, əlində, yatağında və s.) tam invazion yumurtalar olur. Əgər qurd yumurtaları bir ailə üzvündə varsa, digər ailə üzvlərini yoluxdurur (müalicə zamanı bu nəzərə alınmalıdır).
Helmintozlar zamanı müəyyən simptomatika ilə xarakterizə olunan bir sıra ardıcıl mərhələlər ayırd edilir. Helmintozların kəskin və ya erkən invaziya mərhələsi insan orqanizmində (qan, qaraciyər, ağciyərlər, seroz qişalarda və s.) tez və gecikmiş tipli allergik reaksiyalarla müşahidə olunur.
Aşağıdakı simptomlar qurd xəstəliyindən şübhələnməyə əsas verir:
- Tez-tez, qəflətən başlayan və qəflətən də kəsilən bağırsaq sancıları;
- Dərinin avazıması, bəzən ağımtıl ləkələr və zəif sarılıq əlamətləri;
- Bədən çəkisinin yaş normasından geri qalması;
- İştahanın zəifləməsi, qidaya qarşı ikrah hissi;
- Ürəkbulanma, qusma, ağızdan suyun axması;
- İshal və ya qəbizlik;
- Bəzən nəcisdə qurdların və ya onların hissələrinin görünməsi;
- Tez-tez baş verən tənəffüs yolu və bağırsaq infeksiyaları;
- Yuxunun pozulması, yuxuda dişlərin qıcanması, öskürək kimi əlamətlər.
Qeyd. Bu əlamətlər qurdla əlaqədar olmaya da bilər.
Helmintlərlə yoluxma diaqnozu nəcisin müayinəsində qurd yumurtalarının aşkar edilməsinə əsasən qoyulur.
Uşaqlarda helmintin olmasını, konkret növünü araşdırdıqdan sonra müalicə etmək olar. Bağırsaqda helmintin (qurd və ya parazitin) aşkarlamaq üçün onu bilavasitə güvəcdə (qorşokda), alt paltarında görülməsi və ya laborator olaraq ən dürüst və ucuz yol 1 saat ərzində laboratoriyaya çatdırılan nəcisdə mikroskop altında qurd yumurtalarının aşkarlanmasıdır.
Qan müayinəsinə əsasən qurdların müalicəsi əsaslı deyil. Çünki, bir dəfə də olsa helmintə tutulan insanın qanında anticisimlər tapıla bilər və bu qeyri-informativdir.
Ümumiyyətlə əgər helmintlər, parazitlər insanın səhhətində ciddi problemlər, narahatlıqlar yaratmırsa, müalicə etməyə ehtiyac yoxdur. Onlar bağırsaqda digər canlılar birgə yaşaya bilərlər.
Antihelmint dərman preparatları profilaktik (yəni bilmədən qurdu var ya yox) yalnız ev heyvanlarına təyin edilir.
Qurdu müalicəsi zamanı uşaqla sıx kontaktda olan hər bir kəs müalicə olunmalıdır.
Helmintozların müalicəsi antihelmint dərmanların tətbiqi ilə aparılır. Həmin preparatlar qurdu hərəkətsiz edir, odur ki müalicə dövründə uşağa sürüşkən qidalar (yulaf sıyığı, tərəvəz və meyvələr) təyin edilir ki, hərəkətsiz olan qurdlar orqanizmdən xaric edilsin.
Helmintozların profilaktikası üçün sanitariya - baytarlıq nəzarəti gücləndirilməli və mütəmadi olaraq sanitar maarifi işi aparılmalıdır. Bundan başqa, şəxsi gigiyena qaydalarına ciddi riayət etmək, məktəblərdə və uşaq bağçalarında ayaqyollarını müntəzəm dezinfeksiya etmək lazımdır.
Qurdun müalicəsində dərman bitkiləri acizdirlər. Lakin profilaktik( qarşısını almaq üçün) qurdqovucu təsirə malik adi dağtərxunu çiçəyi, ziyilli tozağacı tumurcuğu, uca andız kökü, adi yovşan otu tətbiq edilə bilər.
  Üzvi aləmin təkamülü. Makrotəkamül. Makrotəkamülü isbat edən pataloji dəlillər.
  
 Təkamül biologiyasında dəyişiklik 2 əsas səviyyədə araşdırılır: mikroevolyasiya və makroevolyasiya. Bunların nə demək olduğunu onların adlarından asanlıqla başa düşmək olur: kənardan asanlıqla görünməyən mikroevolyasiya; ətraflı tədqiqatlarla başa düşülə bilən təkamül dəyişikliklərinə verilən addır. Eynilə bakteriyalar kimi canlıları normal da görə bilməyib yalnız bir mikroskopdan istifadə etdiyimiz zaman görə bildiyimiz kimi... Mikro təkamül adətən bir növ daxilində baş verən dəyişikliklərə verilən addır. Çox vaxt bu dəyişikliklər genlər və zülallar əsasında baş verir (buna görə də onları "mikro" adlandırırlar), lakin mikroevolyusiya bu kimyəvi dəyişikliklərin fiziki görünüşünə (fenotip) təsirini də əhatə edə bilər.
 Canlıların inkişaf tarixində mikrotətəkamüllə yanaşı makrotəkamül də baş vermişdir
 Mikrotəkamül adətən gücünü təkamülün rəsmi tərifindən alır. Xatırlayırsınızsa, təkamül, canlı bir populyasiya içindəki hər bir əlamətin görülmə tezliyinin (frekansının) nəsillər arasında dəyişdiyini bildirir. Məsələn, insan populyasiyasında sarışın saç rənginin meydana gəlməsinə səbəb olan genlər 1940-cı ildə 24%, 1970-ci ildə isə 21% tapılarsa, bu təkamül dəyişiklikdir. Ancaq, məsələn, körpənin 1 yaşı olanda xəyali rəng şkalasında 90% sarışın olması və 25 yaşında 10% sarışın olması halı təkamül deyildir. Bu fərdin ömrü daxilində yaşanan bir dəyişiklikdir və buna görə təkamül biologiyasının deyil, inkişaf biologiyasının maraq dairəsidir. Digər tərəfdən, sarışınlığa səbəb olan genlərin populyasiya daxilində müşahidə edilə sıxlığının nəsildən-nəslə dəyişməsi təkamüldür.
 Mikrotəkamül də məhz budur. Kənardan baxdığımız zaman, sarışın və ya qəhvəyi saçlı olmağından asılı olmayaraq, insanın “insan" olduğunu bilirik. Ancaq "insan" dediyimiz bu varlıq gözümüzün önündə təkamül keçirsə də, diqqətlə baxılmasa bu təkamül dəyişikliyi görünə bilməz. Eynilə bakteriyalarda olduğu kimi... Buna görə də buna mikrotəkamül deyilir.
 Digər tərəfdən, bu dəyişiklik mənasız deyildir. Papulyasiya daxilindəki müxtəliflik ətraf mühitə uyğunlaşma və çoxalma qabiliyyətindən asılı olaraq müxtəlif istiqamətlərdə dəyişir. Bəzi xüsusiyyətlər üstünlüklü olduqları üçün seçilir, digərləri əlverişsiz olduqları üçün populyasiyadan kənarlaşdırılır. Əlverişli nəsillər yeni nəsil formalaşdırmaq üçün çoxalır və genlərini bu populyasiyaya daha çox köçürəcəkləri üçün öz xüsusiyyətlərinin bu növdə görülmə tezliyi də artır. Bu vəziyyətdə deyirik ki, bu xüsusiyyətlər canlıya üstünlük gətirirvə buna görə də təbiət tərəfindən seçilir deyirik. Ancaq bir canlının milyonlarla xüsusiyyətə sahib olduğunu unutmayın! Həm də canlı populyasiyalarının hər zaman bir-biri ilə qarşılıqlı əlaqədə olmadığını və bəzən ciddi şəkildə əlaqəni kəsmək üçün izolyasiya olunduğunu da xatırlayın.
 Bunu başa düşdükdə vacib bir məqamı görürsünüz: canlılar üçün "uyğun olan" və "uyğun olmayan" xüsusiyyətlər zamandan-zamana və məkandan-məkana daim dəyişir. Eyni canlı növünün müəyyən şərtlər altındakı müəyyən xüsusiyyətləri ona üstünlük verə bilsə də, həmin növün digər şərtlər altındakı digər xüsusiyyətləri əlverişsiz ola bilər. Bu vəziyyətdə, seçilmiş və aradan qaldırılan xüsusiyyətlər daim qarışıqlıq şəkildə dəyişir. Bu dəyişiklik təbiətin və canlı populyasiyanın dinamikasından asılıdır. Və beləliklə, növün bir o tərəfindən-bir bu tərəfindən tutub çəkişdirən bu "seçki təzyiqi" növün bəzi bölgələrdəki bəzi populyasiyalarının müəyyən xüsusiyyətlərinin daha çox meydana gəlməsinə imkan verir. Bu, bir neçə yüz min il əvvəl eyni növə aid bir-birlərinə çox bənzər görünən canlıların bir neçə yüz min il sonra tamamilə fərqli görünmələri ilə nəticələnir. Beləliklə bu gen (və ya xüsusiyyət) görülmə tezliyindəki dəyişikliklərin sonda açıq və görünən fərqlər yaratmağına makro evolyutsiya deyilir.
 Mikroevolyutsiyanın makroevolyutsiyanı doğurmasının səbəbi elmdə tez-tez rastlaşdığımız davamlılıq (vahid materializm) prinsipi ilə əlaqədardır. Məsələn, suyun bir qabın içərisinə axması axırda qabı doldurmalı və daşırmalıdır. Üstəlik, su bir qabın içərisinə indi də tökülməyə başlasa, 1 milyard il əvvəl də tökülməyə başlasa, eyni nəticəni əldə etməyimiz gözlənilir: qab tədricən dolacaq və sona gəldiyində və daşacaq. Başqa sözlə, zamanın və məkanın bu baxımdan heç bir əhəmiyyəti yoxdur: bu gün təkrarlanan proseslər indi necə işləyirlərsə, milyardlarla il bundan əvvəl də eyni şəkildə işləyirdilər. Məsələn, bu anda cazibə qüvvəsi bütün cisimləri planetin mərkəzinə çəkir. 116 milyon il əvvəl cazibə qüvvəsinin hər şeyi planetdən kənara çıxardığını düşünməyimiz üçün heç bir səbəb yoxdur. Proses və qanunlar davamlıdır. Təkamül üçün də eyni şey keçərlidir. Əgər bu gün cisimlər yavaş-yavaş müəyyən istiqamətlərdə dəyişirsə; 100.000 il əvvəl də, 3 milyard il əvvəl də oxşar şəkildə dəyişmiş olmalı idilər. Əksini düşünmək üçün isə heç bir səbəb yoxdur. Əksinə, qabaqcadan müşahidə etdiyimiz dəyişiklikləri təsdiqləyən saysız-hesabsız fosillər mövcuddur. Bu zaman mikroevolyasiya ilə makroevolyasiya arasındakı əlaqə də dəqiqləşmiş olur: mikroevolyutsa varsa; makroevolyasiya da baş verməlidir (əgər növünsoyu kəsilməzsə). Mikrotəkanül damcı-damcı yığılaraq makroevolyasiyanı doğurur. Bunu ələ aldığımız hər bir canlıda və təkamül tarixində görmək mümkündür.
 .
 Makrotəkamül
 Növdən yüksək səviyyədə baş verən təkamüldür.Yəni bu zaman cins,fəsilə,dəstə ,sinif,şöbə,tip aləm və s. əmələ gəlir.Makrotəkamülü hiss etməməyimizin səbəbi ömrümüzün bu dəyişiklikləri hiss etməyəcək qədər qısa olmasıdır.Yəni Makrotəkamül uzun müddətdə baş verən dəyişlilmədir.Makrotəkamülün əsasında mikrotəkamül durur.Onlar arasında kəskin fərq yoxdur.
 Makro və Mikrotəkamülün oxşar xüsusiyyətləri.
 Hər ikisinin əsasında divergensiya durur.
 Hər ikisinə təbii seçmə təsir edir.
 Hər ikisinə yaşamaq uğrunda mübarizə təsir edir.
 Makrotəkamülü sübut etmək üçün bir çox dəlillərdən istifadə olunur.
 1.Müqayisəli anotomiya dəlilləri
  
Divergensiya-həyat şəraitinin dəyişilməsi nəticəsində növ daxilində əlamətin ayrı-ayrı şaxələrə parşalanmasıdır.Divergensiya növ ilə bərabər cinslərdə,dəstələrdə,fəsilələrdə və başqa taksonomoyalarda da baş verir.Divergensiya qohum növlərdə homoloji orqanların əmələ gəlməsi ilə baş verir.Homoloji orqanalar-Mənşəcə eyni, quruluş və funksiyaca müxtəlif olan orqanlardır.Məsələn:
 Quru və su onurğalıların ətrafları( suiti,delfin)
 Yarasanın qanadı ilə insanın qolu
 Noxudun bığcığı ilə kaktusun tikanları(hər ikisi yarpaq mənşəlidir)
 Konvergensiya-Müxtəlif sistematik qruplardakı canlılarda oxşar mühit amillərinin təsirindən təkamülcə oxşar xüsusiyyətlər yaranmışdır.Konvergent inkişaf zamanı xarici qurluşda oxşarlıq yaranır.Bəzən isə bu fizioloji proseslərdə özünü göstərir(suda yaşama ilə əlaqədar suiti və balinada piy qatının yaranması)
 Konvergensiyaya aid misallar
 Suda yaşama ilə əlaqədar akula,ixtiozavr və balinalarda bədən formasının balığa bənzəməsi
 Torpağı qazmağa uyğunlaşmış Köstəbək və danadişininin ön ətraflarının qurluşu
 Konvergensiya analoji orqanların yaranmasına səbəb olur.Analoji orqanalar isə quruluş və funksiyaca oxşar olub,mənşəcə fərqli olan orqanlardır.Məsələn
 quşun və kəpənəyin qanadları
 danadişi və kostəbəyin qazıcı ön ətrafı
 zirincin və yemişanın tikanı (1.Yarpaq.2.Gövdə mənşəlidir)
  2.Embirioloji dəlillər-rüşeymlərin oxşarlığı
 Embriologiya-orqanizmlərin rüşeym dövründə inkişafını öyrənir.Əsası ilk dəfə K.Ber tərəfindən qoyulmuşdur.
 Embriloji dəlillər- birhüceyrəlilər ilə çoxhüceyrəlilər arasında, onurğalı və onurğasız heyvanlar arasındakı oxşarlıqların olmasını müəyyən etmişdir.
 İnkişaf dovründə xordalılarda ilk olaraq tipin sonra isə →sinfin →dəstənin→cinsin→növün əlamətlərini yaranır.
 
 
Biogenetik qanun -F.Müller və E.Hekkel tərəfindən müəyyən olunub.Bu qanuna əsasən Hər bir fərd öz inkişafında (ontogenezində) daxil olduğu növün tarixini (filogenezini)təkrar eləyir,qisa olaraq "ontogenez filogenezin qısa tarixi təkrarıdır."
 3.Palentoloji dəlillər-təkamülü isbat edən dəlilərdən biri də qazıntı ahalında tapılan canlıların qalıqlarıdır.Bu qalıqlar onların hansı dövrdə hansı şəraitdə yaşadığını ,bu günkü canlılarla oxşar və fərqli xüsusiyyətlərini öyrənməyə imkan verir.Paleontoloji qalıqlara başqa adla Fosil'lər də deyirlər. Fosilləşmə prosesi elə də sadə bir proses deyil. Bunun üçün xüsusi şərait lazımdır. Belə ki, fosilləşmə müəyyən şərtlər daxilində ölmüş orqanizmlərin mineralların daxilində qalaraq qayalaşma prosesində morfoloji xüsusiyyətlərinin qayaya köçürülməsidir. Palentoloji dəlilləri bir neçə qrupa bölünür:
 
 
1.Filogenetik sıralar-arxeolji qazıntılar nəticəsində alimlər bir cox heyvanların filogenetik sırasını müəyyən etmişlər.V.O.Kavaleviski Atın filogenetik sırasını müəyyən etmişdir.
 Fenokodus-tülkü boyda həmm bitki həm də heyvanala qidalanan canlı olub.Bunlardan atın əcdadı əmələ gəlib.Onun 5 barmağı olub.
 Eohippus- atın əcdadı sayılır.Ön ətrafında 4 arxa ətrafında 3 barmaq olub.Qabarıq dişləri olub.Neogen dövründə quraqlığın yaranması onun düşməndən xilas olmaq üçün sürətli qaçışına səbəb olub.Bu səbəbdən də onun ayaqları uzanmış,onurğa möhkəmlənmiş,barmaqda dırnaqlar yaranmışdır.
 Şəraitin dəyişilməsi Merihippus,Hiparion və nəhayət Müsair at yaranıb.
 
 
 
  
 2.İzatoplar-Çöküntü suxurlarının yaşı,yer qabığının yaşı onlarda olan radioaktiv maddələrin izatoplarının miqdarına görə təyin edilir.
  3.Keçid formalar- tapılan qalıqların bir çoxu keçid formalar kimi qəbul olunur,aralıq mövqedə dururlar.
 
 
 
 4.Stratiqrafik dəlillər-bu dəllilərə əsasən müxtəlif geoloji dövrlərdə yaşayan canlıların qalıqalrının hansı qatlarda yerləşdiyi müəyyən olunur.Beləki ən üst qatda müasir canlılar,ondan aşağıdakı qatda xordalılar,ondan aşağıda isə onurğasız canlıların qalıqları yerləşir.
  Müasir sistematika və təkamül. Təkamülün istiqaməti və yolları.
 XVIII əsrə qədər biologiyada insanın və digər canlıların ilahi qüvvə tərəfindən yaradılması ideyası üstünlük təşkil edirdi. Bu dövrün alimləri belə hesab edirdilər ki, ilahi qüvvə tərəfindən yaradılan canlı orqanizmlər daha mükəmməl və məqsədəuyğundur və yarandığı gündən dəyişilməmişlər. Belə baxışlar biologiyada kreasionizm adlandırılırdı. Bu dövrdə biologiyada bitki və heyvanların növ müxtəlifliyi barədə çoxlu faktik materiallar toplanırdı. Ayrı-ayrı alimlər bu materialları sistemləşdirməyə cəhd göstərsələr də, bu sistem əlverişsiz olduğu üçün uğursuzluqla nəticələnmişdir.
 Üzvi aləmin nisbətən əlverişli süni sistemini ilk dəfə İsveç təbiətşünası Karl Linney (1707–1778) yaratmışdır.
 Karl Linneyin təsnifat sistemi. K.Linney öz təsnifat sistemində növü canlı təbiətin elementar vahidi kimi əsas götürmüşdü. K.Linney yaxın növləri cinslərdə, cinsləri dəstələrdə, dəstələri siniflərdə yerləşdirməklə 4 sistematik kateqoriyanı (növ, cins, dəstə, sinif) irəli sürmüşdü. O, növü adlandırmaq üçün ilk dəfə sələfləri tərəfindən irəli sürülən qoşa latın adlarından istifadə etmişdi. Sistematikada növlərin qoşa latın adları ilə adlandırılması bizim dövrümüzdə də davam edir. Linneyin sistematikasının çatışmayan cəhəti ondan ibarətdir ki, o, növlərin sistemləşdirilməsi zamanı yalnız bir-iki zahiri əlaməti (bitkilərdə erkəkciyin miqdarı, heyvanlarda tənəffüs və qan-damar sisteminin quruluş xüsusiyyətləri) əsas götürmüşdü. Bu səbəbdən genetik cəhətdən bir-birindən uzaq olan növlər eyni qrupa, bir-birinə yaxın növlər isə müxtəlif qrupa düşürdülər. Linneyin sistematikası bitki və heyvanları müəyyənləşdirməyə kömək göstərsə də, üzvi aləmin tarixi inkişafını əks etdirə bilmədi. Linney təbiətdə növlərin ilahi qüvvə tərəfindən yarandığını və dəyişməz olduğunu göstərirdi. Lakin sonradan növlərin dəyişilməsi qənaətinə gəlmişdir.
 J.-B.Lamarkın təkamül təlimi. 1809-cu ildə fransız alimi J.-B.Lamark “Zoologiyanın fəlsəfəsi” əsərində növlərin dəyişilməsi barədə fərziyyə irəli sürdü. O göstərdi ki, bitki və heyvanlar üzvi aləmin tarixi inkişafının – təkamülün (lat. “evolyutio” – çevirmək) nəticəsidir.
 “Təkamül” dedikdə orqanizmlərin sadədən mürəkkəbə doğru tarixi inkişafı prosesi nəzərdə tutulur.
 J.-B.Lamark üzvi aləmin tarixi inkişafının ümumi istiqaməti kimi canlı orqanizmlərin quruluşunun tədricən mürəkkəbləşməsini – qradasiyanı (lat. “gradacio” – tədricən yüksəlmə) göstərmişdir. Onun fikrincə, qradasiyanın əsas hərəkətverici qüvvəsi orqanizmlərdə əvvəlcədən qoyulmuş tərəqqiyə doğru olan “daxili meyil”dir. Lamarka görə,
 Aromorfoz. Bu elə təkamül dəyişkənliyidir ki, quruluşu ümumi yüksəlişə aparır, həyat fəaliyyətini artırır. Quruluş səviyyəsi yüksəldikcə orqanizmlər yeni həyat şəraitinə keçmə imkanı qazanırlar. Belə orqanizmlər yaşamaq uğrunda mübarizədə böyük üstünlüklər əldə edir və qalib gəlirlər. Canlılarda fotosintezin yaranması, çoxhüceyrəlilik, cinsi çoxalma prosesi Arxey erası və Proterozoy erasına keçiddə ən mühüm aromorfozlar olmuşdur. Heyvanların quruya çıxması ilə əlaqədar olaraq onlarda bir sıra aromorfozlar - daxili mayalanma, ağciyərlər, ətraflar, qanadlar yaranmışdır.
  
 Üzvi aləmin təkamülü. İnsanın tarixi inkişafı. İnsanın təkamülü. Embrioloji və müqayisəli anatomiya dəlilləri.
 Materiyanın bütün canlı orqanizmləri həm özləri bir-biri ilə, həm də bütövlükdə ətraf mühit amilləri ilə dialektik formada öz həyat fəaliyyətini davam etdirir. Heyvanat aləminin həyat fəaliyyəti sistemli surətdə təbii mühitdən və proseslərdən asılıdır və uzun müddət onlara adaptasiya olunur, onların neqativ istiqamətdə dəyişilməsi isə ya heyvan növlərinin sürətlə məhv olmasına, yaxud yenidən qurulmasına və yeni növlərin yaranmasına səbəb olur. Lakin insanlar heyvanlardan fərqli olaraq, kollektiv əmək naminə birləşən, birgə fəaliyyət göstərən, ünsiyyətdə olmaq üçün dil yaradan, əmək alətləri, geyim və mənzil hazırlamağı öyrənən, alovu özünə tabe edən, nəinki təbii fəlakətlərlə mübarizə aparan, onlara müqavimət göstərən, dəf etməyə çalışan, həm də təbiətin mövcud nemətlərindən - sərvətlərindən bəhrələnmə qabiliyyətinə malik olan ali varlıqdır.
 İnsan təbiət-cəmiyyət qarşılıqlı münasibətlərində iştirak edən bioloji varlıq, həm də təbiət üzərində qəddarlıqla qələbəyə can atan, onun sərvətlərindən qeyri-rasional istifadə edən canlı materiyanın üzvüdür. Lakin təbiətə qəddar münasibət və antropogen təsirlərin nəticələri heç də hər zaman insana onun gözlədiyi kimi deyil, çox güclü məğlubiyyət və fəlakətlərə səbəb olur.
 İnsanın mənşəyi və əmələ gəlməsi (antropogenez) olduqca mürəkkəb tarixi-təkamül prosesidir. V.P.Alekseyevə (1961) görə, "insan uzun bir inkişaf yolu keçən həm ictimai varlıq, həm də bioloji növ olmaqla, onun yaranması və təkamülü nəinki mədəniyyətin inkişafı, eləcə də uzun müddətli dəyişkənliyə məruz qalması və bioloji təşkil olunması ilə əlaqədardır. Onun istənilən funksional proseslərə müdaxilə etmək, fəaliyyət göstərmək və onları müvafiq istiqamətlərə yönəltmək qabiliyyəti vardır." Üzvi aləmin tarixi inkişafı canlı materiyanın həyat formalarının sadədən mürəkkəbə, ibtidaidən aliyə doğru dinamik hərəkəti və təkmilləşməsindən (təkamülündən) və onun xarici mühit amillərinin dəyişilməsinə uyğunlaşaraq, öz populyasiyasını dayanıqlı surətdə davam etdirməsi qanunauyğunluqlarından ibarətdir. Onun əsas bazasını metafizik (yunanca "meta" - üstündə, "fızis" isə - təbiət) təlimi və təşkil edir. "Təkamül" termini elmə ilk dəfə olaraq, Ş.Bonne (1762) tərəfindən daxil edilib, lakin Karl Linney, Baptist Lamark və Çarlz Darvin tərəfindən elmi yeniliklərlə zənginləşdirilib və sərbəst təlim kimi formalaşıb. Linneyin təliminin əsas məğzi aşağıdakılardan ibarətdir:
 1 .Binar nomenklatura, ikiqat adlandırma (məsələn, Canis familiaris - ev iti, Ribes rubrum - qırmızı qarağat) prinsipi daxil edilib.
 2.Növ, cins, dəstə, sinif kateqoriyalanm müəyyən edib, canlı orqanizmləri yalnız morfoloji əlamətlərinə əsasən qruplaşdırıb.
 3.Sabit və dəyişilməz kimi qəbul etdiyi növün xarici mühitin təsirindən və çarpazlaşmadan da baş verə biləcəyini qeyd edib.
 Lamark təliminin əsasları:
 1. Darvinin nəzəriyyələri onun ilk dəfə olaraq irəli sürdüyü təkamül ideyaları bazasında formalaşıb.
 2.Təkamül haqqında nəzəriyyələri və onun amillərini ilk dəfə olaraq təklif edib.
 3. Canlı aləmin sadədən mürəkkəbə doğru inkişafı qradiasiyası prinsipini ilk dəfə qeyd edib.
 4. Heyvanat aləmini ilk dəfə olaraq onurğasızlara və onurğalılara təsnif edib.
 5. Xarici mühit amillərinin təsirindən növlərin dəyişikliyə məruz qalan həyat şəraitinin bilavasitə təsiri nəticəsində uyğunlaşmasının səbəbini düzgün açıqlaya bilməyib.
 6. Yanlış olaraq təkamülün hərəkətvici qüvvəsi kimi tərəqqiyə doğru daxili meyli və təlim keçmə nəticəsində qazanılan faydalı əlamətlərin nəslə verilməsini irəli sürüb.
 Darvin təliminin əsasları:
 1. Təkamülün səbəblərini və hərəkətverici, aparıcı qüvvələrini, irsiyyətli dəyişkənlik, yaşamaq uğrunda mübarizə, təbii seçmə prinsiplərini ilk dəfə müəyyən edib.
 2. Dəyişkənliyin səbəblərini, xarici mühit amilləri, orqanizmlərin fərdi inkişafı, ontogenezi və yaşayış şəraitini qeyd edib.
 3. Dəyişkənliyin formalarını - qeyri-irsi (müəyyən və modifıkasiya), irsi (mutasiya) və nisbi (korrelyativ) - ilk dəfə öyrənib.
 4. Süni seçmənin əsas prinsiplərini öyrənərək təbii seçmə üsulunu təklif edib.
 5. Təbii seçmənin nəticəsi saydığı uyğunlaşmanın nisbi xarakter daşımasını daha ətraflı izah edib.
 6. Əlamətlərin parçalanması, divergensiyası əsasında yaranan növ əmələgəlmənin mexanizmini ilk dəfə izah edib.
 Təkamül prosesinin mexanizminin formalaşmasında növ anlayışının çox böyük rolu vardır. Növ - morfoloji və fizioloji cəhətdən irsən (genetik olaraq) oxşar olan, sərbəst çarpazlaşan və balavermə ilə nəslini saxlayan, təbiətdə müəyyən areal tutan və tarixən formalaşan fərdlərin məcmusundan ibarətdir. Növlər bioloji baxımdan bir-birindən təcrid (izolyasiya) olunmaqla, hər bir növü xarakterizə edən əsas əlamət və xassələr (kriteriyalar) mövcuddur:
 Morfoloji kriteri - növə məxsus olan ayrı-ayrı fərdlərin xarici və daxili quruluşunun oxşarlığından ibarətdir.
 Genetik kriteri - növün kariotipini (xromosom sayını və quruluşunu) xarakterizə edən ən başlıca kriteridir.
 Fizioloji kriteri - növün fərdlərinin orqanizmində baş verən fizioloji, biokimyəvi, metabolik, xüsusilə də çoxalma proseslərində mövcud olan oxşarlıqlardan ibarətdir.
 Coğrafi kriteri - müxtəlif növlərin məskunlaşdığı, yayıldığı məkanı - arealı xarakterizə edir.
 Ekoloji kriteri - növə mənsub olan mövcud həyat şəraiti, onun adaptasiya olunduğu xarici ətraf mühit amillərinin məcmusunu xarakterizə edir.
 Biokimyəvi kriteri - biokimyəvi göstəricilərdən zülal və nuklein turşularının tərkibində və quruluşundakı mövcud fərqlərə əsasən növün yerinin müəyyən olunmasından ibarətdir. Hər bir növün elementar quruluş və təkamül vahidi populyasiya hesab edilir.
 Populyasiya - arealın müəyyən hissəsində uzun müddət yaşayan, həmin növün eyni məkanda birgə yaşayan fərdlərindən təcrid olunan, sərbəst çarpazlaşan hər hansı bir növün fərdlərinin məcmusundan ibarətdir. Beləliklə, növün özü müəyyən areal daxilində müvafiq sahə tutan ayrı-ayrı populyasiyalardan təşkil olunub.
 Tədqiqatçılann fikrincə, hominid ailəsinin yaranma məkanı Yer kürəsinin ekvatorial qurşağı, Homo növününkü isə Şərqi Afrika olub. Hominid ailəsinin təkamülü qeyri-hamar (qeyri-bərabər), "naxışlı” xarakterə malikdir. Təkamülün xüsusi hominid şaxəsi 14-15 mln ildən tez və 6 mln ildən gec olmayaraq Hominizasiyanın əsas tendensiyalarına aiddir: düzgün qamətli yeriş, beyinin həcminin böyüməsi və onun quruluşunun differensiasiyası (ixtisaslaşması, təkmilləşməsi), əmək orqanı kimi əllərin inkişafı, boy və inkişafın müddətinin azalması, yeni əxlaq üsulunun mənimsənilməsi (əmək fəaliyyətinə adaptasiya). 5 mln il bundan əwəl hominidlər Afrikada və onun ətraflanndakı ərazilərdə çox geniş yayılan ikiayaqlı insanabənzər meymunları, avstralopitekləri xatırladıb. Avstralopiteklər müəyyən qədər vəhşi təbiətli olmaqla, müxtəlif heyvanlan sadə ov alətləri ilə ovlayıblar. Beləliklə, müasir insan üçün xarakterik olan heyvan mənşəli məhsullardan istifadə olunmasının çox qədim tarixi vardır. Avstralopiteklər bizim eramızdan bir neçə milyon və yüz minlərlə illər intervalmda mövcud olub. Antropoloqlarm əksəriyyətinin fikrincə, hominid ailəsinin (avstrolopiteklər də daxil olmaqla) peyda olması iqlimin quraqlıq istiqamətində dəyişilməsi və tropik meşələrin qırılması nəticəsində səhralann və savannalarm geniş yayılması şəraitində mövcud olub. Ekoloji situasiyanın kəskin surətdə dəyişilməsi, meşəsizləşmə, səhralaşma və savanna şəraitinin yaranması insanabənzər meymunlarda tullanmaqla ov etmək əvəzinə yeni hərəkət sitstemi, iki ayaq üstə yerimək və qaçmağa səbəb olub. Onlar yeni mühit və şəraitə uyğun olaraq səhralarda və savannalarda digər ərzaq növləri axtarmaq məcburiyyətində qalıb. Bitki meyvələrinin toplanmasından vəhşi heyvanların ovlanmasma keçid daşdan müxtəlif silah və alətlərin hazırlanması zərurətinə zəmin yaratdı.
 Antropoloqların (xüsusilə, Luis Likin) Şimali Afrikada Tanqanika gölünün yaxınlığındakı Oldovay qəsəbəsində apardıqlan tədqiqatlar müasir insanın ən qədim sələflərinin 2-2,5 mln il əvvəl mövcud olduğunu və onun bacarıqlı insan (Homo habilis) adlandığını göstərir. Onlar uzun müddət avstralopiteklərlə birgə yaşamışlar. 1,5 mln il sonra isə bacanqlı insan düzyeriyən insanla (Homo erectus) növbələşir. Təxminən 2 mln il əvvəl Homo erectus hominidin yer kürəsində yeganə nümayəndəsi oldu. 50-35 mln il əvvəl isə, dərrakəli insan (Homo sapiens) peyda oldu. Alimlərin əksəriyyətinin fikrincə, Homo sapiens iki yanmnövə neandertal (Homo sapiens neandertbalensis) və müasir insana (Homo sapiens) bölünür. Morfoloji quruluşu cəhətdən neandertallar həm əvvəlki paleoantroplardan, həm də müasir tipli insanlardan xeyli fərqlənir. İnsan bioloji və sosial varlıq kimi tarixi inkişaf prosesində müxtəlif neqativ təsirlərə məruz qalıb, morfofunksional, anatomiki və fizioloji cəhətdən təkmilləşərək olduqca mürəkkəb təkamül yolu keçib.
 K.Linney insanı məməlilər sinfinin dəstəsinə aid edib. J.B. Lamark və Ç.Darvin onun insanabənzər meymunlarla ümumi əcdada malik olması fikrini irəli sürüb,F.Engels isə - insanın antropogenizində sosial-ictimai amillərin, o cümlədən əməyin böyük rol oynaması ideyasını elmə daxil etmişdir. Müasir antropoloqlar son zamanlar insan yanımcinsinin bir növü olan neandertalların sümüklərindən aynlan mitoxondri DNT-ləri üzərində fundamental elmi-tədqiqatlar apararaq sübut etdilər ki, həmin varlıqlar meymun - insan nəsil ağacı - gövdəsi üzərində əsla yerləşməyib və onun müxtəlif şaxələri hesab olunmur (Wade N: Neanderthal DNA Origins/ New York Times, Juli 11,1997). Göründüyü kimi, elmi cəhətdən əsaslandırma - fundamental tədqiqatlar insanın insanabənzər meymunlarla ümumi mənşəyə malik olması haqqındakı heç bir elmi əsası olmayan paradiqmalara birdəfəlik son qoydu və onların əsassız olduğunu isbat etdi. Bəzi morfofizioloji parametrlərə görə insan primatlarm nümayəndələri - oranqutan, qorilla, hibbonlar və şimpanze ilə oxşar və fərqli xüsusiyyətlərə - 32 daimi diş (kəsici, köpək və azı dişlərinin eyni miqdar da olması), 4 qan qrupu, dırnaqlı barmaqlar, differensiasiya etmiş sinir sistemi, bala qayğısı, sevinc və kədər hissləri, ümumi parazitlər (bit, birə, gənələr) və epidemiyalar (qarın yatalağı, dezinteriya, qrip, vəba, taun, çiçək və s.) malikdir. İnsan qabırğalann sayma görə (12 cüt) oranqutana, kəllənin, çanağın, biləyin və s. bədən nisbətlərinə görə qorillaya, kəllənin hamar formalı, döş qəfəsinin yastı olmasına görə hibbonlara, ətrafların ölçüləri və kəllənin quruluşu cəhətdən isə şimpanzeyə xeyli oxşardır. Lakin bunlara baxmayaraq, insan eyni dəstəyə aid edilsə də, düzgün qamətli, dik yeriməsi, bud və baldır əzələlərinin çox güclü inkişaf etməsi, hərəkətli, mütəhərrik biləkləri, tağşəkilli ayaq pəncələri, 4 əyriliyə malik S-vari onurğa sütunu, 2-ci siqnal sistemi (nitqlə qavramaq və davranmaq), ali sinir fəaliyyəti, yüksək şüuru, mücərrəd təfəkkürü, əmək alətləri və istehsal vasitələri yaratmaq və onlardan istifadə etmək bacarığı, yüksək quruculuq və yaradıcılıq istedadına, sivilizasiyaya, intellektə malik olması ilə nəinki meymunlardan, eləcə də bütün onurğalı və məməli heyvanlardan çox kəskin surətdə, tamamilə və mütləq olaraq fərqlənir. Buna görə də insanın antropogenezi - təkmilləşməsi bütün bioloji amillərdən uzaqlaşaraq, onların nəzarətindən tamamilə çıxmaqla, tarixi formalaşma prosesinin əsas epoxalarını və mərhələlərini, mürəkkəb fazalarını keçərək, yalnız sosial xarakter daşıyır.
 Antropogenez (yunanca “antropos” - insan, “genezis” - mənşə) bəşəriyyətin bütün tarixi inkişaf dövrlərində insanın bir bioloji və sosial növ kimi keçdiyi mürəkkəb təkmilləşmə - təkamül yoludur. İnsan öz inkişafı və formalaşması prosesində əvvəlcə digər canlılar kimi bioloji hərəkətverici qüvvələrin, daha sonralar isə əmək fəaliyyəti nəticəsində formalaşaraq, sosial amillərin təsirinə məruz qalıb, insanın tarixi inkişaf prosesi zamanı formalaşmasında əmək qabiliyyətinin differensiallaşması nəticəsində bioloji amillərin təsiri, rolu get-gedə azalaraq, sosial amillərin güclənməsinə və böyük üstünlük təşkil etməsinə səbəb olub. Bioloji amilləri Ç.Darvin, təkcə insan təkamülü üçün xarakterik olan sosial amilləri isə F.Engels təklif edib. Beləliklə, antropogenezin əsas hərəkətverici qüvvələri bioloji və sosial amillər hesab olunur. İnsanda ilk morfo- fizioloji və fizioloji dəyişiklik (antropomorfoz) düz və dik, 2 ayaq üstə yerimək, başlıca, aparıcı hərəkətverici amil isə əmək fəaliyyəti olub. Düz qamətlə (dik) yerişə keçid nəticəsində onurğa sütunu S-vari formada əyilmiş və omba sümüyü çox möhkəmlənmişdir. Alt çənənin formalaşması, çanaq sümüklərinin öndə bir-biri ilə birləşərək çanaq bitişməsini əmələ gətirməsi, əmgək çıxıntısının itməsi, ayaq tağının yaranması və s. hallar da antropomorfoza aiddir. İnsanın ən ali inkişaf etmiş sosiobioloji varlıq kimi formalaşmasında birgə, icmalar, cəmiyyətlər formasında ictimai həyat tərzinin və əmək fəaliyyətinin misilsiz dərəcədə apancı rolu olub. Ağız boşluğu aparatının və qırtlağın insanın təkamül prosesində irsi dəyişkənliklərə məruz qalması nəticəsində onda aydın nitq-danışıq tərzi yaranıb, vəhşi heyvanlardan fərqli olaraq, insan söz formasında olan siqnalları qəbul etməyə başlayıb, onda 2-ci siqnal sistemi formalaşıb. Nitqin yaranması prosesində insanda əvvəlcə əmək fəaliyyəti əməliyyatlarını bildirən, əməklə əlaqədar olan sözlər, sonralar isə əşyaların adları yaranıb və təşəkkül tapıb. İnsanlar arasında nitqin əsasən jestlər vasitəsilə olması nəticəsində daha sonralar onlarda mücərrəd təfəkkür forması mövcud olub.
  
  
 
шаблоны для dle 11.2