» » NƏBİYEV ƏLİBABA Baytarlıq-sanitariya ekspertizası FƏNN SİLLABUSU

NƏBİYEV ƏLİBABA Baytarlıq-sanitariya ekspertizası FƏNN - 21-may, 2020, 09:28

#

                                 
   Masallı Dövlət Regional Kolleci
                                                                                                                  Təsdiq edirəm:  
              
                                                                                    Tədris  işləri  üzrə  direktor  müavini:                   Ağayev Namik

                                                                                                                                            “ 06” fevral  2020-ci il
  
                                                 Fənn  sillabusu
 İxtisas: Baytarlıq. 18-1. 18-2.
 Fənn  birləşmə  komissiyası: Ümumtəhsil fənn birləşməsi
  
                                             I. Fənnin  haqqında  məlumat:
 Fənnin adı: Baytarlıq-sanitariya ekspertizası
 Kodu: İPF-B16
 Tədris ili: 2019-2020, semestr II
 Kurs: III
 Tədris  yükü: Cəmi 60 saat ( 45 s mühazirə; 15 s seminar)
 Tədris  forması: Əyani 
 Tədris  dili: Azərbaycan  dili  
 AKTS üzrə  kredit: 4
  
    II. Müəllim  haqqında  məlumat :
 Adı, soyadı, elmi dərəcəsi və  elm  adı:  Nəbiyev Əlibaba İsaq oğlu.
 Ünvan: Masallı şəhəri
 Məsləhət  günləri və  məsləhət saatı: II gün  1400-1600 
  Qeyd: Semestrin  sonunda deyil, problem yarandığını hiss etdiyiniz an yardım üçün müraciət etməkdən çəkinməyin.                                     
  
  
  
  
  
  
  III. Tövsiyə  olunan  dərslik, dərs  vəsaiti və metodik  vəsaitlər
 İstifadə olunan ədəbiyyat: 
               Əsas
 1.Baytarlıq-sanitariya ekspertizası. Ə.Əhmədov.
 2.Heyvandarlıq məhsullarının baytarlıq sanitariya ekspertizası. Ə.Məmmədli. Ə.Şahmarov
   
 IV. Fənnin təsviri:
 ‘’Baytarlıq-sanitariya ekspertizası’’ fənni Baytarlıq FBK nəzdində ixtisaslar üzrə tədris planı çərçivəsində işlənilmişdir. Bu fənn subbakalavr tələbələri üçün müstəqil fənn kimi tədris olunur və onun tədrisi üçün 1 smestr tədris yükü ( 60 saat 45 saat mühazirə və 15 saat seminar) nəzərdə tutulur.
                                       V.  Fənnin tədrisi üzrə məqsəd:
 Müasir dövrdə elmi informasiyanın artması Azərbaycan xalqının tarixi dövlətçilik ənənələrinin və heyvandarlıq təsərrüfatına aid məlumatların gələcək nəsillərə hərtərəfli öyrədilməsini zəruri edir. Hər bir tələbə Azərbaycanda tarixən heyvandarlığın olmasını nəzərə alaraq Baytarlıq-sanitariya ekspertizası fənninin başlıca vəzifəsiinsan və heyvan üçün ümumi olan və əsasən insanın sağlamlığı üçün qorxu törədə bilən yolxucu və invazion xəstəliklərin eləcədə heyvan məhsullarl vasitəsi ilə heyvanlar arasında xəstəlik törədicilərinin yayılmasınən qarşısını almaq məsələləri ilə məşğuldur. Baytarlıq –sanitariya ekspertizasından və heyvan məhsullarının işlənmə texnalogiyası və orada tətbiq olunanBaytarlıq-sanitariya raylarından ibarətdir.
                                      VI.   Davamiyyətə  verilən  tələblər: 
         Dərsdə  davamiyyətə  görə  verilən  maksimum  bal 10 baldır.Balı miqdarı  əsasən tələbə smestr  ərzində fənn  üzrə  bütün dərslərdə iştirak  halda  ona 10 bal verilir. Smestr  ərzində fənnin  tədrisinə ayrılan saatların hər  buraxılan 10%-nə 1 bal çıxılır. Fənn  üzrə semestr ərzində  buraxılmış  auditoriya  saatlarının ümumi  sayı normativ  sənədlərdə müəyyən olunmuş həddən yuxarı (25%-dən çox)  olduğu  halda  tələbə  həmin  fəndən  imtahana  buraxılmır və  onun həmin fənn üzrə akademik borcu qalır və sonradan onun haqqında müvafiq qərar qəbul edilir.
 VII. Qiymətləndirmə
  Tələbənin biliyi 100 ballı sistemlə qiymətləndirilir. Bundan 50 balı tələbə semestr ərzində,50 balı isə imtahanda toplayır. Semestr ərzində toplanan  50 bala aşağıdakılar aiddir:
 -10 bal sərbəst işlərin tərtib olunmasına,
 -30 bal seminar və laboratoriya dərslərində fəaliyyətinə və kollekviumlara görə,
 -10 bal dərslərə davamiyyətə görə.
   İmtahanda qazanılan balların maksimum  miqdarı  50-dir.
   İmtahan biletinə bir qayda olaraq fənni əhatə edən  5 sual daxil  edilir.
 Qiymətləndirmə meyarları  aşağıdakılardır:
 -10 bal-tələbə keçilmiş materialı dərindən başa düşür,cavabı dəqiq və hərtərəflidir.
 -9 bal-tələbə materialı tam başa düşür,cavabı dəqiqdir və mövzunun mətnini tam aça bilir.
 -8 bal-tələbə cavabında ümumi xarakterli bəzi qüsurlara yol verir;
-7 bal-tələbə keçilmiş materialı başa düşür,lakin nəzəri cəhətdən bəzi məsələləri əsaslandıra bilmir.
-6 bal- tələbənin cavabı əsasən düzgündür.
-5 bal-tələbənin cavabında çatışmazlıqlar var, mövzunu tam əhatə edə bilmir.
-4 bal- tələbənin cavabı qismən doğrudur, lakin mövzunu izah edərkən bəzi səhvlərə yol verir;
- 3 bal- tələbənin mövzudan xəbəri var, lakin fikrini əsaslandıra bilmir;
- 1-2 bal- tələbənin mövzudan qismən xəbəri var.
 -0 bal- suala cavab yoxdur.
    Tələbənin imtahanda topladığı balın miqdarı 17-dən az olmamalıdır. Əks təqdirdə tələbənin
imtahan göstəriciləri semester ərzində tədris fəaliyyəti nəticəsində topladığı bala əlavə olunmur.
  Təhsilalma prosesinə nəzarət və tələbələrin biliyinin yekun qiymətləndirilməsi
 
Tələbənin biliyinin yekun qiymətləndirilməsi imtahan zamanı 50 bal və imtahana qədər 50 bal toplanan ballar cəmi 100 bala bərabərdir.yekun bal aşağıdakı kimi qiymətləndirilir:“Əla”                                          -91-100“Çox yaxşı”                                -81-90“Yaxşı”                                       -71-80“ Kafi”                                        -61-70“Qənaətbəxş”                             -51-60              F-   “Qeyri-kafi”                               -51 baldan aşağı
 
Yekun qiymətləndirmədə 51 ba və ondan yuxarı bal toplayan tələbə fənn üzrə müəyyən olunmuş krediti qazanır və müvəffəqiyyət qazanan tələbə,51 baldan aşağı bal toplayan tələbə isə həmin fəndən krediti qazanmır və akademik borcu olan tələbə adlanır.  
                                   VIII.  Davranış qaydalarının pozulması: 
       Tələbə Kollecin daxili nizam –intizam qaydalarını pozduqda əsasnamədə nəzərdə tutulan
       qaydada tədbir görüləcəkdir.
  
  
                                           IX.Tələbənin nizam-intizamına qoyulan tələblər:
 
Kollecin ictimai asayiş və daxili intizam, davranış qaydalarının tələblərinə riayət etmək;Təlim məşğələlərinə məsuliyyətli, ciddi yanaşmaq və müntəzəm olaraq  iştirak etmək, müvafiq tədris planlarında nəzərdə tutulmuş bütün növ tapşırıqları müəyyən edilmiş dövrlərdə yerinə yetirmək;Kollecin ictimai işlərində yaxından iştirak etmək;Şəxsi gigiyenya qaydalarına əməl etmək;Kollecin  otaqlarına, tədris-laboratiya avadanlığına, cihazlara, dərs vəsaitlərinə, kitablarına və digər əmlakına qayğı və səliqə ilə yanaşmaq, onların korlanmasına, zədələnməsinə və itməsinə  yol verməmək, otaqların onların təmizliyinə və səliqəsinə riayət etmək.                                                       X.Dərsin işlənmə forması:
 
Dərslər müəllimin izahlarından və mövzu ətrafında interaktiv (qarşılıqlı) müzakirələrdən ibarət olacaqdır.Keçirilən dərslərin tezisləri sonra tələbələrə verilsə də , dərslərdə qeydlər götürmək olduqca vacibdir! Çünki, bu tezislər dərslərdə izah, təhlil və müzakirə edilən məsələləri bütün dolğunluğu ilə əks etdirməyəcəkdir.Dərslər Azərbaycan dilində keçiləcəkdir. Lakin dərsdə sualları, imtahanda cavabları və nəhayət esseləri Azərbaycan,Rus və ya İngilis dilində ifadə etmək olar.Dərslərin mövzu ardıcıllığı iş planında göstərildiyi kimidir.Sərbəst işlərdə azərbaycan, rus və ingilis dilində hazırlanıb təhvil verilə bilər.   XI.Dərsə hazırlaşma forması:
         Dərslərə hazırlaşma forması aşağıdakı kimi tövsiyə olunur:
 
Hər bir dərsdən qabaq növbəti dərsin mövzusuna uyğun oxumaq, mövzunu dərsə qədər qədər müəyyən dərəcədə öyrənmək, əlavə materialları dəftərə qeyd edib müəllimə göstərməkHər bir dərsdə diqqətli olmaq, diskussiyalarda aktiv iştirak etmək və qeydlər götürməkHər bir dərsdən sonra keçilmiş dərsdə danışılanları xatırlamaq, onları düşünmək və dərsdə götürülmüş qeydləri tamamlamaq lazımdır.Dərslərdə ekspromt ( bədahətən, meyxanavari) və assosiativ ( ağla ilk gələn fikirlərlə) aktivlik göstərmək mümkün deyil. Buna görə də , hər bir dərsin mövzusuna qabaqcadan hazırlaşmaq lazımdır. Adi səviyyədə hazırcavablıq aktivlik balı sayılmayacaqdır!  
  
  
  
 XII.   Təqvim planı:
 
N
Keçirilən mühazirə mövzularının məzmunu
   Saat      



mühazirə
seminar
1
Mövzu № 1.Ət mallarnın keyfiyyətinin ekspertizası fənninin əhəmiyyəti.
Plan:
1.Qidalanma ətin rolu
2.Ətlərin təsnifatı
3.Ətin qidalılıq dəyəri
3
1
2
Mövzu № 2. Ətin morfoloji quruluşu.
Plan:
1.Ətin tərkibində olan toxumaların xüsusiyyəti
2. Əzələ və piy toxuması.
3. Birləşdirici toxuma
 4.Sümük və qığırdaq toxuması
        3
1
3
Mövzu№ 3. Ətin kimyəvi tərkibi
Plan:
1.Ətin tərkibində olan suyun miqdarı və onun keyfiyyətə təsiri
 2. Ətin tərkibində olan zülallar  yağlar və karbohidratlar
 3. Fermentlər vitaminlər mineral və ekstraktiv maddələr
        3
1
4
Mövzu № 4 .Kəsimdən sonra cəmdək və orqanların müayinəsi
Plan:
1. Avtoliz
2. Ətin ilkin emalı
3. Mıcburi kısilmiş heyvanların əti
3
1
5
Mövzu№ 5. Ətin identifikasiyası və ekspertizası
Plan:
1.Ekspertiza eçen nümunənin götürülməsi
2. Dequstasiyanın aparılması
3
1
     6
Mövzu№ 6 Ətin növ mənsubiyyətinin təyini
Plan: 1.Sümüklərin skeletin və daxili orqanların anatomik fərqləri
2. Əzələ piy və s. toxumaların quruluşu və fiziki kimyəvi föstəriciləri
3. Presipitasiya reaksiyası
3
1
    7
Mövzu№ 7. Ətin baytarlıq saniariya ekspertizası
Plan:
1. Limfa sisteminin baytarlıq ekspertizasında rolu
 2. İnfeksion xəstəliklər zamanı ətin ekspertizası
3. Yoluxmayan xəstəliklər zamanı ətin baytar sanitar ekspertizası
 3
       1
8
Mövzu№ 8 . Sanitariya baxımından normadan kənara çıxma hallarında ətin ekspertizası
 Plan:
1.Ətin normal halının dəyişməsi
 2.Zəhərlənmələr zamanı ətin ekspertizası
3
1




  
 


mühazirə
seminar
9
Mövzu № 9. Kəsimlik heyvanların xarakteristikası
Plan:
1.Ətin möhürlənməsi. Möhürlərin növləri
2.Müxtəlifkəsimlik heyvanların ümumi xarakteristikası
3.Heyvanların ətlik üçün kəsilməsinə qoyulan tələblər
3
1
10
Mövzu № 10. Müxtəlifnöv kəsimlik heyvanların ətinin keyfiyyətiə qoyulan tələblər və keyfiyyətini qoruyan tələblər
Plan:
1.Qaramal ətinin köklük dərəcəsi
2. Buzov  ətinin köklük dərəcəsi
        3
1
11
Mövzu№ 11. Qoyun keçi və donuz ətinin keyfiyyətinə qoyulan tələblər.
Plan:
1.Qoyun və keçi ətinin kateqoriyaları qəbul və sınağı
 2. Müxtəlif amillərin ətin keyfiyyətinə təsiri
 3. Donuz ətinin kateqoriyaları qəbulu və yoxlanması
        3
1
12
Mövzu № 12.Vəhi ov heyvanlarının ətinin ekspertizası
Plan:
1.Vəhşi heyvanların ovlanması və üsullaı
2. Vəhşi heyvan ətinin morfoloji və kimyəvi tərkibi
3
1
13
Mövzu№ 13.  Ətin əlavə məhsullarının ekspertizası
Plan:
1.Ətin lavə məhsullarının kimyəvi tərkibi və qida dəyəri
2. Ətin əlavə məhsullarının müayinəsi
3.Qablaşdırma möhürlənməsi. Daşınma və saxlanılması
3
1
     14
Mövzu№ 14. Bükülü əlavə ət məhsularının ekspertizası
Plan: 1.Qaraciyər böyrək və ürəyin ekspertizası
2. Endokrin xammalın ekspertizası
3. piy xammalı və ərimiş ərzaq piyinin keyfiyyət ekspertizası
3
1
    15
Mövzu№ 15. Quş ətinin keyfiyyət ekspertizası
Plan:
1. Quşların emalı
 2.Quş ətinin ekspertizası
 3
       1

Cəmi: 60 saat
45
15
  
  
  
  
  
  
  
 XIII.Kollokvium sualları.
 Kollokvium 1
  1.Baytarlıq sanitariya ekspertizası və onun məqsədi
 2.Ətlik heyvanlarda kəsilmədən qabaq aparılan baytarlıq-sanitariya ekspertizası
 3.Qarayara
 4.Finnoz
 5.Manqo
 6.Vərəm
 7.Brusselloz
 8.Qızıl yel
 9.Qaramalın kontagioz ağ ciyər iltihabı
 10.Qaramalın taunu
  Kollokvium 2
  1.Paratif bakteriyalarının heyvanlar üçün patogenliyi
 2.Paratif bakteriyaları ilə yoluxmuş ətin sanitariya qiyməti
 3.Botulizm zəhərlənməsi
 4.Opistorxoz
 5.Difillobotrioz
 6.Süd və süd məhsulları və başqa yeyinti məhsullarının müayinəsinin təşkili
 7.Alçaqkeyfiyyətli ət8.Bədbəxt hadisədən tələf olmuş heyvanların əti
 9.Müxtəlif növ heyvanların ətinin təfriqi
 10.Ətin seliklənməsi və qızarması
  XIV.   Fənn üzrə sərbəst işlər
 Tələbə semestr ərzində 2 sərbəst iş yerinə yetirməlidir. Yerinə yetirilmiş hər bir iş 5 balla qiymətləndirilir. Sərbəst iş müəyyən edilmiş vaxtda yerinə yetirilmədiyi təqdirdə qəbul edilmir və həmin işə görə tələbəyə bal verilmir.
             Sərbəst işin mövzuları və nəticələri jurnalda qeyd edilir.
 Sərbəst işlərin mövzuları:
 1.Vərəm
 2.Bruselloz
 3.Yolxucu sarılıq leptospiroz
 4.Yaman kataral qızdırma
 5.Qarın boşluğunda olan limfa düyünləri
 6.Qızl yel
 7. Qaramalın taunu
 8.İncə  boyunlu limfa
 9.Exinokkoz
 10.Fassioloz
 11.Baytarlıq-sanitariya ekspertizasında qaramalın tədqiq edilən limfa düyünləri
 12.Quş yumurtası və onun ekspertizası
 13.Pasterreloz
 14.Aktinomikoz
 15.Manqo
 16.Paratuberkulyoz
 17.Yağın sanitariya müayinəsi
 18.Zəhərlənmiş heyvanların kəsilməsi
 19.Balın baytarlıq sanitariya ekspertizası
 20.Botulizm zəhərlənməsi
  
    Qeyd: Sərbəst işlər yazılı formada , Word faylı formasında, həcmi 4-5 səhifə (şrift 12) olmalıdır. Hər sərbəst iş tələbənin fərdi fikirlərinin məcmusu olduğuna görə plagiat yol verilməzdir
  
 XV. İmtahan sualları: 
 1.Baytarlıq sanitariya ekspertizası və onun məqsədi
 2.Ətlik heyvanların müayinsi
 3.Ətlik heyvanlarda kəsilmədən qabaq aparılan baytarlıq-sanitariya ekspertizası
 4.Bioloji preparatlarla oşlənmiş heyvanların kəsilməsi
 5.Qarayara
 6.Zəhərlənmiş heyvanların kəsilməsi
 7.Ətdə iy vəya rəng verən dərmanlarla müalicə edilmiş heyvanların kəsilməsi
 8.Sanitariya sallaxxanasında və ya sağlam heyvanlardan ayrı kəsilməsi məqsədə uyğun hesab edilən hallar
 9.kəsildikdən sonra aparılan baytarlıq-sanitariya ekspertizası
 10.Baytarlıq sanitariya ekspertizasında qaramalın tədqiq edilən limfa düyünləri
 11.Qarın boşluğunda olan limfa düyünləri
 12.Qaramal cəmdək və üzvlərinin müayinə sxemi və üsulu
 13.davarların cəmdəklərin və daxili üzvlərinin müayinə sxemi və üsulu
 14.Baytarlıq sanitariya müayinə nöqtələri və aparılan müayinəin qeydə alınması
 15.Manqo
 16.Vərəm
 17.Brusselloz
 18.Qızıl yel
 19.Çiçək
 20.Listerreloz
 21.Tulyaremiya
 22.Yoluxucu sarılıq leptospiroz
 23.Aueksi yalançı qızılyel
 24.Pastereloz
 25.Yaman kataral qızdırma
 26.Qaramalın kontagioz ağ ciyər iltihabı
 27.Qaramalın taunu
 28.Paratuberkuloz
 29.Q-ku isitməsi
 30.Trixinellozk
 31.Davarların finnozu
 32.Finnoz
 33.İncə boyunlu finna
 34.Exinokkoz
 35.Fassioloz
 36.Dikroseoloz Linqvatuloz
 37.Sarkozporidoz
 38.Hemosporidiozlar
 39.Yeyinti toksikoinfenksiyaları və toksikozları
 40.Paratif xarakterli yeyinti toksioinfeksiyaları
 41.Paratif bakteriyalarının heyvanlar üçün patogenliyi
 42.Paratif bakteriyaları ilə yoluxmuş ətin sanitariya qiyməti
 43.Botulizm zəhərlənməsi
 44.Opistorxoz
 45.Difillobotrioz
 46.Liqulaz
 47.Çəki balıqlarının məxmərəyi
 48.Xərçəng taunu
 49.Balıqdan insana keçə bilən yoluxucu xəstəliklər
 50.Zəhərli balıqlar
 51.Quş ətinin baytarlıq sanitariya ekspertizası
 52.Quşlarda yoluxucu xəstəlikləri zamanı ətin baytarlıq sanitariya ekspertizası
 53.Quş yumurtası və onun ekspertizası
 54.Bazarlarda yeyinti məhsullarının baytarlıq sanitariya ekspertizası
 55.Bazarlarda aparılan baytarlıq sanitariya ekspertizası
 56.Süd və süd məhsulları və başqa yeyinti məhsullarının müayinəsinin təşkili
 57.Alçaqkeyfiyyətli ət
 58.Bədbəxt hadisədən tələf olmuş heyvanların əti
 59.Müxtəlif növ heyvanların ətinin təfriqi
 60.Ətin seliklənməsi və ızarması
 61.Ətin işıqlanması və kiflənməasi
 62.Ətin qızışması
 63.Ətin iylənməasi
 64.Orqanoleptik müayinə
 65.Bakterioskopik müayinə
 66.Kimyəvi müayinə
 67.Duzlanmış ətin ekspertizası
 68.Kolbasa məmulatının ekspertizası
 69.Kolbasanın sanitariya müayinəsi
 70.Ət onservlərinin ekspertizası
 71.Yağın sanitariya müayinəsi
 72.Balın baytarlıq sanitariya ekspertizası
  XVI.Fənn üzrə tələblər, tapşırıqlar:
 Fənni mənimsəyən hər bir tələbə:
 Fənni mənimsəyən hər bir tələbə ‘’Baytarlıq-sanitariya ekspertizası’’ fənni ilə tanış olur.
 Ətin morfologiyası kimyası və əmtəəşünaslığını öyrənir.
 Heyvan məhsullarının ‘’baytarlıq-saniariya’’ müayinəsi qaydalarını öyrənir.
 Heyvanların və quşların habelə ət məhsullarının işlənmə texnologiyasını və gigyenasını öyrənir
 Heyvanların kəsilmədən qabaq və sonra ‘’baytarlıq-sanitariya’’ müayinəsi üsullarını öyrənir.
 Müxtəlif yolxucu inbazion və pataloji proseslərdə ət və üzvlərin istifadə oluma qaydaarını öyrənir
 Kəsilmədən sonra diaqnozun laboratoriya üsulları ilə müəyyənləşdirilməsini öyrənir
 Süd və süd məhsullarının müayinə üsullarını öyrənir
 ‘’Baytarlıq sanitriya ekspertizası’’ fənninin tədrisi zamanı qoyulan tələblər aşağıdakı kimidir.
 MÜazirə mövzularının hazırlanması
 Sərbəst işlərin hazırlanması
 İmtahan sualları
 Fərdi tapşırıqlar
 Test tapşırıqları
 ‘’Baytarlıq sanitariya ekspertizası’’ FBK-nın 2020-ci il 05 yanvar saylı iclasında təsdiq olunmuş proqrama uyğun tərtib edilmişdir.
                                                                                                       Fənn müəllimi:Ə.Nəbiyev
                                                                                                          FBK sədri:Ə.Nəbiyev
  
  
  
  
  
  
  
  
  
  
  
  
  
  
  
  
  
шаблоны для dle 11.2