» » ORUCZADƏ HƏSƏN BİOKİMYA FƏNN SİLLABUSU

ORUCZADƏ HƏSƏN BİOKİMYA FƏNN SİLLABUSU - 21-may, 2020, 11:19

#

                               
                                                      Masallı Dövlət Regional Kolleci
                                                                                                         Təsdiq edirəm:  
              
                                                            Tədris  işləri  üzrə  direktor  müavini:                   Ağayev Namiq

                                                                                                                              06  fevral  2020-ci il
                                                      
                                                Fənn  sillabusu
İxtisas: Baytarlıq
Fənn  birləşmə  komissiyası: Ümumtəhsil fənn birləşməsi
                                              
                                            I. Fənnin  haqqında  məlumat:
Fənnin adı: Biokimya
Kodu: İPF-BO2
Tədris ili: 2019-2020, semestr II
Kurs: II 
Tədris  yükü: Cəmi 30 saat ( 15 s mühazirə; 15 s seminar)
Tədris  forması: Əyani 
Tədris  dili: Azərbaycan  dili  
AKTS üzrə  kredit: 2 
                                                
                                                         II. Müəllim  haqqında  məlumat :
Adı, soyadı, elmi dərəcəsi və  elm  adı:  Oruczadə Həsən Telman oğlu
Ünvan: Masallı şəhəri
Məsləhət  günləri və  məsləhət saatı: II gün  1400-1600 
 Qeyd: Semestrin  sonunda deyil, problem yarandığını hiss etdiyiniz an yardım üçün müraciət etməkdən çəkinməyin.                                     
 
 
 
 
 
                                      
                   III. Tövsiyə  olunan  dərslik, dərs  vəsaiti və metodik  vəsaitlər
   İstifadə olunan ədəbiyyat: 
              Əsas
1.Yusifov N. M., Daşdəmirov K. Ş. Biokimyadan
xülasə. – Gəncə.Araz, 2010.
2. Mövsümov E. M., Yusifov N. M. Qida kimyası. –Bakı,
MVM. MMC - 2010 3. Xəlilov Q. B. Heyvan biokimyasının əsasları. Bakı.
1987. Maarif
Əlavə 
1. Həsənov Ə. C., Rzayev N. A., İslamzadə F. Q.,
Əfəndiyev A. M. Bioloji kimya. Bakı 1989.
                                                             IV. Fənnin təsviri:
         Bu fənn insan orqanizminin (toxumaların) tərkibinə daxil olan üzvi maddələrin kimyəvi tərkibini,quruluşunu və bioloji əhəmiyyətini öyrənir
                                                V.  Fənnin tədrisi üzrə məqsəd:
              Fənnin əsas məqsədi: tələbələrə dinamik və funksional biokimyanın nəzəri və klinik əsaslarını öyrətməkdir.
                                          VI.   Davamiyyətə  verilən  tələblər: 
        Dərsdə  davamiyyətə  görə  verilən  maksimum  bal 10 baldır.Balı miqdarı  əsasən tələbə smestr  ərzində fənn  üzrə  bütün dərslərdə iştirak  halda  ona 10 bal verilir. Smestr  ərzində fənnin  tədrisinə ayrılan saatların hər  buraxılan 10%-nə 1 bal çıxılır. Fənn  üzrə semestr ərzində  buraxılmış  auditoriya  saatlarının ümumi  sayı normativ  sənədlərdə müəyyən olunmuş həddən yuxarı (25%-dən çox)  olduğu  halda  tələbə  həmin  fəndən  imtahana  buraxılmır və  onun həmin fənn üzrə akademik borcu qalır və sonradan onun haqqında müvafiq qərar qəbul edilir.
                                                           VII. Qiymətləndirmə
 Tələbənin biliyi 100 ballı sistemlə qiymətləndirilir. Bundan 50 balı tələbə semestr ərzində,50 balı isə imtahanda toplayır. Semestr ərzində toplanan  50 bala aşağıdakılar aiddir:
-10 bal sərbəst işlərin tərtib olunmasına,
-30 bal seminar və laboratoriya dərslərində fəaliyyətinə və kollekviumlara görə,
-10 bal dərslərə davamiyyətə görə.
  İmtahanda qazanılan balların maksimum  miqdarı  50-dir.
  İmtahan biletinə bir qayda olaraq fənni əhatə edən  5 sual daxil  edilir.
                                           Qiymətləndirmə meyarları  aşağıdakılardır:
-10 bal-tələbə keçilmiş materialı dərindən başa düşür,cavabı dəqiq və hərtərəflidir.
-9 bal-tələbə materialı tam başa düşür,cavabı dəqiqdir və mövzunun mətnini tam aça bilir.
-8 bal-tələbə cavabında ümumi xarakterli bəzi qüsurlara yol verir;
-7 bal-tələbə keçilmiş materialı başa düşür, lakin nəzəri cəhətdən bəzi məsələləri əsaslandıra bilmir.
-6 bal- tələbənin cavabı əsasən düzgündür.
-5 bal-tələbənin cavabında çatışmazlıqlar var, mövzunu tam əhatə edə bilmir.
-4 bal- tələbənin cavabı qismən doğrudur, lakin mövzunu izah edərkən bəzi səhvlərə yol verir;
- 3 bal- tələbənin mövzudan xəbəri var, lakin fikrini əsaslandıra bilmir;
- 1-2 bal- tələbənin mövzudan qismən xəbəri var.
-0 bal- suala cavab yoxdur.
    Tələbənin imtahanda topladığı balın miqdarı 17-dən az olmamalıdır. Əks təqdirdə tələbənin
imtahan göstəriciləri semester ərzində tədris fəaliyyəti nəticəsində topladığı bala əlavə olunmur.
               Təhsilalma prosesinə nəzarət və tələbələrin biliyinin yekun qiymətləndirilməsi
Tələbənin biliyinin yekun qiymətləndirilməsi imtahan zamanı 50 bal və imtahana qədər 50 bal toplanan ballar cəmi 100 bala bərabərdir.yekun bal aşağıdakı kimi qiymətləndirilir:
“Əla”                                          -91-100
“Çox yaxşı”                                -81-90
“Yaxşı”                                       -71-80
“ Kafi”                                        -61-70
“Qənaətbəxş”                             -51-60
             F-   “Qeyri-kafi”                               -51 baldan aşağı
Yekun qiymətləndirmədə 51 ba və ondan yuxarı bal toplayan tələbə fənn üzrə müəyyən olunmuş krediti qazanır və müvəffəqiyyət qazanan tələbə,51 baldan aşağı bal toplayan tələbə isə həmin fəndən krediti qazanmır və akademik borcu olan tələbə adlanır.      
 
                                             VIII.  Davranış qaydalarının pozulması: 
       Tələbə Kollecin daxili nizam –intizam qaydalarını pozduqda əsasnamədə nəzərdə tutulan
       qaydada tədbir görüləcəkdir.
 
       
                                                  IX. Tələbənin nizam-intizamına qoyulan tələblər:
Kollecin ictimai asayiş və daxili intizam, davranış qaydalarının tələblərinə riayət etmək;
Təlim məşğələlərinə məsuliyyətli, ciddi yanaşmaq və müntəzəm olaraq  iştirak etmək, müvafiq tədris planlarında nəzərdə tutulmuş bütün növ tapşırıqları müəyyən edilmiş dövrlərdə yerinə yetirmək;
Kollecin ictimai işlərində yaxından iştirak etmək;
Şəxsi gigiyenya qaydalarına əməl etmək;
Kollecin  otaqlarına, tədris-laboratiya avadanlığına, cihazlara, dərs vəsaitlərinə, kitablarına və digər əmlakına qayğı və səliqə ilə yanaşmaq, onların korlanmasına, zədələnməsinə və itməsinə  yol verməmək, otaqların onların təmizliyinə və səliqəsinə riayət etmək.
       
                                                              X.  Dərsin işlənmə forması:
Dərslər müəllimin izahlarından və mövzu ətrafında interaktiv (qarşılıqlı) müzakirələrdən ibarət olacaqdır.
Keçirilən dərslərin tezisləri sonra tələbələrə verilsə də , dərslərdə qeydlər götürmək olduqca vacibdir! Çünki, bu tezislər dərslərdə izah, təhlil və müzakirə edilən məsələləri bütün dolğunluğu ilə əks etdirməyəcəkdir.
Dərslər Azərbaycan dilində keçiləcəkdir. Lakin dərsdə sualları, imtahanda cavabları və nəhayət esseləri Azərbaycan,Rus və ya İngilis dilində ifadə etmək olar.
Dərslərin mövzu ardıcıllığı iş planında göstərildiyi kimidir.
Sərbəst işlərdə azərbaycan, rus və ingilis dilində hazırlanıb təhvil verilə bilər.
       
       
                                                                  XI. Dərsə hazırlaşma forması:
        Dərslərə hazırlaşma forması aşağıdakı kimi tövsiyə olunur:
Hər bir dərsdən qabaq növbəti dərsin mövzusuna uyğun oxumaq, mövzunu dərsə qədər qədər müəyyən dərəcədə öyrənmək, əlavə materialları dəftərə qeyd edib müəllimə göstərmək
Hər bir dərsdə diqqətli olmaq, diskussiyalarda aktiv iştirak etmək və qeydlər götürmək
Hər bir dərsdən sonra keçilmiş dərsdə danışılanları xatırlamaq, onları düşünmək və dərsdə götürülmüş qeydləri tamamlamaq lazımdır.
Dərslərdə ekspromt ( bədahətən, meyxanavari) və assosiativ ( ağla ilk gələn fikirlərlə) aktivlik göstərmək mümkün deyil. Buna görə də , hər bir dərsin mövzusuna qabaqcadan hazırlaşmaq lazımdır. Adi səviyyədə hazırcavablıq aktivlik balı sayılmayacaqdır!
 
 
 
          
     XII.   Təqvim planı:
N           Keçirilən mühazirə mövzularının məzmunu   Saat      


mühazirəseminar
1 Mövzu  1.Canlı orqanizmlərin kimyəvi tərkibi. 
Plan:
1.Hüceyrənin kimyəvi tərkibi.
2.Orqan və toxumaların kimyəvi tərkibi.
22
2 Mövzu  2. Lipidlər. Neytral yağlar. Mumlar 
Plan:
1.Lipidlərin təsnifatı və biokimyəvi xüsusiyyətləri.
2.Neytral yağlar. turşu (Reyxert-Meyssel),
sabunlaşma, yod ədədləri .
3.Mumlar.
   
        2
        2
3Mövzu 3. Zülallar. Zülalların quruluşunun müasir izahı.
Plan:
1. Zülalların tərkibi və funksiyaları.
 2. Zülalların xassələri, molekulunun forması və nisbi
molekul kütləsi.
 3. Zülalların birincili quruluşunun müasir izahı.
 4. Zülalların təsnifatı və qısa xarakteristikası
        2       2
4Mövzu  4 .Nuklein turşularının kimyəvi tərkibi və novləri.Nukleoproteidlər.
Plan:
1. Nuklein turşuları
2. DNT və RNT-in  quruluşu
3. Nukleoproteidlər
2 
       2
5Mövzu 5. Fermentlərin təsnifatı və nomenklaturası
Plan:
1. Fermentlər.
2. Oksi-reduktazalar.
3.Transferazalar.
4.Hidrolazalar
2       2
     6Mövzu 6 . Vitaminlər və kofermentlər. Antivitaminlər.
Plan: 1. Vitaminlərin təsnifatı və nomenklaturası.
2. Vitaminlərin təyin edilmə üsulları
3.Antivitaminlər.
2      2
    7Mövzu 7. Hormonların təsnifatı. Hormonların təsir mexanizmi.
 Plan:
1.Hormonların spesifikliyi.
 2. Hormonların təsiri.
         2       2
8Mövzu 8 . Maddələr mübadiləsi və enerji.
 Plan:
1.Anabolizm və katabolizm
 2.Orqanizmdə enerji çevrilmələri.
3.Tənəffüs əmsalı
         1        1
 Cəmi: 30 saat15       15
    
 
     
 
      
 
                                       
 
        XIII.  Kollokvium sualları.
 Kollokvium 1
 1.Hüceyrənin kimyəvi tərkibi.
2. Orqanizmdə kimyəvi elementlərin miqdarı.
3. Lipidlərin təsnifatı
4.Lipidlərin biokimyəvi xüsusiyyətləri.
5.Neytral yağlar
6.Turşuluq ədədi.
7.Yod ədədi.
8.Mumlar.
 9.Zülalların tərkibi.
10.Zülalların funksiyaları.
11.Peptidlər.
12.Nuklein turşuları
Kollokvium 2
1.Nuklein turşularının kimyəvi tərkibi və növləri.
 2.Nukleozitlər.
3.Nukleoproteidlər.
4. Fermentlərin təsnifatı.
5.Fermentlərin ayrılması və təmizlənməsi.
6.Fermentlərin tədbiqi
7.Vitaminlərin təsnifatı və nomenklaturası
8.Vitaminlərin təyin edilmə üsulları
9.Hormonlar
10.Hormonların təsir mexanizmi.
11.Hormonoidlər
12.Maddələr mübadiləsi
                                  XIV.   Fənn üzrə sərbəst işlər
          Tələbə semestr ərzində 2 sərbəst iş yerinə yetirməlidir. Yerinə yetirilmiş hər bir iş 5 balla qiymətləndirilir. Sərbəst iş müəyyən edilmiş vaxtda yerinə yetirilmədiyi təqdirdə qəbul edilmir və həmin işə görə tələbəyə bal verilmir.
            Sərbəst işin mövzuları və nəticələri jurnalda qeyd edilir.
         Sərbəst işlərin mövzuları:
1. Lipidlərin əsas fizioloji funksyaları
 2. Turşu və sabunlaşma ədədi və onların əlaqəsi.
 3. Mumlar və steridlərin kimyəvi tərkibi haqqında.
4. Qlikolipidlərin quruluşu, bioloji rolu.
5. Lesitinlərin təbiətdə yayılması.
 6.  Zülalların kimyəvi tərkibini, molekul kütləsini və
molekulunun forması.
7. Zülalların ayrılması və fraksiyalaşdırılma üsulları.
8. Zülalların aminturşu tərkibini, onların aminturşu radikallarından asılı olaraq xassələrinin xarakterik xüsusiyyətlərini, peptid əlaqəsi.
9. Zülalların birinci və ikinci quruluşu ilə əlaqəli olaraq
bioloji xassələri.
10. Zülalların üçüncü və dördüncü quruluşu
11. Zülalların fiziki-kimyəvi xassələri.
12.Sadə zülallardan insan orqanizmində rast gəlinənlər
13. Metaloproteidlərin bioloji rolu.
14. Nuklein turşularının orqanizmdə funksyaları.
15. Purin, pirimidin və minar əsaslarının tərkibi, keto-enol
formasını, tautomerliyini və hidrogen rabitəsini izah edin.
 16.Çarqaff qaydasını DNT və RNT molekulunda izahı.
 17. ATF-in orqanizimdə bioloji rolu
18. Sadə və mürəkkəb fermentlər
19. Tibbdə xəstəliklərin müalicəsində və diaqnostikasında işlədilən fermentlər.
20. Heyvandarlığın inkişafında istifadə olunan əsas fermentlər.
21. Avitaminozluq, hipovitaminozluq və hipervitaminozluq
 22. Fermentlərin tərkibində olan koferment rolunu oynayan
vitaminlər.
 23. Suda həll olan vitaminlərin orqanizmdə əhəmiyyəti
24. Antivitaminlərin quruluşunu və bioloji rolu.
 25.  Steroid hormonların kimyəvi təbiətini və fizioloji təsiri
26.Maddələr mübadiləsinin mahiyyəti.
       
   Qeyd: Sərbəst işlər yazılı formada , Word faylı formasında, həcmi 4-5 səhifə (şrift 12) olmalıdır. Hər sərbəst iş tələbənin fərdi fikirlərinin məcmusu olduğuna görə plagiat yol verilməzdir
                                                   
                                        XV. İmtahan sualları: 
1. Canlı orqanizmlərin kimyəvi tərkibi.
 2.Lipidlərin təsnifatı və biokimyəvi xüsusiyyətləri.
3.  Neytral yağlar.
4.Turşuluq ədədi.
5 Sabunlaşma ədədi .
6 Yod ədədi .
7. Mumlar.
 8. Steridlər.
 9. Fosfatidlər.
10.Xolinfosfatidlər.
11.Kolaminfosfatidlər (kefalinlər).
12.Zülalların tərkibi və funksiyaları.
 13.Zülalların ayrılması və təmizlənməsi üsulları.
14. Zülalların xassələri, molekulunun forması və nisbi
molekul kütləsi.
15. Zülalların aminturşu tərkibi.
16. Peptidlər.
17.Zülalların quruluşunun müasir izahı.
 18.Zülalların birinci quruluşu.
19.Zülalların ikinci quruluşu.
20.  Zülalların üçüncü quruluşu.
21. Zülalların dördüncü quruluşu (kooperativləşmə).
22.Zülalların funksiyası.
23.Nuklein turşularının kimyəvi tərkibi və növləri.
 24. DNT və NT- in birinci quruluşu.
25.DNT və RNT-in ikinci quruluşu.
26.NT-ın üçüncü quruluşu.
27. Nukleoproteidlər.
28.Fermentlər.
29.Fermentlərin ayrılması və təmizlənməsi.
30.Fermentlərin quruluşu və kimyəvi təbiəti.
 31.Fermentlərin təsnifatı və nomenklaturası.
 32. Fermentlərin tədbiqi.
33. Vitaminlərin təsnifatı və nomenklaturası.
34.A vitamini.
35. D vitamini.
36. E vitamini.
37. K vitamini.
38.F-vitamini.
39.Q vitamini. Ubixinon
40.B1 vitamini.
41.B2 vitamini.
42.C vitamini.
43.Antivitaminlər.
44.Hormonlar.
45.Hormonların təsir mexanizmi.
46.Maddələr mübadiləsi.
47.Enerji.
       
                                              XVI. Fənn üzrə tələblər, tapşırıqlar:
 1.Tələbələr hər gün həm mühazirəyə həm seminara hazır gəlməli,
 2.Dərslərdə fəal iştirak etməli,
 3.Seminarda müstəqil həll etmək üçün verilən məsələləri həll etməli,həll etməyə cəhd göstərməlidirlər. 4.Fənnin mənimsənilməsi nəticəsində tələbələr orqan və toxumaların tərkibinə daxil olan üzvi maddələrin quruluşunu, funksiyasını və biokimyəvi xüsusiyyətlərini öyrənməklə, bu maddələr barədə də müfəssəl məlumat əldə edirlər, xəstəliklərin diaqnostikasında biokimyəvi göstəricilərin mühüm rola malik
olduğunu mənimsəyir.
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 шаблоны для dle 11.2