» » ÜMUMİ KİMYA Meşə və meşə park təsərrüfatı II kurs SİLLABUS

ÜMUMİ KİMYA Meşə və meşə park təsərrüfatı II kurs SİLLABUS - 21-may, 2020, 11:25

#

                               
                                                      Masallı Dövlət Regional Kolleci
                                                                                                         Təsdiq edirəm:             
                                                         Tədris  işləri  üzrə  direktor  müavini:                   Ağayev Namik
                                                                                                                                 06   fevral  2020-ci il
                                                      
                                                Fənn  sillabusu
İxtisas: Meşə və meşə park təsərrüfatı
Fənn  birləşmə  komissiyası: Ümumtəhsil fənn birləşməsi
                                              
                                            I. Fənnin  haqqında  məlumat:
Fənnin adı: Ümumi Kimya
Kodu: 
Tədris ili: 2019-2020, semestr II
Kurs: II
Tədris  yükü: Cəmi 30 saat ( 15 s mühazirə; 15 s seminar)
Tədris  forması: Əyani 
Tədris  dili: Azərbaycan  dili  
AKTS üzrə  kredit: 2 
                                                
                                                         II. Müəllim  haqqında  məlumat :
Adı, soyadı, elmi dərəcəsi və  elm  adı:  Oruczadə Həsən Telman oğlu
Ünvan: Masallı şəhəri
Məsləhət  günləri və  məsləhət saatı: II gün  1400-1600 
 Qeyd: Semestrin  sonunda deyil, problem yarandığını hiss etdiyiniz an yardım üçün müraciət etməkdən çəkinməyin.                                     
 
 
 
 
 
                                      
                   III. Tövsiyə  olunan  dərslik, dərs  vəsaiti və metodik  vəsaitlər
   İstifadə olunan ədəbiyyat: 
              Əsas
1.Əliyev Ə.B., Həsənov İ.H., Sadıqzadə S.İ., Ümumi və qeyri-üzvi kimya, Bakı, 1987, 587 səh.
2. Qarayev Z.Ş.Bioqeyri üzvi və biofiziki kimya, Bakı, 1988, 425 səh.
  3. Əhmədov E.L. Kompleks birləşmələr kimyası, Bakı, 2001, 211 səh.
  4. Əhmədov E.L. Bioqeyri-üzvi kimya, Bakı, 2010, 166 səh
Əlavə 
1.  Z. Qarayev. Qeyri-üzvi kimya. “Maarif”, nəşr, Bakı. 1983. 2.  İ. U. Letifov   «Кimya».    Бакы,  1993,
                                                             IV. Fənnin təsviri:
         Bu fənnin tədrisində kimyanın əsas anlayışları və qanunları, məhlulların təbiəti haqqında klassik və müasir nəzəriyyələr, atomun quruluşu, atomda elektronların energetik halının kvant ədədləri ilə xarakteristikası, kimyəvi rabitənin təbiəti haqqında klassik və müasir nəzəriyyələr, kimyəvi rabitənin növləri, kovalent rabitənin yaranma mexanizmləri, atom orbitalların hibridləşməsi və hibrid hallara müvafiq gələn həndəsi formalar, kompleks birləşmələr haqqında klassik və müasir nəzəriyyələr, müasir kompleks əmələgəlmə nəzəriyyələri (ECM, KSN, MOM), kompleks birləşmələrin təsnifatı və nomenklaturası, kimyəvi elementlərin təsnifatı və ümumi xarakteristikası, orqanogen və biogen elementlər haqqında məlumatlar geniş şərh edilir.
 Elementlərin və onlar əsasında sintez olunan maddələrin fiziki və kimyəvi xassələri və xarakterik reaksiyaları haqqında ətraflı məlumat verilir.
          Ümumi və qeyri-üzvi kimyanın nəzəri əsasları əsasən mühazirə dərslərində tələbələrin nəzərinə çatdırılır.
                                                V.  Fənnin tədrisi üzrə məqsəd:
               Tələbələrdə kimyanın nəzəri əsasları haqqında biliklər toplusu və təcrübi vərdişlər aşılamaq, həmçinin təməl fənn kimi gələcəkdə tədris olunacaq ixtisas fənlərin  tələbələr tərəfindən daha yaxşı və asan mənimsənilməsinə zəmin yaratmaqdır.
                                          VI.   Davamiyyətə  verilən  tələblər: 
        Dərsdə  davamiyyətə  görə  verilən  maksimum  bal 10 baldır.Balı miqdarı  əsasən tələbə smestr  ərzində fənn  üzrə  bütün dərslərdə iştirak  halda  ona 10 bal verilir. Smestr  ərzində fənnin  tədrisinə ayrılan saatların hər  buraxılan 10%-nə 1 bal çıxılır. Fənn  üzrə semestr ərzində  buraxılmış  auditoriya  saatlarının ümumi  sayı normativ  sənədlərdə müəyyən olunmuş həddən yuxarı (25%-dən çox)  olduğu  halda  tələbə  həmin  fəndən  imtahana  buraxılmır və  onun həmin fənn üzrə akademik borcu qalır və sonradan onun haqqında müvafiq qərar qəbul edilir.
                                                           VII. Qiymətləndirmə
 Tələbənin biliyi 100 ballı sistemlə qiymətləndirilir. Bundan 50 balı tələbə semestr ərzində,50 balı isə imtahanda toplayır. Semestr ərzində toplanan  50 bala aşağıdakılar aiddir:
-10 bal sərbəst işlərin tərtib olunmasına,
-30 bal seminar və laboratoriya dərslərində fəaliyyətinə və kollekviumlara görə,
-10 bal dərslərə davamiyyətə görə.
  İmtahanda qazanılan balların maksimum  miqdarı  50-dir.
  İmtahan biletinə bir qayda olaraq fənni əhatə edən  5 sual daxil  edilir.
                                           Qiymətləndirmə meyarları  aşağıdakılardır:
-10 bal-tələbə keçilmiş materialı dərindən başa düşür,cavabı dəqiq və hərtərəflidir.
-9 bal-tələbə materialı tam başa düşür,cavabı dəqiqdir və mövzunun mətnini tam aça bilir.
-8 bal-tələbə cavabında ümumi xarakterli bəzi qüsurlara yol verir;
-7 bal-tələbə keçilmiş materialı başa düşür, lakin nəzəri cəhətdən bəzi məsələləri əsaslandıra bilmir.
-6 bal- tələbənin cavabı əsasən düzgündür.
-5 bal-tələbənin cavabında çatışmazlıqlar var, mövzunu tam əhatə edə bilmir.
-4 bal- tələbənin cavabı qismən doğrudur, lakin mövzunu izah edərkən bəzi səhvlərə yol verir;
- 3 bal- tələbənin mövzudan xəbəri var, lakin fikrini əsaslandıra bilmir;
- 1-2 bal- tələbənin mövzudan qismən xəbəri var.
-0 bal- suala cavab yoxdur.
    Tələbənin imtahanda topladığı balın miqdarı 17-dən az olmamalıdır. Əks təqdirdə tələbənin
imtahan göstəriciləri semester ərzində tədris fəaliyyəti nəticəsində topladığı bala əlavə olunmur.
               Təhsilalma prosesinə nəzarət və tələbələrin biliyinin yekun qiymətləndirilməsi
Tələbənin biliyinin yekun qiymətləndirilməsi imtahan zamanı 50 bal və imtahana qədər 50 bal toplanan ballar cəmi 100 bala bərabərdir.yekun bal aşağıdakı kimi qiymətləndirilir:
“Əla”                                          -91-100
“Çox yaxşı”                                -81-90
“Yaxşı”                                       -71-80
“ Kafi”                                        -61-70
“Qənaətbəxş”                             -51-60
             F-   “Qeyri-kafi”                               -51 baldan aşağı
Yekun qiymətləndirmədə 51 ba və ondan yuxarı bal toplayan tələbə fənn üzrə müəyyən olunmuş krediti qazanır və müvəffəqiyyət qazanan tələbə,51 baldan aşağı bal toplayan tələbə isə həmin fəndən krediti qazanmır və akademik borcu olan tələbə adlanır.      
 
                                             VIII.  Davranış qaydalarının pozulması: 
       Tələbə Kollecin daxili nizam –intizam qaydalarını pozduqda əsasnamədə nəzərdə tutulan
       qaydada tədbir görüləcəkdir.
 
       
                                                  IX. Tələbənin nizam-intizamına qoyulan tələblər:
Kollecin ictimai asayiş və daxili intizam, davranış qaydalarının tələblərinə riayət etmək;
Təlim məşğələlərinə məsuliyyətli, ciddi yanaşmaq və müntəzəm olaraq  iştirak etmək, müvafiq tədris planlarında nəzərdə tutulmuş bütün növ tapşırıqları müəyyən edilmiş dövrlərdə yerinə yetirmək;
Kollecin ictimai işlərində yaxından iştirak etmək;
Şəxsi gigiyenya qaydalarına əməl etmək;
Kollecin  otaqlarına, tədris-laboratiya avadanlığına, cihazlara, dərs vəsaitlərinə, kitablarına və digər əmlakına qayğı və səliqə ilə yanaşmaq, onların korlanmasına, zədələnməsinə və itməsinə  yol verməmək, otaqların onların təmizliyinə və səliqəsinə riayət etmək.
         
                                                              X.  Dərsin işlənmə forması:
Dərslər müəllimin izahlarından və mövzu ətrafında interaktiv (qarşılıqlı) müzakirələrdən ibarət olacaqdır.
Keçirilən dərslərin tezisləri sonra tələbələrə verilsə də , dərslərdə qeydlər götürmək olduqca vacibdir! Çünki, bu tezislər dərslərdə izah, təhlil və müzakirə edilən məsələləri bütün dolğunluğu ilə əks etdirməyəcəkdir.
Dərslər Azərbaycan dilində keçiləcəkdir. Lakin dərsdə sualları, imtahanda cavabları və nəhayət esseləri Azərbaycan,Rus və ya İngilis dilində ifadə etmək olar.
Dərslərin mövzu ardıcıllığı iş planında göstərildiyi kimidir.
Sərbəst işlərdə azərbaycan, rus və ingilis dilində hazırlanıb təhvil verilə bilər.
       
       
                                                                  XI. Dərsə hazırlaşma forması:
        Dərslərə hazırlaşma forması aşağıdakı kimi tövsiyə olunur:
Hər bir dərsdən qabaq növbəti dərsin mövzusuna uyğun oxumaq, mövzunu dərsə qədər qədər müəyyən dərəcədə öyrənmək, əlavə materialları dəftərə qeyd edib müəllimə göstərmək
Hər bir dərsdə diqqətli olmaq, diskussiyalarda aktiv iştirak etmək və qeydlər götürmək
Hər bir dərsdən sonra keçilmiş dərsdə danışılanları xatırlamaq, onları düşünmək və dərsdə götürülmüş qeydləri tamamlamaq lazımdır.
Dərslərdə ekspromt ( bədahətən, meyxanavari) və assosiativ ( ağla ilk gələn fikirlərlə) aktivlik göstərmək mümkün deyil. Buna görə də , hər bir dərsin mövzusuna qabaqcadan hazırlaşmaq lazımdır. Adi səviyyədə hazırcavablıq aktivlik balı sayılmayacaqdır!
 
 
 
          
     XII.   Təqvim planı:
N           Keçirilən mühazirə mövzularının məzmunu   Saat      


mühazirəseminar
1 Mövzu  1.Kimya fənni və onun vəzifələri, əsas anlayışları və qanunları.
Plan:
1.İlk anlayışlar.
2. Maddələrin tərkibi və quruluşu. Molekullar və atomlar.
3.Kimyəvi element. İzotoplar.
22
2 Mövzu  2. Maddə miqdarı.
Plan:
1.Molyar kütlə
2.Avaqadro qanunu.
3.Qazların molyar həcmi
   
        2
        2
3Mövzu 3. Atomun quruluşu.
Plan:
1. Dövrü qanun
 2. Kimyəvi elementlərin dövri sistemi.
 3.Atom modelləri. Elektron orbitalları
 4. Energetik səviyyələrdə orbitalların elektronlarla dolması
  ardıcıllığı. Atomun elektron formulları
        2       2
4Mövzu  4 .Kimyəvi rabitə.
Plan:
1. Kimyəvi rabitənin növləri.
2. Kovalent rabitənin növləri və yaranma mexanizmləri
3. Atom orbitallarının hibridləşməsi
4. Molekulların fəza quruluşu.
2 
       2
5Mövzu 5. Oksidləşmə-reduksiya reaksiyaları 
Plan:
1.Oksidləşmə-reduksiya reaksiyalarının tipləri.
2. Oksidləşmə-reduksiya reaksiyalarının tərtib üsulları.
2       2
     6Mövzu 6 .Üzvi birləşmələr. 
Plan: 1.Üzvi birləşmələrin təsnifatı.
2. İzomerlik.
3. Homoloji sıra
2      2
    7Mövzu 7. Karbohidrogenlər
 Plan:
1. Doymamış karbohidrogenlər.
 2. Alkanlar.
         2       2
8Mövzu 8 . Doymuş karbohidrogenlər.
 Plan:
1.Alkenlər
 2.Alkadienlər
3.Alkinlər
         1        1
 Cəmi: 30 saat15       15
    
 
     
 
      
 
                                       
 
        XIII.  Kollokvium sualları.
 Kollokvium 1
 1.Maddələr
2.Maddələrin xassələri
3.Maddələrin ayrılma üsulları.
4.Maddə miqdarı.
5.Molyar kütlə.
6.Avaqadro qanunu.Qazların molyar həcmi
7..Dövri qanun.
8..Kimyəvi elementlərin dövri sistemi.
 9..Dövri qanun. Kimyəvi elementlərin dövri sistemi
10.Kimyəvi elementlərin bəzi xassələri və bu xassələrin dövriliyi
11.Atomun həyəcanlanmış halı
12.Kimyəvi rabitə
Kollokvium 2
1.Kovalent rabitənin növləri.
 2.Molekulların fəza quruluşu.Hibridləşmə
3.İon rabitəsi
4.Metal və hidrogen rabitəsi
5.Oksidləşmə-reduksiya reaksiyalarının tipləri
6.Üzvi birləşmələrin təsnifatı
7.İzomerlik və homoloji sıra
8.Alkanları təsnifatı
9.Doymamış karbohidrogenlər
10.Alkenlər
11.Alkadienlər.
12.Alkinlər
                                  XIV.   Fənn üzrə sərbəst işlər
          Tələbə semestr ərzində 2 sərbəst iş yerinə yetirməlidir. Yerinə yetirilmiş hər bir iş 5 balla qiymətləndirilir. Sərbəst iş müəyyən edilmiş vaxtda yerinə yetirilmədiyi təqdirdə qəbul edilmir və həmin işə görə tələbəyə bal verilmir.
            Sərbəst işin mözuları və nəticələri jurnalda qeyd edilir.
         Sərbəst işlərin mövzuları:
1. Materiya. Maddə və sahə haqqında anlayış.
 2. Kimya nədir, yaranması və inkişafı
 3. Kimya Azərbaycanda.
4. Kimyanın əsas anlayışları: kimyəvi element, atom, molekul, nisbi atom və molekul kütlələri, mol, molyar kütlə
5. Avoqadro qanunu
 6.  Аtom haqqında ilkin təsəvvürlər
7. Аtom quruluşu.
8. Atomun quruluşunun mürəkkəbliyini təsdiq edən təcrübələr
9. Hidrogen atomunun stasionar orbitlərinin radiusunun və enerjisinin hesablanması
10. Atomda elektronların orbitallarda paylanma ardıcıllığını müəyyən edən qanunlar.
11. Elektronların energetik hallarının kvant ədədləri ilə xarakteristikası..
12. Mozli qanunu.
13.Kimyəvi rabitənin təbiəti haqqında klassik və müasir nəzəriyyələr
14. Kovalent rabitənin növləri və onların əmələ gəlmə mexanizmləri
15. Kovalent rabitənin xarakterik xassələri; rabitənin uzunluğu, rabitənin enerjisi, doymuşluq, rabitənin istiqamətliliyi.
 16. Hibridləşmə və növləri.
 17. Kristal qəfəsin tipləri: atom, molekul, ion, metal.
18. Maddənin kristal və amorf halı. Polimorf və izomorf maddələr
19.  Atom orbitalların hibridləşməsi və hibrid hallara müvafiq gələn həndəsi formalar.
20. Oksidləşmə-reduksiya reaksiyaları və onların təsnifatı.
21. Oksidləşmə-reduksiya reaksiyalarının tərtib üsulları və onların getmə istiqamətinə mühitin təsiri.
 22. Üzvi kimyanın predmeti, məqsəd və vəzifələri. Başqa elmlərlə əlaqəsi.
 23. Doymuş k/h-n homoloji sırası və adlanması.
24. Doymuş k/h-n fiziki və kimyəvi xassələri.
 25.Doymuş karbohidrogenlərin mühüm birləşmələri və onların aqrar sahədə tətbiqi.
26.Alkenlər, homoloji sırası, adlanması  və radikalları.
27.Alkadienlər və Alkinlərin tətbiqi.
       
   Qeyd: Sərbəst işlər yazılı formada , Word faylı formasında, həcmi 4-5 səhifə (şrift 12) olmalıdır. Hər sərbəst iş tələbənin fərdi fikirlərinin məcmusu olduğuna görə plagiat yol verilməzdir
                                                   
                                        XV. İmtahan sualları: 
1.Bəsit və mürəkkəb maddələr
2.Maddələrin ayrılma üsulları
3.Maddə miqdarı.Mol
4.Atom nüvəsinin tərkibi
5.NO3-  proton,neytron və elektronlarının sayını tapın.  7N  , 8O
6.Dövri qanun
7.Kimyəvi elementlərin bəzi xassələri və bu xassələrin dövriliyi
8.İzotop,izoton,izobar nədir
9.Kimyəvi rabitənin novləri
10..X(OH)2 –nin molekul kütləsi 74-dür. X- elementinin nisbi atom kütləsini tapın
 Ar(O)=16 , Ar(H)=1
11.Kovalent rabitə
12.σ  və  π rabitələr
13.Donor-akseptor mexanizmi
14.CO və CO2   σ və π rabitələrin sayını tapın.
15.Hibridləşmə
16.Oksidləşmə-reduksiya reaksiyalarının tipləri
17.P+KClO3 - - - ->KCl+P2O5  reaksiya tənliyində oksidləşdirici və reduksiyaedicinin əmsalları cəmini müəyyən edin
18.Üzvi maddələrin təsnifatı
19.İzomerlik
20.Doymamış karbohidrogenlər
21.Alkanların homoloji sırası və fiziki xassələri
22.Alkanların izomerliyi
23.Alkanların kimyəvi xassələri
24.Alkanların alınması
25.Alkenlərin homoloji sırası və fiziki xassələri
26.Alkenlərin alınması
27.Alkenlərin kimyəvi xassələri
28.Na2SO və  K3PO4 ion,ümumi rabitə və kovalent rabitələrin sayını tapin.
29.Alkadienlərin homoloji sırası
30.Alkadienlərin izomerliyi
31.Alkadienlərin fiziki xassələri
32.Alkadienlərin kimyəvi xassələri
33.Kauçukun alınması.
34.Alkinlərin izomerliyi
35..Alkinlərin alınması
36..Alkinlərin kimyəvi xassələri
37.CH2=CH-CH2-C=CH hibrid və qeyri-hibrid orbitalların sayını tapın.
38.Doymamış karbohidrogenlərin tətbiqi.
 
       
                                              XVI. Fənn üzrə tələblər, tapşırıqlar:
 1.Tələbələr hər gün həm mühazirəyə həm seminara hazır gəlməli,
 2.Dərslərdə fəal iştirak etməli,
 3.Seminarda müstəqil həll etmək üçün verilən məsələləri həll etməli,həll etməyə cəhd göstərməlidirlər. 4.Tələbələr fənnin tədrisinin sonunda kimyəvi nəzəriyyələr,qanunlar və qanunauyğunluqlar haqqında biliklərə malik olmalı,
 5.Kimya qanunlarını məsələ həllinə tətbiq etməyi bacarmalıdırlar.
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 шаблоны для dle 11.2