» » Ətraf aləm və təbiətlə tanışlıq metodikası SİLLABUS II K Məktəbəqədər təlim və tərbiyə

Ətraf aləm və təbiətlə tanışlıq metodikası SİLLABUS II K - 21-may, 2020, 12:01

#

                                 
                                                      Masallı Dövlət Regional Kolleci
                                                                                                          Təsdiq edirəm:  
                
                                                                   Tədris  işləri  üzrə  direktor  müavini:                   Ağayev Namik


                                                                                                                                  “06” fevral  2020-ci il
                                                       
                                                 Fənn  sillabusu
 İxtisas: Məktəbəqədər təlim və tərbiyə
 Fənn  birləşmə  komissiyası: Ümumtəhsil fənn birləşməsi
                                               
                                             I. Fənnin  haqqında  məlumat:
 Fənnin adı: Ətraf aləm və təbiətlə tanışlıq metodikası
 Kodu: İPF-BO12
 Tədris ili: 2019-2020, semestr II
 Kurs: II
 Tədris  yükü: Cəmi 60 saat ( 30 s mühazirə; 30 s seminar)
 Tədris  forması: Əyani 
 Tədris  dili: Azərbaycan  dili  
 AKTS üzrə  kredit: 4 
                                                 
                                                          II. Müəllim  haqqında  məlumat :
 Adı, soyadı, elmi dərəcəsi və  elm  adı:  Cəfərov Soltanağa Məmmədəli oğlu 
 Ünvan: Masallı şəhəri 
 Məsləhət  günləri və  məsləhət saatı: III  gün  1400-1700 
  Qeyd: Semestrin  sonunda deyil, problem yarandığını hiss etdiyiniz an yardım üçün müraciət etməkdən çəkinməyin.                                     
  
  
  
  
  
                                       
                    III. Tövsiyə  olunan  dərslik, dərs  vəsaiti və metodik  vəsaitlər
    Əsas
          1.H.M.Hacıyeva,Ə.M.Məhərrəmov «Ətraf aləmlə tanışlıq»
          2.H.M.Hacıyeva «Həyat bilgisinin əsasları»
          3. Ətraf aləm və təbiətlə tanışlıq fənninin tədrisi metodikası. Bakı Sənaye Pedoqoji Kolleci 2015
          4. Ü.S.Kərimov “Təlim metodları – Bakı 2007.”
           5. Vaqif İsmayılov, Novruz Zeynalov, Təranə Tağıyeva, Ülviyyə Quliyeva “Həyat bilgisi” ali məktəb bakalavrları üçün.
           6. Ekologiyaətrafmühitvəinsan. Bakı- 2006 Q.Məhərrəmov, M.Xəlilov.
          7. İnternetresursları.                                                          
                                                 
                                                 IV. Fənnin təsviri:
             Orta ixtisas təhsili məktəblərinin “Məkəbəqədər təlim və tərbiyə” ixtisasında tədris olunan “Ətraf aləm və təbiətlə tanışlığın tədrisi metodikası” fənninin tədrisində başlıca məqsəd tələbələrin dövrün tələblərini əks etdirən bağça müəllimi kimi yetişdirilməsinə imkan yaratmaq ,tərbiyəçi-müəllimlərə lazım olan bilik və bacarıqları aşılamaq,təlimin təşkili formalarını tədrisdə ustalıqla həyata keçirmək yollarını öyrətməkdir.Bunun üçün tələbələrə bir sıra metodiki məsələlər aydınlaşdırılır, gələcəkdə öz işlərində tətbiq etmələrinə kömək göstərilir. Tələbəyə tədris prosesində əldə etdikləri bilikləri pedaqoji təcrübə zamanı həyata keçirmək nəzəri məsələləri praktikaya tətbiq etmək yolları öyrədilir. Eyni zamanda məktəbəqədər qruplarda “Ətraf aləm “in tədrisinin metod, forma və yolları geniş şəkildə izah edilir,onlara dair nümunələr verilir.Orta ixtisas təhsilinin tədris planına əsasən tədris edilən “Ətraf aləm və təbiətlə tanışlığın tədrisi metodikası “fənni uşaq bağçalarında işləyəcək tərbiyəçilərin peşəkar hazırlığını ,ətraf aləm və təbiətlə tanışlığın mahiyyəti müəyyənləşdirilir.
                                          V.  Fənnin tədrisi üzrə məqsəd:
   -Ətraf aləm və təbiətlə tanışlıq metodikası kursunun məqsəd və vəzifələrini izah edir ;
   -canlı və cansız təbiət haqqında məlumat verir;
   -təbiətin uşaqların həyatında rolunu izah edir;
   -təbiətin qorunması yolları haqqında məlumat verir;
   -Vətənimizin təbiəti haqqında məlumat verir;
   -uşaqların ekoloji tərbiyəsinin əhəmiyyətinin izah edir
                                         
                                        VI.   Davamiyyətə  verilən  tələblər: 
         Dərsdə  davamiyyətə  görə  verilən  maksimum  bal 10 baldır.Balı miqdarı  əsasən tələbə smestr  ərzində fənn  üzrə  bütün dərslərdə iştirak  halda  ona 10 bal verilir. Smestr  ərzində fənnin  tədrisinə ayrılan saatların hər  buraxılan 10%-nə 1 bal çıxılır. Fənn  üzrə semestr ərzində  buraxılmış  auditoriya  saatlarının ümumi  sayı normativ  sənədlərdə müəyyən olunmuş həddən yuxarı (25%-dən çox)  olduğu  halda  tələbə  həmin  fəndən  imtahana  buraxılmır və  onun həmin fənn üzrə akademik borcu qalır və sonradan onun haqqında müvafiq qərar qəbul edilir.
                                                            VII. Qiymətləndirmə
  Tələbənin biliyi 100 ballı sistemlə qiymətləndirilir. Bundan 50 balı tələbə semestr ərzində,50 balı isə imtahanda toplayır. Semestr ərzində toplanan  50 bala aşağıdakılar aiddir:
 -10 bal sərbəst işlərin tərtib olunmasına,
 -30 bal seminar və laboratoriya dərslərində fəaliyyətinə və kollekviumlara görə,
 -10 bal dərslərə davamiyyətə görə.
   İmtahanda qazanılan balların maksimum  miqdarı  50-dir.
   İmtahan biletinə bir qayda olaraq fənni əhatə edən  5 sual daxil  edilir.
                                           
               
                                   Qiymətləndirmə meyarları  aşağıdakılardır:
 -10 bal-tələbə keçilmiş materialı dərindən başa düşür,cavabı dəqiq və hərtərəflidir.
 -9 bal-tələbə materialı tam başa düşür,cavabı dəqiqdir və mövzunun mətnini tam aça bilir.
 -8 bal-tələbə cavabında ümumi xarakterli bəzi qüsurlara yol verir;
-7 bal-tələbə keçilmiş materialı başa düşür, lakin nəzəri cəhətdən bəzi məsələləri əsaslandıra bilmir.
-6 bal- tələbənin cavabı əsasən düzgündür.
-5 bal-tələbənin cavabında çatışmazlıqlar var, mövzunu tam əhatə edə bilmir.
-4 bal- tələbənin cavabı qismən doğrudur, lakin mövzunu izah edərkən bəzi səhvlərə yol verir;
- 3 bal- tələbənin mövzudan xəbəri var, lakin fikrini əsaslandıra bilmir;
- 1-2 bal- tələbənin mövzudan qismən xəbəri var.
 -0 bal- suala cavab yoxdur.
    Tələbənin imtahanda topladığı balın miqdarı 17-dən az olmamalıdır. Əks təqdirdə tələbənin
imtahan göstəriciləri semester ərzində tədris fəaliyyəti nəticəsində topladığı bala əlavə olunmur.
                 Təhsilalma prosesinə nəzarət və tələbələrin biliyinin yekun qiymətləndirilməsi
 
Tələbənin biliyinin yekun qiymətləndirilməsi imtahan zamanı 50 bal və imtahana qədər 50 bal toplanan ballar cəmi 100 bala bərabərdir.yekun bal aşağıdakı kimi qiymətləndirilir:“Əla”                                          -91-100“Çox yaxşı”                                -81-90“Yaxşı”                                       -71-80“ Kafi”                                        -61-70“Qənaətbəxş”                             -51-60              F-   “Qeyri-kafi”                               -51 baldan aşağı
 
Yekun qiymətləndirmədə 51 ba və ondan yuxarı bal toplayan tələbə fənn üzrə müəyyən olunmuş krediti qazanır və müvəffəqiyyət qazanan tələbə,51 baldan aşağı bal toplayan tələbə isə həmin fəndən krediti qazanmır və akademik borcu olan tələbə adlanır.        
                                              VIII.  Davranış qaydalarının pozulması: 
       Tələbə Kollecin daxili nizam –intizam qaydalarını pozduqda əsasnamədə nəzərdə tutulan
       qaydada tədbir görüləcəkdir.
  
        
                                                   IX. Tələbənin nizam-intizamına qoyulan tələblər:
 
Kollecin ictimai asayiş və daxili intizam, davranış qaydalarının tələblərinə riayət etmək;Təlim məşğələlərinə məsuliyyətli, ciddi yanaşmaq və müntəzəm olaraq  iştirak etmək, müvafiq tədris planlarında nəzərdə tutulmuş bütün növ tapşırıqları müəyyən edilmiş dövrlərdə yerinə yetirmək;Kollecin ictimai işlərində yaxından iştirak etmək;Şəxsi gigiyenya qaydalarına əməl etmək;Kollecin  otaqlarına, tədris-laboratiya avadanlığına, cihazlara, dərs vəsaitlərinə, kitablarına və digər əmlakına qayğı və səliqə ilə yanaşmaq, onların korlanmasına, zədələnməsinə və itməsinə  yol verməmək, otaqların onların təmizliyinə və səliqəsinə riayət etmək.         
                                                               X.  Dərsin işlənmə forması:
 
Dərslər müəllimin izahlarından və mövzu ətrafında interaktiv (qarşılıqlı) müzakirələrdən ibarət olacaqdır.Keçirilən dərslərin tezisləri sonra tələbələrə verilsə də , dərslərdə qeydlər götürmək olduqca vacibdir! Çünki, bu tezislər dərslərdə izah, təhlil və müzakirə edilən məsələləri bütün dolğunluğu ilə əks etdirməyəcəkdir.Dərslər Azərbaycan dilində keçiləcəkdir. Lakin dərsdə sualları, imtahanda cavabları və nəhayət esseləri Azərbaycan,Rus və ya İngilis dilində ifadə etmək olar.Dərslərin mövzu ardıcıllığı iş planında göstərildiyi kimidir.Sərbəst işlərdə azərbaycan, rus və ingilis dilində hazırlanıb təhvil verilə bilər.       
         
                                                                 
                                                       
                               
                                               XI. Dərsə hazırlaşma forması:
         Dərslərə hazırlaşma forması aşağıdakı kimi tövsiyə olunur:
 
Hər bir dərsdən qabaq növbəti dərsin mövzusuna uyğun oxumaq, mövzunu dərsə qədər qədər müəyyən dərəcədə öyrənmək, əlavə materialları dəftərə qeyd edib müəllimə göstərməkHər bir dərsdə diqqətli olmaq, diskussiyalarda aktiv iştirak etmək və qeydlər götürməkHər bir dərsdən sonra keçilmiş dərsdə danışılanları xatırlamaq, onları düşünmək və dərsdə götürülmüş qeydləri tamamlamaq lazımdır.Dərslərdə ekspromt ( bədahətən, meyxanavari) və assosiativ ( ağla ilk gələn fikirlərlə) aktivlik göstərmək mümkün deyil. Buna görə də , hər bir dərsin mövzusuna qabaqcadan hazırlaşmaq lazımdır. Adi səviyyədə hazırcavablıq aktivlik balı sayılmayacaqdır!  
  
  
           
      XII.   Təqvim planı:
 
N0Keçirilən mühazirə  və seminar mövzularının           məzmunu   Saat      


mühazirəseminar1Mövzu №1 Kiçik və orta qrupda təbiətlə tanışlığın metodikası 
Plan:
1.Kiçik Qrupda təbiətlə tanışlıq
 2.Orta qruplarda təbiətlə tanış edilməsi üzrə işin metodikası222Mövzu №2 Böyük və məktəbəhazırlıq qruplarında təbiətlə tanışlığın metodikası 
Plan:
 1.Böyük qrup uşaqlarının təbiətlə tanışlığı metodikası
 2.Məktəbəhazırlıq qrup uşaqlarıntəbiətlə tanış edilməsi və metodikası   
        2        23Mövzu №3.Uşaq bağçasında tərbiyəçinin iş planının hazırlanması 
Plan:
1.Planlaşdırma
2.Planlaşdırmanın növləri        2       24Mövzu №4 Diyarşünaslıq guşəsinin təşkili 
Plan:
 1Diyarşünaslıq
2.Diyarşünaslıq materiallarından istifadə2 
       25Mövzu №5 Təbiətlə tanışlığın şərtləri.Təbiət guşəsinin təşkili 
Plan:
1.Təbiətlə tanışlığın şərtləri
 2.Təbiət guşəsin təşkili2       2     6Mövzu №6.Təbiət guşəsinin sakinləri.Otaq bitkiləri 
Plan:
1.Təbiət guşəsinin sakinləri.
2.Təbiət guşəsində saxlanılan otaq bitkiləri
 3.Otaq bitkilərinin ziyanvericilərdən qorunması
 4.Otaq bitkilərinin əkilməsi və köçürülməsi.2      2    7Mövzu №7 Onurğasızlar və balıqlar
 Plan
 1.Onurğasız heyvanların saxlanılması
2.Təbiət guşəsində balıqların saxlanılması         2       28Mövzu №8.Suda quruda yaşayalar və sürünənlər
 Plan:
1.Suda-quruda yaşayanlar
 2.Suda-quruda yaşayanların həyatı         2        29Mövzu №9 Quşlar.Xırda məməli heyvanlar. 
Plan:
1.Təbiət guşəsində saxlanılan quşlar
2.Quş qəfəsinin quruluşu və təmizlənmə qaydası
 3.Quşların xəstəlikləri və onlarla mübarizə üsulları
4.Təbiət guşəsində saxlanılan xırda məməlilər2      210Mövzu №10 Torpaq sahəsinin təlim-tərbiyəvi əhəmiyyəti.Çiçəklik
Plan:
1.Torpaq sahəsinin təlim- tərbiyəvi əhəmiyyəti
2.Çiçəkliyin salınması.2      211Mövzu №11 Bostan və bağın salınmasının təlimtərbiyyəvi əhəmiyyəti. Plan:
1.Bostan sahəsinin planlaşdırılması qaydaları
2.Həyətyanı sahədə əkilən bostan bitkiləri.
3.Bağ sahəsinin salınması qaydaları2     212 Mövzu №12.Ev və vəhşi heyvanlar,uşlar haqqında ümumi məlumat .Kiçik qurup uşaqlarının heyvanlarla tanış edilməsi metodikası 
Plan:
1.Kiçik qrup uşaqlarının heyvanlarla tanış edilməsi.
 2.Ev heyvanları
3.Vəhşi heyvanlar.2       
   213Mövzu №13. Orta qrup uşaqlarının heyvanlarla tanış edilməsi.
 Plan:
 1.Uşaqların heyvanlarla tanışlığı
2.Ev heyvanlarının xüsusiyyətləri.2   214Mövzu №14 Böyük qrup uşaqlarının heyvanlarla tanış edilməsi metodikası 
Plan:
1.Ev heyvanlarının xarakterik xüsusiyyətləri
2.Müsahibədən sonra uşaqların biliklərinin möhkəmləndirilməsi2   215Mövzu №15 Məktəbəhazırlıq qrup uşaqlarının heyvanlarla tanış edilməsi metodikası.
Plan: 1.Məktəbəhazırlıq qrup uşaqlarının ev və vəhşi heyvanları necə ayırmalı
2.Təsərrüfat heyvanları ilə tanışlıq
3.Didaktik oyunların keçirilməsi.2   2
Cəmi: 60 saat30s30s     
  
      
  
       
  
                                         XIII.  Kollokvium sualları.
  Kollokvium 1
   1.Kiçik qrup uşaqlarının Qışda və yazda və yayda təbiətlə tanışlıqı metodikası
  2. Orta qrup uşaqlarının qışda və payızda təbiətlə tanışlıqı metodikası
  3. Orta qrup uşaqlarının yazda və payızda təbiətlə tanışlıqı metodikası
 4.Böyük qrup uşaqlarının təbiətlə tanışlığı metodikası
 5.Məktəbəhazırlıq qrup uşaqlarının təbiətlə tanış edilməsi üzrə işin metodikası 6.Planlaşdırma.Planlaşdırmanın növləri
 7.Diyarşünaslıq.Diyarşünaslıq materiallarından istifadə
  8.Təbiətlə tanışlığın şərtləri .Kiçik qruplarda təbiət guşəsinin təşkili
 9.Təbiət guşəsinin təşkili .Orta və böyük qruplarda təbiət guşəsinin təşkili
 10.Təbiət guşəsinin sakiləri.Otaq bitkiləri.
  11.Omurğasızlar
  12.Suda –quruda yaşayanlar.
  Kollokvium 2
  1.Təbiət guşəsində saxlanılan quşlar
  2.Quş qəfəsinin quruluşu
 3.Təbiət guşəsində saxlanılan xırda məməlilər
 4.Quşların xəstəlikləri və onunla mübarizə üsulları
 5.Bitkilərin çoxaldılamsı üsulları
 6.Həyətyanı sahədə meyvə ağacları və kolların yerləşdirilməsi
  7.Meyvə və giləmeyvə kollarının əkilməsi və ziyanvericilərdən qorunması
  8.Torpaq sahəsinin təlim-tərbiyyəvi əhəmiyyəti və həyətyanı sahsinin təşkili
 9.Çiçəkliyin salınması
 10.Bostan sahəsinin planlaşdırılma qaydaları.Bostan bitkiləri
 11.Bağ sahəsinin salınması qaydaları.
 12.Ev heyvanları.Kiçik qrup uşaqlarının heyvanlarla tanış edilməsi metodikası.
                                    XIV.   Fənn üzrə sərbəst işlər
           Tələbə semestr ərzində 2 sərbəst iş yerinə yetirməlidir. Yerinə yetirilmiş hər bir iş 5 balla qiymətləndirilir. Sərbəst iş müəyyən edilmiş vaxtda yerinə yetirilmədiyi təqdirdə qəbul edilmir və həmin işə görə tələbəyə bal verilmir.
             Sərbəst işin mövzuları və nəticələri jurnalda qeyd edilir.
           Sərbəst işin mövzuları: 
 1.Məktəbəhazırlıq qruplarında təbiətlə tanışlığın metodikası
 2.Bağçada ətraf aləmlə tanışlıq məşğələsi
  3.Bağçada uşaqların ekoloji tərbiyəsi
  4.Uşaqlara təbiəti necə sevdirməli
 5.Məktəbəqədər yaşlı uşaqların vətənpərvərlik hissinin formalaşması
  6.İnsanın təbiətə vurduğu ziyan
 7.Uşağın inkişafında oyunların rolu
  8.Məşğələnin təşkili üçün forma və metodlar
 9.Fəal təlim üsulları
 10.Ətraf aləmlə bələdləşmənin genişləndirilməsi və nitqin inkişafı
 11.Ətraf aləmlə tanışlıq (təbiət və ictimai həyat hadisələri ilə tanışlıq)
 12.Ətraf aləmlə tanışlıq və həyat hadisələrinə marağın tərbiyə edilməsi
 13.Təlim prosesi və onun təşkili pirinsipləri
 14.İnkişafetdirici təlimmühitinin yaradilması.
 15.İnkişafetdirici təlim mühitinin təşkilində tərbiyəçinin rolu.
 16.Canlıların müxtəlifliyi
  17.Mikrorqanizimlərin təbiətdə rolu
 18.Göbələklər aləmi və təsərüfatda əhəmiyyəti
  19.Bitkilər aləmi
  20.Heyvanlar aləmi
 21.Heyvanların mühavizəsi
  22.Quşlar və məməli heyvanların faydası
  23.Uşaqların bostan və bağda işləməsinin təşkili
  24.Otaq bitkilərinə qulluqetmə qaydaları və fəsillər üzrə yerləşdirilməsi
  25.Uşaq bağçasında heyvanlarla tanışlıq üzrə işin təşkili
 26.Müxtəlif qruplarda təbiət guşəsinin təşkili
  27.Bostan və tərəvəz bitkiləri
  28.Onurğalılar və balıqlara qulluq etmə qaydaları.
  
    Qeyd: Sərbəst işlər yazılı formada , Word faylı formasında, həcmi 4-5 səhifə (şrift 12) olmalıdır. Hər sərbəst iş tələbənin fərdi fikirlərinin məcmusu olduğuna görə plagiat yol verilməzdir
                                                    
                                         XV. İmtahan sualları: 
 1.Kiçik qrupda uşaqların yayda və yazda təbiətlə tanışlıq
 2.Kiçik qrup uçaqlarının yayda-yazda təbiətlə tanışlıq
 3.Orta qrupuşaqları təbiətlə tanış edilməsi və metodikası
 4.Böyük qrup uşaqların payızda –qışda təbiətlə tanış edilməsi.
  5.Böyük qrup uşaqlarının təbiətlə tanışlığı metodikası
  6.Məktəbəhazırlıq qurup uşaqlarının payız qışda təbiətlə tanış edilməsi
 7.Məktəbəhazırlıq qrup uşaqlarının yazda yayda təbiətlə tanışlıq
 8.Məktəbəhazırlıq qrup uşaqlarının təbiətlə tanış edilməsi və metodikası
 9.Planlaşdırmanın əsas mənbəyi
  10.Planlaşdırmanın növləri
 11.Kiçik və orta qruplarda təbiət guşəsinin təşkili.
 12.Böyük və məktəbəhazırlıq qruplarda təbiət guşəsinin təşkili
 13.Diyarşünaslıq .Diyarşünaslıq materiallarından istifadə
  14.Təbiətlə tanışlığın şərtləri
 15.Təbiət guşəsinin təşkili və obyektlərin seşilməsi
 16.Təbiət guşəsinin təşkili
 17.Təbiət guşəsində saxlanılan otaq bitkiləri
 18.Böyük və məktəbəhazırlıq qrup uşaqlarının otaq bitkilərinə qulluqetmə qaydaları
  19.Kiçik və orta qrupda uşaqların otaq bitkilərinə qulluqetmə qaydaları
 20.Məktəbəhazırlıq qrup uşaqlarının otaq bitkilərinə qulluqetmə qaydaları
 21.Otaq bitkilərinin və ziyanvericilərdən qorunması
 22.Onurğasızlar.Qarışqa. Arı
 23.Balıqların xarici quruluşu və həyat tərzi.
 24.Onurğsızların yaşayış tərzi
 25.Suda-quruda yaşayanlar
 26.Suda-quruda yaşayanların həyat tərzi
 27.Təbiət guşəsində saxlanılan quşlar
 28.Quş qəfəsinin quruluşu və təmizlənməsi qaydası
  29.Quşların xəstəlikləri və onunla mübarizə üsulları
 30.Təbiət guşəsində saxlanılan xırda məməlilər
 31.Torpaq sahəsinin təlim –tərbiyəvi əhəmiyyəti və həyətyanı sahənin təşkili
 32.Çiçəkliyin salınması
 33.Çoxillik bitkilər.Çiçəkliyin salınması
 34.Bostan sahəsinin planlaşdırılması qaydaları
 35.Həyətyanı sahədə əkilən bostan bitkiləri
  36.Həyətyanı sahədə meyvə ağacları və kolların yerləşdirilməsi
  37.Bostan sahəsinin salınması qaydaları
 38.Meyvə və giləmeyvə kollarının əkilməsi
 39.Bağa qulluq qaydaları və meyvələrin ziyanvericilərdən qorunması
  40.Bitkilərin çoxalması üsulları
 41.Kökümeyvəli ot bitkiləri
 42.Kiçik qrup uşaqlarının heyvanlarla tanışedilməsi metodikası
 43.Ev heyvanlarının həyat tərzi.
 44.Təkdırnaqlılar və cütdırnaqlılar dəstəsinə aid olan heyvanlar.
  45.Qazkimilər dəstəsinə aid quşlar.
 46.Vəhşi heyvanlar.
 47. Orta qrup uşaqların heyvanlarla tanışlığı
  48. Böyük qrup uşaqların heyvanlarla tanışlığı
  49. Məktəbəhazırlıq qrup uşaqların heyvanlarla tanışlığı
  50 Ev heyvanları
  51. Həyətyanı sahədə əkilən bostan bitkiləri        
                                               XVI. Fənn üzrə tələblər, tapşırıqlar:
    Fənnin tədrisinin sonunda tələbələr
   Ətraf aləmlə tanışlıq və təbiətin tədrisi metodikası kursundan müəyyən biliklərə malik olmalı, o cümlədən fənn haqqında fikirlərini əsaslandırmağı bacarmalıdırlar və təbiətin tədrisi fənninin tədrisi zamanı tələbələrə ətraf aləmlə tanışlıq müxtəlif bölmələrinin və praktik tətbiqini öyrədilməsi fənn üzrə qoyulan əsas tələblərdən biridir. Ətraf aləmlə tanışlıq və təbiətin tədrisi metodikası fənninin tədrisi zamanı qoyulan tələblər aşağıdakı kimidir:
  -Mühazirə mətninin hazırlanması,
  -test tapşırıqları,
  -referat işləri,
 -imtahan sualları,
  -fərdi tapşırıqlar,
 -tətbiqi məsələləri.
  Öyrənən tanış olur:
 - “Ətraf aləmlə tanışlıq və təbiətin tədrisi metodikası” fənninin inkişafının aktual istiqamət və problemləri
 - “Ətraf aləmlə tanışlıq və təbiətin tədrisi metodikası” fənninin öyrənilməsinin yeri, rolu və mövqeyi
  - “Ətraf aləmlə tanışlıq və təbiətin tədrisi metodikası” fənninin digər elmlərlə qarşılıqlı əlaqəsi
   
  
  
  
  
  
  
  
  
  
  
  
  
  
  
  
  
шаблоны для dle 11.2