Fizika SİLLABUS II K. Meşə və meşə park təsərrüfatı - 21-may, 2020, 12:04
Masallı Dövlət Regional Kolleci
Təsdiq edirəm:
Tədris işləri üzrə direktor müavini: Ağayev Namik
“06” fevral 2020-ci il
Fənn sillabusu
İxtisas: Meşə və meşə park təsərrüfatı
Fənn birləşmə komissiyası: Ümumtəhsil fənn birləşməsi
I. Fənnin haqqında məlumat:
Fənnin adı: Fizika
Kodu: İPF-BO2
Tədris ili: 2019-2020, semestr II
Kurs: II
Tədris yükü: Cəmi 30 saat ( 15 s mühazirə; 15 s seminar)
Tədris forması: Əyani
Tədris dili: Azərbaycan dili
AKTS üzrə kredit: 2
II. Müəllim haqqında məlumat :
Adı, soyadı, elmi dərəcəsi və elm adı: Talıbov Əlinaz Əli oğlu
Ünvan: Masallı şəhəri
Məsləhət günləri və məsləhət saatı: II gün 1400-1600
Qeyd: Semestrin sonunda deyil, problem yarandığını hiss etdiyiniz an yardım üçün müraciət etməkdən çəkinməyin.
III. Tövsiyə olunan dərslik, dərs vəsaiti və metodik vəsaitlər
İstifadə olunan ədəbiyyat:
Əsas
1.N.M.Mehtiyev. Ümumi fizika kursu.Bakı,Çaşıoğlu,2010 2. Abdinov C.Ş.,Axundova N.M,Cəfərova S,Z, Fizika . Bakı.2007. 3. B.D,Əliyev,Q.T.Həsənov Ümumi fizika kursu . Bakı,Çaşıoğlu 2005. 4. T.Ə. Feyzullayev “ Tibbi biliklərin əsasları” Bakı 2001 5. N.M.Qocayev.Ümumi fizika kursu.Mexanika.Molekulyar fizika. Bakı 1998 6. Y.Ş.Feyziyev,R.M.Rzayev.Ümumi fizika kursu.Bakı 2001
Əlavə
1.M.M.Bəşirov Ümumi fizika kursu üzrə məsələ həlli 2.M.M.Bəşirov Mexanika və molekulyar fizika.2016.
IV. Fənnin təsviri:
Zaman və məkan haqqında müasir təsəvvürlər,təbiət hadisələrinin vəhdəti və qanunauyğunluqları,materiyanın formaları və onların xassələri,onların öyrənilmə metodlarıaddə quruluşu haqqında təsəvvürlər
V. Fənnin tədrisi üzrə məqsəd:
Tələbələrə fizikanın əsas prinsip və qanunları,onların riyazi ifadələri haqqında məlumat vermək,əsas fiziki hadisələr,onların müşahidə və tədqiqat metodları ilə tanış etmək,fiziki ideyaları düzgün ifadə etməyi,fiziki məsələləri həll etməyi öyrətmək,tələbələrə fiziki model və nəzəriyyələrin tətbiq hüdudları haqqında aydın təsəvvür vermək.
VI. Davamiyyətə verilən tələblər:
Dərsdə davamiyyətə görə verilən maksimum bal 10 baldır.Balı miqdarı əsasən tələbə smestr ərzində fənn üzrə bütün dərslərdə iştirak halda ona 10 bal verilir. Smestr ərzində fənnin tədrisinə ayrılan saatların hər buraxılan 10%-nə 1 bal çıxılır. Fənn üzrə semestr ərzində buraxılmış auditoriya saatlarının ümumi sayı normativ sənədlərdə müəyyən olunmuş həddən yuxarı (25%-dən çox) olduğu halda tələbə həmin fəndən imtahana buraxılmır və onun həmin fənn üzrə akademik borcu qalır və sonradan onun haqqında müvafiq qərar qəbul edilir.
VII. Qiymətləndirmə
Tələbənin biliyi 100 ballı sistemlə qiymətləndirilir. Bundan 50 balı tələbə semestr ərzində,50 balı isə imtahanda toplayır. Semestr ərzində toplanan 50 bala aşağıdakılar aiddir:
-10 bal sərbəst işlərin tərtib olunmasına,
-30 bal seminar və laboratoriya dərslərində fəaliyyətinə və kollekviumlara görə,
-10 bal dərslərə davamiyyətə görə.
İmtahanda qazanılan balların maksimum miqdarı 50-dir.
İmtahan biletinə bir qayda olaraq fənni əhatə edən 5 sual daxil edilir.
Qiymətləndirmə meyarları aşağıdakılardır:
-10 bal-tələbə keçilmiş materialı dərindən başa düşür,cavabı dəqiq və hərtərəflidir.
-9 bal-tələbə materialı tam başa düşür,cavabı dəqiqdir və mövzunun mətnini tam aça bilir.
-8 bal-tələbə cavabında ümumi xarakterli bəzi qüsurlara yol verir;
-7 bal-tələbə keçilmiş materialı başa düşür, lakin nəzəri cəhətdən bəzi məsələləri əsaslandıra bilmir.
-6 bal- tələbənin cavabı əsasən düzgündür.
-5 bal-tələbənin cavabında çatışmazlıqlar var, mövzunu tam əhatə edə bilmir.
-4 bal- tələbənin cavabı qismən doğrudur, lakin mövzunu izah edərkən bəzi səhvlərə yol verir;
- 3 bal- tələbənin mövzudan xəbəri var, lakin fikrini əsaslandıra bilmir;
- 1-2 bal- tələbənin mövzudan qismən xəbəri var.
-0 bal- suala cavab yoxdur.
Tələbənin imtahanda topladığı balın miqdarı 17-dən az olmamalıdır. Əks təqdirdə tələbənin
imtahan göstəriciləri semester ərzində tədris fəaliyyəti nəticəsində topladığı bala əlavə olunmur.
Təhsilalma prosesinə nəzarət və tələbələrin biliyinin yekun qiymətləndirilməsi
Tələbənin biliyinin yekun qiymətləndirilməsi imtahan zamanı 50 bal və imtahana qədər 50 bal toplanan ballar cəmi 100 bala bərabərdir.yekun bal aşağıdakı kimi qiymətləndirilir:“Əla” -91-100“Çox yaxşı” -81-90“Yaxşı” -71-80“ Kafi” -61-70“Qənaətbəxş” -51-60 F- “Qeyri-kafi” -51 baldan aşağı
Yekun qiymətləndirmədə 51 ba və ondan yuxarı bal toplayan tələbə fənn üzrə müəyyən olunmuş krediti qazanır və müvəffəqiyyət qazanan tələbə,51 baldan aşağı bal toplayan tələbə isə həmin fəndən krediti qazanmır və akademik borcu olan tələbə adlanır.
VIII. Davranış qaydalarının pozulması:
Tələbə Kollecin daxili nizam –intizam qaydalarını pozduqda əsasnamədə nəzərdə tutulan
qaydada tədbir görüləcəkdir.
IX. Tələbənin nizam-intizamına qoyulan tələblər:
Kollecin ictimai asayiş və daxili intizam, davranış qaydalarının tələblərinə riayət etmək;Təlim məşğələlərinə məsuliyyətli, ciddi yanaşmaq və müntəzəm olaraq iştirak etmək, müvafiq tədris planlarında nəzərdə tutulmuş bütün növ tapşırıqları müəyyən edilmiş dövrlərdə yerinə yetirmək;Kollecin ictimai işlərində yaxından iştirak etmək;Şəxsi gigiyenya qaydalarına əməl etmək;Kollecin otaqlarına, tədris-laboratiya avadanlığına, cihazlara, dərs vəsaitlərinə, kitablarına və digər əmlakına qayğı və səliqə ilə yanaşmaq, onların korlanmasına, zədələnməsinə və itməsinə yol verməmək, otaqların onların təmizliyinə və səliqəsinə riayət etmək.
X. Dərsin işlənmə forması:
Dərslər müəllimin izahlarından və mövzu ətrafında interaktiv (qarşılıqlı) müzakirələrdən ibarət olacaqdır.Keçirilən dərslərin tezisləri sonra tələbələrə verilsə də , dərslərdə qeydlər götürmək olduqca vacibdir! Çünki, bu tezislər dərslərdə izah, təhlil və müzakirə edilən məsələləri bütün dolğunluğu ilə əks etdirməyəcəkdir.Dərslər Azərbaycan dilində keçiləcəkdir. Lakin dərsdə sualları, imtahanda cavabları və nəhayət esseləri Azərbaycan,Rus və ya İngilis dilində ifadə etmək olar.Dərslərin mövzu ardıcıllığı iş planında göstərildiyi kimidir.Sərbəst işlərdə azərbaycan, rus və ingilis dilində hazırlanıb təhvil verilə bilər.
XI. Dərsə hazırlaşma forması:
Dərslərə hazırlaşma forması aşağıdakı kimi tövsiyə olunur:
Hər bir dərsdən qabaq növbəti dərsin mövzusuna uyğun oxumaq, mövzunu dərsə qədər qədər müəyyən dərəcədə öyrənmək, əlavə materialları dəftərə qeyd edib müəllimə göstərməkHər bir dərsdə diqqətli olmaq, diskussiyalarda aktiv iştirak etmək və qeydlər götürməkHər bir dərsdən sonra keçilmiş dərsdə danışılanları xatırlamaq, onları düşünmək və dərsdə götürülmüş qeydləri tamamlamaq lazımdır.Dərslərdə ekspromt ( bədahətən, meyxanavari) və assosiativ ( ağla ilk gələn fikirlərlə) aktivlik göstərmək mümkün deyil. Buna görə də , hər bir dərsin mövzusuna qabaqcadan hazırlaşmaq lazımdır. Adi səviyyədə hazırcavablıq aktivlik balı sayılmayacaqdır!
XII. Təqvim planı:
N Keçirilən mühazirə mövzularının məzmunu Saat
mühazirəseminar1 Mövzu № 1.Kinematikanın əsasları.
Plan:
1.Mexaniki hərəkət.
2.Sürə . Təcil. Bərabər təcilli və bərabər sürətli hərəkət.
3.Çevrə üzrə bərabərsürətli hərəkətin əsas xarakteristikaları222 Mövzu № 2. Dinamikanın əsasları.
Plan:
1.Nyutonun I, II,III qanunu.
2.Ümumdünya cazibə qanunu.Ağırlıq qüvvəsi.
3.Sürtünmə qüvvəsi.
4.Elastiklik qüvvəsi.
2 23Mövzu№ 3. Saxlanma qanunları.
Plan:
1. İmpuls. İmpulsun saxlanma qanunu.
2. Mexaniki iş və güc.
3. Kinetik enerji.Kinetik enerji haqqında teorem.
4. Potensial enerji 2 24Mövzu № 4 .Molekulyar-kinetik nəzəriyyə.
Plan:
1. MKN və onun əsas müddəaları.
2. İdeal qaz.MKN-nin əsas tənliyi.
3. İdeal qazın hal tənliyi.Qaz qanunları.
4. Buxarların xassələri. Doyan və doymayan buxar.2
25Mövzu№ 5. Termodinamikanın əsasları.
Plan:
1.Termodinamik sistem.
2. Termodinamikanın birinci qanunu.2 2 6Mövzu№ 6 . Elektromaqnit sahəsi.
Plan: 1. Elektrik yükü.Elektromaqnit sahəsi.
2. Elektrostatik sahə.Potensial gərginlik.
3. Kondensator.Elektrik tutumu.2 2 7Mövzu№ 7. Müxtəlif mühitlərdə sabit cərəyan qanunları.
Plan:
1. Metalların elektrik keçiriciliyinin elektron nəzəriyyəsinin elementləri. 2. Dövrə hissəsi üçün Om qanunu.
3. E.h.q.Tam dövrə hissəsi üçün Om qanunu. 2 28Mövzu№ 8 . Elektromaqnit rəqsləri və dalğaları.
Plan:
1.Sərbəst və məcburi elektromaqnit rəqsləri.
2.Elektrik enerjisinin ötürülməsi.Transformator.
3.Elektromaqnit dalğaları. 1 1 Cəmi: 30 saat15 15
XIII. Kollokvium sualları.
Kollokvium 1
1.Mexaniki hərəkət.
2.Sürət.Təcil.
3.Nyutonum 1,2,3-cü qanunları.
4.Ümumdünya cazibə qanunları.
5.Ağırlıq qüvvəsi.
6.Sürtünmə qüvvəsi.
7.Elastiklik qüvvəsi.
8.İmpuls.İmpulsun saxlanma qanunu.
9.Mexaniki iş.
10.Güc.
11.Kinetik enerji.Kinetik enerji haqqında teorem.
12.Potensial enerji.
Kollokvium 2
1.MKN və onun əsas müddəaları.İdeal qaz.
2.İdeal qazın hal tənliyi.
3.Qaz qanunları.
4.Buxarlarin xassələri. Doyan və doymayan buxar.
5.Termodinamik sistem.
6.Termodinamikanın Iqanunu.
7.Elektrik yükü.Elektromaqnit sahəsi.
8.Elektrostatik sahə.Potensial gərginlik.
9.Kondensator.Elektrik tutumu.
10.Metalların elektrik keçiriciliyinin elektron nəzəriyyəsinin elementləri.
11.Dövrə hissəsi üçün Om qanunu.
12.Elektrik hərəkət qüvvəsi (EHQ) . Tam dövrə üçün Om qanunu.
XIV. Fənn üzrə sərbəst işlər
Tələbə semestr ərzində 2 sərbəst iş yerinə yetirməlidir. Yerinə yetirilmiş hər bir iş 5 balla qiymətləndirilir. Sərbəst iş müəyyən edilmiş vaxtda yerinə yetirilmədiyi təqdirdə qəbul edilmir və həmin işə görə tələbəyə bal verilmir.
Sərbəst işin mövzuları və nəticələri jurnalda qeyd edilir.
Sərbəst işlərin mövzuları:
1. Sürət.Təcil.Bərabərtəcilli və bərabərsürətli hərəkətlər.
2. Çevrə üzrə bərabərsürətli hərəkətin əsas xarakteristikası.
3. Nyuton qanunlarından çıxan əsas nəticələr.
4. Kristal qəfəsin növləri.Bərk cisimlərin istilik xassələri.
5. Qazlarda elektrik cərəyanı.Qaz boşalma növləri.
6. Mexaniki rəqslər və dalğalar.Harmonik rəqslər.
7. Kondensatorun tutumu.Kondensatorların birləşdirilməsi.
8. Bor postulatları.Bor nəzəriyyəsi.
9. İşığın interferensiyası və difraksiyası.
10. Cərəyanlı maqnit sahəsinin enerjisi.
11. İzoproseslər.
12. Linzalar.
13. Termodinamikanın I qanununun izoproseslərə tətbiqi.
14. Termodinamikanın II qanunu.Karno dövrü.
15. Cazibə sahəsində hərəkət.Kepler qanunları.
16. Maqnit sahəsinin cərəyanlı kontura təsiri.
17. İstilik maşınları.Entropiya.
18. Dielektriklər elektrik sahəsində.
19. Xüsusi istilik nəzəriyyəsi.Sürətlərin relyativistik toplanması.
20. Mexanikada enerjinin saxlanma qanunu.
21. Kondensatorun tutumu.Kondensatorların birləşdirilməsi.
22. Qazlarda elektrik cərəyanı.Qaz boşalma növləri.
23. Kürələrin elastiki və qeyri-elastiki toqquşması.
24. Fotoeffekt qanunları.
25. Dəyişən cərəyan dövrəsi üçün Om qanunu.
Qeyd: Sərbəst işlər yazılı formada , Word faylı formasında, həcmi 4-5 səhifə (şrift 12) olmalıdır. Hər sərbəst iş tələbənin fərdi fikirlərinin məcmusu olduğuna görə plagiat yol verilməzdir
XV. İmtahan sualları:
1. Mexaniki hərəkət.
2.Trayektoriya,yol və yerdəyişmə.
3. Sürət.
4.Təcil.
5 Bərabərtəcilli və bərabərsürətli hərəkətlər.
6 Çevrə üzrə bərabərsürətli hərəkətin əsas xarakteristikası.
7. Nyutonun I qanunu.
8. Nyutonun II qanunu.
9. Nyutonun III qanunu.
10.Ümumdünya cazibə qanunu.
11.Ağırlıq qüvvəsi.
12.Sürtünmə qüvvəsinin təsiri altında hərəkət.
13.Elastiklik qüvvəsi.
14. Mexaniki iş.
15.Güc.
16. Kinetik enerji.Kinetik enerji haqqında teorem.
17.Sürtünmə qüvvəsi.
18.Potensial enerji.
19.İmpuls.
20. Molekulyar kinetik nəzəriyyə və onun əsas müddəaları.
21. İdeal qaz.MKN-nin əsas tənliyi.
22.İdeal qazın hal tənliyi.
23.Qaz qanunları.
24.Buxarların xassələri.Doyan və doymayan buxar.
25.Termodinamikanın I qanunu.
26.Elektrik yükü.Elektromaqnit sahəsi.
27. Elektrostatik sahə.
28.Bircins elektrik sahəsinin işi. Potensial,gərginlik.
29.Kondensator.Elektrik tutumu
30.Elektrostatik sahə.Kulon qanunu.
31.Dövrə hissəsi üşün Om qanunu.
32.Tam dövrə üçün Om qanunu.
33. Transformator.
34.Elektromaqnit dalğaları.
XVI. Fənn üzrə tələblər, tapşırıqlar:
1.Tələbələr hər gün həm mühazirəyə həm seminara hazır gəlməli,
2.Dərslərdə fəal iştirak etməli,
3.Seminarda müstəqil həll etmək üçün verilən məsələləri həll etməli,həll etməyə cəhd göstərməlidirlər. 4.Tələbələr fənnin tədrisinin sonunda fiziki nəzəriyyələr,qanunlar və qanunauyğunluqlar haqqında biliklərə malik olmalı,
5.Fiziki qanunları məsələ həllinə tətbiq etməyi bacarmalıdırlar.